AZƏrbaycan respublikasinin döVLƏt neft şİRKƏTİ “AZƏRİqaz” İstehsalat biRLİYİ


 Turşuların    zərərsizləşdirilməsi  üçün  hansı  maddələrdən  istifadə



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə19/22
tarix29.01.2020
ölçüsü2,62 Mb.
#30342
1   ...   14   15   16   17   18   19   20   21   22
kitab 1000 sual - 1000docx 01 02.2018 sayt ucun1


4. Turşuların    zərərsizləşdirilməsi  üçün  hansı  maddələrdən  istifadə 
olunmalıdır? 
Turşular  saxlanılan  yerlər  nişanlanmalıdır.  Təsadüfən  dağılmış  turşunun 
zərərsizləşdirilməsi  (neytrallaşdırılması)  üçün  əhəng  və  yaxud  soda 
məhlulu saxlanılmalıdır. 
5. Asan  alışan,  yanar  maye  və  yanar  qaz  anbarları  yanğın 
təhlükəsizliyi baxımından hansı tələblərə cavab verməlidir? 
 AAM  və  YM  açıq  anbarları  istehsalat  sexləri  və  yaşayış  məntəqələrinə 
nisbətən aşağı səviyyəli meydançalarda yerləşdirilməlidir. Meydançaların 
qəza zamanı mayenin axmasının qarşısını alan çəpərləri (bəndi) olmalıdır. 
6. Anbar otaqlarında elektrik açarı harada yerləşdirilməlidir? 
Anbar  otaqlarında  elektrik  açarı  anbar  otağının  xaricində,  yanmayan 
divarda,  divarları  yanar  materialdan  olan  anbarlarda  isə  ayrıca  dirəkdə 
quraşdırılmış şkafda yerləşdirilməlidi 
7. Yanar  qaz  balonları  saxlanılan  anbarlara  aid  olan  yanğın 
təhlükəsizliyi tələbləri   hansılardır?  
Anbarların quruluşu qüvvədə olan norma və qaydaların tələblərinə cavab 
verməlidir.  Anbar  otaqlarının  daxili  taxta  konstruksiyaları  oda  davamlı 
tərkiblə hobdurulmalıdır. Yanar qaz balonları saxlanılan anbarlar yüngül 
örtüklü,  bir  mərtəbəli  olmalıdır.  Yanar  qaz  balonları  atmosfer 
çöküntülərindən  və  günəş  şüalarından  qorunmaqla  açıq  meydançalarda 
saxlanıla bilər. Yanar qaz balonları digər oksigen, sıxılmış hava, xlor və s. 
balonlardan ayrı saxlanılmalıdır.  
8. Anbarda müxtəlif material və məmulatlar necə saxlanılmalıdır? 
Anbarda  müxtəlif  material  və  məmulatlar,  yanğının  söndürülməsində 
istifadə  olunan  yanğınsöndürmə  vasitələrindən  (su,  köpük,  karbon  qazı) 
asılı  olaraq  və  materialların  eyni  yanma  xüsusiyyətinə  görə  seçilib 
yığılmalı və digər maddə və materiallardan (azot və sulfat turşusu, digər 
üzvi  maddələr    və  karbohidrogenlərdən)  ayrı  saxlanılmalıdır.  Material 
anbarında qaz pilətələrinin, məişət elektrik qızdırıcı cihazların və sobaların 
quraşdırılması  qadağandır.  Material  anbarında  rəflər  yanmayan 
materialdan hazırlanmalıdır. Material anbarlarının otaqlarında elektrokar, 
avtoyükləyici  və  digər  daxili  yanma  mühərrikli  texnikanın  saxlanılması 
qadağandır. 

 
 
9. Anbar otaqlarının isidilməsində hansı  istilik cıhazlarından istifadə 
edilə bilər? 
Anbar  otaqların  isidilməsində  mərkəzi  su  və  hava  istilik  cıhazlarından 
istifadə  edilməlidir.  Material  anbarında  qaz  piltələrinin,  məişət  elektrik 
qızdırıcı cihazların və sobaların quraşdırılması qadağandır. 
10. Yanğın  təhlükəsizliyi  baxımından  anbar  müdiri  (anbardar)  işin 
sonunda hansı işləri görməlidir? 
Anbar  müdiri  (anbardar)  işin  sonunda  anbar  otaqlarına  baxış  keçirməli, 
yanğın təhlükəsinin olmamasına əmin olduqdan sonra elektrik şəbəkəsini 
söndürməli və anbarı bağlamalıdır. 
11. İstehsalat  və  yardımçı  binaların  zirzəmilərində  asan  alışan  və 
yanar maddələrin saxlanılmasına icazə verilirmi? 
İstehsalat  və  yardımçı  binaların,  anbarların  zirzəmilərində  boyaların, 
rənglərin,  kalsium  karbidin,  dolu  qaz  balonlarının,  AAM,  YM  və  digər 
partlayış  yanğın  təhlükəli  maddələrin  və  materialların  saxlanılması 
qadağandır. 
 
 

 
 
III FƏSİL 
İSİTMƏ  və  VENTİLYASİYA  SİSTEMLƏRİNDƏ  YANĞIN 
TƏHLÜKƏSİZLİYİ QAYDALARI HAQQINDA 
 
1. Hansı  hallarda  müəssisədə  isitmə  cihazlarının  quraşdırılmasına 
icazə verilir? 
İsitmə cihazlarının quraşdırılmasına yalnız obyekt rəhbərinin müəssisənin 
yanğından  mühafizə  xidməti  ilə  yazılı  razılaşmasından,  yanğın 
təhlükəsizliyi  üzrə  məsul  şəxslərin  təyin  edilməsindən  və  yanğından 
mühafizə  xidmətinin  təklif  etdiyi  bütün  tədbirlər  həyata  keçirildikdən 
sonra  yol verilir. 
2. Sobalı isidicilərin istismarı zamanı nələr qadağandır? 
Sobalı isidicilərin istismarı zamanı aşağıdakılar qadağandır: 
 sobaların odluqlarının qarşısında yanacağın saxlanılması; 
 sobaların  alışdırılmasında  benzin,  kerosin,  dizel  yanacağı  və  digər 
TAM, YM-in istifadəsi; 
 sobaların  üstünə  odunun,  paltarların  və  digər  tez  alışan  əşya  və 
materialların qoyulması və qurudulması; 
 sobanın qalanması üçün nəzərdə tutulmayan kömür, koks və qazdan 
istifadəsi; 
 ventilyasiya kanallarından sobalarda baca kimi istifadəsi.  
3. İsitmə 
qurğularının  texniki  vəziyyətinə,  istismarına  kim 
cavabdehdir? 
İsitmə  qurğularının  texniki  vəziyyətinə,  istismarına,  vaxtı-vaxtında 
təmirinə  məsuliyyəti  müəssisənin  baş  energetiki  (baş  mexaniki), 
müəssisənin  ayrı-ayri  obyektlərində  isə  həmin  obyektlərin  rəhbərləri 
daşıyır. 
4.  Sobalar  və  tüstü  boruları  hansı  müddətdən  bir  hisdən 
təmizlənməlidir? 
Sobalar və tüstü boruları isitmə dövrü başlamazdan əvvəl və bütün isitmə 
dövründə aşağıdakı qaydada hisdən təmizlənməlidir: 
 isidici sobalar 2 ayda 1 dəfədən az olmayaraq
 mətbəx plitələri və su qızdırıcıları ayda 1 dəfədən az olmayaraq; 

 
 
 uzun  müddətli  isidilən  xüsusi  sobalar  (yeməkxanalarda, 
quruducularda və s.) ayda 2 dəfədən az olmayaraq. 
Nasaz sobaların və tüstü borularının istismarı qadağandır. 
5. Hansı  isidici  sobaları  və  digər  qızdırıcı  cihazları  istismar  zamanı 
nəzarətsiz qoymaq olmaz? 
Avtomatika  ilə  təchiz  olunmayan  isidici  sobaların  və  digər  qızdırıcı 
cihazların istismarı zamanı onları nəzarətsiz qoymaq qadağandır. 
6. Ventilyasiya  sisteminin  texniki  vəziyyətinə,  saz  vəziyyətdə 
saxlanılmasına,  istismarı  zamanı  yanğın  təhlükəsizliyi  tələblərinə 
riayət olunmasına görə  məsuliyyəti kim daşıyır? 
Ventilyasiya 
sisteminin 
texniki 
vəziyyətinə, 
saz 
vəziyyətdə 
saxlanılmasına,  istismarı  zamanı  yanğın  təhlükəsizliyi  tələblərinə  riayət 
olunmasına görə məsuliyyəti müəssisənin baş mexaniki (baş energetiki) və 
ya müəssisə rəhbərinin əmri ilə təyin olunmuş şəxs daşıyır.  
7. İstehsalat,  laboratoriya  və  inzibati  otaqlarda  sobaları  kim  işə 
salmalıdır? 
İstehsalat,  laboratoriya  və  inzibati  otaqlarda  sobaların  işə  salınması 
müəssisənin  əmri  ilə  təyin  olunmuş,  təlimatlandırılmış  şəxs  tərəfindən 
aparılmalıdır.   
8. Ventilyasiya  sisteminə  kənar  əşyaların  düşməməsi  üçün  hansı 
tədbirlər görülməlidir? 
Ventilyasiya 
sistemindən 
partlayış-yanğın 
təhlükəli 
maddələri 
kənarlaşdıran (metal və ya bərk əşyaların ventilyatorlara düşməməsi üçün) 
sorucu qurğular qoruyucu torla və ya maqnit tutucularla təchiz olunmalıdır. 
Yanar  və  partlayış  təhlükəli  maddələr  olan  istehsalat  otaqlarında  sorucu 
qurğuların  metal  hava  vurucuları,  boru  xətləri,  süzgəcləri  və  digər 
avadanlıqları yerlə birləşdirilməlidir. 
9. Hava  mühitində  asan  alışan  və  ya  partlayış  təhlükəli  maddələrin 
yığılması ehtimalı olan otaqlarda ventilyasiya sistemi qurğularının 
konstruksiyalarına hansı tələblər vardır?   
Hava mühitində asan alışan və ya partlayış təhlükəli maddələrin yığılması 
ehtimalı  olan  otaqlarda  ventilyatorun,  tənzimləyicilərin  və  ventilyasiya 
sisteminin  digər  qurğularının  konstruksiyaları  qığılcım  verməyən 
materialdan hazırlanmalıdır.   

 
 
10. Qazanxana qurğularına xidmət etmək üçün kimlər buraxılırlar? 
Qazanxana qurğularına xidmət etmək üçün yaşı 18-dən az olmayan, tibbi 
müayinədən keçmiş, müvafiq qaydada təsdiq olunmuş proqram əsasında 
təlim  kursu  keçmiş  və  qazanxana  qurğularının  təhlükəsiz  istismarı  üzrə 
təlimatlandırılmış,  bilikləri  yoxlanılmış,  müəssisənin  və  ya  təşkilatın 
ixtisaslaşdırma komissiyası tərəfindən vəsiqə almış şəxslər buraxılırlar.  
11. Qazanxana  qurğuları  və  buxar  qazanları  hansı  yerlərdə 
quraşdırıla bilər? 
Qazanxana  qurğuları  və  buxar  qazanları  aşağıdakı  yerlərdə  quraşdırıla 
bilər:  
 ayrıca binalarda
 bilavasitə istehsalat və ictimai binalara  bitişik olan, lakin onlardan 
yanğına  qarşı  divarla  ayrılan  otaqda.  Belə  divarda  qapılar  olarsa, 
onun layları qazanxanaya tərəf  açılmalıdır.  
12. Qazanların hansı yerlərdə quraşdırılmasına icazə verilmir? 
Qazanların aşağıda göstərilən yerlərdə quraşdırılmasına icazə verilmir: 
 ictimai otaqların altında; 
 yanar maye anbarlarının altında yerləşən otaqlarda
 yanar maye və material anbarlarına bitişik otaqlarda
 qaz və maye yanacaqla işləyən başqa qazanxananın içərisində; 
 uşaq bağcaları, məktəb, xəstəxana, müalicə və istirahət müəssisələri 
binalarına bitişik tikilmiş otaqlarda  
13. Qazanxana otaqlarında nələr qadağandır? 
Qazanxana otaqlarında aşağıdakılar qadağandır: 
 qazanxana qurğularının xidməti ilə bağlı olmayan işlərin görülməsi, 
kənar şəxslərin qazanxanaya daxil olması və qazanların istismarını 
kənar şəxslərə tapşırılması; 
 qazanxana otaqlarında AAM və YM-in saxlanılması; 
 qazanların  və  buxar  xətlərinin  üzərində  yanar  materialların,  meşə 
materiallarının qurudulması;  
 yanacaq  sistemində  maye  və  ya  qaz  yanacağının  sızmasına  yol 
verilməsi; 
 forsunkalar və ya qaz odluqları söndükdə yanacağın verilməsi; 
 qızdırıcı  cihazların  və  isidici  boru  kəmərlərinin  üstünə  xüsusi 
geyimin, yağa bulaşmış parçaların qoyulması.  

 
 
IV FƏSİL 
YANĞIN 
TƏHLÜKƏSİZLİYİNDƏ 
SU 
TƏSƏRRÜFATI 
HAQQINDA 
 
1. Yanğına qarşı su təchizatı necə olmalıdır? 
Yanğın  avadanlığına  qoşulmuş  su  şəbəkəsi  tələb  olunan  təzyiqi  və 
yanğının söndürülməsi üçün hesablanmış su sərfini təmin etməlidir. Xətdə 
suyun 
təzyiqi 
kifayət 
qədər 
olmadıqda 
nasos-gücləndiricilər 
quraşdırılmalıdır.  Yanğın  hidrantları  və  kranları  yerləşən  sahələrin  su 
xəttində  suyun  müvəqqəti  kəsilməsi  yalnız  FHN-nin  Dövlət  Yanğından 
Mühafizə Xidmətinə məlumat verildikdən sonra yol verilir.   
2. Yanğın  hidrantlarına  və  kranlarına  hansı  müddətdən  bir  texniki 
xidmət göstərilməlidir? 
Yanğın hidrantlarına və yanğın kranlarına hər 6 ayda bir texniki xidmət 
göstərilməli,  iş  vəziyyəti  yoxlanılmalı  və  yoxlamanın  nəticələri  xüsusi 
jurnalda qeyd olunmalıdır. 
3. Müəssisələrin su nasosları hansı müddətdən bir yoxlanılmalıdır?  
Müəssisənin su nasos  stansiyasının bütün nasosları daim  saz  vəziyyətdə 
saxlanılmalı, istifadəyə hazır olmalıdır. 10 gündə bir dəfədən az olmayaraq 
tələb  olunan  təzyiqə  yoxlanılmalı  və  bu  barədə  xüsusi  jurnalda  qeyd 
aparılmalıdır. 
4. Yanğın 
kranları,  yanğın  şlanqları  və  lülələri 
harada 
saxlanılmalıdır? 
Yanğına  qarşı  daxili  su  xətlərinin  yanğın  kranları,  yanğın  şlaqları  və 
lülələri  otaqlarda  quraşdırılmış  divar  şkaflarında  saxlanılmalı,  şkaflar 
möhürlənməlidir. Yanğın şlanqları quru olmalı, səliqəli bükülməli, yanğın 
kranına və yaxud lüləsinə birləşdirilmiş vəziyyətdə saxlanılmalıdır. Şkafın 
üzərinə “YK” işarəsi, yanğın kranının sıra nömrəsi və yanğın xidmətinin 
telefon mömrəsi yazılmalıdır.  
 
 
 
 
 

 
 
V FƏSİL 
ELEKTRİK  TƏSƏRRÜFATINDA  YANĞIN  TƏHLÜKƏSİZLİYİ 
HAQQINDA 
 
 
1. Elektrik  avadanlıqlarının  vəziyyətinə  cavabdeh  şəxslər  nələri 
etməyə borcludurlar? 
Elektrik  avadanlıqlarının  vəziyyətinə  cavabdeh  şəxslər  aşağıdakıları 
etməyə borcludurlar: 
 elektrik avadanlıqlarına, aparatlarına və elektrik şəbəkələrində vaxtı-
vaxtında  profilaktik  yoxlamaların,  planlı-qabaqlayıcı  təmirin 
aparılmasına, nasazlıqların aradan qaldırılmasına; 
 vaxtaşırı  qəza  ventilyasiyasının  sınağının  aparılmasına,  qaz 
analizatorların sazlığını yoxlamağa; 
 sistematik  olaraq  qısa  qapanmalardan,  həddindən  artıq  elektrik 
yüklənmələrindən, daxili və atmosfer gərginliyinin həddindən artıq 
artmasından  qoruyan  aparat  və  qurğuların  vəziyyətinə  nəzarət 
etməyə;  
 elektrik  qurğularının  alışması  və  bunun  nəticəsində  əmələ  gələn 
yanğınların  araşdırılmasında  və  bu  halların  qarşısını  almaq 
tədbirlərinin işlənib hazırlanmasında iştirak etməyə.  
2. Elektrik qurğularının istismarı zamanı nələr qadağandır? 
Elektrik qurğularının istismarı zamanı aşağıdakılar qadağandır: 
 izolyasiyası zədələnmiş və istismar prosesi zamanı qoruyucu elektrik 
izolyasiya xüsusiyyətlərini itirmiş kabel və naqillərdən, odadavamlı 
altlığı olmayan elektrik qızdırıcı cihazlardan  istifadə etmək; 
 zədələnmiş  razetkalardan,  şaxələndirici  və  birləşdirici  qutulardan, 
açarlardan və digər elktrik avadanlıqlarından istifadə etmək; 
 iş  prosesində  səthinin  temperaturu  ətraf  mühitin  temperaturundan 
40
o
C–dən yuxarı olan elektrik mühərrik və avadanlıqlarından istifadə 
etmək;  
 izolyasız naqillərin partlayış təhlükəli otaqlarda istifadəsi. 
 

 
 
3. Elektrik  qurğuları  qısa  qapanma  cərəyanından  və  digər  anomal 
rejimlərdən mühafizə olunması üçün hansı tədbir görülməlidir?  
Bütün  elektrik  qurğuları  qısa  qapanma  cərəyanından  və  digər  anomal 
rejimlərdən  (alışmaya  və  yanğına  gətirib  çıxaran)  qoruyucu  aparatlarla 
müfafizə  olunmalıdır.  Qoruyucuların  əriyən  taxmaları  üzərində  nominal 
cərəyanı göstərilməklə kalibirlənməlidir (möhür qoruyucunu istehsal edən 
zavod və ya elektrotexniki labarotoriya tərəfindən vurulmalıdır). 
4. İşıqlandırma şəbəkəsi necə quraşdırılmalıdır? 
İşıqlandırma  şəbəkəsi  elə  quraşdırılmalıdır  ki,  çıraqlar  binanın  yanan 
materiallardan hazırlanmış konstruksiyaları ilə təmasda olmasın.  
5. Partlayış  təhlükəli  binalarda  hansı  növ  işıqlandırıcılardan  istifadə 
olunmalıdır? 
Partlayış təhlükəli binalarda və xarici qurğuların elektrik işıqlandırılması 
partlayışdan mühafizəli çıraqlarla təmin edilməlidir. 
6. Yanğın 
təhlükəli  anbarlarda  hansı  çıraqlardan  istifadə 
olunmalıdır? 
Yanğın  təhlükəli  anbar  otaqlarında  yalnız  şüşə  qapaq  ilə  təchiz  edilmiş 
mühafizəli çıraqların quraşdırılmasına icazə verilir. 
7.  İldırımdan  və  statik  elektrikləşmədən  mühafizə  qurğularının 
vəziyyətinə kim cavabdehdir? 
Obyektdə  istehsalat  qurğu  və  avadanlıqlarının  statik  elektrikləşmədən 
qorunması  qüvvədə  olan  norma  və  qaydalara  əsasən  aparılmalı,  onların 
istismar  üçün  yararlı  vəziyyətinə  cavabdehlik  müəssisənin  baş 
energetikinə və ya elektrik təsərrüfatına cavabdeh şəxsə həvalə edilir. 
8. İldırım və statik elektrikləşmədən mühafizə necə aparılır?  
İldırım  təsirindən  və  statik  elektrikləşmənin  boşalmasından  mühafizə 
olunmaq üçün bütün metal aparatlar, çənlər, qazqolderlər, qaz kəmərləri, 
neft kəmərləri, boşaltma-doldurma qurğuları binaların daxili və xaricində 
yerləşməsindən  asılı  olmayaraq  yerlə  birləşdirilməlidir.  Bu  zaman 
mühafizə qurğularının vəziyyətinə cavabdehlik müəssisənin energetikinə 
və ya elektrik təsərrüfatına cavabdeh şəxsə həvalə olunur.  
 
 

 
 
9.  Statik  elektriləşmə  yüklərinin  ötürülməsi  üçün  nəzərdə  tutulmuş 
yerləbirləşdirici qurğuların müqaviməti nə qədər olmalıdır? 
Yalnız  statik  elektriləşmə  yüklərinin  ötürülməsi  üçün  nəzərdə  tutulmuş 
yerləbirləşdirici qurğuların müqaviməti 100 OM-dan çox olmamalıdır. 
10. Mühafizə  qurğularına  baxış  və  təmiri  hansı  müddətdən  bir 
aparılmalıdır? 
Mühafizə qurğularına baxış və onların cari təmiri texnoloji avadanlıqlara 
baxış  və  təmirlə  eyni  zamanda  aparılmalıdır.  Avadanlıqların  yerlə 
birləşməsi xüsusi cihazlarla, ildə bir dəfədən az olmayaraq, hər təmirdən 
sonra yoxlanılmalıdır.  
11. Elektrik  avadanlığında  yanğının  söndürülməsi  üçün  nə  etmək 
lazımdır? 
Yanğının  söndürülməsindən  əvvəl  gərginlik  altında  olan  elektrik 
avadanlığı dərhal dövrədən açılmalıdır. Əgər avadanlığı dövrədən açmaq 
mümkün  deyilsə,  yanğının  söndürülməsi  üçün  karbon  qazlı  və  tozlu 
odsöndürənlərdən, quru qumdan və azbest örtükdən istifadə olunmalıdır. 
Gərginlik  altında  olan  yanan  elektrik  avadanlıqlarının  söndürülməsində 
iştirak edən şəxslər saz və yoxlanılmış fərdi izoləedici elektrik qoruyucu 
vasitələrlə işləməlidirlər (dielektrik əlcəklər, uzunboğaz çəkmələr).  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
VI FƏSİL 
QAZ 
TƏSƏRRÜFATININ 
İSTİSMARINDA 
YANĞIN 
TƏHLÜKƏSİZLİYİ QAYDALARI HAQQINDA 
 
1. Qaz  kəmərlərinin  qazla  üfürülməsi  və  sınağı  zamanı  hansı 
təhlükəsizlik tədbirləri görülməlidir? 
Qaz  kəmərlərinin  qazla  üfürülməsi  və  sınağı  zamanı  əhatəyə  alınmış 
sahədə  mühərriki  işləyən  avtomobil  və  traktorların  olması,  açıq  alovdan 
istifadə edilməsi və siqaretin çəkilməsi qadağandır.  
2. Dəmir və avtomobil yolları yaxınlığındakı qaz kəməri zədələndikdə 
hansı  təhlükəsizlik tədbirləri görülməlidir? 
Dəmir və avtomobil yolları yaxınlığındakı qaz kəməri zədələndikdə qəza 
sahəsi  çəpərlənməli,  xəbərdarlıqedici  nişanlar  qoyulmalı,  burada 
nəqliyyatın  hərəkəti  dayandırılmalı  və  qəzanın  aradan  qaldırılması  üçün  
tədbirlər  görülməlidir.  Xəbərdaredici  işarələr  qaz  kəmərinin  zədələnən 
yerindən şosse yolunun hər iki tərəfindən 800 m-dən az olmayan məsafədə 
qoyulmalıdır. Bu barədə dəmir yol xidmətinə məlumat verilməlidir. 
3.  Odlu işlərin aparılması zamanı hansı tələblərə riayət olunmalıdır? 
Hər  bir  müəssisədə  qüvvədə  olan  qaydalara  və  təlimatlara  əsasən, 
istehsalatın  xüsusiyyətini  nəzərə    almaqla  odlu  işlərin  təhlükəsiz  təşkili 
üçün  müəssisə  daxili  təlimat  işlənib  hazırlanmalıdır.  Təlimatlar 
hazırlanarkən  “Neft  sənayesində  partlayış,  partlayış-yanğın  və  yanğın 
təhlükəli obyektlərdə qaynaq və digər odlu işlərin aparılma qaydaları üzrə 
nümunəvi  təlimat”ın  tələbləri  nəzərə  alınmalıdır.  Hazırlanmış  təlimatlar 
yanğın  təhlükəsizliyi  xidməti  ilə  razılaşdırılmalı  və  müəssisənin  baş 
mühəndisi tərəfindən təsdiq olunmalıdır. 
4. Qaynaq  və  digər  odlu  işlərin  aparılması  zamanı  yanğın 
təhlükəsizliyinə kimlər cavabdehlik daşıyır ? 
Qaynaq  və  digər  odlu  işlərin  aparılması  zamanı  yanğın  təhlükəsizliyini 
təmin  edən  tədbirlərə  görə  cavabdehlik,  ərazisi  və  otaqlarında  bu  işlər 
aparılan  müəssisə,  sex,  laboratoriya,  emalatxanaların  və  s.  rəhbərlərinin 
üzərinə düşür. Partlayış, partlayış-yanğın və yanğın təhlükəli obyektlərdə 
odlu işlərin aparılması xüsusi icazə ilə həyata keçirilir.  

 
 
5. Partlayış, partlayış-yanğın və yanğın təhlükəli istehsalat sahələrində 
odlu işlər günün hansı vaxtında  və kimlər tərəfindən yerinə yetirilə 
bilər? 
Partlayış, partlayış-yanğın və yanğın təhlükəli istehsalat sahələrində odlu 
işlər  yalnız  gündüz  vaxtı  aparılmalıdır  və  bu  işlərin  icrası  xüsusi  peşə 
hazırlığı  keçmiş,  imtahan  vermiş,  müvafiq  ixtisas  vəsiqəsi  olan  şəxslər 
tərəfindən  yerinə  yetirilməlidir.  Odlu  işlər  yanar  konstruksiyaların 
yaxınlığında  aparılarsa,  onlar  yanmayan  materiallarla  mühafizə 
olunmalıdır.  Odlu  işlər  başlayana  qədər  həmin  yerdə  digər  bütün  işlər 
dayandırılmalı,  birbaşa  işlə  məşğul  olamayan  işçilər  ərazidən 
uzaqlaşdırılmalıdır.  
6. Odlu  işlərə  başlamazdan  əvvəl  hansı  tədbirləri  həyata  keçirmək 
lazımdır? 
İşə başlamazdan əvvəl odlu işlərin aparılmasına cavabdeh şəxs qaynaqçı 
ilə  birlikdə  qaynaq  transformatoruna,  kabellərə,  elektrod  tutucusuna, 
yerləbirləşdirmə  naqillərinə  və  iş  yerinə  baxış  keçirməli,  yanar 
materialların,  ətraf  mühitdə  qazlığın  olmamasına  və  müvafiq 
işıqlandırmanın mövcudluğuna əmin olmalıdır.  
7. Elektrik qaynaq işləri zamanı əks ötürücü kimi nədən istifadə etmək  
qadağandır?  
Elektrik qaynaq işləri zamanı əks ötürücü kimi metal konstruksiyalardan, 
texnoloji aparatların gövdələrindən və boru kəmərlərindən istifadə etmək 
qadağandır. Bu məqsədlə elektrod tutucusu üçün tətbiq edilən naqilə uyğun 
kabel seçilməlidir.  
8.  Qaz qaynağı zamanı yanğın təhlükəsizliyini təmin olunması üçün 
nələrə diqqət yetirilməlidir? 
 qaz qaynağı işləri zamanı oksigen balonlarının, şlanqların, odluğun, 
həmçinin  asetilen  genaratorunun  üzərinə  yağ,  neft  və  neft 
məhsullarının dağılmasının qarşısını alan tədbirlər görülməsinə; 
 Oksigen  balonlarının  açıq  alovdan  10  metrdən  yaxın  məsafədə 
olmamasına  və  bu  məsafədə  yanacaq-sürtgü  materialların 
saxlanılmamasına, oksigen və asetilen balonları arasında məsafənin 
5 m-dən az olmamasına; 

 
 
 Şlanqların  sazlığına,  onların  odluğa  bərkidilməsinə,  qaz  şlanqının 
yüksək  temperaturun  təsirindən  və  mexaniki  zədələrdən 
qorunmasına; 
 Qaynaq  işləri  zamanı  odluğun  həddən  artıq  qızmasına  yol 
verilməməsinə və bu halda işi vaxtaşırı dayandıraraq odluğun su ilə 
soyudulmasına. 
9. Qaz qaynağı zamanı nələr qadağandır? 
Qaz qaynağı zamanı aşağıdakılar qadağandır: 
 nasaz  aparat  və  şlanqlarla  qaynaq  işinin  aparılması,  donmuş 
generatorun  və  onun  hissələrinin,  reduktorların,  ventillərin,  boru 
xətlərinin və qaynaq qurğusunun digər detallarının açıq alov və ya  
həddindən artıq qızmış əşya ilə qızdırılması;   
 qaz  balonunun  içində  qalan  qaz  tamamilə  çıxarılmadan  və  balon 
üfürülmədən ventillərin təmir edilməsi;  
 asetilen  generatorundan,  oksigen  balonlarından,  şlanqlardan,  qaz 
xətlərindən  və  lil  çalalarından  10  m-dən  yaxın  məsafədə  siqaret 
çəkmək və açıq alovdan istifadə etmək; 
 sıxılmış və mayeləşdirilmiş qaz balonlarının üstü açıq halda, günəş 
şüaları altında saxlanılması;  
 oksigen şlanqlarının generatora tərəf üfürülməsi.  
Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin