YUNĠS HÜSEYNOV
ġuĢa təkcə ĢuĢalılar üçün yox, bütün
azərbaycanlılar üçün, vətənini, millətini
sevən hər bir vətəndaĢımız üçün əziz bir
Ģəhərdir, əziz bir torpaqdır, əziz bir
qaladır, əziz bir abidədir
Ulu Öndər
HEYDƏR ƏLĠYEV
ġUġA ġƏHƏRĠNĠN
TARĠXĠ
BAKI – 2013
Qarabağ xanlığının banisi Pənahəli xan Cavanşirin xatirəsinə
həsr edirəm.
Redaktor: V.X.QULĠYEV,
“Şuşa” nəşriyyatının redaktoru
Rəyçilər:
Z.H.BAYRAMLI,
tarix üzrə elmlər doktoru
D.M.ƏZĠMLĠ,
tarix üzrə fəlsəfə doktoru
X.S.QASIMOV,
tarix üzrə fəlsəfə doktoru
HÜSEYNOV Yunis Rza oğlu, t.ü.f.d.: - ġUġA ġƏHƏRĠNĠN
TARĠXĠ. Bakı: - “Şuşa” nəşriyyatı, 2013, 156 s.
H-05(2013)
Əsərdə Qarabağ xanlığının üçüncü paytaxtı olan ŞUŞA –
Pənahabad qalasının salınma tarixi, siyasi, iqtisadi, sosial
inkişafı, xarici işğalçılara qarşı mübarizə tarixi, görkəmli
şəxsiyyətləri, erməni işğalının nəticələri və bir sıra digər
məsələlər öz əksini tapmışdır.
Bunlarla yanaşı monoqrafiyada ŞUŞANIN mədəni
inkişaf tarixinə də geniş yer verilmişdir.
)
013
(
011
051
)
041
(
051
L
H
Müəllif tərəfindən hədiyyə
©Y.R.HÜSEYNOV, 2013
3
ġUġA ġƏHƏRĠNĠN ERMƏNĠSTAN SĠLAHLI
QÜVVƏLƏRĠ TƏRƏFĠNDƏN ĠġĞALININ ĠYĠRMĠNCĠ
ĠLDÖNÜMÜ HAQQINDA
AZƏRBAYCAN RESPUBLĠKASI PREZĠDENTĠNĠN
S Ə R Ə N C A M I
Şuşa Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən
biridir. Təbii gözəllikləri ilə seçilən bu şəhər milli me-
marlığımızın və orta əsrlər şəhərsalma sənətinin qiymətli
abidəsidir. Milli-mənəvi dəyərlərimizi və musiqi ənənələ-
rimizi daim yaşadan Şuşa mühüm iqtisadi, siyasi və mədəni
əhəmiyyətə malik şəhər kimi təşəkkül tapanadək zəngin yol
keçmiş, Qarabağ xanlığının mərkəzi olmaqla xalqımızın
həyatında özünəməxsus rol oynamışdır. Qasım bəy Zakir,
Xurşudbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzi-
rov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmən-
zəminli, Firudin bəy Köçərli, Əhməd bəy Ağaoğlu və digər
görkəmli şəxsiyyətləri ilə tarixə düşən bu şəhər dünyada
Azərbaycan muğamının beşiyi olaraq tanınır.
1977-ci ildə Ümummilli liderimiz Heydər Əliyevin
təĢəbbüsü ilə «ġuĢa Ģəhərinin tarixi hissəsini tarix-
memarlıq qoruğu elan etmək haqqında» qərar qəbul
edilmişdir. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş
vüsət almiş, mədəniyyətimizin və incəsənətimizin böyük
simalarından
Üzeyir
bəy
Hacıbəylinin,
Xurşudbanu
Natəvanın və Bülbülün ev-muzeyləri təşkil olunmuş,
görkəmli şair Molla Pənah Vaqifin məqbərəsi ucaldılmışdır.
1991-ci il oktyabrın 18-də öz dövlət müstəqilliyinin
bərpası haqqında müvafiq sənədlər qəbul edən Azərbaycan
Respublikası
Dağlıq
Qarabağ
münaqişəsi
nəticəsində
Ermənistanın aqressiv etnik təmizləmə siyasəti ilə üz-üzə qaldı.
Dərin siyasi, iqtisadi, sosial böhran keçirən və Dağlıq
Qarabağda yaranmış gərgin vəziyyətdən çıxış yolu axtaran
4
ölkəmiz hələ öz milli ordusu formalaşmadığından yüksək hərbi-
strateji əhəmiyyətli Şuşa şəhərinin müdafiəsində yalnız könüllü
özünümüdafiə dəstələrinin yardımına ümid edirdi. Lakin onların
qəhrəmancasına
döyüşmələrinə
və
layiqli
müqavimət
göstərmələrinə baxmayaraq, təpədən dırnağadək silahlanmış
Ermənistan silahlı qüvvələri 1992-ci il mayın 8-də Şuşa şəhərini
işğal etdi.
Şuşanın müdafiəsi uğrunda aparılan döyüşlərdə 195
nəfər soydaşımız şəhid oldu, 165 nəfər yaralandı, 58 nəfər əsir
düşdü və girov götürüldü. Erməni vandalları işğal vaxtı
minlərlə eksponatın olduğu muzeyləri talan etdilər, yüzlərlə
tarix-mədəniyyət abidəsini dağıtdılar, məbədgah və məscidləri
təhqirlərə məruz qoydular, çox sayda nadir əlyazma
nümunələrini məhv etdilər, təhsil və səhiyyə ocaqlarını
xarabazara döndərdilər.
Şuşanın süqutunun iyirminci ildönümü ərəfəsində
şəhərin müdafiəsi zamanı şahid olmuş soydaşlarımızın
xatirəsini bir daha dərin hüznlə yad edir, Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci
bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının ərazisində və ölkəmizin
hüdudlarından kənarda Şuşa şəhərinin Ermənistan silahlı
qüvvələri tərəfindən işğalının iyirminci ildönümü ilə əlaqədar
müvafiq anma mərasimləri keçirilsin.
2.Azərbaycan
Respublikası
Prezidentinin
Administrasiyası Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri
tərəfindən işğalının iyirminci ildönümü ilə bağlı tədbirlər
planı hazırlayıb onun həyata keçirilməsini təmin etsin.
ĠLHAM ƏLĠYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı Ģəhəri, 9 aprel 2012-ci il
5
ġUġANIN TƏBĠĠ MƏNZƏRƏSĠNĠN QISA TƏSVĠRĠ
«Qarabağ… ġuĢada zəngin bir saray,
Açılır qapısı, örtülür lay-lay;
Onun divarları al-əlvan naxıĢ,
Əsrdən-əsrə yadigar qalmıĢ…»
Səməd VURĞUN
Uca dağlar başında əzəmətli bir şəhər var. Həmin şəhər
yazda və yayda yaşıllığa, payızda və qışda isə dumana və qara
bürünür. Bu mənim ata-baba yurdum olan ġuĢa-Pənahabad
Ģəhəridir.
PƏNAHABAD qalası Qarabağın Sarıcalı oymağından
olan Pənah xan Cavanşirin göstərişi və şəxsən iştirakı ilə
tikildiyinə görə banisinin şərəfinə Pənahabad və ya Şişə ( ġuĢa)
adlandırılmışdır. Pənahabad möhtəĢəm Qarabağ xanlığının
üçüncü paytaxt Ģəhəridir.
Yerli şuşalılar dumanlı havada şəhərin hər hansı bir
yerindən şimala, şimal-şərqə və şimal –qərbə tamaşa edərkən
belə gözəl mənzərədən feyziyab olardılar. Dumanlı havada
Pənahabad böyük okeanlarda coşqun dalğalarla vuruşan gəmiyə
bənzəyirdi. Şimal-şərq tərəfdəki əzəmətli uca dağlar özünün
kənar çıxıntısı və bürcləri ilə tac qoymuş əfsanəvi nəhəngləri
xatırladır.
Cənub-şərq tərəfdən Şuşanı hər iki tərəfdən hündürlüyü
250-300 sajendən (1 sajen 3 arĢına, bir arĢın isə
Azərbaycanda təqribən 75 sm-ə bərabər idi - Y.H.) və eni
100 sajenə qədər olan sıldırım qayalı dərə əhatə edir. Həmin
dərənin üstündə gözəl bir bürc var. Bürcdən aşağıda qayaya
bitişmiş bir qəsr var; orada olan təbii kahadan soyuq suyu olan
bulaq axır.
Cıdır düzünün Üç mıx adlanan ərazisindən DaĢaltı
çayının sol sahilində içərisində tarixin sirlərini özündə qoruyub
6
saxlayan nəhəng ġuĢa kahası yerləşir. Bu kaha qaya boyu,
şəhərin altından keçən yeraltı yolla, o biri tayda, qalanın yuxarı
qapısının aşağı tərəfində başqa bir ucsuz-bucaqsız kaha ilə
birləşir.
Pənahabadın cənub tərəfindən, əzəmətli Kirs dağından
şəhərə nəzər saldıqda, ətəklərində yerləşən bu qala şəhərin
alınmaz qaya ilə şəhərin yarımdairəvi mənzərəsi duman
arasından, püskürməkdə olan təbii vulkanı xatırladır [1, 172].
Pənahabadın 4 fəslinin özünəməxsus gözəlliyi var.
Yazda və yayda şəhər və onun ətrafı əfsanəvi cənnəti
xatırladır. Müxtəlif ağacların ətir iyi saçan çiçəkləri, quşların
şən nəğmələri, yağan yağışların laylaları, yağışdan sonra
havanın insana verdiyi mənəvi və fiziki gümrahlıq, şəhərin
səması üzərində uçan qartalın təkrarolunmaz səsi, yazın
müjdəçisi olan qaranquşların şən və həzin civiltisi, şəhərin
üzərində yaranan göy qurşağının yaratdığı təbii mənzərə
şəhərimizin təbi məhsulu idi.
Şuşada yağışdan sonra küçələr xüsusi mənzərə alırdı.
Belə ki, bütün küçələr parlaq don geyinirdi. Daşlar sanki ağ
xalat geyərdi. Küçələrə döşənmiş daşlar gecələr işıq saçırdı.
Palçıq nə olduğunu yaşlı şuşalılar bilməzdi. Şəhərimizin
mərkəzi küçəsi, sağ və sol tərəfdən göçə ağacları ilə əhatə
olunmuşdur. Yaz və yay aylarında həmin küçə xüsusi gözəlliyə
qərq olardı. Ağaclar çiçək açarkən göçə ağacının əvəzolunmaz
iyi şuşalılara və istirahətə gələn qonaqlara xüsusi ləzzət və
əhval-ruhiyyə bəxş edərdi. Payız və qış fəsilləri Şuşanın əvəzsiz
bəzəyi idi.
Pənah xanın və onun oğlu İbrahimxəlil xanın və Qarabağ
xanlığının varlı adamları tərəfindən tikilən memarlıq abidələri,
saraylar, qəsrlər, məscidlər, digər dini abidələr, bürclər Şuşada
tarixin unudulmaz yadigarıdır. Ayrı-ayrı insanlara məxsus olan
şəxsi evlərin xüsusi yaraşığı var idi.
Bir sözlə Ulu yaradan qala şəhər – ġuĢaya təbiətin
bütün nemətlərini – gözəl təbiəti, saf havanı, təmiz suyu,
əzəmətli dağları, zəngin meşələri, dərələri, ormanları və bir
7
sözlə saf və təmiz nə varsa hamısını bəxş etmişdir.
Ulu müdriklərimiz çox gözəl deyiblər: - «Torpağın
müqəddəsliyi, onun yetiĢdirdiyi barında, bərəkətindədir.
Barın təamı qüvvətli, yararlı olanda, ondan dadıb-
tamsınanlar da güclü, qüvvətli, namuslu, qeyrətli, istedadlı
və müdrik olurlar. Belə müdriklər, istedadlar o torpağın
baĢını ucaldır, Ģöhrətini el-obalarda, dünya miqyasında
yayır-yaĢadır və müqəddəsləĢdirirlər» [2, 58].
Şuşa elm, mədəniyyət, ədəbiyyat və incəsənət mərkəzi
kimi görkəmli şəxsiyyətlərin müqəddəs vətəni olmuşdur.
8
PƏNAHABAD-ġUġA QALA–ġƏHƏRĠNĠN
SALINMASI TARĠXĠNDƏN
Pənahabad-Şuşa qala-şəhəri Azərbaycanın ən qədim
ərazilərindən biri olan Qarabağ ərazisində tikilmişdir. Ən qədim
insanın yaşayış məskənləri də bu ərazidə aşkar edilmişdir.
Azərbaycan Respublikasının Qarabağ bölgəsinin cənub-şərq
yamaclarının ucqar nöqtəsində yerləşən Azıx mağarası buna
parlaq misaldır. Tağlar mağarası da Qarabağın ən qədim insan
məskənlərindən biridir.
Bütün tarixi dövrlərdə Qarabağın ərazisində türkdilli
tayfalar yaşamışlar. Qarabağın Füzuli rayonunun ərazisində
yerləşən Azıx mağarasında arxeoloji qazıntılar zamanı burada
əldə edilmiş maddi və mənəvi abidələr sübut edir ki, mağara
sakinləri əmək alətləri düzəltmək və onlardan istifadə etmək
vərdişlərinə yiyələnə bilmişlər. Bu barədə çoxlu misallar
göstərmək olar. Müəllifin öz qarşısına qoyduğu əsas vəzifə –
Pənahabad Ģəhər qalasının salınma tarixidir.
Azərbaycanın şimalında yaranan xanlıqlardan biri də
Qarabağ xanlığı idi. Qarabağ xanlığı İran şahı Nadirin
öldürülməsindən sonra – 1747-ci ildə, CavanĢirlər tayfasının
baĢçısı olan Pənahəli xan tərəfindən yaradılmıĢdır. Qarabağ
xanlığı İran hökmranlığı ilə gərgin mübarizə şəraitində yaranmış
və siyasi-iqtisadi cəhətdən möhkəmlənmişdir.
Pənahəli xanın böyük qardaşı Fəzləli bəy Nadir şahın
sarayında keşik ağacı məmuru idi. O, qardaşı Pənahəli bəylə
birlikdə, I Nadir şah Qarabağda ordusuna əsgər topladığı zaman,
hər iki qardaşı əsgər kimi özü ilə götürmüşdür. Qarabağlıların
Nadir şah tərəfindən Xorasana sürgün edilmələrinə qarşı etiraz
əlaməti olaraq Fəzləli bəy ona qarşı müxalifətdə idi. Ona görə də
saray məmurları onu şahın nəzərindən sala bildilər. Nadir şahın
göstərişi ilə Fəzləli bəy edam olundu. Şahın əmri ilə Pənah bəy
böyük qardaşının yerinə eşik ağası təyin olundu. İşgüzar və
qoçaq bir insan olan Pənah bəy hiss edirdi ki, Nadir şah ona
düşmən münasibət bəsləyir, bunu o, şahın qorxunc baxışlarından
9
hiss edirdi [3, 32].
Mənbələrdə deyildiyi kimi Nadir şah tərəfindən qətlə
yetirilən böyük qardaşının əhvalatından sonra Pənah bəy onun
yanında qala bilməzdi. Ona görə də Pənah bəy saraydan
qaçmağı qət etdi. Nadir şah Xorasanda olduğu zaman Pənah bəy
bir neçə nəfər yaxın adamı ilə Nadir şahın sarayından qaçdı. Bu
hadisə 1738-ci ildə baĢ vermiĢdir [4, 110].
Nadir şah tərəfindən təqib olunan Pənahəli xan Qarabağ
dağları, Şəki və Qəbələdə yaşayırdı. Çox keçmir ki, 15 yaĢlı
oğlu Ġbrahimxəlil ağa da atasının ardınca Qarabağa gəlir [5,
25].
Elə yeri gəlmişkən Nadir şahın öldürülməsi haqqında bir
qədər məlumat vermək yerinə düşərdi.
Nadir şah cavanlıqda təhsil almamışdı. Şah II Təhmasib
tərəfindən qoşuna fərmandeh (baĢ komandir) təyin olunduqdan
sonra, o, dərk edirdi ki, oxumağa və yazmağa ehtiyacı vardır.
Ancaq müsafirətlər (səfərlər) və müharibələr ona imkan
vermirdi ki, savad ala bilsin. Nəhayət, Mirzə Mehdi Esterabadi
adlanan, çox istedadlı bir nəfər onun xidmətinə girdi. O, Nadirin
savad almasında böyük işlər gördü. Nadir şah olduqca qəzəbli
və kinli şəxsiyyət idi. Uşaqlarına, qan qohumlarına və
başqalarına qarşı dözümsüz idi. Nadir şah böyük oğlu Rzaqulu
Mirzənin gözlərinə alovda qızardılmış mil çəkdirərək kor
etmişdir.
Nadir şahın ətrafında olanlara qarşı amansız cəza
verdirməsi, ona qarşı sui-qəsdin hazırlanmasına gətirib çıxartdı.
Nadir şaha qarşı sui-qəsdə, şahın qardaşı oğlu Əliqulu
Mirzə başçılıq edirdi. Sui-qəsdə Saleh bəy Əfşar, Məhəmməd
bəy Qacar Şirvani, Musa bəy Əfşar, Qoçu bəy Əfşar Urumi
daxil idilər. Qoçu bəy Əfşar Urumi Nadir şahın xüsusi
gözətçilərinin rəisi idi. O, Nadir şahın tayfasından idi. Bundan
başqa Musa bəy və Saleh bəy də Əfşar tayfasından idilər. Nadirə
qarşı sui-qəsd 1160-cı il hicri-qəməri ilinin cəmadiul sani
ayının 14-də həyata keçirildi (Miladi tarixi ilə 1747-ci il –
Y.H.). Nadir şaha Xabuşan yaylağında ilk qılınc zərbəsini Saleh
10
bəy Əfşar endirmişdir. İran tarixində heç vaxt şah öz tayfasının
nümayəndəsi tərəfindən öldürülməmişdir. Nadirə ikinci qılınc
zərbəsini Qoçu bəy vurmuşdur. Ölməkdə olan şahın başını isə
Musa bəy Əfşarın nökəri kəsmişdir [6, 20, 32, 36, 39].
Bu hadisədən sonra Pənahəli bəy azad fəaliyyətə başladı.
Qarabağın Cavanşir, Kəbirli, Otuziki və başqa ellər Nadir şah
tərəfindən Xorasana sürgün edilmişdi. Onlar elliklə sürgündən
vətənə qayıtmağa başladılar. Pənahəli bəy onları mehribanlıqla
qarşılayıb, yaşamaları üçün lazım olan bütün şəraiti yaratdı [3,
32-33 ].
Sürgündən qayıdan elləri qarşılamaq üçün Pənah bəy,
yaxın adamları ilə bərabər İraq və Azərbaycan sərhədinə qədər
getdi. Onu salamat görən, nökər və köməkçilərinin çoxluğunu
müşahidə edən bütün el əhli və qohum-əqrəbası sevindi və
Pənah bəylə birlikdə Qarabağ torpağına daxil oldular. Hər kəs öz
əvvəlki yurduna gəlib yerləşdi. Var-yoxdan çıxmış, qarət
edilmiş həmin adamlara, hər cür yardım göstərildi. Pənahəli bəy
igid cavanları ətrafına toplayaraq dövlət qurdu [4, 111].
Beləliklə də Nadir şahın qanlı qətlindən sonra 1747-ci
ildə bütün atributlara malik olan, Qarabağ xanlığı yarandı.
Pənah bəy xan elan olundu.
Qarabağ xanlığı müstəqil dövlət elan edildikdən sonra,
Pənah xanın qarşısında duran ən mühüm vəzifə onu siyasi,
iqtisadi və sosial cəhətdən möhkəmləndirməkdən ibarət idi.
Əgər Təbriz, Ərdəbil, Gəncə, Şamaxı, Bakı, Naxçıvan, Şəki,
Dərbənd xanlıqlarının siyasi mərkəzləri var idisə, Qarabağ
xanlığının belə Ģəhər mərkəzi yox idi. Ona görə də Pənah xan,
yeni yaranmış xanlıq üçün siyasi mərkəz Ģəhəri də yaratmalı
idi. O, yaxşı bilirdi ki, siyasi-iqtisadi mərkəz şəhəri olmadan
xanlığı qoruyub saxlamaq mümkün deyildir.
Qarabağ tarixçisi Mirzə Camal bəy CavanĢir
Qarabaği yazır:
«MəĢvərətdən sonra indiki Kəbirli mahalı içərisində
olan BAYAT qalasının binası qoyuldu. Qısa bir zamanda
möhkəm hasar tikildi və xəndək qazıldı, bazar, hamam və
11
məscid tikildi. Xan bütün ailəsini, qohumlarının və el
böyüklərinin əhl-əyyalını oraya topladı. Ətrafda olan
camaat, hətta Pənah xanın tərəqqisini, onun rəftar və
məhəbbətini eĢidən Təbriz və Ərdəbil vilayətlərinin bir çox
əhalisi və sənətkarları öz ailələri ilə birlikdə gəlib Bayat
qalasında yerləĢdilər. Bayat qalası müsəlman tarixi ilə 1161-
ci ildə, xristian tarixi ilə 1745-ci ildə (hicri 1161-ci il, miladi
1748-ci ilə bərabərdir) tikilmiĢdir [4, 111-112 ].
Qarabağ xanı Pənah xanın siyasi hakimiyyət tarixi, heç
bir kənar fərman olmadan 1747-ci ildən baĢlayır.
Mənbələr də göstərilir ki, 1748-ci ildə Bayat qalası
tikildikdən sonra Pənah xanın siyasi hakimiyyət tarixi, heç də
bir kənar fərman olmadan 1747-ci ildən başlayır.
Bayat qalası tikildikdən sonra Pənah xanın şöhrəti hər
tərəfə yayıldı. Qala möhkəmləndirilir, əhalisi isə artırdı. Bunu
hiss edən Şirvan və Şəki hakimləri müqavilə bağlayıb, Pənah
xanı aradan götürmək məqsədilə çoxsaylı qoşunla Bayat
qalasına hücum etdilər.
Pənah xan igid adamları ilə birlikdə düşmən qoşunlarına
ağır zərbə vurur, onları qalaya yaxınlaşmağa qoymurdular. Şəki
və Şirvan xanları heç bir iş görə bilmədilər və məyus halda geri
qayıtdılar. Şəki xanı Hacı Çələbi yolda öz adamlarına demişdir:
«Pənah xan bir xan idi. Biz gəldik, onunla dava etdik
və bir iĢ də görə bilmədik. Biz indi onu Ģah edib qayıdırıq»
[4, 112].
Göründüyü kimi Hacı Çələbi Pənah xanı, xan kimi rəsmi
surətdə tanıdığını etiraf edir.
1748-ci il Bayat müharibəsindən sonra Pənah xan
daxili asayişi möhkəmləndirmək məqsədilə alban xristian
məliklərini özünə tabe etdirməyə başladı. Bir müddət
müqavimət göstərdikdən sonra Xəmsə alban xristian məlikləri
itaət etməyə məcbur oldular.
Bayat müharibəsi göstərdi ki, Bayat qalası qala kimi
uzun müddət düşmən hücumuna davam gətirə bilməz. Ona görə
də Pənah xanın başçılığı ilə çağırılan müşavirədə, yeni qala bina
12
olunması qərara alındı.
Beləliklə də ġahbulağı adı ilə məĢhur olan Tərnəküt
qalasının tikintisinə baĢlanıldı. Şahbulaq qalası tikilib qurtar-
dıqdan sonra (1751-1752-ci illər) hamı yeni qalaya köçürüldü.
İranda baş verən siyasi hadisələr Qarabağ xanlığı üçün
təhlükə törədirdi. Mərkəzi hakimiyyəti ələ keçirmək üçün
müxtəlif qüvvələr mübarizə aparırdılar. Bu qüvvələr içərisində
Məhəmmədhəsən xan Qacar, Fətəli xan ƏfĢar və Kərim xan
Zənd xüsusilə fərqlənirdilər.
Göründüyü kimi bu qüvvələrin hər hansı biri Qarabağ
xanlığına hücum etsəydi Şahbulağı qalası onların qarşısında
davam gətirə bilməzdi. Pənah xanın göstərişi ilə yenidən
ruhanilərin və saray məmurlarının geniş müşavirəsi çağırıldı.
Müşavirədə qərara alındı ki: «… Bizimlə Əliqulu xan və
Sərdar Əmir Aslanın arasında sülh, ittifaq və dostluq əlaqəsi
davam etməkdə idi… Belə bir münasibət və dostluq əlaqəsi
bizimlə Məhəmmədhəsən xan arasında ola bilsin ki, olmasın.
Ətraf xanlarından da bir o qədər xatircəm deyilik. Onların
Məhəmmədhəsən xanı üzərimizə təhrik edərək, onunla
birlikdə bizə qarĢı çıxacaqları ehtimalı vardır. Belə bir
vəziyyətdə Qarabağın elləri, adlı-sanlı adamları QızılbaĢ
qoĢununun ayağı altında paymal olar, biz isə ġahbulağı
qalasında elə bir qüvvətli düĢmənin və ətraf xanların
qarĢısında müqavimət göstərə bilməyib bütünlükdə
qırılarıq… Biz gərək dağların içində, möhkəm və keçilməz
yerdə elə bir əbədi və sarsılmaz qala tikək ki, onu güclü
düĢmən belə mühasirə edə bilməsin. Qalanın bir tərəfi
dağlarda olan ellərin üzünə daima açıq olmalı və mahallarla
əlaqəmiz bir an belə kəsilməməlidir [4, 115].
Müşavirədən sonra Pənah xanın göstərişi ilə bir neçə
adam ətraf yerləri xeyli gəzdikdən sonra üç tərəfi təbii
istehkamlarla, hündür qayalarla əhatə olunmuş bir əraziyə gəlib
çıxdılar. Bu ərazi qədim türk ellərinin yaşayış məskəni olan
Pənahabad qalasının salınacağı ərazi idi. Bələdçilər xana ərazi
haqqında ətraflı məlumat verdikdən sonra, o, həmin əraziyə
13
gəldi və oranı bəyəndi. Ərazidə iki-üç bulaqdan başqa su
mənbəyi yox idi. Xanın göstərişi ilə bir neçə quyu qazıldı,
müəyyən edildi ki, ərazidə su quyuları qazmaq olar. Bunu eşidən
Pənah xan çox sevindi.
Dostları ilə paylaş: |