Топлу Азярбайъан Республикасы Президенти йанында



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə9/45
tarix06.05.2017
ölçüsü3,76 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   45

                                                              

TRANSLATION SCIENTIFIC TERMINOLOGY IN ENGLISH AND 

AZERBAIJANI 

 

SUMMARY 

This article deals with the difficulties of scientific-technical literature in 

Azerbaijani and English has got some ways of training. The article gives the whole 

analyse of their learning. Problem arising during the translation and elimination 

methods of these matters have been reflected in this article, too. Important terms of the 

translation are those that the text should be rich in content; idea should be fully clear 

and laconic and should keep the norms of the literary language. 

 

                                                     С.ШАХЛАРОВА, К.КУСЕЙНОВА 



 

НАУЧНО ТЕХНИЧЕСКИЙ ПЕРЕВОД В АНГЛИЙСКОМ И 

АЗЕРБАЙДЖАНСКОМ ЯЗЫКАХ 

 

РЕЗЮМЕ 

В  этой  статье  рассматриваются  трудности  научно-технического  перевода  и 

техническое  развитие,  проблемы.  Трудности,  возникающие  при  переводе  и 

методы  их  устранения  также  нашли  за  свое  отражение.  Основными  условиями 

при переводе является то, что текст должен быть содержательны, идея – ясной и 

лаконической,  обязательное  сохранение  норм  литературного  языка.  Научно-

техническая  литература  в  азербайджанском  и  английском  языках  имеет 

некоторые способы изучения. В статье дается полным анализ их присвоение. 

 

Rəyçi:      Y.Süleymanov. 



 Filologiya 

üzrə fəlsəfə doktoru,dosent. 

Filologiya  məsələləri – №02, 2016 

 

66



SEVİNC QULİYEVA 

  

 

ADİU 

 sevinc.@.mail.ru. 

 

     OMONOMLİYİN KÖMƏKÇİ NİTQ HİSSƏLƏRİ SİSTEMİNDƏ 

     TUTDUĞU MÖVQE VƏ ONLARIN QARIŞILIQLI ƏLAQƏSİ 

 

            (ingilis dili materialları əsasında) 

 

Açar sözlər: sözönü, zərf, bağlayıcı, omonimik, qrammatik omonimlik, leksik 

omonimlik, dil hadisəsi 

Key words: preposition, adverb, conjunction, hmonymy, grammatical homonymy, 

lexical homonymy, language phenomenon  

Ключевые  слова:  предлог,  наречие,  союз,  омонимичность,  грамматические 

омонимы, лексические омонимы, языковое явление. 

 

Məlum olduğu kimi, dilçiliyin bir çox sahələrində rast gəlinən dil hadisələrindən 



biri də omonimlikdir. Omonimlik dedikdə formaca eyni, mənaca fərqli olan sözlər 

nəzərdə tutulur. Bu məqalədə, indiyə qədər məlum olan sözlərlə yanaşı, məlum olmayan 

sözlərin yaratdığı omonimlik də  təsvir olunmuşdur. Onu da qeyd edək ki, araşdırma 

konkret olaraq üç nitq hissəsi – zərf, sözönü və bağlayıcı arasında omonimliyə  həsr 

olunmuşdur. 

Artıq qeyd etdiyimiz kimi, dilçilikdə mövcud olan hadisələrindən biri də 

omonimlikkdir. Əvvəlcə omonimliyə verilən tərifləri nəzərdən keçirək. Görkəmli dilçi 

alimlərdən A.Kuninin omonimliyə verdiyi tərifi aşağıdakı kimidir: 

Mənasına görə  fərqlənən, səslənməsi ilə yazılışına görə, yaxud da yazılış  və 

səslənmə baxımından eyniyyət təşkil edən sözlər omonim adlanır. 

L.Bulaxovskinin omonimliyə verdiyi tərifi aşağıdakı kimidir: 

Eyni səslənməyə malik olan, lakin tamamilə müxtəlif mənalar ifadə edən iki və ya 

daha çox söz omonim adlanır. 

E.Vorno və M.Kaşeyevanın da omonimliyə verdiyi tərif yuxarıdakı tərifdən bir o 

qədər də fərqlənmir: 

Yeni formaya malik olan, lakin, mənaca bir-birinə oxşamayan sözlərə omonimlər 

deyilir. 

K.Barantsevin omonimliyə verdiyi tərif də yuxarıdakılardan az fərqlənir: 

Omonimlər elə sözlərdir ki, onlar eyni səsləndiyi halda müxtəlif məna kəsb 

edirlər. 

K.Levkovskayanın omonimliyə verdiyi tərif öz lokanokliyi ilə seçilir:  

Səslənmə örtüyünə görə üst-üstə düşən sözlər omonim adlanır. 

E.Kroteviç və N.Rodzeviçin verdikləri tərif də yuxarıdakılarla eyniyyət təşkil edir:  

Omonimlər səslənmə baxımından eyni, məna baxımından müxtəlif olan sözlərdir. 

V.Arakin isə omonimlərə aşağıdakı kimi tərif vermişdir: 

Tamamilə eyni olmyan mənaya malik olan və əsasən də müxtəlif nitq hissələrinə 

malik olan sözlər omonim adlanır ki, belə sözlər eyni səs tərkibinə  və ya eyni qrafik 

formaya malik olurlar. 

Dilçi alimlərdən daha bir neçəsinin fikirlərini nəzərdən keçirək.  İ.Arnold 

omonimliyi aşağıdkı kimi xarakterizə etmişdir: 



Filologiya  məsələləri – №02, 2015 

 

67



Omonimlər səslənmə və yazılışca eyni, mənaca fərqli sözlərdir. 

M.Stepanova isə omonimliyi aşağıdakı kimi təsvir etmişdir: Eyni cür səslənən, 

lakin müxtəlif mənalara malik olan sözlər omonim adlanır. 

R.Ginzburqun omonimliyə verdiyi tərif yuxarıdakı  tərfilərdən elə  də  fərqlənmir: 

Səslənmə formasına görə üst-üstə düşən, lakin mənaca fərqlənən sözlər ənənəvi olaraq 

omonim adlanır. 

Dilçi alim O.Axundova isə omonimliyi belə səciyyələndirir: 

Səslənmə baxımından eyni olan iik və daha çox müxtəlif dil vahidi omonim 

adlanır. 

Omonimliyin növlərinə  gəldikdə isə, o, iki hissəyə ayrılır: leksik və qrammatik 

omonimlik. F.Mauler qrammatik omonimliyi aşağıdakı kimi təsvir etmişdir: 

Qrammatik omonimlik qrammatik işarənin ifaədə edən ilə ifadə olunanı arasında 

assimmetriyanın elə bir növüdür ki, burada bir ifadə edənə iki və daha çox ifadə olunan 

uyğun gəlir. 

Omonimliyi tədqiq edən S.Stati öz tədqiqatında leksik və qrammatik omonimliyə 

toxunmuşdur. Lakin omonimlik dedikdə o, eyni nitq hissəsinə aid olan iki və daha çox 

sözü nəxərdə tutup. Müxtəlif nitq hissələrinə xas olan və öz aralarınd üst-üstə düşən 

paradiqmatik formalar leksik-qrammatik omonimlər adlanır. 

O.Duxaçekin fikrincə, qrammatik omonim dedikdə, müxtəlif nitq hissələrinə aid 

olan, lakin eyni cür səslənən sözlər nəzərdə tutulur və yaxud da eyni nitq hissəsinə aid 

olaraq, hansısa qrammatik kateqoriyaya görə  fərqlənən sözlər qrammatik omonim 

adlanır. 

İndi isə  zərf, bağlayıcı, sözönü nitq hissələri kimi işlənən sözlərdə omonimlik 

məsələsini təkbətək araşdıraq. Omonimliklə bilavasitə bağlı olan 70-dən çox vahidi 

tədqiq edərkən onlardan 9-nun dildə həm zərf, həm sözönü, həm də bağlayıcı kimi çıxış 

etdiyi məlum olmuşdur. İndi onları ayrılıqda nəzərdən keçirək. 

 

AFTER  

Dildə  həm zərf, həm bağlayıcı, həm də sözönü kimi çox işlənən sözlərdən biri 

avter-dir. Hər üç ahlad after zaman anlayışı ifadə edir. Bağlayıcı kimi, after-dən sonra 

indiki və keçmiş bitmiş zaman formaları işlədilir. 

Shortly after we returned from Basel, Roy moved to London. 

Biz Bazeldən qayıtdıqdan qısa bir müddət sonra Roy Londona köçdü. (bağlayıcı) 

I

′ ll go to the post office after the lesson – Dərsdən sonra poçta gedəcəm 



(sözönü). 

Zərf kimi after həm zamanla, həm də yerlə bağlı anlayışları ifadə edir. 

They lived more happily after – Sonralar, onlar daha xoşbəxt yaşadılar (zaman 

zərfi). 


She followed on after – O, arxadan gəlirdi (yer zərfi). 

 

BEFORE 

Həm zərf, həm bağlayıcı, həm də sözönü kimi çıxış edən sözlərdən biri də before-

dur. O, zərf kimi işləndikdə indiki və keçmiş qeyri-müəyyən və indiki və keçmiş bitmiş 

zamanlarla işlənir. 

You should have talked to him before he had made up his mind. 

Siz, gərək onunla o, qərar verməkdən əvvəl danışa idiniz (bağl.) 


Filologiya  məsələləri – №02, 2016 

 

68



She

′ s lived there before the war – O, müharibədən  əvvəl burada yaşayıb 

(sözönü). 

Sözönü kimi,  həm zaman, həm də yer anlayışları ifadə edir. 

V comes before C in the alphabet – Əlifba cədvəlində B C-dən  əvvəldə  gəlir 

(sözönü). 

I have seen that film before – Mən o filmə əvvəllər baxmışam (zərf). 

 

BUT 

Müasir ingilis dilində ən çox omonimlik yaratmağa qabil olan sözlərdən biri but-

dur. Sözönü kimi, but, bir qayda olaraq inkarlıq ifadə edən əvəzliklərdə sonra (nobody, 

none, nowhere), xüsusi sual sözləri (who, where) və qeyri-müəyyənlik əvəzliklərilə (all, 

everyone, anyone) birgə işlənir. Bu halda but except sözü ilə sinonimolik təşkil edir və 

dilimizə başqa. savayı kimi tərcümə edilir. 

Everyone was there but him – Ondan başqa hamı orada idi (sözönü). 

Nobody but you could be so selfish – Səndən savayı heç kim belə axmaqlıq edə 

bilməz (sözönü). 

Tabesizlik bağlayıcı kimi iştirak edən but ziddiyyət ifadə edir. 

This is the rule, but there are many exceptions – Bu bir qaydadır, amma çoxlu 

müstəsnalar da vardır (bağlayıcı). 

But həm də  zərf kimi işlənir. Lakin but-ın bu funksiyada işlənməsinə çox nadir 

hallarda rast gəlinir. Bu halda o, qırağa, kənara, qıraqda, kənarda mənalarını daşıyır. 

Go but anad wail there – Çəkil qırağa və orada gözlə (zərf). 

 

LİKE 

Qeyd olunan hər üç nitq hissəsi kimi işlənən digər dil vahidi like-dir. Like-da ən 

çox sözönü kimi işlənir. 

It

′ s just like her to tell everyone about it – Bu haqda hamıya danışmaq elə ona 



xasdır (sözönü). 

Like nadir hallarda bağlayıcı funksiyasında da işlənir. Buna ən çox danışıq dilində 

rast gəlinir. 

No one sings the blues like she did (= as well as) – Heç kimi blyuzu o oxuduğu 

kimi oxumur (bağlayıcı). 

Like sözönü zərf funksiyasında çox nadir hallarda  işlənir. 

He xust, like, refused to talk to me (like = surelessly). 

O sadəcə, qeyri-əminliklə, mənimlə danışmaqdan imtina etdi (zərf). 

 

NOTWITHSTANDING 

Bu söz də  zəfr, bağlayıcı  və sözönü kimi işlənir. Qeyd etmək lazımdır ki, 

notwithstanding bağlayıcı kimi çox az hallarda işlənir və bir qayda olaraq that ilə 

birlikdə işlənir. 

Notwithstanding that I enjoyed myself, I am glad to be back. 

Baxmayaraq ki, mən çox əyləndim, geri qayıtdığım üçün şadam (bağl.). 

notwithstanding zərf kimi işləndikdə buna baxmayaraq və  hər bir halda, sözönü 

kuimi işləndikdə isə baxmayaraq kimi tərcümə edilir. 

They will do it notwithstanding  

Buna baxmayaraq (= har bir halda)  onlar bunu edəcəklər (zərf). 



Filologiya  məsələləri – №02, 2015 

 

69



They travelled notwithstanding the storm. 

Tufana baxmayaraq onlar səyahətə getdilər (sözönü). 



SİNCE 

Müasir ingilis dilində  ən çox işlənən sözlərdən bri də since-dir. Yuxarıda qeyd 

olunan vahidlər kimi, bu da hər üç nitq hissəsi kimi çıxış edir. 

Since zərf, bağlayıcı  və sözönü kimi, bəri mənasını daşıyır və bir qayda olaraq 

indiki və keçmiş bitmiş zamanlarla bircə işlənir. 

She


′ s been working in a bank since leving school. 

O, məktəbi bitirəndən bəri bankda işləyir (sözönü). 

He left home two weeks ago and we haven

′ t heard from him since. 

O, iki həftə  əvvəl evdən gedib və o vaxtdan bəri biz ondan heç bir xəbər 

eşitməmişik (zərf). 

Cath hasn

′ t phoned since she went to Berlin. 

Ket Berlinə gedəncən bəri zəng vurmayıb (bağl.). 

Bundan başqa, since bağlayıcısı zaman budaq cümləsindən başqa səbəb budaq 

cümləsini də baş cümləyə bağlamağa xidmət edir. 

Since I haven

′ t got her address. I can′ t write to her. 

Məndə onun ünvanı olmadığından, ona məktub yaza bilmirəm (bağl.). 

 

SİN 

Sin sözü də  zərf, sözönü, bağlayıcı funksiyalarında çıxış edir. Lakin bu söz 

arxaikləşmişdir və indi dildə bir o qədər də  işlənmir. Zərf kimi, sin o vaxt, o zaman, 

sonra, nəticədə, o vaxtdan başlayaraq, əvvəllər kimi tərcümə edilir. Sözönü kimi isə, sin 

sonra, arxasınca kimi, bağlayıcı kimi isə o vaxtdan bəri, belə ki, nəzərə alaraq kimi 

tərcümə edilir. Sir-in bəzi tərcümə variantları since-inki ilə eyniyyət təşkil etdiyindən, 

sin-i since-in bir variantı hesab etmək olar. 

 

WITNOUT 

Without sözönüsü də  həm zərf, həm də bağlayıcı kimi işlənə bilər. Zərf kimi 

işləndikdə o, bayırda, bayır tərəfdə/tərəfdən, küçədə, zahirən mənalarını da ifadə edir. 

The messenger stands without – Çapar bayırda durub (zərf). 

Bağlayıcı kimi işləndikdə, without, əksərən əgər sız

4

, (ma


2

) kimi tərcümə olunur. 

I shan

′ t go without I get the letter – Əgər məktubu almasam getməyəcəm (bağl.). 



Sözönü kimi işləndikdə isə without ssız

4

 və qıraqda, bayırda kimi tərcümə edilir. 



He cannot walk without a stick – O, əsasız gəzə bilmir (sözönü). 

Without the door, there as a doğ – Qapıdan qıraqda (kənarda) bir it var idi. 

(sözönü). 

ERE 

Zərf, bağlayıcı, sözönü funksiyasında çıxış edən sonuncu söz ere-dir. 

Ere zərf kimi işləndikdə erkən mənasını  kəsb edir. Sözönü kimi işləndikdə o, 

qədər, kimi, əvvəl, qabaq kimi tərcümə edilir. 

Ere night I

′ ll meet her – Mən onunla gecəyə kimi (gecə olmamış) görüşəcəm 

(sözönü). 

Bağlayıcı kimi isə o, nisbət ifadə edir və müqayisə budaq cümləsini bağlamağa 

xidmət edir. 


Filologiya  məsələləri – №02, 2016 

 

70



I would die ere I would consent – razılaşmaqdansa ölməyi üstün tutardım/ölərdim 

(bağl.). 

Beləliklə, biz, müasir ingilis dilində sözönü, zərf və bağlayıcı kimi çıxış edən 9-a 

yaxın vahidi nəzərdən keçirdik. Onu da qeyd etmək lazımdır ki, müasir ingilis dilində 

omminimik təkcə bu 3 nitq hissəsi arasında deyil, digər nitq hissələri (isim, fel, sifət, 

ədat, nidalar və modal sözlər) arasında da mövcuddur. 

 

ƏDƏBİYYAT 

1.  Варантсев К. Омонимия как системная категория языка. Мн.: БГУ, 2007, 132 с 

2.  Кашейева  М.  Практикум  по  английской  лексикологии.  Ленинград: 

Просвещение. Ленинградское отделение, 1974, 205 с 

3.  Musayev O. İngilis dilinin qrammatikası. Bakı, 1979. 

4.  Xanbutayeva L. İngilis dilində qrammatik omonimlik və onlara aid çalışmalar 

toplusu. Bakı, 2007. 

 

              

S.KULIYEVA 

HOMONIYMY DEALS WITH AUXILIARY PART OF SPEECH THE 

POSITION OF AND  THEIR CONNECTION TO MIXTURE 

 

SUMMARY 

The article deals with the matter of homonymy. In English most parts of speech 

are homonymous with one another. Firstly, the definitions of different scholars given to 

homonymy are described in the article. Then, the homonymy of three parts of speech, 

i.e. adverbs, conjunctions and prepositions is given. The main part of the aricle is 

devoted to the investigation of the following 9 words: after, before, but, like, 

notwitzstanding, sin, since, without, ere. All these words can be used as an adverb, a 

conjunction and a preposition. Besides these worrds in English there are many words 

which are homonymous with other part s of speech. 

 

               

С.КУЛИЕВА 

ОМОНОМИКА –УПОТРЕБЛЕНИЯ В ВСПОМОГАТЕЛЬНОЙ ЧАСТИ 

РЕЧИ, ЕГО МЕСТО РАСПОЛОЖЕНИЕ И ИХ ВЗААИМНЫЕ СВЯЗИ 

 

РЕЗЮМЕ 

В  статье  рассматриваются  омонимы.  В  английском  языке  большинство 

частей речи омонимичны друг с другом. Сначала, определения данные омонимам 

разными  исследователями  описаны  в  статье.  Далее,  даны  омонимы  трёх  частей 

речи:  наречий,  союзов  и  предлогов.  Основная  часть  статьи  посвящена 

исследованию следующих 9 слов: after, before, but, like, notwithstanding, sin, since, 

without, ere. Все эти слова могут быть использованы как наречие, союз и предлог. 

Кроме  этих,  в  английском  языке  много  слов,  которые  омонимичны  с  другими 

частями речи. 

 

Rəyçi:   Adilə Zeynalova 



 filologiya 

üzrə fəlsəfə doktoru,dosent. 

Filologiya  məsələləri – №02, 2015 

 

71



DÜRDANƏ VƏKİLOVA 

ADİU 

dürdanə.@.mail.ru. 

 

İNGİLİS VƏ AZƏRBAYCAN DİLLƏRİNDƏ ƏKSMƏNALI  SÖZLƏRİN 

TƏSNİFİ  VƏ ONLARIN  LEKSİK-SEMANTİK XÜSUSİYYƏTLƏRİ 

 

Açarsözlər: antonim, konsersivantonimlər, mütləq və ya kök antonimlər, düzəltmə 

antonimlər 

Key words: antonym, condrodictory, contrary antonyms, absoluteorroot antonyms, 

derivational antonyms 

Ключовые  слова:  антонимы,  вопреки  антонимы,  абсалютные  или  корневые 

антонимы 

 

Həm ingilis, həm də Azərbaycan dillərin də antonimlərin təsnifi meyarlarını 



nəzərdən keçirdikdə görürük ki, ingilis dilində antonimlər  əsasən onlarda olan daxili 

ziddiyətlərə  əsasən təsnif olunur və çox vaxt onların quruluşu, mənşəyi, hansı nitq 

hissəsinə aidliyi haqqında heç bir söz deyilmir. Misal üçün Websters New Dictionary of 

Snonyms lüğətinin giriş hissəsini götürək. Burada antonim adı altında götürülən sözlər 

altı qrupa bölünüb. 

 Bölgü  zamanı sözlərin nə  dərəcədə bir-birinə zidd olması  əsas götürülüb. Bu 

qruplar arasında iki qrupa daha çox yer ayrılıb ki, bunlar dan birincisi «contradictory 

terms», digəri isə «contrary terms» adlanır. Dilə daxil olan alınma terminlər terminoloji 

sistemli zənginləşdirir, dildə leksik alınmaların sayı artır. Dilə yeni gələn sözün dilin 

normalarına uyğunlaşması mürəkkəb linqvistik proses olduğuna görə sözlərin 

mənimsənilmə dərəcələri də müxtəlif səviyyədə özünü göstərir.(1,s.75)  

Bəzi sözlər dilə yeni gəldiyinə, yaxud müəyyən dildaxili səbəblərlə bağlı məhdud 

dairədə  işləndiyinə görə yarım mənimsənilmiş alınmalar hesab olunur. Azərbaycan 

dilindəki ingilis mənşəli  absentizm  (absenteeism),  aqnostizm  (agnosticism),  buklet 

(booklet),  doker  (docker), drenaj (drainage), dissident  (dissident)  klan  (clan) və s. 

alınmalar belə sözlərdəndir. Bu tip leksik vahidlər semantik cəhətdən birmənalı olur, 

daha чox «özgə» reallığı əks etdirir və yeni anlayışların, əşyaların hadisələrin dilimizdə 

ifadəsində xidmət edir. 

 Linqvistik təhlil göstərir ki, əsasən terminoloji leksikaya aid olan həmin alınmalar 

semantik cəhətdən sabitdir, müəyyən funksional sahələrdə  işlənir. Onlarda semantik 

dəyişmələr nadir hallarda baş verir.  

Azərbaycan dilində geniş dairədə istifadə olunan, hətta ümumişləklik qazanaraq 

dil daxil olan kifayət qədər ingilis mənşəli sözlər vardır. Belə alınmalar sözün leksik 

sistemində özünə möhkəm yer tutmuşdur.  

Büdcə, vaqon, vazelin, boks, yumor, eksport, finiş, park, mağaza, kofe və s. 

alınma terminlər dilimizdə geniş işlənməkdədir. Bu sözlərin çoxu həm fonetik, həm də 

qrammatik cəhətdən assimilyasiyaya uğramışdır. Bu tip alınmalar tam mənimsənilmiş 

leksik vahidlərdən sayılır. 

 Dil  əlaqələrinin linqvistik problemləri dəfələrlə diqqət mərkəzində olsa da, 

alınmaların semantik  mənimsənilməsi hələ  də kifayət qədər tədqiq olunmasıdır. 



Filologiya  məsələləri – №02, 2016 

 

72



Məsələn, tədqiqatçılar alınma sözlərin «yerli» dildəki semantik inkişafını iki mərhələdə 

götürmüşlər: sözün alınması və onun tam mənimsənilməsi. 

 Halbuki, leksik alınma mürəkkəb və çoxfazalı prosesdir. Bir sıra hallarda leksik 

alınma dildəki lüğəvi mənasından başqa sюzalan dildə yeni mənalarda işlənə bilər. 

Məsələn, ictimai-siyasi leksikada işlənən  baykot  termininin işlənməsində  də semantik 

dəyişiklik hiss olunmaqdadır.  

Məlumdur ki, bu söz Azərbaycan dilinə siyasi və iqtisadi mübarizə formasını 

bildirən termin kimi daxil olmuşdur. Müasir dilimizdə  "baykot"  leksik vahidi özünün 

terminoloji mənasını saxlamaqla yanaşı, semantik tutumunu da genişləndirmişdir. 

Həmin alınma ictimai-siyasi termin sahəsindən çıxıb məişət çərcivəsində  işlənməklə, 

ümumədəbi dilin fəal leksik vahidinə çevrilmişdir. "Baykot" leksemi müxtəlif sahələrin 

terminoloji sistemində də özünə yer almışdır. 

 Diplomatiya termini kimi, baykotun mənası "bir dövlətin başqa dövlətlə, ya bir 

qrup dövlətlə ticarət  əlaqələri yaratmaqdan və saxlamaqdan imtina etməsi"dir. 

Diplomatiya terminləri lüğətində  tərkibində baykot sözü olan aşağıdakı termin-

birləşmələr vardır: 



«beynəlxalq 

münasibətlərdə baykot», «baykot elan 

eləmək»,«baykotu ləğv etmək», «baykota məruz qalmaq», «baykot siyasəti», «siyasi 

baykot», «baykota əl atmaq», «baykota çağırmaq» və s.  

Dilin başqa dildən aldığı sözlər müəyyən anlayışların,  əşyaların, hadisələrin 

adlarını ifadə etməyə xidmət edir. Alınma ilkin dövrdə konkret semantikaya malik olur. 

Adətən söz adi olduğu halda dildə bir sıra mənalara malik olursa, kecdiyi yeni dildə 

onun bu mənalarından çox vaxt biri istifadə olunur. 

 Zaman keçdikcə, alınma söz yeni mənalar qazana bildiyi kimi, əvvəlki mənasını 

itirə bilir. Alınma obyekt dildə semantik transformasiyaya məruz qalır. Semantik 

transformasiya dilçilikdə araşdırılmış  məsəllərdəndir. Obyekt dildə alınma sözün 

mənasının genişlənməsi və ya daralması, onun məcazi mənada işlənməsi semantik 

transformasiya kimi başa düşülür.  

Bir sıra tədqiqatçılar alınma sözlərə yalnız onların mənalarının daralmasının, bu 

sözlərin məcazi mənalarda işlənməsinin xas olmasını qeyd etmişlər. Bu fikir sonralar 

tənqid olunmuşdur (2,s.18) Alınma sözlərin yeni keyfiyyət qazanması  cəmiyyətdə baş 

vermiş dəyişikliklərlə millətlərarası əlaqələrin, o cümlədən dil əlaqələrinin genişlənməsi 

ilə bağlıdır. Masir dюvrdə sözlərin semantik strukturunun genişlənməsi, onların yeni 

mənalarının yaranması müşahidə olunur. 

 İngilis dilində alınmaların semantik cəhətdən genişlənməsi onların həyatımızın 

müxtəlif sahələrinə nfuz etməsi prosesində baş verir. Termin alınan dildə ictimai-tarixi 

şəraitlə əlaqədar ilkin təbiətindən uzaqlaşmış,  yeni məna kəsb etmişdir. 

 Məsələn "server" və "servis" terminləri: 90-cı illərdə həm servis, həm də server 

sюzlərinin semantikasında dəyişmə baş vermişdir. Terminlər indi sosial-iqtisadi və 

başqa sahələrə aid anlayışları ifadə edir. Server - «kiçik və orta biznesdə istifadə olunan, 

əsas məlumatları saxlayan və ötürən kompyuter» mənasındadır. Servis söznün daha iki 

mənası yaranmışdır:  

1. məhsulun istehlakı və satışı sisteminin təkmilləşdirilməsinə yönəlmişkompleks 

xidməti təmin edən marketinq fəaliyyətinin alt sistemi;  

2. sosioloji sorğu. Eyni hadisə öznü server termininə mnasibətdə də göstərir. Bu 

termin də yeni məna qazanmış, mxtəlif sölərlə yeni terminoloji birləşmələr  əmələ 

gətirmişdir. İndi server «internet şəbəkəsinə qoşucu kompyuter» mənasında işlənir: 



Filologiya  məsələləri – №02, 2015 

 

73



 İnternetə girmək üçün əvvəlcə serverə qoşulmaq lazımdır. Bunun üçün serverin 

telefon nömrəsi yığılmalıdır» («Media Press» qəzeti, 25 iyul, 2011). Alınma leksika, o 

cümlədən ingilis dilindən alınma sözlər dilin leksik sistemində gedən proseslərdə  fəal 

iştirak edir. 

Ümumişlək leksik vahid kimi alınmış söz terminləşə bildiyi kimi, alınma terminin 

xüsusi leksik vahid səciyyəsini qazanması də mümkündür. Müasir dövürdə terminoloji 

mənanın itirilməsinin tez-tez baş verməsi tədqiqatlarda qeyd olunur. 

 İngilis dilindən alınma sözlərdən publisistik mətnlərdə, mətbuatda tez-tez istifadə 

olunması onların semantikasına əsaslı təsir göstərir. Mətbuatda işlənən alınma sözlərin 

semantik strukturunda dəyişmə baş verir. Sözün məna həcminin genişlənməsi yeni 

semlərlə zənginləşməsi özünü göstərir. 

Belə hallarda determinləşmə semantik genişlənmənın təzahr amilidir. Bir çox 

innovasiyalar məcazi mənada istifadə olunur, yeni mənalı söz mxtəlif semantik qrupun 

sözləri və söz birləşməsi tərkibində işlənir.  

Semanik derivasiya prosesində  mənanın genişlənməsi  əsas yer tutur. Alınma 

sюzlərdə  mənanın genişlənməsində ilkin leksiksemantik variantın arxiseminin 

mumiləşməsi baza sözlərdə leksik-semantik paradiqmasının hüdudlarından kənara 

çıxması da mühüm rol oynayır. Məsələn:  Treninq  yarış dövür üçün orqanizmin 

maksimal hazırlığını  təmin etmək üçün edilən məşqlər nəzərdə tutulur. Arxisema 

«idman məşqidir». Masir dövürdə sözün mənası genişlənmiş  və müxtəlif fəaliyyət 

sahələrində işə hazır olmaq üçün məşqləri, formanı saxlamağı əhatə etməyə başlamışdır. 

Reytinq fərdi və komanda fəailiyyətlərinin ədəbi göstəricisidir. 

 İlk  əvvəl  şahmata, sonralar tennisə aid olmuşdur. Hazırda həmin təkbətək 

mübarizə komanda idman növlərində istifadə olunur. Qiymətləndirmənin  ədəbi 

göstəricisi arxisemində  dəyişmə baş vermişdir.  Ədəbi göstərici  əsas götürülmür. 

Hazırda reytinq sözünün semantikası genişlənmişdir: «FİFA dnya yığmalarının sentyabr 

ayı üçün reytinq cədvəlini dərc edib» («Olimpiya dnyası», qəzeti, 9-11.10.2011). 

 Monitor - Bu termin informatikada "1. emal sistemlərində əməliyyatları idarə və 

nəzarət edən, yoxlayan maşın proqramı; 2.proqramlaşdırma dillərində ümumi 

vasitələrdən istifadə etmək üçün proseslərin  sinxronlaşdırılması  və  əlaqələndirmə 

mexanizmi; S.sistemi idarə edən displey" kimi mənalarında işlənir.  

Kompyuterin insan məişətində geniş yer alması onun dəstəsinə daxil olan monitor 

söz də ümumişlək leksik qata daxil olmuşdur. Bununla yanaşı, monitorun «ekran» 

mənası da vardır. «Kompyuter dəstinə yeni kvars monitoru daxildir. Belə  sюzlər, bir 

qayda olaraq etnoqrafık, tarixi, coğrafı, bədii mətnlərdə işlənir.  

Realiyalar bu və ya digər mətndə ilk dəfə istifadə olunanda tərcüməçi və ya 

müəllif onun haqqında əlavə izah verir. Sözün sonrakı istifadəsi belə izahı tələb etmir. 

Alınma söz müxtəlif müəlliflərin əsərlərində və müxtəlif mənbələrdə rast gəlinirsə və bu 

zaman alınma sözün semantikası haqqında  əlavə izah verilirsə, onda həmin sözün 

semantik  mənimsənilmə dövrünün başlanması haqqında danışmaq olur.  

Alınma terminin dildə istifadə olunma tezliyi, ümumişləkliyi artdıqca onun yeni 

dilin leksik sisteminə uyğunlaşma dərəcəsi artır, alınma termin dildə işlələklik və yeni 

semantik çalar qazandığı zaman özünün əvvəlki mənasını da saxlayır.  

Bu zaman termin semantik cəhətdən tam mənimsənilir, ümumişlək sözə çevrilir, 

söz yaradıcılığında fəal iştirak edir. Bəzən də termin kimi yox, dilimizə söz kimi daxil 

olur və etimon dildən fərqli olaraq leksik-semantik məzmun dəyişərək terminoloji 


Filologiya  məsələləri – №02, 2016 

 

74



səciyyə qazanır. Məsələn,  ərəb dilində ümumişlək olan xəta,  əmsal, hədd, təcil, srət 

dilimizdə riyazi sahədə terminləşmişdir.  

Alınma terminlərin mənimsənilməsi prosesində 

dəyişmələr müxtəlif 

mərhələlərdən ibarətdir. Tədqiqatçılar qeyd edirlər ki, əcnəbi söz semantik cəhətdən 

əvvəlcə okkazionalizm kimi götürülür və mətndə xsusi izahat tələb edir. Sonra əcnəbi 

söz bir qədər mənimsənildikdə  və  məzmun planının vahidi ilə onun yeni ifadə üsulu 

arasında  əlaqə başa düşüldükdə  əcnəbi söz resipientin passiv ehtiyatının vahidi hesab 

edilir və yalnız bundan sonra aktiv ehtiyata keçərək tam mənimsənilmiş sayılır [4,s.6]. 

Beləliklə  də, alınma sözlər dilin öz sözləri kimi dəqiqləşir, aydınlaşır. Dil 

daşıyıcıları arasında yayılır. Alınma söz yeni dilin leksik-semantik və qrammatik 

sisteminə uyğunlaşır. Söz müxtəlif leksik, frazeoloji sintaktik  birləşmələrdə istifadə 

olunur, sözdüzəldici morfemlərlə işlənmə imkanları artır, determinləşmə və terminləşmə 

prosesində iştirak edir. Azərbaycan dilinə keçən belə terminlərin çoxu ümumişlək leksik 

vahidlər cərgəsində yer almış, mənimsənilmiş, dilimizin müxtəlif sözdüzəldici 

şəkilçilərini qəbul edərək, yeni sözlər yaratmışdır. 

 N.Məmmədli yazır ki, alınma terminin söz yaradıcılıq məhsuldarlığı, müntəzəm 

işlənməsi, məna anlamının genişlənməsi və s. əlavə  əlamətləri törəmə kimi qəbul 

edilməlidir. (3,s.38) A.R.Mayorovun fikrincə, «alınma söz təkcə yeni mənalarını və ya 

söz yaradıcılığı  məhsuldarlığını genişləndirməsi ilə deyil, dil sisteminə daxil olduğu 

üçün bu keyfiyyətləri qazanması yaxud qazana bilməsi ilə dildə möhkəmlənir. (5.s.8) 

 Y.R.Krısin isə qeyd edir ki, sюzn funksional aktivliyini semantik mstəqillik təyin 

edir. Azərbaycan dilində də alınmaların mstəqillik qazanması, dildə sabitləşməsinin ən 

mühüm səbəbləri dubletlik yaratmaması,mənaca differensiallaşmasıdır. Son dövrlərdə 

komp-yuterin insan məişətinə daxil olması hesablama texnikasının srətli inkişafı bu 

sahədə alınmaların sayının günbəgün artmasına zəmin yaradır. Kompyuterin məişət 

texnikasına  чevrilməsi alınma sюzlərin də hesablama texnikası terminləri olmasına 

baxmayaraq ümumişlək leksik qatda yer alması ilə şərtlənir. Məsələn, drayver, monitor, 

sayt, klaviatur, bord, fotoşop, veb-sayt, veb-dizayn, internet, internet-klub, intert-klass 

və s. 


 Masir  Azərbaycan dilində ingilis dilindən ardıcıl və artan sayda sözalma 

terminologiya sahəsində getdikcə artır. Müxtəlif elm sahələrinin inkişafı onlarda 

terminoloji bazanın zənginləşməsinə  səbəb olur. Dilin terminoloji sisteminə, yeni 

terminlərin gətirilməsinə müxtəlif aspektlərdən yanaşmaq mümkündür. 

 Yeni  terminə yaranan tələbatın ödənilməsi üçün istifadə olunan termin 

yaradıcılığı yollarından biri də terminalmadır. Terminalma terminin başqa dildən hazır 

alınmasıdır. Azərbaycan dilinə son illərdə yeni terminlər hazır  şəkildə ingilis dilindən 

alınır. Siyasi, iqtisadi, sosial sahələrə aid terminlərin dilimizə keçməsi artmışdır. 

 Bunun əsas səbəbi юlkənin yeni demokratik inkişaf yolunu seçməsi, yeni iqtisadi 

siyasəti qəbul etməsi ilə  əlaqədardır. Lakin Azərbaycan dilinə ingilis dilindən gələn 

terminlər yalnız bu sahələrlə məhdudlaşmır. 

 Müxtəlif elm sahələrinə aid terminoloji lüğətlərin araşdırılması zamanı son 

dövrdə ingilis dilindən alınmaların srətlə artması öznü göstərir. Ancaq dilin quruluş 

baxımından fərqliliyi ingilis dilindən alınma terminlərin unifıkasiyasına xüsusi diqqət 

tələb edir. 



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə