Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi İQTİsadi İslahatlar


Üzüm  bağlarının  genişləndirilməsi



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə8/12
tarix24.01.2017
ölçüsü2,09 Mb.
#6237
1   ...   4   5   6   7   8   9   10   11   12

 

Üzüm  bağlarının  genişləndirilməsi.  Qeyd  olunduğu  kimi,  respublikamızda  üzüm 

bağlarının  sahəsi  2011-ci  ildə  267,8  min  ha,  ondan  bar  verən  yaşda  218,8  min  ha  olmuşdur. 

Hal-hazırda  mövcud  üzüm  bağlarının  əksəriyyətinin  hələ  sovet  illərində  salındığını  nəzərə 

alsaq,  onda  yeni  üzüm  bağlarının  salınması  vacib  məsələlərdəndir.  Bu  məsələnin  vacibliyini 

ümumi üzüm bağlarının sahəsində bar verən yaşda olan üzüm bağlarının xüsusi çəkisindən də 

görmək olar (Cədvəl 3.15). 

Cədvəl 3.15 

Ümumi üzüm bağlarının tərkibində bar verən yaşda olanların xüsusi çəkisi, faizlə 

İllər 

Əkmələrin 



sahəsi, min ha 

Ondan bar verən 

yaşda, min ha 

bar verən yaşda olanların 

xüsusi, faizlə 

1985 


267.8 

218.8 


81.7 

1990 


181.4 

156.1 


86.1 

1995 


97.7 

94.7 


96.9 

1996 


83.3 

79.1 


95.0 

1997 


66.3 

65.4 


98.6 

1998 


35.1 

34.5 


98.3 

1999 


20.5 

20.3 


99.0 

2000 


14.2 

13.9 


97.9 

2001 


11.5 

11.4 


99.1 

2002 


8.9 

8.9 


100.0 

2003 


7.7 

7.4 


96.1 

2004 


8.0 

7.3 


91.3 

2005 


9.6 

7.2 


75.0 

2006 


10.0 

7.5 


75.0 

2007 


12.4 

7.8 


62.9 

2008 


13.3 

8.9 


66.9 

 

 

2009 



15.0 

10.1 


67.3 

2010 


15.4 

11.2 


72.7 

2011 


15.9 

12.0 


75.5 

Mənbə: Azərbaycanın kənd təsərrüfatı statistikası 2012 

 

Cədvəldən də göründüyü kimi, 1985-2011-ci illərdə üzüm bağlarının tərkibində bar verən 



yaşda  olanların  xüsusi  çəkisi  müxtəlif  vaxtlarda  dəyişir.  Belə  ki,  bu  pay  1985-ci  ildə  81,7% 

idisə, bu 1995-ci ildə 96,9% və 2002-ci ildə hətta 100% həcmində olmuşdur. Bu da yeni üzüm 

bağlarının  əkilməməsi  ilə  bağlıdır.  Son  nəticədə  isə  üzüm  bağlarının  təzələnməsi  baş 

verməmişdir ki, bu da üzümün məhsuldarlığına və onun keyfiyyətinə birbaşa təsir edir. Lakin 

son dövrlərdə bu sahədə irəliləyişlər müşahidə olunur. Belə ki, 2005-ci ildən sonra yeni üzüm 

bağlarının  salınması  hesabına  bu  göstərici  aşağı  düşmüş  və  bar  verən  yaşda  olanların  xüsusi 

2011-ci ildə 75,5% səviyyəsində olmuşdur.   

Üzümün bar verən yaşda olanların xüsusi çəkisinə görə Yuxarı Qarabağ iqtisadi rayonu 

ən  aşağı  göstəriciyə  malikdir  (18%).  Bu  isə  son  illərdə  yeni  üzüm  bağlarının  salınması 

hesabınadır.  Bakı  şəhərində  isə  yeni  üzüm  bağlarının  salınmaması  ilə  əlaqədar  bu  göstərici 

100% olmuşdur. 

Cədvəl 3.16 

İqtisadi rayonlar üzrə üzüm bağlarının tərkibində bar verən yaşda olanların xüsusi çəkisi, faizlə 

 

2000  2005 



2007 

2008 


2009 

2010  2011 

Respublika üzrə cəmi 

98 


75 

63 


67 

68 


72 

76 


Bakı şəhəri 

100 


100 

93 


94 

94 


100 

100 


Abşeron iqtisadi rayonu 

73 


100 

42 


42 

41 


40 

40 


Gəncə-Qazax iqtisadi rayonu 

100 


58 

46 


58 

60 


67 

80 


Şəki-Zaqatala iqtisadi rayonu 

91 


98 

81 


81 

70 


89 

88 


Lənkəran  iqtisadi rayonu 

100 


16 

24 


33 

59 


59 

62 


Quba-Xaçmaz iqtisadi rayonu 

100 


97 

84 


72 

61 


64 

55 


Aran iqtisadi rayonu 

85 


91 

81 


86 

81 


82 

77 


Yuxarı Qarabağ iqtisadi rayonu 

100 


14 



11 


18 

Dağlıq Şirvan iqtisadi rayonu 

100 

46 


46 

45 


49 

53 


61 

Naxçıvan iqtisadi rayonu 

100 

98 


97 

97 


97 

94 


94 

Mənbə: DSK-nın məlumatları əsasında müəllif tərəfindən hesablanmışdır. 

 

Ayrı-ayrı  iqtisadi  rayonlar  üzrə  bu  göstəricinin  dəyişməsi  də  müxtəlifdir.  Üzüm 



bağlarının 28,2%-ni əhatə edən Gəncə-Qazax iqtisadi rayonunda bu göstəricinin 2000-ci ildəki 

100%-dən  2011-ci  ildə  80%-ə,  15,1%  paya  malik  Aran  iqtisadi  rayonunda  bunun  müvafiq 

olaraq  85%-dən  77%-ə,  12,9%  paya  malik  Dağlıq  Şirvan  iqtisadi  rayonunda  bunun  müvafiq 

olaraq  100%-dən  61%-ə  düşməsi  son  dövrdə  yeni  üzüm  bağlarının  salınması  hesabına  baş 

vermişdir.  

İqtisadi rayonlar üzrə yenilənmə faizinin böyük olması ümumi üzüm bağlarında bar verən 

yaşda olanların payının aşağı düşməsi ilə nəticələnir.  

Beləliklə, üzüm istehsalının artırılmasının əsas yolları kimi aşağıdakıları həyata keçirmək 

zəruridir: 

 



Yeni  üzüm  bağlarının  salınması  məqsədilə  daha  məhsuldar  və  regionun  təbii  iqlim 

şəraitinə uyğun üzüm tinglərindən istifadə olunması; 

 

Üzüm  bağlarının  sahəsində  bar  verən  yaşda  olanların  xüsusi  çəkisinin  artırılması 



məqsədilə yenilənmənin daim və artan dinamika ilə aparılması; 

 

 



 

Üzüm bağları çoxillik əkmələrə aid olduğundan və onların bar verməsi üçün müəyyən 

müddət  lazım  olduğundan,  bu  sahədə  çalışan  fermerlərə  uzun  müddət  üçün  güzəştli 

kreditlərin verilməsi. 

 

  

3.3.



 

Üzümçülük sahəsində sığortanın vəziyyəti 

 

Azərbaycanda  sığorta  əsasən  öz  inkişafını  3  mərhələdə  keçmişdir:  1917-ci  il  oktyabr 



inqilabından əvvəlki, inqilabdan sonrakı (1917-90) və 1990-cı ildən başlayaraq müasir dövr. 

Azərbaycanda sığorta işinin inkişafı XIX əsrin ortalarında vüsət almışdır. Аzərbаycаndа 

sığorta  işi  kаpitаlist  istеhsаl  münаsibətlərinin  inkişаfı,  nеft  sənаyеsinin  mеydаnа  gəlməsi  və 

sаhibkаr-lığın fəallaşması ilə sıх əlаqədаrdır. Bu dövrdə Azərbaycanda xarici ölkələrdən olan 

şirkətlərin  filialları  fəaliyyət  göstərirdilər.  Аzərbаycаndа  əsаsən  dəniz  gəmilərinin  sığorta 

еdilməsi  üzrə  iхtisаslаşmış  ingilis  şirkəti  “Llоyd”un  filiаllаrı,  hаbеlə  “Rus  Llоyd”un  və 

Аlmаniyаdаn  оlаn  ingilis  şirkətinin  iki  nümаyəndəliyi,  Rusiyа  və  İrаnin  sərhəd  limаnlаrınа 

qədər dаşınаn yüklərin sığortası ilə məşğul оlаn “Rеpmаn və Rust” ticаrət еvi ilə təqdim еdilən 

“Şimаli Аlmаn Llоyd”u, həmçinin gəmilərin və yüklərin sığortasını аpаrаn “Аlmаn, Livаntiyа 

хətti” cəmiyyəti fəаliyyət göstərməyə bаşlаmışdır. 

1910-cu  ildə  Bakıda  18  sığorta  cəmiyyəti  fəaliyyət  göstərmişdir.  Ən  böyük  sığorta 

təşkilatı “Rus siğorta cəmiyyəti” olmuşdur. Bakıda sığorta işinin əsasını Xəzər dənizində üzən 

gəmilərin sığortası təşkil edirdi. 

Kеçmiş  SSRİ-nin  bаşqа  rеspublikаlаrındа  оlduğu  kimi,  Sоvеt  hаkimiyyəti  illərində 

Аzərbаycаndа  dа  dövlət  sığorta  sistеmi  təşkil  еdilmişdir.  Rеspublikаdа  sığorta  işinin 

inkişаfındа  müəyyən  rоl  оynаmış  Аzərbаycаn  SSR  Dövlət  Sığortası  Bаş  İdаrəsi  və  SSRİ 

“İnqоsstrах”nın Bаkı şöbəsi fəаliyyət göstərirdi. 

Ölkədə  kooperativ  sığorta  Sentrsoyuzun  istehlak  kooperasiyası  vasitəsilə  həyata 

keçirilirdi  ki,  onun  da  fəaliyyəti  1931-ci  ildə  dayandırıldı.  Bundan  sonra  isə  sığorta 

əməliyyatları  Dövlət  Sığortasında  cəmlənməyə  başladı.  80-ci  illərin  ахırınаdək  rеspublikаdа 

sığorta  işi  iki  sığorta  təşkilаtının  Аzərbаycаn  Rеspublikаsının  Dövlət  Sığorta  Şirkətinin  və 

SSRİ-nin  хаrici  dövlət  sığorta  təşkilаtının  Bаkı  şəhərindəki  şöbəsinin  inhisаrı  аltındа 

olmuşdur.  

Azərbaycanda sığorta işi  1990-cı ildən sonra  müstəqil  inkişaf  etməyə başladı. 1991-ci 

ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti yaradıldı. 

Bu  təşkilatı  vəzifəsi  ölkəmizdə  sığorta  xidmətləri  bazarının  inkişafının  tənzimlənməsi, 

sığortaçıların,  sığortalıların  və  dövlət  mənafeyinin  müdafiəsi,  metodiki  rəhbərliyin  həyata 

keçirilməsi, müvafiq normativ hüquqi sənədlərin hazırlanması və s. olmuşdur. 

Milli  sığorta  bаzаrı  Аzərbаycаndа  1992-ci  ilin  əvvəlindən  fоrmаlаşmаğа  bаşlаmışdır. 

Аzərbаycаn Rеspublikаsının Milli Məclisi Аzərbаycаnın tаriхində ilk dəfə оlаrаq 1993-cü ilin 

yanvar ayında «Sığorta hаqqındа» Аzərbаycаn Rеspublikаsı Qаnununu qəbul еdilmişdir.  

Hazırda  sığorta  bazarı  Azərbaycanda  özünün  inkişaf  mərhələsindədir.  Sığorta  şirkətləri 

40-dan  çox  icbari  və  könüllü  sığorta  növlərini  təklif  edirlər.  Lakin  bu  hələ  də  kifayət  deyil. 

Müqayisə  üçün  deyək  ki,  inkişaf  etmiş  ölkələrdə  300-dən  çox  müxtəlif  sığorta  xidməti 

göstərilir.  

1991-ci  ildə  Azərbaycanda  62  sığorta  təşkilatı,  o  cümlədən  53  milli,  9  birgə  sığortaçı 

fəaliyyət  göstərirdi.  Yaradılmış  bir  çox   kommersiya      sığortatəşkilatları  sığorta  olunanların 

etimadını qazana bilmədiklərinə görə, onların 33-ü müflisləşərək öz fəliyyətini dayandırmışdır. 

2006-cı  ilin  əvvələrində  Azərbaycanda  qeydiyyatdan  keçmiş  29  sığorta  təşkilatı  fəaliyyət 

göstərmişdir ki, onlardan 22 özəl, 6 qarışıq mülkiyyət formalı dövlət kommersiya şirkətidir. 



 

 

2010-cu ildə şirkətlərin yığımlarının ümumi həcmi 155,59 milyon manat təşkil etmişdir. 



2011-ci  ilin  yanvar-aprelində  ölkədə  fəaliyyət  göstərən  sığorta  şirkətlərinin  mükafatlarının 

ümumi  həcmi  66,342  milyon  manat,  ödənişlər  isə  17,673  (artım  21,71  faiz)  milyon  manat 

olmuşdur. 

Azərbaycanda  könüllü  şəkildə  hər  hansı  sığorta  məhsulundan  istifadə  edən  adama  nadir 

halda  rast  gəlmək  olar.  Könüllü   məhsullar  üzrə  Sığorta  şirkətlərinin  müştəri  bazasını  əsasən 

banklar  təmin  edir.  Belə  ki,  banka  girov  qoyulan  əmlak  bankın  xeyrinə  sığortalanır.  Belə 

hallarda banklar, adətən, təsisçisi olduqları və  ya təsisçiləri eyni olan sığorta şirkətlərini seçir 

(AİF xətti ilə ipoteka kreditlərinin verilməsi istisnadır. Bu zaman əmlak, fərdi qəza və xəstəlik 

sığortası  üçün  müəyyən  olunmuş  16  sığorta  şirkətindən  biri  seçilməlidir).  Bir-biri  ilə  əlaqəli 

bank və sığorta şirkətləri aşağıdakılardır:  

-

 

Amrahbank – Amrah Sığorta 



-

 

ASB – Sənaye Sığorta 



-

 

Ata Bank – Ata Sığorta 



-

 

Bank VTB – Ata Sığorta (Ata Holdinq Bank VTB -Azərbaycanın səhmdarıdır) 



-

 

Bank Respublika –  Bakı Sığorta (Bank Respublika  və onun təsisçiləri Bakı Sığorta 



şirkətinin səhmdarlarıdır) 

-

 



Bank Standard- Standard İnsurance 

-

 



Bank of Azerbaijan – Qarant Sığorta 

-

 



Beynəlxalq Bank – Beynəlxalq Sığorta 

-

 



Xalq Bank – Xalq Sığorta 

-

 



Kapital Bank – Paşa Sığorta 

-

 



Paşa Bank – Paşa Sığorta 

-

 



Unibank – Mbask Sığorta Şirkəti 

-

 



SW Bank - Azal Sığorta 

-

 



NBC Bank – Rəvan Sığorta (eyni şirkətlər qrupuna daxildir) 

-

 



Aztürk Bank - Başak İnam Sığorta Şirkəti (səhmdarıdır) 

-

 



Turan Bank – Başak İnam Sığorta Şirkəti (səhmdarıdır) 

Əvvəlki illərdə olduğu kimi, ən ciddi problemlərdən biri yenə kənd təsərrüfatı sektorunda 

sığortanın  payının  az  olması  ilə  bağlıdır.  Belə  ki,  2011-ci  ilin  10  ayında  ümumi  sığorta 

portfelində  kənd  təsərrüfatının  payı  0,2%-dən  də  aşağıdır.  Son  illər  dövlət  tərəfindən  kənd 

təsərrüfatı  məhsullarının  sığortalanması  ilə  bağlı  təşviqedici  tədbirlərin  görülməsinə 

baxmayaraq, bu sahədə hələ də ciddi dəyişiklik müşahidə olunmur. Cari ilin ilk 10 ayı ərzində 

kənd  təsərrüfatı  bitkiləri  məhsullarının  və  heyvanların  sığortası  üzrə  cəmi  515  min  manat 

sığorta haqqı yığılıb və 180 min manat sığorta ödənişi edilib. 

Halbuki,  dövlət  tərəfindən  kənd  təsərrüfatı  məhsullarının  sığortalanması  ilə  bağlı 

təşviqedici tədbirlər görülməkdədir. Xatırladaq ki, 2002-ci ildə “Kənd təsərrüfatında sığortanın 

stimullaşdırılması  haqqında”  qanun  qəbul  olunub.  Qanunun  qəbul  edilməsində  əsas  məqsəd 

kənd  təsərrüfatı  istehsalçılarının  əmlakının  təbii  fəlakətdən  sığortalanmasında  dövlətin 

iştirakını  təmin  etməklə  aqrar  sahədə  sığortanın  inkişafını  stimullaşdırmaqdır.  Daha  sonra, 

2007-ci  ildə  Nazirlər  Kabineti  tərəfindən  sığorta  haqqının  büdcə  vəsaiti  hesabına  ödənilməsi 

haqqında  qərar  qəbul  olunub.  Həmin  qərarda  göstərilir  ki,  hər  hansı  bir  sığorta  hadisəsi 

(yanğın,  dolu,  sel,  daşqın  və  s.)  zamanı  hesablanmış  sığorta  haqqının  50%-i  dövlət  büdcəsi 

vəsaiti  hesabına  ödənilməlidir.  Lakin  bu  sahədəki  təşviqedici  tədbirlərə  baxmayaraq,  sığorta 

sistemi aqrar sahədə hələ də çox zəif inkişaf etməkdədir. 

Hesablamalardan aydın olur ki, hazırda Azərbaycanda suvarılan torpaq sahələri 1 milyon 

400 min hektar ərazini əhatə edir. Ölkə ərazisində 862 min ailə təsərrüfatı olsa da, onların cüzi 

hissəsi öz təsərrüfat sahələrini sığortalayıb.  Çünki fermer təsərrüfatlarının rəhbər kollektivləri 

arasında  əvvəllər  maariflənmə  işinin  aparılmaması  və  ya  təbliğatın  aşağı  səviyyədə  olması 



 

 

sözügedən təsərrüfat sahələrinin sığortalanma prosesinin tam başa çatdırılmasına maneçiliklər 



törədir.  Maddi  imkansızlıq  və  vəsait  çatışmazlığı  da  sığortalanmaya  meyli  azaldıb.  Bundan 

başqa,  əvvəllər  yalnız  buğda  bitkisi  becərilən  sahələrin  sığortalanması  yönümündə  işlər 

görülürdü.  Sonradan  isə  Kənd  Təsərrüfatı  Nazirliyi  tərəfindən  sözügedən  prosesin  kənd 

təsərrüfatı sahələrinin digər bölmələri üzrə, yəni arpa, kartof, soğan, tərəvəz, bostan məhsulları 

və digər bitkilər əkilən sahələrə də şamil edilməsi üçün müvafiq addımlar atıldı. Lakin hələ də 

istənilən  nəticə  yoxdur.Ekspertlər  isə  həm  torpaqların  sığortaya  cəlb  edilməsi  sahəsində 

savadsızlığın  hökm  sürməsinin,  həm  də  sığortaya  marağın  olmamasının  məhsuldarlığa  ciddi 

zərbə vurduğunu deyir. Onların fikrincə, elə bir mexanizm yaradılmalıdır ki, onun köməyi ilə 

bu qanunu fermerə tətbiq etmək mümkünləşsin. 

Sığorta  məsələsi  məhsuldarlığa  da  təsir  göstərir.  Belə  fikirlər  də  səslənir  ki,  qonşu 

dövlətlərlə müqayisədə bizdə məhsuldarlıq çox aşağıdır. Hətta ölkədə potensialımızdan 3 dəfə 

az məhsul istehsal olunur. Bu da fermerlərə  verilən subsidiyaların hələ istənilən  nəticəni  əldə 

etməyə imkan vermədiyini üzə çıxarır və bu sahədə potensialdan tam istifadəyə imkan vermir. 

Məlumdur  ki,  Avropa  ölkələrində  məşğulluqda  aqrar  sektorun  payı  15  -  20  faizdən  çox 

olmur.  Aqrar  ölkələrdə  isə  bu,  40  faizə  qədər  yüksəlir.  Məsələn,  ABŞ-da  əmək  qabiliyyətli 

əhalinin 2.5 faizi aqrar sahədə çalışır. Onlar həm özlərini kənd təsərrüfatı məhsulları ilə təmin 

edir, həm də ixrac edirlər. Azərbaycanda isə əmək qabiliyyətli əhalinin 40 faizi aqrar sahə ilə 

məşğuldur.  Lakin  qalan  60  faizi  bu  məhsullarla  təmin  edə  bilmir.  Bununla  yanaşı,  hətta 

xaricdən  də  ixrac  edir.  Əslində,  işçi  qüvvəsinin  paylanması  coğrafiyasını,  istehsal  olunan 

məhsulun miqdarını nəzərə alsaq, burada kifayət qədər ziddiyyət var. Bu, o deməkdir ki, aqrar 

sektor  digər  sektorlardan  geri  qalır.  Həm  də  nəzərə  alaq  ki,  il  ərzində  istehsal  olunan 

məhsulların 26 faizi həcmində dövlət subsidiya yönəldir. Qalan 74 faizi isə aqrar sektorun özü 

tərəfindən qarşılanır. Əslində isə subsidiyaların həcmi çox olduğu üçün aqrar sektor daha çox 

inkişaf etməli idi. Məsələn, Ümumdünya Ticarət Təşkilatının şərtlərində aqrar sektora verilən 

subsidiyaların maksimum limiti 10 faizdir. İnkişaf etmiş ölkələr üçün isə bu rəqəm 5 faizdir. 

Azərbaycan həmin limitlərdən təqribən 3 dəfə artıq subsidiya ayırır. Amma bu, aqrar sektorda 

yeni  dəyərin  formalaşmasında  özünü  göstərmir.  Ekspertlər  sığortanın  tətbiqi  halında  bunun 

aradan qaldırılacağını güman edir. 

«Az Sığorta» Şirkəti kənd təsərrüfatı ilə məşğul olan şəxslər və müəssisələr üçün «Kənd 

təsərrüfatı  bitkiləri  məhsullarının  doludan  sığortası  və  Heyvanların  sığortası  qaydaları»na 

əsasən sığorta təminatını təklif edir: 

-

 



Kənd  təsərrüfatı  bitkilərinin  əsas  və  köməkçi  məhsulları  təbii  fəlakət  və  həmin  ərazi 

üçün  qeyri-adi  olan  digər  meteoroloji  və  təbiət  hadisələri,  yanğın  nəticəsində 

zədələnməsi və məhv olması hallarına qarşı sığorta olunur.  

-

 



İri  və  xırda  buynuzlu  mal-qara  (inəklər,  öküzlər,  camışlar,  qoyunlar,  keçilər)  və  s. 

heyvanlar:  Bütün  növ  adi  və  yoluxucu  (bir  heyvandan  digər  heyvana  keçə  bilən) 

xəstəliklər, boğaz olma, doğum, axtalama və ya cərrahiyyə əməliyyatının aparılması; 

-

 



Hər  növ  qəzalar,  vəhşi  heyvanların  hücumu,  kənar  şəxslərin  qəsdən  zəhərləməsi, 

yaralaması və ya şikəst etməsi

-

 

Şaxtadan donma, məftil, mismar, daş və digər bu kimi bərk və iti cisimlər udması və ya 



dərmanlanmış sahədə otlaması; 

-

 



Qasırğa, ildırım, zəlzələ, su basqını, torpaq çökməsi və ya yer sürüşməsi; 

-

 



Yanğın və ya partlayış nəticəsində, heyvanların məcburi kəsdirilməsi də daxil olmaqla, 

tələf olmasına qarşı sığorta olunur. 

Azərbaycanda  fəaliyyət  göstərən  və  kənd  təsərrüfatı  məhsullarının  istehsalı  və  ya 

heyvandarlıq  ilə  məşğul  olan  fiziki  və  hüquqi  şəxslər  (fermer  və  d.  təsərrüfatlar)  əkdikləri 

məhsulları və sahib olduqları heyvanları (mal-qara və s.) sığorta etdirməklə gələcəkdə baş verə 

biləcək hadisələr zamanı onlara dəyən itki və ziyanlara qarşı təminat əldə edə bilərlər. 



 

 

Azərbaycan  Respublikasında  kənd  təsərrüfatında  sığortanın  stimullaşdırılması  ilə 



əlaqədar  “Kənd  təsərrüfatında  sığortanın  stimullaşdırılması  haqqında”  Azərbaycan 

Respublikasının  Qanunu,  “Sığorta  fəaliyyəti  haqqında”  Azərbaycan  Respublikasının 

Qanunundan və onlara uyğun qəbul edilmiş normativ hüquqi aktlar qəbul edilmişdir.  

“Kənd 


təsərrüfatında 

sığortanın 

stimullaşdırılması 

haqqında” 

Azərbaycan 

Respublikasının  Qanununda  kənd  təsərrüfatında  əmlakın  sığortasının  obyektləri  kimi  kənd 

təsərrüfatı  bitkilərinin  məhsulları,  kənd  təsərrüfatı  heyvanları,  ev  quşları,  dovşanlar,  xəzdərili 

vəhşi  heyvanlar,  arı  ailələri,  habelə  kənd  təsərrüfatı  təyinatlı  binalar,  tikililər,  qurğular, 

avadanlıqlar, maşınlar, nəqliyyat vasitələri və digərləri ilə bağlı əmlak mənafeləri (azqiymətli 

və tez köhnələn əşyalar və təbii biçənəklərin məhsulları istisna olmaqla) müəyyən olunmuşdur. 

Bu sığorta obyektləri bir qayda olaraq yanğın, dolu, sel, daşqın, tufan, şaxta və ildırım vurması, 

zəlzələ,  torpaq  sürüşməsi,  dəmyə  torpaqlarında  quraqlıq  kimi  təbii  fəlakətlərdən,  habelə  kənd 

təsərrüfatı  bitkilərinin  məhsulları,  kənd  təsərrüfatı  heyvanları,  ev  quşları,  dovşanlar,  xəzdərili 

vəhşi heyvanlar, arı ailələri müvafiq olaraq xüsusi təhlükəli ziyanvericilərin yayılmasından və 

hücumundan,  yoluxucu  xəstəliklərdən,  kənd  təsərrüfatı  təyinatlı  binalar,  tikililər,  qurğular, 

avadanlıqlar,  maşınlar,  nəqliyyat  vasitələri  isə  qəza  hadisələrindən  sığortalanır  və  kənd 

təsərrüfatında əmlakın sığortası könüllü formada həyata keçirilir. 

Adı  çəkilən  qanunda  irəli  gələrək  sığortalanmasına  maliyyə  yardımı  göstərilən  kənd 

təsərrüfatı  əmlakının  və  sığorta  hadisələrinin  növlərinin  və  sığorta  haqqının  büdcə  vəsaiti 

hesabına ödənilən hissəsinin müəyyən edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər 

Kabinetinin 22 №-li qərarı təsdiq olunmuş və burada kənd təsərrüfatı əmlakının – buğda, arpa, 

qarğıdalı,  günəbaxan-dən  üçün,  kartof,  şəkər  çuğunduru,  tərəvəz  (göyərti  istisna  olmaqla) 

meyvə,  sitrus  və  üzüm  bağlarının  məhsulları  sahələrinin  (məhsul)  yanğın,  dolu,  sel,  daşqın, 

şaxta  vurması  kimi  sığorta  hadisələrindən  sığortalanmasına  dövlət  tərəfindən  maliyyə 

yardımının göstərilməsi nəzərdə  tutulmuşdur. Belə  ki,  bu  yardım  müqavilə  üzrə  hesablanmış 

sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissəsi sığorta haqqının 50 faizi 

həcmindədir.  

Sığorta  müqaviləsi  üzrə  sığorta  məbləği  kənd  təsərrüfatı  bitkiləri  üzrə  məhsulun 

dəyərinin  azı  70%-i,  kənd  təsərrüfatı  heyvanları,  ev  quşları,  dovşanlar,  xəzdərili  vəhşi 

heyvanlar,  arı  ailələri  üzrə  hüquqi  şəxslərdə  -  onların  balans  dəyərinin,  fiziki  şəxslərdə  isə 

bazar  qiymətinin  azı  80%-i,  kənd  təsərrüfatı  təyinatlı  binalar,  tikililər,  qurğular,  avadanlıqlar, 

maşınlar, nəqliyyat vasitələri və  digər  əmlak üzrə  isə  əmlakın bazar qiymətinin  tam  məbləği 

miqdarında müəyyən edilir. 

Eyni zamanda, qanunda bir sıra digər güzəştlər nəzərdə tutulmuşdur. belə ki, əmlakını üç 

ildən  az  olmayaraq  ardıcıl  sığorta  etdirmiş,  lakin  həmin  müddətdə  sığorta  ödənişi  almamış 

sığortalıya sonrakı illər üçün hesablanmış sığorta haqqından dördüncü il üçün 10 faiz, beşinci 

il üçün 20 faiz, beş ildən artıq müddətə isə 30 faiz həcmində güzəşt edilir.  

Üzümçülük  sahəsində  sığortanın  vəziyyətinə  dair  məlumatlara  əsasən  50%  büdcədən 

ödənilməklə 2010-cu ildə İsmailli rayonunda (Nikitin kolxozu) 296 ha, 29053 manat, 2011-ci 

ildə İsmailli rayonunda (Nikitin kolxozu) 24652 manat, Şamaxı rayonu 1 nəfər fiziki şəxs 2,5 

ha, 525  manat, Qazax  rayonu 1  nəfər fiziki şəxs 1 ha,  350  manat və 1 nəfər fiziki şəxs  3  ha, 

1050  manat  məbləğində  kənd  təsərrüfatı  əmlakı  sığortalanmışdır.  2012-ci  ilin  məlumatlarına 

əsasən İsmailli rayonunda (Nikitin kolxozu) 296 ha, 21072 manat məbləğində kənd təsərrüfatı 

əmlakı sığortalanıb. Göründüyü  kimi, sığorta müqavilələrinin sayı  çox  aşağı  səviyyədədir və 

hələ ki, üzümçülüklə bağlı əmlakını sığortalayan olmamışdır.  

“Azərsığorta”-nın yerlərdə 87 filialın olmasına baxmayaraq kənd təsərrüfatı istehsalçıları 

bu  güzəştdən  istifadə  etməyə  meyilli  deillər.  Bunun  isə  həm  obyektiv,  həm  də  subyektiv 

səbəbləri  var.  Belə  ki,  İİETİ-nin  “2012-2020-ci  illərdə  üzümçülüyün  inkişafına  dair  Dövlət 

Proqramı”ndan  irəli  gələn  tədbirlərin  üzümçülük  sahəsində  çalışanlara  çatdırılmasına  dair 


 

 

səfərlərdə keçirilən görüşlərin nəticəsində məlum olmuşdur ki, fermerlərin dövlətin bu sahəyə 



göstərdiyi  güzəştlər  və  yardımlardan,  o  cümlədən  sığorta  ilə  əlaqədar  edilən  maliyyə 

yardımından məlumatları yox dərəcəsindədir.  

 

3.4.

 

Üzümçülük sahəsində lizinqin vəziyyəti.  

 

Azərbaycan müstəqillik qazandıqdan sonra iqtisadiyyatın bütün sahələrində olduğu kimi 



kənd  təsərrüfatı  sahəsində  də  tənəzzül  özünü  göstərmişdir  və  bu  sahədə  mövcud  kolxoz  və 

sovxozlar  fəaliyyətini  dayandırmışlar.  Azərbaycan  Respublikasında  1996-cı  ildən  başlanmış 

aqrar  islahatlar  siyasəti  çərçivəsində  torpaq  sahəsi  kənd  əhalisinin  xüsusi  mülkiyyətinə 

verilmiş,  aparılmış  islahatlar  nəticəsində  regionda  əksər  kənd  təsərrüfatı  məhsullarının 

istehsalında  dinamik  artımın  baş  verməsi  müəyyən  edilmişdir.  Lakin  kənd  təsərrüfatında 

çoxillik  əkmələrdə  tənəzzülün  qarşısını  almaq  çətin  idi.  Çünki  meyvə  və  giləmeyvələr, 

üzümlüklərin  bərpası  uzun  müddət  və  xeyli  vəsait  tələb  etdiyindən  və  bu  sahədə  emal 

müəssisələrinin fəaliyyəti dayandığından fermerlərin bu sahələrə marağı aşağı idi.  

Statistik  məlumatlardan  da  göründüyü  kimi,  ölkədə  üzüm  sahələrinin  azalması  2003-cü 

ilədək davam etmiş və yalnız 2004-cü ildən etibarən yeni üzümlüklərin salınması ilə əlaqədar 

əkin  sahələri  artmışdır.  Qeyd  etdiyimiz  kimi  bu  sahənin  inkişafı  üçün  xeyli  vəsait  lazımdır. 

Bununla  yanaşı  üzüm  əkin  sahələrinin  becərilməsi  üçün  aqrotexniki  qaydalara  əməl  etmək 

lazım gəlir ki, bunun üçün müxtəlif təyinatlı texniki vasitələrə ehtiyac yaranır. 

Azərbaycanda  “Lizinq  haqqında  qanun”  29  noyabr  1994-cü  ildə  qəbul  edilmişdir.  Qeyd 

edim  ki,  Azərbaycan  MDB  ölkələri  arasında  lizinq  haqqında  qanunu  qəbul  edən  ilk  ölkədir. 

Qanunun  qəbul  olunduğu  illərdə  ölkədə  lizinq  münasibətləri  haqqında  hələ  tam  təsəvvür  yox 

idi.  Bu  Qanun  lizinq  münasibətlərini  tənzimləyə  bilmədiyi  üçün  2003-cü  ilin  avqustunda 

qüvvədən düşmüşdür. Ona görə də lizinq münasibətləri Mülki Məcəllə (XXXVIII fəsil), Vergi 

Məcəlləsi  (140-cı  maddə)  və  digər  qanunverici  aktlar  ilə  tənzimlənir.  Bundan  başqa  Mülki 

Məcəlllənin  747-751-ci  maddələri  lizinq  münasibətlərinin  spesifik  xüsusiyyətlərini  tam 

tənzimləyə  bilmədikdə,  elə  751-ci  maddəyə  əsasən  lizinq  münasibətlərinə  əmlak  kirayəsi 

müqaviləsinin qaydaları tədbiq olunur.  

Lizinq  münasibətlərində  tərəflərin  hüquq  və  vəzifələri  isə  xüsusi  hallarda  Mülki 

Məcəllənin XXXIII fəsli (Əmlak kirayəsi) ilə nizamlanır. Azərbaycan qanunvericiliyinə əsasən 

bizim icarə və lizinq terminləri müvafiq olaraq “operativ lizinq” və “maliyyə lizinqi” (lizinqin 

əsas  iki  növləri)  beynəlxalq  anlayışlarına  uyğun  gəlir.  Lizinqin  maliyyə  lizinqi  kimi 

qiymətləndirilməsi ölkədə operativ lizinqin inkişafına mane olur. Lakin buna baxmayaraq, son 

zamanlar  xüsusilə,  avtolizinq  bazarında  avtomobillərin  daha  çox  5  illik  lizinq  yolu  ilə  əldə 

edilməsi,  avtomobilə  lizinq  şirkətləri  tərəfindən  xidmətlərinin  (sığorta,  texniki  servis  və  s.) 

göstərilməsi operativ lizinqin az da olsa fəaliyyətini sübut edir. 

Mülki  Məcəllədə  lizinq  747-1.2-ci  maddəsində  qeyd  olunur:  Lizinq  verən  lizinq 

müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və 

mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə 

və  şərtlərlə  (mülkiyyyət  hüququnun  lizinq  alana  keçməsi  və  ya  keçməməsi  şərti  də  daxil 

olmaqla)  müvəqqəti  sahibliyə  və  ya  istifadəyə  verən  hüquqi  və  ya  fiziki  şəxsdir.  Mülki 

Məcəlləyə  (152.3,  159-cu  maddələri)  əsasən  sahiblik  hüququ  əşyaya  faktik  sahib  olmağı 

nəzərdə tutur və buna görə də istifadə hüququndan təcrid olumuş halda lizinq obyektinin lizinq 

alanın  yalnız  sahibliyinə  verilməsi  lizinq  müqaviləsinin  mahiyyətini  əks  etdirmir.  Bu 

anlaşılmazlığın  aradan  qaldırılması  üçün  bir  sıra  xarici  ölkələrin  mülki  qanunvericiliyində, 

məsələn,  Rusiya  Federasiyasının  Mülki  Məcəlləsinin  576-cı  maddəsində  olduğu  kimi 

“sahibliyə və ya istifadəyə” sözləri “sahibliyə və istifadayə” sözləri ilə əvəz olunsa daha yaxşı 

olar.  Mülki  Məcəllənin  747-1.3  müddəasında  lizinq  obyektinin  lizinq  müqaviləsinə  uyğun 



 

 

olaraq  müəyyən  müddətə,  müəyyən  haqla  lizinq  alana  müvəqqəti  sahibliyə  və  istifadəyə 



verilməsinin  qeyd  olunması  da  lizinq  verənin  hüquqi  vəziyyətinin  Mülki  Məcəllədə  düzgün 

göstərilmədiyini təsdiq edir.  

Bundan  başqa  Mülki  Məcəllədə  lizinq  verənin  əsas  vəzfilərindən  biri  təkcə  lizinq 

obyektini  əldə  etmək  deyil,  həm  də  onu  hazırlamaqdır.  Düzdür,  bəzi  ölkələrdə  bunu  “birbaşa 

lizinq”  adı  altında  həyata  keçirirlər,  bele  olan  halda  özlərinin  broker  şirkətlərini  yaradırlar. 

Lakin, Mülki Məcəllədə lizinq verən lizinq obyektini özü hazırladığı halda o, satıcı olacaqdır 

ki,  bu  da  lizinq  münasibətlərinə  ziddir.  Çünki,  lizinq  verən  sadəcə  əmlakın  əldə  edilməsini 

maliyyələşdirən  şəxsdir.  Lizinq  verənin  üzərinə  lizinq  obyektini  əldə  etmək  vəzifəsinin 

qoyulması  747-5.1  maddəsinə  əsasən  lizinq  münasibətlərinin  hüquqi  formasını  pozur.  Ona 

görə  ki,  lizinq  üçtərəfli  münasibətdir  (747-1.1,  747-5.1  maddələrinə  uyğun  olaraq)  və  lizinq 

subyektlərindən  birinin  olmadığı  halda  onu  lizinq  münasibətləri  adlandırmaq  olmaz.  Buradan 

ümumi  şəkildə  sual  yarana  bilər  ki,  bes  onda  nəyə  görə  “qaytarılan  lizinq”də  ikitərəfli 

münasibət  mövcud  olduğu  halda  onu  lizinq  münasibətlərinə  daxil  edirik?  Çünki  qaytarılan 

lizinq növündə lizinq alan həm də satıcı qismində çıxış edir və sanki üçüncü tərəf olur.  

Ölkədə  lizinq  münasibətlərinin  növbəti  problemi  lizinqin  mühasibat  uçotu  ilə  bağlıdır. 

Milli  mühasibat  uçotu  standartlarında  lizinq  üçün  xüsusi  standart  yoxdur  və  lizinq 

uzunmüddətli  icarə  kimi  qeydə  alınaraq  lizinq  alanın  alanın  balansında  əks  olunur.  Bu  isə 

Mülki  Məcəllə  ilə  uyğunlaşmır.  Çünki,  Mülki  Məcəllədə  lizinq  obyekti  əsas  vəsait  kimi 

tərəflərin  qarşılıqlı  razılığı  əsasında  lizinq  verənin  və  ya  lizinq  alanın  balansında  qeydə 

alınmalıdır.  

Əvvəllər tətbiq olunan sürətli amortizasiyanın (əvvəllər bu, 2 əmsalla hesablanırdı) ləğv 

edilməsi  lizinq  sektorunda  əsas  vəsaitlərin  yenilənməsinin  qarşısını  alır.  Qeyd  edək  ki, 

Rusiyada  lizinq  münasibətlərində  sürətləndirilmiş  amortizasiya  (bu,  Rusiyada  3  əmsalla 

hesablanır) tətbiq olunur və onlar xərclər kimi çıxılır, bu da vergi bəyənnaməsi zamanı nəzərə 

alınmır.  

Lizinq obyektinə vergi qanunvericiliyinə əsasən qoyulan ƏDV (18%) əmlakın qiymətinə 

daxil  edilir,  nəticədə  əmlakın  maya  dəyəri  artır.  Belə  olan  halda  müştəri  lizinq  şirkətlərinin 

rəqibi olan banklara kredit götürməyə üz tutur.  

Əsas  etibarilə  operativ  lizinq  şirkətlərinin  gəlirləri  tam  şəkildə  lizinq  müqaviləsinin 

müddəti  bitdikdən  sonra  geri  qaytarılan  əmlakın  ikinci  dəfə  lizinqə  verilməsi  və  satılması 

zamanı  formalaşır  və  bu  zaman  ƏDV-nin  tətbiqi  operativ  lizinq  sövdələşməsinin  qiymətini 

bahalaşdırır. Ona görə də Azərbaycanda operativ lizinq inkişaf edə bilmir.  

Belə  səbəblərə  görə  Azərbaycan  malik  olduğu  lizinq  potensialından  tam  istifadə  edə 

bilmir.  Məsələn,  qərbdə  şirkətlər  əsas  vəsaitlərin  yenilənməsini  demək  olar  ki,  80  %-ni, 

Avstraliya  sənaye  kapital  qoyuluşunun  33%-ni,  Qazaxıstan  isə  6%-ni  lizinq  yolu  ilə  həyata 

keçirdiyi halda, Azərbaycanda bu göstərici 1%-dən bir qədər çoxdur. 

2003-2008-ci illərdə ölkədə lizinq portfelinin həcmi ilbəil artmışdır. Lakin, 2008-ci ildən 

sonra lizinq bazarında azalma müşahidə olunur ki, bunun da əsas səbəbi həmin ildən etibarən 

vergi qanunvericiliyinə əsasən lizinq obyektlərinə ƏDV-nin qoyulmasıdır.  

Azalma anoloji olaraq ümumi investisiya qoyuluşunun tərkibində də əks olunur. 2010-cu 

ildə ölkəyə 17,6 mlrd. ABŞ dolları ümumi investisiya qoyuluşu olub ki, onun tərkibində lizinq 

yolu  ilə  investisiya  qoyuluşu  0,17  mlrd.  ABŞ  dollarına  bərabər  olmuşdur.  2011-ci  ildə  isə 

ümumi investisiya qoyuluşunun həcmi artaraq 21,66 mlrd. ABŞ dolları olub, lakin belə artımın 

tərkibində  lizinq  yolu  ilə  investisiya  qoyuluşunun  həcmi  2010-cu  ilə  nisbətən  azalaraq  0,15 

mlrd. ABŞ dolları olmuşdur.  

Lizinq  münasibətlərini  tənzimləyən  xüsusi  orqanın  yoxluğu  bu  sektorun  zəif  inkişaf 

etməsinin  səbəblərindən  biri  kimi  qiymətləndirilir.  Hətta  BMK  (İFC)  Azərbaycanın  lizinq 

bazarının  inkişafı  üçün  belə  bir  orqana  ehtiyacı  olduğunu  müəyyən  etmişdir.  Çünki,  ölkənin 



 

 

lizinq bazarı hələ  də tam formalaşmadığından inkişaf üçün dövlət tərəfindən gələn dəstək və 



tənzimləyici  tədbirlər  geniş  imkanlar  aça  bilər.  Məhz  tənzimləyici  orqanın  olmaması  nəticəsi 

idi  ki,  2009-cu  ildən  tətbiq  edilən  kapitallaşmaya  yönəldilmiş  gəlirə  edilən  vergi  güzəştləri 

yalnız  banklara  və  sığorta  şirkətlərinə  aid  edilmiş  və  lizinq  şirkətləri  burada  nəzərə 

alınmamışdır. Lizinq bazarları üçün tənzimləyici orqan kimi ideal seçim müxtəlif qurumlar ola 

bilər. 

Ölkəmizdə  fəaliyyət  göstərən  bir  çox  lizinq  şirkətlərinin  təsisçiləri  həm  yerli  banklar, 



həm də xarici şirkətlərdir. Bu onu göstərir ki, ölkənin lizinq bazarında problemli məsələlərdən 

biri  də  maliyyələşdirmə  mənbələridir.  Hazırda  lizinq  şirkətlərinin  güclü  maliyyələşdirmə 

mənbələrinə  ehtiyacı  vardır.  Belə  ki,  son  maliyyə  böhranı  ilə  əlaqədar  olaraq  xarici  kapitalın 

yerli lizinq bazarına  cəlb edilməsi çətin  məsələdir. Yerli  bankların  maliyyələşdirmə  mənbəyi 

kimi çıxış etməsinin əsas səbəbi isə onların pul kapitalına malik olması və lizinq xidmətinin bu 

pul kapitalına olan tələbatı ilə bağlıdır.  

Bəzi  yerli  bankların  lizinq  xidməti  göstərməsi  lizinq  şirkətlərinin  inkişafına  mane  olur. 

Bankların  daha  çox  pul  kapitalına  malik  olması  onları  bazarda  lizinq  şirkətlərinin  güclü 

rəqiblərinə  çevirir.  Zəif  inkişaf  edən  lizinq  şirkətləri  isə  bu  rəqabət  mühitində  tab  gətirə 

bilmirlər. Nəticədə ölkədə lizinq portfelinin həcmi aşağı olur.  

Bugün  kənd  təsərrüfatı  sektorunda  rəqibsiz  lider  lizinq  şirkəti  “Aqrolizinq  ASC”dir. 

Kənd  təssərrüfatının  inkişafı  ilə  bağlı  olan  dövlət  sifarişləri  yalnız  bu  şirkətə  verilməkdədir. 

Aqrolizinq  ASC-yə  həvalə  edilmiş  tədbirlərin  yerinə  yetirilməsi  üçün  2005-2012-ci  illər  üzrə 

dövlət büdcəsindən və digər mənbələrdən 370,63 milyon manat maliyyə vəsaiti ayrılmışdır  

 


Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin