Regional Mülahizәlәr
Afrika: Afrika İnkişaf Bankının (AİB) hazırda 313 milyon insanın (regionun 34% әhalisi) orta tәbәqәni
yaratdıqlarını göstәrmәsinә baxmayaraq, cari orta tәbәqәnin yarısı әhәmiyyәtli dәrәcәdә, evә Afrikanın
aldığı xarici yardımdan daha çox vәsaiti ($31 milyard) göndәrәn Afrika diasporasından asılıdır. 1990cı
illәrin sonunda Afrikanın böyük hissәsindә 4%6% iqtisadi artım müşahidә edilmişdir. 2013cü idә onun
iqtisadi artımı 4% tәşkil etmiş, vә AİB 2014cü ildә vә müvafiq olaraq 2015ci ildә 4,8% vә 5%dәn
tutmuş 6%dәk artım proqnozlaşdırır vә qeyd edir ki, daha geniş әsasda iqtisadi artım qitә ticarәtinin vә
daxili tәlәbatın artması, elәcә dә infrastrukturun inkişafı ilә şәrtlәndirilir. Subshara Afrikası dünyada әn
sürәtlә inkişaf edәn regiondur, vә 30 әn sürәtlә inkişaf edәn iqtisadiyyatın yarısını burada müşahidә etmәk
mümkündür. Әgәr bu gür tendensiyanı saxlamaq mümkün olarsa, onda region 2060cı ilә bir milyard orta
tәbәqәyә mәxsus insana malik ola bilәr. Bununla belә, hazırda әhalinin adambaşına düşәn gәlir sәviyyәsi
әhali artımı vә gәlirlәrdә yüksәk dәrәcәdә bәrabәrsizlik sәbәbindәn aşağı olaraq qalır, Afrika İnkişaf
Bankının sözlәrinә görә 80% vardövlәt 100.000 insanın әlindәdir. İlk dәfә olaraq 1981ci ildәn etibarәn
Subsahara Afrikası әhalisinin yarıdan azı (48%) $1,25/gündәn aşağı yaşayır, regionda yoxsulların sayı bu
dövr әrzindә iki dәfә artmış vә 2005 milyondan 414 milyona qalxmış, bu da dünyada әn yoxsul insanların
35%ni tәşkil edir. DBnin optimist proqnozu ondan ibarәtdir ki, 2030cu ilә yoxsulluq sәviyyәsindәn
aşağı yaşayan insanların faizi 16% vә 30% arasında olacaq. Bundan әlavә, son dәrәcә yoxsul vәziyyәtdәn
yaşayan insanların orta gәliri tәxminәn $1,25 / gün tәşkil edir vә bu da regionda kritik sәviyyә sayılır vә
intensiv şәkildә ac qalan vә son dәrәcә yoxsul vәziyyәtdә yaşayan әhaliyә malik vә dünyada әn yüksәk
bәrabәrsizliyin mövcud olduğu mәsәlәn, Cәnubi Afrika, Komor adaları vә Namibiya kimi ölkәlәr sırasına
daxil edilir.
2050ci ilә dünyada doğulan hәr üç uşaqdan birinin Afrikanın payına düşәcәyini vә demәk olar ki, 18
yaşına çatmış hәr üç uşaqdan birinin Afrikalı olacağını nәzәrә alaraq, әgәr yeni iş yerlәri açılmazsa vә
kiber mәşğulluğun yeni formaları kifayәt qәdәr artırılmazsa, yoxsulluq vә sosial qeyrisabitlik tәhlükәli
hal ala bilәr. Qiymәtlәri tәrәddüd edәn mallardan asılılıq, infrastrukturun olmaması, qarşısının alınması
mümkün olmayan korrupsiya halları iqtisadi artımı vә inkişafı son dәrәcә mürәkkәblәşdirir. Afrikaya
yatırılan BXİ 2002ci ildәki $15 milyarddan 2012ci ilә $50 milyarda çatmışdır (2008ci ildә bu cür
investisiya hәcmi pik nöqtәsinә çatmış vә $59 milyard olmuşdur), eyni zamanda vәsait axını 2011ci
ildәki $5 milyarddan 2012ci ilә $14 milyarda qalxmışdır. BRICS 2012ci ildә region üzrә 36% ixracın
olduğunu vә bunun $144 milyard, tәxminәn $148 milyard tәşkil etdiyini vә ixracın başlıca olaraq AB vә
ABŞa edildiyini göstәrir. Afrika daxilindә aparılan ticarәt әmәliyyatları әvvәlkitәk qitә üzrә ixracın 10%
ni tәşkil edir vә ticarәt strukturunu dәyişdirmәk üçün stimul olmaq baxımından olduqca zәifdir. Bu
vәziyyәti Qitәnin Azad Ticarәt Zonasının yaradılması ilә düzәltmәk mümkündür vә sözügedәn zonanın
2017ci ildә istifadәyә verilәcәyi gözlәnilir. Afrikanın cәnub ölkәlәrinә pul köçürmәlәri 2012ci ildә $31
milyard tәşkil etmişdir. Tәxminәn 56.2 milyon ha torpaq sahәsi (Afrikanın kәnd tәsәrrüfat torpaqlarının
5%) tutulmuş, vә bu gәlәcәkdә, onsuz da yoxsul olan insanların yaşamasına tәhlükә yaradacaq. Son illәr
inkişaf etmiş kiçik vә mikromüәssisәlәrin siyasәtә vә sәrmayә yatırılması mәsәlәlәrinә cәlb edilmәlәri
müşahidә olunur, lakin zәngin vә yoxsullar arasında qeyribәrabәrliyi azaltmaq üçün qәsәbә vә yerli
innovasiya sistemlәrinin olması zәruri mәsәlәdir.
Konqo Demokratik Respublikasında şәhәr tәsәrrüfatları bir çox işsizlәrin kiçik müәssisәlәrdә fermalarda
çalışmalarını tәmin edir. Bununla belә, әhali artımının yüksәk sәviyyәsi, infrastruktur çatışmazlığı,
irihәcmli dolayı xәrclәr, iqlim dәyişikliyi, sağlamlıq üçün pis şәrait vә tәhsilin olmaması Afrikan
inkişafına mane olmaqda davam edir.
Asiya vә Okeaniya: Asiyada iqtisadiyyatın tarixi baxımdan hәr zaman sürәtli olması vә artım hәcmi
azalmağa başlamışdır, lakin gәlәcәk sivilizasiya üçün zәruri faktor olaraq qalır. EIU hesab edir ki, Çinin
iqtisadi baxımdan inkişaf etmәsi 2011ci ildәki 9,2%dәn 2013cü ilә 7,7%ә vә 2018ci ilә isә 5,9%
düşәcәk. Bu cür hal mәşğulluq tәlәbatı ilә ayaqlaşa bilmәz. BXİnin Asiyanın inkişaf etmәkdә olan
ölkәlәrinә axını 2012ci ildә 7% $407 milyard azalmış, bu da Çin vә Hindistana yatırılmış 50%
demәkdir. Fukusimedә nüvә qәzası nәticәsindә daha da mürәkkәblәşmiş Yaponiya iqtisadiyyatında
mövcud olan nisbәtәn uzunmüddәtli durğunluq 2013cü ildә 0,5% yaxşılaşmağa başlamışdır.
Hindistan
hökumәti 2013cü ildәki 5%dәn 2014cü ilә 6%, 2015ci ildә 7% vә 2016cı ildә 8% artım
proqnozlaşdırır. Regionda geosiyasi gәrginliyin artması, elәcә dә korrupsiya, mütәşәkkil cinayәtkarlıq,
әtraf mühitin çirklәnmәsi zәngin vә yoxsullar arasında fәrqi bir az da dәrinlәşdirmiş vә su, enerji vә әrzaq
çatışmazlığı isә yoxsulluqla mübarizәni daha da çәtinlәşdirir. Tәbii fәlakәtlәr vә iqlim dәyişikliyi
fәsadları tam sakit okean hövzәsi icmalarının inkişafına vә mövcudluğuna tәhlükә yaradır. Bununla da,
Asiya iqtisadiyyatının bir vahid olaraq yaxın gәlәcәkdә orta gәlir sәviyyәsini keçә bilmәyәcәyi
proqnozlaşdırılır. Bununla belә, Asiyanın orta tәbәqәsi gözlәnildiyi kimi, hazırkı 500 milyondan 2020ci
ilә 1,75 milyarda artacaq. çin tarixdә heç bir ölkәnin etmәdiyi bir işi bacarmışdır, öz yoxsulluq
sәviyyәsini azaltmağa nail olmuşdur 1981ci ilә әhalinin 84% hazırda 12,5%i, baxmayaraq ki, 161.7
milyon insan hәlә dә olduqca yoxsul şәraitdә yaşayır. Çin bir milyon milyarderә malikdir vә onların sayı
artmaqdadır. Hindistanda orta tәbәqә 300 milyon insana çatmışdır. Tәxminәn 2.2 milyon insanın birbaşa
vә 8 milyon insanın dolayı yolla İT sektorunda çalışmasına baxmayaraq, 11 milyondan yuxarı insan
işsizdir. Hindistan әhalisinin tәxminәn üçdә biri әn yoxsul vәziyyәtdә yaşayır, 612.2 insan isә
yoxsulluqdan da aşağı sәviyyәdә yaşayır. Asiyanın inkişaf edәn ölkәlәrinә dilin pul köçürmәlәri 2012ci
ildә $218 milyarddan yuxarı tәşkil edir vә Dünya Bankı hesab edir ki, onların miqdarı 2015ci ilә $255
milyarda çata bilәr. Bu vәsaitlәri 2012ci ildә başlıca olaraq Hindistan ($71 milyard), Çin ($60 milyard),
Filipin ($26 milyard) alır. Bununla yanaşı, Çin, Yaponiya vә Cәnubi Koreya Azad Ticarәt Sazişi üzrә
danışıqlar aparırlar. Bu, әn iri azad ticarәt zonalarından biri olacaq vә Asiyanın 70% vә dünyanın 20%
ÜDMni, elәcә dә dünya ticarәtinin 35%ni ($5.4 trilyon) әhatә edәcәk. Asiyanın CәnubŞәrqi Asiya
Dövlәtlәri Assosiasiya (ACEAH), Asiya Valyuta İttifaqı vә Asiya İttifaqına inteqrasiyası da müzakirә
mövzusu olaraq qalır. Çinin ucuz işçi qüvvәsi axtarması vә istehsal üçün kәnar resurslardan istifadә
etmәsi Asiyada regionlararası restrukturlaşma hallarına gәtirib çıxarır. Buna baxmayaraq, çirklәnmәnin
artması, su vә enerjidә yaşanan problemlәr, vә varlı vә yoxsullar arasında uçurum Asiyanın inkişaf edәn
ölkәlәrindә gәlәcәk iqtisadi artımı şübhә altına qoyur. İsrailin güclü iqtisadi inkişafı әlverişli sahibkarlıq
mühiti vә innovasiyaları dәstәklәmәsi sәbәbindәn artmaqda davam edir. Yaxın vә Mәrkәzi Şәrqdә
(MENA) gәnclәr arasında işsizlik 27% tәşkil edir vә demәk olar ki, 5 milyon insan hәr il bu işçi
qüvvәsinә әlavә olunur. Әrәbistan Әmәk Tәşkilatının qiymәtlәndirmәsinә görә, işsizlik sәviyyәsi ÜDMi
2,5% azaldır. MENA regionunda iqtisadi artım hәr şeydәn qabaq 2013cü ildәki 2,6%dәn 2018ci ilә 5%
güman edilәn artım sayәsindә, әsasәn dә Sәudiyyә Әrәbistanı vә Әrәb körfәzinin digәr zәngin neft
ölkәlәri hesabına baş verir. Әrәb Baharı daha şәffaf iqtisadiyyatın vә demokratik cәmiyyәtin
yaranmasına tәkan verdi. MENA regionlarına pul köçürmәlәri 2011ci illә müqayisәdә 2012ci ildә
tәxminәn $49 milyard 14,3% artım qiymәtlәndirilir vә bu başlıca olaraq, regiona pul köçürmәlәrinin
ümumi hәcminin 40%dәn yuxarısına malik Misirin hesabına baş verir.
Avropa: AB dünyada әn yüksәk ÜDM sәviyyәsinә malikdir $16,000 lakin Avrozona ölkәlәrindә borc
sәviyyәsinin artması vә maliyyә siyasәtinin idarә edilmәsi ilә bağlı narahatlıq mövcuddur. Avropa
Komissiyası hesab edir ki, AB ölkәlәrindә ÜDM 2014cü ildә 1,4% vә 2015ci ildә 1,9% artacaq (2013
cü ildә mövcud olan durğunluqdan vә 2012ci ildә 0,4% ixtisardan sonra), lakin bi göstәrici Avrozonada
zәif gedir. Әhali arasında narazılıq artmaqdadır, belә ki, ciddi iqtisadi tәdbirlәr qeyribәrabәrliyi
artırmaqdadır. 2014cü ildә işsizlik sәviyyәsi, gözlәnildiyi kimi, ABnin bütün әrazisindә tәxminәn 11% ,
lakin Avrozaonada 12% çox olacaq. 2013cü ilin sonunda ümumәn 19,3 milyon insan Avrozonada işsiz
qalmış, işsizliyin sәviyyәsi isә Yunanıstan vә İspaniyada tәxminәn 27%, Avstriya vә Almaniyada isә 5%
tәşkil edir. Şimalda kreditor ölkәlәr vә cәnubda borclu ölkәlәr arasında fәrq artmaqda davam edir.
Avrozona liderlәri avronun xilas edilmәsi vә iqtisadi artımın stimullaşdırılması üçün bir sıra qısamüddәtli
vә uzunmüddәtli tәdbirlәr görmüş, elәcә dә bütün Avrozonada maliyyә әmәliyyatları üzrә vergilәr barәdә,
banklara vә avro istiqrazlara mәrkәzlәşdirilmiş nәzarәtin tәtbiq edilmәsi barәdә bir neçә tәklifi müzakirә
edirlәr. Yaranmış böhran da öz növbәsindә struktur islahatlar barәdә danışıqlar aparılmasına gәtirib
çıxartdı vә bu danışıqlara maliyyә suvereniteti ilә bağlı böyük hәmrәylik vә konsessiya daxildir. İqtisadi
vә maliyyә böhranına cavab olaraq ABnin iqtisadi idarәçiliyinin güclәndirilmәsinә dair yeni qaydalar
toplumu, elәcә dә Sabitlik vә Artım Paktının güclәndirilmәsi üzrә daha güclü qabaqlayıcı vә düzәldici
tәdbirlәr; büdcәnin milli parametrlәrinә minimal tәlәblәr; makroiqtisadi vә rәqabәtli disbalansların
düzәldilmәsi toplumu 2011ci ilin 13 dekabr tarixindә qüvvәyә minmişdir. Maliyyә sәnәdlәrinә dair
İslahat II hesabatı AB ölkәlәrindә maliyyә bazarlarının vә xammalın qiymәtinin tәnzimlәnmәsini, bazarda
mövcud olan qeyriuyğunluğun vә suiistifadәnin qarşısının alınmasını әks etdirir. Maliyyә böhranı
nәticәsindә әhalinin 72%i hesab edir ki, iş yerlәrinin açılması vә işsizliyә qarşı mübarizә bu bloka aid
siyasәtin әsas prioritetlәri olmalıdırlar. ABdә mövcud olan korrupsiya halları nәticәsindә yaranan
iqtisadi xәrclәr ildә €120 milyard (~ $163,8 milyard) dәyәrlәndirir ( ABnin tәxminәn ümumi illik
büdcәsi), vә 2013 Eurobarometer sorğusunda iştirak edәn tәxminәn 40% şirkәt biznesin aparılmasında
korrupsiya, tanışlıq vә hamiliyi әsas maneә hesab edirlәr. Bu mәsәlәlәrin 2011ci ildә ABdә qәbul
edilmiş korrupsiya әleyhinә kompleks qәrar paketi ilә hәll etmәyin mümkün olduğu gözlәnilir. ABnin
15 üzv ölkәsinin ODAsı 2012ci ildә $63.7 tәşkil etmişdir ki, bu da dünya üzrә 50%dәn yuxarıdır. AB
yә BXİ axını 41% azalmış, vә bu axın 2012ci ildә 40% azalmışdır. Avropanın keçid regionunda artım
tempi gözlәnildiyi kimi 2013cü ildә 1,4% vә 2014cü ildә isә 3% olmuşdur vә 20152018ci illәrdә bu
göstәricinin artıq olacağı gözlәnilir. Sabitlәşdirmә Fondu vә neft vә qaz ixracından әldә edilәn gәlirlәr
Rusiyaya .qlobal maliyyә böhranından qurtulmaqda kömәk etmәlәrinә baxmayaraq, gözlәnildiyi kimi
onun iqtisadiyyatı mәsәlәn, başlıca olaraq da kiçik vә orta sahibkarlar üçün әlverişsiz biznes mühiti kimi
daxili mәhdudiyyәtlәr, bürokratiya vә yüksәk inflyasiya sәbәbindәn zәiflәmәkdә davam edir vә bu da
banklara artıma rәvac vermәk üçün faiz dәrәcәlәrini aşağı salmaqda mane olur. Gözlәnildiyi kimi, iqtisadi
artım 2014cü ildә 2,9% artaraq bәrpa olunacaq. 2012ci ildә Rusiya Federasiyasından birbaşa xarici
investisiyalar keçid iqtisadiyyatına malik ölkәlәrdәn çıxan $55 milyard vәsait axınının ümumi hәcminin
92% faizini tәşkil etmişdir.
Latın Amerikası: Latın Amerikası vә Karib hövzәsi ölkәlәri ümumi gәlirin tәxminәn 48% faizinә sahib
olan 10% әn zәngin insanlara malik olmaqla dünyada qeyribәrabәr cәmiyyәtlәrә malik ölkәlәr sırasında
öndә gedirlәr, bu ölkәlәrdә yoxsulların faizi 1,8% tәşkil edir. Bununla belә, 2000ci illәrdә bu qeyri
bәrabәrlik әhәmiyyәtli dәrәcәdә aşağı düşmüşdür. Braziliya vә Meksika mәlumatların qeydә alındığı
1960cı ildәn etibarәn әn aşağı sәviyyәdә yer alırlar. Sosial bәrabәrsizliyin tәxminәn 40% azalması
әmәyin ödәnişindә qeyribәrabәrliyin azaldılmasının, ixtisaslı işçilәrin sayının vә minimal әmәk haqqının
artmasının nәticәsidir, vә bunun 13%20%ni daha proqressiv dövlәt köçürmәlәri tәşkil edir. Qeyri
bәrabәrliyin 33% 54% aşağı düşmәsi regionda yoxsulluq sәviyyәsinin aşağı düşmәsi ilә bağlıdır. $
1,25/gün vәsaiti ilә yaşayan әhalinin sayı 20ci әsrin son iki onilliyi әrzindә 12% azalmış vә hazırda 6%
tәşkil edir, işsizlik sәviyyәsi isә ECLACın qiymәtlәndirilmәsinә görә 2011ci ildә mövcud olan 6,4%
dәn 2013cü ildә 6,2%ә düşmüşdür.
Braziliya yoxsulluq şәraitindә yaşayan insanların sayını 2002ci ildә 41 milyondan 2013cü ildә 15,7
milyona azaltmışdır; orta tәbәqә 2003cü ildәn bәri 42 milyon nәfәr artmış vә әhalinin adambaşına düşәn
gәliri 78% yüksәlmişdir; bu da әlverişli iqtisadi mühiti yaratmaq vә dayanaqlı әsasla hәyat sәviyyәsinin
artırılması üçün zәngin tәbii sәrvәtlәrdәn istifadә etmәk imkanı yaradır. Peru yoxsulluq sәviyyәsini 2004
cü ildәki 59%dәn 2012ci ildә 28% azalmışdır. Latın Amerikası vә Karib hövzәsi ölkәlәri Birliyi
yoxsulluğun kökündәn aradan qaldırılması vә regional iqtisadi, sosial vә siyasi inteqrasiya hesabına qeyri
bәrabәrliyi aradan qaldırmaq üçün sәylәrini birlәşdirmәkdә davam edirlәr. Regional iqtisadi artım,
gözlәnildiyi kimi 2013cü ildәki 2,3%dәn 2014cü ildә 3,2%ә çatmışdır. İӘİTnin mәlumatlarına görә,
sәnaye baxımından inkişaf etmiş ölkәlәrlә müqayisәdә (27%) әn aşağı 4% dövlәt gәlirlәri şәxsi
gәlirlәrdәn tutulan vergilәrdәn gәlir vә eyni zamanda ӘDV yoxsul müştәrilәr üçün әlavә yük yaradır.
“Kölgә iqtisadiyyatı”, qiymәtlәndirmәlәrә görә, rәsmi iqtisadiyyatla müqayisәdә tәxminәn 40% tәşkil
edir. 2012ci ildә pul köçürmәlәrinin $62 milyard artan axını 37% tәşkil edir. Şimali Amerikaya birbaşa
xarici investisiyaların hәcmindә 12% azalma müşahidә olunur, regionda pul köçürmәlәri axını 2012ci
ildә $62 milyarda çatmışdır vә bu pullardan Meksika 37% әldә edir. Şimali Amerikaya birbaşa xarici
investisiyaların hәcminin 12% artmasına baxmayaraq, regiona ümumi BXİ axını 2011ci illә müqayisәdә
2012ci ildә azalmış vә Mәrkәzi Amerika vә Karib hövzәsi ölkәlәrinә investisiya yatırılmasında
azalmalar sәbәbindәn tәxminәn $244 milyard (Braziliyaya yatırılan investisiyaların tәxminәn yarısı)
tәşkil etmişdir. Vergi vә iqtisadi islahatlar sabitliyi yaxşılaşdırır, lakin ölkә vә regionların siyasәtlәrinin
әsas diqqәtlәrini milli maraqlara vә etik davranışlara yönәltmәlәri sәbәbindәn gәlәcәkdә bu, ölkә vә
regionlara birbaşa xarici investisiya yatırılmasına tәsir göstәrә bilәr. Ümumdünya İqtisadi Forumun
apardığı tәdqiqat göstәrmişdir ki, orta hesabla latın amerikalıların 64% ölkәlәrinin iqtisadi sisteminin
sabitliyә kömәk etdiyini hesab edirlәr vә bu faiz Çilidә 86%, Venesuelada isә 32% tәşkil etmişdir. Çili
sosial bәrabәrsizlik sәviyyәsinin әn yüksәk olduğu ölkәlәrdәn biridir.
Şimali Amerika: İqtisadi böhrana vә ÜDMin lәng artımına baxmayaraq, ABŞın dünya üzrә iqtisadi
hökmranlığı sahibkarlıq әzmkarlığı vә patentlәrin innovasiya portfellәri sayәsindә çox ehtimal ki, davam
edәcәk. Transatlantik Ticarәt vә İnvestisiya Tәrәfdaşlığı vә Transsakit Okean Tәrәfdaşlığı kimi potensial
ticarәt sazişlәri yeni qlobal iqtisadi imkanlar aça bilәr. İntraNAFTA (Kanada, Meksika vә ABŞ) ticarәti
kontinental iqtisadi inteqrasiyaya kömәk edәrәk mövcud olduğu son 20 ildә üç dәfә artmışdır. 2013cü
ilin sonunda ABŞda işsizlik sәviyyәsi beşillik minimal sәviyyәnin 6,7%nә azalmış, ÜDMin 2013cü
ldә 2%dәn 2014cü ilә 3%dәk artımı gözlәnilir, buna baxmayaraq Ümumdünya İqtisadi Forumun
apardığı araşdırma aşkar etmişdir ki, Şimali Amerikalılar qeyribәrabәrlik artımını regionları qarısında
duran әhәmiyyәtli çağırış hesab edirlәr. Zәngin vә yoxsullar arasında uçurum daha da dәrinlәşmәkdә
davam edir; 2011ci vә 2012ci illәrdә yoxsulluğun rәsmi sәviyyәsi 15% (46,5 milyon insan) tәşkil etmiş,
bu da iqtisadi böhrandan qabaq 2007ci illә müqayisәdә 2,5% çoxdur. 1978ci ildәn 2012ci ilәdәk 350 әn
yaxşı dövlәt firmasının baş direktorları adi işçinin mükafatlandırılmasının 5,4% artımı ilә müqayisәdә
875% kompensasiya tәyin etmiş vә 2012ci ildә Baş Direktorun işçiyә olan kompensasiya nisbәti 273
k1ә çatmışdır. Oxfam qeyd edir ki, 2009cu ildәn etibarәn 1% zәngin insan maliyyә böhranından sonra
iqtisadi artımın 95%nә sahib olmuş, 90% yoxsul isә daha da yoxsullaşmışdır. Әmәk haqqının azaldılması
ilә mәnfәәtin artırılması sabit xarakterә malik deyil vә yerli bazarları, elәcә dә әhalinin sistemә olan
etibarını sarsıdır. ABŞ әvvәlkitәk Tәcrübә vә Sәnaye İşlәmәlәrinin böyük hәcmini tәqdim edir vә onların
2012ci ildә ümumi hәcmi $29,9 milyard tәşkil etmişdir. Kanada iqtisadiyyatı әsas diqqәtini dayanaqlı
inkişaf üzrә dәqiq strategiya olmadan resurslara yönәltmişdir. 2013cü ilin sonunda, işsizlik 7,2% artmış
vә onun 15%ni gәnclәr tәşkil edirlәr vә onların әksәriyyәti yüksәk borclarla universitetlәri bitirmişlәr vә
yalnız bir neçә iş yeri onların ixtisaslarına uyğun gәlir. Kanada ailәlәrinin gәlir faizi 47,2%in 20% faizini
tәşkil edir, bu zaman 20% yoxsullar arasında onlar 4,1% tәşkil edirlәr. Şimal vә Arktik regionlarda daha
ucqar әrazilәrdә yaşayan 400 icmanın yaşamaq üçün vәsaitlәri problematik vә baxılmamış qalır.
Kanadanın Beynәlxalq İnkişaf Agentliyinin Xarici İşlәr Nazirliyi, Beynәlxalq Ticarәt vә İnkişaf
Departamenti ilә birlәşmәsi kömәk göstәrilmәsi yolunda yeni yanaşmaya işarә edir vә hәmçinin özünә
müstәsna olaraq humanitar proqramları deyil, elәcә dә kommersiya vә xarici siyasi mәqsәd vә
proqramları da daxil edir.
Gәlirlәrin İqtisadi Qeyribәrabәrliyi (әn zәnginlәrin payı 1% tәşkil edir).
8. SAĞLAMLIĞA TӘHLÜKӘ
Yeni vә yenidәn baş qaldıran xәstәlik vә immun mikroorqanizmlәrin
tәhlükәsi necә azaldılmalıdır?
Bәşәriyyәtin sağlamlığı yaxşılaşmaqda davam edir; insanlar çox yaşayırlar, ömür uzunluğu son 20 il
әrzindә 10 il artmış vә hazırda orta hesabla 70 yaş müәyyәn edilir, infeksion xәstәliklәrdәn xәstәlәnmә
vә ölüm halları isә azalmaqdadır. Bununla yanaşı, antibiotiklәrә hәssaslıq, kifayәt qәdәr qidalanmama vә
piylәnmә sağlamlıqla bağlı problemlәri artırır. Milyarddan artıq insanın demәk olar ki, etibarlı içmәli
suya çıxışı yoxdur. Tibbisanitar şәrait Suriyadan, Cәnubi Sudandan vә digәr ölkәlәrdәn qaçqın düşmüş
insanlar üçün dәhşәtli hal almışdır.
Yeni antibiotiklәrә sәrmayә yatırılması vә onların işlәnib hazırlanması bütün dünyada antibiotiklәrә qarşı
cari vә potensial davamlılıqla ayaqlaşa bilmirlәr. Bu, iri antibiotik siniflәrini (mәsәlәn, betalaktam,
karbapenem, ftorxinolon vә aminoqlikozid kimi antibiotiklәr) faydasız edә vә vәrәm, malyariya vә İİV
kimi xәstәliklәrin geniş vüsәt almasına gәtirib çıxarda bilәr. Bu hәmçinin yeni “superbakteriya”
pandemiyası ehtimalını artıra bilәr. Bununla belә, 20122013cü illәrdә geniş vüsәt almış epidemiyalar
sәngimiş vә baxmayaraq ki, dünyada 4.2 milyon sәhiyyә işçisi mövcuddur, bir çox istiqamәtlәr üzrә
irәlilәyiş әldә edilmişdir.
Әhalinin sayının artmasına, beş yaşınadәk uşaqlar arasında ölüm hallarının sayının 1990ci ildә 12,4
milyondan 2012ci ildә 6,6 milyona düşmәsinә baxmayaraq, dünya ölkәlәrinin yalnız yarısı uşaq ölümlәri
halının 1990cı il sәviyyәsindәn 2015ci ilәdәk üçdә iki dәfә azalması ilә bağlı Yeni Minilliyin
Astanasında İnkişaf Mәqsәdlәrinin tәlәblәrinә cavab verir. Hazırkı gedişatdan göründüyü kimi 2028ci
ilәdәk bu mәqsәdә nail olmaq mümkün olmayacaq. Ölüm sәviyyәsi hәqiqәtdә Suriyada, İraqda,
Subsahara Afrikasının bәzi ölkәlәrindә vә keçmiş Sovet İttifaqının bәzi respublikalarında 1990cı ildәn
etibarәn pislәşmişdir. Ana ölümü 1990cı ildәn 2010cu ilәdәk 47% azalmış, lakin hәlә dә eni Minilliyin
Astanasında İnkişaf Mәqsәdlәrinin tәlәblәrindәn uzaqdır bu tәlәblәrә görә bu göstәrici 75% azalma
olmalıdır.
Teletәbabәt vә bioçiplәrin kömәkliyi ilә özünüdiaqnostika, datçiklәr vә internetekspert sistemlәri
getdikcә daha çox zәruri hal alacaq, çünki insanlar daha çox yaşayır, sәhiyyәyә sәrf edilәn xәrclәr atır vә
eyni zamanda sәhiyyә işçilәrinin çatışmazlığı da artmaqdadır. Әrzaq vә ya heyvan mәnşәli xәstәliklәrin
sayının artmasının qarşısını almaqdan ötrü ticarәtdә tәhlükәsizliyin artması da zәruri bir haldır. Genetik
mәlumatlardan gәlәcәkdә istifadә, proqram tәminatı vә nanotexnologiyalar sonda genetik vә molekulyar
sәviyyәdә xәstәliklәrin aşkar edilmәsi vә onların müalicә edilmәsinә yardım edә bilәr.
Epidemiyanın cari yüksәk risklәrinә aşağıdakılar daxildir:
Antibiotiklәrә qarşı davamlı olan STENO, KPC fermentlәti, CRE, and NDM1 (yalnız Hindistan
vә Pakistanda aşkar edilmiş vә әksәr preparatlara qarşı davamlı olan müxtәlif bakteriyaları
yaradan ferment, bu ferment hazәrda ABŞ, Kanada, Niderland, Böyük Britaniya vә Avstraliyada
da açkar edilmişdir) kimi “supermikroblar.
MRSA (metisillindavamlı qızılı stafilokok).
Kambodcada uzun müddәt mövcud ola bilәn bütün formalarda qriplәr vә ölümcül quş qripi
virusları (H5N1) (3 il әrzindә 34 hal, bu il 13 hal vә 75% ölüm halı vә nadir. İnsandan insana
keçәn) vә çindә H7N9 qripi (2013cü ilin avqust ayına 44 ölüm halı ilә 135 hal vә “insandan
insana keçәn” bir hal).
2013cü ilin sentyabr ayına 144 koronavirus (MERS) halı vә bunlardan 54ü ölümlә
nәticәlәnmişdir vә Sәudiyyә Әrәbistanından olan tibb işçisinin yoluxduğu haqda mәlumat
verilmişdir.
Bütün qlobal әrzaq bazarlarında, lakin ilk әvvәl çindә hәzm keçilmәzliyi epidemiyası.
2013cü ildә Haitidә (8000 ölüm halı ilә 649 000 hal) vә hazırda Kuba vә Dominikan
Respublikasında tәsadüf edilәn vәba xәstәliyi.
Şәrqi Avropa vә Yaxın Şәrq ölkәlәrindә İİV infeksiyalı pasiyentlәrdә Vәrәm dәrman
preparatlarına qarşı dözümlülük.
İlk әvvәl CәnubŞәrqi Asiya vә latın Amerikasında denge xәstәliyi, 2012ci ildә bu cür xәstәliklә
bağlı 50100 milyon hal aşkar edilmişdir. Denge daha sürәtlә yayılan virus xәstәliyi kimi
qiymәtlәndirilir, dünyada epidemik potensiala malikdir vә son 50 ildә xәstәlik 30 dәfә artmışdır.
Rusiyada әn tәhlükәli olan yeni İİV (02_AG/) ştamm.
Beynәlxalq terror mәqsәdilә istifadә edilәn mübahisәli laborator quş qripi mutantları.
Abtibitiklәrә qarşı davamlı olan mikrobların vә yeni “supermikrobların” sayının getdikcә artmasına
baxmayaraq, Әrzaq Mәhsulları vә Dәrman Preparatlarına Sanitar Nәzarәt İdarәsi (FDA) tәrәfindәn 1998
ci ildәn bәri yalnız dörd yeni antibiotik tәsdiq edilmişdir. 2010cu ildәn bәri Amerikanın İnfeksion
Xәstәliklәr üzrә Mütәxәssislәr Cәmiyyәti 10 x '20 Tәşәbbüs tәrәfindәn yalnız bir yeni antibiotik
buraxılmışdır (2020ci ilә 10 yeni antibiotik). Multidavamlı qrammәnfi basillinin müalicәsi üçün işlәnib
hazırlanmış yalnız yeddi yeni preparat mövcuddur vә bu preparatlara bu yaxınlarda Xәstәliklәrә Nәzarәt
vә onların profilaktikası Mәrkәzlәri tәrәfindәn “dәhşәtli bakteriyalar” adlanan davamlı
enterobakteriyaların karbapenemi daxildir vә bu preparatlardan istәnilәn birinin tәsirli olacağına heç bir
zәmanәt yoxdur. İri әczaçılıq şirkәtlәri bu preparatların hazırlanması üçün cüzi maliyyә dәstәyinә
malikdirlәr.
2013cü ilin may ayında ÜST elan etmişdir ki, TibbiSanitar Qaydalar, beynәlxalq aşkarlamalar,
qabaqlayıcı tәdbirlәr, xәbәrdarlıqlar vә qlobal epidemiyaların sürәtli müalicәsi sistemi iri qlobal
epidemiyanın (H7N9) idarә edilmәsindә kifayәt deyillәr. çünki, pandemiya milli tәhlükәsizliyә risk
yaradır, epidemiyalara әn yaxşı nәzarәtin böyük hissәsi hәrbçilәr vә xüsusi xidmәt әmәkdaşları tәrәfindәn
aparılır, xüsusilә dә bu, kifayәt qәdәr sәhiyyә infrastrukturu olmayan yoxsul ölkәlәrdә tәmin edilir.
Bununla belә, beynәlxalq әmәkdaşlıq İİVni, atipik pnevmaniyanı vә H1N1i (donuz qripi) azaltmaq üçün
ümumilikdә qlobal sәhiyyә sistemini nәzәrәçarpan dәrәcәdә yaxşılaşdırmışdır. Bundan әlavә, yeni
ardıcıllıq texnologiyası bütün mikroorqanizmlәrin aşkarlanması vә әtraflı genetik xüsusiyyәtlәrinin
müәyyәn edilmәsi üçün qarşılıqlı әlaqәdә olan mәlumat bazasının qlobal sistemini yaratmaq imkanı
verәcәk. Bu, xüsusiyyәtin tәsvirinә sәrf edilәn vaxtın azalmasına vә bununla da, infeksion xәstәliklәr
üzәrindә nәzarәtin güclәndirilmәsinә gәtirib çıxardacaq.
Dostları ilə paylaş: |