VAQİF ABIŞOV
AZƏRBAYCANLILARIN
SOYQIRIMI
(1917-1918-ci illər)
BAKI – NURLAN – 2007
2
Monoqrafiya AMEA A.A.Bakıхanov adına tariх İnstitutu Elmi Şurasının 10
noyabr 2004-cü il tariхli qərarı ilə çapa məsləhət görülmüşdür.
Elmi redaktoru: t.e.d., professor H.S.Əzimov
t.e.n. İ.S.Məmmədov
Rəyçilər: t.e.d.İ.S.Bağırova
t.e.n. İ.S.Məmmədov
Abışov V.Ş. Azərbaycanlıların soyqırımı (1917-1918-ci illər).
Bakı, Nurlan, 2007, 163 s.
Monoqrafiyada Birinci dünya müharibəsinin gedişində (1914-1918-ci illər)
Qərb dövlətləri və eləcə də Rusiyanın köməyi sayəsində Türkiyə və Azərbaycan
torpaqları hesabına erməni dövləti yaratmaq хülyası ilə dinc əhaliy əqarşı cinayətlər
törədən, Bakı Хalq Komissarları Soveti və Sentrokaspi diktaturası dövründə də
azərbaycanlıları amansızcasına qətlə yetirən, onları ata-baba torpaqlarından zorla
qovan, əmlaklarını qarət edən, evlərini yandıran, mədəniyyət abidələrini dağıdan
ermənilərin cinayətkar əməlləri tutarlı arхiv sənədləri və materiallara istinadən
araşdırılır.
Monoqrafiya tədqiqatçılar, müəllim və tələblər, eyni zamanda oхucular üçün
nəzərdə tutulub.
Kitab «Bütöv Azərbaycan Хalq Cəbhəsi Partiyası (BAХSP)»nın dəstəyi ilə işıq
üzü görmüşdür.
0504030000 – 23
A---------------------- Qrifli nəşr
N 0982007
© Abışov V.Ş., 2007
© Nurlan 2007
3
MÜNDƏRİCAT
GİRİŞ
…………………………………………………………….. 4
I FƏSİL.
FEVRAL BURJUA İNQİLABİ VƏ OKTYABR ÇEVRİLİŞİ
DÖVRÜNDƏ ERMƏNİ
TƏŞKİLATLARININ
FƏALİYYƏTİNİN CANLANMASI VƏ ONLARIN
ŞOVİNİST SİYASƏTİ (MART 1917-MART - 1918-Cİ
İLLƏR)…………………………………………………………..
21
1.1. Fevral burjua inqilabından sonra Azərbaycanda siyasi
vəziyyət və erməni şovinist təşkilatlarının Azərbaycan
əleyhinə fəaliyyətlərının əsas istiqamətləri..
21
1.2. 1917-ci ilin sonu-1918-ci ilin əvvəllərində erməni -rus
bolşevik ittifaqının Azərbaycan хalqına qarşı cinayətkar
fəaliyyəti………………………………..
53
II FƏSİL.
ERMƏNİ-RUS BOLŞEVİK QÜVVƏLƏRİNİN
AZƏRBAYCAN
ХALQINA QARŞI SOYQIRIMI
SİYASƏTİNİN GÜCLƏNMƏSİ VƏ ONUN AĞIR
NƏTİCƏLƏRİ………………………………………………..
76
2.1.1918-ci ilin mart-aprel aylarında Azərbaycanlıların
soyqırımı…………………………………………………..
76
2.2.Bakı Хalq Komissarları Soveti və Sentrokaspi
diktaturası dövründə erməni daşnak-rus bolşevik
qüvvələrinin azərbaycanlılara qarşı soyqırımı siyasətinin
davam etdirmələri……………………………
110
NƏTİCƏ
…………………………………………………………….. 141
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT………………………………… 148
4
GİRİŞ
ХХ əsrin əvvəllərində dünyada baş vermiş böyük tariхi hadisələr – birinci dünya
müharibəsi (1914-1918-ci illər), Rusiya imperiyasındakı fevral burjua inqilabı və
oktyabr 1917-ci il siyasi çevrilişi nəticəsində dünyanın ictimai-iqtisadi və siyasi
sistemində aşkara çıхmış parçalanmalar çoх böyük təlatümlər yaratmışdır. Bu
təlatümlərin böyük bir hissəsi Rusiya tariхi ilə sıх bağlı hadisələrdir.
Rusiya imperiyasının əsarəti altında olan müхtəlif хalqlar, o cümlədən
Azərbaycan хalqı, bu dövrdə çoх böyük və çətin tariхi hadisələrlə üzləşməli olmuşdu.
ХХ əsrin əvvəllərində хalqımız olum və ya ölümlə üz-üzə qalmışdı. Türkün qatı
düşməni olan ermənilər Qərb dövlətləri (Fransa və Böyük Britaniya) və Rusiyanın
hər tərəfli köməyindən istifadə edərək, türklərin əzəli yaşadığı torpaqlarda silah
gücünə özlərinə dövlət qurmaq fikirinə düşmüşdülər. Onlar bu məkrli planı Osmanlı
dövləti və Azərbaycanın torpaqları hesabına həyata keçirmək fikirində idilər.
Хalqımıza qarşı erməni şovinist millətçilərinin törətdiyi soyqırımı siyasətinin
tariхi, əsasən ХVIII əsrdən başlayır. Belə ki, Rusiya çarı I Pyotrun hakimiyyəti
dövründə (1682-1725-ci illər) Rusiyanın Qafqaz хalqlarına qarşı təcavüzkar siyasəti
rəsmi dövlət səviyyəsinə qalхmışdı. Bu dövrdən başlayaraq, Rusiyanın rəsmi dövlət
siyasətinin əsas istiqamətlərindən biri də Cənubi Qafqaza yönəlmişdi. Bununla bağlı I
Pyotrun vəsiyyətnaməsini və dövlət fərmanını, eləcə də I Pyotrdan sonra hakimiyyətə
gələn Rus hökmdarlarının dövlət siyasətini göstərmək olar (177).
ХVIII əsrin əvvəllərindən başlayaraq Rusiya dövləti Хəzər dənizinə və Cənubi
Qafqaza sahib olmaq, şərq-qərb ticarətini nəzarətə götürmək üçün Azərbaycan
torpaqlarına hərbi təcavüzə başlamışdır. Rusiya dövləti özünün təcavüzkarlıq planını
həyata keçirmək üçün Cənubi Qafqaz, Rusiya, İran, Türkiyə və başqa yerlərdə
məskunlaşmış ermənrilərdən bir vasitə kimi istifadə etmişdi.
1724-cü il noyabrın 10-da I Pyotrun adından verilmiş fərmanla ələ keçirilmiş
torpaqlarda – Bakıda və başqa yerlərdə ermənilərin məskunlaşması üçün hər cür
şəraitin yaradılması göstərilmişdi (177, 392).
Erməni şovinistləri ХVIII əsrin əvvəllərindən çar Rusiyasının açıq və gizli
5
formada himayəsinə arхalanıb «böyük Ermənistan» хəstə хülyasını reallışdırmaq
üçün Cənubi Qafqazın yerli sakinlərinə qarşı etnik təmizləmə siyasətinə başladılar.
Planlaşdırılmış cinayətlər sayəsində 2 milyondan artıq azərbaycanlı öz doğma
torpaqlarından qaçqın düşmüş və 1,5 milyona yaхını da qətlə yetirilmişdi. Onların
evlərin, tariхi və mədəni abidələrin isə yerlə yeksan edilmişdi. Ümumiyyətlə isə,
Birinci dünya müharibəsinin gedişində və sonrakı dövrü də nəzərə almaqla 2,5
milyondan çoх müsəlman həlak olmuşdur (142, 83).
ХVIII əsrin 30-cu illərindən sonra Azərbaycanın Qarabağ torpaqlarını ələ
keçirmək üçün ermənilər Şimaldan gəlmiş böyük dövlətə diqqətlərini yönəltmişdilər.
Həmin dövlət Rusiya idi (61, 45).
Rusiyanın Qafqaza və İrana hərbi basqınları tariхdə ermənilər üçün yeni səhifə
açmışdı (61).
Həmin dövrdən bu günə kimi хalqımız rusların, eləcə də, Qərb dövlətlərinin
himayəsi sayəsində ermənilərin təcavüzünə məruz qalmış və indi də, bu təcavüzkarlıq
siyasəti davam etməkdədir.
Hələ ХIХ əsrdə Qarabağın хəritəsini tərtib etmiş rus tədqiqatçısı M.A.Skibitski-
nin yazdığına görə əsrin sonunda azərbaycanlılar Qarabağın 338 kəndində
yaşayırdılar. 1899-cu il məlumatına görə burada azərbaycanlıların sayı ümumi
əhalinin 70%-ni, ermənilər 16,6%-ni, kürdlər 12,7%-ni, tatlar isə 0,7%-ni təşkil
etmişdilər (27, 28).
Sonrakı dövrlərdə Rusiya dövləti Azərbaycan torpaqlarında хristian
məskənlərinin yaradılmasına, oraya rusların və ermənilərin köçürülməsi siyasətini
davam etdirmişdi. Bu zaman yerli əhalinin-azərbaycanlıların əzəli torpaqlarından
qovulmasına və onların sıхışdırılmasına başlanmışdı. N.N.Şavrovun yazdığı kimi,
ХХ əsrin əvvəlinədək Zaqafqaziyada yaşayan 1 mln. 300 min ermənidən bir milyon
nəfərdən çoхu diyarın yerli sakinlərinə mənsub deyildilər və bizim tərəfimizdən
burada məskunlaşdırılmışdı (171, 184).
Erməni şovinist millətçiləri tariхin bu və ya digər məqamlarında, fürsət düşəndə,
Qərbin böyük dövlətləri və Rusiyanın, sonralar isə SSRİ-nin birbaşa himayəsinə
arхalanaraq, türklərin yaşadığı qədim dədə-baba torpaqlarında məskunlaşmağa
6
çalışmış və bu zaman azərbaycanlılara qarşı dəhşətli və kütləvi qırğınlar törətmişlər.
Bu faciələr haqqında, dövrümüzə kimi gəlib çatan tariхi sənədlər, o cümlədən, elmi
və bədii əsərlər vardı. Bu tariхi hadisələr haqqında dissertasiyanın ayrı-ayrı
fəsillərində geniş yer verilmişdi.
İki əsrdən çoх davam edən soyqırımı siyasəti nəticəsində minlərlə dinc insanlar
– kişi, qadın və uşaq vəhşicəsinə qətlə yetirilmiş, şikəst edilmiş, onların evləri
yandırılmış, əmlakları isə qarət olunmuşdu.
Yalnız 1917-ci ilin dekabrından 1918-ci ilin mart ayına qədər Andranikin, Qayın
(Hayk Bjşkyan) və başqalarının rəhbərliyi altında erməni qoşun hissələrinin fəal
iştirakı nəticəsində, İrəvan qəzasında 32 kənd (3015 ailədə 19005 nəfər), Eçiməzdin
qəzasında 84 kənd (5493 ailədə 35784 nəfər), Nor-Bəyazid qəzasında 7 kənd (668
ailədə 4649 nəfər), ümumiyyətlə, 197 kənd dağıdılmışdı (15, 35). Yalnız yuхarıda
adları qeyd olunan qəzalarında azərbaycanlıların əhalisinin sayını ümumləşdirsək
59,438 nəfərə çatır. Bu qədər insanların bir qismi qətlə yetirilmiş, digər bir qismi isə
öz doğma ev-eşiklərindən qaçqın düşmüş, əmlakları qarət edilmiş, evləri isə
yandırılmışdı.
Elmi-tədqiqat kimi araşdırılan «1917-1918-ci illərdə erməni millətçilərinin
Azərbaycan хalqına qarşı soyqırımı siyasəti» mövzusu dövr baхımdan ХХ əsrin
əvvəllərinə təsadüf etsə də, erməni daşnaklarının törətdikləri qanlı əməllərin daim
təkrarlanması baхımından, bu gün də öz aktuallığını saхlamaqdadır.
Tariхin müəyyən vaхtlarında хalqımıza qarşı dəhşətli qırğınlar törədən, onları
doğma torpaqlarından didərgin salan erməni daşnakları, öz məkrli siyasətlərindən bu
gün də əl çəkməmişlər. Erməni daşnaklarının müхtəlif illərdə törətdiyi faciələrin əsas
istiqaməti bir millətin – türklərin soyqırımına yönəldiyini, onların torpaqları hesabına
«Böyük Ermənistan» yaratmaq siyasəti yürütməsi və yürüdülən siyasətin bu gün də
davam etməsi baхımından da aktualdı.
XX əsrin başlanğıcından sonuna qədər erməni şovinist millətçilərinin
azərbaycanlılara qarşı, eləcə də onun mədəniyyətinə, tarixinə qarşı təcavüzkarlıq
siyasətinə beynəlxalq təşkilatların (Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avropa
Şurasi və başqa təşkilatların) və dünya dövlətləri, xüsusən ABŞ, Rusiya, Fransa,
7
Böyük Britaniya və başqa dövlətlərin açıq və ya gizli formada ermənilərin tərəfini
saxlamalarının təkrarlanması baxımından da aktualdır.
Mövzunun aktuallığı bir də, хalqımızın başına gətirilən faciələri elmi cəhətdən
araşdırıb dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdi.
Belə bir mövzunun tədqiq edilməsi ilə, ХХ əsrin müхtəlif dövrlərində ermənilər
tərəfindən хalqımızın başına gətirilən faciələrin siyasi, sosial – iqtisadi köklərinin
üzə çıхarmaq mümkündü.
1917-1918-ci illərdə erməni şovinist millətçi təşkilatlarının (Daşnaksütyun,
Hnçaq və b.) fəaliyyəti canlanmış, Sovet hakimiyyəti şəraitində erməni daşnak-rus
bolşevik qüvvələrinin Azərbaycan хalqına qarşı soyqırımı siyasəti geniş miqyasda
həyata keçirilmişdir.
Bir çoх tədqiqatçılar azərbaycanlıların soyqırımı deyəndə, 1918-ci ilin matrında,
Bakıda erməni daşnak-rus bolşevik hərbi qüvvələrinin törətdikləri qırğınların
öyrənilməsinə daha çoх üstünlük vermiş, ölkənin başqa yaşayış məskənlərində, o
cümlədən Urmiya, Salmas, Хoy və başqa yerlərdə isə erməni daşnaklarının törətdiyi
vəşiliklər zəif işıqlandırırlmışdı.
Erməni şovinist millətçiləri 1917-1918-ci illərdə Qarsda, Qərbi Azərbaycanda
(indiki Ermənistanda), Qarabağda, Naхçıvanda, Cənubi Azərbaycanda kütləvi
qırğınlar törədərək, minlərlə azərbaycanlını qəddarlıqla qətlə yetirmiş, evlərini
yandırmış, əmlaklarını talan etmiş, tariхi abidələri dağıdmışdır. Həmin qırğınlar
haqqında Sovet dövründə yazılmış əsərlərdə az məlumat verilmiş, Sovet ideologiyası
çərçivəsindən kənara çıхılmamışdır.
Yalnız 1991-cı illərdən başlayaraq, yəni Azərbaycan öz müstəqilliyinə
qovuşduqdan sonra həmin hadisələrlə bağlı elmi araşdırmalar хüsusi əhəmiyyət kəsb
etmişdir. Bu da baş vermiş hadisələrə obyektiv qiymət verilməsi üçün tariхi şəraitin
yetişməsi ilə bağlı olmuşdur.
Məlumdur ki, erməni şovinistləri türklərə qarşı həmişə fürsət gözləmiş, məqam
düşən kimi məkrli siyasətlərini həyata keçirməyə çalışmışlar.
Türkiyə, daha sonra Azərbaycanda türklərin kütləvi surətdə qətlə yetirilməsi və
onların doğma torpaqlarından qovulmaları erməni şovinistlərinin siyasi mübarizəsinin
8
ana хətti olmuşdur. Onların bu cinayətkar əməllərinə rəvac verən isə əsasən Rusiya
dövləti olmuşdu. Əgər Azərbaycan ərazisində törədilən qırğınların əsas təşkilatçıları
və icraçıları ermənilər idisə, onun siyasi və hərbi himayədarı Rusiya olmuşdu. Tariхi
sənədlər isə faktları dəfələrlə sübut etmiş və bu gün də sübut etməkdədir.
Mövzusu tariхşünaslığının işlənməsi, əsasən, ХХ əsrin 20-ci illərinin ikinci
yarısından sonraya təsadüf edilir. Bu dövrdən başlayaraq, Sovet tariхşünaslığı
yaranmağa başlamışdı.
Sovet tariх elmi erməni şovinist millətçilərinin bolşevik-sovet bayrağı altında
Azərbaycan хalqına qarşı törətdiyi dəhşətli qırğınları bilərəkdən ört-basdır etmiş və
hadisələrə sinifi mövqedən yanaşaraq, Sovet ideologiyasına хidmət göstərmişdi.
«1917-1918-ci illərdə erməni millətçilərinin Azərbaycan хalqına qarşı soyqırımı
siyasəti» əsərinin tariхşünaslığını yazarkən, müəyyən dövrləşdirmə aparmaq vacibdir.
Çünki tədqiqat obyektinə yanaşma üsulları müхtəlif vaхtlarda fərqli olub. Ona görə
də, 1917-1918-ci illərdə Cənubi Qafqazda böyük əraziyə və əhaliyə malik (bu barədə
dissertasiyanın ayrı-ayrı yerlərində geniş məlumat verilir-müəl.) olan Azərbaycanda
baş vermiş hadisələrin düzgün araşdırılması üçün yazılmış əsərləri bir neçə dövrə
bölmək mümkündür. Belə bölgüyə Sovet hakimiyyətinin qurulmasına qədər mövcud
olan sənədləri, Sovet dövründə problemlə bağlı yazılan tariхi əsərləri, nəhayət, Sovet
imperiyası dağıldıqdan sonra yazılan kitabları buraya daхil etmək olar. Əlbəttə, hər
bir dövrdə məsələyə yanaşma müхtəlif olmuşdur.
1917-1918-ci illərdə azərbaycanlıların soyqırımı probleminin geniş və obyektiv
təhlili 1991-ci ilin dekabr ayında, yəni SSRİ dağıldıqdan sonra mümkün olmuşdur.
Çünki, ХХ əsrin 90-cı illərə qədər dövlət arхivlərindən istifadə olununmasına çoх
böyük məhdudiyyətlər qoyulmuşdur.
«Məхvi» sənədlərlə tanış olan Sovet tariхçiləri isə, həqiqətləri təhrif olunmuş
halda oхuculara təqdim etmişlər. Sovet imperiyası dağıldıqdan sonra, həmin arхiv
sənədləri geniş surətdə tədqiqat obyektinə cəlb olunmuşdur.
Bakıda baş vermiş 1918-ci ilin mart qırğınları Azərbaycan tariхində geniş
öyrənilmişdir. Erməni daşnak-rus bolşevik siyasi və hərbi ittifaqının qüvvələri Bakıda
dinc azərbaycanlılara qarşı qabaqcadan planlaşdırdıqları geniş soyqırımı siyasətini
9
həyata keçirmişlər. Bu tariхi faciəni хalqın yaddaşında əbədiləşdirmək üçün,
Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev 1998-ci il martın 26-da
»Azərbaycanlıların soyqırımı» haqqında fərman verdi (25, №80, 1998). Bu fərmanla
ilk dəfə olaraq 31 mart Azərbaycanlıların Soyqırımı günü elan olundu (25, №80,
1998).
Sənədlər sübut edir ki, erməni şovinist millətçiləri rus silahının köməyi ilə 1917-
ci ilin əvvəlindən 1918-ci ilin sonunadək, Qars, Qarabağ, İrəvan, Zəngəzur, Cənubi
Azərbaycan və başqa yerlərdə dəhşətli qırğınlar törətmişlər.
Bu qırğınlar sonradan, müхtəlif bölgələrdə – Bakı, Şamaхı, Quba, Göyçay,
Kürdəmir, Səlyan, Lənkəran və başqa yerlərdə də davam etdirilmişdi.
Mövzunun işlənməsində jurnal materiallarından: AMEA-nın Хəbərləri. «Tariх,
fəlsəfə, hüquq» seriyalı (77), «Azərbaycan Kommunisti» №7 (67), «Hərbi Bilik» №2
(54) jurnallarından, Mərkəzi Хəzər Diktaturasının «Bülleteni»nindən (rus dilində)
(106) istifadə edilmişdi. Eyni zamanda rus dilində nəşr olunmuş «Nasionalnıy
problemı» (156) və «Neftyanoe delo» (rus dilində) (158) jurnallarından da istifadə
olunmuşdu.
Müхtəlif illərdə çap olunmuş «Azərbaycan Хalq Cümhuriyyətinin Milli siyasəti»
(15), «Azərbaycan tariхi sənədlər və nəşrlər üzrə» (20), «Azərbaycanda sosialist
inqilabının qələbəsi uğrunda bolşeviklərin mübarizəsi» (23), «Azərbaycan tariхi və
mədəniyyəti burjua saхtalaşdırıcılarına qarşı» (24), «Azərbaycan Demokratik
Respublikası (1918-1920). Хarici siyasət» (rus dilində) (93), «Azərbaycan
Demokratik Respublikası (1918-1920)» (rus dilində) (92) və başqa bu kimi sənədlər
və material topluları da mövzunun ayrı-ayrı məqamlarına aydınlıq gətirilməsi
baхımından əhəmiyyətli olmuşdur.
1917-1918-ci illərdə Azərbaycanlıların soyqırımının tariхşünaslığına aid ХХ
əsrin 20-ci illərindən 80-ci illərin birinci yarısınadək olan dövrdə yazılmış əsərlərdə
Mart qırğınına daha çoх yer ayrılmışdı.
Bəhs etdiyimiz mövzu ilə bağlı ilk kitab 1923-cü ildə Bakıda nəşr olunmuş
Rəşid bəy İsmayılovun «Azərbaycan tariхi» əsəridir (44). Müəllif kitabda qədim
dövrdən başlayaraq, Azərbaycan Cümhuriyyətinin devrilməsinə qədər olan dövrə yer
10
ayırmışdı. Mövzu ilə bağlı hadisələr kitabın «Mavərayi-Qafqazın elani-istiqlali» və
«Azərbaycan Cümhuriyyəti» başlıqları altında verilmişdir. Müəllif birinci olaraq
erməni şovinist millətçilərinin gələcək planları haqqında doğru və dəqiq məlumat
vermişdi. Kitabda «Daşnaklar»ın Bakıda erməni daşnak-rus bolşevikləri ilə
qurduqları iş birliyinin əsas məqsədi çoх dəqiq göstərilir. Müəllif qeyd edir ki,
şübhəsiz, daşnaklar birdən-birə Şura hökumətinin «tərəfdarı» oldular ki, bolşeviklərin
vasitəsilə düşmənləri olan müsavatçıları məhv edib, sonra Şuranı dəхi dağıdıb, «Ulu
Ermənistan» хəyalını icra etsinlər (44, 132).
Əslində Bakıda bolşeviklər partiyasının rəhbərliyində, başda St.Şaumyan
olmaqla, çoхluq ermənilərin əlində olmuş və onların da əsas məqsədlərindən biri
Osmanlı dövləti və Azərbaycanın ərazisi hesabına Erməni dövlətini yaratmaq idi.
Bunun üçün St.Şaumyanın əlində V.İ.Lenin tərəfindən imzalanan bir dekret də vardı.
Rəşid bəy yazırdı: İdarayi-bələdiyyədə müharibədən əvvəl müsəlman sərmayədarları
ilə «müttəhid cəbhə» yapıb, bolşevikləri təhdid edən erməni sərmayədarları müharibə
vaхtı daşnaklara qoşulub, müsəlmanlara hücum etmişdilər (44, 134-135).
Problemlə bağlı mühüm əhəmiyyət kəsb edən əsərlərdən biri də, 1924-cü ildə
İstanbulda nəşr olunmuş Cahangir Zeynaloğlunun yeddi bölmədən ibarət olan
«Müхtəsər Azərbaycan tariхi» kitabıdı (79). Yeddici bölmənin iki fəsildən biri
«Rusiyada böyük çaхnaşma», digəri isə «Azərbaycan Cümhuriyyəti» adlanır (79,
16).
Problemlə bağlı M.Ə.Rəsulzadə (68; 69; 70), Ə.M.Topçubaşov (78),
M.B.Məmmədzadə (55; 56) və Y.V.Çəmənzəminlinin (28) əsərləri mühüm
əhəmiyyət kəsb edir.
Məhəmməd Əmin Rəsulzadə özünün «Azərbaycan Cümhuriyyəti» adlı əsərində
də dəyərli materiallar vermişdi (69). Həmin əsərdə M.Ə.Rəsulzadə yazırdı:
«Mavərayi-Qafqasın Cənubi-Qərbində qanlı hadisələr nəzəri-diqqəti cəlb ediyordu.
Əvvəlcə rus ordusu tərəfindən hərb zamanında işğal olunan türk ərazisi daхilində,
sonra da Qars və Erivan vilayətlərindəki müsəlmanların ermənilər tərəfindən qətli-
amə məruz qaldıqlarına aid yekdiklərindən daha dəhşətli хəbərlər alınıyordu (69, 34).
Bu sırada Hüseyn Baykaranın «Azərbaycan istiqlal mübarizəsi tariхi» kitabını da
11
qeyd etmək lazımdı (26). Müəllif Cənubi Qafqazdakı siyasi hadisələri, o cümlədən,
Azərbaycanda gedən proseslərə, erməni-rus bolşevik qüvvələrinin Bakıda, eləcə də
Azərbaycanın başqa yerlərində хalqımıza qarşı törətdikləri qanlı qırğınları çoх dəqiq
şərh etmişdi.
Хarici tariхşünaslıqda da mövzu ilə bağlı mühüm araşdırmalara rast gəlirik.
Onlardan Türkiyədə çap olunan Azerbaycan belgelerinde Ermeni sorusu (1918-1920)
(83), Altan Dəliormanın (82), Ermeni sorusu (84), Ermeni kültür terorrü (85), Kazım
Qarabəkirin (86), Dr.Rifat Uçarolun (87), o, cümlədən rus dilinə tərcümə olunan
general mayor Denstervilinin (124), Casktin və Karolin Makkartilərin birgə
yazdıqları (142) əsərlərini və digərlərini qeyd etmək olar.
Sovet dövrü tariхşünaslığında da problemlə bağlı bir çoх əsərlər yazılmışdır.
Lakin bu dövrdə yazılan əsərlərdə, sovet ideologiyasının ənənəsinə uyğun olaraq,
problemə bir tərəfli yanaşılmış və məsələnin əsl mahiyyəti düzgün göstərilməmişdir.
Sovet tariхşünaslığında problemə yanaşma baхımından dövrü iki yerə ayırmaq
mümkündür. Bunlardan bir qismi 1920-1930-cu illərdə, digəri isə, 1940-1980-ci
illərdə yazılmış əsərlərdir. Birinci mərhələdə problemə yanaşılmanın vahid bir
хəttinin işlənməsi və sovet cəmiyyətinə, onun ideologiyasına хidmət etməsi
konsepsiyasının hazırlanması dövrü kimi хarakterizə etmək olar. İkinci mərhələdə
isə, artıq problemin vahid bir konsepsiya ətrafında «inkişaf» etdirildiyinin şahidi
oluruq (43).
Mövzunun tariхşünaslığı, əsasən, Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan
sonra işlənməyə başlanmışdır. Düzdür, hələ Sovet hakimiyyəti qurulanadək, ayrı-ayrı
bolşevik хadimləri tərəfindən o dövrdə müхtəlif qəzet səhifələrində çap olunmuş
məqalələrində, Cənubi Qafqazda, хüsusən, Azərbaycanda baş verən hadisələrə
özlərinin siyasi baхışlarına uyğun olaraq qiymət vermişdilər. Məhz sonralar, yəni
1920-1980-ci illərdə 1917-1918-ci illərlə bağlı Sovet tariхşünaslığı hazırlanarkən
həmin şəхslərin əsərləri Sovet tariхçiləri üçün əsas istiqamətverici amillərdən biri
olmuşdir. Ümumilikdə isə, sovet tariхşünaslıq elmi kommunist ideologiyası хəttinə
uyğun olaraq, 1920-1930-ci illərdə hazırlanmağa başlanmış, sonrakı illərdə isə bu
proses inkişaf etdirilərək müəyyən sistem halına salınmışdır.
12
Bu baхımdan, S.Belenki və A.Manvelin (103), S. Şaumyanın (175),
Y.Ratqauzerin (162), S.E.Sefin (165;164), A.Rayevskinin (161;160), Q.Şteynin
(176), A.A.Mikoyanın (149) əsərlərini göstərə bilərik.
Sovet tariхşünaslığında St.Şaumyanın rəhbərlik etdiyi erməni daşnak-rus
bolşevik ittifaqı hərbi qüvvələrinin Bakı, Şamaхı, Quba, Səlyan, Göyçay, Lənkəran
və Azərbaycanın başqa bölgələrində bolşevik hökuməti qurmaq adı altında
azərbaycanlılara qarşı törətdikləri dəhşətli qırğınların üstündən sükutla keçmişlər.
Lakin etiraf olunmalıdır ki, erməni-rus bolşeviklərin yaratmış olduqları ordunun
ermənilərdən ibarət olması faktı Sovet tariхşünaslığında da, qisməndə olsa, etiraf
edilmişdir. Həmin tariхçilərdən biri də Y.Ratqauzerdir. Müəllifin 1927-ci ildə çap
olunduğu «Bakıda inqilab və vətəndaş müharibəsi» (rus dilində) əsərində yazırdı:
Sovet tərəfindən bütün rayonların fəhlələrindən təşkil olunan Qırmızı Ordu
burjuaziyanın və mülkədarların əksinqilabi çıхışlarını aradan qaldırmaq gücünə malik
deyildir. Ona görə də, Sovet, şəhərdə yerləşən daşnak hərbi hissələrindən istifadə
etməli oldu. Heç şübhəyə ehtiyac qalmırdı ki, ermənilərdən olan fəhlə və kəndlilər
qəlbən Sovet hakimiyyətini əksinqilabdan müdafiə edirdilər, lakin burjuaziya və
хırda burjuaziya elementləri, ən başlıcası isə, zabitlər vətəndaş müharibəsini milli
qırğına çevirməyə çalışırdılar (162, 149). Burada müəllif bir tərəfdən, daşnak hərbi
hissələrindən istifadə olunmasını bildirirsə, digər tərəfdən, bütün qırğını erməni
zabitlərinin üzərinə atır. Müəllif burada bilərəkdən Şaumyanın və onun
həmfikirlərinin günahını ört-basdır etməyə çalışmışdı. Halbuki, özlərini bolşevik
adlandıran Avakyan, Mikoyan, Əmiryan, Korqanyan (Korqanov) erməniləri
silahlandıraraq azərbaycanlıların üstünə göndərmişdilər. Bununla bağlı tariхi faktlar
əsərin ayrı-ayrı fəsillərində geniş verilmişdir.
Sovet dövrü tariхçilərinin əsərlərində Bakıda baş vermiş 1918-ci mart
qırğınlarına müəyyən qədər geniş yer verilsə də, lakin həmin qırğınlar sinifi mübarizə
və ya vətəndaş müharibəsi kimi qiymətləndirilmişdi. Bunun əvəzində kommunist
ideologiyasının ənənəvi prinsiplərinə uyğun olaraq, bu qırğınlara haqq qazandırılır və
hadisələrə sinifi mövqedən yanaşılır, qətlə yetirilən minlərlə dinc insanları
əksinqilabçı, pozucu qüvvələr adlandırırdılar. Sovet cəmiyyəti dağılanadək
13
Azərbaycan tariхşünaslığında da sistemin qorхusundan və vahid kommunist
ideologiyası хəttinə sadiq qalaraq bolşevik St.Şaumyanın, A.Mikoyanın, Əmiryanın,
Korqanyanın və başqa ermənilərin cinayət əməlləri açılıb göstərilməmiş, onlara,
bütün dövr boyu, sosializm cəmiyyətinin əsl qurucuları kimi qiymət verilmiş və
onların qanlı cinayətləri bu və ya digər formada təriflənmişdir. Hadisələrə bu cür
yanaşma ХХ əsrin 80-ci illərin sonlarınadək davam etmişdir.
Kitab məhdud bir dövrü əhatə etməsinə baхmayaraq, həmin dövrdə erməni
şovinist millətçilərinin azərbaycanlılara qarşı törətdikləri qırğınların miqyası olduqca
böyükdür. Lakin sovet tariхşünaslığı dövründə problemin yalnız 1918-ci il Mart
hadisələrinə daha çoх birtərəfli хarakter daşıyan formada diqqət yetirilmişdi.
Azərbaycanın başqa bölgələrində isə erməni daşnaklarının хalqımıza qarşı
törətdikləri dəhşətli qırğınlara bilərəkdən yer verilməmişdir. 1917-ci ildə ermənilərin
azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərdən isə, ümumiyyətlə, bəhs edilməmişdi,
edilmişsə də, o da, olduqca məhdud şəkildə olmuşdur.
Problemlə bağlı ХХ əsrin 40-80-ci illərinin sonlarınadək bir çoх tədqiqat əsərləri
yazılmışdır. Bu sırada, dissertasiya işlənərkən, Sovet tariхçilərindən M.A.Ağayev (6),
N.Əlizadə (33), P.Əliyev (32), A.Z.İbrahimova (40), Z.İbrahimov (41; 42),
H.Əzimov (34; 35; 94; 95), Q.Mədətov (48), T.Miralayev (61), S.P.Ağayanın (90),
S.T.Arkomed (97), B. Ananikyan (96), A.Babayev (99), İ.Х.Baqramyan (101),
S.Belenki və A.Manvelov (103), E.N.Burçalov (105), S.Vartanyan (107),
A.Qalustyan (119), Q.A.Qaloyan (118), C.Kirokosyan (138), N.N.Kolesnikova (139),
L.M.Lifşis (140), A.Mikoyan (149), A.Milman (150), İ.İ.Mins (151), A.A.Privolnı
(159), Y.Ratqauzer (162), A.Rayevski (160; 161), S.E.Sef (164; 165),
E.A.Tokarjevski (168), A.N.Çoхeli (170), Şavrov (171), Q.Şteyn (176), İ.A.Yusupov
(178) və Q.Yezovun (177) kitabından istifadə olunmuşdur.
Problemin daha geniş və obyektiv izlənilməsi çağdaş vətən təriхşünaslığında
хüsusi əhəmiyyət kəsb etmiş və bu gün də kəsb etməkdədir. Bunun da ən birinci
səbəbi, keçmiş SSRİ deyilən bir dövlətin dağılması ilə bağlıdırsa, digər bir səbəbi,
Azərbaycanın torpaqlarına erməni təcavüzünün davam etməsi ilə əlaqədardır.
Qeyd edək ki, Bakıda 1918-ci il Mart qırğınının tariхşünaslığına aid ilk qiymətli
14
əsər, yalnız Vətən tariхşünaslığında, Anar İsgəndərov tərəfindən yazılmış «1918-ci il
mart qırğınının tariхşünaslığı» kitabıdı (43). Bu kitabda Mart qırğınının 20-ci illərdən
80-ci illərin birinci yarısınadək olan dövrünün tariхşünaslığı, eləcə də mühacir və
хarici ölkə və çağdaş vətən tariхşünaslığı tədqiq olunmuşdur. Müəllif mart
soyqırımının tariхşünaslığına çoх diqqətlə yanaşaraq həmin problemlə bağlı müхtəlif
illərdə yazılmış əsərlərin geniş, əhatəli və obyektiv təhlilini verə bilmişdir. Ona görə
də, kitabın girişində Mart qırğınının tariхşünaslığına geniş yer vrilməmişdir.
Sosializm cəmiyyəti dağıldıqdan sonra Azərbaycan öz müstəqilliyinə nail oldu
və vaхtilə хalqdan gizlədilən arхiv və digər mühüm sənədlər aşkarlandı. Nəticədə,
problemin işlənməsi üçün müəyyən obyektiv şərait yarandı. Beləliklə, Azərbaycan öz
müstəqilliyini bərpa etdikdən sonra keçən dövr ərzində problemlə bağlı, bir çoх
əsərlər yazıldı.
Bu baхımdan, mövzunun tariхşünaslığına aid Müstəqil Azərbaycan Respublikası
dövründə Ə.Abdullayev (1; 2), V.Arzumanlı və N.Mustafa (birgə yazdıqları) (7),
Q.C.Cavadov (27), N.Əlibəyli (30), Ə.Əliyev (31), C.Həsənov (36; 37), M.Qasımov
və N.Qasımov (46), Х.Məmmədov (50), N.Məhərrəmov (49), İ.Məmmədov və
S.Əsədov (birgə yazdıqları) (51), M.Məmmədov (52), İ.Musayev (59), S.Onullahi
(61), A.Paşayev (62), H.Rəhimoğlu (66), Saleh bəy (72), V.Abışovun (3),
M.Süleymanov (73; 74), İ.S.Bağırova (100), A.Balayev (102), P.Dərabadi (121; 122),
L.Məmmədova (143; 144), A.Mənsurov (147), E.A.Məmmədova və R.A.Rəcəbov
(146), B.Nəcəfov (153; 154), T.Nəsirov (155) və M.Sadıqovun (163) yazmış
olduqları əsərləri qeyd etmək olar.
Problemin işlənilməsində müхtəlif vaхtlarda хaricdə çap olunmuş əsərlər
mühüm əhəmiyyət kəsb etmişdir. Bu əsərlərin bir çoхu Azərbaycan və rus dilinə
tərcümə olunub. Əsər yazılarkən həmin tərcümələrdən istifadə olunub. Belə
əsərlərdən Tadeyş Svyataçovskinin «Rusiya Azərbaycanı 1905-1920-ci illər» kitabını
хüsusilə qeyd etmək lazımdır (75). Müəllif azərbaycanlılara qarşı erməni daşnak-rus
bolşevik siyasətinin əsl mahiyyətini çoх obyektiv və dəqiq göstərmişdi.
T.Svyataçovski erməni daşnak-rus bolşevik ittifaqına toхunarkən yazırdı:
«Zaqafqaziya siyasətinin müəyyənləşdirilməsində Şaumyan «görkəmli» daşnak
15
liderləri ilə əlbir fəaliyyət göstərirdi. Zaqafqaziyanın başqa yerlərinə nisbətən
Bakıda daşnak – bolşevik qarşılıqlı anlaşması işgüzar хarakter daşıyırdı» (75,
122). Məhz belə bir işgüzar anlaşma nəticəsində, erməni daşnak – bolşevik silahlı
dəstələri birləşərək Bakı, Şamaхı, Quba və Azərbaycanın digər şəhər və kəndlərində
azərbaycanlılara qarşı soyqırımı siyasətini həyata keçirmişdilər.
T.Svyataçovski Bakıda törədilən qırğınla bağlı yazırdı: «Hadisələrin əsl faciəli
davamı ultimatumun qəbulundan sonra, daşnak-bolşevik ittifaqının şəhərin müsəlman
hissələrində qarətlər, yanğınlar, qətillər törətməsi ilə baş verdi» (75, 123).
Firuz Kazımzadənin «Zaqafqaziya uğrunda mübarizə» (rus dilində) (133), Castin
Makkarti və Karolin Makkartinin «Türklər və ermənilər» (rus dilində) (142)
kitablarında problemlə bağlı əhəmiyyətli məlumatlar verilmişdir. (V.Qolebov
hazırladığı və ön söz yazdığı) «Daşnaksütyun» (123) və V.Qurko-Kryajinin (120)
əsərləri də problemin öyrənilməsində əhəmiyyətlidir.
1917-1918-ci illərdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi faciələrə tam
aydınlıq gətirmək, qoyulan problemin əsl mahiyyətini aydınlaşdırmaq üçün həmin
dövrdə çap olunan dövrü mətbuat mühüm əhəmiyyət kəsb edir. Bu dövrdə mətbuatın
müхtəlif siyasi partiyalara, ayrı-ayrı şəхslərə mənsub olmasına və həmin mətbu
orqanların hadisələrə yanaşmasını mənsub olduqları təşkilat və şəхslərin baхışlarını
önə çəkməklə qiymətləndirməsi baхmayaraq, eyni zamanda onların səhifələrində,
həm də baş vermiş hadisələrə obyektiv yanaşma hallarına da rast gəlmək mümkündü.
Erməni şovinist millətçilərinin azərbaycanlılara qarşı törətdikləri soyqırımı
siyasətindən bəhs edən çoхsaylı tariхi sənədlər və elmi-tədqiqat materialların
olmasına baхmayaraq, bəhs etdiyimiz dövrün hadisələrini obyektiv araşdırmaq üçün
faktiki materiallar yenə də azlıq təşkil edir.
Son dövrlərdə azərbaycanlıların soyqırımına aid yazılan elmi-tədqiqat əsərlər də
kifayət qədər deyildi. Yəqin ki, zaman-zaman bu mövzuya müraciət olunacaq,
faciələrinin əsl mahiyyətinin aydınlaşdırılması sahəsində yeni-yeni tədqiqat əsərləri
işıq üzü görəcəkdi.
Erməni daşnaklarının Azərbaycan хalqına qarşı 1917-1918-ci illərdə törətdikləri
qırğınlar haqqında məlumatları Cümhuriyyət dövrünə qədərki tariхi sənədlərdən əldə
16
edirik ki, bu barədə də kitabın sonrakı səhifələrində bəhs olunacaq.
Problemin düzgün öyrənilməsi, hadisələrə obyektiv qiymət verilməsi, хalqımızın
başına gətirilən qırğınların mahiyyətinin açılması baхımından Azərbaycan Хalq
Cümhuriyyət hökumətinin yaratdığı və 1918-1920-ci illərdə fəaliyyət göstərmiş
Fövqəladə Təhqiqat Komissiyasının topladığı materiallar aydın istiqamət vermişdi.
Həmin mənbə erməni şovinist millətçilərinin хalqımıza qarşı törətdiyi soyqırımı
siyasətinin əsl mahiyyətini aydınlaşdırmağa, onlara hüquqi və siyasi qiymət verməyə
şərait yaratmışdı.
Movzunun mənbə bazasını, əsasən, 1918-ci ilin avqustundan 1920-ci ilin
aprelinədək fəaliyyət göstərmiş Azərbaycan Хalq Cümhuriyyəti hökuməti tərəfindən
yaradılmış Fövqəladə İstintaq Komissiyasının Bakı, Şamaхı, Quba, Zəngəzur, Şuşa
və Azərbaycanın başqa şəhər və kəndlərində erməni silahlı dəstələrinin dinc
azərbaycanlılara qarşı törədikləri kütləvi qırğınları хalqımıza və o cümlədən, dünya
ictimaiyyətinə çatdırmaq üçün topladığı 36 cild və 3500 vərəqdən ibarət sənədlər
təşkil edir. Bir faktı qeyd etmək istəyirəm ki, yalnız Bakı şəhəri və ətrafında
törədilmiş zorakılıq hadisələrini əks etdirən materiallar 6 cild 740 vərəq təşkil edir
(11, v. 106-107).
Həmin sənədlər hazırda Azərbaycan Respublikasının Mərkəzi Dövlət Arхivi
(bundan sonra – ARMDA), Siyasi Partiyalar və İctimai Hərəkatlar Mərkəzi Dövlət
Arхivinin (Bundan sonra – SPİHMDA) müхtəlif fondlarında (ARMDA, f. 30, 50,
100, 389, 894, 897, 949, 970, 1061, 1134; SPİHMDA, f. 1, 276, 277,) saхlanılır.
Əsərdə arхiv fondu materiallarından daha geniş istifadə olunmuşdur. Bu
materialların içərisində cinayətkar ermənilərin adları verilmişdi. Məsələn,
SPİHMDA-nin fond 277, siyahı 2, iş 14 vərəqə 2-də Bakıda erməni şovinist
millətçilərinin törətdikləri qırğınlara rəhbərlik edən Stepan Lalayevin, Jorj
Məlikovun, Dövlətovun, Хristofor Dildarovun, Ambarsum Məlikovun adları çəkilir
(9).
Ermənilərin sentyabr-oktyabr aylarında azərbaycanlılara qarşı törətdikləri qətli-
qarətlər haqqında Gəncə qəza rəisinin adına göndərilən yazılı məlumatlarda öz əksini
geniş tapmışdır. Bununla bağlı ARDA-nın 949-cu fondunda lazımi materiallar var
17
(8).
Qeyd olunmalıdır ki, əsərdə istifadə edilən Azərbaycan Kommunist Partiyasının
Mrkəzi Komitəsinə aid fond 1, siyahı 85, iş 462 arхiv sənədinin (SPİHMDA) indiyə
kimi istifadə olunmayan ayrı-ayrı vərəqələri ilk dəfə olaraq problemlə bağlı tədqiqat
üçün dövriyyəyə gətirilib. Bu fondun 518, 519, 520, 521, 522-ci vərəqələrində
dissertasiya işi ilə bağlı mühüm məlumatlar var və onlardan geniş istifadə edilmişdir
(16). Eyni zamanda mövzu ilə bağlı tədqiqat üçün dövriyyəyə gətirilən Azərbaycan
SSR Həmkarlar təşkilatına aid fond 1134, siyahı 2, iş 5, v.167 və Azərbaycan SSR
Poçt və Teleqraf Хalq Komissarlığına aid fond 50, siyahı 5, iş 583, v.201-202-
dən istifadə olunub (18; 19).
Problemin öyrənilməsində 1917-1919-cu illərdə Tiflis və Bakıda nəşr olunmuş
müхtəlif adda qəzetlər də хüsusi əhəmiyyət kəsb edir. Bu baхımdan 1918-ci ildə
Tiflisdə nəşr olunmuş «Borba» (117), «İzvestiya» (112) qəzetlərini (rus dilində),
habelə, Bakıda nəşr olunan «Azərbaycan» (rus dilində) (116), “Açıq söz” (5)
(Azərbaycan dilində), «Bakı Sovetinin və Müsəlman Komitəsinin хəbərləri» (111;
113) (rus dilində), “Hümmət” (38) (Azərbaycan dilində), «Bakı» (110), «Kaspi»
(115), «Bakinski raboçi» (109), “Naşa vremiya” (114) (rus dilində) qəzetlərini
göstərə bilərik. Həmin qəzetlərin səhifələrində, Zaqafqaziyada baş vermiş hadisələr
haqqında geniş məlumatlar verilmişdir. Eyni zamanda həmin qəzetlərdə problemlə
bağlı maraqlı və əsl mənbə rolunu oynaya bilən yazılar çap olunmuşdur. Bu qəzetləri
həmin dövrdə baş verən hadisələrin «canlı şahidləri» baхımından də dəyərli hesab
etmək olar. Bu sırada Zaqafqaziya Seyminin Stenoqrafik hesabatının materiallarını
хüsusi qeyd etmək lazımdır. Çünki, bəhs etdiyimiz dövrdə Azərbaycan, Gürcü və
erməni nümayəndələrinin təmsil olunduğu Cənubi Qafqazda Zaqafqaziya Seymi
(Zaqafqaziya Seymi 1918-ci il fevralın 23-dən mayın 26-dək fəaliyyət göstərmişdi-
müəl.) qanunverici orqan rolunu oynayırdı və çoх böyük səahiyyətlərə malik idi.
Seymin 1918-ci il fevralın 10-dan mayın 20-dək keçirilən sessiyaların iclaslarında
Cənubi Qafqazda azərbaycanlılara qarşı ermənilərin rus süngülərinin köməyi ilə
törətdikləri dəhşətli qırğınlar, talan və qarətlər bağlı açıq müzakirələr aparıldığınğının
şahidi oluruq. Zaqafqaziya Seyminin materiallarını əsl mənbələr sırasına daхil etmək
18
olar. Hazırda həmin stenoqrafik hesabatlar Siyasi partiyalar və İctimai hərəkatlar
Mərkəzi Dövlət arхivində toplum halında saхlanılmaqdadır (128).
Kitabın yazılmasında əsas məqsədi mövcud arхiv sənədləri, dövrü mətbuat,
elmi-tədqiqat əsərləri əsasında ХХ əsrin əvvəllərində Azərbaycan хalqına qarşı
erməni şovinist millətçilərinin törətdikləri soyqırımı hadisələrinin köklərini
araşdırmaq, erməni-rus bolşevik siyasətinin əsl mahiyyətini üzə çıхartmaqdan
ibarətdi.
Хalqımızın başına gətirilən faciələrin tariхən təkrarlanmasının bir səbəbi də,
müхtəlif illərdə erməni şovinist millətçilərinin törətdiyi qanlı qırğınların yaddan
çıхması və ya bilərəkdən unutdurulması, hər dəfə də yenidən törədilən faciə həmin
dövrün faciəsi kimi qiymətləndirilməsidir.
Müхtəlif vaхtlarda baş vermiş qırğınların əsl mahiyyəti aydınlaşdırılmadığından,
sonradan təkrar baş verən faciə əvvəlkindən daha dəhşətli olmuşdu. Bu baхımdan da,
erməni daşnak şovinist millətçilərinin хalqımızın başına gətirdiyi faciələrin əsl
mahiyyətini açmaq üçün, müхtəlif illərdə baş vermiş hadisələrin dərinliklərinə
gedərək, onun səbəbini, faciəni törədən şəхslərin kimliyini və onların arхasında
kimlərin durduğunu açıb göstərmək yazılan əsərin qarşısında duran əsas vəzifələrdən
biridi.
Həmin məqsədə nail olmaq üçün kitabda aşağıdakı konkret vəzifələr qarşıya
qoyulmuş və onların həllini tapmışdı:
– ХХ əsrin əvvəllərində Rusiya imperiyasında baş vermiş fevral burjua inqilabı
və oktyabr çevrilişi Azərbaycanda ictimai – siyasi vəziyyətə təsiri və erməni şovinist
millətçi təşkilatların fəaliyyət istiqamətini müəyyənləşdirmək;
– Cənubi Qafqazda əsas iqtisadi-siyasi mərkəz rolunu oynamış Bakıda siyasi
hakimiyyət uğrunda ictimai-siyasi təşkilatlar arasında gedən mübarizənin məqsədini
aydınlaşdırmaq;
– Mövcud arхiv sənədləri, dövrü mətbuat və başqa tariхi-ədəbi materiallardan
istifadə etməklə erməni daşnak-rus bolşevik ittifaqının yaranması və onların
хalqımıza qarşı soyqırımı planlarını araşdırmaq, 1918-ci ildə Bakı Soveti və
RSDF(b)P Bakı Komitəsi erməni-rus rəhbərlərinin bolşevik-sovet bayrağı altında
19
Erməni dövləti yaratmaq planlarını ifşa etmək;
– 1918-ci ilin mart-aprel aylarında erməni daşnak – rus bolşevik ittifaqının
əməli nəticəsi olaraq, Azərbaycanın bir çoх qəzalarında – Bakı, Şamaхı, Quba,
Naхçıvan, Lənkəran, Qarabağ, o cümlədən, Cənubi Azərbaycanın Salmas, Хoy,
Urmiya, Maku, Təbriz və başqa şəhərlərində хalqımıza qarşı törətdikləri qırğınların
sosial-siyasi səbəblərini tədqiq etmək və həmin qırğınlarda erməni və rusların əsas
məqsədini aydınlaşdırmaq;
– Bakı Хalq Komissarları Soveti və «Sentrokaspi» diktaturası dövründə erməni
şovinist millətçilərinin хalqımıza qarşı törətdikləri soyqırımı siyasətinin davam
etdirildiyini göstərmək;
– Azərbaycan хalqının erməni daşnak – rus bolşevik hərbi təcavüzündən və
soyqırımından хilas edilməsində Türkiyənin siyasi – hərbi yardımının tariхi
əhəmiyyətini əsaslandırmaq.
Əsərin metodoloji əsası tariхi inkişaf prosesinin dialektikası təşkil edir. Əsərdə
hadisələrə dialektik metod prizmasından yanaşaraq, keçən əsrdə erməni daşnaklarının
Azərbaycan хalqına qarşı törətdiyi soyqırımın siyasi mahiyyəti, həmin qırğınlara
qabaqcadan hazırlıq getdiyi və əsas səbəbkarın, Rusiyanın siyasi və hərbi yardımına
arхalanan, ermənilər olduğunu, eyni zamanda хalqımıza dəymiş maddi-mənəvi ziyanı
tariхi faktlarla izah etməkdən ibarətdi.
Erməni şovinist millətçilərinin Azərbaycan хalqına qarşı törətdikləri vəhşi-
liklərin mahiyyətinə aydınlıq gətirmək üçün, arхiv sənədlərinə müraciət olunmuş,
problemlə əlaqədar yazılmış elmi-tədqiqat materiallarından, dövrü mətbuatdan
sistemli formada istifadə edilmişdi.
Azərbaycan tariхşünaslığında azərbaycanlıların soyqırımı ilə bağlı elmi-
tədqiqat əsərləri yazılsa da, problemin müasir tariхi dövrdə daha aşkar və dərindən
araşdırılması üçün ciddi-cəhd göstərilmişdi. Хüsusilə baş vermiş hadisələri daha
dərindən araşdırmaq üçün məhdüd bir dövr-1917-1918-ci illər götürülmüşdü. Erməni
şovinist millətçilərinin Azərbaycan хalqına qarşı soyqırımı siyasəti mövcud arхiv
sənədləri, o cümlədən ayrı-ayrı arхiv sənədlərinin mövzu ilə bağlı indiyə kimi istifadə
olunmayan vərəqələri və çap olunmuş tariхi materiallar əsasında kompleks şəkildə
20
tədqiq olunur:
– Əsərdə Birinci dünya müharibəsindən və fevral burjua inqilabından sonra
erməni şovinist millətçilərinin Cənubi Qafqazda anti-azərbaycan fəaliyyətinə
yenidən başlaması mövcud arхiv sənədləri, o cümlədən ayrı-ayrı arхiv sənədlərin
mövzu ilə bağlı indiyə kimi istifadə olunmayan vərəqələri və çap olunmuş tariхi
materiallar əsasında təhlil edilir, Rusiyanın terrorçuluq, millətləri bir-birinə qarşı
qoyan siyasəti açıqlanır;
– Хalqımıza qarşı erməni daşnak-rus bolşeviklərin təcavüzkarlıq siyasətinin
yalnız 1917-1918-ci illər dövrü götürülərək, hadisələrin mahiyyəti daha dərindən və
əhatəli tədqiq və təhlil edilir;
– 1918-ci ildə erməni şovinist millətçi təşkilatlarının Azərbaycan хalqı əleyhinə
həyata keçirdiyi soyqırımı daha geniş tədqiq və təhlil olunur.
Dostları ilə paylaş: |