AZƏrbaycan respublikasinin döVLƏt neft şİRKƏTİ “AZƏRİqaz” İstehsalat biRLİYİ


 İş yerlərinin attestasiyası neçə ildən bir  keçirilməlidir ?



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə16/22
tarix29.01.2020
ölçüsü2,62 Mb.
#30342
1   ...   12   13   14   15   16   17   18   19   ...   22
kitab 1000 sual - 1000docx 01 02.2018 sayt ucun1


25. İş yerlərinin attestasiyası neçə ildən bir  keçirilməlidir ? 
İş  yerlərinin  attestasiyasının  keçirilmə  müddəti  5  ildə  bir  dəfədən  az 
olmamaq şərti ilə  müəssisənin özü tərəfindən müəyyən edilir və  AR NK-
nin  06.03.2000-ci  il  tarixli  38  nömrəli  qərarı  ilə  təsdiq  edilmiş  “İş 
yerlərinin  attestasiyasının  keirilməsi  Qaydaları”na  əsasən  aparılır. 
Attestasiyanın  keçirilməsində  əsas  məqsəd  instrumental  ölçmələr 
nəticəsində iş yerlərində təhlükəli və zərərli istehsalat amillərinin faktiki 
göstəricilərinin  müəyyən  etməklə  əməyin  ağırlıq  və  gərginliyinin 
qiymətləndirilməsidir. 
26. İş 
yerlərinin 
attestasiyası 
və 
sahələrin 
sanitar–texniki 
pasportlaşdırılması 
əmək 
şəraitinin 
yaxşılaşdırılması 
istiqamətində hansı imkanları yaradır? 
İş  yerlərinin  attestasiyası,  sahələrin  sanitar–texniki  pasportlaşdırılması, 
əmək  şəraitinin  vəziyyətinin  dərindən  və  hərtərəfli  təhlili  aşağıdakılara 
imkan verir: 
  normalara,  qaydalara  və  standartlara  uyğun  olmayan  istehsalat 
sahələrinin, avadanlıqların aşkar edilməsinə

 
 
  əmək şəraitinin və görülən tədbirlərin səmərəli olmasının obyektiv 
qiymətləndirilməsinə; 
  əlverişli  əmək  şəraitinin  yaradılmasına,  istehsalatda  bədbəxt 
hadisələrin və peşə xəstəliklərinin azaldılması və qarşısının alınması 
üzrə  ardıcıl  tədbirlər  planlarının  işlənib  hazırlanmasına  və  həyata 
keçirilməsinə. 
27. Yaşı  18-dən    aşağı  olan  yeniyetmələrin  əməyi  necə  mühafizə 
olunur? 
AR-nın  Əmək  məcəlləsinə  görə  yaşı  15-dən  az  olan  şəxslərin  işə 
götürülməsinə yol verilmir. Yaşı 18-dən az olan işçilərin ağır, zərərli olan 
iş yerlərində, yeraltı işlərdə, habelə əxlaqi kamilliyə mənfi təsir göstərən 
işlərdə  işləməsi  qadağandır.  Bu  şəxslər  üçün  qısaldılmış  iş  rejimi  tətbiq 
edilməlidir. Onların iş vaxtından artıq işlərə, istirahət günlərində və gecə 
işlərinə cəlb olunması, habelə ezamiyyətə göndərilməsi  qadağandır. Yaşı 
18-dən aşağı olan işçilər yalnız tibbi müayinədən keçirildikdən sonra işə 
buraxılırlar  və  18  yaşına  çatana  qədər  hər  il  işəgötürənin  vəsaiti  ilə 
müayinədən keçirilirlər; 
28. Yaşı  18-dən  az  olan  işçi  tərəfindən  ağırlığın  qaldırılmasında 
məhdudiyyət qoyulan işlər hansılardır? 
Yaşı  18-dən  az  olan  işçilərin  Əmək  Məcəlləsinin  251-ci    maddəsi    ilə 
müəyyən  edilmiş  normalardan  artıq  ağır  əşyaların  qaldırılması  və  bir 
yerdən  başqa  yerə  daşınması  işlərinə  cəlb  edilməsi  qadağandır.  16 
yaşından  18  yaşadək  olan  işçilərin  əmək  funksiyasına  yalnız  aşağıdakı 
normalar həddində ümumi çəkisi olan ağır əşyaların əl ilə qaldırılması və 
daşınması işlərinin görülməsi (xidmətlərin göstərilməsi) daxil edilə bilər: 
  kişilərin başqa işləri görməklə yanaşı, eyni zamanda ümumi çəkisi 
15 kiloqramdan çox olmayan əşyaların əl ilə qaldırılaraq başqa yerə 
daşınması,  habelə  ümumi  çəkisi  10  kiloqramdan  çox  olmayan 
əşyanın bir metr yarımdan artıq olmayan hündürlüyə qaldırılması; 
  qadınların başqa işləri görməklə yanaşı, eyni zamanda ümumi çəkisi 
10 kiloqramdan çox olmayan əşyaların əl ilə qaldırılaraq başqa yerə 
daşınması, habelə ümumi çəkisi 5 kiloqramdan çox olmayan əşyanın 
bir metr yarımdan artıq olmayan hündürlüyə qaldırılması; 

 
 
  bütün iş günü (iş növbəsi) ərzində müntəzəm olaraq ümumi çəkisi 10 
kiloqramdan  çox  olmayan  əşyanın  əl  ilə  qaldırılıb  başqa  yerə 
daşınması; 
  15  kiloqramdan  artıq  gücün  sərf  edilməsi  tələb  olunan  yüklənmiş 
təkərli araba və ya hərəkət edən digər vasitələrlə əşyaların daşınması. 
  16  yaşadək  qızlar  yalnız  onların  razılığı  ilə  bu  maddənin  ikinci 
hissəsinin «a», «b» və «c» bəndlərində nəzərdə tutulan normaların 
müvafiq  olaraq  1/3  hissəsi  həddində  ağırlığı  olan  əşyaların 
qaldırılması və daşınması işlərinə cəlb oluna bilərlər. 
  Yaşı 16-dan az olan qızların bütün iş günü ərzində müntəzəm olaraq 
yük qaldırma və daşınma işlərinə cəlb edilməsi qadağandır. 
  Yaşı 18-dən az olan işçilərin əməyinin tətbiqi qadağan olunan əmək 
şəraiti  zərərli  və  ağır  olan  istehsalatların,  peşələrin  (vəzifələrin), 
habelə  yeraltı  işlərin  siyahısı  müvafiq  icra  hakimiyyəti  orqanı 
tərəfindən təsdiq edilir. 
29. Hansı  iş  yerlərində  və  işlərdə  qadın  əməyinin  tətbiqi  qadağan 
olunur?  
Əmək  şəraiti  ağır,  zərərli  olan  iş  yerlərində,  habelə  yeraltı  tunellərdə, 
şaxtalarda və digər yeraltı işlərdə qadın əməyinin tətbiqi qadağandır. Qadın 
əməyinin  tətbiqi  qadağan  olunan  əmək  şəraiti  zərərli  və  ağır  olan 
istehsalatların,  peşələrin  (vəzifələrin),  habelə  yeraltı  işlərin  siyahısı 
müvafiq icra hakimiyyəti orqanı  tərəfindən təsdiq edilir.  
30. Qadınların hansı hallarda gecə işlərinə, iş vaxtından artıq işlərə və 
istirahət  günlərində  işə  cəlb  olunması,  habelə  ezamiyyətə 
göndərilməsi məhdudlaşdırılır?  
Hamilə  qadınların  və  3  yaşına  çatmamış  uşağı  olan  qadınların  gecə 
işlərinə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram 
və  digər  günlərdə  işə  cəlb  edilməsinə,  habelə  onların  ezamiyyətə 
göndərilməsinə yol verilmir. 3 yaşından 14 yaşınadək uşağı olan, həmçinin 
sağlamlıq imkanları məhdud uşağı olan qadınların iş vaxtından artıq işlərə, 
istirahət,  bayram  və  iş  günü  hesab  olunmayan  digər  günlərdə  işə  cəlb 
edilməsinə  və  ezamiyyətə  göndərilməsinə  yalnız  onların  razılığı  ilə  yol 
verilir. 

 
 
31. Qadınlar üçün natamam iş vaxtı müəyyən edilən hallar və həkim 
müayinəsi zamanı əmək haqqının saxlanılması necə təmin edilir? 
Əmək Məcəlləsinin 245-ci maddəsinə əsasən hamilə, 14 yaşına çatmamış 
uşağı,  yaxud  sağlamlıq  imkanları  məhdud  uşağı  olan,  habelə  tibbi  rəy 
əsasında  xəstə  ailə  üzvünə  qulluq  edən  qadınların  xahişi  ilə  işəgötürən 
onlara işlənmiş vaxta mütənasib əmək haqqı ödənilən natamam iş günü və 
ya natamam iş həftəsi müəyyən etməlidir. Bu halda qadının gündəlik və ya 
həftəlik iş vaxtının müddəti tərəflərin razılığı ilə müəyyən edilir. 
Hamilə və 3 yaşınadək uşağı olan qadınların həm özünün, həm də uşağının 
tibb  müəssisələrində  dispanser  və  ambulator  müayinələrinin  keçirildiyi, 
həkim  məsləhətləri  aparıldığı  günlərdə  orta  əmək  haqqı  saxlanılır.  Belə 
müayinələrin keçirilməsi üçün işəgötürən hökmən hamilə qadınlara zəruri 
şərait yaratmalıdır. 
32. Qanunvericilikdə  işçilərin    istehsalatda  bədbəxt  hadisələrdən  və 
peşə xəstəliklərindən sığorta olunması nəzərdə tutulubmu? 
Qanunvericilikdə müəyyən edilmiş qaydada və şərtlə həyat üçün yüksək 
təhlükə  mənbəyi  olan  işlərdə  çalışan  işçilər  istehsalatda  bədbəxt 
hadisələrdən və peşə xəstəliklərindən işəgötürən tərəfindən mütləq icbari 
sığorta edilməlidirlər. Bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari 
sığorta edilməli olan işçilərin siyahısı, sığorta haqqının məbləği kollektiv 
müqavilələrdə,  əmək  müqavilələrində  sığorta  təşkilatları  ilə  bağlanmış 
müqavilələr əsasında müəyyən edilir. 
33. Peşə xəstəliyi deyiləndə nə nəzərdə tutulur? 
İstehsalat  prosesi  zamanı  hər  hansı  zərərli  istehsalat  amillərinin  təsiri 
nəticəsində qazanılmış xəstəliyə peşə xəstəliyi deyilir. 
34. İşçilərin  istehsalatda  bədbəxt  hadisələr  və  peşə  xəstəlikləri 
nəticəsində  əmək  qabiliyyətinin  itirilməsi  halları  ilə  bağlı 
işəgötürən hansı tədbir görməlidir?    
İşəgötürən  qanunvericiliklə  müəyyən  olunmuş  qaydada  hər  bir  işçinin 
istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək 
qabiliyyətinin  itirilməsi  hallarından  icbari  sığortalanmasını  təmin 
etməlidir.  Əmək  müqaviləsində  işçinin  sığortalanması  barədə  müvafiq 
məlumatların  göstərilməsi  mütləqdir.  İstehsalatda  bədbəxt  hadisələr  və 
peşə  xəstəlikləri  nəticəsində  peşə  əmək  qabiliyyətinin  itirilməsi 

 
 
hallarından icbari sığorta sahəsində münasibətlər müvafiq qanunvericiliklə 
tənzimlənir. 
35. İstehsalatda  baş  vermiş  bədbəxt  hadisələrin  təhqiqi  və  uçota 
alınması necə aparılır ? 
AR NK 28 fevral 2000-ci il tarixli 27 saylı qərarı ilə təsdiq edilmiş (AR 
NK-nin 31 iyul 2015-ci il tarixli 270 saylı qərarı ilə dəyişiklik edilmişdir.) 
“İstehsalatda  baş  verən  bədbəxt  hadisələrin  təhqiqi  və  uçota  alınması” 
qaydalarına  əsasən  ağırlıq  dərəcəsindən  asılı  olmayaraq  istehsalatda  baş 
vermiş  bədbəxt  hadisə  barədə  müəssisə  rəhbərliyi  dərhal  Dövlət  Əmək 
Müfəttişliyi  Xidmətinə  və  yuxarı  təşkilata  məlumat  verməlidir.  Bədbəxt 
hadisənin  təhqiqatı  Dövlət  Əmək  Müfəttişliyinin  yaratdığı  komissiya 
tərəfindən aparılır. İki-dörd işçinin ölümü və əlahiddə ağır nəticəli (beş və 
daha artıq işçinin həlak olduğu) bədbəxt hadisələrin təhqiqatı AR Əmək və 
Əhalinin  Sosial  Müdafiəsi  nazirinin  əmri  ilə  yaradılan  komissiya 
tərəfindən aparılır.  
İşçinin  əmək  qabiliyyətinin  bir  gündən  artıq  müddətə  itirilməsinə  və  ya 
tibbi  rəy  əsasında  gündən  artıq  müddətə  başqa  işə  keçirilməsinə  səbəb 
olmuş bədbəxt hadisə İZ formalı aktla rəsmiləşdirilir. 
Təhqiqat  başa  çatdıqdan  sonra  işəgötürən  tərəfindən  bir  gündən  gec 
olmayaraq İZ formalı akt tərtib edilməlidir və aktın bir nüsxəsi zərərçəkmiş 
işçiyə  təqdim  olunmalıdır.  İstehsalatda  baş  vermiş  bədbəxt  hadisə 
müəssisə tərəfindən müvafiq qaydada uçota alınmalıdır.  
36. Baş  vermiş  bədbəxt  hadisə  komissiya  tərəfindən  hansı  müddətə 
təhqiq olunmalıdır? 
Baş  vermiş  bədbəxt  hadisələrin  təhqiqatı  komissiya  tərəfindən  20  gün 
müddətinə  başa  çatdırılmalıdır.  Zəruri  hallarda  Təhqiqat  komissiyası 
sədrinin  əsaslandırılmış    müraciətinə  əsasən  bu  müddət  komissiyanın 
yaradılması barədə sərancam verən orqan tərəfindən artırıla bilər. 
37. İstehslatda  baş  vermiş  bədbəxt  hadisəni  gizlətmiş  və  ya  müvafiq 
akt  tərtib  etməkdən  boyun  qaçırmış  vəzifəli  şəxslər  barədə  hansı   
məsuliyyət nəzərdə tutulur ? 
AR-nın Əmək məcəlləsinin 217-ci maddəsinə görə  bədbəxt hadisənin baş 
vermə  faktını  gizlədən,  aparılan  təhqiqat  barədə  müvafiq  akt  tərtib 

 
 
etməkdən  boyun  qaçıran  işəgötürən,  onun  səlahiyyətli  vəzifəli  şəxsi 
qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır.
 
38. İstehsalatda  baş  vermiş  bədbəxt  hadisə  hansıı  hallarda 
rəsmiləşdirilmir və qeydiyyata alınmır ? 
 Təbii ölüm, özünə qəsd, intihar hadisələri, cinayət törədilərkən, şəxsi 
məqsədlər  üçün  hər  hansı  işlə  məşğul  olarkən,  çimərkən,  balıq 
ovlayarkən,  işçinin  öz  təşəbbüsü  ilə  nahar  fasiləsində  və  ya  işdən 
sonra idman tədbirləri zamanı xəsarət və ya ölüm baş verərsə
 texniki  spirtlərin,  aromatik,  narkotik  vasitələrin,  psixiatrop 
maddələrin istehsalat prosesində istifadəsi ilə bağlı olmayan alkoğol 
zəhərlənməsi və onunla bağlı ürək dayanması, insult və s. 
39. Başqa  təşkilata  göndərilmiş  və  ya  əvəzçiliklə  çalışan  işçi  ilə  baş 
vermiş bədbəxt hadisənin təhqiqatı necə aparılır? 
İşəgötürən  tərəfindən  müvəqqəti  olaraq  işləmək  üçün  başqa  təşkilata 
göndərilmiş  və  ya  əvəzçilik  üzrə  çalışan  işçi  ilə  baş  vermiş  bədbəxt 
hadisənin  təhqiqatı,  bu  işçinin  müvəqqəti  işlədiyi,  yaxud  əvəzçilik  üzrə 
çalışdığı təşkilatın və əsas iş yerinin nümayəndələrinin iştirakı ilə aparılır 
və hadisə baş vermiş müəssisə tərəfindən uçota alınır. 
40. İstehsalat  zədələnmələrinin  tezlik  və  ağırlıq  əmsallarının 
hesablanma düsturları hansılardır?  
Tezlik əmsalı (K
t
): 
K
t
 = Bx1000/
B – hesabat dövründə qeydə alınan bədbəxt hadisələrin sayı; 
S – müəssisənin işçilərinin ümumi sayı. 
Ağırlıq əmsalı (K
a
): 
K
a
 = G/B-B
ö 
G  –  bədbəxt  hadisələr  nəticəsində  itirilmiş  əmək  qabiliyyətli  günlərin 
ümumi sayı; 
B
ö
 – hesabat dövründə ölümlə nəticələnmiş bədbəxt hadisələrin sayı. 
41. Qanunvericiliyə  görə  zərərli  əmək  şəraitində  işlyən  işçilərə  hansı 
güzəştlər tətbiq olunur? 
Əmək şəraitinin zərərliliyinə görə aşağıdakı güzəştlər tətbiq olunur: 
1.  Əmək haqqına əlavələr, əmsallar aşağıda göstərilir. 
        Zərərliliyin aşağı səviyyəsində:             Xüsusi ağır və zərərli işlərdə: 

 
 
 əmsal  - 1.04                                                            əmsal - 1.16  
 əmsal -  1.08                                                            əmsal - 1.20 
 əmsal -  1.12                                                            əmsal - 1.24 
2.  Qısaldılmış iş vaxtının müəyyən edilməsi; 
3.  İşçilərə əlavə məzuniyyətlərin verilməsi
4.  Güzəştli pensiyaların verilməsi. 
42. İşçilərə  xüsusi  geyim  və  fərdi  mühafizə  vasitələri  hansı  sənədlər 
əsasında verilir? 
AR-nın  Əmək  məcəlləsinin  215-ci  maddəsinə  əsasən  işəgötürən  işçiləri 
müəyyən  edilmiş  müddətlərdə  və  tələb  olunan  çeşidlərdə  pulsuz  xüsusi 
geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri ilə təmin etməyə 
borcludur.  “Azəriqaz”  İB-də  bu  məsələ  “ARDNŞ-nin  işcilərinə  xüsusi 
geyim və digər fərdi mühafizə vasitələrinin  pulsuz  verilməsi Normaları” 
ilə tənzimlənir.  
43. İstifadə      olunmuş  xüsusi    geyim  və    digər  FMV    hansı  hallarda 
istifadə edilə bilər ? 
İstifadə  olunmuş  xüsusi    geyim  və    digər  FMV  işçilərə  yalnız  
yuyulduqdan,  kimyəvi və digər  profilaktik təmizlənmədən keçirildikdən 
və təmir edildikdən sonra verilir. 
44. İşçilərə    verilmiş  xüsusi    geyim  və    digər  FMV-in  uçotu  necə 
aparılır? 
İşçilərə  verilmiş xüsusi  geyim və  digər FMV-in uçotu işçilər üçün açılmış  
xüsusi kartoçkalar  əsasında  aparılır. 
 
 

 
 
III FƏSİL  
ƏMƏYİN  TƏHLÜKƏSİZLİYİ  ÜZRƏ  İŞLƏRİN  TƏŞKİLİ 
HAQQINDA 
 
 
1. Əməyin Mühafizəsi, yanğın və təhlükəsizlik texnikası qaydaları üzrə 
təlimatlar necə il  müddətinə qüvvədə olur? 
Müasir texniki səviyyəyə uyğunlaşdırılması və lazımi düzəlişlər edilməsi 
məqsədi  ilə,  təlimatlar  5  ildə  bir  dəfədən  az  olmayaraq,  əgər  xüsusi 
qaydalarda başqa müddət nəzərdə tutulmayıbsa, yenidən baxılmalı və nəşr 
edilməlidir.  
2.  İşçilərə təhlükəsiz iş üsulları necə öyrədilməlidir? 
İşçilərə təhlükəsiz iş üsulları öyrədilməsi aşağıdakılardan ibarətdir: 
 bütün  təlimat  növlərinin  (giriş,  iş  yerində,  ilkin,  vaxtaşırı, 
növbədənkənar və birdəfəlik təlimatlar) keçirilməsindən; 
 biliklərin yoxlanılmasından (ilkin, vaxtaşırı, növbədənkənar)  
 işçilərə  təhlükəsiz  iş  üsullarının  öyrədilməsi,  onların  ixtisaslarının 
artırılması  zamanı  (kurs,  qrup  və  fərdi  təhsil  formalarında)  həyata 
keçirilir. 
3. Hansı işçilərə təhlükəsizlik iş üsulları öyrədilməlidir? 
İstehsalatın  xüsusiyyətindən,  mürəkkəbliyindən  və  təhlükəsizlik 
dərəcəsindən  asılı  olmayaraq,  bütün  müəssisələrdə  və  istehsalat 
birliklərində  fəhlələrə,  qulluqçulara  və  mühəndis-texniki  işçilərə 
təhlükəsiz iş üsulları öyrədilməlidir. 
4. Təhlükəsiz iş üsullarının öyrədilməsinə kimlər məsuliyyət daşıyır? 
Müəssisənin rəhbərliyi (baş mühəndis, baş mütəxəssislər, sex, xidmət və 
şöbə  rəisləri)  fəhlələrə,  qulluqçulara  və  mühəndis-texniki  işçilərə 
bilavasitə  iş  yerlərində  və  ya  xüsusi  kurslarda  təhlükəsiz  iş  üsullarının 
öyrədilməsini təmin etməyə borcludur. Bütövlükdə müəssisələr, birliklər 
üzrə  işçilərə  təhlükəsiz  iş  üsullarının  vaxtında  və  mükəmməl 
öyrədilməsinin düzgün təşkilinə ümumi rəhbərlik  müəssisə rəhbərlərinə, 
struktur  bölmələrində  (sexlərdə,  sahələrdə)  isə  həmin  bölmələrin 
rəhbərlərinə həvalə edilir. Onlar bu işlərə görə məsuliyyət daşıyırlar. 

 
 
5. Təhlükəsiz  iş  üsullarının  öyrədilməsinin  təşkili  və  vaxtında 
sənədləşdirilməsi kimə həvalə olunur? 
İşçilərə təhlükəsiz  iş  üsullarının vaxtında və  mükəmməl öyrədilməsinin, 
sənədlərinin  düzgün  rəsmiləşdirilməsinin  təşkilinə  metodik  rəhbərlik  və 
nəzarət müəssisənin və müvafiq yuxarı təşkilatların (birliyin, trestin və s.) 
əməyin mühafizəsi və təhlükəsizlik texnikası xidmətinə həvalə olunur. 
6. Fəhlə və qulluqçularla təlimatın keçirilməsində məqsəd nədir? 
İşə  qəbul  olunan  fəhlə  və  qulluqçularla,  onları  ümumi  təhlükəsizlik 
qaydaları  və  normaları,  əmək  qanunvericiliyinin  əsas  müddəaları,  daxili 
əmək intizamı qaydaları ilə, müəssisə ərazisində və bilavasitə iş yerlərində 
davranış  qaydaları  ilə,  təhlükəli  və  zərərli  istehsalat  amillərinin 
xüsusiyyətləri  ilə  və  digər  məsələlərlə  tanış  etmək  məqsədi  ilə  işlərin 
təhlükəsiz aparılması üzrə təlimat keçirilir. 
7. Fəhlə  və  qulluqçularala  keçirilən  təlimat  xüsusiyyətinə  görə  neçə 
yerə bölünür? 
Fəhlə və qulluqçularla keçirilən təlimat xüsusiyyətinə  və vaxtına görə iki 
yerə, giriş və iş yerində təlimata ayrılır. 
8. Müəssisələrdə  keçirilən  giriş  təlimatlarının  əsas  məqsədi  nədən 
ibarətdir? 
Giriş təlimatlarının əsas məqsədi müəssisəyə işə qəbul edilən bütün fəhlə 
və  qulluqçulara,  müəssisəyə  ezam  olunmuş  işçilərə,  müvəqqəti  işləyən 
fəhlələrə,  istehsalat  təlimi  və  təcrübəsi  keçmək  üçün  müəssisəyə  gəlmiş 
tələbə  və  şagirdlərə,  habelə  istehsalat  sexlərinə  işlərin  aparılmasına 
buraxılmış  bütün  şəxslərə    müəssisə,  iş  rejimi,  əməyin  mühafizəsinin 
hüquqi və  normativ əsasları, yanğın və elektrik təhlükəsizliyi  haqqında 
qısa məlumat verməkdən ibarətdir. Giriş təlimatının keçirilmə müddəti 2 
saatdan  az  olmamalıdır  və  müəssisənin  əməyin  təhlükəsizliyi  xidməti 
tərəfindən keçirilməlidir.  
9. İş  yerində  keçirilən  təlimatlar  neçə  yerə  bölünür,  bu  təlimatlar 
kimlər tərəfindən keçirilir və təlimatın məqsədi nədir? 
İş yerində keçirilən təlimatlar aşağıda göstərilən 4 yerə bölünür: 
 ilkin təlimat 
 təkrar təlimat 
 növbədənkənar təlimat 
 birdəfəlik təlimat 

 
 
İş  yerində  təlimatlar  bir  qayda  olaraq  iş  rəhbəri  tərəfindən  iş  yerində 
keçirilməlidir.  Elektrotexniki  heyətə  təlimat  baş  energetikin  mühəndisi 
tərəfindən keçirilir. Təlimatın keçirilməsində əsas məqsəd işçinin işlədiyi 
sahədə  yerinə  yetirəcəyi  işin  xarekteri,  işin  icrası  zamanı  təhlükəsizlik 
tədbirləri və ayrı-ayrı qurğu və avadanlıqların iş prinsipi haqqında  işçiyə 
məlumat  verilməsindən  və  təhlükəsiz  iş  üsullarının  öyrədilməsindən 
ibarətdir. 
10. İş  yerində  təlimatın  keçirilməsində  məqsəd  nədir  və  təlimat 
prosesində nələr izah olunmalıdır? 
İş yerində təlimatın keçirilməsində əsas məqsəd hər bir fəhləni, qulluqçunu 
təhlükəsiz  iş  üsullarının  əsas  qaydaları  ilə  tanış  etmək,  fəhlələrin 
təhlükəsizlik  tələbləri  üzrə  biliklərini  artırmaq,  təzələmək  və 
möhkəmləndirməkdir. Təlimat prosesində aşağıdakılar izah olunmalıdır. 
 İş  yerində,  müəssisə  ərazisində  davranış  qaydalaı  və  peşələri  üçün 
əməyin təhlükəsizliyi üzrə təhlükəsizliyin məzmunu. 
 İstehsalat  prosesində  və  iş  vaxtında  tətbiq  olunan  avadanlıqlar, 
mexanizmlər və qurğular haqqında ümumi məlumat. 
 Avadanlıqlara,  mexanizmlərə  və  maşınlara  xidmət  etdikləri  zaman 
təhlükəsizlik tələbləri. 
 Fərdi mühafizə vasitələri. Onların tətbiqi və istifadə qaydaları; 
 Yanğın  təhlükəsizliyi  qaydalarını  və  bədbəxt  hadisə  zamanı  ilkin 
tibbi yardımın göstərilməsi qayda və üsullarını. 
11.  İş yerində təlimat kimə keçirilməlidir? 
Yeni  işə  götürülən  və  ya  bir  bölmədən  (sexdən)  digərinə  keçirilən 
(keçirilmə  müddətindən asılı olmayaraq), bir işdən digər işə və ya digər 
xassəli  iş  sahəsinə  göndərilən  (istehsalat  şəraiti  dəyişən  hallarda)  bütün 
fəhlə  və  qulluqçulara,  yeni  iş  tapşırılmış,  müəssisəyə  ezam  olunmuş, 
istehsalat təlimi və ya təcrübəsi keçməyə gəlmiş, həmçinin müxtəlif işləri 
yerinə yetirmək üçün müəssisə ərazisində və ya sexlərə buraxılmış digər 
işçilərə iş yerində təlimat keçirilməlidir. 
12.  İş yerində təlimat kim tərəfindən keçirilməlidir? 
Fəhlələrlə iş yerində təlimatın keçirilməsi bilavasitə ustaya (iş rəhbərinə) 
tapşırılır,  qulluqçularla  keçirilməsi  isə  sex,  bölmə,  qurğu  rəhbərlərinə 
həvalə edilir. Təlimatı keçirən şəxs fəhlə və qulluqçulara iş yerində olan 

 
 
bütün  təhlükəli  sahələri,  qurğu  və  avadanlıqları  göstərməli,  onları  iş 
yerlərinin  təhlükəsiz  və  düzgün  təşkili,  işlərin  təhlükəsiz  yerinə  yerinə 
yetirilməsi  üsulları  ilə  tanış  etməli,  işçilərin  diqqətini  təhlükəli  iş 
üsullarının  və  işçilərin,  ətrafdakı  insanların  xəsarət  almasına  səbəb  ola 
biləcək təhlükəli iş üsullarının tətbiqinə yol verilməməsinə yönəlməlidir. 
13. İş yerində təlimatlar hansı sənədlər əsasında aparılır? 
Eyni peşəli fəhlələr üçün və ya ayrı-ayrı iş növləri üzrə iş yerində təlimat 
təhlükəsizlik qayda və normalarına, ƏTSS standartlarına əsasən, konkret 
istehsalat  şəraiti  nəzərə  alınmaqla,  işlənib  hazırlanmış  proqramlar, 
təlimatlar  üzrə  keçirilir.  Proqramlar  və  təlimatlar  sex  işçiləri  (rəis, 
müavinləri)  tərəfindən  işlənib  hazırlanır,  əməyin  mühafizəsi  və 
təhlükəsizlik  texnikası  xidməti  ilə  razılaşdırılır,  müəssisənin  baş 
mühəndisi və Həmkarlar İttifaqı Komitəsi ilə birlikdə təsdiq edilir.  
Fəhlələrlə  təlimatın  keçirilməsi  proqramına  5  ildə  bir  dəfədən  gec 
olmayaraq yenidən baxılmalıdır.  
14. İş yerində ilkin təlimatın keçirilməsi necə həyata keçirilir? 
Fəhlələrə iş yerində ilkin  təlimat onlar sərbəst  işə buraxılmazdan əvvəl, 
bir işdən başqa işə və ya digər xassəli iş sahəsinə keçirilən hallarda aparılır. 
Fəhlələrlə ilkin təlimat konkret bölmənin iş xüsusiyyətləri və şəraiti nəzərə 
alınmaqla  təsdiq  edilmiş  proqramlar  və  təlimatlar  üzrə  keçirilir.  İlkin 
təlimat işin xüsusiyyətindən asılı olaraq bir neçə növbə ərzində keçirilir. 
Onlar istehsalat prosesləri, təhlükəsiz iş üsulları ilə tanış olurlar və hər bir 
fəhlə fərdi olaraq təlimatlandırılır. İlkin təlimat keçilib qurtardıqdan sonra 
fəhlənin təhlükəsiz iş üsullarını mənimsəməsinə, onun konkret iş yerinə və 
peşəsinə aid təhlükəsizlik tələblərini və təlimatı praktiki bilməsinə və başa 
düşməsinə əmin olunmalıdır. İlkin təlimatın keçilməsi “İşçilərin iş yerində 
təlimatlandırılmasının qeydiyyatı jurnalı”nda rəsmiləşdirilir. 
Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin