(*Yazı “Türk kültürü araştırmaları”Ankara 1995.XXX/1-
2(1993).s.211-217-də dərc olunmuşdur).
45
Aysun Sungurhan “Beyânî Tezkiresi”, Tənqid və araşdırma G.Ü. SBE (Doktorluq işi)
Ankara 1994.
35
TÜRKCƏ YAZILMIŞ ŞAİR BİOQRAFİYALARI*
O
smanlı bioqrafi ya ənənəsi içərisində şair bioqrafi yalarının
tutduğu xüsusi yeri əvvəlki məqalədə göstərmişdik. Bu
məqalədə bütünlüklə şair təzkirələrindən danışacağıq.
Türk bioqrafi ya tarixində ilk nümunələri tarix kitablarının
içində verilmiş bu ənənə qısa bir zaman ərzində təzkirə adı altında
müstəqil növ kimi inkişaf etməyə başladı. Təzkirə ərəb sözü olan
“zikr”kökündən yaranmış bir sözdür. “Zikr” anmaq, xatırlamaq
mənasını verir və buna görə təzkirə, xatırlanmaq ifadəsinə yaxın bir
mənada işlənilir. Geniş lüğəti izahına söykənərək bu kəlmə müxtəlif
mənalarda işlədilir. Bir şeyi xatırlamağa, ya da bir xəbəri bildirməyə
yarayan qısa qeyd, hər hansı bir iş üçün icazə verildiyini bildirən və
hökumətdən alınan kağız, əsgərin tərxis olunduğunu bildirən sənəd,
eyni şəhərdəki rəsmi dairələr arasındakı yazışmalar bu qəbildəndir.
Bu sözdən yaranan “təzkirəi- əvvəl”, “təzkirəyi- sani”, “təzkirəyi-
xüsusiyyət”, “təzkirəyi- məruzə”, “təzkirəyi- Osmaniyyə”,
“təzkirəyi- samiyə” kimi ifadələr mədəniyyət tariximizə daxil
olmuşdur. Bu gün bu sözün işlənmə meydanı daralmış və ən çox
təvəllüd təzkirəsi, icazə təzkirəsi, nəzarət təzkirəsi, tərxis təzkirəsi
kimi rəsmi sənəd adlarıyla “təzkirəsini vermək”, “təzkirə almaq”,
“təzkirəsini gətirib əlinə vermək” kimi ifadələrlə işlənməkdədir.
Təzkirə sözü danışıq dilində “təskərə” şəklində tələffüz edilir.
Bu məna və terminlər ilə yanaşı təzkirə sözünün ədəbiyyatda
daha böyük bir termin kimi işlənməsinə rast gəlirik. Bu termin
Osmanlı dövründə hər bir sənət növü ilə məşğul olan, onun maddi
və mənəvi dəyərlərinin yaranmasında rolu olan yaradıcı insanların
bioqrafi k yazı təməlini ifadə edən bədii ifadə vasitəsidir. Təzkirəçi
müəyyən bir sənətdə tanınmış olan şəxslərin, məsələn, övliyaların,
xəttatların, musiqiçi və memarların, hətta yaxşı bir bağbanın da
həyat və sənətindən söz aça bilər. Amma təzkirə sözü öz dolğun
və geniş mənasını şairlərin həyat və yaradıcılıqlarından bəhs edən
kitablarda tapmışdır. Təzkirə sözü bəzi kitablarda xüsusi ad kimi
işlədilir, ad kimi istifadə olunmayan kitablarda isə bir növ termin
36
kimi istifadə edilir. Bu əsərlər təqdim etdikləri dairənin, yaxud
sənətin adıyla bərabər verilirlər. Şairləri təqdim edənlərə “Təzkirəyi-
şüəra”, ərənlərdən bəhs edənlərə “Təzkirətül-övliya”, xəttatlardan
bəhs edənlərə “Təzkirətül-xəttatin” deyilir.
Təzkirə ənənəsi islam mədəniyyətinə xas olan bir hadisədir və
kökləri müsəlmanların ilk dövrlərində yaranmış olan təfsir və hədis
elminə qədər gedib çıxır. Ərəblərin “təbəqə” adı iıə yazdıqları
əsərlər iranlılar və türklər tərəfi ndən inkişaf etdirilərək təzkirə
adını daşımışdır. Təzkirə adının verilməsi və yayılmasında XII
əsrin tanınmış İran şairi və mütəfəkkiri Fəridəddin Attarın islam
dünyasında çox məşhurlaşmış olan “Təzkirətül-övliya” adlı əsərinin
böyük rolu olmuşdur.
Cığatay ədəbiyyatında Əlişir Nəvai ilə başlayan təzkirə ənənəsi
qısa bir müddətdən sonra Osmanlılara keçmişdir.
Ümumi tarix kitablarından ayrılaraq bizdə müstəqil bioqrafi ya
şəklində qələmə alınan ilk təzkirə nümunəsi Lamiinin “Nəfahatül-
üns”ün tərcümə və əlavəsini əks etdirən “Fütuhul-mücahidin li
Tərvihi Qulubül -müşahidin” (1520) adlı əsəridir. Şairlər təzkirəsi
olaraq ilk nümunə isə Səhi bəy tərəfi ndən qələmə alınmışdır. Səhi
bəy və onu izləyən ilk dövr bioqrafi ya yazarları özlərinə Caminin
(v. 1492) “Baharıstan”ını (1487), Dövlətşahın (1495) ”Təzkirətüş
şüəra” sını və Nəvainin “Məcalisün-nəfais”ini örnək götürmüşlərsə
də, XVI əsrə qədər inkişaf edən ədəbi miras və onları yaradan
şəxsləri bir araya gətirmək ehtiyacı təsadüfi deyil, zərurətdən
doğmuşdur. Səhi bəydən sonra, xüsusilə Lətifi və Aşıq Çələbi şair
bioqrafi yalarının çox mükəmməl nümunələrini yaratdılar. Lətifi
bizdə bu növlə bağlı olaraq ilk dəfə təzkirə sözündən istifadə edən
müəllifdir. Onu izləyərək sonra bu sahədə əsər yazan daha 13 müəllif
də əsərinə təzkirə adı vermişdir.
Türk ədəbiyyatında şair bioqrafi yası, yəni təzkirə olaraq 36 əsər
vardır. Bunları xronoloji qaydada belə sıralaya bilərik:
37
Təzkirə yazarı:
Təzkirənin adı:
1) Əlişir Nəvai
“Məcalisün-nəfais”
2) Səhi bəy
“Həşt-behişt”
3) Lətifi
“Təzkireyi- şüəra”
4) Aşıq Çələbi
“Məşairüş- şüəra”
5) Həsən Çələbi
“Təzkirətüş-şüəra”
6) Əhdi
“Gülşəni- şüəra”
7) Bəyani
“Təzkireyi- şüəra”
8) Əli “Künhül-əxbar”ın təzkirə qismi
9)
Sadiqi
“Məcməül-xavas”
10) Riyazi
“Riyazüş-şüəra”
11)
Faizi
“Zibdətül-əşar”
12)
Rza
“Təzkireyi- şüəra”
13)
Yümni
“Təzkireyi- şüəra”
14)
Asim
“Zeyli-
Zibdətül-əşar”
15)
Güfti
“Təşrifatüş-şüəra”
16)
Mucib
“Təzkireyi- şüəra”
17) Safayı
“Təzkireyi- şüəra”
18) Səlim
“Təzkireyi-şüəra”
19) Bəliğ
“Nüxbətül-əşar li Zeyli-Zübdətül əşar”
20) Səfvət
“Nüxbətül-əşar fi Fəvayidil əşar”
21)
Ramiz
“Adəbi- Zurəfa”
22) Silahdarzadə
“Təzkireyi şüəra”
23) Əsrar Dədə
“Təzkireyi- şüərayı-mövləviyyə
24)
Akif
“Mirati-şeir”
25) Şəfkət
“Təzkireyi- şüəra”
26) Əsəd Əfəndi
“Bağçei Səfa-Əndüz”
27) Arif Hikmət
“Təzkireyi- şüəra”
28)
Fatin
“Xatimətül-əşar”
29) Tofi
q
“Məcmuai Təracim”
30) Məhməd Tofi q “Kafi leyi- şüəra”
31) Faiq Rəşad “Əslaf”
32) Məhməd Siracəddin
“Məcmai- şüəra”
33) Əli Əmiri
“Təzkireyi-şüərayi-Amid”
38
34) Ağa Məhəmməd “Riyazül-aşiqin”
35) M.Kəmal İnal
“Son
əsr türk şairləri”
36) Nail Duman
“Töhfeyi- Naili”
Osmanlı bioqrafi yası özündən əvvəlki bioqrafi ya ənənəsində
olduğu kimi adətən ön sözlə başlanır. Ön sözdə müəllif tanrıya
şükürlər, peyğəmbərə dualar etdikdən (həmd və salavatdan) sonra,
kitabı nə üçün yazdığını anladır. Adətən bu hissədə onların inadla
dayandıqları mövzu islam dininin şeiri qadağan etməsi haqqında
olan yanlış məlumatları rədd etmək, qadağanın hansı şeirin üzərinə
qoyulmasını izah etmək olur. Tanrının insanlara bəxş etdiyi ən
gözəl nemət danışmaq və yazmaq bacarığıdır. Bildirilir ki, ilk şeir
Hz. Adəm tərəfi ndən yazılıb və onun tarixi insanın yaranma tarixi
ilə yaşıddır. Bunları anlatdıqdan sonra yazar, adətən əsərini hansı
mövzuda yazdığını və ona daxil olacaq şəxsləri necə seçdiyini izah
edir. Təzkirələrin ön söz hissəsi bir poetik əsərə bənzəyir və bu
müqəddimələr daha çox orijinallığı ilə seçilir.
Müqəddimədən sonra bioqrafi yalara keçilir. Bu bölüm də öz
arasında bir neçə hissəyə bölünür. Təzkirəçilərin çoxu özlərindən
əvvəlki örnəklərə baxaraq xanədan sahiblərini ayrı bir hissədə
qələmə almışlar. Təzkirənin aparıcı qolu olan və onun dəyərini
daşıyan şairlər bölümündə Osmanlı ölkəsində yetişmiş və türkcə
yazılmış şeirləriylə tanınan şairlər yer alır. Burada yer alan şairlərin
doğum yeri, adı, ləqəbi, təhsili, sənət və məşğuliyyətləri, əsas dərs
aldıqları müəllimləri, həyatlarında baş verən mühüm dəyişikliklər
və diqqət çəkən hadisələr, ölümləri, əgər əldə məlumat varsa doğum
tarixləri, məzarının yeri, yeri düşəndə şairlə bağlı lətifələr, əsərləri
yaxud əsərlərindən nümunələr oxucuya təqdim edilir. Bu bioqrafi ya
mətni bizə Herat təzkirələrindən gəlmiş və təzkirəçilik tarixi boyunca
bu şəkildə davam etmişdir. Yalnız son təzkirəçilərimizdən olan Fatin
seçdiyi şeir nümunələrini bioqrafi yaların əvvəlinə keçirmişdir ki, bu
da elə bir fayda gətirməmişdir.
Bioqrafi
yaya aid olan məlumatlar təzkirə müəllifi nin
imkanlarından: onun şairlə yaşadığı zaman və məkan yaxınlığından,
eləcə də yanaşma bucağından asılı olaraq geniş və ya qısa şəkildə
39
verilə bilər. Aşıq Çələbinin son dərəcədə uzun və üzərində dayanaraq
verdiyi bioqrafi ya tərzi, Faizidə sadəcə şairin adı, işi və ölümü ilə
məhdudlaşmışdır. Güfti isə mənzum şəkildə təzkirə yazan yeganə
müəllifdir.
Təzkirələrin sonunda xatimə adı verilmiş bir sonluq bölümü yer
alır. Bu hissədə isə müəllif təzkirəni yazarkən çəkdiyi sıxıntıdan
söz açır, əsərinin uğurlu olması üçün Tanrıya yalvarır, oxucudan nə
gözlədiyini dilə gətirir.
XVI əsrdən başlayaraq XX əsrin əvvəllərinə qədər davam edən
təzkirə növü, bu geniş zaman məsafəsi ərzində müxtəlif forma
dəyişiklikləri ilə qarşımıza çıxır. Bu təzkirələr Herat təzkirə məktəbini
nümunə götürməklə bərabər, başda şəkildə tərtib edilmiş və bir
sıra dəyişikliyə uğramışlar. Herat təzkirəçiləri təsnifatı təbəqələr
üzərində qururdularsa, artıq Lətifi bu işin praktik və məqsədəuyğun
tərəfi ni tapmış və şairləri əlifba sırası ilə yerləşdirmişdir. Lətifi dən
sonra bu müasir üsul kiçik istisnalar olmaqla türk təzkirəçiliyinin
dəyişilməz tərtib metodu olmuşdur. Bu tərtib üsulunun ideyası Aşıq
Çələbiyə aid olmuş, Lətifi dən əvvəl müsəlman təzkirəçiləri həmin
üsula müraciət etmişlərsə də, türk təzkirəçilik tarixində onun banisi
Lətifi olmuşdur. Lətifi , yalnız yeni tərtib üsulunu formalaşdırmağı ilə
deyil, həm də təzkirəyə gətirdiyi inkişaf ilə artıq klassik bioqrafi yanın
qəlibini hazırlamışdır. Aşıq Çələbi və antoloji tipli təzkirələr istisna
olmaqla, ondan sonra gələn təzkirəçilər hamısı böyük mənada Lətifi
ənənəsini davam etdirmişlər.
Başqa bir təzkirə məktəbi Aşıq Çələbiyə xasdır. Onun təzkirəsi
özünəməxsus tərtibi, ortaya qoyduğu bioqrafi yaların geniş həcmli
olması və orijinal yaradıcılığı olan şairləri seçib təhlil etməsi ilə
seçilir. Bu səbəbdən də yeri tək qalmış, özündən sonra onun yolu
ilə gedən olmamışdır. Səhi və Əhdidən sonrakı XVI əsr təzkirəçiləri
şairlərin ayrıca bir sinif olması qənaətinə gəldilər və onlara sənət və
məşğuliyyətləri, sosial mühitləri ilə birlikdə bir tam olaraq ayrıca yer
verdilər. Bu qənaət XVIII əsrə qədər buna bənzər formada davam
etdi və bu əsrdə ancaq Əsrar Dədə və Akifi öz ətrafl arının şairlərini
bir təzkirəyə topladılar. Beləcə Əsrar yalnız Mövləvi şairlərindən,
Akifi isə Əndurumda yetişən zümrədən ibarət təzkirələri ərsəyə
40
gətirdi. Bunu sonra Əli Əmiri Əfəndi “Təzkireyi- şüərayi- Amid” və
“İskodra şairləri”ndə sadəcə eyni şəhərdə doğulan ədiblərdən ibarət
təzkirə formasını meydana gətirdi.
XIX yüzillik mədəniyyətdə bir inamsızlığın əmələ gəldiyi,
inkişafa, yeni cərəyan və izmlərin yaranmasına ehtiyac duyulduğu
bir dövrdür. Cəmiyyətin bütün sahələrində olduğu kimi, ədəbiyyatda
da da bir gözləmə dövrü başlanmışdır. Cəmiyyətdə hiss olunan
dəyişiklik və ikiləşmə bioqrafi ya sahəsində də özünü göstərirdi.
Əsəd Əfəndi, Akif Hikmət və Fatin klassik ənəni davam etdirərkən,
Tofi q və Məhməd Tofi q yaranmış vəziyyətə uyğunlaşmaqla təzkirədə
də dəyişiklik edərək Osmanlı şairlərinin hamısını tək bir əsərə
toplamağa çalışsalar da, bu işdə bacarıqlı ola bilmədilər.
Başqa bir tərəfdən, Naci “Əsami” və “Osmanlı şairləri” ilə, Faiq
Rəşad “Əslaf” və bir neçə başqa əsəri ilə, Məhməd Tahir “Osmanlı
müəllifl əri” və başqa nümunələri ilə, Məhməd Sürəyya “Sicilli-
Osmani” ilə bu yeni cərəyanın məhsullları olan əsərlərini ortaya
qoydular.
Türkcə şair bioqrafi yası yazmaq ənənəsi şərq türkcəsi ilə başlamış,
ancaq öz inkişafını davam etdirə bilməmişdir. Nəvaidən sonra yalnız
Sadiqi ikinci bir nümunəni ortaya qoya bilmişdir. Təzkirə növü bu
ərazidə deyil, Osmanlı ölkəsində davam edərək təşəkkül tapmışdır.
Bunun səbəbi isə böyük və stabil bir dövlətin mövcudluğunda idi.
Orta Asiyada vəziyyət Osmanlı dövlətindəkindən tam əksinə olduğu
üçün burada bir çox başqa sənət və mədəniyyət sahələrində olduğu
kimi, XVI əsrdən sonra bu növün heç bir yeni nümunəsinə rast
gəlinmir.
XVI əsr təzkirəçilərinin bir özəlliyi də özlərindən xeyli əvvəl
yaşamış şairlərin bioqrafi yalarını qələmə almasıdır. Buna görə də
təzkirələr əldə olunan bütün məlumatları özlərində əks etdirirdilər və
onlar uzun alınırdı. Bunun müqabilində nümunə kimi verilən şeirlər
təzkirənin yalnız üçdə bir hissəsini təşkil edirdi. XVII yüzilliyin
təzkirəçiləri isə daha çox öz müasirlərini təzkirəyə salırdılar. Bu
səbəbdən verilən məlumatlar hamıya aydın olan dəqiq faktlar olduğu
üçün bioqrafi yalar xeyli qısaldılmış və verilən şeir nümunələrinin
sayı artırılmışdır. Riyazi təzkirəsi bu iki yüzilliyin arasında bir keçid
41
dövrünün əsəridir. Təzkirə formasında olan bu dəyişikliklər get-gedə
inkişaf edərək yeni bir formanın yaranmasına səbəb olmuşdur və bu
növ təzkirələr antologiya adlanırdı. Bu formada olan təzkirələrdə bir
neçə cümləlik bioqrafi ya verilir, sonra isə şeirə yer ayrılır. Məsələn,
Faizidə nümunə verilən şeirlərin sayı 545 beytə çatır. Faizi ilə
başlayan bu antologiya növünün təzkirəçiləri Yümni, Seyrəkzadə
Asim, Bəlig, Silahdarzadə Məhməd Əmin və Şövkətdır.
XVIII əsr isə özündən əvvəlki dövrə reaksiya və XVI yüzilliyin
mükəmməl əsərlərinə bir xülasədir. Bu üzdən həmin əsrdə yazılan
təzkirələrdə də XVI əsr təzkirələrində olduğu kimi bioqrafi yalara
çox yer verilmiş, şeir nümunələri isə azaldılmışdır. Səfayı, Səlim və
Ramiz bu tərzdə yazan təzkirəçilərdir. Kiçik həcminə görə Mucibi
də nümunə göstərmək olar.
Təzkirələr bədii dil və ritmlərlə yazıldığına görə onların özləri
də ədəbi əsərlər hesab olunur. Ancaq burada standart bir təzkirə
yazıçılığından söz açmaq düzgün deyil. İlk nümunə olan Səhi
təzkirəsində üslub, ifadə və texniki baxımdan bir naşılıq diqqəti
çəkir. Bu tərəfdən də Lətifi təzkirəsi özündən sonrakı müəllifl ərə bir
örnək olmuşdur. Lətifi əsərini öz dövrünün ədəbi dili ilə, lakin əsas
hədəfi nin məlumat vermək olduğunu unutmadan qələmə almışdır.
Ondan sonra təzkirə yazan Həsən Çələbi, Səlim və Ramiz bəzəkli
və dəbdəbəli bir dildən istifadə etmişlər. Aralarında bu mənada fərq
olmasına baxmayaraq, təzkirələr eyni sənət növü olduqları və eyni
missiyanı yerinə yetirdiklərinə görə üslub, məzmun və yazı texnikası
cəhətdən bir-birinə çox bənzərdirlər.
Təzkirəçilik bioqrafi k sənəd yazıçılığını əsas götürdüyü üçün
müəllifi n yaradıcılığını arxada qoyaraq, daha çox haqqında məlumt
verilən insan ünsürünə yönəlir. Onun şəxsi keyfi yyətlərinə,
haqqında olan məlumatlara daha çox üstünlük verirlər. Təzkirə yazan
araşdırıcılar əsəri təhlil edən tənqidçilərdən fərqlənirlər. Lakin bu o
demək deyildir ki, təzkirə müəllifl əri yalnız bioqrafi ya yazmaqla
kifayətlənirdilər. Təzkirəçilər təzkirədə verdikləri nümunələrdən
əvvəl, şairin yaradıcılığı haqqında çox dəyərli açıqlamalar verirdilər:
Bütün təzkirələrdə ”Pesend ü ısğaya kabil şiir, hoş- ayende nazm,
rengin inşa, aşikane gazel və muhayyel eşar” kimi qarşımıza çıxan
terminlər buna nümunədir.
42
Tarix və onun islam aləmindəki ən mühüm sahələrindən biri
olan bioqrafi ya, dünya mədəniyyətinə bəxş edilən ən dəyərli
ərmağanlardan biridir. Məsələyə türk bioqrafi yası bucağından
baxıldıqda şairlərə aid təzkirə növü ərəb və fars təməlləri üzərində
davam etməsinə baxmayaraq, ən gözəl nümunələrini Osmanlı
türkcəsi çevrəsində təqdim etmişdir. Bu növ, şərq türkcəsi ilə
başlamış olsa da, ən gözəl və zəngin məhsullarını qərb türkcəsi
meydanında ortaya çıxarmışdır. Üstəlik şairlər təzkirəsi növü XVI
əsrdən başlayaraq XX əsrin əvvəllərinə qədər fasiləsiz şəkildə
davam etmişdir. II Murad dövründən etibarən ələkdən keçməyən elə
bir şairimiz yoxdur ki, onun haqqında təzkirələrdə heç bir yazılı
məlumata rast gəlinməsin. Bunun ən mühüm səbəbi cabit və zəfər
çalmış bir dövlətin mövcudluğu, uğurlu siyasət və bunun müqabilində
hər an inkişaf tələb edən Osmanlı mədəniyyətinin olmasıdır. Eyni
perspektivi daşıyan bir nümunə kimi Səlcukludan gələn memarlıq
ənənəsi Osmanlı dövründə necə inkişaf edərək zirvəyə ucaldısa,
buna bənzər bir formada şairlər təzkirəsi də yüz illər ərzində inkişaf
edərək mükəmməllik qazanmışdır. Sözsüz ki, bioqrafi yalarda verilən
məlumatlar bu günkü bioqrafi ya ölçülərinə uyğun gəlmir, onlardan
əksikdir. Amma qərb ölkələri ilə müqayisə edərkən bu sahənin öz
dövrünün ən irəlidə olan bir sahəsi olduğunu görürük. Bütün bu dəyərli
xüsusiyyətlərinə baxmayaraq təzkirə növü, başqa qədim növlər kimi
müasir janra çevrilə bilməmişdir. Müasir bioqrafi ya bizə bütövlükdə
qərbdən gəlmişdir. Bunun tək bir istinası olaraq gəncliyində klassik
bioqrafi ya ilə çox maraqlanan Behcət Necatigilin “Ədəbiyyatımızda
İsimlər Sözlüyü” adlı əsərini göstərmək mümkündür. Təəssüfl ə qeyd
etmək olar ki, yaxın illərə qədər təzkirələr üzərində aparılan heç
bir çalışmaya rast gəlinməmişdir. Yeni nəşrlərlə, bunların gələcək
nəsillərə çatdırılması ilə bağlı heç bir iş görülməmişdir. Otuz altı
təzkirədən on ikisi yeni əlifba, on üçü isə köhnə əlifba ilə nəşr
olunmuşdur. Bu çatışmamazlığı aradan qaldıracaq bir sıra işlər də
görülmüşdür. Hammer – Purgstallın hələ XIX əsrdə “Geschichte
der Osmanishen Dishtkunst bis auf unsere Zeit (4C Peşte 1836-
38)” adlı əsərinin nümunəsi hələ Türkiyədə gerçəkləşdirilməmişdir.
Məsələn, boşnaklar H. Şabanoviçin “Knyizevno Muslimana BİH
43
na Orijentalnim jezicima” (Srayevo 1973) adlı kitabıyla bu əsəri
yazmışlar. Nail Tumanın “Töhfei- Naibi” adıyla hazırladığı əsəri də
çap olunmamışdır.
Bizdə “Təzkirələrə Görə Divan Ədəbiyyatı İsimlər Sözlüyü”
(Ankara 1988) bunun ilk və eyni zamanda yetərli olmayan bir
nümunəsidir.
(*Yazı “Şair tezkireleri”(Ankara2009) əsərində s.7-16 –da dərc
olunub).
44
TÜRK TƏZKİRƏÇİLİK ƏNƏNƏSİNDƏ
ƏLİŞİR NƏVAİNİN YERİ*
T
anınmış adamların həyat hekayələrindən bəhs edən təzkirə
növü islam dünyası üçün səciyyəvi olan ən mühüm ədəbi
fəaliyyət növlərindən biridir. Tarix bizdən əvvəl yaşayanların üz-
üzə gəldikləri hadisələri və onların qəhrəmanlarını özündə əks
etdirir.Tarixi hadisələrin özü qədər, bu hadisələrin iştirakçısı olan
insanları üzə çıxarmaq və tanıtmaq da çox böyük əhəmiyyət kəsb
edir. Bu insanların həyatları haqqında olan məlumatları çatdırmaq,
onları bizimlə tanış etmək işi isə birbaşa insan məvhumuna istinad
edən bioqrafi yaların üzərinə düşmüşdür. Bu üzdən də qərb və
şərq tarixçilərinin əksəriyyəti tarixin içində bioqrafi yaya da yer
vermişdir.
46
İslam dünyasında ərəblər tərəfi ndən yaranan bu növ sonra farsca
davam etmişdir. Xüsusilə bu dilin təmsilçisi olan Molla Caminin
(v.1493) bu növə qazandırmış olduğu spesifi k xüsusiyyətlər türk
yazarları tərəfi ndən mənimsənilərək davam etmişdir. Molla Cami
türk ədəbiyyatında böyük təsiri olan bir şəxs olmuşdur. Dilimizdə
ilk bioqrafi k əsərlərdən biri olan “Nəfəhatül- üns”ün çevrilməsi də
Molla Camiyə aiddir. Başqa bir əsəri olan “Baharıstan” başda Nəvai
olmaqla türk təzkirə müəllifl ərinə çox böyük təsir göstərmişdir.
Ancaq fars ədəbiyyatında əsl diqqət çəkən nümunə Dövlətşah
b. Alaüd- Dövlə (v.1486) tərəfi ndən qələmə alınan “Dövlətşah”
təzkirəsidir. (1487). Dövrünün tanınmış dövlət və mədəniyyət adamı
Əlişir Nəvaiyə həsr olunmuş bu əsər bir müqəddimə, yeddi təbəqə
və bir xatimədən ibarətdir. Təzkirədə yer alan şairlərin sayı 149-dur.
Dövlətşah, qələmə aldığı şairlərin həyatlarını təsvir etdikdən sonra
onların şeirlərindən nümunələr də verir. Öz üslubuna görə təzkirə,
ondan sonra yazılmış fars və türk təzkirələrinə örnək olmuş və o günə
qədər yazılmış təzkirələrdən xeyli çox bioqrafi yaya yer vermişdir.
XIV yüzillikdə bu mövzuya aid əsərlər yazılmağa başlandı.
Bunların dilimizdə olan ilk nümunələri gözlənildiyi kimi
46
Adnan Adıvar, “Tarih ve Biyografi ”, Tarix jurnalı C.2, S.3-4, İstanbul 1952.
45
peyğəmbərlər qissələrı və sufi təzkirələri olmuşdur. Süleminin əsəri
İbn Çevzi, Əttar və Cami tərəfi ndən fars dilində davam etdirilmişdir.
Caminin bu mövzuda qələmə aldığı “Nəfahatül-üns”ü Əlişir Nəvai
(1441-1501) “Nəsaimül-Məhəbbe min şəmayimül- fütüvvə” adıyla
şərq türkcəsinə, Lami (ö 1532) isə “Nəfəhatül-ünsl min Hədəratül-
qüds” (1524) adıyla qərb türkcəsinə çevirdi. Əslində bu çevirmələri
klassik tərcümənin yarı təhlil əsərləri olaraq qəbul etmək mümkündür.
Nəvai bu əsərindən sonra “Baharıstan” və Dövlətşah təzkirəsindən
təsirlənərək “Məcalisün– nəfais” (1491) adlı şairlər təzkirəsini
qələmə almışdır. Əvvəl ərəb dilində, sonra isə fars dilində meydana
çıxan təzkirələr bu yüzillikdən etibarən oxşar formada artıq türkcə
ifadə olunmağa başlanmışdır. Bu ərəfədə ilk örnək bir çox ədəbi
sahənin ilk nümunəsi olduğu kimi, Əlişir Nəvaidir (1441-1501). Bu
dönəmdən etibarən, bioqrafi ya, təzkirə, mənaqib, vəfayət, devha,
səfi nə, töhvə, hədıqə, fi hrist silsilənamə, şairnamə kimi müxtəlif
başlıqlar altında geniş bir sahəni əhatə etdiyindən, mən yalnız şair
bioqrafi yaları üzərində dayanmaq istəyirəm.
Nəvainin bu sahədə qələmə aldığı əsərini “Məcalisün– nəfais”
adlandığını qeyd etmişdik. Müqəddimə və məclis adı ilə verilən
səkkiz bölümdən ibarət olan əsər özündən əvvəlki əsərlərə çox
bənzəyir. Təzkirədə şairlər hər məclisdə xronoloji qayda üzrə
sıralanmışdır.
1-ci məclis. Nəvaidən əvvəl yaşamış şairlər
2-ci məclis. Nəvainin uşaqlığında və gəncliyində tanıdığı, ancaq
təzkirə yazılan müddətdə artıq həyatda olmayan şairlər
3-cü məclis. Nəvainin müasiri olan şairlər
4-cü məclis. Alim şairlər
5-ci məclis. Xorasanlı şair mirzələr və hökmdar ailəsinə mənsub
şairlər
6-cı məclis. Xorasandan kənarda yaşayan elm adamları və şairlər
7-ci məclis. Sultan və şahzadələrdən şair olanlar
8-ci məclis. Dövrün padşahı Sultan Hüseyn Baykara
47
“Məcalisün–nəfais”də Herat, Xorasan və Azərbaycanda yaşayan
47
“Mecâlisü′n-nefâis”, Daşkənt, 1961.
46
və əksəriyyəti farsca yazan 455 şairə yer ayrılmışdır. Bunların
43-ü türk və ya türkcə yazan şairlərdir. Nəvai bu şairlər haqqında
uzun-uzadı məlumatlar verməmiş, çoxuna ancaq bir-iki sətir yer
ayırmışdır. Hər şairin bir, böyük şairlərin iki-üç beytini də nümunə
kimi vermişdir.
“Məcalisün– nəfais” həm çığatay ədəbiyyatı, həm də İran
ədəbiyyatı üçün çox mühüm bir qaynaqdır. Ancaq onun əsl
əhəmiyyəti Anadoluda meydana çıxan təzkirələrə örnək olmasıdır.
Herat təzkirə məktəbi adlanan Cami, Dövlətşah və Nəvainin əsərləri
həm özlərindən sonra yaranmış Osmanlı ölkəsindəki “təzkireyi-
şüəra” növünə dərindən təsir göstərmiş, həm də ədəbi bioqrafi ya
janrına hərəkət vermişdir.
Söz açdığımız bu bioqrafi yalar məzmun və baxış nöqtələrinə görə
kiçik fərqlərlə yanaşı, həm də məlum olan ortaq nöqtələrə malikdir.
Bioqrafi yası yazılan şəxs həmişə müəyyən yaş həddinə çatdıqdan
sonra təzkirəyə düşdüyü üçün, təzkirələrdə doğum tarixləri o qədər
də yer almaz. Bu şəxslərin adları, xronoloji məlumatlar, xüsuilə
ölüm tarixləri dəqiqliklə qələmə alınardı. Bioqrafi yası yazılan şəxsin
həyat hekayəsi, qısa şəkildə nəql edilir, elm adamlarının təhsilləri,
müəllimləri önə çıxarılırdı. Şairlərin şeirlərindən isə nümunələr
verilir, onların ədəbi tərəfl əri üzə çıxarılırdı. Bu xüusiyyətləri ilə
ənənəvi bioqrafi k sənəd yazmağı əsas götürdüyü üçün, təzkirələr
bütünlüklə insan ünsürünə diqqət yetirirdi.
Əslində burda təəccüb ediləcək bir şey də yoxdur. Dini birliklər
üzərində qurulan böyük mədəniyyətlər öz tərkibində olan fərqli
xalqların mədəniyyətlərini hər hansı bir miqdarda müştərək formaya
gətirirlər. Həyat tərzləri və əraziləri fərqli olsa da, müsəlman
olduqdan sonra müxtəlif millətlər ortaq sayıla biləcək bir həyat
ölçüsünü tətbiq edirdilər. Bu bənzərlik üzdə olan sahələrdə, xüsusilə
də mədəni sahədə özünü aydın şəkildə biruzə verir.
Cığatay ədəbiyyatında Nəvai ilə başlanan təzkirə ənənəsi qısa
bir müddətdən sonra Osmanlılara keçdi. Şairlər təzkirəsi olaraq
qərb türkcəsində qələmə alınan ilk nümunə Səhi bəy tərəfi ndən
yazılmış “Həşt-behişt”dir. Söz açdığımız bu təzkirənin yazarı Səhi
bəy əsərinin ön sözündə Herat təzkirələrindən istifadə etdiyini
47
açıqca ifadə etmişdir
48
. Səhi Əbdürrəhman Caminin (v. 898/1492),
“Baharıstan”ından və Dövlətşahın (v. 1495-1507) “Təzkirətüş-
şüəra”sından təsirlənməklə bərabər, əsl örnək olaraq Əlişir Nəvainin
(v.1501) “Məcalisün – nəfais”ini götürmüşdür. Təzkirənin sadəcə
tərtib üslubuna görə geniş şəkildə təsirlənmə və bənzərlik müşahidə
edilir. Hər iki əsər səkkiz ana bölümdən ibarətdir. Səhi bəyin
“Təbəqə” adını verdiyi səkkiz bölümün məzmunu belədir:
Dostları ilə paylaş: |