2. HӘR KӘS ÜÇÜN KİFAYӘT QӘDӘR TӘMİZ SU
Hәr kәs üçün kifayәt qәdәr tәmiz suyu münaqişәsiz necә әldә etmәli?
1990cı ildәn daha 2 milyarddan artıq insan tәmiz içmәli su әldә etmәk imkanı әldә ediblәr. Bu
qeyriadi nailiyyәtdir, ancaq bu gün 768 milyon insanın yenә dә içmәli su әldә etmәk imkanı
yoxdur (halbuki, bu artıq 2008ci ildә olan 900 milyon insandan azdır). Bunun sәbәbi dünya üzrә
azalan su göstәricilәri, iqlim dәyişikliyi, müxtәlif növ su çirklәnmәsi vә son 38 il әrzindә әlavә 2
milyard insandır. Onların bәzilәri bu gün tәmiz su әldә edirlәr, lakin mühüm dәyişiklәr edilmәsә,
gәlәcәkdә bu olmaya da bilәr. Bu hesabatdakı tövsiyәlәr nә qәdәr tez hәyata keçirilәrsә, bir o
qәdәr az әziyyәt, xәstәlik vә münaqişә baş verәr. Halbuki, inkişaf hәlә ki bәşәriyyәt vә tәbiәtin
su ehtiyaclarını qarşılamaq miqyasında deyil.
İnkişaf edәn ölkә şәhәrlәrindә yaşayan insanların tәxminәn 27%nin evindә su kәmәri yoxdur.
Qlobal su istifadәsi son 50 il әrzindә 3 dәfә artıb. 2030cu ilә qlobal suya olan tәlәbat suya olan
tәklifi 40% üstәlәyә bilәr.
İӘİTin proqnozlarına görә, 2030cu ilә dünyanın yarısı ağır su şәraiti
olan әrazidә yaşamaqla üzlәşә bilәrlәr. Tәbiәtin hәyat formalarını saxlanılması üçün kifayәt
qәdәr suya ehtiyacı var. Buna baxmayaraq, 2050ci ilә biznes bir qayda olaraq bir neçә milyard
insanın ağır su şәraiti olan әrazilәrdә yaşamasına gәtirib çıxara bilәr.
Bu yeni tәsәrrüfat tәcrübәsi, siyasәt dәyişiklәri, yeni texnologiyalar, vә ictimai dәyәrlәr vә
davranışda olan dәyişikliklәr ola bilәr. Baxmayaraq ki, su ilә әlaqәli münaqişәlәr artıq baş verir,
qarşılıqlı müqavilәlәr münaqişәdә olan insanların razılığa gәlmәsinә gәtirib çıxara bilәr.
Minilliyin Layihәsinin Mәqsәdi olan tәmiz içmәli suyu әldә etmәk imkanına malik olmayan
insanların sayının yarısı qәdәr azaltmaq 2012ci ilin mart ayında әldә olundu. Buna baxmayaraq,
MLMin 2015ci ilә qoyulan mәqsәdi olan kanalizasiyanın yaxşılaşdırılmasının 1 milyard insan
üçün hәyata keçirilmәmәsi gözlәnilir. Tәxminәn 2.5 milyard insan inkişaf etmiş kanalizasiyanın
yoxluğundan әziyyәt çәkir vә 40%i tәhlükәli ayaqyolundan vә ya açıq tәmizlәnmә
metodlarından istifadә edir. İnkişafda olan xәstәliklәrin 80%i su ilә әlaqәlidir; çox hissәsi insan
ifrazatının zәif idarә olunmasıdır. Azı 1.8 milyon 5 yaşından aşağı olan uşaq hәr il tәhlükәli
suya, qeyriqәnaәtbәxş kanalizasiya vә gigiyenanın çatışmazlığına görә dünyasını dәyişir. Yaşı
15 yaşdan aşağı olan uşaqlarda diareya xәstәliyi QİÇS, malyariya vә vәrәm xәstәliklәrinin
birlikdә tәsirindәn daha böyükdür. 4cü, 5ci siniflәrdә tәhsil alan qız şagirdlәr cinsi yetkinlik
dövrünә çatanda mәktәblәrindә qızlar üçün ayrı ayaq yolu olmadığından mәktәbi tәrk edirlәr,
ancaq hәmin ayaq yolları tikilәndә qayıdırlar.
Su mәhsulları tәsәrrüfatı tәxminәn insanistehlakının yarısı olan balığı istehsal edirlәr. Bu kәskin
şәkildә dünyanın çox yerlәrindә artırıla bilәrdi. Kәnd tәsәrrüfatı insanın tәmiz su istifadәsinin
70%ni istifadә edir; bunun çox hissәsi malqaranın yetişdirilmәsi üçün istifadә olunur. Bu kimi
suya tәlәb artan gәliri ilә artan әhalinin qida tәlәbatının qarşılanması üçün artacaq. Әtә olan
qlobal tәlabat 2025ci ilә adambaşı suya olan tәlabatı artıraraq 50%, 2050ci ilә 2 dәfә arta bilәr
(bir hamburqer istehsal etmәk üçün 2,400 litr, bir dәri ayaqqabı istehsalı üçün 8,000 litr su tәlәb
olunur). BMTnin hesablamalarına görә indiki dövr ilә 2030cu il arasında olacaq su
çatışmazlıqları aradan qaldırmaq üçün 5060 milyard ABŞ dolları tәlәb olunur. Qlobal un
mәhsulları istehsalının 30%i hazırkı istehsal regionlarında su çatışmazlığına görә itirilә bilәr.
Buna baxmayaraq, iqlim dәyişikliyinә görә Rusiya vә Kanadada yeni әrazilәr istifadәyә verilә
bilәr. Şist qazın rektifikasiya (suyun yüksәk tәzyiq vasitәsilә dağ süxurlarının dağıdılması)
vasitәsilә istismar olunması yeraltı suların çirklәndirilmәsinә sәbәb ola bilәr. Bundan әlavә
şübhәlәrә görә bu hәtta zәlzәlәlәrin baş vermәsinә tәkan verә bilәr. Elektrik stansiyalarında
soyuducu sistemlәr bütün kütlәdә su tәlәb edir. Bir ABŞ araşdırması göstәrmişdir ki, bir vahid
elektrik enerjisi istehsalı üçün atom elektrik stansiyası tәbii qaz stansiyasından 8 dәfә çox tәmiz
su istifadә edir. Enerjiyә olan tәlәbat qidaya artan tәlabat ilә birlikdә 20 ilә 40% arta bilәr. Bunu
nәzәrә alaraq su tәklifinin idarә olunması dramatik şәkildә dәyişilmәlidir. Elektrik stansiyaları su
istifadәsini birdәfәlik vә ya lokal su anbarlarından istifadә etmәklә resirkyulyasiya vasitәsilә
azalda bilәrlәr. Ancaq külәkdәn istifadәyә keçәn elektrik qurğuları vә fotoeletrik vasitәlәr
tәmizlәmә üçün termal stansiyalara nisbәtәn az su istifadә edirlәr.
Suyun şirinlәşdirilmәsindә irәlilәyişlәrә buxarlı qayıqların istehsalı üçün dәniz suyunun
tәzyiqlәşdirilmәsinә, karbon nanoboruları vasitәsilә filtirasiyaya vә әksinә infiltrasiyaya,
çirklәnmәyә qarşı az xәrcli mübarizә vә daha yaxşı suyığıcı әrazilәrlә birlikdә ehtiyac var. İçmәli
suya olan gәlәcәk tәlәbat sahillәrdә, hidroponikalarda, akvaponikalarda, binalara yerlәşdirilmiş
vertikal şәhәr tәsәrrüfatlarında olan duzlu su tәsәrrüfatları, heyvan böyütmәdәn tәbii әt istehsal
etmәk, vegetarianlığı artırmaq, sızan boruları tәmir etmәk vә işlәnmiş suyu tәkrar istehsal etmәk
vasitәsilә azaldıla bilәr.
Su iqlim dәyişikliyi vә inkişaf strategiyasının mәrkәzi olmalıdır. Әgәr iqlim dәyişikliyi dәniz
sәviyyәsinin qalxmasına sәbәb olursa, onda dünyada dәniz sahili suyunun 20 faizinin şoran suya
çevrildiyinin şahidi ola bilәrik. Öhdәsindәn gәlmәk çәtin olduqda isә insanlar geniş miqyasda
dizeldәn istifadә edib, daha sonra isә CO
2
emissiyası ilә duzsuzlaşmış su әldә edә bilәrlәr.
Genişmiqyaslı duzsuzlaşdırma prosesinin problemli olmasına baxmayaraq, texnologiyanın
hәqiqәtәn problemin hәlli üçün kifayәt qәdәr effektiv potensialı var.
İnkişaf planlanması damcılama irriqasiyası vasitәsilә daha az su ilә daha çox әrzaq istehsal
etmәkdәn, dәniz suyu istixanalarından vә hәssas kәnd tәsәrrüfatından, tәkmillәşdirilmiş yağış
suyu idarәetmәsindәn vә irriqasiyasından, su idarәetmәsindәn vә su qiymәtlәrinin seçimli
tәtbiqindәn vә bütün dünyadakı uğurlu layihәlәrdәn alınmış dәrslәri dә özündә birlәşdirmәlidir.
Planlar hәmçinin deqradasiya olunmuş vә ya tәrk edilmiş tәsәrrüfat sahәlәrinin meşәlәrә vә
otlaqlara çevrilmәsinә, ev sanitariyasına, meşәlәrin bәrpasına, su anbarlarına, çoxmәqsәdli su
layihәlәrindә sәnaye sularının emalına, mümkün olan yerlәrdә yalnız mәrәzi su emalı zavodları
әvәzinә içmә nöqtәlәrinin tәmizlәnmәsinә yatırım edilmәsinә, yuma zamanı israf olunmuş sudan
tualetlәrin yuyulmasında vә bağların sulanmasında istifadә edilmәsinә vә ekoloji anbarlar, boru
xәtlәri vә suyun bol olduğu yerlәrdәn qıt olduğu yerlәrә daşımaq üçün borular tikilmәsinә kömәk
edir.
Bәs әgәr suyun çoxu içilmәk üçün istifadә olunmursa, nәyә görә mәrkәzi su zavodlarında olan
ümumi vә bahalı su tәmizlәmәsi әvәzinә, suyun içmәli su kranlarında son tәmizlәnmәsi üçün
mәrkәzlәşdirilmәmiş üsullardan istifadә olunmur? Necә ki insanların karbon qazı qәbul etmә
miqdarının ölçülmәsi mәşhurlaşıb, insanlar öz su qәbul etmә miqdarlarını hesablamağa
başlayırlar.
BMTnin Baş Assemblyası tәmiz su qәbulu vә sanitariyasını insanın әsas hüquqları kimi elan
etmişdir. Tәhlükәsiz su vә sanitariya ilә bağlı olaraq insan hüquqları öhdәliklәrinin hәyata
keçirilmәsini sürәtlәndirmәk üçün 6cı Dünya Su Forumunda Marsilya Nazirlәr bәyannamәsi
qәbul edilmişdir. BMTin qlobal su mәlumat sistemini yaratmaqda mәqsәdi, inteqrasiya edilmiş
su sistemlәrindә qәrar qәbuletmә prosesini inkişaf etdirmәk idi. Çağırış 2 әsas olaraq tәmiz suya
ehtiyacı olan vә çirkli sudan yaranan xәstәliklәrdәn әziyyәt çәkәn insanların sayının yarıya qәdәr
azaldılmasına, hәmçinin kәnd tәsәrrüfatında istifadә edilәn suyun hәcminin 5 faizә qәdәr
azaldılmasına istiqamәtlәnib. Ümumdünya sәviyyәsindә deyilәnlәrin qәbul olunması nәticәsindә
demәk olar ki, $220 milyard dollar mәnfәәt әldә olunacaq.
Regional müzakirәlәr
Afrika: Afrikalıların yarıdan çoxu sudan yaranan xәstәliklәrdәn әziyyәt çәkir. Afrika ölkәlәrinin
ÜDMnin 2.5%ә qәdәri vә 5,5 milyard dolları hәr il qeyriadekvat sanitariya sәbәbindәn itirilir.
Subsahara Afrikanın tәxminәn 30%i tәkmillәşdirilmiş sanitariyadan istifadә edir. Kәnd
tәsәrrüfatı torpaqlarına görә qlobal yürüş faktiki olaraq “böyük miqyasda su sahәsinin fәth
edilmәsi” üçündür, çoxlu sayda Afrika hökumәti artıq on illәrlә yerli icmaların su hüquqlarına
laqeyd yanaşmış vә bu da öz növbәsindә ciddi fәsadlara gәtirib çıxarmışdır. Nayrobidә su
Şimali Amerikadakı ortalama su qiymәtindәn 6 dәfәdәn daha artıq qiymәtә başa gәlir. Britaniya
Geoloji Cәmiyyәti aşkar etmişdir ki torpaq altında torpaq üstündә olduğundan 100 dәfә artıq
nәhәng su qaynaqları var. Bu suların 40%ә qәdәri içmәyә yararsız su kimi Subsahara Afrikada
mövcuddur, vә araşdırmalara görә Nigeriyada vә Efiopiyada yalnız 70% su içmәk üçün
tәhlükәsizdir. Xarici sәrmayәlәr Subsahara Afrika ölkәlәrinin su ehtiyatlarının vә sanitariya
işlәrinin xәrclәrinin 90%ini öz üzәrinә götürüb. Bunlara baxmayaraq, Subsahara Afrika
ölkәlәrinin susuz qalmış әhalisinin sayı 1990ci illә müqayisәdә daha çoxdur, vә buna sәbәb
әhali artımıdır. Siyasi dәyişikliklәr olmadan, bu region 2040cı ilәdәk su ilә bağlı vә 2076cı
ilәdәk sanitariya ilә bağlı MİM mәqsәdlәrinә cavab verә bilmәyәcәk.
2055ci ilә iqlim dәyişikliyi nәticәsindә proqnozlaşdırılan su qıtlığı bölgәlәrindә yaşayan 350
400 milyon әhalinin sayı 350600 milyona çata bilәr. Afrikalıların әksәr әhalisinin yaşayışı yağış
suyu ilә qidalanan kәnd tәsәrrüfatından asılı olduğundan kәnd tәsәrrüfatı sistemlәrinin
tәkmillәşmәsi milyonlarla canlını inkişaf etdirәcәk. Bәzi qәsәbә tipli mәktәblәrdә tәmizlik
sistemlәrinin qurulması qızları mәktәblәrә qaytardı. Suyun qorunması vә iqlimin davamlı
inkişafı strategiyası çәrçivәsi iqlim dәyişikliyi vә su mühafizәsi kimi ikili problemlәrin hәllinә
yönәlib. Gibe III bәndindә aparılan abadlıq işlәri Turkan gölünün suyunun sәviyyәsinin aşağı
düşmәsinә vә Efiopiyadakı 500000dәn artıq әhaliyә tәsir göstәrәcәk, Nil әtrafı ölkәlәr arasında
razılaşma cәnubi Misirdә suya tәlәbatla bağlı münaqişәlәrin hәllinә gәtirib çıxarda bilәcәk.
Asiya vә Okeaniya: Asiya dünya әhalisinin 60%nә, lakin tәmiz suyunun 2830%nә malikdir.
Hindistan pambıqçıları il әrzindә Hind çayından 753 qallon su götürülәr, bu da Dehlinin 2 ildәn
çox mәişәt suyu ehtiyacına bәrabәrdir. Hindistanın elektrik enerji şәbәkәsini onun enerjinin
mövcud olmadığı kәndlәrindә genişlәndirmәk çox çәtindir, çünki bu, çoxlu miqdarda su tәlәb
edir. Hәtta fotostatlar da tәmizlәmә üçün su tәlәb edirlәr. Hindistan dünyanın 17% әhalisini
malik olduğu suyunun 55% dәn az miqdari ilә tәmin edir, 3%i su isә fermalara sәrf edilir.
Tәxminәn hәr gün 3000 milyon litr tullantı Dehlidәn Yamuna çayına boşaldılır. BMTnin Әhali
Mәntәqәlәrinә dair Proqramı çayı canlı hәyatın olmadığı kifayәt qәdәr oksigensiz “ölü” çay
elan etmişdir. Hindistanda 626 milyon insan ayaqyolunhdan istifadә etmәk imkanı yoxdur. Dörd
CәnubŞәrqi Asiya ölkәlәri iqtisadiyyatında qeyriadekvat kanalizasiya onların ÜDMnin 2%nә
bәrabәr dәyәrdәdir. 2003cü ildәn bәri Çinin bataqlıq sahәlәri 9% kiçilmişdir. Çin yeraltı suların
çirklәnmәsinin qarşısının alınması vә bәrpa edilmәsi üçün 10 il әrzindә $5,5 milyard yatırım
edәcәk, amma әn yaxşı halda növbәti 5 ildәn 8 ilә su şәraitinin daha da pislәşmә ilә davam
edәcәyi gözlәnilir. 5000 monitorinq saytlarındakı mәlumatlara istinadәn 198 şәhәrin tәxminәn
40%dә qrunt sularının keyfiyyәti “aşağı”, 17%dә isә “olduqca aşağı” qiymәtlәndirilir. Ardıcıl
üç il әrzindә “aşağı” keyfiyyәtin tәkrarlanma nәticәsindә 55% yüksәlәcәyi proqnozlaşdırılır.
Milli Su Siyahıya alınması 28000 çayın mәhv olduğunu aşkar etmişdir. Dünya tәmiz suyunun
yalnız 6% ilә Çin dünya әhalisinin 22%nin ehtiyaclarını ödәmәlidir. 2020ci ilә
duzsuzlaşdırılmış su hasilatının dörd dәfә artacağı gözlәnilir, bu da günlük 680000m
3
–dәn
(180
milyon qallon) 3 milyon m
3
ә ( 800 mln qallon) qәdәr su demәkdir. Çindә su qıtlığına görә
mәcburi miqrasiya başlamışdır, növbәti yerdә Hindistan durur. Üç vadi bәndi әtrafında torpaq
sürüşmәlәri vә digәr fәlakәtlәrin sayı 2010cu ildә suyunun sәviyyәsi maksimuma çatandan bәri
70% artmışdır, vә әlavә 100000 insanın köçürülmәsinә sәbәb olur. Yantszı, Mekonq, Saluin,
Qanq vә Hind çayları dünyanın әn çox çirklәnәn 10 çayı sırasındadır. Avstraliyada Viktoriya
hökumәti su tәchizatı müqavilәlәrinin bağlanması üçün özәl müsabiqә keçirmişdir. Çin
Avstraliyada karbonu kompensasiya etmәk üçün çoxlu miqdarda kәnd tәsәrrüfatı torpaqları alır
vә “ tәmiz qida” ixracına hazırlayır.
Qәrbi Avstraliya hökumәti su tәklifi/tәlәbatı tәşәbbüsü portfelinin hәyata keçirilmәsi vә 2050ci
ilә qәdәr artan әhalinin ehtiyaclarını vә digәr hәyat formalarının qorunub saxlanması üçün әlavә
duzsuzlaşdırma zavodlarına ehtiyacı tәxmin edir. 2050ci ilәdәk Yaxın Şәrqdә әlavә 1,5 milyard
m
3
suya ehtiyac yaranacaq vә bunun da üçdә biri Fәlәstin hökumәti vә İordaniyaya ayrılacaq.
İsrail, İordaniya vә Fәlәstin 2013cü ilin dekabrında cari su resurslarının birgә idarә edilmәsi vә
dәniz suyunun duzsuzlaşdırılması layihәsi çәrçivәsindә yeni su resurslarının birgә inkişafı vә
istifadәsinә uyğun olaraq Su hasilatı müqavilәsi imzalamışlar. 1970ci illәrin sonlarından İranda
adambaşına düşәn suyun miqdarı 50% azalmışdır. Tәxminәn 2,6 milyon әfqan quraqlıqda aclıq
içәrisindә yaşayır .Yәmәn suyun tükәnәcәyi ilk paytaxt şәhәri ola bilәr. BӘӘnin bәrpa olunan
su resursları son 15 ildә 42% azalmışdır. Suyun qalxan qiymәti sosial narahatlıq yarada bilәr.
Siyasi vә ekoloji böhran qorxusu dövlәtin süqutuna vә xüsusilә Yәmәndәn qaçqınların axınına
sәbәb ola bilәr. Bunun qarşısını alması mәqsәdilә Sәudiyyә Әrәbistanı Yәmәnә yanacaq
bağışlamış vә su layihәlәrinin maliyyәlәşdirilmәsini tәklif etmişdir. Yaxın Şәrq vә Şimali Afrika
ölkәlәrindә aşağı keyfiyyәtli suyun iqtisadi dәyәri ÜDMin 0,5% 2,5 % i arasındadır.
Avropa : Avropada tәxminәn 120 milyon insanın tәhlükәsiz içmәli sudan istifadә imkanı yoxdur
vә hәtta daha çox kanalizasiyaya çıxış imkanı azdır. Rusiya 2030cu ilә suyun sәmәrәliliyini
artırmağı planlaşdırır. Almaniyada su tәchizatçıları fermerlәrә orqanik fәaliyyәtә keçmәlәri üçün
ödәniş edirlәr, çünki bu, ferma tullantılarını tәmizlәmәkdәn daha az mәsrәflidir. Almaniyada pis
infrastruktura görә su itkisi 5%dәn azdır, amma bu Bolqarıstandakı kimi 50%ә qәdәr yüksәk
ola bilәr. Aİ su qıtlığı vә quraqlıq üçün Siyasi İcmal (Policy Review) hәyata keçirir vә Ümumi
Kәnd Tәsәrrüfatı Siyasәti (Common Agricultural Policy) necә su resurslarının daha
balanslaşdırılmış idarәçiliyinә nail olunmasını araşdırır. İspaniya ilk ölkәdir ki, su istifadәsi
analizini siyasәt qәbul edәrkәn istifadә etmişdir. Avropa Komissiyası Afrika, Karib dәnizi vә
Sakit okean sularına girişi inkişaf etdirmәk üçün €40 milyonluq fond tәsis etmişdir. Dünyanın әn
böyük tәmiz su ehtiyatları Rusiyadadır, vә o, Çinә vә Kiçik Asiyaya su ixrac edә bilәr.
Latın Amerikası: Latın Amerikası dünyanın tәmiz suyunun 26%i vә әhalisinin 6%inә
sahibdir, bölgәnin üçdә iki hissәsi mәrkәzi vә şimali Meksikanın geniş әrazilәri, şimalşәrqi
Braziliya, şimalqәrbi Argentina, şimali Çili, Boliviya vә Perunun bir hissәsi daxil olmaqla quraq
vә ya yarımsәhradır. Әhalinin tәxminәn 25%i (100 milyondan yuxarı) susuz әrazilәrdә әsasәn
Meksika, Argentina vә qәrb sahili boyu ölkәlәrdә yaşayır. 125 milyon nәfәr isә kanalizasiya
xidmәtlәri ilә tәmin edilmir. Regionda istifadә olunan suyun 70%dәn çoxu tәmizlәnmәdәn
çaylara axıdılır. Eyni zamanda, UNESKOnun mәlumatına görә Braziliya tәxminәn 40% tәmiz
sudan istifadә edir. Meksika suyun keyfiyyәtinә görә İӘİT ortalamasından 85% aşağı göstәrici
nümayiş etdirsә dә, su sistemlәri, universal su tәchizatı vә çirkab sularının tәmizlәnmәsi üçün
"2030 Su Gündәliyi"nә investisiyalarını artırmışdır. Latın Amerikasında tәxminәn 120 milyon
insanın tәkmillәşdirilmiş sanitariya qovşağına çıxışı yoxdur. Eyni zamanda region ölkәlәri
qәzalara, sәnaye sektorunda işçi artıqlığına, istifadәsiz vә sınıq borulardan qaynaqlanan su
itkisinә görә hәr il 6 milyard dollara yaxın pul itirir. 70 ildәki әn pis quraqlıqdan әziyyәt çәkәn
Meksika fermerlәri 2.2 milyon akr mәhsul itirmişdir. KostaRikaya 2030cu ilәdәk su vә
kanalizasiya şәraitinin yaxşılaşdırılması üçün 2,4 milyard dollar sәrmayә lazımdır. Mәrkәzi
Amerikada El Salvador su qıtlığı ilә üzlәşәcәk. And dağlarındakı buzlaqlar әriyir; bu
hidroelektrik bәndlәrә, kәnd tәsәrrüfatına vә şәhәrin su tәchizatına tәsir göstәrir. Regionun 68%
in elektrik tәminatı hidroelektrik mәnbәlәrdәn gәlir. Yeni su tәchizatı yaradılana qәdәr böyük
şәhәrlәrdә su böhranı baş verә bilәr, özәllәşdirmәdә uğurlu vә uğursuz yanaşmalardan çıxarılan
nәticәlәr tәtbiq edilir, daha etibarlı, şәffaf vә ardıcıl inteqrasiya olunmuş su resurslarının idarә
edilmәsi üçün qanunvericilik yenilәnir. Regionun su tәlәbatı 2050ci ilәdәk 300% arta bilәr. Peru
su qıtlığından daha çox әziyyәt çәkәn Latın Amerikası ölkәlәrindәn biri olacaq. Onun әhalisinin
60%dәn çoxu (tәxminәn 18 milyon) artıq özünün 40% hәcmini itirmiş buzlaqlardan su әldә
edәn sahil sәhralıq bölgәdә yaşayır; 2030cu ildә isә yalnız dәniz sәviyyәsindәn 5000 metr
yüksәklikdә buzlaqların olacağı gözlәnilir.
Neft vә qaz hasilatı, kәnd tәsәrrüfatı vә digәr şәxsi maraqlar suyu ictimai etimad kimi tәhdid
edәrәk satın alır. ABŞın heç bir milli inteqrasiya olunmuş su siyasәti yoxdur vә ABŞda
mәlumatların toplanması vә suyun vәziyyәtinin tәkmillәşdirilmәsi üçün mәrkәzi koordinasiya da
mövcud deyil. Qәribәdir ki, USAID inkişaf etmәkdә olan ölkәlәr üçün 20132018ci illәr üzrә su
inkişaf strategiyasını işlәyib hazırlayıb. ABŞın quraq cәnubqәrbindә әlavә su çıxarılması yeni
neft vә qazın hasilatı ilә sürәtlәndirilir. Ceres investor şәbәkәsinә görә, bu regionda 2011ci
ildәn tәxminәn 40,000 neft vә qaz quyusu qazılmışdır; dörddә üçü suyun qıt olduğu, 55%i isә
quraqlıq sahәlәrdir. Hәmin quraqlıq sahәlәrdә hasilat üçün su tәlәbatının növbәti iki il әrzindә iki
dәfә artacağı gözlәnilir. Su tәchizatı infrastrukturu köhnәlәrkәn (ABŞda hәr il 225.000dәn çox
su xәtti ilә bağlı fasilәlәr olur), federal maliyyә vәsaiti belә tipli tәkmillәşdirmә üçün әhәmiyyәtli
dәrәcәdә azalır. Zavoddan istifadәçiyә gedәn içmәli su tәxminәn 20% itirilir. EPA görә, 2011
vә 2030cu illәr arasında içmәli su infrastrukturu üçün $384 milyard tәlәb olunur. Şimali
Amerikalılar avropalılara nisbәtәn adambaşına 2,5 dәfә çox su istifadә edir. ABŞ istilik elektrik
stansiyaları tәsәrrüfatlar qәdәr vә bütün ABŞ sakinlәrindәn 4 dәfә çox su istifadә edir. Cәnub
qәrbdә bir neçә il davam edәn quraqlıq sәbәbi ilә kәnd tәsәrrüfatı, şәhәr vә elektrik stansiyaları
arasında su әldә etmәk üçün mübarizә güclәnir. Kaliforniya 2014cü ilin әvvәllәrindә fövqәladә
vәziyyәt elan etdi. ABŞda elektrikin hәr kilovatsaatı soyutma üçün 25 qallon su tәlәb edir, bu
da elektrik stansiyalarını kәnd tәsәrrüfatından sonra ölkәdә ikinci әn böyük su istehlakçısı (bütün
hasil edilәn suyun 39%i) edir. 1970ci ildә ABŞ özünün "pik su" sәviyyәsini keçә bilәr. 2013
cü ildә ABŞın cәmi 36 ştatında su çatışmazlığı problemi gözlәnilir. 30dan yuxarı ştatın su
resursları ilә bağlı qonşuları ilә münaqişә yaşamaqdadır. ABŞ şәhәrlәrinin tәxminәn 30%i
2017ci ildәn su qıtlığı yaşaya bilәr. Amerikanın yerli mәişәt tәsәrrüfatlarının 13%nin, xarici
mәişәt tәsәrrüfatlarının 0.6%nin tәhlükәsiz suya vә ya çirkab suları axıdan sistemә çıxışı
yoxdur. Kran suyu ABŞda tәnzimlәnir, lakin qablaşdırılmış su yox; yoxlamadan keçirilmiş
qablaşdırılmış suyun 40%i krandan gәlir. Kanada dünyada tәmiz suyunun 20%nә, bәrpa olunan
suyun 7%nә sahibdir. 2013 Transboundary Waters Müdafiә Aktı gündә 50,000 litrә qәdәr
qablaşdırılmış suyun ixracına imkan vermәsinә baxmayaraq, tranzit hövzәlәrinin toplu su
ixracını qadağan edir. Qәrbi Kanadanı asfaltqum zavodu hәr meqavatsaata tәxmini 2045
kubmetr su sәrf edir (şәrti neft hasilatı üçün istifadә edilәndәn 10 dәfә çox). Kanadada su
qıtlığının qarşısının alınmasında siyasәtçilәrә kömәk üçün şәhәrin yeraltı su tәchizatının planı
işlәnib hazırlanır. Әtraf mühitin mühafizәsini tәmin etmәk mәqsәdilә hökumәtin kәnd
tәsәrrüfatısu subsidiyalarının dәyişdirmәsi gәrәkdir.
3. ӘHALİ ARTIMI VӘ MÖVCUD OLAN RESURSLAR
Әhali artımını vә resursları (ehtiyatları) necә tarazlaşdırmalı?
Dünya әhalisi әrzaq mәhsullarına, suya, enerjiyә vә mәşğulluğa görünmәmiş tәlәbat yaratmaqla tәkcә 12
il әrzindә 1 milyard artacaq. Gözlәnildiyi kimi әhalinin sayında artım әn azı 49 inkişaf etmiş ölkәdә
sürәtlә gedәcәk vә hazırda 900 milyondan iki dәfә artaraq 2050ci ildә 1,8 milyarda çatacaq.
Dünya
әhalisinin sayı 1804cü ildә 1 milyard, 1927ci ildә 2 milyard, 1999cu ildә 6 milyard olub, bu gün
isә 7,2 milyard tәşkil edir. 2050ci il üçün BMTnin proqnozları 8.4 milyard ilә 10.9 milyard
intervalında dәyişir vә orta mәxrәc isә 9.6 milyard insan tәşkil edir. Әhali artımının tәxminәn hamısı
inkişaf etmәkdә olan ölkәlәrdәki şәhәrlәrin payına düşür. BMT 2050ci ildә orta göstәrici üzrә әhali
artımı baxımından tәhlil aparmışdır.
Әhali, bütün dünyanın bir çox ölkәlәrinin infrastrukturu adekvat şәkildә idarә edә bilәcәklәrindәn vә
düzgün yenilәyә bilәcәklәrindәn daha sürәtlә artır. Şәhәrin ekoloji sistemlәrinә vә ağıllı şәhәrlәrә yeni
yanaşmalar icad edilmәyә vә hәyata keçirilmәyә başlanmışdır. Artan әhalinin su vә enerji ilә tәmin
edilmәsi hazırkı hesabatın Qlobal Çağırışlar 2 vә 13dә müvafiq qaydada müzakirә edilir.
Әhalinin say dinamikası bütün dünyada yüksәk vә aşağı ölüm әmsalı vә eyni şәkildә ümumi nәsilvermә
әmsalı arasında dәyişir. Dünyada doğum әmsalı 1900cü ildә bir qadına 6 uşağa vә 1950ci ildә 5 uşağa
vә hazırda 2,45 uşağa düşmüşdür.
Әgәr fertillik әmsalları düşmәyә davam edәrsә, dünya әhalisinin sayı 2100cü ilә 6.2 milyarda qәdәr aşağı
düşәcәk. Doğum tempi aşağı düşәrsә, onda yaşlı әhalinin sayı artmaqla dünya әhalisi hәqiqәtәn dә 2100
cü ilә 6,2 milyarda düşә bilәr. Hazırda, orta yaşam müddәti 70,5 il tәşkil edir, proqnozlara görә isә 2100
ilә 81 ilә çatacaq; uzunömürlülük tәdqiqatları sahәsindә әldә edilәn nailiyyәtlәrlә bu göstәrici artacaq. 60
vә yuxarı yaşda olan әhalinin sayı, gözlәnildiyi kimi 2013cü ildә 12% (841 milyon), 2050ci ildә 22% (2
milyard) artacaq, yaşlı әhalinin 20%i isә 80 vә ya daha yuxarı yaşda olacaq. 2012ci ildә Asiya әhalisinin
11%, Latın Amerikası әhalisinin 10% vә Afrika әhalisinin 6%i ilә müqayisәdә Avropa әhalisinin
tәxminәn 22%ni 60 vә daha yuxarı yaşda olanlar tәşkil edәcәk. Dünyada az inkişaf etmiş regionlarda
yaşayan yaşlı әhalinin payı hazırkı 66%dәn 2050ci ildә 79%ә qalxacaq.
2050ci ilә 43dәn çox ölkәdә әhalinin sayının azalacağı gözlәnilir. 2050ci ilә tәqaüdә çıxmaq üçün yeni
kompensasiyalar tәlәb edәn 65 yaşdan yuxarı insanların sayı 15 yaşdan aşağı insanların sayına bәrabәr ola
bilәr.
"Pensiya problemi" gәlәcәkdә insanların buna inandığından da çox onların uzun ömür vә mәhsuldar hәyat
yaşamalarına imkan verәn elmi vә tibbi ixtiralara zәmin yaratmış olacaqdır. ABŞ, Avropa vә Asiyada
insan beyni layihәlәri ahıl yaşlarında әqli zәifliyin qarşısını necә almağın mümkün olmasına әsaslana vә
hәtta, әqli artıra bilәrlәr. Yaşayış standartlarının yüksәlmәsini davam etdirmәk vә gәnc nәslin üzәrindәki
iqtisadi yükü azaltmaq üçün insanlar daha uzun müddәt işlәyәcәk vә mәsafәdәniş, natamam iş günü vә iş
rotasiyasının növlәrini yaradacaqlar.
Dünyada ac insanların faizinin 1970ci ildә 30% dәn (o dövrdә dünya әhalisinin sayı 3,7 milyard tәşkil
edirdi) hazırda 15%dәk azalmasına baxmayaraq (7,2 milyard dünya әhalisi ilә), әrzağın müxtәlifliyi vә
qidalı olması baxımından narahatlıq mövcuddur. Әrzaq vә Kәnd tәsәrrüfatı Tәşkilatının (ӘKT)
qiymәtlәndirmәsinә görә 30% (2 milyard insan) “gizli aclıqdan” әziyyәt çәkir. Bu o vәziyyәtdir ki,
insanlar kifayәt qәdәr kalori alır, lakin vitamin vә mineralın miqdarı isә kifayәt qәdәr olmur. Aqrosәnaye
kompleksi kәnd tәsәrrüfatı bitkilәrindә olan qidalı maddәlәri azalda vә bununla da gizli aclıq riskinin
yaranmasına sәbәb ola bilәr. Hazırkı hesabatın gizli aclığa dair 2ci Çağırışı gizli aclığın qarşısının
alınması üçün beynәlxalq qiymәtlәndirmәni tәqdim edir. Dünya әhalisinin tәxminәn sәkkiz nәfәrindәn
biri xroniki olaraq doyunca yemәk yemir. ӘKT kәnar әrzaq yardımına ehtiyacı olan 35 ölkәnin adını
çәkir vә ÜӘP 73 ölkәdә 90 milyondan yuxarı insana әrzaq yardımı göstәrir.
Bununla belә, bu ölkәlәrdәn bәzilәrindә şumluq torpaqlar (әsasәn Afrikanın SubSahara regionunda) öz
ölkәlәrini yedirtmәk üçün xarici investorlara satılır vә ya icarәyә verilir.
2006cı ildәn bәri 66 ölkәdә tәxminәn 35 milyon hektar sahәni әhatә edәn 400 iri şumluq yerinin
tutulduğu haqda mәlumat verilir. Taxıl sövdәlәşmәlәrinin tәxminәn üçdә ikisi Avropa vә Asiyadan olan
investorların payına düşür. Yaxın Şәrq vә Şimali Afrikanın әrәb ölkәlәrinә taxıl idxalı 1990cı illә
müqayisәdә 2011ci ildә iki dәfәdәn çox olmaqla 70 milyon tonadәk artmışdır.
İqtisadi Әmәkdaşlıq vә İnkişaf Tәşkilatı (İӘİT) özәl sektorun kәnd tәsәrrüfatına vә kәnd tәsәrrüfatı
infrastrukturuna yatırdığı sәrmayәnin $25 milyarddan çox olduğunu vә yaxın üçbeş il әrzindә iki vә ya
üç dәfә arta bilәcәyini göstәrir.
Dünya Bankı vә BMT agentliklәri tәrәfindәn tәsdiq edilmiş İqtisadi Әmәkdaşlıq vә İnkişaf Tәşkilatının
(İӘİTnin) qiymәtlәndirmәsinә görә, özәl sektorun kәnd tәsәrrüfatı sahәlәrinә vә infrastrukturuna
yatırdığı investisiyaların hәcmi 25 milyard dollar tәşkil edir vә bu rәqәm növbәti 35 il әrzindә iki vә ya
üçqat arta bilәr. BMT agentliklәri vә Dünya Bankı tәrәfindәn dәstәklәnәn Mәsul Kәnd tәsәrrüfatı
İnvestisiyanın (RAİ) mәqsәdi yerli qanunlara vә yaşayış tәrzlәrinә ehtiram göstәrәn investisiyaları tәmin
etmәkdir. Ancaq bu torpaq tutmasının qanunilәşdirmәsi üçün atılan bir addım kimi QHTlәr tәrәfindәn
xeyli dәrәcәdә tәnqid edilmişdir.
Әhali vә iqtisadi artımla ayaqlaşa bilmәk üçün, әrzaq istehsalı 2050ci ilә qәdәr 70% artırılmalıdır. Әgәr
әt istehlakı proqnozlaşdırıldığı kimi 2000ci ildә bir nәfәrә 37 kqdan 2050ci ilә kimi ildә bir nәfәrә 52
kqa qәdәr artarsa, onda dәnli bitki istehsalatının 50%i heyvan yemi üçün istifadә olunacaqdır.
Son 20 il әrzindә әrzaq mәhsullarının qiymәti iki dәfә artmış vә 2030cu ilә 150%ә çata bilәr. Әrzaq
idxalından asılı olan vә әhalisinin gәlirlәrinin 80%ni yemәyә sәrf etdiklәri kasıb ölkәlәrdә qiymәt artımı
aclığa gәtirib çıxarda bilәr. 2013cü ildә taxıl mәhsullarının güclü qlobal istehsalını nәzәrә almaqla ÜӘT
nin әrzaq qiymәtlәri indeksi orta hesabla 2013cü ilin yanvar ayı ilә müqayisәdә 4,4% az olmaqla 2014
cü ildә 203,4 bal olmuşdur; dünya ehtiyatı 200203cü illәrdәn bәri maksimal göstәricidә, 201314cü
illәrdә qlobal taxıl mәhsulunun 23,5%dәn istifadә etmәklә doldurula bilәr. Buna baxmayaraq, әhali
(xüsusilә Hindistanda vә Çindә) torpaq eroziyası vә şum yerinin itkisi, gübrә xәrclәrinin (yüksәk neft
qiymәtlәri) qalxması, bazar spekulyasiyası, sulu tәbәqәnin әldәn düşmәsi, qrunt sularının sәviyyәsinin
aşağı düşmәsi vә su çirklәnmәsi, bioloji yanacaqlara mәhsulların diversifikasiyası, әt istehlakının artması,
әrzaq ehtiyatların azalması, kәnddәn şәhәrә suyun diversifikasiyası vә iqlim dәyişikliyi tәsirlәrinin
çoxluğuna görә әrzaq qiymәtlәri qalxmaqda davam edә bilәr. Buna baxmayaraq, hamını yedizdirmәk
üçün dünyada kifayәt qәdәr әrzaq ehtiyatları mövcuddur, lakin onların idarә edilmәsi vә bölüşdürülmәsi
mükәmmәl deyil vә nәticәdә, insanın istifadәsi üçün istehsal edilәn әrzaq mәhsullarının tәxminәn 33%i
boşboşuna sәrf olunur. İnkişaf etmiş ölkәlәrdә әrzağın tәxminәn 30% istehlak sәviyyәsindә sәrf edilir,
inkişaf edәn ölkәlәrdә isә müvafiq infrastrukturun vә kommersiya şәbәkәlәrinin mövcud olmaması
sәbәbindәn әrzağın 40%i istehsalat sәviyyәsindә sәrf edilir.
2009cu ildә Ug99 göbәlәyinin buğdaya vurduğu böyük ziyan 2010cu ildә azaldı; onun geni indi
müәyyәn edilmiş vә hazırda Ug99 göbәlәyinә davamlı buğda növü mövcuddur; bununla belә, gәlәcәkdә
Ug99 göbәlәyi kimi baş verә bilәcәk pandemilәrin qarşısını almaqdan ötrü alternativ variantların
yaradılması mәntiqli olardı. Bahalı istehsalata dayanan adi tәsәrrüfat iqlim dәyişikliyinә o qәdәr dә
davamlı olmur. Kәnd tәsәrrüfatının mәhsuldarlığı qlobal istilik nәticәsindә 2050ci ilә 921% aşağı düşә
bilәr. Kiçik fermerlәr ekoloji metodlardan istifadә etmәklә 10 il әrzindә әrzaq istehsalatını ikiqat artıra
bilәrlәr.
Çindә genetikası dәyişdirilmiş pambıq tәsәrrüfatları 2007ci ildә hәşәratlara qarşı davamlı BT pambıq
növündәn istifadәdәn sonra pestisidlәrdәn istifadәni azaltmışlar, lakin monobitkilәrdәn istifadә kәnd
tәsәrrüfatı üçün hәlledici әhәmiyyәtә malik biomüxtәlifliyә mәnfi tәsir göstәrir.
Heyvan yetişdirmәdәn әt istehsalı, yağışla suvarılan daha yaxşı kәnd tәsәrrüfatı vә suvarmanın idarә
edilmәsi, daha çox mәhsul әldә etmәk vә quraqlığa davamlı bitkilәr becәrmәk üçün genetik mühәndislik,
balıq populyasiyasını geri qaytarmaq üçün dәniz otlarının әkilmәsi, insanlara vә heyvanlara әrzaq,
bioyanacaqlar, kağız sәnayesi üçün xammal istehsalı, CO2ni hopdurmaq, kәnd tәsәrrüfatı vә torpaqların
tәmiz su ilә suvarılmasını azaltmaq vә mәşğulluğu artırmaq üçün yeni kәnd tәsәrrüfatı yanaşmaları tәlәb
olunacaq.
Heyvanların yedizdirilmәsi üçün hәşәratların emalı ÜӘTyә uyğun olaraq “Hәşәratlar hәr yerdә var vә
onlar sürәtlә artır, onlar yüksәk artım tempinә, yem konversiyası әmsalına vә әtraf mühitә aşağı tәsirә
malikdirlәr” kimi daha sabit seçim tәklif edә bilәr. Bütün dünyada tәxminәn 2 milyard insan bu gün öz
rasionuna hәşәrat әlavә edir. Üzvü әrzaq vә içki mәhsulları üzrә dünya bazarı son on ildә üç dәfә artmış,
160 ölkәdә 37 milyon hektar üzvü kәnd tәsәrrüfatı mövcuddur.
Dünya Bankı hesab edir ki, 2030cu ildә istehlak edilәcәk dәniz mәhsullarının 62%i fermalarda
yetişdirilәcәk vә 70%i Asiyada istifadә edilәcәk. Çin 2030cu ilә dünyada 37% balıq istehsal edәcәk vә
bu zaman dünya miqyasında balıq istehlakının 38%ni istifadә edәcәk.
Gәlәcәk әhali vә resursları tarazlaşdırmağa kömәk etmәk üçün digәr üsulların nümunәsinә
vegetarianlığın tәşviq edilmәsi daxildir
qocalığı sağlam vә mәhsuldar edәcәk sintetik biologiya vә digәr uzunömürlülük
texnologiyalarının mümkün nәticәlәrinin qabaqcadan nәzәrә alınması
tәhlükәsiz elmi vә tәdqiqat nanotexnologiyanın sürәtlәndirilmәsi (keyfiyyәti artıran zaman
mәhsul vahidinә düşәn materiallardan istifadәnin azaldılmasına kömәk etmәk).
teletәbabәtin (ekspert proqram tәminatı әsasında onlayn özünüdiaqnostika daxil olmaqla) vә
mobil telefonla uzaq mәsafәdәn tәhsilin dәstәklәnmәsi (dünyada әksәr insanların savadlı
olmasına baxmayaraq, hәlә dә savadsız 1,4 milyard insan mövcuddur vә 21 ölkәdә savadsızların
sayı üstünlük tәşkil edir).
vәtәndaşlara şәhәr şәraitini yaxşılaşdırılmağa vә şәhәr ekoloji sistemlәrini öyrәnmәyә kömәk
edәn ağıllı şәhәrlәrin yaradılması üçün ağıllı şәbәkәlәrin tәtbiq edilmәsi.
Su ilә bağlı Qlobal Çağırış 2 әhalinin vә su resurslarının necә balanslaşdırıla bilәcәyini, enerji ilә bağlı
Qlobal Çağırış 13 isә artan әhalinin enerjiyә olan tәlәbatını necә ödәmәyin mümkün olduğunu göstәrir.
Dünya әhalisinin tәxminәn 52% hazırda şәhәr әrazilәrindә yaşayır; 2025ci ilә әhalinin sayı 58%ә
çatacaq. 2025ci ildә 4,3 milyard şәhәr әhalisi ildә 2,2 milyard ton bәrk tullantı yaradacaq vә bu
tullantının çәkisi hazırda ildә 1,3 milyard tona çatır. Enerji vә әlavә faydalı mәhsullar istehsal etmәk üçün
tullantıların tәkrar emalı vә onlardan istifadә bütün şәhәr әrazilәrindә tәtbiq edilәcәk.
Daha intellektual insantәbiәt әlaqәsindәn yaranan kifayәt qәdәr qidalanma, ev, su vә sanitariya olmadan,
mühacirәtin, münaqişәlәrin vә xәstәliklәrin artması labüd haldır. İKTnin daima tәkmillәşdirilmәsi vә
tәtbiqi bütün dünyada vә real vaxt rejimindә tәlәbat vә resurslar arasında müqayisәni tәkmillәşdirmәk
üçün әsas mәsәlәdir.
Dünya әhalisinin illik artımı 30 milyondan aşağı düşәcәk, ac insanların sayı yarıbayarı azalacaq, körpә
ölümü 2000ci vә 2015ci illәr arası üçdә iki dәfә azalacaq vә elәcә dә qocalmaya yeni yanaşma iqtisadi
baxımdan mümkün olduğu zaman Çağırış 3ә ciddi şәkildә müraciәt edilәcәk.
Dostları ilə paylaş: |