Varliğimiz



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə1/26
tarix02.01.2022
ölçüsü1,06 Mb.
#2363
  1   2   3   4   5   6   7   8   9   ...   26



 

 
 
 
 
 
 
 
 
 
VARLIĞIMIZ
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
“Elm və təhsil” 
Bakı – 2014 


 

 
 
Kitabın tərtibçiləri:  
Pərvanə Məmmədli 
BaxĢəli Zülfü 
 
Redaktor:   
 
Pərvanə Məmmədli  
fil.ü.f.dr., dosent 
 
 
Kitabda Türkiyədən yazı materiallarını  
Məmmədriza  Heyət  hazırlayıb 
 
 
 
Varlığımız. Bakı, “Elm və təhsil”, 2014, 100 səh. 
 
 
Kitab  doktor  Cavad  Heyətin  ölməz  xatirəsinə  həsr 
olunur. 
 
 
 
 
 
 
 
2014
098
4702000000

N
 
грифли няшр
 
                       © «Елм вя тящсил», 201



 

 
 
 
DOKTOR CAVAD HEYƏTLƏ  
BAĞLI BĠLGĠ 
 
Cavad Heyət 1925-ci il mayın 24-də Təbrizdə anadan 
olub.  Atası  Mirzəli  Heyət  zəmanəsinin  tanınmıĢ  aydın-
larından olub. O, məĢrutiyyət inqilabının fərmanını Nəcəf-
dən  Təbrizə  və  Tehrana  aparan  heyətin  rəhbəri  olduğu 
üçun  "Heyət"  adı  ilə  tanınmıĢdır.  Mirzəli  Heyət  Ġranda 
təmiz məhkəmə baĢqanı və Ġran ədliyyəsinin qurucuların-
dan biri kimi məĢrutiyyət inqilabında fəal rol oynamıĢdır. 
Cavad  Heyət  ilk  və  orta  təhsilini  Təbriz,  Həmədan  və 
Tehranda almıĢdır. Orta hərbi məktəbi bitirdikdən sonra o, 
Tehran Universitetinə daxil olmuĢ, ikinci kursdan ali təh-
silini Türkiyənin Ġstanbul Universitetində davam etdirərək 
1943–1946-cı illərdə burada tibb fakültəsində oxumuĢdur. 
Əmək  fəaliyyətinə  1946-cı  ildə  Ġstanbul  Universitetində 
baĢlayan  Cavad  Heyət  1949-cu  ilədək  burada  cərrahlıq 
klinikasında  çalıĢmıĢ,  daha  sonra  ixtisasını  təkmilləĢdir-
mək  üçün  Paris  Universitetinin  cərrahlıq  kafedrasında 
iĢləmiĢdir.  O,  1952-ci  ildə  yüksək  dərəcəli  cərrah  ixtisa-
sına  yiyələnərək  Ġrana  qayıtmıĢ,  1953-cü  ildən  Tehranda 
Hidayət  və  Ədliyyə  xəstəxanalarında  cərrahlıq  klinikaları 
quraraq  onlara  rəhbərlik  etmiĢdir.  Doktor  Cavad  Heyət 
Ġranda  eksperimental  cərrahiyyənin  təməlini  qoymuĢdur. 
1954-cü ildən etibarən ürək üzərində apardığı əməliyyatlar 
onu  istedadlı  cərrah  kimi  tanıtmıĢdır.  1969-cu  ildə  o, 
Tehranda  ilk  dəfə  transplantasiya  əməliyyatını  uğurla 
həyata  keçirmiĢdir.  Bir  çox  cərrahi  əməliyyatlar  məhz 
onun adı ilə bağlıdır. Tibb sahəsində qazandığı nailiyyətlər 


 

Cavad  Heyətə  geniĢ  Ģöhrət  gətirmiĢdir.Doktor  Cavad 
Heyət  təbabətə  dair  qiymətli  araĢdırmaların  müəllifi  kimi 
də tanınırdı. Onun kitabları tibb sahəsində yazılmıĢ dəyərli 
vəsait  kimi  mütəxəssislər  tərəfindən  daim  yüksək  qiy-
mətləndirilmiĢdir.  Bir  sıra  beynəlxalq  elmi  forumlar  və 
toplantılarda  öz  təcrübəsinə  əsaslanaraq  dərin  məzmunlu 
məruzələrlə  çıxıĢ  etmiĢ  alimin  100-dən  artıq  məqaləsi 
müxtəlif  tibb  jurnallarında  iĢıq  üzü  görmüĢdür.  Cavad 
Heyət uzun müddət cərrahlığın tədrisi və cərrahların  yeni 
nəslinin  formalaĢdırılması  ilə  məĢğul  olmuĢdur.  Cavad 
Heyətin  zəngin  və  çoxĢaxəli  səmərəli  fəaliyyətində  Azər-
baycan  ədəbiyyatı  tarixi,  türk  xalqlarının  keçmiĢi,  milli 
folklor və eləcə də islamĢünaslığa dair tədqiqatlar mühüm 
yer tutur.  Bu əsərlərdə  Azərbaycan dilinin inkiĢaf mərhə-
lələri,  Ģifahi  xalq  ədəbiyyatı,  ədəbiyyatĢünaslıq,  folklor, 
ədəbi  tənqid,  publisistika  və  fəlsəfə  tarixinin  ən  müxtəlif 
məsələlərindən əhatəli bəhs olunur. Mədəniyyətin müxtəlif 
problemlərinin  öyrənilməsinə  münasibətdə  tarixi  həqiqət-
lərdən  çıxıĢ  edərək  obyektivlik  nümayiĢ  etdirən  alimin 
ədəbi  simpoziumlarda  və  türkoloji  konfranslarda  çıxıĢları 
həmiĢə  təqdirlə  qarĢılanmıĢdır.Onun  tədqiqatlarında  və 
publisistik  məqalələrindəki  əsas  fikirlərin  böyük  qismi 
təsis  etdiyi  ―Varlıq‖  jurnalında  əksini  tapmıĢdır.  O,  12  il 
ərzində  "DaneĢe  pezeĢki"  (Tibb  Elmi)  adlı  jurnal  dərc 
etdirmiĢ  və  yüzlərcə elmi  məqalənin, cərrahiyyəyə aid  uç 
kitabın  müəllifi  olmuĢdur.  1979-cu  il  Ġran  islam  inqila-
bından  sonra  yaranan  ―Varlıq‖  dərgisində  doktor  Cavad 
Heyət,  Həmid  Nitqi,  Məhəmmədəli  Fərzanə,  Həsən  Mə-
cidzadə  Savalan,  Kərim  MəĢrutəçi  (Sönməz),  M.  Hesari, 
Məmmədrza  Heyət,  Ġbrahim  Rəfrəf,  Mənzuri  Xamneyi, 
Səməd Sərdarniya, Qulamhüseyn Beqdeli, Əziz Möhsüni, 
Teymur  PirhaĢimi,  Ġsmayıl  Hadi  və  Əlirza  Sərrafi  ilə 
birlikdə çalıĢıblar. Tehranda ―Varlıq jurnalının   təsisçi  və 


 

redaktoru  Cavad  Heyət  ədəbiyyata  və  türkologiyaya  aid 
yeddi  cildl  kitabın  müəllifidir.  O,Azərbaycan  türkcəsi, 
fransız, ingilis, fars, Türkiyə türkcəsi və s. dilləri mükəm-
məl bilirdi. 
Cavad Heyət — cərrah-alim, Ġranda ilk dəfə açıq ürək 
əməliyyatını  (koronar  Ģuntlama)  gerçəkləĢdirən,  Bey-
nəlxalq  Cərrahlar  Cəmiyyətinin  idarə  heyətinin  və  Paris 
Cərrahlar Akademiyasının üzvü, "Varlıq" dərgisinın təsis-
çisi,  ədəbiyyat  və  türkologiyaya  aid  yeddi  cildlik  kitabın 
müəllifi,  Azərbaycanın  müxtəlif  universitetlərinin  fəxri 
doktoru  və  professoru,  Türk  Dil  Qurumunun  fəxri  sədri, 
eləcə də  Ġstanbul Universitetinin  fəxri doktoru (həm  tibb, 
həm də türkologiya sahəsi üzrə) idi. 
Cavad  Heyət  2014-cü  il  avqustun  12-də  Bakı  Ģəhə-
rində  dünyasını  dəyiĢmiĢ  və  avqustun  15-də  Ġkinci  Fəxri 
Xiyabanda torpağa tapĢırılmıĢdır. 
Tehranda  dilimiz,  ədəbiyyatımız  və  folklorumuza  aid 
yeddi  kitabı  nəĢr  olunmuĢdur.  Sonralar  bunlardan  beĢi 
Bakıda,  üçü  Ankarada  çıxmıĢdır.  Üç  yüzdən    artıq  elmi 
məqaləsi iĢıq üzü görmüĢdür. 
 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin