AZƏrbaycan respublikasinin döVLƏt neft şİRKƏTİ “AZƏRİqaz” İstehsalat biRLİYİ


 Əməyin  mühafizəsi  qaydalarının  tələblərinə  uyğun  olmayan



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə15/22
tarix29.01.2020
ölçüsü2,62 Mb.
#30342
1   ...   11   12   13   14   15   16   17   18   ...   22
kitab 1000 sual - 1000docx 01 02.2018 sayt ucun1


35. Əməyin  mühafizəsi  qaydalarının  tələblərinə  uyğun  olmayan 
fəaliyyət qadağan edilə bilərmi?  
Əməyin təhlükəsizliyi normalarının və qaydalarının tələblərinə və Əmək 
Məcəlləsi  ilə  müəyyən  edilmiş  əməyin  mühafizəsi  prinsiplərinə  uyğun 
olmayan  istər  işəgötürənin,  istərsə  də  başqa  vəzifəli  şəxslərin,  habelə 
müəssisələrin və onların struktur bölmələrinin, avadanlıq və qurğuların işi 
işçilərin sağlamlığı və ya həyatı üçün təhlükə törədərsə, müəyyən edilmiş 
qaydada  səlahiyyətli  nəzarət  orqanları  və  ya  onların  vəzifəli  şəxsləri 
tərəfindən 
aşkar 
edilmiş 
pozuntular 
aradan 
qaldırılanadək 
dayandırılmalıdır. 
36. Əmək müqaviləsi bağlanarkən işçiyə əməyin mühafizəsi hüququna 
təminatlar verilməlidir?  
  Əmək  müqaviləsinin  bağlanması  şərtləri  Əmək  Məcəlləsi  ilə 
müəyyən edilmiş əməyin mühafizəsi normalarının tələblərinə uyğun 
olmalıdır. 
  Əmək müqaviləsində hökmən işəgötürən tərəfindən işçinin sağlam 
və  təhlükəsiz  əmək  şəraitinə  təminat  verilməsi  barədə  öhdəliyi 
göstərilməlidir. 
  İşçi  peşə  xəstəliyinə  tutulmağa  yüksək  təhlükə  mənbəyi  olan  işə 
qəbul  edilərkən  belə  xəstəliyə  tutulmağın  ehtimal  olunan  müddəti 
barədə işəgötürən onu hökmən xəbərdar etməlidir. Bu halda yalnız 
həmin müddətlə məhdudlaşan müddətli əmək müqaviləsi bağlanmalı 
və  onun  müddəti  bitdikdən  sonra  işçiyə  əvvəlki  orta  əmək  haqqı 
saxlanılmaq şərtiilə başqa iş verilməlidir. 
  İşçilərin peşə xəstəliyinə tutulması ehtimalı olan istehsalatlar və iş 
yerləri Əmək Məcəlləsinin 211-ci maddəsində göstərilmiş siyahıda 
nəzərdə tutulmalıdır 
 
 
 
 

 
 
II FƏSİL 
TİBBİ XİDMƏT VƏ SAĞLAMLIQ HAQQINDA 
   
1. Fəhlə  və  qulluqçulara  tibbi  xidmətin  və  bununla  əlaqədar 
tədbirlərin icrasına ictimai nəzarət necə həyata keçirilir? 
Fəhlə və qulluqçularla tibbi xidmətin vəziyyətinə, xəstəliklərin qarşısının 
alınması və azaldılması üzrə tədbirlərin görülməsinə, həmçinin müalicə-
profilaktika  və  sanatoriya-gigiyena  idarələrinin  işinə  ictimai  nəzarəti 
Həmkarlar İttifaqı Komitəsi, onun komissiyaları və həkim nümayəndələri 
edirlər.  
2. Hansı  işçilər  tibbi  müayinədən  keçməlidir,  ilkin  və  dövri  tibbi 
müayinələr hansı sənədlər əsasında tənzimlənir?  
Ağır,  zərərli  və  təhlükəli  istehsalatlarda  işçilərlə  əmək  müqaviləsi 
bağlanılarkən onların hökmən ilkin tibbi müayinədən, sonralar isə vaxtaşırı 
icbari  tibbi  müayinələrdən  keçməsi  işəgötürənin  hesabına  təmin 
edilməlidir.  İşçilər  icbari  tibbi  müayinələrdən  keçməkdən  boyun 
qaçırdıqda  və  ya  keçirilmiş  müayinələrin  nəticələrinə  əsasən  həkim 
komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə, işəgötürən AR 
əmək məcəllənin 62-ci maddəsində nəzərdə tutulmuş qaydada onları işdən 
kənar edə, habelə müvafiq intizam məsuliyyətinə cəlb edə bilər. İlkin və 
dövri  tibbi  müayinələrin  keçirilməsi  mütləq  olan  peşə  və  vəzifələrin 
siyahısı isə “İcbari tibbi müayinələrin keçirilməsi Qaydası”nın və “İşçinin 
peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin Siyahısı”na 
dair Təlimatın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Səhiyyə 
Nazirliyinin  Kollegiyasının  15  may  2014-cü  il  tarixli  24/2  nömrəli 
Qərarına  əsasında  müəyyən  edilir.    Dövri  tibbi  müayinə  ilkin  tibbi 
müayinədən keçmiş, zərərli maddələr və əlverişsiz istehsalat amilləri ilə 
təmasda olan işçilər, eləcə də ictimai iaşə, qida sənayesi, məişət xidməti 
işçiləri arasında aparılır. 
3. Dövri tibbi müayinələrin keçirilməsində məqsəd nədir? 
Dövri tibbi müayinələr zərərli iş şəraitində işləyənlərin səhhətinin dinamik 
müşahidə  altında  saxlanılmasını,  peşə  xəstəliklərinin  ilk  əlamətlərinin 
vaxtında müəyyənləşdirilməsi, profilaktikasını və zərərli əmək şəraitində 
işin davam etdirilməsinin qadagan olunmasını təmin edir.  

 
 
4. İlk tibbi yardım nədir? 
Hər hansı bir qəza və ya həyati təhlükə yaradan bir vəziyyətdə həkimlərin 
köməyi təmin edilənə qədər həyatın xilas olunması və ya vəziyyətin daha 
da  pisləşməsinin  qarşısını  almaq  məqsədilə  hadisə  yerində  tibbi  vəsait 
axtarmadan,mövcud vasitə və vəsaitlərlə edilən dərmansız tətbiqlərdir. 
5. İlk tibbi yardımın mahiyyəti nədən ibarətdir?
 
Hər hansı zədə (əzilmə, sınıq, yanıq və s.) almış və ya qəfildən xəstələnmiş 
şəxsin  həyatını  xilas  etmək  və  sağlamlığını  bərpa  etmək  üçün  ona 
göstərilmiş  ilk  həkiməqədər  yardımın  böyük  əhəmiyyəti  vardır.  Hadisə 
yerində  (  işdə,  küçədə,  evdə  və  s.)  bir  sıra  sadə  tədbirləri  yubanmadan 
həyata  keçirməklə  ağır  fəsadların  və  xoşagəlməz  nəticələrin  qarşısını 
almaq  mümkündür.  İlk  tibbi  yardım  zədələnmə  yerində  təcili  (15dəq) 
göstərilməlidir. 
6. İlk tibbi yardımın məqsədi nədən ibarətdir? 
 Həyati təhlükəni ortadan qaldırmaq 
 Həyati funksiyaların davam etdirilməsini təmin etmək 
 Xəstə və ya yaralının vəziyyətinin pisləşməsini önləmək 
 Yaxşılaşmanı asanlaşdırmaq 
7. İlk tibbi yardım çantasında nələr olmalıdır? 
Yardım çantasında olmalıdır : 
 üçkünc sarğı bezlərı 
 rulonlu sarğı bezlərı 
 sterıl qazlı bezlər 
 pambıq 
 yara bandları 
 boyunluq 
 turna jqutu 
 antıseptık məhlullar 
 ağrı kəsıcı preparat 
 sancaq 
 qayçı 
 fənər 
 

 
 
8. İlk tibbi yardımın göstərilməsində əsas tədbirlər nədən ibarətdir? 
Zərərçəkmişə  xarici  zədələyici  amillərin  (elektrik  cərəyanı,  aşağı  və  ya 
yuxarı  hərarət,  ağır  təzyiq  altında  sıxılma  və  s.)  təsirinin  dərhal  aradan 
qaldırılması və onun əlverişsiz şəraitdən uzaqlaşdırılması (sudan, yanan və 
ya qaz dolmuş yerdən çıxarılması). 
 Alınmış  travmanın  növündən  və  xarakterindən  asılı  olaraq  dərhal 
tibbi  yardımın  göstərilməsi  (qanaxmanın  dayandırılması,  süni 
tənəffüs verilməsi, ürəyin qapalı masajı, yaralara sarğı qoyulması və 
s.). 
 Ən  qısa  müddətdə  zərərçəkmişin  yaxındakı  müalicə  müəssisəsinə 
çatdırılması. Bu zaman çox ehtiyatla davranmaq, yaxud hadisə yerinə 
təcili tibbi yardım çağırmaq lazımdır. 
9. Qaz təsərrüfatına xarekterik olan istehsalat zədələri hansılardır 
   
Təbii qazın istehlakı və ya qazlı mühitdə aparılan işlərlə əlaqədar baş verən 
bədbəxt hadisələr nəticəsində insan orqanizmi əsasən aşağıda qeyd edilən  
xarekterli təsirə məruz  qalır:  
 Zəhərlənmə  
 Termiki  və kimyəvi yanıqlar. 
 Elektrik cərəyanından zədələnmə 
 Sümüyün sınması və ya yerdəyişməsi 
10. Dəm qazı ilə zəhərlənmə zamanı ilk yardım necə göstərilməlidir? 
 Zərərçəkmiş  şəxsi  dərhal  təmiz  havaya  (ilin  isti  vaxtlarında  evdən 
bayıra,  soyuq  vaxtlarda  isə  havası  dəyişdirilən  başqa  otağa) 
çıxartmaq; 
 Zərərçəkmiş şəxsi arxasıüstə rahat uzandırıb dar və sıxıcı paltarlarını 
soyundurmaq; 
 Ətraflarını və bədənini ovuşdurmaq; 
 Başına və sinəsinə soyuq kompress qoymaq
 Əgər huşu özündədirsə, ona isti çay içirtmək; 
 Əgər huşsuzdursa, naşatır spirtində isladılmış pambığı onun burnuna 
yaxınlaşdırıb iylətmək; 
 Tənəffüsü dayanıbsa, dərhal süni tənəffüs verməyə başlamaqla "təcili 
yardım" çağırmaq. 

 
 
Bunlar  hadisə  yerində  hər  bir  adamın  göstərə  biləcəyi  ilk  yardımdır. 
Bunlardan başqa, ixtisaslı həkim yardımına da (hiperbarik oksigenasiya, 
dərman müalicəsi və s.) ehtiyac var. 
Dəm qazı ilə zəhərlənmələrin ağırlıq dərəcəsindən asılı olmayaraq bütün 
hallarda  müalicə  üçün  zərərçəkənin  xəstəxanaya  aparılması  təmin 
olunmalıdır. 
 
11. Süni nəfəs vermə üsulları necə tətbiq edilir? 
Daha  effektli  və  əksər  hallarda  münasib  sayılan  süni  nəfəs  vermə  üsulu 
“ağızdan-ağıza” və “ağızdan-buruna” hava verilməsidir. Orqanizm nəfəs 
almadıqda  ona  süni  nəfəs  verilir.  Bu  zaman  zərərçəkənin  ağzını  açıb, 
ağzında selik maddəsi olduqda  təmiz dəsmalla və ya tənziflə qurudulmalı 
və  diş protezi varsa çıxarılmalıdır. Zərərçəkən arxası üstə uzadılmalı, onu 
sıxan paltarlardan azad olunmalı və dilin qırtlaq yolunu bağlamaması üçün 
başı arxaya əyilməlidir. Zərərçəkənin burun deşiklərini tıxayıb, dərindən 
nəfəs alaraq öz ağzınızı tənzif üstündən onun ağzına sıxın və sinəsi qalxana 
qədər güclü nəfəs verin. Özünüzün bütün ehtiyat nəfəsinizi verəndən sonra 
dərindən nəfəs alın. Lazım gəldikdə bu hal bir neçə dəfə təkrar oluna bilər. 
Bu  zaman  zərərçəkəndə  zəif  nəfəsvermə  başlayır.  Zərərçənin  alt  çənəsi 
yaralandıqda  və  yaxud    çənələri  kip  bağlandıqda  “ağızdan-ağıza”  süni 
nəfəsvermə  üsulundan  istifadə  oluna  bilməz.  Bu  halda  nəfəsvermə  eyni 
qaydalara  riayət  olunmaqla  “ağızdan-buruna”  üsulu  ilə  həyata  keçirilir. 
Əgər  zərərçəkənin  təkcə  nəfəsi  deyil,  həm  də  yuxu  arteriyasının  nəbzi 
dayanmışsa, bu zaman yalnız süni nəfəs verməklə  kifayətlənmək olmaz. 
Belə  ki,  oksigenin  miqdarının  az  olması  onun  digər  orqanlara  və 
toxumalara ötürülməsinə imkan vermir. Belə hallarda qan dövranının süni 
yolla bərpa edilməsi üçün ürəyin zahiri masaj edilməsi vacibdir.  
12. Termiki  və  kimyavi  yanıqlar  zamanı  ilk  tibbi  yardım  necə 
göstərilir? 
Termiki yanıqlar 4 qrupa bölünür:  
 I dərəcəli (yüngül) termiki yanıqlar  dərinin  qızarması və  ağrılarla 
səciyyələnir. 
 II dərəcəli (orta ağır) yanıqlar zamanı yanan yerdə içərisi maye ilə 
dolu qabarcıqlar əmələ gəlir.  
 III dərəcəli (ağır) yanıqlar zamanı bütün dəri qatı keyləşir. 

 
 
 IV  dərəcəli (ən ağır)yanıqlar zamanı yalnız dəri deyil ,daha  dərin 
toxumalar(əzələlər, vətərlər, sümüklər) zədələnir. 
I dərəcəli yanıqlar zamanı yanan yerdə yanmaya qarşı maz və ya vazelin 
sürtmək və tibb məntəqəsinə  müraciət etmək lazımdır.  
II,  III  və  IV  dərəcəli  yanıqlar  zamanı  yanan  yerə  sterlizə  edilmiş  sarğı 
qoymaq və zərərçəkəni tibb məntəqəsinə çatdırmaq lazımdır. 
Turşular, qələvilər və digər aşındırıcı kimyəvi maddələrlə yanma zamanı 
həmin  maddənin  bədənə  düşən  hissəsi  güclü  su  axını  yuyulmalı  və 
zərərçəkən tibb məntəqəsinə çatdırılmalıdır.  
13.  Elektrik cərəyanından  zədələnmə  zamanı ilk  tibbi  yardım  necə 
göstərilir? 
 Elektrik  cərayanının  insan  orqanizminə  təsiri  nəticəsində  termiki 
yanıq hüşun itirilməsi, nəfəsin kəsilməsi, ani ölüm və ya ölüm halları 
baş verə bilər. Elektrik cərəyanından zədələnmə həm aşağı, həm də 
yuxarı gərginliklərdə baş verə bilər. İnsan orqanizmindən keçən 0,05 
A gücündə cərəyan qorxulu, 0,1 A isə öldürücü təsirə malikdir. 
 Elektrik cərayanının insana təsirinin nəticəsi həmin şəxsin gərginlik 
altında qalması müddətindən və ona göstərilən ilkin tibbi yardımdan 
asılıdır.Bu tədbirlər nə qədər tez və düzgün aparılarsa, bir o qədər də 
effektli olar. 
 Elektrik  cərayanı  ilə  zədələnmə  zamanı  ilkin  olaraq  zərərçəkən 
elektrik cərayanı təsirindən  azad edildilməlidir. 
 Zədələnmə  termiki  yanıqlarla  müşahidə  olunarsa  I  dərəcəli  yanıq 
zamanı yanan yerə yanmaya qarşı maz və ya vazalin sürtmək, II,III 
və  IV  dərəcəli  yanıqlar  zamanı  yanan  yerə  sterlizə  edilmiş  sarğı 
qoymaq  lazımdır.  Zədələnmə  nəfəsin  kəsilməsi  ilə  müşahidə 
olunmuşsa  təcili  tibbi  yardım  gələnə  qədər  zərərçəkənə  süni  nəfəs 
verilməlidir. 
 Elektrik  cərayanı  ilə  zədələnmə  zamanı  zərərçəkəni  torpağa 
basdırmaq olmaz. Bu zaman döş qəfəsi sıxılır, nəfəs alma ağırlaşır və 
orqanizm soyuyur. 
14.  Qanaxmalar zamanı ilk tibbi yardım necə göstərilməlidir? 
İstənilən güclü qanaxma zamanı əsas təhlükə ondan ibarətdir ki, orqanizm 
daxilində qan kütləsinin kəskin şəkildə azalması nəticəsində ürək fəaliyyəti 

 
 
pisləşir.  Bu  zaman  bütün  həyati  vacib  orqanlar  da  oksigen 
çatışmazlığından zərər çəkməyə başlayırlar. Bu halda huşun itirilməsi baş 
verə  bilər.  Güclü  qanaxma  zamanı  ilk  növbədə  yaradan  hansı  qanın 
axdığını müəyyən etmək lazımdır. 
Qanaxmalar  3  cür  olur:  Kapilyar  qanaxmalar,  Venoz  qanaxmalar, 
Arterial qanaxmalar. Ən təhlükəli qanaxma arterial qanaxmadır. Bu zaman 
fəvvarə şəklində al qırmızı qan sürətlə damardan xaric olur və zərərçəkmiş 
bir neçə dəqiqə ərzində çoxlu qan itirə bilər. Dərhal qanaxmanı saxlamaq 
üçün tədbirlər görülməlidir. Turna və ya əl altında olan hər hansı vasitədən 
(ip,  rezin,  parça,  bel  kəməri  və  s.)  istifadə  etməklə  zədə  nahiyəsindən 
yuxarıda iri magistral damarları turna ilə sıxmaqla qanaxmanı saxlamaq 
lazımdır.  Əl  altında  heç  nə  olmadıqda  iri  magistral  damarı  barmaqla 
sümüyə  doğru  sıxmaq  lazımdır.  Turnanın  qoyulduğu  vaxt  qeyd 
edilməlidir.  Çünki  1-2  saatdan  sonra  2-3  dəqiqəliyə  sarğını  boşaltmaq 
lazımdır ki, ətrafın qidalanması pozulmasın. Əks halda qanqrena baş verə 
bilər. Venoz qanaxma zamanı tünd albalı rəngdə qan fasiləsiz yavaş axınla 
xaric olur. Bu zaman sıxıcı sarğı qoymaqla qanaxmanı dayandırmaq olar. 
Kapilyar  qanaxma  zamanı  adi  sarğı  qoyduqda  qanaxma  dayanır.  Bütün 
hallarda  sarğının  üstündən  buz  qovuğu  qoymaq  ağrını  azaltmağa  və 
qanaxmanı dayandırmağa kömək edir. Burun qanaxması  zamanı burnun 
içərisinə  hidrogen  peroksid  məhlulu  ilə  isladılmış  pambıq  və  ya  bint 
yerləşdirmək,  burun  pərlərini  bir-birinə  sıxmaq,  burnun  üzərinə  buz 
qoymaq lazımdır. Ağ ciyərlərdən qanaxma olarsa (bu zaman köpüklü al 
qırmızı  qan  gəlir)  zərərçəkənə  yarımoturaq  vəziyyət  vermək,  döş  qəfəsi 
üzərinə buz döşəmək, öskürəyi azaldan dərmanlar vermək lazımdır. Qanlı 
qusma olarsa (bu zaman qusuntu qəhvə çöküntüsünə oxşayır) xəstəyə tam 
sakitlik  verilməli,  qarnının  üstünə  buz  qoyulmalı,  yeməyə  və  maye 
qəbuluna icazə verilməməlidir. 
15. Bintləmə zamanı hansı qaydalara əməl olunmalıdır? 
Bintləmə zamanı aşağıdakı qaydalara riayət  olunmalıdır: 
 xəstəyə  mümkün  qədər  rahat  vəziyyət  vermək  lazımdır  ki,  ağrıları 
artmasın; 

 
 
 yaranın  bintlə  sarınması  bintin  başını  bədənin  bintlə  sarınan 
hissəsinin ətrafına fırlamaqla iki əllə aparılır. Bu zaman bintin başını 
soldan sağa olmaqla açırlar; 
 bintin hər növbəti qatı özündən əvvəlki qatın eninin yarısını və ya 2/3 
hissəsini örtməlidir; 
 bintləmə zamanı bədənin bintlə sarınan hissəsi, xüsusən də ətraflar 
sarğı  qoyulandan  sonra  olacaqları  vəziyyətdə  olmalıdır.  Məsələn, 
sarğıdan  sonra  xəstə  gəzərsə,  diz  oynağına  dizin  bükülmüş 
vəziyyətində sarğı qoyulması yararsızdır; 
 bintin uclarını bədənin sağlam hissəsi üzərində bağlamaq lazımdır. 
16. Dağıntılar  zamanı  yaranan  zədələrə  qarşı  ilk  tibbi  yardım  necə 
aparılmalıdır? 
Dağıntılar zamanı meydana çıxan travmalardan biri uzunmüddətli sıxılma 
sindromu-Kraş sindromudur. Kraş sindromu uzun müddət böyük mexaniki 
qüvvənin  təzyiqi  altında  bədənin  yumşaq  toxumalarının  zədələnməsi 
nəticəsində  inkişaf  edir.  Sindromun  meydana  çıxmasına  səbəb  muxtəlif 
travmalar ola bilər. Daha çox zəlzələlər, muasir silahların istifadəsi zamanı 
baş  verən  dağıntılarda,  inşaat  meydanlarında,  şaxtalar,  karyerlərdə  baş 
verən uçqunlar zamanı rast gəlinir. Ağır mexaniki qüvvə tərəfindən sıxılan 
yumşaq  toxumada  əzilmə,  dağılma  baş  verir.  Meydana  çıxan  ağrı 
zərərçəkmişin  sinir,  ürək-damar,  tənəffüs  sistemində  ciddi  pozuntular 
yaradır. Eyni zamanda əzilmə nəticəsində qansızmalar olur. Kraş sindromu 
zamanı ilk yardım kompleks şəkildə aparılır: 
 Qısa  müddət  ərzində  zədələnmiş  şəxsin  dağıntı  altından  azad 
edilməsi; 
 Elastik kompressiya, zədələnmiş nahiyyənin soyudulması, ətrafların 
immobilizasiyası; 
 Travmatik şok əleyhinə tədbirlər
 Xəstənin yaxınlıqdakı xəstəxananın cərrahi şöbəsinə aparılması. 
17. Oynaq çıxıqları zamanı ilk tibbi yardım necə göstərilməlidir? 
Oynaq  çıxıqları  zamanı  oynaqda  olan  sümüklərdən  birinin  oynaq 
kapsulasını  yırtaraq  oynaq  boşluğu  daxilindən  xaricə  çıxması  hallarında 
baş  verir.  Oynaq  çıxıqlarının  ümumi  əlamətlərinə  oynağın  normal 
formasının dəyişməsi, çıxan sümüyün digər yeni sahədə yerləşməsi, ətrafın 
ölçüsünün qısalması və ya uzanması, oynaq nahiyəsində olan kəskin ağrı 
kimi əlamətlər daxildir. Əgər travmaya məruz qalan uşaqdırsa, aşağıdakı 
əlamətlər oynaq çıxığından şübhələnməyə əsas verə birər: uşaq zədələnən 

 
 
ətrafını hərəkət etdirə bilmir və ya onu çətinliklə hərəkət etdirir, o narahat 
olur, ağlayır, böyüklərə travma aldığı qola və ya ayağa toxunmağa imkan 
vermir, toxunduqda isə daha bərkdən ağlamağa başlayır. Heç bir halda nə 
böyük şəxsdə, nə də uşaqda oynaq çıxığını sərbəst şəkildə yerinə salmağa, 
və  ya  bu  məqsədlə  xalq  təbiblərinə  müraciət  etməyə  cəhd  etməyin. 
Travmadan  sonra  ilk  1-2  saat  ərzində  zərərçəkəni  mütləq  xəstəxanaya 
çatdırmaq lazımdır ki, cərrah çıxmış ətrafı yerinə salsın. Yuxarı ətrafın hər 
hansı  oynağı  yerindən  çıxdıqda,  zədələnmiş  ətrafı  boyuna  bağlanmış 
ləçəkdən  sallamaq,  zədələnmiş  oynağın  ətrafına  parçaya  bükülmüş  buz 
qoymaq, daha sonra isə xəstəni təcili şəkildə travmatoloji məntəqəyə və ya 
xəstəxanaya çatdırmaq lazımdır. Aşağı ətrafdakı oynaq çıxığı zamanı zədə 
alan  şəxsi  uzatmaq,  xəstə  ayağa  tam  rahatlıq  vermək  üçün  onun  altına 
yastıq və ya mütəkkə forması verilən dəsmal qoymaq lazımdır. Zədələnmiş 
oynağın ətrafına parçaya bükülmüş buz qoyun 
18. İlan sancmaları zamanı ilk tibbi yardım necə aparılır? 
İlan sancmaları üçün xarakterik əlamət 1-2 qanayan nöqtədən ibarət olan 
yara və güclü ağrının olmasıdır. Sancma yerində dəri qızarır, şişkinləşir, 
göyərmələr  yaranır.  Zərərçəkəndə  ürəkbulanma,  qusma,  soyuq  tər, 
nəfəsalmanın çətinləşməsi, yuxululuq qeyd olunur. Dərhal “təcili yardım” 
çağırın! 
“Təcili yardım” gələnə qədər:  
 Zərərçəkəni təcili halda, ayaqları bir qədər yuxarı olmaqla uzadın və 
tam  sakitlik  təmin  edin.  Zərərçəkən  heç  bir  halda  hərəkət 
etməməlidir. “Təcili yardım” maşınına qədər onu xərəkdə aparmaq 
lazımdır! 
 İmkan  olduqda  sancmadan  sonrakı  ilk  10  dəqiqə  ərzində  yaradan 
zəhəri  sıxıb  çıxarmağa  çalışmaq  lazımdır.  Bunun  üçün  yara 
sahəsində dərini elə sıxın ki, oradan bir neçə damcı maye çıxsın. 
19. İşəgötürən  işçini  hansə  hallarda    daha  yüngül    işə  keçirməyə 
borcludur? 
Səhhətinə görə daha yüngül işdə işləməyə ehtiyacı olan işçiləri işəgötürən 
onların  razılığı  ilə  tibbi  rəyə  uyğun  olaraq  daha  yüngül  müvafiq  işə 
müvəqqəti və ya daimi keçirməyə borcludur. Bu halda işçilər aşağı maaşlı 
işə keçirilərsə işçilərin yüngül işə keçirildiyi gündən etibarən bir ay ərzində 
əvvəlki  işi  (vəzifəsi)  üzrə  orta  əmək  haqqı  saxlanılır.  Vərəm  və  digər 
xroniki  ağır  xəstəliyə  tutulmuş  və  bu  səbəbdən  başqa  az  maaşlı  işə 
müvəqqəti keçirilmiş işçilərə keçirildikləri bütün vaxt ərzində, lakin dörd 
aydan çox olmayaraq əvvəlki iş yerində aldığı əmək haqqı saxlanılır. 

 
 
20. İş  yerlərində  istehsalat  mühitinə  təsir  edən  əsas  amillər 
hansılardır?  
 Fiziki  amillər  –  Havanın  tozluluğu,  temperatur,  səs-küy,  infra  və 
ultrasəs, titrəyişlər və.s 
 Kimyəvi amillər- Ümumi toksiki, qıcıqlandırıcı və s. 
 Bioloji  amillər-  Mikro-makro  orqanizmlər-  viruslar,  göbələklər, 
bakteriyalar, bitkilər və heyvan aləmi. 
 Psixoloji amillər  – zehni psixologiya yorğunluğu, zehni gərginliyə 
gətirən amillər aiddir. 
21. Əlilərlə bağlı  dövlət siyasəti  hansı qanunla tənzimlənir ?  
Ölkə ərazisində əlillərlə bağlı dövlət siyasəti “Əlilliyin qarşısının alınması, 
əlillərin  reabilitasiyası  və  sosial  müdafiəsi  haqqında”  Azərbaycan 
Respublikası Qanunu ilə tənzimlənir. 
22. Əlillərin hansı sahələrdə işləməsinə yol verilmir ? 
Əlillərin işləməsinə “Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası 
və  sosial  müdafiəsi  haqqında  “Azərbaycan  Respublikası  Qanunun  25-ci 
maddəsinə müvafiq olaraq  Əmək və Əhalinin Sosial-Müdafiəsi Nazirliyi 
Kollegiyasının  23.07.1997-ci il tarixli 26-6 №-li  qərarı ilə təsdiq edilmiş 
“Əlillərin  əməyindən  istifadə  üçün  ixtisaslaşdırılmış  iş  yerlərinin 
standatları haqqında nümunəvi Əsasnamə”yə 1№-li  əlavədə yəni “əlillərin 
işləməsinin qadağan olunan istehsalat sahələrinin siyahısı”nda göstərilən  
sahələrdə əlillərin işləməsinə yol verilmir.  
23. Hava şəraitindən asılı olaraq  hansı hallarda işə fasilələr verilir və 
ya iş dayandırılır ? 
Əmək  məcəlləsinin  233-cü  maddəsinə    Azərbaycan  Respublikasının  
Əmək məcəlləsinə dəyişiklər edilməsi haqqında Azərbaycan Respublikası 
qanuna əsasən (24.02.2009-cu il) havanın temperaturu 41 dərəcə selsidən 
çox  isti  və  açıq  şəraitli  iş  yerlərində  və  ya  ilin  soyuq  vaxtlarında 
temperaturun  müsbət  14  dərəcə  selsidən  aşağı  olan  örtülü,  lakin 
isidilməyən binalarda işləyərkən onlara bu maddə ilə ilə müəyyən edilmiş 
qaydada fasilələr verilir və iş dayandırılır. 
 
 

 
 
24. İş  yerlərində  sanitariya-texniki  vəziyyətinin  pasportlaşmasının 
tərtibi hansı məqsəd daşıyır ? 
Əmək şəraitinin daha da yaxşılaşdırılması üzrə  əsas təşkilati tədbirlərdən 
biri  –  iş  yerlərinin,  sexlərin,  obyektlərin  sanitariya-texniki  vəziyyətinin 
pasportlaşmasıdır.  Əsas  məqsəd  iş  yerində  əmək  şəraitinin  faktiki 
vəziyyətinin  qüvvədə 
olan  norma  və 
qaydalara  uyğuluğunun 
yoxlanılmasıdır.  Pasportlaşması  vacib  olan  sahələrin  siyahısı  Əməyin 
mühafizəsi və təhlükəsizlik texnikası xidməti ilə struktur bölmə rəhbərləri 
ilə  birlikdə  müəyyən  edirlər  və  bu  Həmkarlar  İttifaqı  komitəsi  ilə 
razılaşdıqdan  sonra  baş  mühəndis  tərəfindən  təsdiq  edilir.  Obyektlərin 
sanitar  texniki  vəziyyətinin  pasportlaşdırılması  5  ildən  bir  aparılır  və 
həmin  obyektlərin  rəhbərləri  tərəfindən  aparılır.  Pasportlar  bir  nüsxədə 
tərtib  edilir  və  obyekt  rəhbərində  saxlanılır.Onlar  pasportda  qeyd  edilən 
məlumatların  düzgünlüyünə  və  onun  saxlanılmasına  cavabdehdir.  Qeyd 
etmək  lazımdır  ki,  istehsalat  amillərinin  göstəriciləri  sənaye-sanitariya 
laboratoriyalarının işçiləri tərəfindən müəyyən edilir.  
Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin