«Ədəbiyyat qəzeti», 8 fevral 2008.
Gözləri dolu buludlar…
Azərbaycan mühacirət mətbuatı xarici ölkələrdə məskunlaşan həmvətənlərin
təkcə istiqlal uğrundakı mübarizəsini işıqlandırmaqla kifayətlənmir, eyni zamanda
Azərbaycan mədəniyyətini, ədəbiyyat və incəsənətini geniş təbliğ edir, bu yolla da
209
yurddaşlarımızın qəlbindəki Vətən sevgisini qoruyur, artırır, onların öz dilini,
tarixini unutmaması üçün faydalı iş görürdü. Digər tərəfdən isə, yaradıcı ziyalılar
mühacirətdə Azərbaycan mədəniyyəti, ədəbiyyatı xəzinəsinə diqqətçəkən töhfələr
də bəxş edirdilər ki, həmin materiallara da mühacirət mətbuatı öz səhifələrində
geniş yer verirdi.
Bu mənada Ankarada fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyinin
orqanı olan «Azərbaycan» jurnalının xidmətləri xüsusilə təqdirəlayiqdir. Jurnal
Azərbaycanın klassik yazıçı, şair və incəsənət xadimlərinin həyat və
yaradıcılığından bəhs edən maraqlı əsərlər çap etməklə yanaşı, qürbətdə yaşayan
həmvətənlərin yaradıcılığını da geniş işıqlandırmışdır.
Almaz İldırım, Kərim Yaycılı, Gültəkin, Həlim Narlıdərəli, Əhməd Qaraca,
Murad Baha, Sənubər Qaryağdı, Əli Usta Vulkan, Teymur Atəşli, Əhməd Təkin və
onlarca digər qələm sahiblərinin şeir və hekayələri «Azərbaycan» jurnalında dərc
edilmişdir.
Doğma yurd-yuva nisgili, Vətən həsrətli həmin şeirlərin oxucular tərəfindən
maraqla qarşılanacağını nəzərə alıb jurnalın ilk nömrəsində (1 aprel 1952-ci il)
dərc olunmuş bir neçə şeiri təqdim edirəm.
Dağlar
Öpərkən alnından füsunlu bir yaz,
Axıyor döşündən sellər, a dağlar,
Yaşıl, zümrüd gözlü yamaclarında
Açılır lalələr, güllər, a dağlar…
Tarixdə namının silinməz şanı,
Karvanlar boynunun qızıl mərcanı,
Sinəndə kəsər ellər qurbanı,
Keçirirkən ağır illər, a dağlar.
Torpağın cəvahir, daşların almaz,
Çamlıqlar geyinmiş ipəkdən libas,
Bəzən bilməm, neyçün saxlıyorsan yas,
«Quzğun»dan əsərkən yellər, a dağlar.
Çəkilmiş qəlbinə əskidən min dağ,
Titriyor eşqini anan hər dodaq,
İllər şikəstə səsləri dağ-dağ;
Nə söylər bu qərib dillər, a dağlar...?
Boynunda qızlardan rəngin bir dəstə,
210
Lalələr dağılmış yolların üstə,
Sən gəl bu ölkədən min qurban istə,
Səndən əsirgəməz yollar a dağlar.
Almaz İldırım
Buludlar
Gözləri dolu buludlar,
Salam söyləyin, söyləyin…
Nerelərə yolçuluq var,
Salam söyləyin, söyləyin…
Ayrı düşmüşəm bunca,
Heç gülmədim, mən doyunca.
Araz nehrinin boyunca,
Salam söyləyin, söyləyin…
Könül baxmaz yoxa, vara,
Düşünməsin qara-qara.
Gözü yolda qalan yara,
Salam söyləyin, söyləyin.
Əhməd M.Qaraca
Gözəlim Gəncə!
Yaşılmıdır bağların əskisi kimi?
Səndən ayrıldım öz elim Gəncə!
Gözümdə həsrətin incisi kimi,
Damlar tahassürün gözəlim, Gəncə!
Dünyayı dolaşdım heç yoxdur eşin,
Yaparkən ruhumda həsrət atəşin,
Vəfasız! Deyərək, sitəm edişin:
Mənə sevinc deyil, bir ölüm Gəncə!
Duydum ki, yazların qışa çevrilmiş,
211
Azəri xanının taxtı devrilmiş
Hər keçən baharın Novruz deyilmiş.
Döndümü taleyin, ah! Gülüm Gəncə!
Belimi bükür qürbətin yükü,
Ah… bu gün dərdlərin öylə böyük ki…
Fələkmi susdurdu o əski Türkü?
Mənimlə ağlamaz, bülbülüm Gəncə.
Kərim Yaycılı
Ayrılıq acısı
Qürbətə çıxarkən pək nəşəsizdim,
Səninlə görüşmək istərdim, annə,
Bu səfər könlümdə bir acı sezdim
Səninlə dərdləşmək istərdim annə…
Bir azacıq bəlkə nəşələnərdim,
Üzünü bir kərə görsəydim annə.
Bəlkə də qalmazdı, başqa bir dərdim
Əlini bir kərə öpsəydim, annə…
Ağlasaydım dizində bütün bir gecə
Bəlkə də sükunət bulurdum annə,
Səninlə görüşmədən böylə gedincə
O gün ta qəlbimdən vuruldum annə.
Ayrılıq acısı könlümü gəzdi,
Mən hicran zəhrilə solğunam annə.
Bu acı məni pək inlətdi, əzdi,
Uyusam dizində… yorğunam annə.
Yollarda xəyalən baş-başa səssiz,
Səninlə dərdləşir kimiydim annə,
Həm yuvasız qalmış, həm də kimsəsiz
Ağlayan bir öksüz kimiydim annə…
Mənliyimdə qopan fırtınalarla
Coşqun sular kimi çağladım annə
O bitmək bilməyən qarlı yollarda
Andımda səni mən ağladım annə.
Rüzgarın duydum da hıçqırığını
212
Salam yolladım sənə aldınmı, annə,
Söylədimi qəlbimin qırıldığını…
Heç məni düşünüb andınmı annə?
Bu tənha yollarda tək yolçu mənəm,
Dərin bir sükut var ovada annə,
Bilməm ki, boşmudur o əski yerim
Pək yalnız qaldığın yuvada annə.
Başqa heç bir şey istəməm ellə,
Xeyir-duanı yalnız dilərəm annə
O mənə verdiyin ipək məndillə
Göz yaşlarımı mən silirəm annə.
Dərdimi paylaşalım nerdəsən annə
Səninlə ağlaşalım nerdəsən annə?..
R.S.
Bir daha Leo Nussimbaum haqqında, yaxud Berlin Ġslam
Ġnstitutu nəyə protesto edirdi
Azərbaycan mühacirlərinin Berlində nəşr etdikləri «İstiqlal» (1932-1934)
qəzetində Leo Nussimbaumla bağlı «525-ci qəzet»də dərc olunmuş kiçik
informasiya (№ 78, 27 aprel 2002-ci il) maraqla qarşılanmışdı. Hətta hörmətli
professor Pənah Xəlilovun yazdığı «Bir daha «Əli və Nino»nun əsl müəllifinin
kimliyi haqqında» məqalədə («525-ci qəzet», № 97, 25 may 2002-ci il) həmin
məlumata mənbə kimi istinad edilmişdir.
Məsələ burasındadır ki, eyni mövzuya – Leo Nussimbaumın həyatı və
yaradıcılığına Azərbaycan mühacirlərinin İstanbulda 1929-cu ildən nəşr etdikləri
«Odlu yurd» jurnalı da irihəcmli material həsr etmişdir (№ 13, mart 1930-cu il).
Burada verilmiş «Şərqdə petrol və qan» ünvanlı əsərin müəllifi kimdir» (səh.11-
18), «Protest səsləri» (səh.18-20), «Berlin İslam İnstitutunun izahatı» (səh.20-21)
başlıqlı yazılarda Leo Nussimbaumın şərəfsiz, çirkabla dolu həyat və yaradıcılığı
barədə geniş bəhs olunur.
«Şərqdə petrol və qan» ünvanlı əsərin müəllifi kimdir» adlı məqaləni yazan
Hilal Münşi Berlində 1931-ci ildə alman dilində buraxılan və alman ictimai
fikrində böyük əks-səda doğuran «Azərbaycan Cümhuriyyəti» əsərinin müəllifidir.
1902-ci ildə Azərbaycan mədəniyyətinin tacı Şuşada dünyaya göz açan Hilal
Münşi Azərbaycan Xalq Cümhuriyyəti dövründə ali təhsil almaq üçün xaricə
göndərilən tələbələr sırasında idi. 27 Aprel istilasından sonra bir daha Vətənə
213
dönməyən Hilal Münşi Vətənin istiqlalı uğrunda bütün həyatı boyu mücadilə
aparmış, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin alovlu təbliğatçısı, təəssübkeşi
olmuşdur. Oxucuların diqqətinə təqdim edilən nümunə də dediklərimizi
təsdiqləyir.
«525-ci qəzet», 12 iyul 2002.
Əbdül Vahab Yurdsevərin publisistikası
1950-ci illərin sonu – 60-cı illərdə və sonralar «Azərbaycan»ın (1952,
Ankara) səhifələrində Əbdül Vahab Yurdsevər, İldəniz Qurtulan, Əhməd Qaraca,
Müştaq Qarabağ, Əjdər Qurtulan, Səlahəddin Qılınc, Nizaməddin Onk, Teymur
Atəşli, Həmid Dönməz, Süleyman Təkinər, Feyzi Aküzüm, Əli Akiş, Kərim
Yayçılı və s. kimi qələm sahiblərinin diqqətçəkən məqalələri, bədii əsərləri dərc
olunurdu.
«Azərbaycan»ın ən fəal yazarlarından olan Əbdül Vahab Yurdsevərin
yaradıcılığı çoxsahəli və məhsuldardır. Məqalələrini «Abdul Vahab Yurdsevər»,
«Ə.Vahab Yurdsevər», «Vahab Yurdsevər», «A.B.Y.», «V.Y.» və s. kimi
imzalarla dərc etdirən müəllifin ilk yaradıcılığında klassiklərin irsi, onun tədqiqi,
dəyərləndirilməsi əsas yer tutur. «Azərbaycan»ın ilk nəşr illərində hər nömrəsində
A.B.Yurdsevərin yazısı dərc edilmişdir.
Ə.B.Yurdsevərin Xurşidbanu Natəvan, C.Cabbarlı, Aşıq Ələsgər,
Məhəmməd Hadi, Abbas Səhhət, Qasım bəy Zakir, Abbasqulu Ağa Bakıxanlı,
Məhsəti Gəncəvi, Şah İsmayıl Xətai və s. kimi söz ustalarının həyat və
yaradıcılığına dair araşdırmaları özünəməxsus yanaşma tərzi, ciddi mühakimələri
ilə diqqəti cəlb edir. Xurşidbanu Natəvanın acı, ağır taleyini, onun dəyərli irsini
böyük məhəbbətlə qələmə alan Ə.Yurdsevər yazır: «Natəvan Azərbaycan
ədəbiyyatında sentimental-romantik şeir üslubunun bariz bir nümayəndəsidir.
Şeirlərində incə bir lirizm, dərin və coşqun bir hiss və həyəcan sezilməkdədir.
Yanıqlı qəzəlləri bir mərsiyə ruhunu daşımaqdadır. Göz yaşları, həsrət, Tanrıya
yalvarmaq, ayrılıq iztirabları, ümidsizlik və şikayət bu şeirlərin başlıca mövzusunu
təşkil etməkdədir. Natəvanın şeirlərindəki bu ruh haləti həyatında uğradığı
fəlakətlərin nəticəsidir».
Tədqiqatçı haqlı olaraq Natəvanın şəxsi kədər və hüznü ilə yaradıcılığında
təzahür edən qəm-qüssəni əlaqələndirir, eyni zamanda bu şeirlərin ədəbi-ictimai
yükünü dəyərləndirirdi. Xurşidbanu Natəvan həmin dövrdə fəaliyyət göstərən
«Məclisi-üns»ün üzvü olmaqla yanaşı, bu poetik məclisə maddi yardım da
göstərirdi. Ə.Yurdsevər göstərir ki, Natəvan «şeirdə olduğu qədər rəssamlıqda da»
böyük istedad sahibi idi.
Ə.V.Yurdsevərin jurnalın dalbadal 3 nömrəsində verilən «Azərbaycan dram
ədiblərindən C.Cabbarlı» adlı tədqiqat əsərində müəllif C.Cabbarlının həyat və
yaradıcılığını addım-addım izləyir, əsərlərinin mövzusunu, ideya istiqamətini
dəyərləndirir. Ə.V.Yurdsevər C.Cabbarlının «Ədirnə fəthi» və «Trablis
214
müharibəsi» adlı qəhrəmanlıq dastanları üzərində daha çox dayanır. Səbəbi
məlumdur: «Cəfərin həqiqi milli idealı və ən səmimi düşüncələri bu iki əsərdə
ortaya qoyulmuşdur» - yazan müəllif bu əsərlərin mövzusundan, milli
qəhrəmanlarından söz açmaqla fikirlərini əsaslandırır. Və yazır: «Sovet ədəbiyyat
kitablarında Cəfərdən bəhs edilərkən bu iki əsərə əsla təmas olunmaz! Səbəbi aşkar
deyilmi?!»
Ə.V.Yurdsevər C.Cabbarlının sovet rejimi dövründə amansız təqiblərə,
təhqirlərə, təzyiqlərə məruz qaldığını, bütün bu fiziki-mənəvi işgəncələrə rəğmən
«Sifarişlə sənət olmaz!» söylədiyini, elə buna görə intihara məcbur edildiyini göz
yaşı ilə yazır. O göstərir ki, Cəfərin ölümü ilə bağlı sovetlərin yazdıqları yalan,
iftira və riyakarlıqdan başqa bir şey deyildir. Ə.V.Yurdsevər C.Cabbarlını
«Azərbaycan dram ədəbiyyatının tacı», «əli-qolu sovet zəncirləri ilə sıx-sıx bağlı
bir düha», «adını türk ədəbiyyatının qızıl səhifələrinə qeyd etdirmiş şair» deyə
xarakterizə edir.
İstedadlı tədqiqatçı Ə.V.Yurdsevərin Məhəmməd Hadinin həyat və
yaradıcılığı barədə məqaləsi maraqlı faktlarla zəngindir. M.Hadi irsini və
şəxsiyyətini böyük məhəbbətlə araşdıran müəllif bu istiqlal şairinin vətən, millət
sevgisi ilə dolu şeirlərini yüksək qiymətləndirir.
Ə.V.Yurdsevər təkcə ədəbi simalar, onların irsi haqqında yazmaqla
kifayətlənmir, bu sahədə axınlar, cərəyanlar barədə elmi-nəzəri məqalələr qələmə
alırdı. Onun «Azərbaycan» jurnalının 1953-cü il tarixli 5-ci nömrəsində verilmiş
«XIX əsr Azərbaycandakı modern və realist ədəbi cərəyanlar» adlı məqaləsi
fikrimizə misaldır.
Ə.V.Yurdsevər ədəbiyyat tarixinin tədqiqi ilə yanaşı digər mövzularda da
maraqlı məqalələr yazırdı. Onun «Ərgənəqon bayramı», «Atatürk və xaricdəki
türklər», «Təbii bir müttəfiq», «Məhkum millətlər cəbhəsi», «Fikirdə, sözdə, işdə
birlik», «21 Mart Qurtuluş bayramı», «23 Aprel Milli hakimiyyət günü»,
«Demokratların qayə birliyi», «Sovetlərin din düşmənliyi» və s. kimi onlarca
məqaləsi Ə.V.Yurdsevərin istedadlı tədqiqatçı, həm də sözün böyük imkanlarından
bacarıqla istifadə edən mahir publisist olduğuna dəlalət edir.
Onun «Azərbaycan istiqlal savaşından səhnələr» adlı irihəcmli əsəri həm
mükəmməl bədii-publisistik, həm də sənədli-tarixi mənbə kimi dəyərlidir.
Memuarın mövzusu müəllifin həyat yolundan, sovet rejiminə qarşı
mübarizəsindən, şahidi və iştirakçısı olduğu hadisələrdən götürülmüşdür. Lakin bu,
sadəcə bir insanın ömür yolu yox, bir mühacirin istiqlal savaşı haqqında yazılmış
dastandır. Burada hadisələr o qədər canlı, obrazlı, dinamik, aydın təsvir olunur ki,
oxucu özünü cərəyan edən proseslərdə hesab edir, heç bir şərhə, əlavəyə ehtiyac
qalmır. Təhkiyə üsulu ilə qələmə alınan əsərdə müəllif göstərir ki, dostu Kərbəlayı
Vəli Mikayılzadə ilə birlikdə istiqlal savaşına qatıldığı üçün 1923-cü ildə üç illik
sürgünə məruz qalırlar. Sürgünün bitməsinə bir il qalmış onları saxlandıqları
həbsxanadan çıxarıb Yaroslavla, oradan Moskvanın Lubyanka küçəsindəki GPU-
nun idarəsinə gətirirlər. Müəllif ilk baxışda adi görünən bu prosesi bütün təfərrüatı
və dəhşəti ilə canlandırır. O, dustaqları bir həbsxanadan digərinə keçirmək üçün
istifadə olunan maşını belə təsvir edir: «Qara qarğa» qara və hər tərəfi sıx-sıx
215
qapalı bir həbsxana arabasıdır. İçində dəmirdən tabuta bənzər daracıq və insan
boyu yüksəkliyində bir kişilik hücrələr vardır. Qapqaranlıq tabutun içərisində insan
haraya, hansı istiqamətdə hərəkət etdiyinin fərqində belə ola bilməz». Müəllif GPU
əməkdaşlarının davranışının, rəftarının qeyri-insani olduğunu diqqətə çatdırmaq
üçün onların kobudluğunu, sərtliyini xüsusi vurğulayır və yazır ki, bu münasibət
bütün sovet həbsxanaları üçün xarakterikdir, lakin GPU-da olduğu kimi bu
dərəcədə heç yerdə ola bilməz. GPU-dakı üzücü sorğu-sualdan heç bir müdafiə
hüququ olmayan dustaqlar «Buturki cəza evinə, yoxsa Solovki, Arxangelski, yaxud
Uraldakı düşərgələrə göndəriləcəyini düşünürlər». Müəllif yazır ki, başqa
ehtimallar, məsələn, qaçmaq haqqında da fikirləşirlər. Buna isə əsas vardı. Hələ
Yaroslavlda ikən mərhum Məhəmməd Həsən Baharlının təlimatı və yardımı ilə
belə bir təşəbbüs edilmişdir.
Daha sonra müəllif əvvəllər «çeka, sonralar GPU, NKVD və MVD
adlandırılan «tehdiş makinə»sinin cinayətlərindən bəhs edir və yazır ki, taleyin
yardımı ilə bu məngənədən qurtulmuş bir insan kimi GPU-nun törətdiyi sayı
bilinməyən faciələr haqqında» dünya ümumi əfkarına və insanlığın yüksək
məhkəməsinə ərz etmək… hər fərdin müqəddəs bir vəzifəsidir. Bolşevizmi
«kütləvi terror rejimi» adlandıran Ə.Yurdsevər onun Lenin və Stalin irsindən
qidalandığını yazır. Bolşeviklər dünən olduğu kimi, bu gün də terrordan əl
çəkməmişlər. «İkinci Dünya Müharibəsindən sonra ağ rus generalları Kutepov və
Millerin Parisdən qaçırılmaları, 1941-ci il işğalı zamanı İranda gündüzün
günortaçağı Kərbəlayı Vəli Mikayılzadə, Kamal Yılmaz, Möhsün Səlimzadə,
Aytək Qunduk və digər bir çox qafqazlı və azərbaycanlıların çalınıb götürülmələri,
İskəndər Şeyxzaman (Keykurun), təyyarəçi Sənan kimi digər bəzilərinin də GPU
agentləri tərəfindən küçədə və ya evlərində vurulub öldürülmələri, lap bu son
aylarda Berlində bir-birini təqib edən terrorlar və bunun kimi yüzlərlə hadisə»
rejimin əsl simasını göstərir.
Ə.Yurdsevər əsərində «çeka»nın tarixi, onun yaranması, ilk dövrdəki
fəaliyyəti, törətdiyi cinayətlər, «vəhşət və dəhşətlər» haqqında oxucuya məlumat
verərək yazır: «Çeka törətdiyi zülmlər və axıtdığı günahsız qanlara görə daxildə və
xaricdə o dərəcə xalqın və dünya ümumi əfkarının nifrətini və hiddətini öz üzərinə
çəkmişdir ki, bolşevik diktatorları onun adını tez-tez dəyişməyə məcbur olmuşlar».
Müəllif müxtəlif adlar altında GPU-nun inqilabın ilk illərində, xüsusilə kolxoz
quruculuğu dövründə və sonralar törətdiyi saysız-hesabsız cinayətlər, onların
həyata keçirilməsi üsulları barədə, sovet rejiminə qarşı qaldırılan üsyanlar və itaət
etməyənlərə tutulan divanlar, cəzalar, edamlar, sürgünlər barədə təfsilatı ilə bəhs
edir. Bu zaman müəllif kimə isə istinad etmir, o hadisələrin içərisindədir: gah
həbsxana divarları arasında, gah sürgündə. Müəllif Yaroslavl və Moskvada,
Daşkənd və Aşqabadda cərəyan edən hadisələrin canlı iştirakçısıdır.
Müəllifin hər bir fikri fakta, sənədə əsaslanır, o, oxucunu düşündürür, onu
sovet quruluş və ideologiyasının perspektivsizliyinə inandırır.
Memuar «Azərbaycan»ın 1954-cü ildən başlayaraq, 10 ildən də çox
müddətdə demək olar ki, hər nömrəsində hissə-hissə çap edilmişdir. Bu əsər həm
Azərbaycan tarixini, istiqlalçıların keçdiyi çətin, lakin şanlı, şərəfli yolun tədqiqi,
təbliği, həm də Ə.Yurdsevər yaradıcılığını dəyərləndirmək baxımından
216
əhəmiyyətlidir. Memuarın kitab halında nəşri Azərbaycan oxucuları üçün faydalı
olardı.
Ə.Yurdsevər publisistikasının səciyyəvi cəhətlərindən biri tutarlı və çoxsaylı
faktlardan məharətlə istifadə etmək, oxucunu inandırmaq, düşündürmək və
müəyyən məsələ ilə bağlı onda qəti rəy yaratmaqdır.
«Əsir millətlərin dirənişi» adlı məqaləni müəllif «Milli Azərbaycan
dövlətinin imperialist qızıl Rusiya tərəfindən istilasının 54-cü ildönümü» ilə
əlaqədar qələmə almışdır. Azərbaycan da daxil olmaqla rus boyunduruğunun
altında əzilən əsir millətlərin iqtisadi, siyasi və mədəni sahələrdə apardığı şanlı
savaşlara nəzər salan müəllif qeyd edir ki, 20 və 30-cu illərdə bu mübarizə daha
çox silahlı formalarda həyata keçirilmiş, düşmən ağır itkilər vermişdir, bununla
belə, əsir millətlərə də böyük zərbələr dəymişdir: etirazlar bolşeviklərə xas
vəhşiliklə qəddarcasına yatırılır, yüz minlərlə insan Çeka məhbusxanalarında
sorğu-sualsız güllələnir, ölüm düşərgələrində və zindanlarda çürüyürdü.
Publisistə görə, əsir millətlərin müqavimət hərəkatı daha sonra – İkinci
Dünya müharibəsi zamanı özünü Sovet Ordusunu arxadan vurma, kütləvi şəkildə
almanlar tərəfinə keçmə və milli legionların təşkili formasında təzahür etdi.
Müharibə bitdikdən sonra mücadilə qısa bir müddət ərzində nisbətən passiv
xarakter daşısa da, milli mühacirət quruluşları sovet rejiminin gerçək üzü, niyyət
və planları haqqında müəyyən ictimai rəy yaratmağa nail olmuşlar.
Ə.Yurdsevərin publisistikası mübariz ruhludur, döyüşkənliyi, cəsarəti ilə
diqqəti çəkir. Sovet dövlətinin bütün dünyaya meydan oxuduğu bir dövrdə o
yazırdı: «Əsir millətlər deyib keçməyək. Bu müəzzəm insan kütləsi Sovetlər Birliyi
deyilən millətlər zindanı əhalisinin yarıdan çoxunu təşkil etməkdədir». Publisist
böyük uzaqgörənliklə və inamla bu çoxluğun sovet rejiminin «taleyinin təyinində»
rolu olacağını yazırdı. Sovetlər Birliyindəki «müttəfiq» respublikaların öz ordusu
yoxdur, deməli, sovetlər öz «müttəfiqlərinə» güvənmirlər. Müəllif Polşa,
Macarıstan, Çexoslovakiya, Rumıniya kimi ölkələri «kommunist peyk dövlətlər»
adlandırır və yazır ki, onlar da özlərini rus əsarəti altında hiss edirlər. «Və sıyrılıb
qurtulmaq üçün dişləri və dırnaqları ilə çırpışıb dururlar. Bəziləri açıqca, bəziləri
gizli-gizli». Ə.Yurdsevər 1956-cı il Polşa və Macarıstan hadisələrini xatırlayır. O
yazır ki, Sovet Rusiyası xarici düşmənlərə qarşı raket və nüvə silahlarından istifadə
edə bilər. Lakin «ayaqlanan əsir millətlərə qarşı yox», əks təqdirdə özü də məhv
olar.
Məqalədə Ə.Yurdsevər «məmləkətlərinin hürriyyət və müstəqilliyi uğrunda
uzun illərdən bəri yoğun fəaliyyət içində bulunan» mühacirlərin rolunu yüksək
dəyərləndirir və əminliklə bildirir ki, əsir millətlərin fəal yardımı və dəstəyi
olmadan sovetlərə qarşı mücadilədə uğur qazanmaq olmaz. Müəllif məqaləni
heyrətediləcək uzaqgörənliklə bitirir. «Bu dinamit qüvvə, peyk məmləkətlər
xalqları ilə birlikdə raketlər və ya klassik silahlardan çox daha üstün dəyərə sahib
olduğunu bir gün isbat edəcəkdir!» Tarix Ə.Yurdsevərin dediklərini 15-20 ildən
sonra təsdiq etdi. «İnsanlıq üçün utanc qaynağı olan bir problem» (515) adlı yazı
nəinki Ə.V.Yurdsevərin yaradıcılığında, eləcə də bütün mühacirət irsində nəzəri
çəkən nümunədir: artıq «Azərbaycan istiqlal savaşından səhnələr» kimi möhtəşəm
memuar yaradan Ə.Yurdsevər öz qələminin gücünə və istedadına güvənərək, son
217
dərəcə ciddi, cəsarətli və analitik bir yazı ortaya qoymuşdur. Burada insan haqları,
bununla bağlı beynəlxalq təşkilatların fəaliyyəti, «nüvə silahlarından daha güclü
olan propaqanda silahı», onun rolu, Sovetlər Birliyindəki əsir millətlərin iqtisadi,
mədəni, mənəvi-milli təzyiqlərə məruz qalması və s. kimi məsələlər tarixi-hüquqi
baxımdan qiymətləndirilir, düzgün, aydın elmi-nəzəri nəticələr çıxarılır, «bütün
insanlıq üçün daimi utanc qaynağı əsir millətlərin» bugünkü faciəvi durumunun
aradan qaldırılması üçün təkliflər dilə gətirilir. Müəllif yazır ki, Sovetlər Birliyində
insanın azad danışmaq, yazmaq, oxumaq, yer dəyişmək, iş tapmaq, ibadət etmək,
fikir və tənqid söyləmək, siyasi, iqtisadi, ictimai, mədəni sahələrdə təşkilatlanmaq,
biznes fəaliyyəti işlə məşğul olmaq və s. kimi hüquqları yoxdur. Yerli xalqların öz
tarixi, ədəbiyyat, dil, adət və ənənələrindən uzaqlaşdırılmasına, «tək dövlət, tək
dil» düsturunun gerçəkləşdirilməsinə səy göstərilir.
Afrikada müstəmləkəçiliyə son qoyulduğu halda, «qızıl Rusiyada və
kommunist Çində daha da sərtləşmiş və qatılaşmışdır» yazan Ə.Yurdsevərin bu
məqaləsi bütün bəşəriyyətə, beynəlxalq təşkilatlara bir səsləniş, çağırışdır: «onların
qarşısı alınmazsa… dünyada barış və güvənlik qurulmayacaqdır».
Jurnalın həmin nömrəsində Ə.Yurdsevərin bu mövzuya dair daha iki
məqaləsi verilmişdir. «Əsir millətlərin həftəsi», «Gelenekləşən həftə». Həmin
yazılar «Azərbaycan»ın 1959-cu il nömrələrində də – ABŞ Konqresi və
prezidentinin «Əsir millətlər həftəsi» elan etdiyi zaman dərc edilmişdir.
Ə.Yurdsevər əsir millətlərin adından yazır: «Biz azadlığa qovuşsaq, bütün
bəşəriyyət rahat nəfəs ala biləcəkdir. Əksinə olsa, bizim fəlakətimiz bütün
dünyanın fəlakətinə səbəb ola bilər. «İnsan haqları baxımından millətlər arasında
fərq qoyula bilməz. Hər millət üçün hürriyyət və istiqlal müqəddəs bir haqdır.
Düşmənimiz (Sovetlər Birliyi nəzərdə tutulur – A.T.) müştərək olduğu kimi,
mücadiləmiz də müştərəkdir».
Yeri gəlmişkən qeyd edək ki, ABŞ prezidenti D.D.Eyzenhauen 1959-cu ilin
17 iyulunda imzaladığı «Əsir millətlər həftəsi» bəyannaməsində Sovet İttifaqının
dünyanın hər tərəfində bir çox millətləri əsarətdə saxladığı, SSRİ-dəki millətləri
milli istiqlal haqlarından və fərdi hürriyyətlərindən məhrum etdiyi göstərilir, bütün
dünya millətlərinin hürriyyət və istiqlal qazanacaqları günə qədər hər il bu həftənin
qeyd olunacağı bildirilir. Azərbaycan mühacirləri bəyannamə elan olunduğu
vaxtdan onu alqışlamış, sənədin onların da iradəsini ifadə etdiklərini bəyan
etmişlər. Ə.Yurdsevər acı təəssüflə yazırdı ki, biz bu sənəddən də əvvəl bütün
insanlığı «bu vəhşət sisteminə qarşı mücadiləyə dəvət edirdik. Bu həqiqətləri İkinci
Dünya müharibəsindən sonra da yazdıq və hayqıra-hayqıra söylədik. Duyan və
ibrət alan olmadı. Bunun üçündür ki, Avropanın önəmli bir qismi də dəmir pərdə
arxasında qaldı. Yenə gerçəkləri gözlər önünə gətiririk. Mədəni və demokratik
məmləkətlər yenə qəflət yuxusuna qalacaq olsalar, bu səfər Avropanın qalan qismi
də günün birində Sovet tələsinə düşə bilər!.. Sovetlər Birliyinin dünyaya meydan
oxuduğu dövrdə – 70-ci illərdə Azərbaycan mühacirinin-publisistinin bu cəsarətli
harayını, çağırışını fədakarlıq nümunəsi hesab etmək olar.
Ə.Yurdsevər publisistikası ilə tanış olduqca, elə təsəvvür yaranır ki, bu
qələm sahibinin toxunmadığı mövzu, müraciət etmədiyi taleyüklü məsələ yoxdur.
Təsadüfi deyil ki, onun yaradıcılığında sovet din siyasətinin tənqidi də mühüm yer
218
tutur. «Sovetlərin din düşmənliyi» adlı yazıda 40 ildən bəri «dini inancları ortadan
qaldırmaq üçün əlindəki bütün siyasi, iqtisadi, idari, inzibati və sözdə elm və təhsil
vasitələrindən» istifadə edən Kommunist Partiyasının, sovet dövlətinin mənfur
siyasəti, onun mahiyyəti açıqlanır, nəticələri göstərilir. Sovet din siyasətinin
tarixinə nəzər salan müəllif qeyd edir ki, «başlanğıcda rusluğa xas qabalıq və
vəhşətlə cami və məbədlər dağıdılır, yaxud axur, meyxanə, anbar, kitabxana üçün
istifadə olunur, din adamlarını kütləvi öldürür, həbsə atır, sürür, hər cür dini
kitabları risalə, dərgi və təqvimlərin nəşrini qadağan edir, mədrəsələri qapadır»dı.
Bütün bunlar ciddi etirazlara səbəb olur, digər tərəfdən, «dininin əzildiyini görən
xalq daha dərin inamla ona sarılırdı». Belə olduqda, Kommunist Partiyası dinlə
mübarizədə taktikasını dəyişdi: NKVD bir tərəfdən, din adamlarını təqib edir,
digər tərəfdən öz agentlərini dini təşkilatlara salırdı.
Alman faşizmi ilə üzbəüz qalan Stalin yaxşı bilirdi ki, tək kommunizm
ideologiyası ilə sovet xalqını hərbə səfərbər edə bilməyəcək. Odur ki, o «dini
təşkilatların təkrar qurulmasına müsaidə etdi…». Ə.Yurdsevər göstərir ki, hərb
sona yetən kimi, bolşeviklər din üzərinə yenə hücuma keçdilər. Publisist konkret
faktlara, qəzet, jurnal materiallarına müraciət edir, sovetlərin din əleyhinə
mübarizədə ortaya qoyduqları «dəlilləri», «elmi müddəaları» alt-üst edir və yazır
ki, bütün təqiblərə rəğmən din bundan sonra da mübarizələrdən müzəffər
çıxacaqdır. «Çünki tarix boyunca heç bir qüdrət dini ortadan qaldıra bilməmişdir.
Və Sovet rejimi də buna əsla müvəffəq olmayacaqdır».
Ə.V.Yurdsevər yaradıcılığı mühacirət irsinin ciddi nümunələrindəndir. Onun
toplanılması, nəşri, daha geniş araşdırılması öz tədqiqatçılarını gözləyir.
Dostları ilə paylaş: |