AZƏrba yca n mġLLĠ elm lər akadem ġyasi a. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 5,7 Mb.
Pdf görüntüsü
səhifə15/37
tarix03.02.2017
ölçüsü5,7 Mb.
#7305
1   ...   11   12   13   14   15   16   17   18   ...   37
§ 2. MƏDƏNĠ-MAARĠF Ġġ Ġ 

 

Mədəni-maarif  müəssisələrinin  yaranması.  Mədəniyyət  və  təhsili 

dövrün tələbi səviyyəsində qurmaq yeni cəmiyyət üçün mühüm əhəmiyyət kəsb 

edirdi.  Kütlələrin  ictimai  Ģüuru  bir  hakim  partiyalı  sovet  rejimin in  qurulması 

mənafey inə uyğun formalaĢdırılmalı, onun kommunist siyasəti və ideologiyasına 

xid mət  etməyə  tabe  edilməli  id i.  Bu  məqsədlərə  nail  olmağın  kütləvi 

mexanizmlərindən  biri  mədəni-maarif  müəssisələri  hesab  olunduğu  üçün  sovet 

və  partiya  orqanları  respublikan ın  bütün  Ģəhər  və  qəzalarında  mədəni-maarif 

müəssisələrinin  geniĢ  Ģəbəkəsinin  təĢkil  və  in kiĢaf  etdirilməsinə  böyük  diqqət 

yetirirdi.  Bu  Ģəbəkə  insanların  düĢüncə  davranıĢlarının  dövlət  və  partiya 

orqanları  tərəfindən  idarə  edilməsi  vəzifələri  ilə  sıx  bağlı  olan  siyasi  təbliğatda, 

kütlələrin siyasi cəhətdən  lazımi  istiqamətdə  maarifləndirilməsində  xüsusi  rol 

oynamalı idi. 

AK(b)P-nin  II  qurultayı  (1920-ci  ilin  oktyabrı)  mədəni-maarif 

ocaqlarının  xüsusi  əhəmiyyətini  qeyd  edərək,  Azərbaycanda  klub,  kitab xana  və 

qiraət ko malarının geniĢ Ģəbəkəsinin yaradılmasını qərarlaĢdırdı

78



Fəhlə klubları    xüsusilə Bakı Ģəhəri və onun mədən-zavod rayonlarında 



-  Sabunçu,  Sura xanı,  QaraĢəhər,  Bayü,  Zabrat  və  Binəqədidə  geniĢ   fəaliyyətə 

baĢladılar

79

.  Artıq  1924-cü  ilin  ortalarında  54  fəhlə  klubu  mühüm  siyasi  və 



təsərrüfat  kampaniyalarında  bilavasitə  iĢtirak  edirdi

80

.  Qəzalarda  da  vəsait  və 



avadanlıqların,  təcrübə  və  kadrların  olmadığı  çətin  Ģəraitdə  mədəni-maarif 

ocaqlarının  təĢkilinə  baĢlanmıĢdı.    Azərbaycan  kəndində  siyasi-maarif 

fəaliyyətinin  mərkəzləri  1923-cü  ildən  yaradılmasına  baĢlanan  qiraət  komaları 

idi. 


Dövlət 

hesabına 

maliyyələĢdirilən 

bütün 


maarif 

iĢi 


onlarda 

cəmləĢdirilmiĢdi

81



Qiraət  ko malarında  kəndlilərin  ibtidai  siyasi-maarif 



192 

 

savadsızlığını  ləğvetmə  kursları  və  azsavadlılar  üçün  məktəblər  yaradılırd ı. 



Bundan  əlavə,  qiraət  ko malarında  kənd  təsərrüfatı,  kooperativ,  sanitar,  kənd 

mü xb irləri,  dram  dərnəkləri  və  s.  fəaliyyət  göstərirdi.  Bu  illərdə  yaylaqlarda 

"qırmızı  çad ırlar"ın  təĢkili  kimi  mədəni-maarif  iĢi  formasından  da  istifadə 

edilird i

82

.  Kənd  əhalisi    içərisində    təbliğat-təĢviqat   iĢinin  geniĢləndirilməsində 



rayonlara fəh lə təĢviqatçıların səfərləri də mühü m rol oynayırdı. 1920 -ci ilin yayı 

və  payızında  Bakı-Ağstafa-Poylu  marĢrutu  üzrə  partiya,  sovet  iĢçiləri, 

mədəniyyət və incəsənət xadimlərindən ibarət təĢviqat qatarı təĢkil o lunmuĢdu

83



Kənd 

mədəniyyət 

ocaqların ın 

in kiĢafı, 

onların 

iĢinin  


yaxĢılaĢdırılmasında  fəhlələrin  kənd  üzərində  hamiliy i  böyük  əhəmiyyət  kəsb 

edirdi.  Bu  məqsədlə  "ġəhərin   kəndlə  mədəni  rabitəsi  cəmiyyəti"  də  səmərəli 

fəaliyyət  göstərirdi

84

.  Təkcə  1923-cü  ilin  iyulundan  1924-cü  ilin  aprelinədək 



Bakıdakı  hami  təĢkilatların  kö məy i  ilə  kəndlərdə  30  q iraət  ko ması  açılmıĢdı. 

1927-c i  ilin  sonunda  kənd  Klubla rın ın  sayı  171-ə   çat mıĢdı

83

.  Onlar  yerli  əhali 



içərisində  böyük  təĢkilati  iĢ  apararaq  bir  ço x  cəhətdən  kənddə  mədəni-maarif 

idarələrin in təməlini qoydular. Bu sahədə Bakı  zəh mətkeĢlərin in mədəni hamilik 

iĢi Ģəhərlə kənd arasında rabitə yaradılması,  kəndli  kütlələrin in siyasi və mədəni 

səviyyəsinin yüksəlməsi üçün mühüm əhəmiyyətə malik idi.  

Mədəni  kütləvi  və  siyasi-maarif  iĢində  kitab xanalar  da  mühüm  ro l 

oynayırdı.  Bunun  üçün "BaĢ siyasi  maarif  idarəsi"  nəzdində  kitab xana  Ģəbəkəsi 

yaradılmıĢdı.  1920-ci  ilin  əvvəlində  Azərbaycanda  cəmi  beĢ  kitab xana  var  id i. 

1923-cü  ildə  A zərbaycan  Dövlət  Kitab xanasının,  1925-c i  ildə  isə  Kitab 

palatasının  təĢkili  respublikanın  mədəni  həyatında  mühüm  hadisə  oldu. 

Kəndlərdə  kitab xanaların  Ģəbəkəsini  geniĢləndirmək  məqsədilə  ÜĠK(b)P  M K 

1925-c i  iün  sentyabrında  "Kənd  kitabxanala rı  və  kitab xanaların  təchizi  üçün 

populyar ədəbiyyat haqqında" qərar qəbul etdi. Savadsızlıqla  mübarizə Ģəraitində 

bu qərar geniĢ kəndli kütlələrini populyar ədəbiyyatla tanıĢ etmək, onların sa vad 

dərnəklərində  əldə  etdikləri  bilikləri  möhkəmləndirmək  məqsədi  güdürdü. 

Qəzalarda  kitab xanaların  sayı  1925-ci  ildəki 

85

  min  kitabı  olan  25-dən  1927-c i 



ilin əvvəllərində 1017 min kitab fondu olan 114-ə çatdı

86



Beləliklə,  sovet  hakimiyyətinin  ilk  illərində  Ģəhərlərdə  fəhlə  klubları, 

kəndlərdə  isə  kənd  qiraət  ko maları,  klublar,  kəndli  guĢələri  və  kitab xanaları 

əhalinin  əsas  mədəniyyət,  siyasi  maarif  və  tərbiyə  ocaqları  o ldular.  Bu  zaman  

əsas  məqsəd  zəhmətkeĢləri  dövlət  və  partiya  təĢkilatlarının  irəli  sürdüyü siyasi-

təsərrüfat vəzifələrinin həllinə səfərbər etmək idi.  

NəĢriyyat  iĢinin  inkiĢafı.  Mədəni  quruculuqda  ycni  siyasətin  və 

"sosialist  ideyaları"nın  təbliğ  və  təĢviqinə  üstünlük  verən  partiya  və  dövlət 

orqanları  Azərbaycan  dilində  çap  və  nəĢriyyat  iĢini  qaydaya  salmaq  üçünciddi 

səy  göstərirdilər.  1920-ci  il  avqustun  18-də  Azərbaycan  Ġnqilab  Ko mitəsi  çap 



193 

 

iĢinin  təĢkili  və  mərkəzləĢdirilməsi  haqqında  dekret  verdi



87

.  Dekretdə  nəĢriyyat 

iĢinin,  Azərbaycan  dilində  "inqilabi"  ədəbiyyat  nəĢrinin  təkcə  Azərbay can  üçün 

deyil, habelə qonĢu ġərq ölkələri üçün də rolu qeyd edilmiĢdi. Bu məqam "dünya 

inqilab ının  in kiĢaf  etdirilməsi"nə  inamdan  irəlı  gəlird i  və  dekretdə  onunla  bağlı 

konkret  tədbirlərin  həyata  keçirilməsi  müəyyənləĢdirild i.  A.B.Yusifzadənin  

sədrliyi  ilə  Azərbaycan  Mərkəzi  mətbuat  kollegiyası  yaradıld ı.  MəĢhur  yazıçı 

M.S.Ordubadi bu ko lleg iyanın üzvü  idi

88

. Bundan sonra 1920-c i  ilin a xırlarında 



Axundovun redaktorluğu ilə  Bakı Partiya Ko mitəsinin həftəlik ―Kənd füqərası", 

1921-c i  ilin  əvvəlindən  isə  "Azərbaycan  füqərası"  "Kommunist"  qəzetlərinin  

nəĢrinə  baĢlandı

88a


.  Əsası  1906-cı  ildən  qoyulmuĢ  "Bakinski  raboçi"  (" Bakı 

fəhləsi") qəzetinin nəĢri 1922-ci ilin mayından bərpa olundu. 

AK(b)P  MK  1922-c i  ilin  fevra lında  marksizm-lenin izm  klassiklərinin  

əsərlərin in,  marksist-len inçi  ədəbiyyatın  nəĢrinə  baĢlamaq  məqsədilə  onların  

Azərbaycan  dilinə  tərcü məsinə  rəhbərlik  üçün  komissiya  yaratdı.  K.Marks  və 

F.Engelsin "Ko mmunist Partiyasının  man ifesti" Azərbaycan dilində nəĢr olunan 

ilk  əsərlərdən  id i.  1920-1925-ci  illərdə  V.Ġ.Lenin in  26  əsəri  130,5  min  nüsxə 

ümu mi tirajla çap olun muĢdu

89



1921-c i ilin  mayında bütün mətbəə müəssisələri  milliləĢdirildi



90

. Həmin  

ilin  iyununda  Xalq  Maarif  Ko missarlığ ı  nəzdində,  sonradan dövlət nəĢriyyatına 

çevrilən  nəĢriyyat  Ģöbəsi  yaradıldı.  Mətbəə  bazasını  geniĢləndirmək  məqsədilə 

təkcə  1922-ci  ilin  sonunda partiya  80  min  manat  (qızıl  pulla)  ayırmıĢdı.  Dövlət 

və  partiya  orqanlarının  kö məy i  sayəsində  Azərbaycan  dilində  1920-ci  ildə  63 

min nüsxə tirajla  3,  1925-ci ildə 1  milyon 215 nüsxə tirajla  179,  1927-ci  ildə isə 

2  milyon 130  min nüsxə tirajla 858 adda nəĢr buraxılmıĢdı

91

. Siyasi ədəbiyyatla 



yanaĢı,  sovet  mətbuatı  da  kütlələrdə  avtoritar  Ģüurun  formalaĢdırılmasına  və 

onların  "sosializm"   uğrunda  mübarizəyə  səfərbər  edilməsinə  xid mət  ed ird i. 

Aparıcı partiya  mətbuat orqanları "Ko mmunist" (Azərbaycan dilində), "Bakinski 

raboçi", "Kommunist" (ermən i dilində) idi.  1923-cü ildə "Ko mmunist" qəzetinin 

tirajı  2,5  min nüsxəyə çatdırıldı. 111 Azərbaycan Sovetlor qurultayı (1923-cü  il) 

böyük  xid mətlərinə  görə  "Kommun ist"  və  "Bakinski  raboçi"  qəzetlərini 

Azərbaycan SSR-in Qırmızı Əmək Bayrağı ordeni ilə təltif etdi

92



Qəzalarda da partiya mətbuat orqanlarının nəĢrinə baĢlandı. Bu zaman  

Gəncədə  "Yeni  Gəncə",  Naxçıvanda  "ġərqin  qapısı",  ġuĢada  Qarabağın  s əsi" 

və baĢqa qəza qəzetləri çıxırdı. 1922-ci  ildə Qubada "Əxbar" qəzetin in nəĢrinə 

baĢlandı.  Maraqlıdır  ki,  qəzet  1920-ci  ilin  dekabrında  VIII  Ümu mrusiya 

Sovetlər  qurultayı  keçirərkən  göndərilmiĢ  alma  sovqatına  görə,  Quba 

zəh mətkeĢlərinə  minnətdarlıq  əlaməti  o laraq,    1921-ci  ilin  aprelində 

V.Ġ.Lenin in göndərdiyi mətbəə maĢınında çap olun muĢdu. 


194 

 

1920-1927-c i  illərdə  "AK(b)P  M K  və  BK-n ın  Xəbərləri"  (Azə rbaycan 



və  rus  dillərində),  "ġura  quruluĢu",  "Ġqtisadi  xəbər"  "Azərbaycan  Ali  Ġqtisad 

ġurasının  əxbarı",  "Azərbaycan  neft  təsərrüfatı",  "Maarif  və  mədəniyyət" 

jurnalları nəĢr olunurdu. 

1922-c i  ildə "Molla Nəsrəddin"in nəĢri  Bakıda bərpa olundu müsəlman  

ġərqində  ilk  qadın  jurnalı  -  "ġərq  qadını"  1923-cü  ildə  nəĢrə  baĢladı,  hökumət 

"Əkinçi"  qəzetin in  50  illiyini  keçirmək  barədə  1928-ci  ilin  oktyabrında  qərar 

qəbul etdi. 1927-ci ilin sonunda Azərbaycanda 194 min nüsxə tirajla 35 jurnal və 

digər nəĢrlər (onların ilk tirajı 497 min nüs xə id i) çıxırdı

93



Dövri  mətbuatın  əhalinin  mü xtəlif  təbəqələri  ilə  əlaqələrinin  



geniĢlənməsi  fəh lə-kəndli  mü xbirlər  hərə katına  təkan  verdi.  1924-cü  ilin 

oktyabrında Bakıda  fəhlə-kəndli  mü xb irlərdən  235 nü mayəndənin iĢtirakı  ilə bu 

hərəkatın  əsas  məsələlərini  mü zakirə  edən  birinci  qurultayı  oldu

94

.  Bclə  bir 



qurultay 1926-c ı ilin iyununda Naxç ıvan Respublikasında da keçirildi.  

Azərbaycanda  geniĢ  radio  veriliĢi  Ģəbəkəsinin  yaradılması  xalqın  

ictima i-siyasi  və  mədəni  həyatında  ço x  mühü m  hadisə  oldu.  Birinci  radio  

qurğusu  1924-cü  ildə  Bakıda,  digərləri  isə  az  sonra  yerlərdə  fəaliyyətə  baĢladı. 

1926-c ı  ilin  6  noyabrında  ilk  dəfə  efirdə  "DanıĢır  Bakı"  sözləri  səsləndi.  Artıq  

1927-c i  ildə  Azərbaycanın  qəzalarında  111  rad io  qurğusu  və  36  səyyar 

radiostansiya fəaliyyət göstərirdi

95



Dinə  münasibət.  Ġslam  dini  A zərbaycan  xalqın ın  ən  mühü m  mənəvi 

əsaslarındandır.  Məhz  buna  görə  azərbaycanlıların  həyat  və  düĢüncə  tərzinin  

özünəməxsus xüsusiyyətlərin in köklərini onlan bütün müsəlman  xalq ları dünyası 

ilə doğmalaĢdıran Ġslamın universallığ ı və ənənəviliyində axtarmaq lazımd ır.  

Ġslam  dini  A zərbaycanda  çətin tarixi  yol  keçmiĢdir.  Bu  cəhətdən  20-ci 

illər  xüsusi  yer  tutur.  Bu  dövr  həm  Ġslam  d ininə  müsbət  münasibətlə,  həm  də 

onun  inkar  və  bəzən  isə  təqib  edilməsi  ilə  nəzəri  cəlb  edir.  Bu  illərdə 

Azərbaycanda 1920-ci  ilin aprelində qurulmuĢ rejimin  ziddiyyətləri  tam Ģəkildə 

üzə  çıxmıĢdı.  Odur  ki,  Ġslama  münasibətdə  hökumətin  fəaliyyətinə  birtərəfli,  

birmənalı yanaĢmaq doğru olmaz. 

Sovet  hakimiyyətinin  dinə  münasibətinin  baĢlıca  prinsipi  kilsə  və 

məscidin  dövlətdən  ayrılması  idi.  Dini  dövlətə  münasibətdə  xüsusi  iĢ  elan  edən 

sovet  hökuməti  d in  əleyhinə  baĢladığı  ateist  fəalivyəti  geniĢ  kütlələrin  mədəni 

yüksəliĢi  və  materialistcəsinə  maariflən məsi  uğrunda  mübarizənin  tərkib  hissəsi 

hesab  edirdi.  Azərbaycanda  Ġslamın  özünəməxsus  xüsusiyyətləri  olmuĢdur. 

Azərbaycanda  Ġslamla  yanaĢı,  ən  qədim  dövrlərdən  mü xtəlif  konfessiyalarm  - 

pravoslav,  yəhudi,  katolik,  protestant  və  qriqoryan,  mü xtəlif  din i  icma  və 

sektaların nü mayəndələri dinc yanaĢı yaĢamıĢdılar.

96 


195 

 

Azərbaycanda  əhali  içərisində  mü xtəlif  din i  etiqad  nümayəndələrinin  



olması,  bu  dinlərin,  xüsusilə  Ġslam  dininin  özünəməxsusluğu  konkret  tarixi 

inkiĢaf  Ģəraitin in,  d indarların  milli  xüsusiyyətlərinin  nəzərə  alın masını,  onların  

dini  hisslərinə  ehtiyat  və  diqqətlə  yanaĢmağı  tələb  edirdi.  1920 -ci  ildə 

Azərbaycan  Sovet  hökumət inin  baĢçısı  N.Nərimanov  Ġslamın  müsəlman  

kütlələrin  Ģüurunda  tutduğu  yeri,  onun  ġərq  xalq larının  mənəviyyatında, 

məiĢətində,  həmçinin  həyatın  mü xtəlif  sahələrində  də  ciddi  təsiredici  mühü m 

rolunu  dərk  edərək  vurğulayırdı:  "ġərqdə  dinə  münasibət  məsələsi  fövqəladə 

əhəmiyyətli məsələdir"

97



N.Nərimanov  dindarların  hüquqların ın  pozulmasma  qarĢı  çıxır,  dinə 



loyal  münasibət  göstərməyə  çağırırdı.  N.Nərimanovun  dinə  aid  bu  göstəriĢləri 

Azərbaycan  hökumətinin  1920-ci  ilin  mayında  qəbul  etdiyi  dekretdə  ö z  əksini 

tapmıĢdı. 

1920-c i  ilin  may ında  Azərbaycan  SSR  Xa lq  Maarif  Ko missarlığ ının  

məktəbdə  dini  təlimlərin  tədrisin in  dayandırılması,  Din  Nazirliy inin  ləğvi 

haqqında dekreti

98

 respublikanın hər bir vətəndaĢına istənilən dini et iqadı seçmə k 



və  ya  heç  bir  dinə  sitayiĢ  etməmək  hüququ,  eyni  zamanda  d inin  lehinə  və  ya 

əleyhinə  təbliğat  aparmaq  azadlığı  verirdi.  Dini  etiqadı  ayrılıqda  hər  bir  Ģəxsin  

vicdan  iĢi  hesab  edən  dövlət,  dinə  münasibətdə  bitərəf  qalaraq,  heç  bir  dini 

cərəyanın  tərəfində  durmad ı,  onlardan  heç  birini  nə  maddi,  nə  də  mənəvi 

cəhətdən müdafıə etməd i.  Dövlət böyüməkdə o lan nəslin bütün təhsil və tərbiyə 

iĢini tamamilə Xalq Maarif Ko missarlığ ının sərəncamına verd i, bütün dövlət və 

qeyri-dövlət məktəblə rində hər hansı dini mə rasim keç irilməsi qadağan edildi. 

Ancaq,  təəssüf  ki,  din in  xeyrinə  olan  bütün  tələb  və  prinsiplər  yerli 

orqanlar,  ayrı-ayrı  partiya  məmu rları  tərəfındən  pozulur,  xalq ın  yüzillər  boyu 

formalaĢmıĢ  ənənəvi  mənəvi  dəyərlərinin  köklərini  dağıdan  in zibati,  zorakı 

metodlar  tətbiq  edilirdi.  Bütün  bunlar  əhali  içərisində  "dinlərin in  əllərindən 

alın ması"  barədə  Ģayiələr  yayılmasına  və  narazılığa  gətirib  çıxartdı.  Kütlələr 

içərisində böyük izahat iĢi aparmaq tələb olunurdu. 

Azərbaycan  MĠK-in  sədri  Ağamalıoğlu  "Sadəlövh  adamlara  açıq  

məktubla  müraciət edərək, sovet hakimiyyətinin dinə və dindarlara  münasibətini 

aydınlaĢdırdı.  GeniĢ  kütlələr  içərisində  dekretin  izah ı  iĢinə  Respublikanın  

mütərəqqi  ziyalıları,  partiya  və  dövlət  xadimləri  cəlb  olundular.  Mətbuatda 

N.Nərimanov,  B.Talıb lı  və  baĢqaları  xüsus i  məqalələrlə  çıxıĢ  ed irdilər. 

N.Nərimanov  dindarların  dini  hisslərinin  hər  hansı  formada  təhqir  olunmasına 

qarĢı  çıxır,  Ģəriətin  zərərli  tələblərinə,  ifrat  mövhumatçılıqla  mübarizədə  özünü  

doğrultmayan  tələsikliyə,    məcburiyyətə    yol    verməməy i  təkid lə  məsləhət 

görürdü.    Maraqlıdır  ki,    1922-ci  ilin  martında  RK(b)P  MK-ya  məktubunda 

G.V.Çiçerin  N.Nərimanovun  1918-ci  ilin  dekabrında  HəĢtərxanda  kilsənin 


196 

 

dövlətdən  ayrılması  haqqında  dekretin  nəĢri  ilə  əlaqədar  dindarlara  mü raciətini 



dindar müsəlmanlara taktiki yanaĢma nümunəsi kimi səciyyələndirmiĢdi.  Çiçerin  

Leninə  məktubunda  yazmıĢdı:  "Nərimanov...  ġərqdə  təĢviqatçılara  olduqca 

qiymətli  göstəriĢlər  vermiĢdi...  Onun  mollalara  nitqi  müsəlman  camaatına 

nəzakətlə  yanaĢmağ ın  nümunəsidir".  Onunla  razılaĢan  Lenin  əlavə  etmiĢdi:  "... 

Nərimanovun  nitqini  bütünlüklə  daxil  etmək  (tərtib  ediləcək  təlimnaməyə  - 

məsul  red.)  və  ya  heç  olmasa  onu  tövsiyə  etmək  olmazmı  -  bütünlükdə  daha 

yaxĢı  olar"

99

.  Sovet  hakimiyyətinin  ilk  illərində  respublika  höku məti  dindarlara 



qayğı  göstərir,  dini  bayramlarda  -  "Qurban  bayramı",  "Orucluq  bayramı", 

"Uraza",  katolik  və  yəhudi  pasxa  günlərində,  "BlaqoveĢĢeniye"  günlərində 

mü xtəlif dinə  mənsub adamları  iĢdən azad edird i. "Novru z bayramı" günlərində 

məktəblərdə  tətillər  baĢlanır,  küçələrdə  Ģ agirdlərin  bayram  nü mayiĢləri,  teatr  və 

klublarda tamaĢa və konsertlər təĢkil edilird i

100


. AK(b)P MK  1921-c i il avqustun 

30-da  məhərrə mlik  günlərində  fəhlə  rayonlarında  müsəlman lara  çay  və  qənd 

verməy i  qərara  ald ı.  Bu   dövrdə  Azərbaycanda  məscid  və  kilsələr ,  o  cü mlədən 

Bibiheybət  və  Əmircanda  ġəmsi  Əsədullayev  məscid ləri,  Bakıda  Aleksandr 

Nevski  baĢ  kilsəsi  və  Müqəddəs    Mariya    katolik    kastyolu,    sinaqoqlar,  

müsəlman ların  onlarla  sitayiĢ  yerləri  və  pirləri  fəaliyyət  göstərirdi

101

.  Bu  illərdə 



digər Ģəhər və kəndlərdə, o cümlədən ġəki, Ağdam, ġuĢa və digər regionlarda da 

məscidlər azad fəaliyyətdə idilər. 

1920-c i  il  sentyabrın  28-də  Azə rbaycan  Ġnqilab  Ko mitəsinin  dekret i 

əsasında  Bakıda  Azərbaycan  SSR-ə  mənsub  olan  qızıl,  gü müĢ,  platin,  brilyant 

və  mirvaridən  ibarət  q iy mətli  Ģeylərin-varidatın  mərkəzləĢmiĢ  Ģəkildə 

saxlan ılmasını təmin edən Dövlət Mühafızə Ġdarəsi təsis edildi. Dekretə əsasən, 

bir ay müddətində bütün sovet idarələri və vəzifəli Ģəxslər sərəncamlarında olan 

varidatı  bu  idarəyə  təhvil-təslim  etməli  idilər

102

.  Ancaq  dekretdə,  xüsusi  olaraq 



qeyd edilmiĢdi ki, qiy mətli sərvətlərin təhvil verilməsi dini icmaların ixtiyarında 

olan sitayiĢ əĢyalarına aid edilmir. 

1922-c i ilin noyabrında AK(b)P MK  Rəyasət Heyəti Kərbəlaya ziyarətə 

gedən vətəndaĢlar haqqında məsələni  müsbət həll etdi və onlara  300  manatadək 

qızıl pul aparmağa icazə verd i

103


Xalq  məhkəmələri ailə və vərəsəlik hüququ sahəsində Ģəriət hüququnun 

sovet  hökumətin in  qərarlarına  uyğun  müddəaların ı  da  rəhbər  tutmaq  hüququna 

malik  idilər.  Höku mətin  islama,  onun  ənənələrinə  yumĢaq  münasibəti  yeni 

ictima i-siyasi  Ģəraitdə  öz  yerin i  tapmağa  can  atan  dindarlar  tərəfindən  rəğbətlə 

qarĢılandı.  Bu  cəhət  özünü  1920-1922-ci  illərdə  Volqaboyu,  Ukrayna,  Krım  və 

Qafqazda  baĢ  verən  aclıqla  ümu mxalq  mübarizəsi  gün lərində  parlaq  Ģəkildə 

göstərdi


104



197 

 

20-ci  illərin  əvvəllərində  mətbuatda,  partiya  dairələrində  mü xtə lif  din i 



ayinlər,  bayramlar,  məhərrəmlik  günlərində  müsəlmanların  matəm  mərasimi  və 

onların qadağan edilməsi haqqında məsələlər mü zakirə edilirdi. N.Nəriman ov bu 

mey illərin  intiĢarına  kəskin  müqavimət  göstərirdi.  Hətta  o,  1922-ci  ilin  

avqustunda  məhərrəmlik  təziyələrin in  qadağan  edilməsinə  qarĢı  çıxmıĢd ı.  Bu  

hadisələrin nəticələrin i nəzərə alaraq, 1923-cü ilin avqustunda AK(b)P-nin  Bakı 

Ko mitəsinin Rəyasət Heyəti bütün rayon komitələrinə və məsul iĢçilərə "Ģaxsey-

vaxsey" əleyhinə kampaniya aparmamaq barədə göstəriĢ vermiĢdi. 

1925-c i  ilin  aprelində  xüsusi  qərarda  inqilab i  bayra mla rla  yanaĢı  altı 

xüsusi  dini  bayramın  qeyd olunması  da  nəzərdə  tutulmuĢdu.  Respublikada  dini 

tədris  müəssisələri  hələ  fəaliyyət  göstərirdi.  Bakı  Partiya  Ko mitəsinin  plenu mu  

(1926-cı  ilin  oktyabrı)  və  AK(b)P  MK-n ın  VIII  qurultayı  (1927-c i  ilin  noyabr) 

bu cür tədris müəssisələrinin mövcudluğunu qeyd etmiĢdi.  

La kin  eyni  za manda  dekret in  bir  ço x  human ist  maddələri  aç ıq  Ģəkildə 

pozulur,  onun  demokratik  cəhətlərinə  əməl  o lunmu rdu.  1924-cü  ildə  Bakıda 

yaradılan  "Allahsız"  cəmiyyəti  bu  sahədə  xüsusi  canfəĢanlıq  edirdi,  guya  fəhlə 

və  kəndliləri  "döyüĢkən  ateizm"  bayrağı  altında  b irləĢdirmək,  zəh mə tkeĢləri 

"mənəvi  kö ləliyindən"  azad  etmək  məqsədi  güdürdü.  Din  əleyhinə  iĢə  yuxarı 

sinif Ģagirdləri, tələbələr, ədəbiyyat və incəsənət xadimləri cəlb edilird i. Dövlətin  

öz  dekretindəki  d ini  iĢdə  bitərəf  qalacağı,  dinin  hər  bir  Ģəxsin  vicdan  iĢi  hesab 

olunacağı  barədə  prinsiplərindən  uzaqlaĢma  halları  baĢ  verirdi.  Ġnandırmaq  və 

nəzakət  metodları  əvəzinə  dindarlara  münasibətdə  inzibatçılıq  metodları  tətbiq  

olunurdu. Məhz buna görə bu illərdə "Allahsız" cəmiyyəti  zəh mətkeĢlərin geniĢ  

dairəsini ö z tərəfınə cəlb edə bilmədi, onun kənd rayonlarında özəklər yaratmaq  

və  orada  fəal  iĢ  aparmaq  cəhdləri  müvəffəqiyyətsizliyə  uğradı.  Din  əleyhinə  iĢ  

yerlərdə  ciddi  müqavimətlə,  bəzən  isə  dindarların  qızğ ın  etirazları  ilə  qarĢılaĢır  

və onları qanunsuz hərəkətlərə təhrik edirdi. 

Dekretin  nəĢri  vaxtından  illər  keçdikcə  daha  ço x  d ini  hüquqlar  açıq 

Ģəkildə pozu lur, din  xid mətçiləri təqib olunur, etiqad və vicdan azadlığı üzərinə 

amansız, "Ümu mi hücum" küləyi əsəcəyinin kəskin əlamətləri görünürdü. 

Qadın  hərəkatı.  Azərbaycanda  yeni  cəmiyyət  quruculuğunun  mühüm 

problemlərindən biri Azərbaycan qadınının ictimai-sosial, siyasi, mədəni həyatda 

tam  azadlığının  təmin  olunması  idi.  Qadın lar  və  qızlar  respublika  əhalisinin  

yarısını  təĢkil  etdiyi  üçün  onların  kiĢilərlə  bərabər  yeni  cəmiyy ət  quruculuğuna 

cəlb edilməsi  mühü m əhəmiyyət kəsb edirdi.  Hakimiyyətə gəlmiĢ ko mmunistlər 

bu  məsələyə  xüsusi  fikir  verird ilər.  Partiya  qərarlarında  qadın  məsələsi,  onların  

vəziyyəti,  əməy inin  hərtərəfli  öyrənilməsi,  təhsil  və  mədəni  səviyyəsinin 

yüksəldilməsi daim d iqqət mərkəzində dururdu. 



198 

 

Azərbaycanda  yeni  hökumətin  ilk  tədbirlərindən  biri  cəmiyyətin  bütün 



həyat sahələrində qadınların  kiĢilərlə bərabərhüquqlu elan edilməsi oldu. Ancaq 

ilk  dövrdə  bütün  Azərbaycan  qadınları  sovet  hakimiyyətinin  verdiyi  hüq uqları 

dərindən  dərk  etmək,  yeni  quruluĢun  mahiyyətin i  hərtərəfli  qavramaq  

səviyyəsində deyildi.  Əhali  içərisindəki  feodal-patriarxal  qalıqlarının  ço x  güclü  

olması  da  bu  problemin  həllini  çətinləĢdirird i.  Mədəni  quruculuqda  qadının 

ailədə,  məiĢətdə  maddi  cəhətdən  asılı  olması  barədə  köhnə  anlayıĢ  və  nıüxtəlif 

xu rafatları  aradan  qaldırmaq  sahəsində  ardıcıl  fəaliyyət  baĢlandı.  Qadın lara 

kiĢilərlə  bərabər  hüquqlar  verilməsinə  baxmayaraq,  onlar  hələ  ictimai-siyasi  və 

mədəni həyatdan uzaq dilər, ço xarvadlılıq, erkən evlənmə və digər zərərli adətlər 

də aradan götürülməmiĢdi. 

Azərbaycan qadınının spesifık həyat tərzi onların arasında xüsusi forma 

və  metodlarla  iĢ  aparılmasını  tələb  edird i.  AK(b)P-n in  n  qurultayın ın  (1920-ci 

ilin o ktyabrı) qətnaməsində göstərilird i: "Müsəlmanların  məiĢət  xüsusiyyətlərini 

nəzərə alaraq, qadınlar arasında iĢ üçün bir sıra xüsusi xarakterli tədbirlər (kustar 

artelləri,  savad  məktəbləri,  klubların  təĢkili,  kiĢilər  içərisində  təĢviqat  və  s.) 

qəbul  etmək  lazımd ır"

105

.  ġərq  qadınları  içərisində  iĢintəĢkilatçıların ın  1921-ci 



ilin  aprelində  Moskvada  keçirilən  Ümu mrusiya  müĢavirəsində  qeyd olunmuĢdu 

ki,  "ġərqin  milli  rayonlarında  qadınlar  içərisində  təbliğat-təĢviqat  iĢi  ġərq 

xalq larının  mədəni  səviyyəsi  və  çoxcəhətli  iqtisadi  in kiĢaf  formalarına 

uyğunlaĢdırılmalıdır"

106

.  MüĢavirə  qadınlar  üçün  istehsalat  artelləri  təĢkilinin  



zəruriliyini də vurğulamıĢdı. 

Azərbaycanda 1920-ci  ilin noyabrından yaradılmıĢ qadın Ģöbələri qadın  

hərəkatında  böyük  rol  oynadılar

107


.  Qadınlar  içərisində  əvvəllər  görün mə miĢ 

yeni  təĢkilati  iĢ  forması  olan  qadın  Ģöbələri  tezliklə  məĢhurlaĢaraq,  qadın 

kütlələrin in  etibarın ı  qazandı  və  qabaqcıl  müsəlman  qadınların  əsil  döyüĢ 

qərargahlarına çevrildi. On ların təĢkilinin tək birinci ilində 20 min qadın Ģöbələrə 

cəlb edilmiĢ, 75 nəfər qadın  iĢçi hazırlan mıĢdı

108


. 1921-c i  ilin  yanvarında qadın 

Ģöbələri  müd irlərinin  Bakıda  toplanan  birinci  müĢavirəsi  onların  fəaliyyətinə 

böyük qiymət verdi

109


Bitərəf  qadınların  1921-ci  il  fevralın  8-dən  11-dək  Bakıda  keçirilən  

birinci  qurultayında  1188  nəfər  qadın  nümayəndə  iĢtirak  edird i.  On ların  500 

nəfəri  ucqar  kəndlərdən  gəlmiĢdilər.  Nü mayəndələrin  milli  tərkibi  belə  idi: 

Azərbaycanlılar - 41,8, ruslar -16,7, ermənilər -  13,8, baĢqa millətlərdən olanlar - 

7,7 fa iz. 

Qurultayın  toplan masında  məqsəd  Azərbaycanın  zəh mətkeĢ  qadın 

kütlələrin i hərəkətə gətirmək və qəza qadın Ģöbələrin in iĢin i təmin etmək id i.  

Azərbaycan tarixində qadınların  ilk  xüsusi qurultayı qadınların istək və 

arzu larını  müəyyənləĢdirməli,  onları  ölkənin  qarĢısında  duran  mühü m  xalq  



199 

 

təsərrüfatı  vəzifələrinin  həllinə  səfərbər  etmək  id i.  N.Nərimanov  qadın 



nümayəndələrin i  salamlayaraq,  onlar  müraciətdə  demiĢdi:  " Gözlərimiz  önündə 

görünməmiĢ iclas, eĢidilməmiĢ  xəbər baĢ verir, daha doğrusu indiki qurultay ona 

görə toplanmıĢdır ki, siz burada bütün acı və ehtiyaclarınızı, arzu və istəklərinizi 

deyəsiniz  və  inqilabi  höku mət  bütün  deyilənləri  nəzərə  alar,  bütün  arzu larınızı 

yerinə yetirər"

110


Sovet  hakimiyyəti,  qadınlar  arasında  iĢ,  ərzaq  siyasəti  və  qadınların  

ərzaq  iĢində  iĢtirakı,  ana  və  uĢaqların  mühafizəsi,  Zaqafqaziya  qadınların ın  

vəziyyəti  və  xalq  maarifi  haqqında  dinlənıniĢ  məru zələr  qadınlar  üçün 

mah iyyətcə tam aydın o lmasa da maraq la qarĢılandı. Qurultayın  bəyannaməsində 

deyilirdi: " Biz, qurultayın iĢtirakçıları yalnız höku mətimizin b izə göstərdiyi yolla  

getməyə bir-birimizə söz veririk". 

Qurultay qadınlar içərisində iĢ aparmaq məqsədilə təĢkilatçı-təlimatçılar 

hazırlayan  üçaylıq  kurslar  təĢkil  etməy i  qərara  aldı.  Bu  iĢə  Mərkəzi  türk  sovet 

partiyası  məktəbi  böyük  kö mək  göstərdi.  Ġlk  mərhələdə  Azərbaycan  qadınları 

içərisində  iĢi  əsasən  qadın  klubları  və  kəndli  qadın  guĢələri  aparırd ı.  Onlar  

qadınlar  üçün  istehsalat  və  sənət  emalatxanaları  yarad ır,  onlara  istehsalat 

vərdiĢləri,  savad  öyrədir,  ali  və  orta  tədris  müəssisələrinə  daxil  olmaq  üçün 

hazırlay ır, ekskursiyalar,  maraqlı  mühazirələr və  məsləhətlər təĢkil edirdilər. BaĢ  

siyasi  maarif  idarəsi  müsəlman  qadın  klub larının  təĢkili  üçün  1921 -ci  ilin  

noyabrında 10 mln manat ayırdı

111



Qadın  klubları  sovet  hakimiyyətinin  qanunların ın  müsəlman  qadınlara 



izah  edilməsində,  əhalin in  ən  çox  geridə  qalmıĢ  qadın  təbəqələrinin  

fəallaĢdırılması  və  özfəaliyyətinin  oyanıĢında,  onları  Ģüurlu  yaradıcı  fəaliyyətə 

cəlb etməkdə  mühüm ro l oynayırdılar.  Sovet ġərqində birinci qadın klubu 1920 -

ci  ilin  mayında  Bakıda  yaradılan  Ə.Bayramov  adına  klub  idi.  Onun  iĢində 

respublikanın  görkəmli  qadın  ictimai  xad imləri  Ayna  Sultanova,  Ceyran  

Bayramova,  Arifə  Musabəyova,  Xavər  Qarayeva-ġabanova,  Mina  Cəfərova, 

Gü larə  Qədirbəyova,  Xanımnaz  Əzizbəyova,  Klavdiya  ĠĢkova,  Höku mə 

Məmmədova,  Mələk-Nisə  Orucova,  Əminə  Qasımova,  Sona  Cəfərova,  Sara 

Talıbova,  Bəy im  Rəcəbova,  Gövhər  A xundova,  Fatma  Hacıyeva,  Xədicə 

Babayeva, Zeynəb Rizvanova, Sona Sadıxova fəal iĢtirak etmiĢlər.  

Klubda  müsəlman  qadınlar  üçün  əməli  sənət  məktəbi  rolu nu  oynayan 

nümunəvi  emalatxanalar  yaradılmıĢdı.  1922-ci  ildə  klubun  emalatxanasında  35, 

yun-sap  emalat xanasında  50,  to xuculuq  ema lat xanasında  20  müsəlman  qadın, 

üzləmə  sexində  20  Ģagird  qadın,  ayaqqabı  təmirində  25,  kisə  arteli 

emalatxanasında 70 nəfər qadın iĢçi çalıĢırdı

112


Klubun  nəzdində  kitab xana,  o xu   zalı,  d ram  dərnəyi,  xor  və  balet 

qrupları  var  idi.  1923-cü  ildə  burada  əl  iĢi,  tətbiqi  sənət,  toxuculuq,  xalçaçılıq  


200 

 

üzrə  ixtisaslı  azərbaycanlı  qadın  ustalar  hazırlamaq  üçün  respublikada  birinci 



sənət məktəbi açıldı. Artıq 1922-ci ilin aprelində 11 qəza və 6 rayon qadın klubu 

var idi və qadınlar üçün 17 istehsalat arteli təĢkil edilmiĢdi 

113



ZəhmətkeĢ qadınlar,  xüsusilə Bakı Ģəhərinin fəhlə rayonlarının qadınları 



hökumətə  Məktubla  müraciət  edərək,  onlar  üçün  klublar  açmağı  tələb  edirdilər. 

Balaxanı-Sabunçu  rayon  maarif  Ģöbəsinin  Respublika  Xalq  Maarif 

Ko missarlığına  göndərdiyi  məktubda  deyilirdi:  "Rayonumuzun  ən  ucqar 

guĢəsində klubun təĢkilini ço x  mühü m fakt hesab edərək, bu təĢəbbüsü hərtərəfli 

müdafiə  etmək  və  dərinləĢdiımək  lazımdır,  belə  ki,  biliklərə  coĢqun  həvəs  və 

qadınların tam müəyyən inqilab i əhvali-ruhiyyəsi vardır"

114



Qadın  klubları  bütün  Azərbaycan  üzrə  geniĢ yayıldı.  Artıq  1926 -cı  ilin  



əvvəllərində  42  qadın  klubu  var  id i.  Onlardan  səkkizi  Bakı  rayonlarında,  on 

səkkizi  qəza  Ģəhərlərində,  on  altısı  isə  kəndlərdə  yerləĢirdi

115

.  Klub  üzvlərinin  



sayı orta hesabla 50-dən 300 nəfərədək olurdu. 

Beynəlxalq  inqilab i  fəh lə  hərəkatının  görkəmli  xadimi  Klara  Setkin  

qadın  klublarının  fəaliyyəti  ilə  1924-cü  ilin  sonunda  Bakıda  tanıĢ  olaraq,  onları 

yüksək  qiy mətləndirmiĢ,  "ġərq in  inqilabçı  qadın  qüvvələrin in  toplanıĢ 

məntəqələri" adlandırmıĢdı"

116


Qadın  klubları  ilə  eyni  zamanda  yerli  sakin lərin  təĢəbbüsü  ilə  kəndli 

qadın  guĢələri  yaradılmıĢdı.  Birinci  belə   guĢə  1924-cü  ildə  Zaqatala  qəzasının  

Qax  kəndində  açılmıĢdı.  1926-cı  ilin  əvvəlində  isə  onların  sayı  16-ya  çatmıĢdı. 

117 

Azərbaycan  və  eləcə  də  bütün  Zaqafqaziya  qadın  hərəkatında, 



qadınların  həmrəy liy ində  1922-ci  ilin  may ında  RK(b)P  Zaqafqaziya  ölkə 

Ko mitəsinin  qərarı  ilə  Bakıda  keç irilən  Zaqafqaziya  qadınlarının  I  qurultayı 

mühü m  rol  oynamıĢdı.  Quru ltay  Zaqafqaziyanın  bütün  regionlarında  qadınlar 

arasında iĢə yekun vurmalı id. 

Qurultayın  keçirilməsi  yerinin  seçilməsi  təsadüfi  deyildi.  Qurultaya 

qədər  artıq  Azərbaycanda  ġərq  qadınların ı  arasında  iĢ  aparma  sahəsində 

müəyyən  təcrübə  toplanmıĢdı:  nü mayəndə  yığıncaqları  aparıcı  fəaliyyət 

göstərirdi,  xüsusi  qadın  klubları  təĢkil  edilmiĢdi.  Azərbaycan  qadın  Ģöbələri 

ətrafında 20  mindən artıq qadın birləĢ miĢdi.  Bütün bunlar Zaqafqaziya qadınları 

arasında  iĢin  quruluĢuna  köklü  təsir  göstərirdi.  Təsadüfi  deyil  ki,  qurultayın  

çağırılmasın ın təĢəbbüsçüsü AK(b)P MK-nın qadın Ģöbəsi idi. 

Qurultayın  çağırılması  üzrə  geniĢ  təĢkilati  iĢ  aparılmıĢdı.  Onun 

hazırlan masında  Ayna  Sultanova,  Klavdiya  ĠĢkova,  Viktoriya  Tseytlin,  Xavər 

Qarayeva-ġabanova fəal iĢtirak et miĢdilər.  

1922-c i  il  mayın  26-da  Gürcüstan,  Azərbaycan,  Ermən istan,  Dağıstan 

respublikaların ın  ucqarlarından  zəh mətkeĢ  qadınlar  I  Zaqafqaziya  qurultayına 



201 

 

toplaĢmıĢdılar



118

.  Qurultayda  262  qadın,  o  cümlədən  Azərbaycandan  133 

nümayəndə iĢtirak edird i. Quru ltaya gələnlərin sayı o qədər ço x idi ki, onların bir 

hissəsi birinci sıradan qabaqda sərilmiĢ xalçaların üstündə oturmuĢdular.  

Qurultayda  Ko mintern in  beynəlxalq  qadınlar  katibliyinin  nü mayəndəsi 

Arborerolli  "Sovet  Rusiyasında və  bütün  dünyada  qadın  hərəkatının  inkiĢafı  və 

Beynəlxalq  qadın  katib liy inin  vəzifələri"  mövzusunda  məruzə  ilə  çıxıĢ  etmiĢdi. 

Həmin möv zu üzrə əlavə  məru zəçilər Həmid Su ltanov, Flora  Vardanyan, Mariya 

OraxelaĢvili  idi.  Elə  həmin  gün  Genuyadan  qayıdan  Nəriman  Nərimanov 

qurultayda "Genuya konfransının yekunu barədə" məru zə ilə çıxıĢ etmiĢdi.  

Qurultay  Zaqafqaziyada  qadın  hərəkatının  daha  da  geniĢlənməsinə, 

qadınların  istehsalata,  ölkənin  ictimai-siyasi  həyatına  cəlb  edilməsinə, 

Zaqafqaziya  respublikalarının  hamısında  bu  istiqamətdə  iĢin  inkiĢafına  güclü 

təsir göstərdi. 

Azərbaycanlı  qadın larının  istehsalat  fəaliyyətinə  geniĢ  cəlb  edilməsi 

məqsədilə  qadın  klublarında  artel  və  emalatxanalardan  baĢqa  milli  ənənələrə, 

müsəlman qadınların ın spesifık ailə Ģəraitinə uyğun olan texniki-peĢə məktəbləri 

açılırd ı.  Təkcə  1924-cü  ilin  yazırıda  Bakı  və  onun  mədən  rayonlarında  500 

Azərbaycanlı qadını b irləĢdirən  16 əmək arteli, 47 emalatxana var idi

119


. Dövlət 

onların  ehtiyacları  üçün  xüsusi  fond  -  1,5  milyard  manat  ayırmıĢdı.  Qəzalarda 

tikiĢ,  yun-sap,  xalçato xu ma,  kənd  təsərrüfatı  artelləri  təĢkil  olun muĢdu.  1925-ci 

ilin  əvvəllərində  qəzalarda  artellərin  sayı  21-ə  çatırd ı  və  onlarda  320  iĢçi  qadın 

çalıĢırdı

120


Artel və ema lat xanalar ö z iĢlə rin i onları la zımi  materiallarla təchiz edən 

və  hazır  məhsulu  alan  təsərrüfat  və  kooperativ  təĢkilatların  ehtiyacları  ilə  sıx 

uzlaĢdırırd ı.  Azərbaycanlı  qadınlar  tədricən  sənaye  sahəsinə  də  cəlb  olunurdu. 

1927-c i  ilin  əvvəllərində  bu  cür  isçi  qadınlarının   sayı  dörd  min  nəfə rdən  artıq  

idi


121

Azərbaycanlı qadınlarda təhsilə marağın artması müĢahidə olunurdu. Ġlk 



dövrdə Ģəxsi  təhsil  dərnəkləri,  qadın  savad  məktəbləri  yarad ılırd ı.  1923-cü  ildə 

onların sayı  15-ə çatmıĢ və burada 400 nəfərdən artıq Azərbaycanlı qadın təhsil 

alırdı

122


.  Bunlar  azərbaycanlı  qadınlarının  savadsızlığ ını  ləğv  etməyə,  yeni 

məiĢət  uğrunda  mübarizəni  asanlaĢdırmağa  imkan  verirdi.  Bu  cəhətdən 

çoxarvadlılığı  və  erkən  nikahları  qadağan  edən  yeni  nikah  hüququnun  tətbiqi 

(mart, 1923-cü il) a z əhə miyyət kəsb etmədi.  

Qadınlar  arasında  geniĢ  maarifçilik  iĢinin  aparılmasında  Xəd icə 

Ağayeva, Rəhilə Hacıbababəyova, Həmidə CavanĢir-Məmmədquluzadə,  Gövhər 

Qayıbova, ġəfiqə Əfəndizadə, Mədinə Qayıbova xüsusilə fərq lənird ilər.  

Qadın  hərəkatında  nümayəndə  iclasları  yeni  hadisə  id i.  Nü mayəndə 

iclasları  Bakıda,  qəza  mərkəzlərində  keçirilirdi.  Nü mayəndə  iclaslarının  


202 

 

fəaliyyəti  həm  Ģəhərdə,  həm  da  kənddə  bütün  ictimai-siyasi  təĢkilatların  iĢi  ilə 



sıx  uzlaĢdırılırdı.  1925-ci  ildə  bütün  Azərbaycan  üzrə  2826  nəfər  qadın 

nümayəndə  seçilmiĢdi.  Onlar  üçün  sovet,  təsərrüfat  və  mədəni  quruculuq 

məsələlərinə  dair  xüsusi  dərnəklər  təĢkil  edilirdi

123


.  Nü mayəndə  qadınlar  əməli 

olaraq  sovet  iĢinə  cəlb  edilir,  uĢaq  müəssisələrinə,  məktəblərə,  kooperativ lərə, 

VVA Q  idarələrinə,  xalq  məh kəmələrinə  və  s.  təhkim  edilird ilər.  Azərbaycanlı 

nümayəndə qadın fəalları sovetlərdə, kooperasiya, həmkarlar orqanlarında rəhbər 

iĢə  irəli  çəkilird ilər.  1927-ci  ilin  sonunda  Azərbaycanda  14846  nəfər  qadın  

həmkarlar  Ġttifaq ının,  2504 nəfər  isə sovetlərin ü zvü idi, 3349 nəfər qadın ali və 

orta  məktəblərdə,  texn iku mlarda  təhsil  alırdılar

124


.  Onlardan  bir  ço xu  rəhbər 

sovet,  təsərrüfat  və  həmkarlar  Ġttifaqı  iĢinə  irəli  çəkilmiĢdi.  1927-ci  illər  kənd 

soveti sədrliy inə doqquz qadın seçilmiĢdi, A zərbaycan MĠK-in və Dairə  icraiyyə 

ko mitələrinin hər birinin tərkibinə on bir qadın daxil idi 

125

.

  



Azərbaycanda  qadın  problemi  mürəkkəb,  spesifik  Ģəraitdə  həll  edilirdi. 

Azərbaycanlı  qadın ların  qurtuluĢu  sovet  və  partiya  iĢçilləri  içərisində   gizli 

rəqiblərlə,  mühafizəkar qüvvələrin açıq  müqaviməti ilə  mübarizədə əldə edilird i. 

Ko mmunist  partiyası  hər  cür  maneələri  dəf  edərək,  qadın  məsələsini  özünün 

"sosializm  ideyalarına"  sadiq  olan  fəal  qadın  kadrlar  yetiĢdirmək  və  tərbiyə 

etmək doktrinasına uyğun Ģəkildə həllinə hər vəchlə nail o lurdu.  

 

 


Yüklə 5,7 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin