Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova



Yüklə 0,51 Mb.
səhifə4/70
tarix05.12.2023
ölçüsü0,51 Mb.
#173588
1   2   3   4   5   6   7   8   9   ...   70
C.Nabat Monoqrafiya

Yaradıcı tətbiqetmə. Verilmiş sözlədən istifadə edərək mətn qurun: hökmdar, sirlər xəzinəsi, var-dövlət, xasiyyət, qəddar.
Qiymətləndirmə və ya refleksiya.

M eyarlar
Qruplar

I

II

III

IV

Oxuduğu mətnin məzmununu mənimsədiyini nümayiş etdirir.

+


-

+

Oxuduğu mətnin məzmununu qismən mənimsədiyini nümayiş etdirir.

+



+

Oxuduğu mətnin məzmununu əsasən mənimsədiyini nümayiş etdirir.











Oxuduğu mətnin məzmununu mənimsədiyini nümayiş etdirməkdə çətinlik çəkir.











Əməkdaşlıq







Oxu təliminin əhəmiyyəti və başlıca xüsusiyyətləri

Oxu dərsləri müstəqil ölkəmizin inkişafının, daha da çiçəklənməsinin gələcək qurucularının tərbiyə olunmasını təmin edir. Oxu bacarıqları şagirdlərin konkret təsəvvür və anlayışlarını daha da genişləndirir, lüğət ehtiyatlarını artırır, sözlərin mənalarının dəqiq mənimsənilməsinə diqqət yeririlir, nitq situasiyalarında həmin sözlər fəallaşdırılır. Bu prosesdə şagirdlər arzu və istəklərini şifahi və yazılı formada ifadə edə bilir, bu da onların nitq mədəniyyətinin formalaşmasına imkan yaradır. Oxu şagirdlərdə düzgün, sürətli, şüurlu və ifadəli oxumağı, oxunmuş materialın məzmununu nağıletmə bacarığını yaradır. Oxu təliminin yüksək səviyyədə təşkili və həyata keçirilməsinə həm Azərbaycan dilinin öyrənilməsində, həm də başqa fənlərin tədrisində, şagirdlərin sinifdənxaric fəaliyyətində xüsusi əhəmiyyət verməlidir. Oxu zamanı əsas iş uşaqlarda dünyagörüşü yaratmaq, oxu sənətinə yiyələndirməkdir. Oxu prosesində şagirdin daxili aləmi, hissləri, emosional vəziyyəti oxunan mətnin ahənginə uyğun dəyişir, odur ki, oxu üçün tərbiyəvi xarakterli mətnlər seçilməlidir.
Oxu prosesində şagirdlərdə müsbət kompetensiyalar formalaşır: vətənə məhəbbət, mərdlik, igidlik, qoçaqlıq, fədakarlıq, ədalətlilik, xeyirxahlıq, düzlük, doğruçuluq, sədaqət və s. əxlaqi keyfiyyətlər tərbiyə olunur.
Oxu dərsində şagirdlərin dünyagörüşünün formalaşması baş verir, onların mütaliə bacarıqları güclənir, kitaba maraqları artır. Şagirdlər tədricən oxunun idraki əhəmiyyətini başa düşürlər. Oxunun düzgün təşkili uşaqlarda oxuya, mütaliəyə meyli gücləndirir.
Oxu təlimi prosesində müəllimlə şagirdlər arasında qarşılıqlı əməkdaşlıq baş verir. Məllimin oxuya nəzarəti, şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnməsi məqsədəuyğun şəkildə həyata keçirilir. Fəal təlim metodlarından istifadə isə oxuya yaradıcı xarakter verir.
Oxunun inkişaf etdirilməsi, oxu vərdişlərinin yaradılması işlərinin aparılması savad təliminin zəruri məsələlərindən biridir. Oxu bacarıqları o zaman daha səmərəli formalaşır ki, uşaqların yaş xüsusiyyətlərinə uyğun bədii əsərlərdən parçalar, xalq yaradıcılığı nümunələri üzrə iş aparılsın. Azərbaycan dili dərsliklərində verilən materiallar şagirdlərin mənəvi aləmini zənginləşdirir, təfəkkür proseslərini inkişaf etdirir, nitq bacarıqlarının yaranmasına səbəb olur, butun bunlar isə oxu vərdişlərinə yiyələnməkdə mühüm rol oynayır [5; 6; 7; 8].
Birinci sinifdə oxuya yiyələnmiş şagirdlər II-IV siniflərdə oxu vərdişlərini inkişaf etdirirlər. Davamlı tədrisdə oxu bacarıqları oxu vərdişinə çevrilir. Bədii materiallarda verilən hadisələr, surətlər, onların xarakterik xüsusiyyətləri şagirdlərin mənəvi aləminə nüfuz edir, onları daxilən zənginləşdirir, oxumağa maraqlarını çoxaldır. Sinifdən-sinfə keçdikcə şagirdlərin oxuya olan marağı və istəyi daha da güclənir, keyfiyyət etibarı ilə dəyişikliklər baş verir.
Kurikulumda oxu məzmun xəttində, şagirdlərin oxu üzrə bacarıq və vərdişlərinə yiyələnməsinə xidmət edən standartların reallaşması müəllimin bu işə ciddi və məqsədyönlü yanaşmasını tələb edir.
Oxunun sistemli və ardıcıl aparılması ilə bağlı M.A.Rıbnikovanın fikirləri maraq doğurur. O, oxu zamanı yaş xüsusiyyətlərini, təfəkkür proseslərini nəzərə almağı vacib hesab edirdi. Belə ki, oxu mətnlərinin hissə-hissə və bütöv oxunub dərk edilməsi, sonda ifadəli oxu vərdişlərinin yaradılması sistem şəklində həyata keçirilir.
İbtidai siniflərdə xeyli variantlı oxu növlərindən isrtifadə edilir: ucadan, səssiz, düzgün, rəvan, şüurlu, sərbəst, müstəqil, rollar üzrə oxu,  məqsəd və intonasiyaya görə fərqlənən cümlələr üzrə oxu, vurğunun növləri üzrə oxu, təsviri mətnlərin oxusu, ton, ritmli oxu, surətlər üzrə oxu və s. Həmçinin suallar üzrə oxu, şəkil əsasında oxu, müşahidə məqsədli oxu, nəzarətli oxu, qəhrəmanın həyat səciyyəsi üzrə oxu, xorla oxu, maraqlandığın hissə üzrə oxu, arzu və istəyə görə oxu, bədii təsvir və yaradıcılıq üzrə oxu, leksik oxu, orfoqrafik, fonetik, qrammatik oxu və s.[ 10, s. 259].
Oxuya xas olan xüsusiyyətlər. Psixoloqlar sübut edir ki, oxu mürəkkəb psixoloji prosesdir. Bu prosesin müvəffəqiyyəti isə bir sıra hallarda aşağıdakıların nəzərə alınmasını zəruri edir:

    • sözlərdəki səslərin fərqləndirilməsi;

    • səsin qavranılmasını öyrənmək, hərf birləşməsini görməklə ona uyğun olan səsin tələffüzünün dəyişilməsi;

    • sözdə yanaşı işlənən səslərin birlikdə səsləndirilməsi;

    • sözün mənasının dərk olunması.

Ümumiyyətlə, oxu texnologiyası sözün hətərəfli öyrənilməsinə (eşitmə, görmə, tələffüz, təhlil, məna və s.) xidmət edir.
Yenicə oxumağı öyrənənin oxu texnikası təcrübəli oxucunun oxusundan, texnikasından fərqli olur, ona görə ki, oxu vərdişləri mükəmməl olan hər kəsin görmə sahəsi daha genişdir. Təcrübəli oxucu oxu prosesində gözlərini sətir üzərində cəld gəzdidir və çox az fasilə edir, mətn asan və tanış olduqda fasilələr, demək olar ki, olmur. Belə ki, görmə sahəsində hərflərin sayı çoxalır. Sürətli oxuda keçid tez bir zamanda baş verdiyi üçün mətnin məzmunun anlaşılması çətinləşir.
Birinci siniflərdə, ilk oxu texnikasının mənimsənilməsi dövründə şagirdlər hərfləri hecalarda, hecaları sözlərdə birləşdirməkdə çox çətinlik çəkirlər, sözün mənasını dərk edə bilmirlər. Belə ki, şagirdlər bir sözü oxuyur, amma onun əvəzinə başqa söz tələffüz edir (tarla əvəzinə tala və s.) və ya oxuduğu sözü deməkdə tərəddüd edirlər, özgüvənləri yox səviyyəsində olur. Oxu texnikası və oxu bacarıqlarının formalaşdırılması eşitmə qavrayışının inkişafını zəruri edir. Ona görə ki, nitq səslərini fərqləndirə bilməkdə çətinlik çəkən şagird, görməsi qaydasında olsa belə sadə sözləri də oxuya bilmir.
Fonematik eşitmə, fonetik təhlil vərdişləri yaradılmasa, şagirdin oxusu lazımi səviyyədə olmur. O, nöqsanlı oxuyur, ya sözləri əzbərləyir, ya da müvafiq şəklə baxıb oxuyurmuş kimi danışır. Bu zaman müəllim diqqət yetirərsə, şagirdin bir sözü göstərib başqa söz dediyinin şahidi olacaqdır. Belə halda şagirdin müstəqil oxusundan danışmağa dəyməz. Odur ki, oxu zamanı fonematik eşitməyə, fonetik təhlilə böyük ehtiyac duyulur. Savad təliminə hazırlıq dövründə şagirdlərdə nitqdən bir cümlə ayıra bilmək, söyləmədə neçə cümlə olduğunu müəyyənləşdirmək, həmin cümlələrdən birinin söz tərkibini, sözlərin ardıcıllığını, sırasını demək, hətta sözlərin hecalarının sayını bilmək bacarığının formalaşdırılması zəruridir.
Oxu bacarıqlarına görə şagirdləri dörd qrupa ayırmaq olar:

1

Oxu mətni ilə tanış olan şagird

Oxu mətnini diqqətlə oxuyan şagird

2

Mətnin mənasını dərk edən şagird

Məlumatlı şagird

3

Yeri gəldikcə mətndən istifadə edən şagird

Strategiya ilə oxuyan şagird

4

Əsərdə örtülü fikirlərə tənqidi yanaşan şagird

Düşünən şagird



I qrupa xas xüsusiyyətlər:


-tanış sözləri tez oxuyur;
- mətnin mənasını dərk edir;
- mətni simvollaşdırır;
- kontekst daxilində sözlərin mənasını bilir;
- mətnin janrını müəyyənləşdirir;
- mətni quruluşuna görə fərqləndirir;
- mətnin məzmununu anlamaq, dərk etmək məqsədi ilə xəritə, cədvəl, illüstrasiya, şəkil və s. istifadə edir.
II qrupa xas xüsusiyyətlər:
- mətndəki yeni sözlərin mənasını öyrənir;
- oxunun məqsədini müəyyən edir;
- mətnin oxusunda fəndaxili inteqrasiyadan istifadə edir;
-mətnə dair suallar verir;
-mətnə aid sualları cavablandırır;
- proqnozların düzgünlüyünü yoxlayır;
- mətnin məzmununa uyğun nəticə çıxarır;
- oxu mətninə dair təsəvvürlərini genişləndirir;
- mətn üzərində düşünür.
III qrupa xas xüsusiyyətlər:
- yeni sözlər öyrənir;
- müəllifin üslubunu müəyyənləşdirir;
- üslublar haqqında məlumatlıdır;
- şərhlərini əsas ideya ilə inteqrasiya edir;
- nəticələri əsaslandıra bilir;
- mətndəki verilənləri müqayisə edir;
- mətni həyatla inteqrasiya edir;
- mətni müxtəlif yanaşmalarla daha da genişləndirir.
IV qrupa xas xüsusiyyətlər:
- söz və cümlələrdən səmərəli istifadə edir, yeni fikirlər söyləyir;
- düşündüklərini bildirir və əsaslandırır;
- mətndəki fikirlərə yaradıcı yanaşır;
- yeniliyə can atır, digər mənbələrə müraciət edir;
- nəticələrdən digər vəziyyətlərə uyğun yararlana bilir;
- problemlə bağlı yanaşmaları dəyişir, yoxlayır;
- gəldiyi qənatləri şərh edir;
- multikultural dəyərlərə malik olduğunu büruzə verir;
- mətni fikiləşdiyi situasiyalarla və həyatla inteqrasiya edir.
Beləliklə, deyə bilərik ki, oxuya və oxucuya (şagirdə) xas olan xüsusiyyətlər müxtəlifdir. Oxu prosesində şagirdlərin fəaliyyətinin H.Qardnerin 8 dərketmə nəzəriyyəsinin prinsiplərinə uyğun təşkili uğurlu nəticələrin əldə olunmasına gətirib çıxarır. Hər bir şagirdin fərdi qabiliyyətlərinin öyrənilməsi və oxu təliminin bu istiqamətdə təşkili texnologiyası müəllimin zəhmətinin, pedaqoji ustalığının göstəricisi kimi meydana çıxır.



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin