Üzümçülük və şərabçılıq sahəsində sığorta və lizinq xidmətlərinin
hüquqi əsasları üzrə SWOT təhlili
Güclü
Zəif
Müvafiq sahə üzrə qəbul edilmiş normativ
hüquqi aktlarla tənzimlənmə vəzifələrinin
müvafiq qurumlar arasında dəqiq şəkildə
bölüşdürülməsi;
Üzümçülük
və
şərabçılıq
haqqında
qanunvericilikdə sahənin inkişafı ilə bağlı
istiqamətlərin
və
vəzifələrin
müəyyən
olunması;
“2012-2020-ci illərdə Azərbaycan
Respublikasında üzümçülüyün inkişafına dair
Dövlət Proqram”ının təsdiq edilməsi və
proqramda qanunvericilik bazasının
təkmilləşdirilməsi, o cümlədən sığorta vəlizinq
xidmətləri ilə bağlı dünya təcrübəsinin tətbiqi
vəzifələrinin müəyyən olunması;
Aqrar sahədə lizinq xidmətləri üzrə dövlət
dəstək mexanizmlərinin hüquqi və institusional
bazasının mövcud olması;
Kənd təsərrüfatı sahəsində sığortaya dövlət
dəstəyi istiqamətində qanunvericiliyin olması
və s.
Üzümçülük sahəsi üçün sığorta
xidmətlərinə dövlət dəstəyi mexanizmlərinin
qanunvericilikdə ləğv edilməsi;
Üzümçülük sahəsində lizinq xidmətləri
üçün xüsusi olaraq güzəştli mexanizmlərin
(sahənin özünün mürəkkəb aqrotexniki
qaydalarını nəzərə alaraq) müəyyən
olunmaması;
Hazırda kənd təsərrüfatında sığortanın
stimullaşdırılması qanunvericiliyi
çərçivəsində üzümçülük sahəsində sığorta
xidmətinə dövlət dəstəyinin olsa da,
şərabçılığın bu istiqamətdə
stimullaşdırılmasını nəzərdə tutan
mexanizmlərin olmaması;
Ənənəvi üzümçülük rayonlarında kənd
təsərrüfatında sığorta xidmətləri ilə bağlı
qanunvericilik barəsində maariflənmə
səviyyəsinin aşağı olması və s.
İmkanlar
Təhlükə
Müvafiq sahələrin dövlət tərəfindən
dəstəklənməsi üçün maliyyə mənbəyinin
mövcud olması (kənd təsərrüfatı istiqamətində
maliyyə yardımlarının ilbəil artması);
Üzümçülük və şərabçılıq sahəsində
beynəlxalq təcrübədən gönövülmüş sığorta və
lizinq xidmətləri təcrübəsinin tətbiqinə şəraitin
olması (Dövlət Proqramı üzrə müəyyən
olunmuş tədbirlər);
Qonşu ölkələrdə (Türkiyə, Maldova və
Gürcüstan) üzümçülük və şərabçılıq sahəsində
sığorta və lizinq xidmətlərinə dövlət dəstəyi
mexanizmlərinin mövcud olması və s.
Şərabçılıq sahəsi üçün sığorta və lizinq
xidmətləri ilə bağlı dövlət dəstəyi
mexanimlərinin təkmilləşdirilməməsi;
Son dövrlərdə artan ekoloji risklər;
Fermerlərin üzümçülük sahəsinə xas olan
aqrotexniki qulluğun bütün mərhələlərinin
yerinə yetirməməsi;
Sığorta və lizinq xidmətlərinin
üzümçülük və şərabçılıqla məşğul olan
sahibkarların xərclərinə təsir etməsi;
Kredit qaydalarının sərtləşməsi
(kreditlərin qaytarılmasında yaranan çətinlik
səbəbilə və s.)
5.
AZƏRBAYCAN RESPUBLİKASINDA ÜZÜMÇÜLÜK VƏ ŞƏRABÇILIQ
SAHƏSİNDƏ SIĞORTA VƏ LİZİNQ XİDMƏTLƏRİNİN İNKİŞAFI
İSTİQAMƏTLƏRİ VƏ SİYASƏTƏ DAİR TÖVSİYƏLƏR
Aparılan araşdırmalar göstərir ki, mövcud vəziyyət və mütərəqqi beynəlxalq təcrübə
nəzərə alınmaqla Azərbaycanda kənd təsərrüfatı kreditlərinin zəmanəti (sığortalanması)
sisteminin təkmilləşdirilməsi istiqamətində aşağıdakı tədbirlərin həyata keçirilməsi
məqsədəuyğun olardı:
Kənd təsərrüfatında sığorta mexanizmlərinin inkişaf etdirilməsində qabaqcıl dünya
təcrübəsinə istinad edilməsi ən vacib məsələlərdəndir. Aqrar sektorda sığorta mexanizmlərinin
inkişafı bu sahənin kreditləşmə imkanlarını genişləndirəcəyi kimi, bu kreditlər üçün daha asan
şəkildə zəmanətlərin təmin edilməsinə yol açacaqdır. Çünki sığorta mexanizmlərinin inkişaf
etdirilməsi aqrar sektorda risklərin sığortalanması mənasına gəlir. Nəticədə, həm bank
sektorunun, həm də özəl sığorta şirkətlərinin portfelində aqrar sahənin xüsusi çəkisi
yüksələcəkdir.
Kənd təsərrüfatı sektorunda risklərin yüksəkliyini nəzərə alaraq, hökumətin təşəbbüsü
ilə ölkədə Kənd Təsərrüfatı Sığortası Fondunun (bundan sonra Fond) yaradılmasına ehtiyac
var. Bu zaman müvafiq istiqamətdə digər ölkələrin (İspaniya, Türkiyə və s.) uğurlu
təcrübələrinə istinad edilə bilər.
Bununla yanaşı, Kənd Təsərrüfatı Kreditlərinin Zəmanəti Fondunun yaradılması da
məqsədəuyğun olardı.
Qeyd edək ki, bu məqsədlə Azərbaycanda ayrıca qanunun qəbul edilməsi zərurəti yoxdur.
Bu istiqamətdə, 4 iyun 1999-cu il tarixli “Kiçik sahibkarlığa dövlət köməyi haqqında”
Azərbaycan Respublikası Qanununun “Kiçik sahibkarlığa dövlət maliyyə yardımı” adlanan 8-
ci maddəsinin 2-ci bəndinə istinad edilə bilər. Həmin bənddə göstərilir ki, “Kiçik sahibkarlığa
dövlət maliyyə yardımı məqsədli proqramlar çərçivəsində güzəştli kreditlər, subsidiyalar,
kompensasiyalar, qrantlar, kreditlərə təminatlar verilməsi, lizinqin təşkili, sahibkarlara xidmət
göstərən maliyyə-kredit qurumlarına stimullaşdırıcı tədbirlərin tətbiqi formasında həyata
keçirilir”.
“Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə 4 avqust 1999-cu il tarixli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı ilə isə Nazirlər Kabinetinə tapşırılmışdır ki, “Kiçik sahibkarlıq subyektlərinin maliyyə
qaynaqlarından istifadə imkanlarını genişləndirmək məqsədilə kredit təminatı fonduna dair
təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin”.
Son nəticədə ölkədə kiçik sahibkarlığın güzəştli kreditlərlə təminatı mexanizmi
formalaşdırılmışdır. Bu sistemin tətbiqi əhəmiyyətli olsa da, bəhs edilən Qanunda “Kreditlərə
təminat verilməsi” ilə bağlı öz əksini tapan müddəa hələ ki həyata keçirilməmişdir.
Bütün bunlar nəzərə alınaraq, yuxarıdakı Qanuna istinad etməklə növbəti Prezident
fərmanı ilə ölkədə Kənd Təsərrüfatı Kreditlərinin Zəmanəti (və ya Təminatı) Fondunun
yaradılması daha məqsədəuyğundur.
Eynilə Sahibkarlığa Kömək Milli Fondu kimi həmin qurumun regional bölmələrinin
formalaşdırılmasına ehtiyac olmayacaq. Risk qiymətləndirilməsi banklar tərəfindən aparılacaq,
sadəcə zərurət olduğu təqdirdə (yəni, kənd təsərrüfatı məhsulları istehsalçısının kredit almaq
üçün bank təqdim etdiyi zəmanət yetərli olmadığı halda) Kənd Təsərrüfatı Kreditlərinin
Zəmanəti (və ya Təminatı) Fonduna müraciət ediləcək. Öz növbəsində Fond daxilində
zəmanətlərlə bağlı risklər üzrə xüsusi müşahidə bölməsi fəaliyyət göstərəcək. Eyni zamanda
müasir texnoloji imkanlardan istifadə etməklə təkmil elektron informasiya bazasının
qurulmasına ehtiyac olacaq.
Kənd Təsərrüfatı Sığortası Fondun fəaliyyət istiqamətlərinə aşağıdakılar aid edilə bilər:
-
bağlanmış sığorta müqavilələrinin ucotunun aparılması;
-
sığortalılar tərəfindən ödəniləcək sığorta haqlarının vaxtında ödənilməsinə nəzarət
edilməsi;
-
qəbul edilmiş risklərin daxili və ya xarici təkrarsığortacılara təkrarsığortaya verilməsi
və bu məqsədlə müvafiq danışıqların aparılması;
-
baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərər məbləğinin vaxtında müəyyən
edilməsi və bununla bağlı müvafiq işlərin aparılması;
-
qəbul olunmuş qərarların vaxtında icra edilməsi;
-
bu növ sığortanın aparılması işi üzrə statistikanın aparılması;
-
fonda daxitl olmuş vəsaitlərin qanunvericiliklə müəyyən olunmuş qaydada
investisiya edilməsinin təşkili;
-
kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan vətəndaşları
məlumatlandırmaq məqsədilə əhali arasında reklam və təbliğat işlərini aparılması və
s.
Fondun sərmayəçilərinin əməkdaşlıq əsasında formalaşdırılması. Fondun sərmayəçiləri
arasında özəl sektorun və beynəlxalq fondların da dövlətlə birgə yer almasına nail olunması
məqsədəuyğun hesab olunur. Xüsusilə bankların bu sistemdə iştirakı risklərin düzgün
qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Hətta, özəl sığorta şirkətləri də
təklif edilən mexanizmə daxil edilə bilər. Əlaqədar beynəlxalq fondların sistemə cəlb edilməsi
isə həm kapital imkanlarının genişlənməsinə, həm də beynəlxalq təcrübənin gəlməsinə imkan
yaradacaqdır. Belə olan təqdirdə, maraqlı tərəflər arasında əməkdaşlıq dövət-özəl sektor
əməkdaşlığı prinsiplərinə və mexanizmlərinə əsaslana bilər.
Fondun maliyyələşmə mənbələri. Fondun maliyyələşmə mənbələri kimi aşağıdakılar
nəzərdə tutula bilər:
-
sığorta təşkilatları tərəfindən bu növ üzrə baglanılmış sığorta müqavilələrinə görə
alınaraq fonda ödənilən sığorta haqları;
-
bağlanılmış sığorta müqavilələri üzrə hesablanmış sığorta haqlarında Dövlətin payı;
-
daxil olmuş sığorta haqlarının investisiyasından əldə olunan gəlirlər;
-
bağlanılmış təkrarsığorta müqaviləsinə görə alınan komisyon mukafatları;
-
zərurət yaranacağı halda alınan kreditlər;
-
büdcə vəsaiti hesabına daxil olan əlavə pul vəsaitləri və s.
Fondun xərcləri. Fondun xərclərinə aşağıdakılar aid edilə bilər:
-
baş vermiş sığorta hadisələri üzrə veriləcək sığorta ödənişləri;
-
bağlanılmış sığorta müqavilələri üzrə sığortacılara verilən komisyon mukafatlar;
-
bağlanmış təkrarsığorta müqavilələrinə görə ödəniləcək təkrarsığorta haqqları;
-
zərərlərin müəyyən olunması məqsədilə cəkilən xərclər;
-
alınmış kreditlər üzrə əsas borc və faiz məbləğlərinin ödənilməsi;
-
fondun idarə olunması məqsədilə cəkilən xərclər;
-
reklam və təbliğat işlərinin aparılması xərcləri;
-
qanunvericiliklə müəyyən olunmuş digər ödəmələr və s.
Fondun fəaliyyətinə nəzarət. Fondun fəaliyyətinə mütamadi nəzarət və dəstək üçün
Himayədarlar Şurasının formalaşdırılması məqsədəuyğun saylır. Bu Şuranın tərkibi Kənd
Təsərrüfatı, Maliyyə və İqtisadi İnkişaf nazirliklərinin nümayəndələrindən və Sığorta
təşkilatlarının, Kredit təşkilatlarının və Kənd təsərrüfatı istehsalçılarının maraqlarını təmsil
edən şəxslərdən formalaşdırıla bilər.
Riskin dəqiq mexanizm əsasında bölüşdürülməsi. Fond təsis edilərkən riskin
bölüşdürülməsi ilə bağlı dəqiq mexanizm hazırlanmalıdır. Bu istiqamətdə də dünya təcrübəsinə
geniş istinad edilə bilər. Fondun sərmayəsinin formalaşmasında bankların (xüsusilə, özəl
bankların) geniş iştirakı təmin ediləcəyi halda, prioritet istiqamətlər üzrə zəmanətin maksimum
limitini 95-100 faizə qədər artırmaq mümkündür. Əks təqdirdə isə, zəmanət üçün maksimum
limiti 50-75 faiz arasında müəyyənləşdirmək məqsədəuyğundur.
Fondun fəaliyyətinin hər növ vergidən azad edilməsi. Fondun fəaliyyətinin, TARSIM
(Türkiyə) nümunəsində olduğu kimi hər növ vergidən azad edilməsi son nəticədə, zəmanət
xərclərinin aşağı olmasına və bu məqsədlə ayrılan vəsaitlərin daha effektiv istifadəsinə gətirib
çıxara bilər.
Hədəf qrupların müəyyənləşdirilməsi. Azərbaycanda kənd təsərrüfatı istehsalçıları kənd
təsərrüfatı müəssisələri, fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatları şəklində üç qrupa
ayrılır. Aydındır ki, Fond öz fəaliyyətini səmərəli şəkildə qurmaq məqsədilə, eyni zamanda
sağlam qeydiyyatın aparılması və risk təhlilləri baxımından ilk iki qrup (kənd təsərrüfatı
müəssisələri və fərdi sahibkarlar) üçün kredit zəmanəti təqdim etməlidir. Bu zaman isə kiçıx
müəssisələrə və fərdi sahibkarlara hədəflənmə məqsədəuyğun saylır.
Prioritet istiqamətlərin müəyyənləşdirilməsi. Fondun resurslarının məhdud olacağını
nəzərə alaraq, bu resurslardan səmərəli istifadə məqsədilə prioritetləşdirmə aparılması və
bunun elan edilməsi faydalı olar. Bu zaman ekoloji təmiz kənd təsərrüfatı və ərzaq
məhsullarının istehsalına, məqsədli dövlət proqramlarında nəzərdə tutulmuş sahələrdə rəqabət
qabiliyyətli və ixrac yönümlü məhsul istehsalına, regionlarda həyata keçirilən infrastruktur
layihələrinin həyata keçirilməsinə (müasir tipli suvarma sistemlərinin, meyvə və tərəvəz
məhsullarının saxlanılması üçün soyuducu anbar komplekslərinin, istixanaların və s.
yaradılmasına), intensiv heyvandarlıq (damazlıq və südlük istiqamətli cins heyvandarlıq),
quşçuluq, bağçılıq (o cümlədən tingçilik) və toxumçuluq təsərrüfatlarının, arıçılığın inkişaf
etdirilməsinə və s. üstünlük verilə bilər.
Üzümçülük və şərabçılıq sahəsində aşağıdakı nəticə və tövsiyyələr irəli sürülür:
-
Üzümçülük və şərabçılıq sahəsində mövcud olan normativ hüquqi aktlar üzrə sahənin
inkişafı ilə bağlı tədbirlərin üzrə müvafiq dövlət qurumları arasında səlahiyyətlərin
dəqiqləşdirilməsi və onların işinin əlaqələndirilməsinin gücləndirilməsi;
-
Üzümçülük və şərabçılıq sahəsində mövcud olan normativ hüquqi aktlarda sığorta və
lizinq xidmətləri və bu xidmətlərdə dövlət dəstəyi ilə bağlı konkret mexanizmlərin
əlavə edilməsi;
-
Üzümçülük və şərabçılıq sahəsində sığorta xidmətləri ilə bağlı institusional sistemin
gücləndirilməsi;
-
Üzümçülük və şərabçılıq sahəsi üçün sığorta və lizinq xidmətlərinə dövlət dəstəyi
mexanizmlərinin konkretləşdirilməsi.
Üzümçülük və şərabçılıq sahəsində sığorta və lizinq xidmətlərinin hüquqi əsasları üzrə
araşdırmalar üzrə müəyyən olunmuş nəticələr əsasında aşağıdakı tədbirlər tövsiyyə olunur:
-
“Kənd
təsərrüfatında
sığortanın
stimullaşdırılması”
haqqında
Azərbaycan
Respublikasının Qanunun təkmilləşdirilərək kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə, o
cümlədən üzümçülüklə bağlı müddəaların müəyyən olunması;
-
Qanunvericilik üzrə xırda pay torpaq sahiblərinin birləşməsinin stimullaşdırılması
məqsədilə kooperativlər üçün sığorta və lizinq xidmətlərinə dövlət dəstəyi sahəsində xüsusi
güzəştlərin nəzərə alınması;
Tədqiqatın nəticələrinə görə ölkədə lizinqin inkişafı üçün aşağıdakı kimi siyasət
tədbirlərinin həyata keçirilməsini məqsədəytğun hesab olunur:
-
Lizinq haqqında yeni qanunun hazırlanması və qəbulu. Bu zaman mütərəqqi dünya
təcrübəsinə əsaslanmaq;
-
Lizinq şirkətlərinin lisenziyalaşdırılması və bu sahədə ixtisaslı kadrlar hazırlanmasına
dəstək mexanizmləri yaradılması;
-
Lizinq münasibətlərinə nəzarət edən xüsusi tənzimləyici orqan yaradılması;
-
Operativ lizinqin inkişafının dəstəklənməsi;
-
Mühasibat uçotu sisteminin Mülki Məcəlləyə uyğunlaşdırılılması;
-
Beynəlxalq Mühasibat Uçotu standartlarını lizinq sektorunda tətbiqi;
-
Regionlarda lizinqin inkişafına kömək məqsədilə dövlət proqramları hazırlamaq
(Azərbaycan 2020: gələcəyə baxış “İnkişaf konsepsiyası”nda lizinqin inkişafına
toxunulması bu xidmətin regionlarda inkişaf etməsi üçün dövlət proqramlarının
işlənib hazırlanması və tətbiqinə imkan yaradır.);
-
Lizinq bazarının inkişafı üçün lizinq ödəmələri zamanı sürətləndirilmiş
amortizasiyanın tətbiq olunmasını yenidən bərpa etmək;
-
1 yanvar, 2014-cü ildə banklarda minimum nizamnamə kapitalının (hal-hazırda 10
mln AZN) 50 milyon manatadək artırılması bank sektorunda boşluqlar yaradacaqdır
ki, bu boşluqdan istifadə edərək lizinq şirkətləri yaratmaq (hərçənd ki, hazırda lizinq
şirkətləri üçün minimum nizamnamə kapitalı da tələb olunmur);
-
ƏDV ilə bağlı çətinliyi aradan qaldırmaq üçün Vergi qanunvericiliyində də düzəlişlər
etmək;
-
Xaricdən gətirilən nadir və bahalı lizinq obyektlərini qismən və ya tamamilə gömrük
rüsumlarından azad etmək;
-
Lizinq şirkətlərinin marketinq və menecment departamentlərinin işlərini
gücləndirmək;
-
Maliyyələşmə mənbələrində daxili investorların payını çoxaltmaq;
-
Lizinq şikətlərində müştərilərə elektron xidmətlər göstərmək;
-
Lizinq şirkətlərinin xarici bazarlarda fəaliyyəti üçün müxtəlif kanallara çıxışda dövlət
tərəfindən dəstək vermək;
-
Bu sahədə assosiyasiyalar və ya ittifaqlar yaratmaq;
-
Lizinq Fondu yaratmaq (maliyyələşdirmə mənbələri ilə bağlı çətinliyi aradan qaldıra
bilər);
-
Bankların lizinq fəaliyyəti ilə məşğul olması məsələsini nəzərdən keçirmək;
-
Tənzimləmə məqsədilə lizinq şirkətləri üçün minimum nizamnamə kapitalını
müəyyən etmək;
-
Lizinq birjası yaratmaq (bu, imkan verəcək ki, lizinq şirkəti və lizinq alan haqqında
tam informasiya əks olunsun elektron baza əsasında və lizinq bazarının bu şəkildə
tam təsvir olunması onun digər fondlarla müqayisəsinə də imkan yaradacaqdır);
-
Sahibkarların maariflənməsi məqsədilə lizinq mözusunda təlimlər təşkil etmək və s.
İSTİFADƏ EDİLMİŞ MƏNBƏLƏR
1.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
2.
Azərbaycan Respublikasının Vergi Məcəlləsi
3.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, www.maliyye.gov.az
4.
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, www.azstat.org
5.
Azərbaycan Respublikasının Mərkəzi Bankı, www.cbar.az
6.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Normativ Hüquqi Aktların elektron məlumat
bazası, www.e-qanun.az
7.
Azərbaycanda sığorta sistemi:iqtisadi və sosial proseslərə multiplikator təsiri kimi. Bakı: Qanun
Nəşriyyatı, 2011
8.
A.Ü.H.F , Banka ve Ticaret Hukuku Araştırma Enstitüsü Yayınları Dergisi 1999
9.
Ahmet Erol, Finansal Kiralama,Türmob Sirküler rapor 79, Ankara, 1999
10.
Prof.Dr. Recep Pekdemir, Finansal Kiralama İşlemlerinde Değerleme ve Raporlama, Sirküler
Rapor 2003-12, Ankara, 2003
11.
M. Cengiz Ünlü,Şirketlerin Kuruluşu ve Tasfiye işlemleri Rehberi,Adalet Yayınevi,Ankara,1997
12.
-M. Şerif Aktaş, Dış Ticaret Finansmanında Factoring, İGEME, Ankara, 1989
13.
Erkut Onursal, Dış Ticaret İşlemleri ve Uygulama, Orta Anadolu İhracatçı Birlikleri Yayını,
Ankara, 1996
14.
FİNANSMAN YÖNTEMLERİNDEN FACTORİNG , Stj. Av. ÇİLEM SAKLAVCI , Makale
15.
Dr.M.Argun Köteli, Karşılaştırmalı Hukuk ve Türk Hukukunda Finansal Kiralama, Kazancı
Kitap Ticaret A.Ş, 1991
16.
-Mehmet Hoç, Bütün yönleriyle Finansal Kiralama, Alfa Basım Dağıtım, İstanbul, Nisan 1999
17.
-Prof.Dr. Selahattin Tuncer, Türkiye’de Sermaye Piyasası, Teori-Uygulama, Okan Yayıncılık
Dağıtımcılık, İstanbul, 1985
18.
Bax: Swiss Re: “Islamic Insurance Revisited” September, 2011. S.14.
19.
Dr. Muhamməd Məsum Billəh “Different models of Takaful in the Global sound market”,
Preview. www.islamic-insurace.com
20.
Pricewaterhouse Coopers “Takaful: Growth opportunities in a dynamic market Insurance” 2008,
S. 3.
21.
Muhəmməd Saleh əl-Munəccid “Ailə tərbiyəsinə dair 40 nəsihət” Bakı 2005, s. 26.
22.
Muhəmməd ibn-İsmail Əl-Buxari “Peyğəmbərin əxlaqı” _ Muhəmməd Nasiraddin Əl-Albaninin
təhqiqatı _ Əlixan Musayevin tərcüməsi, Bakı 2005, s. 436.
23.
Muheymin İqbal “General Takaful Practice: Technical Approarch to Eliminate Gharar
(uncertainty), Maisir (gambling), and Riba’ (usury)” (“Ümumi təkaful təcrübəsi: qarar, meysir və
ribanin aradan qaldırılmasına texniki yanaşma”), Cakarta 2005, s.16
24.
Əli Xurşud “Islamic insurance: A modern approach to Islamic banking” 2004 –cü ildə ABŞ-da
“Routledge Curson” mətbəəsində 230 səhifədə çap edilib İSBN 0-415-31105-5, s. xi.
25.
"Səhih Muslim", 1513
26.
www.islam-qa.com
27.
“RİSK” jurnalı, 2012-ci il №1(3), s. 36-39
28.
"Dəvət" juranli, May 2013 / №5 (22), s. 32-35
29.
http://www.euro-leasing.eu/home
30.
http://www.leaseurope.org/
31.
http://banker.az/aze/
32.
http://www.aqrolizinq.com
Dostları ilə paylaş: |