Regional Mülahizәlәr
Afrika: Afrikalıların tәxminәn 5%i smarttelefonlara çıxışa malikdir; 2015ci ilә gözlәnildiyi kimi
qlobal miqyasda 3%lә müqayisәdә, 20% İnternet traffik mobil genişzolaqlı çıxışın kömәkliyi ilә hәyata
keçirilәcәk. 74% mobil әlaqәyә qoşulmaq üçün 2012ci ildә 760 milyon mobil telefondan istifadә
edilmişdir. Standard Bank hesab edir ki, bu 2015ci ilә 800 milyona çatacaqdır. Qitә kifayәt qәdәr
genişzolaqlı rabitәyә (hazırda, yalnız 30 milyon) malik deyildir.
Madaqaskar elektron poçt kimi login bazasında mobil rabitә xidmәtlәri tәklif edir, belәliklә dә
istifadәçilәr öz şәxsi telefonlarına malik olmaya, lakin başqa bir şәxsdәn mobil telefonu alaraq zәng edә
bilәrlәr. Qәrbi Afrikada yeni optiklifli kabellәr xәrclәri azaldır vә sürәti artırır. QuizMax riyaziyyat vә
tәhsil üzrә pulsuz mobil telefon әlavәsidir vә Cәnubi Afrikada 100,000 uşaq ondan istifadә edir. Uqanda
hücrәlәr әsasında sәhiyyәnin idarә edilmәsi sisteminә görә Afrika İnkişaf Bankının mükafatını almışdır.
Keniyanın Rәqәmsal Kәndlәri layihәsi İnternetә çıxışdan, biznestәhsildәn vә mikrokreditlәşmәdәn
ibarәtdir. ӘKTnin Afrika Mәhsulu Tәqvimi üzrә vebsaytı 130 әkin şirkәti üçün mәlumat tәqdim edir.
Mәhdud dövlәt büdcәsi vә peşәkarlar arasında QİÇS xәstәliyindәn ölüm halları distant tәhsili,
teletәbabәti vә elektron hökumәti getdikdә daha zәruri edir. Qana, Keniya, Uqandada müәllim vә
tәlәbәlәr artıq 1000 Kindles vә 180,000 elektron kitab almış, bunun nәticәsindә dә, iri elektron
kitabxanalar mәktәblәrә gәtirilmişdir. Google Translate indi Haus, İqbo, Somali, Yoruba vә Zulu
dillәrindә dә mövcuddur.
Asiya vә Okeaniya: Asiya İnternet istifadәçilәri arasında yalnız 26% qoşulma olmaqla, kiçik faizә
malikdir (45%). Çin tәxminәn 564 milyon İnternet istifadәçisinә malikdir (2011ci illә müqayisәdә 420
milyon) vә bunlardan 388 milyonu mobil telefon İnternetinә qoşulmuşdur (2011ci illә müqayisәdә 280
milyon). “Dediqodunun yayılmasına” görә, yәni Şәbәkәdә qeyrirәsmi mәlumatların yayılmasına görә
ciddi cәrimәlәr mövcuddur. Telefonlar vәziyyәt barәdә mәlumat ötürmәk üçün qaçaqmalçılıq yolu ilә
Şimali Koreyaya gәtirilir. BMT tәrәfindәn Cәnubi Koreyanın aparıcı elektron ölkәsi hesab olunmasına
baxmayaraq, onun gәnclәri video oyunlardan asılı vәziyyәtә düşüblәr. BBC Banqladeş tәlәbәlәri üçün
qәzetlәr, televiziya vә mobil telefon vasitәsilә tәhsil kursları tәklif edir vә 2017ci ilә 25 milyon
banqladeşlinin ingilis dili bilgilәrini artırmağı planlaşdırır. Pakistan tәhsil vermәk vә sonradan tәlәbәlәri
vakant işlәrә yönәltmәk üçün proqrama malikdir. Hindistan kәnd әrazilәrindә elektron hökumәt
stansiyaları quraşdırır.
Avropa: Finlandiya bütün finlәr üçün 1 Mbit genişzolaqlı şәbәkә quraşdırmış vә bunu 2015ci ilә 100
Mbitә çatdırmağı planlaşdırır. AB siyasәtindә deyilir ki, İnternetә çıxış düzgün istifadә edilmәdikdә lәğv
edilә bilinәcәk hüquqlardan biridir. ABnin İnternetdәn tәhlükәsiz istifadә proqramı uşaq
pornoqrafiyasının, pedofiliyanın vә rәqәmsal dәrgilәrin qarşısını almaqdan ötrü 26 Avropa ölkәsindә
tәtbiq edilir. Montoneqro vәtәndaşlarının xaricdә olarkәn evlәri ilә әlaqә saxlamaları üçün Tele
Montoneqro rabitәsi yaradır. Çex Respublikası әksәr şirkәtlәrdәn müvafiq korporativ informasiyaların
daxil olduğu vebsayta malik olmağı tәlәb edәn qanun qәbul etmişdir. 50%dәn yuxarı rusiyalı hәftәdә bir
dәfәdәn çox İnternetdәn istifadә edir vә bu, dövlәtin nәzarәtindәn azad xәbәr mәnbәlәrindәn
yararlanmağa imkan verir. Niderlandda demәk olar ki, bütün ailәlәr kompüterә malikdirlәr (97%) vә
İslandiya dünyada İnternetә çıxış üzrә ikinci yeri (96%) tutur. Avropa Birliyinin Rәqәmsal Gündәliyi
2020ci ilә hamı üçün sürәtli genişzolaqlı çıxışı (>30 Mbit/s) tәmin etmәk vә 50% ailәni әn yüksәk
genişzolaqlı (>100 Mbit/s) abunә xidmәti ilә әhatә etmәk niyyәtindәdir. Buna, genişzolaqlı rabitәyә
sәrmayә yatırımının artırılması (elәcә dә ABnin maliyyәlәşdirilmәsi, hәmçinin milli vә özәl mәnbәlәrdәn
maliyyәlәşdirmә), genişzolaqlı kanalların provayderlәri vә normativ aktlar arasında rәqabәtin artırılması
ilә nail olunacaq.
Latın Amerikası:
Regionun tәxminәn 40%i İnternetә çıxışa malikdir (2011ci ildә 34% müqayisәdә).
2015ci ildә regionun tәxminәn 30 milyon uşağının İnternetә çıxışı gözlәnilir. Uruqvay bütün tәlәbәlәri
İnternetә qoşulmuş şәxsi noutbukla tәmin edәn ilk ölkә olmuşdur, ondan sonra KostaRika gәlir. Vәd
verilәn bu qurğunun tәmin edilmәsi tәlәbәlәrdәn tәhsilә ciddi yanaşmalarını tәlәb edir. Peruda optiklifli
magistralın inşasına 2013cü ilin sonunda başlamaq planlaşdırılır vә bu layihә 2016cı ildә başa
çatdırılacaq. Optiklifli kabelin Kuba vә Venesuela arasında çәkilmәsinә vә hökumәtlәr arasında әlaqәnin
yaradılmasına baxmayaraq, kubalılar bu günәdәk Latın Amerikasında İnternetә әn lәng çıxışı olan
xalqdır. Kolumbiya, KostaRika, Paraqvay vә Venesuela adambaşına әn çox mobil telefona malik
regionlardır. Braziliya vә Kolumbiya ailәlәr üçün genişzolaqlı rabitә kanalı yaratmağı planlaşdırırlar.
Braziliyanın Nacional de Banda Larga proqramının mәqsәdi Braziliya operatorları ilә әmәkdaşlıq etmәklә
2014cü ilә ölkәnin 40 milyon ailәsini, xüsusilә dә kәnd yerlәrindә yaşayan ailәlәri genişzolaqlı rabitә
çıxışı ilә tәmin etmәkdir. Kolumbiyanın Vive Digital şirkәti ölkә ailәlәrinin 50%ni 2014cü ilәdәk
İnternetә qoşmaq üzәrindә çalışır.
Şimali Amerika: Silikon vadisi Google kimi şirkәtin yürütdüyü siyasәt sayәsindә innovasiya proqramları
üzrә dünya lideri olaraq qalmaqda davam edir, bu da әmәkdaşlara istәdiklәri işlә mәşğul olmaq üçün
20% asudә vaxt verir. Bu “20 faiz vaxt” müddәtindә Googleın yeni mәhsullarının yarısı yaranır. Ağ Ev
beş il müddәtindә ABŞın bütün mәktәb vә kitabxanalarını yüksәk sürәtli İnternetә qoşmaq üçün
ConnectED layihәsini tәklif etmişdir. Amerikanın Rәqәmsal İctimai Kitabxanası muzey vә
kitabxanalardan beş milyondan yuxarı әlyazmanı, kitabı vә s. әhatә edir. ABŞ infrastrukturuna qarşı kiber
hücumlar 2012ci ildә 52% artmışdır. Kiber hücumlar getdikcә daha çox milli tәhlükәsizliyә 1 nömrәli
tәhlükә hesab edilir; Dövlәt Departamenti bu cür hücumların “özünümüdafiә” yarada bilәcәyi barәdә
xәbәrdarlıq etmişdir. Özәl fond Nyu York, Qarlemidә Qarleminin 80,000 sakinini 2014cü ilin may ayına
95 kvartalı әhatә edәcәk pulsuz WiFi ilә tәmin edir.
İnternetә әn sürәtlә qoşulan on ölkә. Mәnbә: Smart Planet* from State of the Internet by Akamai*
Coğrafi regionlar üzrә dünyada internetistifadәçilәrinin sayı (31 dekabr 2011ci il).
7. VARLI VӘ KASIB ARASINDA FӘRQ
Etik bazar iqtisadiyyatını varlı vә kasıb arasında fәrqin аrаdаn
qаldırılmаsınа yardım etmәyә necә vadar etmәli?
Dünya Bankının mәlumatlarına görә inkişaf edәn dünyada bütün әhalisinin tәxminәn yarısı (1,94 milyard
insan) 1981ci ildә $1,25 dan aşağı vәsait sәrf etmişdir; vә bu rәqәm 2010cu ildә 21%ә azalmışdır, eyni
dövrdә inkişaf edәn ölkәlәrdә әhalinin sayı 59% artmışdır. Bununla belә, 1,2 milyard insan әvvәlkitәk son
dәrәcә yoxsulluq şәraitindә yaşayır, onların 50% qeyrisabit duruma malik dövlәtlәrdә yaşayırlar. Gündә
$2 az vәsait sәrf edәn insanların sayı 1981ci ildә 2.59 milyard nәfәrdәn 2010cu ilә 2,4 milyarda düşmüş,
planetin әhalisinin sayı isә eyni dövr üzrә 4,5 milyarddan 6,7 milyarddan artıq olmuşdur. BMTnin
İnkişaf Proqramına görә İndeksә daxil edilmiş tәxminәn 1,7 insan 109 ölkәnin әhalisinin üçdә biri
olduqca yoxsul şәraitdә yaşayır. Beynәlxalq Әmәk Tәşkilatı mәlumat verir ki, işlәyәn yoxsulların sayı
qlobal miqyasda azalmaqdadır; 2000ci ilin başlanğıcından 2013cü ilәdәk gündә payına $1,25 düşәn
işlәyәnlәrin sayı 600 milyondan 375 milyon insana (ümumi mәşğulluğun 11,9%) azalmışdır, eyni
zamanda hәmin dövr üzrә payına $2 düşәn işlәyәnlәrin sayı 1,1 milyard nәfәrdәn 839 milyon nәfәrә
(ümumi mәşğulluğun 26,7%) azalmışdır. Hazırda, yoxsulluğun ciddi şәkildә aradan qaldırılmasının
mümkün olduğu dövrdә, bütün dünyanın diqqәti gәlirlәrin qeyribәrabәrliyinә yönәlmişdir.
Dünya ÜDM 83 trilyon dolları keçmiş, 2013cü ildә 2,1%ә çatmışdır ki, bu da BVFnin 20112015ci
illәr üzrә verdiyi 4,6% orta proqnozdan azdır. Yaranan bazarlar vә inkişaf edәn iqtisadiyyatlar fondu orta
hesabla 5%ә bәrabәrdir, vә eyni dövr üzrә inkişaf etmiş ölkәlәrin iqtisadiyyatı 1,4% artmışdır. G20nin
dünya iqtisadiyyatında payının 2011ci ildәki 87%dәn 2012ci ildәki 77%ә enmәsinә baxmayaraq ABŞ,
Avrozona vә Yaponiyanın payına әvvәlkitәk demәk olar ki, dünya istehsalının yarısı düşür. BMTnin
İnkişaf Proqramı 2020ci ilә Braziliya, Şin vә Hindistanın birlikdә ÜDMnin Kanada, Fransa, Almaniya,
İtaliya, Böyük Britaniya vә ABŞın ümumilikdә ÜDMdәn artıq olacağını proqnozlaşdırır. Bazar
iqtisadiyyatı yaranan ölkәlәrin әhalilәrinin adambaşına düşәn orta ÜDM gözlәnildiyi kimi 2013cü ildәn
$7,285dәn 2018ci ilә tәxminәn $10,000 yüksәlәcәk, bu zaman eyni dövr üzrә proqnozlara görә inkişaf
etmiş iqtisadiyyata malik ölkәlәrdә bu göstәrici $41,250dәn $50,420yә qalxacaq. BMT dünya ÜDMin
2014cü ildә 3% vә 2015ci ildә 3,3% qalxacağını nәzәrdә tutur, baxmayaraq ki, әsas risk vә qeyri
müәyyәnliklәr hәlә dә qalmaqdadır.
Ümumdünya İqtisadi Forumu son onillik әrzindә gәlirlәrdә qeyribәrabәrliyi ehtimal olunan qlobal risk
kimi qiymәtlәndirir vә eyni zamanda, işsizliyin fәsadları vә natamam mәşğulluq hәqiqi vә ciddi hesab
olunur. BMTnin İnkişaf Proqramı göstәrir ki, son 20 il әrzindә ölkә daxlindә gәlirlәrdә qeyribәrabәrlik
inkişaf etmiş ölkәlәrdә 9% vә inkişaf etmәkdә olan ölkәlәrdә isә 11% artmışdır. İnkişaf etmәkdә olan
ölkәlәrdә mәişәt tәsәrrüfatının tәxminәn 75% i 1990cı illә müqayisәdә daha yüksәk qeyribәrabәr
gәlirlәrin mövcud olduğu şәraitdә fәaliyyәt göstәrirlәr. Proqramda qeyd edilir ki, “hәmişә olduğundan
daha yaxşı” olmağa can atılması kimi hazırkı qeyribәrabәrlik hәr bir ölkәdә 2030cu ilә yoxsulluq
sәviyyәsindәn dә aşağı yaşayacaq vә günә $2 sәrf edәn insanların sayının vә qeyribәrabәrliyin artmasına
gәtirib çıxaracaq. Oxfam International hәmçinin zәnginlәr vә yoxsullar arasında qeyribәrabәrliyin
artacağı barәdә xәbәrdarlıq edir. 1% zәngin әhali dünyanın 46% sәrvәtini $110 trilyonu әllәrindә
cәmlәşdiriblәr, әhalinin 50%i isә birlikdә güclә $1,7 trilyon sәrvәtә malikdir (tәxminәn bütün dünya
sәrvәtinin 0,7%), bu da tәxminәn dünyanın 85 әn zәngin insanının sahib olduğu maldövlәtә bәrabәrdir.
Credit Suisse qeyd edir ki, 2013cü ildә ümumi sәrvәt $241 trilyona çatmış vә bir yetkin yaşlı insanın
payına $51,600 düşür; lakin, onların 86% dünya әhalisinin 10%ni tәşkil edәn şәxslәr üçün çalışır, Әmәk
haqqı vә gәlir arasında nisbәt tәhlükәli şәkildә tarazlaşdırılmır.
Bunu yaxşı başa düşәrәk, maliyyә liderlәri dünya siyasәtinin gündәliyinә qeyribәrbәrliyi vә struktur
islahatları daxil edirlәr. Bununla belә, 99%lә müqayisәdә 1%, bütün dünyada vüsәt alan digәr çaxnaşma
vә tәtillәrlә yanaşı, maliyyә liderlәrinin düzgünlüyünü vә hazırkı iqtisadi sistemlәrin әdalәtliliyini şübhә
altına qoyur vә daha dayanaqlı çiçәklәnmәyә doğru dәyişiklik etmәyә çağırır. Hazırda, inkişaf vә
çiçәklәnmәni ölçmәk üçün vә siyasәtçilәrә iqtisadiyyat formalarını ölçmәk vә әhalinin rifahının
yaxşılaşdırılması mәqsәdilә yeni texnologiya vә maliyyә vasitәlәrindәn istifadәyә yardım etmәk üçün
üDM çәrçivәsindәn çıxan yeni göstәricilәrin işlәnib hazırlanması zamanı çatmışdır (mәsәlәn, bax:
Futurologiya İndeksinin Vәsiyyәti).
İnternetә qoşulmuş 2 milyarddan yuxarı insan işlә daha geniş şәkildә mәşğul olmaq üçün bazarlar tapmaq
mәqsәdilә özümәşğulluq, kiçik vә orta sahibkarlıq üzrә yeni bazar növü tәqdim edir. Yeni texnologiya vә
innovasiyalar ömür uzunluğunu artırmaq vә gәlirdә mövcud olan qeyribәrabәrliyi aradan qaldırmaq üçün
bütün dünyada insanların hüquq vә imkanlarını genişlәndirir. Post2015in inkişaf gündәliyi bütün
iştirakçılar atasında, xüsusilә dә özәl sektorlarda tәrәfdaşlıq әlaqәlәrinin genişlәndirilmәsini nәzәrdә tutur
vә iri korporasiyaların sosial vә ekoloji mәsәlәlәrlә bağlı rol vә mәsuliyyәtlәrini qeyd edir.
Geoiqtisadi hakimiyyәt mәnzәrәsi sürәtlә dәyişmәkdәdir, belә ki inkişaf edәn iqtisadiyyat vә çoxmillәtli
müәssisәlәrә malik ölkәlәrin tәsiri artmaqdadır. Yeni geosiyasi iqtisadi ittifaqların sayı artmaqdadır: G20
artıq G35+ olmuş, Qrup 77 özünә hazırda, dünya әhalisinin 60%dәn çoxunu әhatә edәn 130dan artıq
ölkәni daxil edir, 110dan artıq ölkә 22 regional vә digәr ticarәt danışıqlarında iştirak edirlәr. Әgәr
regional ticarәt razılaşmalarını birlәşdirmәk olsaydı, onda dünya ticarәt vә çoxtәrәfli proseslәr artmış
olardı.
Ticarәt son 30 ildә iqtisadi inkişafın güclü tәkanverici qüvvәsinә çevrilmiş vә әsasәn dә az ödәnişli,
yüksәk texnologiyaya malik ölkәlәrә istehsalat vә xidmәti sifarişlәrin sayını artırmaq hesabına bir çox
inkişaf edәn ölkәlәrdә istehsalat vә hәyat sәviyyәsini artırmışdır. Orta sinfin yenidәn inkişaf edәn bazarı
daxili tәlәbatı artırmaq hesabına inkişaf prosesini davam etdirir, eyni zamanda, daha az ödәnişli iş
yerlәrini digәr inkişaf edәn ölkәlәrә köçürür, bununla da qlobal çiçәklәnmә perspektivini artırır. ÜTT
qeyd edir ki, 2012ci ildә inkişaf edәn ölkәlәrdә ixrac 4% artmış, eyni zamanda inkişaf edәn ölkәlәrdә isә
ixrac 3% azalmışdır. İӘİTnin qiymәtlәndirilmәsinә görә dünya ticarәtinin artımı davam etmәkdәdir,
2013cü ildә 3%dәn 2014cü ilә 4,8%ә; 2015ci ilә 5,9% yüksәlmişdir. Bununla belә, vergi tutumu vә
maliyyә durumu sistemlәri әdalәtliliyin tәmin edilmәsi üçün düzәliş tәlәb edәn maliyyә sәnәdlәrinin
mürәkkәb artımı ilә ayaqlaşa bilmirlәr.
İlk dәfә olaraq inkişaf edәn ölkәlәrdә BXİ axını inkişaf edәn ölkәlәr üçün yatırılan vә qlobal BXİin
2012ci ildәki axının 52%ni tәşkil edәn sәrmayәlәri keçmişdir. 2012ci ildә BXİnin qlobal axını 18%
azalmış, inkişaf edәn ölkәlәrdә BXİ axını isә 32% aşağı düşmüşdür. İnkişaf etmәkdә olan ölkәlәrdәn
BXİin çıxarılması artmış dünya miqyasında 31% rekord göstәriciyә sәbәb olaraq $426 milyarda
çatmışdır, bu zaman inkişaf etmiş ölkәlәrdә bu göstәrici 23% olmuş vә $909 milyard tәşkil etmişdir.
BRIC ölkәlәrindәn axın 2000ci ildә $7 milyarda yüksәlmiş vә 2012ci ildә $145 milyard olmuşdur
(demәk olar ki, dünya üzrә BXİin 10%). Çin ABŞ vә Yaponiyadan sonra dünyada üçüncü investora
çevrilmişdir. Dövlәtin sahib olduğu Ötürücü Şәbәkәlәrә Nәzarәt Sistemlәri 2010cu ildә 650 dәn 2012ci
ildә 845ә qalxmış, BXİ axını isә tәxminәn $145 milyard olmuş, dünya miqyasında 11% tәşkil etmişdir.
2013cü ilә UNCTAD BXİnin 2012ci il sәviyyәsinә yaxın olacağını, maksimum v1,45 trilyon tәşkil
edәcәyini, 2014cü ilә $1,6 trilyona vә 2015ci ilә isә $1,8 trilyona çatacağını proqnozlaşdırır.
2030cu ilә gözlәnildiyi kimi qlobal orta tәbәqә 66% artacaq tәxminәn 3 milyard tәşkil edәcәk vә daha
yüksәk alıcılıq qabiliyyәti vә tәlәbatı olan istehlakçıların sayı çoxalacaq. Bununla belә, iqtisadi tәnәzzül
vә “işsizlik” tәlәbatı azaldır vә işsizliyin daha da artmasına gәtirib çıxarır. BӘTnin qiymәtlәndirilmәsinә
görә 2013cü ildә haradasa 202 milyon insan bütün dünyada işsizlik statusuna malik olmuş vә bu da
2012ci illә müqayisәdә 5 milyon çoxdur, vә әgәr hazırkı vәziyyәt davam edәrsә, onda işsizliyin qlobal
sәviyyәsi 2018ci ildә 215 milyona çatacaq. 23 milyon insan uzunmüddәtli işsizlik vәziyyәtinin vә
pәrişanlığın davam etmәsi sәbәbindәn әmәk bazarlarını tәrk etmişdir. Әn çox әziyyәt çәkәnlәr 1524 yaş
arasında olan gәnclәrdir, onlar arasında işsizlik sәviyyәsi 13,1% artmış vә 2013cü ildә 74.5 milyona
çatmışdır vә növbәti beş il müddәtindә ildә yeni iş yerlәrinin açılmasının planlaşdırılmasına baxmayaraq,
bu, hәr il әmәk bazarına gәlәn 42.6 milyon insanın tәlәbatına uyğun gәlmir. İӘİTnin
qiymәtlәndirilmәsinә görә işsizlik sәviyyәsi 2014cü ilin sonuna 8%ә yaxın olacaq vә bu o demәkdir ki,
tәxminәn 48 milyon insan İӘİTnin 34 ölkәsindә işsiz olacaqdır. Göstәricilәr Almaniya 5%, İspaniya vә
Yunanıstanda 28% civarında dәyişәcәk vә gәnc insanlar daha çox әziyyәt çәkәn tәbәqәdir vә onların
işsizlik sәviyyәsi Yunanıstanda tәxminәn 60% vә Cәnubi Afrikada isә tәxminәn 52% tәşkil edir. Bununla
belә, bir çox müәssisәlәr tәcrübәli işçi çatışmazlığı hiss edirlәr; buna görә dә özәl sektor, vәtәndaş
cәmiyyәti, dövlәt müәssisәlәri, elәcә dә tәhsil ocaqları arasında bu gün vә gәlәcәkdә әmәk bazarı üçün
zәruri olan ixtisaslı insan kapitalı yaratmaq üçün daha sıx әmәkdaşlığın olması tәlәb olunur. BӘTnin
qiymәtlәndirmәlәrinә görә, ÜDMin 12%nin aktiv әmәk bazarı siyasәtinә sәrf edilmәsi inkişaf etmiş
iqtisadiyyata malik ölkәlәrdә vә AB ölkәlәrindә әlavә 3.9 milyon iş yerinin yaranmasına gәtirib çıxarda
bilәr. 2013cü ildә bütün mәşğulluğun demәk olar ki, 48%i “müdafiә olunmayan mәşğulluqdur”, belә
ki, bu insanların әksәriyyәti sosial tәminat vә gәlir tәminatı sistemlәrinә mәhdud çıxışa malikdirlәr, yaxud
da tamamilә çıxışa malik deyillәr. Qeyrirәsmi iqtisadiyyat әksәriyyәtinin әsas qanuni vә sosial
hüquqlarını hәyata keçirә bilmәyәn inkişaf etmәkdә olan ölkәlәrdә geniş yayılmış bir haldır. Latın
Amerikasında bu cür qeyrirәsmi iqtisadi durum bәzi ölkәlәrdә 50% 70% arasında dәyişir, yaxud da
Andam vә Mәrkәzi Amerika kimi aşağı gәlir sәviyyәsinә malik ölkәlәrdә isә bundan da artıq faizә
malikdir, lakin Cәnubi vә CәnubŞәrqi Asiya ölkәlәrinin bәzilәrindә bu göstәrici ümumi mәşğulluq
sәviyyәsinin 90%ә çata bilir. Bununla belә, tәxminәn 30 milyon insan hazırda qul kimi işlәdilir vә
bunların әksәriyyәti Asiyada yaşayır.
Kәnd tәsәrrüfatı dünyada mәşğulluq mәnbәlәrinin hәcminә görә ikinci yerdә gedir vә bu sahәdә işçi
qüvvәsinin 35%i çalışır (bütün dünyada 1 milyarddan artıq insan). Onun dünya ÜDMnә verdiyi töhfә
sәnayenin verdiyi 31%, xidmәt sahәsinin verdiyi 63% ilә müqayisәdә cәmi 6% tәşkil edir. ÜTTnin
2013cü ilin dekabr ayında qәbul etdiyi Boliviya Paketi “tarif qiymәtlәrini”, torpaqdan istifadә
proqramlarını, ixrac subsidiyalarını vә inkişaf edәn ölkәlәrә dünya bazarına çıxmağa imkan verәn vә
onların әrzaq tәhlükәsizliyini tәmin edәn digәr tәdbirlәrdәn ibarәtdir.
2012ci ildә 26 ölkәnin İnkişaf Mәqsәdilә Rәsmi Yardım proqramına yatırdıqları sәrmayә $128 milyard
tәşkil etmiş (2011ci il üzrә verilәn ilkin mәlumatlar), $133.7 milyard tәşkil etmiş 2011ci illә
müqayisәdә 4% vә 2010cu illә müqayisәdә isә 6% azalma müşahidә edilmişdir. Qlobal İnkişaf
Mәqsәdilә Rәsmi Yardım isә pik nöqtәsinә $136.7 milyarda çatmışdır. Bununla yanaşı, CәnubCәnub
әmәkdaşlığı rәsmi yardımın ümumi hәcmindәn 10%15% artıq olmuşdur, baxmayaraq ki, real
qiymәtlәndirmәlәrә görә daha da artması gözlәnilir, belә ki, bir qayda olaraq onların xidmәtlәrini
qiymәtlәndirilmәsi qәrb podratçılarına nisbәtәn aşağıdır. 2012ci ildә qlobal pul köçürmәlәri axını $528
milyarda çatmış, bunun da $401 milyardı inkişaf edәn ölkәlәrin payına düşür. Dünya Bankının
qiymәtlәndirmәlәrinә görә qlobal pul köçürmәlәri 2013cü ildә $550 milyard vә 2014cü ildә $594
milyarda çatacaq, vә bunun $414 vә $449 milyardı müvafiq olaraq inkişaf edәn ölkәlәrin payına düşür.
Vәsaitlәrin mobil telefonlar, әlavәlәr vә vebsayt vasitәsilә toplanması artmaqdadır, vә DEVEXin
qiymәtlәndirmәlәrinә görә inkişaf üçün artıq $2 milyard vәsait yığılmışdır.
2012 ci il üzrә Mikrokreditin Vәziyyәti Hesabatı mәlumat verir ki, mikrokredit alan yoxsul ailәlәrin sayı
1997ci ildә 7,6 milyon nәfәrdәn 2010cu ildә 137.5 milyon nәfәrә qalxmış, 687 milyondan artıq insanı
әhatә etmişdir, 2013cü il üzrә hesabatda isә deyilir ki, 2010cu illә müqayisәdә 2011ci ildә 13 milyon
yoxsul ailә mikrokredit almışdır. Bu, ilk azalma göstәricisidir, belә ki, qlobal qeydәalma 1998ci ildәn
etibarәn hәyata keçirilir. Bununla belә, yoxsulluq vәziyyәtindәn aşağı yaşayan 124 milyon ailә
mikrokredit almış vә bu da, bir ailәnin dörd üzvünü әhatә edir vә 2011ci ildә 621 milyon insanı әhatә
etmişdir.
BMTnin qiymәtlәndirmәsinә görә beynәlxalq maliyyә әmәliyyatlarına verginin tәtbiq edilmәsi ildә $250
milyard gәlir gәtirә bilәr vә bu gәlir iqtisadiyyat, maliyyә, yanacaq, iqlim vә әrzaq mәhsulları ilә bağlı
davam edәn böhran xәrclәrinin kompensasiya edilmәsinә kömәk edә bilәr. Kölgә bank sisteminә verginin
tәtbiq edilmәsi inkişafa kömәk edilmәsindә yeni mәnbә ola bilәr. Qlobal kölgә bank sistemindә ümumi
aktivlәrin sürәtli artımı müşahidә olunur ki, bu da 2002ci ildә € 20 trilyondan (~ $ 27.3 trilyon) 2011ci
ildә € 52,5 trilyona (~ $ 71.7 trilyona) qalxmışdır. ABŞ vә Avropa dünyada әn böyük kölgә bank
sisteminә malikdir vә 2011ci ildә aktivlәrinin mәblәği müvafiq olaraq tәxminәn €18 trilyon (~ $ 24.6
trilyon) vә € 17,2 trilyon (~ $ 23.5 trilyon) olmuşdur.
Dünyanın zәnginlәr vә yoxsullar arasında qlobal tәrәfdaşlığa dair strateji plana ehtiyacı var. Bu cür plan
azad bazarların güclü cәhәtlәrindәn vә qlobal etikaya әsaslanan qaydalardan istifadә etmәlidir. Biznesin
roluna mәsәlәn, Bill Qeytsin milyarderlәrә sәrvәtlәrinin yarısını xeyriyyә işlәrinә sәrf etmәk kimi etdiyi
çağırışa bәnzәr xeyriyyә tәşәbbüslәri әlavә edilmәlidir. Belә ki, dünyanın iri iqtisadiyyatlarının yarısı
transmilli korporasiyalardır vә bu müәssisәlәr yoxsulluqla mübarizәdә vә dayanaqlı iqtisadi sistemin
yaradılmasında әhәmiyyәtli rola malikdirlәr. Hazırda, Beynәlxalq Korporativ Alyansın mәlumatlarına
görә 96 ölkәdә tәxminәn 1 milyard insan korporativdә çalışırlar. 145 ölkәnin 8,000dәn yuxarı şirkәti vә
4,000 vәtәndaş cәmiyyәti tәşkilatı yoxsulluq sәviyyәsini azaltmaq, iqlim dәyişikliyi fәsadlarının
azaldılmasına yardım etmәk, qadınların hüquq vә imkanlarını genişlәndirmәk, uşaqları, elәcә dә әmәk
hüquqlarını müdafiә etmәk, habelә korrupsiyaya qarşı mübarizә aparmaq üçün BMTnin Qlobal
Müqavilәsindә iştirak edirlәr. Aşağı vә orta gәlir sәviyyәsinә malik ölkәlәrdә tәtbiq edilәn yoxsulluq
sәviyyәsinin azaldılmasına bu cür әnәnәvi yanaşmalar (texniki yardım vә kredit) ilk әvvәl sabitliyә
ehtiyacı olan qeyrisabit ölkәlәrdә tәtbiq edilmir. Daha zәngin ölkәlәr qarışıq nәticәlәrә malik yoxsul
ölkәlәrә yardım etmәk üçün pul, istedadlı mütәxәssislәr vә avadanlıq göndәrmiş vә hazırda, yerinә
yetirilәn işin nәticәlәri öyrәnilir. Mәsәlәn, Norveç 2015ci ilәdәk meşә qırılması miqsayısını azaltmaq
üçün Braziliyaya $1 milyard vәsait ödәyәcәk; bu cür yanaşma hәmçinin İndoneziya, Qayana vә
Tanzaniya ilә analoji sövdәlәşmәlәrdә tәtbiq edilir.
Etik bazar iqtisadiyyatı әdalәtli ticarәtin artırılmasını, iqtisadi sәrbәstliyi, şәffaf mәhkәmә sisteminin
zәmanәt verdiyi “fәaliyyәt sahәsi sәviyyәsini” genişlәndirmәyi, vә siyasi sabitliyi tәmin edәn
hökumәtlәrin qanunun aliliyinә riayәt etmәlәrini, inkişaf sahәsindә yerli qәrarların qәbul edilmәsi
prosesindә iştirak imkanının verilmәsini, korrupsiyanın azaldılmasını, mülkiyyәt hüququnun
sığortalanmasını, sosial vә ekoloji mәqsәdlәrin yerinә yetirilmәsi üçün biznesstimulların olmasını,
sağlam investisiya mühitinin mövcudluğunu, elәcә dә torpağa, kapitala vә informasiyalara çıxışı tәlәb
edir.
Çağırış 7 şirkәt vә hökumәtlәr tәrәfindәn bazar iqtisadiyyatında mövcud olan suiistifadә halları intensiv
şәkildә tәtbiq edildikdә vә bütün sahәlәrdә ayrıseçkilik sonrakı ardıcıl 810 il әrzindә aradan
qaldırıldıqda, ciddi şәkildә tәnzimlәnәcәk.
Dostları ilə paylaş: |