Regional Mülahizәlәr
Afrika: Afrikanın inkişaf etmiş ölkәlәrin bazarlarından asılılığı kәskin şәkildә azalmaqdadır. Çin
Afrikanın uzunmüddәtli planlaşdırma fәaliyyәtlәrindә önәmli yer tutur; bu, Afrika ölkәlәri üçün
böyüklüyünә görә ikinci ixrac istiqamәti olacaqdır. Planlaşdırma üzrә Cәnubi Afrika Milli Komissiyası
2011ci ilin noyabr ayında Zuma Prezidentinә uzunmüddәtli Milli İnkişaf Planını tәqdim etmişdir vә
sözügedәn plan müzakirә edilmәsi üçün geniş ictimaiyyәtә açıqdır. Foresightfordevelopment.org Afrika
futurologiyasını dәstәklәmәk üçün tәdqiqat sәnәdlәrini, layihәlәri, ssenarilәri, insanları vә bloqları tәqdim
edir. Bir çox Afrika ölkәlәrinin gündәlik idarә edilmәsi gәlәcәk qlobal perspektivlәri çәtinlәşdirir;
bununla da, Afrika İttifaqı vә Afrika İnkişaf Bankı kimi bir çox regional tәşkilatlar Afrikada işlәyәn
futuroloqlar tәsiri bağışlayırlar vә onlar BMTnin İnkişaf Proqramının / Afrika Futuroloqlarının 10 illik iş
tәcrübәsinә әsaslanmalıdırlar. Vәtәndaş cәmiyyәti futurologiya sahәsindә böyük maraqlı tәrәfә
çevrilmәkdәdir.
Qlobal Afrika Diasporasının Birinci Sammiti 2012ci ilin may ayında Cәnubi Afrikada baş tutmuş vә
Afrika diasporundakı peşәkarları qitәyә kömәk etmәk üçün geri qayıtmağa çağırmışdır. Beyin axınının
qarşısı alınmasa, Afrika diasporası İnternet telemillәt sistemi vasitәsilә inkişaf proseslәrinә qoşulmalı
olacaq. Afrikada infrastrukturun parçalanmasının qarşısını almaqdan ötür bir neçә ambisioz strateji plan
mövcuddur; mәsәlәn, 20102015ci illәr üzrә Afrika infrastrukturunun AUNEPAD Fәaliyyәt Planı,
Layihәnin Hazırlanması İnfrastrukturu vә PanAfrika İnfrastrukturunun İnkişaf Fondu. Şimali Afrikada
baş vermiş inqilablar qәrar qәbul edilmәsindә şәffaflıq prinsipinә әmәl edilәcәyini, ictimaiyyәtin daha
yaxşı mәlumatlı olmaları üçün mәtbuat azadlığının artırılacağını vәd etmişlәr. Tayfayönümlü Afrika
üçün belә bir sual açıq olaraq qalır: daha obyektiv vә az korrupsiyaya uğramış siyasi vә iqtisadi qәrarlar
qәbul edәn zaman genişlәnmiş ailәlәrin mәdәni üstünlüklәrini necә qoruyub saxlamaq mümkün
olacaqdır? Afrikanın vәtәndaş cәmiyyәtinin inkişafı mәtbuat azadlığına, hökumәtin hesabatlılığına vә
şәffaflığına xarici tәzyiq tәlәb edә bilәr. Elektron hökumәt sisteminin yaradılması, şәffaflığın artırılması
vә qәrarların qәbul edilmәsi üçün Microsoft bu sahәdә әmәkdaşlıq edir.
Asiya vә Okeaniya: CәnubŞәrqi Asiya Dövlәtlәri Assosiasiyası vә Afrika İnkişaf Bankı regionda
uzunmüddәtli qәrarların qәbul edilmәsinin yaxşılaşdırılmasına kömәk etmәk üçün әsas vasitә ola bilәrlәr.
Çinin Beşillik Planı uzunmüddәtli tәfәkkürә dәstәk olur, belә ki, o başqalarına nisbәtәn bir qayda olaraq
uzunmüddәtli qәrarlar qәbul edir vә Hindistanın artan qüdrәti daha qlobal, uzunmüddәtli qәrarların qәbul
edilmәsinә gәtirib çıxarmalıdır, çünki bu iki xalq dünyanın yerdә qalan xalqları ilә qarşılıqlı fәaliyyәt
göstәrir. Yaponiya özünün uzunmüddәtli strateji planlama proqramına özәl sektoru da daxil etmişdir.
Ümumilikdә, qәbul edilәn qәrarlar bir qayda olaraq әsas diqqәtini Asiya cәmiyyәtlәrindә şәxsiyyәtin
rifahına deyil, ailәnin rifahına yönәldir. Fәrdilәşdirici İnternet bu fәlsәfәni dәyişdirә bilәrmi? Asiya
mәnәviyyatının daha xәtvarı, fasilәsiz vә fәrdi olan qәrb sistemlәri ilә kollektiv mәdәniyyәti yeni
qәrarların qәbul edilmәsinә yardımçı ola bilәr. Sinqapur nazirlәr kabineti dәftәrxanası qeyrirәsmi dövlәt
futurologiya strategiyası üzrә beynәlxalq şәbәkә işlәyib hazırlayır. İsrail elmi / texnoloji inqilab
hazırlamaq üçün strateji proqram planlaşdırır.
Avropa: Avronun dünyada uzunmüddәtli tәtbiq edilmәsindәn daha çox, Avro ilә bağlı böhran Avropanın
diqqәtini özünә cәlb etmişdir; buna baxmayaraq, AB üzvlәrin uzaqgörәnliyini yaxşılaşdırmaq üçün
Hökumәt Uzaqgörәnlik Tәşkilatı Şәbәkәsi (GFN) yaratmışdır. Bir sıra faktorlar avropalıları maliyyә vә
iqtisadi böhranları, Asiya vә Afrikadan miqrasiya axını proqnozunu, Çinin qüdrәtlәnmәsini vә qocalan
әhali üçün sosial vә tibbi xidmәtlәrә görә ayrılan ictimai maliyyә vәsaitlәrini nәzәrә almaqla qlobal
uzunmüddәtli perspektivlәr qәbul etmәyә mәcbur edir. AB vә onun üzvdövlәtlәri arasında vә etnik
qruplar arasında gәrginlik qәrarların qәbul edilmәsini çәtinlәşdirir. Dayanaqlı sosial bazar tәsәrrüfatı üzrә
EU2020 Strategiyası inkişaf vә iş yerlәrinin yaradılmasına dair Lissabon Strategiyasına әsaslanır. ABnin
regionlar üzrә komitәsi vә әrazinin inkişafı vә mütәşәkkilliyinә nәzarәt üzrә Avropa şәbәkәsi
uzaqgörәnlik tәdqiqatlarını dәstәklәyir. Avropanın Texnologiyaların Parlament Qiymәtlәndirmәsi
qәrarların qәbul edilmәsi prosesinә futurologiyanı tәtbiq edәn 18 Avropa parlamentinin şәbәkәsi vә
mәlumat bazasıdır. ABnin 7ci Çәrçivә Proqramı uzaqgörәnliyin dәstәklәnmәsi kampaniyasını
genişlәndirir; Perspektiv Texnoloji Tәdqiqatlar İnstitutu ABdә qәrarların qәbul edilmәsi üçün futuroloji
tәdqiqatları tәmin edir; Avropanın Uzaqgörәnlik Platforması futuroloqları bir araya gәtirir; iknow layihәsi
zәif siqnalları vә universal simvolları qeydә alır; vә Avropanın Regional Uzaqgörәnlik Kolleji isә
futuroloji tәhsili tәkmillәşdirir.
Niderland Konstitusiyası torpaqdan istifadәnin 50illik horizont planlaşdırılmasını tәlәb edir. Rusiya
nazirliklәri Delphi vә uzaqgörәnlik ssenarilәrindәn istifadә edirlәr, bu zaman korporasiyalar isә bir qayda
olaraq yol xәritәsi texnologiyalarından istifadә edirlәr. Polşa 2050 uzunmüddәtli tәhlil üçün kәmiyyәt
yanaşmasından daha çox keyfiyyәt yanaşmasını tövsiyә edir. Hökumәtlәrin Uzaqgörәnlik Tәşkilatları
Şәbәkәlәrinin yeni görüşü, Avropa Komissiyasının Birlәşmiş Tәdqiqatlar Mәrkәzi başda olmaqla, 2013
cü ilin sonunda Brüsseldә baş tutacaq. Avropa çoxlu sayda müqavilәlәr vә bürokratik qaydalar
sәbәbindәn “hesabatların tәqdim edilmәsi yorğunluğu” yaşayır. Rusiya nanotexnoloji tәdqiqatlara maraqlı
olan tәrәflәr arasında vә Rusiya parlamentindәki bir neçә Şura, Komissiya, hökumәt vә Rusiya Elmlәr
Akademiyası arasında әlaqәlәndirmәni güclәndirmәklә qәrar qәbul edilmәsi siyasәtini tәkmillәşdirir. Bu,
sektorlararası vә sahәlәrarası nanotexnologiyanın inkişafına dәstәk rolu oynamışdır.
Latın Amerikası: Amerikaarası Dialoq sәnәdli şәkildә aşağıdakı regionlarda futuroloji tәdqiqatlara
marağın artdığını tәsdiq etmişdir (bax: Latın Amerikası nә üçün Gәlәcәk haqda Fikirlәşmәlidir):
Braziliya 2022, Vision Nacional 2030 (Meksika), Meksika 2042, Çili 2025, Surfeando Hacia el Futuro:
Chile en el Horizonte 2025, Latinoamérica 2030 (Latın Amerikası Qovşaqları üzrә Minilliyin Layihәsi),
America Latina 2040 (CAF), Plan Peru 2021, Vision Colombia 2019, Estrategia Nacional 2010/2025
(Ekvador), Estrategia Nacional de Desarrollo 2030 (Dominikan Respublikası, Un Viaje de
Transformación Hacia un País Mejor, 2030 (Dominikan Respublikası) vә Estrategia Nacional de
Desarrollo 2030 (Dominikan Respublikası).
Meksika prezidenti siyasi münaqişәlәri azaltmaq üçün qanunvericiliyi qәbul etmәzdәn qabaq әsas
uzunmüddәtli islahatlar üzrә siyasi partiyaların “Meksika Paktına” razılıq vermәlәrinә nail oldu. Çilinin
qanunvericilik orqanları 2011ci ilin dekabr ayında futurologiyaya dair ictimai televiziya forumu
keçirtdilәr. ECLACın elmi tәdqiqatı vә UNIDOnun texnoloji uzaqgörәnlik hazırlığı gәlәcәk qәrarların
qәbul edilmәsi; bu cür beynәlxalq tәşkilatlarda iştirak etmәk vә regionda uzunmüddәtli qlobal dialoqları
yaxşılaşdırmaq üçün tәkmillәşdirilә bilәr. Meksika, Peru, Çili vә Kolumbiya iqtisadi inkişaf sahәsindә
әmәkdaşlıq etmәk üçün Sakit Okean Latın Amerikası Alyansı yaratdılar. Uzunmüddәtli inkişafın
alternativ strategiyaları Amerika üzrә Boliviya Alyansı, Cәnubi Amerika Millәtlәri İttifaqı vә Latın
Amerikası vә Karib hövzәsi ölkәlәri üzrә Cәmiyyәt tәrәfindәn yaradılır. Bәzi ölkәlәrdә sosial siyasәtә
tәrәf meyllilik gәlәcәk tәfәkkürün alternativ variantlarına rәvac verir. Uzaqgörәnlik yanaşmalarına әsasәn
elmi dairәlәr vә kütlәvi informasiya vasitәlәri laqeyd yanaşırlar, onları әsas diqqәtlәrini ideologiya üzrә
tәcili vә ziddiyyәtli mәsәlәlәrә, yerinә yetirilmәmiş әsas tәlәbatlara, qeyribәrabәrliyә vә xidmәtlәr
monopoliyanı tәtbiq edәn iri iqtisadi qruplara yönәldirlәr. Venesuela futuroloji tәfәkkürә malik tәlәblәr
üçün mükafat tәtbiq edir vә Meksika isә qlobal problemlәrin hәlli üçün irәli sürdüklәri ideyalara görә
tәlәbәlәrә Minilliyin mükafatını tәltif etmәyә başlamışdır. Latın Amerikasında orta yaş hәddi 24
olduğundan, o, gәlәcәk nәslin ideyalarının sosial şәbәkә vә tәtbiqetmәlәrin kömәkliyi ilә hәyata
keçmәsindә әsas rol oynayan region hesab edilir.
Siyasi münaqişәlәri azaltmaq üçün Meksika hökumәti qanunvericiliyi qәbul etmәzdәn qabaq әsas
uzunmüddәtli islahatlar üzrә siyasi partiyaların “Meksika Paktına” razılıq vermәlәrinә nail oldu. Çili
regionun digәr ölkәlәrinә nümunә ola bilәcәk elektron hökumәt sahәsindә pionerdir. Elektron hökumәtin
mövcudluğu, şәffaflığın artırılması, korrupsiyanın azaldılması vә qәrar qәbul edilmәsi proseslәrinin
tәkmillәşdirilmәsi üçün yalnız 20% zәnginin İnternetdәn istifadә etmәsi kifayәt deyildir. Әhalinin 80%i
qeyrisәmәrәli xidmәtdәn, İnternetә çәtin çıxışdan, mәhdud iş saatından vә qeyrişәffaf proseslәrdәn
әziyyәt çәkir. Regionda qәrarlar qәbul edilmәsi üçün hökumәtin institusional strukturu, idarәetmәsi vә
mәlumatları zәifdir. Latın Amerikası siyasi tәfәkkür baxımından vәtәndaşların iştirakını vә dövlәt
tәhsilini yaxşılaşdırmalıdır.
Şimali Amerika: ABŞın Ağ Evi şәffaflığın artırılması üçün Açıq Hökumәt Tәrәfdaşlığına dair ikinci
hesabatını dәrc etmişdir. “Vaxtından qabaq İdarәetmә” hesabatı Ağ evdә uzaqgörәnliyin necә
yaradılmasını izah edir: özәl şәxslәrin vә uzaqgörәnliyә malik tәşkilatların xәritәlәrinin işlәnib
hazırlanması vә ondan Ağ evdә virtual tәşkilatın yaradılmasında istifadә edilmәsi (ABŞ) vә siyasi prosesә
düzgün daxil olmaq üçün Lanjevab Bloku (Kanada). Uzaqgörәnlik tәfәkkürü hesabatlılığın standart
tәlәblәrinә әlavә edilmәlidir. Uğurlu qlobal uzunmüddәtli tәdbirlәrin nümunәlәrini (bax: qәrarların qәbul
edilmәsi prosesindә uzaqgörәnlik tәdqiqatlarının uğurla hәyata keçirilmәsi üçün zәruri olan faktorlar)
uzaqgörәnlik tәfәkkürünün bahalı olduğu hallarda dәstәklәnmәsi lazımdır. Qәrarların qәbul edilmәsindә
qlobal perspektivlәr müxtәlif idarәlәr vә xalqlar arasında artan çәtinliklәrin hәll edilmәsindә vә qlobal
dәyişikliklәrin sürtәlәnmәsindә normaya çevrilmiş әbәdi әmәkdaşlıqdan yaranır. Qlobal ilkin
perspektivlәr әvvәlkitәk bir çox yerli hakimiyyәt orqanlarının iqlim dәyişikliyi siyasәtlәrindә yer alırlar.
1997ci ildә IBMnin Deep Blue kompüteri şahmat üzrә dünya çempionatının qalibi oldu; 2011ci ildә
isә IBMdәn Watson sistemi bilik televiktorinası şousunun çempionu oldu. Daha nә? Kollektiv idrak üçün
mobil telefonlarda tәtbiqetmәlәrmi? İnternetdәki bloqlar vә özünütәşkil edәn qruplar bu cür mәsәlәyә
uyğun әn aşağı sәviyyәdә qәrarlar qәbul etmәklә Şimali Amerikada qәrar qәbul edәn defakto şәxslәrә
çevrilirlәr. Amerika korporasiyalarının tәxminәn 20% meyarların, variantların seçilmәsindә, yaxud da
biznesdә mövcud olan problemlәrin hәllindә alternativ mövqelәrdәn istifadә edilmәsindә vә onlardan hәr
birinin tәdqiqatlar tәrәfindәn dәstәklәnib vә ya dәstәklәnmәmәsinә әmin olunmasında yardım sistemindәn
istifadә edir. Intellipedia qәrarların qәbul edilmәsinin tәkmillәşdirilmәsi üçün açıq mәnbәlәrlә tәmin edir.
Regionun elektronhökumәtdәn tutmuş telebiznesәdәk kompüter vasitәsilә qәrar qәbul edilmәsindәn
asılılığı 6cı vә 12ci Çağırışlarda göstәrildiyi kimi mütәşәkkil cinayәtkarlıq, korrupsiya vә kiber
terrorizmin hәssas sahәlәrdәn manipulyasiya etmәlәrinә zәmin yaradır.
6.İNFORMASİYAVӘ KOMMUNİKASİYA TEXNOLOGİYALАRI
İnformasiya vә kommunikasiya texnologiyalarının mәcmusu hәr kәs üçün
necә işlәmәlidir?
Sivilizasiyanın qlobal әsәb sisteminin tәmin edilmәsi vә IBMin Watson sistemindә, buludlu Amazon
hesablamalarında vә habelә Googleın Loon layihәsindә әldә olunan nailiyyәtlәri Facebook şәbәkәsi vә
digәr İnternet şәbәkәlәri ilә geniş kütlәyә çatdırmaq uğrunda mübarizә gedir. İnsan beynini inkişaf
etdirmәk üçün AB, ABŞ vә Çindә layihәlәr hәyata keçirilir, bu da hesablama vә kommunikasiyaları
tәkmillәşdirmәk üçün yeni ideyalar әldә edilmәsinә imkan yaradacaq.
Bәşәriyyәtin tәxminәn 40%i İnternetdәn istifadә edir, mobil әlaqә, ITU vә çoxlu sayda aparat
qurğularından istifadә edәn 6.7 milyard abunәçi böyük multinetwork real vaxtında ünsiyyәt yaradır vә
insan fәaliyyәtinin bütün sahәlәrini әhatә edirlәr. Mәntiqlә güman etmәk olar ki, dünyanın әksәr insanları
öz vaxtlarının çox hissәsini bu vә ya digәr formada texnoloji reallığa sәrf edirlәr. Sivilizasiyanın yeni
formaları bütün dünyada bu cür ağıl, informasiya vә texnologiya konvergensiyası çәrçivәsindәn çıxmağa
başlayırlar.
Mobil telefonlar artıq kompüter, GPS, telefon, habelә videokamera vә proyektor, zәngli saat, elmi
әmәkdaş, musiqi pleyeri, fәnәr, qәzet, tәrcümәçi vә televizoru bir araya gәtirәrәk personal elektron
peyklәrә çevrilmişlәr. Telefonlar üçün onlayn maqazinlәrdә göstәrilәn milyondan artıq tәtbiqetmә
mövcuddur.
Kompüter vә smartfonların mәblәği aşağı düşdüyündәn, onların gücü vә istifadә sadәliyi artmaqdadır,
hәtta ayrıayrı vә az inkişaf etmiş regionlar belә bu yeni qloballaşma prosesindә iştirak edirlәr. Birgә
sistemlәr, sosial şәbәkәlәr vә kollektiv idraklar yeni transmilli demokratiya formalarına, problem vә
imkanların müzakirәsinә çevrilirlәr. Bu, qlobal tәkmillәşdirmә üçün әnәnәvi metodlar әlavә etmәklә
görünmәmiş beynәlxalq vicdanlılıq vә fәaliyyәt hissi yaradır. Yeni sistemlәr iyerarxik idarәetmә zamanı
artan daha mürәkkәb tapşırıqların hәll üçün işlәyib hazırlanırlar. Açıq çıxış koduna malik proqram
tәminatı vә İnternet modeli gәlәcәk iqtisadi sistemdә mühüm elementә çevrilә bilәrlәr. İnternetin gücü
müәssisәlәrә adi reallıqla rәqabәt aparan interaktiv vә vizual kibermәkanlarda tәdris kursları keçmәyә,
satışı hәyata keçirmәyә vә görüşlәr aparmağa imkan yaradır.
2013cü ildә hәr il 40% artan 2,1 milyard mobil genişzolaqlı abunә xidmәti yerinә yetirilmişdir. 2013cü
ildә inkişaf edәn ölkәlәrdә 1.16 milyard genişzolaqlı mobil әlaqә vә inkişaf etmiş ölkәlәrdә isә 940
milyon әlaqә qeydә alınmışdır. Ericsson 2017ci ildә dünya әhalisinin 85%nin yüksәk sürtәli mobil
İnternetlә tәmin edilәcәyini proqnozlaşdırır; hazırda, tәxminәn 4,5 milyard istifadәçi mobil telefonlardan
isitfadә edir; vә gözlәnildiyi kimi 2014cü ildә 7,3 milyard mobil әlaqә qurğusu aktiv istifadәdә olacaq.
Bir hesabatda deyilir ki, mobil telefon istifadәçilәrinin 77% İnternetә çıxışı yalnız mobil qurğu vasitәsilә
yerinә yetirir, internettrafikin 28%i isә mobil qurğularla aparılır. Tәәssüf ki, smartfonların
çoxfunksiyalı olmaları dünya iqtisadiyyatına ildә konsentrasiya vә fasilәlәrin olmaması sәbәbindәn
milyardlarla vәsait vә itirilmiş mәhsuldarlıq hesabına başa gәlә bilәr.
Sonrakı “böyük fәaliyyәtlәrdәn” biri adi idarәetmә hüdudlarından kәnar problemlәri hәll edәcәk vә
imkanlarla tәmin edәcәk yeni tәşkilati formaların yaradılması üçün problemlәr, müәssisәlәr vә ölkәlәr
üzrә kollektiv idrakın tәmin edilmәsidir. Kollektiv idraka bizim insanlar, proqram tәminatı (habelә
mürәkkәb analiz vasitәlәri) vә ayrılıqda fәaliyyәt göstәrәn elementlәrlә müqayisәdә daha yaxşı qәrarlar
qәbul etmәk üçün daima әldә edilәn informasiyalar (habelә bankların “böyük mәlumatları”) arasında
qarışlıqlı әlaqәni tәmin etmәk yolu ilә yaratdığımız daima inkişaf edәn potensial kimi baxıla bilәr.
Smartfona malik milyardlarla insan, mәlumatlara çıxış vә ümumi platforma vә dillәr unikal qlobal
potensial yaradır. Bu imkan sizin haqqınızda hәr şeyi bilәn (Google tәrәfindәn hazırda işlәnib hazırlanır)
şәxsi yardımçı süni beyinlә, vә ABŞ, AB, Çin vә Yaponiyada insan beyni layihәlәrinin nәticәlәrindә
gözlәnilәn gәlәcәk tәtbqietmәlәrlә artırıla bilәr.
Real vaxt әlaqәsi rejimi vәziyyәt haqda mәlumatlı olmaqdan tutmuş qәrar qәbul edilmәsi müddәtinәdәk
dövrü әhatә edәn vaxtı qısaldır. Burada vәziyyәtin öyrәnilmәsi vә qәrar çıxarılması tәcrübәsinin itirilmә
tәhlükәsi mövcud ola bilәr, vә bunu diqqәtin qısa konsentrasiyası vә demәk olar ki, jurnalistikanın
araşdırma fәaliyyәtinin itirilmәsi sübut edir. Axtarış sistemlәri vә Vikipediya dünyada yığılmış “bütün”
biliklәrә ani çıxışı tәmin edirlәr. Google vә Vikipediya “Bilmirәm” sözünü köhnәlmiş hesab edirlәr.
Google İnternetdә çap edilmiş әsas sözlәrin axtarılmasından daha çox, tәsvir haqda mәlumat verir. Buna
baxmayaraq, Vikipediya dünya ensiklopediyasına çevrilib (4.4 milyon mәqalә, 287 dil), vә o hәlә dә,
sәhifәlәrindә rast gәlinәn dezinformasiya kampaniyasına qarşı mübarizә aparmalı olur. Web 2.0dan
Web 3.0a keçilmәsi vә daha irәli gedilmәsi ilә Web hazırkı durumunda daha da inkişaf edir vә
istifadәçilәrin kömәkliyi ilә vә daha intellektual tәrәfdaşların iştirakı ilә mәlumatları “anlamağa” vә
“onlar üzәrindә mülahizә yürütmәyә” başlayır.
Hibrid yanaşmalardan vә texnologiyalardan istifadә edilmәsi, riyaziyyatdan (daha konkret şәkildә statistik
tәhlil), alimlәrin tәrәfindәn ilk dәfә işlәnib hazırlanmış AI (Artificial Intelligence) (daha konkret,
semantik texnologiyadan) vә hazırda IBMdәn Jeopardybeating Watson kompüterindәn, yaxud Apple
dan Siri şәxsi yardımçı kimi ağıllı “qurğulardan” istifadә etmәklә sistem bizә horizontda nә olduğu vә
“qurğuların” insan idrakını necә artıra bilәcәklәri haqda anlayış verir. Bu istiqamәtdә yeni addım kimi
18 milyard informasiyaya, 570 milyon proqram dili elementlәrinә malik Google’ Knowledge Graphı
göstәrmәk olar. İstifadәçi ilә problemin necә hәll edilmәsi barәdә tәbii dildә danışmaq üçün әlavәlәr
işlәnib hazırlanmaqdadır. Kütlәvi modellәşdirmә astrofizika vә tәdrisin mürәkkәb sistemlәrinin idarә
edilmәsi sahәsindә elmi nәzәriyyәlәrin sınaqdan çıxarılmasıdır. Dünyәvi dillәri arasında bölünmә әvvәlki
tәk tam qlobal qarşılıqlı әlaqә üçün maneә olaraq qalır (45% vebsayt ingilis dilindә mövcud deyil);
mövcud insan + maşın tәrcümәsi getdikcә daha da tәkmillәşdirilir.
Bununla belә, İnternet trafikin әsasәn dә video axını sәbәbindәn bu cür geniş vüsәt alması yeni
yanaşmaların tәlәbatla eyni sәviyyәdә olmalarını tәlәb edәrәk şәbәkәni yüklәmiş, lakin bununla yanaşı
İnternetin hәr yerdә mövcud olması üçün onun ictimaiyyәtin etibarını qazanması son dәrәcә zәruri hal
almışdır. İnsanlar vә müәssisәlәr öz mәlumat vә proqram tәminatlarını şәxsi kompüterlәrinә deyil, uzaq
mәsafәdә yerlәşәn Netqoşulma serverlәrinә etibar edirlәr vә bununla da mәxfilik vә etibarlılıq
mәsuliyyәtini artırırlar. Amazon mәlumatların işlәnmәsi mәrkәzindә baş verәn nasazlıq sәbәbindәn
milyonlarla onlayn istifadәçisinin mәlumatları açıqlanmışdır. Vebsaytlardan istifadә edilmәsindә
tәhlükәsizlik vә mәxfilik әn böyük aspektlәrә çevrilmişlәr; çoxmilyonlu dollar cәrimәlәri mәlumatları
etibarlı şәkildә qorumayan şәxslәrә qarşı tәtbiq edilmişdir. İKTdә dәyişikliklәrin sürәtlәndirilmәsindә
hüquqi çәtinliklәr yeni yurisprudensiya tәlәb edir. Hәr hәftә bütün dünyada işçilәrin korporativ şәbәkәlәrә
qoşulan kompüterlәrdә informasiya hüquqlarından tutmuş proqram tәminatı üzәrindә mülkiyyәt hüququ,
patent vә kopiraytinqә qәdәr onlarla yeni qanunlar, normativ aktlar vә qәrarlar işlәnib hazırlanır.
Hәqiqәtdә isә, yaxşı iş görmәk üçün müxtәlif texnologiyaların tәtbiqindәn başqa, indiyәdәk bütün
dünyada identifikasiyanı müәyyәn edәnәdәk parolun dәyişdirilmәsi üçün siyasәt vә ya yanaşma qәbul
edilmәmişdir. Hökumәtlәr tәhlükәli informasiyalarla necә mübarizә aparmaq ( vә “ziyanlı” olduğunu
necә müәyyәn etmәk) üzәrindә çalışırlar. Şәbәkә mәkanında böyük sәylә tәnzimlәmә debatları aparılır vә
şәbәkә istifadәçilәri üçün texniki vә iqtisadi faktorlara avadanlıq düşüncәlәri, istifadәçi növü (mәsәlәn,
ikinci dәrәcәli kommunikasiya provayderi) vә ya informasiyanın mәzmunu tәsir göstәrmәmәlidir.
Beynәlxalq Elektrik Rabitә İttifaqı dövlәtin Edvard Snoudenin AMT ilә bağlı dünya ictimaiyyәtinin
diqqәtinә çatdırdığı rabitәnin tәnzimlәnmәsindәki lazımi rolu barәdә razılığa gәlmәmişdir.
Bәşәriyyәt, süni mühit vә hәr tәrәfdә mövcud olan kompüterlәşdirmә insanın fәrdi xeyriyyәçiliyindәn
tutmuş mütәşәkkil cinayәtkarlığa qәdә bütün davranış spektrini әks etdirәn idrak vә texnikada fasilәsizlik
yaradır. “Fiziki obyektlәr İnterneti” dedikdә 2020ci ilә İnternetә mobil telefonların kömәkliyi ilә evin
qızdırılmasından tutmuş, damcı suvarmasının idarә edilmәsi vә zavodların robotlaşdırılmasınadәk 7580
milyard elementin qoşulmasını nәzәrdә tutur. 3Dprinter sadә şahmat fiqurlarından tutmuş sonda bәdәn
hissәlәrinәdәk şәxsi xüsusiyyәtlәrin tam yeni alәmi haqda vә tәәssüf ki, silah hazırlanması haqda
mәlumat verir. Elә dә bahalı olmayan kompüterlәr assimetrik kiber müharibәdә hakimiyyәtin әlindә alәt
kimi bahalı silahları әvәz edir. Kibermәkan rәqabәt aparan işgüzar dairәlәr, ideoloji rәqiblәr, hökumәtlәr
vә ekstremistlәr arasında dezinformasiya üçün yeni vasitәdir vә kiber cinayәtkarlar vә hüquqmühafizә
orqanları arasında döyüş rolunu oynayır. Qiymәtlәndirmәlәrә görә, bütün dünyada kibercinayәtlәrin tam
spektri ildә $1 trilyona başa gәlәcәk. Fundamental tәhlil insanların informasiyalara mәntiqli şәkildә etibar
etmәlәrinin tәmin edilmәsi üçün lazımdır. Biz kibermәkanda informasiyaların bütün formalarına
inamsızlığa gәtirib çıxarda bilәcәk informasiya müharibәlәrinin gәlәcәk formalarına qarşı mübarizә
aparmaq yollarını öyrәnmәliyik. Bununla belә, insanlar arasında fikir ayrılığının azaldılmasına xidmәt
edәn İKTnin әhәmiyyәti tәnәzzülә uğramaqdadır.
Avtomatlaşdırmanın daha tәkmillәşmiş proqram tәminatı vә robot texnikası ilә görünmәmiş sürtәli
inkişafı gәlәcәkdә mәşğulluq üçün ciddi tәhlükә yaradır (bax: Qlobal Çağırış 7). Bütün dünyada bazar
axtaran vә iş yerlәri olmayan bir insanmüәssisә kimi yeni modellәr daha zәruri olacaq (bax:
iqtisadiyyatın növbәti inkişaf mәrhәlәsinә yönәldilmiş Qlobal Mәlumatlandırma Sistemlәri).
Dünyanın etibarlı distant tәhsil vә telequrğular olmadan hamıya xidmәt göstәrmәsini tәsvir etmәk
çәtindir. Simsiz qoşulmalara malik İnternet bazalar ucqar kәndlәrdә quraşdırılır; İnternetә çıxışı olan
mobil telefonlar tәhsil vә biznes mәqsәdilә әn az gәlirә malik qruplar üçün nәzәrdә tutulmuş; vә
innovasiya proqramları 2 milyard yoxsul insanın inkişaf edәn qlobal sivilizasiya sisteminә qoşulması
üçün yaradılır. Datçiklәr vә hücrәli şәbәkәlәr şәhәrlәri daha ağıllı, diaqnoz qoymağı bacaran vә
problemlәri aradan qaldıran şәhәrlәrә çevirir. İnternetә çıxışla tәmin edilәn onlayn tәhsildәn vә virtual
reallıq mühitindәn hazırda fәal şәkildә fәaliyyәtin bütün sahәlәrindә istifadә edilir.
Mobil telefon kәnd hәyatını inkişaf edәn bir alәmә çevirir. 2.4 milyondan yuxarı uşaq vә müәllim OLPC
yә (“hәr uşağa notbuk”) malikdir, elektron kitab “Kindl” dünya әdәbiyyatını Afrika mәktәblәrinә gәtirir;
Amerikaarası İnkişaf Bankı müәyyәn etmişdir ki, 2012ci ildә Peru uşaqları OLPCdәn istifadә etmәklә
15 ay әrzindә bu proqramdan istifadә etmәyәn uşaqlarla müqayisәdә tәxminәn beş aylıq idraki inkişaf
әldә etmişlәr. Udacity, kütlәvi şәkildә açıq onlayn kursların sürәtlәndirilmәsi (MMOC) CS101 (Kompüter
Elmlәrinә Giriş) üzrә tәhsil alan 300,000 tәlәbәni әhatә etmiş, digәr tәchizatçıCoursera isә 1.5 milyon
tәlәbәni әhatә etmişdir.
Facebook vә Twitter kimi sosial şәbәkәlәr müasir cәmiyyәtin әsas komponentlәridir vә yüz milyonlarla
üzvünü yeni növ “şәxsi” münasibәtlәrlә bağlayır vә siyasi tәfәkkürü vә “Әrәb Baharı” kimi xalq
hakimiyyәtinin inkişafını stimullaşdırır. Onlar hәmçinin kommersiya şirkәtlәrinin müştәrilәrlә әlaqә
qurmalarında әla KİV rolunu oynayırlar. Dünyanın әksәr ölkәlәrindә hәr hansı sәviyyәdә mövcud olan e
hökumәt sistemlәri vәtәndaşlara dövlәt informasiyalarını әldә etmәyә, әks әlaqәni tәmin etmәyә vә çox
da vaxt sәrf etmәdәn zәruri әmәliyyatları aparmağa vә ola bilsin ki, vasitәçilәri әlә almağa imkan yaradır.
Teletәbabәtin imkanları bütün qitәlәrdә fәaliyyәt göstәrәn hәkim vә pasiyentlәri bir araya gәtirir.
Hesablayıcı biologiya, hesablayıcı kimya vә hesablayıcı fizika bütün dünyada elmi kәşflәri vә bilik
mübadilәsini sürәtlәndirir, lakin bir çox hökumәtlәr narazılıqların qarşısını almaq vә ya dini inancları
qorumaq baxımından İnternetә çıxışa vә onun mәzmununa nәzarәti güclәndirmişlәr.
Universal genişzolaqlı çıxış İnternetdәn asanlıqla istifadә edilmәsi, inkişaf edәn ölkәlәrin
mütәxәssislәrinin qoşulmaları, Tәhsil vә ticarәt әnәnәlәrinin tәkmillәşdirilmәsi vә ehökumәt vә digәr
inkişaf formalarının daha әlçatan olması üçün inkişaf etmәkdә olan ölkәlәr üçün milli prioritet olmalıdır.
Çağırış 6 internetә çıxış vә әsas distant tәhsil pulsuz olduqda vә hәr yerdә istifadәlәri mümkün olduqda vә
baza teletәbabәt hәr yerdә adi hala çevrildikdә, ciddi şәkildә nәzәrdәn keçirilәcәk.
Dostları ilə paylaş: |