2013­14 GӘLӘCӘYİn durumu



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə11/14
tarix11.01.2017
ölçüsü1,04 Mb.
#5097
1   ...   6   7   8   9   10   11   12   13   14

Afrika:  CAR­dan olan doktor Nkosazana Dlamini­Zuma Afrika İttifaqı Komissiyasının ilk qadın sәdri 

olmuşdur.  Subsahara  Afrikasında  qadınlar  qanunvericilik  orqanlarında  21.7%­lә  tәmsil  olunurlar    , 

Ruanda  da  isә  parlament  üzvlәrinin  böyük  әksәriyyәti  qadınlardan  ibarәtdir.  2013­cü  il  tarixli  Qlobal 

Gender  Fәrqliliyi  İndeksindә  Subsahara  Afrikasının  dörd  ölkәsi  nisbәtәn  yüksәk  cәrgәlәrdә  yer  alır: 

Lesoto  (16),  Cәnubi  Afrika  (17),  Burundi  (22)  vә  Mozambik  (26).  Bu,  qadınların  mәşğulluq  sahәsindә 

artan iştirakı ilә bağlıdır, lakin bu trend aşağı ixtisaslı vә aşağı ödәnişli işlәrdә müşahidә olunur. Hazırda, 

regionda orta doğum sәviyyәsi 5.1 faiz tәşkil edir vә gözlәnildiyi kimi, әsrin ortalarında 3 faizdәn aşağı 

düşmәyәcәk.  Hәr  gün  baş  verәn  800  ana  ölümü  halının  55%­i  Subsahara  Afrikasının  payına  düşür  vә 

dünyada  baş  verәn    ana  ölümü  hallarının  әksәr  hissәsi,  hәr  100,000  doğuşa  1,000  ölüm  halının  tәsadüf 

etdiyi  bәzi  ölkәlәr  daxil  olmaqla,  bu  regionun  payına  düşür.  “Uşaqları  Xilas  Edin”  proqramına  uyğun 

olaraq Nigeriya ana olmaq üçün  Yer kürәsindә әn pis ölkә sayılır. Afrika vә Yaxın Şәrqin 29 ölkәsindә 

125  milyondan  yuxarı  qadın  vә  qız  qadın  sünnәtinin  qurbanına  çevrilmişdir.  Kәnd  tәsәrrüfatı  işlәri  ilә 

52% qadının mәşğul olmasına baxmayaraq, onlar torpaq sahәsinә malik deyillәr, elәcә dә xarici şirkәt vә 

ya  ölkәlәrin  torpaq  sahәlәrini  әlә  keçirmәlәrindәn  әziyyәt  çәkirlәr.  Şimali  Afrikada  (32%  müqabilindә 

55%),  Yaxın  Şәrqdә  (27%  müqabilindә  41%)  vә  Subsahara  Afrikasında  (70%  müqabilindә  tәxminәn 

85%) kişilәrә nisbәtәn qadınlar daha çox hüquqlarının pozulduğu işlәrdә çalışırlar. Cәnubi Afrikada hәr il 

cinsi xarakterli tәxminәn 60,000 hücum halı müşahidә olunur. 

 Asiya vә Okeaniya: Yaponiya kimi ölkәlәrdә yüksәk gәlir vә tәhsil sәviyyәsi köhnә ailә strukturlarına 

meydan oxuyur; çoxlu sayda qadın әrә getmir. Әgәr ÜDM 16% artarsa, vә әgәr qadın vә kişilәrin iqtisadi 

sahәdә iştirak sayı bәrabәr olarsa, Yaponiya qarşısına qadınların parlamentdә iştirak payını hazırkı 9%­

dәn 2020­ci ilә 30%­ә artırmaq mәqsәdi qoymuşdur. Koreya Respublikası ilә birgә (burada qadınlar 10% 

rәhbәr  vәzifә  tuturlar)  Yaponiya  qadınların  karyera  imkanlarının  yaxşılaşdırılması  üçün  Gender 

Mәsәlәlәri üzrә Mәqsәdli Qrup yaratmışlar.

  Qlobal  Gender  Fәrqliliyi  İndeksindә  qiymәtlәndirilәn  133  ölkә  arasında  Yaponiya  105­ci,  Koreya 

Respublikası  isә  111­ci  yerdә  yer  alır.  Şәrqi  Asiya  vә  Okeaniya  demәk  olar  ki,  ibtidai,  orta  vә  ali 

mәktәblәrә qәbulla bağlı oğlan vә qızlar arasında fәrqliliyi aradan qaldırıblar; bәzi ölkәlәrdә isә qızların 

sayı oğlanların sayından çoxdur.  Bununla belә, UNESCO­nun mәlumatlarına görә 2012­ci ildә Cәnubi 

Asiyada ilkin mәktәb tәhlili ilә bağlı yalnız Şri­Lanka vә Banqladeş gender mәqsәdlәrinә nail olmuşlar. 

Cәnubi  Asiyanın  bütün  ölkәlәrinin  Qadınlara  Qarşı  Ayrı­Seçkilik  Hallarının  Bütün  Formalarının  Lәğvi 


haqqında  Konvensiyanı  qәbul  etmәlәrinә  baxmayaraq,  BMT­nin  İnkişaf  Proqramı  mәlumat  verir  ki, 

regionda gender bәrabәrsizliyi insan potensialını 60.1% aşağı salır, eyni zamanda Ümumdünya Sәhiyyә 

Tәşkilatı  qeyd  edir  ki,  dünya  üzrә  ana  ölümünün  30%­i  bu  regionun  payına  düşür  vә  bu  göstәrici  üzrә 

ikinci yeri tutur vә bu da әsas etibarı ilә ikili hüquqi vә dini sistemin mövcudluğu ilә bağlıdır. Әsasәn, 

Asiyanın bir çox hissәlәrindә ikili hüquqi vә dini sistem sәbәbindәn mәcburi evlilik, zorakılıq, varisliklә 

vә  torpaq  sahәsinә  yiyәlәnmәklә  bağlı  ayrı­seçkilik,  cehiz  problemi  vә  namusun  qorunması  görә  ölüm 

halları әvvәlkitәk geniş şәkildә yayılmış vә cәzasız qalmaqdadır. 2013­cü ildә Әfqanıstanın konservativ 

parlament üzvlәri İslama ziddiyyәt tәşkil etdiyindәn Qadınlara qarşı Zorakılıq Hallarının Lәğv edilmәsi 

haqqında  Qanunun  lәğv  edilmәsini  tәlәb  etmişlәr.  “Gәnc  kişilәri  sosial  media  vasitәsilә  qadınlara  qarşı 

zorakılıq әmәllәrinin aradan qaldırılmasına cәlb edilmәsi” layihәsi Asiya vә Okeaniyada sosial medianın 

kömәkliyi  ilә  gender  әsaslı  zorakılıq  hallarına  son  qoyulmasına  çalışır.  Oğlanlara  üstünlük  verilmәsi 

regionda  çoxlu  sayda  ölkәni  narahat  etmәkdәdir;  2011­ci  ildә  Hindistanda  aparılmış  әhalinin  siyahıya 

alınması  uşaqlar  arasında  cinsi  әlamәtlәrinә  görә  qeyri­bәrabәrlik  aşkar  etmişdir,  hәr  1000  oğlana  cәmi 

914 qız düşür. Çindә 2003­cü ildәn 2005­ci ilәdәk keçirilmiş  “Qızlara Qayğı” proqramı cinsi baxımdan 

qeyri­bәrabәrliyi  azaltmağa  çalışmışdır.  UNICEF­in  mәlumatlarına  görә  Nepal  vә  Hindistanın  bәzi 

rayonlarında  tәxminәn  qızların  40%­i  erkәn  yaşlarında  ailә  qururlar.  Lakin,  pançayatlarda  (yerli  kәnd 

şuraları)  milyondan  artıq  hindli  qadının    iştirak  etmәsi  sayәsindә  bu  qeyri­etik  adәtin  dәyişdirilmәsi 

gözlәnilir.  Asiyanın    qanunvericilik  orqanlarında  qadınlar  18.5%,  Sakit  okean  hövzәsindә  isә  15,9% 

tәmsil olunurlar. Siyasi kvota qәbul edildikdәn sonra Qırğızıstanda qadınların parlamentdә sayı 2005­ci 

ildә 0%­dәn 2010­cu il seçkilәrindәn sonra 23.3%­ә çatmışdır.   Әrәbistanın qanunvericilik orqanlarında 

qadınların sayı 2010­cu ildә 3.6%­dәn 2013­cü ilin dekabr ayında 15.9%­ә qalxmışdır, lakin bir çox әrәb 

ölkәlәrindә qadınların hüquq vә azadlıqları aşağı sәviyyәdә qalmaqda davam edir. Qәtәrin qanunvericilik 

orqanlarında qadın yoxdur, Yәmәn vә Omanda isә yalnız bir qadın iştirak edir. Sәudiyyә Әrәbistanında 

bu  cür  ayrı­seçkiliyin  davam  etmәsinә  baxmayaraq,  qadınlara  ilk  dәfә  olaraq  2015­ci  ildә  keçirilәcәk 

bәlәdiyyә seçkilәrindә iştirak etmәyә vә vәzifә tutmaq üçün öz namizәdliklәrini irәli sürmәyә söz verilib. 

2013­cü il Qlobal Gender Fәrqliliyi İndeksindә Әrәbistan ölkәlәri aşağı yerlәri tutmaqda davam edirlәr. 

Әrәb regionlarında әvvәlkitәk pәrәncә vә namus әnәnәlәri üstünlük tәşkil edir.  Lakin, Malala Yousafzai­

nin timsalında bu cür әnәnәlәrә qarşı getdikcә daha çox sәsin ucaldığı müşahidә olunur. 

 

Avropa: Avropada aparılan struktur dәyişikliklәrdә gender mәsәlәsi mәrkәzi yer tutur. Qadınlar Avropa 

Parlamentindә  36%,  Avropa  Komissiyasında  32%  yerә  malikdirlәr  vә  AB­nin  28  prezidentinin  dördü 

qadındır  (Danimarka,  Almaniya,  Litva  vә  Sloveniya).  Milli  parlament  üzvlәrinin  27%­i  qadınlardan 

ibarәtdir,  28  ölkәnin  13­nin  parlament  üzvlәrinin  33%­ni  qadınlar  tәşkil  edirlәr.  İslandiya,  Finlandiya, 

Norveç  vә  İsveç  gender  fәrqliliyinin  81%  vә  83%  azaldaraq  2013­cü  il  Qlobal  Gender  Fәrqliliyi 

indeksindә  әn  yüksәk  yerlәri  tuturlar.  AB­28  ölkәlәrinin  әn  iri  mәşhur  şirkәtlәrinin  direktor  şuralarında 

qadınların  faizi  17%  tәşkil  edir  (2010­cu  ildә  11.8%),  әn  yüksәk  göstәricilәr  İslandiya  (49%)  vә 

Norveçdәdir(42%).  AB  Komissiyasının  gәlәcәkdә  planlaşdırılacağı  direktivi  şirkәtlәrdәn  rәhbәr 

vәzifәlәrdә 2015­ci ilә 30% vә 2020­ci ilә 40% qadın tәmsilçinin olmasını tәlәb edәcәk. AB­dә qadınların 

universitet  mәzunları  arasında  faizlәri  60%  tәşkil  edir  vә  2012­ci  ildә  77.5%  kişilәrlә  müqayisәdә  orta 

hesabla 83% qadın ali mәktәbi bitirmişdir. Lakin, qadınlar kişilәrlә müqayisәdә yerinә yetirdiklәri eyni 

işin  1  saatına  16%  az  mәvacib  alırlar  vә  hәtta  bu  göstәrici  ildә  31%­dәn  dә  aşaрı  olur,  32.6%  qadın 

natamam iş qrafikindә çalışırlar. Bu hәm dә 65 yaş vә daha artıq yaşda olan qadınların 23%­nin ahıllıq 

dövrünә  tәsir  göstәrir  vә  17%  kişilәrlә  müqayisәdә  yoxsulluq  riski  ilә  üzlәşmәlәrinә  gәtirib  çıxardır 

(2011­ci il üzrә mәlumatlar). Böyük Britaniyada yalnız 14% KOM­a (kiçik vә orta müәssisәlәr) qadınlar 

rәhbәrlik  edirlәr,  vә  Aspire  Fondu  qadınların  biznes  tәşәbbüslәrini  dәstәklәmәk  üçün  tәsis  edilmişdir. 

Almaniyada  qadınların  2017­ci  ilә  30%  mәtbuatda  rәhbәr  vәzifә  tutmaları  ilә  bağlı  kampaniya 

başlanmışdır. Polşanın ümumxalq seçkilәrinә yerli namizәdlәrin yalnız 35%­nin qadınlar olması barәdә 

qәrar  qәbul  etmәsinә  baxmayaraq,  son  seçkilәrdә  Parlamentdә  qadınların  faizi  23.7%  tәşkil  etmişdir. 

Rusiya  qanunvericiliyi  qadınların  parlamentdә  30%­dәn  az  olmayaraq  (hazırda  13,6%  ilә  müqayisәdә) 

yer almalarını, elәcә dә kişilәrә ailәdә rollarını artırmaq üçün imtiyazlar verilmәsini tәklif edir. 

 

Latın  Amerikası:  Qadınların  Latın  Amerikası  parlamentlәrindә  iştirakları  bir  çox  ölkәlәrdә  kvotanın 

tәtbiq  edilmәsi  nәticәsindә  yaxşılaşmışdır.  Regionda  әn  inkişaf  etmiş  ölkәlәrin  bәzilәrindә,  mәsәlәn 

Argentina,  Braziliya,  Kosta­Rika  vә  Çilidә  qadınlar  dövlәt  rәhbәri  seçilmişlәr.  Mәrkәzi  Amerika 

Parlamenti üzvlәrinin 21.6%­ni qadınlar tәşkil edirlәr. Meksika Konqresi üzvlәrinin 36.8%­i qadınlardan 

ibarәtdir vә prezident islahatları tәşәbbüsü bütün siyasi partiyalarda 50% qadınların iştirakını özünә daxil 

edir. 2013­cü il Qlobal Gender Fәrqliliyi qeyd edir ki, regionda  ümumi gender fәrqliliyi 70% Nikaraqua 


(10), Kuba (15) vә Ekvadorla (25) bağlı aşağı düşmüş, Qvatemala (114), Surinam (110) vә çili (2013­cü 

ildәki 91 yerdәn 2009­cu ildә 64­cü yerә düşmüş) isә bu baxımdan әn aşağı reytinqә malik ölkәlәr sayılır. 

Kişilәrә  nisbәtәn  daha  çox  qadın  regionda  tәhsilә  malikdir,  lakin  әmәk  haqqında  fәrqlilik  qalmaqdadır. 

İqtisadi  vә  siyasi  inkişafa  baxmayaraq,  qadınların  rifahı  kişilәrin  çoxluq  tәşkil  etdiklәri  strukturlarda 

çәtinlәşdirilmәkdә  davam  edir.  Qadınlar  müxtәlif  formalarda  mütәşәkkil  cinayәtkarlığın  qurbanlarına 

çevrilirlәr, lakin onlar hәm dә bu cür hallara qarşı mübarizәdә daha әhәmiyyәtli rola malikdirlәr. Kәnd vә 

yerli qadınlar әn azı gündә 16 saat çalışır vә onların әmәyi çox vaxt ödәnilmir. Mәhdud qanunvericilik 

nәticәsindә  anaların  ölüm  hallarının  üçdә  biri  abort  nәticәsindә  baş  verir  vә  anaların  ömür  boyu  ölüm 

risklәri  0.4%  tәşkil  edir.  Qadınların  qәtlә  yetirilmәsi  regional  problem  olaraq  qalır;  minlәrlә  qadın  öz 

әrlәri vә qohumları tәrәfindәn qәtlә yetirilir vә bu cür hallar cәzalandırılmamış qalır.

Şimali  Amerika:  ABŞ­da  qadınların  tәxminәn  10%­i,  Kanadada  isә  31%  hәyat  yoldaşlarından  çox 

qazanırlar.  Kanadada  müstәqil  fәaliyyәt  göstәrәn  insanların  üçdә  birini  qadınlar  tәşkil  edirlәr.  Kişilәrә 

nisbәtәn  getdikcә  daha  çox  qadın  universitet  mәzunudur,  buna  baxmayaraq  ABŞ­da  top­menecerlәrin 

yalnız 15%­ni qadınlar tәşkil edirlәr, vә qadınlar  kişilәrә nisbәtәn 30% az mәvacib alırlar. Orta hesabla, 

qadınlar  kişilәrin  eyni  işә  görә  aldıqları  mәvacibin  82%­ni  alırlar;  bu  faiz  Afroamerikalı  qadınlar  üçün 

64%,  vә  Latın­Amerikası  qadınları  üçün  isә  55%  tәşkil  edir.  Qadınların  Siyasi  Tәdqiqatı  İnstitutunun 

apardığı tәhlil göstәrir ki, әgәr qadınlar kişilәrlә eyni sәviyyәdә aparılan işә görә eyni sәviyyәdә mәvacib 

alsalar, onda işlәyәn qadınlar arasında yoxsulluq sәviyyәsi 8.1%­dәn 3.9%­ düşәcәk vә ölkәnin ÜDM­i 

3% artacaq. Hәlә tәsdiq edilmәmiş “Mәvacibdә Әdalәtlilik” haqqında Qanun layihәsi әmәyin ödәnişindә 

gender ayrı­seçkiliyinә qarşı yönәlmişdir.  Qadınların ABŞ­ın qanunvericilik orqanlarında tәmsil edilmәsi 

yalnız  17.9%  tәşkil  edir,  Kanada  da  isә  bu  göstәrici  24.7%­dir.  Hәm  Amerika,  hәm  dә  Kanada 

hökumәtlәri qadınlar üçün ailә planlaması üzrә daxili vә xarici proqramlarda kritik ixtisarlar etmişlәr. 

ABŞ  әn  bahalı  doğuşların  keçirildiyi,  әn  bahalı  uşaq  bağçalarının  olduğu  vә  әn  qısa  valideyn 

mәzuniyyәtlәrinin  (2012­ci  ildә    özәl  sektorların  yalnız  11%  işçisi  ailә  vәziyyәtinә  görә  ödәnişli 

mәzuniyyәt hüququndan yararlana bilmişdir) olduğu ölkәlәr sırasında yer alır. Hazırda, bu mәsәlә daha 

önәm  kәsb  edir,  belә  ki  bir  valideyni  olan  ailәlәrin  faizi  1950  ­ci  ildәki  7.4%­dәn  2013­ci  ildә  32%­ә 

yüksәlmişdir  (Afroamerikalılar  arasında  demәk  olar  ki,  60%);  ABŞ­da  30  yaşından  aşağı  qadınlar 

arasında 50% doğuş nikahdan kәnar baş verir vә tәxminәn 4 milyon aşağı gәlirli qadın vә tәnha analar 

işsizdirlәr  vә  heç  bir  maliyyә  kömәklәri  yoxdur.  Kanada  illik  ödәnişli  analıq  mәzuniyyәti  tәtbiq  edir, 

lakin  hәlә  dә  adekvat  ailә  dәstәyi  problemini  hәll  etmәmişdir,  mәsәlәn    uşaqlara  qayğı    vә  xәstәlik 

mәzuniyyәtlәri. 

Sorğu  aparılmış  yeni  valideynlәrin  40%­dәn  çoxu  dekretә  çıxa  bilmәdiklәrini  vә  dekretә  çıxmış  vә  işә 

qayıtmış 81%­i isә mümkün olsaydı dekret müddәtini uzatmaq istәdiklәrini bildirmişlәr. 6 yaşlı vә daha 

yuxarı  yaşlı  uşaqları  olan  vә  işlәyәn  qadınların  sayı  1975­ci  ildәki  46%­dәn  2012­ci  ildәki  80%­ә 

yüksәlmiş,  uşaqlı  qadınlar  orta  hesabla  uşaqları  olmayan  qadınlardan  12%  az  mәvacib  alırlar.  ABŞ­da 

qadınlara  qarşı  zorakılıq  halları  1994­cü  ildә  Qadınlara  qarşı  Zorakılıq  Әmәllәrinin  Dayandırılması 

haqqında  Qanun  qәbul  edildiyi  vaxtdan  55%  azalmışdır.  Ağ  Ev  qadınlara  qarşı  zorakılıq  әmәllәrinin 

dayandırılmasına yardım kimi 

http://www.circleof6app.com/  

saytı açmışdır.

 

 

 

Milli parlamentlәrdә qadınların sayı (bütün parlamentarilәrin %­i) 



Qrafikdә Tәsir Tendensiyasının Tәhlilindәn istifadә edilir; bu, 2012 Gәlәcәk Hesablama İndeksinin bir 

hissәsidir (bax: Fәsil 2, SOFI 2012)

Mәnbә: Parlamentlәrarası İttifaq


12. TRANSMİLLİ CİNAYӘTKARLIQ 

Transmilli mütәşәkkil cinayәtkarlıq şәbәkәlәrini daha güclü vә mürәkkәb 

qlobal tәsisаtа çеvrilmәdәn necә dayandırmalı?

Mütәşәkkil cinayәt, qiyam vә terrorizm arasında әnәnәvi fәrq aradan götürülmәyә başlamış vә mütәşәkkil 

cinayәti  yeni  bazarlarla  tәmin  edilir  vә  demokratiya  vә  inkişafa  olan  tәhlükәni  artırır.  Bir  çoxlarının 

transmilli  mütәşәkkil  cinayәtin  miqyasını  dәrk  etmәlәrinә  baxmayaraq,  az  sayda  insan  onun  terror 

şәbәkәlәri  vasitәsilә  günü­gündәn  genişlәnmәsini  dәrk  edir.  Dünya  hәlә  dә  mütәşәkkil  cinayәtkarlığa 

qarşı mübarizә üçün mürәkkәb sistemlәr kompleksini qәbul etmәmişdir. Bu problemin milli sәviyyәdә vә 

ayrı­ayrılıqda hәll edilmәsi öz bәhrәsini vermir vә bu problem durmadan artır.

Siyasәt,  tәdqiqat  vә  dünya  miqyaslı  әmәliyyatların  keçirilmәsi  mәrkәzi  kimi  2014­cü  ildә  Sinqapurda 

INTERPOL Qlobal İnnovasiya Kompleksi açılmaq üzrәdir. BMT­nin Narkotik vasitәlәr vә Cinayәtkarlıq 

İdarәsi (UNODC)  bütün dövlәtlәri bütövlükdә TMK­yә qarşı mübarizә aparmaq üçün qlobal strategiya 

vә  әlaqәlәndirmәnin  işlәnib  hazırlanması  vә  hәyata  keçirilmәsinә  töhfә  verәcәk  milli  strategiyalarını 

işlәyib  hazırlamağa  çağırmışdır;  onun  dövri  regional  hesabatları  TMK­yә  qarşı  dünya  miqyasında 

mübarizә  aparmağa  dair  dәyәrli  mәlumat  mәnbәlәridir.  Bununla  belә,  UNODC  qeyd  edir  ki,  dövlәtlәr 

mütәşәkkil  cinayәtkarlığa  qarşı  әsas  beynәlxalq  sәnәd  olan  BMT­nin  Transmilli  Mütәşәkkil 

Cinayәtkarlığa qarşı Mübarizә haqqında Konvensiyasını ciddi şәkildә hәyata keçirmirlәr. UNODC digәr 

agentliklәrlә birgә Vyana yaxınlığında Beynәlxalq Korrupsiya Әleyhinә Akademiya tәsis etmişdir; onun 

mәqsәdlәrindәn biri TMC vә korrupsiyanın әlaqәsini üzә çıxarmaqdan ibarәtdir. 

Havocscope.com  dünyanın  196  ölkәsinin  91­dә  $1.79  trilyon  dәyәrindә  ümumi  qara  bazarın  mövcud 

olduğunu  göstәrir;  UNODC  isә  illik  TMC­nin  $870  milyard  tәşkil  etdiyini  qeyd  edir.  Xarakter 

baxımından  cinayәtkarlığın  maliyyә  mәblәğinin  hәcmi  tәxmini  mәlumdur,    vә  Havacsope­nin 

aparıcı(illik)  hesablamalarına  görә  marixuana  vә  kokain  $227  milyard,  saxta  narkotik  vasitәlәr  $200 

milyard,  fahişәlik  $187  milyard  vә  saxta  elektron  avadanlıqlar  $167  milyard  tәşkil  edir.  Qeyri­qanuni 

ağac  tәdarükü,  qiymәtli  daşlar  hasilatı,  tәhlükәli  tullantıların  basdırılması  vә  digәr  ekoloji  tәsirlәr 

sәbәbindәn әtraf mühitә dәyәn ziyanın iqtisadi xәrclәri mütәşәkkil cinayәtin yaratdığı tәsirlәr siyahısına 

daxil edilmir. CSIS / McAfee tәdqiqatı tutmuş $300 ­ $ 1 trilyon civarında dәyişәn vә çox vaxt transmilli 

mütәşәkkil  cinayәtlә  bağlı  olan  dünya  miqyaslı    kibercinayәt  /  kiber  casusluğu,  vә  ildә  $2  trilyon 

hәcmindә  olan  digәr  cinayәtlәrin  konkret  mәblәğini  göstәrmişdir.  Bu  rәqәmlәrә  şantaj  vә  105  ölkәdәn 

әldә edilәn mәlumatlar daxil deyil; bununla da, mütәşәkkil cinayәtin ümumi mәblәği  $3 trilyondan artıq 

– dünyanın hәrbi büdcәsindәn iki dәfә çox ola bilәr.  NATO­nun keçmiş Baş Komandanı bunun ildә $5 

trilyondan artıq olduğunu göstәrmişdir. 

Global  Financial  Integrity  (GFI)  tәşkilatının  tәqdim  etdiyi  hesabatda  deyilir  ki,  inkişaf  edәn  ölkәlәr 

dәlәduzluq, korrupsiya vә kölgә iqtisadiyyatı ilә bağlı sövdәlәşmәlәr nәticәsindә inkişafla bağlı aldıqları 

yardıma  nisbәtәn  10  dәfә  artıq  vәsait  itirir.  Aydın  olmuşdur  ki,  TMC  әleyhinә  proqramlar  istәnilәn 

ölkәnin inkişaf planının bir hissәsi olmalı vә cinayәt әmәllәrinә üz tutan vә valideynlәri QİÇS­in qurbanı 

olmuş  uşaqlar  vә  digәr  sosial  cәhәtdәn  әzilәn  tәbәqәnin  artan  sayına  hәssas  olan  tәhlükәnin 

qiymәtlәndirilmәsi  sistemi  tәrәfindәn  yardım  edilmәlidir.  GFI  söylәyir  ki,  2011­ci  ildә  inkişaf  edәn 

ölkәlәr $946.7 milyard itirmiş vә bu da, әvvәlki ildәn 13.7% çoxdur. BMT­nin Narkotiklәrlә İş Qlobal 

Komissiyası  belә  bir  qәnaәtә  gәlmişdir  ki,  hüquq­mühafizә  orqanlarının  “Narkotik  vasitәlәrә  qarşı 

Müharibәsi”  uğursuzluğa  düçar  olmuş  vә  ABŞ­a  40  il  әrzindә  $2.5  trilyona  başa  gәlmişdir.  Komissiya 

ictimai  sәhiyyәnin  cinayәtkarlaşmasına  qarşı  “paradiqmanın  dәyişdirilmәsini”  tövsiyә  edir.  Bәzi  siyasi 

rәhbәrlәr  TMC­dәn  pul  әldә  etmәk  üçün  potensial  strategiya  kimi  narkotik  vasitәlәrin  leqallaşmasına 

yardım edirlәr. Qiymәtlәndirmәlәrә görә dünyada 272 milyon narkotik vasitә istifadәçisi vardır vә onlar 

arasında  ildә  250.000  ölüm  halı  müşahidә  edilir.    Narkotik  vasitәlәrin  istifadәsi  sahәsindә  әn  çox 

narahatedici hal ondan ibarәtdir ki, “yeni psixoaktiv maddәlәrin mәşhurluğu” durmadan artmaqdadır. 

Beynәlxalq  Ticarәt  Palatasının  Kommersiya  Cinayәti  Xidmәtlәri  kommersiya  cinayәtlәrinin  bütün 

formalarının izlәnmәsi vә onlara qarşı mübarizә aparılmasına kömәk edir. BDT vә Dәniz donanmasının 

әsas  qüvvәlәri  ilә  birgә  piratlılığa  vә  silahlı  oğurluq  hallarına  qarşı  uğurlu  mübarizә  aparılır.  Mәlumat 

verilir  ki,  2013­cü  ildә  bu  insidentlәr  altı  ildәn  sonra  әn  aşağı  sәviyyәyә  düşmüş  vә  dünya  üzrә  264 



insidentin  baş  verdiyi  haqda  mәlumat  verilmişdir  vә  2014­cü  ilin  ilk  ayında  12  insidentin  baş  vermәsi 

haqda mәlumat verilmişdir.

Afrikada qulların alverinin pik nöqtәsi ilә müqayisәdә hazırda qulların sayı daha çoxdur. Bu gün, qullarla 

bağlı rәqәm 12 milyon – 30 milyon arasında dәyişir vә bu hal әn çox Asiyada qeydә alınır.  Hәr il iki – 

dörd milyon insan qul kimi satılır; UNODC qeyd edir ki, insan alverinin qurbanına çevrilmiş insanların 

79%­i  cinsi  istismara  mәruz  qalmışlar.  Miqrantların  qeyri­qanuni  ölkәyә  gәtirilmәsi  mәnfәәtli  TMC 

fәaliyyәti  sayılır;  iki  әsas  ölkәyә  gәtirilmә  marşrutu  –  Şәrqi,  Şimali  vә  Qәrbi  Afrikadan  Avropaya  vә 

Cәnubi  Afrikadan  Şimali  Amerikaya  olan  marşrutdur  vә  bunun  ildә  tәxminәn  $6.75  milyard  gәlir 

gәtirdiyi müәyyәn edilir.

Dünya  fәaliyyәtlәrinin  әksәr  hissәsinin  İnternet  vә  mobil  telefonlara  keçmәsi  TMC­yә  şәxsi  vә  biznes 

hәyatının bütün aspektlәrinә tәsir göstәrәrәk narkotik vasitәlәr vә insan alverindәn tutmuş kibercinayәtә 

qәdәr  mәnfәәt  gәtirәn  fәaliyyәtlәri  üçün  geniş  imkan  açmışdır.    Mәlumatların  oğurlanması  vә  digәr 

kibercinayәt әmәllәri üçün qeyri­qanuni şәkildә әldә edilmiş mәlumat vә vasitәlәr üzrә onlayn bazarlar 

durmadan artır vә cinayәtkar tәşkilatlar qeyri­qanuni onlayn tәkliflәr irәli sürürlәr. Onlayn cinayәtin hәr 

bir  versiyası  üzrә  cinayәti  necә  törәtmәyin  mümkün  olduğu  barәdә  mәşğәlәlәri  hәr  dәrsә  $50­$75 

ödәmәklә  İnternet  vasitәsilә  әldә  etmәk  mümkündür.  Maliyyә  böhranı  vә  maliyyә  tәsisatlarının 

müflislәşmәsi  TMC  üçün  yeni  marşrutlar  açmışdır.  INTERPOL  ekspertlәri  kibercinayәtin  xәrcinin 

kokain,  marixuana  vә  heroin  alverinin  birlikdә  götürdükdә  xәrcindәn  böyük  olduğu  barәdә  xәbәrdar 

etmişdir. Gündә $5 trilyon hәcmindә kompüterlәr vasitәsilә beynәlxalq maliyyә köçürmәlәri beynәlxalq 

kibercinayәtlәr üçün şirnikdirici hәdәf rolunu oynayır. Onlayn cinayәtlәr konfederasiyası olan Beynәlxalq 

Kartye  Alyansı  başlıca  olaraq  FBR­in  ABŞ  şirkәtlәrinin  vә  istehlakçılarının  ildә  itirdiklәri  gәliri 

milyardlarla hesabladığı  kibercinayәtin mәrkәzi olan Şәrqi Avropada yerlәşir. 

UNODC bu gün üzlәşdiyimiz әsas tәhlükәlәrin bәzilәrini işıqlandıran yeni qlobal tәbliğat kampaniyasına 

başlamışdır –bu tәhlükәlәr arasında insan alveri әsas narahatlıq doğuran mәsәlәlәrdәn biridir. Kampaniya 

ilә 

www.unodc.org/toc



 saytında tanış olmaq mümkündür, UNODC hәmçinin İnsan Alverinә dair Qlobal 

heszabat dәrc etmişdir. Üzv Dövlәtlәrdәn toplanan mәlumatlara әsaslanaraq, hesabat UNODC­nin 2009­

cu ildә topladığı son qlobal mәlumatlarından sonra vәziyyәtin necә dәyişdiyini qiymәtlәndirmәk yolunu 

vә nәyin edilmәli olduğu  barәdә rәhbәr göstәrişlәri tәqdim edir. 

 

Cәmiyyәtin bütün sektorlarının TMC­yә qarşı qlobal konsensusun işlәnib hazırlanması üçün beynәlxalq 



kampaniya  keçirmәlәrinin  vaxtı  çatmışdır.  İӘİT­nin  Çirkli  Pulların  Yuyulmasına  qarşı  Maliyyә 

Tәdbirlәrinin  İşlәnib  hazırlanması  Qrupu  çirkli  pulların  yuyulmasına  qarşı  mübarizә  aparmaq  üçün  40 

yaxşı  tövsiyә  irәli  sürmüşdür,  lakin  bu  cinayәt  әmәllәri  cәzasız  qalır.  İki  konvensiya  TMC­nin  hәll 

edilmәsindә  razılıq  әldә  edilmәsinә  kömәklik  göstәrә  bilәr:  2003­cü  ildә  qüvvәyә  minmiş    BMT­nin   

Transmilli  Mütәşәkkil  Cinayәtkarlığa  qarşı  Konvensiyası  vә  2008­ci  ilin  may  ayında  qüvvәyә  minmiş 

Avropa  Şurasının  Çirkli  Pulların  Yuyulmasına  qarşı  Konvensiyası.  Ola  bilsin  ki,  bu  konvensiyaların 

birinә  әlavә  edilmәklә,  yaxud  Beynәlxalq  Cinayәt  Mәhkәmәsi  vasitәsilә  maliyyә  mәhkәmәsi  sistemi 

TMC­nin müxtәlif sahәlәrinә aidiyyәti tәşkilatlarla bağlı qәrarlara әlavә olaraq yeni orqan kimi tәsis edilә 

bilәr. Bu tәşkilatlarla әmәkdaşlıq etmәklә yeni sistem birdәfәlik mәsuliyyәtә cәlb edilә bilәcәk cinayәtkar 

qrupları (yuyulmuş çirkli pulların mәblәği üzrә müәyyәn edilәn) müәyyәn vә aşkar edәcәk. Bu, mәhkәmә 

işlәrini  hazırlayacaq,  şübhәli  şәxslәrin  dondurulmalı  olan  aktivlәrini  müәyyәn  edәcәk,  şübhәli  şәxslәrin 

hazırda  olduqları  yeri  müәyyәn  edәcәk,  yerli  orqanların  hәbsi  hәyata  keçirmәk  qabiliyyәtini 

qiymәtlәndirәcәk  vә  işi  qabaqcadan  seçilmiş  çoxlu  sayda  mәhkәmәlәrdәn  birinә  göndәrәcәk.  BMT­nin 

sülhmәramlı qüvvәlәri kimi mәhkәmәlәr yaradıla vә hazırlıq keçә bilәrlәr vә sonra isә vәzifәlәrini yerinә 

yetirmәk üçün hazır ola bilәrlәr. İstintaq başa çatdırıldıqdan sonra cinayәtkar(ları) hәbs etmәk üçün hәbs 

orderlәri verilәcәk, onların aktivlәrinә çıxış dondurulacaq, mәhkәmә işi açılacaq vә sonra isә siyahı üzrә 

növbәti  TMC  qrupu  üzrә  tәdbirlәr  görülәcәk.  BMT­nin  Transmilli  mütәşәkkil  Cinayәtkarlığa  qarşı 

Konvensiyasında  ekstradisiyanın  nәzәrdә  tutulmasına  baxmayaraq,  mәhkәmәlәrә  könüllü  ölkәlәr 

arasından  lotereya  sistemi  vasitәsilә  BMT­nin  sülhmәramlı  hәrbi  qüvvәlәri  kimi  nümayәndәlәrә  malik 

olmaları  üçün  yeni  protokola  ehtiyac  olacaqdır.  İlkin  hökumәt  maliyyәlәşdirilmәsindәn  sonra  sistem 

hökumәtin  maliyyә  yardımından  asılı  olmaqdan  daha  çox  ittiham  edilmiş  cinayәtkarların  dondurulmuş 

aktivlәrindәn maliyyә yardımı әldә edәcәk. Hәbslәri hәyata keçirmiş vә bu cür işlәrә baxan mәhkәmәlәr 

dondurulmuş aktivlәrdәn ödәniş alacaqlar. 


Çağırış 12 çirkli pulların yuyulması vә cinayәt әmәllәrinin gәlir mәnbәlәri pik nöqtәsindәn 75%­ә düşәn 

zaman ciddi şәkildә hәyata keçirilәcәk. 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin