Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi İQTİsadi İslahatlar


Kənd  təsərrüfatında,  o  cümlədən  üzümçülük  sahəsində  risklər



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə2/12
tarix24.01.2017
ölçüsü2,09 Mb.
#6237
1   2   3   4   5   6   7   8   9   ...   12

Kənd  təsərrüfatında,  o  cümlədən  üzümçülük  sahəsində  risklər.  Mövcud  elmi-

təcrübi  ədəbiyyatın  və  dünya  təcrübəsinin  təhlili  göstərir  ki,  kənd  təsərrüfatı,  o  cümlədən 

üzümçülüklə bağlı potensial riskləri aşağıdakı cədvəldəki kimi qruplaşdırmaq mümkündür: 

 

Risk qrupları  

Risk amilləri 

Təbii-iqlim 

Dolu, don vurma, daşqın, külək, quraqlıq, yanğın, zəlzələlər, vulkan püskürmələri və s. 

Sanitar 


Xəstəliklər və epidemiyalar 

Nəzarətdə saxlanıla bilən 

Nəzarətdə saxlanıla bilməyən 

Bazar 


Yerli və beynəlxalq qiymətlərdəki fərqlər, keyfiyyət standartlarındakı dəyişikliklər 

Siyasi, hüquqi, 

sosial, iqtisadi 

Müharibələr, maliyyə böhranları, ins-titusional 

mexanizmlərin zəifliyi və s. 

Nəzarətdə saxlanıla bilən 

Nəzarətdə saxlanıla bilməyən 

 

Bəzi  ədəbiyyatlarda  (Hardaker  et  al.  1997;  Boehlje  and  Trede  1977;  Fleischer  1990)  



kənd təsərrüfatı ilə əlaqədar riskləri aşağıdakı kimi də qruplaşdırırlar: 

- istehsal riskləri; 

- qiymət və ya bazar riskləri; 

- institusional risklər;  

- maliyyə riskləri; 

- fərdi risklər (insan amili). 

Yaxın  keçmişdə  bir  çox  ölkə  kənd  təsərrüfatı  məhsulları  istehsalçılarını  bu  risklərdən 

qorumaq  və  onları  dəstəkləmək  üçün  onları  birbaşa  subsidiyalaşdırmaq  və  məhsulun 

qiymətinə dəstək kimi alətlərdən istifadəyə üstünlük verirdilər. Belə siyasət, bir çox hallarda 

izafi  məhsul  istehsalı  və  digər  neqativ  halların  yaranmasına  səbəb  olurdu.  Odur  ki,  bir  çox 

ölkələrdə daha çox məhsul istehsalından çox, istehsalçıların normal mənfəət əldə etmələrini 

təmin  etməyə  yardım  edəcək  dəstək  mexanizmlərinin  tətbiqinə  üstünlük  verilməsinə 

başladılar. Bu fermerlərə əkdikləri sahənin miqyası və ya istehsal etdikləri məhsulun həcminə 

uyğun  müəyyən səbəblərdən  əldən verdikləri  qazancı  kompensiya  etməyi nəzərdə  tutur. Bu 

zaman  qiymət  bazarda  formalaşdığından  istehsal  həcmi  də  bazar  tələbinə  uygunlaşdırılır  və 

bazar  mexanizminə  təhrifedici  təsirlər  olmur.  Belə  alətlərdən  biri  də  kənd  təsərrüfatı  üzrə 

sığortanın  həvəsləndirilməsi  və  dəstəklənməsidir.  Məlumdur  ki,  kənd  təsərrüfatı  nəzarətdə 

saxlanıla bilməyən risklərə daha çox qaldığından iqtisadiyyatın  ən riskli sahələrindən hesab 

olunur  və  ona  görə  də  kommersiya  sığorta  şirkətləri  kənd  təsərrüfatı  üzrə  sığortaya  elə  də 

həvəs  göstərmirlər.  Lakin,  mütərəqqi  dünya  təcrübəsi  göstərir  ki,  bu  sahədə  düşünülmüş 

dövlət dəstəyi mexanizminin yaradılması vəziyyəti köklü surətdə dəyişə bilər. 

Müasir  yanaşmalara  görə  kənd  təsərrüfatı  müəssisələrində  sığortanın  obyektləri  

aşağıdakılar ola bilər: 

-

 



kənd təsərrüfatı bitkilərinin  məhsulları; 

-

 



kənd təsərrüfatı heyvanları, ev quşları, dovşanlar, xəzli vəhşi heyvanlar, arı ailələri; 

-

 



kənd təsərrüfatı təyinatlı binalar, tikililər, qurğular, avadanlıqlar, maşınlar, nəqliyyat 

vasitələri və digər əmlak növləri; 

-

 

fermerlərin və ya kənd təsərrüfatı müəssisələrinin gəlirləri; 



-

 

kənd təsərrüfatı kreditləri. 



Odur  ki,  bu  sahə  üzrə  tətbiq  edilən  sığorta  alətləri  də  çox  istiqamətlidir.  Bu  sırada 

aşağıdakılar nümunə kimi göstərilə bilər: 

-

 

Vahid risk sığortası. Bu sığorta müqaviləsi adətən bir, bəzən iki növ risk hadisəsini 



(daha çox dolu düşməsi riski, yaxud dolu düşməsi və yanğın riski) əhatə edir. 

 

 

-



 

Birləşdirilmiş  risk  sığortası.  Bu  sığorta  müqaviləsi  iki  və  daha  çox  risk  hadisəsini 

əhatə edir. 

-

 



Məhsul sığortası. Təbii fəlakətlər nəticəsində məhsul istehsalının həcminə təsir edə 

biləcək əsas riskləri (məsələn, dolu, quraqlıq) sığortalayır. 

-

 

Qiymət  sığortası.  Bu  müqavilə  məhsul  istehsalının  bir  hissəsini  qiymətlərin 



müəyyən edilmiş səviyyədən aşağı düşməsi riskinə qarşı sığortalayır. 

-

 



Məhsul satışından daxil olmaların sığortası. Bu sığorta müqaviləsi hər hansı məhsul 

növü  üzrə  istehsal  həcminin  və  ya  qiymətin  aşağı  düşməsi  halında  gəlirlərin 

itirilməsi riskini sığortalayır. 

-

 



Əmlakın sığortası. Kənd təsərrüfatı təyinatlı binalar, tikililər, qurğular, avadanlıqlar, 

maşınlar, nəqliyyat vasitələrinin, kənd təsərrüfatı heyvanları, ev quşları, dovşanlar, 

xəzdərili vəhşi heyvanlar, arı ailələri və digər əmlak növlərinin  sığortasını nəzərdə 

tutur. 


-

 

Fermer  təsərrüfatının  bütövlükdə  sığortalanması.  Hər  hansı  fermer  təsərrüfatında 



istehsal  olunan  müxtəlif  növ  kənd  təsərrüfatı  məhsullarının  bütövlükdə 

sığortalanmasını nəzərdə tutur. 

-

 

Gəlir  sığortası.  Gəlir  sığortası  məhsul  və  qiymət  risklərini,  həmçinin  istehsal 



xərclərini əhatə edir. Adətən, gəlir sığortası təkcə bir məhsul növü üzrə deyil, bütün 

ferma  üzrə  ümumi  gəliri  sığortalayır.  Gəlir  sığortası    digər  sığorta  növlərinə 

(məsələn,  məhsul  sığortası,  qiymət  sığortası)  nisbətən  fermerlər  üçün  potensial 

olaraq,  daha  cəlbedicidir,  çünki  o,  fermerlərin  maddi  rifahına  birbaşa  olaraq,  təsir 

edən itkiləri sığortalayır. 

-

 



İndeksə  əsaslanan  sığorta.  İndeksə  əsaslanan  sığorta  məhsulları  alternativ  sığorta 

növü  olmaqla  burada  ödənişlərin  verilməsi  ferma  məhsullarının  həcmi  əsasında 

deyil,  hökumət  agentlikləri  və  ya  digər  təşkilatlar  tərəfindən  hesablanan  indekslər 

əsasında həyata keçirilir. 

-

 

Kreditlərin sşğortalanması. Fermerlərin cəlb etdiyi kreditlər üzrə faiz və əsas borcun 



vaxtında qaytarılması ilə bağlı risklərin sığortalanmasını nəzərdə tutur. 

Son  zamanlar,  inkişaf  etmiş  ölkələrin  sığorta  bazarlarında  baş  verən  maliyyə  və 

texnoloji  dəyişikliklər  kənd  təsərrüfatı  risklərinin,  xüsusilə  iqlimlə  bağlı  risklərin 

sığortalanmasında  yeni  effektiv  metodların  tətbiqinə  imkan  vermişdir.  Belə  ki,  kənd 

təsərrüfatı  istehsalı  ilə  bağlı  risklərin  iştirakçı  tərəflər  arasında  bölüşdürülməsi  mexanizmi 

kimi sığorta bazarlarında “Fəlakət istiqrazları”, “Əlverişsiz hava şəraitindən sığorta indeksi” 

və “Ərazi-məhsul indeksinə əsaslanan müqavilələr” formasında maliyyə-sığorta alətləri tətbiq 

edilir. Eyni zamanda, peyk sistemi vasitəsilə havanın proqnozlaşdırılması, kosmik təsvirlərin 

çəkilməsi,  “Erkən  xəbərdarlıq  sistemi”  modelləri  kimi  texnoloji  innövasiyalar  aqrar  sığorta 

mexanizminin inkişafına maneə olan bir sıra amillərin aradan qaldırılmasına kömək etmişdir. 

Beynəlxaq  təcrubə  göstərir  ki,  kənd  təsərrüfatının,  o  cümlədən  üzümçülüyün  inkişaf 

etdirilməsi  məqsədilə  bu  işlə  məşğul  olan  fiziki  və  ya  huquqi  şəxslərə  dövlət  tərəfindən 

müəyyən  dətək  verilir.  Bu  dəstəyə,  təbii  fəlakət  nəticəsində  zərər  cəkmiş  kənd  təsərrüfatı 

məhsullarının  istehsalçılarına  dəymiş  zərərin  əvəzinin  dövlət  tərəfindən  ödənilməsi,  onların 

banklara  olan  borclarının  ödənilməsi  və  ya  ödəmə  vaxtının  müəyyən  müddətə  uzadılması, 

bütün  növ  vergilərdən  azad  olunması  və  s.  daxil  edilir.  Dünya  təcrubəsində  kənd  təsərrüfatı 

məhsullarının  istehsalı  ilə  məşgul  olan  vətəndaşlara  verilən  dövlət  dəstəyinin  digər  forması 

isə,  istehsal  edilən  kənd  təsərrüfatı  məhsullarının  müəyyən  risklərdən  icbari  sığorta 

etdirilməsi,  ödəniləcək  sığorta  haqqının  müəyyən  hissəsinin  dövlət  tərəfindən  ödənilməsi, 

kənd  təsərrüfatı  məhsullarının  istehsalı  ilə  məşğul  olan  müəssisələrin  gəlir  və  xərclərinə  və 



 

 

yaxud  kənd  təsərrüfatı  məhsullarının  sığortası  ilə  məşğul  olan  sığorta  təşkilatlarının  bu  növ 



üzrə zərərlərinə dövlətin ortaq olması və s. ibarətdir. 

Aparılmış tədqiqatlar  əsasında  bu qənaətə  gəlinmişdir ki, inkişaf etmiş ölkələrdə  kənd 

təsərrüfatı  məhsullarının  istehsalı  ilə  məşğul  olan  vətəndaşlara  onların  məhsullarını  sığorta 

etdirdikləri zaman  dövlət dəstəyi ən əlverişli  vasitədir.  Belə ki, qeyd olunan formada dövlət 

dəstəyi  təbii  fəlakətlər  nəticəsində  kənd  təsərrüfatı  məhsullarının  istehsalı  ilə  məşğul  olan 

şəxslərə dəymiş zərərlərin aradan qaldırılması məqsədi ilə xərclənən büdcə vəsaitinə qənaət 

etməklə yanaşı, aqrar sektorun, həmcinin bu sahə üzrə aparılan sığorta işinin inkişafına da oz 

müsbət təsirini göstərmiş olur. 

Özəl  sığorta  şirkətlərinin  kənd  təsərrüfatı  istehsalının  sığortalanmasında  maraqlı 

olmamaları  dövlətin  birbaşa  və  ya  dolayı  vasitələrlə  bu  sahəyə  müdaxiləsini  zəruri  edir. 

Məsələn, ABŞ, İspaniya, Fransa və İtaliya kimi yüksək gəlirli ölkələrdə həyata keçirilən kənd 

təsərrüfatı  məhsulları  istehsalının  dövlət  tərəfindən  sığortalanması  mexanizmi  hökumətin 

aşağıdakı tədbirləri həyata keçirməsini nəzərdə tutur: 



 

sığorta ödənişlərində fermerlərə güzəştlərin edilməsi; 





 

kənd  təsərrüfatı  məhsullarının  sığorta  müqaviləsindən  irəli  gələn  risklərin 

qiymətləndirilməsi  prosesi  ilə  əlaqədar,  yüksək  inzibati  xərclərin  bir  hissəsinin 

ödənilməsi məqsədilə özəl sığorta şirkətlərinə subsidiyaların verilməsi; 





 

subsidiyalaşdırılan təkrar (yenidən) sığorta. 

Bir  sıra  ölkələrdə  (İspaniya,  Türkiyə  və  s.)  kənd  təsərüfatı,  o  cümlədən  üzümçülük 

sahəsində  sığortanın  genişləndirilməsi  və  səmərəliliyinin  artırılması  məqsədilə  dövlətin 

dəstəyi və ya birbaşa iştirakı ilə kənd təsərrüfatı sığortası və ya zəmanət fondları yaradılır. Bu 

barədə dünya təcrübəsinə həsr olunmuş ikinci bölmədə daha ətraflı məlumat verilir. 

Tədqiqatlar  göstərir  ki,  müasir  dövrdə  üzümçülük  və  şərabçılıq  kimi  kapitaltutumlu 

istehsal sahələrində sığortanın əhəmiyyətli növlərindən biri də bu sahələrə verilən kreditlərin 

sığortalanması  və  ya  onlara  zəmanət  verilməsi  ola  bilər.  Bir  çox  ölkələrdə  aqrar  sahə  üzrə 

kredit  qoyuluşlarına  görə  risklərin  azaldılması  və  beləliklə  bu  sahəyə  kredit  ayrılmasının 

stimullaşdırılması  məqsədilə  isə  “Kreditlərin  sığortalanması  fondu”  və  ya  “Kreditlər  üçün 

zəmanət  fondu”  kimi  institutlar  yaradılır.  Bu  institutların  müxtəlif  ölkələr  üzrə  təcrübəsi 

göstərir ki, onların fəaliyyətinin əsasını müxtəlif təsərrüfatçılıq subyektlərinin kənd təsərrüfatı 

məqsədilə  aldıqları  kreditləri  ödəyəcəklərinə  dair  banklara  zəmanətin  verilməsi  təşkil  edir. 

Aydındır  ki,  ümumilikdə  aqrar  sektorda  sığorta  mexanizmlərinin  inkişaf  etmiş  olması  kənd 

təsərrüfatı  kreditlərinin  sığortalanması  və  ya  ödənəcəyinə  dair  zəmanətin  alınması 

imkanlarını da genişləndirir. 

Kredit  bazarlarında  bəzi  kredit  növləri  üzrə  Ödəmə  Təminatı  Sığortası  (Payment 

Protection  Insurance,  həmçinin  Credit  Protection  Insurance  və  ya  Loan  Repayment 

Insurance)  kimi  fərqli  müddət  və  şərtləri  ehtiva  edən  müxtəlif  mexanizmlər  tətbiq  olunur. 

Sığorta  çərçivəsində  müqavilə  şərtlərinə  uyğun  olaraq,  müəyyən  hallarda  kredit  borcları 

tamamən  və  ya  müqavilədə  göstərilən  müddət  boyunca  sığorta  şirkəti  tərəfindən  ödənilir. 

Bundan  əlavə  həm  ixrac,  həm  də  daxili  bazarlarda  kreditə  mal  və  xidmət  satışlarının 

sığortalanması  mexanizmi  də  geniş  şəkildə  tətbiq  olunur  ki,  bu  mexanizmdə  sığorta  şirkəti 

satıcı firmanın müəyyən müddəti əhatə edən kreditor borclarını sığortalayır. 

Aqrar  kreditlərə  zəmanət  mexanizmi  ABŞ,  Yaponiya,  Fransa,  Kanada,  Almaniya, 

İtaliya,  İspaniya  kimi  inkişaf  etmiş  ölkələrdə,  həmçinin  bir  sıra  inkişaf  etməkdə  olan 

ölkələrdə  fəaliyyət  göstərir.  Bundan  əlavə,  inkişaf  etməkdə  olan  ölkələrdə  kredit  zəmanət 

mexanizminin  yayğınlaşdırılması  məqsədilə  son  illərdə  Dünya  Bankı  tərəfindən  müxtəlif 

layihələr  tətbiq  edilir.  Məsələn,  bu  çərçivədə  1997-1998-ci  illərdə  Dünya  Bankının  yardımı 

və  Yapon  Hökumətinin  qrantı  ilə  Rusiya  Federasiyasının  Nijniy  Növqorod  Vilayəti  üçün 


 

 

Kənd  Təsərrüfatı  Kreditlərinin  Zəmanəti  Sxemi  hazırlanmışdır.  Məqsəd  kommersiya 



banklarından  kredit  alarkən  təminatı  (girov)  az  olan  fermerlərə  kömək  etməkdən  ibarət 

olmuşdur.  Sxem  akkreditasiya  olunmuş  kommersiya  bankına  dövlət  təşkilatı  olan  -  Kənd 

Təsərrüfatı  Kreditləri  Zəmanəti  Fondu  vasitəsilə  kreditin  60  faizi  həcmində  təminatın 

verilməsini nəzərdə tutur. Layihəyə əsasən sxem həm dövriyyə vəsaiti, həm də əsas vəsaitlər 

üçün  ayrılan  kreditlərə  təminat  verməlidir.  Belə  hesab  olunur  ki,  təminatın  verilməsi 

məsələsinə  hər  bir  kredit  üçün  ayrı-ayrılıqda  baxılmalıdır.  Maliyyə  modelinə  əsasən,  orta 

kredit  həcmi  50  min  ABŞ  dolları  ətrafında  olmalı,  kredit  məbləğinin  3  faizi  həcmində  illik 

təminat ödənişi Fonda köçürülməlidir. 

 

Sxem 1.1: Zəmanətlə kreditin verilməsi mexanizmi 

 

Ümumiyyətlə,  dünya  təcrübəsinin  təhlili  bir  çox  ölkələrdə  aqrar  sektorun  və  Kiçik  və 



Orta  Sahibkarlığın  (KOS)  inkişafına  vəsaitlərin  yönəldilməsi  məqsədilə  kreditlər  üçün 

zəmanət  fondunun  yaradıldığını  göstərir.  Xüsusilə,  Avropada  bu  çərçivədə  fəaliyyətlər  son 

illərdə  sürətlənmiş  və  müxtəlif  ölkələrin  kredit  zəmanət  qurumları  1992-ci  ildə  mənfəət 

güdməyən  “Avropa  Qarşılıqlı  Zəmanət  Assosiasiyası”nı  (AECM)  formalaşdırmışdır.  Hər 

hansı  bir  maliyyə  qurumuna  bağlı  olmadan  müstəqil  şəkildə  fəaliyyət  göstərən  AECM,  18 

ölkədə (Avstriya, Belçıka, Çex, Estoniya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, 

Latviya, Litva, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, İspaniya İsveç və Türkiyə) 34 

zəmanət təşkilatını təmsil edir. 

Nizamnaməsinə  görə,  zəmanətlərin  rolunu  artırmaq  və  şəffaflığı  təmin  etmək,  KOS-

ların  maliyyə  imkanlarının  artırılmasına  xidmət  göstərən  “Müştərək  zəmanət”ləri  bir 

investisiya  aləti  kimi  inkişaf  etdirmək,  üzv  qurumlar  arasında  informasiya  şəbəkəsini 

gücləndirmək və s. kimi məqsədləri olan AECM-yə üzv zəmanət quruluşları 4 milyard avro 

sərmayələri ilə təqribən 40 milyard avroluq bir gücü təmsil edir.  

Məqbul 


İlk

in

 ar



aşd

ır

m



ad

an

 s



o

n

ra 



q

ey

ri



-m

əqbul


 

Öd

ən



 

Kreditin qaytarılmasında 



problem 

Qey


ri

-m

əq



b

u



Yetərsiz zəmanət 

Kredit tələbi 

Kredit ödənişi 

Birbaşa 


zəmanət tələbi 

Kredit təşkilatı 

KOS və ya Fermer 

Zəmanət tələbi 

Kredit Zəmanəti 

Fondu 

Tələbin 

dəyərləndirilməsi 

ZƏMANƏT 

Risk müşahidəsi 

Fondun məsuliyyət 

bölməsinə müraciət 

Hüquqi təhqiqat 

 

 

Müvafiq  tədqiqatların  nəticələrinə  əsaslanaraq,  bu  qənaətə  gəlmək  olar  ki,  Kredit 



zəmanəti fondları aşağıdakı kimi bəzi ümumi cəhətlərə malikdirlər: 

-

 



Kiçik  və  ya  orta  sahibkarlıq  subyekti  kredit  üçün  birbaşa  bank  müraciət  edir.  Əgər 

zəruri təminatı göstərməkdə çətinlik yaranarsa, ya müraciət etdiyi bank, ya da sahibkar 

birbaşa özü əlavə təminat üçün Zəmanət Fonduna müraciət edə bilər. 

-

 



Əsas  risk  qiymətləndirilməsi  krediti  verən  qurum  tərəfindən  aparılır.  Çünki  Zəmanət 

Fondu  edilən  müraciətə  “Qeyri-məqbul”  cavabı  verdiyi  təqdirdə  belə  bank  risk 

qiymətləndirilməsinin nəticələrinə əsaslanaraq, kreditin ayrılması barədə müsbət qərar 

qəbul edə bilər. 

-

 

Zəmanət  Fondu  isə  öz  daxilində  risk  müşahidəsi  bölməsi  formalaşdırır.  Riskləri 



minimuma  endirmək  və  daha  sağlam  qərarların  verilməsi  məqsədilə  adətən  Fond 

sərmayəsinin  formalaşdırılmasında  özəl  sektorun,  xüsusilə  bankların  və  sığorta 

şirkətlərinin iştirakı təmin edilir. 

-

 



Zəmanət Fondlarının adətən regional bölmələrinin yaradılmasına ehtiyac olmur. Çünki 

regionlarda sahibkarlarla münasibəti birbaşa banklar qurur. 

-

 

Zərurət  yarandığı  təqdirdə  ölkə  səviyyəsində  deyil,  sadəcə  bir  və  ya  bir  neçə  regionu 



əhatə edən və ya konkret bir sahə üzrə ixtisaslaşmış Zəmanət Fondu da yaradıla bilər.  

Fikrimizcə,  yuxarıda  qeyd  olunanlar  nəzərə  alınaraq,  Azərbaycanda  tezliklə  müvafiq 

fondun yaradılması və gələcəkdə bu fondun imkanlarının daha da genişləndirilməsi məqsədi 

ilə AECM-ə üzvlüyünün təmin olunması ölkədə kənd təsərrüfatı, o cümlədən üzümçülük və 

şərabçılıq  sahəsində  sığortanın  inkişafı  və  kredit  təminatının  yaxşılaşmasına  ciddi  müsbət 

təsir göstərərdi. 



 

1.2.

 

Lizinq xidmətlərinin təşkilinin nəzəri-metodoloji əsasları 

 

Tədqiqatlar  göstərir  ki,  müasir  dövrdə  üzümçülük  və  şərabçılıq  kimi  kapitaltutumlu 



istehsal  sahələrində  maliyyə  təminatının  yaxşılaşdırılmasında  mühüm  vasitələrdən  biri  də 

mütərəqqi lizinq alətlərindən istifadənin genişləndirilməsi ola bilər. Müvafiq ədəbiyyatlarda 

lizinq  özündə 

bank  krediti

,  icarə, 

investisiya

  elementlərini  cəmləşdirən  münasibətlər 

kompleksi kimi xarakterizə olunur. Lizinq - lizinq verənlə lizinq alan arasında, əksər hallarda, 

uzunmüddətli  xarakter  daşıyan  maliyyə  sazişidir.  Lizinq  müqaviləsinə  görə  lizinq  verən 

lizinq  alana  lazım  olan  əmlakı  satıcıdan  mülkiyyət  hüququ  ilə  əldə  etməli  və  lizinq  alanın 

müvəqqəti  sahibliyinə  və  istifadəsinə  verməlidir.  Lizinq  - 

sənaye  avadanlıqların

ın, 

maşınlar


ın,  yeni  texnologiyaların,  istehsal  təyinatlı  bina  və  tikililərin  istifadəsinin  xüsusi 

sahibkarlıq fəaliyyəti formasıdır.  

Tarixi mənbələrə görə, lizinq ideyası qədim tarixə malikdir. Belə ki, bu mənbələrdə hələ 

eramızdan  əvvəl  qədim 

Şumerd

ə  lizinqə  oxşar  əməliyyatalrın  istifadə  olunduğuna  dair 



məlumatlara  rast  gəlinir  (qədim  Şumerin  Ur  adlı  şəhərinə  aid  gildən  hazırlanmış  cədvəllər 

tapılmışdır  və  bu  cədvəllərdə  həmin  dövrdə  kənd  təsərrüfatı  alətlərinin,  torpağın,  su 

mənbələrinin,  mal-qaranın  və  başqa  heyvanların  icarəyə  verilməsi  haqqında  məlumatlar  əks 

olunmuşdur). Tarixçilər bilidirirlər ki, 

Aristotel

 də 


e.ə. 350

-ci ildə yazdığı "Sərvət mülkiyyət 

hüququnda  yox,  ondan  istifadədədir"  adlı  əsərində  lizinq  ideyasına  toxunub. Amma  ingilis 

müəllifi T. Klark iddia edir ki, lizinq münasibətləri daha qədimdir. Çünki O, miladdan öncə 

yazılmış  Hammurapi  qanununda  icarəyə  aid  bir  neçə  müddəanı  müəyyən  etmişdir. 

Venesiyada

  isə 

XI  əsrd


ə  lizinq  sövdələşmələrinə  bənzər  sövdələşmələr  olub.  Belə  ki, 

venesiyalılar  ticarət  gəmilərinin  sahiblərinə  o  zamanlar  baha  sayılan 

lövbərl

ərini  icarəyə 



verirdilər. Səyahət başa çatdıqdan sonra isə lövbərlər sahiblərinə geri qaytarılırdı və yenidən 

icarəyə verilirdi. 



 

 

İqtisadi  leksikona  lizinq  (



ingiliscə

 "lease"  –  icarəyə  vermək)  sözünün  daxil 

olması 

Bell


 telefon  şirkətinin  fəaliyyəti  ilə  bağlıdır.  Şirkət  rəhbərliyi  1877-ci  ildə  öz 

telefonlarını satmaq əvəzinə, onları icarəyə vermək qərarına gəldi. Lakin əsas fəaliyyəti lizinq 

əməliyyatları olan ilk cəmiyyət 1952-ci ildə 

San-Fransisko

 şəhərində yaranmış "United States 

Leasing  Corporation"  olmuşdur.  Beləliklə 

Amerika  Birləşmiş  Ştatları

 yeni  bir  biznes 

növünün  vətəni  oldu.  XX  əsrin  60-cı  illərinin  ortalarında  lizinq  əməliyyatlarının  dövriyyəsi 

bu  ölkədə  1  milyard 

ABŞ  dolları

,  80-ci  illərin  axırına  isə  110  milyard  ABŞ  dollarını 

keçmişdir. Bu o deməkdir ki, bir əsr 

rüb


ü ərzində lizinq əməliyyatlarının ümumi dövriyyəsi 

100  dəfə  artmışdır.  Bu  artım  lizinq  sövdələşmələrində  hər  iki  tərəfin  qazandığını  göstərir. 

Hazırda  İEÖ-də  təsərrüfat  subyektləri  tərəfindən  istehsalın  texniki  təchizatının  30-40%-i 

lizinq yolu ilə həyata keçirilir.  

Artıq,  XX  əsrin  80-ci  illərinin  əvvəllərindən  lizinq  fenomeni  sadə  uzunmüddətli  icarə 

kimi  deyil,  özündə  icarə  münasibətləri,  təminatlı  kredit  maliyyələşdirilməsi  elementlərini, 

borc  öhdəlikləri  üzrə  hesablaşmaları  və  digər  maliyyə  mexanizmlərini  birləşdirən  əlavə 

perspektivli  maliyyələşdirmə  sistemi  kimi  qəbul  olunur.  Lizinq  əməliyyatları  bank 

strukuturları  ilə  sahibkarları  istehsalın  maliyyələşdirilməsi  üçün  əməkdaşlıq  etməyə  sövq 

edir. 


Lizinq  biznesi 

sahibkarl

ıq  fəaliyyətinin  xüsusi  sferası  kimi  fəaliyyət  göstərir.  Əgər 

lizinqdən  geniş  surətdə  istifadə  olunarsa,  o  istehsalın  texniki  təchizatının,  ölkə 

iqtisadiyyatının  yenidən  təşkilinin  və  bazarın  yüksək  keyfiyyətli  mallarla  doldurulmasının 

güclü  impulsu  kimi  çıxış  edə  bilər.  Lizinq  sövdələşmələrinin  effektivliyi  özünü  investisiya 

prosesinin aktivləşdirilməsində lizinqalan müəssisənin maliyyə durumunun  yaxşılaşmasında, 

xırda və orta biznesin rəqabət qabiliyyətliliyinin artırılmasında göstərir. 

Lizinq  –  ixtisaslaşmış  lizinq  şirkətinin,  firmasının,  bank  şöbəsinin  lizinqalan  üçün 

əmlak  olaraq,  həmin  əmlakın  müəyyən  müddətə  icarəyə  verilməsi  ilə  əlaqədar  olaraq  əsas 

vəsaitlərə  investisiya  qoyuluşunun  maliyyələşdirilməsidir.  Müddətindən  asılı  olaraq  3  növ 

icarə müqaviləsi mövcuddur: 

1.

 

Qısamüddətli icarə (rentinq, 



ing:

 renting) – 1 gündən 1 ilə qədər müddətə

2.

 

Ortamüddətli icarə (hayrinq, 



ing:

 hiring) – 1 ildən 3 ilə qədər müddətə; 

3.

 

Uzunmüdəətli icarə (lizinq, 



ing:

 leasing) – 3 ildən 20 ilə qədər. 

Lizinq  dedikdə  maşın  və  avadanlıqların  uzunmüddətli  icarəsi  başa  düşülür.  Bu  zaman 

istehsal  məqsədilə  avadanlıq  və  maşınlar  icarəçi  tərəfindən  icarədara  verilir.  Müqavilənin 

bütün müddəti ərzində mülkiyyət hüququ icarəçidə qalır. 

Bundan başqa, lizinqə üçüncü şəxs üçün əmlak əldə edib, bu əmlakı ona uzunmüddətli 

icarəyə  verən,  əsas  fondlara  edilən  qoyuluşları  maliyyələşdirmənin  xüsusi  formasında 

vasitəçilik  edən  ixtisaslaşmış  şirkət  kimi  də  nəzərdən  keçirmək  olar.  Beləliklə,  lizinq  şirkəti 

icarədara  kredit  verir.  Buna  görə  də,  lizinqə  bəzən  "kredi-bay"  (fransızcadan  tərcümədə  - 

kredit-icarə)  deyirlər.  Mülkiyyət  hüququnun  satıcıdan  alıcıya  keçdiyi  alqı-satqı 

müqvilələrindən  fərqli  olaraq  lizinq  müqvilələrində  mülkiyyət  hüququna  icarəçi  sahib  olur. 

İcarədar  isə,  onun  müvəqqəti  sahibi  olur.  Lizinq  müqaviləsinin  müddəti  bitdikdən  sonra 

lizinq  alan  müqvilə  obyektini  razılaşdırılmış  qiymətlə  əldə  edə,  lizinq  müqviləsinin  vaxtını 

uzada və ya avadanlığı və ya maşını sahibinə geri qaytara bilər. 

İqtisadi  nöqteyi-nəzərdən  lizinq  avadanlıq  alınması  üçün  təqdim  olunan  kreditlə 

oxşardır.  Kredit  vermə  zamanı  borc  alan  borcu  bağlamaq  üçün  müəyyən  edilmiş  tarixlərdə 

əsas  fondlaraödənişlər  daxil  edir,  bununla  belə  ssidanın  tam  ödənilməsinə  qədər  kreditə 

verilən  obyektin  mülkiyyət  hüququnu  bank  özündə  saxlayır.  Lizinq  zamanı  icarədar 

müqavilənin müddəti bitdikdən sonra, icarəyə götürülmüş əmlakın qiyməti tam ödənildikdən 


 

 

sonra əmlakın sahibi olur. Amma bu deyilənlər yalnız maliyyə lizinqinə aiddir. Lizinqin digər 



bir növü olan operativ lizinq avadanlığın klassik icarəsinə daha çox oxşayır. 

Hüquqi  nöqteyi-nəzərdən  lizinq  müqaviləsi  investisiya  qiymətlilərinin  uzunmüddətli 

icarəsinin xüsusi növüdür. 

Lizinq  və  icarə  anlayışları  arasında  oxşar  cəhətlər  çoxdur.  Lakin  onlar  eyni  anlayışlar 

sayıla  bilməzlər.  Belə  ki,  icarə  əmlakın  başqa  şəxsin  (icarəçinin)  müvəqqəti  sahibliyinə  və 

istifadəsinə verilməsidir. İcarə zamanı icarəçi əmlakdan istifadə etməklə yanaşı ondan bəhrə 

götürmək hüququna malikdir. İcarə münasibətləri ikitərəfli xarakter daşıyır. Lizinq - əmlakın 

başqa  şəxsin  (lizinq  alanın)  müvəqqəti  sahibliyinə  və  istifadəsinə  verilməsidir.  Lizinq 

üçtərəfli münasibətdir. Lizinqin əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, lizinq verən 

əmlakı lizinqə vermək üçün onu mülkiyyət hüququ əsasında əldə etməli və ya hazırlamalıdır. 

əgər  lizinqə  verilən  əmlak  artıq  lizinq  verənin  mülkiyyətindədirsə,  əmələ  gələn  hüquq 

münasibəti  icarə  (kirayə)  kimi  qiymətləndiriləcəkdir.  Lizinqin  xüsusiyyətlərindən  biri  də 

lizinq  alanın  alqı-satqı  müqaviləsi  üzrə  tələblərin  birbaşa  əmlakın  satıcısına  qarşı  irəli 

sürülməsi hüququna malik olmasıdır. 

Lizinq əməliyyatlarının tətbiqi aşağıda göstərilən yollarla iqtisadi inkişafa kömək edir:  

-

 



Lizinq  istehsalatın  müasirləşdirilməsi  və  kiçik  sahibkarlığın  inkişafı  yolunu  təklif 

edir.  Kiçik  və  orta  müəssisələrinkredit  qabiliyyəti  aşağı  olduğuna,  onlar  likvid 

girovun  təklif  edilməsi  imkanına  malik  lmadıqlarına  görə  həmin  müəssisələrin 

maliyyələşdirilməsində lizinq şirkətləri mühüm rol oynayırlar. 

-

 

Lizinq  maliyyə  bazarında  rəqabətin  artmasına  xidmət  edir.  Dövriyyə  vəsaitlərinin 



maliyyələşdirilməsindən  aşağı  riskli  olanlizinq  bank  kreditindən  daha  ucuz 

maliyyələşdirmə  üsuludur  və  onunla  birbaşa  rəqabət  təşkil  edir.  İnkişaf  etməkdə 

olan  ölkələrdəlizinq  bank  kreditləşməsinin  alternativi  olaraq  müəssisələrə  həm 

lizinqdən,  həm  də  bank  kreditindən  istifadə  ediləməsinə  və  təmin  edilmiş  borcun 

məbləğinin  aşmamasına  imkan  yaradır.  -  Lizinq  ümumiyyətlə  iqtisadiyyata  kapital 

qoyuluşlarının həcmini artırır. 

-

 

Lizinq  avadanlığın  satış  həcmlərinin  artmasına  xidmət  edir.  Lizinq  yerli  və  xarici 



mal verənlərə yeni alıcı sayının artması mexanizmini təklif edir. 

Lizinq  əməliyyatlarının  dəqiq  müəyyənləşdirilməsinin  böyük  praktiki  əhəmiyyəti  var, 

belə  ki,  qanunvericiliklə  müəyyən  edilmiş  sənədləşdirmə  qaydalarına  riayət  olunmazsa, 

müqvilənin hər iki iştirakçısı maliyyə itkilərinə məruz qalarlar. 

Lizinq müqaviləsinin əsasını aşağıdakılar təşkil edirlər: 

-

 



Müqavilənin obyekti; 

-

 



Müqavilənin subyektləri (lizinq müqviləsinin tərəfləri); 

-

 



Lizinq müqviləsinin müddəti; 

-

 



Lizinq ödənişləri; 

-

 



Lizinq üzrə təklif olunan xidmətlər. 

Lizinq  müqaviləsinin  obyekti  rolunda  istehsal  zamanı  məhv  olmayan  istənilən  növ 

maddi  sərvətlər  çıxış  edə  bilər.  İcarəyə  götürülmüş  obyektin  təbiətinə  görə  daşınmaz  və 

daşınan obyektin lizinqi fərqləndirilir. 

Lizinq  müqaviləsinin  subyektləri  rolunda  lizinq  müqviləsinin  obyektinə  bilavasitə 

aidiyyatı olan tərəflər çıxış edirlər. Bununla belə onları birbaşa və dolayı iştirakçılara bölmək 

olar. Lizinq müqaviləsinin birbaşa iştirakçılarına aiddir: 

-

 



lizinq firmaları və ya şirkətləri(lizinq verənlər və icarəçilər); 

-

 



istehsal  (sənaye  və  kənd  təsərrüfatı),  ticarət  və  nəqliyyat  müəssisə  və  işçiləri 

(lizinqalan və icarədarlar); 



 

 

-



 

müqavilə  obyektinin  tədarükçüsü  –  istehsal  (sənaye)  və  ticarət  şirkətləri.  Lizinq 

sövdələşmələrinin dolayı iştirakçıları aşağıdakılar sayılırlar: 

-

 



Lizinqverəni  kreditləşdirən  və  müqvilənin  zamini  rolunda  çıxış  edən  kommersiya 

və investisiya bankları; 

-

 

Sığorta şirkətləri; 



-

 

Broker və digər vasitəçi şirkətlər. 



Lizinqin bir investisiya mexanizmi kimi inkişafı nəticəsində banklar və sığorta şirlətləri 

də lizinq münasibətlərinə qatılırlar. 

Lizinq  şirkətləri  icarə  növündən  asılı  olmayaraq  (qısamüddətləri,  ortamüddətli  və 

uzunmüddətli)  icarə  münasibətləri  həyata  keçirən  bütün  şirkətlər  sayılır.  Öz  fəaliyyət 

xarakterinə görə onlar dari xtisaslaşdırılmış və universal kimi təsnifləşdilirlər. 

Dar  ixtisaslaşdırılmış  şirkətlər  adətən  bir  növ  əmlakla  (yüngül  avtomobillər, 

konteynerlər) və ya standart növ eyni qrup əmlaklarla (tikinti avadanlıqları, tekstil maşınları) 

iş  görürlər.  Adətən  bu  şirkətlər  maşın  parkı  və  avadanlıq  ehtiyatlarına  malik  olurlar  və 

müştərinin  ilk  tələbinə  uyğun  olaraq  onları  təqdim  edirlər.  Lizinq  şirkətləri  adətən  özləri 

texniki  xidməti  həyata  keçirirlər  və  obyektin  normal  istismar  vəziyyətində  saxlanmasına 

diqqət  yetirirlər.  Universal  lizinq  firmaları  icarəyə  müxtəlif  növ  maşın  və  avadanlıqlar 

verirlər.  Onlar  müştəriyə  (icarədara)  lazımi  avadanlığın  tədarükçüsünü  seçməyi,  sifarişin 

yerləşdirilməsi  və  müqavilə  obyektinin  yerləşdirilməsi  məsələlərini  sərbəst  buraxırlar. 

Texniki  xidmət  və  icarə  predmetinin  təmiri  məsələlərini  ya  tədarükçü  ya  da  ki,  lizinq 

alanyerinə yetirir. Beləliklə, lizinqverən yalnız müqavilənin maliyyələşdirilməsi funksiyasını 

yerinə  yetirir.  Beləliklə  lizinq  verən  yalnız  müqvilənin  maliyyələşdirilməsi  funksiyasını 

yerinə yetirir. Lizinq firmaları çox nadir hallarda başqa şirkətlərlə qohum əlaqəsində olmayıb 

sərbəst  olurlar.  Çox  zaman  onlar  sənaye  və  ticarət  şirkətlərinin,  bank  və  sığorta 

cəmiyyətlərinin filialları və ya törəmə şirkətləri olurlar. Bununla bərabər əksər hallarda lizinq 

şirkətləri  banklar  tərəfindən  idarə  olunurlar.  ABŞ-ın  kommersiya  bankları  XX  əsrin  60-cı 

illərinin  əvvəllərindən  başlayaraq  lizinq  əməliyyatlarında  bilavasitə  iştirak  etmməyə 

başlayıblar.  Növbəti  illərdə  lizinq  biznesinin  genişlənməsinə  səbəb  1971-ci  ildə  Federal 

Rezerv Sisteminin qəbul etdiyi qərar oldu. Bu qərar banklara xırda mülkiyyət və avadanlığın, 

sonradan  isə  daşınmaz  əmlakın  icarəyə  verilməsi  üçün  törəmə  şirkət  təsis  etmək  hüququ 

verdi. 

Bankların lizinq xidmətləri bazarına daxil olmaları 2 amillə bağlıdır: 



1.

 

Lizinq  kapital  tutumlu  biznes  növüdür,  banklar  isə  pul  resurslarının  əsas  sahibləri 



sayılırlar. 

2.

 



Lizinq xidmətləri öz iqtisadi təbiətləriə görə bank kreditləşdirilməsi ilə sıx bağlıdır 

və axırıncının özünəməxsus alternativdir. 

Maliyyə bazarlarında olan rəqabət, bankları bu əməliyyatları genişləndirməyə sövq edir 

ki, bu da banklaılizinq əməliyyatları həyata keçirən şirkətlər arasında birinci yerə çıxarmışdır. 

Bununla  bərabər  banklar  müstəqil  lizinq  şirkətlərini,  kredit  vermə  yolu  ilə  idarə  edə  bilər. 

Lizinq  cəmiyyətlərinə  kredit  təqdim  etməklə,  onlar  lizinqalanları  əmlak  krediti  formasında 

maliyyələşdirirlər. 

Lizinq  əməliyyatlarını  həyata  keçirən  digər  kateqoriya  şirkətlər  sənaye  və  tikinti 

şrkətləridirlər. Onlar icarəyə öz istehsal etdikləri əmtəələri verirlər. 

Digər  bir  qrup  şirkətlər  də  var  ki,  onlar  müqavilələri  lizinq  əsasında  həyata  keçirirlər. 

"Liz"-in dövrü adı altında lizinq müqaviləsinin qüvvədə olduğu müddət başa düşülür. Lizinq 

uzunmüddətli icarənin xüsusi bir forması olduğundan müqavilə obyektininyüksək qiyməti və 

uzun istifadə müddəti liz dövrünün müvqqəti çərçivələrini müəyyən edir. 


 

 

Lizinq  müqviləsinin  müddətini  müəyyənləşdirərkən  lizinqalan  və  lizinqverən 



aşağıdakıları nəzərə almalıdırlar: 

-

 



Avadanlığın  texniki  iqtisadi  göstəriciləri  ilə  müəyyən  olunan  istifadə  müddəti. 

Lizinq  müqviləsinin  müddəti  avadanlığın  mümkün  istismar  müddətini  (icarədar 

tərəfindən istismar şərtləri nəzərə alınmaqla) aşmamalaıdır; 

-

 



Müqavilənin müddəti qanunvericiliklə məhdudlaşdırıla bilər; 

-

 



Avadanlığın  amortizasiya  periodu  dövlət  orqanları  tərəfindən  müəyyən  edilir. 

Maliyyə lizinqi zamanı müqavilənin müddəti ilə amortizasiya dövrü üst-üstə düşür

-

 

Müqavilənin daha səmərəli və ucuz analoqunun meydana çıxması. Bu faktor əsasən 



buraxılan məhsulu tez-tez dəyişdirilərək yeniləşdirilən sahələr üçün vacibdir; 

-

 



İnflyasiya prosesinin dinamikası. Lizinqverən üçün sürətlə artan inflyasiya zamanı 

təsbit  edilmiş  müddətlərdə  ödənişlərlə  uzun  müddətli  müqavilə  imzalamaq  sərfəli 

deyil. Qiymətlər aşağı düşdüyü zaman isə lizinqverən uzunmüddətli dövrə müqvilə 

bağlamağa səhd göstərir; 

-

 

Borc kapitalı bazarının konyukturası və inkişaf tendensiyaları. Lizinq şirkətləri bank 



kreditlərindən  geniş  istifadə  etdiklərinə  görə,  lizinq  faizinin  əsasını  təşkil  edən, 

uzunmüddətli  kreditlər  üzrə  faiz  stavkası  lizinq  müqaviləsinin  müddətinə  birbaşa 

təsir göstərir. 

Lizinq  əməliyyatları  sistemində  ən  çətin  məqam  lizinqverənə  çatacaq  lizinq 

ödənişlərinin  ümumi  məbləğinin  müəyyən  olunmasıdır.  Qısamüddətli  və  ortmüddətli  lizinq 

zamanı  icarə  ödənişlərinin  məbləği  icarəyə  götürülən  əmlakın  bazar  konyukturası  ilə 

müəyyən  olunur.  Uzunmüddətli  lizinq  zamanı  lizinq  ödənişlərinin  hesablanması  özündə 

lizinq  müqaviləsi  obyektinin  dəyərini  və  müqavilənin  müddətini  ehtiva  edən  hesablanma 

metodikası  əsasında  həyata  keçirirlir.  Lizinq  və  kredit  arasında  mövcud  olan  oxşarlıqlara 

baxmayaraq  lizinq  şərtlərinin  hazırlanması  və  sənədləşdirilməsi  daha  çətin  iş  olub,  xüsusi 

hazırlıq tələb edir. İstənilən lizinq ödənişinə daxildir: 

-

 



amortizasiya

-



 

müqavilənin  lizinqverən  tərəfindən  həyata  keçirilməsi  üçün  istifadə  olunan 

resursların ödənişi; 

-

 



lizinq  marjası  –  bura  lizinqverənin  göstərdiyi  xidmətlərə  görə  əldə  etdiyi  gəlir 

daxildir (1-3%); 

-

 

riskin  məbləği  –  bu  məbləğ  lizinqverənin  aid  olduğu  müxtəlif  risklərin 



səviyyəsindən asılıdır 

Resursların qiyməti, lizinq marjası və risk məbləği birlikdə lizinq faizini təşkil edirlər. 

Lizinq müqaviləsi aşağıdakı 11 mərhələdən ibarət olan bir mürəkkəb prosesdir: 

1.

 



Lizinq müraciəti – potensial lizinq alan onu maraqlandıran obyektin geniş təsvirini 

verməklə lizinq müraciətinin formasını doldurur; 

2.

 

Müraciətə baxılması – müraciətə lizinq şirkəti tərəfindən baxılır; 



3.

 

Müraciətin  təsdiqlənməsi  –  müraciət  lizinq  şirkətinin  kredit  komitəsi  tərəfindən 



təsdiq edilir; 

4.

 



Lizinq müqaviləsinin bağlanması – lizinq alanın müraciəti təsdiq edildikdən sonra 

lizinq verən və lizinq alan arasında lizinq müqaviləsi bağlanır; 

5.

 

Alqı-satqı  müqaviləsinin  bağlanması  -  lizinq  verən  və  satıcı  arasında  alqı-satqı 



müqaviləsi bağlanır; 

6.

 



Lizinq  obyektinin  əldə  edilməsi  –  lizinq  verən  lizinq  obyektini  lizinq  alanın 

müvəqqəti sahibliyinə və istifadəsinə vermək üçün onu mülkiyyət hüququ ilə əldə 

edir; 


 

 

7.



 

Sığorta  –  lizinq  müqaviləsi  ilə  ayrı  qayda  nəzərdə  tutulmadıqda  satıcı  lizinq 

obyektini sığortalamalıdır; 

8.

 



Lizinq  obyektinin  lizinq  alana  verilməsi  -  lizinq  verən  və  lizinq  alan  lizinq 

obyektinin lizinq alana verilməsini təsdiq edən qəbul protokolunu imzalayırlar; 

9.

 

Lizinq ödənişləri – lizinq alan lizinq obyektindən istifadəyə görə mütəmadi olaraq 



lizinq ödənişlərini həyata keçirir

10.


 

Monitorinq maliyyə nəzarəti – lizinq verən lizinq obyektinin vəziyyətini və lizinq 

alanın  maliyyə  vəziyyətini  lizinq  müqaviləsi  ilə  müəyyən  edilmiş  qaydada 

yoxlayır; 

11.

 

Mülkiyyət  hüququnun  lizinq  alana  keçməsi  –  lizinq  müqaviləsi  ilə  nəzərdə 



tutulmuş hallarda lizinq obyekti lizinq alanın mülkiyyətinə keçə, yaxud lizinq alan 

lizinq obyektini satın ala bilər. 

Müəssisələr, adətən, istifadə etdikləri əsas vəsaitlərin həm də sahibidirlər və bu vəsaitlər 

onların  balansında  da  əks  olunur.  Bu,  müəssisələr  üçün  hər  zaman  müsbət  hal  kimi 

qarşılanmır. Lizinqin yaranması ilə müəssisələr əsas vəsaitlərini satınalma ilə yanaşı kiralama 

yolu ilə də qazanmaq imkanını əldə etmişdir. Lizinq münasibətlərində əmlakın mülkiyyətinə 

sahib  olmanın  ortaya  çıxardığı  xərclər  Lizinq  Şirkətinə  aid  olduğu  üçün  lizinq  yolu  ilə 

avadanlıq  əldə  edən  müəssisələr  qazanclı  çıxmaqdadır.  Bəzən  hətta,  müəssisələr  sahib 

olduqları  avadanlıqları  lizinq  şirkətlərinə  satıb  eyni  avadanlıqları  həmin  şirkətdən  yenidən 

maliyyə  lizinqi  yolu  ilə  icarəyə  götürmək  üsullarına  belə  müraciət  etmişdirlər  və  beləliklə 

lizinqin qaytarılan lizinq növü ortaya çıxmışdır. 

Ümumiyyətlə, lizinqin ən geniş istifadə edilən aşağıdakı növləri vardır: 

Operativ lizinq (operating leases).Lizinqin bu növündə, maliyyə lizinqi ilə müqayisədə 

müqavilə  müddəti  daha  qısa  müddətli,  lizinq  ödənişləri  isə  daha  yüksək  olur.  Bu  lizinq 

növündə lizinq şirkəti avadanlığın bütün cari və əsaslı təmir xərclərini özü çəkir və bu xərclər 

lizinq ödənişlərinə  əlavə  edilir. Operativ lizinqdə  müqavilə  sonunda  avadanlığın  mülkiyyəti 

lizinq şirkətində qalır. Buna görə də, operativ lizinqdə müqavilə müddəti adətən çox qısa olur 

və  lizinqalan  tərəfindən  ödənilən  lizinq  ödənişləri  avadanlığın  dəyərini  tam  əhatə  etmir. 

Lizinq şirkətləri operativ lizinqə verdikləri avadanlıqları ya ikinci dəfə lizinqə verməklə və ya 

satmaqla avadanlığın tam qiymətini əldə edirlər. Müəssisələr tərəfindən operativ lizinq əsasən 

çox sürətlə inkişaf edən texnika vasitələrinin  əldə edilməsində istifadə olunur. Belə ki, bəzi 

avadanlıqların texniki cəhətdən saz vəziyyətdə olmasına baxmayaraq, bazara yeni modellərin 

təqdim  edilməsi  ilə  bu  avadanlıqların  mənəvi  köhnəlməsi  hadisəsi  baş  verir  və  nəticədə  bir 

müəssisə  üçün  istehsal  avadanlıqlarının  hamısının  yenilənməsi  böyük  ölçüdə  maliyyə 

vəsaitləri  tələb  edir.Operativ  lizinqdə  isə  bu  avadanlıqlar  icarəyə  götürülərək  rahatlıqla  belə 

vəziyyətlərdən çıxış yolu əldə edilir. 

Operativ  lizinqdə  avadanlıq  lizinq  şirkəti  tərəfindən  müştərinin  (lizinqalanın) 

əvvəlcədən  razılığı  olmadan  alınır  və  bununla  bağlı  bütün  riskləri  lizinq  şirkətiöz  üzərinə 

götürür. 

Maliyyə  lizinqi  lizinqin  ən  geniş  yayılan  formasıdır.  Maliyyə  lizinqində  avadanlığın 

uzun  müddətli  icarəyə  verilməsi  və  müqavilə  müddəti  sonunda  bu  avadanlığın  müqavilədə 

əvvəlcədən  nəzərdə  tutulmuş  simvolik  bir  dəyərlə  lizinqalana  satılması  nəzərdə  tutulur.  Bu 

lizinq növündə lizinq müqavilələrinin müddəti adətən avadanlıqların amortizasiya müddətləri 

ilə  eyni  olur.  Maliyyə  lizinqində  avadanlıqları  adətən  müştəri  (lizinqalan)  seçir  və  lizinq 

şirkətinə  bu  avadanlığın  alınması  üçün  sifariş  verir.  Maliyyə  lizinqində  avadanlığın  cari  və 

əsaslı  təmiri  lizinqalan  tərəfindən  öz  vəsaiti  hesabına  həyata  keçirilir.  Maliyyə  lizinqi  daha 

çox  bir  maliyyələşdirmə  növüdür  və  müştəri  tərəfindən  seçilən  avadanlığın  lizinq  şirkəti 

tərəfindən yalnız satın alınmasından ibarətdir. Lizinq şirkəti alınacaq avadanlıq haqqında heç 



 

 

bir  məlumata  sahib  deyil  və  hətta  çox  vaxt  alınan  avadanlıq  satıcı  tərəfindən  birbaşa 



müştəriyə (lizinqalana) təqdim edildiyi üçün lizinq şirkəti avadanlığı görmür. 

Sublizinqdə  lizinqə  götürülən  avadanlıq  lizinq  şirkətinin  (lizinqverənin)  razılığı  ilə 

lizinqalan  tərəfindən  digər  müəssisələrə  yenidən  lizinqə  verilə  bilər.  Bu  zaman  sublizinq 

müqaviləsinin  müddəti  əsas  lizinq  müqaviləsinin  müddətindən  çox  ola  bilməz.  Sublizinq 

müqavilələrinin şərtləri də hər cəhətdən maliyyə lizinqi müqavilələrinin şərtlərinə bənzəyir. 

Hazırda  lizinq  ixtiyari  istehsalın  inkişafı  üçün  kapital  qoyuluşlarının  edilməsində  əsas 

maliyyə  mənbələrindən  biri  hesab  olunur.  Bu  lizinqin  üstün  cəhətləri  ilə  şərtlənir.  Onlardan 

əsasları kimi aşağıdakıları göstərmək olar: 

-

 

Lizinq  100%  maliyyələşmədir.  Lizinqdən  istifadə  zamanı  birdəfəlik  şəxsi 



maliyyə  xərcləri  çəkmədən,  kapital  qoyuluşları  etmədən  və  borc,  xüsusilə  bank 

krediti  almadan  istehsal  genişləndirilə,  mənəvi  aşınmış  avadanlıqları  müntəzəm 

olaraq yeniləşdirilə və avadanlıqlara qulluq həyata keçirilə bilər.  

-

 



Lizinq üzrə maliyyələşdirmə bank kreditlərindən daha uzunmüddətlidir. Belə ki, 

əksər hallarda, Azərbaycan banklarında 18 aydan artıq olan müddət üçün kredit 

verilmir, lakin lizinq üzrə kreditlərin verilməsində ən azı üç illik müddət nəzərdə 

tutulur. 

-

 

Maliyyə lizinqi, sürətli amortizasiya hesabına, kredit alana onun öz vergi borcları 



yükünü yüngülləşdirməyə imkan verir. 

-

 



Lizinq  üzrə  öhdəliklər  maliyyə-kredit  təşkilatlarından  yeni  kreditlərin 

alınmasının qarşısını almır. 

-

 

Qərar  qəbulu  sistemi  çevikdir.  Müqavilənin  imzalanması  zamanı  müştərini 



narahat edən bütün nüanslar nəzərə alınır. Bank kreditinin tərtib edilməsi zamanı 

bu praktiki olaraq mümkün deyil.  

-

 

Lizinq  alanın  likvid  vəsaitlərinin  məhdudlaşdırılması  probleminin  kəskinliyi 



nisbətən  azalır,  avadanlıqlarının  alınması  üçün  xərclər  lizinq  müqaviləsinin 

qüvvədə olacağı bütün dövr ərzində bərabər bölüşdürülür.  

-

 

Müəssisənin  balansında  şəxsi  və  borc  kapitalının  optimal  nisbəti  (proporsiyası) 



müəyyən edilir və saxlanılır, belə ki, yeni əlavə borc vəsaitləri cəlb edilmir.  

-

 



Lizinq əməliyyatlarına tətbiq edilən vergi güzəştləri (məsələn, lizinq obyektinin 

ƏDV-dən azad olması) və başqa investisiya üstünlükləri lizinqin bank faizindən 

aşağı olmasına səbəb olur ki, bu da lizinqi bankçılıqdan üstün edir.  

-

 



Lizinq  əsas  kapitalı  təzələməklə  isthehsalın  müəyyən  sahələrində  bazar 

konyunkturunun  cari  dəyişməsinə  operativ  reaksiya  vermək  imkanı  yaradır. 

Operativ  lizinqin  burada  rolu  böyükdür.  Bu  zaman  avadanlığın  alınmasına  sərf 

olunmayan  xərclər  vəsait  şəklində  dövriyyə  kapitalının  artırılmasına,  cari 

xərclərinizin ödənilməsinə və marketinqə yönəldilə bilər.  

-

 



Qiymətqoymanın  adekvatlığı  təmin  edilir,  belə  ki,  lizinq  şirkətlərinin  sənaye 

avadanlıqlarını  tədarükçü  firmalardan  optimal  qiymətlər  üzrə  alması  elə 

tədarükçü firmaların özləri üçün də maraqlıdır.  

-

 



Beynəlxalq  Valyuta  Fondunun  qaydalarına  görə  icarə  müqavilələrindən  irəli 

gələn  məcmu  ödəniş  öhdəlikləri  ölkənin  məcmu  xarici  borcları  göstəricisinə 

daxil edilmir. Buna əsasən lizinqdən istifadə ölkənin xarici ödəniş mövqeyini və 

ödəniş balansını pozmur.  

-

 

Lizinq  makrosəviyyədə də ölkə iqtisadiyatına dolayı  yolla  müsbət  təsir göstərir, 



belə ki, ölkədə əmtəə və xidmət istehsalı genişlənir, ixrac potensialı artır, yeni iş 

yerləri açılmaqla işsizliyin səviyyəsi və büdcədən maliyyə investisiyasına ayrılan 

vəsaitin miqdarı azalır.  


 

 

-



 

Lizinq  maliyyələşdirmənin  əlavə  resursudur  (vasitəsi)  ki,  bu  da  banklar  və 

onların qız lizinq təşkilatları (müəssisələri) üçün müntəzəm fəaliyyət sahələrinin 

fəallaşdırılması və diversifikasiyası üçün çox vacibdir.  

-

 

Lizinq 



maliyyələşdirilməsində 

girov 


təminatı 

tələb 


olunmadığından 

uzunmüddətli bank ssudalarından daha az risklərlə bağlıdır.  

-

 

Avadanlıq  istehsalçıları  ilə  daha  sıx  əlaqələr  lizinq  verənlər  üçün  işgüzar 



tərəfdaşlıq üçün yeni imkanlar yaradır.  

-

 



Lizinq  yolu  ilə  ölkəyə  gətirilən  yeni  texnika  və  texnologiya  yerli  sahibkarlar 

üçün həm də yeni ideyadır. Yerli sahibkarlar həmin tip məhsulların nümunəsinə 

əsasən ya onun elə özünün, ya da alternativinin istehsalını həyata keçirə bilərlər.  

-

 



Lizinq bankçılıq və sığorta ilə sıx bağlı olan fəaliyyət növüdür. Lizinq xidmətləri 

icarə  və  bank  kreditləşməsi  ilə  bağlıdır.  Elə  Azərbaycanda  bugün  lizinq 

şirkətlərinin təsisçilərinin əksəriyyəti banklardır.  

-

 



Ümumiyyətlə, bankçılıqdan fərqli olaraq, lizinq birbaşa sahibkarlığın inkişafının 

stimullaşdırılmasına hesablanıb.  

Lizinqin üstünlükləri ilə yanaşı, aşağıdakı kimi çatışmazlılıqları da qeyd olunur:  

-

 



Maliyyə  lizinqində  avadanlıq  sıradan  çıxanda  ödənişlər  avadanlığın 

vəziyyətindən asılı olmayaraq müqavilə müddəti bitənə kimi dəyişmir.  

-

 

Operativ lizinqdə köhnəlmiş avadanlığın riski lizinq verənin üzərinə düşür, o da 



lizinq alandan böyük ödəniş alır.  

-

 



Lizinq  müqaviləsinin  obyekti  iri  və  nadir  obyektdirsə  saziş  şərtlərinin 

müxtəlifliyi ilə əlaqədar olaraq müqavilənin bağlanılması çox vaxt və vəsait tələb 

edir.  

-

 



İnflyasiya nəticəsində lizinq ödəmələrinin artması ilə bağlı itkilər çoxalır.  

Ümumiyyətlə,  qeyd  etmək  lazımdır  ki, inflyasiya  səviyyəsi  yüksək  olanda,  vergi 

qanunvericiliyi tez-tez dəyişdikdə, lizinq əməliyyatlarını tənzimləyən hüquqi mexanizmlərdə 

qeyri-müəyyənliklər və böşluqlar olanda lizinq əməliyyatlarının həyata keçirilməsi riskli olur. 

XX əsrin 80-ci illərinin əvvəllərindən başlayaraq beynəlxalq lizinq xidmətləri bazarı ən 

dinamik bazarlardan biri sayılır. Ekspertlərə görə. 1988-ci ildə lizinq şərtləri ilə əsas fondların 

reallaşdırılma  məbləği  250  milyard  ABŞ  dolları  olub.  Müqayisə  üçün  bildirək  ki,  1979-cu 

ildə bu rəqəm 5 dəfə az idi. 

Hazırda  lizinq  kənd  təsərrüfatında  da  geniş  yayılmışdır.  Bir  çox  ölkələrdə  Aqrolizinq 

şirkətləri fəaliyyət göstərir. 

Müasir  dövr  üçün  beynəlxalq  lizinq  institutlarının  yaradılması  xarakterikdir. 

Avropa 


Lizinq  Cəmiyyətləri  Birliyi

 (qərargahı  Brüsseldə  yerləşir)  17  Avropa  ölkəsinin  cəmiyyət  və 

birliklərini əhatə edir. 

Bir  sıra  ölkələrdə  dövlət  orqanları  lizinqi  kiçik  biznesin  dəstəklənməsi  üçün  istifadə 

edirlər.  Məsələn,  Yaponiyada  kiçik  müəssisələrə  lizinq  xidmətlərini  təklif  edən  orqanlar 

sistemi  yaradılıb. Xüsusilə də, 1966-cı ildə təsis edilmiş lizinq təchizatı sistemində kreditor 

rolunda milli və prefektura hökumətləri çıxış edirlər. 

Azərbaycanda

   da  lizinq  xidmətləri  bazarı  getdikcə  inkişaf  edir.  Hazırda  Azərbaycan 

lizinq  xidmətləri  bazarında   Qafqaz  lizinq,   AG  lizinq,  Azərlizinq,   Azərlizinq  İLŞ,   Günay-

Lizinq,  

Unilizinq

,  Atalizinq,  

Muğanlizinq

  kimi  şirkətlər fəaliyyət göstərir.  

Hazırda  ölkədə  bu  istiqamətdə  aparılan  siyasətin  əsas  məqsədi  lizinq  xidmətləri 

bazarının  inkişafı, kiçik və  orta  sahibkarlığın maliyyələşdirmə  vasitəsi kimi lizinqdən geniş 

istifadə  edilməsinin  həvəsləndirilməsi,  həmçinin  Azərbaycanın  lizinq  sektoruna  xarici  və 

daxili investisiyaların cəlb edilməsi üçün əlveişli mühit yaradılmasından ibarətdir.  


Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin