Dünyadakı meyillər
Rusiyadakı vəziyyət
Azərbaycandakı vəziyyət
İştirakçıların sayı azalır
İştirakçıların sayı azalır
Bazarın regionlarda da
formalaşması məsləhətdir
Qlobal və regional
ekspansiya gedir
Kompaniyalar filial
şəbəkəsini aktiv inkişaf
etdirir
Daha çox proseslər
paxtaxtda baş verir deyə
bazar paytaxta
konsentrasiya olunur
Marja azalıb
Anoloji olaraq marja azalır Şirkətlərdən asılı olaraq
dəyişkəndir
Bazel III standartlarına
yaxınlaşıb
Bazel II və riskin keyfiyyətli
qiymətləndirilməsinə keçib
Risklərin qiymətləndirilməsi
sistemi praktiki olaraq
yoxdur
Operativ lizinqin aktiv
hərəkəti:
-inkişaf etmiş bazarlarda
33%
-inkişafda olan bazarlarda
5%
Operativ lizinqin aktivliyi
daha çox dəmir yolu və
aviasiyada artırıb
Operativ lizinq inkişaf
etməyib və bunun üçün
müvafiq baza yaratmaq
lazımdır
Büdcə disbalanslığına
nəzərəçarpacaq dərəcədə
təsir vardır
Kompaniyaların bəzilərində
ağır maliyyə krizi olur
Sistemli problemlər elə
lizinq bazarının özünün zəif
inkişafına təsir edir
Vergidə və qanunda qeyri-
müəyyənlik
“Əsassız varlanma”
səbəbindən
sürətləndirilmmiş
amortizasiyanın və digər
imtiyazların ləğvi təhlükəsi
Güzəştli imtiyazlar yoxdur
və lizinq haqqında qanun
aktiv deyil
BMHS-nin (IFRS) yeni
standartları ilə qeyri-
müəyyənlik
Köhnə standartlar və
BMHS-nə keçidin
gözlənilməsi
BMHS yoxdur
Mənbə: Эксперт РА
Lizinq münasibətlərinin inkişafına kömək və lizinq şirkətlərinin əlaqələrinin
gücləndirilməsi məqsədilə Azərbaycan Lizinq Şirkətləri Assosiasiyası yaradılmışdır.
Assosiasiya 27 oktyabr, 2004-cü ildə BMK-nın (İFC) dəstəyi ilə “Ataleasing”, “Unileasing”,
“Muganleasing” şirkətləri tərəfindən yaradılmışdır. ALŞA-nın tərkibinə aşağıdakı lizinq
şirkətləri daxildir: Joint Lizinq, Unilizinq, Ansar Lizinq, Turan Lizinq, Standard Lizinq, AG
Lizinq, Ata Lizinq, Dəmir Bank, Qafqaz Lizinq, ASB Bank, Nikoil Lizinq (son iki şirkət
müşahidəçi qismində çıxış edir).
Azərbaycan Respublikasında kənd təsərrüfatında kənd təsərrüfatı istehsalçılarının texnika
ilə təminatının yaxşılaşdırılması məqsədilə “Aqrolizinq” ASC yardılmışdır. Təşkilat müxtəlif
təyinatlı texnikaları lizinq yolu ilə istehsalçılara verir. “Aqrolizinq” ASC tərəfindən kənd
təsərrüfatı məhsulları istehsalçılarına göstərilən lizinq xidmətləri aşağıdakılardır:
- Kənd təsərrüfatında istifadə edilən texnikalrın güzəştli qaydada verilməsi;
- Kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və saxlanması üzrə texnoloji
avadanlıqların quraşdırılması və güzəştli qaydada verilməsi;
- Damazlıq cins heyvanların güzəştli qaydada verilməsi.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart 2005-ci il tarixli 58 nömrəli
qərarına və bu qərara edilmiş dəyişikliklərə (Nazirlər Kabinetinin 02 avqust 2010-cu il tarixli
146 nömrəli, 30 dekabr 247 nömrəli və 30 dekabr 2010-cu il tarixli 247 nömrəli qərarları)
uyğun olaraq texnikaları və texnoloji avadanlıqları hüquqi və fiziki şəxslərə lizinqə verir.
Nazirlər Kabinetinin 247 nömrəli 30 dekabr tarixli qərarına uyğun olaraq hazırda texnikalar və
avadanlıqlar dəyərinin 10%-ni əvvəlcədən, qalan hissəsini isə bir ildən sonra başlayıb 9 il
ərzində ödəmək şərti ilə lizinqə verilir. Hazırda “Aqrolizinq” ASC-nin yerlərdə təsərrüfat
hesablı 55 rayon Aqroservis filialları, 5 Rayonlararası Logistik bazaları və 5 Rayonlararası
Təchizat bazaları fəaliyyət göstərir.
Dövlət tərəfindən Aqrolizinqə imtiyazların verilməsi kənd təssərrüfatı sektorunun
inkişafına səbəb olmuşdur. Beləki, ayrılmış və təkrar istifadə olunan vəsait hesabına 2005-
2012-cu illər ərzində müxtəlif markalı 1033 ədəd taxıl biçən kombayn, 4252 ədəd traktor, 164
ədəd ekskavator, 8960 ədəd traktora qoşulan kənd təsərrüfatı texnikaları (kotanlar,
kultivatorlar, ot biçən texnika, ot və küləş presləyən, malalar, taxıl səpən, gübrə səpən,
çiləyicilər, traktor qoşquları və s.), 9 dəst süd zavodu avadanlıqları, 23 dəst soyuducu
kameraları, 8 dəst qarışıq yem istehsal zavodu avadanlıqları, kənd təsərrüfatı texnikalarına
lazım olan ehtiyat hissələri, dəzgahlar alınmışdır. Nəticədə, kənd təsərrüfatı müəssisələrində
əsas istehsal fondlarının strukturunda maşın və avadanlıqların payı 2003-cü ildə 10,2% olduğu
halda 2011-ci ildə bu göstərici artaraq 17,2% olmuşdur. Buna görə də digər lizinq şirkərlərinin
də bu istiqamətdə fəaliyyətinin artırılması məqsədə müvafiqdir. Eyni zamanda “Aqrolizinq”
ASC tərəfindən üzümçülük sahəsində çalışan istehsalçılara müxtəlif markalı 334 ədəd traktor,
43 ədəd bağarası becərən mexaniki və hidravlik frezlər, 310 ədəd ventilyatorlu çiləyicilər
(müxtəlif həcmli qoşulan və asılan texnikalar lizinq yolu ilə verilmişdir.
Bu isə üzüm sahələri ilə müqayisədə hələ ki, xeyli azdır. Bu sahədə işləri gücləndirmək
üçün beynəlxalq təcrübəyə uyğun olaraq lizinq sisteminin təkmilləşdirilməsinə ehtiyac
duyulur.
4.
AZƏRBAYCAN RESPUBLİKASINDA ÜZÜMÇÜLÜK VƏ ŞƏRABÇILIQ
SAHƏSİNDƏ SIĞORTA VƏ LİZİNQ XİDMƏTLƏRİNİN TƏŞKİLİNİN VƏ
TƏNNZİMLƏNMƏSİNİN HÜQUQİ-NORMATİV,
İNSTİTUSİONAL VƏ İQTİSADİ ƏSASLARI
Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2011-ci il tarixli 1890 nömrəli
Sərəncamı ilə “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair
Dövlət Proqram”ının təsdiq edilməsi bir sıra məsələləri o cümlədən üzümçülük və şərabçılıq
sahəsində mütərəqqi beynəlxalq sığorta və lizinq xidmətləri təcrübəsinin tətbiqi tələbini ortaya
qoydu. Üzümçülük və şərabçılıq sahəsində sığorta və lizinq xidmətlərinin təkmilləşdirilməsi
tələbi əsasən sahənin özünün aşağıdakı xüsusiyyətləri ilə bağlıdır: üzümçülük kənd təsərrüfatı
istehsalının ən çox kapital tələb edən sahəsidir; yeni əkilmiş üzüm plantasiyalarının bar vermə
dövründən asılı olaraq əkinə sərf olunmuş maliyyə vəsaitləri 4-5 il müddətində dövriyyədən
çıxarılır; bu dövrdə əkin sahələrinə xidmət üçün xeyli miqdarda əlavə maliyyə resursları tələb
olunur.
Dünyada üzümçülük və şərabçılıq fəaliyyətinin geniş vüsət alması və fermerlərin böyük
marağının cəlb olunması, o cümlədən bu sahədə iqtisadi münasibətlərin dərinləşməsi müəyyən
tənzimlənmə mexanizmlərin ortaya qoyulmasını aktuallaşdırdı. Bu da öz növbəsində
üzümçülük və şərabçılıq sahəsində bir sıra hüquqi normativ kompanentlərin meydana
gəlməsinə şərait yaratdı. Belə ki, bu sahədə ilk addımı tarixdə böyük inkişaf yolu keçmiş
Fransa atmışdır (XV əsrdə).
1
Son yüz ildə isə bu istiqamətdə böyük təcrübə formalaşmış,
müasir dövrün normativ tələblərində mühüm rol oynamışdır.
Azərbaycanda isə üzüm istehsalı və emalı yalnız keçən əsrin 70-ci illərindən başlayaraq
geniş sənaye miqyaslı inkişaf mərhələsinə qədəm qoymuşdur ki, bu da elə həmin dövrdən
hüquqi normativ aktların formalaşmasına şərait yaratdı. Belə ki, Ümummilli lider Heydər
Əliyev 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəldikdən qısa müddət sonra bu sahədə əsaslı
dönüş yarandı və təkcə bir faktı qeyd etmək yerinə düşər ki, 1969-1982-ci illərdə Heydər
Əliyevin gərgin səyləri və SSRİ rəhbərliyində yüksək nüfuzu hesabına Sov.İKP MK və SSRİ
Nazirlər Soveti səviyyəsində Azərbaycanda kənd təsərrüfatının, xüsusilə də üzümçülük və
şərabçılığın inkişafını nəzərdə tutan 3 qərar qəbul olunmuşdu. Bundan əlavə SSR-i hökuməti
tərəfindən bu sahədə qəbul edilmiş digər hüquqi normativ aktlar Azərbaycan üçün də hüquqi
əsas olmuş və normalarla fəaliyyətin tənizmlənməsi təcrübəsi formalaşmışdır.
Amma keçmiş SSRİ rəhbərliyinin 7 may 1985-ci il tarixli "Alkoqolizmə və sərxoşluğa
qarşı mübarizə tədbirləri haqqında" məlum qərarından sonra bütün ölkədə, o cümlədən
Azərbaycanda üzümlüklərin və şərab zavodlarının dağıdılmasına başlandı. On illərlə
qazanılmış nailiyyətlər cəmi 2-3 ildə məhv edildi. Yalnız texniki sortlardan ibarət üzümlüklər
deyil, keyfiyyətli süfrə üzüm sortlarından ibarət bağlar da məhv edildi. Təkcə bir faktı qeyd
etmək lazımdır ki, 1984-cü illə müqayisədə 2005-ci ildə üzümlüklərin sahəsi 25 dəfədən çox
azalaraq 9,6 min hektar təşkil etmişdir. Buna uyğun olaraq üzüm istehsalı da 79,7 min tona
düşmüşdü. Nəticədə şərabçılıq sənayesi böyük ziyana məruz qalmış, sahə ilə bağlı 76 emal
müəssisəsi və 116 ilkin emal zavodu dağılmışdı.
2
Ölkəmizin müstəqillik dövrünə qədəm qoyması ilə üzümçülük və şərabçılıq sahəsində
normativ hüquqi aktların formalaşması təcrübəsində yeni bir mərhələ başlamış oldu. Qəbul
olunmuş qanunların və dövlət proqramlarının icrası nəticəsində üzümçülük və şərabçılıq
sahəsində zəngin hüquqi baza yaradıldı. Belə ki, kənd təsərrüfatının inkişafı istiqamətində
1
http://www.budgetrf.ru/Publications/Magazines/VestnikSF/2012/VSF_NEW201205041224/VSF_NEW201205041224_p_005.htm
2
Hasil Fətəliyev, Azərbaycan Dövlət Aqrar Universitetinin professor Vüqar Mikayılov, ADAU-nun dosenti Azərbaycan.-
2011.-20 mart.- S. 14.
aparılan islahatlar və hüquqi qüvvə alan bir sıra normativ aktlar, o cümlədən “Üzümçülük və
şərabçılıq haqqında” qəbul olunan qanun sahənin inkişafı üçün hüquqi baza yaratmaqla
bərabər, emal sahəsinin inkişafını, şərab məhsullarının keyfiyyətinə qoyulan tələbləri, nəzarət
tədbirlərini və dövlət standartı normalarını müəyyənləşdirmiş oldu.
Sözügedən qanun, 19 oktyabr 2001-ci ildə qüvvəyə minməklə Azərbaycan
Respublikasında üzümçülüyün təşkilinin, üzüm və şərabçılıq məhsulları istehsalının və
dövriyyəsinin tənzimlənməsinin, habelə keyfiyyətinin təmin edilməsinin hüquqi əsaslarını
müəyyən edir. Qanunun qəbul edilməsində əsas məqsəd respublikada üzümçülüyün və
şərabçılığın inkişafını təmin etməklə istehlak bazarına beynəlxalq standartların tələblərinə
cavab verən, rəqabət qabiliyyətli üzüm və şərabçılıq məhsulları çıxarılmasına təşkilati, iqtisadi
və hüquqi zəmin yaratmaqdan ibarətdir. Qanunun qəbul edilməsinin əsas müsbət tərəfləri
müvafiq anlayış və kateqoriyaların hüquqi təsbiti, həmçinin üzümçülük və şərabçılıq sahəsində
dövlət siyasətinin istiqamətlərinin və dövlətin vəzifələrinin müəyyən olunmasıdır.
3
Üzümçülük və şərabçılıq haqqında Azərbaycan Respublikasının qanunu əsas
tənizmlənmə istiqamətləri aşağıdakılardan ibarətdir:
Üzümçülüyün təşkili;
Şərabçılıq məhsullarının istehsalı;
Üzümçülüyün və şərabçılığın inkişafının iqtisadi tənzimlənməsi;
Şərabçılıq məhsullarının dövriyyəsi;
Üzüm və şərabçılıq məhsullarının keyfiyyətinin təmin edilməsi;
Üzümçülük və şərabçılıq haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət və
mübahisələrin həlli.
Üzümçülük və şərabçılıq haqqında Azərbaycan Respublikasının qanununda bir sıra
dəyişiklər həyata keçirilmişdir. Qanuna edilmiş dəyişiklik və əlavələr barədə normativ hüquqi
aktlar və onların məzmunu aşağıdakı şəkildə verilmişdir:
- 8 oktyabr 2008-ci il tarixli 704-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti 16 dekabr 2008-ci il, № 280, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, № 12, maddə 1044) ilə 4-cü maddə yeni redaksiyada
verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Üzümçülük və şərabçılıq sahəsində dövlət
siyasətinin
əsas
istiqamətləri
ölkədə
üzümçülük
və
şərabçılıq
fəaliyyətinin
genişləndirilməsindən, bu sahədə kooperasiya prosesinin stimullaşdırılması vasitəsi ilə
yüksək keyfiyyətli, rəqabət qabiliyyətli məhsul istehsalının və ixracının artırılmasından,
daxili bazarın haqsız rəqabətdən qorunmasından ibarətdir. Yeni redaksiyada isə deyilir:
Maddə 4. 4.0. Üzümçülük və şərabçılıq sahəsində dövlət siyasətinin istiqamətləri
aşağıdakılardır:
4.0.1. Üzümçülük və şərabçılıq sahələrinin inkişaf etdirilməsi məqsədilə elmi
tədqiqatların müasir tələblərə uyğun aparılmasının gücləndirilməsi;
4.0.2. informasiya və təcrübə mübadiləsinin genişləndirilməsi;
4.0.3. beynəlxalq standartların tələblərinə uyğun məhsul istehsalına təminat verən
normativ hüquqi bazanın yaradılması;
4.0.4. kadrların hazırlanması və təkmilləşdirilməsi, elmi-təcrübi seminarların,
konfransların təşkili;
4.0.5. istehsal olunaraq istehlak bazarına çıxarılan və ya ixrac olunan rəqabət
qabiliyyətli üzüm və şərabçılıq məhsullarının keyfiyyətinin yüksəldilməsi üçün yeni texnika
və müasir texnologiyanın tətbiq edilməsi;
4.0.6. istehsal və ixracın artırılması, daxili bazarın haqsız rəqabətdən qorunması.
3
http://www.e-qanun.az/print.php?internal=view&target=1&docid=1021&doctype=0
- 9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 938) ilə 5.0.4-
cü, 10.2-ci, 22.2.1-ci və 26.1-ci maddələrində "xüsusi icazə" sözləri "xüsusi razılıq
(lisenziya)" sözləri ilə əvəz edilmişdir.
- 28 oktyabr 2008-ci il tarixli 704-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti 16 dekabr 2008-ci il, № 280, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, № 12, maddə 1044) ilə 5.0.3-cü və 5.0.7-ci maddələr yeni
redaksiyada verilmişdir. əvvəlki redaksiyalarda deyilirdi: 5.0.3. rayonlaşdırılmış sortlarla
üzümlüklərin salınmasını, əkin materiallarının yetişdirilməsini, üzümçülük və şərabçılıq
sahələrinin inkişaf etdirilməsini, keyfiyyətli məhsul istehsalının və ixracının artırılmasını
stimullaşdırmaq; 5.0.7. şərabçılıq məhsullarının istehsalına, keyfiyyətinə və dövriyyəsinə
dövlət nəzarətini həyata keçirmək; Yeni redaksiyada isə deyilir: Maddə 5. 5.0.3. Azərbaycan
Respublikası ərazisində xəstəlik və zərərvericilərə qarşı dözümlü üzüm sortlarını
yetişdirmək, tinglik təsərrüfatlarını inkişaf etdirmək, rayonlaşdırılmış üzüm sortlarını
çoxaltmaq, habelə coğrafi adlar verilən keyfiyyətli şərabçılıq məhsullarının istehsalını
stimullaşdırmaq məqsədilə investisiya qoymaq, subsidiyalar və uzunmüddətli kreditlər
vermək; 5.0.7. üzüm və şərabçılıq məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət
nəzarətini həyata keçirmək;
- 01 fevral 2007-ci il tarixli 236-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 397)
ilə 6.3-cü maddəsində "şəhadətnamə" sözü "uyğunluq sertifikatı" sözləri ilə əvəz
edilmişdir. Yeni redaksiyada deyilir: Maddə 6.3. Azərbaycan Respublikasında istehsal
edilən və satılan üzüm əkini materiallarına qanunvericiliklə müəyyən olunmuş qaydada
müvafiq icra hakimiyyəti orqanı tərəfindən onların sortluq və əkin keyfiyyətlərini təsdiq
edən uyğunluq sertifikatı və fitosanitar vəziyyətinə dair sertifikat verilir.
- 4 noyabr 2003-cü il tarixli 510-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 12, maddə 674) ilə
14.13-cü maddənin birinci cümləsində "haqq" sözü "dövlət rüsumu" sözləri ilə əvəz edilmiş və
ikinci cümləsi çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi: 14.13. Adlar verilən şərabçılıq
məhsullarının ekspertizasına, dövlət reyestrində qeydiyyata alınmasına və attestasiyasına
görə haqq alınır. Haqqın miqdarı, ödənilmə müddəti və qaydaları müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən olunur. Yeni redaksiyada isə deyilir: Maddə 14. 14.13. Adlar
verilən şərabçılıq məhsullarının ekspertizasına, dövlət reyestrində qeydiyyata alınmasına və
attestasiyasına görə dövlət rüsumu alınır.
- 3 dekabr 2002-ci il tarixli 397-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 1, maddə 15) ilə 18-ci
maddə çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi: Maddə 1 8 . Üzümçülüyün inkişafı üzrə
investisiya fondu 18.1. Üzümçülüyün inkişafı üzrə investisiya fondu (bundan sonra - fond)
əkin materiallarının yetişdirilməsinin, yeni üzümlüklərin salınmasının, mövcud
üzümlüklərin
təmirinin
və
üzümçülüyün
maddi-texniki
təminatının
qismən
maliyyələşdirilməsinə kömək məqsədi ilə dövlət tərəfindən yaradılır. 18.2. Fondun maliyyə
vəsaitləri dövlət büdcəsindən ayırmalar, o cümlədən dövlət büdcəsində sahibkarlığa yardım
maddələrinin hər ilin sonuna istifadə edilməyən vəsaitlərinin müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilən hissəsi, habelə qrantlar və digər mənbələr hesabına
formalaşdırılır. 18.3. Üzümçülüyün inkişafı layihələrinin dəyərinin 50 faizə qədəri müvafiq
müqavilələr əsasında fondun vəsaiti hesabına ödənilə bilər. 18.4. Fondun vəsaitindən
istifadə edən subyektlər müqavilə şərtlərinə riayət etmədikdə, fonddan ayrılan vəsaitlər
müqavilədə nəzərdə tutulan qaydada fonda qaytarılır. 18.5. Fondun yaradılması və fəaliyyəti
qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən
olunur.
- 3 dekabr 2002-ci il tarixli 397-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 1, maddə 15) ilə 19.1.1-
ci maddə çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi: Maddə 19. 19.1.1. bank kreditlərinin və
investisiya fondunun vəsaiti hesabına maliyyələşdirilən layihələr üzrə üzüm əkinlərinin və
məhsulun layihə dövrü ərzində təbii fəlakətdən sığortalanması büdcə vəsaiti hesabına
həyata keçirilir;
- 3 dekabr 2002-ci il tarixli 397-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 1, maddə 15) ilə 19.3-cü
maddədən "üzüm əkinlərinin (məhsulunun) sığortalanması" sözləri çıxarılmışdır. Əvvəlki
redaksiyada deyilirdi: 19.3. Məqsədli kreditlərin verilməsi, qaytarılması, üzüm əkinlərinin
(məhsulunun) sığortalanması, habelə bank faizi üzrə güzəştlərin ödənilməsi qaydaları
müvafiq qanunvericiliklə müəyyən olunur. Yeni redaksiyada isə deyilir: 19.3. Məqsədli
kreditlərin verilməsi, qaytarılması, habelə bank faizi üzrə güzəştlərin ödənilməsi qaydaları
müvafiq qanunvericiliklə müəyyən olunur.
- 28 oktyabr 2008-ci il tarixli 704-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti 16 dekabr 2008-ci il, № 280, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, № 12, maddə 1044) ilə 20.2-ci və 20.4-cü maddələr yeni
redaksiyada verilmişdir. Əvvəlki redaksiyalarda deyilirdi: 20.2.Şərabçılıq məhsullarının
idxalı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq kvotalaşdırılır. 20.4.
Fiziki şəxslər tərəfindən öz şəxsi istehlakı üçün Azərbaycan Respublikasına gətirilməsinə
icazə verilən şərabçılıq məhsullarının həcmi müvafiq qanunvericiliklə müəyyən edilir. Yeni
redaksiyada isə deyilir: Maddə 20. 20.2. Şərabçılıq məhsullarının idxalına Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq tarif kvotası tətbiq edilə bilər. 20.4. Fiziki
şəxslər tərəfindən öz istehlakı üçün şərabçılıq məhsullarının idxalı Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq tənzimlənir.
- 4 mart 2005-ci il tarixli 856-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 278) ilə 22.4-cü
maddə əlavə edilmişdir. Yeni redaksiyada maddə 22.4. Fövqəladə vəziyyətin qüvvədə olduğu
müddət ərzində onun tətbiq edildiyi ərazidə şərabçılıq məhsullarının dövriyyəsi üzrə
qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi rejim yaradıla bilər.
- 28 oktyabr 2008-ci il tarixli 704-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti 16 dekabr 2008-ci il, № 280) ilə 27.4-cü maddə çıxarılmışdır. Əvvəlki
redaksiyada deyilirdi: 27.4. Bələdiyyələr, istehlakçılar və qeyri-hökumət təşkilatları şərabçılıq
məhsullarının keyfiyyətinə nəzarət funksiyalarını səlahiyyətləri daxilində həyata keçirə
bilərlər.
Üzümçülük və şərabçılıq haqqında Azərbaycan Respublikasının qanunun qüvvəyə
mindiyi gündən bu günədək həyata keçirilən mühüm dəyişikliklər, əsasən:
Dostları ilə paylaş: |