Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova


Strategiyalı oxunun növləri və tədrisi texnologiyası



Yüklə 0,51 Mb.
səhifə6/70
tarix05.12.2023
ölçüsü0,51 Mb.
#173588
1   2   3   4   5   6   7   8   9   ...   70
C.Nabat Monoqrafiya

Strategiyalı oxunun növləri və tədrisi texnologiyası

Oxu strategiyası haqqında nə bilirik? Bəzi yanaşmalara görə, strategiyalı oxu materialın dərk edilən, düşüncəli oxusudur. Psixoloqlar strategiyalı oxunu şagirdlərin anlamasında, düşünməsində, təfəkküründə mühüm rola malik, tətbiqə və təhlilə aparan əsas yol kimi qəbul edirlər. İndiki zamanda oxu strategiyası fəal təlim prinsiplərinə cavab verən təhsilə tam uyğundur. Belə oxu şagirdlərdə düşünməni sürətləndirir, müzakirəetmə, kontekstual biliklərə yiyələnmə, ümumiləşdirmə, yaradıcı tətbiqetmə kimi qabiliyyətlərini üzə çixarır. Bütün bunlar isə onların həyatda qarşılaşdığı problemləri həlletmə bacarıqlarını formalaşdırır.


Strategiyalı oxuda şagird özü oxu fəaliyyətinin təşkilini, nəzarət edilməsini həyata keçirir. Strategiyalı oxu materialın dərk edilməsində mühüm rol oynayır.
Oxucu oxunun məqsədini müəyyənləşdirib, fəaliyyətini idarə edə bilir. Belə olduqda şagirdlər gözlənilən nəticəni oxuya başlamamış təsəvvür etməyi bacarırlar.
Qeyd etmək lazımdır ki, təlimdə düşünmə 3 mərhələdə özünü göstərir: təlimə başlamazdan əvvəl, təlim prosesində və təlimdən sonra.
Oxuda strategiya düşünmənin hər 3 mərhələsini əhatə edir.
I mərhələ-düşünməyə yönəltmə mərhələsi təfəkkürü tədrisə hazırlayır.
II mərhələ-dərketmə mərhələsi-təlim prosesində düşüncəni səfərbər edir.
III mərhələ-düşünmə mərhələsidir, bu zaman biliklər inteqrasiya edilir, əlaqələndirilir və fikirlərə tətbiq edilir.
Düşünməyə yönəltmə mərhələsi təlimin ən əsas mərhələsidir. Öyrənilənlər təhlil edilir, təlimin daha səmərəli təşkili üçün planlaşdırma aparılır. Bu mərhələdəki hazırlığın keyfiyyəti şagirdin uğurlu fəaliyyətini meydana çıxarır.
Dərketmə mərhələsi təlim prosesində baş verir, oxunun təşkili zamanı reallaşır və şagirdlərin düşüncəsini və nəticələrin qiymətləndirməsini özündə birləşdirir və metokoqnitiv strategiyaları üzə çıxarır.
Düşünmə mərhələsi, yəni mətnin oxusundan sonra tətbiq edilən strategiyalar şagirdin düşünməsinin təşkilinə yönəldilir. Şagird bu mərhələdə öyrəndiklərini təhlil və müqayisə etməklə daha əhatəli düşünür, ümumiləşdirmələr aparır.
Strategiyalı oxuda yuxarıda qeyd olunan hər 3 mərhələ tətbiq edilir. Belə ki, oxudan əvvəl materiala aid strategiyalı oxunun hər üç mərhələsi haqqında məlumatlar verilir. Təlim zamanı isə şagird oxunun məqsədini müəyyənləşdirir, oxunacaq mətnlə bağlı proqnozlaşdırma aparır.
Oxunun fəal mərhələsi dərketmənin yüksəldilməsinə səbəb olur. Oxu materialı anlaşıqlı deyilsə, şagird oxumağı saxlayır, həmin parçanı təkrar (aramla, ucadan) oxuyur, vərəq üzərində və ya kitabın kənarında karandaşla qeyd aparır.
Oxu materialı ilə tanışlıq, suallara cavab oxunun maraqlı və canlı keçməsinə kömək edir. Strategiyalı oxu zamanı şagirdlərdə indicə öyrəndiklərini və ya artıq bildiklərini verdikləri proqnozlarla müqayisəli öyrənməsi maraqlı situasiya yaradır.
Con Dyui demişdir: “Biz gördüyümüz işlər haqqında düşünən zaman öyrənirik”. Strategiyalı oxucular oxuduqları mətni nə məqsədlə oxuduqlarını dərk edir, əldə olunan nəticələri əvvəlki biliklərlə əlaqələndirirlər [23, s.34].
Qeyd etmək lazımdır ki, strategiyalı oxu haqqında fikirlər müxtəlifdir. Bəzi metodistlər strategiyalı oxunu düşünərək oxu adlandırır, bəziləri strategiyalı oxunu şagirdə düşünməyi, dərk etməyi öyrədən oxu növü kimi qəbul edirlər. Strategiyalı oxunu Benjamin Blum taksonomiyasının mərhələləri kimi, təhsilin məqsədi kimi dəyərləndirənlər də vardır. Beləliklə, strategiyalı oxu üç mərhələdə təsnif edilmişdir:

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin