AZƏrbaycan respublikasinin döVLƏt neft şİRKƏTİ “AZƏRİqaz” İstehsalat biRLİYİ


 Vaxtaşırı təlimat hansı müddətdən bir və nə məqsədlə keçirilir?



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə17/22
tarix29.01.2020
ölçüsü2,62 Mb.
#30342
1   ...   14   15   16   17   18   19   20   21   22
kitab 1000 sual - 1000docx 01 02.2018 sayt ucun1


15. Vaxtaşırı təlimat hansı müddətdən bir və nə məqsədlə keçirilir? 
Bütün  fəhlələrlə  və  bəzi  kateqoriyalı  qulluqçularla  onların  təhsilindən, 
ixtisas  dərəcəsindən,  bu  və  ya  digər  peşə  üzrə  iş  stajından  və  tutduğu 
vəzifədən  asılı  olmayaraq  vaxtaşırı,  hər  3  aydan  bir  işlərin  təhlükəsiz 
aparılması üzrə təlimat keçirilməlidir. 
Vaxtaşırı təlimatı bilavasitə iş rəhbəri (usta, iş icraçısı, sahə və qurğu rəisi 
və s.) iş yerində proqram üzrə keçirir. Vaxtaşırı təlimatlar keçirilən zaman 

 
 
müəssisənin iş təcrübəsi (müsbət və mənfi nümunələr) nəzərə alınmaqla, 
ilkin  təlimatın  bütün  məsələləri  yenidən  müzakirə  edilir.  Bundan  əlavə, 
vaxtaşırı  təlimat  keçirilən  zaman  fəhlələri  əvvəl  keçirilən  təlimatdan 
sonrakı dövrdə verilmiş əmrlər, sərəncamlar,məktublarla tanış edirlər. 
Vaxtaşırı  təlimatların   keçirilməsi “Щейятя иш  йериндя  тялиматын  кечирил-
мясинин гейдя алынмасы журнал”inda rəsmləşdirilməlidir. 
16. Növbədənkənar təlimatlar hansı hallarda keçirilir? 
İstehsalat  zəruriyyətindən  irəli  gələn  xüsusi  hallarda  fəhlələrlə  işlərin 
təhlükəsiz  aparılması  üzrə  növbədənkənar  təlimat  keçirilməlidir. 
Növbədənkənar təlimatlar aşağıdakı hallarda keçirilir. 
 İstehsalat prosesi dəyişdikdə.  
 Müəssisənin  istehsalat  sahələrində  qəza  və  bədbəxt  hadisə  baş 
verdikdə.  
 Yeni texnika və texnologiya tətbiq edildikdə.  
 Müəssisə rəhbərliyinin əmri və ya sərəncamı ilə yuxarı təşkilatın və  
Dövlət nəzarət orqanlarının göstərişi ilə və digər hallarda. 
17. Birdəfəlik təlimat hansı hallarda keçirilir? 
Fəhlələr onların peşəsinə aid olmayan birdəfəlik işləri yerinə yetirmək və 
ya  yüksək  dərəcədə  təhlükəli  şəraitdə  işləmək  üçün  tapşırıq  alarkən 
birdəfəlik təlimat keçməlidirlər. Birdəfəlik təlimatı işin məsul rəhbəri keçir 
və tapşırıq- icazə vərəqində rəsmiləşdirilir. 
18. MTİ işçilərlə iş yerində vaxtaşırı təlimatlar keçirilirmi? 
MTİ  işçilərlə  iş  yerində  vaxtaşırı  təlimatlar  keçirilmir.  Lazım  gəldikdə 
onlarla  müxtəlif  cari  məsələlər  üzrə    (tapşırıq  –icazə  ilə  işlərin  yerinə 
yetirilməsindən  əvvəl,  yuxarı  təşkilatların  göstərişi  ilə,  müəssisə 
rəhbərliyinin  əmr  və  sərancamı  ilə)  növbədənkənar  və  ya  birdəfəlik 
təlimatlar keçirilir. 
19. Əməyin 
təhlükəsizliyi  təlimatlarının  işlənib  hazırlanması, 
razılaşdırılması və təsdiqi necə həyata keçirilir? 
Hər  bir  fəhlə  peşəsi  üzrə  gördükləri  işin  xüsusiyyətinə  uyğun  təlimat 
işlənilməlidir.  Təlimat  müəssisə,  sahə  rəisləri,  ustaları  və  mütəxəssisləri  
tərəfindən 
işlənilməli, 
müəssisənin 
Həmkarlar 
Təşkilatı 
ilə 
razılaşdırıldıqdan sonra baş mühəndis tərəfindən təsdiq olunmalıdır. 

 
 
20. Qaz  təsərrüfatına  yeni  qəbul  olunmuş  işçilərin  sərbəst  işə 
buraxılmaları üçün hansı tələblər vardır ? 
Qaz  təsərrüfatına  yeni  qəbul  edilmiş  və  ya  bir  işdən  digər  işə  keçirilmiş  
işçilər  giriş  təlimatı  və  iş  yerində  ilkin  təlimat  keçdikdən  sonra    onlara 
təhlükəsiz  iş  üsulları  öyrədilməli  və  gördükləri  iş  həcmində    bilikləri 
yoxlanıldıqdan  sonra  sərbəst  işə  buraxılmalıdır.  Biliklərin  yoxlanılması 
müəsissələrdə  daimi  fəaliyyət  göstərən  komissiyalar  tərəfindən 
“Dövlətdağtexnikinəzarət”  Ağentliyinin  nümayəndisinin  iştirakı  ilə 
aparılmalıdır. Bilikləri yoxlanılmamış işçilərin sərbəst işə buraxılmasına 
yol verilmir. 
21. Biliklərin yoxlanılması işi necə təşkil olunmalıdır? 
Biliklərin  yoxlanılnması  müəssisə  rəhbəri  tərəfindən  təyin  olunmuş 
komissiya  tərəfindən  həyata  keçirilir.  Komissiyanın  sayca  tərkibi,  bir 
qayda  olaraq,  konkret  şəraitə  uyğun  müəyyən  olunur.  Komissiya,üç 
nəfərdən az olmamaq şərtilə, natamam tərkibdə işləyə bilər. Komissiyanın 
işində  ancaq  bilikləri  yoxlanılmış  müəssisə  işçiləri  iştirak  edə  bilərlər. 
Biliklərin  yoxlanılması  fərdi  qaydada  və  təlimatlar  əsasında  işlənib 
hazırlanmış  sual  vərəqələri  üzrə  (biletlər)  keçirilir.Sual  vərəqələri 
mütəxəssislər və sex (xidmət) rəisləri ilə birlikdə işlənib hazırlanır, əməyin 
mühafizəsi  və  təhlükəsizlik  texnikası  xidməti  ilə  razılaşdırılır,  baş 
mühəndis tərəfindən təsdiq edilir.Sual vərəqəsində icra olunan bütün növ 
işlər üzrə təhlükəsizlik tələbləri öz əksini tapmalıdır. 
22. Biliklərin yoxlanılması necə sənədləşdirilir? 
Biliklərin  yoxlanılmasının  nəticələri  “İşçilərin  biliyinin  yoxlanılmasının 
qeydiyyat  jurnalında  göstərilən  protokol  şəklində  rəsmləşdirilir. 
Protokolda yoxlanılan şəxsin biliyinə verilən qiymətdən əlavə (yaxşı, kafi, 
qeyri-kafi), işçinin sərbəst işə buraxılmasının mümkünlüyü haqqında rəy 
(qərar) verilir. 
23. Фящлялярин  биликляринин  йохланылмасы  характери  вя  вахтына  эюря  ne
çə 
yerə b
ölünür? 
Фящлялярин  биликляринин  йохланылмасы  характери  вя  вахтына  эюря  илкин, 
вахташыры вя нювбядянкянар йохламалара  бюлцнцр. 
 

 
 
24. Fəhlələrin  biliklərinin  yoxlanılması  işlərinin  təşkili  necə  həyata 
keçirilir. 
“Azərbaycan  neft  sənayesində  əməyin  mühafizəsinin  vahid  idarəetmə 
sistemi”nə  əsasən  fəhlələr  ildə  bir  dəfədən  az  olmamaqla  imtahan 
verməlidirlər.  Fəhlələrin  biliklərinin  yoxlanılması  fərdi  qaydada  və 
təlimatlar əsasında işlənib hazırlanmış suallar üzrə keçirilir. Sual vərəqləri 
mütəxəssislər  və  struktur  bölmənin  (Şöbə,  xidmət,  bölmə)  rəhbərləri 
tərəfindən işlənib hazırlanır, əməyin mühafizəsi və təhlükəsizlik texnikası  
xidməti  ilə  razılaşdırılır,  baş  mühəndis  tərəfindən  təsdiq  edilir.  Suallara 
vaxtaşırı baxılmalıdır. Fəhlələrə keçiriləcək imtahan gününün tarixi brədə 
2 həftə öncə xəbərdarlıq edilməlidir. 
25. Təkrar yoxlama zamanı  biliyi qeyri-kafi qiymətləndirilmiş fəhlələr 
barədə hansı tədbirlər görülməlidir? 
Yoxlama  vaxtı  biliyi  qeyri-kafi  qiymətləndirilmiş  işçi  gələcəkdə  sərbəst 
işə buraxılmır və belə hallarda 2 həftə ərzində onun biliyi təkrar yoxlanılır. 
Əgər  təkrar  yoxlama  zamanı  fəhlənin  biliyi  yenidən  qeyri-kafi 
qiymətləndiriərsə, rəhbərlik onun işə buraxılması haqqında məsələni həll 
etməlidir.  İşçinin  biliyinin  təkrar  yoxlanılmasına  gəlməməsi  əmək 
intizamının  pozulması  kimi  qiymətləndirilir  və  ona  qarşı  inzibati  cəza 
tədbirləri tətbiq olunur. 
26. Hansı hallarda fəhlələrin bilikləri növbədənkənar yoxlanılır ? 
Fəhlələrin bilikləri aşağıdakı hallarda növbədənkənar yoxlanılır. 
 istehsalat prosesi dəyişdikdə. 
 yeni avadanləıqlar və mexanizmlər  tətbiq edildikdə. 
 bədbəxt  hadisəyə  və  qəzaya  səbəb  olmuş  təhlükəsizlik  qayda  və 
təlimatların tələblərinin pozulması aşkar edildikdə. 
 Müəssisə rəhbərliyinin əmri və ya sərəncamı ilə yuxarı təşkilatın və  
Dövlət nəzarət orqanlarının göstərişi ilə və digər hallarda. 
Növbədənkənar yoxlama proqramı onun həcmi və yoxlama üçün sualların 
siyahısı hər bir konkret halda yoxlamanın keçirilıməsinin səbəbini nəzərə 
alınmaqla müəssisə rəhbəri tərəfindən müəyyənləşdirilir.  
 
 

 
 
27. Fəhlələrə 
hansı  hallarda  biliklərin  yoxlanılması  vəsiqəsi 
verilməlidir? 
Biliyinin ilkin yoxlamasından sonra fəhləyə qəbul edilmiş nümunə üzrə, 
müvafiq  şəkildə  rəsmiləşdirilmiş  vəsiqə  verilir.Vəsiqəyə  müxtəlif  qayda 
və təlimatların tələbləri üzrə biliyi haqqında məlumatdan əlavə, işçinin bir 
bölmədən  digərinə  keçirilməsi,  onun  peşəsi,  müxtəlif  kurslarda  təlim 
alması haqqında məlumat daxil edilir. 
28. MTİ-nin biliklərinin yoxlanılması  neçə ildən bir keçirilməlidir ? 
“Azərbaycan  neft  sənayesində  əməyin  mühafizəsinin  vahid  idarəetmə 
sistemi”nə  əsasən,  ustaların,  iş  icraçılarının  (bilavasitə  iş  rəhbərlərinin) 
bilikləri hər il, struktur bölmə  rəhbərlərinin və digər  MTİ-lər isə 3 ildə bir 
dəfədən az olmayaraq imtahan verməlidirlər.  
29. Müəssisə  və  birliklərin  rəhbər  və  mühəndis–texniki  işçilərinin 
biliklərinin növbədənkənar yoxlanılması hansı hallarda keçirilir ? 
 Yeni və yenidən işlənilmiş təhlükəsizlik qayda və normalar qüvvəyə 
mindikdə. 
 istehsalatda  yeni  növ  avadanlıqlar  və  ya  yeni  istehsalat  prosesləri 
tətbiq olunduqda. 
 Onların rəhbərlik etdiyi işlərdə və obyektlərdə təhlükəsizlik qayda və 
normalarının pozulması aşkar olunduqda. 
 Yuxarı  təşkilatın  göstərişi,  Dövlət  nəzarət  orqanları  və  Həmkarlar 
İttifaqının əmək üzrə texniki nəzarətçilərinin tələbi ilə. 
Biliklərin növbədənkənar yoxlanılmasının zəruriyyəti, həcmi və müddəti 
hər bir konkret halda müəssisə və birliyin rəhbərliyi tərəfindən müəyyən 
edilir. 
30. Biliklərin  yoxlanılması  üzrə  daimi  fəaliyyət  göstərən  komissiya 
üzvləri kimlər ola bilərlər
 
?
 
Yuxarı  təşkilatın  biliklərin  yoxlanılması  üzrə  komissiyasında  bilikləri 
yoxlanılmış  və  müəssisə  rəhbərinin  əmri  ilə  komissiyaya  daxil  edilmiş 
şəxslər. 
31. Biliklərin  yoxlanılması  zamanı  biliyi  qeyri-kafi  qiymətləndirilmiş 
işçilər barədə hansı tədbirlər görülür ? 
Yoxlama 
zamanı  təhlükəsizlik  tələbləri  üzrə  biliyi  qeyri-kafi 
qiymətləndirilmiş  fəhlələr  sərbəst  işə  buraxılmır,  onlara  əlavə  təlim 

 
 
keçirilir.  Mühəndis texniki işçilər isə komissiyanın qərarı ilə  işə bilavasitə 
rəhbərlikdən  kənarlaşdırılır.  Belə  hallarda  2  həftə  ərzində  onların  biliyi 
təkrar yoxlanılır. 
Əgər təkrar yoxlama zamanı da qeyri-kafi nəticələr göstərilərsə mühəndis 
texniki işçilərin (rəhbərlərin) tutduğu vəzifədən azad edilməsi, fəhlələrin 
isə  işə  buraxılması  məsələsi  barədə  rəhbərlik  qarşısında  məsələ 
qaldırılmalıdır. 
32. Əmək şəraitinin vəziyyətinə  nəzarət olunmasında məqsəd nədir? 
Əmək  şəraitinin  vəziyyətinə    nəzarət  istehsalatda  bədbəxt  hadisələrin 
qarşısının  alınmasına  yönəldilmiş  əsas  tədbirlərdən  biri  olmaqla,  əmək 
şəraitinin,  əmək  qanunvericiliyi,    təhlükəsizlik  qayda  və  normalarının, 
standartların tələblərindən kənara çıxma hallarını aşkar etmək və onların 
aradan qaldırılması üzrə operativ qərar qəbul etməkdən ibarətdir. 
33. Müəssisədə  əmək  şəraitinin  vəziyyətinə  nəzarətin  əsas  növləri 
hansılardır? 
Müəssisə nəzarətinin əsas növləri aşağıdakılardır: 
 əmək  şəraitinin  vəziyyətinə  operativ  (mərhələli)  nəzarət,  həmçinin 
müəssisələrin,  birliklərin,  trestlərin  ayrı-ayrı  rəhbərlərinin, 
mühəndis-texniki işçilərinin nəzarəti. 
 Sexlərin,  sahələrin,  qurğuların,  sanitar-texniki  vəziyyətini 
pasportlaşdırmaq və onlara nəzarət etmək. 
Müəssisə nəzarətinin yekun mərhələsi-əmək şəraitinin vəziyyətini daima 
nəzərdən keçirmək və bu barədə müntəzəm olaraq məlumat verməkdir. 
34. Əmək şəraitinin vəziyyətinə müəssisə nəzarət necə həyata keçirilir? 
Əmək  şəraitinə  nəzarət  4  pillədən  ibarət  olur.  1-ci  3  pillə  müəssisə 
tərəfindən, 4-cü pillə isə müəssisənin tabe olduğu Birlik tərəfindən həyata 
keçirilir.    1-ci  pillədə  usta,  icraçı,  bilavasitə  iş  rəhbəri  hər  gün  işin 
(növbənin) əvvəlində, 2-ci pillədə sex, qurğu rəisi həftədə bir dəfədən az 
olmayaraq struktur bölmənin daimi fəaliyyət göstərən komissiyası isə hər 
ayda  bir  dəfədən  az  olmayaraq,  3-cü  pillədə  isə  müəssisənin  əməyin 
təhlükəsizliyi üzrə daimi fəaliyyət göstərən komissiyası rübdə bir dəfədən 
az  olmayaraq    iş  yerində  əmək  şəraitinin  vəziyyətini  yoxlayır  və  aşkar 
edilmiş  nöqsanların  aradan  qaldırılması  üçün  tədbir  görür.  4-cü  pillədə 

 
 
Birliyin əməyin təhlükəsizliyi üzrə komissiyası yarım ildə bir dəfədən az 
olmayaraq əmək şəraitinin vəziyyəti yoxlanılmalıdır. 
35. Əmək şəraiti vəziyyətinə müəssisə nəzarətinin birinci pilləsi necə və 
kim tərəfindən aparılmalıdır? 
Nəzarətin  birinci  pilləsində  işin  rəhbəri  hər  gün  işin  əvvəlində  əmək 
mühafizəsi üzrə müfəttişlə (o, olmayanda-sərbəst) birlikdə iş yerində əmək 
şəraitinin vəziyyətini yoxlayır, aşkar etdiyi nöqsanların aradan qaldırılması 
üzrə  operativ  tədbirlər  görür.  O,  obyektləri  yoxlayarkən  metodik 
göstərişləri rəhbər tutmalıdır. 
Yoxlama zamanı aşkar edilmiş nöqsanlar və çatışmazlıqlar dərhal aradn 
qaldırılmalıdır,  briqadanın,  növbənin  qüvvəsi  ilə  aradan  qaldırılması 
mümkün  olmayan  və  ya  ustanın,  iş  rəhbərinin  səlahiyətinə  aid  olmayan 
digər  nöqsanlar  gələcəkdə  onların  aradan  qaldırılması  üçün  “Əmək 
şəraitinin vəziyyətinin yoxlanılması jurnalı”na yazılır. 
Usta,  iş  rəhbəri  həmin  nöqsanlar  və  çatışmazlıqlar  haqqında  sex,  bölmə 
rəhbərliyinə məlumat verir və işçilərin təhlükəsizliyini təmin edən lazımi 
tədbirlər görür. 
İstehsalat sahələri ərazi cəhətdən dağınıq olduqda usta, bilavasitə iş rəhbəri 
birinci  mərhələ  üzrə  bütün  sahələrdə,  iş  yerlərində  bir  həftə  ərzində  və 
dəniz özüllərində isə növbə ərzində bir dəfə yoxlama aparmalıdır. 
36. Əmək şəraiti vəziyyətinə müəssisə nəzarətinin ikinci pilləsi necə və 
kim tərəfindən aparılmalıdır? 
Nəzarətin ikinci pilləsində sex, qurğu, xidmət rəisi həftədə bir dəfədən az 
olmayaraq, struktur bölmələrin daimi fəaliyyət göstərən komissiyaları hər 
ayda bir dəfədən az olmayaraq, Həmkarlar İttifaqı Komitəsinin sədri və ya 
əmək mühafizəsi komissiyanın sədri ilə birlikdə obyektlərdə, iş yerlərində 
əmək şəraitinin vəziyyətini, həmçinin birinci mərhələ üzrə aparılan işləri 
yoxlayır,  aşkar  edilmiş  nöqsanların  və  pozuntuların  aradan  qaldırılması 
üçün operativ tədbirlər görürlər. 
Yoxlama  zamanı  aşkar  edilmiş  nöqsanlar,  çatışmazlıqlar  dərhal  aradan 
qaldırılmalıdır.  Yoxlama  müddətində  aradan  qaldırılması  mümkün 
olmayan  məsələlər  “Əmək  şəraitinin  vəziyyətinin  yoxlanılması 
jurnalı”nda  aradan  qaldırılma  müddəti  və  icraçılar  göstərilməklə  yazılır. 
Əgər aşkar edilmiş nöqsanların, çatışmazlıqlaıın sexin, bölmənin qüvvəsi 

 
 
ilə  aradan  qaldırılması  mümkün  deyilsə,  onda  sex,  bölmə  rəisi  həmin 
nöqsanlar,  çatışmazlıqlar  haqqında  müəssisənin  rəhbərliyinə  məlumat 
verir  və  işləyənlərin  təhlükəsizliyinin  təmin  olunması  üçün  müvafiq 
tədbirlər  görür.  Əgər  aşkar  edilmiş  nöqsanların,  çatışmazlıqlar  qəza  və 
bədbəxt  hadisələrin  baş  verməsi  üçün  təhlükə  yaradırsa  onda  sex  rəisi, 
daimi fəaliyyət göstərən komissiyanın sədri onların aradan qaldırılmasına 
qədər işi dayandırır. 
Yoxlamanın nəticələri haqqında, ümumiləşdirilmiş şəkildə aşkar edilmiş 
nöqsanların, çatışmazlıqlaıın aradan qaldırılması tədbirləri göstərilməklə 
akt  tərtib  edirlər.  İstehsalatın  təşkilinin  sexsiz  strukturunda  (briqadalar, 
istehsalat sahələri bilavasitə müəssisə rəhbərliyinə tabe olduqda) nəzarətin 
ikinci mərhələsi keçirilmir. 
Bu  halda  obyektləri,  sahələri  ayda  bir  dəfə  müəssisənin  əməyin 
təhlükəsizliyi  üzrə  daimi  fəaliyyət  göstərən  komissiyası,  onun  köməkçi 
komissiyası,  yaxıd  müəssisənin  mühəndis-texniki  işçilərindən  biri 
yoxlamalıdır. 
37. Əmək şəraiti vəziyyətinə müəssisə nəzarətinin üçüncü pilləsi necə 
və kim tərəfindən aparılmalıdır? 
Nəzarətin üçüncü  pilləsində  müəssisənin daimi fəaliyyət göstərən komis-
siyası,  yaxud  onun  köməkçi  komissiyası  hər  rübdə  bir  dəfədən  az 
olmayaraq  sexlərdə,  qurğularda,  istehsalat  sahələrində,  zavodlarda  və  s. 
əmək  şəraitinin  vəziyyətini,  həmçinin  birinci  və  ikinci  mərhələlərin 
gördükləri işləri yoxlayır. 
Müəssisənin  rəhbər  və  mühəndis-texniki  işçiləri  əsas  işləri  dairəsində 
sexlərdə,  qurğularda,  istehsalat  obyektlərində  olarkən,  işçilərin  əmək 
şəraitinin  vəziyyətini  yoxlamalıdırlar  və  aşkar  etdikləri  nöqsanların, 
pozuntuların aradan qaldırılması üçün tədbirlər görməlidirlər. 
Yoxlama  zamanı  aşkar  edilmiş  çatışmazlıqlar  dərhal  aradan 
qaldırılmalıdır.  Yoxlama  müddətində  aradan  qaldırılması  mümkün 
olmayan  çatışmazlıqlar  haqqında  “Əmək  şəraitinin  vəziyyətinin 
yoxlanılması  jurnalı”nda  qeydiyyat  aparılmalıdır.  Yoxlamanın  nəticələri 
komissiyanın geniş iclasında müzakirə olunur, müvafiq nəticələr çıxarılır, 
habelə  aşkar  edilmiş  çatışmazlıqların  aradan  qaldırılması  üçün  təkliflər 
irəli sürülür. Yoxlamanın nəticələrinə dair akt tərtib olunur. 

 
 
38. Əmək  şəraiti  vəziyyətinə  müəssisə  nəzarətinin  üçüncü  pilləsinin 
düzgün təşkilinə kim cavabdehdir? 
Nəzarətin  üçüncü    pilləsinin  düzgün  təşkilinə  və  aparılmasına,  aşkar 
edilmiş  çatışmazlıqların  aradan  qaldırılmasına,  nəzərdə  tutulmuş 
tədbirlərin  yerinə  yetirilməsinə  müəssisənin  rəhbərləri  cavabdehlik 
daşıyırlar (rəis, müdir, onların müavinləri). 
39. Əmək 
şəraiti  vəziyyətinə  nəzarətin  dördüncü  pilləsinin 
aparılmasının təşkili necə həyata keçirilir? 
Birliyin daimi fəaliyyət göstərən komissiyası və ya köməkçi komissiya hər 
yarım  ildə  bir  dəfədən  az  olmayaraq  (plan  üzrə)  müəssisələrdə,  onların 
struktur  bölmələrində,  istehsalat  sahələrində  əməyin  təhlükəsiz  təşkilini, 
əmək  mühafizəsini,  müəssisənin  rəhbərliyinin,  mühəndis-texniki 
işçilərinin bu sahədə gördükləri işləri yoxlayır.  
Birliyin  rəhbər  və  mühəndis-texniki  işçiləri    əsas  vəzifələrini  yerinə 
yetirmək  üçün  müəssisələrdə,  onların  bölmələrində,  sexlərində  olarkən 
işçilərin  təhlükəsiz  iş  şəraitini  yoxlamalı,  aşkar  etdikləri  nöqsanların 
aradan qaldırılması üzrə lazımi tədbirlər görməli, müəssisə onun struktur 
bölmələri  rəhbərlərinə  əməyin  mühafizəsi  məsələlərinin  həllində  əməli 
yardım göstərilməlidirlər. 
Yoxlama zamanı aşkar edilmiş nöqsanlar və pozuntular haqqında akt tərtib 
olunur,  bu  haqda  “obyektlərdə  əmək  şəraiti  vəziyyətinin  yoxlanılması 
jurnalında  qeydiyyat  aparılır.  Yoxlamanın  nəticələri  yoxlanılan 
müəssisənin rəhbərliyinin yanında keçirilən geniş iclasda müzakirə edilir, 
aşkar  edilmiş  nöqsan  və  pozuntuların  aradan  qaldırılması  üzrə  tədbirlər 
müəyyənləşdirilir, lazım gəldikdə müvafiq əmr verilir. 
Nəzarətin  dördüncü  mərhələsinin  həyata  keçirilməsi  birliyin,  trestin  baş 
mühəndisinə və direktoruna, müdirin istehsalat sahələri üzrə müavinlərinə 
həvalə edilir. 
40. Əmək  şəraiti  vəziyyətinin  yoxlanılması  zamanı  hər  hansı  nöqsan 
aşkar edilmədikdə görülmüş işlər necə rəsmiləşdirilir? 
Yoxlama zamanı nöqsanlar aşkar edilmədikdə və ya yoxlama zamanı ləğv 
edildikdə “Əmək şəraitinin vəziyyətinin yoxlanılması jurnalı”na bu barədə 
heç nə yazılmır, lakin “Əmək mühafizəsi üzrə görülən işlərin qeydiyyatı 
jurnalı”nda  hər  bir  yoxlamadan  sonra  müvafiq  qeydlər  aparmaqla 
rəsmləşdirilir. 

 
 
41. Əməyin təhlükəsizliyi üzrə daimi fəaliyyət göstərən  komissiya nə 
məqsədlə yaradılır və bu komissiyanın üzvləri kimlər ola bilər ? 
Əmək şəraiti vəziyyətinə nəzarəti həyata keçirmək və əməyin mühafizəsi 
üzrə digər məsələlərə baxmaq üçün bütün müəssisələrdə baş mühəndisin, 
direktorun,  müdir  müavininin  sədrliyi  ilə  əməyin  təhlükəsizliyi  üzrə 
komissiya  yaradılır.  Bu  komissiyaların  tərkibinə  rəis  müavinləri,  baş 
mütəxəssislər, şöbə  və  xidmət  rəhbərləri,  onların  müavinləri, Həmkarlar 
komitəsinin sədri, onun müavini daxil edilir. 
42. Əməyin təhlükəsizliyi üzrə daimi fəaliyyət göstərən  komissiyanın 
işi  necə tənzimlənir? 
Müəssisədə əməyin təhlükəsizliyi üzrə DFK işini illik plan üzrə aparır və 
həmin  plan  komissiyanın  sədri  tərəfindən  təsdiq  edilir.  Əməyin 
təhlükəsizliyi üzrə DFK aşağıdakı işləri həyata keçirir: 
 Müəssisələrdə  və  obyektlərdə  əmək  şəraitini,  əmək  şəraitinin 
yaxşılaşdırılması  və  sağlamlaşdırılması  kompleks  plan  layihəsini, 
mümkün  ola  bilən  qəzaların  və  ağırlaşmaların  ləğvi  planını, 
müəssisələrin,  obyektlərin  pasportlaşdırılmasının  nəticələrini 
yoxlayır; 
 Müəssisənin  fəhlələrinin,  mühəndis-texnik  işçilərinin  və  aidiyyəti 
rəhbər işçilərin biliklərini yoxlayır; 
 Əməyin təhlükəsizliyi üzrə ictimai baxışlar və digər ictimai, texniki, 
təşkilati  tədbirlərin  aparılmasını  təşkil  edir,  onların  nəticələrini 
müzakirə edir; 
 Təhlükəsizlik qaydalarını pozan işçilərin məsuliyyətə cəlb edilməsi, 
həmçinin təhlükəsiz əmək şəraitinin yaradılmasında fəal iştirak edən 
və yaxşı göstəricilər əldə etmiş kollektivlərin, şəxslərin mükafatlan-
dırılması məsələlərini müzakirə edir; 
43. Sexlər,  bölmələr  və  müəssisələr  arasında  qarşılıqlı  yoxlamalar 
hansı məqsədlə təşkil olunur? 
Sexlər,bölmələr,  müəssisələr  arasında  qarşılıqlı  yoxlamalar  təhlükəsiz 
əmək şəraitinin yaradılması, əməyin mühafizəsi üzrə işlərin təşkilində olan 
çatışmazlıqların  aradan  qaldırılmasında  aparılan  iş  təcrübəsi  mübadiləsi 
məqsədilə təşkil edilir və keçirilir. 

 
 
Uyğun  sexlər,  bölmələr  arasında  qarşılıqlı  yoxlamanı  sex,  bölmə 
rəhbərlərinin  (sex  rəisi  və  ya  onun  müavini)  başçılıq  etdiyi  xüsusi 
yaradılmış  qruplar,  əmək  mühafizəsi  üzrə  içtimai  müfəttişin  iştirakı  ilə 
aparılır.   
Müəssisələr arasında qarşılıqlı yoxlamanı əməyin təhlükəsizliyi üzrə daimi 
fəaliyyət  göstərən  komissiyanın  tərkibində  olan  köməkçi  komissiyalar 
müəssisə və birliyin rəhbərlərindən birinin başçılığı ilə aparılır. 
Qarşılıqlı  yoxlama  zamanı  aşkar  edilmiş  çatışmazlıqların  aradan 
qaldırılması  üçün  operativ  tədbirlər  görür,  lazım  gəldikdə,  yoxlanılan 
obyektlərin  “əmək  şəraitinin  vəziyyətinin  yoxlanılması  jurnalında” 
müvafiq qeydlər aparılır. 
44. Xilasedici  kəndirlər  hansı  müddətdə  və  necə  sınaqdan 
keçirilməlidir?  
200 kq kütləyə  malik yük ilə 15 dəq ərzində sınaqdan keçirilir. Yükdən 
azad  olunan  kəndirin  uzunluğu  ilk  uzunluğunun  5  faizdən  artıq 
olmamalıdır. 
45. İpli  və  qarmaqlı  kəmərlər,  xilasedici  kəndirlər  hansı  müddətdən 
bir sınaqdan keçirilməlidir?  
Xilasedici  kəndirlər,  ipli  və  qarmaqlı  kəmərlər  6  ayda  1  dəfədən  az 
olmamaqla sınaqdan keçirilməlidir. 
Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin