Sәhiyyәnin maliyyәlәşdirilmәsi: Sәhiyyәnin maliyyәlәşdirilmәsi hazırda $28 milyarda çatmaq üçün
1990cı ildәn bәri 500% artmışdır. İnkişaf, habelә sәhiyyә üçün yeni vәdlәr verilmiş vә bunun nәticәsindә
2015ci ilә vә bundan sonrakı illәrdә ildә $80 milyard vәsait әlavә olunacaq. Bununla belә, son 20 ildә
sәhiyyә vә tibbi xidmәtlәr sahәsindә nәzәrәçarpan yaxşılaşmalar lәng iqtisadi artım vә dövlәt
büdcәlәrindә mövcud olan kәsirlәr sәbәbindәn tәhlükәli sәviyyәyә azala bilәr. Bu problemi hәll etmәk
üçün Vaksinlәr vә İmmunlaşdırma üzrә Qlobal Alyans İmmunlaşdırmanın Beynәlxalq Maliyyәlәşdirmә
Mexanizmini yaratmışdır. Bu fond fond birjasında vaksin istiqrazları buraxmaq üçün donor tәşkilatlarının
uzunmüddәtli yatırımlarından istifadә edir. O 2006ci ildәn bәri 370 milyondan artıq uşağı peyvәnd etmiş
vә 5,5 milyondan artıq hәyatı xilas etmiş Alyansın 47,2% proqramlarını maliyyәlәşdirmiş investorlardan
$4,5 milyard toplamışdır. Bu fond Standard and Poor’s şirkәtinin AA+ reytinqinә malikdir. Bundan әlavә,
Avropa Birliyinin Horizon 2020 proqramı ABdә biotibbi tәdqiqatlar üçün €8 milyardlıq büdcәni idarә
edәcәk. Hazırda, cari vә arzu edilәn qlobal sәhiyyә statusu arasında fәrqi aradan qaldırmaq üçün әn vacib
parametr sәhiyyәnin davam edәn vә istiqamәtlәndirilәn qlobal maliyyәlәşdirilmәsidir.
2011ci ildә inkişaf edәn ölkәlәrdә körpәlәrin 83%nin bir dozaya görә 20 sentlik adekvat DTG peyvәndi
(difteriya, tetanus vә göyöskürәk) almalarına baxmayaraq, dünyada 22 milyon körpә hәr il
immunlaşdırılmamış qalır.
İnfeksion xәstәlәr: İnfeksion xәstәliklәrdәn ümumi ölüm hallarının faizi 1998ci ildә 25%dәn 2010cu
ildә 16%ә enmişdir, baxmayaraq ki, bu dövrdә antibiotiklәrә qarşı davamlılıq halları da yaranmışdır.
İnfeksion xәstәliklәr beş yaşınadәk uşaqların ölüm sәbәblәrinin 67%ni tәşkil edir (pnevmoniya, diarreya,
malyariya vә qızılca).
Yoxsulluq, urbanizasiya, sәyahәt, immiqrasiya, ticarәt, heyvanların yaşadıqları әraziyә artam müdaxilә vә
heyvandarlıq mәhsullarının sürәli istehsalı, infeksion orqanizmlәrin hәmişә olduğundan qısa zaman
әrzindә daha çox insana keçmәsi yeni pandemiyalar yarada bilәr. Yer kürәsi әhalisinin tәxminәn yarısı
bir neçә endemik xәstәliklәrlә birbaşa tәmasdadırlar. Orta hesabla, nisbәtәn yeni infeksion xәstәlik son 40
il әrzindә hәr il aşkar edilir. Vәba, çikunqun, sarı qızdırma, denge, meningit, hemorra titrәtmә vә difteriya
kimi köhnә xәstәliklәr yenidәn baş qaldırır. Son altı ildә 1,100dәn artıq epidemiya tәsdiq edilmişdir.
Yeni patogen mikroorqanizmlәrin tәxminәn 75%i zoonoz mikroorqanizmlәrdir (onlar digәr növlәrdәn
insana keçirlәr) vә getdikcә, daha da arta bilәrlәr. Yeni qiymәtlәndirmәyә görә, ayrılıqda mәmәli
heyvanlarda 320,000 virus mövcuddur vә onların әksәriyyәti hәlә aşkar edilmәmişdir. Alimlәr söylәyirlәr
ki, vәhşi tәbiәtdә gizlәnә bilәcәk patogen mikroorqanizmlәr üzrә mәlumatların toplanması onların
insanlara keçmәsindәn qabaq mütәxәssislәrә gәlәcәk alovlanmanı aşkar etmәkdә vә qarşısını almaqda
kömәk edә bilәr. Heyvanların virus xәstәliklәrinin erkәn tәdqiqatı epidemiyaların insanlara keçmәsinin
qarşısını almaqdan ötrü Afrika, Çin vә Cәnubi Asiyada aparılır.
Vәrәm: Hazırkı bir çox insan әvvәlki illәrә nisbәtәn daha çox vәrәm xәstәliyinә tutulmuşdur,
baxmayaraq ki, onun miqyası 2006cı ildәn aşağı düşmüş vә DOTSnin müalicәsi 85% uğurla müalicә
olunur. 2011ci ildә 1.4 milyon insan vәrәm xәstәliyindәn vәfat etmiş vә 8.7 milyon insan vәrәm
virusunun daşıyıcısı olmuşdur. Vәrәmin cari ekspresssınaqları vә hәssaslığın potensial yoxlanması
әhәmiyyәtә malik ola bilәr. Vәrәm Әleyhinә Peyvәnd (BSJ) vaksinasiyası bütün hallarda tövsiyә
olunmur; vәrәmin profilaktikası üçün 11 yeni vaksin işlәnib hazırlanma mәrhәlәsini keçir.
ÜSTnin qiymәtlәndirmәsinә görә, 2012ci ildә 450,000 insan dәrman preparatlarına qarşı davamlı olan
daha tәhlükәli vәrәm xәstәliyinә tutulmuşdur (MDRTB); vә bunun da nәticәsindә, 170,000 ölüm halı
qeydә alınmışdır. MDRTB diaqnozlu insanların sayı 2011ci vә 2012ci illәrdә iki dәfә artmış vә bütün
dünyada 94,000nә çatmışdır; bu xәstәlik demәk olar ki, bütün ölkәlәrdә mövcuddur. Bununla belә,
MDRTB 2012ci ildә dörd insandan birindә aşkar edilmişdir. 2012ci ilin sonunda 92 ölkәdә heç olmasa,
dәrman preparatına qarşı davamlı vәrәm xәstәliyinin 1 halına tәsadüf edilmişdir. Orta hesabla, MDRTB
xәstәliyinin 9,6%i dәrman preparatlarına qarşı geniş davamlılıq xüsusiyyәtinә malik olur. Yeni
Minilliyin Astanasında İnkişaf Mәqsәdinin 2015ci ilә vәrәm epidemiyasının dayandırılması vә
kökündәn mәhv edilmәsi tәlәbinә nail olunacaq.
Unudulmuş tropik xәstәliklәr: Әlavә olaraq 2 milyard insan 1990cı ildәn yaxşılaşdırılmış içmәli suya
çıxış әldә etmişdir, lakin hazırda, 11% vә ya 768 milyon insan әvvәlkitәk bu cür tәhlükәsiz çıxışa malik
deyil. İnkişaf etmәkdә olan ölkәlәrin yarıdan çoxu çirkli su vә pis sanitar şәraitlәrlә bağlı xәstәliklәrdәn
әziyyәt çәkirlәr. Diarreya ildә 2 milyon ölüm halına sәbәb olur vә bu, adәtәn beş yaşınadәk uşaqlar
arasında müşahidә olunur. ÜSTnin qiymәtlәndirmәlәrinә görә 2,7 milyard insan 2015ci ildә әsas sanitar
xidmәtlәrә çıxışa malik deyil. 17 unudulmuş tropik xәstәlik, parazit vә bakterial infeksiya mövcuddur ki,
onlar dünyada yoxsul әhali arasında әn geniş yayılmış xәstәliklәrdir, mәsәlәn şistosomoz, denge
titrәtmәsi vә onxoserkoz. Onlar öz qurbanlarını kor edir, әmәk qabiliyyәtlәrini itirmәlәrinә gәtirib
çıxardır, onları çirkinlәşdirir vә yoxsulluq vә xәstәliyә düçar edir. Yoxsul rayonlarda әhali sıxlığının
artması vә sanitariya sahәsindә lәng inkişaf bu xәstәliklәrin aktiv olmasına gәtirib çıxarır.
ÜST mәlumat verir ki, 2010cu ildә 711 milyon insan müalicә almış vә onların dörddә biri unudulmuş
tropik xәstәliklәrdәn müalicә olunmuşlar (limfatik filyariatoz, onxoserkoz, şistosomoz vә torpaqdan
keçәn qelmentozlar). ÜST, son beş il әrzindә 235 milyon insanın şistosomoz (bilqarsiya) xәstәliyindәn
müalicә olunacaqlarını proqnozlaşdırır, bәzi müşahidәçilәr isә onun aradan qaldırılacağını söylәyirlәr.
Drakunkulez halları 2011ci ilin yanvar sentyabr ayları arasında 1,006 haldan 2012ci ilin hәmin dövrü
üzrә 521 hala düşmüşdür. Hazırkı dövrdә hәr iki xәstәlik aradan qaldırılmışdır. ÜST 2020ci ilә
frambezanı aradan qaldırmağı planlaşdırır. Qızılcadan ölüm halları 2000ci vә 2011ci illәr arası 71%
azalmışdır.
İİV/QİÇS:
Tәxminәn 36 milyon insan QİÇSnin qurbanı olmuşdur. Bu xәstәliyә yoluxmuş insanlar
müalicәyә başlamağa imkan tapmamış yeni İİV infeksiyaları yaranır; lakin, antiretrovirus terapiyanın
(ART) yaranması vә “test vә müalicәsinin” yayılması QİÇS epidemiyasının inkişaf trayektoriyasını
dәyişmişdir. Bu zaman müxtәlif bahalı olmayan testlәrdәn (bir neçә sent dәyәrindә) istifadә edilir,
barmaqdan qan vә ağız boşluğundan yaxma götürülür vә 120 dәqiqәdәn sonra nәticәsi mәlum ola bilir.
ART virus yükünü o sәviyyәyә azaldır ki, onu aşkar etmәk mümkün olmur vә müalicә onun başqasına
ötürülmәsinin mümkünsüz edir. Tәxminәn 60% İİV daşıyıcıları öz İİV durumları haqda mәlumatlı
olmurlar. Aşağı gәlirә malik ölkәlәrdә bir insana lazım olan antoretrovirus preparatlarının mәblәği ildә
$137 tәşkil edir vә bәzi yerlәrdә isә pulsuz paylanılır. 700,000 QİÇS xәstәsi kombinә edilmiş
antiretrovirus terapiyasının kömәkliyi ilә ölüm mәngәnәsindәn xilas ola bilmişlәr. 2012ci ildә demәk
olar ki, 10 milyon insan ART almışdır. BMTnin İİV/QİÇS üzrә Birlәşmiş Proqramının
qiymәtlәndirmәlәrinә görә 35,3 (32.2 – 38.8) milyon insan 2012ci ildә İİC daşıyıcısı olmuşlar. Bu rәqәm
әvvәlki illәrlә müqayisәdә artmış, çünki getdikcә daha çox insan ART almaqdadır vә bu da, İİVnin
QİÇSyә keçmәsinin qarşısını alır. Son 12 il әrzindә yeni İİV infeksiyaya tutulma hallarının sayı 33%dәn
artıq azalmışdır. 26 ölkәdә İİV xәstәliyi 50%dәn artıq azalmış, lakin infeksiyanın yayılma sürәti
әvvәlkitәk Şәrqi Avropada, Yaxın Şәrqdә vә Şimali Afrikada artmaqdadır. QİÇS ilә bağlı xәstәliklәr
2005ci ildәki 2,3 milyondan 2012ci ilә 1,6 milyona azalmış, lakin tәәssüf ki, HVTN505 vaksini
uğursuzluğa uğramış vә hazırda sınaqlar davam etdirilir; bununla belә, әksәr insanlar hesab edirlәr ki,
QİÇS pandemiyasının dayanaqlı şәkildә aradan qaldırılması üçün vaksinin tәmin edilmәsi vacibdir.
Truvada (gündәlik antiretrovirus hәblәri) İİV infeksiyasına yoluxma riskini azaltmaq üçün ABŞda qәbul
edilmiş ilk preparatdır. ABŞın Әrzaq Mәhsulları vә Dәrman Preparatları üzrә Ofisi bu dәrman
preparatının istifadәsini 16 iyul 2012ci il tarixdә tәsdiq etmişdir. Qeteroseksual, homoseksual vә
infeksiyalı narkotik vasitәlәr qәbul edәn şәxslәrdә İİV ilә kontaktda olmazdan әvvәl qabaqlayıcı tәdbir
kimi kliniki sınaqlar aparılmışdır. Onun istifadәsini davam etdirmәk üçün sınaq tәlәblәrinә riayәt edilmiş,
nәticәlәr kifayәt qәdәr yaxşı olmuşdur. Truvada yeni preparat olaraq qalır, buna görә dә o, ART preparatı
ilә müqayisәdә az tәsirә malikdir.
Böyük viruslara hücum etmәk üçün bir neçә kiçik virus aşkar edilmiş vә bununla da, xәstәliyin yeni
sağalma marşrutu müәyyәn edilmişdir. QİÇS xәstәliyi dәrmanları barәdә ilk hesabatlar kәnara
qoyulmuşdur, çünki immun sistemi artan bir yeni doğulmuş körpәdәn başqa, digәr xәstәlәrin T
hüceyrәlәrindә iri vә qabaqcadan görünmәyәn latent İİV virusları qalmaqda davam etmişdir, lakin
tәdqiqatlar davam edir vә uğurlu olduqları zaman, bu xәstәlәri ömür boyu ART preparatını qәbul
etmәkdәn xilas etmәk mümkün olacaqdır.
Malyariya: CәnubŞәrqi Asiyada artemizinin dәrman preparatına qarşı davamlı olan malyariyanın aşkar
edilmәsinә baxmayaraq, malyariyadan ölüm halı ÜSTnin mәlumatlarına görә 2000ci ildәn 25% vә
Afrika regionunda 33% azalmışdır. Bundan әlavә, uşaqlar arasında malyariya xәstәliyindәn ölüm halı
2000ci ildәn 51% aşağı düşmüşdür. 2010cu ildә 219 milyon yoluxma qeydә alınmış vә bunlardan
660,000 insan vәfat etmişdir. Qeydt Fondu tәrәfindәn $2 milyardlıq yardım kimi 100 milyon davamlı
ağcaqanad әleyhinә torlar paylanmışdır. Malyariyaya qarşı vaksinin ilk klinik sınağı uğurlu olmuşdur.
Poliomielit: Yalnız üç ölkә (Әfqanıstan, Nigeriya vә Pakistan) 1988ci ildә 125dәn artıq ölkәlәrlә
müqayisәdә 2013cü ildә әvvәlkitәk poliomilit üzrә endemik ölkәlәr olaraq qalırlar. Poliomielitin lәğv
edilmәsi üzrә göstәrilәn sәylәr nәticәsindә 2012ci ildә nәzәrәçarpan irәlilәyişin әldә edilmәsinә
baxmayaraq, 2013cü ildә Somalidә (170), Keniyada (14) vә Cәnubi Sudanda (3) yeni alovlanma
müşahidә edilmişdir vә Suriya vә İsraildә son hadisәlәri nәzәrә almasaq, bunların ümumi sayı 285
olmuşdur (2012ci illә (223) müqayisәdә). 2018ci ilәdәk poliomielitin kökündәn lәğv edilmәsi
kampaniyası 1 milyard uşağı peyvәndlә tәmin etmәk üçün $5,5 milyard hәcmindә (әlavә olaraq $1,5
milyard lazım olacaq) maliyyә öhdәliyinә malikdir. Narahatlıq doğuran mәsәlә, 2012ci ildә irimiqyaslı
nailiyyәtlәrә nail olunması vә bu uğurları qoruyub saxlamaq vә poliomielitdәn azad ölkәlәrin bu
infeksiyaya yoluxmamaları üçün bütün poliovirusların ötürülmәsinin qarşısını almaq üçün az imkanlara
malik olunmasından ibarәtdir.
Xroniki xәstәliklәr: Dünya qocalmağa doğru getdiyindәn vә daha çox oturaq iş vә xroniki xәstәliklәr
ürәk xәstәliyinә vә insulta yol açdığından, bu cür xәstәliklәr Subsahara Afrikası istisna olmaqla, ölüm
hallarının vә әlilliyinin әsas sәbәblәri kimi infeksion xәstәliklәri nәzәrәçarpan dәrәcәdә ötüb keçiblәr.
Yaşa görә ölüm halı vә әllilik sәviyyәsi bir çox xәstәliklәr üzrә azalmış, lakin şәkәr diabeti, Alsqeymer
xәstәliyi vә xroniki böyrәk xәstәliyi istisna tәşkil edir. Әsas “risk faktorlarının” qarşısını almaq mümkün
deyil: yüksәk qan tәzyiqi, siqaret çәkilmәsi, spirtli içki qәbulu, havanın çirklәnmәsi vә düzgün
qidalanmama. Ürәkdamar xәstәliklәri qeyriinfeksion xәstәliklәrdәn yaranan әksәr ölüm hallarının әsas
sәbәbidir, ildә 17,3 milyon insan bu xәstәlikdәn vәfat edir, sonra isә xәrçәng xәstәliyi (7.6 milyon), nәfәs
yolları xәstәliklәri (4,2 milyon) vә diabet (1.3 milyon).
Bioterrorizm: Bioterrorizmlә mübarizә aparmaq mәqsәdilә biosensorların tәkmillәşdirilmәsi üzrә elmi
işlәmәlәr artırılmış vә ümumi vaksinlәr istәnilәn ölüm infeksiyalarının qarşısını almaqdan ötrü immun
sistemi stimullaşdırır. Bu cür vaksinlәr bütün dünyada yanğınsöndürәnlәr kimi potensial şәkildә tәmin
edilә bilәrlәr. Gәlәcәyin qeyrimüntәzәm sintetik bioloji laboratoriyalarından yeni problemlәr yarana
bilәr. Biologiya sahәsindә tәhlükәsizlik mәsәlәlәri üzrә daha artıq mәlumat әldә etmәk üçün Qlobal
Çağırış 10a baxın.
Strategiya: Endemik xәstәliklәrin hәlli üçün әn yaxşı üsul: erkәn aşkaredilmә, dәqiq diaqnoz, operativ
tәcridetmә, şәffaf informasiya vә kommunikasiya infrastrukturu, tәmiz işmәli suya sәrmayә yatırımının
artırılması, sanitariya vә әllәrin yuyulması, elәcә dә mövcud tibbi texnologiyalardan (preparatlar, cihazlar,
bioloji mәhsullar, tibbi vә cәrrahiyә prosedurları, yardımçı sistem vә tәşkilati sistemlәr) istifadә etmәklә
optimallaşdırmadır. ÜSTnin elektron sәhiyyә sistemi, smarttelefon texnologiyası, Beynәlxalq tibbi
prosedurlar, immunlaşdırma proqramı vә Qlobal Mәlumatlandırma vә Әks Tәdbirlәr Sistemi bu qlobal
problemә aidiyyәti olan digәr elementlәrdir. ÜSTnin Qlobal Sәhiyyә Observatoriyası vә Xәstәliklәrin
Qlobal Yükü layihәsi çox vaxt siyasәt vә prioritetlәrin müәyyәn edilmәsindә aydın informasiya ilә tәmin
edirlәr.
2015ci ildә Minilliyin İnkişaf Proqramının müddәti bitdikdәn sonra, yeni mәqsәdlәrin müәyyәn edilmәsi
vә ya yeni mәqsәdlәrin әlavә edilmәsi üçün nә planlaşdırılır? BMTninn Baş Assambleyasının tibbi
sığortaya dair 2012ci il dekabr tarixli qәtnamәsindә Vahid Sәhiyyә Sisteminin (VSS) post2015 Yeni
Minilliyin Astanasında İnkişaf Mәqsәdlәri çәrçivәsindә qlobal sәhiyyә mәqsәdlәri üçün nә qәdәr
әhәmiyyәtli mәsәlә olduğunu qeyd edir. Qәtnamә üzvdövlәtlәri risklәrin birlәşdirilmәsi mexanizmlәrini
tәqdim edәn vә hәyata keçirәn zaman әhәmiyyәtli birbaşa ödәnişlәrә, tibbisanitar yardım vә yoxsulluqla
bağlı hәdsiz dәrәcәdә xәrclәrә yol vermәyәn sәhiyyә sistemini hazırlamağa çağırmışdır. Bundan әlavә,
ÜSTnin 2013cü il tarixli, Ümumdünya Sәhiyyәsinin V әziyyәtinә dair Mәruzәsindә deyilir ki, elmi
tәdqiqatlar gedişatında tәqdim edilәn sübutlar olmadan BMTnin Tәsnifatına nail olmaq mümkün deyil.
ÜSTnin Avropa üzrә Regional Ofisi 2020 Sağlamlıq sәnәdini (sәhiyyә sahәsindә yeni strateji siyasәt) vә
Avropanın Fәaliyyәt Planını dәrc etmişdir. Hәr iki sәnәd 53 üzvdövlәt tәrәfindәn qәbul edilmiş vә üzv
dövlәtlәrin sәhiyyә sahәsindә inkişafını tәmin etmәk vә onların mәsuliyyәtә cәlb edilmәsi üçün üSTyә
mandat verilmişdir. Ölkәlәr arasında geniş mәşvәrәt vә müzakirәlәr aparmaqla 2020ci ilә sәhiyyәnin üç
әsas mәqsәdi irәli sürülmüşdür, daha dәqiq deyilәrsә, bunlar xәstәlik vә risk faktorları yükünün
azaldılması, sağlamlıq vә rifahın yaxşılaşdırılması, elәcә dә sәhiyyәnin idarә edilmәsi vә sistemlәrinin
tәkmillәşdirilmәsi. Bu ümumi strateji mәqsәdlәrә nail olmaq üçün üST 2020 Sağlamlıq regional
mәqsәdlәrini işlәyib hazırlamışdır.
Ölkәlәrarası vә ölkәdaxili cüzi fәrqlә orta ömür uzunluğu artan vә 75 yaşına çatan zaman, yerlәrdә
xәstәliklәrin qlobal şәkildә aşkar, müşahidә edilmәsi vә terapiyası tәmin edilәn zaman vә yeni xәstәliklәr
üçün vaxtında vaksin vә dәrmanlar işlәnib hazırlanan zaman Çağırış 8 ciddi şәkildә nәzәrә alınacaq.
Regional Mülahizәlәr
Afrika: dünyanın 12% әhalisini tәşkil edәn Afrikada dünyada mövcud olan xәstәliklәrin 25%nә, 3%
sәhiyyә işçisinә malikdir vә sәhiyyәyә 1% vәsait sәrf edir. Subsahara Afrikasının 22 ölkәsindә ARTdәn
istifadә sayәsindә İİV xәstәliyi ümumilikdә 26% azalmışdır, buna baxmayaraq 2012ci ildә sözügedәn
xәstәlik әvvәlkitәk әksәr insanları әhatә etmişdir.
Demәk olar ki, yetkin yaşda olan Afrikalıların 20dәn 1i İİV daşıyıcısıdır (4,9%) vә onlar bütün
dünyada İİV ә yoluxmuş insanların 69%ni tәşkil edirlәr. 2011ci ildә tәxminәn 1,1 milyon insanda İİV
müsbәt vәrәm xәstәliyi aşkar edilmişdir, onların 79%i Afrikada yaşayır. 2012ci ilin sonunda ART
pasiyentlәrinin faizi 64% ә yüksәlmiş, ötәn il 1,3 milyon insan da onlara әlavә edilmiş vә Botsvana,
Namibiya vә Ruandada bu cür insanlar çoxluq (80%dәn yuxarı) tәşkil edirlәr. PEPFAR (ABŞ
hökumәtinin proqramı) mәzunların ölkәni tәrk etmәmәklәri vә Afrikada qalıb işlәmәlәri üçün Subsahara
Afrikasında 105 tibb mәktәbinә maliyyә yardımı edir vә bütün qitәdә tibbi laboratoriyaları
maliyyәlәşdirir. UNICEFin qiymәtlәndirilmәsinә görә, Cәnubi Afrikada 1,6 milyon uşaq, Zimbabvedә
16% uşaq vә Botsvanada 12% uşaq QİÇS xәstәliyi nәticәsindә valideynlәri vәfat etmiş yetim uşaqlardır.
Şimali Malaviyada fәaliyyәt göstәrәn klinikalar pulsuz antiretrovirus preparatlarını tәmin edir vә bu da,
üç il әrzindә böyüklәr arasında QİÇS xәstәliyindәn ölüm hallarını 57% azaltmışdır. AddisAbebe
şәhәrindә pulsuz antiretrovirus preparatlarının tәmin edilmәsi üzrә analoji proqram sayәsindә QİÇS
xәstәliyindәn ölüm halları 40% azalmışdır.
Malyariya xәstәliyindәn tәxminәn 90% ölüm halı Subsahara Afrikasında baş verir. Afrikanın 10
ölkәsindәn 7dә 20 milyondan artıq uşaq peyvәnd olunmayıb. Cәnubi Afrikanı tәrk etmiş tibb bacılarının
sayı orada tәhsil alanların sayından artıqdır. Afrikada 15 milyon sәhiyyә işçisi çatışmazlığı mövcuddur.
Asiya vә Okeaniya: Asiya yeni epidemiyaların alovlanma ocağı olaraq qalır. Çindә 2012ci ilin
әvvәlindә 780,000 İİV / QİÇS xәstәsi olmuş vә bu rәqәmin 2015ci ilә 1,2 milyona çatacağı gözlәnilir.
Yaponiya Asiyada әn çox uzunömürlü insanların yaşadığı ölkә sayılır: qadınlar üçün 86 yaş, kiçilәr üçün
isә 79 yaş (ötәn illә müqayisәdә kişilәr üçün 80 yaş). Digәr Asiya ölkәlәri hәmçinin Sinqapur, Cәnubi
Koreya vә Tayvan 1990cı ildәn sağlam hәyat tәrzi ilә ömür uzunluğuna görә ön sıralarda gedirlәr. NDM
1 geni vә dәrman preparatlarına qarşı dözümlülük üzrә Nyu Delinin su tәchizatı sistemindә aparılmış
tәdqiqat ”potensial dәhşәt” barәdә xәbәrdar etmişdir. NDM1 (NyuDeli metalbetalatzamaza1) bәzi
bakteriyaların ötürdüklәri geni bildirir. Әgәr bakteriya ştammında NDM1 olarsa, o demәk olar ki, bütün
antibiotiklәrә, habelә son instansiya antibiotiklәri kimi tanınan karbapenem antibiotiklәrinә qarşı davamlı
olur. Çin son üç ildә yeni sәhiyyә infrastrukturunun yaradılmasına $127 milyard sәrmayә yatırmışdır.
Çindә vәrәmin yayılması 19902010cu illәrdә 50% azalmışdır. Әgәr Asiya quşçuları bir çox virusların
mәnbәyi olan canlı bazar biznesini buzlanmış mәhsullar bazarı ilә әvәz etmәyә sövq edilsәydilәr, onda
hәr il baş verәn ölüm hallarının vә iqtisadi nәticәlәrin qarşısını almaq mümkün olardı. Çindә hava vә
suyun keyfiyyәtinin aşağı olması sәbәbindәn sağlamlıq vә әtraf mühitә daha çox diqqәt yetirilәcәk
(Pekindә havanın keyfiyyәtinin tәhlükәli sәviyyәdәn üç dәfә çox olduğu haqda sәnәdlәr mövcuddur).
Pakistan özünün ÜDMnin yalnız 2%ni sәhiyyәyә sәrf edir: müqayisә üçün: ABŞ ÜDMin ümumi
hәcminin demәk olar ki, 20%ni sәhiyyәyә sәrf edir.
Avropa: Avropada әhalinin qocalması hökumәtin tibbi xidmәtlәrinә tәsir göstәrmәkdә davam edir, beş
yaşınadәk uşaqlar arasında ölüm halları isә 1990cı ilәdn bәri iki dәfә, ana ölümü isә dörd dәfә
azalmışdır. 2012ci il tarixli Avropada Sәhiyyәnin Durumuna dair Hesabat: ÜSTnin Yaşayış Rifahının
Yaxşılaşdırılması Mәqsәdi: ölkәnin ölüm halları, ölüm sәbәblәri, risk faktoru vә riskli davranış üzrә
statik mәlumatlarını vә 2020ci ilә Avropa üzrә altı sәbәbi tәqdim etmişdir: vaxtından әvvәl ölüm halı,
ömür uzunluğu, sağlamlıqla bağlı әdalәtsizlik, üzvdövlәtlәrin qarşıya qoyduqları milli tapşırıqlar. ÜST
nin Avropa Regional Bürosu (Health 2020) әsas diqqәtini qlobal iqtisadi böhranla bağlı maliyyә
böhranının aradan qaldırılması şәraitinә yönәltmişdir. Xәstәxana daxili infeksiyalar ildә 3 milyon
avropalını xәstәliyә yoluxdurur. Ukrayna Avropada QİÇSin yayılma göstәricisinә görә әn yüksәk
göstәriciyә malikdir, lakin bu göstәrici 2006cı ildәn etibarәn aşağı düşmәkdәdir. Avropada vәrәm
xәstәliyindәn ölüm halı 40 illik azalmadan sonra yenidәn artmaqda davam edir. Prezident Medvedyev
Rusiya mәktәblәrindә vә universitetlәrindә narkotik vasitәlәrin qәbulu ilә bağlı mәcburi testlәrin
keçirilmәsinә qәrar vermişdir.
Latın Amerikası: Region inkişaf edәn regionlar arasında әn yüksәk ömür uzunluğuna vә ÜSTnin
istәnilәn regionundan daha yüksәk tarifli İİV /QİÇS üçün antiretrovirus terapiyasına, elәcә dә dünyada әn
yüksәk sәviyyә olan peyvәndin tәmin edilmәsi sәviyyәsinә malikdir. Haitidә İİVnin yayılma
sәviyyәsinin son 10 ildә 6%dәn 2,2%ә düşmәsinә baxmayaraq, 2010cu ildә baş vermiş zәlzәlә tibb
sistemini müflislәşdirmiş vә yarım milyon vә ola bilsin ki, 250,000 vәba alovlanması halı yaranmışdır,
belә ki, vәba ştammı inkişaf edir, Kuba vә Dominikan Respublikasına yayılır vә endemik ola bilәr.
Tәxminәn 100,000 Haiti sakininin bu il vәbaya qarşı peyvәndlәnәcәyi gözlәnilir. İİV/QİÇS epidemiyası
sәviyyәsi bütün Latın Amerikasında sabit olaraq qalır. Braziliya tәcrübәsi göstәrir ki, 1996cı ildәn
etibarәn pulsuz APT QİÇSdәn ölüm hallarını nәzәrәçarpan dәrәcәdә azaltmış, ömür müddәtini uzatmış,
$2 milyard xәstәxana xәrclәrinә qәnaәt etmiş vә xәstәliyi 0.6% sәviyyәsindә saxlamaqdadır. Latın
Amerikasında 200 milyon insan unudulmuş tropik xәstәliklәrә yoluxmuşdur (qurdlar, Şaqasa, şistosomoz,
traxoma, denge titrәtmәsi, leyşmanioz, limfatik filyariatoz vә onxoserkoz).
Dostları ilə paylaş: |