AZƏrba yca n mġLLĠ elm lər akadem ġyasi a. Bakixanov adina tarġX Ġnstġtutu


§ 1. BĠRĠNCĠ BEġ ĠLLĠK PLANIN HƏYATA KEÇĠRĠLMƏS Ġ



Yüklə 5,7 Mb.
Pdf görüntüsü
səhifə18/37
tarix03.02.2017
ölçüsü5,7 Mb.
#7305
1   ...   14   15   16   17   18   19   20   21   ...   37
§ 1. BĠRĠNCĠ BEġ ĠLLĠK PLANIN HƏYATA KEÇĠRĠLMƏS Ġ 

 

Birinci  beĢilliyin  vəzifələri.  Sovetlər  Ġttifaqında  sənayeləĢdirmənin  ilk 

illərində əldə edilən nailiyyətlər bütün ölkə  miqyasında, eləcə də respublikalarda 

xalq  təsərrüfatının  daha  geniĢ  və  uzunmüddətli  in kiĢaf  planlarının  tərtibinə 

imkan  yaratdı.  Sovet  Ġttifaqında  xalq  təsərrüfatını  plan laĢdırma  kapitalist 

ölkələrindən  fərqli  olaraq,  dövlətin  respublika,  region  və  rayonlarda  iqtisadi 

inkiĢafı tən zimləməsinə, onu nəzarətdə saxlamasına imkan verirdi. ÜĠK(b)P -nin  

XV  qurultayı  (1927-ci  ilin  dekabrı)  SSRĠ  xalq  təsərrüfatı  inkiĢafının  birinci 

beĢillik planın ın tərtib edilməsinə dair d irektiv lər qəbul etdi. 

Birinci beĢillik plan ın qəbulu ərəfəsində iqtisadiyyatın inkiĢaf templəri, 

xalq  təsərrüfatına,  o  cümlədən  ağır  sənayeyə  vəsait  qoyuluĢunu  maksimu m 

artırmaq imkan ları barədə məsələlərin ciddi mü zakirəsi gedirdi. 

Həddindən  artıq  mərkəzləĢdirmə,  yerlərdə  təĢəbbüskarlığa  təzy iq, 

direktiv  amirlik,  dövlət  orqanları  və  partiya  təĢkilatlarında,  xüsusilə  partiya 

rəhbərliy ində  Stalin in  "üslubu"  üstünlük  təĢkil  edirdi.  Stalinin  sənayeləĢdirməni 

inzibati-a mirlik  metodları  ilə  məcburən  yüksək  sürətlə  həyata  keçirməsi  YĠS -in  

tənəzzülünə,  insanların,  ələlxüsus  kəndli  kütləsinin  güclü  istismarına,  "ölkə 

sosializmə  doğru  irə lilədikcə  sinfi  mübarizənin  kəskinləĢməsi  haqqında"  tezisin 

əsaslandırılmasına,  ölkədə  gərgin  ictimai-siyasi  Ģərait  yaran masına  gətirib  

çıxartdı. 

Sosialist  sənayeləĢdirilməsinin  texniki  bazanı  yeniləĢdirmək  əsasında 

həyata keçirilməsi siyasəti 1927-ci  ilin aprelində IV  SSRĠ Sovetlər quru ltayında 

qanuniləĢdirild i.  Azərbaycan  KP  respublikan ın  xalq  təsərrüfatının  in kiĢaf 

perspektivlərin i "baĢ kursa" uyğun müəyyən etdi. Pa rtiya hər Ģeydən əvvəl, neft 

üzrə ö zünün ümu mittifaq öhdəliklərin in həllində birinci dərəcəli d iqqət yetirərək, 

AK(b)  VIII  qurultayın ın  (1927-ci  il  noyabr)  qətnaməsində  deyildiyi  kimj  hesab 

edirdi  ki,  "Azərbaycan    Kommunist    Partiyasının  ən    mühüm  vəzifəsi  neftdən 



sonra  pambıqçılıq  işini  maksimum  inkişaf  etdirməkdir 

1

(kursiv  -  məsul  red.). 

Qurultay  birinci  növbədə  Azərbaycanın  tam  inkiĢafını  yo x,  mərkəzin  faktiki 

olaraq  ona  diktə  etdiyi  ən  ümdə  iĢi  -  yalnız  neftin  və  Ġttifaq  üçün  qiymətli 

xa mma l  olan  pamb ığın  maksimu m  istehsalını  "böyük  dövlət  vəzifəsi"  kimi 

qərarlaĢdırmıĢdı.  Respublikan ı,  A zərbaycan  xalqının  maraqların ı  nəzərə  alaraq, 


226 

 

"təsərrüfat  müstəqilliy i"  xətti  ü zrə  in kiĢaf  etdirmək  cəhdi  millətçilik  təzahürü 



kimi qiy mətləndirilirdi. 

Sənayenin  sürəti  və  üstün  istiqamətləri  barədə  partiya  elitasında  uzun 

sürən  müzakirə  və  kəskin  mübahisələr  onunla  nəticələndi  ki,  11928/1929  - 

1932/1933-cü illərdə SSRĠ  xalq təsərrüfatı inkiĢafın ın ÜĠK(b)P-n in XV qurultayı 

direkt ivlə rinə  uyğun  planı  -  birinc i  beĢillik  plan  ha zırlandı.  O,  XVI  partiya  

konfransında  (1929-cu  ilin  apreli)  baxıld ıqdan  sonra  V  SSRĠ  Sovetlər 

qurultayında  (1929-cu  ilin  mayı)  təsdiq  edildi.  Birinci  beĢilliyin  əsas  vəzifəsi 

SSRĠ-ni aqrar sənaye ölkəsindən sənaye ölkəsinə çevirmək idi. 

Partiyanın  ağır  sənayenin  üstün  və  sürətli  in kiĢafını  istiqamətləndirən  

baĢ  xəttinə  uyğun  olaraq,  beĢillik  planda  bütün sənayeyə  ayrılmıĢ  16,4  milyard  

manatın  78  faizi  onun  inkiĢafına  yönəldilmiĢdi

2

.  Kənd  təsərrüfatı  məhsullarını 



1913-cü  illə  müqayisədə  bir  dəfə  yarımdan  ço x  a rtırmaq,  dağın ıq  xırda  kəndli 

təsərrüfatların ı  "sosialist  kooperativləĢdirilməsi"  yoluna  keçirmə k  üçün  konkret  

tapĢırıq lar müəyyən edilmiĢdi. 

BeĢillik  planda  milli  respublikalarda  iqtisadiyyat  və  mədəniyyətin  əsas 

inkiĢaf istiqamətləri  müəyyənləĢdirilirdi.  UĠK(b)P  XV qurultayının beĢillik  xalq  

təsərrüfatı  planının  tərtib  ed ilməsinə  dair  direktivlərində  göstərilird i:  "BeĢillik 

plan geridə qalmıĢ  milli ucqarların və geridə qalmıĢ rayonların iqtisadiyyatını və 

mədəniyyətini yüksəltmək  məsələlərinə  xüsusi diqqət verməlid ir, onların iqtisad i 

və  mədəni  geriliyini  tədricən  aradan  qaldırmaq  zəruriyyətini  əsas  tutmalı  və 

onların  ehtiyac  və  tələbatını  İttifaqın  ehtiyac  və  tələbatı  ilə  uyğunlaşdırmağı 



nəzərdə  tutmaqla,  onların  iqtisadi  və  mədəni  cəhətdən  müvafiq  surətdə  sürətlə 

inkiĢaf  etməsini  əsas  götürməlidir"

3

  (kursiv  -  məsul  red.).  Dire ktiv lər 



respublikaların  iqtisadiyyatını  planlaĢdırarkən  Ġttifaqın  ehtiyac  və  tələbatını 

nəzərdə  tutmağın  vacibliyini  vurğulamaq la  yerli,  milli  mənafeləri  arxa  plana 

keçirir, Mərkəzin diktəsinə zəmin yarad ırdı. 

Partiyanın  XV  və  Zaqafqa ziya  partiya  təĢkilat larının  V  (1927-ci  il  9 

noyabr) qurultayları direkt ivlərinə uyğun tərtib edilmiĢ ZSFSR-in beĢillik plan ını 

V  Zaqafqaziya  Sovetlər  qurultayı  (6-11  may  1929-cu  il)  təsdiq  etdi.  Planda 

Azərbaycan  neft  sənayesinin  yüksək  inkiĢaf  temp ləri  nəzərdə  tu tulmuĢdu.  Neft 

sənayesinə kapital qoyuluĢunun həcmi əvvəlki beĢ il ərzindəki 432,5  mln  manata 

qarĢı 750  mln  manat  məbləğində, baĢqa sözlə 1,7 dəfə ço x nəzərdə tutulmuĢdu

4



Yəni  Sovet  Ġttifaqında  bütün  neft  sənayesinin  inkiĢafına  qoyulan  1400  mln  

manatdan  Azərbaycanın  payına  düĢən  məbləğ  onun  yarısından  artıq  idi. 

Azərbaycan  AXTġ  tabeliyində  olan  s ənayeyə  isə  cəmi  66,9  milyon  manat 

ayrılmıĢdı

5

.  Bu,  hər  Ģeydən  əvvəl,  Azərbaycanın  "beynəlmiləl  vəzifələri"ni 



yerinə  yetirərək,  Sovet  Ġttifaqında  1932/33-cü  təsərrüfat  ilində  çıxarılması 

nəzərdə  tutulan  22  milyon  ton  neftin

6

  yarısından  çoxunu  (13384  min  ton)



7

 


227 

 

verməsi  ilə  izah  edilird i.  Birinci  beĢillikdə  Azərbaycanda  50  milyon  ton  neft 



çıxarılması nəzərdə tutulmuĢdu. Neftayırma  zavodların ın istehsal gücü beĢilliyin  

sonuna 10 milyon tona çatdırılmalı idi. 

BeĢillik planda Azərbaycanda kimya sənayesinin inkiĢafına  mühü m yer 

verilmiĢ,  elektrikləĢdirmə  sahəsində  Gəncə  istilik-elektrik  stansiyasının  Ġkinci 

növbəsinin,  Zurnabad  və  Nuxa  su-elektrik  stansiyaları  tikintisinin  baĢa 

çatdırılması,  26  kənd  elektrik  stansiyasının  inĢası,  toxuculuq  sənayesində  isə 

Gəncə toxuculuq fabriklərinin tikintisi və yenidən qurulması nəzərdə tutulmuĢdu. 

Birinci  beĢillik  planda  Zaqafqaziya  respublikalarının,  o  cümlədən  

Azərbaycanın kənd təsərrüfatı sahələrinə aid mühü m vəzifələr qoyulmuĢdu. Belə 

ki, kəndli təsərrüfatları  20  faizdən az olmayaraq, pambıqçılıq rayonlarında isə 50 

faizədək  kollektivləĢdirilməli,  kolxo zların  sayı  2150-yə  çatdırılmalı  idi.  Əkin  

sahələri  1327  min  hektaradə k  artırılmalı,  cəmi  1927/28-ci  təsərrüfat  ilindəkinə 

nisbətən 27  min hektar ço x olmalı idi

8

. Kənd təsərrüfatı kooperasiyası sisteminin  



məhsul  satıĢı  təyinatı  dəyiĢdirilməli,  yo xsul  və  ortabab  təbələnin  təsərrüfat 

maraqlarını ödəyən istehsalı kooperativləĢdirmək yəzifəsinə yönəldilməli idi.  

BeĢillik  ərzində  ü mu mi  ibtidai  təhsilin  tətbiq  edilməsi,  91  o  məktəb  

binası  tikintisi

9

,  40  min  rad ionöqtə  qurulması,  mədəni  maarif  müəssisələri 



Ģəbəkəsinin  geniĢləndirilməsi,  habelə  zəh mətkeĢlərin  maddi  rifah  halının  

yüksəldilməsi p lanlaĢdırılmıĢdı

10



Yeni  sənaye  müəssisələrinin  tikintisi.  Birinci  beĢillik  sovet  tarixinə  



yeni sənaye nəhənglərinin - Dnepr su-elektrik stansiyası Türküstan - Sibir dəmir 

yolu  (Türksib),  Kuznetsk  metallurg iya  ko mb inatı,  Ural  və  Novo-Kramatorski 

ağır  maĢınqayırma  zavodları,  Moskva  və  Qorki  avtomobil  zavodları,  Stalinqrad 

(indiki  Vo lqoqrad),  Xa rkov  və  Çe lyabinsk  traktor  zavodlarının  tikintisi  ilə  

əlamətdar oldu. Onların tikintisində ölkədəki bütün xalqlarla yanaĢ ı, Azərbaycan 

xalq ı da fəal iĢtirak etmiĢdi. 

Birinci  beĢillik  illərində  Azərbaycanda  yeni  neft  yataqları  -  Neftçala, 

Qala  ("Əzizbəyovneft"  tresti),  Lö kbatan,  Qaraçuxu r  istismara  verild i

11

.  Neft 


hasilatının artması neftayırma sənayesində mühüm  irəliləy iĢə səbəb oldu. 1929-

cu  ildə  SSRĠ-də  mühəndislər  V.Q.ġu xov  və  M.A.KapelyuĢnikovun  yaradıcılığı 

sayəsində  birinci  krekinq  sisteminin  tikintisinə  baĢlandı

12

.  1932-ci  ildə  ən  yaxĢı 



aviasiya  yağı  növü  almaq  üçün  Suraxanı  neftin in  emal  bazası  olan  Caparid ze 

adına zavod (indiki A zərneftyağ Ġstehsal Birliyi) istismara buraxıldı

13



BeĢillik  ərzində  Stalin  ad ma  neftayırma  zavodunda  texnikanın  son 



nailiyyətləri  əsasında  16  ən  yeni  krekinq-qurğu

14

,  cəmi  isə  23  yeni  neftayırma 



qurğusu tikildi və istifadəyə verildi

15



1930-cu ilin əvvəlində dövrü üçün böyük əhəmiyyət kəsb edən 822 km 

uzunluğunda Bakı-Batum magistral neft kəməri istifadəyə verildi

16



228 

 

Birinci  beĢillikdə  respublikada  kimya  sənayesi  təĢəkkül  tapdı.  Dünya 



təcrübəsində ilk dəfə Azərbaycanda əvvəllər  xaricdən gətirilən qiy mətli  xammal 

-  yod  alınması  üçün  mədən  sularıdan  istifadə  edilməsi  kimi  mürə kkəb  proble m 

həll ed ild i.  1930-1931-c i  illə rdə Ne ftçalada yod-brom,  Bakıda  isə yod zavodları 

iĢləməyə baĢladı

17



Respublikada yeni sənaye müəssisələrinin tikintisi gedən rayonlarda su-



elektrik stansiya Ģəbəkəsi yaradılırdı. 1929-cu ildə Gəncəçay üzərində Çiraqid zor 

kükürd-kolçedan  yataqların ın,  habelə  hava  (kanat)  yolunu  elekt rik  enerjisi  ilə 

təchiz  edən  Zurnabad  SES-in  tikintisi  baĢa  çatdırıld ı

18

.  Birinci  beĢillik  illərində 



Gəncə,  Xankəndi,  Laçın,  Zaqatala  və  baĢqa  yerlərdə  16  yeni  elektrik  stansiyası 

Azərbaycan  SSR-də  birinci  beĢillik  ilk  sənaye  sahələrinin  yaradılması  ilə 

səciyyələndi.  Belə  ki,  Bakıda  makaron  fabriki,  kərp ic  zavodu,  Gəncədə  əyirici-

toxucu  fabriki,  kərp ic  zavodu,  Xankəndində  ipəkəyirmə  zavodu,  Lənkəran  və 

Ordubadda  konserv  zavodları  dörd  ağac  emalı  zavodları

20

,  ü mu miyyətlə  25  iri 



dövlət sənaye müəssisəsi tikilib istismara verildi

21



Yeni  sənaye  müəssisələrinin  tikintisi  ilə  eyni  vaxtda  köhnə  fab rik  və 

zavodlarını  yenidən  qurulması  və  geniĢləndirilməsi  iĢləri  də  həyata  keçirilird i. 

Bakıda  L.ġmidt  adına  maĢınqayırma  zavodunun,  Qaradağ  sement  zavodunun, 

V.Ġ.Lenin  adına  (indiki  H.Z.Tağıyev  adına)  əyirici-to xucu  fabrikin,  dəri 

zavodunun,  "Qızıl  ġərq"  mətbəəsinin,  Çiraqidzo rda  kü kürd-ko lçedan 

yataqlarının, Tovuz sement zavodunun yenidən qurulması sahəsində böyük iĢlər 

aparılmıĢdı

22

.  Respublika  tabeliy ində  olan  sənaye  müəssisələrinin  tikintisinə  



yönəldilən  vəsait  ildən-ilə  artırd ı.  1920-1928-ci  illərdə  bu  sənayenin  inkiĢafına 

17  mln  manat və ya respublika  xa lq təsərrüfatına sərf edilən bütün kapitalın 60,6 

faiz  qoyulmuĢdusa,  təkcə  birinc i  beĢillikdə  bu  məb ləğ  müvafıq  olaraq  89  mln  

manat və ya 63,6 faiz təĢkil edirdi

23



Fəhlə sinfinin  artması. Sənayenin inkiĢafi və yeni sənaye ocaqlarının 



yaranması  A zərbaycan  fəhlə  sinfinin   tərkibində  kəmiyyət  artımı  və  keyfiyyət 

dəyiĢikliklə rinə  Ģəra it  yaratdı.  Birinc i  beĢillik  dövründə  xalq  təsərrüfat ında  

(kənd  təsərrüfatı  istisna  olmaqla)  çalıĢan  fəhlə  və  qulluqçuların  sayı  1932-ci 

ildə  1928-ci  ildəki  175  min  nəfərdən  325  min  nəfərədək

24

,  o  cümlədən  



sənayedə  69  min  nəfərdən  107  minədək,  tikintidə  18  mindən  43  minədək, 

nəqliyyat və rabitədə 22 mindən 40 minədək artdı

25



Azərbaycan fəhlə sinfinin əsasını neftçilər təĢkil edirdi. Birinci  beĢillikdə 



onların  sayı  1929-cu  il  yanvarın  1-nə  46794  nəfərdən  1933-cü  il  yanvarın  1-nə 

69640  nəfərədək  artdı

26

.  Səciyyəvidir  ki,  Azərbaycan  neft  sənayesində  fəhlə  və 



qulluqçuların  ü mu mi  sayının  artması  ilə  yanaĢı,  bu  illərdə  neft  çıxarılması 

sahəsində  fəhlələrin  sayının  15,413-dən  13,670  nəfərədək  azalması  müĢahidə 

edilird i

27

.  Bu  bir  tərəfdən,  istehsalat  proseslərinin  me xan ikləĢdirilməsi  və 



229 

 

elektrikləĢdirilməsi  nəticəsində  dartayçı,  yağlayıcı  və  ocaqçıların  sayca  xeyli 



azalması,  d igər  tərəfdən  isə  tikinti-təsərrüfat    mədənlərin  tərkibindən  ayrılması 

ilə izah ed ilir. 

Respublikanın  xalq təsərrüfatında fəhlə sinfinin  xüsusi çəkisinin artması 

Azərbaycanda  məhsuldar  qüvvələrin  inkiĢafında  böyük  rol  oynadı.  Fəhlə  və 

qulluqçuların  sayca  artımı  yalnız  xalq  təsərrüfatının  sosialist  bölməsində  baĢ 

verird i.  A zərbaycanda  fəhlə  sinfinin  əsas  artım  mənbəyi  Ġttifaq ın  baĢqa 

rayonlarından  gəlmiĢ  Ģəhər  əhalisi  -  fəhlə  kontingenti  idi.  Birinci  beĢillik 

dövründə  Bakıya  Azərbaycandan  kənar  regionlardan  100  mindən  artıq  fəhlə 

gəlmiĢ  və  burada  məskən  salmıĢdı.  Təkcə1930-1932-ci  illərdə  RSFSR 

Ģəhərlərindən Bakıya 86 299 fəhlə gəlmiĢdi

29

. 1928-ci  ilin oktyabrından 1933-cü  



ilin yanvarınadək neft sənayesində çalıĢan rus fəhlələrinin sayı  21  833 nəfərdən 

40721  nəfərədək  artmıĢdı,  bu  isə  Azərneftdə  iĢləyənlərin  58,3  faizin i  təĢkil 

edirdi

30



Digər artım  mənbəyi kənd əhalisi  idi. Kənd təsərrüfatında yeni sosial 

dəyiĢikliklər  prosesində  kəndin  özünəməxsus  aqrar  əhali  artıqlığı  baĢ  verirdi. 

Kənd əməyin in  mexanikləĢdirilməsi, ko llektiv təsərrüfatların  meydana gəlməsi 

kəndin  ict ima i-mədəni  cəhətdən  dəyiĢilməsi  A zərbaycan  sənayesində  ciddi 

ehtiyac olan çoxlu sayda yeni azad iĢçi qüvvəsi yaradırdı.  

Mərkəzin amiranə tələblərin in (ələlxüsus neft və pambıq  istehsalı üzrə) 

artması  nəticəsində  beĢillik  plana  tez-tez  dəyiĢikliklər  ed ilməklə  sənayedə 

intensivliyin,  kənd  təsərrüfatında  kolle ktiv ləĢdirmə  te mpin in  sürətləndirilməsi 

cəmiyyətdə əməyin təĢkili və  istifadəsi sahəsində yeni proble mlə r törədirdi. ĠĢçi 

qüvvəsinin  təĢkil  olun muĢ  Ģəkildə  toplanılması  1931-ci  ilədək  b ilavasitə  ancaq 

əmək  orqanlarının  tabeliyində  id i,  təsərrüfat  orqanları  isə  bu  məsələyə  lazımi 

diqqət yetirmirdi. ĠĢçi qüvvəsinin xey li  miqdarda artıq olduğu bir sıra rayonlarda 

(Laçın,  Astraxanbazar,  Lən kəran,  Masallı  və  b.)  onların  sənayeyə  cəlb 

edilməsində fəaliyyətsizlik müĢahidə olunur və ona laqeydlik göstərilirdi. 

SSRĠ  XKS  və  ÜĠM ĠK-in  sənaye  müəssisələrinin  kolxozlarla 

müqavilələr  bağlaması  yolu  ilə  iĢçi  qüvvəsinin  təĢkil  o lun muĢ  Ģəkildə 

toplanılmasını  tənzimləyən  mövsümçülü k  haqqında  1932-cı  il  30  iyul  tarixli 

qərarı  sənayenin  iĢçi  qüvvəsi  ilə  təmin  edilməsinə  mühü m  təsir  etdi

31

.  Bu 


müqavilələr sayəsində 1931-ci  ildə Azərbaycanda sənayeyə və digər sahələrə 54  

min nəfər iĢçi cəlb ed ild i. 

Xalq  Əmək  Ko missarlığı  nəzdində  iĢçi  qüvvəsinin  təĢkili  ilə  məĢğul 

olan kadrlar idarəsi  1932-ci  ilin yalnız doqquz ayı ərzində 47  min nəfərdən artıq  

adamı iĢə göndərmiĢdi

32



Milli  fəhlə  sinfi  kadrlarının  formalaĢ ması  xüsusən  mühüm  prinsipial 

əhəmiyyət  kəsb  edirdi.  1928-ci  ildə  respublikanın  xalq  təsərrüfatında  61,1  min  



230 

 

azərbaycanlı  fəhlə  və  qulluqçu  çalıĢırdısa,  1932-ci  ildə  onların  sayı  119,7  min  



nəfərə  çatmıĢdı

33

.  Azərbaycan  kəndi  tədricən  milli  fəhlə  sinfi  kadrların ın  



yaranması  mənbələrindən  biri  olurdu.  Bununla  yanaĢı,  azərbaycanlı  fəhlə  və 

qulluqçuların  mütləq  say  artımı  hələ  də  xalq  təsərrüfatında  onların  xüsusi 

çəkisinin  artmasını  müəyyən  etmirdi.  Birinci  beĢillik  illə rində  azərbaycanlılar  

respublikanın  bütün  fəhlə  və  qulluqçularınn  yalnız  36,7  faizin i  təĢkil  edirdi.  

Onların  sayı  ağır  sənayedə,  xüsusən neft sənayesində  daha  az  idi  və  1933-cü  il 

yanvarın  1  -də  cəmi  12,1  faiz  təĢkil  edirdi"

34

.  Bunun səbəbi  o  idi  ki,  Mərkə zin  



yeritdiyi siyasət nəticəsində respublikada fəhlə  sinfin in art ımı əsasən RSFSR-in  

mü xtəlif  Ģəhərlərindən  gələnlər  hesabına  baĢ verirdi.  1933-cü  ilin  1  yanvarında 

Azərbaycan neft sənayesində iĢləyən fəhlələrin  55,7 faizin i ruslar təĢkil ed irdi

35



Onlar  xalq  təsərrüfatının  ən  üstün  sahələrində  faktiki  ola raq  aparıcı  yer  tutur, 

Azərbaycan  kəndindən  çıxmıĢ  fəhlələr  isə  iqtisadiyyatın  ağır  əmək  tələb  edən 

sahələrində çalıĢırdılar. 

Sənaye  fəhlələ rin in  tərkibində  azərbaycanlıların  n isbi  azlığı  müəyyən 

dərəcədə  Azərbaycan  kəndlisinin  mentaliteti,  onun  ənənələrə  sadiqliyi,  torpağa 

bağlılığı,  məskunlaĢdıqları  yerləri  tərk  etmək  istəməməsi  ilə  izah  edilsə  də, 

Mərkəzin gizli  münasibətlərin i də nəzərdən qaçırmaq olmaz. Əlbəttə, bu illərdə 

sənaye fəhlələrinin  milli tərkibinə içərisində azərbaycanlıların azlıq təĢkil etdiy i 

fəhlə sinfinin ö z iĢçi qüvvəsinin təkrar istehsalı da təsir göstərirdi.  

Səbəblərdən  biri  də  respublika  rəhbərliyində  bu  millətin  taleyüklü  

problemlərinə laqeyd münasibət, mövcud milli əmək ehtiyatlarından səriĢtəsiz və 

səmərəsiz  istifadə  edilməsi  idi.  Fəhlə  sinfin in  Azərbaycanlı  ö zəyinin  

güclənməsində  təsərrüfat  rəhbərliy ində  olan  Ģovinist  ünsürlərin  maneçiliy i, 

hakim dövlət orqanlarında sənayeyə yerli əhalin in cəlb edilməsinə qəsdən maraq 

göstərilməməsi halları da  mövcud id i.  Hətta 1930-cu ilin sonunda AK(b)P M K-

nın  Azərbaycan  kəndindən  500  nəfər  mu zduru  neft  sənayesinə  cəlb  etmək 

haqqında qərarı A zərneft rəhbərliyi tərəfindən yerinə yetirilməmiĢdi.  Respublika 

FKM-in  keç ird iyi  yo xla ma  ilə  müəyyən  edilmiĢdi  ki,  Azərne ftin  rəhbər  iĢçiləri 

bu  tədbirin  vacibliyin i  baĢa  düĢməmiĢdilər,  əslində  isə  baĢa  düĢmək 

istəməmiĢdilər.  Neft  sənayesinin  yerli  əhalidən  olan  kadrlarla  təmin  edilməsi 

Azərneftin hətta əsas göstərici rəqəmlərində də nəzərdə tutulmamıĢdı

36



AK(b)P  Bakı  Ko mitəsinin  1931-ci  il  20  iyun  tarixli  xüsusi  qərarda 

Azərneftin rəhbər aparatda bu sahədə "böyük dövlətçilik Ģovinizmin in" təzahürü 

qeyd edilmiĢdi

37

.  Bu  partiya  xəbərdarlığına  ba xmayaraq,  yenə  də yerli  əhalidən 



olan fəhlələ rin sayca artması əvəzinə aza lması  müĢahidə edilirdi. Təkcə  1929-cu  

il  o ktyabrın  1-dən  1930-cu  il  oktyabrın  1-dək  neft  sənayesində  azərbaycanlı 

fəhlələrin  sayı 4893-dən 7161 nəfə rə çatsa da, 1931-ci ildən azalmağa baĢlayaraq 

6240-a en miĢdi

38

. Təsadüfi deyil ki,  1931-ci ilin avqustunda ZSFSR  Xalq Əmək 



231 

 

Ko missarlığının  ko lleg iyası  muzdurların  planlı  qaydada  xalq  təsərrüfatına  cəlb 



edilməsi  haqqında"  məsələni  müzakirə  edərək,    1931-ci  ilin  Ġkinci  yarısında 

Azərbaycan sənayesinə 2500  mu zdurun, o cümlədən Azərneftə 500 nəfərin cəlb  

edilməsi barədə kontrol rəqəmlər müəyyən etdi

39

. Bunun ardınca AK(b)P BK-nın  



həmin  ilin  sentyabrında  keçirilən  plenumu  bütün  təĢkilatların  diqqətini  neft 

planlarının  yerinə  yetirilməsi  və  yeni  proletariat  kadrlarının,  xüsusilə 

azərbaycanlıların  təsərrüfat  və  idarəet mənin  bütün  sahələrinə  cə lb  edilməsi 

uğrunda ən yaxın birinci dərəcəli vəzifələrə yönəltməy i qərara ald ı

40



Azərbaycanda sənayeləĢdirmən in  həyata  keçirilməsi  Azərbaycan  fəhlə 



sinfinin  coğrafiyasının  geniĢlənməsi  ilə  müĢahidə  olunurdu.  Bu  dəyiĢiklik 

respublika sənayesinin əra zicə  geniĢlən məsi  -  Gəncə,  Nu xa ,  Xankəndi və d igər 

Ģəhərlərdə yeni sənaye mərkəzlərinin yaradılması ilə əlaqədar idi.  

La kin  respublika  sənayesini  yerli  iĢçi  qüvvəsi  ilə  tə min  et mək 

məqsədilə  görü lən  tədbirlərə  baxmayaraq,  birinci  beĢillikdə  problemi  tam  həll 

etmək mü mkün olmad ı. 



"Birinci  beĢillik  və  Azərbaycan  neftçiləri.  BeĢilliyin  ilk  illəri 

ümidverici  nəticələrlə  qeyd  olunmuĢdu.  Sənaye  planları  yerinə  yetirilir,  texn iki 

tərəqqi  və  ölkənin  iqtisadi  müstəqilliy ini  təmin  edən  maĢın  və  avadanlıqlar 

buraxan sahələr inkiĢaf edirdi. Fəhlə lərin sayının, onun milli dəstələrinin art ması 

müĢahidə edilirdi. 

Stalin  beĢillik  plana  müda xilə  edirdi.  O,  ağır  sənayenin  templə rin i 

beĢillik planda təsdiq olumasıyla müqayisədə 32 faiz artırmağa məcbur etmiĢdi

41



Yeni nəzarət göstəricilərinin  təsdiq olunmuĢ (kontrol)  rəqəmlərdən fərqin in real 

əsasları  yo x  idi.  BeĢillik  plan  tədricən  pozulur  və  zorakı  in zibatçılığın  təsiri 

altında dəyiĢdirilird i. 

YĠS-də 


qalmıĢ 

ehtiyat 


qüvvələrindən, 

zəh mətkeĢlərin 

ruh  

yüksəkliy indən  istifadə  olunmaqla  beĢilliyin  ilk  çağında  qazanılmıĢ  uğurlar 



kütlələrin siyasi və istehsalat fəallığını artırmıĢdı. Partiya bundan istifadə edərək, 

sosializm  yarıĢın ı  geniĢləndirmək  Ģüarın ı  verdi.  Bu  hərəkata  təkan  vermək 

məqsədilə  1929-cu  ilin  yanvarında "Pravda"  qəzetində  V.Ġ.Lenin in  "YarıĢı  necə 

təĢkil  etməli"  məqaləsi  çap  olundu.  YaxĢı  həyata  ümid lərini  beĢillik  planla 

bağlayan geniĢ fəhlə kütləsi beĢilliy in sürətlə yerinə yetirilməsi kursunu müdafiə 

etdi. 1929-cu  ilin  Ġkinci yarısında kapita list ölkələ rin i əhatə edən dü nya iqtisadi 

böhranının  baĢlanması  sovet  fəhlələrin i  daha  da  həvəsləndirdi,  onlarda  qəbul 

edilən  kursun düzgünlüyünə inam yaratdı. Partiya orqanları, həmkarlar v ə digər 

ictimai  təĢkilatlar  fəhlələrin  səylərini  "sosialist  quruculuğunun  inkiĢaf 

templərin i" sürətləndirməyə istiqamətləndirdilər. Azərbaycan neftçiləri 1928/29-

cu  təsərrüfat  ilinin  və  1929/30-cu  ilin  birinci  rübünün  istehsal  proqramını 

artıqlaması  ilə yerinə yetirirdilər, bu isə neft sənayesinin 1930/31-ci  il iĢ planına 



232 

 

çox  mühüm  dəyiĢikliklər  etməyə  "əsas"  oldu.  Azərbaycan  neftçiləri  qarĢısında 



1930/31-c i  ildə  ölkəyə  planda  nəzərdə  tutulmuĢ  10,20  min  ton  əvəzinə  14  mln  

ton neft vermək vəzifəsi qoyuldu

42

. Ancaq bu plana da, onun həyata keçirilməsi 



gediĢində artırmaq istiqamətində yenidən baxıld ı. 

1930-cu  ilin  yanvarında  Ba kı  neftç iləri  "beĢilliyi  iki  il  yarımda  yerinə 

yetirməli" Ģüarı  ilə çıxıĢ etdilər. A zərbaycan neftçiləri içərisində bu Ģüar altında 

geniĢlənən  hərəkatın  təĢəbbüsçüləri  Len in  rayonunun  (indiki  Sabunçu  rayonu) 

zərbəçi  iĢ  templəri  uğrunda  mübarizədə  böyük  müvəffəqiyyətlərə  nail  olmuĢ 

neftçiləri  idilər.  1930-cu  ilin  yanvarın  1-dən  mayın  10-dək  Lenin  neftdə 

zərbəçilərin  və  yarıĢanların  sayı  iki  dəfədən  ço x  artaraq,  bütün  iĢçilərin  78,4 

faizini əhatə edirdi

43



Azərbaycan  partiya  təĢkilatı  Bakı  neftçilərin in  əmək  fəallığına 



arxa lanaraq, onların beĢillik plan ı iki il yarımda va xt ından əvvəl yerinə yetirmə k 

uğrunda  təĢəbbüsünü  bəyəndi.  Stalin  partiyarı  XVI  qurultayında  (iyun,  1930-cu  

il)  neft  sənayesi  sahəsində  beĢilliyin  iki  il  yanına  yerinə  yetirilməsin i  xüsusilə 

qeyd  etmiĢdi  O,  "sənayemizin  inkiĢaf  sürətini  azaltmaq  lüzu mundan 

boĢboğazlıqdan 

dəm 


vuranlar 

sosializmin 

düĢmənlərid irlər, 

sinfi 


düĢmənlərimizin agentləridir" - demiĢdi

44

. Bu dövr  Stalinin hökmünün getdikcə 



daha  də  gücləndiyi  zaman  idi,  onun  bəyanatı  sürətləndirmə  planın ı  qəbul 

etməmək  və  ya  hər hansı  etiraz  imkan ını  tamamilə  rədd  edirdi.  Stalinin  qəzəbli 

çıxıĢından nəticə çıxardan Azərbaycan partiya təĢkilatı artıq 1930-cu il oktyabrın  

1-nə  Azərneft  fəhlə lərindən  30052  nəfərin  və  ya  mədənlərdə  iĢləyənlərin  65 

faizdən  ço xunun  zərbəçilik  və  sosializm  yarıĢı  ilə  əhatə  edilməsinə  hər  vəchlə 

nail  oldu

45

.  Azərbaycan  neft  sənayesi  bütün  ölkə  üzrə  beĢillik  planın  yerinə  



yetirilməsində  valyuta  yığımının  əsas  mənbələrindən  biri  kimi  mühü m  yer 

tuturdu,  eyni  za manda  sənayenin  çox  sahələrinin  inkiĢafı  da  neftdən  asılı  id i. 

Buna  görə  də  Mərkəzi  hökumət  onun  inkiĢafına  "beynəlmiləl  maraq" 

mövqeyindən daim nəzarət edir, neft üzrə beĢillik p lanın vaxtından əvvəl yerinə 

yetirilməsi  naminə  mü xtəlif  tədbirlər  həyata  keçirirdi.  ÜĠK(b)P  M K  1930-cu  il 

noyabrın 15-də "Neft sənayesinin vəziyyəti haqqında" qərar qəbul etdi

46

. Qərarda 



yeni neft yataqlarının aĢkar edilməsi, neftayırma  zavodlarının yenidən qurulması 

və neft maĢınqayırmasının yaradılmasın ın zəru riliyi  xüsusi qeyd olunurdu. SSRĠ 

Əmək  və  Müdafiə  ġurasının  "Neft  avadanlığı  istehsalının  geniĢləndirilməsi 

haqqında"  (16  mart  1931  -ci  il)  və  "SSRĠ-nin  neft  rayonların ın  elektrik  enerjisi 

ilə  təmin  edilməsi  haqqında"  (18  mart  1931-ci  il)  qərarları  da  neft  sənayesinin 

yüksəliĢinə böyük təkan verdi

47



Azərbaycan  neft  sənayesi  qarĢısında  duran  vəzifələrin  yerinə 



yetirilməsində  də  bu  qərarlar  ço x  mühü m  rol  oynadı.  A zərbaycan  neftçilərin in  

yarıĢ və zərbəçilik hərəkatı geniĢ fəhlə kütlələrini əhatə etdi, təsərrüfat planlarını 



233 

 

artıqlaması  ilə  yerinə  yetirrnək  əməyin  "sosialistcəsinə"  təĢkili  uğrunda 



mübarizəyə  güclü  təsir  etdi.  1931-ci  ilin  martında  neftçilərin  sıralarında  40  

mindən  artıq  zərbəçi  var  idi

48

.  BeĢilliy in  birinci  ilində  Azə rneft  8,7  mln  ton, 



Ġkinci ilində isə 10,2  mln ton neft verdi. 1931-ci il  martın 31-də Azərbaycan neft 

sənayesində böyük siyasi və təsərrüfat əhəmiyyətli hadisə baĢ verdi - həmin gün 

orta gündəlik neft hasilat ı  40,3 tona  (beĢillik tapĢırığı  38,4  min ton id i), qazıma  

sürəti  ayda  158  ton  (beĢillik  tapĢırığı  118  metr  idi)  çatdı

49

.  Bu,  zəh mətkeĢ  



Azərbaycan  xalq ının gərgin, ə ziyyətli əməy i  ilə əldə ed ilmiĢ  mühü m qələbə  idi.  

Beləliklə,  Azərbaycan  neftçiləri  neft  üzrə  beĢillik  p lanı  vaxtından  əvvəl  yerinə 

yetirdikləri  barədə  raport  verdilər.  1931-ci  ildə

 

neft  çıxarılması  13,4  mln  ton 

təĢkil  etdi.  Azə rbaycan  neftçilərinin  ə mək  qələbəsini  nəin ki  bütün  sovet 

ölkəsində,  hətta  xaricdə  də  hərarətlə  qarĢıladılar.  A.M.Qorki  Sorrentodan 

(Ġtaliya)  Bakı  neftçilərinə  teleqramda  yazırdı:  "Sizin  qələbəniz  sənayenin  bütün 

sahələri  üçün    nümunə  olacaq...  qalib lərə  salam" 

50

.  1931-c i  il  apre lin  13-də  



alman  qəzeti  "Rote  fane"nin  "VıĢka"  qəzetinə  göndərdiyi  teleqramda  onun  ən 

yaxĢı  zərbəçi  briqada  üçün  Qırmızı  bayraq  təsis  etdiyi  bildirilərək  vurğulanırd ı: 

"Sizin  qələbəniz  b izdə  böyük  ruh  yüksəkliyi  və  faĢizmə  qarĢı  mübarizədə 

yüksəliĢ əzmi doğurur"

51



Gö rkəmli  xid mətlərinə  görə  Azərbaycan  neft  sənayesi  Lenin  ordeni, 



mədən fəhlələrinin həmkarlar Ġttifaqı və Bakı  ko msomol təĢkilatı isə Azərbaycan 

SSR-in Qırmızı  Əmə k  Bayrağı ordeni  ilə  mü kafat landırıld ı.  Neft sənayesinin bir 

çox  zərbəçi  fəh lələri,  mühəndis  və  rəhbər  iĢçiləri  Lenin  ordeni  (55  nəfər), 

Azərbaycan SSR-in  Qırmızı Əmək  Bayrağı ordeni  (54 nəfər), Azərbaycan MĠK-

in  fəxri  fərmanı  (64  nəfər)  ilə  təltif  olundular.  Len in  ordeni  ilə  təltif  olunanlar 

içərisində  neftayırma  fəhləsi  Əli  Nağıyev,  fəhlə  E.Mironov,  qazıma  ustası  Piri 

Nuriyev,  çilingərlər  Hacı  Qulu  Novruz  oğlu,  Abdulla  Ramazanov,  Əli  Rza, 

Məmməd  Xeyrulla, A.S.Nesterov və b. var idi. Partiya  xadimləri, alimlər və neft 

sənayesinin 

təsərrüfat 

aparatının 

iĢçiləri, 

cü mlədən 



S.M.Kirov, 

A.P.Se rebrovski, 

H.B.Ağaverdiyev, 

Ġ.M.Qubkin, 

M.A.KapelyuĢnikov, 

P.N.Pototski  də  mükafata  layiq  görülmüĢdülər

52

.  Respublika  höku məti  ən  ço x 



fərqlənən fəhlələrə mükafatlandırmaq üçün 400 min , neftçilər üçün yaĢayıĢ evləri 

tikintisinə isə bir milyon manat ayırmıĢdı

53



Azərbaycan  neftçilərin in  əzmkar  əməy inə  daha  yüksək  qiymət  birinci 



növbədə  sosial-ictimai,  maddi-mədəni  həyat  tərzini  yaxĢılaĢdırmaq  sahəsində 

verilməli  idi.  Buna da Azərbaycan fəhləsinin böyük ehtiyacı var idi. A zərbaycan 

nefti  ço x  mühü m  iqtisadi  və  siyasi  əhəmiyyətə  malik  id i.  Artıq  1931-ci  ildə 

SSRĠ-də 22,4 mln  ton neft çıxarılmıĢdı ki, onun 13450 min  tonu və ya 60 faizdən 

çoxu  Azərbaycan  Respublikasının  payına  düĢürdü

53

.  Azərbaycan  neftçilərinin  



fədakar əməyi sayəsində SSRĠ neft çıxarlması üzrə dünyada ikinci yeri tuturdu. 

234 

 

Lakin tək rəsmi inzibati-amirlik tələbləri zəh mətkeĢlərin fəal əməyi ilə daim uğur 



əldə etmək  mü mkün deyildi, belə  ki, beĢilliyin yerinə yetirilməsində çətinliklər, 

o  cümlədən  sənayeləĢdirməni  yüksək  temp lə  aparmaq  üçün  kapital  qoyuluĢu 

çatıĢmazlığı  meydana  çıxd ı.  Ġstiqraz  buraxmaq la  vəsaiti  aqrar  sektordan 

sənayeyə "köçürmək" ("perekaçka") isə xilasedici vasitə deyildi. 

Be lə vəziyyət bütün respublikala rda yaranırdı, Azə rbaycan neftçilərinin  

bütün səylərinə baxmayaraq, Azərneft bütövlükdə 1931-ci  ildə nəzərdə tutulmuĢ 

istehsal  planını  cə mi  88,3  faiz  yerinə  yetirə  bildi.  Dü zdür,  bu,  1930-cu  

ildəkindən  24,8  faiz  ço x  id i,  bu  hal  qazımada  və  neftayırmada  da  müĢahidə 

edilird i

55

.  1932-c i  ildə  12  milyon  181  min   ton  neft  çıxa rılmıĢdı,  yəni  neft  



çıxarılması  nəin ki  artmıĢ,  hətta  1931-ci  illə  müqayisədə  bir  milyon  tondan  çox 

aĢağı  düĢmüĢdü.  Neft  üzrə  planın  yerinə  yetirilməməsinin  "rəsmi  fərziyyəsi" 

qazıma 

üçün 


sahələrin 

ha zırlan masın ın 

gecikməsi, 

neftçıxarmada 

mexanikləĢdirməyə  kifayət  qədər  diqqət  verilməməsi,  mədənlərin  texn iki 

cəhətdən  yenidən  silahlandırılması  uğrunda  mübarizənin  zəifləməsi,  təĢkilati 

çatıĢmazlıqlar  idi.  Ancaq  planın  yerinə  yetirilməməsin in  baĢlıca  səbəbi 

partiyanın  qəbul  etdiyi  sürətləndirmə  xətti  ilə  əlaqədar  "Mərkəzin"  neft  planına 

onun artırılması istiqamətində daimi düzəliĢlər verməsi oldu.  

Neft  beĢilliyinin  ye rinə  yetirilməsi  ilə  bağlı  məsələlər  bu  illərdə  

partiyada  hakimiyyət  uğrunda  geniĢlənən  kəskin  mübarizədə  oynanılan 

kartlardan  biri  idi.  Partiya  beĢillik  plan ların  reallığ ını  və  üstünlüyünü  təsdiq 

etdirmək  üçün  iqtisadi  problemlərin  həllində  təkid  və  məcburiyyət  üsullarından 

da  istifadə  edirdi.  Stalin  hələ  1930-cu  ilin  iyununda  keçirilən  XVI  partiya 

qurultayında  göstərirdi:  "BeĢilliyin  ən  yüksək  variantının  yerinə  yetirilməsinin  

yoxlanıĢı...  beĢilliy i  bizim  dörd  ildə  yerinə  yetirə  biləcəyimizi  göstərməklə 

bərabər,  onu  da  göstərir  ki,  biz  beĢilliyi  b ir  sıra  sənaye  sahələrində  üç  ildə  və 

hətta  iki  il  yarımda  yerinə  yetirə  bilərik".  O,  neft  sənayesinin  1929/30-cu  ildə 

1932/33-cü  il  üçün  nəzərdə  tutulanın  83  faizi  miqdarında  məhsul  verməsinə 

əsaslanaraq  deyirdi:  "Deməli,  neft  sənayesində  beĢillik  p lanı  biz  cəmi  212  ildə 

yerinə yetiririk".

56

 



Təbii  ki, bu  iddialardan sonra beĢillik planda nəzərdə tutulmuĢ  kö mür, 

çuqun  və  polad  əridilməsi  sahəsində  bütövlükdə  ölkədə  göstəricilərin  yerinə 

yetirilməməsinə    baxmayaraq,  birinci  illiyin  nəticələrinə  yekun  vuran  Stalin  

ÜĠK(b)P  MK  və  MĠK-in  yanvar  plenumundakı  (1933-cü  il)  çıxıĢ ında  onların  

üzərindən  sükutla  keçdi,  məlu mat  verdi  ki,  "mah iyyətcə"  sənayedə  ümumi 

məhsul  buraxılıĢı  üzrə  (manatla)  plan  vaxtından  əvvəl  -  4  il  3  ayda  yerinə 

yetirilmiĢdir

57

.  Belə  bir  məkrli  münasibət  eyni  zamanda  onunla  izah  oluna  bilər 



ki,  real  vəziyyətin  obyektiv  qiymətləndirilməsi  "Stalinin  rəhbərliy i"nin  nüfuzu 

üçün  təhlükə  törədirdi.  Birinci  beĢillik  illərində,  sözsüz,  müvəffəqiyyətlər 



235 

 

qazanılmıĢdı. Ancaq bu uğurlara iqtisadiyyatda inzibati-amirlik  metodların ın kök 



salma gücünə, beĢilliyin  ilk illərində qabaran "əmək təĢəbbüskarlığı dalğasında" 

nail  olun muĢdu.  Sosializmin  sürətləndirilməsi  uğrunda  "qaçıĢ"  faktiki  olaraq  

dövlətin  əməkçi  insanı  eybəcərcəsinə  istismar  etməsini  gücləndirir,  yeni 

cəmiyyət  qurmaq  arzusu  ilə  oyanıĢını,  əmək  coĢqunluğunun  azalmasına  ciddi 

təsir  göstərirdi.  Həq iqətin  xalqdan  gizlədilməsi,  b irinci  beĢilliyin  nəticələrinin  

saxtalaĢdırılması  Stalinə  "təmayülçülərlə",  "xa lq  düĢmənləri"  ilə  mübarizədə  

özünün "haqlı olduğunu" sübut etmək, onun və həmfikirlərinin buraxd ıqları, ağır 

nəticələrə gətirib çıxarmıĢ kobud nöqsan və səhvləri gizlətmək üçün lazım idi. 

 

 


Yüklə 5,7 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin