NƏTİCƏ
ŞİRVAN VƏ ONA QONŞU OLAN VİLAYƏTLƏRDƏN
YETİŞMİŞ TƏLİFAT SAHİBİ VƏ YA BAŞQA BİR
MƏZİYYƏTƏ MALİK ŞƏXSLƏRİN
TƏRCÜMEYİ-HALLARI HAQQINDA
Hər bir tayfanın kəmalat dərəcəsini, vəziyyət və hallarının gö-
zəlliyini onların təlifatından və sair əsərlərindən gözəlcəsinə anla-
maq olar. Bir çox şəhər və kənd xarabaları, Həzrət Şəmunun Aran
şəhərində və yüksək dərəcəli üç imamzadənin Şamaxı, Gəncə və
Bərdə şəhərlərində olan türbələri, Bülbülə kəndindəki imamzadə,
imam Museyi-Kazımın qızı Həlimə xatunun Bakıda, Bibiheybətdəki
türbəsi, Sufi Həmidin Şirvan Qabıstandakı məzarı və bir çox başqa
yerlərdə olan məşhur seyidlərin, şeyxlərin və hörmətli fazil kimsə-
lərin qəbirləri göstərir ki, bu ölkə həmişə din böyüklərinin məskəni,
arif və alimlərin vətəni olmuşdur. Başqa faydaları bir tərəfə dursun,
bu ölkə mötədil iqlimli ən yaxşı yerlər sırasına daxildir. Öz dağla-
rında, çöllərində, meşələrində və vadilərində bütün dünyanın
müxtəlif məhsulatını yetişdirməkdədir. Bu ölkədə yaşayanların nəsli
bütün insan tayfalarından qarışıqdır. O tayfalardan hər birinin
əxlaqı və asarı bunlarda görünməkdədir...
Əgər bu ölkə əhalisinin təbii istedadını inkişaf etdirmək üçün
lazım gələn asayiş və tərbiyə üsulları yaradılsaydı, o zaman bunlar
nə böyük tərəqqiyə nail olardılar!
Çoxlu qoşunkeşlik və mütəmadi müharibələrin yaratdığı
xarabalıqlara baxmayaraq, onlardan bir çoxu özünün elm və hünəri
ilə bütün dünyada şöhrət qazanmışdır. Onlar hər bir əsrdə, hər bir
ölkədə hörmətli və inanılmış kimsələr olmuşlar. Lakin təəssüflər
olsun ki, onların VI (XII) əsrdən əvvələ aid əsərlərindən bizə heç bir
şey məlum deyildir. Həqiqətən böyük xaqan Mənuçehr və onun
xəlifələrinin 400 illik səltənət dövrü, şirvanşahların ən gözəl əsri və
Şirvanın abad zamanı olmuşdur. Səfəvilər dövrünün əvvəllərində
231
olan osmanlı və qızılbaş döyüşləri bir neçə vaxt qarışıqlıq və iğti-
şaşa səbəb olmuşdu. Şah Abbasın zühurundan sonra bu ölkənin
işləri nüfus və mənəviyyatca dəyişikliyə üz tutub, etidal və müvazi-
nət kəsb etdi. Hünər və mərifət bazarı başqa bir rövnəq tapdı. Şah
Sultan Hüseyn dövrünün axırlarında isə fitnəkar fəsadçıların istila-
sından, müxtəlif orduların gediş-gəlişindən və Nadir şahın səfərlə-
rindən tamamilə pərişan bir hala düşdü və bir çox yeri xarabazar
oldu. Bundan sonra ölkənin vilayətlərini müstəqil surətdə öz ixti-
yarlarına keçirmiş olan xanlar da mütəmadi müharibə nəticəsində
maarifi inkişaf etdirməyə və rəiyyətlərinin halını yaxşılaşdırmağa
müvəffəq ola bilmədilər. Hər halda, bu ölkənin alim və fazillərinin
həyatı imkan daxilində hər birinin əsrinə müvafiq olaraq zikr edilir
və azacıq da olsa onların əsərlərindən və fikirlərinin nəticələrindən
qeyd olunur.
MÖVLANA ŞEYX ƏBUƏBDULLAH ƏLİ
İBNİ-MƏHƏMMƏD BAKUYİ
Bir çox tarixçilərin yazdığına görə, zahiri və batini elmlərdə
kamil bir şəxs olmuşdur. O, ilk gənclik dövrlərindən başlayaraq
böyük və məşhur simalarla söhbət etmiş və Şeyx Əbdullah Xəfif,
Şeyx Əbülqasım Qəşiri və Şeyx Əbusəid Əbülxeyirlə görüşmüşdür.
Şeyx Əbusəid ilə onun arasında bir çox elmi mübahisələr olmuş-
dur. Bir müddət də, Şeyx Əbülabbas Nəhavəndi ilə təhqiqata baş-
lamış, həmin şeyx onun fəzilətini təsdiq və onu tərif etmişdir. Öm-
rünün axırlarında Şiraz şəhərinə yaxın bir dağın mağarasında guşə-
nişinlik qəbul etmişdir. Ölkənin bir çox şeyxləri və böyük alimlər
onun söhbətilə yetişmişlər. O, hicri 442-ci (=1051) ildə həmin öl-
kədə vəfat etmişdir. Heyf ki, onun əsərlərindən əlimizdə heç bir şey
yoxdur.
232
MƏŞHUR ŞAİRƏ MƏHSƏTİ GƏNCƏVİ
«Məh» farsca «mah» sözünün yüngülləşdirilmiş şəkli və ya
böyük mənasında olub, «səti» xanım deməkdir. Azər «Atəşkədə»
kitabında yazır ki, Məhsəti Gəncə əşrafı xanədanından olub, Sultan
Səncərin nədiməsi idi. Bu sayədə tam bir etibara və şövkətə malik
olmuşdu. Onun divanından və coşqun təbindən nümunələr:
Rübai
O gözəlin üzü yasəmən və qızıl gül üçün həsəd və
qibtə mənbəidir.
Onun şux qəmzəsi kişilərlə qadınlar arasında
fitnə salmışdır.
Onu yolda gedərkən gördüm, o, axar su kimi lətif
idi,
O, axar sudan indi də mənim gözümdə vardır.
Yenə onundur:
Hər gecə sənin qəmindən yeni bir əzab çəkirəm.
Gözümdə yuxu əvəzinə yaş görürəm.
Sənin nərgisin (gözlərin) kimi məni yuxu aparan
zaman,
Sənin zülfündən daha qarışıq bir yuxu görürəm.
Yenə onundur:
Bizi qoçaların yanında saxlamaq olmaz.
Bizi qəmgin adamların evində saxlamaq olmaz.
O kimsə ki, zülfün ona zəncir kimi ola,
Onu evdə zəncir ilə tutub saxlamaq olmaz.
233
Yenə onundur:
Əfsus ki, sənin çiçəyinin çevrəsini tikan bürüdü,
Qarğa gəldi, laləni dimdiyinə aldı,
Sənin çənənin civəsi qaraldı (üzünin qırmızılığı
getdi),
Sənin ləl kimi olan dodağın paslandı (göyərdi).
HƏKİMİ-MƏNƏVİ ŞEYX NİZAMİ GƏNCƏVİ
O cənabın günyəsi və adı Əbu Məhəmməd Nizaməddin İlyas
ibni-Yusif ibni-Müəyyəd olub, doğulduğu və öldüyü yer Gəncədir.
Onun böyüklüyü və fəzilətlərini söyləməkdən dil acizdir. Sözlərin-
dən şairlik dərəcəsi və rəyi aşkardır. Zərifliyi, söz və söhbətilə məc-
lis bəzəməkdə, ümumun rəyincə onun misli olmamışdır. Bütün
şairlər onun ustalığını etiraf etmişlər.
Onundur:
Bu fənndən (şairlikdən) istəmə,
Bu (şöhrət) Nizami ilə bitmişdir.
İlk gənclik dövründə «Vis və Ramin» kitabını Sultan Mahmud
Səlcuqi adına nəzm etmişdir. Bəziləri bu kitabı Nizami Əruziyə
nisbət verirlər, lakin təlif dövrünü nəzərə aldıqda bu fikir doğru
çıxmır. Cənab Şeyx, Əxi Fərəc Zəncaninin müridlərindən olub,
ömrünün axırlarında guşənişinlik rəsmini qəbul edərək, batini
saflaşdırmağa məşğul olmuşdur. Bu xüsusda özü deyir:
Rəna gül qönçə arasında həzin-həzin,
Mənim kimi guşənişinliyə (inzivayə) çəkilmişdir...
234
Şeyx hicri 576-cı (=1181)
1
ildə Tuğrul ibni-Arslan dövründə
vəfat etmişdir. Gəncənin yaxınlığında gözəl bir türbəsi vardır.
Xarabalığa üz tutmuş olan bu türbənin bəzi yerlərini, Qarabağda
yaşayan qazaqlı mirzə Adıgözəl indi təmir etdirməkdədir. Şeyxin
«Məxzənüləsrar», «Həft peykər», «Leyli və Məcnun», «Xosrov və
Şirin» və «İskəndərnamə»dən ibarət olan beş mənzum dastanını
vəfatından sonra alim adamlar toplayıb, «Xəmsə» adlandırmışlar.
Bu əsərlər şeir sənəti nöqteyi nəzərindən bütün dünyada məşhur
olub, müəllifinin kəskin fikrinə və qüvvətli təbinə açıq şahiddir.
Onun «Xəmsə»dən başqa 20.000 beytdən ibarət bir divanı
olmuşdur. Bu divanda onun sənətkaranə üslubilə yazılır:
Dünya qaranlıq və yol çətindir, atının cilovunu çək.
Bir müddət varlıq aləmindən ruhani aləmə çəkil.
Təbiət qarğalarını ünsiyyət bağından qov, çıxar.
Səadət quşlarını imtahan toruna çək.
Elə ki, mənəviyyat aləminə aşina oldun...
Minlərcə mənəviyyat şərbətini birnəfəsə bol-bol
iç.
Onun hikmətilə sərməst olunca fələkin çadırını
yıx, dağıt.
Ərşin sütununu sarsıt, göyün ipini çək.
Onun yolunu ayaqla getmə, onun camalına batini gözlə
bax.
Onun sözünü dil ilə söyləmə, onun şərabını ağızla
içmə.
Ey Nizami, bu nə əşardır ki, sənin təbindən büruzə
gəlir!
Heç bir kəs sənin rəmzini bilmir, dilini saxla,
dilini saxla!
1
Mətndə yanlışlıq var, qəbri üzərindəki kitabəyə əsasən Nizami 576-cı (=1181) ildə
deyil, 605-ci (=1209) ildə vəfat etmişdir.
235
USTADÜŞŞÜƏRA ƏBÜLÜLA GƏNCƏVİ
Onun haqqında ancaq bu qədər məlumdur ki, o böyük xaqan
Mənuçehrin dövründə Şirvanın məliküşşüərası olub, yüksək bir şən
və iqtidara malik olmuşdur. Xaqani və Fələki onun şagirdlərindən-
dir. Həmdüllah Mustovfi «Tarixi-güzidə»də yazır ki, Əbülüla öz
qızını Xaqaniyə verdi. Əbülülanın qızını almaq istəyən Fələki
bundan incidi və köçüb getmək istədi. Ustadı ona 20.000 dirhəm
bağışlayıb dedi: Bu əlli türk kənizinin qiymətidir ki, hər biri mənim
qızımdan daha gözəldir. Fələki buna razı oldu. Xaqani yüksək
mövqe və şöhrətə malik olandan sonra, qürrələnib ustadının
xatirini incidirdi. Əbülüla bu xüsusda deyir:
Qitə
Sən ey Əfzələddin, əgər doğrusunu soruşsan,
Sənin əziz canına and olsun ki, səndən razı deyiləm.
Sənin adın Şirvanda dülgər oğlu idi,
Sənə Xaqani ləqəbini mən verdim,
Sənə çox yaxşılıq etdim.
Sənə oğul deyib, müəllimin oldum.
İndi nə üçün mənim hörmətimi saxlamırsan?
Sənə qız, mal və şöhrət verdim.
Mənə nə qədər deyəcəksən ki, bir çox sözlər söylədin!
Bu cür sözlər yadımda deyildir.
Söyləmədim-söylədim, söylədim-söyləmədim,
Verdim-vermədim.
HÜSSANÜLƏCƏM XAQANİ ŞİRVANİ
Onun ləqəbi və adı Əfzələddin İbrahim ibni-Əli Nəccar olub,
əsli Şamaxının yuxarısında Məlhəmli kəndindədir. Bir çox elm və
fənlərdə mahir və şeirdə ustad olmuşdur. Yüksək bir mövqeyə ma-
236
lik olub, barmaqla göstərilirdi. Fazil kimsələr onu Hüssanüləcəm
deyə adlandırmışlar...
Əvvəllərdə təxəllüsü Həqayiqi idi, sonralar isə, Xaqani-kəbir tə-
rəfindən ona Xaqani ləqəbi verilmişdir. Onun lətifələrindən biri bu-
dur ki, o bir gün aşağıdakı beyti yazıb, xaqanın hüzuruna göndərdi:
Mənə bir kürk bağışla ki, məni qucağına alsın.
Yaxud bir gözəl sevgili ver ki, qucağıma alım.
Vəşəq, dəri kürkə deyilir, vişaq isə sevgilinin çöhrəsindən iba-
rətdir. Xaqan qəzəblənib, Xaqanini öldürməyə əmr verdi. Xaqanın
qəzəbi ona görə idi ki, nə üçün hər ikisini birdən istəməmişdir. Xa-
qani bunu xəbər alınca, bir milçək tutub Xaqanın hüzuruna
göndərdi. Milçək göndərmək ona işarə indi ki, milçək bir nöqtə
əlavə etməklə «ba vişaqi » sözünü «ya vişaqi - » ha-
lına salmışdır.
Əsirəddin Axsikəti Xaqani ilə müşaərə (şeirləşmək) arzusuilə
Türkistandan Şirvana gəlmişdi. Yolda Arslan ibni-Tuğrulun iltifatına
nail olub, Xaqani ilə yazışmağa başladı. Xaqani bu qəzəli yazıb ona
göndərdi:
Qitə
Əql mənim barmaqlarım arasındakı qələmin xəritə
çəkənidir.
Söz mənim bir ifadəmin sevimli yedəkçisidir.
Dünyanı yaradan Allaha and olsun ki,
Dövr mənim dövrüm və zaman mənim zamanımdır.
Söz qəhətliyi ilində mən zəmanənin Yusifiyəm,
Mənim dilim ürəyi acların
1
mehmannəvazıdır.
1
Söz aclarının.
237
Mən heç bir kəsin boşboğazlığından
1
qorxmaram, çünki,
Mənimlə bir taledə
2
olan kimsə hələ yoxdur.
Mən şairlərin bədiiyyat aləmində vəhy alan peyğəmbəriyəm,
Bu gün söz ecazı mənim bəyanımdadır.
Axırda maddi və mənəvi olaraq asudə yaşamaq zövqü onun
könlünə düşdü və xaqanın xidmətindən çəkilmək istədi. Xaqan
onun söhbətinə vurğun olduğundan, onun guşənişinliyə çəkilmə-
sinə icazə vermədi. Xaqani bir vaxt firsət tapıb Şirvandan qaçdı.
Xaqanın məmurları onu Bəyləqanda tutub, Xaqanın hüzuruna
göndərdilər. Xaqani yeddi ay Şirvan və sair qalalarda həbsdə qaldı.
Bu xüsusda uzun və gözəl bir qəsidə yazmışdır. Həbsdən sonra
fəqr təriqətini qəbul edərək, Şirvandan çıxdı və böyük kərəm sahibi
olan Cəmaləddin Musili ilə Hicazə (Məkkəyə) səfər etdi. Onun
tərifində bir qəsidədə belə deyir:
Beyt
Onu qəlbin sultanı və xəlifəsi adlandıraram, çünki
Sultan ona ata, xəlifə isə qardaş deyə yazırlar.
«Töhfətüliraqeyn» adlı əsərini bu səfərində yazmış və öz fəsa-
hətini orada göstərmişdir. Divanı çox bəzəkli olub, söz mətanəti,
ibarə və cümlə yaraşığı etibarilə son dərəcə gözəldir. Onun
mükəmməl və uzun bir qitəsindən bir neçə beyt qeyd olunur:
Ey ibrətbin olan könül, gözünlə yaxşı bax!
Mədayin sarayını bir ibrət güzgüsü bil.
Bu həmin saraydır ki, xalqın üzünün nəqşindən,
Qapısının torpağı nigaristan divarına dönmüşdü.
Bu həmin dərgahdır ki, buraya Diləm,
1
Hərzəkarlığından.
2
Mənim kimi xoşbəxt.
238
Babilistan, Hindistan və Türküstan şahları gələrdilər.
Elə zənn et ki, həmin dövrdür, təfəkkür gözilə,
Sarayın dərgahının silsiləsinə və eyvanının dəbdəbəsinə
bax.
Yer kürəsi sərxoşdur, çünki şərab əvəzinə,
Hürmüzün qafa tasında Nuşirəvanın ürəyinin qanını
içmişdir.
Üzüm tənəyinin verdiyi şərab, Şirinin dodağının qanıdır.
Kəndlinin qoyduğu şərab küpü də, Pərvizin su və palçığı
ilə yoğrulmuşdur.
Burada nə üçün ağlayırsan deyə mənim gözlərimə gülürsən,
Burada ağlamayan gözlərə gülürlər.
Sən bilmirsən, Mədayini Kufə ilə bərabər tut.
Sinəndən təndir
1
və gözlərindən tufan tələb et.
Bu bəsirət dəryasını gör, buna iştirak etmədən keçib
getmə.
Belə bir dəniz kənarından susuz keçmək olmaz.
Ey Xaqani! Bu dərgahdan
2
ibrət dilənçiliyi et,
Tainki bundan sonra sənin qapından də xaqan dilənçilik
etsin.
Səyahətdən gələnlərin dostlara hədiyyə gətirməsi
adətdir,
Mənim bu mənzuməm də, dostların xatirəsi üçün bir
hədiyyədir.
Müxtəlif rəvayətlərə görə, Xaqani hicri 590-cı (=1194) və ya-
xud 595-ci (=1198/9) ildə vəfat etmişdir. O, Təbrizin Sürxab adlı
məhəlləsində, Məqbərətüşşüərada
3
basdırılmışdır.
1
Od
2
Mədayindən.
3
Şairlər qəbristanında.
239
FƏLƏKİ ŞİRVANİ
Məşhur alimlərdən və fəsahətli şairlərdən biri olmuşdur. Adı
Məhəmməd, doğulduğu və öldüyü yer Şamaxıdır. Fələki gənc-
liyindən nücum elmini təhsil etməyə başlamışdır. Fitri istedad və
qabiliyyətinə görə, bu elmi mükəmməl bir surətdə öyrənmiş və şeir
söyləməyə də rəğbət göstərmişdir. İxtisasına uyğun olaraq «Fələki»
təxəllüsünü qəbul etmişdir.
Şirvanşahın mədhinə yazdığı bir qəsidədə deyir.
Sən yüksəklik və alicənablığın səması, dünya nöqtəsinin
mühitisən,
Sən gözəl xalq və səxavət dünyası, bəşər ailəsinin
çırağısan.
Sən beşinci iqlimin padişahı, yeddi səyyarənin fövqündə
səkkizinci yeganə bir ulduzsan,
Sən böyüklükdə ikinci Cəmşid, əzəmətdə padişahlar
padişahısan.
Sən Zühəd dərəcəli, qəza əlli, qədər muradlı və fələk
kinəlisən.
Sən şimal təbiətli, sübh qədər parlaq, Məsihə təsirli
və mələk nəfəslisən.
Sən Arəş kimi rəyi bəyənilmiş, Bəhmən kimi sə-
xavətlisən,
Sən Rüstəm kimi cahangir, Neyrəm kimi hünərlisən.
Günəş üzlü Mənuçehr səmanın günəşidir,
O, qaranlıq aləmin üzündən zülm tüstüsünü sildi.
İZZƏDDİN ŞİRVANİ
Öz əsrinin böyük fəzl və kəmal sahiblərindən biridir. O, fazil
kimsələrin hamisi və əhli-hal adamların mürəbbisi olub, Xaqani ilə
müasir idi.
Bu hissə onun şeirlər məcmuəsindəndir:
240
Qəsidə
Səba yeli çiçəklikdən ətir saçdığı halda keçərkən,
Mən reyhanların qorxusilə şirin yuxudan ayıldım
Sevgilim yüz min bəzəklə bir çəmən guşəsindən,
Əlində şərabla dolu bir piyalə ilə keçib gedirdi.
Sübh kimi yaxasının düyməsini açmış,
Yanağına göy rəngli məxmurluq dağı çəkilmişdi.
Şəbnəm damlası altında gülnar yarpağı kimi,
Onun yanaqları şərab hərarətindən tərləmişdi.
Bağçada ruzgarın əsməsilə qızıl gül budağı kimi,
Onun gözəl qaməti badənin təsirindən əyilmiş kimi idi.
Onun gümüş kimi olan sinəsində köynəyin izi qalmışdı,
Onun lətif dodaqları nəfəs çəkmədən pörtülmüşdü.
O, güldüyü zaman ləl kimi olan dodaqlarının şəkli,
Yüksək dərəcəli Cəmşidin üzüyünə bənzəyir.
Onun ədaləti sayəsində məzlumların qapıları,
Əmn və amanlıqdan arxalarını fəraqət divarına
söykəmişdir
1
.
Yenə onundur:
Dün gecə fələk məni sənin məhəllənə düşmüş
görüb dedi:
- Soruşmursan, səni bu günə salan kimdir?
Dedim: - Onun gözəl gözləridir, dedi: - Heyhat!
Onlar (gözlər) sərxoşdurlar, çıx, get, ta səni
öldürməsinlər.
1
Açıq qalmışdır
241
MÜCİRƏDDİN BƏYLƏQANİ
O, gənclik zamanında Şirvana gedib, Xaqaninin xidmətində
olmuş və onun əfkarını qələmə almaqla məşğul olmuşdur. Xaqani-
nin yaxın qohumlarından birinə aşiq olmuş Mücirəddin rədd cavabı
alınca, naümid bir halda Şirvanı tərk etmişdir. Sultan Məsud zama-
nında və ondan sonra da Tuğrul ibni - Arslanın anasını alıb, illərcə
səlcuqilər dövlətinin vəkili olan və bir padşah kimi hökm sürən
səxavətli, hünərli və elmi sevən Atabək Eldəgəzin hüzuruna get-
mişdir. O, Atabək Eldəgəzin ən yaxın adamlarından olub, cah və
cəlal ilə yaşamışdır. Atabək Eldəgəz və Qızıl Arslan haqqında gözəl
qəsidələri vardır.
Mucirəddin bir vaxt hökumət vergilərini toplamaq üçün İsfa-
hana getmişdi. Buranın fazilləri onu istədiyi kimi qarşılamamışdılar.
O, bu xüsusda belə yazır:
Rübai
Elə xəyal etdim ki, İsfahandan ruha qida olur.
Mürüvvət və insaf mədəndən çıxarılmaz bir ləldir.
Nə bilim ki, İsfahandan sürmə çıxarıldağı halda,
Bütün İsfahan xalqı kordur.
Onun divanındandır:
Qitə
Susən çiçəyinin ağzından ona görə süd qoxusu gəlir ki,
Hələ səba rüzgarının məməsi onun ağzındadır.
Onun dili vardır, (bununla belə) danışmır. O haqlıdır.
Belə bir ömür ki, onun vardır, daha nə söz ola bilər.
Yenə onundur:
242
Demişsən ki, sənin üzərindən kölgəmi
1
götürərəm,
Torpaq (yer) üzərindən kölgəni necə götürmək olar?
Sən məni gözdən saldın, lakin,
Əzəmətli şahın kərəmi məni yüksəltdi.
Qızıl Arslan şahın səxavət əli və ürəyi,
Dünyada dəniz və mədənin vüsətini heçə endirmişdir
Rübai
Saqi piyalədən gül rəngli şərab tökürdü,
Çalğıçı mizrab ilə qiymətli incilər saçırdı,
Bunlardan biri fəssad
2
, digəri isə təbib kəsilmişdi,
Biri nəbz tuturdu, o biri qan tökürdü.
SEYİD ZÜLFÜQAR ŞİRVANİ
Adı Qivamüddin Hüseyn ibni-Sədrəddin Əlidir. Qiymətli bir
alim və yüksək dərəcəli bir şair olmuşdur. Şirvanşahın vəziri Sədr
Səidülmastri haqqında uzun və mükəmməl bir qəsidə yazmışdır.
Bunun müqabilində mükafat olaraq yeddi xalvar ipək almışdır.
Axırda İraqa gedib, Sultan Məhəmməd Xarəzmşahın tarixini nəzmə
çəkmiş və ondan iltifat götürüb, bir çox hədiyyə almışdır. Moğol
dövləti zamanında da, Abaqa xanın vəziri atabək Yusif ona hədsiz
iltifat göstərmişdir. Abaqa xanın əsrində vəfat edib, Təbrizin Sürxab
qəbristanında basdırılmışdır. Onun qəsidələrindən aşağıda bir neçə
beyt verilmişdir:
Tərifində yazılan kitab yığıncaqlar yaraşığıdır,
Adına oxunan xütbə məclislər bəzəyidir.
Sən şərafət məclisinin sədrisən, buna yüz bürhan və
dəlil vardır.
1
Himayəmi.
2
Qanalan
243
Sənin kərəm və səxavətin yüz dəlil ilə isbat edilmişdir.
Qüvvət və qüdrət sənin əlinə, yüksəklik də sənin
dərəcənə məxsusdur,
Gözəl xasiyyətlər təbiətinə, fəzilətlər isə zatinə
məxsusdur.
Siz Cəmşid dövlətli və Cəmşid bəxtlisiniz,
Sizin ədalətiniz sayəsində, qafilədən geri qalanlar yol
kəsənlərdən bac alırlar.
Yenə onundur:
Sənin yaqut kimi olan dodağının qarşısında Bədəxşan
ləli rəngsizdir.
Sənin ay kimi olan rüxsarının üzərini hilal kimi qara
bir zülf tutmuşdur.
Ey Cəmşid rütbəli və Dara kimi cahangir olan Yusif şah!
Ulduzların padişahı sənin qapında bir sərhəngdir.
Sənin xeyrxahlarının hərəkəti insana fəxr gətirir,
Sənin bədxahlarının adı insanə ar gətirir.
ƏBUSƏİD ABDAL BAKUYİ
Yoxsul olmasına baxmayaraq, kəramətlə tanınmış və son də-
rəcə əliaçıq bir dərviş olmuşdur. Bakı şəhərinin xaricində bir sov-
məədə oturub ibadətlə məşğul idi. Azacıq olan mədaxili ilə yanına
gələnləri qonaq edərdi. Sultanların fərmanları mucibincə Şibani
nefti və əkinləri onun türbəsinin məsarifinə məxsus idi. Axırda bu
ölkənin vəziyyətində əmələ gələn iğtişaş nəticəsində, onun məscid
və mehmanxanası xarab olub, qəbri və ibadət etdiyi yer torpaq al-
tında qalmışdır. Bu yerdə olan bir neçə ev «Xəlifə da-mı» adı ilə
məşhurdur.
Hicri 1232-ci (=1817) ildə, bakılı Hacı Qasım bəy Mənsurxan
bəy oğlu onun qəbrini və məscidini təmir etdirmişdir. İşlərin vəziy-
244
yətindən, Bakı şəhərinin kənarından neft quyusundan və onun
mehmanpərvərliyindən məlum olur ki, cənab Əbusəid həmin dər-
vişdir ki, Məhəmməd ibni - Mahmud Amili «Nəfayisülfünun» adlı
kitabında Sultan Ulcaytu Məhəmməd Xudabəndədən bəhs
edərkən onun haqqında belə yazmışdır:
Dərvişlərdən bir nəfər Bakı hüdudunda özü üçün bir neft
quyusu qazmışdı. O, öz həyatı və gəlib-gedənlərin (müsafirlərin)
xərcini bir quyunun mədaxili ilə təmin edirdi. Bir gün sultan buraya
gəldi. Dərviş adəti üzrə ona xidmət etmək üçün ayağa qalxdı. Sul-
tan ona bəxşiş vermək istədi, dərviş razı olmayıb dedi: Bu miqdar
ilə ruzigarım keçir, bundan artığına ehtiyacim yoxdur. Onun sözü
sultana xoş gəlib, necə yaşadığını bilmək istədi. Onun hal və əhvalı
sultana məlum olunca: «Sənin səltənətinə afərin olsun» dedi. O,
dərviş ilə qardaşlıq əli tutub buyurdu: məni yaddan çıxartma. Dər-
viş sultanın xatirini saxlayıb, hər il onun üçün hədiyyə göndərirdi.
Sultan da hədiyyələri öz böyük xidmətkarlarından Qara Məhəm-
məd adlı birinə tapşırırdı ki, onları satsın və gələn mədaxili onun
üçün kəfən pulu saxlasın.
Dostları ilə paylaş: |