Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi İQTİsadi İslahatlar



Yüklə 1.45 Mb.

səhifə3/12
tarix24.01.2017
ölçüsü1.45 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   12

 

 

 

2.



 

MÜTƏRƏQQİ BEYNƏLXALQ TƏCRÜBƏNİN İCMALI 

 

2.1.

 

Sığorta xidmətlərinin təşkili üzrə beynəlxalq təcrübə  

 

Bu sahədə Türkiyə təcrübəsi olduqca maraqlıdır. Türkiyə Respublikasında aqrar sahənin 



inkişaf  etdirilməsi  məqsədilə  əvvəllər  bu  sahədə  calışan  insanların  becərdikləri  kənd 

təsərrüfatı  məhsulları  dövlət  tərəfindən  qabaqcadan  müəyyən  olunmuş  məbləğə  alınaraq 

daxili  və  xarici  bazarlarda  satılırdı.  Sonradan  həyata  kecirilmiş  tədbirin  nəticələri  üzrə 

aparılmış  müşahidələr  subut  etmişdir  ki,  kənd  təsərrüfatının  istehsalı  ilə  məşğul  olan 

vətəndaşlara verilən bu cur Dövlət dəstəyi nəinki kənd təsərrüfatının stimullaşdırılmasına oz 

musbət  təsirini  göstərmiş  əksinə,  bu  getdikcə  həmin  sektorun  zəifləməsinə  səbəb  olmuşdur. 

Belə  ki,  becərilən  məhsulların  Dövlət  tərəfindən  qabaqcadan  müəyyən  olunmuş  qiymətə 

alınması  əhalidə  müəyyən  arxayıncılıq  yaratdığından  onların  keyfiyyəti  xeyli  aşağı 

duşmuşdur  ki,  bu  da  sonda  həmin  məhsulların  alış  dəyərindən  aşağı  qiymətə  satılması  və 

Dövlət budcsəi vəsaitinin luzumsuz itkisi ilə nəticələnmişdir. 

Bundan  sonra  aparılmış  uzunmüddətli  araşdırmaların  və  bu  sahə  üzrə  uğur  qazanmış 

qabaqcıl  dövlətlərin  tətbiq  etdikləri  təcrubələrin  dərindən  oyrənilməsinin  nəticəsi  olaraq 

ölkədə  kənd  təsərrüfatı  məhsulları  istehsalının  inkişaf  etdirilməsi  və  bu  növ  üzrə  aparılan 

sığorta  işinin  stimullaşdırılması  məqsədilə  2005-ci  ildə  Türkiyə  Respublikasının  “Tarım 

Siqortaları  Kanunu”  (Kənd  təsərrüfatı  məhsullarının  sığortası  haqqında  qanun)  qəbul 

edilmişdir. Artıq 01.07.2006-cı ildən tarixdən başlayaraq qardaş ölkənin 90 bölgəsində pilot 

layihəsi kimi qeyd olunan qanun tətbiqinə başlanılmışdır. 

Yeri  gəlmişkən  qeyd  etmək  lazımdır  ki,  dövlət  dəstəyi  olan  kənd  təsərrüfatı 

məhsullarının  təbii  fəlakətlərdən  sığortalanması  zamanı  bağlanılan  sığorta  müqavilələrinə 

tətbiq edilən tariflər bölgələr üzrə muxtəlifdir. Buna səbəb həmin bölgələrdə təbii fəlakətlərin 

baş vermə ehtimalının muxtəlif olmasıdır ki, bu da Türkiyə Respublikasının Cevrə və Orman 

Bakanlığı (Ekologiya və Təbii Sərvətlər 

Nazirliyi) tərəfindən müəyyənləşdirilməklə rəsmən təsdiq olunmuşdur. Qeyd olunan qanunun 

qəbul  edilməsində  əsas  məqsəd,  aqrar  sahədə  aparılan  sığorta  işinin  inkişaf  etdirilməsi 

məqsədilə əhalinin kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan təbəqəsinə Dövlət 

dəstəyinin  verilməsindən,  baş  vermiş  sığorta  hadisələri  nəticəsində  vətəndaşlara  dəymiş 

zərərin  əvəzinin  ən  qısa  zamanda  ödənilməsindən,  kənd  təsərrüfatı  məhsullarının  istehsalına 

və  onların  sığortalanması  işinə  bütün  ölkə  ərazisində  nail  olmaqdan,  baş  vermiş  təbii 

fəlakətlər  nəticəsində  əhaliyə  dəymiş  zərərin  aradan  qaldırılması  zamanı  Dövlət  büdcəsi 

vəsaitinin xərclənməsinə müəyyən mənada qənaət etməkdən və s. ibarət olmuşdur. Ölkədə bu 

növ  sığorta  işinin  keyfiyyətli  aparılması,  qeyd  olunan  qanunun  tələblərinin  düzgün  yerinə 

yetirilməsi,  bağlanmış  müqavilələr  üzrə  daxil  olmuş  sığorta  haqlarının  vahid  bir  mərkəzdə 

toplanılması,  həmcinin  baş  vermiş  sığorta  hadisələrinə  görə  sığorta  ödənişlərinin  verilməsi 

istiqamətində  şəffaflığın  təmin  olunması  məqsədi  ilə  Dövlət  tərəfindən  qısa  adı  TARSİM 

olan Tarım Siqortaları Havuzu (Kənd təsərrüfatı məhsullarının sığortası fondu) yaradılmışdır. 

Kənd təsərrüfatı məhsullarının sığortası fondunun əsas gəlirləri sığorta təşkilatları tərəfindən 

bu növ üzrə baglanılmış sığorta müqavilələrinə görə alınaraq fonda ödənilən sığorta haqları, 

bağlanılmış  sığorta  müqavilələri  üzrə  hesablanmış  sığorta  haqlarında  Dövlətin  payı,  daxil 

olmuş  sığorta  haqlarının  investisiyasından  əldə  olunan  gəlirlər,  bağlanılmış  təkrarsığorta 

müqaviləsinə  görə  alınan  komisyon  mukafatları,  zərurət  yaranacağı  halda  alınan  kreditlər, 

büdcə vəsaiti hesabına daxil olan əlavə pul vəsaitləri, və s. ibarətdir. 

Xərcləri isə baş vermiş sığorta hadisələri üzrə veriləcək sığorta ödənişləri, fondun idarə 

olunması  məqsədilə  cəkilən  xərclər,  bağlanılmış  sığorta  müqavilələri  üzrə  sığortacılara 


 

 

verilən  komisyon  mukafatlar,  bağlanmış  təkrarsığorta  müqavilələrinə  görə  ödəniləcək 



təkrarsığorta  haqqı,  reklam  və  işlərin  aparılması  xərcləri,  zərərlərin  müəyyən  olunması 

məqsədilə cəkilən xərclər, alınmış kreditlər üzrə əsas borc və faiz məbləğlərinin ödənilməsi, 

bu qanunla müəyyən olunmuş digər ödəmələr və İşlətici Şirkətə ödəniləcək işlətmə haqqıdır. 

Türkiyə  Respublikası  qanunvericiliyinə  əsasən  Tarım  Siqortaları  Havuzunun  (Kənd 

təsərrüfatı  məhsullarının  sığortası  fondunun)  gəlirləri  bütün  növ  vergi  və  rusumlardan 

azaddır.  Fondun  idarə  olunması  Dövlət  dəstəyi  olan  kənd  təsərrüfatı  məhsullarının 

sığortalanmasına razılıq almış sığorta təşkilatları tərəfindən qurulmuş ortaq bir İşlədici Şirkət 

tərəfindən  həyata  kecirilir.  Fondu  idarə  edən  Şirkətin  əsas  vəzifəsi,  bağlanmış  sığorta 

müqavilələrinin  ucotunun  aparılmasından,  sığortalılar  tərəfindən  ödəniləcək  sığorta 

haqlarının  vaxtlı-vaxtında  ödənilməsinə  nəzarət  etməkdən,  qəbul  edilmiş  risklərin  daxili  və 

ya  xarici  təkrarsığortacılara  təkrarsığortaya  verilməsindən  və  bu  məqsədlə  müvafiq  

danışıqların aparılmasından, baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərər məbləğinin 

vaxtında  müəyyən  edilməsindən  və  bununla  bağlı  müvafiq    işlərin  aparılmasından,  qəbul 

olunmuş  qərarların  icra  edilməsindən,  bu  növ  sığortanın  aparılması  işi  üzrə  statistik 

göstəriciləri  hazırlamaqdan,  fonda  daxitl  olmuş  vəsaiti  qanunvericiliklə  müəyyən  olunmuş 

qaydada  investisiya  etməkdən,  kənd  təsərrüfatı  məhsullarının  istehsalı  ilə  məşğul  olan 

vətəndaşları  məlumatlandırmaq  məqsədilə  əhali  arasında  reklam  və  təbliğat  işlərini 

aparmaqdan, və s. ibarətdir. 

Şirkətin  il  ərzində  görəcəyi  bütün  işlər,  o  cumlədən;  sığorta  ödənişlərinin  verilməsi, 

vəsaitlərin  investisiyaya  yönəldilməsi,  reklam  xarakterli  tədbirlərin  həyata  kecirilməsi  və  s. 

barədə  qərarlar  7  nəfərdən  ibarət  bir  tərkibdə  formalaşmış  Ümumi  Şura  tərəfindən  qəbul 

olunur  və  şirkət  müdiri  görülmüş  işlər  barədə  mutəmadi  olaraq  Şura  qarşısında  müvafiq  

hesabat verir. 

Ümumi  Şuranın  tərkibi  Kənd  Təsərrüfatı  Nazirliyindən  iki  nəfər,  Xəzinə 

Mustəşarlığından  iki  nəfər,  Türkiyə  Sığortacılar  Birliyindən  bir  nəfər,  Aqrar  Palatalar 

Birliyindən  bir  nəfər  və  İşlətici  Şirkətdən  bir  nəfər  olmaqla  hər  biri  uc  il  müddətinə 

secilməklə  formalaşdırılmışdır.  Qanuna  görə  qeyd  olunan  şuranın  sədri  Kənd  Təsərrüfatı 

Nazirliyinin nümayəndəsi olmalıdır.  

Sözügedən  qanunun  tələblərinə  əsasən  kənd  təsərrüfatı  məhsullarının  istehsalı  ilə 

məşğul  olan  vətəndaşların  konullu  şəkildə  bağladıqları  sığorta  müqaviləsinə  görə 

ödəyəcəkləri sığorta haqqı məbləğinin 50 faizi Dövlət büdcəsi vəsaiti hesabına ödənilir. 

Dövlət dəstəyi olan kənd təsərrüfatı məhsulları sığortasının əhatə dairəsi təminat verilən 



risklər  göstərilməklə  hər  il  Türkiyə  Respublikasının  Nazirlər  Kabineti  tərəfindən  müəyyən 

olunur. 


Dövlətin dəstəyi ilə aparılan kənd təsərrüfatı sığortası əsasən dörd qrupa bolunmüşdur. 

Bunlar,  bütün  növ  bitki  məhsullarının  (meyvə,  tərəvəz  və  tarla  məhsulları)  sığortası,  bütün 

növ  istilikxana  məhsullarının  (parnik  məhsulları)  sığortası,  heyvanların  (süd  verən  cins 

inəklərin) həyat sığortası və bütün növ ev quşlarının sığortası növləridir. 

Göstərilən  quruplar  üzrə  verilən  sığorta  təminatı,  bütün  növ  bitki  (ölkə  ərazisində 

becərilən bütün növ kənd təsərrüfatı) məhsullarına - dolu, yanğın, fırtına, burulğan (tornado) 

və  don  vurma,  bütün  növ  istilikxana  (parnik)  məhsullarına  –  dolu,  yanğın,  fırtına,  burulğan 

(tornado)  və  ucqun,  heyvanların  həyat  sığortasına  -bütün  növ  heyvan  xəstəlikləri,  doğum, 

cərrahi  müdaxilə,  ilan  və  zəhərli  həşəratların  sancması,  bütün  növ  qəzalar,  ot  və  ya  digər 

yemlərdən  zəhərlənmələr,  yanğın  və  gün  vurma  nəticəsində  meydana  gələn  olum  yaxud 

məcburi kəsilmə, ev quşlarının sığortası – isə bütün növ quş xəstəlikləri, bütün növ qəza və 

zəhərlənmələr, məcburi kəsilmələr, bütün növ təbii fəlakətlər və yanğın risklərini əhatə edir. 



 

 

Qeyd  olunan  qanunun  tələblərindən  yararlanmaq  arzusunda  olan  vətəndaşlar  və  ya 



sahibkarlar tərəfindən aşağıda qeyd olunan tələblərə əməl olunması məcburidir: 

-

 



becərdikləri bitki məhsullarını sığorta etdirmək istəyən şəxslərin qanunla müəyyən 

olunmuş qaydada qeydiyyata durması; 

-

 

süd verən cins inəkləri sığorta etdirmək istəyən şəxslər tərəfindən heyvanların gün və 



ya ay ərzində necə litir süd verməsi barədə müvafiq orqana məlumat verməklə tələb 

olunan qaydada qeydiyyata durması və baytar xidmətindən vaxtlı-vaxtında istifadə 

etməsi; 

-

 



bütün növ istilikxana məhsullarını sığorta etdirmək istəyən şəxslər tərəfindən 

müvafiq qarşısıalınma tədbirlərinin görülməsi

-

 

ev quşlarını sığorta etdirmək istəyən şəxslər tərəfindən isə quşların qapalı şəraitdə 



saxlanılması və müvafiq gigiyenik tədbirlərin görülməsinə ciddi əməl olunması. 

Məlumat  üçün  qeyd  etmək  lazımdır  ki,  Türkiyə  Respublikasında  süd  verən  cins 

inəklərin  qeydiyyatı  ilə  məşğul  olan  xüsusi  dövlət  qurumu  mövcuddur  ki,  burada  da  əsas 

məqsəd ölkə ərazisində bu növ üzrə sahibkarlıq fəaliyyəti ilə məqşğul olan şəxslər tərəfindən 

il  ərzində  nə  qədər  süd  və  süd  məhsullarının  istehsal  olunmasınnın  statistikasını  aparmaqla 

yanaşı, onların müvafiq vergi orqanlarında qeydiyyata durmalarını təmin etməkdən ibarətdir. 

Bəhs  olunan  qanunun  tələblərinə  əsasən  kənd  təsərrüfatı  məhsullarının  istehsalı  ilə 

məşğul olan vətəndaşlar tərəfindən yuxarıda göstərilən tələblərə ciddi əməl olunmaqla yanaşı 

Dövlət dəstəyi olan kənd təsərrüfatı məhsulları növləri üzrə sığorta müqaviləsi bağlandıqdan 

sonrakı müddət ərzində baş vermiş və  ya verəcək istənilən dəyişiklik barədə dərhal müvafiq 

orqanlara və sığortacıya məlumat verilməlidir. 

Kənd  təsərrüfatı  məhsullarının  sığortası  haqqında  qanunun  tələblərindən  yararlanmaq 

istəyən  şəxslər  yuxarıda  qeyd  olunan  tələblərə  əməl  etməklə  könüllü  olaraq  oz  istəkləri 

barədə  Dövlət  dəstəyi  olan  kənd  təsərrüfatı  məhsullarının  sığortalanmasına  razılıq  almış 

sığorta təşkilatının yaxınlıqdakı təmsilcisinə yazılı və ya şifahi şəkildə müraciət edib müvafiq 

sığorta müqaviləsi bağlaya bilərlər. 

Qanunvericiliyə  əsasən  sığortalının  ödəyəcəyi  sığorta  haqqı  məbləğinin  ilkin  hissəsi 

müqavilənin bağlandığı və  ya  ən geci  sığorta polisinin təqdim olunduğu gün ödənilməlidir. 

Əks  təqdirdə  sığorta  polisi  sığortalıya  təqdim  olunsa  belə  bağlanılmış  sığorta  müqaviləsi 

etibarsız hesab olunur və fond vətəndaş (sığortalı) qarşısında hec bir ohdəlik daşımır. 

Sığorta  müqaviləsi  bağlanıldıqdan  və  sığorta  polisi  sığortalıya  təqdim  olunduqdan 

dərhal  sonra  agentin  və  ya  nümayəndənin  təmsil  etdiyi  sığorta  təşkilatı  bağlanılmış  sığorta 

müqaviləsi barədə “Tarım Siqortaları Havuzu”nu idarə edən şirkətə ətraflı məlumat verməklə 

tam və ya qismən alınmış sığorta haqqının fonda ödənilməsini təmin edir. 

Sığorta  təşkilatı  tərəfindən  yazılı  şəkildə  şirkətə  gondərilən  məlumatda  sığortalının 

müvafiq  orqanlarda  qanunvericiliyə  uyğun  qeydiyyata  durması,  bağlanmış  müqavilə  üzrə 

müəyyən  olunmuş  sığorta  haqqında  Dövlətin  payı,  sığortalı  tərəfindən  ödəniləcək  sığorta 

haqqının  qalan  hissəsinin  hansı  müddətlərdə  ödənilməsi  və  s.  kimi  məlumatlar  mütləq  oz 

əksini tapmalıdır. 

Sözü  gedən  qanunun  tələblərinə  əsasən  Dövlət  dəstəyi  olan  kənd  təsərrüfatı 

məhsullarının  sığortalanmasına  razılıq  almış  sığorta  təşkilatları  tərəfindən  kənd  təsərrüfatı 

məhsullarını  istehsal  edən  şəxslərlə  yuxarıda  qeyd  olunan  növlər  üzrə  sığorta  müqaviləsi 

bağlanıldıqda onlara yalnız işlədici şirkət tərəfindən hazırlanmış və Şuranın qərarı ilə təsdiq 

edilmiş vahid sığorta polisi təqdim edilməlidir. 

Kənd  təsərrüfatı  məhsullarının  sığortası  haqqında  qanunun  tələblərinə  əsasən  dövlət 

dəstəyi  olan  kənd  təsərrüfatı  məhsullarının  sığortalanmasına  razılıq  almış  sığortacı  qeyd 

olunan  növlərdən  (dövlət  dəstəyi  verilən  növlər)  bağladığı  sığorta  müqavilələri  üzrə 


 

 

gələcəkdə baş verə biləcək sığorta hadisələrinə görə hec bir ohdəlik daşımır. Sığortacı yalnız 



bağladığı sığorta müqavilələrinə görə alınacaq sığorta haqqından (tam məbləğdən) müəyyən 

faizi  məbləğində  komisyon  mükafat  alır.  Şirkətin  (sığortacının)  risk  ohdəliyi  yalnız  o  halda 

yarana  bilər  ki,  sığortacı  bağlanılmış  sığorta  müqaviləsi  üzrə  müəyyən  məbləğdə  riski 

fonddan (havuzdan) oz uzərinə təkrarsığortaya qəbul etmiş olsun. 

Kənd  təsərrüfatı  məhsullarının  sığortası  haqqında  qanunun  tələblərinə  əsasən  meyvə, 

tərəvəz  və  bütün  növ  tarla  məhsullarının  sığortalanması  zamanı  müəyyən  olunmuş  sığorta 

haqqı məbləğindən Dövlətin payı (sığorta haqqının 50 faizi) cıxıldıqdan sonra qalan məbləğin 

10 faizi müqavilənin bağlandığı və ya sığorta polisinin verildiyi gün digər hissəsi isə ən geci 

məhsul  yığımının  sonunadək,  istilikxana  (parnik)  məhsulları,  heyvanların  həyat  sığortası  və 

ev  quşlarının  sığortası  növləri  üzrə  isə  Dövlətin  payı  cıxıldıqdan  sonra  qalan  məbləğin  25 

faizi müqavilənin bağlandığı və ya sığorta polisinin verildiyi gün digər hissəsi isə ən coxu 5 

dəfəyə olmaqla sığortalı tərəfindən ödənilə bilər. 

Sığorta  haqqının  qalan  hissəsi  sığortalı  tərəfindən  qabaqcadan  müəyyən  olunmuş 

vaxtlarda  ödənilmədikdə  bunun  üçün  qanunvericiliklə  müəyyən  olunmuş  məbləğdə  dəbbə 

pulu  (faiz)  hesablanır.  Sığortalı  tərəfindən  ödəniləcək  sığorta  haqqının  ödənilməsi  təkrarən 

gecikdirildiyi təqdirdə sığortacı müəyyən vaxt verməklə onun ödənilməsini sığortalıdan tələb 

etmək və ya bağlanmış müqaviləni ləğv etmək huququna malikdir. Müqavilə etibarsız hesab 

olunduğu  zaman  sığortalının  ödəyəcəyi  sığorta  haqqı  məbləği  müqavilənin  qüvvədəolma 

günlərinə  bölünür  və  müqavilənin  bağlandığı  tarixdən  fondun  məsuliyyət  daşıdığı  müddətə 

duşən məbləğ sığorta haqqından cıxılmaqla qalan hissəsi sığortalıya qaytarılır. 

Dövlət  dəstəyi  olan  kənd  təsərrüfatı  məhsulları  növundən  bağlanılmış  sığorta 

müqavilələrinə  görə  təminat  verilmiş  risklərdən  hər  hansı  biri  üzrə  sığorta  hadisəsi  baş 

verdikdə sığortalı tərəfindən qanunvericiliklə müəyyən olunmuş müddət ərzində sığortacının 

mərkəzi ofisinə və ya ağentinə, yaxud sığorta polisində göstərilən unvanlara qanunvericiliklə 

müəyyən olunmuş müddət ərzində mütləq məlumat verilməlidir. Məlumatda sığortalının adı, 

soy adı və unvanı, VOEN-nin və ya sığorta polisinin nömrəsi, hadisənin baş vermə səbəbi və 

dəqiq  vaxtı,  bütün  növ  bitki  və  bütün  növ  istilikxana  məhsulları  sığortalarında-zərər  cəkmiş 

məhsulun növu, yerləşdiyi rayon və kənd, heyvanların həyat və ev quşlarının sığortasında isə 

zərər cəkmiş heyvana dair bütün məlumatlar göstərilməlidir.  

Sığortalı  tərəfindən  “bütün  növ  bitki  məhsullarının  sığortası  növu”  üzrə  5  iş  günu, 

“istilikxana məhsulları”, “heyvanların həyat sığortası” və “bütün növ ev quşlarının sığortası” 

növləri üzrə isə isə ən geci 24 saat ərzində yuxarıda qeyd olunan unvanlardan birinə məlumat 

verilməlidir.  

Baş  vermiş  sığorta  hadisəsi  barədə  məlumat  verilməklə  yanaşı  sığortalı  tərəfindən 

aşağıda göstərilənlərə əməl olunması vacibdir: 

-

 



sığorta  hadisəsinin  erkən  baş  verməsi  nəticəsində  zərər  cəkmiş  məhsulu  yenisi  ilə 

əvəz etmək imkanı olduğu təqdirdə tarlanın şumlanması üçün sığortacının razılığını 

almaq; 

-

 



sığorta hadisəsinin baş verdiyi tarixdən zərərin müəyyən edilməsi tarixinədək ötən 

müddət  ərzində  zərər  dəyməmiş  məhsulların  və  ya  heyvanların  məhv  olmaması 

məqsədilə müvafiq tədbirlər gormək; 

-

 



baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərin müəyyən edilməsi məqsədilə 

şirkətin  və  ya  sığortacının  nümayəndələrinə  müvafiq  şərait  yaratmaq  və  lazımi 

sənədləri onlara təqdim etmək

-

 



tələb olunacağı təqdirdə, hadisənin baş vermə səbəblərini və dəymiş zərər  məbləği 

ilə  ekspert  tərəfindən  müəyyən  olunmuş  zərər  məbləğini  müqayisə  etmək  üçün 

lazımi sənədləri sığortacının və ya şirkətin nümayəndəsinə təqdim etmək; 


 

 

-



 

dəymiş  zərər  məbləği  ekspert  tərəfindən  müəyyən  olunana  qədər  zərər  məbləğinin 

artırılması məqsədilə hec bir qərəzciliyə yol verməmək. 

Kənd  təsərrüfatı  məhsullarının  sığortası  haqqında  Türkiyə  Respublikası  Qanununun 

tələblərinə  əsasən  tarım  siğortaları  havuzunu  idarə  edən  şirkət,  sığorta  hadisəsinin  baş 

verməsi  barədə  məlumatı  aldıqdan  dərhal  sonra  oz  ekspertlərini  (aqronom  və  ya  baytar 

həkimi)  hadisə  yerinə  gondərməyə  borcludur.  Ekspert  tərəfindən  hadisə  yerinə  baxış 

kecirildikdən,  baş  vermiş  sığorta  hadisəsi  nəticəsində  dəymiş  zərər  məbləği  və  müvafiq  akt 

tərtib  olunduqdan  sonra  ən  geci  30  gün  ərzində  sığorta  ödənişi  məbləği  Şuranın  qərarına 

əsasən  tarım  siqortaları  havuzunu  idarə  edən  şirkət  tərəfindən  bank  vasitəsilə  sığortalıya 

ödənilir.  

Bu  qanuna  görə  baş  vermiş  sığorta  hadisəsi  nəticəsində  zərər  cəkmiş  şəxsə  ödənilən 

sığorta  ödənişinin  cəmi  istənilən  halda  ümumi  sığorta  məbləğinin  80  faizindən  artıq  ola 

bilməz. 


Qeyd  edək  ki,  qanunun  bu  tələbi  sığortalanmış  əmlakın  gələcəkdə  baş  verə  biləcək 

hadisələrdən  qorunması  üçün  sığortalılar  tərəfindən  müvafiq  qarşısıalınma  tədbirlərinin,  o 

cumlədən;  istilikxana  sistemlərinin  işlək  vəziyyətdə  tutulması,  quşların  qapalı  şəraitdə 

saxlanılması,  gigiyenik  tədbirlərin  görülməsi  və  s.  kimi  işlərin  dəqiq  və  vaxtlı-vaxtında 

həyata kecirilməsi məqsədilə nəzərdə tutulmuşdur ki, burada da əsas məqsəd kənd təsərrüfatı 

məhsullarının  istehsalı  ilə  məşğul  olan  və  oz  əmlakını  sığorta  etdirmiş  şəxslərdə  yarana 

biləcək arxayıncılığın qarşısını almaqdan ibarətdir.  

Sözügedən qanunun tələblərinə  əsasən sığorta  hadisəsinin  baş verməsi  zamanı dəymiş 

zərər məbləğinin sığortalının günahı ucbatından artdığı subut olunacağı təqdirdə hesablanmış 

sığorta ödənişi məbləğindən həmin fərq cıxılmaqla yerdə qalan hissəsi vətəndaşa ödənilir.  

Kənd  təsərrüfatı  məhsullarının  istehsalı  ilə  məşğul  olan  vətəndaşlara  verilən  Dövlət 

dəstəyinin  tərkib  hissəsi  olaraq  qanunda  həmcinin  fonda  daxil  olmuş  sığorta  haqlarının 

ümumi  məbləği  baş  vermiş  sığorta  hadisələrinə  görə  veriləcək  sığorta  ödənişlərindən  az 

olduqda ödənişin qalan hissəsinin büdcə vəsaiti hesabına ödənilməsi də nəzərdə tutulmuşdur.  

Qeyd  etmək  lazımdır  ki,  analoji  təcrubə  aqrar  sahənin  inkişaf  etdirilməsi,  ölkə 

ərazisində  istehsal  olunan  kənd  təsərrüfatı  məhsullarını  artırılması,  bu  sahə  üzrə  aparılan 

sığorta  işinin  stimullaşdırılması,  həmcinin  təbii  fəlakətlər  nəticəsində  kənd  təsərrüfatı 

məhsullarının  istehsalı  ilə  məşğul  olan  əhaliyə  dəymiş  zərərin  aradan  qaldırılması  zamanı 

büdcə  vəsaiti  xərclərinin  azaldılması  məqsədilə  İspaniyada  artıq  1978-ci  ildən  tətbiq  edilir. 

Ölkədə  aparılmış  uzunmüddətli  müşahidələr  subut  etmişdir  ki,  büdcədə  nəzərdə  tutulmuş 

vəsaitin  cox  olmasına  baxmayaraq  bu  rəqəm  təbii  fəlakət  nəticəsində  dəymiş  zərər 

məbləğinin Dövlət tərəfindən ödənilməsi zamanı cəkilən xərclərdən xeyli aşağıdır. Bu isə bir 

daha  subut  edir  ki,  kənd  təsərrüfatı  məhsullarının  sığortalanmasına  dövlət  tərəfindən  verilən 

dəstək  ölkədə  aqrar  sahənin,  o  cumlədən,  qeyd  olunan  sahə  üzrə  aparılan  sığorta  işinin 

inkişafına müsbət təsir göstərməklə yanaşı dövlətə də müəyyən fayda vermiş olur. 

Bununla  yanaşı, qeyd  etmək lazımdır ki, bir  çox  ölkələrdə  də  bu və  ya  digər formada 

sığorta və ya zəmanət fondları fəaliyyət göstərir. 

Kredit zəmanətləri sahəsində Yaponiyanın təcrübəsi olduqca maraqlıdır. Belə ki, 1929-

cu  ildə  yaşanan  iqtisadi  böhranın  ölkə  iqtisadiyyatına,  xüsusilə  KOS-lara  ciddi  mənfi  təsir 

göstərməsini nəzərə alaraq, sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsini asanlaşdırmaq və 

iflasları azaltmaq məqsədilə hökumət müxtəlif tədbirlər həyata keçirmişdir. Bu çərçivədə ən 

əhəmiyyətli  tədbirlərdən  biri  Tokio  şəhərində  1937-ci  ildə  maliyyə  institutları,  ticarət  və 

sənaye təşkilatları və Tokio Paytaxt Hökumətinin (Tokyo Metropolitan Government) də daxil 

olduğu  156  üzv  tərəfindən  maliyyələşdirilən  Kredit  Zəmanət  Korporasiyasının  yaradılması 

olmuşdur. 1939-cu ildə  Kiotoda, 1942-ci ildə  isə  Osakada bənzər  korporasiyalar  yaradılmış 


 

 

və bu korporasiyaların sayı 1947-1951-ci illər ərzində 45 əyaləti, əlavə olaraq, 4 böyük şəhəri 



əhatə edəcək şəkildə artırılaraq 51-ə çatdırılmışdır. Hazırda Yaponiyada 52 Kredit Zəmanət 

Korporasiyası  və  1951-ci  ildə  yaradılan  Kredit  Zəmanət  Korporasiyaları  Milli  Federasiyası 

fəaliyyət göstərir. Yaponiyadakı Kredit Zəmanət Sisteminin “Kredit zəmanətləri” və “Kredit 

sığortaları” olmaqla iki əhəmiyyətli funksiyası var. Bunlardan “Kredit zəmanətləri” maliyyə 

institutlarını  KOS-lara  verilən  kreditlərdən  yaranan  risklərə  qarşı  qoruyarkən,  Yaponiya 

Maliyyə  Korporasiyası  (JFC)  tərəfindən  maliyyələşdirilən  “Kredit  sığortaları”  isə  “Kredit 

zəmanətlərini”  sığortalayır.  Ancaq  kənd  və  meşə  təsərrüfatı,  balıqçılıq  kimi  bəzi  fəaliyyət 

sahələri bu sistemə daxil edilməmişdir. 

Yaponiyada  ilk  kredit  zəmanəti  qurumu  1937-ci  ildə  qurulsa  da,  konkret  olaraq,  aqrar 

sahəni əhatə edən kredit zəmanəti sisteminin yaradılmasına 1961-ci ildə “Aqrar Kredit Fondu 

Assosiasiyası  haqqında  Qanun”un  qəbul  edilməsindən  sonra  başlanılmışdır.  Həmin  qanuna 

əsasən,  1961-1962-ci  illərdə  46  yerli  hökumət  tərəfindən  paytaxt  şəhərlərdə  Aqrar  Kredit 

Fondu  Assosiasiyaları  formalaşdırılmışdır.  47-ci  assosiasiya  isə  1972-ci  ildə  Okinavada 

yaradılmışdır. Qanun 1966-cı ildə  yenidən nəzərdən keçirilmiş və  “Kənd Təsərrüfatı Kredit 

Zəmanəti  və  Sığortası  Qanunu”  adını  almışdır.  Qanundakı  düzəlişə  əsasən,  milli  səviyyədə 

“Aqrar  Kredit  Sığortası  Assosiasiyası”  yaradılmış  və  həmin  quruluş  1987-ci  ildə  “Kənd 

Təsərrüfatı, Meşəçilik və Balıqçılıq Kredit Fondu”na birləşdirilmişdir. 

Yaponiyada  “Kənd  Təsərrüfatı  Kredit  Zəmanəti  Sistemi”  yerli  səviyyədə  fəaliyyət 

göstərən  “Vilayət  Assosiasiyaları”  və  milli  səviyyədə  fəaliyyət  göstərən  “Kredit 

Fondları”ndan  təşkil  olunmuşdur.  Bu  sistemdə  “Vilayət  Assosiasiyaları”  fermerlərin  kənd 

təsərrüfatı  kooperativlərindən  aldıqları  kreditlərə  zəmanət  verir.  “Kredit  Fondları” 

assosiasiyaların öhdəliklərini sığortalayır. Bu iki qurum milli hökumətin, yerli hökumətlərin 

və kənd təsərrüfatı kooperativ qurumlarının verdiyi qrant və investisiyalarla maliyyələşdirilir. 

Əvvəlki  illərdə  zəmanət  sistemi  yalnız  subsidiyalaşdırılmış  xüsusi  borclara  (Aqrar  Sektor 

Modernizasiya Kreditləri) tətbiq edildiyi halda, 1990-cı ildən etibarən sistemin əhatə dairəsi 

olduqca genişləndirilmişdir. 

Yaponiyada  aqrar  sektor  kreditləri  baxımından  dövlət  tərəfindən  maliyyələşdirilən 

“Kənd  Təsərrüfatı,  Meşəçilik  və  Balıqçılıq  Maliyyə  Korporasiyası”  da  mühüm  rol 

oynamışdır. Əsasən, hökumət tərəfindən subsidiyalaşdırılan orta və uzunmüddətli kreditlərin 

təmin  edilməsində  iştirak  edən  bu  qurumla  birlikdə  4  qurum  2008-ci  ildə  birləşdirilərək 

Yaponiya Maliyyə Korporasiyası (JFC) yaradılmışdır. 

Qeyd edək ki, Yaponiya nümunəsindəki bu cür spesifik ixtisaslaşma dünya təcrübəsində 

geniş  yayılmamışdır.  Kənd  təsərrüfatında  risklər  yüksək  olduğundan  yuxarıda  da  qeyd 

etdiyimiz kimi, ölkələr ümumilikdə bu sektorda sığorta mexanizmlərinin inkişaf etdirilməsi, 

kənd  təsərrüfatı  kreditləri  üçünsə  zəmanət  fondlarının  yaradılması  təcrübəsinə  üstünlük 

verirlər.  Əksər  ölkələrdə  istər  kredit  sığorta  fondu  (məsələn,  ABŞ  Kənd  Təsərrüfatı  Kredit 

Sığorta  Fondu),  istərsə  də  kredit  zəmanəti  fondu  (məsələn,  Litva  Kənd  Yerlərinin  Kredit 

Zəmanəti  Fondu)  adlandırılmasından  asılı  olmayaraq,  bu  qurumlar  oxşar  funksiyaları  icra 

edirlər və fəaliyyət mexanizmlərini sadə şəkildə aşağıdakı formada göstərmək olar. 

Kənd  təsərrüfatında  kredit  zəmanətləri  fondları  yalnız  dövlət  sərmayəsi  ilə  qurula 

biləcəyi  kimi,  dövlət-özəl  sektor  əməkdaşlığı,  dövlət-beynəlxalq  fond  əməkdaşlığı  və  ya 

dövlət-özəl sektor-beynəlxalq fond əməkdaşlığı sayəsində də formalaşdırıla bilər. Məsələn; 

-

 

Dövlət sərmayəsi ilə: Nigeriya, Sloveniya, Belçıka. 



-

 

Dövlət-özəl sektor əməkdaşlığı ilə: Türkiyə, Fransa, Çex. 



-

 

Dövlət-beynəlxalq fond əməkdaşlığı ilə: Litva, Estoniya. 



-

 

Dövlət-özəl sektor-beynəlxalq fond əməkdaşlığı ilə: Rumıniya, İspaniya. 



 

 

Fondlar  tərəfindən  zəmanət  üçün  təqdim  edilən  təminatın  maksimum  səviyyəsi  də  bir-



birindən  fərqlənir.  Məsələn,  bu  həddin  Nigeriyada  (Kənd  Təsərrüfatı  Kreditlərinin  Nəzarət 

Sxemi  Fondu)  75  faizə,  ABŞ-da  (Kənd  Təsərrüfatı  Kreditlərinin  Sığorta  Fondu)  95  faizə, 

Rumıniyada  (Kənd Yerlərinin Kredit Zəmanəti Fondu) 100 faizə  çıxa  biləcəyi  məlum olur. 

Bəzi  ölkələrdə  isə,  maksimum  limit  faizlə  deyil,  konkret  məbləğlə  ifadə  olunur  (məsələn, 

Türkiyədə  Kredit  Zəmanəti  Fondu).  Litva  nümunəsində  (Kənd  Yerlərinin  Kredit  Zəmanəti 

Fondu)  bəzi  kreditlər  üçün  həm  məbləğlə,  həm  də  faizlə  maksimum  hədd 

müəyyənləşdirilmişdir. 

Eyni zamanda, müxtəlif ölkə təcrübələrində zəmanət üçün nəzərdə tutulan müddətlərdə 

böyük  fərqlərin  olduğu  müşahidə  edilir.  Həmçinin  müxtəlifliklər  riskin  paylaşdırılması, 

komisyon və ya ödəniş haqlarının həcmində özünü büruzə verir. 

Dünya  təcrübəsində  kredit  zəmanəti  fondları,  ümumilikdə  bütün  KOS-ları  və  fermer 

təsərrüfatlarını ehtiva edə biləcəyi kimi, sadəcə kənd təsərrüfatının və kənd yerlərinin inkişafı 

məqsədilə  sahəvi  fondlar  da  yaradılmaqdadır.  Sahəvi  fondlar  hətta  müvafiq  sahə  üzrə  də  öz 

prioritet istiqamətlərini müəyyənləşdirirlər 

Ümumiyyətlə, OECD kənd təsərrüfatının maliyyələşdirilməsi və kredit infrastrukturu ilə 

bağlı keçid iqtisadiyyatı ölkələri üçün aşağıdakıların nəzərə alınmasını məsləhət görür: 

-

 

Kredit Zəmanəti Sistemi azad maliyyə bazarlarında çox əhəmiyyətli və effektivdir. 



Lakin  bu  sistemin  fəaliyyəti  üçün  bəzi  ön  şərtlərin  və  ya  iqtisadi  infrastrukturun 

mövcud olması zəruridir. İlk öncə, maliyyə müqaviləsi anlayışı insanlar tərəfindən 

qəbul  edilməlidir.  Əgər  hər  10  nəfərdən  biri  krediti  ödəməsə,  təminat  ödənişinin 

dərəcəsi kreditin geri qalan hissəsinin 10 faizini keçməlidir. Bu tendensiya sistemin 

çökməsinə  gətirib  çıxaracaqdır.  Ona  görə  də,  hökumətin  rolu  fermerləri  ətraflı 

məlumatlandırmaqdan ibarət olmalıdır. 

-

 

Hökumət  dəqiq  mexanizm  müəyyən  etməli  və  bu  mexanizm  barədə  hamını 



məlumatlandırmalıdır.  Kənd  təsərrüfatının  maliyyələşməsi  sahəsində  bu  qaydalara 

riayət  etməyənlər  cəzalandırılmalıdır.  Hökumət  kənd  təsərrüfatı  maliyyə  bazarına 

nəzarəti gücləndirməlidir. 

Bunlarla  yanaşı  üç  məsələnin  də  olduqca  əhəmiyyətli  olduğu  vurğulanır:  “Yığım 

səfərbərliyi”, “Kredit defolt nisbəti” və “Əməliyyat xərcləri”. 

Beynəlxalq  təcrübənin  təhlili  göstərir  ki,  bir  sıra  ölkələrdə  kiçik  kənd  təsərrüfatı 

kreditlərinin  spesifik  problemlərinin  həlli  ixtisaslaşmış  kooperativ  kredit  instutlarının 

(təşkilatlarının)  yaradılması  hesabına  mümkün  olmuşdur.  Bəzi  kooperativ  banklar  fəaliyyət  

genişliyinə  və  şəxsi  kapitalının  həcminə  görə  ilk  iiyirmi  kommersiya  bankları  sırasına 

daxildirlər.  Bunlara  Holland  Rabobank  (Rabobank),  Alman  Rayffayzen-banklar  şəbəkəsi 

(reiffeisen-banken), Fransa  Kredi-Aqrikol (Credit Agricole), Amerikan Farm Kredit Sistem 

(Farm Credit System) kimi bankları aid etmək olar. Sadalanan bankların fərqləndirici cəhəti 

onların  kooperativ  kimi  yaranışındadır:  ilk  dövrdə  onlar  ölkələrinin  dəstəyi  (Almaniya, 

İsveçrə)  və  ya  təşəbbüsü  (ABŞ,  Fransa,  Yaponiya)  ilə  kredit  kooperativlərinin  əsasında 

yaradılmışdır.  Keçmiş  sosialist  ölkələrində  müassir  kredit  kooperativlərin  və  bankların 

(Litvada  Mərkəzi  kredit  birliyi,  Bolqarıstanda  kredit  kooperativləri  birliyi,  Sloveniyada  

kredit  fəaliyyəti  və  s.)  dinamik  inkişafı,  həmçinin  iqtisadi  baxımdan  inkişaf  edən-Tailand 

(Kənd təsərrüfatı və kənd təsərrüaftı kooperativləri üçün bank- The bank  for Agriculture and 

Agricultural  Cooperatives),  İndoneziya  (Kənd  bankları  Rakyat-The  Village  Banks  (  unit 

Desa) of Bank Raykat İndonesia), Banqladeş (Qramin Bank-Grameen Bank)-kənd təsərrüfatı 

sahəsinin  dövlət  tərəfindən  sığortalanması  şərti  ilə  yerli  əhalinin  vəsaiti  hesabına 

birləşdirilməsi yolu ilə kreditləşməsi sxeminin çox uğurla işləməsini sübut edir. 



 

 

Kooperativ  kredit  təşkilatlarının  müvəfəqiyyətinin  əsasını  kredit  götürən  üzv  şəxslərin  



kollektiv  məsuliyyəti (özünəməxsus dairəvi zəmanət) və gəlirlərin qeyri-ənənəvi (toplanılmış 

paya görə deyil, kredit gönövülüşü həcminə uyğun)  bölgüsü təşkil edir. Kredit götürənlərin 

arasında  qeyri-formal  olaraq    qonşuluq  münasibətlərinin  olması  pay  sahibləri  tərəfindən 

kooperativlərin fəaliyyətinə demokratik  nəzarət olunmasında köməklik edir (müştərinin zəif 

tanınması  ilə  əlaqəli  yaranan  assimmetrik  informasiya  və  risklərin  qarşısını  alır).  Məhz  bu 

səbəbdən hökümət və banklar ayrı-ayrı  xırda borcalanlarla deyil , kooperativ pay sahibləri ilə 

işləməklə  daha  az  risk  etmiş  olurlar  (qeyd  etsək  ki  bu  həm  də  banklar  tərəfindən  kredit 

əməliyyatı xidmətinə sərf olunan  inzibati xərcləri azaldır) . Bu cür kredit təşkilatlar  əsasən 

xüsusi  kooperativ,  antitrest  və  vergi  qanunvericiliyi  əsasında  müəyyən  edilir.  Bir  çox 

ölkələrdə    dövlət  xarici  kreditorlar  tərəfindən  kooperativlərə  keçirilən  vəsaitlərinə  zamin 

durur 

(məsələn, 



Amerika 

Birləşmiş 

Ştatlarında  fermerlərə  verilən  kreditlərin 

maliyyələşdirilməsi  üzrə  Federal  Korporasiya-Federal  Farm  Credit  Banks  Funding 

Corporation -sərbəst pul bazarını cəlb etmək məqsədilə 100 %  zəmanətli  xüsusi istiqrazlar 

buraxır . 

Yaponiyada  ixtisaslaşmış  kənd  təsərrüfatı  kredit  təşkilatları  1890-cı  ildə 

yaradılıb.Yaponiyanın İpoteka Bankı (İB) 1896-cı ildə yaranıb və onun baçlıca vəzifəsi düyü 

sahələrinin  və  dağ  yamacı  torpaq  sahələri  və  meşələrin  girov  qoyulması  ilə  uzunmüddətli 

kreditlərin verilməsi idi. 

1896-cı ildən 1900-cü ilədək Kənd təsərrüfatı və Sənaye Bankları prefekturası meydana 

gəldi, 1899-cu ildə Xokkaydo Kolonial ( müstəmləkə ) Bankı yaradıldı. 1900-cu ildən sonra 

Kənd  təsərrüfatı  Kooperativ  Kredit  Assosiasiyalarının  sələfləri-    Sənaye  Kooperativ 

Assosiasiyaları  (SKA)-  ilk  dəfə  olaraq  kasıb  kəndlilərə  torpaqlarının  girov  gönövülməməsi 

şərti  ilə  kiçik  kredit  təklif  edirdilər.  Yuxarıda  qeyd  etdiyimiz  kredit  təşkilatları  dövlət 

tərəfindən  birdəfəlik  subsidiya  və  ya  vergilərdən  azad  olunması  ilə  yardım  aldılar.İpoteka 

Bankı (İB)  Sənaye Kooperativ Assosiasiyaları (SKA) kimi ikinci dünya müharibəsinə qədər 

Yaponiyanın  kənd  təsərrüfatında  kəndlilərə  qısa  və  uzunmüddətli  ssudalar  verən  yeganə  və 

başlıca kredit təşkilatı olaraq qalmışdır. 

İkinci dünya müharibəsindən sonra Yaponiyanın  kooperativ kənd təsərrüfatı sistemində 

yığılmış maliyyə fondu tədricən ticarət və sənaye sahəsinə yönəldi. Ölkədə torpaq islahatları 

keçirildi  və  torpaq  qeyri  likvid  (  satılmayan)  oldu.  Məhz  bu  səbəbdən    kooperativ  banklar 

kommersiya  banklarına  çevrildilər,  kənd  təsərrüfatının  maliyələşməsi  isə  yalnız  Meşəçilik,  

Balıqçılıq və  Kənd Təsərrüfatı Xüsusu Maliyə Hesabı imkanlarına reallaşırdı. 1953-cü ildə 

bu  Hesab  Maliyyə  Korporasiyası  statusu  aldı.  O  vaxtdan  bəri  praktik  olaraq  Korporasiya 

bütün maliyələşmələri ya  birbaşa hökümətin dövlət büdcəsindən, ya da xüsusi vasitəçilərin 

köməyi ilə alır.  

 İnkişaf etmiş ölkələrin kooperativ maliyə təşkilatları bank sistemini əvəz etmir. Onların 

əsas funksiyaları yerlərdə fermerlərə kredit verilməsi və kəndlərdə digər fəaliyyətləri həyata 

keçirməkdir.  80-ci  illərdə  Almaniya  Federativ  Respublikasın  kredit  kooperasiyaları 

sistemində ölkənin bütün maliyyə depozitlərinin 27 faizi cəmlənmişdi və o, (böyük bir hissəsi 

kənd  təsərrüfatına  keçirilən)  kreditlərin  ümumi  həcminin  24  faizini  təmin  edirdi. 

Finlandiyada 1984-cü ildə ümumi depozit qoyuluşunun 25 faizi kooperativ bankların, ümumi 

verlimiş kredit həcminin  26 faizi, o cümlədən , kənd təsərrüfatının maliyələşdirilməsində 58 

faiz paya sahib olmuşdur. 80-cı illərin əvvəlində Hollandiyada kənd təsərrüfatı üçün verilən 

kreditlərin  həcmi  ümumi  fermerlərə  verilən  kreditlərin  həcminin  90  faizindən 

artığını,Yaponiyada  80  faizini,  Fransada  təqribən  70-75  faizini,  Portuqaliyada  60  faizdən 

yuxarı,  Belçikada  50  faiz,  İsveçrədə  45  faiz,  ispaniyada  30  faizini  təşkil  etmişdir.    Hazırda  



 

 

ABŞ-da Fermaların Kredit Sistemi torpaq alışı üzrə  kreditlərin 1/3-ni,  qısa və uzun müddətli 



kreditlərin isə 1/6-ni reallaşdırır. 

Bu  kimi  kooperativ  kredit  təşkilatlarına  misal  olaraq  Mərkəzi  və  Şərqi  Avropa 

ölkələrindəki təşkilatları göstərə bilərik. Polşada kənd təsərrüfatının kreditləşməsinə, istehsala 

, emala, kənd təsərrüfatı mallarının satışı və inkişafdan geri qalmış sahələrə verilən kreditlərin 

90 faizə qədərinin verilməsi kooperativ bank sistemindən keçir. 

Polşada  sosializm  kənd  bank  sisteminin  islahatı  üçün  hüquqi  baza  1994-cü  ildə 

yaradılmışdı.  Hal-hazırda  Polşa  kooperasiya  sistemi  üç  səviyyədən  ibarətdir:  kredit 

ittifaqlarının  mərkəzi  bankı  (BGZ),  9  regional  və  1200  lokal  kooperasiya  bankı.  Bundan 

başqa, paralel olaraq islahat vaxtı BGZ himayəsindən çıxmış və sərbəst olmuş üç kooperasiya 

bankı  mövcuddur.  Lakin,  BGZ-in  başçılığı  ilə  kooperasiya  banklarının  sistemi  müqayisəli 

üstünlüklərə malikdir, çünki hökumət üç-beş il ərzində yenidən strukturlaşdırma keçirməyi və 

kənd banklarının ümidsiz borclarını  silməsini öz öhdəsinə götürmüşdür. Xüsusi olaraq bunun 

üçün  1995-ci  ildə  bank  zəmanətlərinin  Fondu  (Banking  Guarantee  Fund)  və  orta  və  kiçik 

biznesin  müəssisələri  üçün  Girov  fondu  (Loan  Collateral  Fund  for  Medium  and  Small 

Enterprises) yaradılmışdır. 

Litvada  kredit  ittifaqları  haqqında  qanun  fevral  1995-ci  ildə  təsdiq  edilmişdi.  2009-cu 

ildə ölkədə payçıların ümumi miqdarı 76,1 min nəfər olan ,aktivləri isə 520,6 milyon lt (150,8 

milyon  avro)  təşkil  edən  66  kredit  ittifaqı    müvəffəqiyyətlə  fəaliyyət  göstərirdi.  Kredit 

ittifaqları Litvanın Mərkəzi kredit ittifaqına  birləşdirilmişdir, hansı ki, ödəmə qabiliyyətinin 

və kredit ittifaqlarının likvidliyinin, onların fəaliyyətinə nəzarətin və kooperasiya kadrlarının 

təliminin    saxlanılması  üçün  cavab  verir.  Litva  kooperativləri  dövlətin  maliyyə  dəstəyindən 

istifadə  edir.  2006-cı  ildən  başlayaraq  yenidən  yaradılmış  kooperativlər  tərəfindən  təşkilat 

xərclərinin kompensasiyasına maliyyə vasitələri  ayrılır. Fəaliyyətin birinci ilində kooperativə 

maliyyə  köməyinin  ölçüsü  40  min  lt-ya  (11,6  min  avro)  çata  bilər.  Kənd  təsərrüfatı 

kooperativlərinin yaradılmasının genişləndirilməsinin digər forması onlara vergi güzəştlərinin 

təqdim olunmasıdır. Kooperasiyanın inkişafı həmçinin Avropa Birliyinin maliyyə dəstəyi ilə 

həvəsləndirilir.  "2007-2013-cü  il  Litvanın  kəndinin  İnkişaf  proqramı"nda  kənd  əhalisinin 

həyat  keyfiyyətin  yaxşılaşmasına,  çox  sahəli  iqtisadiyyatın  formalaşması,  həmçinin 

kooperativlərin  inkişafının  stimullaşdırılması  yolu  ilə  81  milyon  avro  ayırılmışdır.  Kənd 

kredit  kooperativlərinin  ittifaqları  həmçinin  Bolqarıstanda,  Ukraynada,  Moldaviyada,  

Latviyada və keçmiş sosializm blokunun digər ölkələrində yaradılmışdır. 

Kredit  təşkilatlarının  inkişafında  birmənalı  olaraq  dövlətin  rolu  vardır.  Müzakirələr 

aparılır  ki,  sistemin  yenidən  qurulmasında  dövlət  hansı  səviyyədə  iştirak  etməlidir: 

münasibətlərin  yaradılması  çərçivəsindən  və  ilkin  kapitalın  maliyələşməsinin  nəzarətinə 

qədər  olan  hissə.  Moldova,  Bolqarıstan  və  Rumıniyada  hökumət  kənd  təsərrüfatı  kredit 

kooperasiyalarının gənc sistemini dövri kapitalla təmin etmək məqsədi ilə Dünya Bankından 

borc aldı. 

Bu  baxımdan  Cənubi  Koreyanın  təcrübəsi  maraqlıdır.  Belə  ki,  kredit  kooperativləri 

burda  60-cı  ilərdə  yaranmış,  təkcə  kredit  verməklə  deyil,  həmçinin  əhalinin  pullarının  cəlb 

edilməsi,  marketinq  işləri  və  digər  istehsal  funksiyalarını  da  yerinə  yetirməklə  hər  kənd 

icmasında yaxşı işləyirdi. Başlanğıcda, 1961-ci ildə bütun fondun 57 faizi dövlət büdcəsindən 

gəlmiş,  yalnız  20  faizi  əhalinin  əmanətləri  təşkil  edirdi.  Buna  baxmayaraq  1974-cü  ildə 

əmanətlər fondun ümumi həcminin 51 faizini, dövlət tərəfindən qoyulan pullar isə  azalaraq 

19 faiz olmuşdur. Kreditlərin həcmi qısa dövrdə, cəmi 13 il müddətində 4 dəfə artmışdır. 

Digər  tərəfdən  Banqladeşdə  Qramin-bank  heç  bir  yardım  olmadan  fəaliyyətə 

başlamışdır ( 2007-ci ildə iqtisadiyyat üzrə Nobel mükafatı laureantı prof. Məhəmməd Yunus 

tərəfindən  yaradılıb).  Dünya  Bankının  və  donor  təşkilatlarının  kooperativ  kredit  təşkilatları 


 

 

yolu  ilə    çoxsaylı  kredit  təklifləri  rədd  edilmişdir.  Heç  də  həmişə  bu  yolla  verilən  kreditlər 



kooperativ  kredit  təşkilatlarının  işinin  qurmasına  müsbət  təsir  etmirdi.  Bəzən  kooperativ 

kredit təşkilatları Hindisitan və digər Asiya ölkələrinə verilən kreditlərin geri qaytarılmaması 

səbəbi ilə tez bir zamanda süquta uğrayırdılar. 

Banqladeş əhalisinin kasıb olması ( illik yığım miqdarı 1 nəfər üçün 5-10 ABŞ dollar), 

Qramin-bankın  aktivlərinin  birləşdirilməsinin  imkansız  olmasını  göstərir  və  bu  Rusiyada 

mikrokredit verilişinin inkişafı üçün təcrübə kimi baxıla bilinməz.  

İnkişaf  etmiş  ölkələrdə  kredit  kooperativ  təşkilatlarının  yaradılması  cəhtləri  indidə 

davam  etdirilir.  Məsələn,  Misirdə  kiçik  və  orta  sahibkarlığın  dəstəklənməsi  sistemi  təkcə 

kommersiya  bankları  tərəfindən  deyil,  həmçinin  qeyri-dövlət  təşkilatları  tərəfindən 

yaradılmış yerli təşkilatların köməyi ilə mümkün olur. 2008-ci ildə bu məqsədlə 28 milyard 

misir  funtu  və  ya  ümumi  banklar  tərəfindən  verilən  kreditin  7.9  faizi  həcmində  pul 

ayrılmışdır. 

Azərbaycanla  yanaşı.  keçmiş  sovet  ittifaqı  ölkələrində:  Tacikistan,  Özbəkistan, 

Moldova,  Ukrayina,  Qığızıstan  və  Qazaxıstanda  mikro-kredit  təşkilatları  bazarında  kredit 

kooperativləri  ilə  yanaşı  dövlət,  bələdiyyə  və  xüsusi  fondlar,  həmçinin  iş  ortaqları  və 

təşkilatları  fəalyyət  göstərirlər.  Kredit  kooperativləri,  ittifaqlar  və  assosasiyaların  fəaliyyəti 

lisenziyalaşdırılır.  Özbəkistan,  Qazaxıstan  və  Qırğızıstanda  müstəsna  hal  olaraq  bu  işlər 

Mərkəzi  Bankın  üzərinə  düşür.  Ukrayna  və  Azərbaycanda  isə  liseziyalaşma  məslələri  

maliyyə xidməti bazarında səlahiyyətli dövlət orqanının üzərinə düşür.  

Kənd  təsərrüfatına  verilən  kreditlərlə  məşqul  olan  kooperativ  kreditləşmə  sisteminin 

vacib  elementi  verilən  kreditlərin  zəmanəti  və  girov  məsələsidir.  Misal  üçün,  Litvanın  kənd 

təsərrüfatına  verilən  kreditlər  üzrə  sığorta  fondu  kifayət  ediləcək  qədər  girov  qoymaq 

gücündə olmayan borclananları sığortalamaq məqsədilə  1995-ci ildə (1.8 milyon avro kapital 

həcmi)    yaradılmışdır.  Fermerlər  üçün  maksimum  sığorta  miqdarı  116  min  avro,  şirkətlər 

üçün isə 260 min avro müəyyən edilmişdir. Sığorta haqqı-5.5 faiz, onun da 1.1 faizini müştəri 

ödəyir, qalan hissəsini isə dövlət konpensasiya edir. Bunlarla bağlı ölkəmizdə işlər görülmüş 

olsada kəndlərdə heç də yaxşı nəticələrə nail olunmadı. 

ABŞ və Avropada kredit kooperativlər sisteminin inkişafı bir-birinə çox oxşasa da bəzi 

suallarda fərqli xüsusiyyətlər meydana çıxır. 

Misal  üçün  ABŞ  və  Fransada  kəndli  fermer  və  əhali  heç  vaxt  öz  vəsaitlərini  kredit 

kooperativlərinə  yatırmırdılar.  Almaniya  və  Hollandiyada  (RABO-bank),  əksinə  kapitalın 

əsas hissəsini yerli əhali və xarici investisiya hesabına əldə olunmuş əmanətlər təşkil edirdi. 

Rusiya,  ABŞ, Yaponiyada  kreditlər  yalnız istehsal  yönümlü kənd təsərrüfatına  verilirdi. Bu 

yaxınlarda  ABŞ-da  Fermer  Kredit  Sistemi  (FCS)  kənd  təsərrüfatında  sosial  infrastrukturun 

inkişafı üçün kreditlər təklif edir. Yalnız son zamanlar FCS az da olsa aqrobiznesin inkişafı 

ilə  əlaqəli  fəaliyyətləri  də  maliyələşdirir  (Əgər  bu  istehsalçının  özünə  aid  olarsa).  Eyni 

zamanda  Almaniya  və  Hollandiyada  kənd  təsərrüfatı  üçün  ehtiyac  olunan  kreditlərin  həcmi 

ümumi  həcmin  5  faizini  keçmir.  Ən  başlanğıcdan  burda  bir  konsepsiya  olmuşdur-tək  kənd 

təsərrüfatının  deyil,  “rayonun  inkişafı  naminə  istənilən  kiçik  fəaliyyətin  inkişafının 

stimullaşdırılması”. 

Yığım  hissəsinin  formalaşdırılmasında  da  fərqlər  var.  Fermer  Kredit  Sisteminin 

fərqləndirici  cəhəti  qismində  müştərilər  arasında  daimi  olaraq  payların  yığımının 

olmamasıdır. Kooperativ üzvlərinin payı  yalnız kredit  götürdüyü  müddətdə, kreditin  5 faizi 

miqdarında  təşkil  edir.  Pay-gönövülmüş  kreditin  həcmindən  asılı  olaraq  artıb  və  ya  azala 

bilər, borcun ödənildiyi zaman tam qaytarılmalıdır. Üzvün elektron hesabında Fermer Kredit 

Sistemə  üzv  olmaq  və  xidmətlərdindən  istifadə  etmək  imkanı  üçün  simvolik  olaraq  5  dollar 

görsənir.Sistemin aktivləri mövcud üzvlərinin kooperativ əmlakları hesab olunur. 


 

 

Almaniya və Hollandiyada payın miqdarı hər bir üzv üçün simvolik olaraq bərabər təyin 



olunur. Kredit alışının həcmi payın həcmindən deyil, girovun qiyməti və borc verilərkən tələb 

olunan digər öhdəliklərin sığorta olunmasının qiymətləndirilməsindən asılıdır.  

Çevrilişdən  öncəki  Rusiyada  paylar  əvvəlcədən  müəyyən  edilirdi,  üzvlər  kooperativə 

üzv  olduqdan  sonra  bir  neçə  illər  ərzində  payı  formalaşdıra  bilərdilər.  Kreditin  maksimal 

həcmi sərt şəkildə  yığılmış payın həcminə bərabər tutulurdu. 

Kooperativin  öhdəliklərində  onun  üzvlərin  kollektiv  məsuliyyət  prinsipi  heç  də  hər 

yerdə mövcud deyil. Misal üçün,  bu ABŞ-da yoxdur. əksinə Hollandiyada RABOBANK-ın 

hər bir üzvü 5000 quldenin avro ekvivalenti məbləğində digər üzvləri ilə bütün öhdəliklərdə 

eyni  dərəcədə  məsuliyyət  daşıyırlar.  Rusiyada  üzvlər  kooperativin  yerinə  yetirdikləri  işlərdə 

onların paylarının həcmləri miqdarında məsuliyyət daşıyırdılar (həcmcə eyni olmayan). 

Hollandiyanın  RABOBANK-ı  gəlirlərin  bölünməsi  baxımından  səciyyəvi  xüsusiyyətə 

malik deyildir. Belə ki, gəlir üzvlər arasında  bölünməyərək rezerv fondda  yığılırdı. Bu fond 

bankın  şəxsi  kapitalı  həcminin  artırılmasına,  yerli  sahibkarların  və  kooperativ  üzvlərinin 

tələbi  ilə  əlavə  xidmətlərin  həyata  keçirilməsi  və  gözlənilən  itkilərin  aradan  qaldırılmasına 

xidmət edirdi. Bundan başqa Hollandiya Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş ehtiyat 

norması da yerinə yetirilmiş olurdu.  

Rusiyada gəlir üzvlük haqqı ödənişi qismində götürülmüş kredit həcmindən asılı olaraq 

bölüşdürülürdü. Belə olduğu halda kreditin dəyəri ucuzlaşırdı. 

Qərbi  avropa  ölkələrində  kooperativlər-100  illik  inkişaf  yolu  keçmiş  kredit 

kooperativlərinin  sadə  forması  olan  rayffayzen  tipinin  məhsuludur.  Təkamül  nəticəsində  bu 

struktur  çoxlu  klassik-kredit    tərəfdaşlıq  xüsusiyyətlərini  itirmişdir.  Belə  ki,  kooperativ 

bankın  pay  sahibləri  kənd  təsərrüfatında  məşqul  olmayan  şəxlərdir  və  onlar  bu  sahəyə 

xeyriyyəçilik məqsədi ilə deyil, yüksək gəlir götürmək məqsədilə pul qoymuşlar. 

Bankın idarə edilməsində “bir üzv-bir səs” prinsipinə əməl olunur, payçıların böyük bir 

qismini, əsasən- işçi sinfin təmsilçiləri kooperativ bankları kooperasiyaların spesifik təşkilati-

hüquqi forması kimi fərqləndirirlər. 

 Sözsüz  ki,  təşkilatların  təcrübəsi  və  Qərbi  Avropa  ölkələrin  kooperativ  banklarında 

sistemin işləməsi, iqtisadi inkişaf etmiş  Qərbi Avropa və Cənub-Şərqi Asiyanın kooperativ 

sisteminin  öyrənilməsi  əhəmiyyətlidir.  Qeyri-stabil  bazar  iqtisadiyyatı  şəraitində  biz  bu 

təcrubələrdən ən azı bizim öz milli kredit kooperasiya sistemimizi təkmilləşdirə bilən sistem 

nümunəsi  kimi  istifadə  edə  bilərik.  Lakin,  bunun  üçün  ilk  növbədə  dövriyyə  kapitalının 

maliyyə  dəstəyi  və  kooperativ  yönümlü  kiçik  maliyə  təşkilatların  fəaliyyətini  müəyyən 

edəcək  normativ-hüquqi  bazanın  yaradılmasında  daimi  olaraq  dövlətin  məqsədyönlü  təsiri 

olmalıdır. Dünyada sığortanın inkişaf meyillərini təhlil edərkən, sığorta nəzarəti və biznesi ilə 

bağlı  qəbul  edilmiş  yeni  beynəlxalq  prinsip  və  standartlarıla  tanış  olarkən,  ayrı-ayrı 

beynəlxalq  konfrans  və  forumlarda  iştirak  edərkən  çox  tez-tez  rastlaşdığımız  mövzulardan 

biri  də  İslam  sığortası  və  ya təkaful anlayışları  ilə  bağlıdır.  Bu  anlayışlar  əksər  hallarda 

sinonim kimi işlənsə  də, əslində onlar arasında müəyyən fərq var ki, bu da təkafulun İslam 

sığorta  modellərinin Şəriət alimləri tərəfindən daha geniş şəkildə qəbul edilmiş bir qrupunu 

əhatə  etməsindədir.  Təkaful  əməliyyatlarının  həcminin  dünya  maliyyə  sistemində  analoqu 

olmayan  sürətlə  inkişafı, habelə  maliyyə  böhranlarının  bu  sistemdən demək olar  ki, təsirsiz 

ötüşməsi  (təkcə  bir  faktı  demək  kifayətdir  ki,  2007-2010-cu  illər  arasında  təkaful 

əməliyyatlarının  həcmindəki  artım  illik  28 %  təşkil  etmişdir) istər  beynəlxalq  təşkilatlar, 

istərsə  də  ayrı-ayrı  transmilli  korporasiyaların  son  vaxtlar  təkafulla  bağlı  nəzəri  və  təcrübi 

tədqiqatlara vaxt və pul sərf etmələrinə səbəb olmuşdur. 

“Təkaful”  sözü  ərəb  mənşəli “kəfələ” sözündən  götürülmüş,  təmin  etmək,  bir  kəsə 

kömək etmək və ya bir kəsin qayğısına qalmaq mənalarını daşıyır. Təkaful birgə məsuliyyət, 


 

 

qardaşlıq, həmrəylik, qarşılıqlı əməkdaşlıq, yaxud yardımlaşma əsasında müəyyən riskə qarşı 



maliyyə təminatı imkanı yaratmaq üçün formalaşdırılan münasibətlər sistemidir. Dünyanın ən 

yeni, lakin ən dinamik sığorta institutu olan təkafulun tarixi dolayısı ilə 14 əsr əvvələ - ərəb 

tayfaları arasında geniş yayılmış və İslam Şəriətində də qəbul edilmiş “əl-əqilə” doktrinasına 

qədər  gedib  çıxır.  Bu  prinsip  sonralar  həyatın  bir  çox  sahələrində,  xüsusən  də  dəniz 

tacirlərinin  zərərlərinin  qrup  üzvlərinin  birgə  vəsaitləri  hesabına  formalaşdırılan  fonddan 

ödənilməsi  sistemində  geniş  tətbiq  edildi.  Lakin  peşəkar  fəaliyyət  olaraq,  ilk  təkaful  şirkəti 

1979-cu ildə Sudanda təsis edilmişdir. Hazırda dünyada 150-yə yaxın müstəqil təkaful şirkəti, 

200-dən artıq isə sığorta şirkətlərinin “təkaful pəncərəsi” mövcuddur. 

Ən  ümumi  şəkildə  desək,  təkaful  bir  qrup  şəxsin  hər  birinin  müəyyən  məbləğdə  pul 

vəsaiti  qoyaraq,  qarşılıqlı  köməkləşmə  və  könüllü  yardım  prinsipləri  əsasında,  qrup 

üzvlərindən hər birinin məruz  qala  biləcəyi zərərli hadisələrdə  maliyyə  yardımı göstərməyə 

imkan verən ümumi fond (iştirakçılar fondu və ya təkaful fondu) yaradılmasını nəzərdə tutan 

maliyyə  mexanizmidir.  İslam  hüququnun  məcmusu  olan  Şəriətə  görə  insanlar  arasındakı 

bütün  münasibətlərdə  ədalətli  rəftar  mövcud  olmalıdır.  Bu  səbəbdən  istismarın  –  bu  və  ya 

digər  yolla kiminsə haqqı çatmadığı bir şeyi  əldə etməsi hallarının  aradan qaldırılması üçün 

ədalətsiz varlanmanın bütün yolları, həmçinin zəruri olmayan risk və ya möhtəkirlik (böyük 

qazanc  vəd  edən,  lakin  həddən  artıq  riskli  olan  sərmayə  qoyuluşu) əlamətləri  daşıyan 

əməliyyatlar qadağan edilir.  

Müasir  fiqh  alimləri  İslam  şəriətinə  uyğunluq  baxımından  kommersiya  sığortası  ilə 

əməkdaşlıq  sığortasını  (sığorta  terminologiyasında  daha  çox  “qarşılıqlı  sığorta”  kimi  ifadə 

olunur)  bir-birindən  fərqləndirirlər.  Sığorta  terminologiyasında  kommersiya  sığortası 

dedikdə,  gəlir  əldə  etmək  məqsədilə  özəl  müəssisə  kimi  təsis  edilmiş,  müəyyən  haqq 

müqabilində risklərin qəbul edilməsi üzrə fəaliyyət göstərən şirkətlərin fəaliyyəti, əməkdaşlıq 

və  ya  qarşılıqlı  sığorta  dedikdə  isə,  iştirakçıların  (sığortalıların)  risklərinin  bölüşdürülməsi 

məqsədilə  təsis  edilmiş  və  onlara  məxsus  sığorta  fondunun  idarə  edilməsi  ilə  məşğul  olan 

təşkilatların  fəaliyyəti  başa  düşülür.  Şəriət  alimlərinin  əksəriyyətinin,  o  cümlədən  Fətvalar 

üzrə  Daimi  Komitənin,  Müsəlmanların  Ümumdünya  Liqasının  Məkkə  şəhərində  yerləşən 

İslam  Fiqhi  Şurasının,  İslam  Konfransı  Təşkilatının  Ciddə  şəhərində  yerləşən  Beynəlxalq 

İslam  Fiqhi  Şurasının  fətvalarında  əks  olunan  rəyə  görə, kommersiya  sığortasında  Şəriətlə 

qadağan  olunan  əməliyyatlar  mövcuddur,  lakin  təkaful  və  tədamun  (qarşılıqlı  yardım  və 

əməkdaşlıq) mexanizmləri vasitəsilə həyata keçirilən əməkdaşlıq sığortası (qarşılıqlı sığorta) 

isə halal və icazəlidir. 

Təkaful  sığorta  konsepsiyasının  İslam  şəriətinə  uyğun  qaydada  həyata  keçirilən 

alternativ  mexanizmidir.  Başqa  sözlə,  müsəlman  ölkələrində,  həmçinin  müsəlmanların  çox 

yaşadığı  bir  sıra  digər  ölkələrdə  tətbiq  olunan  təkaful  Şəriətə  uyğun  qaydada  iştirakçıları 

(ənənəvi  sığortada  “sığortalılar”)  və  operatorları  (ənənəvi  sığortada  “sığortaçılar”)  cəlb 

etməklə  qarşılıqlı  risk  bölüşdürülməsinin  həyata  keçirildiyi  sistemdir.  Təkaful  mahiyyət 

etibarı  ilə  qarşılıqlı  müdafiə  əsasında  risk  bölüşdürülməsini  ehtiva  edən  ənənəvi  sığortanın 

qarşılıqlı  (əməkdaşlıq)  sığorta  əməliyyatları  ilə  oxşardır.  Təkafulun  ənənəvi  sığortadan 

iqtisadi  baxımdan  fərqi  risklərin  qiymətləndirilməsi,  həmçinin  təkaful  fondunun  idarə 

edilməsindədir. Digər fərqlər isə sığortaçı və sığortalı arasındakı münasibətlərdə təzahür edir. 

Təkaful  əməliyyatları  İslamın  qadağan  etdiyi  hər  hansı  əməlin  ünsürünü  istisna  edir. 

Təkafulun  mahiyyəti  həm  də  ondan  ibarətdir  ki,  bu  cür  münasibətlərə  cəlb  olunan  tərəflər 

bərabərlik  əsasında  bir-birinə  yardım  etmək  məqsədilə  riskli  hadisələrin  nəticələrinə  şərik 

olmaqla  Şəriət prinsiplərinə  riayət edərək  münasibət qururlar.  Bu zaman Quranın “Yaxşılıq 

etməkdə  və  pis  əməllərdən  çəkinməkdə  əlbir  olun,  günah  iş  görməkdə  və  düşmənçilik 

etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun”(Quran, əl-Maidə surəsi, 2-ci ayə) 


 

 

ayəsindəki əmr və qadağa əsas götürülür. Baş verən hadisələrin zərərli nəticələrinin hər hansı 



bir  qrup  arasında  bölüşdürülməsi  insanların  sosial  rifahına  əlavə  təminat  baxımından 

mühümdür. 

Təkaful  əməliyyatlarının  təcrübədə  daha  çox  üç  əsas  modelindən  istifadə  olunur  ki, 

bunların  əsas  fərqi  təkaful  fondunu  iştirakçıların  adından  idarə  etməsinə  görə  operatorun 

haqqının hansı əsasda ödənilməsində təzahür edir: 

1.

 





1   2   3   4   5   6   7   8   9   ...   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə