Azərbaycan döVLƏT İQTİsad universiteti unec X. H. Kazımlı, Q. S. Bayramov, B. C. Sadıqov



Yüklə 5,84 Mb.
Pdf görüntüsü
səhifə268/302
tarix22.12.2023
ölçüsü5,84 Mb.
#190135
növüDərs
1   ...   264   265   266   267   268   269   270   271   ...   302
Qiymet-2019

K -
firmanın bazar payıdır; 
e
D
- bazar t
ələbinin elastiklik 
göst
əricisidir. Onda sahə üçün orta indeks aşağıdakı kimi hesablanır: 
L
HHI
e
D
= −
/
H
əm də Lerner indeksinin firmanın qiymət siyasəti ilə razılaşmanı uçota 
almaqla, t
əmərküzləşmə səviyyəsindən, asılılığı mövcuddur:
firma üçün -
L
t
 =-b / e
D
- (l - 
b)K / e
D

sah
ələr üçün -
L
t
 =-b / e
D
- (l - 
b)HHİ / e
D

burada, b - 
firmanın qiymət siyasəti üzrə razılaşdırma göstəricisidir. 
(razılaşma dərəcəsi). 
Qiym
ət siyasəti üzrə razılaşdırma göstəricisi nə qədər yüksək olarsa, 
Lerner indeksinin firmanın bazar payından, sahə üçün isə satıcıların 
t
əmərküzləşmə səviyyəsindən asılılığı bir o qədər azalır. 
22.2. Yanacaq-
enerji kompleksində qiymətlərin 
əmələ gəlməsi
 
 
M
əlum olduğu kimi, bazar iqtisadiyyatı inkişaf etmiş bütün ölkələrdə dövlət 
üçün daha xeyirli sah
ələrdə təbii inhisar olmuş və indi də var. Bu, təbii və texnoloji 
amill
ərlə müəyyən edilən inhisarlaşmanm xarakterik olduğu yanacaq - enerji 
sah
ələrinə də aiddir. İnhisar, təbii ki, istehsalçıya xərcləri, qiymətləri qaldırmaq, 
keyfiyy
əti aşağı salmaq və s. yollarla sui-istifadə üçün şərait yaradır. Lakin bunu 
s
əmərəli dövlət tənzimlənməsinin köməyi ilə aradan qaldırmaq olar (yüksək inkişaf 
etmiş ölkələrdə olduğu kimi). Məsələn, ABŞ-da elektroenergetika müəssisələri 
t
əkcə tarifləri yüksəltməyə görə deyil, həm də onların strukturunu dəyişməyə görə, 
b
əzi hallarda isə hətta onları aşağı salmağa görə icazə almalıdırlar. Böyük 
Britaniyada h
əmin sahələrin fəaliyyəti üzərində nəzarətin əsas forması tariflərin 
t
ənzimlənməsi sayılır. 
Yaponiyada neft m
əhsullarının qiymətlərinə Xarici Ticarət və Sənaye 
Nazirliyi n
əzarət edir, elektrik enerjisi tarifinin müəyyənləşdirilməsi və dəyişdiril-
m
əsinə görə isə nazirin sanksiyası tələb olunur. 
438 


Yanacaq-enerji kompleksind
ə qiymətlər çoxlu miqdarda amillərin və 
meyarlarm t
əsiri altında əmələ gəlir. Bu, xərclər, tələb və təklif balansı, energetika 

əssisələrinin fəaliyyətinin tənzimlənməsi üzrə dövlət tədbirləri, dünya bazarının 
qiym
ətləri, investisiya siyasəti və s. ibarətdir. Bazar münasibətləri inkişaf etdikcə 
dövl
ət tərəfindən tənzimlənən qiymətlərin dairəsi daralır və sərbəst qiymətləri rolu 
artır. Qiymətlər daha çox dərəcədə həm ayrı - ayrı yanacaq hasilatı və enerji 
ist
ehsalı müəssisələri arasında rəqabət nəticəsində formalaşır. 
Hal-
hazırda yanacağın qiyməti həqiqi bazar qiymətini əks etdirmir. Bu 
qiym
ətlər daha çox istehsalçıların maraqlarını və inflyasiya gözləmələrini əks 
etdirir v
ə əslində tələbin dinamikasına uyğun gəlmir. Enerji resursları istehsal-
çılarının cari topdansatış qiymətləri fasiləsiz artımla xarakterizə olunur. Lakin bu 
dinamika heç d
ə qiymətlərin səviyyə və nisbətlərinin həm ölkə daxilində, həm də 
dünya bazar qiym
ətləri ilə müqayisədə normallaşmasma dəlalət etmir. Əksinə, 
ayrı-ayrı enerji növləri arasında olduğu kimi, enerji ilə əmtəə və xidmətlərin 
əksəriyyəti arasında sabit qiymət paritetsizliyi yaranmışdır. 
Ölk
əmizin müstəqillik dövrünə qədəm qoyduğu vaxtdan iniyə kimi yanacaq-
enerji sah
ələrində qiymət və tariflər sənayenin digər sahələrinə nisbətən 
əhəmiyyətli dərəcədə artmışdır. Nəticədə sənayenin bir çox sahələri, xüsusilə 
kimya, maşınqayırma, metallurgiya kimi enerjitutumlu sahələr iflic vəziyyətinə 
düşmüş, istehsal olunan məhsulların qiymətləri dünya bazar qiymətlərini ötüb 
keçmişdir. Bu isə məhsulun anbarlarında yığlıb qalmasına, istehsal güclərindən 
istifad
ə əmsalının azalmasına səbəb olmuşdur. Bütün bunlar enerjidaşıyıcılarının 
qiym
ətləri artırılarkən bu məhsullardan istifadə edən kimya, maşınqayırma, 
metallurgiya kimi sah
ələrdə istehsal olunan məhsulların dünya bazarında satılması 
üçün qiym
ətartırma imkanlarının nəzərə alınmaması ilə əlaqədardır. 
Keç
ən dövr ərzində yanacaq və enerjiyə qiymətlər kənd təsərrüfatı 
m
əhsulunun tədarük qiymətlərinə nisbətən daha sürətlə artmışdır. Əgər nəzərə 
alsaq ki, k
ənd təsərrüfatı yanacaq və enerjinin ən iri istehlakçılarından biri sayılır, 
onda bazar hakimiyy
ətinə əsaslanan qiymət disproporsiyalarının şahidi olmuş 
olarıq. Göründüyü kimi, milli gəlirin bir sahədən digər sahələrə yenidən 
bölüşdürülməsi qeyri-taraz qiymətlər sistemi vasitəsilə baş verir. Neft sənayesinin 
işinin ən yaxşı nəticəsini isə onun məhsuluna daha sürətli qiymət artımı ilə də izah 
etm
ək olar. 
İqtisadiyyatda qiymətlərin liberallaşdırılması yanacaq - enerji kompleksinin 
sah
ə-lərinə az təsir göstərmişdir. Belə ki, təbii qazın qiyməti təsbit olunmuş sayılır 
v
ə yalnız inflyasiyanın səviyyəsinə görə indeksləşdirilir; digər enerjidaşıyıcılarının 
satış qiymətlərinin respublika daxilində tənzimlənməsi hökumətin müvafiq 
q
ərarları ilə həyata keçirilir. Yanacaq - enerji kompleksinin işinin səmərəliliyini 
artırmaq və inflya-siyanın artım sürətini nəzərə almaqla Azərbaycan Respublikası 
Dövl
ət Neft Şirkətinin (ARDNŞ) İqtisadiyyat və Maliyyə nazirlikləri ilə 
ra
zılaşdırılmış təklifləri qəbul edilərkən xam neftin hər tonunun şirkət üzrə orta 
topdansatış qiymət, təbii qazın hər 1000 kub. metrinin topdansatış qiyməti təsdiq 
439 


olunur. ARDNŞ daxilində neftçıxarma idarələri üzrə neftin və təbii qazın qiymətini 
şirkət özü müəyyən edir. 
Neft hasilatı müəssisələrində neft və neft məhsulları üzrə müəssisənin 
topdansatış qiymətləri müəyyən edilərkən əvvəlcə 1 tonluq məhsulun maya 
d
əyərinin kalkulya-siyaları (adətən plan - maya dəyəri üzrə) aparılır. Həmin 
kalkulyasiyaların həqiqətə və iqtisadi reallığa uyğun olub - olmaması 
d
əqiqləşdirilir. Bundan sonra emal müəssisələ-rinin mənfəəti ayrı - ayrı məhsullar 
üzr
ə rentabellik səviyyəsinə görə hesablanır və hasilat maya dəyərinin üzərinə 
əlavə olunur. Məsələn, hazırda neft emalı müəssisələ-rində orta rentabellik 
s
əviyyəsi 9% (soba mazutu və kimya benzini üçün 6%, qalan bütün məhsullar üzrə 
is
ə 10% rentabellik) nəzərdə tutulur. Müəssisənin topdansatış qiyməti 
hesablandıqdan sonra neft bazalarının istehlakçılara buraxılış qiyməti və ya 
s
ənayenin topdansatış qiyməti üzrə hesablamalar aparılır. Bu zaman neft 
m
əhsullarına qoyulan aksiz dərəcələri nəzərə alınmaqla aksizlərin məbləği, vergi 
d
ərəcəsi nəzərə alınmaqla ƏDV-nin məbləği, yol vergisi nəzərə alınmaqla 
respublika daxilind
ə təchizat xərcləri və dövriyyədən Yol fonduna vergi hesablanır 
v
ə hökumət tərəfindən təsdiq olunmaqla müəssisənin topdansatış qiymətinin 
üz
ərinə əlavə olunur.
Azərbaycanda neftlə əlaqədar qiymətlərin iki standartda – daxili və xarici 
qiymətlərdə əksini tapması klassik reallığın təzahürüdür. 
Azərbaycanda neftə qiymətlərin müəyyənləşdirilməsi və tənzimlənməsi 
istiqamətndə sistemli tədbirlərin həyata keçirilməsi müşahidə olunur. Ölkəmizdə 
aşağıdakı bazar təsisatlarını formalaşdırmaqla neftin qiymətinin optimal tənzimlən-
məsinə nail olmaq mümkündür:

neft birjasının yaradılması; 

regional səviyyədə forvard və fyuçers əməliyyatına malik ticari bazarın 
formalaşdırılaraq inkişaf etdirilməsi; 

dövlət səviyyəsində neft və qaz, xüsusən də neft məhsulları sahəsində 
ehtiyat fondu yaratmaq. 
Hazırda ölkəmizdə qiymətlərin dövlət tənzimlənməsi Respublika Tarif 
(qiymət) Şurası tərəfindən, Respublika Nazirlər Kabineti tərəfindən 2005-ci il 28 
sentyabrında təsdiq olunmuş « Qiyməti (tarifi) dövlətin tənzimlədiyi məhsullar (iş 
və xidmətləri) üzrə Siyahı»
 
əsasında aparılır. Həmin siyahıda müxtəlif iqtisadiyyat 
sahələrini əhatə edən təbii və dövlət inhisarları və inhisarçı təsərrüfat subyektləri 
kimi 38 hədəf yer almışdır. Bunların içərisində Respublikada neft məhsulları üzrə 
topdansatış və pərakəndə satış qiymətləri və həm də, təbii qaz üzrə topdansatış, 
emal və nəqletmə tarifləri və təbii qaz üzrə pərakəndəsatış qiymət tarifləri xüsusilə 
diqqəti cəlb edir.
Azərbaycan Respublikasının dünyanın ölkələri ilə əməkdaşlığının 
genişlənməsi, iqtisadiyyatının sürətli inkişafı, beynəlxalq iqtisadiyyatda payının 
artması, milli təhlukəsizliyi, iqtisadi və strateji maraqları qorumaq ucun yetərli 
qədər maliyyə ehtiyatları ilə təmin edilməsi məhz müvəffəqiyyətlə aparılan neft 
440 


strategiyasının nəticəsidir. H.Əliyev yenidən hakimiyyətə gəlişi ilə birinci gundən 
etibarən neft sənayesini Azərbaycanda yaranan iqtisadi və siyasi bohranlardan 
cıxarmaqda rolunu yuksək qiymətləndirməklə həmin sahənin inkişafına can 
atmışdır. 1994-cu ilin 20 sentyabrın qeyd edilənlərin məntiqi nəticəsi kimi dunya 
üzrə 7 olkəni əhatə edən 11 xarici neft şirkətlə “Əsrin muqaviləsi” bağlanmışdır. 
Həmin muqaviləyə görə Azərbaycanın dunyanın dövlətlərinə leqal şəkildə bəyan 
edilməsi növbəti dovrlərdə muxtəlif dunya dövlətlərindən olan 40-dan artıq neft 
kompaniyası ilə əlavə şəkildə 30-dan çox
 
muqaviləni bağlamağa gətirib çıxardı və 
yekunda neft sektoru üçün sərmayə yatırımları 60 mlrd. dollar təşkil etdi. 
Azərbaycan Respublikasının yanacaq-enerji resursları istiqamətində uğurları 
bununla 
qurtarmadı. Enerji təhlukəsizliyinin təmin olunması sahəsində 2006-cı ildə 
Azərbaycanın Avropanın əsas tərəfdaşlardan birinə cevrilməsinin rəsmiləşməsi 

Azərbaycanla Avropa İttifaqı arasındakı energetika sahəsində tərəfdaşlıq barədə 
Anlaılşma
 
Memorandumu”
nun imzalanması ilə baş tutdu. Əgər Azərbaycan 2006-
cı ilə kimi RF-dən qaz idxal edirdisə, artıq 2007-ci ildən etibarən ölkəmiz qaz 
ixracatçısına cevrilmişdir. Azərbaycan Respublikasının yanacaq-enerji resurs-
larından effektiv istifadəsi olkənin enerji təhlukəsizliyini təmin etməklə yanaşı, 
beynəlxalq səviyyədə onun movqeyini mohkəmləndirdi ki, bu da Heydər Əliyevin 
uzaqgorənliyinin nəticəsidir. 
Ölkəmizdə enerji strategiyası istiqamətində qazanılan müsbət nəticələr az 
sonra Azərbaycanın sürətli iqtisadi inkişafında xüsusi önəm təşkil etdi və ölkənin 
iqtisadiyyatının inkişafı öz dinamikliyini təmin etdi. Göründüyü kimi, Umummilli 
lider Heydər Əliyev tərəfindən neft strategiyası proqramının hazırlanması və onun 
həyata kecirilməsi istiqamətində muhum addımlar atılması ölkə iqtisadiyyatına 
daxil olan neft gəlirlərinin duzgun istiqamətləndirilməsinə, bununla da əhalinin 
rifah halının yuksəldilməsinə və muhum sosial-iqtisadi layihələrin həyata 
kecirilməsinə yönəldilmişdir. Həmin addımlar arasında daha əhəmiyyətlisi neft 
gəlirlərindən effektiv istifadə, nəsillər arasında ədalətli bolgu və neft sektorunda 
şəffaflığı təminetmə yönümündə 1999-cu ildə Azərbaycan Respublikası Dovlət 
Neft Fondunun təsis olunmasıdır. Zaman keçdikcə Dovlət Neft Fondu ölkənin 
beynəlxalq maliyyə qurumuna cevrilməklə onun fəaliyyəti respublikanın milli 
maraqlarını qorumağa yönəlmişdir. Neft Fondunun köməyilə neft gəlirlərinin 
strateji baxımdan mühüm əhəmiyyət kəsb edən infrastruktur yaratmağa, ciddi 
sosial problemləri aradan qaldırmağa istiqamətlənmişdir. Bundan əlavə, ölkə 
əhalisinin indiki sosial-iqtisadi problemlərini həll edən Neft Fondu, gəlirləri 
gələcək nəsillər üçün qoruyub saxlamağa yönəlik işlər görür. Statistik məlumatların 
təhlilindən aydın olur ki, neft gəlirləri Neft Fondunun vasitəçiliyi ilə effektiv 
formada iqtisadi inkişafa yonəltmişdir. Neft Fondunun mədaxili təsis edildiyi 2001-
ci illə 2015- ci il arasında, yəni 15 il ərzində 125 mlrd. dollara yaxın olmuşdur ki, 
bunun da 27%-
ni yığıma yönəlmişdir.
Neft Fondunun vəsaiti 2017-ci ilin əvvəlinə 57 mlrd. manata və ya 33,2 
mlrd. ABŞ dollarına yaxın olmuşdur.Ölkədə neft strategiyası uğurla reallaşdırıl-
441 


dığına görə son illər ərzində iqtisadi artımda yüksəlişin real şahidi olmuşuq. AR 
DSK-
nın məlumatına görə, 2000-ci ildə respublika üzrə neft hasilatı 14,0 mln. 
tondan 2010-
cu ildə 51 mln. tona çatmış, 2015 və 2017-ci illərdə isə bir qədər 
azalaraq müvafiq surətdə 42 mln. tona və 39 mln. tona enmişdir, qaz hasilatı isə 
müvafiq olaraq 2000-
ci ildə 5,6 mlrd. kub metrdən 2010-cu ildə 26,3 mlrd. kub 
metrə, 2015-ci ildə 29,7 mlrd. kub metrə qədər artmış, 2017-ci ildə isə bir qədər 
azalaraq 28,6 mlrd. kub metr təşkil etmişdir. Nə-ticədə, məcmu daxili məhsul 
2000-
ci illə müqayisədə 2010-cu ildə 10 dəfə,
 
2015-
ci ildə 11,6 dəfə, 2017-ci ildə 
isə 12,5 dəfə artmışdır. 
Bundan əlavə, 2003-2017-ci illərdə Neft Fondunun dovlət budcəsi üçün 
transfertlərin həcmi 64 mlrd. manata yaxın olmuşdur. 2017-ci il ərzində 
Azərbaycanın dovlət budcəsi gəlirləri 17,5 mlrd. manat təşkil etmişdir ki, bunun da 
46 faizdən çoxu fondun transfertlərinin payına düşür. 
Son illərdə Azərbaycan üzrə makroiqtisadi gostəricilərdə muşahidə olunan 
bu artımların əsasında uğurla aparılan effektiv neft strategiyası durur. Nəticədə
UDM-
də neft-qaz sektorunun xüsusi çəkisi orta hesabla 45-50 faizə, budcə 
gəlirlərində xüsusi çəkisi 70-75 faizə, ixracda xüsusi çəkisi isə 90 faizə çatmışdır. 
İqtisadiyyatda neft sektoru böyuk xüsusi çəkiyə malik olmasına rəğmən, neft 
gəlirlərinin hesabına formalaşmış infrastruktura əsasən qeyri-neft sektoru da surətlə 
inkişaf edir və gələcək illərdə neftdən asılılığın aradan qaldırılmasına xidmət edir. 
Həmçinin neft gəlirləri gəlirliyin səviyyəsi baxımından ölkəmizin reytinqini 
yuksəltməyə şətirib çıxarmışdır. Qeyd edək ki, BVF-nin öz fəaliyyətində 
beynəlxalq səviyyədə 1,4 mlrd. insanın yaşadığı 51 olkəni “resursla zəngin” olkələr 
kateqoriyasına daxil edir. Həmin dövlətlər ixrac və fiskal gəlirlər üzrə ən azı 20%-i 
bərpa edilməyən təbii resurslar vasitəsilə aparırlar[44].
Azərbaycan ixracın 90%-dən coxunu, budcə gəlirlərinin 75%-ni, UDM-in 
isə ən azı 45%-ni neft-qaz sektorundan təmin edən olkə kimi “resursla zəngin” 
olkələr kateqoriyasında orta gəlirli olkə yerini tutmuşdur. 
Bundan başqa, məcmu qənaətin əsas hissəsi neft və qaz hasilatı sahəsi 
hesabına təmin edilmişdir. Belə ki, neft sektorunun ÜDM-də payı 2009-cu ildə 
45,1 faizə, 2010-cu ildə 48,0 faizə, 2014-cü ildə 36,6 faizə, 2015-ci ildə isə 25,3 
faizə bərabər olmuşdur. Bu sahənin məhsulunun əsas hissəsi də ixrac olunmuşdur. 
Belə ki, 2015-ci ildə ölkədə ixracın həcminin 86,0 faizi neft, qaz və neft 
məhsullarının payına düşmüşdür. Bu da bu sahənin ümumi məhsul həcminin 
təqribən 80 faizinə bərabər olmuşdur. Göründüyü kimi, ÜDM-in böyük hissəsi 
ixrac məhsullarının istehsalı hesabına yaranmışdır ki, bu da S.Kuznetsin qeyd 
etdiyi amillərin Azərbaycanda investisiya qoyuluşlarını məhdudlaşdırmadığını 
göstərir. Bundan başqa, neft və qaz hasilatı sahəsində yaranan əlavə dəyərin 
əhəmiyyətli hissəsini renta təşkil edir. Belə ki, 2014-cü ildə bu sahədə ümumi 
buraxılışda aralıq istehlakın payı 33,1 faizə, əmək haqqının payı 12,4 faizə, əsas 
fondların istehlakının payı 3,2 faizə, xalis mənfəətin payı isə 50,7 faizə bərabər 
olmuşdur. Xalis mənfəətin payının belə yüksək olması bunun tərkibinə rentanın da 
442 


daxil olması ilə əlaqədardır. Nəticədə, əldə edilmiş renta hesabına mövcud istehsalı 
inkişafına iri həcmli investisiya qoyuluşları üçün əlverişli şərait yaranır.
Azərbaycanın enerji strategiyası hazırda da uğurla davam etdirilir. Azərbaycanın 
yaxından iştirak etdiyi və maliyyələşdirdiyi “Şahdəniz-2” layihəsinin gercəkləş-
dirilməsi və Transanadolu qaz kəmərinin cəkilişi yaxın gələcəkdə Avropanın qazla 
təminatında olkəmizin statusunu daha da yuksəldəcəkdir. Azərbaycan uğurlu neft-
qaz strategiyası sayəsində Avropanın artan enerji tələbatının odənilməsi və 
dunyada enerji təhlukəsizliyinin təminatı sahəsində ən əlverişli tərəfdaşlardan 
hesab olunur. Dunyada 
alternativə malik enerji mənbəsi hesab edilən Xəzər region 
üzrə neft- qazın istehsalla əlaqədar başlıca maliyyə risklərindən biri məhsulun 
dunya bazarına təhlukəsiz və sərbəst marşrutlarla cıxarılması ilə bağlıdır. Bu 
mənada Azərbaycan ozunun və tərəfdaş olduqlarının hasil etdikləri neft-qaz 
məhsullarını xarici bazara cıxarılması və ixrac marşrutlarının şaxələndirilməsi 
sahəsində Xəzəryanı olkələr icərisində ən əlverişli movqeyə malikdir. Digər 
Xəzəryanı olkələrlə muqayisədə olkənin enerji ixracı riskləri cox aşağıdır. Hal-
hazırkı şəraitdə Bakı–Tiflis–Ceyhan, Bakı–Supsa, Bakı–Novorosiysk kimi il 
ərzində gucu təqribən 70 mln. t. olan uc neft kəmərinin, Bakı–Tiflis–Ərzurum, 
Bakı–Astara–İran və Bakı–RF kimi il ərzində gucu təqribən 35-45 mlrd. m
3
olan 
maye qaz kəmərinin movcudluğu Azərbaycan və onun tərəfdaş olduqlarının enerji 
ixracatı sahəsində geoiqtisadiyyat riskləri sıfıra endirmişdir. Avrasiyanın strateji 
əhəmiyyətli transit olkələrindən biri olan Azərbaycanın Şərq–Qərblə ticarəti, 
energetika, yanacaq və nəqliyyat- kommunukasiya əlaqələrinin (xətlərinin) 
mərkəzində yer alır. Azərbaycanın bu movqeyi getdikcə guclənir[6].
Karbohidroge
n ehtiyatlarını hasil etmək və Avropanın bazarına catdırılması 
məqsədilə reallaşdırılan böyük layihələr Avropa üzrə neft-qazla təminatı üzrə 
ölkəmizin onəmli yer tutmasına şərait yaratmışdır. 
Hökum
ət tərəfindən iqtisadi siyasətin yürüdülməsi zamanı dünya bazarındakı 
qiym
ətlərin nəzərə alınmaması yerli istehlakçıların və istehsalçıların ziyan 
ç
əkməsinə səbəb ola bilər. Odur ki, dünya bazarında neftin və neft məhsullarının 
qiym
ətləri aşağı düşdükdə daxili bazarda da onların qiymətləri aşağı salınmalıdır. 
Yanacaq - 
enerji kompleksinin inkişafının səmərəliliyi xeyli dərəcədə təbii 
resurs-
ların məniMCənilməsi prosesinin müxtəlif mərhələlərində optimal 
m
əniMCənilmə strategiyasının seçilməsi ilə müəyyən edilir. Belə bir strategiyanın, 
faydalı qazıntı ehtiyatlarının daha səmərəli istiqamətinin və işlənib hazırlanası 
obyektl
ərinin müəyyən edilməsi, elmi-texniki tərəqqinin inkişafı, təbiətdən istifadə 
üzr
ə investisiya və ekoloji siyasətin təkmilləşdirilməsi nöqteyi - nəzərindən 
əsaslandırılması resursların iqtisadi qiymətləndirilməsinin predmet dairəsini təşkil 
edir. 
Mineral xammal resurslarının iqtisadi cəhətdən qiymətləndirilməsi xarici 
ölk
ələrdə xeyli dərəcədə geniş tətbiq olunur. Müxtəlif ölkələrdə onun aparılmasının 
m
əqsədi, meyarları və obyektləri torpaq və faydalı qazıntılar üzərində mülkiyyətin 
forması, habelə iqtisadiyyatın bu bölməsində əmtəə-pul münasibətlərinin inkişafı 
443 


il
ə xarakterizə olunur. Torpağın və faydalı qazıntı yataqlarının alqı-satqı obyektləri 
olduğu inkişaf etmiş bazar ölkələrində resursların iqtisadi qiymətləndirilməsi 
onların məniMCənilməsindən gözlənilən mənfəətin müəyyən edilməsinə əsaslanır. 
Bu zaman k
əşfiyyat işləri üçün sahənin icarəyə götürülməsi, kəşf edilmiş yataqların 
s
ənaye tikililərinə kapital qoyulması, istismar olunacaq yataqların əldə olunması 
üzr
ə məqsədəuyğunluğun əsaslandırılması qiymətləndirmənin məqsədi kimi çıxış 
edir. Bundan başqa, iqtisadi cəhətdən qiymətləndirmədən istifadə etməklə yatağın 
m
əniMCənilməsinin, faydalı qazıntının hasilatı və emalı, onun kompleks istifadəsi, 
habel
ə təbiətin mühafizəsi tədbirləri üzrə yeni metodların tətbiqinin texniki-
texnoloji sxeminin 
əsaslandırılması aparılır. Resursların iqtisadi qiymətləndirilmə-
sini aparan subyektl
ər əsasən mineral - xammal yataqlarının geoloji tədqiqində, 
hazırlığında və işlənməsində iştirak edən müəssisə və təşkilat qrupları (dövlət 
geologiya xidm
ətləri, fərdi sənaye şirkətləri və ayrı-ayrı sahibkarlar) sayılır. 
T
əsərrüfatçılığın bazar sistemi şəraitində resursların iqtisadi qiymətləndirmə 
obyektl
əri kimi yataq axtarışları üçün perspektiv torpaq sahələri, müxtəlif 
öyr
ənilmə mərhələlərində yerləşən aşkara çıxarılmış yataqlar, tam kəşf olunmuş 
yataqlar, habel
ə öz yataqlarından və hasilat müəssisələrindən ibarət dağ-mədən 
kompleksl
əri çıxış edə bilər. Perspektiv torpaq sahələrinin iqtisadi cəhətdən 
qiym
ətləndirilməsi onların icarəyə götürülməsi və ya icarədən çıxarılmasının 
m
əqsədəuyğunluğunun müəyyən edilməsi üçün əsas sayılır. Aşkara çıxarılmış 
yataqlar üçün qiym
ətləndirmənin nəticələri geoloji-kəşfiyyat işlərinin davam 
etdirilm
əsi zəruriliyi ilə müəyyən edilən meyar kimi çıxış edir. Və nəhayət, əgər 
k
əşf olunmuş yatağın sahibi onun məniMCənilməsinə kapiatl qoymağı 
planlaşdırmırsa, onda qiymətləndirmənin nəticələrinə görə həmin yatağın satılması 
v
ə ya alınmasının məqsədəuyğunluğu haqqında məsələ həll olunur. 
Yuxarıda sadalananlarla əlaqədar olaraq demək olar ki, mənfəət resursların 
iqtisadi qiym
ətləndirilməsinin əsas və əslində yeganə meyarı sayılır. Sərf olunmuş 
kapitalın ödənilməsi müddəti də mühüm əhəmiyyət kəsb edir. 
Ona gör
ə də yataqların iqtisadi cəhətdən qiymətləndirilməsinin xarici 
ölk
ələrdə tətbiq dilən metodları arasında, gözlənilən mənfəətin hesablanmasında 
vaxt amilini n
əzərə alan metodlar daha geniş yayılmışdır. 
Resursların iqtisadi cəhətdən qiymətləndirilməsinin inkişaf etmiş bazar 
ölk
ələrində tətbiq olunan hesablamaları üçün əsas düsturlar cədvəldə verilmişdir. 
Metodların mahiyyəti müasir faydalı qazıntı qiymətliləri şəklində hesablanan 
resursların məniMCənilməsindən gözlənilən diskotlaşdırılmış mənfəətin müəyyən 
edilm
əsindən, bu qiymətlilərin kapital qoyuluşu ilə birgə rentabellik indekslərinin 
hesablanmasından, kapital qoyuluşunun daxili qayıdış normasının qiymətlən-
dirilm
əsindən ibarətdir. Resursların iqtisadi qiymətləndirilməsinin və tətbiq olunan 
metodların reallaşdırılmasmm dəqiqliyi praktiki mülahizələrə əsaslanır. Yatağın 
m
əniMCənilməsi haqqında qərar çoxvariantlı optimallaşdırma hesablamaları 
əsasında qəbul olunur. 

Yüklə 5,84 Mb.

Dostları ilə paylaş:
1   ...   264   265   266   267   268   269   270   271   ...   302




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin