Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova


Standart: 2.2.4; 3.1.1; 4.1.1. Mövzu



Yüklə 0,51 Mb.
səhifə3/70
tarix05.12.2023
ölçüsü0,51 Mb.
#173588
1   2   3   4   5   6   7   8   9   ...   70
C.Nabat Monoqrafiya

Standart: 2.2.4; 3.1.1; 4.1.1.
Mövzu:Nizami Gəncəvi
Təlim nəticələri:
1. Mətndəki əsas fikrə münasibətini bildirir.
2. Söz və ifadələri seçir və qruplaşdırır.
3.Oxuduğu mətnin məzmununu mənimsədiyini nümayiş etdirir.
İnteqrasiya: xarici dil, Azərbaycan dili
İş forması:kollektiv, kiçik qruplarla iş
İş üsulu: əqli hücum, anlayışın çıxarılması, diskussiya
Resurslar: şəkillər, vatman, iş vərəqləri, marker, qələm, qayçı, yapışqan, pozan
Dərsin gedişi
Motivasiya, problemin qoyuluşu. Motivasiya anlayışın çıxarılması üsulu ilə aparılır və fərziyyələr dinlənilir.

“İsgəndərnamə”



“Leyli və Məcnun”



“Xosrov və Şirin”



?



“Sirlər xəzinəsi”

“Yeddi gözəl”


Tədqiqat sualı: Nizamı Gəncəvi haqqında nə bilirsiniz?
Tədqiqatın aparılması: Əvvəlcə növbə ilə mətnin ifadəli oxusu təşkil edilir. Lüğət işi aparılır. Sonra sinif qruplara bölünür və iş vərəqi təqdim edilir.
Qrup I
Nizami Gəncəvinin hansı əsərləri bizə gəlib çatmışdır?
Qrup II
N.Gəncəvi hansı əsərlərində dövrün, zəmanənin problemlərini canlandırmışdır.
Qrup III
Şairin əsərlərində baş verən hadisələr günümüzdəki hansı hadisələrlə səsləşir?
Qrup IV
Nizami Gəncəviyə məktub yazsaydınız şairin hansı məsələlərə toxunmasını xahiş edərdiniz?
Məlumat mübadiləsi: Qrupun üzvləri görülən işləri təqdim edirlər.
Məlumatın müzakirəsi: Qruplar bir-birinin işinə münasibət bildirirlər.
Nəticələrin çıxarılması.
Şagirdlərə suallar verilir:
-Nizami Gəncəvi dövrün, zəmanənin problemlərini hansı əsərlərində işıqlandırmışdır?
-Onun sujet xətti olmayan əsəri hansıdır?
-O, hansı əsələrində hökmdar obrazı canlandırmışdır?
Deməli, Nizami Gəncəvi qədim Gəncə şəhərində anadan olmuşdur. Onun sujet xətti olmayan əsəri “Sirlər xəzinəsi”dir. Şair həmçinin digər əsərlərində də hökmdar obrazları canlandırmışdır. O, şahların ədalətli olmasını, xalqla yaxşı dolanmasını obrazların dili ilə verməyə çalışmışdır.

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin