Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 6,47 Mb.
səhifə30/232
tarix30.12.2021
ölçüsü6,47 Mb.
#20521
1   ...   26   27   28   29   30   31   32   33   ...   232
Gəncə

  1. Əbilov və Haqverdiyevin mətbəəsi.

  2. Əhməd Hacı Həsənzadənin mətbəəsi.


Daşkənd

  1. «Qulamiyyə» mətbəəsi.

  2. Yakovlevin» mətbəəsi.

  3. Portsev qardaşlarının litoqrafiyası.

  4. Tipo-litoqrafiə naslednikov İ.S.Laxtina.



Mahaçqala

  1. Petrovski mətbəəsi.


Teymurxan – Şura

  1. Mirzoyev mətbəəsi.


Şuşa

  1. Məsihi ruhaniyyəsinin vəqf basmaxanası.

  2. M.M.Nəvvabın şəxsi litoqrafiya mətbəəsi.

  3. Şuşa erməni ruhaniyyəsinin basmaxanası.


Qazan

  1. B.L.Dombrovskinin mətbəəsi.

  2. «Kərimiyyə» mətbəəsi.

  3. «Maarif» mətbəəsi.

  4. «Ümid» mətbəəsi.


Təbriz

  1. Darültəbai-Darüssəltənə.

  2. «Elmiyyə» mətbəəsi.

  3. Əsədullanın karxanası.

  4. «Maarif» mətbəəsi.

  5. «Məhəmmədiyyə» mətbəəsi.

  6. Rzai çapxanası.

  7. Hacı Əhmədağanın mətbəəsi.

  8. «Həqiqət» mətbəəsi.

  9. Karxaneyi Əsəd ağa.


Tehran

  1. Dövlət mətbəəsi.

  2. «Ənis» mətbəəsi.

  3. Ərməğan mətbəəsi.

  4. Karxanaye Ağa Mirzə Həbibulla.

  5. Karxaneyi Hacı Ibrahim.

  6. Mətbəei-bəradərani-Bağırzadə.

  7. Mətbəei-Mehr.

  8. Mətbəei-Müdərrin.

  9. Mətbəei-Rövşənai.

  10. Mətbəei-Səadət.

  11. Mətbəei-Təməddün.

  12. Mətbəei-Tülu.

  13. Mətbəei-Ümmid.

  14. Mətbəei-Farrsu (Farus).

  15. Mətbəei-Fərhuməndi-Nasiriyyə.

  16. Mətbəei-Xavər.

  17. Mətbəei-Xurşid.

  18. Mətbəei-Şərq.

  19. Mətbəei-Şəfəq.

  20. Mətbəei-Şurəvi.

  21. Çapxaneyi-Məclis.

  22. Çapxaneyi-Firdovsi.

  23. Şirkəti-çapxaneyi-elmi.


Rəşt

  1. Mətbəei-Firdovsi.


İsfahan

  1. Çapxaneyi-Əxgər.


Misir

  1. Xeyriyyə mətbəəsi.

  2. «Bulaq» mətbəəsi.

  3. «Ictihad» mətbəəsi.

  4. Kürdüstanül-amiyyə mətbəəsi.

  5. «Maarif» mətbəəsi.

  6. «Möminiyyə» mətbəəsi.

  7. «Hindiyyə» mətbəəsi.

  8. «Elmiyyə» mətbəəsi.


İstanbul

  1. «Aləm» mətbəəsi.

  2. Vəqt mətbəəsi.

  3. Bəhriyyə mətbəəsi.

  4. «Qədr» mətbəəsi.

  5. «Qərəbət» mətbəəsi.

  6. «Kain Rza əfəndi» mətbəəsi.

  7. «Darüssəadə» mətbəəsi.

  8. Darültəbaətül-Amirə.

  9. «Etimad kitabxanası».

  10. «Əxtər» mətbəəsi.

  11. Əhməd Ehsan mətbəəsi.

  12. «İqdam» mətbəəsi.

  13. Kain mətbəei-İraniyyə.

  14. Məktəbi-Sənaye mətbəəsi.

  15. Mətbəei-nami-Mahmud bəy.

  16. «Məmin» mətbəəsi.

  17. «Nəfasət» mətbəəsi.

  18. «Nəcib istiqbal» mətbəəsi.

  19. «Minbər» mətbəəsi.

  20. «Müdafiə» mətbəəsi.

  21. «Nişan Babikyan» mətbəəsi.

  22. «Oqafi islamiyyə» mətbəəsi.

  23. «Orxaniyyə» mətbəəsi.

  24. «Səlanik» mətbəəsi.

  25. «Səhab» mətbəəsi.

  26. «Tatevus Devidçiyan» mətbəəsi.

  27. «Tənin» mətbəəsi.

  28. «Təsvire əfkar» mətbəəsi.

  29. «Xeyriyyə» mətbəəsi.

  30. «Hikmət» mətbəəsi.

  31. «Cəmil-Samson» mətbəəsi.

  32. «Şəms» mətbəəsi.

  33. Şirkəti mürəttibiyyə mətbəəsi.

  34. «Şövqi» mətbəəsi.

  35. Mətbəei-Əli bəy.

  36. Yəhya əfəndinin mətbəəsi.


Dərsəadət

  1. Arif əfəndinin mətbəəsi.

  2. «Bəsirət» mətbəəsi.

  3. «Qənaət» mətbəəsi.

  4. «Kaspar» mətbəəsi.

  5. «Məktəbi-Hərbiyyə» mətbəəsi.

  6. «Mənzumeyi-əfkar» mətbəəsi.

  7. «Osmaniyyə» mətbəəsi.

  8. «Səncaqciyan» mətbəəsi.

  9. «Səha» mətbəəsi.

  10. «Hilal» mətbəəsi.

  11. Hüquqiyyə mətbəəsi.

  12. «Şirkəti-səhafiyeyi-osmaniyyə mətbəəsi.

  13. Məhərrəm əfəndinin mətbəəsi.


Bağçasaray

  1. «Tərcüman» mətbəəsi.


Lahur

  1. Gülzari-Məhəmməd mətbəəsi.


Laknau

  1. Münşi mətbəəsi.

  2. Nəvəlkəşur mətbəəsi.


Kəlküttə

  1. Firdovsi mətbəəsi.

  2. «Həblül-mətin» mətbəəsi.


Dehli

  1. Mətbəei-«Məhəmmədi».

  2. «Laknau» mətbəəsi.


Kanpur

  1. Mətbəei-Nizami.


Peterburq

  1. İmperator mətbəəsi.

Polşa

  1. Breslav.


Möhsün Nağısoylu,

Şəhla Abdullayeva

(Əlyazmalar İnstitutu)
Şeyx Səfİəddİn Ərdəbİlİnİn

Fərİdəddİn Əttar beytlərİnə şərhİ
Şeyx Səfiəddin Ərdəbili (1252-1334) orta əsr Azərbaycan ic­timai-siyasi və bədii-fəlsəfi fikrinin görkəmli nümayəndələrindən biri sayılır. 1252-ci ildə Ərdəbil şəhəri yaxınlığındakı Kəlxoran kən­dində dünyaya gəlmiş Sə­fiəd­din uşaqlıq çağlarından öz qeyri-adi keyfiyyətləri ilə yaşıdlarından se­çil­miş, onu düşündürən, qəl­binə rahatlıq verməyən dini-irfani suallara ca­vab axtarışında ol­muşdur. Bu düşüncələr gənc Səfiəddinin gənclik illərində Şira­za üz tutmasına səbəb olmuşdur. Şihabəddin Sührəvərdinin (1145-1234) şagirdi Şeyx Nəcibəddin Bozğuşla (vəf. 1277) gö­rüş­mək arzusunda olan Şeyx Səfiəddin Şiraza çatanda onun ölüm xəbə­rini eşidir. Daha sonra 25 yaşlı Səfiəddin Şirazın məşhur sufi şeyxlərinin məsləhəti ilə Lənkəran şəhəri yaxınlığında yerləşən Həlyəkərana, Şeyx Zahid Gilaninin (1218-1301) yanına gedərək onun müridi olur, mürşidindən bilik, mərifət öyrənir və irfanın incəliklərinə yetərincə bələd olur (1, 10, 11).

Hələ Şeyx Zahid Gilaninin sağlığında onun canişini təyin edilən Şeyx Səfiəddin çox keçmir ki, Ərdəbilə qayıdır və burada 35 il “Darül-irşad” adlı xanəgaha rəhbərlik edir. Səfəviyyə təriqətinin qurucusu və başçısı kimi fəaliyyət göstərərək çox sayda irfan əhli yetişdirən Şeyx Səfiəddin Ərdəbili 1334-cü ildə Həcc ziyarətinə gedir və Məkkədən qayıdandan 12 gün sonra dünyasını dəyişərək Ərdəbildə dəfn edilir (1, 11).

Şeyx Səfidəddin Ərdəbili bədii yaradıcılıqla da məşğul olmuş, doğma ana dili olan türkcə ilə yanaşı, farsca və Zahid Gilaninin yanında olarkən öyrəndiyi gilək dilində də yazmışdır. Qaynaqlarda Səfiəddinin sufi ədəb-ərkanına dair risalə və şeirlərinin “Qara məcmuə” adlı irihəcmli bir kitabda toplanması haqqında məlumat verilir. Tam şəkildə əlimizə gəlib çatmayan bu kitabın bəzi hissələrini iranlı alim Hüseyn Düzgün Sədiq (doğ. 1945) bir neçə əlyazma toplularından taparaq “Qara məcmuə” adı altında nəşr etmişdir (4).

Şeyx Səfiəddin Ərdəbilinin adı ilə bağlı bir məşhur kitab da mövcuddur ki, bu kitab elmi-tənqidi mətnini Təbrizli alim Qulamrza Təbatəbai Məcdin (doğ. 1949) nəşr etdirdiri “Səfvətüs-səfa” əsəridir (3). “Səfvətüs-səfa”nı Şeyx Səfiəddinin oğlu və xəlifəsi Şeyx Sədrəddinin (vəf. 1391-92) tövsiyəsi ilə İbn Bəzzaz Ərdəbili (vəf. 1358-ci ildən sonra) yazmışdır. İbn Bəzzaz bu əsərdə Şeyx Səfiəddinin həyatı və möcüzə səciyyəli kəramət­lərini geniş və dolğun şəkildə göstərməyə nail olmuşdur. 12 babdan ibarət olan “Səfvətüs-səfa” əsəri Səfiəddin Ərdəbilinin yaxın­la­rı­nın, onu tanıyan­ların dilindən söylənmiş kiçik hekayələr şəklində qurulmuşdur. Əsasən nəsr­lə yazılmış bu əsərdə ərəb və fars dillərində kiçik şeir parçaları da veril­mişdir ki, onlar nəsrlə ifadə olunmuş fikri tamamlayaraq, bədii təsir gücünü daha da qüv­vətləndirir. Bu əsər XIII-XIV əsrlərdə Azərbaycanda baş ver­miş hadisələri, dövrün ictimai-siyasi durumunun ümumi mənzərəsini, xal­qın həyat və məişəti, fəlsəfə və ədəbiyyatla bağlı bir sıra incə məqam və mət­ləbləri çatdırmaqla yanaşı, sufi təlimini, yön və istiqamətlərini, səciy­yəvi cəhətlərini öyrənmək baxımından çox dəyərli mənbədir.

Əsərin IV babında Şeyx Səfiəddinin məşhur sufi şairləri Həkim Sənai Qəzvini (1070-1140), Fərdəddin Əttar Nişapuri (1155-1227), Movlana Cəlaləddin Rumi (1207-1273), Övhədə­ddin Kirmani (vəf.1238) və b. şairlərin şeirlərindən müxtəlif beyt­­lərə izahı və açıqlamaları verilmişdir. Bu bab təsəvvüf ədə­biyyatının ətraflı araşdırılması baxımından xüsusi əhəmiyyət da­şı­yır (1, 13).

Əsərdə ən çox şərhi verilən beytlər Fəridəddin Əttara məx­susdur. Bu beytlərə verilən açıqlamalar, çox yəqin ki, Şeyx Səfiəddinin özünə məxsus olan şeir parçaları ilə müşayiət olunur. Bu şeir parçaları fars dilindədir və bilavasitə izahı verilən nümu­nələrin məzmunu ilə bağlıdır.

“Səfvətüs-səfa”da açıqlanan Əttar beytlərindən bir neçəsinə nəzər salaq. İlk olaraq Şeyx Səfiəddin Əttarın aşağıdakı beytinə açıqlama verir (Onu da qeyd edək ki, bu beytə Əttar “Divan”ının əlimizdə olan çapında rast gəlmədik):

از بشری رسته بود باز برای بشر

تا به کمال آورد خانه نقصان گرفت

Beytin şərhində Şeyx Səfiəddin Ərdəbili belə buyurur ki, salik o zaman bəşəriyyətdən xilas olar ki, ilahi cəzəbələri dərk etmiş və onlara tutulmuş olsun. Yəni salik nə qədər ki əqli ilə bəşəriyyət aləmində bu halından məhcub olub nöqsanda qalar, eləcə də bəşəriyyətlə əqlə bağlı olar. İlahi cəzəbələrdə bəşəriyyət aləmin­dən xilas olan salikdən artıq bəşəri aləmin fikri alınar. O, mərifət əldə edər, sirləri dərk edər və “mərifətullah”a yetişər, yəni öz Allahını tanıyıb dərk edər. Demək, əgər o aləmdə qalarsa və onu bəşəri aləmə göndərməzlərsə, irşad və tərbiyə oluna bilməz. Bu səbəbdən, yenə də irşad, kamillik və tərbiyə üçün onu nöqsan evi olan bəşər aləminə göndərərlər ki, tərbiyə, irşad və kamilləşmə ilə məşğul olsun (3, 540).

ترسابچه مستم همچو بت روحانی

از دیر برون آمد سرمست بنادانی

(5, 601, q.805, b.1)

(Sərxoş bir kafir balasıyam, sanki bir ruhani gözəl

Kilsədən nadan tək sərxoş halda çölə çıxdı)

“Səfvətüs-səfa”da qeyd edilir ki, bu nümunə Şeyxin hüzu­runda düzən­lənən səma' məclisində oxunarkən müridlər səma'ya qalxaraq “əleyhis-səlat vəs-səlam” demişlər. Çünki müridlər beyt­dəki “tərsabəççe” (“kafir övladı”, “xaçpərəst övladı”) sözü­nün Hz.Məhəmmədə (s) aidliyini düşünərək güman etmişlər ki, bu söz Peyğəmbərin kafirlər içindən peyğəmbərlik mə­qamına yük­səlməsinə işarədir. Şeyx Səfiəddin müridlərin bu məsələdə ya­nıldığını göstərərək “tərsabəççe” sözünün yuxarıdakı beytdə əslində başqa mənada işləndiyini belə açıqlamışdır: Saliklərin önündəki çoxsaylı yollar­dan biri də ruhanilər aləmidir. “Tərsa­bəç­çe” də həmin aləmin adamıdır, çünki tərsaların hamısı “Ruhu­llah” ləqəbi ilə tanınan Hz.İsanın ümmət­lə­ridir (3, 537, 538). Qeyd etmək lazımdır ki, irfani ədəbiyyatda “tərsabəççe” kamil şeyx və ya saliki ifadə edir. Bu söz həmçinin qeybdən gələn vari­data, Haqqın müşahidəsindən və təcəlli anlarından doğan, arifin qəlbini təfriqə­dən xilas edən ruhani hala işarədir (2, 178).

Şeyx Səfiəddin həmin beytin açıqlaması ilə bağlı qeydlərində onu da vurğulayır ki, salik, ruhanilər aləminə baş vurarkən orada göyçək üzlər və gözəl yerlər görər, ona görə də tərsalar kimi kilsə, xaç və zünnarla üzləşə­rək bu aləmdə ilişib qalar.

Maraqlıdır ki, “Səfvətüs-səfa”nın 1543-cü il tarixli türkcəyə tərcümə­sində bu beyt Cəlaləddin Rumiyə aid edilir (1, 441). Məlum olduğu kimi, Mövlana “Divan”ının ən kamil nüsxəsi gör­kəmli İran alimi Bədiüzzaman Füruzanfər tərəfindən hazır­lan­mış­dır və bu beytə Əttar “Divan”ında rast gə­lindiyi halda (5, 601), ən kamil Mövlana “Divan”ında rast gəlinmir. Onu da qeyd etmək lazımdır ki, Əttar “Divan”ının Bədiüzzaman Füruzanfər tərəfindən hazırlanmış nüsxəsində bu beyt bir qədər fərqli veril­mişdir: “məst” (مست) sözü “lül” (لول) sözü ilə əvəz edilmiş, ikinci misrada sözlər bir qədər fərqli ardıcıllıqla verilmişdir.

Daha bir beytin şərhinə nəzər salaq:

هر که در راه حقیقت از حقیقت بی نشان شد

مقتدای عالم آمد، پیشوای انس و جان شد

(5, 288, q.257, b.1)



(Kim ki, həqiqət yolunda həqiqətdən bir nişanə qoymadı,

Aləmdə örnək sayılan oldu, bütün canlıların öndəri oldu)

Şeyx bu beytin açıqlamasını belə verir: talib təriqətdə və əql aləmində olduğu müddətdə onun bir əlaməti – nişanı olar. İlahilik aləmi olan həqiqət aləminə yetişdikdə İlahi nur onda təcəlli edər, bəşəri təsir onu özlüyündə məhv edər, nişansız və şəkilsiz hala gətirər və ondan geriyə yalnızca bir ad qalar. Talibin bəşəri varlığı qalmadıqda Haqq-taala ona varlıq bəxş edər və o, Tanrı­nın varlığında fani, aləmdə ibrət nümunəsi və insü cinnin öndəri olar (3, 541).

Şeyx Səfiəddin həmin qəzəlin daha bir beytinin (son beytinin) şərhinin də açıqlamasını verir:

تا خلاصی یافت عطار از میان این دو دریا

غرقه دریای دیگر گشت و دایم کامران گشت

(5, 289, q.257, b.10)



(Əttar bu iki dərya arasından xilas olan kimi

Başqa bir dəryaya qərq oldu və daim xoşbəxt oldu)

Şeyx Səfiyə görə, Əttar “iki dərya” dedikdə, isbat dəryası ilə məhv dər­yasını nəzərdə tutur. İsbat dəryası əql aləmini, Allahın “Ol!” buyuruşu ilə yaranmış mövcudat aləmini ifadə edir. Məhv dəryası fənanın təcəs­sü­mü­dür: ilahi eşq salikə qalib gəlib onun ağlını alar və ağıl əldən getdikdən son­ra o şəxs fani olar. Beyt­də­ki üçüncü, yəni “ayrı dəryaya qərq oldu” iba­rə­sin­dəki dərya hə­qiqətin özüdür ki, bu hal “bəqa fillah”dır (Allahda baqi ol­ma)və salik bu mərtəbəyə, yəni əbədi baqiliyə yetişdikdə, daimi xoş­bəxt­lik əldə etmiş olar (3, 542).

سگی کاندر نمکساری فتد، گم گردد اندر وی

من این دریای پرشور، از نمک کمتر نمی دانم

(5, 465, q.552, b.9)

(Duz mədəninə düşən it, orada itib-batar

Mən bu coşqun dəryanı, duzdan az hesab etmirəm)

Bu beytin şərhində Şeyx Səfi belə buyurur: bu, ona bənzər ki, deyirlər: “it duz mədəninə düşər və orada həlak olar; duz onun za­hiri və daxili üzvlərinə elə təsir edər ki, onun bədən üzvləri ta­ma­mən duza çevrilər və duz­laşar, duzla bu üzvlər arasında heç bir fərq qalmaz. Demək, eşqin coşqun dənizinə düşən kəsin də za­hiri və batini tamamən və bütünlüklə eşqə bürünər; o dərəcədə ki, aşiq özünə baxdıqda özünü deyil, eşqi görər, eşqə nəzər sal­dıqda isə məşuqu görər. Oduna atəş düşdükdə tamamən onu yan­dırıb kül etdiyi kimi – artıq onun üzərindən “odun” adı götü­rülər, ona “atəş” adı verilər və bütünlüklə gözə görünən də atəş olar (3, 546). Onu da qeyd edək ki, Əttar “Divan”ında bu beyt­dəki “it” (سگ) sözü “kimsə, birisi” (کسی) kimi verilmişdir (5, 465).

Şeyx Səfinin Əttarın daha bir beytinə – əlimizdə olan kamil Əttar divanında rast gəlmədiyimiz beytin şərhinə nəzər salaq:

سایه نشین بود عقل، روی به خلوت نهاد

سایه برانداخت عشق، سر به ملامت کشید

(Əql kölgədə oturmuşdu, xəlvətə qapılmışdı

Eşq kölgəni qaldırdıqda, [əql] məzəmmətə başladı)

Şeyx Səfiyə görə bu beytdəki məna gecəquşunun halına bənzər – onun gözləri günəşin nuruna dözmür, gündüzlər çölə çıxmaz və dünyada deyil, onun kölgəsində yaşayar. Eşqin parlaq günəşi saçdıqda və kölgəni yer üzündən götürdükdə, əql də gecəquşu kimi günəş şüaları altında rüsvay olar və məzəmmət edilər ki, onun günəş nurunu görməyə taqəti yoxdur, yəni əql xəlvətə üz tütmüş və zöhd və ibadət kölgəsində əyləşmişdir. Eşq günəşi saçmağa başladıqda və o zöhd və ibadət kölgəsi heçə çevrildikdə, əql özünü məzəmmət edər (3, 548).

تا نه لال آید، زلال جاودانی کی خورد؟

تشنه عشق تو آب زندگانی کی خورد؟

تا دل من نوشداروی شراب عشق خورد

با یقین عشق، زهر برگمانی کی خورد؟

(5, 264, q.219, b.4, 7)*

(Lal olmayınca, əbədilik zülalına yetişilərmi?

Sənin eşqinlə yanan [kəs] həyat suyundan içərmi?

Mənim qəlbim eşq şərabından olan padzəhəri içdikcə,

Eşqə imanla bədgümanlıq zəhəri içilərmi?)

Əttar divanında bir qədər fərqli verilmiş bu beytinin şərhində Şeyx Səfi belə buyurur ki, salik dilini saxlayıb lal olmasa, hikmə­tin bəşər zülmətində gizli qalan ən şəffaf “abi-həyat”a yetişə bilməz. Necə ki, Hz.Musa Hz.Xızra etiraz edərək səbrsizlik göstərdi və bu səbəbdən də elmi-ləduni­nin faydalarının çoxundan məhrum qaldı. Demək, gərək mürid dilini bənd­də saxlayıb öz mürşidinin fərmanlarına müti ola və ona etiraz etməkdən tama­mən uzaqlaşa ki, hikmət və mərifətin dərinliklərinə – ən şəffaf dirilik suyuna yetişəbilsin. Bu dirilik suyu – “abi-həyat”, İskən­dərin axtarışında olduğu “abi-həyat” deyil, çünki onun da sonu fənadır. Bu dirilik suyu, mərifət camı ilə içilən Haqq-taala mə­həbbətinin şərabıdır.

Onun – Allahın eşqinə susamış olan kəs dirilik suyu içməz, çünki o suyu yaşamaq üçün içərlər, eşqdən susuzlayan isə canını fəda etməyə hazır olandır. Necə ki, bir taliblə Xızır peyğəmbər görüşərkən, Xızır onunla söhbət etmək istədi. O talib belə dedi: “Sənin söhbətini istəmirəm”. Xızır soruşdu: “Nə səbəbdən?” Talib dedi: “Çünki sən abi-həyat içmisən ki, diri qalasan, biz isə istəyirik canımızı mümkün qədər tez təslim edək”.

Əql aləmində olan və əqlin idarə etdiyi hər bir şeydə zənn və şəkkə yer vardır və bəzən əql burada xətaya yol verər. Eşqlə bağlı olan və eşq aləmində olan hər bir şey yəqindir, dəqiqdir və yəqin də zənn və şəkki aradan qaldıran məfhumdur. Demək, buradan belə məna çıxır ki, ürək eşqin ləzzətini – əminlik və dəqiqlik şər­bə­tini daddıqda, artıq əqlin bədgü­manlıq zəhərini içməz. Və bu eşq nuşdarusu ləzzətinin bəxş olunduğu kəs əqlin bədgümanlıq zəhərinin axtarışında olmaz. Bu səbəbdəndir ki, qəlblərə hakim olanların sözləri şəkk və şübhədən deyil, yəqinlik və əminlikdən irəli gələr (3, 554, 555).

زان پیش که بود ما نبودست

بود تو زما جدا نبودست

تا بود تو بود، بود ما بود

کی بود که بود ما نبودست

(5, 169, q.55, b.1, 2)

(Bizim varlığımız olmamışdan əvvəl



Sənin varlığın bizdən ayrı olmamışdır.

Sənin varlığın olduğu müddətdə, bizim də varlığımız vardı

Nə zaman bizim varlığımız olmamışdır?)

Bu beytin şərhini Şeyx Səfi belə verir: “بود” (varlıq, olmaq, yaranış) ilə “وجود” (vücud, vücud olmaq) arasında fərq mövcud­dur, çünki mümkünat hələ vücuda gəlməmişdən Haqq-taalanın elmində mövcud idilər. Haqq-taalanın elmi Onun sifətidir və qədimidir, bizim mövcudluğumuz və ədəmdən vücuda gəlməyi­miz Onun qədim elmində əzəldən var olmuşdur. Demək, Onun elmi olduğu qədər də bizim də “olmamız”, “varlığımız”, “vü­cu­­dumuz” qədimidir. Amma bizim vücudumuz “ədəm”dən, “yox­luq”­dan sonra yaranmışdır, “hadis”dir, yəni zaman baxımından sonradan vü­cuda gəlmişdir və fani olduqdan sonra, yenidən bizi dirildənə kimi Haqq-taala elmində qalacaqdır (3, 556, 557).

Daha bir beytə nəzər salaq:

دامنش چون به دست بگرفتم

دست او اندر آستین دیدم

(5, 441, q.508, b.18)



(Ətəyini əlimə alarkən

Onun əlini paltarımın qolunda gördüm)

Şeyx Səfi belə buyurur: insanın sifəti Haqqın mərifət, müşa­hidə və təzahür məhəlidir, bu sifət məna kəsb etdikdə və hicab ara­dan qaldırıldıqda bəzən Haqq-taalanın sifəti onda təcəlli edər və o mənada zühur tapar. Talib o mənanı Haqq hesab edər, əlini uzadıb muradının ətəyindən yapışar və elə düşünər ki, məqsudu­na çatmışdır. Bu ətəkdən yapışdıqda ona elə gələr ki, öz ətəyini tutmuşdur.

Burada Şeyx Səfi Bayəzid Bistaminin (804-874) sözlərinə mü­raciət edir: “İllər uzunu Haqq axtarışında oldum. 30 il sonra artıq mətlubuma çat­ma­ğın kandarındaykən, pərdə aralandı və pər­də arxasından Bayəzid gö­ründü”. Yəni, mənası bu idi ki, Ba­yəzid qarşısında mütəcəlli olan elə Ba­yəzid özü idi. Burada Şeyx Səfi Hz.Əlidən olduğu söylənilən bir kəlama da işarə edir: “Kim özünü tanısa, Rəbbini də tanımış olar” (3, 558).

کسی که دیرنشین مغان است پیوسته

چه مرد دین و چه شایسته عبادات است

ز نیک و ز بد و ز کفر و دین و علم و عمل

برون شوم که برون زین بسی مقامات است

(5, 162, q.43, b.4, 6)



(Həmişə atəşpərəstlərin məbədində oturanların dini

Nə gözəl din və nə ləyaqətli ibadətdir.

Yaxşıdan, pisdən, küfrdən, dindən, elmdən, əməldən

Kərana çıxım ki, bunlardan kənarda da çox məqamlar vardır)

Səfiəddin Ərdəbili bu beytdəki “deyri-muğan” (kilsə) və atəş­kə­dənin eşq aləmindən ibarət olduğunu qeyd edir. Şeyx vurğu­la­yır ki, kilsə və atəş­kədədə atəşə, oda sitayiş edərlər, aşiqlərin eşq küçəsində əməlləri də, qib­lə­ləri də, ibadətləri də eşqdir.

Burada Şeyx Səfinin, çox yəqin ki, öz qələminə məxsus olan bir beyt yer almışdır (3, 559):

دین ما عاشقی و قبله ما عشق بود

هر که را قبله و دینی نبود، بی دین است

(Bizim dinimiz aşiqlik və qibləmiz eşqdir

Dini və qibləsi olmayan imansızdır)

“Səfvətüs-səfa”da Şeyx Əttardan nəql edilmiş son 2 beytinin şərhi də çox maraqlıdır. Bu beytə nəzər salaq:

عشق را گر رهی بدیدستی

این در بسته را کلیدستی

نرسد هیچ کس به درگه عشق

کاشکی هیچ کس رسیدستی

(5, 572, q.754, b.1, 2)**

(Eşqin yolu əgər görünsəydi,

Bu bağlı qapını qıfıllardı.

Heç kəs” eşqin qapısına çata bilməz,



Kaş ki, “heç kəs” [də ona] çataydı)

Şeyx Səfi bu beytləri belə şərh edir: yol bir məkandır və eşq laməkan. Oraya yol yoxdur və heç kəs yol olmayan bir məqamda öz istəyi, təlaşı ilə oraya vara bilməz, bu yalnız Haqq-taalanın yardımları və cəzəbələri ilə mümkündür. Əqlin də oraya heç bir yolu yoxdur. Əgər olsa idi, bu bağlı qapının açarı əqlin əlində olardı. Lakin bu qapı qəlbin deyil, əqlin üzünə bağlıdır. Əttar bu beytdə “eşq qapısına çata bilməyən heç kəs” deyərkən xəsis və nəfspərəst insanı nəzərdə tutur. Nəfsin rəzilliyi və zatın xəsis­li­yində ilişib qalmış bu insan eşq dərgahına yetişə bilməz.

İkinci beytin ikinci misrasında gəlmiş “kaş ki, “heç kəs” [də ona] çataydı” (کاشکی هیچ کس رسیدستی) ibarəsi o “heç kəs”ə qarşı bir mərhəmətdir, yəni kaş o “heç kəs” də eşqin dərgahına yetişə biləydi.

Digər bir məna da budur ki, “heç kəs” dedikdə cismani qəlib və vücud nəzərdə tutulur. Yəni, bu cismani qəlib və vücud eşq dərgahına yetişməz, bu dərgaha yetişən başqa bir şey olar və kaş, bu cism də də eşq dərgahına yetişəydi (3, 564, 565).

Ümumiyyətlə, Şeyx Səfiəddin Ərdəbilinin Əttarın beytlərinə qiymətli şərhləri ilə yanaşı, bu dahi şair haqqında verdiyi bəzi məlumatlar da böyük elmi əhəmiyyət kəsb edir. Məsələn, İbn Bəzzaz “Səfvətüs-səfa” əsərində Şeyx Səfiəddin Ərdəbilinin di­lindən yazır ki, o, Fəridəddin Əttarın həm­dərsi olan Mövlana Məc­dəddin Kakuli Ərdəbilinin qəbri üstünə getmişdir (3, 771). Bundan başqa burada Şeyx Əttarın “Şekər” adlı müəlliminin də adı çəkilir (3, 771). Bildiyimiz kimi, Əttar haqqında çoxsaylı mənbələrdə müxtəlif məlumatlar verilsə də, həyatı haqqında tam və dəqiq məlumat əldə yoxdur. Və Şeyx Səfi kimi etibarlı bir “mənbə”nin Fəridəddin Əttar haq­qında olan hər bir fikri tədqi­qatçılar üçün çox dəyərli olmaqla yanaşı, Əttar şeirlərinə yazdığı şərh­lər bu yöndə ortaya qoyulan ilkin işlərdən biri kimi dəyər­lən­dirilə bilər.

Qeydlər:


* Bu beyt Əttar “Divan”ında bir qədər fərqli verilmişdir:

گر فصیح عالمی باشد به پیش عشق تو

تا نه لال آید زلال جاودانی کی خورد؟

جان ما چون نوش داروی یقین عشق خورد

با یقین عشق، زهر بدگمانی کی خورد؟

(5, 264, q.219, b.4, 7)



(Əgər [hətta] aləmin fəsihi olsa, sənin eşqin müqabilində

Lal olmayınca, əbədilik zülalına yetişilərmi?

Sənin eşqinlə yanan [kəs] həyat suyundan içərmi?

Bizim canımız eşqin yəqin padzəhərini içdikcə,

Eşqə imanla bədgümanlıq zəhəri içilərmi?)

** Əttar “Divan”ında birinci beytin birinci misrası bir qədər fərqli verilmişdir:

عشق را گر سری پدیدستی

(5, 572, q.754, b.1, 2)

(Eşqin sirri əgər aşkar olsaydı...)
ədəbİyyat:


  1. “Şeyx Səfi” təzkirəsi (Tərtibçilər: M.Nağısoylu, S.Cabbarlı, R.Şeyxzamanlı). Bakı: Nurlan, 2006

  2. Göyüşov N. Təsəvvüf anlamları və dərvişlik rəmzləri. Bakı: Tural-Ə, 2001

  3. اردبیلی، ابن بزاز. صفوت الصفا. مقدمه و تصحیح غلامرضا طباطبائی مجد. تبریز، ۱۳۷۳.

  4. اردبیلی، شیخ صفی الدین. قارا مجموعه. تدوین: دکتر ح.م.صدیق. تهران، ۱۳۷۹ (چاپ اول)؛ تبریز: اختر، ١٣٨٧ (چاپ دوم).

  5. دیوان شیخ فریدالدین عطار نیشابوری. بدیع الزمان فروزانفر. تهران: نشر نخستین، ۱۳۷۶.



Yüklə 6,47 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin