http://www.amu.edu.az
15 aprel 2016-cı il
2
u İraq Respublikasının Azərbaycandakı səfiri, doktor
Fadhil əl-Şuveyli Azərbaycan Tibb Universitetdə təhsil alan
İraqlı tələbələrlə görüşüb.
Universiteti ziyarəti zamanı səfir Fadhil Əl-Şuveyli ATU-
nun xarici tələbələr üçün ayrılmış yataqxanasında olub.
Burada yaradılan şəraitlə yaxından tanış olan səfir yataq-
xanada tələbələrin rahat yaşayışının təmin olunmasından
məmnunluğunu bildirib. İraqdan olan gənclər universitetdəki
təhsil səviyyəsindən, o cümlədən xarici tələbələrə qarşı
münasibətdən razı qaldıqlarını söyləyiblər.
Görüş zamanı ATU-nun xarici tələbələrlə iş üzrə dekanı,
dosent İsmayıl Əfəndiyev Azərbaycan və İraq arasında olan
tarixi dostluq münasibətlərindən söz açıb. Ölkələrimiz ara-
sında tarixi köklərə əsaslanan iqtisadi, mədəni, dini əlaqələrin
olduğunu, Azərbaycanla İraqı möhkəm dostluq, əməkdaşlıq
invə strateji tərəfdaşlıq münasibətlərinin birləşdirdiyini qeyd
edib.
Səfir Fadhil Əl-Şuveyli həmçinin Azərbaycan Tibb Univer-
sitetinin diplomlarının gələcəkdə İraqda birbaşa tanınması
üçün aparılan işlər haqqında da tələbələri məlumatlandırıb,
növbəti tədris ilində ATU-ya İraqdan çoxsaylı tələbələrin
müraciət edəcəyini bildirib.
u Aprelin 11-də Azərbaycan Respublikasının Prezi-
denti İlham Əliyevin sərəncamı ilə Gəray Gəraybəyli
Azərbaycan Tibb Universitetinə rektor təyin olunub.
Səhiyyə na-
ziri Oqtay
Şirəliyev Gəray
Gəraybəylini
Tibb Universite-
tinin kollektivinə
təqdim edib.
Gəray
Çingiz
oğlu Gəraybəyli
1967-ci ildə Bakı
şəhərində anadan
olub.
1984-cü
ildə orta məktəbi
qızıl medalla bi-
tirib və həmin
ildə Azərbaycan
Dövlət Tibb İnstitutuna (indiki ATU) daxil olub. 1992-ci ildə
Azərbaycan Dövlət Tibb Universitetini fərqlənmə diplomu ilə
bitirib.
1992-ci ildən 1993-cü ilədək Azərbaycan Dövlət Tibb Uni-
versitetinin psixiatriya kafedrasında baş laborant, 1993-cü
ildən 1996-cı ilədək assistent, 1996-cı ildən 2007-ci ilə
qədər dosent vəzifələrində işləyib. 2007-ci ilin dekabr ayın-
dan Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının
müdiri vəzifəsində çalışır.
1995-ci ildə namizədlik, 2007-ci ildə isə doktorluq disser-
tasiyası müdafiə edib. 1997-ci ildə dosent, 2012-ci ildə isə
professor elmi adına layiq görülüb.
60-dan çox elmi əsərin, 1 tədris vəsaitinin, 2 tədris-
metodik, 3 metodik tövsiyənin, 4 tətbiq edilmə aktının və
1 səmərələşdirici təklifin müəllifidir. O, dəfələrlə beynəxalq
elmi konfranslarda və konqreslərdə iştirak edib. 2001-ci ildə
ABŞ Dövlət Departamentinin Fulbright Programı çərçivəsində
Cənubi Kaliforniya Universitetində elmi ezamiyyətdə olub.
2007-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
baş psixiatrı və psixi sağlamlıq üzrə milli koordinatorudur.
A
prelin 4-də Azər-
baycan Tibb Uni-
ver sitetində
föv-
qəla də toplantı ke çi rilib.
Top
lantı son vaxtlar cəb-
hə xəttində baş vermiş ha-
disələrə, erməni təxribatı və
bu təxribatın qarşısını alan
əsgər və zabitlərimizin qələ-
bəsinə və ordumuza edilə-
cək dəstəyə həsr olunub.
Tədbiri giriş sözü ilə açan
rektor əvəzi, tədris işləri
üzrə prorektor, profes-
sor Sabir Əliyev son günlər
erməni hərbi birləşmələrinin
sərhədyanı
bölgələrdə
törət diyi təxribatlar və bu
təxribatın qarşısının rəşa-
dətli ordumuz tərəfin-
dən qəhrəmancasına alın-
masından söz salıb. Bil-
dirib ki, ordumuz təkcə
təxribatın qarşısını almaq-
la kifayətlənməyib. Eyni
zamanda, işğal olunmuş
ərazilərdə bir sıra strate-
ji yaşayış məntəqələri və
yüksəkliklər azad edilib.
Ermənilərin atəşkəs reji-
mini pozaraq sərhədyanı
bölgələrdə dinc əhalini
gülləbaran etməsi nəticəsin-
də dünyasını dəyişənlərin
və
yaralıların
olduğu-
nu söyləyib. Biz tərəfdən
əsgərlərimizin şəhid oldu-
ğunu qeyd edən S.Əliyev
qarşı tərəfin xeyli sayda
canlı qüvvə və texnika ba-
xımından itkilər verdiyini
vurğulayıb:
“Ordumuzun
əldə etdiyi bu nailiyyət və
qələbələr adamda fərəh his-
si doğurur. Bu təxribatların
məhz cənab Prezident İlham
Əliyevin ABŞ-da keçirilən
“Nüvə sammiti” tədbiri
ərəfəsində baş verməsi
təsadüfi deyildir. Çünki
sammitdə iştirak edən ölkə
başçısı Amerikanın bir sıra
nüfuzlu dövlət adamları və
siyasi xadimləri ilə görüşüb.
Görüşlər zamanı cənab Pre-
zident Qarabağ məsələsini
önə çəkib və illərdir tor-
paqlarımızın işğal altında
qalmasına və bu sahə ilə
məşğul olan ATƏT-in Minsk
qrupunun
fəaliyyətsizliyi
məsələsinə toxunub. Tor-
paqlarımızın azad olunması
üçün beynəlxalq qurumla-
rın məsələyə ikili standart-
larla yanaşdıqlarını qeyd
edib” - deyən rektor əvəzi,
ölkə başçısının xalqımı-
zın haqq səsinin dünyaya
çatdırdığını bildirib: “Doğ-
rudur, ermənilərin hava-
darları məsələyə həmişə
ədalətli şəkildə yanaş-
mayıblar və bəzi dünya
mətbuatı hadisələri təhrif
olunmuş şəkildə işıqlandı-
rır, ermənilərin həlak olma-
sından yazır. Cənab Prezi-
dent Təhlükəsizlik Şurasının
toplantısında onların bu
tərəfkeşlik mövqeyinə qarşı
birmənalı və kəskin şəkildə
bildirdi ki, erməni əsgərləri
Azərbaycan
torpaqların-
da nə gəzir ki, həlak olur-
lar. Onlar həlak olmaq
istəmirlərsə, işğal olunmuş
torpaqlarımızı tərk etsinlər”.
Natiq dünya ictimaiyyətinin
hər iki ölkə rəhbərliyinə
atəşkəsin bərpa edilməsi
ilə bağlı çağırışına ilk ola-
raq Azərbaycan tərəfindən
müsbət reaksiya verildiyini
vurğuladı.
S.Əliyev təəssüflə qeyd
etdi ki, erməni tərəfi bu
çağırışa məhəl qoymur və
təxribatlarını torpaqlarımız-
da davam etdirirlər: “Univer-
sitet müəllimləri və tələbələr
dünya ictimaiyyətinə həqi-
qət ləri çatdırmaq üçün lazı-
mi addımlar atmalıdırlar. Biz
universitet olaraq cəbhədə
yaralanan
əsgərlərimizə
yardım üçün qanvermə
aksiyası
keçirəcəyik.
Gənclərimizdə
əhvali-
ruhiyyə yüksəkdir, onlar or-
duya getmək və döyüşlərdə
iştirak etmək üçün univer-
sitet rəhbərliyinə müraciət
edirlər”.
Sonra universitetin elmi
işlər üzrə prorektoru, pro-
fessor İbrahim İsayev çı-
xış edərək xalqımızın bu
günlərdə ən xoş anlarını ya-
şadığını, illərlə qəlblərində
yığılıb qa lan hisslərini,
torpaqların azad edilməsi
ilə bağlı fikirlərini büruzə
vermək
üçün
tarixi
şansın yetişdiyini bil-
dirdi.
Əsgərlərimizin
layiqincə öz vəzifələrinin
öhdəsindən
gəldiyini
və bu işdə dəqiq in-
formasiyanın
və
əsl
həqiqətlərin
dünya
ictimaiyyətinə çatdırıl-
masında gənclərimizin
əvəzedilməz rolu ol-
duğunu
vurğulayaraq
söylədi:
“Ermənilərlə
təkcə ərazilərimiz uğ-
runda müharibə getmir,
həm də tərəflər arasında
informasiya müharibəsi
aparılır. Buna görə gənclər
fəal olmalı, müxtəlif dillərdə
informasiyanı dünyaya çat-
dırmalıdırlar.”
Sonra universitetin nor-
mal fiziologiya kafedrası-
nın dosenti Rəşid Mahmu-
dov söz aldı. O, ermənilərin
neçə illərdir işğal etdikləri
ərazilərdə
tarixi-mədəni
abidələrimizi və təbiəti
məhv etdiklərini xatırlatdı.
R.Mahmudovun sözlərinə
görə, hazırda torpaqları-
mızın azad olunması üçün
tarixi şərait yetişib: “Mənim
78 yaşım var, müharibədə
iştirak etməyə hazıram. Öz
torpaqlarımıza sahib çıx-
malı, erməni silahlılarını
işğal olunmuş ərazilərdən
qovmalıyıq”
Çıxışa tələbələr də qo-
şuldu. MPF-nin V kurs
tələbəsi Oktay Tapdıqlı və
Hərbi tibb fakültəsinin II
kurs tələbəsi Elmir Quliye-
vin vətənpərvərlik ruhunda
etdiyi çıxış alqışlarla qarşı-
landı.
Qabil ABDULLAYEV,
Fotolar Cənnətalı Çingizindir
Tibb Universitetində
fövqəladə toplantı keçirildi
Səfir Tibb Universitetində təhsil
alan iraqlı tələbələrlə görüşüb
Professor Gəray Gəraybəyli
ATU-nun rektoru təyin olunub
Universitet heyəti Azərbaycan ordusunun
əsgərlərinə həmrəyliyini bildirdi
15 aprel 2016-cı il
http://www.amu.edu.az
3
P.ARZUQIZI
Bu çətin günlərdə ölkədəki
bütün qurumlar Azərbaycan
Silahlı Qüvvələrinə
minnətdarlıq və dəstək his-
sinin nümayişi üçün bütün
mümkün imkanlardan istifadə
edirlər.
Aprelin 4-də Azərbaycan Tibb Uni-
versitetinin rəhbərliyi və kollektivi
hərbi əməliyyatlar zamanı yaralanmış
hərbçilərimizin müalicəsinə kömək
etmək üçün qan veriblər.
Aksiyanın məqsədi Azərbaycan tor-
paqlarının azadlığı və suverenliyi uğ-
runda gedən döyüşlərdə yaralanan
əsgərlərin və mülki şəxslərin qana olan
ehtiyaclarını təmin etməkdir.
Aksiyanın əvvəlində çıxış edən ATU-
nun rektor əvəzi, tədris işləri üzrə pro-
rektor, professor Sabir Əliyev bildir-
di ki, ordumuzun əldə etdiyi nailiyyətlər
bütün xalqımızda olduğu kimi, ATU
kollektivində də ruh yüksəkliyinə səbəb
olub: “Tələbələr qrup halında müraciət
edərək Silahlı Qüvvələrimizə yardım etmək
istədiklərini deyirdilər. Hətta onlar vuruş-
maq üçün ön cəbhəyə yollanmaq arzusun-
dadırlar. Çox təqdiredici haldır ki, xalqımız
bu nailiyyətlərə böyük əzmkarlıqla yana-
şaraq, həmrəylik, birlik nümayiş etdirdi.
Hətta şəhid valideynləri bu yüksək şəhidlik
zirvəsinə ucalan övladları üçün “Vətənin
başı sağ olsun” dedilər. Bu məsələdə ha-
mılıqla – həm gənc, həm də yaşlı nəsil
Prezidentimizə dəstək oldular. Çünki bi-
lirik ki, Prezidentin rəhbərliyi ilə aparılan
bu siyasət gələcəkdə daha böyük uğurların
əsasını qoyacaq”.
S.Əliyev qeyd etdi ki, hərbi
əməliyyatlar dövründə Tibb
Universitetində bir neçə tədbir
keçirilib. 700 nəfərin iştirakı ilə
fövqəladə toplantı çağırılıb. Bun-
dan əlavə, 3 mindən çox tələbənin
iştirakı ilə dəstək aksiyası keçiri-
lib. Bu dəfə isə ATU tələbələri və
kollektivi qan toplamaqla ordu-
muzun yanında olduqlarını nüma-
yiş etdirdilər.
Aksiyada 400-ə yaxın universi-
tet əməkdaşı, professor-müəllim
heyətinin üzvləri, tələbə və rezidentləri
iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə
müayinədən keçiblər. Lakin təhlillər za-
manı iştirakçılardan bəzilərində müəyyən
problemlər çıxdığına görə, onların qan
verməsi məsləhət görülməyib. Aksiya gün
ərzində davam edib.
Orduya dəstək məqsədilə qanvermə aksiyası
Azərbaycan Tibb Univer-
sitetinə rektor vəzifəsinə
təyin olunan professor Gəray
Gəraybəylinin aprelin 12-də
universitetin rəhbər heyəti ilə
görüşü keçirildi.
Görüşün əvvəlində ATU-nun tədris
işləri üzrə prorektoru, professor Sabir
Əliyev çıxış edərək prezident İlham
Əliyevin sərəncamı ilə Azərbaycan
Tibb Universitetinin psixiatriya ka-
fedrasının müdiri, professor Gəray
Gəraybəylinin universitetin rektoru
vəzifəsinə təyin olunduğunu toplantı
iştirakçılarının diqqətinə çatdırdı.
Bu uğurlu təyinatla əlaqədar kol-
lektiv adından cənab Prezidentə
və səhiyyə nazirinə təşəkkürünü
bildirən professor S.Əliyev rek-
tor G.Gəraybəyliyə yeni vəzifəsində
uğurlar arzuladı.
ATU-nun rektoru, professor Gəray
Gəraybəyli ona göstərilən etimada gö-
rə dövlət başçısı cənab İlham Əliyevə
və səhiyyə naziri Oqtay Şirəliyevə
təşək kürünü bildirdi. G.Gəraybəyli
qarşısında duran vəzifənin çətin və
məsuliyyətindən xəbərdar olduğu-
nu vurğuladı: “Mənim əmək kitab-
çamda başqa iş yeri haqqında qeyd
yoxdur. Universiteti bitirəndən son-
ra burada çalışıram. Bu universitetin
bütün nailiyyətləri mənim üçün çox
əhəmiyyətlidir”.
Professor G.Gəraybəyli indiyədək
ATU-nun əldə etdiyi uğurlarda sa-
biq rektor, akademik Əhliman
Əmiraslanovun böyük zəhməti oldu-
ğunu xatırlatdı. Rektor qeyd etdi ki,
bundan sonra da Tibb Universitetinin
uğurlarının sayının artırılması, nəinki
Azərbaycanın, dünyanın aparıcı ali
məktəbləri sırasında olması naminə
işlər daha böyük əzmkarlıqla davam
etdiriləcək.
Toplantıda
qarşıdakı
müddət
ərzində görüləcək işlər, icrası plan-
laşdırılan məsələlər, gözlənilən isla-
hatlar barədə müzakirələr aparıldı.
Yeni rektor universitetin rəhbər
heyəti ilə görüşdü
O bildirib ki, əsgərlərimiz ordumu-
zun, ölkəmizin nəyə qadir olduğunu
bir daha ermənilərə sübut etdi:
“Onların göstərdiyi şücaət nəticə-
sində strateji əhəmiyyətli yüksək-
liklərimiz geri qaytarıldı. Azərbaycan
xalqında, gənclərdə hələ indiyə qədər
belə ruh yüksəkliyi görünməmişdi,
gənclərimizin müharibəyə getmək
üçün könüllü olaraq Müdafiə
Nazirliyinə müraciət etmələri bunun
sübutudur. Şəhid verən rayonlar-
da gənclərin öz şəhidini necə qarşı-
lamağının hər birimiz şahidi olduq.
Şəhidlərin valideynlərinin dilində yal-
nız bir kəlmə var: “Vətən sağ olsun”.
Bu da əlbəttə, xalqımızın birliyinin,
mübarizliyinin göstəricisidir”.
Prezident İlham Əliyev də öz çıxı-
şında “Erməni əsgəri ölmək istəmirsə,
Azərbaycan torpağından rədd olsun”
mesajını verməklə bir daha ordumu-
zun gücünü, nəyə qadir olduğunu
bütün dünyaya nümayiş etdirdi.
Sonra torpaqlarımızın azadlığı
uğrunda qəhrəmancasına şəhid olan-
ların xatirəsi bir dəqiqəlik sükutla yad
edilib.
Gündəlikdə olan birinci məsələ
ilə bağlı baş həkim, dosent Ra-
min Bayramlı çıxış edərək klinikanın
mart ayındakı müalicə-diaqnostik
fəaliyyəti ilə bağlı hesabatı şura
üzvlərinin diqqətinə çatdırıb.
Mart ayı ərzində klinikanın
şöbələrində stasionar və gündüz
rejimdə müalicə alan pasiyentlər
barədə ətraflı məlumat verən
baş həkim bildirib ki, 2015-ci illə
müqayisədə bu il xəstə qəbulunun
sayında artım müşahidə edilir. Bu da
klinikada müasir standartlara cavab
verən müalicə-diaqnostika metodla-
rının və həkimlərin səyinin nəticəsidir.
Reanimasiya və İntensiv Terapiya
şöbəsinin fəaliyyətini xüsusi vurğula-
yan baş həkim bildirib ki, bura əsasən
digər xəstəxanalardan ağır vəziyətdə
olan xəstələr gətirilib. Onlar reani-
masiyada müalicə olunduqdan sonra
müvafiq şöbələrə yerləşdiriliblər.
Baş həkim mart ayı ərzində kardi-
ologiya, hemotologiya, revmatologi-
ya, endokrinologiya və 3-cü pediat-
riya şöbələrinə daha çox xəstə qəbul
edildiyini vurğulayıb.
Daha sonra klinikada nefroloji
xidmətin təşkili və Efferent Terapiya
şöbəsinin fəaliyyəti barədə həkim El-
gün Həziyevin çıxışı dinlənilib.
Mərkəzdə ən müasir cihazlar-
la aparılan proseduralardan söz
açan həkim hemodializ seanslarının
üzərində xüsusi dayanıb, bu prosesin
klinikada təhlükəsiz və yüksək stan-
dartlara uyğun formada aparıldığını
qeyd edib.
Son 3 ilin müqayisəli diaqra-
mını diqqətə çatdıran həkim qeyd
edib ki, bu illər ərzində xəstələrin
sayında artım olub: “Bu müddət
ərzində 51 böyrək biopsiyası aparı-
lıb. Mərkəzimizdə xəstələrə müasir
üsullarla müalicə üsulunu tətbiq edi-
rik. Son bir neçə ay ərzində klinikanın
nefroloqu Orxan Quliyevin hazırladı-
ğı 8 xəstədə böyrək transplantasiyası
aparılıb”.
Qarşıya qoyulan hədəflərdən
danışan həkim əsas məqsədlərinin
gələcəkdə nefrologiya sahəsində
yenilikləri praktikada tətbiq etməkdən
ibarət olduğunu bildirib.
İclas işini cari məsələrin müzakirəsi
ilə yekunlaşdırıb.
Tibbi Şuranın genişləndirilmiş iclasında
Tibbi Şuranın genişləndirilmiş iclasında
A
prelin 7-də Tədris
Terapevtik Klinikanın
Tibbi Şurasının növbəti
genişləndirilmiş iclası keçirilib.
İclası giriş sözü ilə açan
klinikanın direktoru, professor
Surxay Musayev son günlər
cəbhədə baş verən hadisələrdən
danışıb.
http://www.amu.edu.az
15 aprel 2016-cı il
4
Tədbiri giriş sözü ilə açan klinikanın
direktoru, professor Surxay Musayev
autizmə düçar olan uşaqlara diqqət və qay-
ğı göstərilməsinin vacibliyindən danışıb:
“Belə uşaqlara hər zaman kömək olunma-
lıdır. Çünki bu uşaqlar cəmiyyətdə özlərini
bir növ təcrid olunmuş kimi hiss edirlər. Biz
həkimlər, eləcə də cəmiyyətimiz onların
bu fikrə düşmələrinə icazə verməməlidir.
Belə uşaqlar dövlətimizin də diqqət və qay-
ğısı ilə əhatə olunub. Mən deyərdim ki, bu
gün autizmli uşaqlara dəstək, onlar üçün
görülən işlər əsl xeyirxahlıq nümunəsidir”,
- deyə S.Musayev bildirib. O, klinikanın
fəaliyyətindən də söz açıb: “Klinikamızda
çox peşəkar həkimlər və professorlar çalı-
şır. Belə bir tədbirin klinikamızda keçirilməsi
istəyi xəbərini eşidəndə çox yüksək qarşı-
ladım. Düşünürəm ki, onların necə bir iste-
dada sahib olduğu bəzi insanlara bəlli deyil.
Ona görə də belə maarifləndirici tədbirlərin
bir çox yerlərdə keçirilməsinə ehtiyac var.
Nəticədə valideynlər də bu xəstəlik barədə
daha çox məlumatlanmış olarlar və vax-
tında həkimə müraciət edərlər. Belə xe-
yirxah tədbirin keçirilməsinə görə Səhiyyə
Nazirliyinin İctimai Səhiyyə və İslahatlar
Mərkəzinə minnətdarlığımı bildirirəm”.
Daha sonra çıxış edən respublikanın baş
psixiatrı, ATU-nun psixiatriya kafedrasının
müdiri, professor Gəray Gəraybəyli ölkə
rəhbərliyi və Səhiyyə Nazirliyi tərəfindən
sağlamlıq məsələlərinə çox böyük diqqət
ayrıldığını deyib: “Uşaqların, yeniyetmələrin
sağlamlığı dövlətimizin daim diqqət
mərkəzində olub. Hələ 15 il bundan
əvvələ qədər insanlar autizm xəstəliyinin
nə demək olduğunu başa düşmürdülər
və bu xəstəliklə bağlı çox az məlumatları
var idi. Belə uşaqlara çox fərqli diaqnoz-
lar qoyulurdu. Son illər isə bu sahədə
peşəkar həkimlərin yetişməsi və keçirilən
maarifləndirmə tədbirləri cəmiyyətimizin
maariflənməsində çox önəmli rol oynadı”.
G.Gəraybəyli onu da vurğulayıb ki, bütün
insanlar bunun təkcə psixiatrik və pediat-
rik problem deyil, həm də cəmiyyətimizin
ümumi problemi olduğunu bilməlidirlər.
Sonra ATU-nun psixiatriya kafedrasının
assistenti İkram Rüstəmov “Autizmə mü-
asir baxış” mövzusunda məruzə ilə çıxış
edərək deyib ki, bu xəstəliyin yayılma tarixi
hələ 1975-ci illərə gedib çıxır: “Təəssüflər
olsun ki, cəmiyyətimizdə maarifləndirmənin
çox aşağı səviyyədə olması bu xəstəlik
barədə məlumatların azlığına gətirib çıxa-
rıb. Amma zaman keçdikcə mütəxəssislərə
müraciət yaşı azalmağa başladı və
nəticədə insanlar autizmin nə demək oldu-
ğunu başa düşdülər. Bu xəstəliyin yaranma
səbəblərinə gəlincə, hələ ki, bu barədə tam
dəqiq məlumat yoxdur. Burada nevrobiolo-
ji və ətraf mühitin təsiri də çox böyük rol
oynayır. Əvvəllər bəzi alimlər bunun yalnız
genetik olduğunu düşünürdülərsə, hazırda
bu xəstəliyin yayılma arealını həm də ətraf
mühit amili ilə bağlayırlar.”