Azərbaycan miLLİ elmlər akademiyasi


بَدِيعُ السَّمَاوَاتِ وَالأَرْضِ وَإِذَا قَضَى أَمْراً فَإِنَّمَا يَقُولُ لَهُ كُن فَيَكُونُ



Yüklə 6,47 Mb.
səhifə132/232
tarix30.12.2021
ölçüsü6,47 Mb.
#20521
1   ...   128   129   130   131   132   133   134   135   ...   232
بَدِيعُ السَّمَاوَاتِ وَالأَرْضِ وَإِذَا قَضَى أَمْراً فَإِنَّمَا يَقُولُ لَهُ كُن فَيَكُونُ

“Göyləri və yeri icad edən (yoxdan yaradan) Odur. Bir işin yaran­ma­sını istədiyi zaman, ona (o işə) yalnız: “Ol !” – deyər, o da (fövrən) olar” (Bəqərə: 117).

Beytin üçüncü misrasında isə on iki qapı ifadəsi ilə on iki ulduz, on iki İmam Rəsuli – Əkrəm (s.a.s) əhli-beytindən, Peyğəmbər salavatul­lah və qızı hz.Fatimədən (ə) başqa olan məsumlara işarə edilir (6, 237-238).

Hədislərin birində Peyğəmbər belə buyurdu: “İnsanların işi o vaxta qədər davam edəcəkdir ki, onlar üçün on iki xəlifə olsun və onların hamısı Qureyşdəndir”.

“Qəza qələm alıb yazı yazanda” – misrası ilə ustad aşıq Quranı-Kə­rimin Məkkədə nazil olmuş “Nun və Qələm” surəsinə – mələklərin löv­hi-məhfuzda insanların qəzavü-qədərinin məhz qələmlə yazılmasına işa­rə edir, təşxis sənəti ilə cansız qələmi canlandıraraq onun xilqətin hə­ya­tındakı rolunu vurğulayır (6, 236). Dilsuz və Xəzangül dastanından bir nümunə:

Gözəllər köksündə sərxoş gəzəndə,

Gül nərgizi dəstdə tutub üzəndə.

Qəza qələm alıb yazı yazanda

Bəxtin qara yazan verdi güllü bağ.(5.s.42)

Yalnız ərəb-İslam mədəniyyətində deyil, bütün dünyada öz bən­zər­siz bəlağəti ilə seçilən Quranın mövzu, motiv və islahatları ədəbiyyatda işlədilərək onun məna dəyərini artırmış, hikmət, ibrət və nəsihətin in­sanlığa çatdırılmasında önəmli rol oynamışdır.

Qəzavü-qədər bu sayaq istilahlardandır. Istər xalq yaradıcılığında, istərsə də klassik irsdə bu mövzuya geniş yer verilmişdir. “Məhəmməd və Güləndam” dastanının ustadnamə hissəsində də bu məsələ ürəyə ya­tım­lı, sadə xalq dilində öz əksini tapmışıdır:

Qazav-qədər başa salsa qaranı,

Döylətə dost olan etməz çaranı.

Kasatlığa düşsə kəsər aranı,

Tikə dostu dövlət, malı gözdiyər (8.s.7)

İnsan qədərini hansı amillərin həll etdiyini Qurani-Kərimin ayələrin­dən aydın şəkildə anlaya bilərik (Bir-birinizin malını haqqınız olmadığı hal­da yeməyin – Bəqərə: 188); (Allaha tam bir itaətlə boyun əyməyincə - Nisə: 65); (İnsanlar arasında ədalətli hökm olmazsa,onlara zülm edi­lərsə - Yunus: 54); Məryəm: 61, əz-Zumər: 69, əl-Qiyamə: 13

Bütün bunlardan belə nəticə çıxır ki, bəşər övladının yaranışından tutmuş keçdiyi ömür yolu Allah-Təalanın nəzəri altındadır.

Allaha sığınan Onun mərhəməti, rəhmi nəticəsində haqq yoluna gə­lər, digər bir qismi isə haqdan qaçaraq zəlalətə düçar olar.




Yüklə 6,47 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin