Strategiyalı oxu zamanı şagird:
1) idraki və yüksək idraki bacarıqları əlaqələndirir; 2) məqsədləri müəyyənləşdirir və inkişaf haqqında düşünür; 3) yeni məlumatları mövcud bilikləri ilə əlaqələndirir; 4) mətnin mənasının dərk edilməsində fəal iştirak edir; 5) təşkilati simvollardan istifadə edir; 6) fərdi oxu üslubunu faydalı hesab edir; 7) təlim zamanı özgələri ilə əməkdaşlıq edir; 8) düşünmənin üç mərhələsinə cəlb edilir: 1) düşünməyə yönəltmə; 2) dərketmə; 3) düşünmə. Oxu-mətni oxumaqla düşünmək deməkdir. Şagird oxumaqla mətndəki mənanı dərk edir. Sonra isə şagird oxu materialındakı ideyanı, mənanı, müəllifin nəzərdə tutduğu məna ilə müqayisə edir. Müqayisə Venn diaqramı ilə aparılır. Bu zaman məna və ilkin biliklər müqayisə edilir, fəal təlim strategiyalarından istifadə edilir. Oxu strategiyası idraki (koqnitiv) və yüksək idraki (metakoqnitiv) bacarıqları əlaqələndirir [23].
Oxu bə onun modelləri (növləri). Strategiyalı oxu prosesində ibtidai sinif şagirdlərinə müxtəlif yanaşmalar təqdim edilir. Onlar oxunun müxtəlif növləri ilə tanış olurlar: səsli oxu, səhnələşdirimiş oxu, dərinləşdirilmiş oxu, seçmə oxu, ordan-burdan oxu, xorla oxu, suallar əsasında oxu, səssiz oxu; sürətli oxu, nəzərdən keçirməklə oxu, dərinləşdirilmiş, qeydlər aparmaqla, işarələyərək oxu... Səsli oxu. Bu oxu da düzgünlüyün gözlənilməsinə nəzarət, tələffüz vərdişlərinin aşılanması baxımından çox faydalıdır. Səsli oxuda ədəbi tələffüz vərdişlərinin aşılanması prosesi baş verir. Şagirdlərin ədəbi tələffüz qaydalarına yiyələnməsində, sözlərin kontekstdə hansı mənada işləndiyini dərk etməsində səsli oxunun istifadəsi mütləqdir.
Səsli oxunun təşkilində məqsəd şagirdlərin oxu vərdişlərini müəyyənləşdirməklə yanaşı, onun inkişafına dəstək verməkdir. Şagirdlərin düzgün nitqə yiyələnməsinin təşkilində oxunun səsli aparılması labüddür.
Oxunun səsli aparılması şagirdlərin məsuliyyətini artırır, onların hər biri daha yaxşı oxumağa səy göstərirlər. Oxunun səsli aparıldığı dərslərdə müxtəlif fəal(interaktiv) təlim üsullarından istifadə məqsədəuyğundur. Səsli oxuda aşağıdakı məsələlər həyata keçirilir:
I-müəllimin nümunəvi oxusu başa çatdıqda, şagirdlərin mətnin məzmununu qavramalarına aid suallar verilir.
II-qruplara ayrılırmış şagirdlər mətnin onlara həvalə olunan hissəsini oxuyular.
III-sinifdə mətn şagirdlərə səsli oxudulur və suallar cavablandırılır.
Səsli oxunın vacib şərti düzgün tələffüzə nəzarətin təşkilidir, həmçinin şifahi nitqin inkişafını təmin etmək üçün şagirdin danışırmış kimi oxumasının vacibliyidir. Oxunun səsli aparılmasında sürətdən çox fasilələrə diqqətin ayrılmasıdır. Belə ki, mətndəki hiss və həyəcan müəyyənləşdirilməlidir. Oxunan mətnii diqqətlə dinləyib, düzəlişlər aparılmalıdır, lakin oxunun bitməsini gözləmək məsləhətdir. Əgər oxu zamanı nöqsanlara çox yer verilibsə, mətn təkrar oxunmalı səhvlər yerindəcə izah olunmalıdır.
“Fərdi oxuda (burada səsli oxu) personajların hər birinin hissinin, düşüncə və niyyətinin çatdırılması (intonasiya ilə ifadə edilməsi), həmçinin nitqinin səciyyəvi cəhətlərinə işarə edilməsi zəruridir. Bu, əslində əsərin daxili mənasının dinləyiciyə çatdırılması, ifaçının vəzifəsinin reallaşdırılması deməkdir” [13, s.129 ].
Səssiz oxu.Oxunun səssiz təşkili şagirdlərin oxu üzrə işlərini idarə edə bilmək, səlis və sürətlə oxumasına şərait yaratmaqdır. Şagirdin səssiz oxuması əsərin məzmununun öyrənilib, nağıletməyə hazırlaşmasında, şeiri əzbərləməkdə və oxu vərdişlərinin möhkəmləndirilməsində mühüm rol oynayır. İfadəliliyin nə səviyyədə gözlənilməsini səssiz oxuda müşahidə etmək çətin olsa da, müəllim çalışmalıdır ki, şagirdlər oxuya verilən tələblərə riayət etsinlər. Səssiz oxu ancaq gözlə idarə olunan oxudur, ona görə də dodaqların tərpənməsinə, dodaqaltı oxuya yol vermək olmaz. Oxunun səssiz təşkili şagirdlərə mətnin planını hazırlamaqda, mətndəki terminləri, mənasını dərk etmədiyi sözləri, tanış olmayan sözləri seçməkdə, sualları cavablandırmaqda böyük əhəmiyyət kəsb edir. Səssiz oxuda gözlər hərəkət edir, beyin fəaliyyətdə olur. Belə oxu hər zaman aparıla bilər. Şagirdlərə səssiz oxu tapşırığı verildikdə müəllim də oxu prosesində şagirdlərlə birgə qaydalara əməl edir. Belə oxu zamanı hər kəs sakitcə mətni oxuyur bir-birinə mane olmurlar. Oxuya verilən vaxt bitdikdə mətnin müzakirə edilməsi vacibdir, yalnız belə olduqda şagirdlərin işinin nə dərəcədə səmərəli olduğu meydana çıxır. Şagirdlərə müxtəlif suallar veməklə məzmunun mənimsənilməsini yoxlamaq olar. Məsələn, “Əsərdə xoşunuza gələn hissə hansıdır?”, “Siz müəllif olsaydınız hansı məsələlərə toxunardınız?”, “Əsərdəki qəhrəmanı hansı xüsusiyyətinə görə sevdiniz?”, “Həyatda belə hadisələr olurmu?”, “Əsərdəki hansı cəhətləri yoldaşlarınıza məsləhət görərdiniz?”...
Şagirdlər əsərdəki hadisələrlə bağlı başa düşmədikləri məqamları qeyd etməklə yadda saxlayır və müəllimdən bu istiqamətdə izah verməsini xahiş edirlər. Şagirdlər mətnin məzmununa dair şifahi şəkildə esse və ya inşa qururlar. Bu cür yaradıcı işdə onların maraqları, istəkləri, hiss etdikləri əks edilir. Növbəti dərslərdə şagirdlərə yaradıcı işlərin: esse, hekayə və inşaların yazılması da tapşırıla bilər. Belə demək olar ki, səssiz oxu həm də sürətli oxunu formalaşdırır.
Sürətli oxu. Oxunun sürəti gözlərin daha çox hərəkət etməsinə səbəb olur ki, bu da çox faydalı məşqdir. Sürətli oxunun əhəmiyyəti ondadır ki, az vaxtda daha çox məlumat əldə edilir. Bunun üçün dar çərçivədə yerləşdirilmiş kiçikhəcmli mətn müəyyənləşdirilir. Mətndə birinci cümlənin baş hərfinin baxış bücağında görünməsi ilə eyni anda axırıncı cümlənin son hərfi də buraya daxil edilir. Getdikcə sürət artır və davamlı olur. Oxunun sürəti mükəmməlləşdikcə dərinləşdirilmiş oxu həyata keçirilir.
Mətnin keyfiyyətli mənimsənilməsi, bütöv və müfəssəl oxunması üçün sürətli oxudan istifadə faydalıdır. Sürətli oxu texnikasını bəzən mexaniki oxu adlandırırlar. Əlbəttə, bu səhv yanaşmadır, əksinə sürətli oxu mətndəki faktlarn, mülahizələrin, anlayışların qavranılmasına, onların təhlil edilərək yeni biliklərin əsasına qoyulmasına səbəb olan yaradıcı prosesdir. Odur ki, oxunun sürətli aparılması metodikası hazırlanmalı və ondan geniş istifadə olunmalıdır. Bunu təkcə nitqi eşitmə və görmə analizatorlarının idarə edilməsi məsələləri ilə məhdudlaşdırmaq olmaz, əqli fəaliyyətin alqoritm sisteminin işlənilməsi də zəruridir. Sürətli oxuya yiyələnmiş oxucu ona lazım olan informasiyanı tez bir zamanda əldə edə bilir.
Sürətli oxu metodları məntiqin qanunlarına əsaslanır və oxu mətnində şagirdə lazım olan məlumatların tez, asan seçilməsində mühüm rol oynayır. Oxunun növləri və onlara uyğun rəvanlıq (sürət) şagirdlərin yaş və bilik səviyyəsindən, məqsəddən asılıdır və tez-tez dəyişir. Sürətli oxuda yeddi qaydanın gözlənilməsi tələb olunur: