Regional Mülahizәlәr
Afrika: Afrikada böyük neft vә qaz ehtiyatı vardır; lakin, idarәetmәdә mövcud olan problemlәr vә
korrupsiya bu sahәyә investisiya yatırımını lәngidir. Nigeriya vә Anqola gündә iki milyon bareldәn artıq
neft hasil edirlәr vә Qәrbi Afrikanın altı ölkәsi üstәgәl Mozambik vә Cәnubi Afrika da hәmçinin
ehtiyatların artırılmasını planlaşdırırlar. Cәnubi Afrika hәcm baxımından beşinci olan 485 trilyon kub fut
texniki hasil edilәn şist qazına malikdir vә Nigeriya hazırda әn çox tәbii qaz istehsalçısıdır (ildә 23
milyard kubmetr). 15% bostan bitkilәri ilә müqayisәdә 66% torpaq sövdәlәşmәlәri bioyanacağın istehsalı
üçün nәzәrdә tutulmuşdur. Subsahara Afrikasının 70%dәn çoxu elektrik enerjisinә çıxışa malik deyil.
Müstәqil Enerji İstehsalçılarından Elektrik Enerjisinin Satın Alınması Proqramının üçüncü tenderindә
Cәnubi Afrika $3,3 milyard mәblәğindә, ümumi hәcmi 1.5 QB gücündә bәrpa olunan enerji mәnbәlәri
üzrә 17 layihәni bәyәnmişdir. Afrikanın Standart Bank Qrupu Keniyadakı Turkan gölündә külәk enerjisi
layihәsinә $5075 milyon, vә Mozambikdәki Mfanda Nkiva hidroenergetika layihәsinә isә $3 milyard
sәrmayә yatırmağı planlaşdırır. Keniya 2030cu ilә özünün geotermal imkanını 5,000 MVtyә artırmağı
planlaşdırır. Dünya Bankı Şәrqi Afrikanın Rift Vadisindә geotermal enerji mәnbәyini tәklif edir vә bu,
150 milyon evin elektrik enerjisinә olan tәlәbatını ödәyә bilәr. Yeni neft yataqları Qana vә Keniyada
açılmışdır. Әlcәzair 2030cu ilә bәrpa olunan enerji mәnbәlәri layihәsinә $60 milyard vәsait yatıracaq.
2050ci ilә Avropada elektrik enerjisinә olan tәxminәn 1025% tәlәbat Şimali Afrikanın günәş elektrik
stansiyaları tәrәfindәn tәmin edilәcәk. $80 milyard hәcmindә Qrand İnqa bәndi 40,000 MV elektrik
enerjisi istehsal edә bilәr, lakin layihә lәng hәyata keçirilә bilәr. Ashden Mükafatları qalibi Barefoot
Power şirkәti 2015ci ilә Qana, Seneqal, Nigeriya vә Hindistanda şәbәkәdәn xaric icmalarda yaşayan 10
milyon insanı enerjiyә qәnaәt edәn, ucuz işıqdiod lampaları ilә tәmin edәcәk.
Asiya vә Okeaniya: Әhalinin say artımı vә iqtisadi artım enerji daşıyıcıları qiymәtlәrinin yüksәlmәsinә
vә çatışmazlığa gәtirib çıxardır. AİBnin mәlumatlarına görә, AsiyaSakit Okean regionunun regional
enerjiyә olan tәlәbatı 2030cu ilә iki dәfә artacaq vә 2025ci ilә isә region dünyada illik enerji istehsalının
56%ni istehlak edәcәk. Hazırda tәxminәn milyard insan elektrik enerjisindәn istifadә etmir. Hindistanda
isә 289 milyon insan elektrik enerjisi olmadan yaşayır. Asiyada tәxminәn 2 milyard insan әrzağın
hazırlanması üçün biokütlәdәn istifadә edir. Yaponiya son işçi nüvә reaktorunu sentyabr ayında bağlamış
vә reaktorun tәkrar istismarı müәyyәn müddәtә dayandırılmışdır. Elektrik enerjisinә olan tәlәbatı ödәmәk
üçün Yaponiya yanacaq idxalını artırmış, bu da 2013cü ilin birinci yarısında $48.7 milyard ticarәt
kәsirinә gәtirib çıxarmışdır. Bununla yanaşı, Yaponiya Fukusumi sahillәrindә irimiqyaslı külәk ferması
inşa edir. Cәnubi Koreyanın nüvә sәnayesindә korrupsiya digәr ölkәlәrin nüvә energetikasına
göstәrdiklәri sәy tempini aşağı salır. Çin 2017ci ilә mәdәn yanacağı üzrә ilkin enerji istehlakını 13%
artıracaq vә kömür istehsalını isә 65% faiz azaldacaq. çin 2012ci ildә tәmiz enerjiyә $67 milyard
sәrmayә yatırmış vә nüvә potensialını 2010cu ildә 10,7 qiqavatdan 2040cı ilәdәk 160 qiqavata artırmağı
planlaşdırır. Bundan әlavә, çin 2013cü ildә kömür hasilatının istehsal gücünü 100 milyon tondan artıq
yüksәltmәk planını tәsdiq etmişdir. Hindistan 2017ci ilә bәrpa olunan enerji mәnbәlәrinin istehsal
gücünü daha 17,000 MBt artırmaq üçün sözügedәn mәnbәlәrә $37 milyard sәrmayә yatırmışdır. Günәş
işıqlandırılması Hindistanda enerji sistemindә hәtta kerosinә dövlәt subsidiyalarının yatırılmasından belә
daha sәmәrәli seçim hesab edilir. Xәzәr regionunda neft vә qaz hasilatı 2030cu ilә kifayәt qәdәr artmış;
Qazaxıstan vә Türkmәnistan müvafiq olaraq neft vә qaz artımı üzrә ön sıralarda gedirlәr. Hindistan 20
fәaliyyәtdә olan atom reaktoruna malikdir vә 7 atom reaktoru isә inşa edilmәkdәdir. Sinqapur 2030cu ilә
binaların enerji sәmәrәliliyini 80% artırmağı planlaşdırır. Avstraliya geniş miqyasda bәrpa olunan enerji
resurslarına malikdir, lakin CO2 tullantılarına $23 hәcmindә tәtbiq edilәn yeni vergi tutumu ciddi
dәyişikliklәrin edilmәsi üçün olduqca aşağı mәblәğ ola bilәr.
Avropa: AB 1990cı illә müqayisәdә 2020ci ilә istixana qazlarını 40% azaldacağını vә hәmin müddәtә
bәrpa olunan enerji mәnbәlәrinin 27%ni istehsal edәcәyini elan etmişdir. Hazırda, o 1990cı illә
müqayisәdә tullantıları 18,3% azaltmış vә 2020ci ilә bu göstәricinin 1990cı il sәviyyәsinә 25%ә
düşәcәyi ehtimal olunur. Hazırda, ABdә bәrpa olunan enerjinin hәcmi ümumi istifadә olunan elektrik
enerjisinin tәxminәn 13%ni tәşkil edir vә AB bu göstәricini 2020ci ilә 20% artırmağı planlaşdırır. İsveç
ümumi enerji istehlakı üzrә әn yüksәk (46,8%) bәrpa olunan enerji mәnbәlәrindәn istifadә göstәricisinә
malikdir (Avro Birliyinә daxil olmayan Norveçdә bu göstәrici 65% tәşkil edir). Yeni iqlim vә yaşıl
enerjinin mәqsәdinә hüquqi baxımdan mәcburi hesab edilәn milli mәqsәdlәr daxil deyil. Bunun әvәzinә,
üzvdövlәtlәr 2020cu ilә enerjiyә qәnaәt edilmәsi faizini planlı şәkildә 25% artırmağa sәy göstәrәcәklәr.
Tәbiәtin mühafizәsi vә yüksәk mәhsuldarlıq 2050ci ilә ABdә enerjiyә olan tәlәbatı 2005ci il
sәviyyәsindәn tәxminәn 30% aşağı sala bilәrlәr. Aşağı karbonlu texnologiyalar ABnin aşağı karbonlu
xәritәsinә uyğun olaraq 2020ci ilә 60%, vә 2050ci ilә isә 100% enerji ilә tәmin edә bilәrlәr.
Gözlәnildiyi kimi, Şimali Avropa külәk enerjisinә daha çox diqqәt ayıracaq, Cәnubi Avropa isә әsas
diqqәtini günәş enerjisinә yönәldәcәk. AB 2015ci ildә CO
2
ni tutulması vә saxlanması üçün 1012 zavod
istismara verәcәk. Almaniya vә İsveçrә nüvә energetikasından mәrhәlәli imtinanı planlaşdırırlar.
Finlandiyada AESnin qiymәtlәndirmә mәblәği $4,5 milyarddan $12 milyarda yüksәlmişdir. Bununla
yanaşı, Almaniya 2005ci ildәn özünün ilk kömür elektrik stansiyasını istismara vermiş vә 2015ci ilә
ümumәn 7986 meqavat gücündә daha 10 elektrik stansiyası inşa etmәyi planlaşdırır. Polşa Rusiyadan
80%dәn yuxarı tәbii qas idxal edir, lakin onun şist qazı ehtiyatları Polşanı kifayәt qәdәr 50 ildәn artıq
müddәtә qazla tәmin etmәk ixtiyarındadır. Fransa şist qazının hasilatı әleyhinә çıxış edir vә Niderland,
Lüksemburq, Bolqarıstan şist qazı hasilatını dayandırmışlar. Rusiyanın arktik dәniz әrazilәrindә neft
hasilatı növbәti 20 il әrzindә ola bilsin ki, özünün pik nöqtәsinә çataraq, әn nikbin proqnozlara görә ildә
13,5 milyon ton tәşkil etsin vә bu da Rusiyanın hazırda ümumi neft hasilatı hәcmindәn 3% azdır.
Amsterdam 2015ci ilә 10,000 elektromobilә sahib olmağı planlaşdırır. İslandiyada beş geotermal elektrik
stansiyası ölkәnin elektrik enerjisinә olan tәlәbatının 27%ni ödәyir. Danimarka 2050ci ilә 100% enerji
tәlәbatını bәrpa olunan enerji mәnbәlәri vasitәsilә ödәmәyi planlaşdırır. Hazırda, külәk İspaniyada әsas
enerji mәnbәyinin 21,1%ni tәşkil edәrәk nüvә enerjisini 21% qabaqlayır, lakin maliyyә çәtinliklәri
hökumәtin bәrpa olunan enerji mәnbәlәrinin inkişafına sәrmayә yatırmasını azaltmış vә nәticәdә bәrpa
olunan mәnbәlәr sahәsindә çalışan mütәxәssislәr dövlәt qulluğunu tәrk etmәli olmuşlar. Mәrkәzi
Avropada şist qazından istifadә gözlәnildiyi kimi 20 il әrzindә enerji daşıyıcılarına olan qiymәtlәri aşağı
salacaq.
Latın Amerikası: Region dünyada energetikaya yatırdığı xalis investisiya payını 2011ci ildәki 5,7%
dәn 2012ci ildә 6%ә artırmışdır. Braziliya bir çox illәr әrzindә ucuz bioyanacaq istehsalçısı olmuş, lakin
dollar nisbәtindә vә şәkәrin qiymәtinin artması ilә bağlı real qiymәtlәrin artması sәbәbindәn öz
rәqabәtәdavamlılığını itirmәkdәdir. Braziliya 2009cu ildә 1 milyonla müqayisәdә 2010cu ildә ABŞa 70
milyon litr etanol ixrac etmişdir. Onun ikinci nәsil bioyanacaq istehsal edәn (sellülozdan alınan etanol)
ilk kommersiya zavodu 2013cü ilin dekabr ayında istismara verilәcәk. Braziliyada istehsal edilәn
avtomobillәrin 90%i alternativ yanacaqla idarә olunur. Argentina dünyada biodizel yanacağının istehsalı
üzrә ikinci yeri tutur vә bazarın 13,1%ni tәmin edir. Geotermal, günәş vә külәk resursları region üçün
böyük miqdarda istifadә edilmәyәn resurslar olaraq qalırlar. Ekvador sәnaye cәhәtdәn inkişaf etmiş
ölkәlәrdәn $3,6 milyard almaqla Amazonka meşәlәrinin tropik qoruqlarında neft qazma işlәrini
aparmayacağını bәyan etmişdir. Venesuelada Orinoko zolağı boyu ağır neft ehtiyatları (qabaqcıl istehsal
texnologiyaları tәlәb edәn) Sәudiyyә Әrәbistanında mövcud olan neft ehtiyatından daha çoxdur. Kiba
2020ci ilә bәrpa olunan enerjinin istehsalını 12% artırmağı planlaşdırır. İspaniyaya mәxsus elektrik
şәbәkәsi şirkәtlәri Boliviyada millilәşdiriliblәr. Peru Kamisi qaz yataqlarında kәşf edilmiş yeni tәbii qaz
ehtiyatlarından istifadәyә üstünlük verir.
Şimali Amerika: ABŞ neft hasilatını gündә 8 milyon barelә qaldırmışdır; bu, 1980ci illәrlә müqayisәdә
әn yüksәk göstәricidir. Kanada dünyada neft ehtiyatına görә, lakin elәcә dә ekoloji baxımdan әn zәhәrli
mühit üzrә ikinci yer tutur. Energetika Nazirliyi 20135ci ilә elektrik enerjisinin istehsalı üçün enerji
mәnbәyi kimi ABŞda tәbii qazdan kömürә keçmәyi tövsiyә edir. ABŞın Әtraf Mühitin Qorunması
Agentliyi kömür yandıran elektrik stansiyalarından istehsal etdiklәri CO
2
nin tutulması vә saxlanmasını
tәlәb edәn qanun layihәsinin işlәnib hazırlandığını elan etmişdir. O hәmçinin, 2005ci il sәviyyәsi ilә
müqayisәdә mövcud kömür elektrik stansiyalarından yaranan CO
2
tullantılarını 2030cu ilә tam 30%
azaltmaq üçün prosedur tәklif etmişdir. ABŞın doqquz ştatı 2013cü ildә elektrik enerjisinin 12%dәn
çoxunu külәk enerjisindәn alır. Dünyada әn iri günәş istilik elektrik stansiyası Moxava düzәnliyi,
Kaliforniyada istismara verilmişdir. ABŞın bәrpa olunan enerjiyә yatırdığı sәrmayәlәrin hәcmi 2012ci
ildә 32% aşağı düşmüşdür. İlk dәfә olaraq, ABŞda elektrik enerjisinin istehsalı üçün tәbii qaz kömürlә
birlәşdirilmişdir. ABŞda 2035ci ilә tәbii qaz hasilatının demәk olar ki, yarısı şist qazı ilә tәmin edilәcәk.
ABŞda az tanınan tәmiz enerji mәnbәyinә şәrq sahilindәn külәk enerjisi, elektrik enerjisinin okeanın sәth
vә dәrin sularında mövcud olan temperatur fәrqliliyinin hesabına yaranan elektrik enerjisi, Orta Qәrbdә
(Four Corners әyalәti) quraşdırılmış günәş istilik qurğuları, qazılmış quru isti geotermal süxurlar, vә
nanogeoltexnikalar daxildir. Bioyanacağın istehsalı üçün yolsunların becәrilmәsi üçün fermalar neft
idxalını әvәz etmәk üçün ildә $46.2 milyarda başa gәlә bilәr.
Kaliforniya neft emalı zavodlarından vә mühәrrik yanacağı idxalatçılarından 2020ci ilә atmosferә karbon
qazının buraxılmasını 10% azaltmağı tәlәb edir. SanFransiskonun meri şәhәri 2020ci ilә 100% bәrpa
olunan enerjiyә keçmәyә çağırmışdır. Kaliforniyanın Pacific Gas & Electric Company şirkәti 2016cı ildә
Solaren şirkәtindәn 200 meqavat orbital günәş elektrik stansiyasını almağa razılıq vermişdir. ABŞda
atom elektrik stansiyalarından çıxan yanmış qazların mәişәt kondisionerlәri vә kommunal xidmәtlәrdә,
batareyaların yenidәn yüklәnmәsindә yenidәn istifadәsi CO
2
tullantılarının 10%20% azalmasına gәtirib
çıxarda bilәr.
Qrafikdә Tәsir Tendensiyasının Tәhlilindәn istifadә edilir; bu, 2012 Gәlәcәk Hesablama İndeksinin bir
hissәsidir (bax: Fәsil 2, SOFI 2012)
14. ELMİ VӘ TEXNOLOJİ NAİLİYYӘTLӘR
Elmi vә texnoloji nailiyyәtlәr insanların vәziyyәtinin yaxşılaşdırılması üçün
necә sürәtlәndirilmәlidir?
Elm vә texnologiyanın dayanaqlı inkişafı dәyişilmәsi mümkün olan şәraitlәri kökündәn dәyişdirir vә bu
biliklәrә çıxışın әldә edilmәsi getdikcә daha da asanlaşır vә siyasi liderlәri seçәn geniş ictimaiyyәtin
müzakirә edilmәsi zәruri olan fövqәladә dәyişiklik vә fәsadları dәrk etmәdiyi görünür. Pulsuz universitet
onlaynkursları yayılır; ümumәn istifadәsi mümkün olan aparat vә proqram tәminatlarından istifadә
istehsalat vasitәlәrini әvәz edir. Sinqulyar universitet tәbabәtdәn tutmuş kәnd tәsәrrüfatınadәk
fәaliyyәtlәri yaratmaq vә tәtbiq etmәk üçün vә milyardlarla insanlara tәsir göstәrmәk üçün texnikanın
ilkin sürәtlәndirilmәsi üzrә әn yaxşı mütәxәssislәri, biznes liderlәri, investorları, elәcә dә aparıcı
aspirantları bir araya gәtirir. Bu biliyin öyrәnilmәsinә hәm dә asinxron Şәbәkәlәr, yüksәk motivasiyaya
malik tәdris sistemlәri, tәhsilin adaptiv modellәri, elәcә dә hüceyrә avtomatları, genetik alqoritmlәr,
neyron şәbәkәlәr vә kollektiv intellektin yeni imkanları yardım edir. “Әşya İnterneti”, beynәlxalq
әmәkdaşlıq vә mәlumatların iri miqyasda tәhlili dә elmi icadları vә texnoloji tәtbiqetmәlәri sürәtlәndirәn
faktorlardır.
Çinin Tianhe2 superkompüteri 33.86 petaflopsda (saniyәdә axan nöqtә ilә kvadrilyon әmәliyyatı) insan
beyninin sürәtini (idrakını deyil) aşan әn sürәtli kompüterdir. Yaponiyada fәaliyyәt göstәrәn komanda
kompüter kimi öz şәxsi proqramlarını yaradan vә әmәliyyatların intensivliyini maksimal şәkildә
artırmaqla öz enerjisini artıran fraktal beynin çoxtәbәqәli tezliyini yaradır. IBMin kompüteri olan
Watson kompüteri televiktorinada bütün iştirakçıların biliyindәn daha yüksәk bilik nümayiş etdirmiş vә
hazırda daha dәqiq diaqnozların verilmәsi sürәtinin artırılması, xәrçәngin müalicәsi vә digәr mәqsәdlәr
üçün istifadә edilir. IBMin Watson Qrupu dünyada, Afrikanın yoxsul regionları daxil olmaqla Watson
sisteminin idarә etdiyi idrakı әlavәlәri tәtbiq etmәk üçün $1 milyard sәrmayә yatırır. Hesablayıcı kimya,
hesablayıcı biologiya vә hesablayıcı fizika elmi xüsusiyyәti dәyişir vә onların sürәtlәndirilmәsi mәsәlәsi
Mur qanununa daxil edilmişdir. Bax: bu fәsildә әtraflı şәkildә İKT haqda Qlobal Çağırış 6).
Genin ardıcıllaşdırılması üzrә yeni sistem ildә on minlәrlә insan geni yarada bilәr. Fәrdi genetik tәbabәtin
vәd etdiyi $1000/gen reallığa çevrilmәkdәdir. Transdifferensiallaşdırma kimi tanınan prosesdә alimlәr
insan hüceyrәlәrini dәyişdirirlәr, mәsәlәn mәdәaltı vәzinin hüceyrәlәrini qara ciyәrә vә ya dәri
hüceyrәlәrini ürәk hüceyrәlәrinә keçirirlәr. Hüceyrәlәr hәtta insan beynindә aşkar edilmiş neyrona daxil
edilәn funksiallaşdırıcı neyrona çevrilmişlәr. Virusla mübarizә ilә bağlı yeni strategiya “insanın ölümcül
viruslarını şirnikdirә, cәlb edә vә mәhv edә bilәcәk” süni hüceyrәlәr işlәyib hazırlamaq niyyәti güdür.
Olduqca kiçik kameralar udula vә dәqiq diaqnoz vermәk üçün insan orqanizmini idarә edә bilәr. Qana
özü hәrәkәt edәn vә dәrmanları lazımi nöqtәyә çatdıra bilәn qurğu yerlәşdirilә bilәr. Bu cür nailiyyәtlәrlә,
sintetik biologiya, nanotәbabtә, elәcә dә hesablama elminin müxtәlif formaları ilә bu gün güman
etdiyimizdәn da daha artıq vә mәntiqli şәkildә uzun müddәt yaşayacağımızı vә sağlam hәyat sürәcәyimizi
güman etmәk olar. Bu belә olarsa, pensiyaya çıxmaq vә maliyyәlәşdirmәnin planlanması mәsәlәlәrinә
yenidәn baxmaq lazım gәlәcәk.
Sintetik biologiya daha ucuz bioyanacaq, daha dәqiq tәbabәt, sağlam qida, çirklәnmәnin tәmizlәnmәsi
üsullarının vә hazırkı tәfәkkür çәrçivәsindәn çıxan gәlәcәk imkanların yaradılması üçün müxtәlif növ
DNKnın bir araya gәtirilmәsidir.
Sintetik biologiyanın yeni forması DNKsız yeni molekul kombinasiyalarından yaranan XNAya (Kseno
nukleunon turşusu) әsaslanır. ABŞın NIH institutu ilә әmәkdaşlıq etmәklә insan geni layihәsini yaradan
Kreuq Venter dәqiq şәkild surәtini çıxarmaq üçün sintetik DNK tәlimatlarına riayәt etmәklә vә sintetik
DNKnı bakteriyaya yerlәşdirmәklә sintetik gen yaratmışdır. ABŞn Prezident Komissiyası belә bir
qәnaәtә gәlmişdir ki, bu hәlә “hәyatın” kәşfi deyildir, lakin bu sintetik bioloji tәdqiqatın elmi
tәnzimlәmәlәrlә davam etdirilmәsi lazımdır. Bәzilәri yerlәrdә tәlimatlar olmayınca, gәlәcәk davranışların
vә hәyatın yeni formalarının bundan ziyan görmәmәsi üçün tәdqiqatlara monatoriya tәtbiq etmәyә
çağırırlar. Bu tәbiәtin xüsusiyyәtini necә dәyişә bilәr? Venterә görә, necә ki, kompüter kodu proqram
tәminatının yaradılması rolunu oynayır, elәcә dә insanın imkanlarını artırmaq üçün genetik kodlar da
hәyatın formasını yaratmaq üçün qeydә alınacaq vә bununla da sivilizasiyada ömür uzunluğunu tәmin
edәcәk. Bu yeni bioloji yaş hәddinin hәyata böyük tәsirә malik ola bilәr. Bu yeni bioloji yaş hәddi
bәşәriyyәtin inkişafına vә әtraf mühitin mәhv olmasına gәtirib çıxarmış sәnaye әsrindәn daha çox
hәyatımıza tәsirә göstәrәcәk.
3D printerlәrinin qiymәti $500dan aşağı düşmüş, bu da kiçik müәssisәlәr vә özәl şәxslәrә sәnaye
istehsalçılarına çevrilmәyә imkan verir. Bu hәmçinin, xüsusilә dә sadә plastmas mәmulatların
saxtalaşdırlmasına vә beynәlxalq ticarәtin azaldılmasına imkanlar açır. Thingiverse.com saytında geniş
ictimaiyyәtә açıq olan rәqәmsal layihәlәri yüklәmәk vә çap etmәk mümkündür. 3D printerlәrinin
“mürәkkәb” kimi xidmәt göstәrәn gәlәcәk formaları şәxslәndirilmiş orqan vә yan әtrafların istehsalı
üçün nәzәrdә tutulur.
Gәlәcәkdә avtonom robotlar, müasir 3D materialları, qlobal miqyasda әlaqәli olan süni intellektlәrlә, az
iqtisadi artıma malik mәşğulluq yeni normaya çevrilә bilәr. Sәnaye әsri vә informasiya әsrinin böyük
hissәsi azaltmaqdan daha çox çoxlu sayda iş yerlәri yaratmışlar; lakin, dünyanın inkişaf sürәti, gücü,
hәcmi vә dinamikasında böyük dәyişiklik edilmәsi gözlәnilir. Әgәr dünya bu mәsәlәlәrlә bağlı daha tez
ciddi vә sistemli şәkildә danışıqlar aparmış olarsa, onda elm vә texnologiyanın sürәtlәndirilmәsi
bәşәriyyәtә fayda verә bilәr.
Yeni material vә konstruksiyaların sintezi, quraşdırma komponentlәri, özüistehsal vә tәmir üçün nano
tikinti bloklarını idarә etmәk üçün nanoölçülü robot seriyası işlәnib hazırlanır. Hazırda, kimyәvi
maddәlәrә, bioloji preparatlara vә radiologiyaya nәzarәt etmәk üçün milyon sayda simsiz datçiklәrin yeni
“ağıllı tozu” hazırlanır. Tozun hәr bir zәrrәciyi “toz zәrrәciyini” qoşmaq üçün ayrıca kompüter vә
kommunikasiya qurğularıdırlar. Digәr proqram bütün dünyada dәftәrxana düymәsi ölçüsündә trilyon
datçik tәtbiq etmәyi planlaşdırır. Bu proqramlar sistemin nasazlığa davamlılıq funksiyasını
yaxşılaşdırmaq üçün özünü idar edәn şәbәkәlәri bu işә cәlb edirlәr. Nanorobotlar indi mәsәlәn, yaşla
bağlı molekulyar degenerasiya kimi halların müalicәsi üçün göz daxilindә hәrәkәt etmәk imkanına
malikdirlәr. Daha kiçik miqyaslarda nanometr robotlar nümayiş etdirilmiş vә DNK ilә әlaqә saxlaya
bilirlәr. Qan hüceyrәsi ölçüsündә nanorobotlar diaqnostika vә müalicә üçün orqanizmә düşә vә virtual
reallığı tәmin edә bilәrlәr. Nanotexnologiyalar böyük miqyasda irәlilәyiş nümayiş etdirәcәklәrini vәd
etmәlәrinә baxmayaraq, onların dayanaqlı inkişafa faydası, vә ekoloji fәsadlarının sağlamlığa tәsiri sual
altındadır. Mәsәlәn, sağlamlıqda problemlәr yaratmamaqla bәdәnin müәyyәn hissәlәrini bioaktivlәşdirә
bilәrlәrmi?
2011ci ildә bütün dünyada tәxminәn 1.5 milyon sәnaye robotu satılmışdır. Bәzilәri emosional üz
ifadәlәri ilә insanlara bәnzәyirlәr, digәrlәri insan dәqiqliyindәn dә yaxşı uzaq mәsafәdәn idarә edә bilirlәr
vә bәzilәri isә Yaponiyada ahıl insanlara yardım etmәk üçün sınaqdan keçirilirlәr.
Skaner çәkisi edәn elektron mikroskop 0,01nm (hidrogen nüvәsi vә onun elektronları arasında mәsafә)
görә bilәr vә Habbl teleskopu isә Yer kürәsindәn 13.3 milyard işıq ilini görә bilmişdir. Fotonların sürәti
azaldılmış vә çoxaldılmışdır. Xarici işıq fotodinamik terapiya vә implantasiya qurğularının
qidalandırılması üçün bәdәn daxilinә toplanmışdır. DNKnın skanlaşdırılması dәrman preparatlarının
fәrdi şәkildә hazırlanmasına vә irsi xәstәliklәrin aradan qaldırılmasına imkan yaradır. Beynin MPTsi real
vaxt rejimindә tәfәkkür prosesinin primitiv şәklini göstәrir.
İflic olmuş insanlar yalnız fikirlәri ilә
kompüteri idarә edir vә sonda, robotları da idarә edә bilәcәklәr.
CERN tәrәfindәn Higgs bozon zәrrәciyinә oxşar zәrrәciyin aşkar edilmәsi Higgs bozon zәrrәciyi kimi
tәsdiq edilmişdir. Nәzәri baxımdan, Higgs bozonu bәşәriyyәtlә qarşılıqlı tәsirә malik sahәdә mövcuddur
vә onların qarşılıqlı tәsiri vә cәlbediciliyi zәrrәciklәri kütlә ilә tәmin edir vә alimlәrin yalnız 4%
mәlumatlı olduqları mәlum bәşәriyyәti yaradır. Higgs zәrrәciklәrin kütlәyә çevrilmәsi üçün malik
olduqları fundamental qabiliyyәti izah edir. Bәzilәri hesab edirlәr ki, Higgs sinqleti adlanan ikinci
zәrrәcik dә aşkar edilә bilәr vә o, әlavә beşinci ölçüyә keçmәli vә burada vaxt üzrә irәli vә geri hәrәkәt
edә bilmәli vә gәlәcәk. yaxud keçmişdә mövcud olmalıdır.
Başqa bir sahәdә CERN pozitron vә antiprotonları birlәşdirmәklә әn azı hidrogenin 80 anticisim atomunu
yaratmış vә onları spektroskopik detektor adlandırmışdır. CERNdәki bütün bu işlәr qabaqcıl elmi
mәrkәzlәrә birgә aparılır vә yeni fizika yaradır, bu da öz növbәsindә daha sәmәrәli enerji istehsalı,
buxarlanma, tikinti vә tәbabәt barәdә informasiya ilә tәmin edir.
Kvant qurucu bloklar vә kubitlәr nanomәftillәrә yerlәşdirilmiş vә bu da, kvant kompüterlәrinә doğru
atılan әhәmiyyәtli addımdır. Kvant nәzәriyyәsinә bizim mövcudluğumuzun “bir çox sәbәblәri” daxildir.
BeynMaşın İnterfeysindә hәr bir hadisә xassәlәnmә nöqtәsi sayılır vә bu vә ya digәr yolla gedә, demәk
olar ki, sonsuz sayda sahәlәr yarada bilәr. Görünüş baxımından insanın yaşama şәraitinin
yaxşılaşdırılmasından uzaq olsa belә, bu cür fundamental elm insanın hәyat şәraitinin yaxşılaşdırılması
üçün önәm verilәn tәtbiqi elm vә texnologiyalar haqda biliklәrin artırılması üçün zәruridir.
O biri sәrhәddә, bir qrup kommunikasiyalara vә ola bilsin ki, yerdәyişmәyә kömәk edәcәk milyardlarla
zәrrәcik hissәlәrini (kvant qarışıqlığı fәzaya paylanmış qarışıq obyektlәrin eyni vaxtda dәyişdirilmәsi
demәkdir) әhatә etmәyә cәhd göstәrir.
Elm vә texnologiyada irәlilәyişin sürәtlәnәn tempi vә xәbәrlәrdә işıqlandırılan siyasәtçilәrin müzakirә
etdiklәri, mәktәblәrdә keçilәn vә ya bütün dünyada ictimai rәyi yaradanlar arasında cüzi әlaqә
mövcuddur. Bizә elm vә texnologiyalar sahәsindә nailiyyәtlәri izlәmәk, nәticәlәri proqnozlaşdırmaq,
elәcә dә baxış diapazonlarını qeydә almaq üçün qlobal kollektiv işlәmә sistemi lazımdır. Elm vә
texnologiya tarixi aydın şәkildә göstәrir ki, irәlilәyiş mәnfәәt kimi elәcә dә qabaqcadan nәzәrdә tutulması
mümkün olmayan mәnfi nәticәlәrә malikdir. Çağırış 14 sosial tәlәbatlar üçün elmi işlәmәlәrin
maliyyәlәşdirilmәsi silahların maliyyәlәşdirilmәsi ilә bәrabәr olan zaman vә elmi işlәmәlәrin vә
qanunvericiliklәrin tәnzimlәnmәsindә elmi bilik vә texnologiyaların bir araya gәtirilmәsi üçün elm vә
texnologiya üzrә beynәlxalq tәşkilat yaradılan zaman, ciddi şәkildә әhatә olunacaq.
Dostları ilə paylaş: |