2013­14 GӘLӘCӘYİn durumu



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə10/14
tarix11.01.2017
ölçüsü1,04 Mb.
#5097
1   ...   6   7   8   9   10   11   12   13   14

 

Regional Mülahizәlәr

 

Afrika: Әrәb Baharı/Oyanma uzun müddәt hakimiyyәtini qoruyub saxlayan avtoritar rejimlәri dağıdaraq 

әrәb dünyasının üzünә yeni idarәetmә vә demokratiya sistemlәrinin perspektiv inkişafı imkanı açdı; buna 

baxmayaraq, bu ümidlәr bir qayda olaraq yerinә yetirilmәdi, qeyri­sabitlik isә bütün Şimali Afrikada vә 

Yaxın Şәrqә yaxın olan regionlarda artmaqdadır. Mali, Somali vә Yәmәn kimi şәhәrlәrdә terror zorakılığı 

törәtmiş  vә  Ben  Ladendәn  sonra  dünya  miqyasında  mәrkәzi  mütәşәkkil  tәşkilatlanmadan  tutmuş 

“franşiza”  tipli  әmәliyyatlaradәk  sahәlәri    әhatә  edәrәk  vә  bütün  dünyada  mәrkәzlәşdirilmiş  şәkildә 

“yalquzaqları” ­ ekstremistlәri hazırlayan  geniş şәkildә yayılmış Әl­Kaidә ilә bağlı fәaliyyәt müsәlman 

Mәğribdә vә Әrәbistan yarımadasında artmışdır. Misirin sabit hökumәtin yaradılmasında çәtinliyi bütün 

İslam dünyasında dünyәvi vә dini qüvvәlәr arasında mübarizә simvoluna çevrilmişdir. Subsahara Afrikası 

son  10  ildә  münaqişәlәri  lәng  şәkildә  aradan  qaldırır  vә  cinayәtkarların  әn  tәhlükәlisi  olan  Konqo 

Demokratik Respublikasındakı M23 qrupu zorakılıqdan uzaq olmağa çalışır. Afrikaya silah daşınması ilә 

bağlı  alovlanan  münaqişәlәrin  mәblәği  $11  milyard  dәyәrlәndirir.  Cәnubi  Sudan  müstәqillik  әldә  edә 

bilmiş, lakin Şimali Sudanla mövcud olan mübahisәlәr vә ölkәdaxili münaqişәlәr davam etmәkdәdir. Nil 

çayının hәyati әhәmiyyәtә malik Efiopiya bәndi Misirlә ciddi münaqişә yaradır. Subsahara Afrikasında 

10,4  milyondan  artıq  mәcburi  köçkün      vardır,  vә  ümumәn  götürdükdә  isә  onların  sayı  bütün  dünyada 

28,8 milyona çatıb. Fransa qüvvәlәri vә BMT әvvәlkitәk Malinin şimalında üsyançılarla mübarizә aparır 

vә Somali Keniya vә Efiopiyadan keçәn regionların әn münaqişәli әrazisi olaraq qalmaqdadır. Nigeriyada 

xristian vә müsәlmanlar arasında iğtişaş artmış vә regionda geniş miqyaslı dinlәrarası münaqişә tәhlükәsi 

hökm  sürür  vә  ümumiyyәtlә,  iğtişaşlar  Qәrbi  Afrikanın  әksәr  hissәlәrindә  endemik  xәstәlik  tәәssüratı 

yaradır. Gәnclәr arasında işsizlik sәviyyәsi, gәnclәrin tәxminәn 50%­nin savadsız olması vә valideynlәri 

SPİD  xәstәliyindәn  vәfat  edәn  11,6  milyon  uşaq  yeni  zorakı  vә  cinayәtkar  nәslin  yaranmasına  gәtirib 

çıxarda bilәr. 

 

Asiya  vә  Okeaniya:    Çin,  Vyetnam,  İndoneziya,  Malaziya,  Bruney  vә  Filippinin  adalara  vә  iqtisadi 

zonaya  görә  mübarizә  apardıqları  Cәnub­çin  dәnizindә  enerji  resursları  ilә  bağlı  münaqişәlәrin  hәll 

edilmәsi üçün uzunmüddәtli qlobal perspektivlәr vә ola bilsin ki, beynәlxalq müdaxilәlәr zәruri ola bilәr. 

Cәnub­Şәrqi  Asiya  Dövlәtlәri  Assosiasiyası  daxilindәki  Alyanslar,  habelә  Birlәşmiş  Ştatlar    gәrginlik 

miqyasını  genişlәndirә  bilәrlәr.  çinin  su,  enerji,  demoqrafiya,  urbanizasiya,  gәlirdә  fәrqlә  bağlı  daxili 

problemlәri,  elәcә  dә  kәnd  tәsәrrüfatı  sakinlәrini  әvәz  edәn  inkişaf  layihәlәri  gәlәcәk  münaqişәlәrin 

qarşısını  almaqdan  ötrü  yaxşı  idarә  edilmәlidirlәr.  Şimal­qәrbi  bölgәlәrdә  müsәlman  uyğurların 

yaratdıqları ağır iğtişaşlar әvvәlki templә davam edir, lakin Tibetdә irәlilәyişlәr dә mövcuddur. Çin beş 

әsas  iqtisadi  tәrәfdaş  respublikadan  dördüncü  olaraq  Mәrkәzi  Asiyaya  doğru  irәlilәyir,  lakin  әhali 

arasında Yaponiyaya qarşı düşmәnçilik münasibәti yaradır.  O hәmçinin Afrika vә Latın Amerikasına fәal 

şәkildә  böyük  iqtisadi  inteqrasiya  edir.  Şimali  vә  Cәnubi  Koreya  arasındakı  münasibәt  bir  az 

yaxşılaşmağa  başlamışdır. Şimali Koreyanın nüvә ambisiyaları sәbәbindәn beynәlxalq miqyasda bununla 

bağlı    hәlә  dә  yekdil  qәrar  qәbul  edilmәmişdir.  Mindanao  uzunmüddәtli  vә  şiddәtli  mübarizәdәn  sonra 

nәhayәt Filippindә avtonomiyaya nail olmuşdur. Pakistanda daxili qeyri­sabitlik vә Pakistan, Hindistan vә 

Әfqanıstan arasında mürәkkәb strateji münasibәtlәr bu üç ölkәdә ekstremizmә qarşı xoşmәramlı vә әks 

sәylәrin  göstәrilmәsinә  mane  olur.  Pakistana  son  beş  ildә  göstәrilmiş  $7,5  milyardlıq  mülki  yardım 

başlıca  olaraq  sәmәrәsiz  olmuş.  AŞ  vә  Pakistan  arasında  münasibәtlәr  heç  dә  yaxşı  deyildir.  Qeyri­

müsәlman әhalinin tәqibi halları mövcuddur. Hindistan maoist zorakılığı hallarının yayılması ilә üzlәşir. 

NATO vә ABŞ әhәmiyyәtli dәrәcәdә 2014­cü ildә ordularının Әfqanıstandan çıxarılması planlarını başa 


çatdırmışlar;  zәngin  faydalı  qazıntılara  vә  kәnd  tәsәrrüfatı  resurslarına  nәzarәt  üzәrindә  rәqabәt  halını 

hökumәtlәr, sәhra komandirlәri vә ölkәnin bu yaxınlarda bәrpa edilmiş tәhlükәsizlik sektorunu hәdәlәyәn 

silahlı  dәstәlәr  arasında  proqnozlaşdırmaq  mümkündür.  Yenidәnqurmanın  xeyrinә  ciddi  humanitar 

yatırımlar  edilmir  vә  mәhvedici  korrupsiya  bütün  әraziyә  yayılmışdır.  İraqın  daxili  sabitliyi  azalır, 

zorakılıq halları artır vә ölkә Rusiyadan $4,2 milyard hәcmindә silah alır. 

  Çeçenistanın  Filippindә  yaşayan  müsәlman  әhalisi  siyasi  vә  dini  hüquqlarına  görә  mübarizә  aparırlar. 

Әrәb  inqilabı  nәticәsindә  Suriya,  Türkiyә,  İraq  vә  İran  öz  ölkәlәrindә  kürd  azlıqları  arasında  müstәqil 

Kürdüstan  iddiasının  baş  qaldıracağından  narahatdırlar.  Suriyada  kimyәvi  silahlardan  istifadә  halları 

azalmış,  lakin  vәtәndaş  müharibәsi  ilә  bağlı  şәraitin  pislәşmәsi  münaqişәyә  Türkiyә,  İsrail  vә  Livanın 

cәlb  edilmәsinә  gәtirib  çıxarda  bilәr.  Daha  mötәdil  olan  İran  prezidentinin  seçilmәsi  vә  ABŞ  ilә  yeni 

danışıqların aparılması ölkәnin nüvә silahı istehsalını dayandırmaq vә regionda daha dinc münasibәtlәrin 

qurulması ümidi yaratmışdır. Fәlәstin mәsәlәsi әvvәlkitәk İsrailin köçürülmә ilә bağlı sürütdüyü siyasәt 

sәbәbindәn hәll edilmәmiş qalmaqdadır. Yaxın Şәrqdә gәnclәrin 50%­dәn çoxu işsizdir. 

 

Avropa:  Avrozonanın  müәyyәn  hissәlәrindә  gәnclәr  arasında  işsizliyin  davam  etmәsi  vә  büdcә 

vәsaitlәrinin azalması güclü sosial partlayışa gәtirib çıxarmışdır. Avrozonada işsizlik tәxminәn 12% tәşkil 

edir, Avropanın bәzi regionlarında işsiz gәnclәrin faizi isә tәxminәn 50% tәşkil edir. AB­yә gәlәn çoxlu 

sayda fәhlә miqrantlar münaqişәlәrin  cәmiyyәtә inteqrasiya etmәlәri üçün yeni yanaşmalar tәlәb edirlәr. 

Әrәb qiyamı nәticәsindә İtaliyaya yeni miqrantlar axını baş vermiş, lakin digәr ölkәlәr onları qәbul etmәk 

istәmirlәr.  AB­ni  qoruyub  saxlamaq  üçün  daha  güclü  vә  daha  sabit  tәsisatlar  vә  gәlәcәk  siyasi 

inteqrasiyalar tәlәb olunur. Xorvatiya AB­yә 2013­cü ildә qoşulmuşdur; Türkiyәnin AB­yә daxil olması 

ilә  bağlı    danışıqlar  bәrpa  edilmiş,  Serbiya  vә  Kosovanın  daxil  olmaq  mәsәlәsi  hazırda  gündәmdәdir. 

Ukrayna  vә  Gürcüstan  әvvәlkitәk  Qәrb  ilә  sıx  әlaqәlәrә  üstünlük  verirlәr.  Roma  әhalisinin  vәziyyәti 

(bütün  Avropada  4  milyon)  bütün  qitәdә  problemli  mәsәlә  olaraq  qalmaqdadır.  ETA  bask  terror 

tәşkilatının üzvlәri zorakılığa son qoymaq qәrarına gәlmişlәr. ABŞ kәşfiyyatının AB üzv ölkәlәrinә qarşı 

yönәlmiş    elektron  mәlumatlarının  açıqlanması  bu  münasibәtlәri  ciddi  şәkildә  sarsıtdı.  Rusiya  siyasi 

müxalifәti vә istәnilәn xarici әlaqәlәri tәqib etmәk vә susdurmaq üçün öz qanunlarından istifadә edir vә 

hazırda,  әvvәl  hәyata  keçirilmiş  islahatlar  tam  şәkildә  dәyişdirilmişdir.  “Ruslar”  vә  Qafqazdan  vә 

Mәrkәzi  Asiyadan  gәlәn  vәtәndaşlar  arasında  gәrginlik  vә  zorakılıq  halları    artmaqdadır.  Ölkә  yenidәn 

silahlanmaq  üzrә  10  illik,  $770  milyardlıq  plana  malikdir,  2013­cü  ildә  isә  kütlәvi  Qırğın  Silahlarına 

nәzarәtә dair Nanna­Luqara razılaşmasının müddәtinin uzadılmasından imtina etmişdir. 

 

Latın Amerikası: Meksikada narkotik vasitәlәrә qarşı müharibә Әfqanıstan vә İraqda olduğundan daha 

çox ölüm halına sәbәb olmuşdur. Regionda milli müharibәlәrә nadir hallarda rast gәlinsә dә, mütәşәkkil 

cinayәtkarlıqdan yaranan daxili zorakılıq halları, hәrbi birlәşmәlәr vә iki cinayәtkar qruplar arasında baş 

verәn  çәkişmәlәr  bәzi  әrazilәrdә  korrupsiyaya  uğramış  mәmurlar,  hәrbçilәr,  polislәr,  elәcә  dә  milli  vә 

beynәlxalq  şirkәtlәr  tәrәfindәn  qızışdırılır.  2006­2012­ci  illәrdә  narkotik  vasitәlәrlә  bağlı  zorakılıq 

әmәllәri nәticәsindә 60,000­dәn yuxarı insan qәtlә yetirilmiş; vә 2012­ci ilin dekabr ayından 2013­cü ilin 

yanvar  ayınadәk    2,200  ölüm  halı  qeydә  alınmışdır.  Cinayәtkar  qrupların  kökünü  kәsmәk  üçün  Latın 

Amerikası  qeyri­bәrabәrlik  mәsәlәlәrini  hәll  etmәli  vә  iqtisadi  bilik  tәlәblәrinә  cavab  verәn  tәhsil 

sistemlәrini  işlәyib  hazırlamalıdırlar.  Son  dövrlәrdә  baş  verәn  siyasi  dәyişikliklәr  regionun  bәzi 

hissәlәrindә yerli xalqlar üçün imkanları genişlәndirmәyә başlamışdır, lakin  eyni zamanda, yoxsulluqla 

mübarizә vә inkişafla bağlı siyasi qütblәşmә hәlә dә qalmaqdadır. Uğursuz dövlәtlәrin reytinqi göstәrir ki, 

2008­ci  ildәn  bәri  regionun  әksәr  ölkәlәrindә  yaxşılaşmağa  doğru  irәlilәyiş  müşahidә  olunur.  Latın 

Amerikası vә Karib hövzәsi ölkәlәri vә milli suverenitetin qorunması mәqsәdilә regional inteqrasiyanın 

vә hәmrәyliyin artırılması mәqsәdilә sülh zonası qismindә Latın Amerikası vә Karib hövzәsi ölkәlәrinin 

Bәyannamәsini qәbul etmişlәr. 

 

Haaqa Beynәlxalq Mәhkәmәsi mәsәlәn: Nikaraqua vә Kolumbiya; Peru 



vә  Çili;  Boliviya  vә  Çili  kimi  Latın  Amerikası  ölkәlәrinin  münaqişәlәrin  sülh  yolu  ilә  hәlli  üçün  geniş 

şәkildә istifadә etdiklәri mexanizmә çevrilmişdir. Braziliya dünya miqyaslı dövlәt statusu almaq yolu ilә 

irәlilәmәkdәdir.  Argentina  Folklend  adaları  ilә  bağlı  aqressiv  mövqeyini  bәrpa  etmәkdәdir.  Mәrkәzi 

Amerikada  tüğyan  edәn  zorakılıq  halları  regionun  inkişafına  mane  olur,  bu  region  dünyada  cinayәt 

әmәllәrinә vә qәtl hallarına görә birinci yerdә gedir. 

 

Şimali Amerika: ABŞ BMT­nin Silahların Satışının Mәhdudlaşdırılmasına dair Müqavilәsini imzalamış 

(lakin  ratifikasiya  etmәmişdir)  vә  artıq  İraqdan  çıxmış  vә  2014­cü  ildә  isә  Әfqanıstandan  çıxmağı 

planlaşdırır.    O  müdafiә  büdcәsini  azaltmış  vә  bu  günәdәk  dünyada  müdafiәyә  әn  çox  vәsait  yatıran 

dövlәt  sayılır  vә  bu  vәsait  2010­cu  ildә  $691  milyard,  2013­cü  vә  2014­cü  illәrdә  isә  tәxminәn    $615 


milyard tәşkil edir. Arktik buzlaqlar әrimәkdә davam etdiyindәn böyük miqdarda tәbii qaz vә neftin hasil 

edilmәsi mümkün olacaq vә bu da milli sәrhәdlәri mübahisә predmetinә çevirәcәk. Bu, Rusiya, Norveç vә 

Danimarka ilә yanaşı Amerika­Kanada arasında gәrginlik mәnbәyinә çevrilә bilәr. Ekoloji tәhlükәsizlik 

üzrә әmәkdaşlıq Amerika­Çin strateji etibarlılığının әsasını qoya bilәr. Etibarlılığın möhkәmlәndirilmәsi 

üzrә bu cür sәylәrә böyük diqqәt ayırmaq lazımdır, bu da milli dövlәtlәrin kibernetika müharibәsinә son 

qoya  bilәr.  ABŞ­a  edilәn  kiber  hücumlar  artmaqda  davam  edir  vә  bu,  İnternet  vasitәsilә  elektrik 

şәbәkәlәri kimi milli infrastrukturun mühafizәsinә daha çox diqqәt yetirilmәsini, sәnaye avadanlıqlarına 

nәzarәtin artırılmasını zәruri edir.

 

 

Qrafikdә Tәsir Tendensiyasının Tәhlilindәn istifadә edilir; bu, 2012 Gәlәcәk Hesablama İndeksinin bir 



hissәsidir (bax: Fәsil 2, SOFI 2012)

 


11. QADINLARIN STATUSU 

Qadınların dәyişәn statusunun insanların şәraitinin yaxşılaşdırılmasına 

kömәk еtmәsinә necә nail olmalı?

Qadınların  hüquq  vә  imkanlarının  artırılması  ötәn  әsrin  sosial  tәkamülünün  әn  güclü  tәkanverici 

qüvvәlәrindәn  biridir  vә  bәşәriyyәt  qarşısında  duran  bütün  qlobal  problemlәrin  hәlli  yolunda  müstәsna 

әhәmiyyәt kәsb edir. Getdikcә daha çox qadın siyasi­iqtisadi qәrarların qәbul edilmәsindә iştirak edir, öz 

fikirlәrini  irәli  sürür  vә  hesabatlılıq  tәlәb  edirlәr.  Gender  Bәrabәrsizliyinә  dair  Hesabat    ölkәdә  gender 

bәrabәrliyi  vә  rәqabәt  sәviyyәsi  arasında  birbaşa  qarşılıqlı  asılılığı,  adambaşına  düşәn  ÜDM­i  vә  insan 

potensialı inkişafını göstәrir. Kişi vә qadın arasında mәşğulluq baxımından fәrqliliyin aradan qaldırılması 

ABŞ­da  ÜDM­in  9%  vә  Avrozonada  13%  artmasına  gәtirib  çıxarda  bilәr.    Fortune  500  kampaniyaları 

daha  çox  genderin  tarazlaşdırıldığı  idarәetmәnin  digәr  sahәlәri  tәxminәn  50%    üstәlәyә  bilәcәyini 

göstәrir.  Bütün  dünyada  patriarxal  strukturlarda  daha  çox  problem  mövcuddur.  Tam  şәkildә  gender 

bәrabәrliyinә nail olunması prosesi qanılmaz bir haldır. 

Seçmәk hüququ demәk olar ki, universal bir hüquqdur. Bütün dünyada qanunvericilik orqanlarında tәmsil 

olunan qadınların faizi 21.3%­ә (1997­ci ildә 11.3%) çatmışdır; 31 ölkәdә bu göstәrici 30%­dәn artıqdır 

vә 29 ölkә isә qadınların milli vә dövlәt sәviyyәsindә siyasi iştiraklarını artırmaq üçün kvotadan istifadә 

edir.  273  parlament  prezidentlәrinin  13.9%­ni  qadınlar  tәşkil  edir,  vә  UNESCO,  Ümumdünya  Sәhiyyә 

Tәşkilatı, BVF vә ABŞ­ın Federal Ehtiyat Sistemi kimi nüfuzlu tәşkilatlarına qadınlar rәhbәrlik edirlәr. 

Bununla  belә,  Social  Watch  versiyasına  görә  2012­ci  ilin  Gender  Bәrabәrliyi  İndeksi  göstәrir  ki,  154 

qiymәtlәndirilәn  ölkә  arasında  biri  gender  bәrabәrsizliyini  “tәtbiq  edilәn”  sәviyyәyә  azaltmamışdır. 

Dünya İqtisadi Forumunun 2013 Qlobal Gender Bәrabәrsizliyi Hesabatı da hәmçinin xәbәrdarlıq edir ki, 

113  qiymәtlәndirilәn  ölkәdәn  86  ölkәnin  2012­2013­cü  illәr  arasında  qlobal  gender  bәrabәrsizliyini 

yaxşılaşdırmalarına  baxmayaraq,  әksәr  ölkәlәr  gender  bәrabәrliyindә  olduqca  zәif  inkişaf 

göstәrmәkdәdirlәr. Sәhiyyә vә vә tәhsil sahәsindә mövcud olan çatışmazlıqların müvafiq olaraq 96% vә 

93%  azalmasına  baxmayaraq,  iqtisadi  iştirak  sahәsindә  bәrabәrsizlik  yalnız  60%  azaldılmış  vә  bu 

göstәrici  bütün  dünyada  siyasi  hәlli  yolları  ilә  bağlı  yalnız  21%  olmuşdur.  İӘİT­nin    gender 

bәrabәrsizliyinin  әsas  sәbәblәrini,  ayrı­seçkiliyә  yol  verәn  qanunları  vә  sosial  normaları  nәzәrә  alan 

Sosial İnstitutlar vә Gender Mәsәlәlәri İndeksi (SIGI) göstәrir ki, әn yaxşı SIGI balansları olan ölkәlәrdә 

qadınların ödәnişli iş yerlәrindә iştirakı 50%­ә yaxındır, lakin qadınların mәşğulluğu baxımından yüksәk 

ayrı­seçkiliyin  olduğu  ölkәlәrdә  isә  bu  rәqәm  20%­dәn  bir  az  yuxarıdır.  SIGI  2012  belә  bir  qәnaәtә 

gәlmişdir  ki,  müsbәt  addımlara  baxmayaraq  ayrı­seçkilik  salan  sosial  strukturlar  inadlı  olmaqda  davam 

edirlәr;  121  qiymәtlәndirilәn  ölkәdәn  86  ölkә  nәsildәn­nәslә  keçәn  ayrı­seçkilik  qanun  vә  әnәnәlәrinә 

malikdirlәr,  yalnız  torpaq  sahәlәrinin  15%­i  qadınların  adına  rәsmilәşdirilmişdir,  20%  qadın  ailә 

planlamasına kifayәt qәdәr çıxışa malik deyil vә qadınlara qarşı zorakılıq әmәllәri davam edir. 

Dünyanın  117  ölkәsi  bәrabәr  ödәnişә  zәmanәt  verәn  qanuna  malikdirlәrsә,  yerdә  qalan  әksәr  ölkәlәrdә 

qadınlara eyni işә görә kişilәrә nisbәtәn nәzәrәçarpan dәrәcәdә az ödәniş edilir. İӘİT ölkәlәrindә gözlә 

görünmәyәn  sәdlәrin  davam  etmәsi  gәlir  bәrabәrsizliyini  daimi  hala  çevirir  vә  burada  kişilәr  eyni  tam 

mәşğulluğa  görә  qadınlara  nisbәtәn  16%  artıq,  eyni  yüksәk  ödәnişli  vәzifәlәrdә  isә  21%  artıq  mәvacib 

alırlar.  Öz  işlәrini  quran  qadınlar  kişilәrә  nisbәtәn  30­40%  artıq  qazanc  әldә  edirlәr.  İӘİT  ölkәlәrindә 

qadınlar  bütün  biznes  sahәlәrinin  tәxminәn  30%  ­dә  qazanc  әldә  edirlәr.  Qlobal  miqyasda  qadınlar 

tәxminәn  korporativ  idarәetmәnin  9%­dә  mәşğuldurlar,  tәdqiqatların  әksәriyyәti  qadınların  çalışdıqları 

şirkәtlәrdә idarәetmәnin yaxşı nәticәlәr әldә etdiklәrini göstәrmәlәrinә baxmayaraq, qadınlar qәrar qәbul 

edilmәsindә daha çox korporativ yanaşmaya malik olurlar. Köhnә strukturların qorunub saxlanması vә bir 

qayda  olaraq,  kollektiv  mәsuliyyәtin  ailә  әnәnәlәrinin  bir  hissәsinә  çevrilmәmәsi  nәticәsindә,  bir  çox 

hallarda  qadınların  iqtisadi  vәzifәlәrinә  әnәnәvi  evdә  işlәmәk  vәzifәsi  dә  әlavә  olunur.  Tәdqiqatlar 

göstәrir ki, әssәn dә inkişaf etmiş ölkәlәrdә körpә uşaqları olan gәnc analar iki gәlir mәnbәyi tәlәb edәn 

hәyat  standartlarının  orta  sәviyyәdә  tәmin  edilmәsi  üçün  vә  buna  ehtiyac  olduğundan  işlәmәk 

mәcburiyyәtindә qalırlar. Bu da, qadınların çiyninә әlavә yük qoyur vә bir çox halda onların durumlarını 

yaxşılaşdırmır.  Bundan  әlavә,  qadınlar  bütün  regionlarda  qeyri­rәsmi  vә  ya  ödәnişli  olmayan  işlәrin 

böyük  hissәsini  yerinә  yetirirlәr  vә  onlar  bu  cür  işlәrdә  çalışan  1.52  milyard  insanın  50.5%­ni  tәşkil 

edirlәr vә çox zaman da hüquqi vә iqtisadi müdafiә baxımından çatışmazlıqla qarşılaşırlar.   

 

Qadınlar  ailәlәrindә  ev  işlәrinin  böyük  hissәsini  görür  vә  tәrbiyәçi  qismindә  fәaliyyәt  göstәrirlәr.  Buna 



görә  dә,  qadınların  gәlәcәk  karyeraları  vә  onların  ailә  öhdәliklәri  arasında  harmoniya  yaradılmasına 

kömәk  etmәk  üçün  әn  yaxşı  prinsiplәrin  vә  sosial  strukturların  hazırlanmasına  ehtiyac  duyulur. 

Mәşğulluğun  baza  hüquqlarının,  elәcә  dә  uşaqlara  baxılması  üçün    mәktәbәqәdәr  müәssisә  vә  evlәrin 

tәmin  edilmәsi  qadınların  vәziyyәtlәrinin  yaxşılaşdırılmasına  dair  strategiyaların  ayrılmaz  hissәsi 

olmalıdır. 

Yoxsulluq  şәraitindә  yaşayan  insanların  tәxminәn  70%­i  qadınlardan  ibarәtdir  vә  bu  qadınların 

әksәriyyәti kәnd әrazilәrindә yaşayırlar. Kәnd tәsәrrüfatının işçi qüvvәsinin әhәmiyyәtli hissәsini tәmsil 

etmәklә  tәxminәn  500  milyon  kәnd  qadını  kiçik  torpaq  sahәlәrinә  malikdirlәr,  yaxud  da    torpaqsız 

fәhlәlәr kimi çalışırlar vә nәticәdә kәnd tәsәrrüfatına dair biliklәrin yayılması xidmәtlәrinin yalnız 5%­

dәn  yararlana  bilirlәr.    Әrzaq  vә  Kәnd  Tәsәrrüfatı  Tәşkilatının  qiymәtlәndirmәlәrinә  görә  kişilәr  kimi   

istehsal  resursları  vә  aktivlәri  üzәrindә  mülkiyyәt  hüququna  vә  onların  idarә  edilmәsi  hüququna  malik 

olunması inkişaf etmәkdә olan ölkәlәrdә kәnd tәsәrrüfatı istehsalını 4% artırmaqla әrzaq tәhlükәsizliyini 

tәmin  edәcәk  vә  ac  qalan  әhalinin  sayının  100­150  milyona  düşmәsinә  gәtirib  çıxardacaq. 

Mikrokreditlәrin әksәr hissәsi biznes fәaliyyәtlәri çox vaxt kiçik miqyasda olan yoxsul qadınlara verilir; 

onların gәlirlәrinә tәsir edәcәk biznes sәviyyәsinә çatmaları üçün sahibkarlıq vәrdişlәrinә  yiyәlәnmәyә 

ehtiyacları olur. 

 

Qlobal  istehlak  xәrclәrinin  70%­dәn  çoxuna  nәzәrdә  tutulan  nәzarәt  bazarda  mövcud  olan  üstünlük  vә 



mәdәniyyәtә güclü tәsir göstәrir. 

 

   



Tәhsil  sahәsindә  gender  fәrqliliyi  demәk  olar  ki,  azalmaqdadır  vә  hәtta  bәzi  ölkәlәrdә  qızlar  adәtәn 

oğlanlardan  yaxşı  oxuyurlar  vә  buna  görә  dә  orta  vә  ali  tәhsil  almağa  meyllidirlәr.  Qadınların  çoxluq 

tәşkil  etdiklәri  Yaponiya  vә  Sәudiyyә  Әrәbistanı  kim  fәrqli  ölkәlәrdә  qadınlar  fәlsәfә  doktoru  dәrәcәsi 

almış, lakin iş yerlәrindә yüksәk vәzifә tutmayan  qadınlar arasında “qadın beyni axını” kimi hal adi hala 

çevrilmişdir.  Әhәmiyyәtli  uğurlara  baxmayaraq,  2011­ci  ildә  gәnc  qadınların  әsas  savadlılıq  sәviyyәsi 

gәnc  kişilәrlә  (92.2%)  müqayisәdә  86.8%  tәşkil  etmişdir.  Qadınlar  әvvәlkitәk  773.5  milyon  savadsız 

böyüklәrin 64%­ni vә 123.2 milyon gәnc tәhsilsiz әhalinin 61.3%­ni tәşkil edirlәr. 8000 milyondan yuxarı 

qadın iqtisadi imkanlarının yaxşılaşdırılması üçün zәruri olan bacarıqlara malik deyillәr. Sәhiyyә ilә bağlı 

gender  fәrqliliyi  ümumilikdә  aradan  götürülmüşdür,  lakin  qadınlara  xarakterik  olan  problemlәr  hәlә  dә 

qalmaqdadır.  Son  iki  onillik  әrzindә  ana  ölümü  47%  azalmışdır.  Bununla  belә,  Ümumdünya  Sәhiyyә 

Tәşkilatı  2013­cü  ildә  289,000  qadının  hamilәlik  vә  ya  doğuşla  bağlı  yaranmış  fәsadlar  nәticәsindә 

dünyalarını  dәyişdiklәri  haqda  mәlumat  verir.  Qadın  ölümünün  qlobal  әmsalı  100,000  doğuşdan  210 

ölüm tәşkil edir vә bu hal doğuş göstәricisinin yüksәk olduğu, lakin zәif sәhiyyә sistemlәri olan Afrika vә 

Asiyanın  bәzi  hissәlәrindә  geniş  yayılmışdır.  İnkişaf  edәn  ölkәlәrdә  hamilәliklә  bağlı  ölüm  halı  riski 

sәnaye  ölkәlәrinә  nisbәtәn  25  dәfә  çoxdur,  vә  kәnd  yerlәrindә  dünyaya  uşaq  gәtirәn  qadınlar  şәhәr 

mәrkәzlәrindә  dünyaya  uşaq  gәtirәn  qadınlara  nisbәtәn  3  dәfә  çox  riskә  mәruz  qalırlar.  Tәxminәn  10 

milyon insan hәr il hamilәliklә bağlı infeksiya, xәstәlik vә digәr xәsarәtlәrdәn әziyyәt çәkir. Qadınların 

reproduktiv hüquqlarının tanınması vә sәmәrәli ailә planlaması anaların ölüm hallarını aradan qaldırmaq 

vә  2015­ci  ilә  ana  ölümünü  100000  diri  doğuş  halına  120  ölüm  halı  azaltmaq  kimi    Minilliyin  İnkişaf 

Mәqsәdlәrinә  nail  olaq  üçün  olduqca  vacibdir.    Water  Aid  mәlumat  verir  ki,  şәhәr  gecәqondularında 

yaşayan üç qız vә ya qadından biri ayaqyoluna çıxışa malik deyil vә yararsız, yaxud da açıq ayaqyoluları 

fiziki vә cinsi zorakılıq riskini artırır. 

 

Vulvada aparılan әmәliyyat sәbәbindәn hәr il artıq xәsarәt almış 140 milyon qadının sırasına  xәsarәt alan 



3  milyon  qız  uşağı  әlavә  edilir  vә  bu  başlıca  olaraq  Afrika  vә  Yaxın  Şәrqdә  vә  Asiyanın  bәzi 

regionlarında baş verir. BMT­nin Әhali Fondu hesab edir ki, әgәr bu hal davam edәrsә, onda 2030­cu ilә 

bütün  dünyada    daha  86  milyon  gәnc  qız  bu  adәtin  qurbanına  çevrilәcәk.  BMT­nin  vә  qeyri­hökumәt 

tәşkilatlarının  birgә  sәyi  nәticәsindә  haradasa  8000  cәmiyyәt  vulva  әmәliyyatını  /  qadınların  sünnәt 

edilmәsini kimi әlilliyә gәtirib çıxardan әmәliyyatları  dayandırmış vә tәxminәn 3000 dini rәhbәr isә bu 

cür hala qarşı çıxmışdır.  BMT­nin yeni qәtnamәsi ABŞ­ı qadınların sünnәt edilmәsinә qadağa qoyulması 

üçün bütün tәdbirlәri, habelә qanunvericilik tәdbirlәrinin görülmәsinә çağırmışdır. 

 

Hazırda qadınlara qarşı zorakılıq әmәllәri hәr il ölüm vә bәdbәxt  hadisәlәr nәzәrә alınmaqla әn böyük 



müharibә hesab olunur. Dünya miqyasında 35% qadın fiziki vә / vә ya cinsi zorakılığa mәruz qalmış vә 

38% qadın isә hәyat yoldaşları tәrәfindәn qәtlә yetirilmişdir. 125 ölkәnin mәişәt zorakılığını cәzalandıran 

qanuna  malik  olmalarına  baxmayaraq,  70%­dәk  qadın  hәlә  dә  ömürlәri  boyu  fiziki  vә  /  vә  ya  cinsi 

zorakılığın  qurbanı  olaraq  qalır  vә  603  milyon  qadın  isә  mәişәt  zorakılığının  qanun  tәrәfindәn 

cәzalandırılmadığı  ölkәlәrdә  yaşayır.  Demәk  olar  ki,  bütün  dünyada  bu  cinayәt  әmәllәrinin  cәzasız 


qalması barәdә mәlumat verilir. İnsan alveri qurbanlarına çevrildiklәri hesab olunan 800000 insanın 80%­

nin qadındır, bunların da 79%­i cinsi istismar mәqsәdilә satılırlar. Mәktәblәr qızlar üçün bәdәn tәrbiyәsi 

dәrslәrinә  döyüş  üsulları  vә  digәr  özünümüdafiә  formalarını  daxil  etmәlidirlәr.  Analar  cinslәri  bәrabәr 

şәkildә  tәrbiyә  etmәk  üçün  ailәdә  tәrbiyәvi  üsullardan  istifadә  etmәlidirlәr.  Qadın  hüquqlarının 

pozulmasına mәhkәmә tәqibi vә beynәlxalq sanksiyalar tәtbiq edilmәlidir. BMT­nin Mәqsәd Fondunun 

qadınlara qarşı zorakılıq әmәllәrinә aradan qaldırılması üçün ayırdığı qrantlar  dünyanın 86 ölkәsindә 6 

milyon insanı әhatә edir. 

 

Qәtnamә müharibә şәraitindә yaşayan vә sülhün bәrqәrar olmasında fәal iştirak edәn 1325 qadını müdafiә 



edir vә BMT­ni münaqişәdәn sonrakı şәraitin yaxşılaşdırılması üçün ayrılmış büdcәnin 15%­i dә bunun 

üçün nәzәrdә tutulmuşdur. Beynәlxalq müqavilәlәr vә BMT­nin xüsusi tәşkilatları da qadın hüquqlarını 

fәal  şәkildә  müdafiә  edirlәr.  Әnәnәvi  kütlәvi  informasiya  vasitәlәri  gender  stereotiplәri  ilә  mübarizә 

aparmırlar  vә  qadınlar  mәtbuatın  rәhbәr  vәzifәlәrindә  zәif  tәmsil  olunurlar.  Buna  baxmayaraq,  mobil 

telefonlar üçün nәzәrdә tutulmuş İnternet saytları getdikcә daha çox qadınlara qarşı zorakılıq әmәllәri ilә 

bağlı  qlobal  mәlumatların  verilmәsi  üçün  istifadә  edilir  vә  zorakılıq  әmәllәri  barәdә  mәlumat  vermәk 

üçün  proqramlar  tәqdim  edilir,  zorakılığın  baş  verdiyi  yerlәr  vә  kömәk  almaq    üçün  necә  müraciәt 

edilmәsi  haqda  mәlumat  verilir  (mәsәlәn, 

Safecity

  ­  Zorakılığa  Mәruz  qalan  Qadınlar  Layihәsi,  vә 

Harrass Xәritәsi)

. Qlobal tәhlil göstәrmişdir ki, mobil telefonlar 93% qadının özlәrini daha tәhlükәsiz hiss 

etmәlәrinә  yardım  etmiş  vә  885%  qadın  isә  daha  müstәqil  olmuş,  eyni  zamanda  41%  qadın  iqtisadi 

imkanlarını yaxşılaşdırmışdır.  Minilliyin İnkişaf Mәqsәdlәri layihәsinin stereotiplәrin dәyişdirilmәsi ilә 

bağlı    bu  yaxınlarda  apardığı  tәdqiqat  belә  bir  qәnaәtә  gәlmişdir  ki,    növbәti  bir  neçә  onillik  әrzindә 

gender  stereotiplәrindә  lәng,  lakin  kütlәvi  dәyişikliklәr  baş  verәcәk.(Bax:  “Tәdqiqatlar”  bölmәsindә 

“Gender stereotiplәrindә dәyişiklik). 

 Gender mәsәlәlәri ilә bağlı  ayrı­seçkiliyә qarşı qanunlar qәbul edildiyi, qadınlara qarşı ayrı­seçkilik vә 

zorakılıq  hallarına  qarşı  mәhkәmә  tәqibi  tәtbiq  edildiyi,  bütün  ölkәlәrdә  qadınların  milli  qanunvericilik 

orqanlarında  30%  +  tәmsil  edilmәlәri  mәqsәdinә  nail  olunduğu  vә  inkişaf  strategiyalarına  bütün 

sektorlarda gender bәrabәrliyi daxil edildiyi zaman Çağırış 3­ә ciddi şәkildә müraciәt edilәcәk. 

 Regional Mülahizәlәr



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin