Şimali Amerika: ABŞda KDMә uyğun olaraq cari tәxirәsalınmaz tәhlükәlәr davamlı
enterobakteriyalar olan karbapenem, dәrman preparatlarına davamlı olan süzәnәk vә Klostridium
diffisiledәn (ildә 250,000 insanın xәstәxanaya yerlәşdirilmәsinә vә 14,000 ölüm halına gәtirib çıxardan
ciddi dispepsik infeksiya, bir qayda olaraq antibiotiklәrin qәbulundan yaranır) ibarәtdir. Bill vә Melinda
Qeyts Fondu malyariyaya tәxminәn $2 milyard vә QİÇS, Vәrәm vә Malyariyaya qarşı mübarizә
aparılması üçün Qlobal Fonda $1,4 milyard vәsait ayrılmışdır. ABŞın Әrzaq Mәhsulları vә Dәrman
Preparatları Administrasiyası QİÇS infeksiyası daşıyıcılarından infeksiyanın ötürülmәsi riskini azaltmaq
üçün istifadә edilәn Truvadu preparatını tәsdiq etmişdir. ABŞın yeni sәhiyyә qanunvericiliyi 2014cü
ildә tam şәkildә qüvvәyә minәcәk, baxmayaraq ki, indiyәdәk ştatların yarısı qanunun Medicaid
hissәsindәn istifadә etmәmәk qәrarı vermişdilәr, bu da öz növbәsindә çoxlu sayda yoxsul insanın
maksimal tibbi yardımdan kәnarda qalmasına gәtirib çıxarmışdır. Eyni zamanda, iqtisadiyyatı lәng inkişaf
edәn xәstәxanalar sığorta sistemlәrini yaratmaq üşün çox vaxt birlәşirlәr; sığorta şirkәtlәri tibbi xidmәt
tәchizatçılarının xidmәtlәrini alır vә / vә ya onlarla sövdәlәşmә hәyata keçirirlәr. ABŞ İqtisadi fәaliyyәtdә
vә kliniki tәcrübәdә tibbi informasiya texnologiyalarından istifadә edilmәsinә dair Qanuna uyğun olaraq
öz elektron tibbi mәlumatlarını $29 milyard dәyәrindә tibbi texnoloji informasiya formaları ilә
yenilәyirlәr. ABŞda 1,1 milyon (2012ci ildә QİÇSә tutulmuş yeni 50,000 xәstә); Kanadada 73,000
QİÇS xәstәsi vardır. ABŞda uşaqların tәxminәn 33%i artıq çәkiyә malikdir vә piylәnmәdәn әziyyәt
çәkirlәr vә aparılan sorğu nәticәsindә mәlum olmuşdur ki, 818 yaş arasında olan uşaqlar gündә
vaxtlarının orta hesabla 7,5 saat әylәncә vasitәlәrinә sәrf edirlәr. Xәstәliklәrә Nәzarәt vә Qarşısının
alınması Mәrkәzi (CDC) mәlumat verir ki, ABŞda yeni QİÇS hallarının tәxminәn yarısı infeksiyaya
yoluxmaları haqda mәlumatlı olmayan 20% virus daşıyıcılarından yaranır.
9. TӘHSIL
Dünyada biliklәrin әksәr hissәsi ya birbaşa yolla, ya da bu gün bәşәriyyәtin әksәriyyәtinә xas olan
vasitәçilәrin kömәkliyi ilә ötürülür. Google vә Wikipedia “Bilmirәm” sözünü köhnәlmiş hesab edirlәr.
İnternet maraqlanma sәviyyәsini vә ömür boyu tәhsil imkanlarını sürәtlәndirir. Әla proqram vә tәcrübәli
pedaqoqlardan yararlanma imkanı hәr bir şәxs üçün әlçatmaz sayılmır. Birçox universitet kursları
(MOOCs: kütlәvi açıq onlayn kursları) vә TED, Coursera vә Kan Akademiya kimi müstәqil tәhsil
sistemlәrinә İnternetdә çıxış azaddır. Facebookda Mark Suserberqin rәhbәrliyi altında komanda İnternetә
ümumi çıxış üçün yüksәk aerostat şәbәkәni yaratmaq mәqsәdilә yer kürәsindә hәr bir şәxsin Google Loon
layihәsindәn istifadәsini tәmin edir. Noutbuk vә smartfonların qiymәti düşmәkdәdir. Lakin, bütün
dünyada tәhsili tәkmillәşdirmәk mәqsәdilә bütün bu resursları uğurla tәtbiq etmәk üçün böyük sәylәr
tәlәb olunur.
UNESCOnun mәlumatlarına görә gәnclәr arasında savadlılıq sәviyyәsi 1990cı ildәki 83,4%dәn 2011ci
ilә 89,5%ә yüksәlmişdir; bu zaman böyüklәr (15 yaşdan yuxarı) arasında savadlılıq sәviyyәsi 1990cı
ildәki 75,7%dәn 2011ci ilә 84,1%ә yüksәlmişdir. UNESCOnun qiymәtlәndirmәlәrinә görә 2015ci ilә
әhalinin böyük yaşlı hissәsinin savadlılıq sәviyyәsi 86%ә, gәnclәr arasında isә savadlılıq sәviyyәsi 92%
ә yüksәlәcәk. Mәktәbәqәdәr tәhsil müәssisәlәrini bitirәn şәxslәrin sәviyyәsi 1999cu ildәki 112
milyondan 2010cu ildәki 164 milyona qalxmışdır. İbtidai tәhsil müәssisәlәrini bitirәn şәxslәrin sәviyyәsi
2000ci ildәki 53%dәn 2010cu ildә 62,5%ә qalxmışdır. Mәktәb yaşlı uşaqların faizi 1999cu ildәki
9,3%dәn 2011ci ildә 90,3%ә qalxmışdır. Ali tәhsil müәssisәlәrini bitirәn şәxslәrin sәviyyәsi 2000ci
ildәki 19%dәn 2010cu ildә 30%ә qalxmışdır. Bununla belә, orta mәktәblәrin aşağı sinfindә tәhsil
almalı olan 71 milyon uşaq mәktәbә getmir. UNESCOnun mәlumatlarına görә Pakistanda Talibanların
qәtlә yetirmәk istәdiklәri Malala Yousafzai yenә dә hazırda dünyanın münaqişә zonalarında yaşayan 28,5
milyon aşağı sinif şagirdinin tәhsilә çıxışını tәmin etmәyә çağırır. Mәktәbә getmәyәn şagirdlәrin faizinin
aşağı düşmәsinә baxmayaraq, 2002ci ildәn tәmәli qoyulmuş baza tәhsilinә beynәlxalq yardımın 2012ci
ildә azalması sәbәbindәn son onillikdә әhalinin sayının artması sәbәbindәn bu problem hәlә dә aktual
olaraq qalır.
AB, ABŞ, Çin, İsrail vә Yaponiya beynin tәdqiq edilmәsi üçün iri elmitәdqiqat layihәlәrinә malikdirlәr.
Gәlәcәkdә әldә olunacaq nәticәlәr insan beyninin xәstәliyi problemlәrinin aradan qaldırılmasına, beyninin
işinin yaxşılaşdırılmasına, daha yaxşı kompüter layihәlәrinin işlәnib hazırlanmasına, elәcә dә yeni beyin
vә kompüter arasında qarşılıqlı fәaliyyәtә gәtirib çıxarda bilәr. idrakı elm sahәsindә әldә olunan
nailiyyәtlәr müәllimlәrin hazırlanması prosesinә vә tәdris sistemlәrinә inteqrasiya edilmәlidir. Google
personal intellektual idarәetmә sisteminin inkişaf etdirilmәsinin kömәkliyi ilә intellekti artırmağı
planlaşdırır. Bilik vә ictimailәşmәnin әldә edilmәsinә әlavә olaraq Tәhsil nazirliklәri tәhsilin milli
mәqsәdi kimi idrakı elmdә vә beynin tәdqiqatında nailiyyәtlәrin öyrәnilmәsini sürәtlәndirә bilәcәk
intellektin artırılması yollarını aramalıdırlar. IQ testlәrinin nәticәlәri bütün dünyada әlli ildәn çox
müddәtdir ki, artmaqdadır, bәşәriyyәtin daha da ağıllı olubolmadığı bәlli deyil, lakin әn azı qiymәtlәr
azalmır.
Kompüter vә tәhsilin birlәşdirilmәsi fundamental şәkildә dәyişmәkdәdir. Mur Qanunu növbәti onillikdә
vә ya tәxminәn bu müddәt әrzindә qüvvәdә qalacaq, portativ intellektual qurğular insan beyninә güclü
tәsir göstәrә bilәcәk. insanlar ayrıayrı şәxslәrin bütün ömürlәri boyu ehtiyaclarını ödәmәk üçün
yaratdıqları virtual real interfeyslәrin kömәkliyi ilә “dәqiq vә vaxtında bilik” әldә edә bilәcәklәri dünya
biliklәrinә çıxış әldә etmәlidirlәr.
Mövhumat vә nifrәtin bütün formalarının lәğv edilmәsi mәqsәdi güdәn proqramlarla yanaşı insanların
gündәngünә artan qeyrisabit durumlardan vә / vә ya psixi xәstәliklәr mәngәnәsindәn qurtarmağa
yönәldilmiş ayrıayrı proseslәrin durmadan qiymәtlәndirilmәsi getdikcә daha zәruri hala çevrilәn sevgi ilә
dolu olan daha gözәl dünyanın bәrqәrar olmasına gәtirib çıxarda bilәr, belә ki, destruktiv texnologiyalar
fiziki şәxslәr üçün daha әlçatan olmuşdur.
Beyin vә ya intellektin daha yaxşı işlәmәsi kombinә edilmiş, yaxşılaşdırılmış qida, tәfәkkürün inkişafı,
intellektin artırılması (plasebo effekti), şәrhlәrә reaksiya verilmәsi, әtraf mühitә davamlı sevgi ilә, İnternet
vasitәsilә ağıllı insanlarla tәmasla, beyin üçün dәrman preparatlarının tәkmillәşdirilmәsi, proqram
tәminatı vә oyunlar, İnternetmemilәr (intellekt baxımdan seksuallıq) ilә, diqqәti vә mәhsuldarlığı artıran
müәyyәn musiqi, rәng vә rayihәnin kömәkliyi ilә aşağı stresslә artırıla bilәr. İnsan beyninin qismәn
proqramlaşdırılması vә digәr metodlar şәxsi intellekt vә uzunömürlülüyün artırılmasına gәtirib
çıxardacaq. Gәlәcәkdә beyinlәr genetik baxımdan genişlәndirilә vә sintetik biologiya vasitәsilә beynin
zәdәlәnmiş hissәlәrinin bәrpa edilmәsi vә hüceyrәlәrin daha effektiv şәkildә işlәmәsinә gәtirib çıxarda
bilәr. Geniş imkanlı kommunikasiyaların kömәkliyi ilә biliklәrin artırılması vә tәdris innovasiyaları vә
konsepsiyalarından istifadә, cәmiyyәtin fәrdi vә kollektiv intellektini artırıla bilәr.
Tarix boyu erkәn tәnzimlәyicilәr arasında әldә edilәn nailiyyәtlәr yüksәk xәrclәr tәlәb edә bilәr. Qeyri
sabit şәraitә yol açan bilik / intellektdә yaranan tәhlükәli çatışmazlıqların aradan qaldırılması üçün ciddi
sәylәr göstәrilmәlidir. Siyasәtçilәr bu cür yeni sәlahiyyәtlәrdәn geniş şәkildә demokratik istifadәlәrin
genişlәndirilmәsi üsullarını işlәyib hazırlamalı, lakin başqaları tәrәfindәn bu cür sәlahiyyәtlәrdәn sui
istifadә hallarına yol vermәmәlidirlәr. Gәlәcәkdә texnoloji baxımdan böyük miqyasda genişlәnәn, yaxud
az genişlәnәn sahәlәr yarana bilәr. Son illәr әrzindә, rәqәmsal fәrqliliklәr azalmağa başlamış, әks
әlaqәlәrә çıxış, şәffaflıq vә onların yayılması bu problemlәri hәll edә bilәr. Maariflәndirici bazarlar
genişlәndiyindәn, texnoloji vә tәdris konstruksiyaların mәblәği aşağı düşmәli, bahalı çıxışdan daha
universal çıxışa sәrf edilәn vaxtı azaltmalıdır.
Regional Mülahizәlәr (hazırda tәdqiqatlar aparılır)
Afrika: Afrikada mәktәblәrdә dәrsә davamiyyәt 1999cu illә müqayisәdә 33% artmış, lakin dünyada
mәktәblәrә getmәyәn uşaqların ümumi faizinin 43%i Afrikanın payına düşür. Region savadlılıq
baxımından әn aşağı göstәricilәrә malikdir, gәnclәr arasında savadlılıq sәviyyәsi 70%, böyüklәr arasında
isә orta faiz dәrәcәsi 2011ci ildә 59% tәşkil etmişdir, bu göstәrici Qvineyada 25%dәn Ekvatorial
Qvineyada 94%dәk tәrәddüd edir. Subsaha Afrikasında ildә tәxminәn 10 milyon şagird mәktәbi tәrk
edir. Ayrıayrı mәktәblәrdә qızlar üçün sanitar qovşaqlar tәmin edildiyi zaman onların dәrsә davamiyyәti
artır. İӘİT ölkәlәri üçün idrakı vә mobil texnologiyaların yeni әlavәlәrinin tәtbiq edilmәsi zәruridir;
Afrika üçün Açıq Tәhsil Resursları heç bir lisenziya ödәnişlәri olmadan Afrikada bu cür әlavәlәrә çıxışı
mümkün edir vә bu әlavәlәri lazım gәldikdә yüklәmәk vә mobil telefonlarında istifadә etmәk
mümkündür. Uşaqlara Yardım Fondu mәktәblәrdә daimi sanitar qovşaqlarının inşasının Cәnubi Sudan
mәktәblәrindә dәrslәrә davamiyyәtin artmasına gәtirib çıxartdığını göstәrmişdir. Gәnclәrin beyninin
inkişafı üçün dәmir vә zülalla zәngin yemәklәr birlikdә qәbul edilmәlidir. Uşaqların zülallı qidalar qәbul
etmәlәrinin әsas sәbәblәrindәn biri onunla izah olunur ki, çox vaxt onlar zülal vә dәmirlә zәngin olmayan
qarğıdalı, proso vә ya manioka mәmulatları qәbul edirlәr vә onlar bu yemәklәrdә fәrq qoymaq üçün o
qәdәr dә böyük deyillәr. Buna görә dә bu mәhsullarda zülal vә dәmirin kifayәt qәdәr olması beynin
inkişafına kömәk edә bilәr.
Asiya vә Okeaniya:
Cәnubi vә Qәrbi Asiyada yaşlı әhalinin savadlılıq sәviyyәsi 63%, Şәrqi Asiya vә Sakit Okean hövzәsi
95%, Mәrkәzi Asiyada isә 100% tәşkil edir. Gәnclәr arasında savadlılıq dәrәcәsi әn yüksәk sәviyyәdә
Cәnubi vә Qәrbi Asiyada mövcuddur vә 81% tәşkil edir. Samsung İqtisadi Tәdqiqatlar İnstitutu söylәyir
ki, Seulda 70% Cәnubi Koreyalı ailә övladlarının özәl tәhsil almalarına böyük miqdarda vәsait sәrf edir.
Mintel Groupun apardığı tәdqiqatda isә deyilir ki, çindә orta tәbәqәyә aid ailәlәrin övladlarının 90%i
dәrsdәnkәnar ödәnişli tәhsil proqramlarında iştirak edirlәr vә 87% çinli valideyn әlavә xarici tәhsilә görә
ödәniş etmәyә hazırdır.
Avropa: Bütün Avropada gәnclәr vә böyüklәr arasında savadlılıq sәviyyәsinin tәxminәn 99% olmasına
baxmayaraq, 14 milyon Avropa gәnci mәktәbә, yaxud işә getmir. ABnın Perspektiv Texnoloji
Tәdqiqatlar İnstitutu açıq tәhsil resurslarından necә istifadә etmәyi vә 2030cu ilәdәk tәhsil ssenarilәrinin
tәqdim edilmәsini izah edәn Avropada Açıq Tәhsil Resursları (OEREU) layihәsini hәyata keçirir.
Latın Amerikası: UNESCO büdcәdә ixtisar sәbәbindәn regionda nüfuzunu itirmәkdәdir. Keçmiş
sosialist ölkәlәrindә tәhsil sistemlәri beynәlxalq standart vә test yoxlamalarına üstünlük vermirlәr, lakin
eyni zamanda bazara çıxış әldә etmәk istәyәn ölkәlәr isә bu standartlardan istifadә etmәyә çalışırlar.
Pulsuz sorğu vә yeni ideya vә hәqiqәt axtarışı növbәti nәslin tәhsili ilә bağlı ideoloji müharibәni azalda
bilәr. Kapital axını vә dövlәt büdcәsindә edilәn ixtisarlar bir tәlәbәnin tәhsilinә sәrf edilәn büdcәyә dә öz
tәsirini göstәrir. Tәhsilә İnternet bazasında yeni tәhsil sistemlәrinin tәtbiq edilmәsi vacib mәsәlәdir.
Uruqvay bütün uşaqları İnternetә çıxışla tәmin etmәyә çalışır. Böyüklәr arasında savadlılıq sәviyyәsi
1990cı ildәki 86%dәn 2011ci ildә 92%ә yüksәlmiş vә bu zaman gәnclәr arasında savadlılıq (1524 yaş
arası) 1990cı ildәki 93%dәn 2011ci ildә 97%ә yüksәlmişdir.
Şimali Amerika: Milli Tәdqiqat İttifaqının bu yaxınlarda etdiyi mәruzәdә o, şagirdlәrin elmi
tәfәkkürlәrinin vә elmi eksperimentlәr aparmaq qabiliyyәtlәrinin testdәn keçirilmәsinә daha çox diqqәt
ayrılmasını tövsiyә etmişdir. 2000ci ildәn 2010cu ilәdәk oxu vә riyaziyyat üzrә faiz, elәcә dә
Amerikanın ali tәhsil ocaqlarını bitirmiş mәzunların faizi 19702000ci illәri әhatә edәn faizdәn yuxarı
olmuşdur, buna baxmayaraq ABŞın beynәlxalq reytinqi aşağı olaraq qalır. Getdikcә daha çox insanın
MOOCSyә (Kütlәvi Açıq Onlayn Kursları) çıxış әldә etmәlәrinә baxmayaraq, Pensilvaniya
Universitetinin apardığı tәdqiqat göstәrmişdir ki, orta hesabla 4% tәlәbә kursu bitirir; lakin, tәlәbәlәr cüzi
әlavә infrastruktur vә ya kapital xәrclәri ilә kursu bitirirlәr. Kanada milli Tәhsil Nazirliyi olmayan yeganә
ölkәdir, belә ki, tәhsil әyalәt yurisdiksiyasına aiddir. Aili tәhsil ocaqlarının mәzunlarının sayı vә ixtisası
vә әmәk bazarının tәlәbatı arasında milli sәviyyәdә statistik mәlumat vә әlaqәlәndirmә çatışmazlığı
duyulur. Bununla yanaşı, Universitetdә tәhsil haqqı artır, vә mәzunlar sonda kursları yüksәk borc mәblәği
vә işәdüzәlmә ilә bağlı pәrişanlıq hissi ilә başa vururlar. Aşağıda tәqdim edilәn cәdvәl Beynәlxalq
Minillik Layihәsi Qrupu tәrәfindәn 2030cu ilә tәhsil vә tәdris imkanları ehtimalını göstәrir.
Yuxarıda göstәrilәn şkala üzrә reytinq 2030cu ilә baş verә bilәcәk ehtimalın 50%nin mövcud olduğunu
göstәrir, başqa sözlә, bu eyni ehtimal sәviyyәsi ilә baş verә bilәr. Göstәrilәn variantlardan hansının
müsbәt vә ya mәnfi olduğunun, elәcә dә onun baş vermәsinә kimin yardım edәcәyinin vә onun
yaranmasına kimin maneә ola bilәcәyinin qiymәtlәndirilmәsi Beynәlxalq Fyuçer İnformasiya
Sistemlәrindә verilir.
10. SÜLH VӘ MÜNAQİŞӘ
Ortaq dәyәrlәr vә yeni tәhlükәsizlik strategiyaları etnik münaqişә, terrorizm
vә kütlәvi qırğın silahlarının istifadәsini necә azaltmalı?
Dünyanın әksәr insanları transsәrhәd müharibәlәrin nadir hal aldığı şәraitdә yaşayırlar; lakin onların
yarısı artan qeyribәrabәrlik vә işsizlik, әrzaq mәhsullarının artan qiymәtlәri, qrunt sularının azalması, elit
hakimiyyәtin pozulması, köhnәlmiş tәşkilati strukturlar, mütәşәkkil cinayәtkarlıq, terror qrupları, tәbii vә
sosial resurslara mәhdud çıxış vә qeyriadekvat hüquqi vә idarәetmә sistemlәri sәbәbindәn qarşısının
alınması mümkün olmayan qüvvәyә çevrilәcәk potensiala malikdirlәr. 15 24 yaşarası 123 milyon
savadsız gәnc işsizlik probleminin artmasına rәvac verirlәr vә onların әksәriyyәti Cәnubi vә Qәrbi
Asiyada (62 milyon) vә Subsahara Afrikasında (48 milyon) yaşayır. Sülh Fondunun tәrtib etdiyi 2013cü
il tarixli Uğursuz Dövlәtlәrin Reytinqi göstәrir ki, qeyrisabitliyә hәssaslığa malik 178 ölkәnin 100 ölkәsi
“müharibә hazırlığı” , yaxud da “xәbәrdarlıq” vәziyyәtindәdirlәr, baxmayaraq ki, getdikcә daha çox ölkә
son beş ildә vәziyyәtin pislәşmәsindәn daha çox, yaxşılaşmasına doğru inkişaf etmәkdәdir.
BMT hazırda başlıca olaraq silahlı münaqişәlәrdәn ibarәt olan daxili münaqişәlәrin deyil, üçüncü Dünya
Müharibәsinin vә millidövlәt transsәrhәd müharibәlәrinin qarşısını almaq ötrü strategiya işlәyib
hazırlamışdır. 2012ci ildә yalnız bir dövlәtlәrarası müharibә (Sudan vә Cәnubi Sudan, lakin onlar 2012
ci ildә sülh sazişi imzalayıblar) vә bir beynәlmilәl dövlәtdaxili müharibә (Әfqanıstan) baş vermişdir
Upsala Universiteti 2012ci ildә dövlәtdaxili 23 münaqişә qeydә almış vә bu münaqişәlәrin sayı 2011ci
illә müqayisәdә 27 say azalmış vә rәsmi olmasa da, Konqo Demokratik Respublikası, Mali vә Suriyada
dövlәtlәrarası müharibә elementlәri mövcuddur; bununla belә, beynәlxalq milli dövlәt müharibәlәrinә
olan beynәlxalq meyllilik şübhәsiz ki, azalmaqdadır. Buna baxmayaraq, ölüm hallarının sayı artır vә bu
da әsasәn bir münaqişә sәbәbindәn baş verir: Suriya. Qlobal Sülhsevәrlik İndeksinin 2013ci ilin
mәlumatlarına görә 2008ci ildәn başlayaraq zorakılığa meylilik 110 ölkәdә artmış vә 48 ölkәdә
azalmışdır; bütün dünyada zorakılığın qarşısının alınmasına sәrf edilәn mәblәğ 2012ci ildә $9,5 trilyon
(dünya ÜDMin 11%) tәşkil etmişdir. SIPRI (Dünyada Problemlәrin Öyrәnilmәsi Beynәlxalq Stokholm
İnstitutu) 2012ci ildә dünyada hәrbi xәrclәri $1756 milyard hesablamışdır vә bu göstәrici tәxminәn
2011ci ildә olduğu kimidir. Şimali Amerika vә Avropada hәrbi xәrclәr durğunluq dövrü yaşayır vә ya
azalmaqdadır, lakin bunun әksinә olaraq digәr әksәr regionlarda bu xәrclәr artmaqdadır. Dünyada silah
ticarәti hәcmi 20032007ci illәr vә 20082012ci illәr arası 17% artmışdır. İlk dәfә olaraq çin iri
tәchizatçı olan ABŞ, Rusiya, Almaniya, Fransaya qoşulmuşdur; onlar qlobal silah ixracının tәxminәn
75%ni әhatә edirlәr. Asiya vә Okeaniyada dünyada beş iri idxalçı sayılan Hindistan, Çin, Pakistan,
Cәnubi Koreya vә Sinqapurla silah idxalının faizi 20032007ci illәrdә 41% vә 20082012ci illәrdә isә
47% olmuş, Avropada isә idxal 22%dәn 15%ә düşmüş, Yaxın Şәrq ölkәlәrindә isә eyni dövrlә
müqayisәdә 22%dәn 17%ә düşmüşdür.
Mәlumatların Monitorinqi üzrә Müstәqil Komitә (IDMC) mәlumat verir ki, 2012ci ildә bütün dünyada
münaqişәlәr vә insan hüquqlarının pozulması nәticәsindә tәxminәn 8 milyon insan vә tәbii hadisәlәr
sәbәbindәn 32,4 milyon insan mәcburi köçkün hәyatı yaşamağa mәcbur olmuşdur (әn yüksәk göstәrici
1990cı ilәrә tәsadüf edir). 2013cü ilin әvvәlindә BMTnin Qaçqınlar üzrә Ali Komissarlığı 15 milyon
qaçqın qeydә almış vә bunların 4,8 milyonu 60 BAPOR düşәrgәlәrindә qalır. 2014cü ilin әvvәlindә
BMT sülhün dәstәklәnmәsi üçün 15 missiya, elәcә dә Әfqanıstanda siyasi missiya hәyata keçirmiş vә bu
missiyalarda ümumәn götürdükdә tәxminәn 116.660 tәhlükәsizlik heyәti iştirak etmiş vә 122 ölkә öz
dәstәyini göstәrmişdir. Mülki şәxslәrin ölümü zorakı eksterizmlә beynәlxalq mübarizәdә әksәr ölüm
hallarını tәşkil edir. Transmilli ekstremist zorakılıq mütәşәkkil cinayәtkarlıqdan tutmuş suiqәsdә vә ayrı
ayrı şәxslәrin, yaxud da kiçik müstәqil qrupların hücumuna qәdәr dәyişir. DNKnın poçtla sifariş edilmәsi
vә gәlәcәk molekulyar vә әczaçılıq sәnayesi, elәcә dә nüvә materiallarına çıxış (ola bilsin ki, mütәşәkkil
cinayәtkarlıq vasitәsilә) bir vaxt ayrıayrı şәxslәrә bioloji silahdan tutmuş aşağı sәviyyәli nüvә (“çirkli”)
bombalarınadәk kütlәvi qırğın silahlarını yaratmaq vә istifadә etmәk imkanı verәcәk (SIMAD: insan
tәkbaşına kütlәvi qırğın silahı yaradır).
Bunun qarşısını almaqdan ötrü üç sahәnin işlәnib hazırlanması lazımdır: 1) bu cür tәhlükәlәri aşkar etmәk
üçün nanotexnoloji datçiklәrin peyk şәbәkәsi vә digәr qabaqcıl texnologiyalar; 2) bu cür silahdan istifadә
etmәk üçün düzgün tәrbiyә almamış şәxslәr üçün psixi sağlamlıq vә tәhsil sistemi; vә 3) potensial
SIMADı aşkar etmәk mәqsәdilә cәmiyyәtin rolu vә öhdәliklәri. Bu yanaşmalar hәlә hәll edilmәmiş
mürәkkәb hüquqi vә konstitusiya mәsәlәlәrinә malikdir. Terror risklәri, piratlılıq, regional qeyrisabitlik
vә raketkiber hücum problemlәrini hәll etmәk , elәcә dә tәrәfdaşlarla әmәkdaşlığı genişlәndirmәk üçün
imkanların yaxşılaşdırılması NATOnun sabitliyә nail olunması vә qeyrisabitliklә mübarizә
zәruriliyindәn uzaq olmaq üçün әn yüksәk prioritetlәridir.
Beynәlxalq Atom Enerjisi Agentliyinin mәlumat bazası 1993cü ildәn 2012ci ilin sonuna ümumәn nüvә
vә digәr radioaktiv materiallarla bağlı 2331 qeyriqanuni dövriyyә vә digәr icazә verilmәmiş fәaliyyәti
qeydә almışdır (ötәn il 2164 olmuşdur). 2012ci ildә BAEA nüvә materiallarının qeyriqanuni dövriyyәsi
(ötәn il 147 vә 2010cu ildә 176 hal) vә onların qeyriqanuni saxlanması, satış vә qaçaqmalçılığı,
icazәsiz yerlәşdirilmәsi vә itirilmiş radiasiya mәnbәlәrinin aşkar edilmәsi ilә bağlı 160 hal barәdә
mәlumat almışdır. İNTERPOL bioloji terrora qarşı cari fәaliyyәti genişlәndirmәk vә kimyәvi, bioloji,
radioloji vә nüvә tәhlükәlәrinin hәll edilmәsi üçün Radioloji vә Nüvә Terrorunun Qarşısının alınması
Şöbәsini yaradıb.
Nüvә silahının әksәr hissәsi ABŞ, Rusiya, Böyük Britaniya vә Fransanın, elәcә dә Hindistan vә
Pakistanın payına düşür; lakin, Silahların İdarә Edilmәsi Mәrkәzinin qiymәtlәndirilmәsinә görә Çin, İsrail
vә Şimali Koreyada da onların sayı artmaqdadır. 2013cü ilin mart ayında ABŞ 1,654 strateji nüvә
başlıqlı silaha, Rusiya 1,480 silaha malik olmuşdur. Bütün nüvә silahlarının ümumi sayı 2013cü ildә
17,000 olmuş vә bu göstәrici 1985ci illә müqayisәdә 65,000 olmuşdur.
Dövlәtlәrarası müharibәlәrin başa çatacaqlarına vә bunun tәhlükә vә qorxu siyasәtinә olan ehtiyacı
azaldacağına baxmayaraq, Çin vә Hindistan silahlı qüvvәlәrindә hava qırıcılarının sayını artırır, vә
Cәnubi çin dәnizindә enerji resurslarına görә bir neçә dövlәtdә gәrginlik davam edir. Arktikada istilәşmә
bu әrazini dövlәtlәr arasında münaqişә üçün potensial tәhlükәyә sәbәb olacaq yeni neft vә tәbii qaz
mәnbәlәrinә çıxış imkanı yaradacaq. Rusiya öz şimal sahilindә bazalar inşa edir.
Artan әhali vә iqtisadiyyat tәbii resurslardan istifadәnin artmasının vә әtraf mühitin deqradasiyasının әsas
sәbәblәrdirlәr, gözlәnildiyi kimi sosial gәrginlik artacaq vә köhnә etnik vә dini münaqişәlәrin, vәtәndaş
iğtişaşlarının, elәcә dә yerli әhalinin qiyamının, terror әmәllәrinin vә cinayәtkarlığın vüsәt almasına
zәmin yaradacaq. Siyasi, ekoloji vә iqtisadi şәraitlәrin pislәşdiyi yerlәrdә miqrasiya hallarının artımını
gözlәmәk olar vә bu da öz növbәsindә yeni münaqişәlәrә gәtirib çıxarda bilәr. BMTnin
qiymәtlәndirmәsinә görә son 60 ildә 40% daxili münaqişәlәr tәbii sәrvәtlәrlә bağlı olmuşdur. İqlim
dәyişikliyinin tәsir sәviyyәsinin qeyrimüәyyәn olması sәbәbindәn iqlimi nәmişli olan rayonlarda
daşqınların artmasına, quraqlıq rayonlarda quraqlıq hallarının artmasına, buzlu dağlardan çay axınlarının
çoxalmasına vә dәniz suyunun şirin sulu rayonlara müdaxilәsinә adaptasiyanın planlaşdırılması
mәqsәdәuyğun olardı. Tәbii resurslarla vә / vә ya әtraf mühitin deqradasiyası ilә bağlı münaqişәlәr beş il
әrzindә zorakılıq vә ya müharibәlәrin yenidәn bәrpa edilmәsi ilә müqayisәdә iki dәfә artıqdır. Bununla
da, dinc razılaşmalar zorakılıq strukturunun araşdırılması vә sülh strukturunun yaradılması zamanı әtraf
mühitin bu şәraitini hәll etmәlidirlәr. Münaqişә vә әtraf mühitin deqradasiyası birbirini kәskinlәşdirdiyi
üçün onların spektri vә tәzahürü birlikdә hәll edilmәyәnәdәk genişlәnә bilәr. Nәticәdә, ekoloji
tәhlükәsizlik milli vә beynәlxalq proqramlarda getdikcә daha çox önәmli yer tutur, müdafiә vә geosiyasi
paradiqmaları dәyişir. Çaxnaşmaların qarşısını almaq, insanları müdafiә etmәk, elәcә dә dövlәtlәrin
müstәqilliyini qorumaq üçün digәr qeyriәnәnәvi strategiyalara diqqәt artırılmaqdadır. Hәrbçilәr әsas
diqqәtlәrini sosial vә ekoloji şәraitә, elәcә dә döyüş vә әsgәrlәrә yönәltmәli vә bu zaman yeni maliyyә
prioritetlәşdirmәni tәtbiq etmәlidirlәr. BMTnin Tәhlükәsizlik Şurasının diqqәt mәrkәzindә әtraf mühit vә
tәhlükәsizlik mәsәlәlәrinin qarşılıqlı әlaqәsi durur, bәzi ölkәlәr isә iqlim dәyişikliyinin tәhlükәsizliyә
qlobal tәhlükә olduğunu hesab edir vә bu zaman yaşamaq üçün şәraitin olmamasından tutmuş faydalı
qazıntılardan qeyriqanuni istifadә vә iqlim dәyişikliyinin fәsadlarının milli müstәqilliyә tәsirinәdәk
problemlәrin nәzәrә alınmasını tәlәb edirlәr.
Daha dinc dünya ehtimalı demokratiyanın, beynәlxalq ticarәtin, dünya miqyaslı kütlәvi informasiya
vasitәlәrinin, İnternetin inkişafı, yaşayış rifahının artması vә son dәrәcә yoxsulluq halları faizinin
azalması, QHTlәrin göstәrdiklәri sәylәr, peyk müşahidәsi, resurslara çıxışın yaxşılaşdırılması vә BMT
nin vә regional tәşkilatların inkişafı sayәsindә artmaqdadır. Mәdәniyyәtlәrarası dialoqlar genişlәnir,
dövlәtlәrarası münaqişәlәr isә getdikcә daha çox beynәlxalq müdaxilәlәr yolu ilә hәll edilir. 2012ci ildә
dörd sülh sazişi imzalanmışdır (Mәrkәzi Afrika Respublikası, Cәnubi Sudan, Filippin, elәcә dә Cәnibi
Sudan vә Sudan arasında).
Quru, dәniz, hava vә kosmosdan sonra kibermәkan tәhlükәsizlik üzrә ekspertlәrin gündәliyindә duran
“beşinci müharibә mәkanına” çevrilmişdir.
Hökumәtlәr vә kommersiya müәssisәlәri hәr gün digәr
hökumәtlәr, rәqib şirkәtlәr, hakerlәr vә mütәşәkkil cinayәtkarlar tәrәfindәn kiberhücum (casusluq vә ya
sabotaj) şәraitindә yaşayırlar. Bu hücumların mәnbәlәrini yoxlamaq çәtindir, bu da qisas almağı
çәtinlәşdirir; vә әgәr yoxlamaq mümkün olarsa, hansı cavab reaksiyası verilә bilәr? Xüsusilә bu cür
tәhlükәlәrә daha çox mәruz qalan ölkәlәr kiberPerlHarbor tәhlükәsini nәzәrdәn keçirmәli; kiber
müdafiәyә vә potensial әks tәdbirlәrә daha çox diqqәt ayırmalıdırlar. Cәmiyyәtin hәyat üçün vacib olan
sistemlәri daha çox İnternetdәn asılı olduğundan, kiber silahlanma kütlәvi qırğın silahı kimi nәzәrdәn
keçirilә bilәr. Geniş şәbәkәlәrdә hәrbi maşınlarda min kilometrlәrlә uzaqda yerlәşәn rәqiblәri ilә döyüşәn
piyada qoşunları dronların mәhv edilmәsinә nәzarәt edirlәr. Kiber silahlar, xüsusi seçimlәr vә pilotsuz
tәyyarә vә nәqliyyat vasitәlәri gәlәcәyin hәrbi elementlәrinin әsasını tәşkil edirlәr. Bunların hamısı
peyklәri hәrbi rejimin әsas mәqsәdlәrinә çevirirlәr.
Hәrbi gücün qarşısında hәqiqi mәdәni qarşılıqlı әlaqә olmadan assimetrik müharibәdә effektivliyi sübuta
yetirmәk öhdәliyi durur. Sevgi, yaxud mәnәvi dәyәrlәr olmadan sülhün strateji gücә malik olması az
ehtimal olunur, çünki intellektual vә ya rasional yanaşmalar özüözlüyündә sülhә maneә olan emosional
halların öhdәsindәn gәlmәyә qadir deyillәr. Münaqişәlәrin aradan qaldırılması vә onların hәlli yollarının
aranması üçün göstәrilәn sәylәr qeyrihökumәt tәşkilatlarının fәaliyyәtlәrinә daxil edilmәli vә müvafiq
fraksiyalarla birgә fәaliyyәt zamanı, elәcә dә kompromissiz qruplar vә onların potensial üzvlәri ilә şәxsi
ünsiyyәt vә ya İnternet vasitәsilә ünsiyyәt zamanı onların emosional vә mәnәvi hisslәri nәzәrә alınmaqla
bu cür fәaliyyәtә daxil edilmәlidir. Ayrıayrı şәxslәrin millәtә deyil (son nәticәdә, bәşәriyyәtә). Mәxsus
olduqları etnik qruplarına güclü emosional bağlılıqları bir çox sahәlәrdә sabit demokratiyanın bәrqәrar
olmasını çәtinlәşdirir. Bu cür müxtәlifliyin әsasını tәşkil edәn müxtәlifliyә vә yekdilliyә hörmәt edilmәsi
üçün kütlәvi ictimai tәhsil proqramlarının işlәnib hazırlanması vacibdir. Bu, zorakılığın alovlanmasının
qarşısını almaqdansa, iğtişaşların özәyini tәşkil edәn sәbәblәrin kökündәn mәhv edilmәsindә ucuz başa
gәlәn vә sәmәrәli yoldur. Bәzilәri hesab edirlәr ki, bәşәriyyәtin kollektiv idrakı sülhün bәrqәrar olmasına
vә münaqişәlәrin aradan qaldırılmasına kömәk edә bilәr vә bununla da, biz özümüz üçün daha sakit
gәlәcәyi tәmin etmiş olarıq.
Hökumәtlәrin vә BMT hökumәtlәri vә müәssislәrinin qabaqcadan xәbәrdar edilmәsi sistemlәri
münaqişәlәrin qarşısının almaq vә onların sayını azaltmaq mәqsәdilә siyasi iradәnin sәfәrbәr edilmәsindә
QHTlәr vә KİV ilә daha yaxşı әlaqә saxlamağa imkan yaradar.
İstifadәçinin İnternetdә әmәkdaşlıq yaratmaq tәşәbbüsündәn sülhün tәşviq edilmәsi, disinformasiyalara
nәzarәt edilmәsi, faktların tapılması vә barışıq üçün istifadә edilmәlidir. İşlәnib hazırlanan sülh
ssenarilәri mümkün alternativ münaqişә tarixçәlәrini nümayiş etdirmәk üçün tәqdim edilmәlidirlәr (bax:
GFISnin hazırda işlәyib hazırladığı “Ssenaridә” “Yaxın Şәrqdә Sülh Ssenarisi”).
Әvvәlkitәk hәrbi cinayәtkarlıqda günahkar olan şәxslәrin mәsuliyyәtә sәrf edilmәsi vә Beynәlxalq cinayәt
mәhkәmәsinin tәlәblәrini dәstәklәmәk lazımdır. Keçid dövründә әdalәt mәhkәmәsi münaqişәdәn sonrakı
sülhün bәrqәrar olmasında uğurun әsas faktorlarından biridir. Dövlәtlәrarası münaqişәlәrin vә
münaqişәlәrin yeni aspektlәrinin hәll edilmәsi üçün Cenevrә Konvensiyası bәrpa edilmәlidir. Kasset
Hәrbi Sursatları haqqında Konvensiyanın 84 iştirakıdövlәti vardır. BMTnin atıcılıq silahlarından tutmuş
hәrbi tanklara, döyüş tәyyarәlәrinә vә hәrbi gәmilәrә qәdәr adi silahların beynәlxalq ticarәtini
tәnzimlәyәn 2013cü ilin aprel tarixli Silahların Ticarәtinә dair Sazişi onu imzalayan 116 tәrәfә vә 9
ratifikasiyaya malikdir. O әsas diqqәtini münaqişәli regionlarda silah tәchizatına, insan hüquqlarını
pozan şәxslәrә, qanun pozucularına vә müharibә әnәnәlәrinә; vә hәrbi rәislәrә, dәniz quldurlarına vә
cinayәtkar qruplara yönәldir.
İqtisadiyyat vә Sülh İnstitutu sülhün sәkkiz dayağını müәyyәn etmişdir: Yaxşı fәaliyyәt göstәrәn
hökumәt; Mәntiqli kommersiya mühiti; Resursların әdalәtli bölünmәsi; Digәr şәxslәrin hüquqlarının
qәbul edilmәsi; Qonşularla yaxşı münasibәtlәr; İnformasiyaların sәrbәst axını; İnsan kapitalının yüksәk
sәviyyәsi; vә Korrupsiyanın aşağı sәviyyәsi.
Yeni texnologiyalar qüsurlu aşkarlama, tәmizlәmә, nәzarәt vә müşahidә imkanlarını tәklif edirlәr. Döyük
meydanında intellektual robotlar Cenevrә Konvensiyasının proqramlarına daxil edilәcәk döyüş qaydaları
elementlәrindәn ibarәt olacaqlar. NASA layihәsi özlәri arasında vә xarici mühitlә ünsiyyәt yaratmaq üçün
tәhlükәli şәraitlәrә vә elәcә dә tәhlükәli vәziyyәtlәrin monitorinqi üçün peyklәrdә yerlәşdirilә bilәn
“spayderbots” konsepsiyasını sınaqdan keçirmişdir.
Hökumәtlәr hәr bir silah növü üzrә beynәlxalq audit sistemini yaratmalı, bioloji vә kimyәvi silahların
mövcud ehtiyatlarını mәhv etmәk, potensial bioloji silahların izlәnmәsi sistemlәrini yaratmalı, SIMAD
profilaktikası strategiyasını işlәyib hazırlamalı, bioterrorizmin fәsadları ilә mübarizә aparmaq üçün CDC
kimi şәbәkә mәrkәzlәrini dәstәklәmәlidirlәr vә Bioloji Silahların Qadağan edilmәsi haqqında Konvensiya
çәrçivәsindә hüquqi tәtbiqetmә mexanizmlәri üzrә razılaşma әldә edilmәlidir. Mülki vәtәndaşlar arasında
ölüm hallarının vә gәlәcәkdә qisas alınması hallarının azaldılması üçün qeyrimüntәzәm müharibәlәri
daha humanitar etmәk, ölüm tәhlükәsi olmayan silahlardan vә pilotsuz tәyyarәlәrdәn istifadәni artırmaq
lazımdır. Çağırış 10 silah satışı vә zorakılıq әmәllәri pik nöqtәlәrindәn 50% azaldılan zaman ciddi şәkildә
nәzәrdәn keçirilәcәk.
Dostları ilə paylaş: |