Yaradıcı heyət: Şahin Zülfüqarov


Azərbaycanda Gənclərin Vəziyyəti Haqqında



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə6/9
tarix06.05.2017
ölçüsü0,96 Mb.
1   2   3   4   5   6   7   8   9

Azərbaycanda Gənclərin Vəziyyəti Haqqında

Analitik Hesabat    2007

35

Məşğulluq xidmətlərində qeydə alınmış rəsmi işsizlərin sayı, əksər ölkələrdə işsizlərin ümumi sayından aşağıdır 



ki, bu da işsiz vətəndaşların əksəriyyətinin rəsmi işsiz statusu almasınlda maraqlı olmadıqları ilə izah edilir.  

Beynəlxalq Əmək Təşkilatının (BƏT) metodologiyasına əsasən işsiz kimi 

müəyyən edilən şəxslərin sayı (%)

Qazaxstan

Rusiya

Moldova

Ukrayna

Bütün MDB 

ölkələri üzrə

Müqayisə üçün

Avstriya, Böyükbritaniya, 

Norveç, İsveç

Belçika, Macarıstan, Almaniya, 

İspaniya, Kanada, Rumıniya, Türkiyə, 

Finlandiya, Fransa, Çexiya

Bolqarıstan, Slovakiya, Polşa

Azərbaycanda Gənclərin Vəziyyəti Haqqında

Analitik Hesabat    2007

36

 



min nəfər 

iqtisadi cəhətdən fəal 

Ölkələr  

 

əhaliyə nəzərən, %-lə



 

2004 


2003 

2004 


2003

 

yanvar 



aprel 

yanvar 


aprel 

yanvar 


aprel 

yanvar 


aprel

Azərbaycan 

54,6 

55,1 


51,1 

52,3 


1,4 

1,4 


1,3 

1,4


Ermənistan 

118,2 


117,3 

127,3 


127,7 

9,8 


9,7 

9,1 


9,1

Belorusiya 

139,2 

123,9 


137,4 

146,5 


3,2 

2,8 


3,1 

3,3


Gürcüstan 

44,7 


46,5 

36,7 


41,3 

… 

... 



… 

Qazaxıstan 



146,6 

148,6 


197,1 

191,6 


1,9 

1,9 


2,7 

2,6


Qırğızıstan 

57,6 


58,4 

60,3 


61,3 

2,9 


3,1 


3,1

Moldova 


25 

26,9 


28,8 

33,4 


1,7 

1,8 


1,8 

2,1


Rusiya 

1639,6 


1645,2 

1550,2 


1633,3 

2,3 


2,3 

2,2 


2,3

Tacikistan 

42,8 

43,3 


46 

47,5 


2,3 

2,3 


2,6 

2,5


Ukrayna 

1003,6 


1044,6 

1061 


1107,3 

3,7 


3,8 

3,9 


4,0

2003 və 2004-cü illərdə (ilk dekada) MDB dövlətləri

 əmək bazarında işsizliyin səviyyəsi

Azərbaycan

Ermənistan

Belorusiya

Gürcüstan

Qazaxstan

Qırğızıstan

Moldova

Rusiya

Tacikistan

Ukrayna

Azərbaycanda Gənclərin Vəziyyəti Haqqında

Analitik Hesabat    2007

37

Müəssisənin işçilərə olan tələbatı. 

Bu göstərici, keçən ilin müvafiq dövrü ilə müqaisədə 2004-cü il aprel ayının sonuna Azərbaycanda 40% Be-

lorusiyada 32 %, Gürcüstanda 85%, Qazaxıstanda 20 %, Moldovada 68 %, Tacikistanda 100 %, Ukraynada 18 

faiz artmış, Ermınistanda 34 %,  Qırğızıstanda 15 %, Rusiyada 0,4 % azalmışdır. Bu zaman əmək bazarında hər 

yeni iş yerinə olan vakansiya gərginliyi 2003-cü illə müqaisədə 2004-cü ildə 8,5 nəfərdən 6,4 nəfərə qədər aşağı 

düşmüşdür. Bu göstəricilər işsizlik üzrə müavinətın orta həcminə də təsirsiz ötüşməmişdir. İşsizlik üzrə müavinətın 

orta həcmi Azərbaycanda 29%-dən 27 %-ə, Ermənistanda 10%-dən  8%-ə, Ukraynada isə 26%-dən 24-ə enmişdir. 

Belarusiyada dəyişilməz qalmış, Moldovada 18%-dən 41%-ə,  Tacikistanda isə 32%-dən 63%-ə qalxmışdır. Rusi-

yada işsizlik üzrə orta müavinət həcmi cari ilin birinci rübündə 1 304 rubl təşkil etmişdir (orta aylıq əmək haqqının 

21%-i).  2003-cü ildə işsizliyin orta davamlılığının ən yüksək göstəricisi Azərbaycanda – 14,8 ay ərzində, ən aşağı 

göstəricisi isə Moldovada (6 ay) qeydə alınmışdır.  Aşağıdakı cədvəldə MDB ölkələri üzrə müqayisəli göstəricilər 

təqdim olunur. 

2002-2003-cü illərdə bir ildən artıq müddətdə işsiz kimi 

qeydiyyatında qalanlar

Azərbaycan

Ermənistan

Belorusiya

Qazaxstan

Qırğızıstan

Moldova

Rusiya

Tacikistan

Ukrayna


Azərbaycanda Gənclərin Vəziyyəti Haqqında

Analitik Hesabat    2007

38

 1990-2000-ci illərdə keçid iqtisadiyyata malik bəzi 



dövlətlərdə məşğulluq və istehsalda meyllər. 

Verilənlər faiz nisbəti ilə göstərilib. 

ÜDM 

Azərbaycan

Estoniya

Qazaxstan

Qırğızıstan

Rusiya

Ukrayna

1990-2000-ci illərdə keçid iqtisadiyyata malik bəzi dövlətlərdə məşğulluq və 

istehsalda meyllər. Verilənlər faiz nisbəti ilə göstərilib. 

Məşğulluq

Azərbaycan

Estoniya

Qazaxstan

Qırğızıstan

Rusiya

Ukrayna

illər

illər

illər

illər

illər

illər

Azərbaycanda Gənclərin Vəziyyəti Haqqında

Analitik Hesabat    2007

39

Qrafikdən  göründüyü  kimi,  90-cı  illərdə  məşğulluğun  azalması  bütün  ölkələrdə  müşahidə  edilmişdir.  MDB 



dövlətlərinin əksəriyyəti üçün müxtəlif intensivlik parametrləri ilə 1993-1997-ci illər, ümumdaxili məhsulun həcminin 

kəskin azalması ilə müşahidə edilmişlər. Belə ki, Ukraynada ümumdaxili məhsul 40%, Rusiyada və Qazaxıstanda 

isə 20% azalmışdır. Rusiya iqtisadiyyatı buna məşğulluğun 11% enməsi ilə cavab verdiyi halda, Azərbaycanda və 

Qırğızıstanda hətta məşğulluğun artımı nəzərə çarpmışdır. Bütün faktlar onu sübut edir ki, sadalanan dövlətlərdə 

iqtisadiyyatın  struktur  dəyişiklikləri  hələ  başa  çatmamışdır.  Bundan  başqa  işçi  qüvvəsinin məşğulluğunun qeyri-

adekvat  azalması  müəssisələrin  mikro-iqtisadi  siyasəti  ilə  də  izah  edilməlidir.  İqtisadi  artımın  başlanması  ilə  bir 

sıra MDB dövlətlərində iş yerlərinin qismən çoxalmasına baxmayaraq məşğulluq səviyyəsi aşağı düşməkdə davam 

etmişdir. 

Bu  dövr  üçün  ümumiyyətlə  MDB  dövlətlərinin  iqtisadliyyatı  maddi  istehsalın  ixtisarı  ilə  xarakterizə  edilir. 

1989-2000-ci illər ərzində MDB ölkələrində uümumdaxili məhsulun real artımının orta göstəricisi təxminən 59 %-ə 

bərabər olmuşdur. Lakin alıcı təlabatının kəskin aşağı düşməsi işsizliyin kəskin artması ilə müşahidə olunmamışdır. 

Rəsmi statistika işsizliyin təxminən 4 % civarında olmasını qeyd etmişdir (bu göstəricinin 11% olduğu Ermənistan 

istisna olmaqla).  

MDB dövlətlərində  rəsmi işsizlik səviyyəsi ilə BƏT metodologiyası üzrə işsizliyin səviyyəsi arasında kifayət 

qədər fərqlər mövcuddur. Əksər dövlətlərdə bu göstəricilər arasında olan fərq iki dəfədən daha çoxdur. Belə ki, 

Ermənistanda 2000-ci ildə rəsmi işsizlik səviyyəsi 10,7% olduqu halda, real işsizlik göstəricisi bundan 2 dəfə çox 

olmuşdur. Rusiyada isə 1999-cu ildə qeydə alınmış işsizlik göstəricisi 3,7% olduğu halda ümumi göstərici 10%-ə 

yaxın olmuşdur. Məşğulluğa kənd təsərrüfatının təsiri (ilkin sektor) bir qədər ziddiyyətli xarakter daşıyır. İqtisadi 

inkişafın bərpa olunduğu və kənd əhalisinin əsasən qeyri-kənd təsərrüfatından qazandığı dövlətlərdə (Mərkəzi Av-

ropa ölkələri və Estoniya)  ümumi məşğulluqda kənd təsərrüfatının payı azalmağa başlamışdır. MDB dövlətlərinin 

əksəriyyətində aqrar sektordakı məşğulluq sabit qalmışdır. 

İqtisadiyyatın  sənaye  sektorunda  isə  məşğulluq  bütün  dövlətlərdə  azalmışdır.  Lakin  bu  azalma  Avropa 

dövlətlərində 5-6% civarında olmuşdusa, MDB dövlətlərində sənaye sektorunda məşğulluq payı dəfələrlə azalmışdır 

(misal üçün Qırğızıstanda 300%-ə, Azərbaycanda isə 160%-ə yaxın həcmdə). 

Şərqi Avropa ölkələrində və Baltikyanı dövlətlərdə xidmət sektoru ciddi şəkildə artmışdır. Bu həmin dövlətlərdə 

küllü miqdarda yeni iş yerlərinin açılması (xüsusilə turizm, ticarət, dövlət idarəetməsi və s. sahələrdə) ilə izah 

edilir. 

İqtisadiyyatda  bazar  münasibətlərinə  keçidi  həyata  keçirən  dövlətlərin  əmək  qabiliyyətli  əhalisinin 

məşğulluğunun struktur dəyişiklikləri  iqtisadi fəallığa təsir göstərməyə bilməzdi. Məşğulluğun azalması öz əksini 

həm  aşkar  işsizlikdə,  həm  də  əmək  qabiliyyətli  vətəndaşların  iqtisadi  passivliyinin  artmasında  göstərdi.  Əmək 

bazarında iştirakın göstəriciləri bütün postsosialist ölkələrində aşağı düşdü. Bu zaman gender fərqləri özünü kəskin 

şəkildə bildirdi ki, bu da qadınların əmək bazarında mövqelərinin daha zəif olduğunu müəyyən etdi. Keçid dövründə 

əhalinin məşğulluğunun struktur dəyişikliklərindəki iqtisadi böhrana təsirinin daha bir nümunəsi kimi xroniki işsizliyi 

göstərmək mümkündür. Milli əmək bazarları kifayət qədər uzunmüddətli işsizlik ilə xarakterizə olunurlar (bir ildən 

çox). Bu zaman iqtisadi dirçəliş və sabitlik dövrlərində də işsizliyin azaldılması müşahidə edilmir. 

BƏT-in metodologiyası üzrə ümumi işsizliyin qiymətləndirilməsi rəsmi rəqərmlərdən iki dəfə çoxdur. Ümumilikdə 

MDB ölkələri üzrə işsizlik səviyyəsi 2000-ci ildə 10%-dən 20%-ə qədər müşahidə edilmişdir. Bu ölkələrdə işsizliyin 

səciyyəvi  göstəriciləri  əsasən  qeyri-formal  məşğulluq  sektorunun  genişlənməsindən,  natamam  məşğulluğun 

artmasından və xroniki işsizliyin artımından ibarət olmuşdur. Son on il ərzində dünyada işlə təmin olunmuş şəxslərin 

artımında cəmi 16,6 %-lik artım müşahidə edimişdir. Bu barədə BƏT-in «Məşğulluğ sferasında qlobal meyllər - 

2007» adlı məruzəsində söylənilir. 2006-ci il ərzində dünyada əmək qabiliyyətli əhalinin 6,3%-i, yəni 195 200 000 

nəfər işsiz olmuşdur. Avropa Birliyinə daxil olmayan Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən MDB dövlətlərində 

əmək qabiliyyətli əhali arasında işsizlərin sayı 9%-dən çoxdur. Bu dövlətlərdə işsizlik əsasən gənclərə daha ağır 

zərbə endirmişdir. Region dövlətlərinin gənclərinin 18,6%-i işsizdir. MDB regionunda məşğulluğun aşağı səviyyəsi 

genişmiqyaslı miqrasiya axınlarına səbəb olmuşdur. Öz ölkələrində iş tapa bilməyən bir çox gənc mütəxəssislər 

Qərb ölkələrinə üz tutmuşlar. Xarici dövlətlərə mühacirətin daha bir səbəbi kimi MDB məkanında əmək haqqının 

dünya standartlarından dəfələrlə aşağı olmasını da qeyd etmək zəruridir.  


Azərbaycanda Gənclərin Vəziyyəti Haqqında

Analitik Hesabat    2007

40

2.2. Regionlarda məşğulluq səviyyəsi və işsizliyin azalması 



istiqamətindəki tədbirlər. 

Əmək və sosial müdafiə nazirliyinin məlumatına əsasən 2004-cü il üçün dövlət məşğulluq xidməti orqanları 

tərəfindən 238,3 min nəfər işlə təmin olunmuşdur. Ödənişli ictimai işlərə  30 min nəfər cəlb edilmiş, 89,9 min nəfər 

işsiz statusu almış, 102,5 min nəfərə işsizlik üzrə müavinət müəyyən edilmişdir. Məşğulluq xidmətinin fəaliyyəti 

ərzində 21,9 min nəfər üçün tədris kursları təşkil edilmişdir ki, bu şəxslərin də 52,4%-ni gənclər təşkil edir. Onlar-

dan 19,6%-i qaçqın və məcburi köçkündür. Əvvəlki illərdə olduğu kimi üstünlük ilk dəfə tədrisə cəlb edilən şəxslərə 

verilir  (91,9%).    2004-cü  ilin  1  yanvarına  olan  məlumata  əsasən  dövlət  məşğulluq  orqanlarında  54,4  min  işsiz 

qeydə alınmışdır ki, bu da iqtisadi cəhətdən fəal respublika əhalisinin 1,4%-ni təşkil edir. Lakin ayrı-ayrı rayonlarda 

işsizlik göstəriciləri ölkə üzrə  orta  göstəricilərdən yüksəkdir. Məcburi köçkünlər arasında işsizlik göstəricisi daha 

yüksək göstəricilərlə ölçülür. Kəlbəcər 8,3% Xocalı 5,8%, Ağdam 4,7, Laçın 4,4%.



Azərbaycanda rəsmi işsizliyin səviyyəsi 

( % )

Bərda

Mingəçevir

Naftalan

Kəlbəcər

Xocalı

Ağdam

Laçın

Azərbaycanda Gənclərin Vəziyyəti Haqqında

Analitik Hesabat    2007

41

1999-cu  ildə  əhalinin  siyahıya  alınması  göstəricilərinə  uyğun  olaraq  əhalinin  iqtisadi  cəhətdən  fəal  əmək 



qabiliyyətli vətəndaşlarının  517,9 mini özlərini işsiz kimi təqdim etmişlər ki, bu da iqtisadi cəhətdən fəal əhalinin 

15,8 %-ni təşkil edir. 

2003-cü il iyun ayı üçün işi və ya gəliri olmayan və BƏT təsnifatına görə işsiz hesab olunan iqtisadi cəhətdən 

fəal əhali ümumi əhalinin 10,7%-ni təşkil etmişdir ki, bu da ümumiyyətlə 404,7 min nəfər deməkdir. 

Elə həmin tədqiqatın nəticələrinə görə iqtisadi cəhətdən fəal əhali arasında işsizlik səviyyəsi kişilər üçün 9,6 

%, qadınlar üçün isə 12,2 % təşkil etmişdir. 



İqtisadi fəal əhalinin məşğulluq səviyyəsi. 

1999-cu ildə aparılmış əhalinin siyahıya alınmasının nəticələrinə əsasən

İşsiz iqtisadi-fəal əhali

Məşğul iqtisadi-fəal əhali

2003-cü ilin iyun ayına iqtisadi-fəal əhalinin məşğulluq səviyyəsi (%)

İşsiz iqtisadi-fəal əhali

Məşğul iqtisadi-fəal əhali

İşsizliyin səviyyəsi  (%) :  

İqtisadi-fəal kişilər

İqtisadi-fəal qadınlar

Azərbaycanda Gənclərin Vəziyyəti Haqqında

Analitik Hesabat    2007

42

İşsizlər arasında 69,1% 35 yaşına qədər olan gənclərin payına düşür ki, bu zaman 20-24 yaş qrupunda işsizlik 



- 23,8% həddində müşahidə edilir. 

Şəhər əhalisi arasında işsizlərin səviyyəsi kənd əhalisi arasındakı işsizlərin səviyyəsindən iki dəfə artıqdır - 14,3 

% və müvafiq olaraq 7,1%. 

BMTnin İnkişaf Proqramı və BƏT-in xətti ilə aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, öz ixtisası 

üzrə iş axtaran işsizlərin 21,8%-i ali, natamam ali, orta ixtisas və peşə təhsilinə malik şəxslərdir. Digər qaynaqlar 

(MDB dövlətlərinin statistika üzrə komitəsi) tərəfindən aparılan sorğu nəticəsinə görə 2004-cü ildə Azərbaycanda 

işsizlərin 64%-nin ali və orta ixtisas təhsili vardır. Ukraynada bu göstərici 60%, Ermənistanda 39%, Belorusda, 

Qazaxıstanda, Qırğızıstanda və Rusiyada 27-33%, Moldova və Tacikistan üzrə isə 18% olmuşdur. 



Gənclər arasında işsizliyin səviyyəsi (%)

20-24

35 yaşa kimi

Şəhər və kənd əhalisi arasında işsizliyin səviyyəsi  (%) 

Şəhər əhalisi

Kənd əhalisi

Azərbaycanda Gənclərin Vəziyyəti Haqqında

Analitik Hesabat    2007

43

Qeyd etmək lazımdır ki, rəsmən işsiz kimi qeydiyyata alınmış şəxslər arasında ali təhsilli, orta ixtisas və peşə 



təhsilinə malik şəxslərin ümumi payı 60%-dən çox olaraq qalır. 

Azərbaycanda bu gün hər bir vətəndaşın daimi və yaxşı ödənilən işə malik olması üçün çox iş görülür. Buna 

regionların inkişafı üzrə Dövlət Proqramının icra edilməsi də yardımçı olur. Lakin bütün səylərə baxmayaraq, işsizlik 

respublikada təxminən eyni səviyyədə qalır – 50-55 min nəfər (bir sıra ekspertlərin rəyinə görə bu rəqəm təxminən 

on dəfə artıqdır). İşsizlərin əhəmiyyətli hissəsini qadınlar və gənclər təşkil edir. Vəziyyəti Azərbaycan ərazisinin 

20%-nin erməni separatistləri tərəfindən işğalı bir qədər də ağırlaşdırır. 2006-cı il üçün əhalinin məşğulluğu ilə bağlı 

vəziyyət aşağıdakı rəqəmlərlə xarakterizə edilir – əhalinin ümumi sayının 47%-nin yəni 3 907 000 şəxsin iqtisadi 

cəhətdən fəal olmasına baxmayaraq, məşğulluq mərkəzlərində 56 351 nəfər rəsmi işsiz statusuna malikdir. Bunların 

70%-i 35 yaşına qədər olan vətəndaşlardır ki, onların da 26 %-i ali və orta ixtisas təhsillidir. 

Müqayisə üçün: başqa mənbələrə əsasən 2004-cü ildə ali və orta ixtisas təhsili olan 

işsizlərin sayı ( % )  

Azərbaycan

Ermənistan

Gürcüstan

Qırğızıstan

Tacikistan

Digər Dövlətlər

2006-cı ildə əhalinin məşğulluqla bağlı vəziyyəti (%)

35 yaşa qədər olan vətəndaşlar

ali və orta ixtisas təhsilli şəxslər


Azərbaycanda Gənclərin Vəziyyəti Haqqında

Analitik Hesabat    2007

44

Lakin bunlar yalnız rəsmən qeydiyyata alınmış şəxslərdir. Noyabr ayı ərzində Azərbaycanda işsizlik 0,5% 



azalmışdır. 2006-cı ilin 1 dekabrı üçün ölkədə işsiz kimi 54 146 nəfər qeydiyyata alınmışdır ki, onların da 51,2 

%ni qadınlar təşkil edir. Noyabr ayı ərzində işsizlərin sayı 0,5 % azalmışdır ki, bu da ölkənin əmək qabiliyyətli 

əhalisinin 3965,7 min nəfər olduğu halda, onların 33,4%-nin  muzdla işləməsini göstərir. 

ARGTMŞ-ı  BƏT-in  Azərbaycan  bölməsi  ilə  birlikdə  tədqiqat  apararaq  müəyyən  etmişlər  ki,  gənclərin 

özlərinə iş tapa bilməməsinin əsas səbəbi onların təhsilinin səviyyəsi ilə bağlıdır. Bu gün iqtisadiyyatın yönümü 

ölkəyə daha çox neft sferasında peşəkarların lazım olduğunu göstərsə də, ATM-lər əmək bazarının təlabatından 

daha çox hüquqşunas buraxmaqda davam edirlər. Bu statistikada əks olunan neqativ hallara səbəb olur. ATM-

ləri bitirən tələbələrin işə düzəlməsi əsas problemlərdən biri olaraq qalır. Azərbaycanda tendensiya belədir ki, 

gənclərin təhsilini artırmaqla yanaşı eyni vaxtda onları yalnız yüksək gəlirli deyil, digər peşələrə də cəlb etmək 

lazımdır. 

BƏT və digər beynəlxalq təşkilatlar öz rəsmi statistikalarında Azərbaycan gənclərinin müəyyən bir hissəsinin 

xaricdə, əsasən də Rusiyada əmək miqrantı kimi işlədiklərini nəzərə almırlar. 

2007-ci  ilin  əvvəlində  Azərbaycanda  bir  vakant  iş  yerinə  dörd  işsiz  iddialı  olmuşdur.  Dövlət  Statistika 

Komitəsinin 1 yanvar 2007-ci ilə olan məlumatına görə, ölkədə 53 862 işsiz vardır. Onların 51,1%-ni qadınlar 

təşkil edir. Ölkədə 3 973 000 əmək qabiliyyətli vətəndaş vardır ki, bunlarından da 33,4 %-i muzdla işləyir. 

1 dekabr 2006-cı ilə ölkədə rəsmi 

qeydiyyatda olan işsizlərin cinslər üzrə bölgüsü (%)

Kişilər

Qadınlar

Qadınlar

Kişilər

Statistika Komitəsinin verdiyi rəqəmlərə əsasən

  1 yanvar 2007-ci ilə kimi  ölkədə rəsmi qeydə alınmış işsizlərin sayı (%)


Azərbaycanda Gənclərin Vəziyyəti Haqqında

Analitik Hesabat    2007

45

2.3. Əmək miqrasiyası. 

Miqrantlara hüquqi yardım üzrə Mərkəzin göstəricilərinə əsasən, 2 milyona yaxın azərbaycanlı ölkəni əmək və 

siyasi miqrant kimi tərk etmişdir. Ölkəni tərk edənlərin əksəriyyəti MDB və Türkiyədə məskunlaşmışdır. Dövlət Statis-

tika Komitəsinin miqrasiya haqqında məlumatına əsasən, beynəlxalq miqrasiya 1990-cı ildə aşağıdakı göstəricilərə 

malik olmuşdur: 137 900 nəfər ölkəni tərk etmiş, 84 279 nəfər ölkəyə gəlmişdir. 

Növbəti on il ərzində həm ölkəyə gələnlərin, həm də tərk edənlərin sayı azalmışdır. Belə ki, 2000-ci ildə ölkəni 

9 947 nəfər tərk etmiş,  4361 nəfər isə ölkəyə gəlmişdir. 



DSK-nın Azərbaycanda miqrasiya göstəricilərinə əsasən

 1990-cı ildə beynəlxalq miqrasiyanın miqdarı (nəfərlə)

Ölkədən gedənlər

Ölkəyə gələnlər

Ölkədən gedənlər

Ölkəyə gələnlər

DSK-nın Azərbaycanda miqrasiya göstəricilərinə əsasən

 2000-ci ildə beynəlxalq miqrasiyanın miqdarı  (nəfər)

Azərbaycanda Gənclərin Vəziyyəti Haqqında

Analitik Hesabat    2007

46

Bu meyl növbəti illərdə də davam etmişdir, ölkəni 2001-ci ildə 7 288 nəfər tərk etmiş,  bunlardan 3 033 nəfər 



kişi,  4 255 nəfər qadındır. Bunların 36 %-nı gənclər təşkil etmişdir. 

Azərbaycanda miqrasiya prosesi digər postsovet ölkələrində olduğu kimi SSRİ dağıldıqdan sonra özünü biruzə 

verməyə başlamışdır. Bu da əsasən etnik münaqişələrin baş verməsi səbəbindən olması ilə yanaşı, bir çox postsovet 

dövlətlərində, o cümlədən də sosial-iqtisadi və siyasi böhranlarla şərtləndirilmişdir. 



Əhalinin miqrasiyası (min nəfər)

 

İllər  



İmmiqrantlar 

Emiqrantlar

 

2000 


4,4 

9,9


 

2001 


2,6 

7,3


 

2002 


1,2 

4,3


 

2003 


2,5 

3,8


 

2004 


2,4 

2,8


MDB-nin  İqtisadi  Şurasının  məlumatına  əsasən,  MDB  ölkələri  əhalisinin,  dövlətlərarası  miqrasiyasının 

miqyası, 1991-2000-ci illər ərzində 26 milyon nəfər təşkil etmişdir. 1998 il böhranından və 2000-2001-ci illər MDB 

iqtisadiyyatının canlanmasından sonra MDB dövlətləri arasında rəsmi qeydə alınmış miqrasiya axınlarınn azalması 

meyli  başlanmışdır.  Hal-hazırda  müxtəlif  Rusiya  qaynaqlarının  məlumatlarına  əsasən,  son  illər  ərzində  Rusiyaya 

2,5 milyon azərbaycanlı gəlmişdir. Son 4 il ərzində Moskvanın daxili işlər idarəsi tərəfindən 800 min azərbaycanlı 

Moskvada  və  onun  ətraf  şəhərlərində  qeydə  alınmışdır.  Bundan  başqa  200  mindən  çox  Azərbaycan  vətəndaşı 

Sankt-Peterburq şəhərində yaşayır. O cümlədən, azərbaycanlılar Rusiyanın digər regionlarında da məskunlaşırlar.  

Misal üçün, İrkutks vilayətində 17 000-dən çox azərbaycanlı yaşayır. Rəsmi Azərbaycan mənbələri bu statistikanı 

şübhə altına alır və real rəqəmlərin ən azı iki dəfə aşağı olduğunu göstərir. 

Qadınlar

Kişilər

2001-ci ildə xaricə getmiş şəxslərin sayı (min nəfər)  

Onlardan - gənclər

1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə