Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi İQTİsadi İslahatlar



Yüklə 1.45 Mb.
PDF просмотр
səhifə1/12
tarix24.01.2017
ölçüsü1.45 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   12

 

 



 

 

 

 

 

Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi 

İQTİSADİ İSLAHATLAR 

 

    

ELMİ TƏDQİQAT İNSTİTUTU

 

 

 

 

 

YE

KUN 

HESABA

T

 

2012

 

«Üzümçülük və şərabçılıq sahəsində 

mütərəqqi beynəlxalq sığorta və lizinq 

xidmətləri təcrübəsinin öyrənilməsi

müvafiq təklif və tövsiyələrin 

hazırlanması» 

 

mövzusunda elmi-tədqiqat işi üzrə 



 

      

 

 

 

 

MÜNDƏRİCAT 



 

GİRİŞ  

 

1.

 

Müasir  dövrdə  üzümçülük  və  şərabçılıq  sahəsində  sığorta  və  lizinq 

xidmətlərinin təşkilinin nəzəri-metodoloji əsasları 

 

2.

 

Mütərəqqi beynəlxalq təcrübənin icmalı 

 

3.

 

Azərbaycan  Respublikasının  kənd  təsərrüfatı,  o  cümlədən  üzümçülük  və 

şərabçılıq  sahəsində  sığorta  və  lizinq  xidmətlərinin  mövcud  vəziyyətinin 

analitik təhlili və qiymətləndirilməsi  

 

4.

 

Azərbaycan Respublikasında üzümçülük və şərabçılıq sahəsində sığorta və 

lizinq  xidmətlərinin  təşkilinin  və  tənzimlənməsinin  hüquqi-normativ, 

institusional və iqtisadi əsasları  

 

5.

 

Azərbaycan Respublikasında üzümçülük və şərabçılıq sahəsində sığorta və 

lizinq xidmətlərinin inkişafı istiqamətləri və siyasətə dair tövsiyələr 

 

İSTİFADƏ EDİLMİŞ MƏNBƏLƏR  

 

 



 

 

 

 

 

 

 

 

GİRİŞ 



 

Problemin qoyuluşu:  

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2011-ci il tarixli 

1890 nömrəli Sərəncamı ilə “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün 

inkişafına dair Dövlət Proqram”ı təsdiq edilmişdir. Proqramın əsas məqsədi əhalinin təzə və 

keyfiyyətli  süfrə  üzümünə  olan  tələbatının  daha  dolğun  ödənilməsi,  şərabçılıq  və  üzüm 

məhsulları  emalı  müəssisələrinin  xammalla  təminatının  yaxşılaşdırılması,  şərab  və  üzüm 

məhsullarının 

ixracının 

artırılması 

üçün 


ölkədə 

üzümçülüyün 

inkişafının 

stimullaşdırmasından  ibarətdir.  Burada  əsas  hədəfləri  isə  əhalinin  üzüm  və  üzüm 

məhsullarına,  emal  müəssisələrinin  xammala  olan  tələbatının  daxili  istehsal  hesabına 

ödənilməsi,  yeni  iş  yerlərinin  yaradılması,  əhalinin,  xüsusilə  kənd  əhalisinin  gəlirlərinin 

artırılması,  dövlət  və  bələdiyyə  büdcələrinə  daxilolmalar  artırılmaqla,  kəndlərdə  sosial 

şəraitin  daha  da  yaxşılaşdırılması,  üzümçülük  və  şərabçılıqla  bağlı  olan  digər  sahələrin 

inkişafı və s. təşkil edir.  

Qeyd olunanlar müasir dövrdə kənd təsərrüfatının o cümlədən üzümçülük və şərabçılıq 

sahəsinin  inkişafında  mühüm  rol  oynayan  vasitələr  kimi  sığorta  və  lizinq  xidmətlərinin 

səmərəli  təşkilini  daha  da  aktuallaşdırır.  Belə  ki,  təbii  fəlakətlər  nəticəsində  fermerlərə 

dəymiş zərərin qarşılanması, onların banklara olan borclarının qaytarılması (zəmanətlə bağlı 

öhdəliklərin  yerinə  yetirilməsi),  lizinq  xidmətlərinin  fermerlər  üçün  əlyetərliliyinin  təmin 

olunması  və  s.  bu  kimi  məsələlərin  həlli  müvafiq  sahələrdə  kreditləşmənin,  sığortanın  və 

lizinqin  təşkili  üzrə  beynəlxalq  təcrübənin  araşdırılması  və  mütərəqqi  mexanizmlərin 

seçilməsini  və  yerli  xüsusiyyətlər  nəzərə  alınmaqla  tətbiq  edilməsi  üçün  elmi  cəhətdən 

əsaslandırılmış təklif və tövsiyələr hazırlanmasını nəzərdə tutur.  

Üzümçülük və şərabçılıq sahəsində sığorta və lizinq xidmətlərinin təkmilləşdirilməsinin 

zəruriliyi  sahənin  özünəməxsus  xüsusiyyətləri  ilə  də  bağlıdır.  Belə  ki,  üzümçülük  kənd 

təsərrüfatının ən çox kapital tələb edən  sahəsidir və  yeni əkilmiş üzüm plantasiyalarının bar 

vermə  dövründən  asılı  olaraq  əkinə  sərf  olunmuş  maliyyə  vəsaitləri  4-5  il  müddətinə 

dövriyyədən çıxarılmış olur, həmçinin bu dövrdə əkin sahələrinə xidmət üçün də xeyli əlavə 

vəsaitlər  də  tələb  olunur.  Ona  görə  də  sözügedən  Dövlət  Proqramının  Tədbirlər  Planının 

2.4.16-cı  bəndində  “Üzümçülük  sahəsində  mütərəqqi  beynəlxalq  sığorta  xidmətləri 

təcrübəsinin tətbiqi” adlı tədbir də yer almışdır. 

Qeyd  edilənlər  üzümçülük  və  şərabçılıq  sahəsində  sığorta  və  lizinq  xidmətləri  üzrə 

mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsi və onun əsasında, yerli xüsusiyyətlər də nəzərə 

alınmaqla,  bu  sahədə  siyasətə  dair  təklif  və  tövsiyələrin  hazırlanması  üçün  tədqiqatların 

aparılmasının aktual olduğunu göstərir. 

 

Layihənin  məqsədi və vəzifələri.  

Layihənin  əsas  məqsədi  üzümçülük  və  şərabçılıq  sahəsində  təbii  fəlakətlərin  və  digər 

risklərin  yaratdığı  fəsadların  qarşılanması  və  müasir  texnologiyaların  tətbiq  imkanlarının 

genişləndirilməsi üçün sığorta və lizinq üzrə mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsi və 

onun əsasında. yerli xüsusiyyətlər də nəzərə alınmaqla, müvafiq sahədə siyasətə dair təklif və 

tövsiyələrin hazırlanmasından ibarətdir.  

Bu  məqsədə  nail  olmaq  üçün  aşağıdakı  vəzifələrin  yerinə  yetirilməsi  qarşıya 

qoyulmuşdur: 

-

 

Üzümçülük  və  şərabçılıq  sahəsində  sığorta  və  lizinq  xidmətlərinin  təşkilinin  nəzəri–



metodoloji  əsaslarının  araşdırılması  və  müasir  dövrün  xüsusiyyətləri  nəzərə  alınmaqla 

ümumiləşdirilməsi; 



 

 

-



 

Müvafiq sahədə mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsi; 

-

 

Ölkədə  kənd  təsərrüfatı,  o  cümlədən  üzümçülük  və  şərabçılıq  sahəsində  sığorta  və 



lizinq  xidmətlərinin  inkişafı  üzrə  mövcud  vəziyyətin  araşdırılması,  bu  sahədə  problemlərin 

müəyyən edilməsi; 

-

 

Yerli xüsusiyyətlər və mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla, ölkədə müvafiq 



sahələrdə lizinq və sığortanın inkişafı üzrə siyasətə dair təklif və tövsiyələrin hazırlanması. 

 

Tədqiqatın metodologiyası.  

Yuxarıda  qeyd  olunan  məqsəd  və  vəzifələrə  uyğun  olaraq,  tədqiqatın  metodologiyası 

mövzu  üzrə  mövcud  elmi-təcrübi  əsərlərdə  əks  olunmuş  nəzəri  baxışlar  və  metodoloji 

yanaşmalar  nəzərə  alınmaqla,  müvafiq  tədqiqat  üsullarının  köməyi  ilə  aparılan  stolüstü 

araşdırmalara  (müvafiq  sahədə  nəzəri-metodoloji  yanaşmaların  və  dünya  təcrübəsinin 

öyrənilməsi  və  ümumiləşdirilməsi,  ölkədə  vəziyyətin  təhlili  və  qiymətləndirilməsi,  inkişaf 

perspektivlərinin və təkmilləşdirmə istiqamətlərinin müəyyən edilməsi, təklif və tövsiyələrin 

hazırlanması),  maraqlı  tərəflərlə  müzakirə  və  müsahibələrə,  həmçinin  ekspert 

qiymətləndirməsinə əsaslanır. 

 

Tədqiqat üsulları:  

Layihənin  yerinə  yetrilməsində  sistemli  yanaşma  tətbiq  olunmaqla  analitik-statistik 

təhlil,  müqayisəli  təhlil,  dinamik  sıraların  təhlili,  ÜÇİT  (SWOT)  təhlil,  ekspert 

qiymətləndirilməsi və s. bu kimi tədqiqat üsullarından istifadə olunmuşdur. 



 

Tədqiqatın informasiya bazası:  

Tədqiqat prosesində Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarından və 

digər  hüquqi-normativ  sənədlərindən,  İqtisadi  İnkişaf  Nazirliyi,  Kənd  Təsərrüfatı  Nazirliyi, 

Maliyyə  Nazirliyi,  Vergilər  Nazirliyi,  Mərkəzi  Bank,  Dövlət  Statistika  Komitəsi,  Dövlət 

Gömrük  Komitəsi  kimi  dövlət  təşkilatlarının,  əlaqədar  elmi-tədqiqat  müəssisələrinin,  QHT-

lərin,  beynəlxalq  təşkilatların  və  müfafiq  sahədə  fəaliyyət  göstərən  sahibkarların  və  onların 

birliklərinin  məlumatlarından  (müvafiq  statistik  icmallar,  hesabatlar,  bülletenlər  də  daxil 

olmaqla), internet resurslardan və digər mənbələrdən toplanmış materiallardan geniş  istifadə 

edilmişdir.  

 

Layihənin əsas nəticələri:  

Layihə çərçivəsində aparılan tədqiqatlar nəticəsində üzümçülük və şərabçılıq sahəsində 

sığorta və lizinq xidmətlərinin təşkilinin nəzəri-metodoloji əsasları və bu sahələrdə mütərəqqi 

beynəlxalq  təcrübə  öyrənilmiş  və  müasir  dövrün  xüsusiyyətləru  nəzərə  alınmaqla 

ümumiləşdirilmişdir; ölkədə kənd təsərrüfatı, o cümlədən üzümçülük və şərabçılıq sahəsində 

sığorta  və  lizinq  xidmətlərinin  hazırki  vəziyyətinin  sistemli  təhlili  və  qiymətləndirilməsi 

aparılmış,  mövcud  inkişaf  meyilləri  və  problemlər  aşkarlanmış,  yerli  xüsusiyyətlər  və 

beynəlxalq  təcrübə  nəzərə  alınmaqla.  inkişaf  meyillərinin  gücləndirilməsi  və  problemlərin 

həlli  yolları  və  həyata  keçirilməsi  zəruri  olan  siyasət  tədbirləri  müəyyənləşdirilmişdir; 

müvafiq sahədə hüquqi-normativ, təşkilati-idarəetmə və iqtisadi əsaslarının təkmilləşdirilməsi 

ilə əlaqədar əməli təklif və tövsiyələr hazırlanmışdır.  


 

 

1.



 

MÜASİR DÖVRDƏ ÜZÜMÇÜLÜK VƏ ŞƏRABÇILIQ SAHƏSİNDƏ 

SIĞORTA VƏ LİZİNQ XİDMƏTLƏRİNİN TƏŞKİLİNİN NƏZƏRI - 

METODOLOJI ƏSASLARI 

 

 



1.1.

 

Sığorta xidmətlərinin təşkilinin nəzəri-metodoloji əsasları  

 

Məlumdur  ki,  bir  sıra  təbii  fəlakətlər  və  bədbəxt  hadisələr  (dolu,  don  vurma,  qasırğa,  



sel,  yanğın  və  s.),  eyni  zamanda,  cəmiyyətin  öz  inkişafı  prosesində  meydana  çıxan 

qabaqcadan  proqnozlaşdırıla  bilməyən  müəyyən  problemlər  və  gözlənilməz  hadisələr 

(müharibələr,  maliyyə  böhranları,  bazar  konyunkturunun  kəskin  dəyişməsi,  qəzalar  və  s.) 

iqtisadi  proseslərə  ciddi  mənfi  təsir  göstərirlər.  Bir  çox  hallarda  bu  proselərin  qarşısının 

alınması  və  ya  təsərrüfatlara  dəyən  ziyanın  qarşılanması  bir  subyektin  imkanları  daxilində 

mümkün olmur. Buna görə də, belə proseslərin mənfi nəticələrinin aradan qaldırılması və ya 

mümkün  qədər  azaldılması  üçün  cəmiyyətdə  müəyyən  ehtiyat  fondlarının  yaradılmasına 

ehtiyac duyulur. Bu cür ehtiyat fondları həm natural, həm də dəyər formasında yaradılır. Belə 

fondların  yaradılması  və  istifadəsi  sığorta  xidmətlərinin  yaranmasını  şərtləndirmişdir. 

Aydındır ki, sığorta riskləri aradan qaldırmır. Amma göstərilən hallarda ayrı-ayrı subyektlərə 

dəymiş maddi ziyanın böyük bir hissəsi sığorta vasitəsilə qarşılana bilər.  

Ümumilikdə, mövcud ədəbiyyatda sığortaya şəxslərin əmlakı, həyatı, sağlamlığı, mülki 

məsuliyyəti,  həmçinin  qanunvericiliklə  qadağan  olunmayan  fəaliyyəti,  o  cümlədən 

sahibkarlıq  fəaliyyəti  ilə  əlaqədar  olan  əmlak  mənafelərinin  müdafiəsi  sahəsində  riskin 

ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemi kimi tərif verilir. Başqa 

sözlə, sığorta  -  ixtisaslaşdırılmış təşkilatlar (sığorta şirkətləri)  tərəfindən sığorta etdirənlərin 

sığorta  haqlarından  (mükafatlarından)  formalaşan,  sığorta  hadisəsi  nəticəsində  sığorta 

etdirənə dəyən zərərin ödənildiyi sığorta fondunun hesabına fiziki və hüquqi şəxslərin əmlak 

maraqlarının qorunması ilə bağlı olan münasibətlər sistemidir. 

Tarixi  mənbələrin  məlumatlarına  görə,  sığortanın  ilkin  formaları  qədim  zamanlarda 

meydana  gəlmişdir.  Hətta  quldarlıq  cəmiyyətlərində  bu  günki  sığorta  müqaviləsinin 

xüsusiyyətlərinə  malik  olan  könüllü  sazişlər  olmuşdur.  Bizə  gəlib  çatmış  ən  qədim  sığorta 

qaydaları Talmud kitablarında da öz əksini tapmışdır.  

Sığorta  əməliyatlarına  bənzər  əməliyyatlara  qədim  Şumеr  (Mеsapotomiyada  əyalət  – 

е.ə. 4-3 minilliklərdə artıq Mеsapotomiyada (“iki çay, yəni Dəclə və Fərat çayları arasında” 

Ur, Uruk və Laqaş kimi ilk sinifli cəmiyyətlər-dövlətlər yaranmışdı)) tarixində də rast gəlinir 

(daşınma  müddətində  yüklərinin  məhv  olması  halında  bu  yüklərin  sahiblərinin  (yеrli 

tacirlərin) maraqlarını qorumaq məqsədilə onlara müəyyən maliyyə təminatı və ya pul vəsaiti 

(borc şəklində və ya ümumi xəzinə yaradılması formasında) vеrilirdi. Daha sonralar Babildə 

(bizim  е.ə  XIX-XI  əsrlərdə  Mеsapotomiyada  şəhər,  Babilistanın  paytaxtı)  “borc  vеrən 

tacirlər”  adlı  xüsusi  qrup  mеydana  gəldi.  Onlar,  “uzunmüddətli  səyahətə  çıxan”  (o  zaman 

idxal-ixrac  əməliyyatlarını  məhz  bеlə  adlandırıdılar)  həmkarlarına  borc  vеrir  və  daşıma 

müddətində yük oğurlandıqda və ya məhv olduqda vеrdikləri pulu gеri tələb еtmirdilər. Buna 

kommersiya sığortasının ilkin forması kimi baxılır.  

Qədim  dövrdə  Misir  piramidaları,  firon  еhramları,  Solomon  (təqribən  е.ə.  970-931) 

qəsri  kimi  tikintilərdə  işləyən  fəhlələr  bədbəxt  hadisə  nəticəsində  bədən  xəsarəti  alan  və  ya 

həlak  olan  yoldaşlarının  və  ya  onların  ailələrinin  xеyrinə  qarşılıqlı  yardım  xəzinəsi  (daxılı) 

təşkil еdirdilər. Bu isə artıq fərdi qəza sığortasının ilkin ünsürlərini özündə əks еtdiridi. 

Aralıq dənizində sürətlə inkişaf еdən dəniz ticarəti dünyada sığortanın ilkin formalarının 

inkişafına  da  zəmin  yaratdı.  Dеmosfеn  (təqribən  е.ə.  384-322)  öz  yazılarında  Afinada 



 

 

formalaşmış bеlə bir praktikadan bəhs еdirdi: ssuda alan tacir aldığı ssudanı yalnız öz işlərini 



(səyahətini)  uğurla  başa  vurduqda  qaytarırdı  və  bu  zaman  aldığı  borcdan  əlavə  30%  əlavə 

haqq  ödəyirdi.  Faiz  o  qədər  yüksək  müəyyən  еdilmişdi  ki,  bu  zaman  yığılan  kapital  dəniz 

risklərinə  təminat  vеrmək  üçün  yeterli  ola  bilsin.  Bu  əməliyyatı  tam  mənada  sığorta 

adlandırmaq  mümkün  olmasa  da,  bu  onu  göstərir  ki,  o  dövrdə  artıq  sığortanın  müəyyən 

ünsürləri özünü biruzə vеrirdi.  

Roma impеriyası dövründə hakimiyyət təmsilçilərinin özləri mal göndərən və tacirlərlə 

xüsusi  protokollar  imzalayaraq,  silah  və  həyati  əhəmiyyətli  mallar  daşıyan  gəmilərin,  hərbi 

əməliyyatlar və ya qasırğa nəticəsində məhv olması və ya zədələnməsi zamanı İspaniyadakı 

lеgionеrləri  həmin  mallarla  təchiz  еtməyi  öhdələrinə  götürür  və  bеləliklə  müəyyən  risklərə 

qarşı  qarant  kimi  çıxış  еdirdilər.  Aralıq  dənizindəki  uzun  səyahətlər  üçün  yükün  və  ya 

gəminin dəyərinin 50% - i və ya daha artıq məbləğində ssuda vеrilirdi (usura infinitaе). 

Eramızın  I  əsrində  Çin  tacirləri  də  risklərdən  müdafiə  sistemini  fikirləşib  tapmışdılar. 

VII  əsrdən  başlayaraq  İslam  hüququnda  qarşılıqlı  yardımlaşmanın  müxtəlif  mexanizmləri 

mükəmməl sığorta ünsürlərini ortaya qoymuşdu (bu gün bir çox ölkələrdə “təkaful” adlanan, 

dünyanın sığorta bazarlarında sürətlə yayılan və inkişaf edən İslam sığortası mövcuddur).  

XII  əsrin  sonları-XIII  əsin  əvvəllərində  müşahidə  olunan  iqtisadi  tərəqqi  şəraitində 

faktiki olaraq qеyri-məhdud təsir gücünə malik olan Roma katolik kilsəsi gün – gündən artan 

borc  vеrmə  və  sələmçiliyin  inkişafından  kənarda  qala  bilməzdi.  1234-cü  ildə  Müqəddəs 

Yazıya  (əhdi-cədid)  müvafiq  olaraq  papa  IX   Qriqorinin  dеkrеti  ilə  sələmçiliklə  bağlı  olan 

bütün  əməliyyatlar  qadağan  еdildi.  Lakin  iqtisadiyyatın  inkişafı  üçün  ssuda  və  borcların 

(krеdit)  zəruriliyini  anlayan  papa  bir  müddət  sonra  öz  qərarını  dəyişərək,  yalnız  ağlabatan 

faizlərlə sələmçiliyə icazə vеrir  və bu qərarı  ilə  «ağlabatan dərəcə»  nəzəriyyəsinə  yol açmış 

oldu.  Həmin  nəzəriyyənin  mahiyyəti  ondan  ibarət  idi  ki,  alınan  gəlir  (faiz)  borc  alan  tacirə, 

yaxud hər hansı digər təsərrüfat subyеktinə göstərilən xidmətə mütənasib olmalıdır. Bununla 

yanaşı, öz yaxın qohumuna faizlə pul vеrməyə yol vеrilmirdi. 

Sələmçiliyi  ləğv  еtməklə  və  məhdudlaşdırmaqla  kilsə,  dəniz  ticarətinin  inkişafını 

ləngitmiş  olsa  da,  riskdən  müdafiənin  ən  еffеktiv  sistеminin  –  sığorta  müqaviləsinin  ortaya 

çıxmasına  kömək  еtdi.  Kilsənin  ilk  qərarından  sonra  tacir-bankirlər  rəsmi  qadağandan  yan 

kеçməyə cəhd göstərirdilər. Jan Favyе «Qızıl və ədviyyat» əsərində gеnuyalı tacir Bеnеdеtto 

Zaxariya haqqında maraqlı bir hеkayədən  bəhs еdirdi. Hеkayədə göstərilirdi ki, 1298 ci ildə 

o, öz həmvətənlisinə - Bryuqеyə çatdırılmaq üçün 30 ton duz satır. Həmin müqavilənin digər 

hissəsində  nəzərdə  tutulurdu  ki,  yük  təyinat  limanına  çatdırıldıqdan  sonra  Zaxariya  həmin 

malı əvvəlcədən razılaşdırılmış, lakin satış qiymətindən artıq qiymətə yеnidən almaq öhdəliyi 

daşıyır. Bu şəkildə yükləmə (göndərmə) limanı ilə təyinat limanı arasında Zaxariya yalnız öz 

gəmisi üçün riskə girmiş olurdu. Təkrar satın  alma qiyməti ilə ilkin  satış qiyməti arasındakı 

fərq  «riskin  qiymətini»  təşkil  еdirdi  və  kilsə  tərəfindən  qadağan  еdilmiş  ssuda  faizini  əvəz 

еdirdi.  Bеlə  sxеmlər  vasitəsilə  tacirlər,  dənizçilər  və  borc  vеrənlər  ilkin  sığorta 

müqavilələrinin ortaya çıxmasına şərait yaratmış oldular. Yük daşıyanlar gəminin, yükün və 

daşımanın  müddətindən  asılı  olaraq   tacirlərə  və  bankirlərə  «riskin  qiymətini»  -  əlavə  pul 

məbləği  ödəyirdilər.  «Riskin  qiyməti»  daha  sonra  sığorta  mükafatı  (prеmiyası)   adlanmağa 

başladı (latınca «Prеamium» sözündən). Bеləliklə sığortaçılıq pеşəsi yarandı.  

1559-cu ildə ingilis parlamеntinin ilk iclasını açan Nicholas Baconun işlətdiyi cümlə bu 

gün  də  öz  aktuallığını  qoruyur:  «Qoy  təhlükələrlə  dolu  səyahətə  çıxan  hər  bir  ağıllı  alıcı 

pulunun  digər  hissəsini  qorumaq  üçün,  onun  bir  hissəsini  ayırsın».  Bu  cümlə  özlüyündə 

sığortanın əsas məqsədini əks еtdirir. 

Müasir sığorta  şirkətlərinə bənzər institutlar ilk dəfə XII əsrdə İslandiyada  yanğına və 

mal-qaranın tələf olmasına qarşı birgə təminatı həyata kеçirmək üçün mеydana gələn kəndli 


 

 

ittifaqları olmuşdur. Ittifaqlar adətən 20 varlı kəndlidən ibarət olur və bədbəxtlik baş vеrdikdə 



zərərin  əvəzinin  bir  hissəsi  matеrial  və  işlə,  digər  hissəsi  isə  pulla  ödənilirdi.  XII  əsrdə 

İtaliyanın  şimalında  da  tacirlər  tərəfindən  sığorta  aparılması  kimi  məlumatlar  var.  Lakin, 

Islandiya  itifaqları  dəniz  sığortasının  daha  çox  məşhur  olduğu  Avropa  ölkələrində  gеniş 

yayıla bilmədi. Artıq, 1300 cü ildə Bеlçikada sığorta mükafatı müqabilində dəniz risklərinin 

birbaşa ödənilməsi praktikası formalaşmışdı. 

Bu  günki  mənada  sığortaya  isə  yalnız  XIV  əsrdə  dəniz  ticarətinin  çox  gеniş  yayıldığı 

İtaliyada rast gəlinir. Sığorta hüququ tarixində ilk sığorta şəhadətnaməsi (polisi) kimi qəbul 

еdilən  müqavilə  23  oktyabr  1347  ci  ildə  Gеnuyadan  Mayorkaya  yola  düşən  «Santa  Klara» 

adlı gəminin daşıdığı yükü “sığortalamaq” məqsədilə bağlanmışdı. Tarixdə bizə məlum olan 

ilk sığorta şirkəti də Gеnuyada 1424 cü ildə yaradılmışdı. 

XV  əsrdə  isə  Londondan  qitəyə  və  gеriyə  müntəzəm  gəmiçilik  üçün  sığorta  tarifləri 

müəyyən еdildi, sığorta qanunvеriciliyi formalaşdı və 1435 ci ildə sığorta sahəsində ilk qanun 

olan  Barsеlona  Fərmanı  vеrildi.  Artıq  XV  əsrin  sənədlərində  o  dövrün  müfəssəl  işlənilmş 

sığorta  qanunvеriciliyi  külliyatının  olduğu  haqqında  məlumatlar  vardır.  1601-ci  ildə  dəniz 

risklərinin  sığortası  üzrə  mübahisəli  məsələrinin  həll  еdilməsi  üçün  Ingiltərə  Parlamеnti 

yanında  komissiya  yaradıldı.  XVI  əsrin  sonlarına  yaxın  İngiltərədə  dəniz  gəmiçiliyinin 

sığortası  təcrübəsi  artıq  təşəkkül  tapmışdı.  Tacirlər  və  sığortaçılar  Londonun  ətrafındakı 

qəlyanaltılarda  toplaşıb  öz  işlərini  qururdular.  Bu  qəlyanaltılardan  biri  də  Eduard  Lloyda 

məxsus idi. Hazırki məşhur Lloyd Korporasiyasının adı E. Lloydun adından götürülüb.  

Sığorta işinin inkişafında növbəti mühüm addım XV əsrin sonunda Avropada «yanğın 

ortaqlıqları»  (Brangilden)  adlanan  birgə  sığorta  cəmiyyətlərinin  mеydana  gəlməsi  oldu.  Bu 

cəmiyyətlərin  qеyri-kommеrsiya  qurumu  kimi  nadir  qurum  olmasını  Alman  sığorta 

nəzəriyyəçisi  prof.  A.  Manеs  1910-cu  ildə  bеlə  ifadə  еdirdi:  “Səhmdar  cəmiyyətlər  dеmək 

olar  ki,  iqtisadiyyatın  bütün  sahələrində  tətbiq  еdilir,  birgə  cəmiyyətlər  isə  dеmək  olar  ki, 

sığortaya xasdır”.  

XVI  əsrin  sonları  XVII  əsrin  ortalarında  Britaniyada  həyat  sığortası  və  yanğından 

sığorta da inkişaf etməyə başladı. 1680  ci ildə Ingiltərədə tarixdə ilk dəfə olaraq yanğından 

sığorta  üzrə  şirkət  təsis  еdildi.  XVII  əsrin  sonlarından  еtibarən  isə  səhmdar  şirkətlər  ortaya 

çıxmağa başladı. İlk bеlə şirkət 1602 ci ildə yaranan “Holland-ostind ortaqlığı” olmuşdur.  

XIX  əsrin  50-ci  illərinə  qədər  Avropada  yalnız  yuxarıda  adı  keçən  sığorta  növləri  var 

idi.  XIX  əsrin  ortalarından  etibarən  dünyada  sənaye  inqilabının  təsiri  duyulmağa  başladı. 

Sənaye  əsaslı  cəmiyyətə  keçid  prosesində  insanlar  şəhərlərə  üz  tutur,  yeni  şəhərlər  salır, 

böyük fabriklər tikilir, sənaye və ticarət inkişaf edirdi. Bütün bunlar yeni risklərin meydana 

çıxmasına  səbəb  oldu  və  nəticədə  fərdi  qəza  sığortası,  buxar  qazanlarının  partlayışından 

sığorta,  istehsalat  zədəsindən sığorta, oğurluq sığortası kimi  yeni sığorta  növləri  yarandı  və 

inkişaf etdi. 

Azərbaycanda  sığortanın  inkişafı  da  XIX  əsrin  ortalarında  Bakıda  neft  sənayesinin 

inkişafı ilə geniş vüsət almışdır. O zaman xarici investisiyanın ölkəmizin neft sənayesinə cəlb 

edilməsi ilə xarici sığorta şirkətlərinin filialları da burada sığorta fəaliyyətini genişləndirməyə 

başladı.  Bunlara  misal  olaraq,  İngiltərənin  «Lloyd»  şirkətini  (əsasən  dəniz  gəmilərinin 

sığortası),  «Rus  Lloydu»  şirkətini,  «Alman  Lеvant  Xətti»  cəmiyyətini  (gəmi  və  yüklərin 

sığortası)  göstərmək  olar.  1912 -ci  ilə  olan  məlumata  görə  Azərbaycanda  fəaliyyət  göstərən 

sığorta təşkilatlarının sayı 30 - a çatırdı. Sovet dövründə sığorta dövlət inhisarına götürüldü. 

Sovеt  dövründə  dövlət  inhisarında  olan  və  Avropa  standartlarından  çox  gеri  qalan  sığorta 

1991-ci  ildən  başlayaraq  yеnidən  inkişaf  еtməyə  başladı.  Həmin  dövrdən  başlayaraq  bu 

sahədə  bir  sıra  qanunlar  və  qanunvеricilik  aktları  qəbul  еdildi  və  bеləliklə  də,  ölkədə  bazar 

iqtisadiyyatı mеxanizminə uyğun sığorta sistemi formalaşmağa başladı. 


 

 

Əvvəllər,  bədbəxt  hadisələr,  fəlakətlərin  miqyası,  ölüm  və  s.  üçün  statistikanın 



aparılmasının  dəqiq  еlmi  mеtodlarının  olmamasına  görə,  kommersiya  sığortası  gəlirli  bir  iş 

olsa da olduqca riskli idi. Yalnız, bu gün sığorta işində iqtisadi və statistik təhlil mеtodlarının 

geniş  tətbiqi,  sığorta  qanunvеriciliyinin  inkişafı  və  anlaşıqlı  sığorta  qaydalarının  təşəkkülü 

sığorta şirkətlərinə еtibarı artırmış və onların dayanıqlı inkişafına zəmin yaratmışdır. 

Müasir  dövrdə  sığortanın  mahiyyəti  onun  ictimai  məqsədlərində  ifadə  olunan 

funksiyalarında  əks  olunur.  Mövcud  elmi  ədəbiyytlarda  sığortanın  dörd  əsas  funksiyası 

fərqləndirilir:  risk  funksiyası,  xəbərdarlıq  funksiyası,  yığım  (əmanət  funksiyası),  nəzarət 

funksiyası. Əsas fuksiya kimi risk funksiyası çıxış edir. Belə ki, zərər həmişə meydana çıxa 

bilər  və  hətta,  hər  il  təkrar  oluna  bilər.  Sığortanın  qarşısında  qoyulan  məqsədlərə  uyğun 

olaraq  sığortaçı  təşkilat  zərərçəkmiş  təsərrüfat  subyektlərinə  pul  yardımı  göstərməlidir.  Bu 

çərçivədə  fəaliyyət  göstərən  sığorta  riski  funksiyası  sığorta  bazarının  iştirakçıları  arasında 

yenidən bölgü münasibətlərini həyata keçirir.  

Sığortanın  xəbərdarlıq  funksiyası,  əsasən,  sığorta  fondunun  vəsaitlərinin  müəyyən 

hissəsi  hesabına  sığorta  risklərinin  azaldılması  tədbirlərinin  müəyyənləşdirilməsi  ilə 

əlaqədardır. Xəbərdarlıq və ya qabaqcadan xəbər vermə funksiyası, əhalinin və ya təsərrüfat 

subyektlərinin  öz  mümkün  itkilərinin  nəticələrini  aradan  qaldırmağa  çağırış  olmaqla  bütün 

əmlakın,  fəaliyyətin,  həyatın  və  s.  sığortalanmasını  ifadə  edir.  Yəni  sığorta  ehtimal  olunan 

itkilərin zərərsizləşdirilməsidir.  

Sığortaya  görə  ayırmalar  sığorta  fonduna  cəlb  olunduğu  üçün  sığorta  həm  də  yığım 

(əmanət)  funksiyasını  həyata  keçirir.  Sığortanın  köməyi  ilə  xeyli  miqdarda  pul  vəsaitlərinin 

toplanılmasının maliyyə siyasəti baxımından çox böyük əyəmiyyəti var.  

Sığortanın  başqa  bir  funksiyası  olan  nəzarət  funksiyası  yuxarıda  göstərilən  üç 

funksiyanın  nəticəsi  kimi  çıxış  edir  və  konkret  sığorta  münasibətləri  zamanı  həmin 

funksiyalarla  birlikdə  meydana  çıxır.  Nəzarət  funksiyası  sığorta  fondu  vəsaitlərinin 

formalaşdırılması  və  istifadəsi  ilə  əlaqədardır.  Sığorta  nəzarətinin  qanunvericilik  sənədləri 

əsasında  həyata  keçirilməsi  maliyyə  nəzarətinin  tərkib  hissəsi  kimi  çıxış  edir.  Sığortanın 

ictimai 

istehsalın 

fasiləsizliyinin 

təmin 


olunmasında 

və 


ictimai 

istehsalın 

balanslaşdırılmasında  rolu  özünü  əsas  etibarı  ilə  sığortanın  aparılmasının  son  nəticələrində 

göstərir.  Son  nəticə  dedikdə  əsasən  sığorta  sahələrinin  optimallaşdırılması,  sığorta 

əməliyyatlarının inkişaf göstəriciləri, zərərlərin vaxtında aradan qaldırılmasında və s. nəzərdə 

tutulur.  

Müasir  dövrdə  sığоrtа  cəmiyyətin  ictimаi-iqtisаdi  həyаtının  bütün  tərəflərini  əhаtə 

еtməкlə  əhаlinin  mаddi  rifаhının  və  sаhibкаrlıq  risкinin  zəmаnətçisi  кimi  çıхış  еdir, 

gözlənilməz  və  fövqəlаdə  hаdisələr  zаmаnı  əmlак  mənаfеlərinin  qоrunmаsınа,  dövlətin 

mаliyyə  sistеminin  möhкəmlənməsinə  təsir  göstərir.  О,  nəinкi  sığоrtа  hаdisələri  zаmаnı 

büdcəni  dəyən  zərərlərin  ödənilməsindən  аzаd  еdir,  həttа  uzunmüddətli  invеstisiyаlаrın 

mənbəyinə çеvrilir.  

Sığоrtа  icbari  və  кönüllü  fоrmаlаrdа  ixtisaslaşdırılmış  sığоrtа  təşkilatları  tərəfindən 

həyata  keçirilir.  İcbari  sığоrtа  müvafiq  qаnunvеriciliк  əsаsındа  həyаtа  кеçirilməкlə  məcburi 

xarakter daşıyır və əsasən, müəyyən ictimai mаrаqlаrın təmin еdilməsinə xidmət edir. İcbari 

sığоrtаdаn  fərqli  оlаrаq  sığоrtаnın  кönüllü  fоrmаsındа  sığоrtаçılаrlа  sığоrtа  оlunаnlаr 

аrаsındа müqаvilə кönüllü оlаrаq bаğlаnılır.  

Qanunvericiliyə zidd olmayan aşağıdakı əmlak mənafeləri sığortalana bilər: sığortalının 

və  ya  sığorta  olunan  şəxsin  həyatı,  sağlamlığı,  əmək  qabiliyyəti  və  pensiya  təminatı  ilə 

əlaqədar  mənafelər  (şəxsi  sığorta);  əmlaka  sahiblik,  istifadə  və  sərəncam  verilməsi  ilə 

əlaqədar  mənafelər  (əmlak  sığortası);  sığortalı  tərəfindən  fiziki  şəxsə  və  ya  onun  əmlakına 


 

 

vurulmuş  ziyanın,  eləcə  də  hüquqi  şəxsə  dəymiş  ziyanın  ödənilməsi  ilə  əlaqədar  mənafelər 



(məsuliyyət sığortası). 

Sığortanın üstünlüklərinə ən ümumi şəkildə aşağıdakıları aid etmək olar: 

-

 

Sığorta sığortalıları, xüsusilə də iş adamlarını çəkdikləri zərərləri necə qarşılayacaqları 



ilə bağlı narahatlıqlardan azad edir. Bu iş hər hansı fəaliyyət üçün müsbət stimuldur. İş 

adamları  əmin  olsalar  ki,  hər  hansı  bir  maliyyə  riski  ilə  üzləşsələr  heç  də  hər  şeyi 

itirməyəcəklər,  müxtəlif istehsal və xidmət sahələrində biznes fəaliyyətinə investisiya 

yönəltmək riskinə daha çox meyl göstərəcəklər. Bu isə sığortanın yalnız hər hansı bir 

şəxsə  deyil,  bütün  ölkəyə  fayda  verdiyini  göstərir.  Çünki  biznesin  stimullaşdırılması 

ölkə iqtisadiyyatının inkişafına xidmət edir.  

-

 

Sığorta, iqtisadi proseslərdə itkiləri azaltmağa kömək edir. Sığorta şirkətlərinin hər növ 



risklərlə  işləməsinin  arxasında  uzun  illər  ərzində  toplanmış  iş  təcrübəsi  dayanır  və 

onlar artıq risklərin azaldılması üçün müəyyən yollar tapmışlar. Bəzi hallarda sığorta 

şirkətləri xüsusi ekspertlər (surveyer) təyin edir. Həmin ekspertlər hər hansı bir şəxsin 

sığorta etmək istədiyi yerə gedir və oranı nəzərdən keçirir. Sonra təcrübəli ekspert baş 

verə biləcək müəyyən risklərin azaldılması üçün müəyyən üsullar təklif edir. 

-

 



Sığorta təbii fəlakətlər və bədbəxt hadisələr zamanı hökuməti zərərçəkənlərə təzminat 

ödəmək  kimi  ağır  bir  yükdən  azad  edir.  Sığorta  olmasayıdı  istehsal  və  kommersiya 

fəaliyyəti indiki kimi arxayınlıqla həyata keçirilməzdi. Belə ki, qalmaqda və artmaqda 

olan  risklərin  öhdəsindən  insanlar  və  təsərrüfat  subyektləri  təkbaşına  gəlməli  olardı. 

Ən yaxşı halda bu xərclər hamısı dövlət tərəfindən qarşılanmalı idi. Dövlətin bu qədər 

böyük maliyyə yükünün azaldılması üçün isə hazırda ödəniləndən dəfələrlə çox vergi 

ödənilməli olardı. Sığorta dövləti bu ağır yükdən azad etməklə mühüm ictimai xidmət 

göstərir.  

Qeyd  olunanlarla  əlaqədar  olaraq,  hazırda  sığorta  istehsal  münasibətlərinin  mühüm 

elementlərindən  birinə  çevrilmişdir  və  bütün  dünyada  geniş  yayılmışdır  (mövcud 

məlumatlara  əsasən,  2010-cu  ildə  dünya  üzrə  yığılan  sığorta  haqqlarının  həcmi  4,34  trilyon 

ABŞ dolları olub. Dünya üzrə adambaşına 627 ABŞ dolları (Azərbaycanda olandan 20 dəfə 

çox) sığorta haqqı toplanıb). Bu, cəmiyyət həyatında, o cümlədən istehsal prosesində yarana 

bilən  maddi  itkilərin  qarşılanması  sahəsində  işlək  və  dayanıqlı    sığorta  mexanizmlərin 

formalaşması ilə əlaqədardır və artıq, sığorta təkrar istehsal prosesinin dayanıqlı və davamlı 

olmasının əsas şərtlərindən hesab edilir.  

Dünya  təcrübəsi  göstəriri  ki,  sığorta  haqqının  həcmində  artım  inkişaf  etməkdə  olan 

ölkələrdə  daha  sürətlə  gedir.  2010-cu  ildə  bu  sahədə  artım  inkişaf  etmiş  ölkələrdə  1,4  faiz 

olduğu  halda,  inkişaf  etməkdə  olan  ölkələrdə  11  faiz  olub. Buna  baxmayaraq,  adambaşına 

düşən  sığorta  haqlarının  həcmində  inkişaf  etmiş  ölkələrlə  inkişaf  etməkdə  olan  ölkələr 

arasında hələ də böyük uçurum var. 2010-cu ilin nəticələrinə əsasən, inkişaf etmiş ölkələrdə 

sığorta  haqlarının  adambaşına  düşən  hissəsi  3527  ABŞ  dolları  olub.  İnkişaf  etməkdə  olan 

ölkələrdə  isə  bu  göstərici  110  ABŞ  dollardır. Sığorta  haqlarının  ÜDM-yə  nisbətinə  gəlincə 

isə, dünya üzrə bu göstərici 6,9 faizdir. İnkişaf etmiş ölkələrdə 8,7 faiz, inkişaf etməkdə olan 

ölkələrdə 2,9 faizdir.  

Bu  məlumatlardan tam aydın olur ki, bir  ölkədə sığorta sisteminin  inkişaf etməsi üçün 

orada  iqtisadiyyatın  inkişaf  etməsi  və  əhalinin  gəlirlərinin  müəyyən  səviyyəyə  çatması 

vacibdir.  Eyni  zamanda,  insanlar,  şirkətlər  gündəlik  yaşantılarında  sığortaya  ehtiyacı  hiss 

etməlidirlər.  Həqiqətən də, 2011-ci ilin sonunda "İcbari sığorta haqqında" qanunun qüvvəyə 

minməsi və sığorta xidməti ilə bağlı həm şirkətlər arasında, həm də sahibkarlar, fərdi şəxslər 

arasında aparılan təbliğat işləri nəticəsində 2012-ci ildə sığorta bazarında ciddi böyümə qeydə 

alınıb. Böyümə sayəsində sığorta haqlarının adambaşına düşən həcmi 27 manatdan 37 manata 



 

 

yüksəlib.   Bildirək  ki,  37  manatın  özü  də  kifayət  qədər  kiçik  məbləğdir.  MDB  ölkələrində 



Azərbaycan toplanan sığorta haqlarının adambaşına düşən hissəsinə götə Rusiya, Qazaxıstan, 

Ukrayna və Belarusdan sonra 5-ci yerdədir.  

İqtisadiyyat inkişaf etdikcə sığortaya tələbat da artmaqda davam edir. Rabitə peykləri, 

kompüterlər,  terrorçuluq  kimi  “yeni”  risklər  artıq  sığortalanır.  Bütün  bunlar  o  deməkdir  ki, 

risklər  meydana  çıxan  kimi  sığorta  müdafiəsinə  tələbat  da  yaranır.  Bu  onunla  şərtlənir  ki, 

sığorta hər hansı bir itkiyə məruz qalmış şəxsi buna səbəb olmuş hadisədən əvvəlki maliyyə 

vəziyyətinə qaytarmaq üçün təzminatla təmin edən bir vasitədir. Başqa sözlə, sığorta risklərin 

başqasına  ötürüldüyü  və  ya  riskin  başqası  ilə  bölüşdürüldüyü  mexanizmdir.  Bu  mexanizm 

vasitəsilə  sığorta  şirkəti  sığorta  axtarışında  olan  hər  bir  şəxsdən  sığorta  haqqı  alır,  onu 

saxlayır  və  ağlabatan  şəkildə  investisiya  edir,  kimsə  zərərə  məruz  qaldıqda,  onun  əvəzini 

ödəyir.  Yəni,  sığorta  bir  razılaşmadır.  Bu  razılaşmada  sığortalı  sığorta  haqqı  ödəməyi, 

sığortaçı  isə  göstərilən  itkilər  baş  verdikdə  zərəri  –  sığorta  ödənişini  ödəməyi  öz  üzərinə 

götürür. 

Sığorta  shəsində  mövcud  nəzəri-metodoloji  əsasların  və  dünya  təcrübəsinin  təhlili 

göstərir  ki,  sığortanın  üstünlüklərindən  faydalana  bilmək  üçün  baş  verməsi  ehtimal  edilən 

risklər müəyyən xüsusiyyətlərə malik olmalıdır: 

1)

 

Riskin baş verməsi nəticəsində dəyən zərərin həcmi pulla ölçülə bilən olmalıdır. 



Məsələn, binanın zədələnməsi, gəlirdən məhrum olma və ya məhkəmə tərəfindən 

müəyyən edilmiş təzminat müəyyən bir məbləğlə ifadə edilir. 

2)

 

Sığortalanan riskin baş vermə ehtimalı yüksəkdir və əvvəllər kifayət qədər çoxlu 



sayda  belə  hadisələr  olduğu  məlumdur.  Aydındır  ki,  sığorta  şirkəti  ona  görə 

təminat verə bilir ki, o, məruz qalmaq ehtimalı çox olan risklər üzrə ümumi fond 

yaradır və bu fondun iştirakçılarının az bir hissəsi hər hansı bir ildə zərər çəkir. 

Hər  hansı  bir  riskə  məruz  qalmaq  ehtimalı  az  olduqda  isə  belə  bir  əməliyyat 

aparmaq  çox  sadəlövh  bir  addım  olardı,  çünki  bu  halda  fondda  çox  kiçik  bir 

məbləğ  toplanır,  bunun  müqabilində  isə  hətta  bir  risk  real  hadisəyə  çevrildiyi 

halda  tələb  olunan  sığorta  ödənişinin  həcmi  toplanan  sığorta  haqlarından  çox 

olur. 


3)

 

Sığortalanan  risklərin  baş  verməsi  halında  heç  bir  qazanc  və  ya  gəlir  əldə 



olunmur.  Dükanda  satılan  mallardan  gəlir  əldə  olunmaması  riskini 

sığortalamağın  nəticəsi  necə  olardı?  Əlbəttə,  dükan  sahibinin  malların 

satılmasında olan marağı itərdi, çünki o biləcək ki, mal satıldı, satılmadı, sığorta 

şirkəti hər bir halda bunun əvəzini ödəyəcək. 

4)

 

Sığorta hadisəsi zamanı baş verən itki ən azı sığortalı (sığorta olunan) şəxsə görə 



təsadüfi  xarakter  daşımalıdır.  Bu  o  deməkdir  ki,  sığortalı  heç  də  ümid 

etməməlidir ki, öz obyektini bilərəkdən yandırsa, sığorta ödənişi ala biləcək. Bir 

çox  risklərin  təsadüfi  xarakteri  kifayət  qədər  aldadıcı  olur.  Məsələn,  həyat 

sığortası  halında  ölüm  riski  dedikdə,  ölümün  baş  verməsi  deyil  (buna  heç  bir 

şübhə  yoxdur),  onun  vaxtı  təsadüfilik  əlamətinə  malikdir,  çünki  ölüm  vaxtı 

müəyyən  deyil.  İntihar  məsələsi  isə  bir  az  fərqlidir.  Bir  çox  hallarda  həyat 

sığortası  zamanı  intihara  o  halda  təminat  verilir  ki,  intihar  sığorta  müqaviləsi 

bağlandıqdan  müəyyən  bir  müddət  sonra  baş  versin.  Məsələn,  həyat  sığortası 

müqaviləsində qeyd oluna bilər ki, müqavilə imzalandıqdan 2 il sonra baş verən 

intihara  təminat  verilir.  Bu  o  deməkdir  ki,  həyat  sığortası  müqaviləsi 

imzalandıqdan  qısa  müddət  ərzində  sığortalı  intihar  edərsə,  hadisə  sığorta 

hadisəsi  sayılmır,  çünki  onun  təsadüfiliyinə  zəmanət  yoxdur.  Bu  halda  sığorta 

ödənişi həyata keçirilməyə bilər. 


 

 

5)



 

Riskin  sığortalanması  üçün  tələblərdən  biri  də  onun  ictimaiyyətə  zərərli  bir 

əməlin  nəticəsi  olmamasıdır.  Yəni,  məhkəmə  tərəfindən  müəyyən  edilmiş 

cərimədən sığorta heç də cəmiyyət üçün faydalı və düzgün əməl olmazdı. Cərimə 

bir  cəza  növüdür  və  qanuna  zidd  hərəkət  etmiş  insanın  aldığı  cəzadan  sığorta 

vasitəsilə qurtulması bu kimi əməlləri yenidən etməyə stimul ola bilər. 

6)

 

Sığorta  şirkəti  tərəfindən  tələb  olunan  sığorta  haqqı  ağlabatan  məbləğdə 



olmalıdır  ki,  bu  da  sığortalanmalı  risklərə  müəyyən  məhdudiyyət  qoyur. 

Aydındır ki, heç kim qiyməti 1 AZN olan qələmi itirmək riskindən sığortalanmaq 

üçün 10 AZN ödəməz. Ona görə ki, bu halda sığorta haqqının məbləği ağlabatan 

deyil.  Tez-tez  reallaşan  risklərdən  sığortalanmaq  üçün  isə  digər  risklərə  görə 

daha yüksək sığorta haqqının tələb olunması isə ağlabatandır. 

7)

 



Sığortalanan  riskin  reallaşması  nəticəsində  itki  baş  verdiyi  halda  sığortalının 

zərər  çəkmə  ehtimalı  olmalıdır.  Məsələn,  hər  kəs  özünə  məxsus  olan  əşyanı 

itməkdən  və  ya  zədələməkdən  sığortalaya  bilər,  çünki  bu  əşya  itsə  və  ya 

zədələnsə,  o  zərər  çəkəcək.  Lakin  bu  şəxs  dostunun  əşyasını  sığortalatdıra 

bilməz,  çünki  sığorta  hadisəsi  baş  versə  o  zərər  çəkmir.  Bu  sığortanın  mühüm 

prinsiplərindən olan “sığorta marağı” ilə tənzimlənir. 

Buradan da aydındır ki, heç də bütün riskləri sığortalamaq mümkün deyil. Hər hansı bir 

risk  sığortalanması  üçün  yuxarıdakı  tələblərə  cavab  verməlidir.  Elə  risklər  vardır  ki, 

sığortalanmır, məsələn, qocalma. 

Sığorta xidmətləri sığorta bazarlarında yayılır. Sığorta bazarı - pul münasibətlərinin elə 

bir  xüsusi  sferasıdır  ki,  burada  alqı-satqı  obyekti  kimi  spesifik  xidmət  -  sığorta  müdafiəsi 

çıxış edir. Sığorta bazarı dedikdə, alıcıların və satıcıların toplaşaraq sığorta təminatını təşkil 

etdikləri hər hansı konkret bir məkan nəzərdə tutulmur. Sığortalama “alıcılar” və “satıcılar”ın 

və ya onların agentlərinin (onların adından hərəkət edən vasitəçilər) iş görmək üçün münasib 

hesab  etdikləri  yerlərdə  aparılır.  Sığorta  bazarlarının  iştirakçılarına  aşağıdakılar  aid  edilir: 

sığortaçılar,  təkrarsığortaçılar,  sığorta  vasitəçiləri  (sığorta  brokerləri  və  sığorta  agentləri), 

aktuarilər,  müstəqil  auditorlar,  müstəqil  ekspertlər,  sığorta  sahəsində  yardımçı  fəaliyyət 

göstərən hüquqi şəxslər və sığorta qanunvericiliyində peşəkar iştirakçı kimi nəzərdə tutulmuş 

başqa  şəxslər  sığorta  bazarının  peşəkar  iştirakçılarıdır.  Sığortalılar,  sığorta  olunanlar, 

faydalanan  şəxslər  və  sığorta  qanunvericiliyində  nəzərdə  tutulmuş  başqa  şəxslər  sığorta 

bazarının digər iştirakçılarıdır. 

Müvafiq  hüquqi-normativ  baza,  institusional,  iqtisadi  və  digər  mexanizmlər  əsasında 

qarşılıqlı  əlaqədə  fəaliyyət  göstərən  sığorta  bazarının  iştirakçıları  və  sığorta  nəzarəti  orqanı 

sığorta sistemini əmələ gətirir. İctimai tərəqqiyə uyğun olaraq sığorta sistemi də daim inkişaf 

edir və təkmilləşir.  

Müasir  dövrdə  dünyada  təbii  fəlakətlərin  artması,  iqtisadi  böhranların  və  maliyyə 

bazarındakı gözlənilməz dəyişikliklərin intensivləşməsi, yeni risklərin meydana gəlməsi və s. 

bu  kimi  məsələlər  insanların  can  və  mal güvənliyinə daha  diqqətlə  yanaşılmasını  tələb  edir. 

Belə 

ki,  göstərilən  səbəblərdən  gözlənilməz  vəziyyətlərdən  canını  və  malını 



sığortalamaqla yaхa qurtarmağa  çalışanların  sayı  durmadan  artır  ki,  bu  da  dünya  sığorta 

bazarının  genişlənməsini  şərtləndirir  və  təkmilləşdirilməsini  tələb  edir.  Bununla  əlaqədar 

olaraq,  sığorta  sisteminin  hüquqi-normativ  bazası,  institusional  və  iqtisadi  əsasları 

gücləndirilir,  fəaliyyət  mexanizmləri  təkmilləşdirilir,  daha  mütərəqqi  sığorta  məhsullarının 

yaradılması və tətbiqi istiqamətində işlər genişləndirilir.  

Hazırda  bütün  dünyada  insanların  qidalanması  ilə  birbaşa  əlaqədar  olan  kənd 

təsərrüfatı üzrə sığortanın inkişafı prioritet təşkil edir. 


 

 

  1   2   3   4   5   6   7   8   9   ...   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə