Regional Mülahizәlәr
Afrika: Afrika әhalisinin yarısı 17, yaxud daha aşağı yaşdadır. 2050ci ilәdәk dünya әhalisinin artımının
yarıdan çoxu Nigeriya ilә birlikdә Afrikada gözlәnilir vә 2050ci ilә dünyada әhalinin sayına görә üçüncü
yeri tutacaqdır. Afrika әhalisi son 27 il әrzindә iki dәfә artaraq 1 milyarda çatmışdır. Proqnozlara görә, bu
rәqәm 2060cı ildә 2,7 milyarda, ola bilsin ki, 2100 ilә 3,6 milyarda çatacaq. 1564 yaşlı insanların (әmәk
qabiliyyәtinә malik yaş) sayı gözlәnildiyi kimi 2005 vә 2060cı illәr arası üç dәfә artacaq. 2050ci ilә üç
doğuşdan biri Afrikada baş verәcәk vә demәk olar ki, 18 yaşadәk üç uşaqdan biri Afrikalı olacaq. 60 vә
daha yuxarı yaşda olan әhalinin faizi nisbәtәn aşağı olacaq vә 2012ci ildәn 6%dәn 2050ci ilәdәk 10%ә
yüksәlәcәkdir. Reproduktiv yaş dövründә olan ailәli qadınların yalnız 28%i qlobal 62% orta göstәrici ilә
müqayisәdә hamilәliyә qarşı vasitәlәrdәn istifadә edirlәr.
Müasir kontrasepsiyadan istifadәnin 27% tәşkil etdiyi Efiopiyada hazırda doğum әmsalı AddisAbebaya
nisbәtәn aşağı sәviyyәdәdir. Liviya vә Tunisdә qadınların ilk nikaha daxil olma yaşları son 30 ildә 20
yaşdan 29 yaşa qalxmışdır. Uşaqların orta sayı hәmin dövrdә yarıya azalmışdır. UNICEFin tәxmini
hesablamalarına görә, şәhәr әhalisinin 60%i gecәqondularda yaşayır; uşaqların bu şәraitdә mәktәblәrә
getmәlәri az ehtimal olunur vә onların pis qidalanması, gәlәcәkdә işsizlik sәviyyәsinin artması vә
uzunmüddәtli sosial münaqişәlәrin mövcud olması ehtimalı isә böyükdür. 25 yaşınadәk insanlar
Afrikanın SubSahara regionu ölkәlәrindә ümumi işsizlәrin sayının tәxminәn 60%ni tәşkil edirlәr.
Saharanın cәnubunda yerlәşәn әksәr ölkәlәrdә vә Şimali Afrikanın bәzi ölkәlәrindә gәnc nәslin olduqca
sürәtlә artması vә mәşğulluğun aşağı sәviyyәsi әn azı 2030cu illәrәdәk uzunmüddәtli qeyrisabitliyә
gәtirib çıxarda bilәr. Lakin, әhalinin tarixi artımı çox vaxt iqtisadi artıma gәtirib çıxarır. Bununla belә,
torpaqların mәhsuldarlığının aşağı düşmәsi vә iqlim dәyişikliyi nәzәrә alınmaqla әhali sıxlığında artım
tәbiәt resurslarına böyük tәsir göstәrәcәk. Buna görә dә, zәngin qidalandırıcı maddәlәrә malik kәnd
tәsәrrüfatına investisiya yatırımının artırılması vә Afrikada kәnd tәsәrrüfatını idarә edәn qadınlar üçün
imkanların yaradılması Afrikanın ictimai sәhiyyәsinin böyük problemi olan kifayәt qәdәr qidalanmamaq
problemini azalda bilәr. Hazırda, şәhәr әrazilәrinin idarә olunması keyfiyyәtini xeyli azaldan amillәrdәn
biri ömrü dә azaldan QİÇS xәstәliyidir. Münaqişә vә korrupsiya әvvәlkitәk inkişaf mәqsәdilә qoyulan
sәrmayәlәrin qarşısını alır, mәhsuldar şumluq torpaqları korlayır, qaçqınların meydana gәlmәsinә, qitә
boyu әrzaq böhranlarının baş vermәsinә sәbәb olur vә tәbii resursların daha yaxşı idarә olunmasına
maneә yaradır. Afrika dünyada istifadә edilmәmiş kәnd tәsәrrüfatı sahәlәrinin yarısından çoxuna
malikdir.
Asiya vә Okeaniya: Çin növbәti onillikdә şәhәrlәrә 400 milyon insanı gәtirmәklә urbanizasiyaya
tәxminәn 40 trilyon ($6,5 trilyon) sәrf etmәyi planlaşdırır. 2025ci ilә Çin әhalisinin sayı 1 milyondan çox
olan 220dәn artıq şәhәrә vә 10 milyon insandan artıq sәkkiz meqapolisә malik olacaq. Çin dünyada 7%
şumluq torpağa malik olmaqla 22% dünya әhalisini yedizdirmәlidir. 1975ci ildә bir qocaya altı Çin uşağı
düşürdü; 2035ci ildә isә iki uşağa iki qoca düşәcәk. Çin qocalan әhalinin böyük sayını saxlamaq üçün
zәngin olmağa imkan tapmamış qocalmaqdadır. Çin bir uşaq siyasәtindәn әl çәkmәkdәdir. Bununla belә,
Çindә sonsuzluq 12,5% reproduktiv yaşlı insanı әhatә edir vә 20 il әvvәlkindәn dörd dәfә çoxdur. Yalnız
Şanxayın baş sperma bankında saxlanılan spermanın üçdә bir hissәsi ÜSTnin standartlarına cavab verir.
Yaponiya әhalisi 2013cü ildә 0,21% azalmış vә bu azalma dörd il ardıcıl şәkildә davam etmişdir. 65
yaşdan yuxarı әhali әmsalı gözlәnildiyi kimi hazırda 25%dәn 2060cı ilә tәxminәn 40% artacaq. Orta
yaş hәddi demәk olar ki, 45 yaşa, 2040cı ilә 55 yaşa yüksәlәcәk vә әhalinin sayı 127 milyondan 2060cı
ilә 87 milyona azalacaq.
106 milyon. İntihar vә depressiya halları Yaponiyaya ildә $32 milyarda başa gәlmişdir. 2012ci ildә 15 il
әrzindә ilk dәfә olaraq intihar halları 30,000 az olmuşdur. Hindistanın әhalisi 2028ci ildә Çinin әhalisini
ötәcәk vә növbәti onilliklәr әrzindә artmaqda davam edәcәk. Asiya fermerlәri qocalır; Çin fermerlәrinin
orta yaş hәddi, proqnozlara görә 2022ci ildә 50 yaşdan yuxarı vә ya hәtta 60 yaşdan artıq olacaqdır;
Tailand fermerlәri üçün orta yaş hәddi 1985ci ildәki 31 yaşla müqayisәdә 2010cu ildә 42 yaş olmuşdur.
Tәxminәn 5 milyon insan әrzaq çatışmazlığı şәraitindә yaşayır. Hindistanda genetikası dәyişdirilmiş
әrzaq mәhsulları üzәrindә mәcburi nişanlanma 2013cü ilin yanvar ayından tәtbiq edilmәyә başlamışdır.
İndoneziya 14 emal edilmәmiş xam mineralın ixracına qadağan tәtbiq etmişdir. Çin bәzi az tapılan strateji
nadir torpaq metallarının ixracını azaltmış, yaxud da qadağan etmişdir. 2030cu ilә planlaşdırılmış
layihәlәrin icrası davam edәrsә, Avstraliya Qәtәrdәn sonra STQnin istehsal hәcminә görә ikinci olacaq.
Yaxın Şәrq әhalisinin tәxminәn üçdә biri 15 yaşdan aşağı yaş hәddindәdir; yerdә qalan hissәsi isә 1529
yaş arasındadır; vә gәnclәr arasında işsizliyin orta sәviyyәsi 27% (gәnc qadınların tәxminәn 44%) tәşkil
edir. Yeni mәşğulluq konsepsiyası siyasi qeyrisabitliyin qarşısını almaqdan ötrü tәlәb olunur.
Avropa:
2030cu ilә Avropa әhalisi maksimum hәddә çatacaq, sonra isә azalacaq vә sonrakı 50 il әrzindә
100 milyon insan itirәcәk. 2060cı ilә ABdә doğulan qadınların orta ömür uzunluğu 2010cu ildәki 82,5
yaşla müqayisәdә 89.1 yaş ola bilәr; kişilәrin orta ömür uzunluğu isә 2010cu ildәki 76,7 yaş ilә
müqayisәdә 84,6 yaş ola bilәr. 2050ci ilә әhalinin tәxminәn 34% 60 yaşında vә daha yuxarı yaşda olacaq
vә hәr bir pensioneri saxlayacaq işçilәrin sayı dördә birә azalacaq. Şәrqi Avropanın bir sıra ölkәlәrindә
әhali 2050ci ilә 15%dәn artıq azala bilәr. Bununla belә, NEET (15 29 yaş arasında) olan 14 milyon
avropalı rifah vә әmәk qabiliyyәtinin itirilmәsi baxımından AByә hәftәdә €3 milyarda başa gәlir.
Avropada aşağı doğum sәviyyәsi, qocalma vә әhalinin sayının azalması pensiya vә sosial tәminat
sistemindә dәyişikliyә, daha çox uşağın doğulmasına hәvәslәndirmәyә, vә beynәlxalq münasibәtlәrә,
mәdәniyyәt vә sosial struktura tәsir edәn immiqrant әmәk qüvvәsinin artmasına gәtirib çıxaracaqdır. AB
nin digәr ölkәlәrinә köçәn yunan vә ispanların sayı 2007 vә 2013cü illәr arası iki dәfә artmışdır. Strateji
vә Beynәlxalq Tәdqiqatlar Mәrkәzi 2050ci ilә müsәlman әhalinin sayının Fransada 25% vә Almaniyada
33% artacağını proqnozlaşdırır. Avropanın Şәrqindәn Qәrbinә miqrasiya kәnd rayonlarından şәhәr
rayonlarına axın kimi davam etmәkdәdir. Rusiya әhalisi 1991ci ildә pik nöqtәsinә 149 milyona çatmış,
sonra isә onillik azalma başlamış vә doğum göstәricisinin aşağı düşmәsi, ölüm hallarının vә
emiqrasiyanın artması sәbәbindәn ildә tәxminәn 0,5% hәcmindә azalmışdır. 2011ci ildә Rusiyanın
iqtisadi aktiv әhalisinin tәxminәn 2,5%i leqal miqrantlar olmuşdur.
Latın Amerikası: Latın Amerikası vә Karib hövzәsi ölkәlәri 12% şumluq torpağa, 8,5% әhaliyә, 33%
tәzә su ehtiyatlarına, 21% tәbii meşәlәrә vә mineral resurslara malikdir. Regionun tәxminәn 85% i 2030
cu ilә kütlәvi şәhәr vә kәnd tәsәrrüfatı infrastrukturu investisiyaları tәlәb edәn şәhәr olacaq. Tәxminәn
2010cu ildә 53 milyon insanla müqayisәdә 47 milyon insan aclıq vә kifayәt qәdәr yemәk qәbul
etmәmәkdәn әziyyәt çәkirlәr. Braziliya, Ekvador, Venesuela, Qvatemala, Honduras, Nikaraqua ixrac
üçün deyil, әhalilәrini yedizdirmәk üçün yerli kәnd tәsәrrüfatı mәhsullarının tәmin edilmәsi ilә bağlı
әrzaq tәhlükәsizliyinә dair qanunlar qәbul etmişlәr; doqquz ölkә dә bunu etmәyi planlaşdırır. Aclığa qarşı
Meksika Milli Sәlib Yürüşü 2012ci ildә 7 milyon insanla müqayisәdә yalnız bir ildә 43% tәxminәn 4
milyon insanı aclıq mәngәnәsindәn xilas etmişdir.
Latın Amerikasında 60 vә daha yuxarı yaşda olan әhalinin payı hәr şeydәn әvvәl 2012ci ildә 10%dәn
2050ci ildә 25%dәk artacaq. Meksikada 2050ci ilә әhalinin yarısı 43 yaşdan yuxarı olacaq vә orta yaş
dövründә 18 yaşa yüksәlәcәk. Növbәti 20 il әrzindә Braziliyada doğum tempinin vә ömür uzunluğunun
aşağı düşmәsi nәticәsindә qoca insanların maliyyә vәsaiti ilә tәmin edilmәsi imkanı aşağı düşәcәk;
bununla da, nәsillәr arasında gәlәcәkdә münaqişәlәrdәn uzaq olmaq üçün pensiyaya çıxan zaman
ödәnilәn kompensasiya mәblәği dәyişdirilmәli vә sosial inteqrasiya yaxşılaşdırılmalıdır. Dünyada
tәxminәn 12% şumluq torpaq vә şirin su ehtiyatının üçdә biri vә dünya әhalisinin 8,5%nә malik әrazi
әrzaq mәhsullarının istehsalı üçün böyük potensiala malikdir. Peru GDOnın idxalına 10 illik moratoriya
tәtbiqini qüvvәdә saxlayır; Peru $3 milyard potensial illik gәlirlә üzvü әrzaq mәhsullarının (qәhvә, kakao,
kvinoya, banan) dünya ixracatçılarından biridir. Latın Amerikası vә Karib hövzәsi ölkәlәri faydalı
qazıntıların bәrpa olunmayan әn mühüm ehtiyatlarının nәzәrәçarpan hissәsinә malikdirlәr; Latın
Amerikası vә Karib Dövlәtlәri Birliyi (CELAC) ölkәnin faydasını artırmaq vә yerli әhalinin hәyat
sәviyyәsini yaxşılaşdırmaq üçün tәbii ehtiyatlar üzәrindә suverenitetin artırılması mәqsәdilә yeni
strategiyalar nәzәrdәn keçirir.
Şimali Amerika: Regionun bütün ölkәlәrindә 60 vә daha yuxarı yaşa malik әhalinin payı 2012ci ildә
19%dәn 2050ci ildә 27%ә yüksәlәcәk. ABŞda yaşı 65 vә daha yuxarı olan insanların sayı gözlәnildiyi
kimi 2009cu ildә 40 milyondan 2030cu ildә 72 milyona çatacaq. Hazırda, ABŞda bir yaşınadәk olan
uşaqlar әhalinin azlıq tәşkil edәn hissәsidir. 1980ci ildәn etibarәn yaşlı pensionerlәrin sayı 1,300%
olmuşdur. MIT hesab edir ki, havanın çirklәndirilmәsi Birlәşmiş Ştatlarda ildә tәxminәn 200,000 erkәn
ölüm hallına sәbәb olur. ABŞda әhalinin 2%dәn az hissәsi dünya әrzaq ixracının әn böyük hissәsini
tәmin edir, tәxminәn 47 milyon amerikalı isә әrzağa görә talon alıcılarıdır. ABŞda insanların üçdә iki
hissәsi artıq çәkiyә malikdir vә ya piylәnmәdәn әziyyәt çәkir vә 8.3%i isә şәkәr xәstәsidir. Orta hesabla,
hәr bir amerikalı hәr il 253 funt әrzaq istehlak edir. “İstifadә edilmәdәn atılan” әrzaq miqdarının
azaldılması әhaliresurs balansını dәyişә bilәr. Biotexnologiya, nanotexnologiya vә fәrdi genom tәbabәti
sahәsindә uğurlar tibbi tәcrübәyә yenicә tәsir göstәrmәyә başlamışdır; buna görә dә, ömür uzunluğunun
2550 ildәn sonra son dәrәcә inkişafı qaçılmaz haldır. Şimali Amerika fermerlәri fermerliyi iqlim
dәyişikliyinә vә eksterimal hava şәraitinә qarşı daha davamlı etmәyin vә qlobal istilәşmәyin Kanadada
buğda ixracını necә artıra bilәcәyi yollarını arayırlar. Vankuver, Toronto vә Kalqari kimi Kanada
şәhәrlәri reytinq üzrә yaşamaq üçün dünyanın әn әlverişli beş şәhәri sırasında yer alırlar.
4. DEMOKRATİYANIN YAYILMASI
Sәrhәdlәri vә ideoloji fәrqliliklәri aşan vә fundamental insan hüquqlarının ümumi dәyәrlәrinә әsaslanan
çoxtәrәflilik vә tәrәfdarlığın artırılması daha demokratik qlobal idarәetmә vә siyasi strukturun
yaranmasının әsasını yaradır. Demokratiyaya doğru uzunmüddәtli meyliliyin güclü olmasına baxmayaraq,
son bir neçә il әrzindә mәtbuat azadlığı azalmaqdadır. Bununla yanaşı, dayanaqlı qlobal demokratik
sistemlәrdә insan hüquqları uğrunda özüözlüyündә tәşkil olunan hәrәkatlar bütün dünyada baş verir.
Әsas sәbәbdәn mütlәqiyyәt, siyasi repressiya, iqtisadi sistem, hakimiyyәtdәn suiistifadә vә ya çörәyin
qiymәtindәn asılı olaraq daha qlobal düşüncәyә malik, publikaya işlәmәyi bacaran müqәddәrat
müdafiәçilәri küçәlәrә çıxır vә İnternetdә görünmәmiş qüvvә nümayiş etdirirlәr. Onların fәal vә cәsarәtli
olmaları bütün dünyada başqalarını ruhlandıraraq kütlәvi informasiya vasitәlәrinin vә İnternetin
kömәkliyi ilә geniş vüsәt alır.
Bununla yanaşı, әgәr bu hәrәkatlar hazırkı fәsildә göstәrilәn Qlobal Problemlәrdәn (su, mütәşәkkil
cinayәtkarlıq, energetika, maliyyә qeyribәrabәrliyi, әrzaq) bir neçәsini hәll etmәk üçün yeni, daha
sәmәrәli sistemlәr kimi formalaşmasalar, sonda onlar tәnәzzülә uğraya, demokratik nailiyyәtlәrini itirә vә
hәtta dünyanın bir çox regionlarında anarxiyaya çevrilә bilәrlәr. Bundan әlavә, sabit duruma malik
demokratiyalar da yaddan çıxarmamalıdırlar ki, demokratiya da paslana, yaxud da mәhv ola bilәr,
xüsusilә dә, dövlәt qurumlarının vә özәl şirkәtlәrin xahişi ilә ümumilikdә әhaliyә vә siyasi nümayişçilәrә
nәzarәtin güclәndirilmәsi әsas insan hüquqlarına riayәt edilmәsini sübhә altına alır. İcra
sәlahiyyәtlәrindәn suiistifadә edilmәsi, cәzasızlıq vә lobbilәşmә gücünün gündәngünә artması bütün
dünyada vәtәndaşların seçilmiş hökumәtә olan etibarını azaldır. Dünya әhalisinin aşağı tәbәqәsindәn olan
insanlar kimi yalnız 85 insan onların qayğılarına haqq qazandırıldığını, siyasi tәsisat vә hökumәt
orqanlarının bitәrәfliyinin aradan qaldırıldığını vә iqtisadi elitanın maraqlarının әksәr insanların
mәnafeyinә xidmәt etdiyini hesab edirlәr. demokratiyanın plutokratiyaya çevrilmәsinin qarşısını almaq
üçün mәlumatlı ictimaiyyәt, müstәqil mәhkәmә sistemi vә azad mәtbuat mövcuddurmu? Bәzilәri belә
hesab edirlәr ki, ictimaisiyasi hәlli yollarının әvәzinә bәzi lobbi şirkәtlәrin maliyyә gücünün artması ilә
әlaqәdar demokratiyanın getdikcә daha çox monetokratiyaya çevrilmәsi tәhlükәsi artır. Bu gün, $3+
trilyon illik gәlirә malik mütәşәkkil cinayәtkarlıq nә qәdәr hökumәt qәrarlarını satın alır? Dünya Bankı
hesab edir ki, bütün mәnbәlәrdәn daxil olan vәsaitin $1 trilyondan $1,6 trilyona qәdәri rüşvәt şәklindә
ödәnilir. Demokratiyanın әnәnәvi formaları bu tәhlükәlәrә qarşı dura bilәrmi, yaxud artan qlobal
vicdanlılıq vә yeni kommunikasiya vasitәlәri daha inkişaf etmiş demokratik idarәetmә formalarını yarada
bilәrmi?
Bütün dünyada demokratiyanın qәbul edilmәsi vә reallaşmasının fәrqli olmasına baxmayaraq, bir qayda
olaraq belә hesab edilir ki, demokratiya mәsuliyyәtli vәtәndaşlar vә siyasi prosesdә iştiraka sövq edәn vә
әsas hüquqlara zәmanәt verәn hәssas hökumәt arasında münasibәtdir. Әksәr insanlara fayda gәtirәn qanun
vә tәsisatlar, fәrdi hüquqların tәminatı hesabatlılığın tәmin edilmәsi üçün güclü vәtәndaş cәmiyyәtinin
qarantıdır vә mütәşәkkil cinayәtkarlıq, korrupsiya, kütlәvi informasiya vasitәlәri üzәrindә mülkiyyәt
hüququ, korporativ inhisarlıq, lobbiçiliyin artması vә cәzasızlığa qarşı mübarizәdә hәlledici әhәmiyyәtә
malikdir.
Freedom House tәşkilatının fikrincә, dünyanın siyasi vә vәtәndaşlıq azadlıqları 2013cü ildә sәkkiz il
ardıcıl şәkildә pislәşmiş vә 54 ölkәdә aşağı düşmüş, 40 ölkәdә isә yaxşılaşma müşahidә edilmişdir. 2014
cü il tarixli hesabatda qeyd edilir ki, siyasi, mәhkәmә, iqtisadi, tәhlükәsizlik, mülki cәmiyyәtdә vә kütlәvi
informasiya vasitәlәrindә “müasir avtoritarizm” aktivlәşmiş, siyasi plüralizm isә aşağı düşmüşdür.
Demokratik dәyәrlәrdәn yararlanan insanların payı 88 ölkәdә yaşayan әhalinin 40%nә enmişdir (2012ci
ildә 90 “azad” ölkәdә yaşayanların 43%); 59 “qismәn azad” ölkәnin әhalisinin 25%ni vә “qeyriazad”
statusa malik 48 ölkәnin әhalisinin isә 35%ni (tәxminәn 2.47 mlrd. insan) tәşkil etmişdir. Seçim
demokratiyanın sayı 122 ölkәyәdәk artmışdır. Bununla belә, nümayәndә demokratiyanın vә sәsvermә
sistemlәrinin aktuallığı şübhә altına alınır vә İnternet dövrünün sürәtinә ayaqlaşmalıdır. 2014cü ildә
keçirilәcәk 40dan yuxarı milli seçki kampaniyası dünyanın 42% әhalisini әhatә edir. Bu, insanların
elektorat demokratiyaya olan inamının artmasının barometri olacaqdır. EIUnin Demokratiya İndeksinә
görә 2012ci ildә yalnız 25 ölkә (dünya әhalisinin 11%ni әhatә edәn) “tam demokratik” kimi tәsnif
edilәcәk, 37 ölkә “hibrid rejimli”, 51 ölkә isә “avtoritar rejimli” (әksәr hissәsi Çindә olmaqla, tәxminәn
2,6 milyard insan) hesab edilәcәk.
Freedom House hәmçinin belә bir qәnaәtә gәlmişdir ki, son bir neçә il әrzindә Mәtbuat Azadlığı hәm
avtoritar, hәm dә demokratik rejimlәrdә aşağı düşmüşdür. 2012ci ilin qiymәtlәndirmәlәrinә görә, 63
ölkәdә yaşayan dünya әhalisinin yalnız 14%i nisbәtәn “pulsuz” kütlәvi informasiya vasitәlәrindәn
istifadә edir, 70 ölkәdә yaşayan әhalinin 43% “qeyriazad” mühitdә yaşayır. Sәrhәdsiz Reportyorlar
tәşkilatı tәrәfindәn 2014cü il üçün azad kütlәvi informasiya vasitәlәri göstәricisi dә bütün dünyada
informasiya azadlığı vә mәlumatlı olmaq azadlığı göstәricisinin aşağı düşdüyünü qeyd edir. Regional
qiymәtlәndirmә (0100 şkalası üzrә 0 – tam azadlığın verilmәsi, 100 – ümumiyyәtlә azadlığın olmaması)
Avropa üçün 17,6, Amerika üçün 30,3, Afrika üçün 35.6, AsiyaSakit okean hövzәsi üçün 42,2, Şәrqi
Avropa vә Mәrkәzi Asiya üçün 45,5, elәcә dә Yaxın Şәrq vә Şimali Afrika regionu üçün 48,7 balı
göstәrir. Jurnalistlәrin Müdafiәsi Komitәsi mәlumat verir ki, 1992ci ildәn bәri 1040 jurnalist qәtlә
yetirilmiş vә bu cinayәt halının 614ü cәzasız qalmışdır. 2013cü ildә 100 qәtlә yetirilmiş jurnalistdәn
tәxminәn 70i tәsdiq edilmiş motivlәr üzrә qәtlә yetirilmiş, onlardan 4 nәfәri KİV işçisi olmuş, 25 nәfәr
isә tәsdiq edilmәmiş motiv üzrә qәtlә yetirilmişdir. BMTnin 2012ci ildә qәbul edilmiş Jurnalistlәrin
Tәhlükәsizliyinin Tәmin edilmәsi üzrә Tәdbirlәr Planı BMTnin müxtәlif tәsisatlarının vә vәtәndaş
cәmiyyәti qruplarının milli vә qlobal sәviyyәlәrdә çalışan jurnalistlәrin tәhlükәsizliyinә yardım etmәk
üçün fәaliyyәtin 100 istiqamәtini tәsvir edir.
İqtisadi qeyrisabitlik sәbәbindәn mürәkkәblәşәn demoqrafik irәlilәyiş vә tәkmillәşәn tәhsil daha qlobal
demokratik sistemә olan tәlәbatı artırır. Bir az, yaxud da heç müdafiә olunmayan qaçqınların sayı
artmaqdadır vә çox vaxt insanlar demokratik prinsiplәr naminә öz hәyatlarını risk altına qoyurlar. 2013
cü il Qlobal Kölәlik İndeksi hesab edir ki, bütün dünyada 29.8 milyon . insan müasir kölәlik şәraitindә
yaşayır vә MӘTnin qiymәtlәndirmәsinә görә tәxminәn 21 milyon . insan mәcburi әmәyin qurbanına
çevrilmişdir. Müәyyәn әlillik formasına malik Yer kürәsi әhalisinin tәxminәn 15%i әvvәlki kimi fiziki,
sosial, iqtisadi vә davranış sәddi ilә üzlәşir.
Köhnә ideoloji, siyasi, etnik vә milli irslәr nәzәrdәn keçirilmәli vә beynәlxalq qanunlar qazanılan
hüquqların müdafiәsini vә demokratiyaya gedәn uzunmüddәtli istiqamәti müәyyәn etmәlidir. Yeni
demokratiyalar vәtәndaşların etibarını qazanmaq, sosial münaqişәni minimuma endirmәk vә barışıq
prosesini lәngitmәmәk üçün әvvәllәr mövcud olmuş hakimiyyәtdәn suiistifadә hallarının nәticәlәrindәn
dәrs almalıdırlar. Bir az, yaxud da heç müdafiә olunmayan qaçqınların sayı artmaqdadır vә demokratik
prinsiplәr naminә öz hәyatını risk altına qoymaq tәlәb olunur.
Qlobal demokratik sistemlәrin inkişafına yardım edәn bәzi faktorlar özlәrinә informasiyaya, daha
demokratik tәsisatlara, diplomatiya bilgisinә, mәlumatlardan birgә istifadәyә, qlobal miqyasda mәcburi
öhdәliklәr tәtbiq edәn beynәlxalq qaydalara, elәcә dә günügündәn sayı vә nüfuzu artan beynәlxalq
qeyrihökumәt tәşkilatlarına çıxışı artıraraq yaxşı tәhsilә malik dünya ictimaiyyәti üçün beynәlxalq
alәmdә qәbul edilmiş standartları daxil edirlәr. Romanın Beynәlxalq Cinayәt Mәhkәmәsi Statutu 122
iştirakçı dövlәtә vә 139 imzalamaq hüququ olan dövlәtә malikdir vә hesabatlılığı artırmaq vә cәzasızlıq
hallarını azaltmaq üçün beynәlxalq potensialı günügündәn güclәndirir. Dünyanın 50 ölkәsindә Pirat
Partiyalar kimi yeni partiyalar (Tunis Әrәb Baharından sonra yaranan partiyalar daxil olmaqla) birbaşa
demokratiyaya vә hökumәtdә iştiraka, mülki hüquqlara, şәffaflığa vә azad bilik vә informasiya
mübadilәsinә dәstәk olurlar.
Daha çox iştirakçı demokratiyanın mövcudluğu elektron hökumәtdәn bizhökumәtә yüksәlә bilәr. enәsil
daha sәrhәdsizdir vә yeni dünyalar açmaq niyyәtindәdir. Bütün dünyada aparılan imza toplantısı sadәcә
milli mәhkәmә sistemlәrinә arxalanmır, ictimaiyyәtin iştirakı ilә hökumәt mәmurlarının vә iri tәşkilatların
qәrar qәbul etmәlәrinә vә hesabatlılıqlarına tәsir göstәrmәyә başlayır. Xәbәrlәr müstәqil şәkildә yayılır vә
ya tәsdiq edilir. Bәzilәri söylәyirlәr ki, İnternetә çıxış cәmiyyәtin mәlumatlandırılması, fikir vә toplantı
azadlığı üçün bir vasitә kimi insan hüquqlarının bir hissәsi (kitabxanalar kimi) olmalıdır. BMTnin
“Rәqәmsal Әsrdә Özәl Hәyatın Toxunulmazlığı Hüququ” haqqında 2013cü il dekabr tarixli qәtnamәsi
bütün ölkәlәri elektron müşahidә, rәqәmsal ünsiyyәtin güclәndirilmәsi vә anket mәlumatlarının
toplanması kimi “demokratik cәmiyyәtin fundamental prinsiplәrini” pozan fәaliyyәtlәrin aradan
qaldırılması üçün tәbdirlәr görmәyә çağırır.
Tәhsilli vә düzgün mәlumatlı ictimaiyyәtin demokratiya üçün zәruri faktor olduğundan; dezinformasiya,
kiber savaş, siyasi baxımdan әsaslandırılmış hökumәt nәzarәti vә senzurası, müxbirlәrin özünüsenzurası
vә İnternet vә digәr media üzәrindәn maraq qrupu nәzarәtinin necә qarşısının alınmasını vә buna qarşı
necә mübarizә aparılmasını öyrәnmәk vacibdir. Dini etiqada görә ayrıseçkilik qanunları, elәcә dә ateist
vә dini olmayan qruplara qarşı qanunlar lәğv edilmәlidir.
Demokratik cәrәyanlar bir – biri ilә mübarizә aparmadığı vә humanitar böhranların demokratik rejimlәrә
nisbәtәn avtoritar rejimlәr altında daha uyğun olduğu halda genişlәnәn demokratiya gәlәcәk üçün sülhün
vә әdalәtin yaradılmasında kömәk edәcәk. Belә ki, uğursuz dövlәtlәrә vә ya dövlәtlәr daxilindәki
bölgәlәrә yardım etmәk üçün beynәlxalq prosedurlara vә öz vәtәndaşlarına vә ya digәrlәrinә dövlәtin
müәyyәn tәhlükә yaratdığı zaman müdafiә strategiyalarının tәşkilinә ehtiyac duyulur.
Yerlәrdә demokratiyaya qarşı tәhlükәlәrә yönәlmiş strategiyaların mövcud olması, dünya әhalisinin 10%
dәn azının qeyridemokratik ölkәlәrdә yaşaması, İnternet vә media azadlığının qorunmasının beynәlxalq
miqyasda tәmin edilmәsi, , hüquqmühafizә orqanlarının siyasi vә ya digәr müdaxilәlәr olmadan fәaliyyәt
göstәrmәlәri vә bir çox demokratik seçkilәrdә sәs verәn nümayәndәlәrin sayının 60% keçmәsi halında 4
cü Çağırışa ciddi şәkildә müraciәt olunacaq.
Dostları ilə paylaş: |