AZƏrbaycan respublikasinin döVLƏt neft şİRKƏTİ “AZƏRİqaz” İstehsalat biRLİYİ


  Əməyin  mühafizəsi  məsələləri  üzrə  dövlət  siyasəti  hansı  təşkilat



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə14/22
tarix29.01.2020
ölçüsü2,62 Mb.
#30342
1   ...   10   11   12   13   14   15   16   17   ...   22
kitab 1000 sual - 1000docx 01 02.2018 sayt ucun1


9.  Əməyin  mühafizəsi  məsələləri  üzrə  dövlət  siyasəti  hansı  təşkilat 
tərəfindən həyata keçirilir? 
Azərbaycan  Respublikası  Əmək  məcəlləsinin  212-ci  maddəsinə  əsasən 
Əməyin mühafizəsinə dair vahid dövlət siyasəti Azərbaycan Respublikası 
Əmək və Əhalinin Sosial-Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. 
Əmək  və  Əhalinin  Sosial-Müdafiəsi  Nazirliyi  tərəfindən  müvafiq  icra 
orqanları  (AR-nın  nazirlikləri,  dövlət  komitələri,  dövlət  konsernləri, 
şirkətləri, idarələr) tərəfindən qəbul edilmiş norma və qaydaların əməyin 
mühafizəsi  üzrə  mövcud  qanunvericiliyin  tələblərinin  uyğunluğuna 
və   işəgötürənlərin  əməyin  mühafizəsi  sahəsində  qanunvericiliyin 
tələblərinə  icra  edilməsinə  nəzarət  edir,  sağlam  və  təhlükəsiz  əmək 
şəraitinin təmin edilməsinə yönəldilmiş təkliflərlə çıxış edir.  
10. Əməyin  mühafizəsi  sahəsində  mülkiyyətçinin  və  işəgötürənlərin 
vəzifələri nədir? 
Müəssisənin  mülkiyyətçisi  və  işəgötürəni  işçilərin  iş  yerlərində  əməyin 
mühafizəsi  normalarının  və  qaydalarının  yerinə  yetirilməsinə  bilavasitə 
cavabdehdirlər  və  aşağıdakı  tədbirlərin  həyata  keçirilməsini  təmin 
etməlidirlər: 
  əməyin  mühafizəsi  üzrə  standartların,  normaların  və  qaydaların 
bütün tələblərinə əməl edilməsini; 
  binaların,  qurğuların,  texnoloji  proseslərin  və  avadanlığın 
təhlükəsizliyinə riayət edilməsini; 
  bilavasitə  iş  yerlərinin  sağlam  sanitariya-gigiyena  şəraitinin  və 
əməyin 
mühafizəsinin 
qüvvədə 
olan 
normativlərə 
uyğunlaşdırılmasını; 
  işçilərə  lazımi  sanitariya-məişət  və  müalicə-profilaktik  xidmətinin 
təşkilini; 
  əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz 
müalicəvi  profilaktiki  yeməklər,  süd  və  ona  bərabər  tutulan  digər 
məhsulların verilməsini; 
  normal əmək və istirahət rejiminə riayət edilməsini

 
 
  işçilərə  müəyyən  edilmiş  müddətlərdə  və  tələb  olunan  çeşidlərdə 
pulsuz  xüsusi  geyim,  xüsusi  ayaqqabı  və  digər  fərdi  mühafizə 
vasitələrinin verilməsini; 
  işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, 
təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsini 
və əməyin mühafizəsinin təbliğini; 
  kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaları daxil etməyi 
və onlarda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsini; 
  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi  müddətdə  və 
formada  əməyin  mühafizəsi,  əmək  şəraiti  və  onların  qüvvədə  olan 
normalara  uyğunlaşdırılması  üçün  görülən  tədbirlərin  nəticələri 
haqqında statistik hesabatın verilməsini. 
11. Əməyin  təhlükəsizliyi  qaydalarını  və  Əmək  Məcəlləsinin  əmək 
mühafizəsinə dair qayda və normalarını pozduqlarına görə vəzifəli 
şəxslər hansı məsuliyyəti daşıyır ? 
Vəzifəli  şəxslər  ƏM  norma  və  qaydaları  pozduqlarına  görə  inzibati  və 
cinayət məsuliyyətinə cəlb edilirlər; 
12. Əməyin mühafizəsi üzrə işçilərin vəzifələri hansılardır? 
Azərbaycan  Respublikası  Əmək  məcəlləsinin  216-ci  maddəsinə  əsasən 
işçilər əməyin mühafizəsi üzrə normativ aktlarda nəzərdə tutulmuş əməyin 
təhlükəsizliyi, gigiyenası, yanğına qarşı mühafizə tələblərini öyrənməli və 
ona riayət  etməlidirlər. Bundan əlavə özünü və iş yoldaşlarını təhlükəyə 
məruz  qoymamağa,  buraxılış  olmadan  qurğularda,  dəzgahlarda  və  həyat 
üçün təhlükəli olan digər mənbələrdə iş görməməyə, xüsusi geyim və fərdi 
mühafizə  vasitələrindən  istifadə  etməyə  və  onların  bilərəkdən 
korlanmasına yol verməməyə, baş vermiş bütün pozuntular və hadisələr 
barədə  dərhal  işəgötürənin  nümayəndəsinə  məlumat  verməyə,  iş 
rəhbərinin tapşırıqlarını icra etməyə borcludur. 
13. Əmək intizamı ilə bağlı işəgötürənin hansı hüquqları var ? 
Öz xidməti vəzifələrinin vicdanla yerinə yetirilməsinə və bir yerdə böyük 
iş  stajına görə  müdiriyyət  işçiləri  mükafatlandırmaq hüququna  malikdir. 
Əmək  intizamının,  müəssisə  ərazisində  və  iş  yerində  təhlükəsizlik 

 
 
texnikası  qaydalarının  tələblərinin  pozulmasına  görə  müdiriyyətin 
aşağıdakı intizam tənbehlərinin tətbiq etməyə hüququ var: 
  xəbərdarlıq (Yazılı və şifahi) 
  töhmət vermək 
  sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək 
  kollektiv  müqavilədə  nəzərdə  tutumuşsa  aylıq  əmək  haqqının  25 
faizindən artıq olmamaq şərti ilə cərimə etmək 
  əmək  müqaviləsini  ləğv  etmək  (Əmək  Məcəlləsinin  70-ci 
maddəsinin “ç” bəndinə və 72-ci maddədə göstərilən səbəblərdən) və 
sair bu kimi intizam tənbehləri.    
14. Sağlam  və  təhlükəsiz  əməyin  mühafizəsi  şəraitinin  təmin 
edilməməsinə görə  işəgötürənlər hansı məsuliyyət daşıyır? 
İşçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti təmin 
edilmədikdə  və  kollektiv  müqavilələrdə  nəzərdə  tutulan  tədbirlər  yerinə 
yetirilmədikdə  qanunvericilikdə  nəzərdə  tutulmuş  hallarda  və  qaydada 
işəgötürən inzibati və cinayət məsuliyyətinə cəlb edilir. 
15. Əməyin  mühafizəsi  üzrə  qayda  və  normaların  pozulmasına  görə  
vəzifəli şəxslərin məsuliyyəti nədir? 
İdarə  və  müəssisələrin  vəzifəli  şəxsləri  Əmək  Məcəlləsini,  əmək 
mühafizəsi  qaydalarını  və normalarını pozduqda, eləcə də Dövlət nəzarət 
orqanlarının,  Həmkarlar  İttifaqları  komitələrinin  sərancamlarını,  habelə 
Neft  şirkətinin,  Birliyin,  müəssisə  rəhbərlərinin  əmrlərini  yerinə 
yetirməməkdə  müqəssir  olan  vəzifəli  şəxslə  qanunun  müəyyənləşdirdiyi 
qaydada  məsuliyyət  daşıyırlar.  Pozuntu  hallarının  xüsusiyyətindən  və 
dərəcəsindən asılı olaraq vəzifəli şəxslərə qarşı intizam, inzibati, maddi  və 
cinayət məsuliyyəti tətbiq edilir.  
16. Həmkarlar  İttifaqı  Təşkilatlarının  əməyin  mühafizəsində  rolu 
nədən ibarətdir ? 
İşəgötürən  tərəfindən  əmək  qanunvericiliyinin  tələblərinə  riayət 
olunmasına  nəzarət  etmək  və  aşkar  edilmiş  çatışmazlıqların  aradan 
qaldırılmasını tələb etmək. 
 

 
 
17. Əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanması və işçilərin 
təlimi  işləri necə həyata keçirilməlidir ? 
Dövlət  müvafiq  təhsil  müəssisələrində  ölkədə  mövcud  istehsalat 
xüsusiyyətlərini  nəzərə  almaqla  əməyin  mühafizəsi  üzrə  mütəxəssislərin 
hazırlanmasını təmin edir. İşəgötürənlər Həmkarlar ittifaqı təşkilatlarının 
iştirakı ilə  əməyin mühafizəsi üzrə işçilərin təlim və əlavə təhsil sistemini 
təşkil  etməli,  işçilərin  təliminin  və  əlavə  təhsilinin  bütün  formalarında 
əməyin  mühafizəsi üzrə təlim nəzərdə tutulmalıdır. Işəgötürən işə qəbul 
edilən  və  başqa  işə  keçirilən  işçilərə  əməyin  mühafizəsi  üzrə  təlimatlar 
verməli,  onlara  təhlükəsiz  iş  üsullarından  istifadə  etməyin  və  bədbəxt 
hadisələrdən  zərərçəkənlərə  ilk  tibbi  yardım  göstərilməsi  qaydalarının 
öyrədilməsini təşkil etməlidir. 
18. Müəssisədə əməyin mühafizəsi tədbirlərinin  maliyyələşməsi üçün   
ayrılan vəsaitin minimum həddi nə qədər olmalıdır? 
Əməyin  mühafizəsi tədbirlərinin  maliyyələşdirilməsi tədbirlərinə ayrılan 
vəsaitin  həcmi  Kollektiv  müqavilədə  müəyyən  edilir.  Azərbaycan 
Respublikası  Əmək  məcəlləsinin  220-ci  maddəsinə  əsasən  bu  sahəyə 
xərclənən illik vəsaitin həcmi işçilərin əməyinin ödənilməsinə xərclənən 
vəsaitin məbləğinin iki faizindən az olmamalıdır. 
19. Qanunvericiliyə  əsasən  əməyin  mühafizəsi  xidmətləri  hansı 
hallarda yaradıla bilər? 
AR-nın Əmək Məcəlləsinin 223-cü maddəsinə əsasən əməyin mühafizəsi 
işinin təşkili və əməyin mühafizəsi üzrə qanunvericiliyin tələblərinə əməl 
edilməsinə nəzarətin həyata keçirilməsi üçün müəssisələrdə işçilərin sayı 
50 nəfərdən artıq olduqda əməyin mühafizəsi xidməti yaradılmalı, işçilərin 
sayı 500 nəfərdən artıq olduqda müəssisə rəhbərinin müavini vəzifəsi təsis 
olunmalı, işçilərin sayı 1000 nəfərdən artıq olduqda isə sənaye-sanitariya 
laboratoriyası təşkil olunmalıdır. 
20. Müəssisələrdə əməyin mühafizəsi üzrə iş planının hazırlanması 
necə həyata keçirilir? 
Hər  il  üçün  Əməyin  mühafizəsi  üzrə  iş  planı  müəssisələrdə,  birliklərdə, 
trestlərdə əməyin mühafizəsi və təhlükəsizlik texnikası  xidməti tərəfindən  
işlənib  hazırlanır  (panlaşdırılma  ilin  başlanmasından  əvvəl  aparılır).  
Planın  hazırlanmasında  müəssisənin,  birliyin,  trestin  müvafiq  şöbələri, 

 
 
xidmətləri, bölmələri iştirak etməlidirlər. Bu məqsədilə cari ilin sonunda 
müəssisə,  birlik,  trest      üzrə  əmr  verilir  və  şöbələr,xidmətlər,  bölmələr 
tərəfindən  plana  daxil  etmək    üçün  təkliflərin  verilməsi  müddəti  təyin 
edilir.  Şöbə, xidmət və bölmələrin təyin olunmuş müddət ərzində əməyin 
mühafizəsi və təhlükəsizlik texnikası  xidmətinə təqdim etdikləri təkliflər 
gələn ilin yanvarın birinədək təhlil olunur, ümumiləşdirilmiş və növbəti il 
üçün  plan  layihəsi  hazırlanır.  Şöbə,xidmət  və  bölmələrin  təkliflərində 
onların  fəaliyyətlərinin  istiqamətləri  üzrə  əməyin  mühafizəsi  məsələləri 
əks olunmalıdır.    
21. Müəssisələrdə  əməyin  mühafizəsi  üzrə  iş  planının  layihəsinin 
razılaşdırılması, təsdiqi və icrası necə həyata keçirilir? 
Əməyin mühafizəsi üzrə iş planı layihəsi müvafiq şöbələrlə, xidmətlərlə, 
bölmələrlə razılaşdırılır,  imzalanılır və müəssisənin, birliyin, trestin,  baş 
mühəndisi tərəfindən təsdiq edilir. Təsdiq edilmiş plan əməyin mühafizəsi 
və təhlükəsizlik texnikası xidməti tərəfindən    bir həftə ərzində icraçılara 
çatdırılır.  Əməyin  mühafizəsi  üzrə  işlərin  illik  planına  əsasən    əməyin 
mühafizəsi  və  təhlükəsizlik  texnikası  xidməti    müvafiq  şöbələrlə, 
xidmətlərlə, bölmələrlə birlikdə tədbirlərin yerinə yetirilmə  müddətini və 
konkret icraçını göstərməklə və aylara bölünməklə rüblük plan tərtib edir.  
22. Müəssisələrdə əməyin mühafizəsi üzrə iş planına hansı işlər daxil 
edilməlidir? 
Əmək mühafizəsi üzrə iş planına  (illik,rüblük)  aşağıdakı   işlər daxil 
edilir:   
  əmək şəraitinə müəssisə nəzarətinin müvafiq mərhələlələrinin  təşkili 
və aparılması; 
  yüksək təhlükəli işlərin düzgün aparılmasına və müvafiq sənədlərin 
tərtib olunmasının yoxlanılması; 
  yükqaldırıcı  kranların,  mexanizmlərin,  elektrik  qurğuların,  təzyiq 
altında  işləyən  qabların  və  aparatların,  buxar  və  su  qızdırıcı 
qazanların,  yüktutucu  qurğuların  təhlükəsizlik  qaydalarının  
tələblərinə uyğun olaraq düzgün istismarına, dəqiq yoxlanılmalarına, 
sınaqdan keçirilməsinə nəzarət edilməsi:   
  texnoloji  rejimə,  qaydalara,  təlimatlara  riayət  olunmasına  nəzarət 
edilməsi;   

 
 
  obyektlərin  sanitariya-texniki  pasportlaşdırılmasının    təşkilinə  və 
aparılmasına, təhlilinə, pasportlaşdırılmanın nəticələrinin baxılması;   
  sexlərdə,  qurğularda,  bölmələrdə,  sahələrdə  aparılan  işlərin 
uçotunun, təhlilinin qiymətləndirilməsinin təşkili;   
  tədbirlər planının vaxtında yerinə yetirilməsinə nəzarət edilməsi;   
  fəhlələrin müvafiq xüsusi geyim, xüsusi ayaqqabılarla və digər fərdi 
mühafizə vasitələri ilə təmin olunmalalarına nəzarəti edilməsi;   
  əməyin  mühafizəsinə  dair  məsələlər  üzrə  müşavirələrin,  iclasların 
konfransların keçirilməsi;   
  əməyin  mühafizəsi,istehsalat  mədəniyyəti  məsələlərinə  dair 
baxışların, yarışların təşkili və keçirilməsi;   
  əməyin mühafizəsi üzrə təlimatların, metodik materialların, yaddaş 
kitabçalarının  və  digər  ədəbiyyatın  işlənib  hazırlanması,  yenidən 
baxılması, nəşr edilməsi;    
  normativ-texniki sənədlərin, öyrədici texniki vasitələrin, plakatların, 
təhlükəsizlik  nişanlarının,  siqaret  çəkilən  yerləri,  əks  etdirən 
göstəricilərin 
alınması,əməyin 
mühafizəsi 
kabinetlərinin 
yaradılmasında qabaqcıl iş üsullarının tədbiqi;    
  əməyin  mühafizəsi  məsələlərinin  təbliğ  edilməsi  üçün  lazimi 
tədbirlərin təşkili və aparılması; 
  əməyin  mühafizəsi  sahəsində  təcrübə  mübadiləsi,  qabaqcıl 
təcrübənin yayılması yolları;   
  müəssisənin  əmək  mühafizəsi  sahəsində  gördüyü  işlərin 
ümumiləşdirilməsi,  əmək  mühafizəsi  üzrə  nəzərdə  tutulmuş 
hesabatların hazırlanmsı;   
Yuxarıda  göstərilən  məsələlər  bununla  bitmir,  hər  bir  müəssisə  öz  iş 
xüsusiyyətlərini  nəzərə alaraq plana xüsusi əlavələr edə bilər.   
23. Əmək  şəraitinin  yaxşılaşdırılması  və  sağlamlaşdırılması  üçün 
tədbirlərin hansı növü vardır? 
Əmək  şəraitinin  yaxşılaşdırılması  və  sağlamlaşdırılması  üçün  tədbirlər 
aşağıdakı növlərə bölünür: 
 Növlərinə  görə-  təşkilati,  texniki,  sanitar-gigyenik,  sosial-iqdisadi, 
hüquqi.   

 
 
24. Əmək  şəraitinin  yaxşılaşdırılması  və  sağlamlaşdırılması  üzrə 
tədbirlərin yerinə yetirilməsi neçə yerə bölünür?   
Əmək  şəraitinin  yaxşılaşdırılması  və  sağlamlaşdırılması  üçün  tədbirlər 
yerinə  yetirilməsinə  görə-planlı  və  plandan  kənar  (operativ)  olmaqla  2 
hissəyə bölünür.    
Planlı  tədbirlər  –bu  tədbirlər  plana  uyğun,  kollektiv  müqaviləyə  əsasən 
həyata keçirilir.    
Plandan  kənar  tədbirlər  əmək  şəraitinin  müntəzəm  yoxlanılması 
nəticələrinə  görə,  Dövlət  nəzarət  orqanlarının,  müəssisənin,  birliyin, 
rəhbərliyinin  sərəncamları  və  göstərişlərinə  əsasən,  həmçinin  bədbəxt 
hadisələrin,  qəzaların  təhqiqi  üzrə  materialları  nəzərə  alınaraq,  işlənib 
hazırlanır və həyata keçirilir.  
25. Əmək  şəraitinin  yaxşılaşdırılması  və  sağlamlaşdırılması  üzrə  
tədbirlər hansı xüsusiyyətlərinə görə bir-birindən fərqlənir?   
Əmək  şəraitinin  yaxşılaşdırılması  və  sağlamlaşdırılması  üzrə    tədbirlər 
planı  məzmununa  və  yerinə  yetirilməsi  müddətinə  görə  fərqlənir. 
Məzmununa  görə  planlar  kompleks  və  məqsədli,  yerinə  yetirilmə 
müddətinə görə aylıq, rüblük, illik və beş illik olur.    
Əmək  şəraitinin  yaxşılaşdırılması  üzrə  kompleks  planlarda  texniki, 
sanitar-gigyenik, təşkilati və digər təhlükəli, zərərli istehsalat amillərinin 
aradan qaldırılması üzrə tədbirlər nəzərdə tutulur.   
Məqsədli planlar dəqiq müəiyyənləşdirilmiş məqsəd daşıyan tədbirlərdir. 
Məşələn,  müəyyən  təhlükəli    və  zərərli  istehsalat  amillərinin  (qazlılığın, 
tozluluğun, səsin, titrəyişlərin, işıqlandırma səviyyəsinin,ağır əl əməyinin 
tədbiqi və s.)aradan qaldırılması üzrə operativ tədbirlərdir.    
Beşillik planlar müasir texniki vasitələrin, qabaqcıl texnologiyanın, elmin 
texnikanın  yeni      nailiyyətlərinin  istehsalata  tədbiqini  nəzərdə  tutur.  Bu 
planlarda tədbirlərə xərclənən vəsaitlələrin hər il üzrə müqdarı göstərilir.    
İllik  plan  beşillik  plan  əsasında  tərtib  olunur.  Bu  planda  görüləcək 
tədbirlər,  onlara  ayrılmış  məbləğ,  yerinə  yetirilmə  müddəti  (hər  ay 
göstərilməklə) məsul icraçıların vəzifələri,soy adı göstərilir.     
Rüblük  planlar  illik  plan    tədbirlərinin  rüblər  üzrə  bölünmüş  və 
konkretləşdirilmiş,  yerinə  yetirilmə  müddətləri  dəqiqləşdirilmiş  və 
mümkün dəyişiklikləri nəzərə alan tədbirlər planıdır.  Bu planlara Dövlət 

 
 
nəzarət  orqanlarının  və  həmkarlar  ittifaqının  texniki  müfəttişliyinin 
sərancamları,  əmək  şəraitinin,  sex  və  obyektlərin  sanitar-gigyena  
vəziyyətinin pasportlaşma üzrə yoxlama nəticələlərinin təhlili tələb olunan 
bütün operativ tədbirlərdə daxil edilir.   
26. Kompleks planların əsas vəzifələri hansılardır?  
Kompleks planların əsas vəzifələri aşağıdakılardır:  
  Binaların,  istehsalat  avadanlıqlarının,  tiklilərin,  obyektlərin,  iş 
yerlərinin vəziyyətinin təhlükəsizlik qayda, norma və standartların 
tələblərinə uyğunlaşdırılması;   
  Ağır və çox əmək tələb edən proseslərin mexanikləşdirilməsi və 
avtomatlaştırılması, təhlükəsiz əmək şəraitinin təmini məqsədi ilə 
istehsalatın  təşkili  və  texnologiyanın  təkmilləşdirilməsi, 
obyektlərin təhlükəsizlik vasitələri ilə təchiz olunması;     
  İstehsalatda  sanitariya-gigiyena  şəraitinin  təhlükəsizlik  qayda  və 
normalarının tələblərinə uyğun olması; 
  işləyənlərin sanitar-məişət xidmətinin yaxşılaşdırılması;    
  işləyənlərin, ilk növbədə ağır fiziki əməklə məşğul olan qadınların, 
zərərli  iş  şəraiti  və  gecə  növbəsində  işləyənlərin  sayının  daima 
azaldılması;   
  işləyənlərin  istirahətinin  təşkili,  tibbi-sanitariya  xidmətinin 
yaxşılaşdırılması.    
27. Əməyin  mühafizəsi  üzrə  nomenklatur  tədbirlər  planının  tərtibi 
zamanı hansı tədbirlər nəzərə alınmalıdır? 
Əməyin  mühafizəsi  üzrə  nomenklatur  tədbirlər  planının  tərtibi  zamanı 
“Azərbaycan  neft  sənayesində  əməyin  mühafizəsinin  vahid  idarəetmə 
sistemi”nin  6-cı  fəslində  göstərilmiş  6.4.1÷6.4.25-ci  bəndlərində 
göstərilən  tədbirlər  nəzərə  alınmalı  və  plan  həmin  tədbirlər  əsasında 
hazırlanmalıdır. 
28. Əmək  şəraitinin  yaxşılaşdırılması  üzrə  tədbirlər  planının  həyata 
keçirilməsində əsas amillər hansıdır? 
Əmək  şəraitinin  yaxşılaşdırılması  planlarının  müvəffəqiyyətlə  yerinə 
yetirilməsində, planlaşdırılmış tədbirlərin həyata keçirilməsində əsəs şərt 
qeydiyyatın,    nəzarətin  və  hesabatın  dəqiq  təşkilidir.  Planda  nəzərdə 

 
 
tutulmuş  tədbirlərin  yerinə  yetirilməsinin    gedişinə  müntəzəm  və  təsirli 
nəzarət müəssisəsinin, birliyin,trestin müdiriyyətinə və Həmkarlar İttifaqı 
komitəsinə həvalə edilir.   
Birliyin, müəssisənin, əmək mühafizəsi  və təhlükəsizlik texnikası xidməti, 
Həmkarrlar  İtifaqı komitəsinin əməyin mühafizəsi üzrə komissiyası əmək 
şəraitinin  yaxşılaşdırılması  planlarının  və  ayrı-ayrı  tədbirlərin  həyata 
keçirilməsinə nəzarət edir.  
Birlikdə,müəssisədə  hər  yarım  ildə  bir  dəfədən  az  olmayaraq,  kompleks 
planların  yerinə  yetirilməsinin  gedişi  mütəmadi  olaraq  rəhbərlik 
səviyyəsində müzakirə edilir.       
29. Dövlət 
Neft  Şirkətinin  müəssisələrində  əmək  şəraitinin 
yaxşılaşdırılması  üzrə  kompleks  planların  yerinə  yetirilməsinə 
nəzarət və hesabat necə tənzimlənir?    
Əmək  şəraitinin  yaxşılaşdırılması  üzrə  kompleks  planların  yerinə 
yetirilməsi  haqqında  hesabat  qaydası  Dövlət  Neft  Şirkəti  tərəfində 
müəyyənləşdirilir.   
Kompleks  planın  ayrı-ayrı  bölmələrinin  yerinə  yetirilməsinə, 
planlaşdırılmış  vasitələrin    xərclənməsinə  nəzarət  və  qeydiyyatının 
aparılması  əməyin  mühavizəsi  və  təhlükəsizlik  texnikası  xidməti  ilə 
yanaşı, 
müəssisənin, 
birliyin,trestin 
bölmə 
rəhbərlərinə, 
baş 
mütəxəsisslərinə həvalə edilir.    
30. İdarələrdə əməyin təhlükəsizliyi xidmətinin əsas vəzifələri nədən 
ibarətdir? 
  Müəssisədə əməyin mühafizəsi işinin təşkili və əlaqələndirilməsi; 
  Müəssisənin işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunverilik 
və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət; 
  İstehsalatda  baş  vermiş  bədbəxt  hadisələrin,  peşə  xəstəliklərinin 
qarşısının  alınması  və  əmək  şəraitinin  yaxşılaşdırılması  üzrə 
profilaktiki tədbirləri hazırlamaq və həyata keçirilməsinə çalışmaq; 
  İşəgötürənə və işçiyə əməyin mühafizəsi üzrə məsləhətlər vermək. 
31. İdarələrdə əməyin təhlükəsizliyi xidmətinin hansı hüquqları var? 
  Günün istənilən vaxtında müəssisənin istehsalat, xidməti və məişət 
binalarına baxış keçirmək və əməyin mühafizəsi üzrə sənədlərlə tanış 
olmaq. 

 
 
  Əməyin mühafizəsi üzrə qanunvericiliyin yerinə yetirilməsi zamanı 
yol verilmiş nöqsanların aradan qaldırılması haqqında icrası məcburi 
olan göstərişlər vermək. 
  İşəgötürən və ya onun vəzifəli şəxsləri ilə razılaşdırılmaqla əməyin 
mühafizəsi vəziyyətinin yoxlanılmasına müvafiq mütəxəssisləri cəlb 
etmək. 
  Əməyin  mühafizəsi  məsələləri  üzrə  müəssisənin  bölmələrinin 
rəhbərlərindən  müvafiq  sənədlər  tələb  etmək  və  baxmaq,  əməyin 
mühafizəsi üzrə normativ hüquqi sənədləri aktları pozanlardan yazılı 
izahat tələb etmək. 
  Müəssisə  rəhbərliyinin  tapşırığı  ilə  əməyin  mühafizəsi  məsələləri 
müzakirə  edilərkən  dövlət  orqanlarında  və  ictimai  təşkilatlarda 
müəssisəni təmsil etmək. 
32. Əməyin  mühafizəsi  xidmətinin  işçilərini  başqa  işlərin  yerinə 
yetirilməsinə cəlb etmək olarmı? 
İşəgötürən tərəfindən əməyin mühafizəsi xidmətinin mütəxəssislərinin öz 
vəzifələrinə  aid  olmayan  işlərin  yerinə  yetirilməsinə  cəlb  olunması  yol 
verilmir.  Əks  təqdirdə  işəgötürən  Azərbaycan  Respublikası  İnzibati 
Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə edilir. 
 
33. Əməyin  mühafizəsi  məsələlərinin  həllində  ictimai  birliklərin 
iştirakı və rolu nədən ibarətdir? 
İşəgötürənlər,  işçilər,  habelə  ayrı-ayrı  fiziki  şəxslər  əməyin  mühafizəsi 
problemlərini  həll  etmək  üçün  birləşərək  ictimai  birliklər  haqqında 
qanunvericiliyə müvafiq olaraq fəaliyyət göstərən ictimai birliklər yarada 
bilərlər.  Dövlət  hakimiyyəti  orqanları,  habelə  işəgötürənlər  bu  ictimai 
birliklərə  hərtərəfli  kömək  göstərməli  və  əməyin  mühafizəsinin  təmin 
edilməsi barədə normativ hüquqi aktları qəbul edərkən onların təkliflərini 
və tövsiyələrini nəzərə almalıdırlar. 
34. Əməyin mühafizəsi sahəsində bələdiyyə orqanlarının səlahiyyətləri 
nədən ibarətdir? 
Bələdiyyə orqanları: 
  əməyin mühafizəsi sahəsində dövlət siyasətinin tabeliklərində olan 
ərazidə həyata keçirilməsini təmin edirlər;  

 
 
  əməyin  mühafizəsi  üzrə  sahələrarası  yerli  əhəmiyyətli  proqramlar 
hazırlayır və onların yerinə yetirilməsini təmin edirlər;  
  regional  problemlərin  həlli  və  əməyin  mühafizəsinin  təmin 
edilməsində mülkiyyətçilərə yardım göstərilməsi məqsədi ilə onların 
pay  iştirakı  və  digər  vəsaiti  hesabına  əməyin  mühafizəsi  üçün 
qanunvericiliklə müəyyən edilmiş qaydada məqsədli fondlar yaradır 
və bu fondların vəsaitinin təyinatı üzrə xərclənməsini təmin edirlər.  
Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin