Regional Mülahizәlәr
Afrika: Subsahara Afrikasının әksәr ölkәlәrindә dayanaqlı iqtisadi inkişaf vә sabitliyin artması, elәcә dә
inkişaf edәn aktiv vәtәndaş cәmiyyәti regionda plüralist siyasi fәaliyyәtә malik demokratik strukturun
inkişafına vә hökumәtin daha hesabatlı olmasına zәmin yaradır. Getdikcә daha çox ölkә rәqabәtli vә dinc
seçkilәr keçirir vә fikir vә ifadә azadlığı İnternetin yayılması ilә artır vә mülki hüquq vә azadlıqlar haqda
tәfәkkür inkişaf edir. Freedom House qeyd edir ki, Subsahara Afrikası әhalisinin 12%i “azad” reytinqinә
malik 10 ölkәdә, 53%i “qismәn azad” statusuna malik 19 ölkәdә, 35%i isә “qeyriazad” reytinqi olan 20
ölkәdә yaşayır. Ötәn il әrzindә Mali, Madaqaskar, Kotd’İvuar, Ruanda, Toqo vә Zimbabvedә
nәzәrәçarpan irәlilәyiş müşahidә olunmuşdur. 2007ci ildә Afrika İttifaqı tәrәfindәn qәbul edilmiş vә
2012ci ildәn qüvvәyә minmiş Demokratiya, Seçkilәr vә İdarәetmәyә dair Xartiya 2013cü ilin sonunda
22 ölkә tәrәfindәn ratifikasiya edilmişdir. Human Rights Watch tәşkilatının 212ci il tarixli Ümumdünya
hesabatında deyilir ki, Cәnubi Afrika “korrupsiya ilә mübarizәni davam etdirir, sosial vә iqtisadi qeyri
bәrabәrsizlik artır vә dövlәt tәsisatları partizan tәyinatlar vә birpartiyalılığın hökm sürmәsi nәticәsindә
zәiflәyirlәr”, bu zaman Zimbabve, Anqola, Çad vә digәr ölkәlәr hәlә dә avtoritar rejimin mәngәnәsindә
çıxılır, lakin özlәrini demokratik ölkәlәr kimi göstәrirlәr. 2013cü ildә Afrikada KİVnin azadlığının
qiymәtlәndirilmәsi 35,6dan 2012ci ilin 34,3nә düşmüşdür. Afrobarometerin keçirdiyi sorğu
göstәrmişdir ki, Qana әhalisinin 80%i Qanada mövcud olan demokratiyadan razıdırlar vә ya olduqca
razıdırlar, Nigeriyada isә әhalinin 42%i bu fikirdәdir. Demokratik normalar vәtәndaş cәmiyyәtinә rәvac
verdiyi vaxtdan bәri Afrika xüsusilә dә, daha yaxşı hökumәt, siyasәt vә proqramlara olan tәlәbatın irәli
sürülmәsi baxımından “güclü vә aktiv vәtәndaş cәmiyyәti” problemi yaşamaqdadır. Bununla belә, mobil
telefon vә İnternetә çıxışa malik tәhsilli, işsiz gәnclәrin cәlb edilmәsi ilә bu problemi aradan qaldırmaq
mümkündür.
Asiya vә Okeaniya: Regionda demokratiyanın inkişafı son bir neçә il әrzindә geni vüsәt almışdır. 2013
cü ildә Freedom House 16 ölkәni (region әhalisinin 35%ni әhatә edәn) “azad”, 15 ölkәni “qismәn azad”,
8 ölkәdә yaşayan әhalinin 40%ni isә “qeyriazad” kimi dәyәrlәndirir. İndoneziya QHTlәrlә bağlı yeni
mәhdudiyyәtlәrә görә “azad” statusundan “qismәn azad” statusuna keçmişdir. AsiyaSakit okean hövzәsi
әhalisinin demәk olar ki, yarısı azad KİV olmayan ölkәlәrdә yaşayırlar. Çin hazırda “qeyriazad”
reytinqinә malik ölkәlәrdә yaşayan dünya әhalisinin tәxminәn yarısının vәtәni olduğundan, onun
statusunun dәyişdirilmәsi demokratiyanın dünya xәritәsini dәyişdirәcәk. Googleın keçmiş sәdri hesab
edir ki, bu vәziyyәt “Böyük Çin Sәddi” açılandan sonra baş verәcәk. Bununla belә, Çin KİV vә İnternetdә
söz azadlığını getdikcә daha çox mәhdudlaşdırmağa başlamış vә ideoloji nәzarәt vә senzuranı
güclәndirmişdir. Partiyanın 18ci Qurultayının Üçüncü Plenumu gәlәcәk onilliklәr әrzindә әhәmiyyәtli
siyasi islahatları gündәliyә daxil etmәmişdir. 2013cü ilin Qlobal Kölәlik İndeksi Hindistanı kölәlik
şәraitindә yaşayan әn çox 14 milyon insana malik olduğunu göstәrmişdir. Hindistandan sonra tәxminәn
3 milyon insanla Çin, vә bir az çox – 2 milyon insanla Pakistan gәlir. Cәnubi Asiyada siyasi vә mülki
azadlıqların repressiyası xüsusilә dә Әfqanıstan, Pakistan vә Banqladeşdә etnik vә dini münaqişәlәrin
artması sәbәbindәn geniş vüsәt almışdır. Bununla yanaşı, Hindistanda mövcud olan dünyada әn böyük
demokratiya – korrupsiyaya qarşı mübarizәnin gәlәcәkdә daha da geniş vüsәt alacağından xәbәr verir.
Yaxın Şәrq vә Şimali Afrika ölkәlәri dünyada vәtәndaş azadlığı üzrә әn aşağı reytinqә malikdirlәr.
“Azad” reytinqinә malik ölkәlәr sırasında yalnız region әhalisinin 2%ni tәşkil edәn İsrail yer alır; 5 ölkә
“qismәn azad”, vә regionun 83% әhalisi isә 12 “qeyriazad” ölkәdә yaşayır. Aşağı reytinqә malik
ölkәlәrdәn bәzilәri Fars Körfәzindә yerlәşir: Sәudiyyә Әrәbistanı, Birlәşmiş Әrәb Әmirliyi, Bәhreyn vә
Yәmәn. İranda tәtbiq edilәn edamlar dözülmәz hal almışdır; 2013cü ildә, qiymәtlәndirmәlәrә görә, 625
insan edam edilmiş, içәrilәrindә qadın vә siyasi mәhbuslar olmaqla әn azı 40 insan 2014cü ilin birinci
ayında asılmışdır. Әrәb Baharı / Dirçәliş bәzi ölkәlәrdә avtoritar rejimlәrin aqressiv reaksiyasına
baxmayaraq yeni perspektivlәr aça bilәr. 2014cü ildә yeni konstitusiya qәbul etmiş Tunis әrәb
dünyasında yaranan demokratiyanın nümunәsi ola bilәr.
Avropa: ABnin bütün 28 ölkәsi “azad” olaraq dәyәrlәndirilir. AB parliamenti dünyada әn böyük
transmilli demokratik seçicidir. 2012ci ildә mövcud olan vәziyyәtә görә Avropa vәtәndaşlarının
tәşәbbüsü bir milyon vәtәndaş tәrәfindәn dәstәklәnәn zaman qanunvericilik tәkliflәri irәli sürmәyә icazә
verir. Bütün qitә boyu hökumәt orqanları vәtәndaşları yerli qanunvericiliyin işlәnib hazırlanması
prosesinә cәlb edir. Bәzilәri Avrozonada baş verәn böhran sәbәbindәn AByә siyasi vә maliyyә
inteqrasiyasının yüksәlәcәyini güman edirlәr. 2011ci ilin dekabr ayında qәbul edilmiş yeni davranış
kodeksi Avropa Parlamenti üzvlәrindәn öz maliyyә hesabatlarını vә lobbistlәrlә görüşlәrini açıqlamalarını
tәlәb edir. 2014cü il parlament seçkilәrindә seçicilәrin iştirakı avropalıların birliyin demokratiyasına olan
inamlarının göstәricisi ola bilәr; 2009cu ildә vәtәndaşların yalnız 43%i seçki mәntәqәlәrinә getmişdir.
ABdә hәmrәyliyin dәstәklәnmәsi qismәn tәhsil vә hәyat sәviyyәsindәn asılıdır: peşәkar vә tәlәblәrin çox
ehtimal ki, AByә müsbәt yanaşdıqları güman edilir; 65 rәhbәr ölkәlәrinin AByә üzvlüyünü 47% istehsal
fәhlәlәri vә 42% işsizlәrlә müqayisәdә “yaxşı әmәl” hesab edirlәr. AByә daxil olmaq niyyәtindә olan
Türkiyә hәlәlik “qismәn azad” kimi qiymәtlәndirilir vә KİVә nәzarәti artırmaqda davam edәrәk dünyada
mәhbus hәyatı yaşayan jurnalistlәrin sayına görә әn yüksәk yeri tutur. Transparency International
tәşkilatının Korrupsiyanın Qәbul edilmәsi İndeksi Rusiyanı 181 ölkә arasında 143cü yerdә
qiymәtlәndirmişdir (2010cu ildәki 154cü yerdәn müsbәtә doğru irәlilәmәsinә baxmayaraq). Rusiya
biznesmenlәrinin dövlәt qulluqçularına tәklif etdiklәri rüşvәtin orta hәcmi $9000 tәşkil edir, baxmayaraq
ki, bәzi qiymәtlәndirmәlәr daha yüksәkdir. Nümayişçilәrin aqressiv hәrәkәtlәrinin qarşısını almaq üçün
bu yeni qanun vәtәndaş azadlığının mәhdudlaşdırılması üçün atılan daha bir addım kimi qiymәtlәndirilir.
Rusiya 2015ci ildә yaradılacaq Avrasiya İqtisadi İttifaqı vә Komissiyası (AB nümunәsinә uyğun) tәklif
etmişdir. Ukrayna xalqı AByә görә Rusiyadan canını qurtarmağa çalışır. Serbiya siyasi cinayәtkarlığı ilә
bağlı mübahisәlәr davam edir. Korrupsiya, mütlәqiyyәt vә proqressiv tәsisatların olmaması da Mәrkәzi vә
Şәrqi Avropanın әksәr ölkәlәrindә (AB üzvü olmayan) demokratiklәşmә prosesinә mane olur.
Latın Amerikası: Freedom House regionun 22 ölkәsini “azad”, 10 ölkәsini “qismәn azad” vә yalnız
Kubanı (region әhalisinin 1%ni) “qeyriazad” kimi qiymәtlәndirmişdir. Region üçün böyük problem
insanların sosial vә siyasi tәlәblәrini hәll etmәk üçün institusional zәiflikdәn, elәcә dә mütәşәkkil
cinayәtkarlığın vә tәsisatların qarşılıqlı әlaqәsindәn vә hökumәtdә mövcud olan korrupsiya hallarından
ibarәtdir. Narkotik alverçilәrinә qarşı “müharibә” vә xüsusilә dә, Meksikada daxili müharibәlәr minlәrlә
qurban vә mәcburi köçkünlәrlә, vәtәndaş azadlığının azalması ilә nәticәlәnmişdir vә bu zaman hökumәtә
tәhvil verilmiş törәdilmiş cinayәtlәrin vә insan hüququ pozuntularının 2%nә qarşı hökm oxunmuşdur.
Bununla belә, Boliviya vә Ekvadorda yerli xalqların hüquqlarının qorunması üçün xalqın hәmrәylik hissi
vә vәtәndaş cәmiyyәtinin artan tәsiri, әhalinin әksәriyyәtinin dәstәklәdiyi konstitusion islahatlar, elәcә dә
Çili vә Braziliyada tәşәkkül tapan demokratik idarәçilik nümunәlәri demokratik proseslәrin
güclәndirilmәsinә öz töhfәlәrini verir. Mütәşәkkil cinayәtkarlıq Mәrkәzi Amerikada inkişaf vә
demokratiyaya әsas maneәdir. Cәnubi Amerikada Argentina, Boliviya, Braziliya, Çili, Ekvador. Peru,
Uruqvay vә Venesuela kimi sol cәrәyana mәnsub olan vә sıx әhali kütlәsini idarә edәn bir çox hökumәtlәr
әsas diqqәtlәrini yoxsul әhali kütlәsinә yönәltdiklәrindәn yenidәn seçilmişlәr. Kuba dövlәt nәzarәtini,
İnternetә çıxışı, siyasi diskussiyaları, elәcә dә xarici ölkәlәrә sәfәrlәri vә müstәqil mәşğulluğu azaltmağa
başladı. Latın Amerikası vә Karib Hövzәsi Ölkәlәri Birliyi regionun gәlәcәkdә sülh şәraitindә yaşaması
vә çiçәklәnmәsi strategiyası kimi LatınAmerikası inteqrasiyasına yardım etmәkdә davam edir.
Şimali Amerika: ABŞda Çay Partiyasının gücünün azalmasına baxmayaraq, onun daha liberal
demokratlarla iş birliyi ikipartiyalı demokratiya modelinin zәifliyini üzә çıxartdı vә nәticәdә, bәzilәri
mәsuliyyәtli idarәetmәyә vә mәsuliyyәtli vәtәndaşlara yeni yanaşmalar barәdә düşünür. Bununla belә,
ABŞın dövlәt vә bәlәdiyyә hakimiyyәt orqanları partiya әsaslı proqramların hәyata keçirilmәsindә daha
sәmәrәli hesab edilirlәr. ABŞda Açıq fәaliyyәt qanun layihәsi yeni ideyalar әldә etmәk üçün onlayn kütlә
yığımından istifadә edir. Bütün dünyada demokratiyanın dәstәklәnmәsi vә hüquqi qaydaların tәminatı
proqramlarının hәyata keçirilmәsi üçün ABŞ Dövlәt Departamenti BMTnin Demokratiya Fonduna $5
milyon, USAİD isә $70 milyondan yuxarı vәsait xәrclәmişdir, lakin Amerikanın monarxiyaya qarşı
mübarizә mәqsәdilә apardığı hәrbi müdaxilәlәrin legitimliyi sual altına alınır. Amerikada prezident postu
uğrunda mübarizәnin mәblәği rekord hәdd $2 mlrd. tәşkil etmişdir; “siyasәtdәn pul әldә edilmәsi”
cәhdlәri daima tәnәzzülә uğrayır. İlk dәfә olaraq, Ağ insanlar Nümayәndәlәr Palatasında demokratların
әksәriyyәtini tәşkil etmirlәr (onlar әvvәlkitәk respublikaçıların tәxminәn 85%ni tәşkil edirlәr). Kanada
әn uğurlu çoxmillәtli model hesab edilir; lakin, xeyriyyә cәmiyyәtlәrinin qaydalarında bu yaxınlarda
edilәn dәyişikliklәr vә әvvәlki seçkilәrlә әlaqәdar dәlәduzluq hallarının istintaqı sәbәbindәn bәzi yüksәk
rütbәli mәmurlar Kanada demokratiyasının sağlam gәlәcәyindәn narahatlıqlarını bildirmişlәr. Kanada vә
ABŞda hәmçinin seçkiqabağı proseslәrlә, KİV üzәrindә mülkiiyyәt hüququ, güclü lobbiçilik vә siyasi
korrupsiya ilә bağlı tәhlükә qalmaqdadır. Occupy Wall Street hәrәkatı artıq gücünü itirmiş, lakin onun
maliyyә hakimiyyәtindәn suiistifadә edilmәsi vә tamahkarlıqla bağlı әhatә etdiyi mәsәlәlәr bir çoxlarını
yeni siyasi iqtisadiyyat vә demokratiya konsepsiyalarını tәdqiq etmәyә vadar edir.
Qrafik: Demokratik hüquqlardan yararlanan insanlar
5. QLOBAL, UZUN MÜDDӘTLİ STRATEGİYA
Siyasi qәrarların qәbul edilmәsini qlobal uzunmüddәtli perspektivlәrә qarşı
hәssaslığını nеcә аrtırmаlı?
Qәrar qәbul edilmәsinin gәlәcәk haqda mülahizәlәrә, bu cür mülahizәlәr haqda müxtәlif reaksiyaların
toplanması vә onlara cavab verilmәsinә әsaslandığını nәzәrә alaraq qәrar qәbul edilmәsi prosesini
tәkmillәşdirmәk lazımdır. Lakin, gәlәcәk haqda mәlumatlar verilmәsi dәyişikliklәrin sürәtli, mürәkkәb,
qarşılıqlı asılı vә qlobal olması sәbәbindәn getdikcә daha da çәtinlәşir. Bundan әlavә, qәrar qәbul
edilmәsinә cәlb edilәn insan vә mәdәniyyәtlәrin sayının getdikcә daha çox olması da hәmçinin gәlәcәk
haqda qeyrimüәyyәnliyi vә ikili mәnalılığı artırır. Seçimin yayılması, düzgün qәrarların tәhlili vә qәbul
edilmәsi bizim ayrıca şәxs, xalq vә növ olaraq imkanlarımız hüdudundan çıxır. Biz hәmçinin başa
düşülmәsi çәtin olan vә hәqiqәtәn dә әhәmiyyәt kәsb edәn qeyriaktual informasiya sәsküyü ilә әhatә
olunmuşuq.
Nәticәdә, insanlar vә tәşkilatlar daha çox ekspertlәrin vә kompüterlәrin mәslәhәtinә güvәnirlәr. Bioloji
qәrarların qәbul edilmәsindә vegetativ әsәb sisteminin әn çox işlәdiyi kimi, bizim kompüter sistemlәrimiz
dә sivilizasiya üçün getdikcә daha çox qәrarlar qәbul edir. Bu gün bizim qәrar qәbul etmәk üçün daha çox
mәlumat, tәdqiqat sübutlarımız, kompüter modellәrimiz vә kibermәkanımız vardır, lakin bu hәm dә onu
bildirir ki, bizim son dәrәcә böyük informasiya yükümüz vә hәddәn artıq seçim imkanımız da vardır,
nәticәdә, bir çoxları kәnar ekspertlәr tapmaq, yaxud da sadәcә, qәrar qәbul etmәmәk seçimi edirlәr. Biz
bütün tәhsil sistemimiz müddәtindә qәrar qәbul etmәyi öyrәnmәli, dәyişikliklәrin sürәtlәndirmәli, yaxşı
qәrar qәbul etmәyimiz üçün bütün mәntiqli addımların atılmalı olmasını dәrk etmәliyik.
Hüceyrә avtomatları, genetik alqoritmlәr vә neyron şәbәkәlәr kimi adaptiv tәdris modellәri bütün
imkanlarla vә dәqiqliklә artırlar vә fәrdin davranışını tәsvir edәn mәlumat bazası daha böyük kütlәvi
xarakter alır. Geridә qalan indikatorlar yerinә öndә gedәn indikatorlardan istifadә qәrar qәbul edilmәsi
prosesini daha da sürәtlәndirә bilәr. Tәşkilatın strateji tәfәkkürü sadәcә sabit mәqsәdlәri müәyyәn
etmәyәn, hәm dә idarәetmәni anlaşıqlı şәkildә idarә etmәyә imkan verәn statistik strateji planlardan daha
әhәmiyyәtli olur. Bu, tәşkilata mürәkkәb, öndә gedәn adaptiv sistem kimi fәaliyyәt göstәrmәyә vә
subsidiar prinsiplәrә – qәrarların icrasına vә tәsirinә әn yaxın olan az sayda insanın qәbul etdiyi qәrarların
möhkәmlәndirilmәsinә kömәk edә bilәr.
Xoşbәxtlikdәn, dünya qәbul edilәn qәrarların әsaslandırılması vә “dәqiq vaxtında” biliyin әldә edilmәsi
üçün İnternet vasitәsilә institusional, fәrdi vә kollektiv tәfәkkürlә (beyin, proqram tәminatı vә
informasiya arasında yaranan әlaqә) sәnaye avadanlıqlarına nәzarәt sisteminә doğru hәrәkәt etmәkdәdir.
Hesablamaların paylaşdırılması bir gün әrzindә qrafik vә prioritetlәri daima dәyişmәklә qәbul edilmiş
qәrarların sayını artıra bilәr. Qәbul edilmiş qәrarlar bizә informasiyaların qәbul edilmәsi vә qәrarların
tәkmillәşdirilmәsi ilә bağlı rәylәrә cavab vermәk mәqsәdilә proqram tәminatı ilә bağlı ekspertlәrin
seçilmәsindә vә informasiya әldә edilmәsindә vә proqram tәminatı hәlli yollarının tәtbiqindә kömәk edәn
daha intellektual vә fәrdi kollektiv tәfәkkürә vә proqram tәminatına malik mәhsullara, binalara vә canlı
orqanizmlәrә quraşdırılan datçiklәrin inteqrasiyası ilә getdikcә daha dolğun vә hәrtәrәfli olacaqlar. BMT
nin impuls planı bir neçә köhnә mәlumatlardan istifadә etmәkdәnsә, qәrar qәbul edilmәsi üçün real vaxt
miqyasında BMTnin bütün mәlumatlarından vә sosial şәbәkәlәrdәn istifadә etmәyi planlaşdırır.
Milli, qlobal, korporativ vә fәrdi strateji uzaqgörәnliyi yaratmaq vә yenilәmәk üçün variantlar o qәdәr
mürәkkәbdirlәr ki, vә o qәdәr sürәtlә dәyişirlәr ki, qәrar qәbul edәn şәxslәrin razılaşdırılmış siyasәtin
işlәnib hazırlanması vә hәyata keçirilmәsi üçün lazım olan informasiyaların toplanması vә başa düşülmәsi
demәk olar ki, mümkün deyil. Eyni zamanda, әlaqәsi olmayan siyasәtlәrin nәticәlәri o qәdәr ciddi olur ki,
bu gün yeni sistemlәrә son dәrәcә ehtiyac duyulur. Bir yanaşma, zәruri dәyişikliklәrin edilmәsi üçün
razılıq әldә etmәkdә yardım edә bilәcәk kollektiv araşdırma sistemini yaradılmasından ibarәtdir.
İnformasiya sistemlәrinin tәhlükәsizliyi üzrә mәrkәz (İTMlәr) problem, ölkә, şirkәt, universitet, özәl
şәxslәr vә dünya üçün yaradıla bilәr (mәsәlәn, Global Futures Kәşfiyyat Sistemlәri
www.themp.org
)
vә
sonda, vәziyyәtdәn asılı olaraq onlara qoşula bilәr.
İTMlәr yoxsulluq hallarının qabaqcadan görülmәsi, onlara reaksiya verilmәsi vә onlardan qurtulması
kimi dayanıqlıq sisteminin yaradılmasına, elәcә dә gәlәcәyin texnoloji vә sosial innovasiya vә
imkanlarının proqnozlaşdırılması üçün kömәk edә bilәr. Kütlәvi hal alan daşqınlara, qar qasırğasına,
pandemiya, nüvә qәzaları, quraqlıq vә elektrik enerjisinin verilmәsindә fasilәlәr vә İnternetdә nasazlıqlar
kimi infrastruktur uğursuzluğuna qarşı dözümlü olmaq üçün mobil telefonların kömәkliyi ilә әn yaxşı
qlobal, milli vә yerli hazırlığa vә real vaxt rejimindә vebsaytlardan istifadәyә ehtiyac duyulur.
Dözümlülüyün vә kollektiv kәşfiyyat sistemlәrinin tәtbiqi vә inteqrasiyası qlobal vә yerli dәyişiklik
sürәtini nәzәrә almaqla qәrar qәbul edilmәsi prosesini yaxşılaşdırmaq üsullarından biridir.
Bu gün bәşәriyyәt parlaq gәlәcәk qurmaq üçün әsaslandırılmış qәrarlar qәbul edilmәsi mәqsәdilә qlobal,
hәrtәrәfli, uzunmüddәtli mәqsәdlәrin irәli sürülmәsinә ehtiyac duyur (bax: 2050ci ilә qlobal mәqsәdlәrin
beynәlxalq qiymәtlәndirilmәsi). Bu cür baxış vә mәqsәdlәr hәm qlobal, hәm dә yerli futurologiyaya
әsaslanmalıdır. Futurologiya gәlәcәk haqda tәsәvvürlәrin sistematik öyrәnilmәsidir; tәәssüf ki, onun işi
sistematik şәkildә qiymәtlәndirilmәmiş vә qәrar qәbul edilmәsi prosesindә onun keyfiyyәtini
yaxşılaşdırmaq üçün tәtbiq edilmәmişdir. Bunun әvәzinә, mәqsәd uzunmüddәtli qlobal perspektivlәrә
yönәlmişdir. Qısamüddәtli, darçәrçivәli iqtisadi qәrarların qәbul edilmәsi әtraf mühitin deqradasiyası vә
gәlirlәrdә fәrqin artması ilә nәticәlәnәn 2008ci ilin qlobal maliyyә böhranı ilә nәticәlәnә bilәr. Ayda
mәskәn salmaq kimi uzunmüddәtli mәqsәd texnoloji inovasiyaları, iqtisadi artımı sürәtlәndirmiş vә insani
әhvalruhiyyәsini artırmışdır. Çiçәk xәstәliyinin kökündәn kәsilmәsi kimi uzunmüddәtli mәqsәd
mәdәniyyәt vә siyasi fәrqlilik vasitәsilә bir çox insanları әmәkdaşlıq etmәyә sövq etdi.
Getdikcә daha çox hökumәtlәr gәlәcәk strateji qurumlar yaradırlar (bax: 28 qurumun nәzәrdәn
keçirilmәsi üçün Qlobal Mәlumatlandırma Sistemindә (QMS) Hökumәtin Futuroloji Strateji Qurumları).
Hökumәt rәhbәrlәri dövlәt orqanlarında qurumların qiymәtlәndirilmәsi üçün İTMyә qoşulan
uzaqgörәnlik xidmәtinә malik olmalıdırlar. ABŞın “Uzunmüddәtli idarәetmәyә” dair hesabatında Ağ
Evdә vә digәr icra hakimiyyәti orqanlarında uzaqgörәnliyin necә tәtbiq edilmәsini izah edilmәsinә
baxmayaraq, onun tövsiyәlәrinin әksәr hissәsi bütün hökumәt orqanlarına aiddir. Bu o demәkdir ki, İTM
strateji varisliyin bir inzibati orqandan digәrinә keçmәsinin tәmin edilmәsinә kömәk edә bilәr.
Futuroloqların konsultativ mәslәhәtlәri bütün dünyada baş verәn dәyişikliklәri özlәrindә әks etdirәn vә
real vaxt rejimindә (RealTime Delphi buna bariz nümunәdir) ekspert qiymәtlәndirmәlәrini aşkar edәn vә
qiymәtlәndirәn uzaqgörәnlik xidmәtinin güclәndirilmәsinә vә onun müqavimәt sisteminә vә İTMә
qoşulmasına yardım edә bilәr. Bu cür sistemlәrin әmәkdaşları digәr sistemlәrdәn futuroloji tәdqiqatları
sintez etmәli, müvafiq subyektlәr vә ölkәlәr üçün Futuroloji İndekslәrin Vәziyyәtini müәyyәn etmәli vә
uzaqgörәnlik hesabatlarını tәqdim etmәlidirlәr. Hazırda, mövcud dövlәt futuroloji qurumlar qabaqcıl
tәcrübә mübadilәsi aparmaq üçün birbirlәrinә Sinqapurun Futuroloji Bölmәsi vasitәsilә qoşulurlar, elәcә
dә BMTnin Strateji Planlaşdırma şәbәkәlәri BMTnin 12 futuroloji bölmәsini әhatә edir; ona Atom
Enerjisi üzrә Beynәlxalq Agentlik (MAQATE) vә Ticarәt vә İnkişaf üzrә Konfransı (UNCTAD) hәm
sәdrlik edirlәr. BMTnin by Futuroloji bölmәlәri strategiya vә mәqsәdlәrin әlaqәlәndirilmәsinә yardım
etmәk üçün BMTnin Baş Katibinin Ofisi ilә әlaqә saxlaya bilәrlәr. Liderlәr ictimai intellekti vә
davamlılığı artırmaq üçün bu yeni sistemlәri şәffaf vә kollektiv edә bilәrlәr.
Milli qanunvericilik orqanları Finlandiyada olduğu kimi digәr parlament komitәlәri üçün uzaqgörәnliyi
tәmin etmәk vә qәbul etdiklәri qәrarları yaxşılaşdırmaq üçün daimi “Futuroloji Komitәlәr” yarada
bildilәr. Milli hökumәtin uzaqgörәnlik tәdqiqatı daima yenilәnmәli, tәkmillәşdirilmәli vә siyasәtçi vә
futuroloqların şәbәkәlәri vә digәr milli perspektiv fәaliyyәtlәri interaktiv rejimdә aparılmalıdır.
Futuroloqlar siyasәtçilәrlә daha faydalı әlaqәlәr yaratmalıdırlar. Alternativ ssenarilәr fikirlәri öyrәnmәk
üçün siyasәtçilәr vә ictimaiyyәt arasında yayılmalıdır. Onlar hәqiqәtә uyğun sәbәbnәticә әlaqәlәrini
göstәrmәli vә müxtәlif strategiya vә siyasәtlәrin müxtәlif nәticәlәrinә gәtirib çıxardan qәrar qәbul
edilmәsi üzrә nöqteyinәzәrlәrini irәli sürmәlidirlәr. Qәrar qәbul edәn şәxslәr vә onların müşavirlәri bu
sistemlәrdәn optimal şәkildә istifadә etmәk üçün futurologiya üzrә hazırlıq keçmәlidirlәr (bax: Futuroloji
Metodologiya toplumu). Hökumәt rәhbәrlәri yalnız uzaqgörәnlik hesabatlarının tәlәb edilmәsindә deyil,
hәmdә dövrü şәkildә aparıcı futuroloqlarla uzunmüddәtli problemlәrin müzakirә edilmәsindә tәdbirli
olurlar. Mәsәlәn, futuroloq German Kan onillik dövr әrzindә Cәnubi Koreya prezidenti ilә tәxminәn 20
müzakirә aparmış vә bu da Koreyanın iqtisadi inkişafına gәtirib çıxarmışdır. Bu, qәrar qәbul edilmәsi
prosesinin qlobal uzaqgörәnlik sayәsindә necә yaxşılaşdırıla bilәcәyinin әla nümunәsi idi (Youngsook ilә
birgә bu mәsәlә ilә bağlı çapa hazırlanan kitaba istinad vә haşiyә yazısı).
Hökumәtlәr uzaqgörәnliyi sәmәrәliliyin qiymәtlәndirilmәsi meyarları kimi tәtbiq edә, uzaqgörәnliyi öz
dәrsliklәrinә әlavә edә vә “gәlәcәk uzaqgörәnlik” bölmәsini hesabatlılığın tәrtib edilmәsi tәlәblәrinә dair
siyasәtә daxil edә bilәrlәr. Dövlәt büdcәlәri 510 SOFİ, ssenarilәr vә strategiyalar әsasında resursların 5
10 illik yerlәşdirilmәsini nәzәrә almalıdırlar. Buna misal olaraq, Böyük Britaniyada Baş Nazir Toni
Bleyerin dövründә fәaliyyәtin qiymәtlәndirilmәsi
üçün “tәdarük şöbәsi” adlanan qiymәtlәndirmә layihәsindәn istifadә edilmişdir. Layihәnin mәqsәdi
bütün hökumәtdә sәmәrәliliyin konkret qiymәtlәndirilmәsini artırmaqdan vә bu zaman nazirlik vә
idarәlәrin fәaliyyәtlәrinin konkret sәmәrәliliyindәn istifadә etmәkdәn ibarәt idi. Eyni zamanda, tәdarük
şöbәsi dövlәt hakimiyyәti orqanlarına fasilәsiz nәzarәt altında mәslәhәt verirdi. Qısamüddәtli seçki
dövrünә malik hökumәtlәr parlament әmәkdaşları üçün şәraitә davamlı olan daha uzunmüddәtli resurslar
nәzәrdәn keçirmәlidirlәr (Qәrar Qәbul edilmәsi Prosesindә Fturoloji Tәdqiqatların Uğurlu Hәyata
keçirilmәsi üçün Zәruri olan Faktorlara dair siyahıda 26 bәnd verilir). Uğurlu Qlobal Fturoloji Tәdqiqatlar
Sistemi siyasi qәrarların işlәnib hazırlanmasına kömәk etmәli vә qlobal uzunmüddәtli perspektivlәrә daha
hәssas olmalıdır.
Getdikcә daha çox incәsәnәt növlәri, kütlәvi informasiya vasitәlәri vә әylәncә sahәsinin mütәxәssislәri öz
auditoriyalarına qlobal uzunmüddәtli perspektivlәr bәxş etmәkdәdirlәr. İctimaiyyәtә uzunmüddәtli
perspektivlәrә hәssas olmasında vә gәlәcәkyönümlü tәhsilli cәmiyyәti vә qlobal sәviyyәdә düşünәn
siyasәtçilәri dәstәklәmәsindә yardım etmәk üçün kommunikasiya vә reklam kampaniyaları fleşmoblar
yarada bilәrlәr (mәsәlәn, hazırkı vәziyyәtә reaksiya vermәkdәn tutmuş gәlәcәk barәdә düşünmәyә qәdәr,
vә qlobal şәkildә fikirlәşmәk, lokal hәrәkәt etmәk. Felşmob dünya liderlәri arasında sürәtlә yayılmışdır).
Qlobal uzunmüddәtli qәrarlar barәdә әn yaxşı nümunәlәrin üzә çıxarılması üçün mükafatlar vermәk olar.
Elektron hökumәt xidmәtlәri ilә güclәndirilmiş vә futurologiya ilә mәlumatlandırılmış kollektiv
tәkmillәşdirmә proseslәr yaradıla bilәr.
Universitetlәr fәnlәrin geniş şәkildә әhatә olunması üçün onları maliyyәlәşdirmәli, gәlәcәk tәdqiqat vә
sintezi tәdris etmәli, elәcә dә mütәxәssislәrә әlavә olaraq geniş profilli işçilәr hazırlamalıdırlar. Futuroloji
konsepsiya üzrә kursların sayını vә keyfiyyәtini artırmaq sәyi dәstәklәnmәli, elәcә dә standart tәdris
proqramlarına tәdris metodlarına uyğunlaşdırılmış vә futuroloji tәlimatlara yardım edәcәk futuroloji
metodologiyalar әlavә edilmәlidir.
15 Qlobal Çağırışın hәr biri vә BMTnin Minilliyin İnkişaf Mәqsәdlәri konkret çağırış vә tapşırıqların
hәll edilmәsi üçün resurs vә istedadlarla tәmin etmәyә hazır olan müstәqil şәkildә seçilmiş
hökumәtlәrdәn, korporasiyalardan, qeyrihökumәt tәşkilatlarından, universitetlәrdәn vә beynәlxalq
tәşkilatlardan ibarәt olan transinstitusional koalisiyaların yaradılmasının әsası ola bilәr. 5ci Çağırış,
uzaqgörәnlik funksiyası әksәr tәşkilatların adi funksiyasına (hazırda, mühasibatlıq) çevrildiyi zaman vә
risk artımına malik layihәlәrin nәticәlәri onun baş vermәsindәn qabaq nәzәrә alınarsa, 50 ölkә gәlәcәyini
qiymәtlәndirmәk üçün milli qanunvericilik orqanlarında daimi Futuroloji Komitәlәrә malik olmaq üçün
milli SOFİni (yaxud buna oxşarını) qiymәtlәndirәrsә, әn azı 50 ölkә qәrar qәbul edilmәsi prosesindә
hazırlıq keçәcәk vәzifәli şәxslәrin seçilmәsini tәlәb edәrsә vә transinstitutsional tәşkilatların qәbul
edilmәsi üçün milli korporativ hüquqlara dәyişiklik edilәrsә, ciddi şәkildә tәnzimlәnәcәk.
Dostları ilə paylaş: |