Biznesin konsolidasiyası Konsolidə edilmiş maliyyə hesabatlarına giriş Konsolidə edilmiş maliyyə hesabatlarının hazırlanması tədris proqramının vacib hissəsidir. Bu fəsildə konsolidasiyanın əsas prinsiplərini və müvafiq BHMS-larda verilmiş tərifləri nəzərdən keçirəcəyik.
$40 000 və $30 000 məbləğlərini toplaya bilmərik, çünki $5 000 məbləğində qrup-daxili borc mövcuddur. Qrup bir vahid müəssisə olaraq düşünüldüyü zaman bu məbləğ nəzərə alınmamalı-dır. Hesab edək ki, Kür şirkətinin $50 000, Araz şirkətinin $45 000 kreditor borcları vardır.