Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova


Oxu strategiyası-oxunun təşkili və düzgün idarə edilməsidir



Yüklə 0,51 Mb.
səhifə7/70
tarix05.12.2023
ölçüsü0,51 Mb.
#173588
1   2   3   4   5   6   7   8   9   10   ...   70
C.Nabat Monoqrafiya

1.Oxu strategiyası-oxunun təşkili və düzgün idarə edilməsidir. Yəni şagirdlər oxu üçün təqdim edilən mətnin mənasının dərk edilməsini problem kimi, mətnin oxusunu isə problemin həll edilmə forması kimi, strategiyalı oxunu isə problemin həlli, fəaliyyətin düşünülmüş səviyyəsinin qurulması kimi dəyərləndirirlər.
Strategiyalı oxu zamanı məqsədə çatmağın yolları, gözlənilən nəticələrə nail olmağın strategiyası qurulur. Belə yanaşmaya görə şagird materialı oxumazdan əvvəl həmin mətn haqqında xəyalında aydın təsəvvür yaradır. O, problemi müəyyənləşdirir:
-Suallar verilməlidirmi?
-Suallara hansı cavablar verilməlidir?
-Oxunun təşkili üçün plan varmı?
-Bu haqda artıq nələri bilir?
-Oxunun səmərəli olması nədən asılıdır?
- Strategiyalı oxunun effektli olması üçün nə etmək olar?
2.Strategiyalı oxuda şagirdlərin müstəqilliyinin təşkili. Strategiyalı oxuda şagirdlər öz müstəqil oxu nəticələrini yoxlaya bilirlər. Oxu prosesində şagirdlər hansı qənaətə gəldiklərini düşünürlər. O zaman onların idraki bacarıqları inkişaf edir: oxudan əvvəl biliklərin əlaqələndirilməsi, əsas fikrin müəyyən edilməsi, onların başqa oxu materialları ilə müqayisəsi aparılır. Təfəkkürün yüksək inkişaf mərhələsi olan təxəyyül vasitəsi ilə xəyalların qurulması baş verir. Bu prosesdə şagirdər yalnız oxu mətninin mənası ilə kifayətlənmir, mətn üzrə daha yaradıcı düşünürlər.
3.Mətnlər (oxu materialları) vasitəsi ilə strategiyalı oxunun təşkili. Mətnlər (oxu materialları) vasitəsi ilə strategiyalı oxunun təşkil və idarə olunması nəticəsində üç mərhələdən sonra məzmundan əldə edilən bilgilərdən çalışmaların, problemlərin həllində, şagirdlərin dünyagörüşünün zənginləşdirilməsində istifadə edilir. Deyilənlər belə qənaətə gəlməyə əsas verir ki, strategiyalı oxunun praktik tətbiqi ilə düşünmə mühitinin yaradılması dəyərləndirilə bilər[23].
4.Strategiyalı oxunun gündəlik fəaliyyət növü kimi dərk edilməsi və həyata keçirilməsi. Şagird oxunun onun həyatinda mühüm əhəmiyyət kəsb etdiyini dərk edərsə, o zaman daha şüurlu fəaliyyət göstərəcəkdir. Strategiyalı oxuya münasibəti dəyişəcək və oxumağa marağı artacaqdır. Əlbəttə bunu öz-özünə baş verən proses kim dəyərləndirmək olmaz. Burada yenə novator müəllimin səy və zəhmətindən, işinin nəticəsindən bəhs etmək olar.
İbtidai siniflərdə elə şagirdlər var ki, oxu zamanı ciddi çətinlik çəkirlər. Belə hallarla üzləşən müəllim həmin şagirdlərlə fərdi məşğul olmaqla bərabər, fəal təlim texnologiyalarına əsaslanan qrup işinin köməyindən faydalanır. Müəllim şagirdlərin maraq sferasını təmin etmək üçün onlara parlaq şəkilli, zövqlü kitablar təqdim edir, onları qüdrətli söz dünyasından zövq almağa yönəldir. O, sinifdəki şagirdlərin idrak səviyyəsini bildiyi üçün işini düzgün qurmaqda çətinlik çəkmir. Müəllim sinifdə strategiyalı oxu təşkil etdikdə əvvəllər əldə olunan nailiyyətəri nəzərə almaqla, necə fəaliyyət göstərəcəyini müəyyənləşdirir. Oxu üçün mətnlər seçərkən müəllim çox diqqətli olmalıdır. Strategiyalı oxu üçün seçilən mətn çox asan olarsa, onda belə oxuya heç bir ehtiyac qalmaz. Oxu materialı çox mürəkkəb olduqda isə şagirdin oxuya olan marağı azalacaqdır. Oxu materialının məzmunu şagirdi cəlb etməli, o, mətnin mənasını dərk etmək üçün ardıcıl fəaliyyət göstərməyə can atmalıdır.
Şagirdlərin idrak səviyyələri və oxu bacarıqları fərqli olduğu üçün oxu materiallarının seçimində bu nəzərə alınmalıdır. Mətnlər mürəkkəblik baxımından müxtəlif səviyyələrdə olsalar da, məna baxımdan mövzular əlaqəli olmalıdır.
I siniflərdə kiçik mətnlər üzrə oxu texnikasına, II-IV siniflərdə nisbətən iri həcmli mətnlərlə oxu vərdişlərinə yiyələnən şagirdlər strategiyalı oxu fəaliyyətinin təşkilində yaxşı nəticələr əldə edirlər. Belə ki, kiçik mətnlər üzrə gözlənilən nəticələr əldə ediləndən sonra geniş mətnlər üzrə strategiyalı oxu fəaliyyətini təşkil etmək olar.
Strategiyalı oxu dedikdə, elə düşünmək olmaz ki, şagird sözləri ucadan və düzgün oxuyursa, deməli, oxuyur. Lakin təkcə ucadan və düzgün oxu problemi həll etmir. Məsələ oxunun dərk edilməsi və uyğun strategiyanın nəzərdə tutulmasıdır. Ola bilər ki şagird düzgün və rəvan oxuyur, lakin oxunan mətnə dair əsas fikirləri şərh etməkdə çətinlik çəkir. Elə şagird də olur ki, oxusunda çətinlik var, ancaq mətndəki əsas fikri dərk edir və təhlillər apara bilir. Bütün bu kimi hallar deməyə əsas verir ki, savadlı olmaq hələ sıra ilə əvvəl sözləri düzgün yazmaq, onları düzgün oxumaq və sonra mənasını izah etmək kimi deyil, qarşılıqlı əlaqəli məsələlər kimi dəyərləndirilməlidir. Bu qəbul edilmiş həqiqətdir ki, yaxşı oxucu mətndəki çətin sözlərin mənasını tapır, janrını müəyyənləşdirir, simvollardan istifadə edir.
“Oxu strategiyasını qurmağı bacaran şagird mətnin oxusundan gözlənilən nəticəni artıq oxuya başlamazdan əvvəl aydın təsəvvür edə bilir. O, dəqiq bilir:
- Hansı suallar cavablandırılmalıdır?
- Oxu hansı plana əsasən təşkil edilməlidir?
Səmərəli oxu üçün nələr etmək lazımdır?
Strategiyalı oxu həm də şagirdə öz oxu nəticələrini yoxlamaq və əldə etdiyi nəticələr üzərində düşünmək imkanı verir. Beləliklə, şagirddə vacib idraki bacarıqlar-əsas ideyanı müəyyən etmək, onları əvvəlki biliklərlə əlaqələndirmək, oxuduğu mətni başqa mətnlərlə müqayisə etmək, mətndə təsvir olunanları təsəvvüründə canlandırmaq kimi bacarıqlar formalaşır.Bunları isə təfəkkürün yüksək mərhələsinə-təxəyyülə doğru atılan addımlar kimi qiymətləndirmək olar. Bununla şagirdlər həm mətni qavrayır, həm də qavrama prosesinin mərhələlərini strukturlaşdırırlar”[23, s.61].
Axtarıb tapmaq, öyrənmək üçün şagirdərin mövzu ilə bağlı sevinc, şadlıq, fərəh, qəm, qüssə, kədər, qəzəb, nifrət, qorxu, həyəcan və s. kimi emosional keyfiyyətlərdən lazımi məqamlarda düzgün istifadə etməsi üçün müəllim strategiyalı oxu prosesində səmərəli texnologiyalardan istifadə etməlidir.
1 Oxu strategiyası oxuda vacib olanın aşkar edilməsində, oxu zamanı əldə olunanların köhnə biliklərlə inteqrasiyasında, əvvəl oxunmuş mətnlərlə müqayisə edilməsində, ssenari hazırlanmasında və s. özünü büruzə verir və şagirdlərin təfəkkürünün inkişafına səbəb olur. Şagirdlər mətnin mənasının şüurlu dərk edilməsinin təşkilinə nail olurlar. Bütün bunlar şagirdin idraki-koqnitiv, kreativ inkişafından xəbər verir. Oxu strategiyası təxəyyülün, fantaziyanın pik həddini yarada bilir. Strategiyalı oxu prosesində həmçinin:
- oxu vərdişi aşılanır;
- ətraf aləm haqqında anlayışlar verilir;
- şagirdlərin şüuru  bədii surətlərlə zənginləşdirilir;
-  yüksək əxlaqi keyfiyyətlər formalaşdırılır;
- Azərbaycan dilinə məhəbbət hissi aşılanır;
- oxumağa maraq yaradılır;
- şagirdlərdə vətən eşqi, qəhrəmanlarla fəxr etmək anlayışı yaradılır;
- uşaqların bədii zövqünün inkişafına diqqət yetirilir;
- uşaqlar üçün yazılmış əsərlərlə tanış edilir;
- şagird rəndarəng ədəbi nümunələrlə tanış olur;
- klassik və müasir dövrün yazarları, şairləri ilə tanış olur;
- Azərbaycan dilinin əsrarəndiz gözəlliklərini dərk edir;
- şagirdlərin lüğəti zənginləşir, nitqinin inkişafında proqres baş verir;
Strategiyalı oxunun səkkiz prinsipi müəyyənləşdirilmişdir.

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin