AZƏrbaycan respublikasinin döVLƏt neft şİRKƏTİ “AZƏRİqaz” İstehsalat biRLİYİ


  Şəhərlərin və kəndlərin baş planları hazırlanarkən  1 nəfər üçün



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə2/22
tarix29.01.2020
ölçüsü2,62 Mb.
#30342
1   2   3   4   5   6   7   8   9   ...   22
kitab 1000 sual - 1000docx 01 02.2018 sayt ucun1


30.  Şəhərlərin və kəndlərin baş planları hazırlanarkən  1 nəfər üçün 
illik qaz tələbatı norması necədir? 
Şəhərlərin  və  digər  yaşayış  məskənlərinin  baş  planları  hazırlanarkən  1 
nəfər  üçün  illik  qaz  tələbatı  normasının,  m
3
/il,  qazın  yanma  istiliyi  34 
MC/m
3
  (8000  kkal/m
3
)  olduqda,  aşağıdakı  kimi  qəbul  edilməsinə  yol 
verilir: 
 mərkəzləşdirilmiş isti su təchizatı olduqda – 100; 
 isti su təchizatı qaz su qızdırıcılarından olduqda – 250;  
 hec bir nov isti su təchizatı olmadıqda – 125 (kənd yerləri ucun 165). 
31.  Ölkə  ərazisində  yaşayış  məntəqələrinin  qazlaşdırılması  üçün 
layihə-smeta sənədləri tərtib edilərkən hansı normativ sənədlərə 
istinad edilir?  
Yaşayış məskənləri ərazisində izafi təzyiqi 1,2MPa-dan (12 kqq/sm
2
-dən) 
yüksək olmayan yeni tikilən və  yenidən qurulan qaz təchizatı sistemləri 
və obyektlərinin həmçinin yaşayış məskənləri arasındakı qaz kəmərlərinin 
tikintisi  üçün  layihə  smeta  sənədləri  tərtib  edilərkən  Azərbaycan 
Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 02. 03. 09. 

 
 
tarixli    17    №-li  əmri  ilə  təsdiq  edilmiş  AzDTN  2.13-1  “Qaz  təchizatı. 
Layihələndirmə normaları”na istinad edilməlidir. 
32.  Qaz kəmərlərinin və qaz avadanlıqlarının istismara qəbulu hansı 
sənədlərə əsasən və necə həyata keçirilməlidir? 
Qaz kəmərlərinin və qaz avadanlıqlarının istismara qəbulu AzDTN 1.6-1, 
СниП 3.05.02-88
*, “
Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları”nın 
və  eləcə  də  digər  normativ  sənədlərin  tələblərinə  uyğun  olaraq  həyata 
keçirilməlidir. 
Polietilen  borulardan  tikilmiş  qaz  kəmərlərinin  istismara  qəbulu  həyata 
keçirilərkən  istismar  təşkilatları  qabaqcadan  aşağıdakılarla  təmin 
edilməlidirlər:  
 müxtəlif ölçülü (diametrli) polietilen borular və onların birləşdirici 
hissələri (detalları); 
 təmir işlərini yerinə yetirmək üçün lazım olan avadanlıq və alətlər 
(siyahı əlavə olunur). 
Həmçinin Tikinti-quraşdırma işləri başa çatdıqdan sonra qaz kəmərlərinin 
və  onun  qurğularının  üfürülməsi  və  sınağı  qaz  vasitəsilə  aparıldığı  halda, 
tikinti təşkilatı, göstərilən işləri təhlükəsiz yerinə yetirmək üçün sifarişçi ilə 
razılaşdırılmış təlimatı Azərbaycan Respublikası FHN-nin Sənayedə İşlərin 
Təhlükəsiz  Görülməsi  və  Dağ-mədən  Nəzarəti  Dövlət  Agentliyinə  və 
Dövlət  Qaz  Nəzarəti  İdarəsinə  təqdim  edərək  onlardan  rəsmi  icazə 
almalıdır. 
33.  İstismara qəbul olunan qaz kəmərlərinə və onun avadanlıqlarına 
qaz buraxılana qədər sifarişçi nələri yerinə yetirməlidir? 
 Qaz  təchizatı  müəssisəsinin  imtahan  komissiyası  (zəruri  hallarda 
Fövqəladə  Hallar  Nazirliyi  və  Dövlət  Qaz  Nəzarəti  İdarəsinin 
nümayəndələrinin  iştirakı ilə) tərəfindən qaz kəmərlərinin və onun 
avadanlıqlarının istismarı və təmiri üzrə cavabdeh məsul şəxslərin və 
xidmət işçilərinin biliklərinin yoxlanılmasını; 
 təsdiq  olunmuş  normativ  sənədlərin  siyahısına  əsasən  qaz 
kəmərlərinin və onun avadanlıqlarının istismarına aid olan sənədlərin 
(istehsalat, texnoloji, əməyin mühafizəsi və yanğına qarşı təlimatları, 
texniki xidmət, təmir, həmçinin təsadüfi baş verə biləcək qəzalar və 
onların  ləğvi  planlarını,  qaz  kəmərlərinin  və  avadanlıqlarının 

 
 
sxemlərini) iş yerlərində oxuna bilən yerlərdən asılmasını; 
 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Baş 
Yanğın  İdarəsinin  (Xidmətinin)  müvafiq  təlimatına  uyğun  olaraq 
obyektlərin yanğınsöndürmə vasitələri ilə təmin edilməsini; 
 müvafiq  tikinti  norma  və  qaydalarının  tələblərinə  əsasən  bütün 
texniki-icra  sənədlərinin  Qaz  təchizatı  müəssisəsinə  təhvil 
verilməsini; 
 yaşayış  və  digər  qazlaşdırılmış  binaların  qaz  sobalarının,  tüstü 
bacaları və tüstü borularının, ventilyasiya kanalları və qurğularının 
istismara hazırlanmasını. 
34.  Hansı obyektlərə təbii qazın verilməsi qəti qadağandır? 
Dövlət komissiyası və Baş idarələrin müvafiq komissiyası tərəfindən qəbul 
olunmamış,  həmçinin  Dövlət  Qaz  Nəzarəti  İdarəsindən  xüsusi  icazə 
verilməmiş  obyektlərə  qazın  verilməsi  və  ya  onun  avadanlıqlarının 
istismara buraxılması qəti qadağandır. 
35.  Qaz  kəmərlərində  və  onun  avadanlıqlarında,  hər  hansı  bir 
tikinti, yenidən qurma və təmir işləri başa çatdırılaraq istismara 
veriləndən  sonra  istismar  təşkilatı  necə  gün  ərzində    lazımi 
qeydləri aparmalıdır? 
Qaz  kəmərlərində  və  onun  avadanlıqlarında,  hər  hansı  bir  tikinti, 
yenidənqurma və təmir işləri başa çatdırılaraq istismara veriləndən sonra 3 
gün  ərzində,  istismar  təşkilatı  mövcud  qaz  avadanlıqlarının  texniki 
pasportlarında  görülmüş  dəyişikliklər  haqqında  lazımi  qeydiyyatlar 
aparmalıdır. 
Obyekt istismara qəbul edildikdən sonra tikintiyə aid olan bütün layihə və 
texniki icra sənədləri, o cümlədən təsdiq olunmuş qəbul aktının bir nüsxəsi 
(akta əlavə olunan sənədlərlə birlikdə) istismarçı təşkilatda (Qaz təchizatı 
müəssisələrində) mütləq saxlanılmalıdır. 
36.  Qaz kəmərinin muhafizə zonası nə deməkdir? 
Qaz  kəmərinin  muhafizə  zonası  -  qaz  kəmərlərinin  və  onların  uzərində 
qurasdırılan  qurğuların  və  avadanlıqların  normal  səraitdə  istismar 
edilməsini  və  zədələnmədən  qorunmasını  təmin  etmək  ucun  qaz  kəməri 
boyu və qazpaylayıcı səbəkələrin digər obyektləri ucun nəzərdə tutulan və 
xususi sərtlərlə istifadə olunan ərazidir. 

 
 
37.  Yeni tikilmiş qaz kəmərlərinin istismarda olan qaz kəmərlərinə 
qoşulması üçün əsas sənəd hansıdır? 
Yeni tikilmiş qaz kəmərlərinin istismarda olan qaz kəmərlərinə qoşulması 
üçün əsas, Dövlət Qaz Nəzarəti İdarəsinin nümayəndəsinin iştirak etdiyi 
səlahiyyətli  komissiya  tərəfindən,  həmin  obyektin  istismara  qəbulu 
haqqında rəsmiləşdirilmiş aktdır. 
38.  Qaz təchizatı müəssisəsində qəza, təmir-bərpa xidmətləri (qəza-
dispetçer xidməti) nə məqsədlə yaradılır? 
Qəzaların məhdudlaşdırılması və ləğvi üzrə işlərin yerinə yetirilməsi, eləcə 
də  qazın  qəbulu,  istehlakçılara  paylanması  və  qaz  kəmərlərində  normal 
təzyiq  rejimlərinin  saxlanması  üçün  hər  bir  Qaz  təchizatı  müəssisəsində 
qəza, təmir-bərpa xidmətləri (qəza-dispetçer xidməti) yaradılır. 
Bu xidmətlərin işi bütün gün ərzində təmin edilməlidir. 
39.  Qaz  təchizatı  sistemlərinə  xidmət  edən  qəza,  təmir-bərpa 
xidmətlərinin idarəetmə sisteminə nələr daxildir? 
 qazın  təchizatçılardan  qəbul  edilməsi  və  istehlakşılara  buraxılması 
rejimlərinin tənzimlənməsi; 
 təchizatçılar tərəfindən qazın verilməsində müqavilə şərtlərinə (qazın 
tərkibinin  texniki  şərtlərə  uyğunluğuna,  proqnozlaşdırılan  qazın 
həcminə,  müəyyən  edilmiş  təzyiq  rejimlərinə)  əməl  edilməsinə 
nəzarət; 
 təchizatçıların növbətçi heyəti ilə bütün gün ərzində operativ rabitə 
əlaqəsinin saxlanması; 
 xidmət  olunan  qaz  nəqli  xətləri  və  şəbəkələrinin  normal  və  xüsusi 
şəraitlərdə  (qaz  çatışmadıqda,  qəza  vəziyyətində,  qaz  kəmərlərinin 
ayrı-ayrı  sahələrində  təmir  işləri  yerinə  yetirildiyi  zaman,  yeni 
obyektlər  (qaz  kəmərləri,  QTM-lər,  iri  istehlakçılar)  istismara 
buraxıldıqda iş rejimlərinin tənzimlənməsi; 
 qaz  təchizatı  sistemində  qazın  təzyiqi  və  sərfi  üzrə  toplanmış 
rejimlərin təhlili, QTM-in fəaliyyət zonasının müəyyənləşdirilməsi, 
sistem üzrə eyni vaxtda qazın təzyiqinin ölçülməsi, qaz şəbəkəsinin 
yeni  daha  səmərəli  iş  rejimlərinin  işlənilməsi  və  tətbiq  edilməsi, 
bütövlükdə  sistemin  və  onun  ayrı-ayrı  rayonları  üçün  təzyiq 
rejimlərinin tənzimlənməsi üzrə metodikaların işlənilməsi

 
 
 qaz çatışmazlığı müddətində qaz təchizatı qrafikinə uyğun olaraq iri 
istehlakçıların (obyektlərin) qaz təchizatı şəbəkəsindən açılması və 
qoşulması; 
 təmir, qəza, yeni qaz kəmərlərinin qoşulması işləri yerinə yetirilən 
zaman qaz şəbəkəsinin ayrı-ayrı sahələrinin açılması və ya onlarda 
qazın təzyiqinin aşağı salınması; 
 lazımi istismar sənədlərinin aparılması və saxlanılması. 
40.  Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları (AzDTN) 
2.13-1,  (Qaz  təchizatı.  Layihələndirmə  normaları)  hansı 
qazlaşma işlərinə şamil edilir?   
Bu normalar qazdan yanacaq kimi istifadə edən istehlakcıları izafi təzyiqi 
1,2MPa-dan  (12  kqq/sm2-dən)  yuksək  olmayan  təbii  qazla  və  qaz-hava 
qarısığı ilə, izafi təzyiqi 1,6MPa-ya (16 kqq/sm2-ə) qədər (daxil olmaqla) 
olan mayeləşdirilmiş karbohidrogen qazı (MKHQ) ilə təmin edilən yaşayış 
məskənləri ərazisində yeni tikilən, yenidən qurulan və genişləndirilən qaz 
təchizatı  sistemləri  və  obyektlərinin,  həmcinin  yaşayıs  məskənləri 
arasındakı qaz kəmərlərinin və qazdan yanacaq və xammal kimi istifadə 
edən  sənaye  müəssisələrinin  sahələrindən  kənarda  çəkilən  xarici  qaz 
kəmərlərinin layihələndirilməsinə samil edilir. 
 
 
 
 
 
 
 

 
 
II FƏSİL 
XARİCİ QAZ KƏMƏRLƏRİ VƏ ÜZƏRİNDƏKİ 
AVADANLIQLAR, ONLARIN TİKİNTİSİ VƏ İSTİSMARI 
QAYDALARI  HAQQINDA 
 
1. 
Хаrici  qаz  kəmərləri  və  qurğulаrı  anlayışı  dedikdə  nə  başa 
düşülür? 
Qаz  pаylаyıcı  stаnsiyаdаn  və  yа  qаz  tənzimləyici  məntəqədən  qаz 
istеhlаkçılаrınа (binаlаrın və qurğulаrın хаrici divаrlаrınа) qədər əhalinin 
məskunlаşdığı  ərаzilərdə  çəkilən  хаrici  qаz  kəmərləri,  bir  qаydа  оlаrаq 
"AzDTN  2.6-1.  Şəhər,  qəsəbə  və  kənd  yaşayış  məskənlərinin 
planlaşdırılması və tikilib abadlaşdırılması" nоrmаtiv sənədin 6.2÷6.57-ci 
bəndlərinin tələblərinə uyğun оlаrаq əsаsən yеrаltı nəzərdə tutulmаlıdırlаr. 
Хаrici qаz kəmərlərinin yеrüstü dаyаqlаrdа çəkilməsinə də yоl vеrilə bilər.  
Bu  əməliyyаt  yаşаyış  məhəllələri  və  həyətləri  dахilində,  həmçinin 
trаssаlаrın аyrı-аyrı sаhələrində tətbiq оlunа bilər. АzDTN 2.6-1 nоrmаtiv 
sənədin 6.17-ci bəndinin tələbinə uyğun оlаrаq qаz kəmərlərinin çəkilmə 
dərinliyi  və  yа  futlyаrın  üstündən  yеrin  səthinə  qədər  0,8  m-dən  аz 
оlmаmаsınа  хüsusi  fikir  vеrilməlidir.  Yеrüstü  və  yеr  səthindən  yuхаrı 
çəkilən  qаz  kəmərləri  "AzDTN  2.6-1.  Şəhər,  qəsəbə  və  kənd  yaşayış 
məskənlərinin  planlaşdırılması  və  tikilib  abadlaşdırılması"  nоrmаtiv 
sənədin 6.22÷6.57-ci bəndlərinin tələblərinə uyğun оlmаlıdır.  
2. 
Yaşayış məskənlərində qaz kəmərləri təzyiqlərinə görə neçə yerə 
bölünür? 
Yaşayış  məskənlərində  qaz  təchizatı  sistemlərinin  qaz  kəmərləri,  nəql 
edilən qazın təzyiqindən asılı olaraq  3 yerə bölünür: 
 aşağı təzyiqli qaz kəmərləri – qazın isçi təzyiqi 0,005 MPa-ya (0,05 
kqq/sm
2
-ə)  qədər (daxil olmaqla); 
 orta təzyiqli qaz kəmərləri – qazın isçi təzyiqi 0,005 MPa-dan (0,05 
kqq/sm
2
-dən) yuxarı 0,3 MPa-ya (3 kqq/sm
2
-ə) qədər; 
 yüksək təzyiqli qaz kəmərləri – isçi təzyiqi 0,3 MPa-dan (3 kqq/sm
2
-
dən) yuxarı. 
 
 

 
 
3. 
Xarici qaz kəmərləri necə çəkilməlidir? 
Yaşayış  məntəqələri  ərazisində  xarici  qaz  kəmərləri  əsasən  torpağa 
basdırılmalı, sənaye və kommunal müəssisləri ərazisində isə yerin üstü ilə 
çəkilməlidir. 
Məntəqələrarası qaz kəmərlərinin çəkilməsi həm  yeraltı, həm də  yerüstü 
aparıla bilər (dayaqlar üzəri ilə, yaxud yaşayış və ictimai binaların xarici 
boyu  ilə).  Binaların  divarının  xarici  hissəsindən  yeraltına  keçən  bütün 
yeraltı kommunikasiyaların girişləri  və çıxışları kipləşdirilməlidir. 
Təzyiqi 6 kqq/sm

(0.6Mpa) qədər olan qaz kəmərləri yanmayan (dəmir-
beton,  metal  və  daş)  avtomobil  və  piyada  körpüləri  ilə,  12kqq/sm
2  
(1,2Mpa)  qədər  təzyiqli  qaz  kəmərləri  isə  bəndlər  və  başqa  hidrotexniki 
tikililərin üzəri ilə çəkilə bilər. 
4. 
Qaz  kəmərlərinin  girişlərinin  binaların  bünövrələrindən  və 
bünövrələrin altından keçməsinə yol verilirmi? 
Qaz  kəmərlərinin  girişləri  binaların  bünövrələrindən  və  bünövrələrin 
altından  kecməməlidir.  Qaz  kəmərlərinin  QTM-yə  girişlərində  və 
cıxışlarında bünövrələrlə kəsişməsinə yol verilir. Qaz kəməri girişlərinin 
zirzəmilərdə, lift otaqlarında, ventilyasiya kameralarında və şaxtalarında, 
zibil  toplanan  otaqlarda,  transformator  yarımstansiyalarında,  paylayıcı 
qurğularda, maşın bolmələrində, anbar otaqlarında, partlayış və partlayış-
yanğın  təhlükəsinə  görə  A  və  Б  kateqoriyalarına  aid  edilən  otaqlarda 
yerləşdirilməsinə yol verilmir. 
5. 
Qaz  təchizatı  sistemlərinin  qaz  kəmərləri,  nəql  edilən  qazın 
təzyiqindən asılı olaraq hansı kateqoriyalara ayrılırlar ? 
 I kateqoriyalı yüksək təzyiqli qaz kəmərləri – təbii qaz və qaz-hava 
qarısığı ucun qazın isci təzyiqi 0,6 MPa-dan (6kqq/sm2-dən) yuxarı 
1,2  MPa-ya  (12kqq/sm2-ə)  qədər  (daxil  olmaqla),  mayeləşdirilmiş 
karbohidrogen qazı (MKHQ) uçun 1,6MPa-ya (16 kqq/sm2-ə) qədər; 
 II kateqoriyalı yüksək təzyiqli qaz kəmərləri – isci təzyiqi 0,3 MPa-
dan (3kqq/sm2-dən) yuxarı 0,6MPa-ya (6kqq/sm2-ə) qədər; 
 orta təzyiqli qaz kəmərləri – qazın isci təzyiqi 0,005MPa-dan (0,05 
kqq/sm2-dən) yuxarı 0,3MPa-ya (3 kqq/sm2-ə) qədər; 
 alcaq təzyiqli qaz kəmərləri – qazın isci təzyiqi 0,005MPa-ya (0,05 
kqq/sm2-ə) qədər (daxil olmaqla); 

 
 
6. 
Torpaqda  qoyulan  qaz  kəmərlərində  sökülə  bilən  (yivli) 
birləşmələr qoyula bilərmi?  
Torpaqda  qoyulan  qaz  kəmərlərində  sökülə  bilən  birləşmələrin  nəzərdə 
tutulmasına yol verilmir. 
Həmçinin  yaşayıs  binalarının  və  qeyri-istehsalat  xarakterli  ictimai 
binaların  pəncərələrinin  və  balkonlarının  altından  çəkilən  qaz 
kəmərlərində sökulən birləşmələrin nəzərdə tutulmasına yol verilmir. 
7. 
Yeraltı qaz kəmərləri istilik şəbəkəsi kanalları, kommunikasiya 
kollektorları  və  digər  müxtəlif  təyinatlı  kanallarla  kəsişdiyi 
yerlərdə hansı tələblər gözlənilməlidir? 
Yeraltı  qaz  kəmərləri  istilik  şəbəkəsi  kanalları,  kommunikasiya 
kollektorları  və  digər  müxtəlif  təyinatlı  kanallarla  kəsişdiyi  yerlərdə 
(kəsişən  qurğuların  altından  və  ya  üstündən  keçməklə),  kəsişdiyi 
qurğuların  xarici  divarlarından  hər  tərəfə  2  m  çıxmaqla  futlyarda 
qoyulmalıdırlar.  Eyni  zamanda  kəsişmə  hüdudlarında  və  kəsişən 
qurğuların  xarici  divarlarından  hər  tərəfə  5  m  məsafədə  bütün  qaynaq 
birləsmələri  dağıdıcı  təsiri  olmayan  nəzarət  usulu  ilə  yoxlanılmalıdır. 
Futlyarın bir ucunda mühafizə qurğusunun altına çıxan nəzarət borucuğu 
nəzərdə tutulmalıdır. 
8. 
Qaz  kəmərləri  binaların  xarici  divarlarından  keçdiyi  yerlərdə 
hansı tələblər yerinə yetirilməlidir? 
Qaz  kəmərləri  binaların  xarici  divarlarından  keçdiyi  yerlərdə  futlyarda 
qoyulmalıdır. Boru ilə futlyar arasındakı boşluq kəsişən konstruksiyanın 
butun qalınlığı boyu əsaslı surətdə doldurulmalıdır. Futlyarın ucları elastiki 
materiallarla kipləsşdirilməlidir. 
9. 
Tərkibində  çürüntülər  və  inşaat  zibilləri  olan  qruntlarda  qaz 
kəmərlərinin çəkilməsi necə olmalıdır? 
Tərkibində çürüntülər və inşaat zibilləri olan qruntlarda qaz kəmərlərinin 
çəkilməsi,  qaz  kəmərlərinin  altında  qalınlığı  10  sm-dən  az  olmayan 
yumşaq  və  ya  qumlu  əsaslar  düzəltməklə  nəzərdə  tutulmalıdır,  qaz 
kəmərinin yerləşdiyi xəndək bütün dərinlik boyu həmin növ qruntla tam 
doldurulmalıdır.  
Yükdaşıma  qabiliyyəti  0,025  MPa-dan  (0,25kqq/sm2-dən)  az  olan 
qruntlarda,  həmçinin  tərkibində  çürüntülər  və  inşaat  zibilləri  olan 

 
 
qruntlarda  xəndəklərin  dibi  beton  tirlər,  antiseptikalı  taxta  tirlər,  paya 
əsaslar qoyulmaqla və ya çınqıl, qırmadaş ilə möhkəmləndirilməlidir. Bu 
halda qaz kəmərinin altına və xəndəklərin doldurulmasına verilən qrunt bu 
bəndin birinci hissəsindəki kimi qəbul edilməlidir. 
10.  Yerüstu  və  yer  səthindən  yuxarı  çəkilən  qaz  kəmərlərinin 
tikintisi zamanı hansı tələblər gözlənilməlidir? 
Yer səthindən yuxarı çəkilən qaz kəmərləri yanmayan materiallardan olan 
ayrı-ayrı  dayaqlar,  sütunlar,  rəflər  üzərində  və  ya  binaların  divarları  ilə 
cəkilməlidir. 
Bu halda aşağıdakı çəkilmələrə yol verilir: 
 ayrı-ayrı  dayaqlarda,  sütunlarda,  estakadalarda  və  rəflərdə  –  bütün 
təzyiqli qaz kəmərlərinin
 B, Г və Д kateqoriyalı otaqları olan istehsalat binalarının divarları ilə 
təzyiqi 0,6MPa-ya (6 kqq/sm2-ə) qədər olan qaz kəmərlərinin
 odadavamlılıq dərəcəsi III – IIIa-dan aşağı olmayan yaşayıs evlərinin 
və ictimai binaların divarları ilə – təzyiqi 0,3MPa-ya (3 kqq/sm2-ə) 
qədər olan qaz kəmərlərinin; 
 IV–V  odadavamlılıq  dərəcəsi  olan  yaşayıs  evlərinin  və  ictimai 
binaların  divarları  ilə,  bir  qayda  olaraq,  şərti  diametri  50  mm-dən 
yuxarı  olmayan  alçaq  təzyiqli  qaz  kəmərlərinin,  qaz  təzyiq 
tənzimləyiciləri  bu  binaların  xarici  divarlarında  və  digər 
konstruksiyalarında  yerləşdirildikdə  isə  təzyiqi  0,3MPa-ya 
(3kqq/sm2-ə)  qədər  olan  qaz  kəmərlərinin  –  tənzimləyicilərin 
girişinə qədər olan sahələrdə. 
11.  Qaz  kəmərlərinin  hansı  hallarda  tranzit  çəkilməsi  qadağan 
edilir? 
 uşaq  bağcalarının,  xəstəxanaların,  məktəb  binalarının  və  tamaşa 
müəssisələrinin divarları ilə – butun təzyiqli qaz kəmərlərinin; 
 yasayıs  binalarının  divarları  ilə  –  orta  və  yuksək  təzyiqli  qaz 
kəmərlərinin; 
 A  və  Б  kateqoriyalı  binaların  və  metal  üzlüklu  və  polimer  isidici 
materialı olan panel divarlı binaların divarları ilə bütün təzyiqli qaz 
kəmərlərinin çəkilməsi qadağan edilir. 

 
 
12.  Yaşayış  məskənləri  ərazilərində  polietilen  borulardan  qaz 
kəmərlərinin qurasdırılması necə həyata keçirilir? 
Yaşayış  məskənləri  ərazilərində  polietilen  borulardan  qaz  kəmərlərinin 
quraşdırılması,  bir  qayda  olaraq,  buxtalarda,  sarğaclarda  və  ya 
barabanlarda  göndərilən  polietilen  borulardan  (uzun  ölçülü)  nəzərdə 
tutulmalıdır.  Bu  məqsədlər  üçün  standart  ölçülü  borulardan  istifadə 
edilməsinə  icazə  verilir.  Bu  halda  bütün  qaynaq  calaqları  fiziki  usulla 
100%-li sınaqdan kecirilməlidir. 
Qaz  kəmərinin  tikintisi  üçün  işlədilən  polietilen  boruların  möhkəmlik 
ehtiyat  əmsalı  istehsal  olunan  borunun  standartı  üzrə  2,5-dən  az 
olmamalıdır. 
13.  Polietilen  borulardan  qaz  kəmərinin  çəkilməsinə  haralarda  yol 
verilmir? 
 yerüstu,  yer  səthindən  yuxarıda,  binaların  daxilində,  həmçinin 
tunellərdə, kollektorlarda və kanallarda; 
 Qaz kəmərlərinin umumi dəmir yolu şəbəkələrindən və I-II dərəcəli 
avtomobil  yollarından,  sürətli  yolların,  magistral  küçələrin  və 
ümumşəhər əhəmiyyətli yolların altından, həmçinin suyun orta axın 
səviyyəsində  eni  25  m-dən  artıq  olan  su  maneələrindən  və  III  tip 
bataqlıqlarda layihələndirilən kecidlərin sahələrində
 yasayıs  məskənləri  ərazilərində  –  təzyiq  0,3  MPa-dan  yuxarı 
olduqda; 
 yasayıs  məskənləri  ərazilərindən  kənarda  –  təzyiq  0,6  MPa-dan 
yuxarı olduqda; 
 yasayıs məskənləri ərazilərində II tip çökmə qruntlarında; 
 tərkibində  aromatik  və  xlorlanmış  karbohidrogen  olan  qazları, 
həmçinin  mayeləşdirilmiş  karbohidrogen  qazının  (MKHQ)  maye 
fazasını nəql etmək üçün. 
14.  Polietilen qaz kəmərlərinin çəkilməsi borunun yuxarı səthindən 
neçə  metr  dərinlikdə  nəzərdə  tutulmalıdır  və  maillik  nə  qədər 
olmalıdır? 
Polietilen qaz kəmərlərinin çəkilməsi borunun yuxarı səthindən 1m-dən az 
olmayan dərinlikdə nəzərdə tutulmalıdır. 
Mailliyi  1:5  və  daha  cox  olan  yerlərdə  çəkilən  qaz  kəmərləri  üçün 
xəndəklərin  yuyulmasının  qarşısını  ala  biləcək  tədbirlər  nəzərdə 

 
 
tutulmalıdırlar. Qaz kəmərilərinin 1:2 və daha çox mailliklə çəkilməsinə 
yol verilmir. 
15.  Qaz tənzimləyici məntəqənin (QTM) funksiyası nədən ibarətdir 
və hansı yerlərdə yerləşdirilməlidir?  
Qazın təzyiqinin aşağı salınması və tələb olunan səviyyədə saxlanılması 
üçün qaz təchizatı sistemlərində QTM və ya QTQ nəzərdə tutulmalıdır. 
QTM texniki təyinatından və texniki məqsədə uyğunluğundan asılı olaraq 
aşağıdakı yerlərdə nəzərdə tutulmalıdır: 
 binalara əlavə edilmiş tikililərdə; 
 birmərtəbəli  istehsalat  binalarının  və  ya  qazanxanaların  daxilində 
əlavə tikililərdə; 
 ayrılıqda dayanan binalarda
 qazlaşdırılan binaların xarici divarlarında şkaflarda və ya ayrılıqda 
dayanan yanmayan materiallardan hazırlanan dayaqlarda; 
 qazlasdırılan,  I  və  II  dərəcəli  odadavamlılığı  olan  istehsalat 
binalarının yanmayan isidicili örtülərində; 
 iqlim şəraiti texnoloji avadanlıqların (pasport göstəricilərinə əsasən) 
və nəzarət ölçü cihazlarının (NÖC) normal işini təmin edirsə, sənaye 
müəssisələrinin  ərazilərində  açıq  hasara  alınmış  sahələrdə  talvarın 
altında. 
QTM-in  yasayıs  və  ictimai  binaların  daxilində  və  onlara  əlavə  edilmiş 
tikililərdə  (istehsalat  xarakterli  binalardan  başqa)  nəzərdə  tutulması, 
həmçinin təyinatından asılı olmayaraq butun binaların zirzəmi və kürsülu 
otaqlarında yerləsdirilməsi qadağan olunur. 
İqlim  şəraiti  imkan  verərsə,  avadanlıqların  bir  hissəsini  (siyirtmələr, 
süzgəclər  və.s.)  QTM-dən  çıxarmağa  yol  verilir.  QTM-dən  kənarda 
yerləşdirilən  avadanlıqlar  QTM  binasına  bitişik  hasarla  və  ya  QTM-in 
ümumi hasarı ilə əhatə olunmalıdırlar. 
16.  Qаz  tənzimləyici  məntəqələr  və  qаz  tənzimləyici  qurğulаrda 
(şkaflarda) hansı avadanlıqlar quraşdırılır? 
Qаz  tənzimləyici  məntəqələrdə  (QTM),  qаz  tənzimləyici  qurğulаrdа 
(QTQ)  və  qаz  tənzimləyici  şkаflаrdа  (QTŞ)  əsаsən  qаz  tənzimləyicilər, 
qоruyucu və аtqı klаpаnlаrı ilə yаnаşı bаğlаyıcı аvаdаnlıqlаr, nəzаrət-ölçü 
cihаzlаrı yеrləşdirilir. Bu qurğulаrdаn qаzın təzyiqinin аşаğı sаlınmаsı və 

 
 
tехnоlоji rеjimə əsаsən tələb оlunаn səviyyədə sахlаnılmаsı üçün istifаdə 
еdilir.  Burаdа  tənzimləyici  bir  və  yа  iki  yаruslu  оlmаqlа  yеrləşdirilir. 
Pаylаyıcı  qаz  kəmərində  əsаsən  özündən  sоnrа  tənzimləyicilər  tətbiq 
еdilir.  
Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin