AZƏrbaycan respublikasinin döVLƏt neft şİRKƏTİ “AZƏRİqaz” İstehsalat biRLİYİ


 Əleyhqazlarla fasiləsiz iş müddəti nə qədər olmalıdır ?



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə18/22
tarix29.01.2020
ölçüsü2,62 Mb.
#30342
1   ...   14   15   16   17   18   19   20   21   22
kitab 1000 sual - 1000docx 01 02.2018 sayt ucun1


46. Əleyhqazlarla fasiləsiz iş müddəti nə qədər olmalıdır ? 
Əleyhqazla fasiləsiz iş müddəti 30 dəqiqədən artıq olmamalıdır. İzoləedici 
əleyhqazla fasiləsiz iş müddəti onun pasportunda qeyd edilməlidir. 
47. Qaz  təsərrüfatında  istifadə  edilən  şlanqlı  əleyhqazlarda  şlanqın 
maksimum  uzunluğu  nə  qədər  olmalı  və  necə  sınaqdan 
keçirilməlidir ? 
Şlanqlı əleyhqazda şlanqın maksimum uzunluğu 15 metrdən artıq olmama-
lıdır.  Əleyhqazda  hər  istifadədən  əvvəl  hermetikliyə  yoxlanılmalıdır. 
Bunun  üçün  əlehqazın  qırçınlı  borusunun  ucu  əl  ilə  sıxılır,  əgər  ucu 
sıxılmış  qırçın  borulu  əleyhqazlarda  nəfəs  almaq  mümkün  deyilsə 
əleyhqaz saz hesab olunur. 
 
 
 

 
 
IV BÖLMƏ 
NEFT,  QAZ 
və  NEFT-KİMYA  SƏNAYESİNDƏ  YANĞIN 
TƏHLÜKƏSİZLİYİ QAYDALARI HAQQINDA 
I FƏSİL  
ÜMUMİ MÜDDƏALAR  
 
1.  “Yanğın  Təhlükəsizliyi  haqqında”  Azərbaycan  Respublikası 
qanununun əsas  müddəaları hansılardır? 
“Yanğın  təhlükəsizliyi  haqqında”  Azərbaycan  Respublikası  qanununun 
əsas  müddaları  xalq  təsərrüfatı  sahələrinin  və  obyektlərinin,  binaların, 
şəhərlərin,  rayonların  təhlükəsiz  fəaliyyətinin  təmin  olunması  məqsədilə 
yanğınların  törənməsinin  qarşısını  almaq,  onları  sürətlə  aşkar  və  ləğv 
etmək,  insanların  həyatını  və  sağlamlığını  mühafizə  etmək,  maddi  və 
mənəvi sərvətləri yanğından məhv olmaqdan qorumaqdır.  
2. İdarə  və  müəssisələrdə,  ayrı-ayrı  istehsalat  sahələrində  və 
obyektlərdə  yanğın  təhlükəsizliyinin  təmin  olunmasına  kimlər  
cavabdehdir?   
SOCAR-ın  bütün  müəssisələrində  yanğın  təhlükəsizliyinə  və  Fövqəladə 
Hallar  Nazirliyinin  Dövlət  Yanğın  Nəzarəti  və  Dövlət  Yanğından 
Mühafizə  Xidmətləri  tərəfindən  verilən  təklif  və  göstərişlərin  yerinə 
yetirilməsinə bilavasitə həmin müəssisələrin rəhbərləri, ayrı-ayrı istehsalat 
sahələrində və obyektlərdə isə həmin sahələrin və obyektlərin rəhbərləri və 
ya onları əvəz edən şəxslər cavabdehdir  
3. “Neft,  qaz  və  neft-kimya  sənayesində  yanğın  təhlükəsizliyi 
Qaydaları”nın  tələblərini  pozan  şəxslər  hansı  məsuliyyəti 
daşıyırlar?  
“Neft, qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi Qaydaları”nın 
tələblərini  pozan  təqsirkar  şəxslər,  həmin  pozuntuların  xarakterindən  və 
nəticələrindən aslı olaraq mövcud qanunvericiliyə əsasən intizam, inzibati 
və cinayət məsuliyyəti daşıyırlar. 
4. Binalar oda davamlılıq dərəcəsinə görə neçə yerə bölünür? 
Binalar beş oda davamlılıq dərəcəsinə bölünür. I,II,III.IV,V.  
 I  -  odadavamlılıq  dərəcəli  binalarda  bütün  konstruktiv  elementlər 
yanmayan və onların odadavamlılıq həddi yüksək olur.  

 
 
 II  -  odadavmlılıq  dərəcəli  binalarda  konstruktiv  elementlər 
yanmayan, lakin odadavamlılıq həddi nisbətən aşağı olur.  
 III    -  odadavamlılıq  dərəcəli  binalarda  əsas  yükdaşıyan  elementlər 
çətin yanan olur.  
 IV  -  odadavamlılıq  dərəcəli  binalarda  bütün  əsas  elementlər  çətin 
yanan olur.  
 V - odadavamlıq dərəcəli binalarda bütün elementlər yanan olur. 
I  və  II  odadavamlıq  dərəcəli  binalarda  çardaq  üstü  və  dam  örtükləri  də 
yanmayan materialdan olmalıdır.  
III, IV, V dərəcəli binalarda isə onlar yanan materiallardan da ola bilər. 
5. İdarə,  müəssisə  və  təşkilatların  rəhbərləri  yanğın  təhlükəsizliyi  ilə 
bağlı  hansı tədbirlərin həyata keçirilməsini təmin etməlidir?  
İdarə,  müəssisə  və  təşkilatların  rəhbərləri  yanğın  təhlükəsizliyi  ilə  bağlı  
aşağıdakı tədbirlərin həyata keçirilməsini  təmin etməlidirlər: 
 Tabeliyində olan bütün MTİ, fəhlə və qulluqçular tərəfindən yanğın 
təhlükəsizliyi Qaydaların tələblərinin yerinə yetirilməsini; 
 Aidiyyəti dövlət qurumlarının yanğın təhlükəsizliyi ilə bağlı qəbul 
etdikləri qərar, sərancam və göstərişlərin icrasını; 
 Yanğınların qarşısının alınması və söndürülməsinin təşkili məqsədilə 
könüllü  yanğından  mühafizə  dəstələrinin  və  yanğın  –texniki 
komissiyasının yaradılmasını; 
 İstehsalat,  inzibati,  anbar  təyinatlı  və  yardımçı  binalarda  yanğına 
qarşı  ciddi  rejimin təşkilini, siqaret  çəkilən yerlərin  təchizini, odlu 
işlərin  aparılmasında  ciddi  nizam-intizamın  təminini,  iş  saatı 
qurtardıqdan  sonra  otaqların  yoxlanılması  və  bağlanılması 
qaydalarını, bütün fəhlə və xidməti  heyət tərəfindən bu qaydaların 
yerinə yetirilməsinin mütəmadi yoxlanılmasını; 
 Aparılmış 
analizlər 
əsasında 
yanğın 
təhlükəsizliyinin 
yaxşılaşdırılmasına  yönəldilmiş  işlərin  görülməsinin  təşkili  və 
yanğın  təhlükəsizliyini  pozan  şəxslər  haqqında  konkret  ölçü 
götürülməsini; 
 Yanğına  qarşı  tədbirlərin  yerinə  yetirilməsi  və  yanğınsöndürmə 
vasitələrinin alınması üçün lazımi vəsaitin ayrılmasını.  

 
 
6. Könüllü  yanğından  mühafizə    dəstələrinin  vəzifələri  nədən 
ibarətdir? 
Say  tərkibi  obyekt  rəhbəri  tərəfindən  müəyyən  edilən  və  onun  əmri 
əsasında  yaşı  18-dən  az  olmayan  şəxslərdən  təşkil  edilən  Könüllü 
yanğından mühafizə dəstələrinin vəzifələri aşağıdakılardan ibarətdir: 
 Obyektdə yanğına  qarşı reyimə riayət edilməsinə nəzarət etmək və 
ona  əməl  olunmasının    vacibliyi  haqqında  işçilər  arasınada  işləri 
aparmaq; 
 İlkin yanğınsöndürmə vasitələrinin və istifadəyə hazırlığına nəzarət 
etmək; 
 Yanğın  baş  verdikdə  yanğın  dəstələrini  çağırmaq  və  yanğından 
mühafizə  vasitələrindən  istifadə  etməklə  yanğının  söndürülməsi 
üçün təxirəsalınmaz tədbirlər görmək.  
7. Yanğın-texniki komissiyalar və onların vəzifələri hansılardır? 
İşçilər  tərəfindən  yanğına  qarşı  profilaktiki  tədbirlərin  həyata  keçiril-
məsində  iştirak  olunması  və  bu  istiqamətdə  fəal  mübarizənin  aparılması 
məqsədilə müəssisə rəhbərinin əmri ilə Baş mühəndisin sədrliyi və digər 
mühəndis-texniki  işçilərdən  (energetik,  texnoloq,  mexanik,  su  təchizatı 
üzrə mühəndis və ya həmin vəzifənin icrasını həyata keçirən digər şəxs, 
təhlükəsizlik texnikası üzrə mühəndis, həmkar təşkilatının nümayəndəsi və 
müəssisə  rəhbərinin  təyin  etdiyi  digər  şəxslər)  ibarət  yanğın-texniki 
komissiyası yaradılır. Komissiyanın aşağıdakı vəzifələri vardır: 
 İstehsalat prosesində yanğın, partlayış və ya qəzaya səbəb ola biləcək 
nöqsanların  və  nasazlıqların  aradan  qaldırılması  üzrə  müvafiq 
tədbirləri işləyib hazırlaması; 
 İstehsalat  sexlərində,  anbarlarda,  inzibati  və  yaşayış  binalarında 
yanğına  qarşı  rejimin  və  yanğın  profilaktikasına  dair  işlərin 
təşkilində və yerinə yetirilməsində yanğından mühafizə dəstələrinin 
fəaliyyətinə nəzarət etmək; 
 İşçilərlə  yanğına  qarşı  mövzular  üzrə  mühazirələr  və  məşğələlər 
aparmaq, həmkarlar təşkilatında müəssisənin yanğına qarşı vəziyyəti 
barədə  müzakirələr  aparmaq,  ayrı-ayrı  sahələrdə  yanğın 
təhlükəsizliyinin  təmin  edilməsi  məqsədilə  qayda  və  təlimatların 
hazırlanmasında  fəal  iştirak  etmək  və  yanğın  təhlükəsizliyi 
məsələləri üzrə konfranslar keçirmək.  

 
 
8. İstehsalat  sahələrində  və  obyektlərdə  yanğın  təhlükəsizliyinə 
cavabdeh rəhbərlər hansı işlərin görülməsini təmin etməlidirlər? 
Ayrı-ayrı  istehsalat  sahələrində  və  obyektlərdə  yanğın  təhlükəsizliyinə  
cavabdeh rəhbərlər aşağıdakı işlərin görülməsini təmin etməlidirlər: 
 istehsalatın  texnoloji  proseslərini  bilməli  və  yanğın  təhlükəsizliyi 
Qaydalarına əməl etməli;  
 obyektin rəhbərinin və ya baş mühəndisin yazılı icazəsi olmadan odlu 
işlərin aparılmasına icazə verməməli;  
 binalara,  tikililərə,  su  mənbələrinə  gedən  keçidlərin,  istehsalat  ob-
yektlərinə gedən yolların, pilləkan qəfəslərinin, yanğın  avadanlıqla-
rına girişlərin hər hansı bir əşya ilə tutulmasına yol verməməli; 
 yanğınsöndürmə  vasitə  və  cihazlarını  hər  gün  baxışdan  keçirməli, 
onların  sazlığını və işə hazırlığını müvafiq təlimatların tələblərinə 
uyğun yoxlamalı;  
 qəza nəticəsində yanğın baş verərsə dərhal yanğınsöndürmə və qəza 
xilasetmə  dəstəsini  çağırmalı  və  insanların  köçürülməsinə 
başlamalıdır.  
9. İşçilərin yanğın təhlükəsizliyi üzrə vəzifələri nədən ibarətdir? 
 Hər bir işçi müəyyən edilmiş yanğın təhlükəsizliyi qaydalarına ciddi 
əməl  etməli  və  yanğına  səbəb  ola  biləcək  hərəkətlərə  yol  
verməməlidir. 
 Yanğın təhlükəsizliyi qaydalarının pozulmasına və yanğınsöndürmə 
avadanlıqlarının düzgün istifadə edilməməsi hallarına rast gəldikdə 
dərhal bu barədə yanğın təhlükəsizliyi üzrə cavabdeh şəxsə məlumat 
verməlidir. 
10.  İdarə və müəssisələrdə yanğın təhlükəsizliyinin təmini üzrə işlər 
necə təşkil edilməlidir? 
İdarə və müəssisələrdə Yanğın təhlükəsizliyi Qaydaları əsasında istehsalat 
xüsusiyyətləri  nəzərə  alınmaqla  ümümmüəssisə,  hər  bir  sex  qurğu, 
laboratoriya  və  s.  obyekt  üçün  yanğın  təhlükəsizliyi  üzrə  təlimat 
hazırlanmalı  və  yerli  yanğın  təhlükəsizliyi  xidməti  ilə  razılaşdırılaraq 
təsdiq  olunmalıdır.  Bu  təlimatda  yanğın  təhlükəsizliyinin  əsas  tələbləri 
müəyyənləşdirilməli və aşağıdakılar nəzərdə tutulmalıdır: 

 
 
 ərazinin  saxlanma  xüsusiyyəti,  o  cümlədən  yollar,  yanğın 
təhlükəsizliyi    tələblərinə  uyğun  aralıq  məsafələr,  binalara,  su 
mənbələrinə və digər obyektlərə keçid yolları; 
 nəqliyyat  vasitələrinin  müəssisə  ərazisinə  buraxılması  və  onların 
hərəkət qaydaları; 
 obyektdə siqaret çəkmək üçün xüsusi yerlərin ayrılması; 
 yanğınsöndürmə  və  yanğın  rabitə  siqnalizasiya  vasitələrinin 
saxlanılması qaydaları;  
 birdəfəlik  və  müvəqqəti  işləri  yerinə  yetirən  şəxslərin  obyektin 
ərazisinə buraxılması qaydaları; 
 yanğından mühafizə xidmətinin çağırılması qaydaları.   
11. İdarə  və  müəssisələrdə  yanğın  təhlükəsizliyi  ilə  bağlı  işlənib 
hazırlanmış təlimatlara hansı hallarda yenidən baxılmalıdır? 
Müəssisədə  işlənib  hazırlanmış  təlimatlara  aşağıdakı  qaydada  yenidən 
baxılmalıdır: 
 üç ildə bir dəfədən az olmayaraq; 
 texnoloji proses və iş şəraiti dəyişdikdə
 təlimatın  qüvvədə  olduğu  obyektdə  qəza,  partlayış,  yanğın  baş 
vərərdikdə; 
 təlimatın əsasını təşkil edən sənədlər dəyişdikdə. 
12. Fəhlə və mühəndis-texniki işçilərin yanğın təhlükəsizliyi məsələləri 
üzrə öyrədilməsi və təlimatlandırılması necə təşkil olunur? 
Fəhlə  və  MTİ-rin  təlimatlandırılması  müəssisənin  rəhbərliyi  tərəfindən 
verilən  əmrlə,  qüvvədə  olan  qaydaların  tələblərinə  uyğun  olaraq  təşkil 
edilir.  İşçilərlə  keçirilən  yanğın  təhlükəsizliyi  üzrə  təlimat  giriş  və  iş 
yerində  təlimatlandırma  zamanı  keçırılməlidir.  Müəssisəyə  işə  qəbul 
edilmiş  bütün  işçilər,  həmçinin  təcrübəyə  göndərilmiş,  ezam  edilmiş  və 
müvəqqəti  işə  qəbul  edilmiş  bütün  şəxslərlə  giriş  və  ilkin  təlimat 
keçməlidirlər. Çiriş təlimatı müəssisənin əməyin mühafizəsi xidməti, ilkin 
və  təkrar  təlimatlar  isə  sahənin,  obyektin  rəisləri  (onların  müavinləri) 
tərəfindən keçirilməlidir. 
13. İdarə və müəssisələrdə yanğın təhlükəsizliyi ilə bağlı verilən əmrdə 
nələr təyin edilməlidir? 
 yanğınsöndürmə  və  yanğın  siqnalizasiya  qurğularının  istismarı  və 
saxlanılması üzrə cavabdeh şəxs; 

 
 
 yanğın-texniki  minimum  proqramı  üzrə  təlim  keçəcək  işçilərin 
siyahısını; 
 yanğına  qarşı  təlimatlandırmanı  və  yanğın-texniki  minimum  üzrə 
məşğələləri aparacaq işçilərin siyahısını; 
 yanğına  qarşı  təlimatlandırmanı  və  yanğın-texniki  minimum  üzrə 
məşğələlərin keçirilmə yerlərini
 yanğın  təhlükəsizliyi  üzrə  təlimatlandırılmış  və  yanğın-texniki 
minimum proqramı üzrə öyrədilmiş şəxslərin qeydiyyatının aparılma 
qaydasını; 
14. Yüksək  yanğın  təhlükəli  sahələrdə  işləyən  işçilərin  biliklərini 
təkmilləşdirmək üçün hansı işlər görülməlidir? 
Yüksək  yanğın  təhlükəli  sahələrdə  işləyən  fəhlə,  qulluqçu  və  MTİ-lərin 
yanğın  təhlükəsizliyi  üzrə  biliklərini  təkmilləşdirmək,  istehsalatın 
texnolojı  prosesinin  xüsusiyyətindən  aslı  olaraq,  yanğın  təhlükəsizliyi 
qaydalarını öyrətmək, mövcud yanğınsöndürmə vasitələri ilə tanış etmək 
və yanğın zamanı əməli hərəkət qaydalarını öyrətmək məqsədi ilə onlarla 
yanğın-texniki minimum (YTM) məşğələləri keçirilməlidir. 
Yanğın-texniki  minimum  proqramı  üzrə  məşğələlər  bilavasitə  sexlərdə, 
qurğularda, istehsalat sahələrində, lobaratoriyalarda və s. yerlərdə aparıl-
malıdır. Məşğələlər ixtisas kateqoriyaları üzrə qruplarla (elektrik qaz qay-
naqçıları, elektriklər, yanacaq anbarları təsərrüfatının fəhlələri və s.) ildə 
bir dəfədən az olmayaraq keçirilməlidir. Məşğələlərin proqramı və keçiril-
mə  qaydası  müəssisənin  yanğın  təhlükəsizliyi  ilə  əməyin  mühafizəsi  və 
təhlükəsizlik  texnikası  xidmətləri  tərəfindən  birlikdə  işlənib  hazirlanma-
lıdır. 
15. Yanğın  zamanı  insanların  təhlükəsizliyinin  təmin  olunması 
məqsədlə hansı  tədbirlər görülməlidir? 
 Hər bir müəssisədə təxliyyə planı olmalıdır, işçilər həmin planla tanış 
edilməli və  planlar binaların görünən yerində asılmalıdır; 
 İnsanların 
köçürülmə 
yollarındakı 
divar 
və 
tavanların 
bəzədilməsində yanan materiallardan, səthi yanan və yanğın zamanı 
boğucu qazlar ayrılan materiallardan istifadə edilməməlidir;  
 Yanğın və qəza hallarında insanların evakuasiya edilməsinə imkan 
verən xüsusi avadanlıqlar daim saz vəziyyətdə saxlanılmalıdır; 

 
 
 İstehsalat,  inzibati,  ictimai  və  digər  təyinatlı  binalarda  yanğın  baş 
verərkən  insanların  təxliyyə  planı  üzrə  tez  köçürülmə  imkanları 
həyata keçirilməli və yanğının yayılmasının   qarşısının alınmasını 
təmin etməlidir. 
16. Ərazilərə, istehsalat və inzibati binalara, otaqlara və avadanlıqlara 
olan yanğın təhlükəsizliyi tələbləri hansılardır?   
 Müəssisələrin  və  obyektlərin  əraziləri,  istehsalat  otaqları  və 
avadanlıqları daim təmiz və qaydasında olmalı, istehsalat qalıqları, 
zibil, quru ot yığılmalı və xüsusi yerlərə daşınmalıdır; 
 İstehsalat ərazisinin, otaqların və avadanlıqların asan alışan və yanar 
maddələrlə,  zibil  və  istehsalat  qalıqlıqları  ilə  çirklənməsinə,  ətraf 
mühitə zərər verə biləcək maddə və materialların yandırılmasına yol 
verilməməlidir; 
 Müəssisə ərazisində, açıq anbar və çuxurlarda asan alışan və yanar 
maddələrin saxlanılmasına yol verilməməli, bu cür maddələr hopmuş 
yerlər təmizlənməli və  həmin yerlərə quru qum tökülməlidir. 
17. Müəssisələrin  ərazisindəki  Partlayış-yanğın  təhlükəli  obyektlərin 
ətrafında hansı məsafədə olan otlar vaxtaşırı biçilməlidir? 
Partlayış-yanğın təhlükəli obyektlərin və tikililərin ətrafında radiusu 5m-
dən az olmayan zonadakı otlar vaxtaşırı biçilərək təhlükəsiz yerə daşınmalı 
və həmin zonada yanar maddələrin saxlanılmasına yol verilməməlidir. Bu 
cür obyektlərin qarşısında onların partlayış-yanğın təhlükəli olması barədə 
lövhələr asılmalıdır. 
18. Müəssisə ərazisində siqaret çəkilmək üçün xüsusi yerlər ayrılması 
işləri necə təşkil olunmalıdır? 
Müəssisədə  yanğından  mühafizə  xidməti  ilə  razılaşdırılmış  siqaret 
çəkilməsi  üçün  xüsusi  yerlər  ayrılmalıdır.  Bu  yerlər  kanalizasiya 
quyusundan,  hidravliki  qurğulardan  və  neftvurma  nasos  stansiyalarının 
binalarından  ən  azı  20  m  kənarda  olmalıdır.  Həmin  yerlərdə  “Siqaret 
çəkmək üçün yer” yazılmış lövhə asılmalı, su ilə dolu tutum və ya qum 
yeşiyi qoyulmalıdır. 
 
 

 
 
19. Partlayış  təhlükəli  otaqlardakı  telefon  aparatları  və  onlara 
qoşulmuş  xəbərverici qurğular hansı tələblərə cavab verməlidir? 
Partlayış təhlükəli otaqlardakı telefon aparatları və onlara qoşulmuş  xəbər-
verici  qurğular  həmin  otaqlarda  əmələ  gələ  bilən  partlayış  qarışıqların 
kateqoriya və qrupuna uyğun partlayışdan mühafizəli quruluşda olmalıdır. 
20. Partlayış-yanğın  təhlükəli obyektlərə giriş necə tənzimlənir? 
Partlayış-yanğın  təhlükəli obyektlərə giriş yalnız xüsusi buraxılış vərəqəsi 
əsasında icazə verilir. Bu cür obyektlərin ərazisinə daxil olan avtonəqliyyat 
vasitələri,  inşaat  maşın  və  mexanizmləri  qığılcım  söndürən  və 
yanğınsöndürmə vasitələri ilə təchiz edilməlidir. 
21. Partlayış-yanğın  təhlükəli  obyektlərdə  yanğın  təhlükəsizliyi 
tədbirləri nələrdir? 
 Partlayış-yanğın  təhlükəli obyektlərin məşəl, kibrit, şam, kerosinli 
fənərlər,  tonqal  və  digər  açıq  alov  mənbələri  ilə  işıqlandırılması 
qadağandır. 
 Hər  bir  müəssisədə  istehsalat  sexlərinin,  ayrı-ayrı  otaqların, 
qurğuların  və  anbarların  partlayış-yanğın  və  yanğın  təhlükəsizliyi 
üzrə kateqoriyalarını müəyyən edən siyahı tərtib olunmalıdır. 
 Partlayış  və  yanğın  baxımından  təhlükəli  ayrılmaları  olan  otaqları 
digər otaqlardan ayıran divardan keçən trasmissiya valları və boru 
xətlərində, bu ayrılmaların başqa otaqlara yayılmasının qarşısını alan 
kipkəc və ya kipləşdirici qurğular nəzərdə tutulmalıdır. 
22. İşçilərin  səthlərinin  temperaturu  yüksək  olan  boru  kəmərləri  ilə 
təmasda olmaması üçün hansı tədbirlər görülməlidir? 
İstismar  zamanı  səthlərinin  temperaturu  45

c-dən  yüksək  olan  boru 
kəmərləri  və    avadanlıqların  işçi  heyətin  onlarla  təmasda  ola  biləcək 
sahəsində çəpəri və ya yanmayan istilik izolyasiyası olmalıdır. 
23. İşçi zonanın hava mühitinə nəzarət necə təşkil olunmalıdır? 
Partlayış  təhlükəli  buxar  və  qazların  yığılması  ehtimal  olan  istehsalat 
otaqlarında partlayışın qarşısının almaq üçün hava mühitinə daimi nəzarət 
olmalıdır.  İşçi  zonaların  hava  mühitinə  nəzarət  neft  sənayesi 
müəssisələrində  hava  mühitinə  nəzarətin  aparılmasına  dair  sahə 
təlimatlarına əsasən təşkil olunmalıdır. 

 
 
İstehsalat otaqlarında hava mühitinə nəzarət edən avtomatik siqnalizasiya 
sistemləri  qəza  ventilyasiya  sistemi  ilə  bloklanmalıdır.  Siqnalizasiya 
sistemləri  işıq  və  səs  xəbərvericiləri  ilə  təchiz  olunmalıdır.  İşçi  zonanın 
hava  mühitinə  vaxtaşarı  nəzarət  sənaye-sanitariya,  və  ya  kimya 
laboratoriyası, qazdan xilasetmə xidməti və ya xüsusi yaradılmış xidmətlər 
tərəfindən həyata keçirilir. 
24. Müəssisənin  kanalizasiya  şəbəkəsinə  olan  yanğın  təhlükəsizliyi 
tələbləri hansılardır? 
Müəssisənin  istehsalat  kanalizasiya  şəbəkəsi  qapalı  formada  quraşdırıl-
malıdır.  Kanalizasiya  şəbəkəsi  yanmayan  materiallardan  hazırlanmalı, 
boru  və  qurğuların  kimyəvi–aqressiv  çirkab  suların  təsiri  nəticəsində 
korroziyadan mühafizəsi nəzərdə tutulmalıdır. Kanalizasiya baxış quyuları 
daim  qapaqla  bağlı  vəziyyətdə  saxlanılmalı  və  10sm  qalınlığı  olan  qum 
təbəqəsi ilə örtülməlidir.   
25. İstehsalat  obyektlərinin  ərazisində  kanalizasiya  qurğuları  və 
yeraltı tikililərin havasının qazlılıq səviyyəsi hansı müddətdə və nə 
ilə yoxlanılmalıdır? 
İstehsalat  obyektlərinin  ərazisində  qaz  kəmərlərindən  15  m-ə  qədər 
məsafədə və ondan hər iki tərəfdə yerləşən kanalizasiya qurğuları və yeraltı 
tikililərin  havasının  qazlılıq  səviyyəsi  ildə  3  dəfədən  az  olmayaraq,  qaz 
kəmərinin istismara verildiyi birinci il isə ayda bir dəfədən az olmayaraq, 
lakin  hər  dəfə  quyuda  və  yeraltı  tikililərdə  istehsalat  işləri  görülməzdən 
əvvəl yoxlanılmalıdır. Qazlılıq səviyyəsi qazanalizatorla yoxlanılmalıdır  
26. Texnoloji proseslərin avtomatik nəzarət, idarəetmə və tənzimləmə 
qurğularının istismarı zamanı hansı qaydalara əməl olunmalıdır? 
Texnoloji  proseslərin  avtomatik  nəzarət,  idarəetmə  və  tənzimləmə  
qurğularının istismarı zamanı aşağıdakılara əməl olunmalıdır: 
 texnoloji avadanlıqların avtomatlaşdırılma vasitələri və sistemləri ilə 
tam təchiz  olunmasına; 
 yanğınların  aşkar  edilməsi,  lokallaşdırılması  və  söndürülməsi 
sistemlərinin mövcudluğuna; 
 avtomatlaşdırma  sistemlərinin  istismarı  prosesində  yanğına  qarşı 
tələblərə riayət olunmasına.  
 

 
 
II FƏSİL 
ANBARLARDA  YANĞIN  TƏHLÜKƏSİZLİYİ  QAYDALARI 
HAQQINDA 
 
 
1. Kimyəvi 
maddələr  necə  və  harada  yerləşdirilməli  və 
saxlanılmalıdır? 
 Kimyəvi  maddələr  “yerləşdirmə  planı”na  əsasən  xüsusiyyətlərinə 
görə  (yanğın  təhlükəli,  zəhərli,  kimyəvi  aktiv  və  s.) 
yerləşdirilməlidir. 
 Eyni fiziki-kimyəvi xassəli və yanğın təhlükəli maddələr bir yerdə 
saxlanıla  bilər.  Bunun  üçün  anbarlar  biri  birindən  yanmayan 
divarlarla ayrılmış otaqlara bölünməlidir. 
 Yükləmə-boşaltma  işləri  başa  çatdıqdan  sonra  avtonəqliyyayatın 
anbar ərazisində saxlanılmasına yol verilməməlidir. 
2. Yanğın zamanı yüksək temperaturun  təsirindən ərimə xüsusiyyəti 
olan  kimyəvi  maddələr  saxlanılan  otaqlarda  hansı  tədbirlər 
görülməlidir? 
Yanğın  zamanı  yüksək  temperaturun  təsirindən  ərimə  xüsusiyyəti  olan 
kimyəvi maddələr saxlanılan otaqlarda əriyən kimyəvi maddələrin sərbəst 
axmasına  qarşı  tədbirlər  görülməlidir:  otaqlarda  panduslu  kəndarlar, 
bortlar nəzərdə tutulmalıdır. 
3. Kimyəvi  maddələr  saxlanılan  qablar,  tutumlar,  çəlləklər  açıq 
meydançalarda necə yerləşdirilməlidir? 
Kimyəvi 
maddələr  saxlanılan  qablar,  tutumlar,  çəlləklər  açıq 
meydançalarda, qrup halında və hər bir qrupda 100 ədəddən çox olmamaq 
şərti  ilə  yerləşdirilməli  və  qruplar  arasındakı  məsafə  1  m-dən  az 
olmamalıdır.  Hər  qrupda  eyni  növ  (eyni  xassəli)  kimyəvi  maddələr 
saxlanılmalı  və  qruplar  müvafiq  yazılarla  işarələnməlidir.  Meydançalar 
hamarlanmalı  və  çəpərlənməlidir.  Açıq  meydançada  saxlanılan  kimyəvi 
maddələrlə dolu tutumlar günəş şüalarından qorunmalıdır. 
 
 

 
 
Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin