II HİSSƏ
TƏZKİRƏLƏR İŞIĞINDA DİVAN
ƏDƏBİYYATI
153
OSMANLI MƏDƏNİYYƏTİNƏ BAXIŞ*
T
ürk ədəbiyyatının XVI əsrdən başlayaraq XX yüzilliyin
əvvəllərinə qədər uzanan təzkirəçilik yolunda demək olar
ki, otuza qədər nümunə vardır.
Divan ədəbiyyatı, xüsusilə də divanı yaradan söz sahiblərindən
bəhs edilərkən şübhəsiz ki, baş vurulacaq əsas qaynaq özündə əks
etdirdiyi məcazi təsvirlər, mübaliğələr və bəzən doğru, bəzənsə
yanlış məlumatları ilə birlikdə bu növün özüdür. Lakin qədim
ədəbiyyatın bir qolu olmasına baxmayaraq, təzkirələr, təəssüf ki,
çox az yayınlanmışdır. Təzkirələr üzərində aparılan araşdırmalar,
haqqında yazılan əsərlər isə bundan da qat-qat azdır ki, bu da divan
ədəbiyyatında şair və ədiblərinin təxmini şəkildə, çox vaxt bir-birinə
zidd olan saylarla meydana çıxmasına səbəb olur.
Bu yazı, ikinci qrupda yer tuta biləcək təzkirə növü üzərində olan
bir araşdırmanı əsas kimi götürərək divan şairlərinə doğum yerlərinə
görə nəzər salmaqla, Osmanlı dövlətinin sənət və mədəniyyət
üfüqlərini göz önünə gətirmək məqsədi daşıyır.
Bu məqsədlə Əbdürrəhman Hibrinin “Ənisül-müsamiri”, Əhdinin
“Gülşəni-şüəra”sı, Akifi n “Mirat-i-şiri”i, Əli Mustafanın “Künhül-
əxbar”ı, Arif Hikmətin təzkirəsi, Asimin “Zeyl-i zübdətül-əşar”ı,
Aşıq Çələbinin” Məşairüş-şüəra”sı, Bəliğ İsmailin “Nuxbətül-əsar”ı
və “Guldəstəyi-Riyaz-ı İrfan”ı, Bəyani təzkirəsi, Əsrar Dədənin
“Təzkireyi-Şüərayi Mevləviyyə”si, Faizinin “Zübdətül- əşar”ı,
Fatinin “Xatimətül-əşar”ı, Güftinin “Təşrifatüş-şüəra”sı, Həsən
Çələbinin təzkirəsi, Lətifi təzkirəsi, Mücibin təzkirəsi, Ramizin
“Əbəbi- zurafa”sı, Rza təzkirəsi, Riyazi təzkirəsi, Səfayi təzkirəsi,
Səlim təzkirəsi, Səhinin “Həşt-behişt”i, Şöfkətin təzkirəsi və
Yümninin təzkirəsindən ibarət 27 əsər, bir sözlə Türk ədəbiyyatı
Anadolu bölgəsi üzrə ilk təzkirə olan Səhinin “Həşt-behişt” indən
tutmuş, klassik təzkirə növünün son nümunəsi hesab olunan Fatinə
qədər bu sahədə yer alan bütün əsərlər gözdən keçirilmişdir. Şübhəsiz
ki, bu yazıdakı çox çətin araşdırma, bundan əvvəl hazırlamış olduğum
və yaxınlarda işıq üzü görəcək “Təzkirələrə görə Divan Ədəbiyyatı
154
İsimlər Sözlüyü”
176
əsərinin bu mövzu üzrə işlənməsinin yekunu
olaraq ortaya qoyulmuşdur.
Doğum yeri ilə bağlı məlumatlar təzkirəçilərin təkidlə üzərində
dayandıqları və önəm verdikləri əsas məlumatlardır. Əsərlərə daxil
edilən şairlərin çoxu haqqında təzkirəçinin malik olduğu məlumatın
həcminə görə geniş və yaxud qısa şəkilldə məlumatların verilməsi
mütləq xarakter daşıyır. Demək olar ki, bu tipli yazıların önündə şairin
doğulduğu məmləkətin adı gəlir. Bu ad və ya məlumatlar “Mevlidi
Filibe” ya da “Edirnelidür”, “Rumeliden İlıca nam kasabadan”,
yaxud da “Vatan-ı aslisi Aydın ilidür, kadimi Geliboluludur” kimi
müxtəlif ifadələrlə verilir. Bəzən də “Galatalı Haydar”, “Füzul-i-i
Bağdadi” kimi təxəllüslərlə anladıla bilir.
Az təsadüf edilən bir hal olmaqla coğrafi ərazilərə görə şairin
kimliyinin bəlli eidirməsi ilə bərabər, bəzi doğum yerlərinin sosial
tərəfl ərini, mədəni zənginliklərini və təbiətini təsvir edən epizodlara
də rast gəlinir.
Müxtəlif təzkirəçilərin eyni şəhərlərə aid olan adları öz
əsərlərində fərqli şəkildə göstərməsi, təzkirəçilikdə ən çox rast
gəlinən haldır. Bu halın bir səbəbi tzkirəçinin əlindəki məlumatın
səthi olmasıdırsa, başqa bir səbəbi yerliçilik təşəbbüsüdür. Bu
mövzuda olan səhvlər təzkirəçilər tərəfi ndən həmişə narazılıqla
qarşılanır. Onlar bu sahədə bir-birini heç bir güzəşt olmadan, ciddi
şəkildə tənqid edirlər. Lətifi nin əsərinə “Kastamonu-namə” adının
qoşulması da bu mövzudakı həssaslığı göstərən bir nümunədir.
İndi Osmanlı ərazisində yetişən şairləri aid olduqları bölgələrlə
birlikdə ümumiləşdirərək, onların sayını nəzərdən keçirək:
Əcəm –
4
Adana –
9
Əfşar –
1
Ahıska –
1
Akçahasar – 1
Akhisar –
3
176
Bu əsər sonradan nəşr olundu. (Hazırlyanlar: Haluq İpekten, Mustafa İsen, Recep
Toparlı, Turgut Karabey, Naci Okçu), Ankara1988.
Akka –1
Akkirman –3
Ağşəhər –5
Ağsaray –3
Alacahasar –1
Alanya –1
155
Alaşəhər –1
Amasya
–17
Ankara –15
Antakya –8
Antep –24
Aydın –17
Aydıncık –1
Aydonat –1
Bafra
–1
Bağdad –35
Balçıq –1
Balıkəsir –7
Bayburt –1
Bədəxşan –2
Belqrad –11
Bəlx –5
Bergama –3
Besni –2
Bestam
–1
Bəyhisar –1
Bəyşəhər –1
Bitlis –1
Bolu –19
Bolvadin –11
Borlu –2
Bosniya –28
Buxara –21
Budin
–1
Burdur –1
Bursa –156
Bozok –1
Çankırı –2
Çorlu – 7
Çorum –2
Dağıstan –2
Darəndə –3
Darıca –1
Debre –1
Dehlev
–1
Dərgüzin –2
Dəmirhasar –1
Dənizli –2
Dimətoka –2
Diyarbakır –40
Drama –2
Dobruca –1
Ədirnə –150
Əyriboz –3
Əlbasan –2
Almalı –1
Ərdəbil –1
Ərzincan –1
Əskişəhər –2
Əskizağra –1
Əvsil –1
Fərəcik –2
Fərhat –1
Filibə –16
Florina –1
Cəlibolu –30
Cəvgəli (Kosteye)– 1
Ceylan –1
Ərzurum –16
Ceyve
–1
Cirit (Kondiye) – 4
Gecdüvan –1
Collü Kəsriyə–1
156
Hacıoğlu Pazarı–1
Həmədan –5
Həmgümüş –1
Hələb –9
Xarəzm –8
Harput –2
Hayrabolu –1
Herat –2
Xorasan –4
İsparta –19
İnebaxtı –2
İnəbolu –1
İsfahan –3
İskilip –2
İstanbul –609
İşkodra –1
İştip
–4
İzmir –4
İzmit –2
İznik –11
Kabil –2
Qahirə –3
Qalxandələn–4
Qarabağ –1
Karaferiya –6
Qarahasar –6
Qaratova –2
Qars –1
Kastamonu–36
Kavala –1
Kayseri –11
Qazabad –1
Qəzvin –7
Kefe –5
Kərbəla –1
Kipr (Lefkoşe)– 6
Kırım –9
Qırxlarəli –3
Qızanluq –1
Kili
–1
Kilis –5
Kilitbahir –1
Konya –69
Köstendil –2
Küfe –2
Kütahya –27
Lapseki –1
Lazkiyə –1
Ləknehor –2
Lofça –1
Malatya –2
Manastır –17
Manisa –20
Maraş –8
Mardin –2
Mavəraünnəhr – 1
Mərzifon –7
Midilli –3
Mora –8
Mostar –3
Muğla –5
Musul –5
Nazilli –2
Nevşəhər –4
Niğbolu –5
Nigdə –9
Novabərdə –22
Peçuy –1
Pravadi
–1
157
Kərkük –4
Priştine –6
Prizren –7
Razgrad –1
Rəvan –1
Rodor
–1
Rodos
–1
Rumeli –17
Ruzçuk –4
Rusenk –1
Safranbolu –1
Sakız –2
Samsun –6
Saraybosna –26
Saruhan –9
Seferihasar –1
Selanik –16
Səmadirək –1
Səməndre –3
Səmərqənd –9
Sənəndəc –4
Sərəz –21
Silistre –1
Simovna –1
Sinop –9
Sivas
–3
Sofya –16
Sultaniyə –1
Şam
–10
Şərqiqarahasar–2
Şəmhili –1
Şiraz –4
Şirvan –5
Şumni –5
Daşlıca –1
Tatarpazan –1
Tayfur
–1
Təbriz –7
Tərkidag –6
Tarbzon –15
Tırhala –5
Tırmova –1
Tifl is
–1
Tıre
–8
Tokat –14
Tosya –4
Türküstan –2
Ujice –4
Urfa –8
Urla
–1
Üsküp –18
Van
–5
Vardaryenicəsi – 20
Vizə –3
Vəzgol –2
Vidin
–2
Yanbolu –2
Yanya
–3
Yenibazar –5
Yenişəhər (Fənər) – 9
Zara –1
158
Burada adları çəkilən 211 yerə əslində bir neçə ad da əlıavə etmək
mümkündür. Məsələn, təzkirələrdə ayrıca yer adı kimi göstərilən
Üsküdar, Qalata, Əyub kimi yerlər İstanbul içində, Larendə,
Karaman əsilli şairlər isə Konyanın içində yer alır. Bundan başqa
Canik Ladiklə birlikdə, Samsun, Qırxkilsə isə bugünkü adıyla
yazılmış Qırxlarəli şəklində işlədilmişdir. Burada əlifba sırası ilə
verilən siyahı, ən çox şair yetişdirən ərazilər baxımından bu şəkildə
göstərilə bilər:
Bu təsnifatda verilmiş rəqəmlər ədəbiyyat tarixində ən çox şair
yetişdirən şəhərin birmənalı şəkildə İstanbul olduğunu göstərir:
təxminən üçdə bir hissə. Sıralama doğum yeri nəzərə alınmadan
aparılarsa, təbii ki, bu rəqəm İstanbulun lehinə sürətli şəkildə
artacaqdır. Bir sözlə, İstanbul bu gün olduğu kimi, keçmişdə də
mədəni həyatımızın şəriksiz mərkəzi olmuşdur.
Əhatə etdiyi 156 şairlə sıralanmanın ikinci yerində gələn Bursanın
bu özəlliyi isə şübhəsiz ki, onun dövlətin ilk paytaxtı olmasından,
daha sonrakı illərdə də əhəmiyyətli mədəniyyət mərkəzlərindən biri
olmasından irəli gəlir. Amma bildirmək gərəkdir ki, Bursa Osmanlı
159
dövləti zamanı ilk illərdə əldə etdiyi yüksəlişi get-gedə itirmiş və
XVI əsrdə yetişdirdiyi qırx şairi eyni formada sonrakı illərə apara
bilməmişdir.
Bursaya dair söylənilənləri bütünlüklə Ədirnə üçün də təkrarlamaq
mümkündür. Osmanlı dövlətinin ikinci paytaxtı və Rumelidəki
şəhərlərin gözəli olan Ədirnə XVI yüzilliyin sonunda Səhi, Lətifi
və Aşıq Çələbi təzkirələrinə əlli şairlə daxil olduğu halda, sonrakı
illərdə bu sayın xeyli azalması görünür. Bunun səbəbini isə şəhərin
aşağı düşən siyasi və coğrafi vəziyyəti ilə izah etmək olar.
Dördüncü sırada yer alan Konya, doqquzuncu sırada yerləşən
Kütahya, bu təsnifatda yeri on dördüncü olan Manisə, on
doqquzuncu Amasya və iyirmi səkkizinci Trabzon isə bu yerlərinə
görə XVI yüzilliyin sonuna qədər Osmanlı idarəçiliyində şahzadə
sancağı mərkəzi olduqlarına borcludurlar. Həqiqətən də, İstanbul
xaricində sənətkarları ən gözəl şəkildə qoruyub hifz edən şahzadə
valilər adı çəkilən istiqamətlərdə çox mütəşəkkil, qaynar bir ədəbi
mühit yaratmışlar və ətrafl arına çoxlu sayda sənətçi, xüsusilə də şair
toplamışlar. Məsələn, bu şəhərlərdən Manisə XVI yüzillikdə yeddi,
Amasya on, Trabzon beş şairlə təmsil olunmuş, lakin sonrakı illərdə
bu ədəbi canlanmanı eyni sürətlə davam etdirə bilməmişlər. Yenə
də bu sıralamada altıncı yerdəki Kastamonu, iyirmi doqquzuncu
yerdəki Tokat, otuz birinci yerdəki İznik və eyni qaydada İspartayla
Kayseri yuxarı sıralarda yer almalarına görə qədim mədəniyyət
mərkəzi olmalarına borcludurlar. Necə ki, Kastamonu sahib olduğu
36 şairdən 23-nü, İznik 11 şairdən 10-nu XVII yüzillikdən əvvəl
yetişdirmiş və bundan sonrakı təzkirələrə düşə bilməmişlər.
Diyarbəkir, Bağdad, Üskup, Ərzurum, Selanik, Sofya, Manastır
və Belqrad isə dövlətdə irəlidə gedən mədəniyyət mərkəzi kimi
öncüllüklərini qoruyaraq hər zaman bu siyahının yuxarı sıralarında
yer almışlar.
Osmanlı dövlətində dövrün idarə sistemiylə birlikdə, genişlənib
inkişaf edən elm və mədəniyyət sahəsinində mədrəsələrə ayrıca
bir yer ayırmaq lazımdır. Fateh Sultan Məhmədin İstanbulu hər
cəhətdən islam dünyasının mərkəzi etmək arzusunun nəticəsi
olaraq bu şəhərdə tikdirdiyi böyük mədrəsə və onun işlərini davam
160
etdirən padşahların, xüsusilə də Qanuni Sultan Süleymanın açdırdığı
müxtəlif mədrəsələr elm və mədəniyyət sahəsinin əsas nüvəsini
ucqarların uzaq və dağınıq mərkəzlərindən götürərək bir neçə böyük
mərkəzdə cəmləşdirdi. Lakin bununla belə, yuxarıda adı çəkilən
şəhərlər heç vaxt öz mədəni əhəmiyyətlərini itirib, şöhrətlərini
azaltmadılar. Bunlardan yalnız Üsküp XVII əsrə qədər əhəmiyyətli
bir şair potensialına malik olub, digərləri bu yüzillikdən sonra
daha çox şöhrət qazanmış və yaxın vaxtlara qədər bu şöhrətlərini
saxlamışlar.
XVII əsrin əvvəllərinə qədər heç bir şairə sahib olmayan Ankara
isə on beş şairə ancaq XVIII və XIX yüzilliklərdə yetişdirdiyi on beş
şairlə sahib ola bilmişdir.
Bu siyahıda otuz şairə malik olan Gelibolulu bu gözəl yeri XVI
əsrin sonlarına qədər davam edən hərbi və coğrafi potensiyalına
görə əldə etmişdir. Uzun müddət Türk donanmasının mərkəzi olması
ilə yanaşı, ilk əcəm oğlanları qışlağının burada yerləşməsi sayəsində
həmin yeri əldə etmişdir.
Beləliklə bu otuz şairin 11-i XVI yüzilliyə qədər yetişmiş
şairlərdir.
Bolu da, yaxınlığındakı iki mühüm mərkəz- Göynük və Geredə
ilə birlikdə mədəniyyət coğrafi yasında özünəməxsus yer qazanan
şəhərlərimizdəndir. Lakin Antep, Sərəz, Aydın, Fillibə, xüsusilə də
Vardar Yenicəsi yetişdirdiyi çox saylı şairlə heyrət doğuran və izahı
olmayan bir mənzərə ortaya qoymuşdur. Məsələn bu gün Yunanıstan
sərhədlərinə daxil olmuş Xəyali, Heyrəti, Üsulı, Sirri, Günahi, İlahi,
Agəhi, Yusif-i Sinə-çak, Qəribi, Razi, Dəruni kimi çoxu birinci
dərəcəli şairi yetişdirən, həm də mədəniyyət mərkəzlərindən uzaq
olan Vardar Yenicəsində önəmli şairlər ocağının yaranması ilk
baxışdan təəccüblü görünsə də, şəhər bu vəziyyətinə görə akıncı
ailəsi Evrenesoğlullarının mərkəzi olmasına borcludur.
Burada, yeri gəlmişkən, ölkə və geniş coğrafi əraziləri əks etdirən
bəzi yer adlarına da toxunmaq məqsədəuyğun olardı. Məsələn,
Əcəmi bəsit mənada götürsək İran və iranlı mənasını verir. Tarixi
dövr içində isə bu söz ərəb olmayan şərq milləti mənasını daşıyır.
Ancaq təzkirəçilər bu sözü köhnə İran imperatorlarının hakimiyyəti
161
altında olan müxtəlif qəbilə və icmalar üçün istifadə etmişlər. Yəni
bu söz etnik baxımdan daha çox coğrafi ərazi anlamını özündə ehtiva
etmişdir.
Bosniya sözü isə bu günki Yuqoslaviya Federal Cümhuriyətini
əmələ gətirən Bosniya-Hersoqovina Cümhuriyyətinin bir hissəsi
olaraq, təzkirələrin əksəriyyətində Sarayevo, ya da da onun yaxın
əhatəsi kimi işlədilmişdir.
Çox tez-tez qarşımıza çıxan “Rum” kəlməsi başlanğıcda Anadolu,
lakin XVI yüzildən etibarən Osmanlı ölkəsi mənasında işlədilir.
Rumeli əsasən Trakyadan Balkanlara qədər uzanan, Osmanlılar
tərəfi ndən fəth edilmiş türk bölgələri anlamında olub, demək olar ki,
bu gün də öz köhnə mənasını daşımaqdadır.
Yekunlaşdırmalı olsaq deyə bilərik ki, şəhər monoqrafi yası
adlandıra biləcəyiniz yazılar bizdə demək olar ki, yox dərəcəsində
hesab ediləcək qədər azdır. Beləliklə biz, bu günkü torpaqlarımızda
yaşayan, eyni zamanda sərhədlərimizdən kənarda yazıb yaratmış
şair və yazarlarımızla, onların əsərləri haqqında olan araşdırmalarla
əyalət şairlərimizin klassik ədəbiyyatımızda hansı yerə sahib
olamalrını ortaya qoyacaq və nəyin hansı sahədə orijinal olduğunu
bəlli edəcəyik.
Bu fəaliyyətin verəcəyi əsl fayda isə dilimizin bayraqdarları olan
ustad şairlərimizlə, həmin ucqarlarda uzun illər mövcud olduğumuzu
əyani şəkildə isbat etməkdir. Onların indi sərhədlərimizdən kənarda
qalan torpaqlarımızda doğulub yaşamış olmaları, o torpaqların
tarixini, ərazisini, insanlarını qələmə almaları, bizim o bölgələrdəki
ən dəyərli tapıntımızdır. Məsələn, bugünkü Bolqarıstan sərhədləri
içində təzkirələrimizdə göstərilən 80-ə qədər Sofyalı, Filibəli,
Niğbolulu, Şumnulu və bu kimi şəhərlərdə doğulmuş türk şairlərinin
olduğuna nəzər saldıqda, o torpaqların sadəcə bu gün deyil, tarixən
lap qədimdən türkcənin hakim olduğu yerlər olması rahat şəkildə
meydana çıxır.
(*Yazı “V Millətlərarası Türk Konqresi”, İstanbul 23-28 sentyabr
1985, “Tebligler” s.145-152 –də dərc olunub).
162
DİVAN ŞAİRLƏRİNİN TƏSƏVVÜF VƏ
TƏRİQƏT ƏLAQƏLƏRİ *
Y
uxarıdakı əsas başlıq altında verilən seriyanın üçüncü
bölməsi olan bu araşdırma
177
əvvəlki nümunələrə oxşar
cəhətdən qələmə alınmışdır. Bu məqsədlə Səhi bəyin “Həşt-
behişt”indən başlayaraq, klassik təzkirə növünün son nümunəsi olan
Fatinin “Xatimətül-əşar”ına qədər, çoxu əlyazma şəklində olan 27
əsər araşdırıldıqdan sonra əldə olunan məlumatlarla divan şairlərinin
təsəvvüf, xüsusilə də təriqət əlaqələrini göstərməyə çalışmışıq
178
.
Məlum olduğu kimi Türklərin islamiyyəti qəbul edib müsəlman
olmalarından sonra XI yüzillikdən XX yüzilliyin əvvəlinə qədər
davam edən və təkkələrdə mütəsəvvüfl ər, mədrəsələrdə isə alimlər
vasitəsiylə ortaya qoyulan ədəbi məhsullar dini və təsəvvüfü bir
xarakter daşıyırdı. Xüsusilə başlanğıcda hər zümrədən olan insana
qapılarını açan təkkələrin bir qismi, sonrakı dövrlərdə daha çox saray
və mədrəsə dairəsində inkişaf edib yayılmağa başlamışdır. Əslində
divan ədəbiyyatında təsəvvüf, iki fərqli xüsusiyyət daşıyan şairlər
arasında dəyişik cəhətlərlə özünü göstərir: Həllac-ı Mənsur, Nəsimi
və İbrahim Hakkı kimi təsəvvüf həyatını yaşayan şairlər birinci
qrupu təşkil edirlər. Bunlar eyni zamanda şeyx və ya mürşiddirlər.
Başqa sözlə desək, onların şairlikləri mütəsəvvüf olmalarından sonra
gəlir. İkinci qrupa daxil olan şairlər isə təsəvvüfün zəngin terminləri,
məcazları və alleqorik dünyalarından yararlanan şairlərdir.
Ayrıca təsəvvüf başqa mövzulara nisbətən ilhama son dərəcə
yaxın olan bir mövzudur. İkinci qrupdakı şairlər üçün şeir və sənət
ön sırada yer alır. Burada təsəvvüf şeiri meydana gətirən duyğu və
fi kirdən ikincisini təmsil edir. Təsəvvüf bu zümrədəki şairlərin fi kir
və duyğularında özünə yer tutmuş və şeirin içində əriyib itmişdir.
177
Mustafa İsen, “Tezkirelerin İşığında Divan Edebiyatına Bakışlar: I.Osmanlı Kültür
Coğrafyasına Bakış”, V. Millətlərarası Türkoloji Konqres, çıxışlar, İstanbul 1985, s.145-
152.
178
Çalışma, “Tezkirelere Göre Divan Edebiyatı İsimler Sözlügü” (Ankara 1988) adlı
əsərdən qaynaqlanır.
163
Bir Mövləvi şeyxi olmasına baxmayaraq, Şeyx Qalibin şeirlərində
təlqinedici bir hava tapmaq mümkün deyildir. Başqa şəkildə
düşünüldükdə təsəvvüf bütün divan şairlərinin şeirlərinə rənglər
qatmaqla, şairlər onun məcazlarından, mənalı zəngin deyim, ifadə
və terminlərindən geniş şəkildə istifadə etmişlər.
Şairlərin təsəvvüfi düşüncə və həyat tərzləri təzkirəçilərin əsas
diqqət yetirdiyi sahələrdəndir. Təzkirəçilər bu kitaba daxil olan
3182 şairdən 320-si haqqında təriqətçi olmaqlarıyla bağlı verdikləri
məlumatlarda onların təriqətə bağlı olduqları göstərilir. Bu rəqəm
Massignonun üzə çıxartdığı 3%-dən bir qədər aşağıdır.
179
Amma
buradakı say təriqəti bəlli olan şairlər üçündür. Təsəvvüfl ə əlaqəsi
olub təriqəti göstərilməyən şairləri bura əlavə etmiş olsaq bu say
xeyli artacaqdır.
Təsəvvüfi yaşayış insanın öz seçmiylə bağlı bir fəaliyyət olduğu
üçün təzkirəçilər ancaq bu sahədə tanınmış olan şairlərdən söz
açır və bu mövzuyla bağlı məlumatlar verirdilər. Yəni təzkirələrdə
verilən məlumatlar əsasında şairlərin təsəvvüf görüşləri, inam və
yaşayışlarıyla, onların şairlikləri, şeirləri arasında əlaqə yaradılmır.
Xüsusilə yuxarıda qeyd etdiyimiz təsnifata əsasən əvvəl mürşid, sonra
isə şair olaraq tanınan şəxslərdən bəhs edilərkən, bir müqəddəslik
ifadəsi olaraq onlara şairlik yaraşdırılmır.
Yazdıqları şeirlər isə fərqli bir dəyərləndirməyə uyğun tutularaq
“təbərrükən”, “təyəmmümən” ya da “tənəzzülən” şeir yazdıqları
ifadə edilir. Lətifi təzkirəsinin başlanğıc bölməsinin şeyx şairlərə
həsr olunması və burada adı çəkilən on üç şeyx şairin adlarından
əvvəl söylənən “Kıdvetül-arifi n vel-etkiya ve ümmetül-aşıkın vel
evliya ani Hazreti Aşık Paşa”
180
kimi vəsf edilməsi bunun kiçik bir
nümunəsidir.
Təzkirələrdə ictimaiyyət tərəfi ndən təqdir edilən və hakim
ideologiya ilə uyuşan təsəvvüf həyatı yanında bu tərz düşüncələri
və davranışı yaxşı qarşılanmayan şairlərə də rast gəlinir. Xüsusilə
gündəlik yaşam tərzində çox əhlikef bir görünüşlə qarşımıza çıxan
179
İslam Ensiklopediyası, C. 12/1, s.3.
180
“Latifi Tezkiresi”, İstanbul 1314, s.44.
164
Aşıq Çələbi, süni inancına fanatlıq göstərilənlərin hər sözünü cəfəng
saymaqdan çəkinmirdi: “Şeyx İbrahimilere isnad olan ilhad tohmın
evvel ol (Usuli) ekmişdür ve Nesimat türretahından getirdügi nihal-i
nihad-ı dalali ol dikmişdür. Nice onup bitmeyecekler gelüp ol
tohmı ekmege başlamışlar ve nice berhordar olmayacaklar ol nihale
budaklar aşılamışlardır. Hak teala tohumların çürüde ve dikdiklerin
kuruda”
181
.
Göründüyü kimi, belə hallarda təzkirəçi bəzən öz düşüncələrini
də yazıya qataraq şairi alçatmağa girişir.
182
Şairin təsəvvüf həyatına girişi, bu girişə təsir edən səbəblər, əgər
bir özəllik daşıyırsa, təsəvvüfə yönəlmədən əvvəlki həyatı, keçirdiyi
ruhu depresiyalar, tərki-diyar olması, bu yaşam tərzinə başlarkən
müraciət olunan şəxslər və yollar, keçirilən mərhələlər və əldə olunan
nəticələr təzkirələrin bu mövzuda diqqət etdikləri məsələdir.
183
Böyük mütəsəvvüf şəxsiyyətlərin əhatəsində toplanaraq təsəvvü -
fün təşkilat və mərasim sistemi halına gəlməsi nəticəsində yaranan
təriqətlər, incəsənətin inkişafında çox önəmli rol oynamışdır. Hər
növ fi kir və həyəcan yüksəlişini özünə mövzu edən ədəbiyyat,
təsəvvüfi həyəcan üçün də bir ifadə vasitəsi olmuş və ürəklərdə yanan
müqəddəs atəş şeir vasitəsilə dilə gəlmişdir. Təzkirəçilərin bizə
verdikləri məlumatlara əsasən şairlərin təriqətlərinə görə bölünməsi
aşağıdakı əlifba sırası ilə verilmişdir:
Bayrami: Arifi (v. 1593), Eşqi (v. 1576), Əmini (v. 1663),
Hümməti və Sidqi (v. 1703)
Bektaşi: Abdi (v. 1644), Bəzmi (v. 1617), Kamil (v. 1657), Kavli
(v. 1623), Nədimi, Səmai (v. 1583) və Üzzeti (v. 1668)
Celveti: Ənis Dədə, Talıb (v.1680), Ümidi, Xaki
Halvəti: Abdi (v. 1703 və ya 1705), Əli, Bəzmi (v. 1723), Fəzli
(v. 1690), Fənayi (v. 1703), Fəthi (v. 1695), Feyzi (v. 1690), Hafi z
(v. 1687), Həsən (v. 1677), Qaımi (v.1680),Kəlami, Kəsri, Kəşfi ,
Mənəvi (v. 1702) Müstakim (v. 1708), Nəqşi (v.1702), Nəsuhi,
Nazim, Nəzmi (v. 1700), Nuri (v. 1688), Rəsmi (v. 1679), Sidqi (v.
181
Aşıq Çələbi, “Meşâirü′ş-şuarâ” (yay. M.Owens), London, 1971, v.46a.
182
Harun Tolasa, 16. “Yüzyılda Edebiyat Araştırma ve Eleştirisi”. İzmir 1983, s.166.
183
Həmin əsər, s.162.
165
1747), Uyuni, Vəhdəti, Zəfi və Zəkayi.
Dostları ilə paylaş: |