Regional Mülahizәlәr
Afrika: Keniyanın 30% yuxarı ÜDMi mobil telefonlar vasitәsilә ötürülür. IBM Afrikanı növbәti nәsil
idrakı (“Watson”) kompüter әlavәlәri ilә tәmin etmәk üçün onillik tәşәbbüsә $100 milyon sәrmayә yatırır.
Afrikanın elmi işlәmәlәrini diqqәti kәnd tәsәrrüfatından tәbabәt vә qarışıq sahәlәrә yönәlir. Afrikanın
İnkişaf Bankı dayanaqlı inkişafa, insan kapitalı vә mәşğulluğunun artırılmasına sәrmayәni artırmaq üçün
elm, texnologiya vә tәşәbbüs üzrә Nayrobidә ilk Afrika Forumunu tәşkil etmişdir. Elm, Texnologiya vә
İnnovasiyalar üzrә Parlamentlәrarası Forum elm vә texnologiyaya ÜDM faizini artırmağı vәd edir. Elmi
işlәmәlәrә yatırılan sәrmayәlәrin aşağı sәviyyәdә olması, zәif tәsisatlar, beyin axını vә bazara pis çıxış
әvvәlkitәk Afrikada elm vә texnologiyada potensial innovasiyaların işlәnib hazırlanmasına maneә yaradır.
Afrikada xammalın ixracı әsas yer tutmaqda davam edir; elm vә texnologiyada innovasiya ixraca әlavә
dәyәr mәblәğinin yaradılması üçün vә gәlәcәk biotexnologiyaya, nanotexnologiyaya vә bәrpa olunan
enerji perspektivlәrinә doğru addımlamaq üçün zәruridir.
Asiya vә Okeaniya: 2011ci ildә Çin özünün dördüncü kosmik uçuşu olan Şençjou9 kosmik gәmisini
Çinin kosmik laboratoriyası Tiangong 1 ilә birlәşmәk üçün bu dә üç kosmonavtla kosmosa buraxmışdır,
kosmonavtlardan biri ilk dәfә olaraq qadın kosmonavtdır. Yaponiya kosmik fәzada fәaliyyәt göstәrәcәk
vә enerjisini fәzadakı günәş enerjisindәn alacaq Venus zondunu buraxmışdır. Yaponiyanın MDM faizi
kimi elmi işlәmәlәri 3% tәşkil edir. Çindә elmi işlәmәlәrә nisbәtәn az illik büdcәnin 2%nin
xәrclәnmәsinә baxmayaraq, o dünyada dövlәt büdcәsinin hәcminә görә ikinci yerdә durur. çinin patent
müraciәtlәri son beş ildә 500% artmışdır, vә әsasәn ABŞda olduöu kimi sırf enerji texnologiyalarına
sәrmayә yatırır. İkirәqәmli iqtisadi artıma malik digәr Asiya ölkәlәri elmi işlәmәlәr sahәsindә hәmçinin
iri rәqәmli artım xәrclәrinә malikdirlәr. Hindistan hәr hüquqi fakültә üzrә 20 mühәndis buraxır.
Avstraliya öz Milli Nanotexnologiya Kompleksinә әhәmiyyәtli dәrәcәdә sәrmayә yatırır.
Avropa: Avropa 2012ci ilin noyabr ayında elektron nanotexnologiya sәnayesinә €100 milyard vәsait
yatıracağını elan etmişdir. Avropanın peyk naviqasiya sistemi Galileo dünyada ilk mülki sistemdir vә
peyk naviqasiya sistemi ilә idarә olunur. Virgin Galactic kosmosa turizm sәfәrlәri planlaşdırır vә artıq
$200.000 bilet haqqını ödәmәyә hazır olan 500dәn artıq şәxsdәn depozit toplamışdır. ABnin 2014
2020ci illәr üçün çoxillik maliyyә bazası özünә “rәqabәtәdavamlılıq” mәqsәdilә xәrclәri 20072013cü
illәr üçün BVF ilә müqayisәdә 37% artırmaq niyyәtindәdir. Elm vә texnikanın maliyyәlәşdirilmәsi
proqramı Horizon 2020yә €70.96 (ABnin tәklif etdiyindәn €80 milyard az, vә EPnin tәklif etdiyindәn
€100 milyard az) vәsait ayırır, Qlobal peyk naviqasiya sistemi Galileoya €6,3 milyard; ITER termonüvә
reaktoruna €2.7 milyard; vә Әtraf Mühitin vә Tәhlükәsizliyin Qlobal Monitorinqi (GMES) Yer
kürәsinin müşahidә edilmәsi proqramına isә €3.79 milyard vәsait ayrılır. Avropanın Patent İdarәsi 2014
cü ildә qüvvәyә minir vә bu da ixtiraçılara patent almaq üçün müraciәt etmәyә imkan verәcәk vә
sözügedәn idarә 27 üzvölkәnin 25dә fәaliyyәt göstәrәcәk (İspaniya vә İtaliya patentdәnkәnar rejimdә
qalacaqlar).
Lissabon Strategiyasının müddәtinin 2010cu ildә bitmәsinә baxmayaraq, onun ardında 2020
ci ilәdәk Avropa gәlir, vә ABnin ÜDMin 3%nin elmi tәdqiqatlara sәrf edilmәsi mәqsәdi qüvvәsindә
qalır. 2010cu ildә AB27 ölkәlәrindә elmi tәdqiqatlara sәrf edilәn orta vәsait ÜDMin 2%ni tәşkil etmiş
vә bu zaman ABnin üç üzv ölkәsi 3% sәviyyәsinә çatmış (Finlandiya 3,87%; İsveç 3,42% vә Danimarka
3,06%), sәkkiz üzvdövlәt isә öz ÜDMin 1%ni elmi tәdqiqatlara xәrclәdiklәri barәdә mәlumat
vermişlәr. Rusiya son 15 il әrzindә 500.000dәn yuxarı elmi işçi itirmişdir, lakin әks tendensiya
yaranmaqdadır, әmәk haqları artırılmış, innovasiya dәstәklәnir vә hazırda, yüksәk texnologiyalar
dәstәklәnir. Rusiya hәtta son illәrin iqtisadi böhranına baxmayaraq nanotexnologiya, elmi tәdqiqat vә
korporasiyalara әhәmiyyәtli sәrmayә yatırmışdır. Rusiya elmi tәdqiqat vә tәtbiqetmәlәri sürәtlәndirmәk
üçün transmilli korporasiyalarla birgә Skolkovo İnnovasiya Mәrkәzini inşa edir vә bu tikintinin büdcәsi
20132020ci illәrdә milli kosmik tәdqiqatlar sahәsinin inkişafı üçün dövlәt proqramı çәrçivәsindә 2.1
trilyon rubl (tәxminәn $70 milyard) tәşkil edir.
Latın Amerikası:
Meksikanın Milli Genetik Resurslar Mәrkәzi genetik resurslar, kәnd tәsәrrüfatı,
heyvandarlıq, akvabitki әkini, meşә tәsәrrüfatı vә mikrob tәdqiqatları sahәsindә inkişaf edәn ölkәlәr
arasında liderdir. İӘİT, UNESCO, AB, ABŞ vә Şin regionda innovasiya sistemlәrinә yardım edirlәr. çili
regionda bәzi geridә qalan göstәricilәri tam olaraq dәyişdirmәk üçün Latın Amerikası üçün elmi xәbәrlәr
şәbәkәsini işlәyib hazırlamağa başlamışdır. Argentina, Braziliya, Çili vә Meksika kimi ölkәlәrin payına
regionda aparılan universitet sәviyyәli elmi tәdqiqatların tәxminәn 90% düşür vә 500 ali tәhsil ocağının
yarısı elmi tәdqiqatlar aparmır. Universitetlәrin elmi vә texniki kursları әn kasıb icmalara yardıma diqqәti
yönәltmәk üçün tәlәb edilә bilәr. Hazırda, Meksika Latın Amerikası vә Karib hövzәsi ölkәlәri üçün
innovasiya şәbәkәsi üzrә liderdir. Perunun elmi işlәrә yatırdığı maliyyә vәsaiti $300 milyona çatmış vә bu
әsasәn yerli universitet vә tәdqiqat mәrkәzlәrini dәstәklәyәn şirkәtlәrin rәhbәrliyi sayәsindә baş verir.
Şimali Amerikası: ABŞ Milli Sәhiyyә İnstitutu dünyada elmi tәdqiqatların maliyyәlәşdirilmәsi üzrә әn
böyük mәnbә olaraq qalır. NASA böyük sayda insan vә tәtbiqetmәlәr üçün bәşәriyyәti fәth etmәk
mәqsәdilә sәrf edilәn xәrclәri azaltmaq üçün özәl buraxıcı sistemlәrә yardım göstәrir. SpaceX “Drakon”
raketi 2012ci ilin yaz ayında yük modulunu uğurla kosmik stansiyaya göndәrmişdir. Bigelow üfürülmüş
orbital stansiyaların istehsalı ilә mәşğuldur. Boeing aşağı yerüstü orbital yanacaq anbarları tәklif etmişdir.
Blue Origin astronavtların suborbital vә orbital fәzaya buraxılması üçün çoxistifadәli raket vә kosmik
aparatlar üzәrindә işlәyir. Stratolaunch kosmik kapsulların havaya buraxılması üçün iri tәyyarәlәrdәn
istifadә etmәyi planlaşdırır. 2011ci ildә Stendford Universitetinin mәşhur professorunun üç AI pulsuz
onlayn kursları tәklif edilmişdir. 150,000dәn artıq tәlәbә qeydiyyatdan keçmiş vә 35,000 faktiki olaraq
ev tapşırıqlarını tәqdim etmişlәr. Kurslara sәrbәst çıxışı tәklif edәn digәr universitetlәr sırasında MIT,
Harvard, Prinston, elәcә dә Miçiqan vә Pensilvaniya universitetlәrini göstәrmәk olar. Amerikanın Milli
Elmlәr Akademiyasının, Milli Mühәndislik Akademiyasının vә Tibb İnstitutunun apardıqları tәdqiqata
pulsuz şәkildә çıxış imkanı vardır. Dünyanın tәxminәn 35% elmi işlәri ABŞda saxlanılır. Hәr hәftә ABŞ
ın Patent İdarәsi İnternetdә pulsuz olaraq minlәrlә yeni patentlәri yerlәşdirir.
Qrafikdә Tәsir Tendensiyasının Tәhlilindәn istifadә edilir; bu, 2012 Gәlәcәk Hesablama İndeksinin bir
hissәsidir (bax: Fәsil 2, SOFI 2012)
15. ETİK BAXIŞLAR VӘ QLOBAL ӘHӘMİYYӘTLİ QӘRARLAR
Etik düşüncәlәri qlobal qәrarlarla daha mütәmadi surәtdә necә birlәşdirmәli?
Bütün dünyada artan etirazlar hökmranlıq edәn elitanın qәbul etdiyi qeyrietik qәrarlara qarşı artan
dözümsüzlük nümayiş etdirirlәr. Daha çox tәhsili olan vә İnternetә çıxışa malik nәsil bütün dünyada
hakimiyyәtdәn suiistifadә әleyhinә qalxır vә şәffaflıq tәlәb edir.
Dünya hәlә dә 2008ci ildә maliyyә böhranına gәtirib çıxarmış qeyrietik qәrarlardan özünә gәlmәyib. Bu
әyani şәkildә iqtisadiyyat vә etikanın qarşılıqlı әlaqәsini nümayiş etdirmişdir. Qlobal maliyyә
böhranından tez bir zamanda qurtulmağa kömәk etmiş vә dünyanı repressiyadan xilas etmiş sürәtli hәlli
yollarının tәtbiqinә baxmayaraq, yenә dә qeyd edilәn etik göstәricilәr gәlәcәk böhranların qarşısının
alınması üçün kifayәt qәdәr nәzәrdәn keçirilmәyib. Hazırda mövcud olan qlobal problemlәrin hәll üçün
zәruri olan milli, tәşkilati, dini vә ideoloji sәrhәdlәri keçәrәk әmәkdaşlıq etmәk kimi mәnәvi istәk qlobal
etika tәlәb edir. Bununla belә, dini metafizikaya әsaslanan ictimai mәnәviyyat günbәgün artan
sekulyarizm sәbәbindәn mübahisә predmetinә çevrilir vә bir çoxları qәrar qәbul edilmәsi üçün mәnәvi
әsaslara, idarәetmә üçün köhnә әnәnәlәrә inamla yanaşmırlar vә bununla da bir çox dinlәrdә fundamental
hәrәkatların başlanğıcını qoyurlar. Tәәssüf ki, mәnәvi üstünlüyә önәm verәn din vә ideologiya bütün
dünyada münaqişә yaradan “bizonlar” kimi tәbәqәlәşmәyә gәtirib çıxardır.
Elmitexniki tәrәqqinin sürәtlәnmәsi etik qiymәtlәndirmәnin adi vasitәlәri hüdudundan çıxır. Özünü
klonlaşdırmaq, yaxud dinozavrları hәyata qaytarmaq vә ya sintetik biologiyadan minlәrlә yeni hәyat
formalarının kәşf edilmәsi etik sayılırmı? Tәhlükәsizliyi lazımi qaydada sınaqdan keçirmәdәn yeni
icadları tәtbiq edilmәsi, yaxud insan nәzarәti olmadan yeni silah növlәrinin işlәnib hazırlanması vә
istifadә edilmәsi etik sayılırmı? Bu fundamental elmi tәdqiqatlar sosial problemlәr vә onları
maliyyәlәşdirәn cәmiyyәt birbaşa nәzәrә alınmadanmı hәyata keçirilәcәk? Sosial tәfәkkür reallığın
hәqiqәtdә olduğu kimi qәbul edilmәsi gedişatını poza bilәrmi? Jurnalistlәr informasiya ilә dolu olan
dünyada oxunmaları üçün “piar” kampaniyasından istifadә etmәli olduqlarından, hәqiqәt tәhrif edilә vә
laqeyd cәmiyyәtin yaranmasına gәtirib çıxarda bilәr.
Dәyişikliklәri sürәtlәndirmәklә qabaqlayıcı etik sistemlәrin işlәnib hazırlanması vaxtı çatmamışdırmı?
Qanun әdalәt mәhkәmәsinin әsas prinsipi olduğundan, mümkün gәlәcәk hadisәlәr barәdә etik
mülahizәlәrә ehtiyac duyacayıqmı? Elm vә texnologiya sahәsindә uğurlu nailiyyәtlәr әldә etmәyimizә
baxmayaraq, inkişaf vә qloballaşdırma ilә bağlı gәlәcәk risklәr qalmaqdadır (bax: Dәlәduzluq
Әmәliyyatları ilә bağlı Qlobal Mәlumatlandırma Sistemindә (GFIS) Tәdqiqat üzrә Elmi vә Texnologiya
bölmәsi) vә gәlәcәkdә etik problemlәrә yol açır (bax: Dәlәduzluq Әmәliyyatları ilә bağlı Qlobal
Mәlumatlandırma Sistemindә (GFIS) Tәdqiqat üzrә Gәlәcәk Etik Problemlәr bölmәsi). Mәsәlәn,
günlәrin birindә bir insanın kütlәvi bioloji qırğın silahı hazırlayacağı vә tәtbiq edәcәyi mümkündür.
Cәmiyyәt tәbii ki, bunun qarşısını almaq istәyәcәk vә bunun qarşısını almaqdan ötrü onun erkәn
aşkarlanmasını vә çox ehtimal ki, özәl hәyata müdaxilә edilmәsini vә digәr vәtәndaş hüquqlarını
azaltmağı tәlәb edәcәkdir. Gәlәcәkdә bu cür potensial deskrutiv insanların sayını azaltmaq üçün uşaqların
sağlam psixi inkişafı hәr bir şәxsin üzәrinә düşәn ümdә vәzifә olmalıdır. Bu cür müşahidәlәr yeni bir şey
deyildir, lakin psixi sağlam vә mәnәviyyat baxımından güclü insanların tәrbiyә edilmәsindәn imtina
gәlәcәkdә keçmişlә müqayisәdә gәlәcәkdә daha ciddi fәsadlara yol aça bilәr. İnsanları kütlәvi terror aktı
törәtmәyә meylli olmaları vә ya kimlәrin bu cür әmәllәri törәtmәyә hazırlaşdıqları baxımından
eynilәşdirmәk mümkün olduğu zaman onları bu cür әmәllәri törәtmәzdәn qabaq hәbs etmәk etik
sayılırmı? Snoudenin ABŞ Tәhlükәsizlik İdarәsinin mәxfi sәnәdlәri ilә bağlı açıqlaması kollektiv
tәhlükәsizliklә müqayisәdә fәrdi vә suveren hüquqların qlobal müzakirәsinә gәtirib çıxartdı. Hökumәt vә
ya özәl şirkәtlәrin göstәrişlәri ilә ictimai vә siyasi aksiyalara qabaqcıl texnologiyalardan istifadә etmәklә
nәzarәt edilmәsi kimi etik әsaslar da şübhәli hal alır.
Eyni zamanda, әvvәlki illәrlә müqayisәdә yeni texnologiyalar әksәr insanların yaşayışını asanlaşdırır,
böyük fayda gәtirir, daha yüksәk templә inkişafa rәvac verir. Ayrıayrı şәxslәr İnternetdә qruplar yaradır,
bütün dünyada müәyyәn etik problemlәrlә bağlı aksiyalar tәşkil edirlәr. Kütlәvi informasiya vasitәlәrindә
verilәn informasiyalar, bloqlar, mobil telefonların kameraları, etika üzrә komissiya vә qeyrihökumәt
tәşkilatları getdikcә daha çox qeyrietik qәrarları vә korrupsiya hallarını üzә çıxarırlar. Çox ehtimal ki,
hәr gün bütün dünyada çıxarılan әksәr qәrarlar hörmәtә layiqdirlәr. Qәrar qәbul edilmәsi prosesindә
qlobal etikaya görә kollektiv mәsuliyyәt hәlә durğunluq dövrü yaşayır vә inkişaf etmir. Korporativ sosial
mәsuliyyәt, etik marketinq vә sosial investisiya kimi proqramlar inkişaf etmәkdәdirlәr. Qlobal etika da
hәmçinin sivilizasiya normalarını müәyyәn edәn ISO standartları vә beynәlxalq müqavilәlәr vasitәsilә
bütün dünyaya yayılmaqdadır. Riçard Brenson yalnız mәnfәәti nәzәrdә tutmayan, hәmçinin insanlar,
planet vә mәnfәәtlә bağlı qәrar qәbul edilmәsi mәqsәdilә müәssisәlәr üçün B Planı yaratmışdır. Bill
Qeyts milyarderlәri malik olduqları vәsaitlәrinin yarısını qlobal problemlәrin hәllinә sәrf etmәyә
çağırmışdır.
Әldә edilәn irәlilәyişә baxmayaraq korrupsiya әvvәlkitәk bütün dünyada geniş yayılmışdır. Hәr il $11,6
trilyon insan rüşvәt ödәyir. 2013cü il tarixli Korrupsiyanı Qavrama İndeksi müәyyәn etmişdir ki, 177
ölkә vә әrazi arasından 114 ölkә 50 baldan aşağı bal toplamış (şkala üzrә 0 = korrupsiya sәviyyәsinin
yüksәk olması, 100 = olduqca tәmiz), vә bununla da dünya miqyasında hakimiyyәtdәn yüksәk sәviyyәdә
suiistifadә vә korrupsiya halı nümayiş etdirmişdir. Qlobal Korrupsiya Barometri mәlumat verir ki,
sorğuda iştirak edәn insanların 27%i son 12 ay әrzindә rüşvәt ödәdiklәrini, 53% isә korrupsiya halının
son iki il әrzindә artdığını vә bir neçә dәfә yüksәldiyini söylәmiş vә respondentlәrin 88% isә
hökumәtlәrinin korrupsiyaya qarşı mübarizәdә qeyrieffektiv hesab etmişlәr. Hesabatda göstәrilәn әn
narahatedici mәqam yoxsul ölkәlәrdә rüşvәtxorluğun yüksәk sәviyyәsinin inkişafa necә mane ola
bilәcәyinin göstәrilmәsidir. Bu, şәxsi vardövlәtin toplanması halını (10% әn varlılar müstәqil şәkildә
dünyanın 86% vardövlәtinә sahibdir) daha da dәrinlәşdirir vә bu da, siyasi hәlli yolları etikasını vә
hazırkı iqtisadi vә sosial sistemlәri şübhә altına qoyur.
Dünyanın üzlәşdiyi digәr bir böyük miqyaslı etik mәsәlәyә bu gün, on doqquzuncu әsrlә müqayisәdә
daha çox 12 milyon vә 29,8 milyon insanın qul vәziyyәtindә yaşaması faktına aiddir; mütәşәkkil
cinayәtkarlıq ildә $3 trilyon vәsait әldә edir; dövlәtli ölkәlәr isә hәr il tәxminәn 50 milyon ton tullantını
inkişaf etmәkdә olan ölkәlәrә göndәrirlәr. 514 yaşında tәxminәn 10,5 milyon uşaq tәhlükәli vә çox vaxt
da qul şәraitindә çalışır vә onların 71%ni gәnc qızlar tәşkil edir. Dünya Bankının nәzdindә fәaliyyәt
göstәrәn Hasilat Sәnayesi Fәaliyyәtinin Şәffaflığının Artırılması Tәşәbbüsü 2002ci ildәn etibarәn
fәaliyyәtә başlamış vә şirkәt vә ölkәlәrdәn inkişaf edәn ölkәlәrlә neft, qaz vә mineral qazıntılarla bağlı
bağladıqları sövdәlәşmәlәrin şәrtlәrini açıqlamağı tәlәb edir; hazırda onun sıralarında 25 ölkә vә 16
namizәd ölkә yer alır vә 35 üzv isә HSŞT üzrә hesabatlarını tәqdim etmişlәr.
2014cü ilin әvvәlinә ümumәn 170 ölkә vә Avropa Birliyi BMTnin Korrupsiya Әleyhinә Konvensiyasını
qәbul etmişlәr. Bu saziş davranış qaydalarını vә onların tәrifini müәyyәn etdi vә korrupsiyaya qarşı
hüquqi öhdәlik tәtbiq edәn yeganә universal sәnәd rolunu oynayır. BMTnin qlobal sazişi biznes hәlli
yollarında etikanı güclәndirmәk baxımından işlәnib hazırlanmışdır. 2014ci il üzrә müqavilәyә 145
ölkәnin 7,978 şirkәti vә 4,140 vәtәndaş cәmiyyәti tәşkilatı qoşulmuş vә mәqsәdlәrә nail olunması ilә
bağlı hesabat tәqdim etmәdiklәrinә görә isә 4,290 tәşkilat xaric edilmişdir. Bu, QHTlәrin әmәkdaşlığını
yaxşılaşdırmış, korporativ mәsuliyyәt proqramlarının әhәmiyyәtini artırmış, bir çox ölkәdә müәssisәlәrin
qeyrimaddi hesabatlılıq mandatlarını yüksәltmiş vә gәlәcәkdә müәssisәlәrin etik rolunun davam
etdirilmәsi üçün 20142016cı illәr üzrә strategiya yaratmışdır. Beynәlxalq Cinayәt Mәhkәmәsi siyasi
liderlәri uğurlu şәkildә ittiham etmiş, dinlәmәlәr isә İnternet yayımla geniş ictimaiyyәtә tәqdim
edilmişdir. İnsan Hüquqları haqqında Ümumi Bәyannamә qlobal etikaya dair müzakirәlәri vә dini vә
ideoloji fәrqlilik üzrә hәlli yollarının işlәnib hazırlanmasını davam etdirir.
Biz qlobal hәlli yollarında etika üçün әn yaxşı stimullar yaratmalı, dәyәrlәrin hiss edilmәsi üçün valideyn
öyüdlәrini tәbliğ etmәli, qanuni hakimiyyәtә hörmәti aşılamalı, tәbliğetmә nümunәlәrini tәqdim etmәli,
dünyanın daha da maariflәnmәsi üçün qlobal tәhsil üzrә iqtisadi baxımdan sәmәrәli olan strategiyalar
tәtbiq etmәli vә davranışımızı insanların inandıqları dәyәrlәrә uyğunlaşdırmalıyıq. Әylәncәli media
“Mәnә, sәnә vә bütün dünyaya yaxşı olacaq qәrarlar qәbul edin” kimi ifadәlәrin tәbliğinә yardımçı ola
bilәr. Etik vә mәnәvi tәrbiyәlәndirmә texniki inkişafın bәşәriyyәtә verdiyi yeni sәlahiyyәtlәrә uyğun
hәyata keçirilmәlidir.
Çağırış 15 korrupsiya 2006cı ildә 50% azaldığı tәqdirdә, Dünya Bankının qiymәtlәndirmәlәrinә görә
biznesin etik standartları beynәlxalq miqyasda tәtbiq edildiyi vә müntәzәm şәkildә yoxlanıldığı, demәk
olar ki, bütün tәlәbәlәr etika vә vәtәndaşlıq mәsuliyyәti üzrә tәhsil aldıqları vә qlobal etikanın din vә milli
dәyәrlәr çәrçivәsindәn çıxdığı ümumәn qәbul edildiyi halda ciddi şәkildә tәnzimlәnәcәk.
Regional Mülahizәlәr
Afrika: Afrika vәtәndaşları heç dә hәmişә öz tәbii sәrvәtlәrinin malik olduğu üstünlüklәri
qiymәtlәndirmәdiklәrindәn, Hasilat Sәnayesindә Şәffaflıq Tәşәbbüsü ictimaiyyәtin milli tәbii
sәrvәtlәrindәn necә, kim tәrәfindәn vә hansı qiymәtә istifadә edildiyi haqda mәlumatlı olması üzәrindә
çalışır. Afrikadakı, qeyrietik әtraf mühitdә böyümәklә bağlı az seçim şansları olan SPİD qurbanlarının
milyonlarla yetim qalmış uşaqlarına xüsusi diqqәt yetirmәk lazımdır. Şimali Afrikada baş qaldıran
qiyamlar qәrar qәbul edәrkәn etikaya diqqәt ayrılması çağırışları edirdilәr. Regionda korrupsiya $150
milyard (ÜDMin bütün hәcmindәn artıq) qiymәtlәndirilir; bu, bir çox Afrika ölkәlәrindә demokratiya vә
iqtisadi inkişaf yolunda ciddi maneә yaradır. Qlobal Korrupsiyanı Qavrama İndeksi Subsahara
Afrikasının 90% ölkәsini 50 baldan aşağı qiymәtlәndirir, Somali dünya ölkәlәri arasında әn aşağı
reytinqә malik ölkә hesab edilir. Әksәr Afrika hökumәtlәrindә mövcud olan korrupsiya әleyhinә bölmәlәr
uğurlu hesab olunmurlar. 2013cü ilin hesabatında yer alan Afrika ölkәlәrindә orta hesabla 49%
respondent rüşvәt vermişdir; ayrılıqda götürdükdә, әn aşağı faizә malik ölkә Ruanda hesab edilir, burada
yalnız 13% insan rüşvәt verdiyini söylәmişdir. Әn yüksәk faizә malik ölkә isә SyerraLeone olmuşdur,
burada 84% insanın rüşvәt verdiyi müәyyәn edilmişdir. Korrupsiyaya qarşı mübarizә potensialını
yaratmaqda yardım etmәk mәqsәdilә Subsahara Afrikasında Transparency International tәşkilatı
bölmәlәri yaradılmışdır. Afrikanın İqtisadi Etika Şәbәkәsi konfrans, tәdqiqat vә dәrgilәr sayәsindә inkişaf
etmәkdә davam edir. Subsahara Afrikasında uşaq әmәyinә cәlb edilmiş uşaqların faizi hazırda istәnilәn
region arasında әn yüksәk olaraq qiymәtlәndirilir – tәxminәn 25,3%. Bu, regionda tәxminәn hәr dörd
uşaqdan birinin işlәyәn uşaq kimi tәsnif edildiyini göstәrir.
Asiya vә Okeaniya: Xayyan fәsadlarının aradan qaldırılmasına yardım mәqsәdilә Filippinә verilmiş
milyon dollar vәsait korrupsiyaya yol açmış vә bir daha, tәbii fәlakәtә qarşı mübarizәnin planlaşdırılması
üçün yatırılan vәsaitlәrlә bağlı maliyyә hesabatlılığı vә şәffaflığın olmasını gündәmә gәtirmişdir. Çinin
qlobal hәlli yollarının qәbulundakı rolu artdıqca, o, Qәrbi münaqişәlәrlә müqayisәdә әnәnәvi
münaqişәlәrlә üzlәşәcәk. Bәzilәri hesab edirlәr ki, Asiyada urbanizasiya vә iqtisadi artım tempi o qәdәr
sürәtlә gedir ki, qlobal etikanın nәzәrdәn keçirilmәsi çәtinlәşir, bu zaman asiyalılar ümumi qlobal
etikanın mövcudluğuna inanmırlar vә onun yaradılmasına bu qәdәr sәy göstәrilmәsinin qәrbi tәfәkkürә
aid olduğunu güman edirlәr. Yeni Qviyena – Papuayada torpaqların tәxminәn 12%i korrupsiyada ittiham
olunan xarici şirkәtlәrә icarәyә verilmişdir. Korrupsiyanı Qavrama İndeksi üzrә Yeni Zelandiya vә
Avstraliya müvafiq olaraq әn yaxşı beş ölkә arasında yer alırlar.
Avropa: Avrozonanın әksәr ölkәlәri dünyanın az korrupsiyaya uğramış dövlәt sektoruna malik әn yaxşı
ölkәlәri sırasında yer alırlar vә yalnız 23% ölkә (әksәriyyәti Şәrqi vә Mәrkәzi Avropada olmaqla) 50
baldan aşağı qiymәtlәndirilir. ABnin iki ildәn bir dәrc edilәn Korrupsiyaya qarşı Mübarizәyә dair
hesabatı üzv dövlәtlәrin korrupsiyaya qarşı mübarizә göstәrdiklәri sәyi qiymәtlәndirmәk vә onlara yardım
etmәk mәqsәdilә nәzәrdә tutulmuşdur. 2014cü ilin fevral ayında dәrc edilmiş ilk hesabat göstәrir ki,
Avrobarometrin apardığı soröuda iştirak etmiş avropalıların 76%i ölkәlәrindә korrupsiyanın yayıldığını
hesab edirlәr, bu faiz Danimarkada 20%, Yunanıstanda 99%, İtaliyada isә 97% tәşkil edir. Barclays Bank
ilә bağlı LİBOR mәblәğindә yol verilmiş qlobal pozuntu dünya maliyyә sisteminin daha etik formada
idarә edilmәsinә tәsir göstәrmәkdә davam edir. Yunanıstanın vә Cәnubi Avropanın digәr ölkәlәrinin
iştirakı ilә maliyyә böhranı Avrozonanın dövlәtlәri, hökumәt vә üzvlәri arasında qarşılıqlı şәkildә bir
birlәrindәn asılı olan etik öhdәliklәrlә bağlı mәnәvi mәsәlәlәri ön plana çәkir. Etika üzrә Avropa
Şәbәkәsi etik qәrarların qәbulunu yaxşılaşdırmaq mәqsәdilә sәylәri birlәşdirir, bu zaman Müәssisә Etikası
isә etika üzrә mütәxәssislәrin beynәlxalq şәbәkәsinin sәfәrbәr edilmәsi vә etika vә biznesә diqqәtin cәlb
edilmәsi mәqsәdilә innovasiya fәaliyyәtlәrinin tәşkili üzәrindә çalışır. İspaniya vә Fransa BMTnin
Qlobal Paktında әn çox müәssisәlәrә malik ölkәlәrdir vә İspaniya hәmçinin energetika menecmenti üzrә
ISO 50001 standartlarına uyğun gәlәn aparıcı ölkәdir. Avropada miqrantların sayının artması Avro
inteqrasiya proseslәrinin, etik normaların vә gәlәcәk immiqrasiya siyasәtinin gündәmdә olmasına gәtirib
çıxardacaq vә bunların hamısı Avropada etika vә eynilәşdirmә mәsәlәlәrinin getdikcә daha çox önәm
daşıyan müzakirәlәrinә rәvac verir. Şәrqi Avropa vә Mәrkәzi Asiya dünyada әn çox korrupsiyaya
uğramış regionlar hesab edilir vә 95% ölkә 50 baldan aşağı qiymәtlәndirilir; Türkmәnistan vә Özbәkistan
әn pis dünya ölkәlәri sırasında yer almışlar. Türkiyәdә korrupsiya ilә bağlı baş vermiş qalmaqal onun
rәhbәrliyinә olan daxili vә beynәlxalq inamı azaltdı vә onun AByә daxil olmaq şansına xәlәl gәtirdi.
Latın Amerika: Meksika hökumәti bu yaxınlarda qeyrietik davranışa görә şәxslәrin vә şirkәtlәrin
cәzalandırılması üçün dövlәt satınalmasına dair Korrupsiya Әleyhinә Federal Qanun qәbul etmişdir.
Meksikanın Walmart törәmә şirkәtinin dövlәtin yüksәk rütbәli mәmurlarına $24 milyon hәcmindә rüşvәt
vermәsi bütün ölkәdә rezonans doğurmuş bir hadisәdir vә ABŞ vә Meksika tәrәfindәn günahkarların
cinayәt mәsuliyyәtinә cәlb edilmәsi üçün araşdırma aparılır. Bir çox ölkәlәrdә şәxsi tәhlükәsizliyin
olmaması, tәhsilә vә tibbi xidmәtlәrә mәhdud çıxış, siyasәtә etibarın olmaması, üzәrilәrinә düşәn
vәzifәlәri yerinә yetirә bilmәyәn müәssisәlәrin (mәsәlәn, әdliyyә vә polis sistemlәri) tәnәzzülә uğramaları
vә sürtәlә artan ekoloji deqradasiya etik dәyәrlәrdә mövcud olan ciddi çatışmazlıqların әsas faktorlarıdır.
Digәr ölkәlәrdә hüquqi rәsmilәşdirilmәlәrin yayılması müxtәlif hüquqlara zәmanәt vermir, belә ki
әhalinin geniş tәbәqәsi әvvәlkitәk vәd edilәn müdafiәdәn kәnarda qalmışdır. Bu hәmçinin kütlәvi
informasiya vasitәlәrindә etik norma çatışmazlıqlarının yaranmasına gәtirib çıxarır.
Latın Amerika vә Karib Hövzәsi Ölkәlәri Birliyi üzәrinә kompleks strategiyanın kömәkliyi ilә vә
qanunun aliliyi prinsipinin tәtbiq edilmәsi ilә korrupsiya vә qeyrietik tәcrübәyә qarşı mübarizә aparmaq
öhdәliyi götürmüşlәr.
Şimalı Amerika: Milli tәhlükәsizlik üzrә kәşfiyyat texnologiyaları vә onların tәtbiqi ictimai dәrketmәdәn
vә siyasi nәzarәtdәn daha sürtәlә inkişaf edә bildiyindәn ABŞ vә digәr ölkәlәr Edvard Snouden tәrәfindәn
AMTni ifşa edәndәn sonra tәhlükәsizlik vә mәxfiliyә olan tәlәblәrә bir daha nәzәr salmağa başlamışlar.
Kütlәvi qırğın silahlarını istehsal etmәyi vә yerlәşdirmәyi planlaşdıran şәxslәrin aşkar edilmәsi üçün
hansı etik üsullar mövcuddur? Kiber casusluq әleyhinә mübarizә nә qәdәr irәlilәyә bilmişdir? “İnternet
Әşyaların” daima inkişaf etdirilmәsi mәxfiliyi bir xülyaya çevirә bilәrmi vә bunun da nәticәsindә, mәxfi
metodları әvәz edә bilәrmi? ABŞın bir çox beynәlxalq tәşkilat vә forumlarda etik mülahizәlәrin tәmin
edilmәsi sahәsindә müәyyәn liderlik nümayiş etdirmәsinә baxmayaraq, onun etik sahә üzrә rәhbәrlәri
lobbiçilik maraqları göstәrmәkdә ifşa olunmuşdur. ABŞın Ali mәhkәmәsi yeni sistemlәrin hәr bir şәxsә
(mütәşәkkil cinayәtkarlıq vә xarici siyasi mәnbәlәr daxil olmaqla) kütlәvi informasiya vasitәlәrindә siyasi
kampaniyaların aparılmasına anonim şәkildә istәnilәn mәblәğdә yardım edә bilmәsinә imkan yaradacağı
qәnaәtinә gәlmişdir. Burada hәlә dә siyasәtin vә seçki kampaniyalarının korrupsiya çirkabından uzaq
olmaları vә ya tәnzimlәyici orqanlar vә onların tәnzimlәdiklәri qurumlar arasında “rahat münasibәtlәrә”
son qoyulması üçün ümumәn qәbul edilmiş üsul mövcud deyildir. Federal etika qaydaları әvvәlki yüksәk
rütbәli hökumәt mәmurlarının “son dәrәcә aktiv” olmaları tәcrübәsinin mәhdudlaşdırılmasında o qәdәr dә
effektiv deyildir; 2007ci ildә aparılmış yoxlamadan sonra Konqresdәki 1,650 yardımçının bir il
müddәtindә lobbiçilik fәaliyyәti ilә mәşğul olduqları vә buna görә ABŞ Konqresindәn istefa verdiklәri
qeydә alınmışdır. 2008ci ildәn bәri mövcud dolan qeyrietik maliyyә tәcrübәsi tәdricәn tәqib
edilmәkdәdir, mәsәlәn, JPMorgan Chase apardığı düzgün olmayan fәaliyyәtә görә ABŞ hökumәti
tәrәfindәn $13 milyard hәcmindә cәrimә olunmuşdur. ABŞ Hasilat sәnayesinin şәffaflığına uyğun gәlәn
qanun qәbul etmәyi planlaşdırır. Korrupsiyanı Qavrama İndeksinә görә Kanadanın әn yaxşı ölkәlәr
sırasında yer almasına baxmayaraq, Senatın xәrclәri vә bir neçә korrupsiya halları vә xidmәti mövqedәn
suiistifadә sәbәbindәn vәtәndaşların dövlәt mәmurlarına olan etibarları azalmışdır.
Qlobal korrupsiya sәviyyәsi (1 = olduqca yüksәk korrupsiya sәviyyәsi; 10 = olduqca tәmiz).
Qrafikdә Tәsir Tendensiyasının Tәhlilindәn istifadә edilir; bu, 2012 Gәlәcәk Hesablama İndeksinin bir
hissәsidir (bax: Fәsil 2, SOFI 2012)
Dostları ilə paylaş: |