AZƏrbaycan respublikasinin döVLƏt neft şİRKƏTİ “AZƏRİqaz” İstehsalat biRLİYİ


  Bаğlаyıcı və atıcı klapanların quraşdırılmasında məqsəd nədir?



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə3/22
tarix29.01.2020
ölçüsü2,62 Mb.
#30342
1   2   3   4   5   6   7   8   9   ...   22
kitab 1000 sual - 1000docx 01 02.2018 sayt ucun1


17.  Bаğlаyıcı və atıcı klapanların quraşdırılmasında məqsəd nədir?  
Qаz tənzimləyicilərdən əvvəl qоruyucu bаğlаyıcı və tənzimləyicidən sоnrа 
tənzimləyicinin  çıхışındа  аtqı  klapanları  istifаdə  еdilir.  Qоruyucu-аtıcı 
klapanlаr  (məsələn  PPK-4-50-16,  PSK-50  və  s.)  təzyiq  аltındа  işləyən 
qаblаrın üzərində, QPS və QTM-lərdə təzyiq tənzimləyicisindən və sərf 
ölçən  cihаzdаn  sоnrа  qurаşdırılır.  Bu  klapanlаr  təzyiqin  vеrilmiş  rеjim 
həddindən 15% аrtıq qаlхdığı zаmаn аvtоmаtik оlаrаq аçılıb аrtıq təzyiqi 
hаvаyа аtmаlıdır.  
Qаz  tənzimləyici  məntəqələrdə  (QTM),  qаz  tənzimləyici  qurğulаrdа 
(QTQ) 
və 
qаz  tənzimləyici  şkаflаrdа  (QTŞ)  yеrləşdirilmiş 
tənzimləyicilərdən  sоnrа  qоruyucu-аyrıcı  klapanlаr  qurаşdırılır  ki, 
bunlаrdаn  rеspublikаdа  ən  gеniş  yаyılmışlаrı  PKN  (PKV)  tipləridir.  Bu 
klapanlаr  vаsitəsilə  qаzın  təzyiqi  vеrilmiş  həddən  аrtıq  оlduqdа 
(qаlхdıqdа), аvtоmаtik оlаrаq klаpаnın bаğlаnılmаsınа şərаit yаrаdılır və 
qаz ахını dаyаndırılır. 
18.  Dövrələmə  qaz  kəmərlərində  (baypaslarda)  ardıcıl  olaraq  neçə 
bağlayıcı qurğu qoyulmalıdır? 
Dövrələmə  qaz  kəmərlərində  (baypaslarda)  ardıcıl  olaraq  iki  bağlayıcı 
qurğu qoyulmalıdır. 
Dövrələmə  qaz  kəmərinin  diametri  qaz  tənzimləyici  klapanın  yəhərinin 
diametrindən az olmamalıdır. 
Girişdə qazın təzyiqi 0,6MPa-dan (6kqq/sm2-dən) yuxarı olan və buraxma 
qabiliyyəti 5000m3/saatdan artıq olan QTM-lər üçün, baypasların əvəzinə 
əlavə ehtiyat tənzimləyici xətləri nəzərdə tutulmalıdır. 
19.  Qaz  kəmərlərindən  ağacların  gövdəsinə  qədər  hansı  məsafə 
saxlanılmalıdır?  
Qaz  kəmərlərindən  ağacların  gövdəsinə  qədər    məsafə  1,5  metrdən  az 
olmamalıdır. Ondan kol bitkilərinə qədər olan məsafə isə hüdudlanmır. 
 

 
 
20.  Qaz  kəməri  ilə  onun  çəkildiyi  divar  arasındakı  məsafə  nə  qədər 
olmalıdır?    
Qaz kəməri ilə onun çəkildiyi divar arasındakı məsafə elə olmalıdır ki, qaz 
kəmərinə  və  onun  üzərində  quraşdırılmış  avadanlığa  nəzarət  etmək  və 
təmir işləri aparmaq mümkün olsun.  
21.  Şkaf tipli QTM-lər binaların divarlarında qoyulduqda məsafələr 
necə təyin olunmalıdır? 
Şkaf tipli QTM-lər binaların divarlarında qoyulduqda şkaflardan pəncərə, 
qapı yerlərinə və digər boşluqlara qədər olan üfüqi məsafələr qazın giriş 
təzyiqi  0,3MPa-ya  (3  kqq/sm2-ə)  qədər  olduqda  3m-dən  az,  qazın  giriş 
təzyiqi  0,3  MPa-dan  (3  kqq/sm2-dən)  0,6  MPa-ya  (6kqq/sm2-ə)  qədər 
olduqda isə 5 m-dən az olmamalıdır. 
Şkafdan pəncərə yerlərinə qədər şaquli məsafələr 5 m-dən az olmamalıdır. 
QTM-in girişində qazın təzyiqi 0,3 MPa-ya qədər olduqda, şkaf tipli QTM-
in yaşayış evlərinin bütov divarlarında qoyulmasına yol verilir. 
22.  Ayrılıqda  dayanan  QTM-dən  üfüqi  xətt  üzrə  məsafələr  neçə 
metr olmalıdır? 
QTM-in 
girişində 
qazın 
təzyiqi, 
MPa 
(kqq/sm2) 
Ayrılıqda dayanan QTM-dən üfuqi xətt uzrə məsafələr, m, qədər 
Binalara 
və 
qurğulara 
Dəmir yolu və tramvay 
yoluna (yaxınlıqdakı 
relsə qədər) 
Avtomobil 
yollarına 
(yolun 
kənarına 
qədər) 
Hava ötürücü 
xəttinə 
0,6 (6)-ya 
qədər 
10 
10 

Dayağın 1,5 
hündürlüyündən 
az 
olmamaqla 
---
≪--- 
0,6 (6)-dan 
yuxarı 
1,2 (12)-yə 
qədər 
15 
15 

Qeyd. Məsafə binaların xarici divarlarından və ya QTM-in şkaflarından, avadanlıqlar 
açıq sahədə yerləşdikdə isə hasarın kənarından qəbul edilməlidirlər. 
23.  QTM-in  otaqlarının  isidilməsi  zərurəti  necə  müəyyən  edilir  və 
necə təmin edilir? 
QTM-in otaqlarının isidilməsi zərurəti iqlim şəraitindən, nəql edilən qazın 
nəmliyindən  və  tətbiq  olunan  avadanlıq  və  nəzarət-ölçü  cihazlarının 
konstruksiyalarından asılı olaraq təyin edilməlidir. 

 
 
İstilik daşıyıcılarının maksimum temperaturu 130
0
S-dən çox olmamalıdır. 
QTM-də  yerli  istilik  sistemi  qurulduqda  isitmə  qurğusu  texnoloji, 
həmçinin  digər  otaqlardan  aralıda  yerləşən,  sərbəst  çıxışı  olan  və  QTM-
dən bütov, qaz buraxmayan və yanğına qarşı odadavamlılıq  muddəti 2,5 
saatdan  az  olmayan  divarlarla  əhatə  olunmuş  ayrıca  otaqda 
yerləşdirilməlidir.  İsitmə qurğusuna çəkilən qaz borusu və istilik sistemi 
boruları tənzimləyicilərin otaqlarının divarlarından keçdikdə, onların qaz 
sızma  ehtimalını  istisna  edən  kipkəcli  sıxıcıları  və  ya  digər  sıxıcıları 
olmalıdır.  
Şkaf tipli QTM-in isidilməsi üçün partlayış-yanğın təhlukəsizliyinin təmin 
olunması şərti ilə qaz odluqlarından istifadə edilməsinə yol verilir. 
24.  QTM-nin bütün otaqlarında işıqlandırma və havalandırma necə 
təşkil edilməlidir? 
QTM-nin bütün otaqlarında təbii və süni işıqlandırma və 1 saat ərzində üç 
dəfədən az olmamaqla hava mübadiləsini təmin edən, daimi işləyən təbii 
ventilyasiya nəzərdə tutulmalıdır. 
25.  QTM-də  və  QTQ-də  üfürmə  və  atqı  boruları  nəzərdə 
tutulmalıdırmı və harada yerləşdirilməlidir? 
QTM-də və QTQ-də üfürmə və atqı boruları nəzərdə tutulmalıdır. Üfurmə 
boruları aşağıdakı yerlərdə yerləşdirilməlidirlər: 
 daxil olan qaz kəmərlərində birinci bağlayıcı qurğudan sonra
 dövrələmə  qaz  kəmərlərində  (baypaslarda)  iki  bağlayıcı  qurğunun 
arasında; 
 təmir və proflaktiki işlərinin aparılması üçün bağlayıcı avadanlıqları 
olan qaz kəmərlərinin ayrı-ayrı sahələrində. 
Üfurmə borusunun şərti diametri 20mm-dən az olmamalıdır. Eyni təzyiqli 
üfürmə  borularının  ümümi  üfürmə  boru  kəmərinə  birləşdirilməsinə  yol 
verilir. 
Qaz atqı klapanından (QAK) qazkənaredici atqı borusunun sərti diametri 
20  mm-dən  az  olmamaqla,  klapanın  çıxış  borucuğunun  şərti  diametrinə 
bərabər olmalıdır. 
Qazın yayılması üçün təhlukəsiz şərait yaratmaq məqsədi ilə, üfürmə və 
atqı  boruları  binanın  karnizindən  1m-dən  az  olmamaqla  yuxarı 
çıxarılmalıdır. Üfürmə və atqı borularında dönmələrin sayı az olmalıdır. 

 
 
Atmosfer  yağıntılarının  bu  boruların  içərilərinə  daxil  olmasına  yol 
verməmək  üçün,  üfürmə  və  atqı  borularının  başında  xüsüsi  duzəltmə 
nəzərdə tutulmalıdır. 
26.  QAK-nın  buraxma  qabiliyyətinin  yoxlanılması  necə  həyata 
keçirilir? 
QAK-nın  buraxma  qabiliyyətinin  yoxlanılması  təzyiq  altında  işləyən 
tutumların  (qabların)  quruluşunu  və  təhlukəsiz  istismarını  tənzimləyən 
gaydalara əsasən aparılmalıdır. 
QAK-dan atılmalı olan qazın miqdarı aşağıdakı kimi təyin edilməlidir: 
 qaz təzyiq tənzimləyicilərindən qabaq QBK olduqda: 
           Q ≥ 0,0005 Qd – dusturu ilə, (3) 
burada - Q – bir saat ərzində QAK-dan atılan, qazın miqdarı, m
3
/saat (0
0
S-
də və 0,10132MPa-da); 
           Qd  –  qaz  təzyiq  tənzimləyicisinin  hesabi  buraxma  qabiliyyəti 
m
3
/saat, (0
0
S- də və    0,10132 MPa-da). 
 qaz təzyiq tənzimləyicilərindən qabaq QBK olmadıqda: 
zolotnikli qaz təzyiq tənzimləyiciləri üçün 
             Q ≥ 0,01Qd, (4) 
elektron tənzimləyicisi olan tənzimləyici qapaqlar üçün 
             Q ≥ 0,02 Qd, (5) 
QTM (QTQ)-də paralel olaraq bir neçə qaz tənzimləyici qoyulması lazım 
gəldikdə,  QAK-dan  atılan  qazın  miqdarı  aşağıdakı  düsturla  təyin 
edilməlidir: 
Q′ ≥ Qn, (6) 
burada  -  Q′  –  bir  saat  ərzində  QAK-dan  atılmalı  olan,  qazın  ümumi 
miqdarı, m
3
/saat (0
0
S-də və   0,10132MPa-da); 
n – qaz təzyiqi tənzimləyicilərinin sayı – ədədlə; 
Q  –  hər  bir  tənzimləyici  üçün  bir  saat  ərzində  QAK-dan  atılan  qazın 
miqdarı, m
3
/saat (0
0
Sdə və 0,10132MPa-da). 
27.  Kombinasiya  edilmiş  tənzimləyicilərin  yerləşdirilməsi  necə 
təmin edilməlidir? 
Kombinasiya  edilmiş  (birləşdirilmiş)  qaz  təzyiq  tənzimləyiciləri 
yanmayan materiallardan olan dayaqlar üzərində və ya odadavamlığı III – 
III  a  dərəcədən  aşağı  olmayan  qazlaşdırılan  binaların  xarici  divarlarında 

 
 
(metal üzluk çəkilmiş və yanan istiləndiricisi olan panel divarlardan başqa) 
və  ya  binaların  daxilində  (yaşayış  evlərindən  və  qeyri-istehsal  xarakterli 
ictimai binalardan başqa) qoyulmalıdırlar. 
Kombinasiya  edilmiş  təzyiq  tənzimləyicisinə  qazın  giriş  təzyiqi 
asağıdakılardan çox olmamalıdır: 
 yasayış evləri və qeyri-istehsal xarakterli ictimai binalar üçün – 0,3 
MPa  (3kqq/sm2)  tənzimləyici  qazlaşdırılan  binaların  divarlarında 
qoyulduqda  və  0,6MPa  (6,0  kqq/sm2)  tənzimləyici  ayrılıqda 
dayanmış dayaqlarda yerləşdirildikdə; 
 sənaye (o cümlədən qazanxanalar) və kənd təsərrufatı müəssisələri 
üçün  –  0,6MPa  (6,0  kqq/sm
2
),  tənzimləyici  binaların  divarlarında 
qoyulduqda  və  1,2MPa  (12,0  kqq/sm
2
)  tənzimləyici  ayrılıqda 
dayanmış dayaqlarda yerləşdirildikdə. 
Kombinasiya  edilmiş  təzyiq  tənzimləyiciləri  qaz  kəmərinin  üfüqi 
sahəsində,  bir  qayda  olaraq,  2,2m-dən  artıq  olmayan  hündürlükdə 
qoyulmalıdırlar. Tənzimləyicinin yuxarı hündürlükdə qoyulması zərurəti 
yarandıqda  ona  xidmət  etmək  üçün  pilləkənli  meydanca  nəzərdə 
tutulmalıdır. 
28.  QTM  və  QTQ  yerləşdirilən  şkaflar  hansı  materialdan 
hazırlanmalı və necə quraşdırılmalıdır?  
QTM və QTQ yerləşdirilən şkaflar yanmayan  materiallardan hazırlanmalı, 
onların aşağı və yuxarı hissələrində ventilyasiya üçün deşiklər qoyulmalı, 
içərisindəki avadanlıqlara xidmət göstərilməsi üçün əlverişli hündürlükdə 
quraşdırılmalıdır.  
29.  Qaz tənzimləyicilərinin istismarına hansı işlər daxildir? 
QTM (QTQ)-in istismarına aşağıdakı işlər daxildir:  
  texniki xidmət; 
  planlı təmir (cari və əsaslı) 
  qəza-bərpa işləri  
30.  QTM və QTQ-lərdə yoxlamalar necə aparılır? 
QTM  və  QTQ-lərin  təhlükəsiz  istismarını  təmin  etmək  üçün  aparılan 
yoxlamalar  qaz  təchizatı  müəssisəsinin  baş  mühəndisi  tərəfindən  təsdiq 
olunmuş qrafik üzrə aparılmalıdır.  
 

 
 
31.  Hansı  sənəd  əsasında  və  kimlər  tərəfindən  QTM  (QTQ)-lərə 
texniki xidmət  göstərilməlidir? 
QTM-nin  və  QTQ-nin  texniki  xidməti  təsdiq  olunmuş  qrafik  (cədvəl) 
əsasında, xüsusi ixtisaslaşmış usta və 2 nəfər çilingər-nəzarətçi tərəfindən 
həyata keçirilir. 
32.  QTM  və  QTQ-lər  üzərində  aparılmış  işlər  harda  qeyd 
olunmalıdır? 
Hər  bir  QTM  və  QTQ-nin  pasportu  olmalı,  onun  hər  hansı  hissənin 
dəyişdirilməsi  və  təmiri,  habelə  aparılan  bütün  işlər  barədə  həmin 
pasportda müvafiq qeydlər aparılmalıdır.  
33.  Qaz  tənzimləyicilərinə  texniki  xidmət  və  rejim  sazlama  işləri 
hansı müddətdən bir aparılır ?  
QTM-nin  və  QTQ-nin  avadanlıqlarına  6  ayda  1  dəfədən  az  olmamaqla 
texniki xidmət, 12 ayda 1 dəfədən az olmamaqla cari təmir aparılmalı və 
ayda iki dəfədən az olmamaqla isə rejim sazlama işləri keçirilməlidir. 
34.  Yaşayış  məntəqələrinin  qaz  şəbəkələrində  lazımi  təzyiqin 
saxlanılmasına nəzarət necə həyata keçirilməlidir? 
Şəhərin  və  yaxud  başqa  yaşayış  məntəqəsinin  qaz  şəbəkələrində  lazımi 
təzyiqin  saxlanılmasına  nəzarət  ildə  iki  dəfədən  az  olmamaq  şərtilə 
şəbəkənin  müxtəlif  nöqtələrində  təzyiqin  ölçülməsi  yolu  ilə  həyata 
keçirilməlidir.  
35.  QTM  (QTQ)  avadanlıqlarının  təmiri  zamanı  hansı  işlər  yerinə 
yetirilməlidir? 
  avadanlıqların sökülməsi, köhnəlmiş hissələrin və detalların təmiri 
və ya dəyişdirilməsi; 
  siyirtmələrin  və  qoruyucu  klapanların  hərəkətliliyinin  və 
bağlanmalarının kipliyinin yoxlanılması; 
  bütün birləşmələrin və armaturların kipliyinin sabunlu su məhlulu ilə 
və ya müvafiq cihazlarla yoxlanılması; 
  sürtülən  hissələrin  yağlanması  və  kipgəclərin  dəyişdirilməsi  və  ya 
əlavə olunması; 
  impuls borucuqlarının üfürülməsi; 
  təzyiq  tənzimləyicisinin  klapanın  yəhərinə  oturmasının  kipliyinin 
yoxlanılması; 

 
 
  təzyiq tənzimləyici membranlarının kipliyinin və həssaslığının təyin 
edilməsi; 
  qoruyucu qurğuların sazlanmasının və işlənməsinin yoxlanılması və 
sairə. 
36.  Qaz  tənzimləyicilərinə  texniki  xidməti  zamanı  hansı  işlər 
görülməlidir? 
Qaz  tənzimləyicilərinə  texniki  xidmət  təsdiq  olunmuş  qrafik  (cədvəl) 
əsasında, xüsusi ixtisaslaşmış usta və 2 nəfər çilingər-nəzarətçi tərəfindən 
həyata  keçirilir.  Texniki  xidməti  zamanı  aşağıdakı  işlər  yerinə 
yetirilməlidir: 
  texnoloji avadanlıqların istismara yararlığının yoxlanılması; 
  ölçü cihazlarının göstəricilərinin götürülməsi; 
  QTM (QTQ)-in və ya şkafın daxili və xarici müayinəsi
  işıqlandırma  və  ventilyasiya  sistemlərinin  istismara  yararlıqlarının 
yoxlanılması; 
  otaqların  və  avadanlıqların  tozdan,  çirkdən  və  kənar  əşyalardan 
təmizlənməsi. 
Cihazların  göstəriciləri  və  müayinələrin  nəticələri  QTM  (QTQ)  xidməti 
üzrə ayrılmış jurnallarda qeyd olunmalıdır.  
37.  Qaz  tənzimləyicisinin  çıxışında  təzyiq  verilmiş  rejimin  hansı 
həddində dəyişə bilər?   
Qaz  tənzimləyicisinin  çıxışında  təzyiq  verilmiş  rejimin  10%  həddində 
dəyişə bilər. 
38.  QTM  və  QTQ-in  texniki  xidməti  ilə  məşğul  olan  işçilərin  işinə 
kim nəzarət etməlidir? 
QTM  və  QTQ-in  texniki  xidməti  ilə  məşğul  olan  işçilərin  işinə  nəzarət, 
həmin  sahəyə  məsul  olan  mühəndis  tərəfindən  həyata  keçirilməli  və 
yoxlamanın nəticələri istismar jurnalında qeyd olunmalıdır. 
39.  QTM və QTQ-nin əsaslı təmirinə hansı işlər daxildir? 
QTM və QTQ-nin köhnəlmiş və yararsız hala düşmüş avadanlıqlarının və 
ya  onun  ayrı-ayrı  hissələrinin,  eləcə  də  onların  yerləşdikləri  binaların 
təmiri.  
40.  QTM-nin  binasında  havanın  temperaturu  ən  azı  nə  qədər  ola 
bilər ? 
QTM-nin  binasında  havanın  temperaturu  5

c-dən  aşağı  saxlanılmasına 
icazə verilmir. 

 
 
41.  Qaz kəmərinin korroziyaya uğraması dedikdə nə başa düşülür? 
Qaz  kəmərlərinin  xarici  mühitin  və  digər  kənar  təsirilərin  nəticəsində 
aşınması onun korroziyaya uğraması adlanır.  
42.  Qaz kəmərlərinin korroziyaya uğrama səbəbləri hansılardır? 
Qaz  kəmərlərinin  çəkilişində  istifadə  edilən  polad  borular  korroziyaya  
kimyəvi,  elektrokimyəvi və elektrikin təsirlərdən uğrayır. 
Kimyəvi - boruya qruntdakı qazın və mayenin  təsrindən yaranır. 
Elektrokimyəvi- borunun aqressiv kimyəvi birləşmələr məhlulu ilə təması 
(kontaktı) nəticəsində yaranır. Bu halda qaz kəməri elektrod, məhlul isə 
elektrolit rolunu oynayır. 
Elektrik- qruntda olan azmış elektrik cərəyanının boruya təsiri nəticəsində 
yaranır. 
43.  Qaz  kəmərlərnin    korroziyadan  mühafizə    metodları 
hansılardır? 
Qaz kəmərləri korroziyadan aktiv və passiv metodlarla mühafizə olunur. 
Passiv  metod  nəticəsində  qaz  kəməri  xarici  mühitin,  aktiv  metod 
nəticəsində isə azmış cərəyanın təsirindən qorunur. 
44.  Qaz kəmərlərnin  korroziyadan passiv müdafəsi necə aparılır? 
Qaz kəmərləri korroziyadan  atmosferin təsirindən rənglənməklə, qruntun 
təsirindən  isə  izolyasiya  olunmaqla  qorunur.  İzolyasiyanın  seçilməsi 
zamanı qruntun aqressivliyi nəzərə alınmalıdır. İzolyasiya materialı  olaraq  
polimer, polivinilxlorid, bitum, boya, lak-boya örtüklərdən geniş istifadə 
edilir.  Qeyd  etmək  lazımdır  ki,  metal  borular  metal  istehsal  edən 
zavodlarda  mexaniki üsulla da izolyasiya edilir. Bu da keyfiyyətə  şərait 
yaratmaqla tikintinin səmərəliliyinə müsbət təsirini göstərir. Yerüstü metal 
borulardan  inşa  olunan  qaz  kəmərləri  iki  dəfədən  az  olmamaqla 
astarlanmalı  və  yağlı  boya  ilə  rənglənməlidir.  Qruntun  aqressivliyindən 
asılı olaraq izolyasiya normal, güclü, daha güclü olmaqla 3 yerə bölünür. 
45.  Qaz kəmərlərnin  korroziyadan aktiv (elektrokimyəvi) müdafiəsi 
necə aparılır? 
Qaz kəmərləri azmış cərəyanın təsirindən qorunmaq  üçün aktiv  müdafiə 
olunmalıdır. Aktiv müdafiə katod, drenaj və protekter adlandırılmaqla 3 
yerə bölünür. 
 

 
 
46.  Kəmərin katod üsulu ilə korroziyadan mühafizəsi necə aparılır? 
Bu  üsulla  mənfi  potensial  qoymaqla,  anod  sahələrinin  təsirini  aradan 
qaldırılması  mümkün  olur.  Mənfi  potensial,  müsbət  potensialı  xüsusu 
torpaqlandırıcıya  –  anoda  verilən  xarici  sabit  cərəyan  mənbəyindən 
qidalanır.  Anod  olaraq  torpağa  basdırılmış  anod  torpaqlandırıcılarından, 
köhnə  boru  və  köhnə  relsdən,  tirdən  istifadə  edirlər.  Anod 
torpaqlandırıcıdan yerə keçən cərəyan elektrolitik təsir edərək onu tədricən 
parçalayır. Boru divarının şəbəkəsi ilə birləşdirmə nöqtəsində potensial 0.8 
V-dan  çox  alınmamaqla  minimal  potensial  0.285V  olmalıdır.  Katod 
mühafizəsinin işləməsi üçün cərəyan mənbəyi lazımdır. Katod mühafizəsi 
üçün Respublikada hal-hazırda əsasən KSS-600, KSS-1200, SSG-59-600, 
SSG-59-1200  modelli  katod  stansiyaları  tətbiq  edilir.  Yeraltı  qaz 
kəmərlərinin katod mühafizəsi onların xarici cərəyan mənbəyinin təsiri ilə 
katod polyarlaşdırılmasının təmin olunmasıdır. 
Katod stansiyası ilə mühafizə qurğusu sabit cərəyan mənbəyindən, anod 
torpaqlandırıcıdan,  metal  şkafda  yerləşdirilən  elektrik  nəzarət 
cihazlarından,  diodlardan,  elektrik  açarından  və  elektrik  naqillərdən 
ibarətdir. 
 
 
Katod mühafizəsinin sxemi 
1 – qrafit anod torpaqlandırıcı;  
2 – birləşdirici kabel;  
3 – sabit cərəyan mənbəyi
4 – drenaj kabeli;   
5 – drenaj nöqtəsi;  
6 – qaz kəməri. 
Katod  zonası 







 
 
Cərəyan mənbəyinin mənfi qütbü mühafizə olunan qaz kəmərinə, müsbət 
qütbü  isə  anod  torpaqlandırıcıya  birləşdirilir.  Yaradılan  qapalı  elektrik 
dövrəsindən cərəyan, mənbəyin müsbət qütbündən torpaqlanmış anoda və 
torpaq  vasitəsilə  qaz  kəmərinə,  qaz  kəmərindən  mənbəyə  (katod 
stansiyasına) dövr edir, qaz kəməri  mühafizə  olunur, torpaqlanmış  anod 
elektrokimyəvi dağılmaya məruz qalır. 
47.  Kəmərin korroziyadan Protektor mühafizəsi necə aparılır? 
Protektor mühafizəsinin quruluşu çox sadədir. Bu quruluş əlvan metalların 
xüsusi xəritəsindən tökülən kündədən ibarətdir. Xüsusi duzlar qatışığında 
yerləşdirilən protektoru qaz kəmərindən 3-6 metr məsafədə, 2 metrə qədər 
dərinlikdə yerə basdırılır. 
Qaz  kəmərini  və  protektoru  yaxşı  izolə  edilmiş  məftil  vasitəsilə  qısa 
qapayırlar. Qalvanik qütbə anodun rolunu protektor oynayır. Bu məftilin 
izolyasiyası uzun müddət torpaqda qalmadan xarab olmamalıdır. Müdafiə 
edilməli olan məntəqədə protektorları qaz kəməri boyunca 35 və 70 metr 
addımla qoyurlar. 
Qaz  kəməri  və  qurğularını  korroziyaya  qarşı  izolə  edilməsinin 
layihələndirilməsinin  həmin  işlərin  aparılması  üzrə  «CH-266-63.  Yeraltı 
metal  qurğularının  korroziyadan  qorunması  Qaydaları»  («CH-266-63. 
Правила защиты подземных металических сооружений от коррозии») 
uyğun  aparılmalı,  kəmərlərin  və  qurğuların  istismara  qəbulunda  bu 
təlimata ciddi əməl edilməlidir. 
 
 
Protektor mühafizəsinin sxemi 
1 – nəzarət məntəqəsi;  
2 – birləşdirici kabel;  
Nəm torpaq 
(elektrolit) 
Katod zonası 
1...0,7 m  







 
 
3 – protektor;  
4 – doldurucu (duzlar+gil+su); 
5 – mühafizə cərəyanının torpaqda hərəkəti istiqaməti;  
6 – qaz kəməri. 
48.  Kəmərin korroziyadan elektrik drenaj qurğusu vasitəsi ilə 
mühafizəsi necə aparılır? 
Elektrikləşdirilmiş  tramvay  və  dəmir  yol  xətlərini  kəsən  və  onların 
yaxınlığından  keçən  qaz  kəmərlərində  azmış  cərəyanlar  nəticəsində 
kəmərdə  anod  sahəsi  yaranır  ki,  bu  da  boru  metalının  korroziyası-
dağılması ilə nəticələnə bilər. 
Azmış  cərəyanların  təsirindən  yaranan  korroziya,  qaz  kəməri  səthinin 
tramvay,  elektrikləşdirilmiş  dəmir  yolu,  metropoliten  xətlərində  reslərdə 
itən  sabit  cərəyanın  bilavasitə  təsiri  ilə  elektrokimyəvi  dağılmaya  məruz 
qalmasıdır.  Relslərlə  axıb  qaz  kəməri  sahəsinə  yaxın  dartı 
yarımstansiyasının  mənfi  giriş  yerinə  qayıdan  sabit  cərəyan  relslərin 
torpaqla yaxşı izolyasiya olunmaması səbəbindən, yaxud relslərin bir-biri 
ilə  əlaqəsinin  pozulmasından  azmış  halda  torpağa  keçərək  zədələnmiş 
izolyasiya  örtüyü  yerindən  elektrik  müqaviməti  ətraf  torpağın 
müqavimətindən  aşağı  olan  qaz  kəmərinə,  kəmərdən  torpağa,  torpağdan 
relsə dövrü olaraq axır. Azmış cərəyanların qaz kəmərinə giriş zonasında 
qaz kəməri katod (mənfi elektrod) kimi, çıxış zonasında isə anod (müsbət 
elektrod)  kimi  polyarlaşır.  Metal  boruları  belə  vəziyyətdən  qorumaq 
məqsədilə elektrik drenaj qurğularından istifadə edilməlidir. 
 
 
 
 
 
 
Drenaj mühafizəsinin sxemi 
Əks cərəyan 
Dartıcı cərəyan
 








10 

11 
Anod zonası 
Katod zonası 

 
 
1 – qaz kəməri;  
2 – drenaj kabeli;  
3 – drenaj qurğusu;  
4 – reostat;  
5 – düzləndirici element; 
6 – ampermetr;  
7 – qoruyucu;  
8 – dartıcı yarımstansiyanın generatoru;  
9 – qidalandırıcı fider;  
10 – kontakt troyler məftili;  
11 – azmış cərəyanların axın istiqamətləri. 
49.  Еlеktrоkimyəvi 
mühаfizə 
qurğulаrının 
istismаrındа 
təhlükəsizlik  tədbirləri  və  оnlаrа  хidmət  işlərinin  təşkili  necə 
aparılır? 
Mеtаl qurğulаrının kоrrоziyаdаn mühаfizə оlunmаsı işlərinə, bunа uyğun 
təhlükəsizlik  tехnikаsı  qаydаlаrındаn  təlim  kеçmiş  şəхslər  burахılа 
bilərlər.  Hər  bir  işçi  işə  bаşlаyаrkən  iş  yеrinə  və  görülən  işə  müvаfiq 
təlimаtlаndırılmаlıdır.  İş  icrа  оlunаn  yеrdə  işin  хüsusiyyətlərinə  uyğun 
хəbərdаrеdici nişаnlаrının qоyulmаsı məcburidir. 
Yеrаltı  qurğulаrdа  еlеktrik  ölçmə  əməliyyаtı  ilə  əlаqəli  və  еlеktrik 
mühаfizə аvаdаnlıqlаrındа təmir-qurаşdırmа işləri icrа оlunаrkən mütləq 
«1000  V-а  qədər  gərginlikli  şəhər  еlеktrik  аvаdаnlıqlаrının  istismаrındа 
təhlükəsizlik tехnikаsı Qаydаlаrı»nın tələblərinə ciddi əməl оlunmаlıdır. 
İstismаr  dövründə  еlеktrоkimyаvi  mühаfizə  qurğulаrının  işinə  nəzаrət 
dövrü оlаrаq оnlаrа tехniki bахış kеçirmək və оnlаrın nоrmаl işləməsinin
nəzаrət-ölçü  məntəqələrində  mühаfizə  оlunаn  qurğulаrdа  pоtеnsiаllаr 
fərqinin yохlаnılmаsındаn ibаrətdir. 
Еlеktrik  mühаfizə  qurğulаrınа  tехniki  bахış  və  хidmət,  оnlаrın  əlаqə 
qurğulаrındа  pоtеnsiаllаr  fərqinin  ölçülməsi  işləri  аşаğıdаkı  müəyyən 
оlunmuş müddət üzrə icrа оlunur: 
−  Kаtоd mühаfizə qurğulаrındа - 1 аydа 2 dəfə; 
−  Drеnаj mühаfizə qurğulаrındа - 1 аydа 4 dəfə; 
−  Nəzаrət оlunаn prоtеktоr qurğulаrındа - 1 аydа 1 dəfə. 
Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin