ANADOLU TÜRK TƏZKİRƏÇİLİYİNDƏ
FORMA DƏYİŞİKLİYİ*
T
əzkirə növünün böyük bir zaman ərzində müxtəlif formalara
düşməsi məlumdur. Bu yazının məqsədi Anadolu türk
təzkirəsini forma baxımdan təhlil edərək, ədəbiyyat tariximizdə bu
yolu izləməkdir.
Anadolu ərazisində yazılan ilk təzkirə nümunəsi Səhi Bəyin
“Həşt-behişt” əsəridir. Əsərini 1538-ci ildə ərsəyə gətirən Səhi
Bəy, təzkirəsini Herat məktəbinə xas, yəni Caminin (v. 1492)
“Baharıstan”(1487), Dövlətşah təzkirəsi”(1495) və Əlişir Nəvainin
(1501) “Məcalisün – nəfais” (1491-92) təzkirələrini əsas götürərək
yazdığını bildirir. Bu təzkirələrin forma olaraq ən mühüm
xüsusiyyətləri tərtib baxımından aşağılı-yuxarılı bir xronoloji sıra
yaradaraq şairləri təbəqələrə ayırmadan, əsərə bir müqəddimə ilə
başlama və həyat hekayələrini qısaldaraq az saylı nümunələrin
verilməsindən ibarətdir.
Bu keyfi yyətlərinə görə Səhi təzkirəsini gözdən keçirdikdə bir
çox şeyin eynilə Nəvaidən götürüldüyünün şahidi oluruq. Səhi
ancaq Nəvainin rövzələrindəki təqdimatı dəyişməklə öz əsərində əks
etdirmişdir. Məsələn, Nəvaidə Sultan Hüseyn Baykaranın yer aldığı
səkkizinci təbəqə, Səhidə önə gətirilmiş və burada Qanuni Sultan
Süleyman verilmişdir. Nəvaidə də yeddinci rövzədə yer alan sultan
və şahzadələr Səhidə ikinci təbəqədə, Nəvainin beşinci bölmədə
verdiyi mirzələri Səhi üçüncü təbəqədə yerləşdirir. Alimlər Səhidə
də dördüncü təbəqədə yer alır. Nəvainin altıncı təbəqədə yazdığı
Xorasanın xaricindəki şairlərin müqabilində Səhi həyatda görə
bilmədiyi şairləri beşinci təbəqədə vermişdir. “Məcalisün– nəfais”də
birinci, ikinci və üçüncü rövzədə yer tutan həyatdan çoxdan getmiş
şairlərlə müasir və hələ çox gənc olan şairlər “Həşt-behişt”də altı,
yeddi və səkkizinci təbəqələrə yerləşdirilmişdir. Səhi sadəcə əvvəlki
nəsli də təzkirəsinə daxil edərək bununla əsərini genişləndirmişdir.
Təzkirəçilik tariximizdə ən diqqət çəkən nümunələrdən biri olan
Lətifi Təzkirəsi (1546) bu sahədə yazılmış ikinci nümunədir və bu
əsər quruluş baxımından fərqli şəkildə qarşımıza çıxır. Təzkirə:
73
a) şeyxlər
b) padşahlar
c) şairlər
olmaq üzrə üç bölümdən ibarətdir. Bu quruluşu ilə əsər Əcəm
təzkirələrinə də bənzəyir. Amma Lətifi (v. 1582) şairlərə ayırdığı
bölümdə əlifba sırasından istifadə etmiş və o zamana qədər bizdə
təsadüf olunmamış bir üsuldan istifadə edərək gələcək təzkirəçilərə
bir nümunə olmuşdur. Artıq bu üsuldan bütün təzkirəçilər istifadə
etməyə başlamışlar. Məlum olduğu kimi bu təklif Aşıq Çələbi
(v.1571) tərəfi ndən gəlmiş, lakin onu genişləndirən Lətifi olmuşdur.
Əslində əlifba sırasından istifadə üsulu ərəb təzkirəçiliyində tətbiq
olunmuş bir üsuldur. Ancaq bizdə bu işi ilk dəfə təcrübədən keçirən
Lətifi olmuşdur. Anadolu təzkirəçiliyində yazılan üçüncü əsər
Anadoludan kənarda yaşayan Bağdadlı Əhdi (v.1593) tərəfi ndən
qələmə alınmış olan “Gülşəni-şüəra”dır (1563). Əsərini yazdıqdan
sonra xeyli müddət həyatda qalmış Əhdi öz təzkirəsinə əlavələr etmiş,
məzmununa görə üç dəfə yenidən ona nəzər salaraq dəyişikliklər
etmişdir. Əsər:
a)dövrün padşahı Qanuni Sultan Süleyman və şahzadələr
b) alimlər
c) şeyxlər
d) şairlər
olmaq üzrə dörd bölümdən təşkil olunmuşdur. Təzkirəçilik
tariximizin olduqca əhəmiyyətli başqa bir əsəri də Aşıq Çələbinin
“Məcalisün-şüəra”sıdır (1566). Yuxarıda qeyd edildiyi kimi, Çələbi
öz təzkirəsini əlifba sırası ilə düzənləməyi düşünüb, bu fi krini
Lətifi yə bildirmişdir. Lətifi bu ideyanı daha tez həyata keçirərək
əsərini ortaya qoymuşdur. Bundan sonra Çələbi təzkirəsinin Lətifi
ilə eyni olmaması üçün fərqli bir təsnifatdan istifadə etmişdir.
“Məcalisün-şüəra” nə ərəb, nə də əcəm təzkirələrində görünmüş
olan yeni bir üsulla, əbcəd sırasına görə tərtib olunmuşdur.
XVI yüzilliyin başqa bir təzkirəsi Xınalızadə Həsən Çələbi
tərəfi ndən yazılmışdır (1585).
Təzkirə:
a) Sultan
şairlər
74
b)
Şeyxzadə şairlər
c)
Əsl şairlər
olmaq üzrə üç bölümdən ibarətdir. Birinci və ikinci bölüm
xronoloji, əsl şairlər hissəsi isə əlifba sırası ilə düzülmüşdür.
Həsən Çələbini təqlid edən Bəyani (v. 1597) əsərini:
a)
şair padşahlar
b)
əsl şairlər
şəklində iki bölüm olaraq tərtib etmiş və birinci bölümü xronoloji,
ikinci bölümü isə əlifba sırasıyla düzmüşdür.
Riyazi (v. 1644) isə əsərini (1609) rövzə adlı iki bölmə şəklində
tərtib etmişdir və eynən Bəyaninin üslubunu davam etdirmişdir:
a) padşah şairlər
b) digər şairlər
XVII yüzillikdə yazılmış olan Kafzadə Faizinin (v.1621)
“Zübdətül-əşar”ı (1620), ona əlavə olaraq qələmə alınan Asimin
(v.1675) “Zeyl-i Zübdətül əşar”ı və Bəlig İsmayılın (v.1729)
“Nuxbətül-asar”ı (1726) məzmun baxımından fərqli bir xüsusiyyətə
malik olsa da, düzülüşcə əlifba sırasına görə verilib.
Təzkirəçilik tariximizin ilk mənzum nümunəsi olan Güfti təzkirəsi
əlifba sırası ilə düzülüşdən istifadə edib.
Rıza (v. 1671) təzkirəsini (1640) iki bölmə şəklində tərtib etmiş,
birinci bölmədə xronoloji olaraq padşahlara, ikinci bölmədə əlifba
sırasıyla şairlərə yer vermişdir.
Yümninin (v. 1662) təzkirəsi də əlifba sırası ilə düzülmüşdür.
XVIII yüzilliyin təzkirəçiləri Mucib və Salim (v. 1743) də
əsərlərini iki hissədən ibarət tərtib etmiş, birinci bölmədə dövrün
padşahlarına (Mucibdə IV Murad, Salimdə II Mustafa və III Əhməd),
ikinci bölümdə əlifba sırasıyla şairlərə yer verilmişdir. Salim ayrıca
bir yenilik də gətirmiş və eyni hərfl əri olan şairləri ölüm sırasına
görə sıralamışdır.
Bu əsrin təzkirəçilərindən Mustafa Səfayı (v.1725) isə əsərinin
əvvəlində yer verdiyi 18 təkrizlə quruluşa bir yenilik gətirmişdir. O
da şairləri əlifba sırası ilə düzmüşdür.
Bunlardan başqa Ramizin (v.1785) “Adabi-zürəfa” sı, (1783)
Səfvətin “Nuhbətül-asar”ı (1782) Şövkətın (v.1826) əsəri, Əsəd
75
Əfəndinin (v. 1847) ”Bağçeyi- səfa əndüz”(1835) təzkirəsi, Arif
Hikmətin (v.1834-35) təzkirəsi və Fatinin (v. 1866) “Xatimətül-
əşar”ı əlifba sırası ilə düzülmüş, Silahdar təzkirəsi (1789) və
Tofi qin “Məcməüt-təracim”i (1826) isə orijinal bir tərtib formasına
malik olmadan, əvvəlkilərə uyğunlaşmışdır. Bunlardan Fatin sadəcə
nümunələri bioqrafi yaların əvvəlinə çəkməklə mənasız bir yenilik
gətirmişdir.
Müqəddimələri baxımından xüsusilə ilk təzkirəçilərimiz Herat
məktəbi təzkirəçilərini yaxından izləmişlər. Bu müqəddimələr bütün
islami əsərlərdə adət olunduğu şəkildə həmd və salavat ilə başlayıb
əsərin yazılma səbəbini söyləyərək sona çatırlar. Təzkirələrdə
bunlardan əlavə mövzuyla bağlı məlumatlardan da bəhs edilir.
Sözün və şeirin məziyyətlərindən, din başçılarının və Quranın şeirə
baxışından söz açılır. Bu arada təzkirə yazan şair və şeir haqqında
öz baxışlarına da yer verir. Aşıq Çələbidə və Riyazidə olduğu
kimi bəzən təzkirələrə daxil olunacaq şairlərin dərəcələri də bu
bölmələrdə açıqlanmışdır.
Uzun müqəddimələr yazan Səhi, Lətifi , Aşıq Çələbi, Həsən
Çələbi, Riyazi və Salim kimi təzkirəçilər müqəddimədə fürsət tapıb
zəmanənin puçluğundan, şeirə və şairə dəyər verilməməsindən
gileylənmişlər. Sonrakı təzkirələrin müqəddimələrində fərqli
bir dəyişiklik olmadığı üçün, çoxunda qısa və mənasız mətnlər
verilmişdir.
Həyat hekayələrinin tərtib forması Səhidə təbəqə əsasında
eynilə Nəvaidə olduğu kimi verilmişdir. Şairlərin doğum yeri, adı,
sənəti, ədəbi mövqeyi ilə bağlı bir neçə ötəri söz, əsərləri, bəzən
şairlə bağlı bir hadisə, son olaraq da bir neçə beyt və ya qitə verilir.
Aşıq Çələbidən başqa bütün təzkirəçilər bu tərtib qaydasına riayət
etmişlər.
Əslində türk təzkirəçiliyi quruluş baxımından iki əsas orijinal
nümunəyə malikdir. Bunlardan birincisi əlifba sırası ilə düzülən,
tənqidi baxışlarının və hökmlərinin ədalətli olmasına görə seçilən
Lətifi təzkirəsi, ikincisi isə şairlərin psixoloji və sosial cəhətlərini
dolğun şəkildə əks etdirən Aışq Çələbi təzkirəsidir. Bu iki nümunədən
sonrakı təzkirələrə əsas nümunə olan isə Lətifi nin təzkirəsidir.
76
Həyat hekayələrinin tərtib şəkli baxımından klassik xəttin başında
gələn daha iki fərqli əsər də təzkirəçilik tariximizdə yer tutur.
Bunlardan birincisi Güfti tərəfi ndən yazılan mənzum təzkirədir.
Təzkirəçilik tariximizdə ikinci bir əsərinə rast gəlmədiyimiz
Güfti bu kitabında müasir və çoxu elm sahəsinə aid olan şairləri
mükəmməl söz və deyimlərlə təsvir etmiş, hərdən bir şeirlərini
və şairlik məziyyətlərini də təhlil edərək onlara qiymət vermişdir.
İkinci qrup isə Faizi tərəfi ndən başlanılıb, Yümni, Məhməd Asim,
İsmayıl Bəlig, Silahdarzadə Məhməd Əmin və Şöfkət tərəfi ndən
zeyllər(əlavələr) yazılaraq davam etdirilən təzkirələrdir. Bu əsərlərin
başlıca xüsusiyyətləri şairlər haqqında ad, məslək, ölüm tarixi kimi
çox qısa məlumatlar və əsərlərindən çoxlu nümunələrin verilməsidir.
Həmin yeniliyi ilə belə əsərləri təzkirədən çox, antologiyaya aid
etmək daha məqsədəuyğun olardı.
Tərtib şəkli baxımından mənasız bir yenilik, klassik təzkirələrin
sonuncusu olan Fatin tərəfi ndən həyata keçirilmişdir. Yuxarıda
qeyd olunduğu kimi, təzkirələrdə əvvəlcə şairin doğum yeri, adı,
təhsili və məşğuliyyətləri göstərilir, şeiri və şairliyi dəyələndirilərək
şeirlərindən nümunə verilir. Fatin bu üsulu tərsinə çevirərək öncə
şairlərin şeirlərindən nümunələr, sonra isə həyatları haqqında
məlumatlar vermişdir.
Yekun olaraq söyləmək olar ki, Anadolu türk təzkirəçiliyində
təbəqə, əlifba və əbcəd üsulu ilə üç eyni tərtib üsulundan istifadə
edilmişdir. Bunlardan birincisi Əcəm üsulu, ikincisi ərəb
təzkirəçiliyindən bizə keçmiş üsul, əbcəd üsulu isə yalnız bizim
ədəbiyyatımızda və sadəcə Aşıq Çələbi tərəfi ndən istifadə edilmiş
üsuldur.
Müqəddimələr isə xüsusilə ilk dövr təzkirələrində, yenə Herat
məktəbi təzkirələrindən gələn ənənələr çərçivəsində, islami əsərlərdə
adət edilmiş formanı izləmiş, çox dəyişiklik olmadan get-gedə
zəifl əyərək son dövrə qədər davam etmişdir. Həyat hekayələrinin
tərtib şəkli isə eyni şəkildə dörd yüz il davam etmişdir.
Təzkirələr elmi və ədəbi əsərlərin zirvədə olduqları vaxtlarda
daha gözəl nümunələr meydana çıxarmış, yenə bunlara paralel olaraq
davam etmiş, XVIII əsrdə xüsusi olaraq Səfayı və Salimlə yeni
dirçəlişdən sonra getdikcə zəifl əmiş, tənzimatdan sonra, ədəbiyyat
77
tarixi ehtiyacına cavab verəcək başqa yeni əsərlər görünən zaman
tamamilə sona çatmışdır.
Təzkirə növünün Anadolu türk ədəbiyyatına divan ədəbiyyatının
bir çox forması kimi Əcəmdən gəlməsinə baxmayaraq, bunu bir təqlid
saymaq düzgün olmaz. Bəyliklər və Osmanlılar dövründə türk şeirinin
inkişaf etməsinin nəticəsi olaraq getdikcə çoxalan şeir nümunələrinin
və sayı çoxalan şairlərin bir yerə toplanması zərurətindən sonra,
təzkirə növünün meydana gəlməsi təsadüfi deyil, tamamilə zəruri
olan bir hadisə idi. Çünki quruluşunu müəyyənləşdirmiş və zirvəyə
doğru irəliləyən ədəbiyyat təmsilçilərinin həyatından bəhs edən,
yazılarından nümunələr verən bir növün meydana çıxmaması böyük
bir çatışmamazlıq olardı.
Səhidən başlanaraq bir-birinin ardınca dəyərli təzkirələrin ortaya
qoyulması və dörd yüz il davam etməsi bunun sübutudur.
(*Yazı “Milli kültür”Ankara 1995. s.49,s.60-62-də dərc olunub).
İstifadə olunan ədəbiyyat:
A.Sım Levend “Türk Edebiyatı Tarihi”. Ankara, 1973.
Təhsin Banguoğlu “Türk Şuara Tezkireleri” Türkiyə İnstitutu tez
29.
İ.S.Robinson “The tezkere Cenre in İslam” journal of Near
Eastern Studies Vol 22 1964.
Haluq İpəkten “Türk Edebiyyatının Kaynaklarından Türkce
Şuara Tezkireleri”. Ərzurum, 1986.
78
TÜRK TƏZKİRƏÇİLİYİNDƏ ANTOLOGİYA
TİPLİ NÜMUNƏLƏR*
XVI
yüzillikdən XX yüzilliyə qədər fasiləsiz şəkildə
davam edərək ədəbiyyatımızda xüsusi yer tutan
təzkirə növü, böyük bir zaman ərzində fərqli formalarla özünü
göstərmişdir. Səhidən sonra bir-birinin ardınca yazılan XVI əsr
təzkirələri, artıq təqlid deyil, müstəqil nümunələrdir. Səhi və Əhdi
istisna olmaqla sonrakı təzkirəçilər şairlərin özlərinə məxsus
müstəqil bir sinif təşkil etdiklərini, onların məşğul olduqları sənət
növlərinin və sosial vəziyyətlərinin araşdırılmasını toplu olaraq
qələmə almaq zərurətini önə çəkdilər. XVI yüzilliyin təzkirəçilərinin
əsas xüsusiyyətindən biri də qələmə aldıqları şairlərin böyük
əksəriyyətinin öz dövrlərindən əvvəl yazıb yaratmış olmalarıdır.
Buna görə də bu təzkirələr əldə olunan bütün məlumatları özündə
ehtiva edir ki, bu da onların uzun olmasına səbəb olur. XVII əsr
təzkirəşiləri isə daha çox öz müasirlərinə müraciət etmişlər. Əks
olunacaq məlumatların hamıya məlum olmasına görə təzkirəçilər
təkrarçılığa yol verməmək üçün qısa məlumatlarla kifayətlənmişlər.
Bunun nəticəsi olaraq verilən şeir nümunələrinin sayı isə xeyli
artırılmışdır.
Riyazinin (v. 1644) “Riyazüş-şüəra”sını (1607) bu iki əsr arasında
bir keçid əsəri saymaq olar. XVIII yüzillik isə özündən əvvəlki əsrə
bir tənqidi baxış və XVI yüzilin mükəmməl təzkirə nümunələrinə
xülasə kimi dəyərləndirilə bilər. Səfayi əsərinin başlığında əks
etdirdiyi kimi təzkirəyə yazılan rəylərin çoxunda da buna toxunulur.
Formada yaranmış olan bu dəyişikliklər məzmunda da özünü
göstərmiş, XVII yüzildən etibarən təzkirəçilik tariximizdə antoloji
təzkirələr adlanan fərqli quruluşlu əsərlər meydana gəlmişdir
62
.
Bunları sadəcə antologiya adlandırmaq daha doğru olardı. Ancaq
nəzərə almaq lazımdır ki, bu təzkirələrdə çox qısa şəkildə də olsa
bioqrafi yalara yer verilmişdir.
Bu formalı təzkirələrin ədəbiyyatımızda ilk nümunəsi Faizi (v.
62
Safâyî “Tezkire-i-Şuarâ”, Süleymaniyə Ktb. Əsəd Əf. 2549, 16a. Nəhifi ilə Subhizadə
Feyzullah Əfəndinin yazılarında da eyni mövzulara toxunulur. Bkz. Həmin n. 4a 10a 13a.
79
1622) tərəfi ndən qələmə alnan “Zübdətül-əşar”dır (1621). Əlifba
sırası ilə 514 şairə yer ayrılan bu təzkirədə şairlərin bir hissəsinin
sadəcə olaraq adı qeyd edilmiş, bir qismində isə buna əlavə olaraq
yaşadığı yeri, sənəti və divan yazanların divanı haqqında məlumat
verilmişdir. Bununla birlikdə şairilərin ölüm tarixləri dəqiqliklə
verilmişdir. Bioqrafi yaların qısa olması ilə əlaqədar olaraq, verilən
şeir nümunələri xeyli çoxdur
63
. Seçilən nümunələr təxminən bir
beytlə 300 beyt arasındadır.
64
“Zübdətül-əşar” ədəbiyyatımızda antoloji tipli təzkirələrin ilki və
başlanğıcıdır. Sonralar marağa səbəb olan bu üsul Yümni (v.1622),
Seyrəkzadə Asim (v. 1675), Bəliğ İsmail (v. 1730) və Silahdarzadə
Məhməd Emin tərəfi ndən davam etdirilmişdir.
Yümni “Təzkirətüş- şüəra” və yaxud Yümni təzkirəsi(1622)
adlanan əsərini Faizinin yazdığı “Zübdətül-əşar”( 1621) təzkirəsinə
zeyl (əlavə) olaraq yazmışdır. Əsər müəllifi n ölümü üzündən
tamamlanmamış və yalnız 29 şairdən ibarət olmuşdur. Yümni də
şairlər haqqında qısa məlumatlar vermiş və şeirlərindən nümunələr
gətirmişdir. Ancaq bu nümunələr Faizidə olduğu qədər uzun deyil.
Eyni zamanda bioqrafi ya qismində verilən məlumatlar eyni tipli
təzkirələrə nisbətən daha uzundur. Yümni təzkirələrdə bir beytlə on
iki beyt arasında şeir nümunələri vermişdir
65
.
63
Aşağıdakı mətn nümunələri, “Zübdetül-eşar”ın Süleymaniyyə ktb. Şehit Ali Paşa 1877
nömrəli nüsxəsindən götürülmüşdür:
Nevizadə Atayı Əfəndi: Bu eş′ar-ı pâkize dîvân-ı belâgat-ünvanundan kesb olunmışdur
(352 beyt, 6a)
Qiyasi- Bu ebyât anundur (2 beyit, 80b)
Nami-i İstanbuli- Tokuz yüz yetmiş sekizde fevt olmışdur.
Tarix Cinani- Didilern kendi gitdi dilde kaldı nâmı Nâmî′nün. Bu ebyat anundur (6 beyt,
94b)
64
Haluk İpekten: “Türk Edebiyatının Kaynaklarından Türkçe Şuara Tezkireleri”, Erzurum
1986, s.87; Agah Sırrı Levent: “Türk Edebiyatı Tarihi” Ankara 1973, s.295.
65
Yümni Tezkiresi için seçilen örnekler Millət Ktb. Əli Əmiri: “Tarix” 780 nömrəli
nüsxədəndir.
Şifayi- Edirne Muradiyesinde hekimbaşı ve gülşeni tarikatında olan Abdülbâki Efəndidür.
(5 beytlik qəzəl, 5ab)
Səbuhi- Yenikapuda Mevlevihane şeyhidir. (7 beytlik qəzəl və 5 beyt, 6b7b)
Məzaki- Adı Süleymandır. Sâbıkan silahdar katibi olmışdur. İstanbuldan Mışrın Paşası
olan Eyyub Paşanın akrabasındandur. Saraydan gəlmədir. (4 beytlik qəzəl, 10b 11a).
80
Faizinin “Zübdetül-əşar”ına Yümnidən sonra ikinci zeyli (əlavəni)
Seyrəkzadə Məhməd Asim etmiş və əsərinə “Zeyli-Zübdətül-əşar”
(1675) adını vermişdir. Asim də əsərinə Yümni kimi 1621-ci ildən
başlamış və 1675-ci ilə kimi yaşamış olan 123 şairə yer vermişdir.
Antoloji tipli təzkirələr içərisində bioqrafi yaya ən az yer ayıran
və ən çox şeir nümunəsi verən əsər Asim təzkirəsidir
66
. Bu əsərdə
bir çox şairin sadəcə adı xatırlanmış, başqa heç bir məlumat
verilməmişdir. Asim təzkirələrində bir beytlə 53 beyt arasında
nümunələr vermişdir
67
.
Antoloji təzkirələrinin ən geniş və mükəmməl nümunəsi Faizinin
əsərinə üçüncü olaraq zeyl yazmış Bəliğ İsmail tərəfi ndən yazılmışdır.
“Nüxbətül-asar li Zeyli- Zübdətül-əşar” (1727) adlı bu əsər Faizinin
əsərinə əlavə yazan başqa müəlifl ər kimi onun təzkirə yazdığı
tarixdən, yəni 1621-ci ildən başlayaraq 1727-ci ilə qədər davam
edir. Bu cəhətdən Yümni və Asim təzkirələrində yer alan şairlərin
çoxu Bəliğdə də vardır. Təzkirədə 410 şairə yer verilmişdir. Verilən
məlumatlar digərlərində olduğu kimi qısadır. Bəliğ bioqrafi yasına
şairlərin çoxunun ölüm tarixini də qeyd etmişdir.Təzkirəçi “qəsidə
lələrindən”,”qəzəllərindən”,” rübailərindən” kimi başlıqlar altında
bir beytdən 157 beytə qədər nümunələr vermişdir.
68
Ən çox nümunə
66
İpəkten: həmin əsər, s.95.
67
Buradakı nümunələr əsərin, Üniv. Ktb. Ty. 2401 nömrəli nüsxəsindən alınmışdır.
Bədri Əfəndi- Bu eşar divanından intihab olundı. (3 beyt, s.6)
Məzaki Əfəndi- Bir şâir-i mucize-gûdur. Bin seksen yedide vefât eyledi.
Tarixi Rüşdi- Bezmgâh ola Mezâkî′ye cinân.
Diger- Çekildi bezm-i dünyadan Mezâkî.
Bu eş′ar divânından intihâb olundı. (8 beyt, 56-57)
68
Nümunələr “Nühbetül-asar li Zeyli Zübdetü′l-eş′âr”, (n. A.Abdülkadiroğlu, Ankara
1985) adlı çalışmadan alınmışdır.
Ərib-Arabzâde dimekle ′Ârif Mustafa Efendidür. Mecmu′a-i güftârından nümûnedür. (6
örnek beyit, s.14)
Məzaki- Süleyman Efendi. Bosnasarayından zuhûr idüp harem-i hâs-ı sultânîde
perverişyâb, sipâhîlik ile taşra çıkup kâmkâr oldukda bin seksen yedi de telh-i mezâk-ı
hayât oldı. Fevtine Rüşdî′nün tarihidür:
Bezmgâh ola Mezâkîye cinân
Târih-i diger Sâbit Efendinün
Ecel câmı mülün içdi Mezâkî
Müretteb dîvanından müntehabdur. (45 beyt, s.486)
81
verdiyi şair Nailidir. Bəliğ bu nümunələri seçərkən Faizi daxil
olmaqla, eyni tərzdə əsər yazan təzkirəçilər içində ən düzgün seçim
edən və şairlərə dəyərlərinə uyğun yer verən təzkirəçilərdən biridir
69
.
Antoloji tipli təzkirələrin ən zəif nümunələrindən sayılan
“Silahdarzadə təzkirəsi”(1790) Silahdarzadə Məhməd Emin
tərəfi ndən qələmə alınmışdır. Əsər 1751-ci ildən yazılmağa başlanmış
və 1726-cı ilə sona çatmış olan “Nüxbətül-asar li Zeyli- Zübdətül-
əşar”ın zeyli hesab olunur
70
.
Silahdarzadə də nümunə götürdüyü əsərlər kimi, şairlər haqqında
çox qısa məlumatlar vermiş, hətta bəzilərinin sadəcə adını qeyd etmiş
və bununla əlaqədar olaraq şairlərin ölüm tarixlərini göstərmişdir.
Şeirlərdən verilən nümunələr də bu növ təzkirələrdə olduğu kimi
xeyli çoxdur
71
.
Silahdarzadədən sonra Şöfkət həmin ənənəni davam etdirmiş
(1826-27), bundan sonra antoloji formada olan bu ənənəni davam
etdirən olmamış və tarixə qarışaraq öz formasını itirmişdir.
Bu növ təzkirə nümunələrində bioqrafi yadan daha çox yaradıcılıq
ön plana çıxarılır və şeir nümunələrinə geniş meydan verilirdi. Amma
şeir nümunələrinin çoxalmasından sonra, şeiri dəyərləndirmək, onu
təhlil etmək gündəmdən düşmüşdü. Klassik təzkirəçilər şairin həyat
hekayəsini verdikdən sonra, adətən əsərlərindən də söz açırlar. Bu
zaman şeirin müsbət və mənfi cəhətlərini təhlil edirlər. Yuxarıda
adlrını çəkdiyimiz təzkirələrinsə heç birində bu barədə məlumat
verilmir. Klassik təzkirələrdə şeirin təhlili şeir nümunəsi ilə birlikdə
verilir. Məsələn, təzkirəçi nümunə verdiyi şeirdən əvvəl “hak budur
ki, epeyce pesendide gazeldür esna-i tetebbuda nazıri yokdur,
Nisari-Memâlik-i Acemden Yakub Çelebidür. Bin altmış yedi senesinde fevt oldı. (1 beyt,
s.559)/
69
İpekten: həmin əsər, s.115; Levent: həmin əsər, s. 317.
70
Bu təzkirədən alınan nümunələr,Üniv. Ktb. Ty,2557 nömrəli nüsxədəndır.
Əsəd Bəy Əfəndi- Kethüdâ-yı sadr-ı âlî İbrahim Efendinin mahdûm-ı mükerremleridür.
Müderrisin-i kirâmdan. (7 nümunə beyt, 8b)
Arif Əfəndi- Sâbıkan dârü′s-saâde yazıcılığından hâcegânlığa çırağ olmışdur. (13 nümunə
beyt , 60b)
71
İpekten: həmin əsər, s.122.Ai′a
82
bir şiir-i latif-i bi bedeldür”
72
, “elhak hoş-ayende sözleri vardur
73
ve bu ebyat dahi anundur, hak budur ki hub eda itmişdür”
74
kimi
nümunələr verilir. Bundan fərqli olaraq antoloji təzkirələrdə belə
təhlillər aparılmır. Bunlar müasir antologiyalarda olduğu kimi şairi
qısa şəkildə tanıtdıqdan sonra oxucunu şeirlə baş-başa buraxmaq
məqsədinə xidmət edən örnəklərdir.
(*Yazı “Milli egitim” Ankara 1989. s.86,s.40-43-də dərc
olunub).
72
Əlî “Künhül-ahbar”, Üniv. Ktb.Ty. 5959, 393b.
73
Həmin əsər, 391b.
74
Həmin əsər, 172b.
83
HƏSƏN ÇƏLƏBİ TƏZKİRƏSİ*
T
əzkirəçilik tariximizdə ən çox şairi özündə ehtiva edən təzkirə
Həsən Çələbi Xınalızadəyə aiddir və bu əsər iki cilddə nəşr
edilmişdir. Bu cildləri nəşrə hazırlayan İbrahim Kutlukun vəfatı ilə
əlaqədar, bu işi İbrahim Olgun həyata keçirmişdr. Lakin birinci cild
hazırlandıqdan sonra həmin şəxs də vəfat etmiş və ikinci cild İsmət
Barmaksızoğlu tərəfi ndən oxuculara təqdim edilmişdir. Kitabda
Həsən Çələbinin həyatı, təzkirənin kimə həsr edildiyi, yazılma
səbəbi, bölmələr, təzkirədə yer alan şairlər, “təzkirənin dəyəri,
əhəmiyyəti və üslubu”, “təzkirənin əks etdirdiyi ictimai mühit və
yazışmaların təqdimi” kimi başlıqlar altında təqdimatlar verilmiş,
sonra 638 şairdən ibarət əsas mətnə keçilmişdir.
Birinci hissədə İ.Kutluk, Həsən Çələbinin ailəsi və həyatı
haqqında, eləcə də onun əsərləri barəsində məlumat vermişdir. Bu
hissədə Xınalızadənin ədəbi fəaliyyəti və ailəsi haqqında geniş
məlumat verilir və Xınalızadə təzkirəsinin kimə həsr olunduğu
məsələsi müzakirə olunur. Məlum olduğu kimi əsərin III Murada,
Şeyxülislam Həmid Mahmud Əfəndiyə və ya Xoca Sədəddin
Əfəndiyə həsr olunduğu kimi məlumatlar söylənilirdi. Bu bölmədə
həmin məlumatlar araşdırılaraq əsərin o dövrün böyük alimi Xoca
Sədəddin Əfəndiyə həsr olunduğu bildirilir.
Təzkirənin bölmələri və əsərdə yer alan şairlərin adları təhlil
hissəsində verilmişdir. Bu hissədə əsərin “padşahlar”, “şahzadələr”
və “əlifba sırası ilə düzülmüş şairlər” başlığı altında üç əsas
bölmədən ibarət olduğu bildirilir.
Kutluk təzkirənin əhəmiyyətini və üslubunu müxtəlif bucaqlardan
yanaşaraq təhlil edir. Həsən Çələbinin bir mədəniyyət mərkəzi olan
Bursada doğulmasının və tanınmış bir alim ailəsinin övladı olaraq
dövrünün şairlərini yaxından tanımaq imkanına malik olmasının bir
təzkirəçi üçün əhəmiyyətli cəhət olduğunu bildirir. Araşdırmasının
son bölməsində də müəllif, Xınalızadə təzkirəsi kimi əlyazması
geniş olan, irihəcmli əsəri hazırlayarkən hansı nüsxələrdən
istifadə etdiyini, bunları necə seçdiyini qısa olaraq anladır və bütün
nüsxələrin təsvirlərini verir. Birinci cild Yalvaçlı Suni ilə bitir və
Zəifi ilə başlayan ikinci cilddə əsər tamamlanır.
84
Çələbi Fateh həmişə yüksək vəzifələrdə çalışan, öz dövrünün
nüfuzlu, ziyalı ailələrindən birində doğulmuşdur. (Bursa (1546/47).
Atası “Əxlaqi-əlayı” adlı məşhur əsərin müəllifi Əli (və ya Əlaiddin)
Çələbidir. Həsən Çələbinin ailəsi babası Abdulqədir Həmidi
Çələbinin saqqalına xına qoymasına görə Xınalızadə ləqəbi ilə
tanınmışdır. O, ailəsinin ənənəsinə uyğun olaraq müdərrislərdən elm
öyrənərək Əbussuud Əfəndinin yetirməsi olmuşdur. Müdərrislik və
qulluq etmiş, Rəşiddə vəfat etmişdir (1604).
Həsən Çələbi öz dövrünün alimləri arasında seçilən bir şəxs
olmuşdur. Şeirlə maraqlanmasına baxmayaraq, ədəbi mühitdə
şairlər haqqında yazdığı təzkirələrlə şöhrət tapmışdır.
Təzkirə rəsmi dairələr və ayrı-ayrı şəxslər arasında istifadə olunan
rəsmi sənədlər, katiblərə verilən təyinat sənədi mənalarını daşımaqla
yanaşı, əsl mahiyyətini islam dünyasında müəyyən bir sahədə ad
çıxarmış, məşhur insanların, xüsusilə də şairlərin tərcümeyi-halından
söz açıb şeirlərindən nümunələr verən əsərlərdə göstərmişdir. Bu
baxımdan da həmin əsərlər ədəbi şəxsiyyətlər, əsərlər və bunların
ətraf mühitdə təsiri baxımından əski ədəbiyyatımızın ilk təhlil və
tənqid elçiləri olmuşlar. Təzkirələr yalnız qədim ədəbiyyat əsərlərinin
toplusu deyil, həm də ilk ədəbi təndid və təhlil nümunələri kimi
də səciyyəvidir. Onlar bugünkü araşdırmaçılar və tənqidçilər üçün
keçmişdə bu işin necə yerinə yetirilməsi barəsində geniş məlumat
verir, bugünün oxucusu üçün son dərəcə maraq və əhəmiyyət
kəsb edir. Xüsusi bir adı olmayan, buna görə də “Həsən Çələbi
təzkirəsi”, ya da ləqəbi ilə “Xınalızadə təzkirəsi” adlanan bu əsər
Anadoluda qələmə alınmış beşinci təzkirədir. Bundan əvvəl zəngin
Osmanlı nümunələri olan Səhi (v.1548), Lətifi (v. 1582), Əhdi (v.
1593) və Aşıq Çələbi (1520-1572) təzkirələri ortaya qoyulmuşdur.
Xüsusilə Lətifi və Aşıq Çələbi tərəfi ndən təqdim olunan mükəmməl
nümunələr həmin növün sonradan həm forma, həm də məzmunca
inkişaf etməsində bir örnək rolunu oynamışdır.
Aşıq Çələbinin bioqrafi yasının sonuna”Təzyil” başlığı ilə ayrı
bir bölmə əlavə etməklə, təzkirəçilik tatixində bizə ilk diqqətçəkən
məlumarları verən Gelibolulu Əli (1541-1599) “ashab u fehm ü zeka
85
ve erbab-ı fazl-u nüha olanlara zahirdür ki, vilayet-i Rumda res-i
sene ve elfe gelince dörd kıta tezkirei-şuara yazıldı”
75
cümləsiylə,
çox da önəm daşımayan Əhdinin “Gülşəni-şüəra”sının üstündən
keçərək Səhi, Lətifi , Aşıq Çələbi və Həsən Çələbinin təzkirələrini
nümunə göstərmişdir.
Həsən Çələbi böyük dəyər daşıyan iki təzkirənin ardnca, dərhal
yeni bir təzkirə yazmağa cəhd etmiş, bununla da özünü çətin bir
imtahana çəkmişdir. Əlbəttə, bu zaman onun həm Lətifi dən, həm
də Aşıq Çələbidən daha çox yazı imkanına malik olmasını qeyd
etmək olar. Həsən Çələbinin həm Lətifi nin ədəbi tənqid sahəsindəki
fi kirlərindən, həm də Aşıq Çələbinin şairlərin psixoloji məqamları
və sosial vəziyyətləri haqqında verdiyi geniş məlumatdan bir örnək
kimi istifadə etmək imkanı vardı. Halbuki o, onları həm açıq-aydın
təqlid etmiş, həm də hər ikisini çox sərt şəkildə tənqid etmişdir.
Ədəbiyyat tarixləri Xınalızadənin özünəməxsus yazı üslubundakı
bacarığını xüsusi qiymətləndirmişdir. Təzkirələr bir tərəfdən qədim
ədəbiyyatımızı bizə tanıdan tarixlər, bir tərəfdən də onların özləri
yazı texnikasına və formasına görə ədəbiyyatın qədim qollarından
biridir.
Bu üzdən bu əsərlərdə üslub və ifadə formasındakı axtarışlar
açıqca gözə çarpır. Məcazi ifadələr və təsvirlər bu üslubun dərhal
gözə çarpan cəhətləridir. Amma nəzərə almaq lazımdır ki, təzkirələr
bədii sənət nümunələri deyil, daha çox məlumat, fakt əldə etmək
üçün əhəmiyyətli olan yazılı abidələridir. Buna görə də sözsüz ki,
bu əsərlərin dili qədimlərdə “sadə” hesab olunan orta nəsr dilindən
ibarət olmalıydı.Bu tərzi daha çox Səhi, Lətifi və Aşıq Çələbi öz
əsərlərində tətbiq etmişlər. Həsən Çələbi isə onu dəyişmiş, hiylə
işlədərək Lətifi ni əsil güclü olduğu nöqtədən vurmaq istəmiş: “Şiiri
inşasından bihter idugi muhakkah u mukarredür. Eşari dahi vasatül
hal olduğu malum-ı erbabı makaldür”
76
şəklində onu tənqid etmişdir.
Bundan başqa Aşıq Çələbini də bu üsulla tənqid edərək: “Lakin tahrir
75
“Künhül-ahbarın Tezkire Kısmı” (Haz. Mustafa İsen), Ankara 1994, s.313, Üniv.
Ty.5959, 489a.
76
“Hasan Çelebi Tezkiresi”, Ankara 1981, C.2, s.836.
86
ü inşasında kat an letafet ü melahat yokdur”
77
şəklində qaralamışdır.
İfadə tərzinə bu qədər fi kir verən Çələbinin özünün də tənqid etdiyi
yolla getməsi sözsüz ki, mümkün deyildi. Kutluk onun yazı tərzini
bu şəkildə anlatmışdır: “Hələ atası Aşıq Çəlbini elə ağır, təmtəraqlı,
süslü bir dillə anlatmışdır ki, əsas məvhum bu hay-küylü sözlər
arasında yox olmuş, demək istədikləri bu gurultu arasında itmişdir.
Özünün etmək istədiyi də, hər halda çox təmtəraqlı söz deyərək
ustalıq göstərməkdir. Bu boş və hay-küylü sözlər arasında Əli
Çələbinin həyatı itər də, boş sözlərin səsi qulaqlarda qalar
78
tərzində
tanınacaq bir üsluba sahibdir”. Kutluqun bu iradlarını təxminən dörd
yüz il əvvəl Gelibolulu Əli də dilə gətirmişdir. “Künhül-əxbar”in
müəllifi nin yaxından tanıdığı istedadsız, ancaq iddialı müəllifl ərə
qarşı olan sərt və güzəştsiz hücumlarının bir qolu da Həsən Çələbiyə
yönəlmişdir. Atası Xınalızadə Əli Çələbi haqqında çox müsbət
fi kirlər irəli sürən və onu Kamal Paşazadə, Əbussuud səviyyəsində
bir alim olduğunu iddia edən Əli Gelibolulunun
79
, şübhəsiz ki,
Həsən Çələbi ilə heç bir düşmənçiliyi yox idi. Üstəlik, Xınalızadə
təzkirəsində Həsən Çələbinin Əli haqqında söylədiyi müsbət fi kirlər
də yetərincədir.
Gelibolulunun təzkirə haqqında söylədiyi tənqidi fi kirlər aşağıdakı
kimi sıralana bilər
80
:
1) Zəncirləmədə sonluqlar və yad sözlər işlətmişdir;
“Anlamsız kalabalık boş sözlerin yanında , üçlü, ikili sıra sıra
tamlamalar, olabildigince bilgiçlik gösterileriyle doludur. Degil
bu günün okuyucusuna, o zamanın okuyucusuna bile güc ve
anlaşılmaz gele bilir, kimi yazarlarca söz kalabalığı sayılmış bile
olabilir.”(Kutluk I.s. 27)
2) Laqqırtısı bol, mənası az, doğru olmayan cümlələrdən
istifadə olunmuşdur.
“Bir lakırdı çokluğudur. Söyleyecekler söylenmez, söylenmesi
77
Həmin əsər, C.2, s.500.
78
Həmin əsər, C.1, s.26.
79
“Künhü′l-ahbâr”, “II. Selim Devri Bilginleri”, Ü. Ty. 5959 474a.
80
“Künhü′l-ahbâr′ın Tezkire Kısmı” (Haz. Mustafa İsen), Ankara 1994, s.313, “II. Selim
Devri Bilginleri” Ü. Ty.5959 489a.
87
gerekenin yanında yöresinde dolaşılır. Ara sözler ve konu dışı
sözlerle oyalanılır.”(Kutluk.s.30)
3) Bir çox şairi yerindən-yurdundan etmiş, bir çox şeiri də
başqasına aid etmişdir.
4) Söylədiklərinin ata və babasına aid olduğunu iddia edir.
Söylədiyi məlumatların atası və yaxud babasına aid olduğunu, buna
“bihasbil-irs” sahib olduğunu yazır. Halbuki, bunların çoxu Lətifi və
Aşıq Çələbinin təzkirələrindən eynilə götürülmüşdür.
5) Öz qohum-əqrabalarını və tanışlarını şair olmadıqları halda
əsərlərində şair kimi təqdim edir. “Ömürlerinde ancak bir muhtasar
beyte sahip olan ulemayı tezkireye dahil etmiştir”(Kutluk. s. 32)
“...Eksigi kendi yakınlarını ozanlar arasında sayması, onları
alabildigince ögmüş olmasıdır.”(Kutluk.s.32)
“Aiilesine olan bu yakınlığı şair dostları için de geçerlidir”
(Kutluk.s.32)
6) Şairlərin bir çoxuna istinadən: “Şu kitaplarım vardır, şu gazel
benimdir, dedi” kimi yalan ifadələr vermişdir.
Doğrudan da, Həsən Çələbi o biri təzkirəçilərdən fərqli olaraq,
əsərində verdiyi şairlərə məktub şəklində müraciət etdiyini və
onlardan məlumat aldığını bildirmişdir. Maraqlıdır ki, Əlinin həyatını
son dərəcə tərifl i ifadələrlə anladarkən ”bu tezkireye tahrir olunmaq
için irsal itdügi varakada dimişdür ki, manzum müellefatımuzdan
kitab-ı Mihr ü Mahımuz vardur...”
81
kimi ifadədən istifadə etmişdir.
Əli onu tərifl əyən bu ifadələri pisləyərək, şairlərin dilindən
verilən yalan kimi tənqid etmişdir.
7) Bəzi kəlmə və xülasələri çox təkrar etmiş, bəzilərini də səhv
işlətmişdir. Piri sözünü pəri kimi işlətmişdir.
“Həmən her söz bölügü en az iki kere tekrarlanır.”(Kutluk.s.29
“Bazan yanlşlıklar yapar. Selis sözcügünü yanlış olarak yalı yazar”.
(Kutluk.s.30)
8) Zatı və Nəcatidən başqa bütün şairlərin təxəllüslərinə şərik
tapar.
Bu misallardan göründüyü kimi Əlinin yüz illər əvvəl, yəni
81
“Hasan Çelebi Tezkiresi”, C.2, s.592.
88
təzkirənin yazıldığı illərdə diqqətə çatdırdığı səhvlər, İbrahim
Kutluk tərəfi ndən də eyni tərzdə qələmə alınmışdır. Kutluk istifadə
etdiyi qaynaqlar arasında “Künhül-əxbar”in adını çəkmir.
Bütün bunlardan sonra Həsən Çələbinin, özündən əvvəl gələn
Lətifi və Aşıq Çələbi nümunələrindən, ailəsindən gələn zəngin
ənənədən, sahib olduğu mədəniyyət və elm xəzinəsindən lazımınca
istifadə edə bilmədiyini söyləsək səhv etmərik.
Ən əsası isə, Xınalızadə təzkirəsi özündə ehtiva etdiyi 638 şairlə,
təzkirələrimizin arasında ən iri həcmlisidir. Lətifi və Aşıq Çələbi
təzkirələrini özünə nümunə götürmüş, bir çox təzkirəçilər arasında
şübhəsiz ki, daha çox şöhrət qazanmış, müstəsna yeri olan təzkirəçi
də Həsən Çələbidir.
Bir qədər sonra Bəyaninin (1597) Çələbiyə xülasə yazması və bir
çox nüsxələrin yayılması bu üslubun dövründə təsirsiz ötmədiyini
göstərir.
Bu nəşrin ölkəmizdə yayılmış otuza yaxın təzkirələr içində ilk
tənqidi nəşr olması da diqqəti cəlb edir.
Təzkirənin bu qədər tənqid edilməsinə və nöqsanlarının olmasına
baxmayaraq çap olunaraq yayılmasının əsas səbəbini də burada
axtarmaq lazımdır.
Qədim ədəbi topluların asta sürətlə nəşri məsələsinə gəldikdə
isə, mənə elə gəlir ki, bu işi ancaq alqışlamaq və həmin insanlara
minnətdar olmaq lazımdır. Mənim qənaətim belədir ki, hələ Həsən
Çələbi təzkirəsi kimi mürəkkəb bir işin öhdəsindən gələn İbrahim
Kutluka rəhmət diləyib, onu dəyərləndirmək hər birimizin borcudur.
(*Yazı “Milli kültür”Ankara1984. s.43-də dərc olunub).
|