Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi İQTİsadi İslahatlar



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə10/12
tarix24.01.2017
ölçüsü2,09 Mb.
#6237
1   ...   4   5   6   7   8   9   10   11   12

-

 

Üzümçülüyün inkişafı üzrə investisiya fonduna dair maddənin çıxarılması; 



-

 

Sığortalanma ilə bağlı müddəaların çıxarılması (təbii fəlakətin, kredilərin və məhsulun 

sığortalanması); 

-

 

Şərabçılıq məhsullarının keyfiyyətinə nəzarət funksiyalarının bələdiyyələr, istehlakçılar 

və QHT-lərin səlahiyyətlərindən çıxarılması təşkil etmişdir. 

Üzümçülük və şərabçılıq sahəsində digər normativ hüquqi aktlar isə qanundan irəli gələn 

işlərin  icra  olunması  üzrə  bir  çox  qaydaların  hazırlanmasında,  o  cümlədən  institusinal 

məsələlərin həllində mühüm rol oynamışdır: 

I.

 

Azərbaycan  Respublikası  Prezidentinin  "Üzümçülük  və  şərabçılıq  haqqında" 



Azərbaycan  Respublikası  Qanununun  tətbiq  edilməsi  barədə  29  yanvar  2002-ci  il  tarixli 

 

 

Fərmanı:  Fərman  "Şərabçılıq  məhsullarının  dequstasiyadan  keçirilməsi  və  sənədləşdirilməsi 



Qaydaları",  "İstehsal  mənşəyinə  görə  adlar  verilən  şərabların  istehsalı  və  şərabçılıq 

məhsullarına adların verilməsi qaydaları barədə Əsasnamə", "Şərabçılıq məhsullarının istehsalı 

üzrə texnoloji avadanlıqların dövlət qeydiyyatına alınması Qaydası", "Şərabçılıq məhsullarının 

istehsalı  müəssisələrinin  attestasiyası  Qaydaları"nın  Azərbaycan  Respublikası  Nazirlər 

Kabineti tərəfindən müəyyən edilməsi tapşırığını qarşıya qoymuşdur. Bundan əlavə üzümçülük 

və şərabçılıq qanunvericiliyində  yer almış müvafiq icra hakimiyyəti orqanları arasında vəzifə 

bölgüsü aşağıdakı kimi müəyyən edilmişdir: 

1.

 



Azərbaycan Respublikası Nazirlər Kabineti: 

-

 

İstehsal mənşəyinə görə adlar verilən şərabların istehsalı barədə əsasnamə müvafiq icra 

hakimiyyəti orqanı tərəfindən təsdiq edilir

-

 

Şərabçılıq  məhsullarının  dequstasiyadan  keçirilməsi  və  sənədləşdirilməsi  qaydaları 

müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən olunur; 

-

 

Şərabçılıq  məhsullarına  adların  verilməsi  qaydaları  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir; 

-

 

Adlar  verilən  şərabçılıq  məhsullarının  ekspertizasına,  dövlət  reyestrində  qeydiyyata 

alınmasına və attestasiyasına görə dövlət rüsumu alınır; 

-

 

 Şərabçılıq məhsullarının istehsalı üzrə texnoloji avadanlıqlar müvafiq icra hakimiyyəti 

orqanı tərəfindən müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır; 

-

 

Şərabçılıq  məhsulları  istehsalı  müəssisələrinin  attestasiyasının  keçirilməsi  qaydaları 

müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur; 

2.

 



Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi: 

-

 

Azərbaycan  Respublikasında  istehsal  edilən  və  satılan  üzüm  əkini  materiallarına 

qanunvericiliklə  müəyyən  olunmuş  qaydada  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 

onların  sortluq  və  əkin  keyfiyyətlərini  təsdiq  edən uyğunluq sertifikatı və  fitosanitar 

vəziyyətinə dair sertifikat verilir

-

 

Yüksək keyfiyyətli (markalı) şərab və brendi (konyak) məhsullarının hazırlanması üçün 

üzümlüklərin  salınması,  üzüm  əkini  materiallarının  yetişdirilməsi,  habelə  əmtəəlik  üzüm 

istehsalı  texnologiyaları  üzrə  normativ  sənədlərə  əməl  olunmasına,  o  cümlədən  əkin 

materiallarının  sort  təmizliyinə,  fitosanitar  vəziyyətinə,  sortluq  və  əkin  keyfiyyətinə  müvafiq 

icra hakimiyyəti orqanı tərəfindən nəzarət edilir; 



-

 

 Şərabçılıq məhsullarının istehsalı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən 

edilmiş qaydada xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir; 

-

 

Şərabçılıq  məhsullarının  yeni  növləri  və  çeşidləri  istehsala  hazırlanarkən  onların 

nümunələri  tələb  olunan  sənədlərlə  birlikdə  müvafiq  icra  hakimiyyəti  orqanının  mərkəzi 

dequstasiya komissiyasına təqdim edilməlidir; 



-

 

Yeni şərabçılıq məhsuluna ad almaq üçün istehsalçı müvafiq icra hakimiyyəti orqanına 

ərizə təqdim etməlidir

-

 

Qəbul edilmiş ərizə üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq təlimatlara 

uyğun olaraq məhsulun yeniliyinə görə ekspertizası aparılır; 

-

 

Ekspertiza  nəticəsində  məhsulun  yeniliyi  təsdiq  olunarsa,  müvafiq  icra  hakimiyyəti 

orqanının qərarı ilə şərabçılıq məhsuluna istehsalçı tərəfindən təklif edilən xüsusi ad verilir; 

-

 

Xüsusi ad verilən şərabçılıq məhsulu müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət 

reyestrində qeydiyyata alınır; 

-

 

Şərabçılıq məhsulları istehsalı müəssisələrinin attestasiyası müəssisələrdə istehsal edilən 

və istehlak bazarına çıxarılan hər məhsul növü üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən 

keçirilir və müəyyən olunmuş qaydada sənədləşdirilir; 



-

 

Üzüm  əkini  materiallarının  yetişdirilməsi,  üzümlüklərin  salınması,  habelə  əmtəəlik 

üzüm istehsalı texnologiyaları üzrə normativ sənədlərə onların istehsal, saxlanma, qablaşdırma, 


 

 

daşınma və satış qaydalarını və şərtlərini, habelə keyfiyyət göstəricilərini nizamlayan müvafiq 



icra  hakimiyyəti  orqanları  tərəfindən  təsdiq  edilmiş  standartlar  və  təlimatlar  aiddir. 

Üzümlüklərin salınması və üzüm əkini materiallarının yetişdirilməsi ilə məşğul olan hüquqi və 

fiziki  şəxslər  onların  sort  tərkibinin  təmizliyinə  və  fitosanitar  vəziyyətinə  qanunvericiliklə 

müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Yüksək keyfiyyətli (markalı) şərab və brendi 

(konyak) məhsullarının hazırlanması üçün üzümlüklərin salınması, üzüm əkini materiallarının 

yetişdirilməsi,  habelə  əmtəəlik  üzüm  istehsalı  texnologiyaları  üzrə  normativ  sənədlərə  əməl 

olunmasına,  o  cümlədən  əkin  materiallarının  sort  təmizliyinə,  fitosanitar  vəziyyətinə,  sortluq 

və əkin keyfiyyətinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzarət edilir. Burada nəzərdə 

tutulmuş  "müvafiq  icra  hakimiyyəti  orqanları"nın  səlahiyyətlərini  üzüm  əkini  materiallarının 

istehsalı,  saxlanması,  qablaşdırılması,  daşınması  və  satışı  qaydalarını  və  şərtlərini,  habelə 

keyfiyyət  göstəricilərini  nizamlayan  standartların  təsdiq  edilməsinə  münasibətdə  Azərbaycan 

Respublikasının  Standartlaşdırma,  Metrologiya  və  Patent  üzrə  Dövlət  Komitəsi,  üzüm  əkini 

materiallarının  istehsalı,  saxlanması,  qablaşdırılması,  daşınması  və  satışı  qaydalarını  və 

şərtlərini,  habelə  keyfiyyət  göstəricilərini  nizamlayan  təlimatların  təsdiq  edilməsinə 

münasibətdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi həyata keçirir. 

3.

 



Azərbaycan  Respublikasının  Kənd  Təsərrüfatı  Nazirliyi,  Azərbaycan  Respublikasının 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının 

Səhiyyə Nazirliyi: 

-

 

Şərabçılıq  məhsullarının  dövriyyədən  gönövülməsi  Azərbaycan  Respublikasının 

qanunvericiliyinə  uyğun  olaraq  müvafiq  icra  hakimiyyəti  orqanlarının  qərarı  ilə  həyata 

keçirilir; 



-

 

Azərbaycan  Respublikasında  istehsal  edilən  və  respublikaya  gətirilən  üzüm  və 

şərabçılıq məhsulları fiziki-kimyəvi, orqanoleptik, toksikoloji və radioloji göstəricilərinə görə 

təhlil  edilir  və  qiymətləndirilir.  Keyfiyyət  göstəricilərinin  qiymətləndirilməsi  müvafiq  icra 

hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş laboratoriyalarda, vahid metodika üzrə aparılır; 

-

 

Şərabçılıq  məhsullarının  keyfiyyətinə  dövlət  nəzarəti  funksiyalarını  müvafiq  icra 

hakimiyyəti orqanları həyata keçirirlər. 

II.


 

Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  30  mart  1996-cı  il  tarixli 

Respublikada istehsal olunan şərab və konyak materiallarının, habelə tündləşdirilmiş içkilərin 

satışının  tənzimlənməsi  barədə  36  nömrəli  Qərarı  və  Azərbaycan  Respublikası  Nazirlər 

Kabinetinin  "Üzümçülük  və  şərabçılıq  haqqında"  Azərbaycan  Respublikasının  Qanunu  ilə 

bağlı bəzi normativ hüquqi aktlar haqqında 24 dekabr 2002-ci il tarixli 199 nömrəli qərarı ilə 

təsdiqlənmiş  bir  sıra  qaydalar  ("Şərabçılıq  məhsullarının  dequstasiyadan  keçirilməsi  və 

sənədləşdirilməsi  Qaydaları",  "İstehsal  mənşəyinə  görə  adlar  verilən  şərabların  istehsalı  və 

şərabçılıq  məhsullarına  adların  verilməsi  qaydaları  barədə  Əsasnamə",  "Şərabçılıq 

məhsullarının  istehsalı  üzrə  texnoloji  avadanlıqların  dövlət  qeydiyyatına  alınması  Qaydası", 

"Şərabçılıq  məhsullarının  istehsalı  müəssisələrinin  attestasiyası  Qaydaları")  üzümçülük  və 

şərabçılıq  sahəsində  konkret  nəzarət  və  hüquqi  tənzimlənmə  tədbirlərin  müəyyənləşməsində 

mühüm rol oynamışdır; 

III.


 

Üzümçülük  təsərrüfatının  genişləndirilməsi  istiqamətində  subsidiyaların  müəyyən 

edilməsi  məsələləri  də  bir  normativ  hüquqi  aktlarda  öz  əksini  tapmışdır.  Bu  baxımdan 

Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetinin  12  mart  2012-ci  il  tarixli  63s  nömrəli 

Sərəncamı ilə “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin elmi-tədqiqat və tədris 

müəssisələrinin  təcrübə  Təsərrüfatlarında  2012-ci  ildə  orijinal,  superelit  və  elit  toxumların 

istehsalı üçün kvota” və “2012-ci ildə toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 

2-ci  reproduksiyalı  toxumlar  və  tinglər  üçün  kvota”  təsdiq  edilmişdir.  Sərəncama  əsasən 

subsidiyalar  üçün  üzüm  tinglərinin  kvotası  artırılaraq  33  min  ədəd  müəyyən  edilmişdir. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2007-ci il tarixli 103 nömrəli qərarı ilə 



 

 

təsdiq  edilmiş  “Toxumçuluq  və  tinglik  təsərrüfatlarından  satılan  1-ci  və  2-ci  reproduksiyalı 



toxumlara  və  tinglərə  görə  dövlət  büdcəsindən  təsərrüfatlara  subsidiyanın  ödənilməsi” 

Qaydasına  əsasən  üzüm  tinginə  görə  dövlət  büdcəsindən  təsərrüfatlara  subsidiyanın  məbləği 

0,51 manat səviyyəsində müəyyən edilmişdir. 

Məlumdur  ki,  müasir  dövrdə  dünya  təcrübəsində  proqram  fəaliyyəti  ölkələrin  sosial-

iqtisadi  inkişafında  mühüm  rol  oynayır.  Bu  baxımdan  ölkəmizdə  qəbul  edilmiş  bəzi 

proqramlar,  o  cümlədən  üzümçülüyün  inkişafında  da  öz  tövhəsini  vermiş  və  üzümçülük 

sahəsində bir çox tədbirlərin həyata keçirilməsində hüquqi əsas kimi iştirak etmişdir. Belə ki, 

proqramlar  çərçivəsində  həll  edilmiş  problemlər  dolayı  və  ya  birbaşa  yolla  üzümçülük  və 

şərabçılıq  sahəsinin  inkişafına  şərait  yaratmışdır.  Beləliklə,  ölkədə  üzümçülük  sahəsinin 

inkişaf perspektivləri və ənənəvi nüfuzu qəbul edilmiş mühüm Dövlət Proqramlarında nəzərə 

alınmışdır: 

 



Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli Sərəncamı ilə təsdiq 

edilmiş  “2008-2015-ci  illərdə  Azərbaycan  Respublikasında  əhalinin  ərzaq  məhsulları  ilə 



etibarlı  təminatına  dair”  Dövlət  Proqramı  -  kənd  təsərrüfatı  məhsullarının  istehsalının 

artırılmasını  stimullaşdırmaq  və  əhalinin  ərzaqla  təminatını  yerli  istehsal  hesabına  daha  da 

yaxşılaşdırmaq  məqsədi  ilə  qəbul  edilmiş  Dövlət  Proqramında  üzümçülüyün  inkişaf 

etdirilməsi,  süfrə  sortlarının  istehsalının  artırılması  üzrə  müvafiq  işlər  üzümçülüyün 

inkişafında  dəstəkləyici  tənzimlənmə  tədbirlərinin  zəngin  hüquqi  əsasını  yaratdı.  Belə  ki, 

sözügedən  Dövlət  Proqramının  icrası  hökumətin  kənd  təsərrüfatında  stimulaşdırıcı  dəstək 

mexanizmləri  barədə  sənədlərin  hüquqi  qüvvəyə  minməsi,  bununla  da  dövlət  vəsaitlərinin 

güzəştli şərtlərlə regionlarda fermerlərə verilməsi, istehsal xərclərinə müəyyən edilmiş həddə 

subsidiyaların  ayrılması  üzümçülük  və  şərabçılıq  sahəsində  istehsal  göstəricilərini  artırmaqla 

emal müəssisələrin yerli istehsal hesabına xammalın ödənilməsinə şərait yaratmışdır;

4

 

 



Azərbaycan  Respublikası  Prezidentinin  11  fevral  2004-cü  il  tarixli  24  nömrəli  və  4 

aprel  2009-cu  il  tarixli  80  nömrəli  Fərmanları  ilə  təsdiq  edilmiş  “Azərbaycan  Respublikası 

regionlarının  sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramı  (2004-2008-ci  illər)”  və  “Azərbaycan 

Respublikası  regionlarının  2009-2013-cü  illərdə  sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramı” 

Azərbaycanın kənd təsərrüfatında ənənəvi sahə kimi üzümçülüyün də inkişafı prioritet vəzifə 

kimi  müəyyən  olunmuş  və  regionlar  üzrə  kənd  təsərrüfatının  dəstək  tədbirlərində  öz  əksini 

tapmışdır;

5

 

Ölkədə  aparılmış  aqrar  islahatlar,  qəbul  edilmiş  Dövlət  Proqramları,  kənd  təsərrüfatı 

sahəsində  tətbiq  edilmiş  stimullaşdırıcı  maliyyə  mexanizmləri  bu  sahədə  müəyyən  canlanma 

yaratsa  da  konkret  olaraq  üzümçülük  və  şərabçılıq  sahəsində  tənzimlənmə  məsələləri 

günügündən  aktuallaşırdı.  Əsas  səbəb  isə  dünya  bazarında  formalaşmış  rəqabət  mühiti  və 

rəqabətqabiliyyətliliyin  yüksəldilməsi,  o  cümlədən  üzümçülük  və  şərabçılıq  sahəsinin 

inkişafının  yerli  şəraitinin  artırılması  məqamları  dayanırdı.  Bu  baxımdan  son  dövrlərdə 

üzümçülük  və  şərabçılıq  sahəsində  qəbul  olunmuş    normativ  hüquqi  aktlar  sahənin  inkişafı 

üçün  hüquqi  baza  yaratmaqla  bərabər,  emal  sahəsinin  inkişafında  keyfiyyət  normalarının 

dünya  standartlarına  cavab  verməsi  üçün  zəmin  yaratmış  oldu,  o  cümlədən  səmərəli  nəzarət 

tədbirlərini müəyyənləşdirmişdir. Beləliklə, sahənin inkişafı ilə bağlı bir çox normativ hüquqi 

məsələlər  müəyyən  olunsa  da,  müasir  dövrdə  üzümçülük  və  şərabçılıq  sahəsi  üçün  daha 

qətiyyətli və konkret tədbirlər zəruri şərtə çevrilirdi. Belə ki,  

-

 

Keyfiyyətli  süfrə  və  texniki  üzüm  sortlarından  ibarət  plantasiyaların  salınması  ilkin 



mərhələdə  bioloji  və  fitosanitar  baxımdan  təmiz,  yüksək  məhsuldar,  keyfiyyətli,  ölkəmizin 

təbii-iqlim  şəraitinə  uyğun  üzüm  tinglərinin  idxalına  ehtiyac  yaradır  ki,  bu  da  əlavə  maliyyə 

                                                 

4

 



http://www.e-qanun.az/print.php?internal=view&target=1&docid=15320&doctype=0

 

5



 

http://www.e-qanun.az/print.php?internal=view&target=1&docid=16721&doctype=0

 


 

 

vəsaiti tələb edir. Bu baxımdan, üzümçülüyün davamlı olaraq inkişaf etdirilməsi, keyfiyyətli və 



ucuz  başa  gələn  yerli  üzüm  sortlarının  yetişdirilməsi  ölkəmizdə  tingçilik  təsərrüfatlarının 

yaradılmasını şərtləndirir

-

 

Yeni  üzüm  plantasiyalarının  salınması  böyük  həcmdə  uzunmüddətli  kapital  qoyuluşu 



tələb etməklə bərabər, barvermə dövrünədək (təxminən 4-5 il ərzində) əkinə xidmət üçün əlavə 

maliyyə  resurslarına  ehtiyac  yaradır.  Odur  ki,  mövcud  və  yeni  yaradılacaq  üzümçülük 

təsərrüfatlarının  uzunmüddətli  maliyyə  resursları  ilə  təminatı  qarşıda  duran  ən  vacib 

məsələlərdən biridir; 

-

 

Gələcəkdə  üzümlüklərin  suvarma  problemlərinin  olmaması  üçün  köhnə  suvarma 



xətlərinin bərpası və yenilərinin istifadəyə verilməsinə böyük ehtiyac vardır; 

-

 



Keyfiyyətli  və  bazarda  tələbə  əsaslanan  üzüm  sortlarının  əkilməsi  prosesində  müasir 

aqrotexniki  qulluğu  şərtləndirən  amil  kimi  elmi  təminat  və  kadr  məsələləri  həllində  ölkənin 

kənd  təsərrüfatı  sahəsində  fəaliyyət  göstərən  tədris  müəssisələrinin  maddi  texniki  bazasının 

artırılmasını daha da aktuallaşdırır; 

-

 

İstehsal  olunmuş  üzüm  məhsullarının  vaxtlı-vaxtında  tədarükü  (yığılması,  saxlanması, 



qablaşdırılması,  satışı  və  s.)  xüsusi  əhəmiyyət  kəsb  edir.  Bu  məqsədlə  həmin  məhsulların 

"plantasiya-istehlakçı  (şərabçılıq  və  digər  emal  müəssisələri,  üzümsaxlama  anbarları,  ticarət-

satış  şəbəkələri  və  s.)"  sxemi  üzrə  reallaşdırılması  məsələləri  həlli  vacib  olan  məsələlərdən 

biridir; 

-

 

Fermerlərin  sosial  rifahı  isə  şübhəsiz  ki,  istehsal  etdikləri  üzüm  məhsullarının 



reallaşdırması  ilə  əlaqədardır  ki,  bu  da  öz  növbəsində  yarana  biləcək  bazar  problemlərinin 

çevik şəkildə həllinə imkan verən mexanimləri zəruri edir; 

-

 

Digər  tərəfdən  isə  müasir  texnalogiayalara  söykənən  yeni  emal  müəssisələrinin 



açılmasına,  o  cümlədən  köhnələrinin  bərpasına    şərait  və  məhsullarının  xarici  bazara  çıxış 

imkanlarının artırılmasına böyük dəstək tələb olunur və s. 

Yuxarıda  sadalanan,  həmçinin  digər  məsələlər  hökumətin  üzümçülüyün  inkişafı  üzrə 

qarşıya qoyduğu tapşırığında, yəni hazırlanmış Dövlət Proqramında öz əksini tapmaqla səkkiz 

il ərzində konkret vəzifələr müəyyən etmiş oldu. 

Nəhayət,  Azərbaycan  Respublikası  Prezidentinin  2011-ci  il  15  dekabr  tarixli  1890 

nömrəli  Sərəncamı  ilə  təsdiq  edilmiş  “2012-2020-ci  illərdə  Azərbaycan  Respublikasında 

üzümçülüyün  inkişafına  dair  Dövlət  Proqramı”nda  üzümçülük  və  şəraçılıq  sahəsində  əsas 

məqsəd  və  vəzifələr  müəyyən  olunmuş,  hədəflər  ortaya  qoyulmuş  və  əsas  istiqamətlər  üzrə 

tədbirlər müvafiq dövlət orqanları arasında bölüşdürülmüşdür. 

Dövlət  proqramının  əsas  məqsədi  əhalinin  təzə  və  keyfiyyətli  süfrə  üzümünə  olan 

tələbatının  daha  dolğun  ödənilməsi,  şərabçılıq  və  üzüm  emalı  müəssisələrinin  xammal 

təminatının  yaxşılaşdırılması,  şərab  və  üzüm  məhsullarının  ixracının  artırılması  üçün  ölkədə 

üzümçülüyün  inkişafını  stimullaşdırmaqdan  ibarət  olmaqla  aşağıdakı  vəzifələrin  yerinə 

yetirilməsini nəzərdə tutur:

6

 



- süfrə (o cümlədən kişmiş) və texniki üzüm sortlarının əkin sahələrinin 

genişləndirilməsi, yeni üzümlüklərin salınması; 

- tingçilik təsərrüfatlarının yaradılmasının dəstəklənməsi; 

- üzümçülük təsərrüfatları üçün əsas və köməkçi materialların istehsalının dəstəklənməsi; 

- üzümçülüyün infrastruktur təminatının yaxşılaşdırılması; 

- üzümçülüyün və şərabçılığın elmi təminatının və kadr potensialının gücləndirilməsi; 

- üzüm istehsalı və emalı sahəsində innövativ texnologiyaların tətbiqinin dəstəklənməsi

- üzüm və şərabçılıq məhsulları emalı müəssisələrinin fəaliyyətinin bərpası və yeni belə 

müəssisələrin yaradılmasının stimullaşdırılması; 

                                                 

6

 

http://www.e-qanun.az/print.php?internal=view&target=1&docid=22694&doctype=0



 

 

 

- üzüm məhsullarının "plantasiya-istehlakçı" sxemi ilə satışının stimullaşdırılması; 



- mövsümlərarası dövrlərdə əhalinin fasiləsiz olaraq süfrə üzümü ilə təmin edilməsi 

məqsədi ilə anbar şəbəkələrinin və saxlanma kameralarının tikintisinin dəstəklənməsi

- üzüm və şərabçılıq məhsullarının rəqabətqabiliyyətliliyinin artırılması; 

- üzüm və şərabçılıq məhsullarının ixracının stimullaşdırılması; 

- üzüm və şərabçılıq məhsulları üzrə daxili bazarın haqsız rəqabətdən qorunması; 

- üzüm və şərabçılıq məhsulları üzrə idxalın əvəzlənməsi səviyyəsinin yüksəldilməsi; 

- üzüm və şərabçılıq məhsulları istehsalı ilə əlaqəli sahələrin inkişafının dəstəklənməsi. 

Dövlət Pqroqramının qarşıya qoyduğu hədəflər isə aşağıdakılardan ibarətdir: 

 

Əhalinin  üzüm  və  üzüm  məhsullarına,  emal  müəssisələrinin  xammala  olan  tələbatının 



daxili istehsal hesabına ödənilməsi; 

 



Yeni iş yerlərinin yaradılması, əhalinin, xüsusilə kənd əhalisinin gəlirlərinin artırılması; 

 



Dövlət  və  bələdiyyə  büdcələrinə  daxilolmalar  artırılmaqla,  kəndlərdə  sosial  şəraitin 

daha da yaxşılaşdırılması; 

 

Üzümçülük və şərabçılıqla bağlı olan digər iqtisadi sahələrin inkişafı; 



 

Üzümün əkin sahəsinin əlavə olaraq 50 min hektar genişləndirilməsi; 



 

Ölkə üzrə ümumi üzüm istehsalı həcminin 500 min tona çatdırılması; 



 

Məhsuldarlığın hektardan 90 sentnerə çatdırılması (minimum hədəf). 



Aktuallığı üzüm və şərabçılıq məhsulları istehsalının daha çox əlavə dəyər yaratması və 

əməktutumlu  olmaqla  sahənin  əsas  inkişaf  istiqamətləri  Dövlət  Proqramı  üzrə  aşağıdakı 

şəkildə müəyyən edilmişdir: 

 



Məhsuldar süfrə və texniki üzüm sortlarının istehsalının təşkili; 

 



Şərabçılıq və digər üzüm emalı sahələrinin inkişafının dəstəklənməsi; 

 



Uzunmüddətli  dövr  üzrə  üzümçülüyün  inkişafını  təmin  edən  maliyyələşdirmə 

mexanizmlərinin yaradılması; 

 

Aqrotexniki, aqrokimyəvi, irriqasiya və tədarük – satış üzrə infrastrukturun inkişafının 



dəstəklənməsi;  

 



Elmi təminatın, kadr potensialının və maarifləndirmə işinin gücləndirilməsi. 

Beləliklə,  Dövlət  Proqramında  həyata  keçirilməsi  nəzərdə  tutulan  tədbirlərin  əsas 

istiqamətləri təşkil edir: 

 



üzümçülük  və  şərabçılıq  sahəsində  fəaliyyəti  tənzimləyən  normativ  huquqi  bazanın 

təkmilləşdirilməsi; 

 

institusional tədbirlərin həyata keçirilməsi; 



 

uzunmüddətli dövr üzrə üzümçülüyün inkişafını təmin edən maliyyələşdirmə 



mexanizmlərinin yaradılması; 

 



biotik  və  abiotik  amillərə  davamlı,  məhsuldar,  keyfiyyətli  süfrə  və  texniki  üzüm 

sortlarının müəyyənləşdirilməsi, eləcə də məhsul istehsalının təşkili üzrə kompleks tədbirlərin 

həyata keçirilməsi; 

 



şərabçılıq və digər üzüm emalı sahələrinin inkişafının dəstəklənməsi; 

 



aqrotexniki,  aqrokimyəvi,  bitki  mühafizəsi,  irriqasiya  və  tədarük-satış  üzrə 

infrastrukturun inkişafının dəstəklənməsi. 

Dövlət Proqramının icrasından isə aşağıdakı nəticələrin əldə edilməsi gözlənilir: 

 



əhalinin süfrə və quru üzümə, şərabçılıq və digər üzüm emalı məhsullarına, 

 



üzüm  emalı  və  şərabçılıq  sənayesinin  isə  xammala  olan  tələbatının  daxili  istehsal  

hesabına ödənilməsinin təmin edilməsi

 

yeni iş yerlərinin yaradılması, kənd əhalisinin gəlirlərinin artımına nail olunması; 



 

dövlət büdcəsinə və yerli büdcəyə daxilolmaların artırılması; 



 

kənd yerlərində sosial şəraitin yaxşılaşdırılması; 



 

 



 

üzümçülük və şərabçılıqla bağlı digər sahələrin inkişafının təmin edilməsi. 

Dövlət  Proqramı  üzrə  -  üzüm  istehsalçıları  və  digər  üzüm  emalı  sahələri  üçün  maliyyə 

stimulları  mexanizmlərinin  yaradılması,  güzəştli  kreditlərin  əlverişli  şərtlərlə  alınması 

mexanizmasının daha da sadələşdirilməsi, üzümçülük və şərabçılıq sahəsində normativ hüquqi 

bazanın  təkmilləşdirilməsi,  şərab  və  şərab  məhsulları  istehsalına  xüsusi  icazə,  yəni 

lisenziyaların verilməsi prosedurunun sadələşdirilməsi və digər məsələlərin həlli üçün isə bəzi 

normativ  hüquqi  aktları  zəruri  edir.  Bu  isə  öz  növbəsində  üzüm  istehsalının  daha  da 

həvəsləndirilməsinə,  normativ  prosedurların  sadələşməsinə,  o  cümlədən  istehsal  xərclərinin 

azaldılmasına şərait yaradacaqdır. Dövlət Proqramı üzrə hazırlanacaq tədbirlərin və təkliflərin 

əsas  mühüm  göstəricisi  isə  dünya  təcrübəsinə  uyğun  olaraq  ənənəvi  üzümçülük  rayonlarının 

ayrı-ayrı  kənd  və  qəsəbələrində  fəaliyyət  göstərən  fermer  və  ya  pay  torpaq  sahiblərinin 

mövcud vəziyyətlərinin nəzərə alınmasıdır. 


Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin