AZƏrbaycan respublikasinin döVLƏt neft şİRKƏTİ “AZƏRİqaz” İstehsalat biRLİYİ


 Elektrik  aparatları  ilə  (laqunda  və  s.)  kəsmə  və  səthi  təmizləmə



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə20/22
tarix29.01.2020
ölçüsü2,62 Mb.
#30342
1   ...   14   15   16   17   18   19   20   21   22
kitab 1000 sual - 1000docx 01 02.2018 sayt ucun1


10. Elektrik  aparatları  ilə  (laqunda  və  s.)  kəsmə  və  səthi  təmizləmə 
işləri aparılarkən yanğın təhlükəsizliyi baxımından hansı tədbirləri 
görülməlidir?  
Elektrik  aparatları  ilə  (laqunda  və  s.)  kəsmə  və  səthi  təmizləmə  işləri 
görülən  yerlər  10m  radiusda  asan  alışan  və  yanar  maddələrdən 
təmizlənməlidir. Qısa müddətli işin dayandırılması müddətində və yaxud 
fasilə  zamanı  elektrik  aparatları  elektrik  şəbəkəsindən  açılmalıdırlar. 
Elektrik  kəsmə  və  səthi  təmizləmə  aparatları  ilə  işləyərkən  qığılcımın 
təsirindən mühafizə olunmaq üçün işçılər xüsusi fərdi mühafizə vasitələri 
ilə  təchiz  olunmalıdır.  Odlu  işlər  qurtardıqdan  sonra  ehtimal  olunan 
alovlanmanın  qarşısını  almaq  üçün  işlərin  aparıldığı  və  yaxınlıqda  olan 
otaqlar və sahələr yoxlanılmalı və tələb olunarsa 1 saat ərzində nəzarətdə 
saxlanılmalıdır. 
 

 
 
11. Boru kəmərləri zədələndikdə hansı tədbirlər görülməlidir? 
Boru  kəmərləri  zədələndikdə  (partladıqda)  qəza  sonrası  dərhal  dövrəyə 
alınmalıdır,  xəbərdaredici  işarələr  qoyulmalıdır,  nəqliyyatın  hərəkəri 
dayandırılmalı və qəzanın ləğv edilməsi üçün tədbirlər görülməlidir.  
12. Texnoloji  aparatların  və  qurğuların  istismarı  zamanı    nə  etmək 
lazımdır?  
Texnoloji aparatların və qurğuların istismarı zamanı daimi olaraq onların 
flans  birləşmələrinin  və  kipgəc  sıxlaşmalarının  germetikliyinə  nəzarət 
edilməlidir.  Sızma  yerləri  aşkar  edildikdə,  onların  ləğvi  üzrə  tədbirlər 
görülməlidir.  Texnoloji  aparat  və  qurğular    təmirə  dayandırıldıqda  
istismardan 
çıxarılmalı,məhsulu 
boşaldılmalı, 
istismarda 
olan 
armaturlardan,  avadanlıqlardan  və  boru  kəmərlərindən  təcrid  olunmalı, 
buxara verilməli və ya təsirsiz qazla üfürülməlidir. Lyuklərin açılmasına 
yuxarıdan başlamaq lazımdır.  
13. Yaşayış və xidməti otaqlarda yanğının söndürülməsi üçün nələrdən 
istifadə  olunmalıdır? 
Yaşayış və xidməti otaqlarda yanğının söndürülməsi üçün aşağıdakılardan 
istifadə olunmalıdır: 
 su söndürmə sistemlərindən;  
 köpüklə söndürmədən;  
 insanların olmadığı otaqlarda karbon qazı ilə.  
14. Tərkibində  nəmlik  olan  qazlar  və  məhsulları  nəql  edən  boru 
kəmərləri nə ilə  qorunmalı və təchiz edilməlidir? 
Tərkibində  nəmlik  olan  qazlar  və  məhsulları  nəql  edən  boru  kəmərləri 
istilik  izolyasiyası  ilə  qorunmalı  və  ya  lazım  olarsa  qızdırıcı  qurğu  ilə 
təchiz edilməlidir.  
 
 
 
 
 
 
 
 

 
 
VII FƏSİL 
NƏQLİYYAT MÜƏSSİSƏLƏRİNDƏ YANĞIN TƏHLÜKƏSİZLİYİ 
HAQQINDA 
 
 
1. Yanğın 
zamanı  avtomobillərin  evakuasiyası  necə  həyata 
keçirilməlidir? 
Avtomobillərinin  sayı  25-də  artıq  olan  avtonəqliyyat  müəssisələrində 
yanğın  zamanı  avtomobillərin  köçürülməsinə  şərait  yaratmaq  üçün 
istehsalat rəhbəri tərəfindən, növbəsi və köçürülmə qaydası göstərilməklə, 
avtomobillərin  düzülüşünün  xüsusi planı  işlənməli  və  təsdiq  edilməlidir. 
Bu qarajların ən azı 2 darvazası olmalı və ehtiyat darvazasına yol həmişə 
boş olmalıdır. Plan dispetçerdə və ya avtomobil təsərrüfatı növbətçisində 
olmalı, sürəti isə qarajda saxlanılmalıdır.  
2. Avtomobillərin  təmir  olunduğu  yerlərdə  və  yardımçı  otaqlarda 
yanğın  təhlükəsizliyinin  təmin  olunması  üçün  nələrə  diqqət 
yetirilməlidir? 
Avtomobillərin  təmir  olunduğu  yerlərdə  və  yardımçı  otaqlarda  bakları 
yanacaqla və karterləri yağla dolu (qazla işləyən maşınların isə dolu qaz 
balonu ilə) avtomobillərin təmirinə (1 saylı texniki xidmət üzrə işlər istisna 
olmaqla) icazə verilmir. 
İşin sonunda təmir otaqları və baxış çuxurları yağlanmış silgi parçalardan 
və müxtəlif mayelərdən təmizlənməli, zibil tullantı və s. yığışdırılmalıdır. 
3. Avtomobil  saxlanılan  yerlərdə  yanğın  təhlükəsizliyi  baxımında 
nələrə yol verilmir? 
Avtomobil saxlanılan yerlərdə aşağıdakılara yol verilmir: 
 normadan artıq sayda avtomobillərin saxlanılması, onların düzülüş 
üsulunun  pozulması,  avtomobillər  arasında  və  avtomobillərlə 
binanın elementləri arasındakı ara məsafənin gözlənilməməsi;   
 avtomobillərin  benzin  baklarının  ağzı  açıq  vəziyyətdə,  həmçinin 
yanacağın sızması baş verərkən saxlanılması; 
 dayanacaq,  xidmət  və  təmir  yerlərində  avtomobillərin  yanacaqla 
doldurulması; 
 AAM və YM dolu taraların saxlanılması; 

 
 
 mühərriklərin  açıq  odla  qızdırılmasına,  həmçinin  texniki  baxış  və 
digər işlərin aparılması zamanı açıq alov mənbələrinin istifadəsinə; 
 mühərriklərin işlək vəziyyətdə saxlanılmasına; 
 müvafiq ixtisası olmayan şəxslərə avtomobillərin texniki xidmətinin 
və idarə olunmasının həvalə edilməsinə.  
4. Avtomobillərin yanmasının qarşısını almaq üçün hansı şərtlərə əməl 
edilməlidir?  
Avtomobillərin yanmasının qarşısını almaq üçün aşağıdakı  şərtlərə əməl 
edilməlidir: 
 mühərriki işlək vəziyyətində olan avtomobillərin yanacaq və yağla 
doldurulmamasına; 
 mühərrikdə və onun karterində neftlə qarışmış çirkin yığılmamasına; 
 benzin  xətti,  karbürator  və  benzin  bakı  nasaz  olan  avtomobillərin 
istismarına; 
 qarajda  yerləşdirilmiş  avtomobillərin  banlarında  AAM  və  YM 
saxlanılmamasına. 
5. Akkumulyator  sexlərində  yanğın  təhlükəsizliyinə  qarşı  tələblər 
hansılardır?  
Akkumulyator  sexlərində  yanğın  təhlükəsizliyinə  qarşı  tələblər 
aşağıdakılardır:  
 akkumulyator  sexləri  yanmayan  divarlar  və  ya  arakəsmələrlə 
ayrılmalıdır; 
 akkumulyator  batareyalarının  doldurma  otaqlarında  elektrik 
avadanlıqları partlayışdan mühafizəli icrada olmalıdır; 
 elektrik naqilləri kip bərkidilməli və üzəri turşuya davamı laklanmış 
rezinlə örtülməlidir; 
 turşulu və qələvili akkumulyatorlar üçün ayrı-ayrılıqda ventilyasiya 
quraşdırılmalıdır; 
 akkumulyatorların təmiri, turşulu və qələvili akkumulyatorların bir 
yerdə  quraşdırılması  və  nasaz  akkumulyatorların  doldurulması 
qadağandır.  
 
 

 
 
6.  Rənglənmə  sexlərində,  rəng  hazırlanma  bölmələrində  yanğın 
təhlükəsizliyinin təmin olunması məqsədilə  nəyə icazə verilmir? 
Rənglənmə  sexlərində,  rəng  hazırlanma  bölmələrində,  lak  materialları 
anbarında  açıq  alov  və  qığılcım  yaranması  ilə  müşahidə  olunan  işlərin 
aparılmasına icazə verilmir.  
7. Yanar yüklərin  daşıyan avtomobillərə yanğın təhlükəsizliyinə qarşı 
tələblər  hansılardır? 
Yanar yüklər - benzin, kerosin, metanol, texniki spirt və s. avtosisternlərdə 
və ya metal çəlləklərdə nəql olunur. Yüklərin daçınması, yüklənməsi və 
boşaldılması  zamanı  taraların  zədələnməsi  və  bir-birinə  toxunmaması 
üçün  tədbirlər  görülməlidir.  Başqa  qablarda  (şüşə  qablarda,  vedrələrdə) 
yanar yükləri  nəql etmək qadağandır. Avtomobildə yanğını söndürmək 
üçün vasitələr və xəbərdarlıq siqnalı (qırmızı bayraq) olmalıdır. 
8. Təhlükəli  yük  daşıyan  avtomobili  saxlamaq  məcburiyyətində 
qaldıqda sürücü hansı şərtlərə əməl etməlidir? 
Görünmə şəraiti pis olan zaman təhlükəli yük daşıyan avtomobili saxlamaq 
məcburiyyətində  qaldıqda,  sürücü  yol  hərəkəti  qaydalarında  nəzərdə 
tutulan  25-30m  arxada  qəza  dayanacağı  işarəsi,  avtomobilin  qabaq  və 
arxasında, arası 10 m məsafədən az olmayaraq narıncı rəngli 2 ədəd fənər 
qoymalıdır. 
9. Sıxılmış  və  mayeləşdirilmiş  qazla  dolu  balonlar  necə  daşınır  və 
saxlanılır? 
Sıxılmış  və  mayeləşdirilmiş  qazla  dolu  balonlar  xüsusi  olaraq 
quraşdırılmış  avtomobillərdə  daşınmalıdır,    qaz  balonlarını  avtomobil 
nəqliyyatına qədər xüsusi əl daşıyıcıları və ya arabalar vasitəsilə daşımaq 
lazımdır.  Sıxılmış  qaz  balonları  daşınan  avtomobillər  balonların 
diametrinə uyğun və çökəkləri keçə ilə örtülmüş olan xüsusi rəflərlə təchiz 
olunmalıdır.  Balonların  qoruyucu  başlıqları  eyni  istiqamətə  çevrilmiş 
halda,  avtomobillərin  banının  hündürlüyü  səviyyəsindən  aşağı  olmaqla 
yığılmalıdır. 
 
 
 
 

 
 
VIII FƏSİL 
YANĞINSÖNDÜRMƏ QURĞU və VASİTƏLƏRİ HAQQINDA 
 
1. Stasionar yanğınsöndürmə qurğularının texniki vəziyyətinə kim və 
necə nəzarət etməlidir? 
Stasionar yanğınsöndürmə qurğularının texniki vəziyyətinə nəzarət etmək 
üçün əmrlə müəssisənin (obyektin) texniki heyətində məsul şəxs, qurğuya 
gün  (sutka)  ərzində  xidmət  etmək  üçün  isə  xüsusi  hazırlıq  keçmiş  fəhlə 
briqadası  təyin  edilməlidir.  Sistematik  olaraq  (həftədə  bir  dəfədən  az 
olmayaraq) qurğunun vəziyyətini, briqada üzvlərinin öz vəzifə borclarını 
bilmələrini yoxlamalıdır. 
2. Avtomatik 
yanğınsöndürmə  sistemləri  hansı  müddətlərdə 
yoxlanılmalıdır? 
İldə  bir  dəfədən  az  olmayaraq  bütün  avtomatik  yanğınsöndürmə 
sistemlərinin  işi  yoxlanılmalı  və  yoxlamanın  nəticələri  jurnalda  qeyd 
edilməlidir. 
 yanğınsöndürmə qurğularının bütün aparat və boru xətləri 3 ildə bir 
dəfədən  az  olmayaraq  möhkəmliyə  və  germetikliyə  yoxlanılması 
üçün hidravlik sınaqdan keçirilməli, boru xətləri çirkdən və pasdan 
təmizlənməli, aşkar olunan nasazlıqlar aradan qaldırılmalıdır;  
 qış  dövründə  yanğınsöndürmə  qurğularına  baxış  zamanı  istilik 
izolyasiyasının  və  qurğunun  hissələrinin  donmasının  qarşısını  alan 
qızdırıcı qurğuların vəziyyətinə xüsusi nəzarət edilməlidir. 
3. Köpükləsöndürmə qurğu və vasitələrinə nələr aiddir? 
Köpükləsöndürmə qurğu və vasitələrinə aşağıdakılar aiddir: 
 köpük yaradan qurğular 
 orta artımlı köpük generatoru  
 hava–köpük lülələri 
 köpükqaldırıcılar 
 köpükəmələgətirici maddələr. 
4. İlkin yanğınsöndürmə vasitələri hansılardır? 
İlkin yanğınsöndürmə vasitələrinə aşağıdakılar aiddir: 
 od söndürənlər (köpüklü, karbon qazlı və tozlu); 
 qum dolu yeşiklər; 

 
 
 bel, link, balta, qarmaq, yanğın vedrələri, brezent parçalar; 
 qum daşıyan xərəklər. 
5. Köpüklü odsöndürənlərin gövdəsinin möhkəmliyə hidravliki sınağı 
hansı müddətdə aparılmalıdır? 
Köpüklü  odsöndürənlərin  gövdəsinin  möhkəmliyə  hidravliki  sınağı 
yenidən doldurulmaqla aşağıdakı müddətə aparılmalıdır: 
 25% odsöndürənlər istismara veriləndən bir il sonra; 
 50% odsöndürənlər istismara veriləndən iki il sonra aparılır. 
Sonrakı  istismar  müddəti  üçün  odsöndürənlərin  hamısı  (100%)  ildə  bir 
hidravlik sınaqdan keçirilir. 
6. Odsöndürən, qum yeşikləri və su saxlanılan çəlləklərə hansı tələblər 
qoyulur? 
Odsöndürən, qum yeşikləri və su saxlanılan çəlləklərə aşağıdakı tələblər 
aiddir:  
 karbonqazlı odsöndürənlərin dolu olması 3 aydan bir, 20 qr-a qədər 
dəqiqlikdə çəkmə yolu ilə yoxlanılmalıdır; 
 qum  üçün  yeşiklər  0,5;  1,0  və  3  m3    həcmdə  hazırlanmalı,  kip 
bağlanan  qapağı  olmalı,  kürəklə  təchiz  olunmalı,  qırmızı  boya  ilə 
rənglənməlidi; 
 su saxlanılan çəlləklərin tutumu 0,2 m3-dən az olmalı və onlar vedrə 
ilə təchiz olunmalıdır. 
7. Yanğın  rabitəsi  və  siqnalizasiya  vasitələrinin  vəziyyətinə  nəzarət 
kim tərəfindən həyata keçirilir? 
Yanğın  rabitəsi  və  siqnalizasiya  vasitələrinin  vəziyyətinə  nəzarəti 
obyektin  rəhbəri  tərəfindən  təyin  edilmiş  mühəndis-texniki  işçi  həyata 
keçirir.         
8. Qəza vəziyyəti nə vaxt ləğv edilə bilər? 
Qəza  yerində  avadanlıq  və  kommunikasiyanın  texnoloji  vəziyyəti 
yoxlanıldıqdan və yanar qazların partlayış təhlükəli qatılığının olmadığına 
əmin olmaq üçün analız aparıldıqdan sonra qəza vəziyyəti ləğv oluna bilər. 
9. Yanğın baş verdikdə müəssisənin hər bir fəhlə və qulluqçusu hansı 
işləri görməyə borcludur? 
Yanğın  baş  verdikdə  müəssisənin  hər  bir  fəhlə  və  qulluqçusu  aşağıdakı 
işləri görməyə borcludur: 

 
 
 dərhal yanğın dəstəsini çağırmalı; 
 yanğın baş verən yerə obyektin rəhbərini çağırmalı; 
 ilkin  və  stasionar  yanğınsöndürmə  vasitələrindən  istifadə  etməklə 
yanğının ləğvi üzrə tədbirlər görməli. 
10. Yanğın  yerinə  gələn  xidmət  rəisləri  yanğın  dəstəsi  gələnə  qədər 
hansı tədbirləri  görməlidir? 
Yanğın yerinə
 
gələn xidmət rəisləri yanğın dəstəsi gələnə qədər aşağıdakı 
tədbirləri görməlidir: 
 yanğın haqqında dərhal müəssisə rəhbərliyinə xəbər verməli; 
 yanğın  dəstəsinin  qarşılanmasını  təşkil  etməklə  yanğın  mənbəyinə 
yaxınlaşmaq  üçün  ən  qısa  yolun  seçilməsində  və  yanğınsöndürmə 
vasitələrinin işə salınmasında kömək etməli; 
 lazım  gələrsə,  elektrik  enerjisinin  kəsilməsinə,  avadanlıqların  və 
aqreqatların  işinin  dayandırılmasını  və  yanğının  yayılmasının 
qarşısının alınması üzrə tədbirlərin götülməsini təmin etməli; 
 obyektin yanğın təhlükəli zonasında yanğının ləğvi ilə bağlı işlərdən 
başqa bütün işləri dayandırmalıdır. 
11. Yanğının  söndürülməsi  işlərinə  rəhbərlik  edən  nələri  etməyə 
borcludur? 
Yanğının  söndürülməsi  işlərinə  rəhbərlik  edənlər  aşağıdakıları  etməyə 
borcludur: 
 stasionar yanğın söndürmə vasitələrini işə salmaq
 yanğının  söndürülməsində  iştirak  edən  şəxslərin  elektrik 
cərəyanından  zədələnməsindən,  zəhərlənmədən  və  yanmadan 
mühafizəsini təmin etmək; 
 yanğının söndürülməsi ilə yanaşı texnoloji avadanlıqların və tikinti 
konstruksiyalarının  yüksək  temperaturun  təsirindən  qorumaq  üçün 
soyutmaq; 
 yanğının söndürülməsi zamanı təhlükəsizlik tələblərinə əməl etmək.   
12. Müəssisə  və  obyektlərdə  yanğın  təhlükəsizliyi  sahəsində  işlərin 
görülməsi və  xidmətlərin göstərilməsi nəyə əsasən aparılır? 
Müəssisə və obyektlərdə yanğın təhlükəsizliyi sahəsində işlərin görülməsi 
və  xidmətlərin  göstərilməsi  FHN-nin  Dövlət  Yanğın  Nəzarəti 
Xidmətindən alınmış razılıq əsasında həyata keçirilir. 

 
 
V BÖLMƏ 
YÜKQALDIRMA  MEXANİZMLƏRİ,  TƏHLÜKƏLİ  YÜKLƏRİN 
DAŞINMASI,  TƏHLÜKƏ  POTENSİALLI  OBYEKTLƏR  VƏ 
TƏZYİQ ALTINDA İŞLƏYƏN QABLARIN İSTİSMARI ZAMANI 
TƏHLÜKƏSİZLİK QAYDALARI HAQQINDA 
I FƏSİL 
YÜKQALDIRMA MEXANİZMLƏRİ HAQQINDA 
 
1. Yük qaldırıcı mexanizmlərin qeydiyyatı və onların işə buraxılması 
üçün icazənin verilməsi qaydaları? 
FHN-nin  Sənayedə  işlərin  təhlükəsiz  görülməsi  və  dağ-mədən  nəzarət 
Dövlət  Agentliyində  qeydiyyatda  olan  və  ya  qeydiyyatdan  keçməsi 
nəzərdə tutulan yükqaldırıcı maşınların işə buraxılmasına icazə aşağıdakı 
hallarda alınır: 
 Yeni qeydiyyatdan keçmiş kranı işə salmazdan əvvəl. 
 Kranın  başqa  yerə  köçürülməsi  ilə  əlaqədar  olaraq  quraşdırma 
işlərindən sonra. 
 Kranın rekonstruksiyasının əsaslı təmirindən sonra. 
Kranın  işə  salınmasına  “Dövdağtexnəzarət”  komitəsinin  müfəttişinin 
nəzarət  yoxlamasının  və  kran  sahibinin  apardığı  texniki  yoxlamanın 
nəticələri  əsasında  verilir.  Bunun  üçün  5  gün  əvvəl  müfəttiş  xəbərdar 
edilməlidir.  Müəssisə  tərəfindən  kranın  texniki  vəziyyəti  yoxlanılır  və 
nəticə  barədə  kranın  pasportunda  qeydiyyat  aparılır.  Bundan  sonra  özü 
hərəkət edən oxlu kranın işə salınmasına nəzarət orqanları tərəfindən icazə 
verilir. Kranın istismarına icazə pasportda qeyd olunur. 
2. Yük qaldırıcı mexanizmlərin texniki sınağının aparılması müddəti, 
növləri və cavabdeh şəxslər? 
Texniki  vəziyyətin  yoxlanmasında  məqsəd  yükqaldırıcı  mexanizmlərin 
sazlığını yoxlamaq, onların müasir normaların tələblərinə cavab verməsini 
müəyyənləşdirməkdən  ibarətdir.  Texniki  vəziyyətin    yoxlanılması  12 
aydan  bir,  çox  az  hallarda  istifadə  olunan  kranlar  isə  3  ildən  bir 
“Dövdağtexnəzarət” komitəsi nümayəndəsinin iştirakı ilə aparılır. Texniki 

 
 
vəziyyətin yoxlanmasının statik və dinamik növləri vardır. Kranlar aşağıda 
göstərilən hallarda növbədənkənar texniki yoxlamadan keçirilir. 
 kranın konstruksiyasının əsaslı təmirindən sonra; 
 metal konstruksiyasının əsaslı təmirindən sonra; 
 yükqaldırma mexanizminin dəyişdirilməsindən sonra. 
Yükqaldırma  mexanizmlərin  istismarına  istehsalatın  (sexin)  mexanikləri 
və elektrikləri cavabdehdir. 
3. Hansı 
kranlar 
yükqaldırıcı 
məhdudlaşdırıcılarla 
təchiz 
olunmalıdır? 
Oxlu,  qülləli  və  portal  kranlar  yükqaldırma  məhdudlaşdırıcısı  ilə  təchiz 
olunmalıdırlar.  Məhdudlaşdırıcı  hər  bir  yük  yol  veriləndən  10%-dan 
(portal kranlar üçün 15%-dan) artıq olduqda avtomatik saxlanmanı təmin 
etməlidir.Körpülü kranlar istehsalat texnologiyasına  əsasən onların əlavə 
yüklənməsi  istisna  olunmursa,  yükqaldırma  məhdudlaşdırıcı  ilə  təmin 
olunmalıdır.  Kranın  məhdudlaşdırıcısı  ilə    təmin  olunması  zərurəti 
sifarişdə göstərilməlidir. Körpülü kranın nominal  yükqaldırmadan 25%-
dən artıq yüklənməsinə məhdudlaşdırıcı imkan verməməlidir. 
4. Yükqaldırıcı maşınlar üzərində nəzarət kimə həvalə oluna bilər və 
həmin şəxslərin vəzifələri nələrdir? 
Yükqaldırıcı  maşınlara  nəzarət  üçün  komissiya  tərəfindən  yoxlanılan, 
xüsusi vəsiqəsi olan idarə tərəfindən təyin olunmuş mühəndis-texniki işçi 
ola bilər. Onun vəzifə borcu aşağıdakılardır: 
 Yükqaldırıcı  maşının  təhlükəsiz  istismarına  və  texniki  vəziyyətinə 
nəzarət  etmək,  geydirilib-çıxarıla  bilən  yükqaldırıcı  tərtibatlara 
nəzarət etmək. Xüsusən: Yüklərin düzgün ştropit olunmasına, ştrop 
salanların  şəxsi  təhlükəsizliyinə,  yüklərin  yerləşdirilməsində 
qabaritlərə fikir vermək, işləyən vaxt özü yeriyən kranların düzgün 
yerləşdirilməsinə nəzarət etmək. 
 Texniki nəzarət orqanı tərəfindən verilən göstərişlərin, yükqaldırıcı 
maşınların  və  karnların  növbəti  qrafik  üzrə  yoxlanılmasına, 
geydirilib-çıxarıla  bilən  tərtibat  və  taraların  baxış  vaxtına  nəzarət 
etmək. 
 

 
 
5. Hansı avtomobil sürücüləri avtokranların idarə edilməsinə buraxıla 
bilərlər? 
Avtokranı idarə etməyə yalnız krançı peşəsinə dair hazırlanmış proqram 
üzrə təlimat keçmiş və ixtisas dərəcəsini təyin edən komissiya tərəfindən 
tövsiyyə  olunmuş  vəsiqəsi  olan  avtomobil  sürücülərinə  icazə  verilir. 
Avtokranın  sürücüsü  və  cavabdeh  şəxs  kranın  qəzasız  işinə,  əməkçi  və 
yükvuran fəhlələrin əməyinin təhlükəsizliyinə, həmçinin kranın yanğından 
mühafizəsinə  və  yüklərin  təhlükəsiz  yüklənib-boşalmasına,  daşınmasına 
cavabdehdir. 
6. Hansı hallarda kran statik sınanmaya davamlı sayılır? 
İstismarada olan qaldırıcı qurğular hər ildə 1 dəfədən az olmayaraq hissəli 
texniki sınaqdan və hər 3 ildə 1 dəfədən az olmayaraq tam texniki sınaqdan 
keçməlidirlər. Tam texniki sınaq zamanı krana baxış aparılmalı, statik və 
dinamik  sınaqlardan  keçirilməlidir.  Texniki  sınağın  məqsədi 
aşağıdakılardır:  
 Qaldırıcı  qurğunun  və  onun  hissələrinin  qeydiyyatda  göstərilmiş 
sənədlərə və qaydalara uyğunluğu
 Qaldırıcı  saz  olması  və  onun  təhlükəsizlik  işləməsinin  təmin 
olunması; 
 Qaldırıcı  qurğuya  təhlükəsizlik  qaydalarına  uyğun  olaraq  xidmət 
edilməsi. 
Statik  sınaq  zamanı  kranın  yükqaldırma  qabiliyyətinə  25%  əlavə  yük 
verilir. Dinamik sınaqda isə 10% əlavə yük verilir. Statik sınaqda yük 20-
30 sm qaldırılır və 10 dəq saxlanılır. Dinamik sınaqda yük hərəkət etdirilir, 
sonra bütün elementlər yoxlanılır. 
7.  Yükqaldıran maşınların işi zamanı hansı işlərin görülməsinə icazə  
verilmir? 
 Qaldırıcı maşın hərəkət edərkən ona daxil olmaq; 
 Üzərində adam olan yüklərin qaldırılması və yerdəyişməsi; 
 Torpaqla  örtülmüş,  yerə  donub  yapışmış,  digər  yüklər  arasında 
sıxılmış, bolt, qayka ilə bərkidilmiş yüklərin qaldırılması; 
 Qaldırılmış yüklərin kənardan yana çəkilməsi; 
 Yük altında ilmələrin və kanatların kran vasitəsilə çəkilməsi; 

 
 
 Avtomobilin kabinasında adam olduğu zaman yüklərin doldurulub 
və ya boşaldılması; 
 Təhlükəsizlik cihazları və tormoz saz olmadıqda işləmək. 
8.  Avtonəqliyyat  və  xüsusi  texnika  maşınların  texniki  sazlığının 
yoxlanılması qaydası? 
Xəttə  buraxılarkən  və  xətdən  qayıdarkən  avtomobillərin  və  onların 
aqreqatlarının  texniki  vəziyyəti  mühərrik  söndürülərkən  və  avtomobilin 
təkərlərinin  əyləcləri  yoxlanılmalıdır.  Avtomobilin  əyləci,  yanacaqla 
qidalanma  və  alışma  sistemlərinin  yoxlanılması  zamanı  yuxarıda  qeyd 
edilənlərə müstəsna hal kimi riayət edilmir. 
9. Yükqaldırma və boşaltma zamanı tətbiq edilən kanatların sazlığının 
təyin edilməsi qaydası necədir? 
Yükqaldırıcı  maşınlar  və  yüktutan  tərtibatlarda  tətbiq  olunan  polad 
kanatlar aşağıdakı nöqsanlar aşkar olunursa yenisi ilə əvəz olunmalıdır: 
 kanatın bir teli qırıldıqda; 
 diametri  20mm-ə  qədər  olan  kanatın  addım  burğusunun  qırılmış 
məftillərinin  sayı  kanatın  ümumi  məftillərinin  sayının  5%-dən 
çoxdursa, diametri 20 mm-dən böyük olan kanatlarda isə 10%-dən 
çox olduqda; 
 kanatın dartılması nəticəsində onun diametri ilkin diametrinin 75%-
ni təşkil etdikdə
 kanatda burulmalar baş veribsə; 
 yeyilmə,  paslanma  nəticəsində  onun  diametri  əvvəlki  diametrinin 
40%-ni təşkil etdikdə. 
10.  Qaldırıcı kranların təhlükəsiz işinin təmin edilməsi üçün müəssisə 
rəhbərliyi kimi məsul şəxs təyin edə bilər?   
Kran təsərrüfatına birbaşa məsul olan mühəndis-texniki işçilərdən birini.  
11. Yükqaldırma maşınlarda, yüklərin qaldırılmasını məhdudlaşdıran 
mexanizmə  və  oxun  çıxmaması  üçün  tələb  olunan  təhlükəsizlik 
qaydası? 
Qülləli, qollu kranlar mütləq yükqaldırmanı məhdudlaşdıran mexanizm və 
oxun  çıxmaması üçün avtomatik söndürücülərlə təmin olunurlar. 
 

 
 
12. Yükqaldırıcı  kranların  nəzarət  orqanlarında  qeydiyyata  alınma 
qaydası? 
Nəzarət  orqanlarından  aşağıda  göstərilən  yükqaldırıcı 
maşınlar 
qeydiyyatdan keçir: 
 qarmaqla işləmək üçün nəzərdə tutulmuş ekskavatorlar; 
 ekskovator kranları; 
 portal kranlar; 
 körpülü kranlar; 
 avtokranlar. 
Aşağıda göstərilən kranlar nəzarət orqanlarından qeydiyyatdan keçmir: 
 əl  ilə  idarə  olunan  kranlar,  həmçinin  əl  ilə  işləyən  hərəkətdə  olan 
mexanizmlər; 
 yükqaldırma  qabiliyyəti  10t-dək  (10t  daxil  olmaqla)  olan  yerdən 
idarə olunan körpülü kranlar, hərəkət edən və ya dönə bilən konsollu 
kranlar; 
 yükqaldırma qabiliyyəti 1 tona (1 t daxil olmaqla) qədər olan oxlu və 
qülləli  kran  yükqaldırıcı  kranlar  DDTNK-da  məxsus  olduğu  idarə 
rəhbərliyinin  ərizəsi  və  yükqaldırıcı  maşının  pasportu  əsasında 
qeydiyyata alınır. 
Ərizədə  yükqaldırıcı  kranların  təhlükəsiz  işinə  nəzarət  edən  bilikləri 
yoxlanılmış cavabdeh şəxslər və krana xidmət heyəti haqqında məlumat 
olmalıdır  və  göstərilməlidir  ki,  kranın  texniki  vəziyyəti  onun  təhlükəsiz 
işləməsini  təmin  edə  bilər.  Kranları  qeydiyyata  alarkən  ərizəyə  kranı 
quraşdıran  təşkilatın  məsul  şəxsi  tərəfindən  imzalanmış  quraşdırma 
işlərinin  aparılmasını  təsdiq  edən  akt  əlavə  edilməlidir.  Yükqaldırıcı 
kranlar  yanalma  körpüsü  üzərində  quraşdırılarsa,  kranın  orada 
quraşdırılmasının mümkünlüyü haqqında arayış təqdim edilməlidir. 
Yükqaldırıcı  kranın  hazırlandığı  zavod  tərəfindən  verilmiş  pasportu 
yoxdursa, o, məxsus olduğu idarə tərəfindən hazırlanmış pasport əsasında 
qeydiyyata alına bilər. 
13. Yükqaldırma kranlarının sınanması qaydası? 
İstismarda  olan  qaldırıcı  qurğular  hər  ildə  bir  dəfədən  az  olmayaraq 
qeyri/tam texniki sınaqdan keçməlidirlər. Tam texniki sınaq zamanı krana 
baxış  aparılmalı,  statik  və  dinamik  sınaqlardan  keçirilməlidir.  Texniki 
sınağın məqsədi aşağıdakılardır: 

 
 
 Qaldırıcı  qurğunun  və  onun  hissələrinin  qeydiyyatda  göstərilmiş 
sənədlərə və qaydalara uyğunluğu; 
 Qaldırıcı qurğunun saz olması və onun təhlükəsiz işləməsinin təmin 
olunması; 
 Qaldırıcı  qurğuya  təhlükəsizlik  qaydalarına  uyğun  olaraq  xidmət 
edilməsi. 
Statik  sınaq  zamanı  kranın  yükqaldırma  qabiliyyətindən  25%  əlavə  yük 
verilir. Dinamik sınaqda isə 10% əlavə yük verilir. Statik sınaqda yük 20-
30 sm qaldırılır və 10 dəq saxlanılır. Dinamik sınaqda yük hərəkət etdirilir, 
sonra bütün elementlər yoxlanılır. 
14. Qollu  kranların  təhlükəsizliyini  təmin  edən  cihazlara  və 
quruluşlara tələb olunan təhlükəsizlik qaydası? 
Qollu  kranlarda  qolun  qaldırılmasında  avtomatik  söndürücü  qoyulur  ki, 
axıra  yaxınlaşanda  dayandırılsın,  həmçinin  bu  kranlarda  yükün 
qaldırılması  məhdudiyyəti vardır ki, həmin anda yükqaldırma avtomatik 
dayandırılır.  Qollu  kranın  kabinəsində  kranlı  əyilmə  dərəcəsini  göstərən 
göstəricisi quraşdırılır. Bu kranlarda həmçinin səs siqnalı olur. 
15. Kranların və onların elementlərinin təmiri üçün icazənin alınması 
qaydası? 
Kranların  və  onların  aparıcı  elementlərinin  təmiri  DDTNK-nın  icazə 
verdiyi müəssisələr tərəfindən aparıla bilər. Belə işlərin aparılmasına icazə 
“qaldırıcı  qurğuların  hazırlanmasına  nəzarət  üzrə  təlimat”da  göstərilən 
qaydada  verilir.  Kranların  və  onların  ayrı-ayrı  elementlərinin 
hazırlanmasına icazə o zavoda verilir ki, onun texniki imkanları olsun və 
qaynaq  işlərinin  keyfiyyətinə  nəzarət  etməyə  qaydalar  əsasında  imkan 
olsun.  
Kranları seriya ilə hazırlayan zavod texniki nəzarət orqanına icazə almaq 
üçün aşağıdakı sənədləri təqdim etməlidir: 
 kranın  ümumi  görünüşünün  cizgiləri,  qəbul  komissiyasının  aktı, 
texniki şərtlər (təsdiq olunmuş formada), pasport, montaj və istismar 
üzrə təlimatlar. 
Kranların  elementlərinin  təmiri  üçün  icazə  almaq  üçün  zavod  texniki 
nəzarət orqanına aşağıdakı sənədləri təqdim etməlidir: 
 hazırlanacaq  elementlərin  cizgiləri,  texniki  şərtlər  (təsdiq  olunmuş 
formada), bilikləri yoxlanılmış qaynaqçıların sayı haqqında arayış. 

 
 
16. Hansı  yükqaldırıcı  kranlarda  məhdudlaşdırıcının  quraşdırılması 
zəruridir, hansılarda yox? 
Oxlu,  qülləli  və  portal  kranlar  yükqaldırma  məhdudlaşdırıcısı  ilə  təchiz 
olunmalıdırlar.  Məhdudlaşdırıcı  hər  bir  yük  yol  veriləndən  10%-dən 
(portal kranlar üçün 15%-dən) artıq olduqda avtomatik saxlanmanı təmin 
etməlidir. Körpülü kranlar istehsalat texnologiyasına əsasən onların əlavə 
yüklənməsi 
istisna 
olunmursa 
(mümkündürsə), 
yükqaldırma 
məhdudlaşdırıcısı  ilə  təmin  olunmalıdırlar.  Kranın  məhdudlaşdırıcısı  ilə 
təmin olunması zərurəti sifarişdə göstərilməlidir. Körpülü kranın nominal 
yükqaldırmadan  25%-dən  artıq  yüklənməsinə  məhdudlaşdırıcı  imkan 
verməməlidir. 
17.  Hansı yükqaldırıcı kranlara və tərtibatlara qayda tələbləri tətbiq 
edilir? 
 Bütün növ qaldırıcı kranlara; 
 Yer üzərindəki relslərlə idarəetmə kabinələri ilə birlikdə hərəkət edən 
yük elektrik arabalarına; 
 Əl və elektrik tallara; 
 Kran-ekskovatorlara; 
 Yüktutucu hissələrə; 
 Yük qaldırmada istifadə olunan qablara. 
18.  Hansı yükqaldırıcı kranlara və tərtibatlara qayda tələbləri tətbiq 
edilmir? 
 Gəmilərin və üzən qurğuların üzərində quraşdırılmış qaldırıcı 
qurğulara (onlar üçün xüsusi qaydalar tətbiq olunur); 
 Yerqazan ekskovatorlara və qreyferlərə; 
 Xüsusi təyinatlı qaldırıcılara; 
 Quraşdırıcı polisepatlara və konstruksiyalara; 
 Hərbi hissələrin qaldırıcı maşınlarına. 
19. Yükqaldırıcı kranları idarə edən və onlara xidmət edən şəxsə 
qarşı hansı tələblər var? 
Yükqaldıran maşınların idarə edilməsinə və onlara xidmət edən şəxslərin 
yaşı  18-dən  yuxarı  olmalıdır  və  müəyyən  olunmuş  qaydada  təlimat  və 
təcrübə  keçmiş  və  biliyi  yoxlanılmalıdır.  Belə  şəxslərlə  təlimat  usta 
tərəfindən  keçirilməlidir.  Biliklərin  yoxlanması  isə  sahə  rəisi  tərəfindən 
aparılmalıdır.  Avtokranı  xüsusi  proqramla  öyrədilmiş  və  attestasiya 

 
 
komissiyası  tərəfindən attestasiya olunmuş sürücülər idarə edə bilər. Bu 
zaman  kranın  maşinistinə  attestasiya  komissiyasının  və  DDTN 
nümayəndəsi sədri tərəfindən  imza edilmiş vəsiqə verilməlidir və onun 
sərbəst işə başlaması müəssisə üzrə əmrlə rəsmiləşdirilməlidir.  
Yükləmə-boşaltma əməliyyatlarında iştirak edən şəxslər bilməlidirlər: 
 Metalkonstruksiyaların, avadanlığın, materialların və digər yüklərin 
çəkisini və ağırlıq mərkəzini; 
 Yüktutucu alətlərin və takelaj vasitələrinin quruluşunu və təyinatını, 
habelə onların yükqaldırma və yol verilən yüklənmə həddini; 
 Metalkonstruksiyaların,  avadaqnlığın  və  materialların  bağlanma 
sxemini, yükləyib-boşaltma işlərinin ardıcıllığını. 
 
 

 
 
II FƏSİL 
TƏHLÜKƏLİ 
YÜKLƏRİN 
DAŞINMASI 
ZAMANI 
TƏHLÜKƏSİZLİK QAYDALARI HAQQINDA 
 
1. Avtomobil nəqliyyatı vasitələri ilə təhlükəli yüklərin daşınmasında 
təhlükəsizliyin  təmin  olunması  hansı  qaydalar  əsasında 
tənzimlənir? 
Azərbaycan  Respublikası  ərazisində  avtomobil  nəqliyyatı  vasitələri  ilə 
təhlükəli yüklərin  daşınmasında təhlükəsizliyin təmin edilməsi üzrə əsas 
tələblər Nazirlər Kabinetinin 27.01.2000-ci il tarixli 10 nömrəli qərarı ilə 
təsdiq  edilmiş  “Təhlükəli  yüklərin  avtomobil  nəqliyyatı  ilə  daşınması 
Qaydalarına”na əsasən tənzimlənir. 
2. Hansı fiziki və hüquqi şəxslər təhlükəli yüklərin daşınması fəaliyyəti 
ilə məşğul ola bilər?  
Mülkiyyət  və  təşkilati-hüquqi  formasından  asılı  olmayaraq,  hüquqi 
şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul 
olan fiziki şəxslər təhlükəli yüklərin daşınması üzrə fəaliyyət göstərməsi 
üçün FHN-nin Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-
Mədən Nəzarəti Ağentliyindən xüsusi razılıq (lisenziya) almalıdırlar. 
3. Hansı  sürücülər  təhlükəli  yük  daşıyan  avtomobilləri  idarə  edə 
bilərlər? 
Təhlükəli yük daşıyan avtomobilləri  ixtisaslaşdırılmış təhsil kurslarında 
DYP və Dövlətdağmədəntexnəzarət Agentliyi ilə razılaşdırılmış proqram 
əsasında xüsusi hazırlıq keçmiş  sürücülər  idarə etməyə buraxılır. Eyni 
zamçanda bu sürücülərin ən azı fasiləsiz 3 il sürücülük stajı və həmin növ 
nəqliyyat  vasitəsini  idarə  etməyə  uyğun  kateqoriyalı  sürücü  vəsiqəsi 
olmalı,  müvafiq  qaydada  təlimatlandırılmalı    və  tibbi  yoxlamadan 
keçməlidir. 
4. Təhlükəli  yüklərin  daşınma  marşurutu    kim  tərəfindən  müəyyən 
edilir? 
Təhlükəli  yüklərin  daşınma  marşrutunun  müəyyən  edilməsi  Azərbaycan 
Respublikasının  Dövlətdağmədəntexnəzarət  Agentliyi  və  DYP  ilə 
razılaşdırılması  həmin  yükləri  daşıyan  avtonəqliyyat  müəssisələri  və  ya 

 
 
sənaye  müəssisələrinin (hüquqi şəxslərin) avtonəqliyyat təsərrüfatları və 
fiziki şəxslər tərəfindən həyata keçirilir 
5. Təhlükəli  yüklərin  daşınma  marşurutu  müəyyən  edilərkən  nələr 
nəzərə alınmalıdır? 
Daşınma marşrutu müəyyən edilərkən aşağıdakılar nəzərdə tutulmalıdır: 
 daşınma marşrutunun mümkün qədər yaşayış məntəqələrindən, eləcə 
də  sənaye  obyektlərinin,  istirahət  zonalarının,  təbii  qoruqların  və 
memarlıq abidələrinin yaxınlığından keçməməsi; 
 təhlükəli  yüklər  iri  yaşayış  məntəqələrindən  daşındığı  təqdirdə 
marşrutun  mədəni-maarif,  tədris,  məktəbəqədər  tərbiyə  və  müalicə 
müəssisələrindən mümkün qədər aralı keçməsi. 
6. Təhlükəli  yüklər  nəqliyyat  vasitələri  karvanları  ilə  daşınarkən 
karvandakı  nəqliyyat  vasitələri  arasında  nə  qədər    məsafə 
saxlanmalıdır? 
Təhlükəli yüklər nəqliyyat vasitələri karvanları ilə daşınarkən karvandakı 
nəqliyyat vasitələri arasında aşağıdakı məsafələr saxlanmalıdır: 
 düzənlik yerlərdən keçən yol sahələrində hərəkət zamanı - ən azı 50 
metr; 
 dağlıq yerlərdən keçən yol sahələrində hərəkət zamanı - ən azı 300 
metr. 
Təhlükə potensiallı yükləri daşıyan nəqliyyat vasitələri karvanla hərəkət 
edərkən  daşınmaya  məsul  olan  şəxs  qabaqdakı  avtomaşında,  daşınma 
şərtləri  ilə  karvanın  mühafizəsi  nəzərdə  tutulduğu  hallarda  isə 
mühafizəçilərdən biri axırıncı avtomaşında olur. 
7. Tez  alışan  və  partlayış  təhlükəli  yükləri  daşıyan  nəqliyyat 
vasitələrnə yanacaq doldurularkən hansı şərtlərə əməl olunmalıdır? 
Tez  alışan  və  partlayış  təhlükəli  yükləri  daşıyan  nəqliyyat  vasitələri 
mümkün qədər yanacaqdoldurma məntəqələrindən yanacaq doldurmamaq 
məqsədi ilə daşınma məntəqəsinə qədər yanacaqla təmin olunur. 
Yanacaqdoldurma  məntəqəsindən  yanacaq  doldurmaq  zəruriyyəti 
yarandığı  təqdirdə  nəqliyyat  vasitələri  ən  azı  25  metr  aralı  məsafədə 
dayanır  və  məntəqədən  ağzı  bağlı  metal  qablarda  gətirilən  yanacaqla, 
yaxud  bu  məqsədlə  ayrılmış  xüsusi  səyyar  yanacaqdoldurma  qurğuları 
vasitəsilə  «Daimi  və  səyyar  yanacaqdoldurma  məntəqələrinin  texniki 

 
 
istismarı  qaydaları»  ilə  nəzərdə  tutulmuş  tələblərə  əməl  edilməklə 
doldurulur. 
8. Təhlükəli yüklər hansı avtomobillərdə daşına bilər? 
Təhlükəli  yüklər  ixtisaslaşdırılmış  xüsusi  banlı  və  ya  onların  daşınması 
üçün  avadanlıqlaşdırılmış  xüsusi  təyinatlı  texniki  təhlükəsizlik  üzrə 
uyğunluq sertifikatı olan nəqliyyat vasitələri ilə daşınır. Həmin nəqliyyat 
vasitələrinin  texniki-istismar  göstəriciləri  və  texniki  vəziyyəti  onları 
istehsal edən zavodun təlimatının, «Nəqliyyat haqqında» və «Yol hərəkəti 
haqqında» qanunların, müvafiq normativ aktların, bu Qaydaların və xüsusi 
razılığın  (lisenziyanın)  tələblərinə  və  müəyyən  növ  təhlükəli  yüklərin 
daşınma şərtlərinə cavab verməlidir. 
Yuxarıda göstərilən texniki vasitələr Dövlətdağmədəntexnəzarət Agentliyi 
tərəfindən verilən şəhadətnamə əsasında DYP-də qeydiyyata alına bilər. 
9. Partlayış  təhlükəli  maddə  və  məmulatları  daşıyan  avtomobillərin 
səsboğanları hansı tələblərə cavab verməlidir? 
Partlayış təhlükəli maddə və məmulatları, tez alışan maye və qazları (çəndə 
və ya konteynerlərdə) daşıyan nəqliyyat vasitəsi radiatorun qabağından sağ 
tərəfə  çıxan  səsboğanla  təchiz  edilir.  Mühərrikin  yerləşməsi  bu  cür 
avadanlıqlaşdırmaya imkan vermədikdə, səsboğan yanacaq borularından, 
bandan və çəndən aralı sağ tərəfə çıxarılır. 
Tez alışan  maye və qazları daşıyan nəqliyyat vasitəsinin səsboğanı asan 
sökülən və quraşdırılan qığılcımsöndürənlə təchiz edilir. 
Həmin nəqliyyat vasitələrinin yanacaq çənlərinin qabaq və arxa tərəfləri 
metal lövhələrlə qorunmalı, oturacağına 10x10 mm ölçüdə deşikləri olan 
metal tor quraşdırılmalıdır. Metal lövhə və torla çənin arasındakı məsafə 
20 mm-dən az olmamalıdır. 
10. Təhlükəli  yükləri  daşıyan  nəqliyyat  vasitəsinin  sürücüsündə  yol 
hərəkəti  qaydalarında  göstərilənlərdən  əlavə  hansı  sənədlər 
olmalıdır? 
Təhlükəli yükləri daşıyan nəqliyyat vasitəsinin sürücüsündə yol hərəkəti 
qaydalarında göstərilənlərdən əlavə aşağıdakı sənədlər olmalıdır: 
 daşınmaya məsul şəxs olmadıqda təhlükəli yükün daşınma marşrutu; 
 nəqliyyat  vasitəsinin  təhlükəli  yüklərin  daşınmasına  buraxılması 
haqqında şəhadətnamə; 

 
 
 sürücünün  təhlükəli  yüklərin  daşınmasına  buraxılması  haqqında 
şəhadətnamə; 
 təhlükə barədə xəbərdarlıq sisteminin qəza vərəqəsi. 
Təhlükəli yükləri daşıyan nəqliyyat vasitələrinin yol vərəqəsinin sol yuxarı 
küncündə  qırmızı  rəngli  mürəkkəblə  «Təhlükəli  yük»  sözləri  qeyd 
edilməlidir. 
11. Təhlükəli  yüklərin  daşındığı  nəqliyyat  vasitəsini  idarə  edən 
sürücülərə nələr qadağandır? 
Təhlükəli  yüklərin  daşındığı  nəqliyyat  vasitəsini  idarə  edən  sürücülərə 
aşağıdakılar qadağan edilir: 
 nəqliyyat vasitəsini yerindən kəskin tərpətmək
 nəqliyyat vasitəsini kəskin tormozlamaq; 
 sürət  ötürücüsünün  neytral  vəziyyətində  söndürülmüş  mühərriklə 
hərəkət etmək; 
 partlayıcı  maddələr,  tez  alışan  maye  və  qazlar,  bərk  xüsusiyyətli 
təhlükəli məmulatlar daşıyarkən siqaret çəkmək; 
 nəqliyyat  vasitələrindən  100  metrdən  yaxın  məsafədə  od  (tonqal) 
yandırmaq; 
 zəruri  olmadığı  hallarda  (yükü  müşayiət  edən  şəxs  olmadıqda) 
nəqliyyat vasitəsini tərk etmək. 
 sənədlərdə nəzərdə tutulmayan yükləri, həmçinin yüklərin daşınması 
ilə əlaqədar olmayan şəxsləri daşımaq.  
12. Hansı obyektlər təhlükə potensiallı obyektlər hesab edilir? 
Əhali və ətraf mühit üçün təhlükə yaradan partlayış-yanğın, radioaktiv və 
ionlaşdırıcı  şüa  mənbələrinin,  zəhərləyici  maddələrin  əldə  olunması, 
hazırlanması, emalı, daşınması, istifadə edilməsi və ləğvi ilə məşğul olan 
istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı 
obyektlər  hesab  edilir.Təhlükə  potensiallı  obyektlərin  siyahısı  müvafiq 
icra   hakimiyyəti  orqanı  tərəfindən  təsdiq  edilir  və  müəyyən  edilmiş 
qaydada dövlət reyestrində qeydiyyatdan keçirilir. 
 
 
 
 

 
 
III FƏSİL  
TƏHLÜKƏ POTENSİALLI OBYEKTLƏR HAQQINDA 
 
1. Hansı obyektlər təhlükə potensiallı obyektlər hesab  edilir və onlar  
hansı sənədlər əsasında müəyyən edilir? 
Əhali və ətraf mühit üçün təhlükə yaradan partlayış-yanğın, radioaktiv və 
ionlaşdırıcı  şüa  mənbələrinin,  zəhərləyici  maddələrin  əldə  olunması, 
hazırlanması, emalı, daşınması, istifadə edilməsi və ləğvi ilə məşğul olan 
istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı 
obyektlər  hesab  edilir.Təhlükə  potensiallı  obyektlərin  siyahısı  müvafiq 
icra   hakimiyyəti  orqanı  tərəfindən  təsdiq  edilir  və  müəyyən  edilmiş 
qaydada dövlət reyestrində qeydiyyatdan keçirilir. Bu obyektlərin siyahısı  
Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  “Təhlükə  potensiallı 
obyektlərin Siyahısının təsdiq edilməsi haqqında” 10.05.2001-ci il tarixli 
94 nömrəli  qərarında göstərilmişdir. 
2. Təhlükə  potensiallı  obyektdə  istifadə  olunan  texniki  qurğular  və 
avadanlıqlarla bağlı hansı tələblər mövcuddur? 
Təhlükə  potensiallı  obyektdə  istifadə  olunan  texniki  qurğular,  maşın  və 
mexanizmlər 
texniki 
təhlükəsizlik 
tələblərinə 
uyğunluğu 
baxımından  
Azərbaycan 
Respublikasının 
qanunvericiliyi 
ilə 
müəyyənləşdirilmiş  qaydada  sertifikatlaşdırılır.  Təhlükə  potensiallı 
obyektlərdə  istifadə  olunan  texniki  qurğuların  siyahısı  müvafiq  icra 
hakimiyyəti  orqanı  tərəfindən  təsdiq  olunur.Təhlükə  potensiallı 
obyektlərdə  istifadə  olunan  texniki  qurğuların  sertifikatlaşdırılması 
müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır və Sertifikatın verilmə 
qaydaları  qanunvericiliyə  uyğun  olaraq  müəyyənləşdirilir.Təhlükə 
potensiallı  obyektlərdə  istifadə  olunan  avadanlıq  və  texniki  qurğular 
istismar  prosesində  müəyyən  edilmiş  qaydada  texniki  təhlükəsizlik 
ekspertizasından keçirilir. 
3. Təhlükə  potensiallı  obyektlərin  layihələşdirilməsinə,  tikintisinə  və 
istismara  qəbul  edilməsinə  texniki  təhlükəsizlik  tələbləri 
hansılardır? 
Təhlükə  potensiallı  obyektin  tikintisinə,  genişləndirilməsinə,  yenidən 
qurulmasına,  texniki  cəhətdən  yeniləşdirilməsinə,   konservasiyasına  və 

 
 
ləğv  edilməsinə  başlanması  barədə  qərarın  qəbul  edilməsinin  məcburi 
şərtlərindən biri layihə sənədləri barədə texniki təhlükəsizlik üzrə müsbət 
ekspertiza rəyinin olmasıdır. Bu zaman layihə sənədlərindən kənara çıxma 
hallarına yol verilmir. Layihə sənədlərinə edilən dəyişikliklər müvafiq icra 
hakimiyyəti orqanı ilə razılaşdırılır. 
Təhlükə 
potensiallı 
obyektlərin 
istismara 
qəbulu 
Azərbay-
can   Respublikasının  qanunvericiliyi  ilə  müəyyənləşdirilmiş  qaydada 
aparılır. 
Təhlükə potensiallı obyektlərin istismara qəbulu zamanı obyektin layihə 
sənədlərinə  uyğunluğu,  hüquqi  və  fiziki   şəxslərin  təhlükə  potensiallı 
obyektlərin  istismarına,  habelə  qəzaların  lokallaşdırılmasına  və 
nəticələrinin ləğv edilməsinə hazırlıqlarının vəziyyəti yoxlanılır. 
4. Təhlükə  potensiallı  obyektin  istismarına  dair  texniki  təhlükəsizlik 
tələbləri hansılardır? 
Təhlükə potensiallı obyekti  istismar edən hüquqi və fiziki şəxslər: 
 “Texniki  təhlükəsizlik  haqqında  Azərbaycan  Respublikasının 
qanunu”nun, digər qanunların və normativ hüquqi aktların, eləcə də 
texniki normativ sənədlərin tələblərinə əməl etməlidir; 
 Təhlükə potensiallı obyektlərdə işçi heyətlərini komplektləşdirərkən 
onların  texniki  təhlükəsizlik  və  ixtisaslaşma  tələblərinə,  habelə 
qanunla  müəyyənləşdirilmiş  digər  tələblərə  uyğunluğunu  və 
tibbi  cəhətdən yararlığını təmin etməlidir; 
 Təhlükə  potensiallı  obyektdə  normativ  hüquqi  aktlara  və  işlərin 
aparılması qaydalarını müəyyənləşdirən normativ texniki sənədlərə 
malik olmalıdır; 
 Binaların texniki təhlükəsizlik ekspertizasından keçirilməsini təmin 
etmək, eləcə də Təhlükə potensiallı obyektdə istifadə olunan tikili, 
avadanlıq və texniki qurğuların diaqnostikasını, sınağını və ümumi 
yoxlanmasını keçirməlidir
 Təhlükə  potensiallı  obyektlərin  mühafizəsini  təşkil  etməli  və 
təhlükəli  maddələrin  saxlanmasına  dair  texniki  təhlükəsizlik 
tələblərinə riayət etməlidir; 

 
 
texniki  təhlükəsizlik  bəyannaməsi  hazırlamaq,  təhlükə  potensiallı 
obyektlərin  istismarı  zamanı  dəymiş  zərərə  görə  məsuliyyətin 
məcburi sığortalanması barədə müqavilə bağlamalıdır; 
 Təhlükə  potensiallı  obyektin  istismarına  dair  xüsusi  razılığa  malik 
olmalıdır; 
 Partlayıcı  və  radioaktiv  maddələrin,  partlayıcı  materialların  və 
ionlaşdırıcı şüa mənbələrinin uçotunun aparılmasını, onların texniki 
normativ  sənədlərin  tələblərinə  uyğun  qaydada  saxlanmasını, 
işlədilməsini və təhlükəsiz istifadə olunmasını təmin etməlidir; 
 Müvafiq  icra  hakimiyyəti  orqanlarının  təlimat,  sərəncam  və 
göstərişlərinə əməl etməlidir. 
 
 
 

 
 
IV FƏSİL 
TƏZYİQ ALTINDA İŞLƏYƏN QABLARIN İSTİSMARI ZAMANI 
TƏHLÜKƏSİZLİK QAYDALARI HAQQINDA 
 
1. Neft  və  qaz  sənayesində  istismarda  olan  təzyiq  altında  işləyən 
qabların istismarı hansı qaydalarla tənzimlənir? 
“Neft,  qaz  və  neft-kimya  sənayesində  təzyiq  altında  işləyən  qabların 
quruluşu və texniki təhlükəsizlik Qaydaları”na əsasən. 
2. Hansı  şəxslər  oksigen  balonlarının  daşınması  və    onlara  xidmət 
göstərilməsinə buraxıla bilər? 
Oksigen  balonlarının  daşınması,  onların  saxlanıldığı  anbarda  xidmət 
işlərinə 18 yaşından yuxarı, tibbi müayinədən keçmiş, sağlam, nəzəri və 
praktiki hazırlığı olan, yerinə yetirdiyi iş həcmində “təzyiq altında işləyən 
qabların  qurluşu  və  təhlükəsizlik  istismar  qaydaları”  üzrə  bilikləri 
yoxlanılmış işçilər buraxıla bilər. 
3. Təzyiq  altında  işləyən  qabların  istismarı  ilə  əlaqəli  baş  vermiş 
qəzaların və bədbəxt hadisələrin tədqiqatı necə aparılır? 
Təzyiq altında işləyən qabların istismarı ilə əlaqəli baş vermiş qəzaların və 
bədbəxt  hadisələrin  texniki  təhqiqatı  Azərbaycan  Respublikası  NK 
28.02.2000-ci il tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda 
baş  verən  bədbəxt  hadisələrin  təhqiqi  və  uçota  alınması  qaydaları”nın 
tələblərinə  uyğun  olaraq  FHN-nin  SİTGDMND  Agentliyi  tərəfindən 
yaradılan xüsusi komissiya həyata keçirməlidir. 
Qəza  və  bədbəxt  hadisə  baş  verdiyi  halda  təhqiqat  komissiyası  hadisə 
yerinə  baxış  keçirənədək  iş  yerindəki  şərait  və  avadanlıqların  vəziyyəti 
hadisənin baş verdiyi anda olduğui kimi saxlanılmalıdır (əgər həmin şərait 
və vəziyyət ətrafdakı insanların həyatı və səhhəti üçün təhlükə yaratmırsa 
və qəzaya səbəb olmursa). 
4. Təzyiq altında olan yanar qaz balonlarının saxlanılması necə həyata 
keçirilir? 
Yanar qaz balonları üçün anbarların təchizatı, partlayış  təhlükəli otaqlar 
üçün müəyyən olunmuş normalara uyğun olmalıdır, təbii hava mübadiləsi 
və  yaxud  süni  ventilyasiya  sistemi  ilə  təchiz  edilməlidir.  Anbarlarda 
balonlarla  davranma  qaydalarını  əks  etdirən  təlimatlar,  qaydalar  və 

 
 
plakatlar  asılmalıdır.  Anbarlar  ildırımdan  mühafizə  olunmuş  zonada 
yerləşdirilməlidir.  
Qazla dolu balonlar xüsusi qapalı yerlərdə və açıq havada saxlanıla bilər. 
Lakin  bu  halda  balonlar  atmosfer  yağıntılarından  və  günəş  şualarından 
mühafizə olunmalıdır. Oksigen və yanar qaz balonlarının eyni anbarda bir 
yerdə saxlanılması qadağandır. 
5. Hansı  hallarda  sistern  və  çəlləklərin  qazla  doldurulması 
qadağandır? 
Sistern və çəlləklərin aşağıdakı hallarda qazla doldurulması qadağandır: 
 təyin edilmiş şəhadətləndirilmə müddəti olduqda; 
 armatur və nəzarət-ölçü cihazları olmadıqda və ya nasaz vəziyyətdə 
olduqda; 
 müvafiq rəngə boyanmadıqda və ya yazılar olmadıqda; 
 sisternlərə  və  çəlləklərə  onlar  üçün  nəzərdə  tutulmayan  qaz 
doldurduqda.  
6. Hansı balonlara qazın doldurulması qadağandır? 
Aşağıdakı balonlara qazın doldurulması qadağandır: 
 növbəti şəhadətləndirmə vaxtı keçmiş; 
 məsaməli kütlənin yoxlama müddəti keçmiş; 
 gövdəsi zədələnmiş
 ventilləri nasaz olan; 
 müvafiq rənglə boyanmamış və müvafiq yazıları olmayan; 
 qazın izafi təzyiqi olmadıqda; 
 müvafiq damğası olmayan. 
Qazın  izafi  təzyiqi  olmayan  balonlara  doldurulması,  doldurmanı  həyata 
keçirən  müəssisənin  (qaz  doldurma  stansiyası)  təlimatına  uyğun  olaraq 
əvvəlcədən yoxlanıldıqdan sonra yetirilməlidir. 
7. Hansı  hallarda  təzyiq  altında  işləyən  qabların  istismarı  qadağan 
olunmalıdır? 
Aşağıda qeyd olunan hallar aşkar edildikdə təzyiq altında işləyən qabların 
istismarı qadağan olunmalıdır: 
 təhlükəsizliyin pozulmasına səbəb ola biləcək qüsürlar və ya müvafiq 
qaydaların tələblərinə riayət edilməməsi; 

 
 
 istehsalçı  tərəfindən  müəyyən  olunmuş  istismar  müddətinin  və  ya 
növbəti şəhadətləndirilmə müddətinin bitməsi; 
 qabın saz vəziyyətinə, təhlükəsiz istismarına və onun texniki vəziy-
yətinə nəzarət edən cavabdeh şəxsin qaydalarda müəyyən olunmuş 
qaydada təyin olunmaması və yaxud biliklərin yoxlanılmaması; 
 təhlükəsizlik avtomatikasının, qəza siqnalizasiyasının nasazlığı. 
Bu  halda  təzyiq  altında  işləyən  qabın  pasportuna  Qaydaların  müvafiq 
bəndlərinə  istinad  edilərək,  onun  istismarına  qadağa  qoyulmasının 
səbəbləri qeyd olunmalıdır. 
8. Hansı  hallarda  təzyiq  altında  işləyən  qabların  işi  dərhal 
dayandırılmalıdır? 
Qabların  iş  rejimi  və  təhlükəsiz  xidməti  üzrə  təlimatda  aşağıda  nəzərdə 
tutulmuş hallarda onların işi dərhal dayandırılmalıdır: 
 qabın daxilində təzyiq yol verilən  həddən yuxarı qalxdıqda və işçi 
heyət tərəfindən görülən tədbirlərə baxmayaraq aşağı enmədikdə; 
 təzyiqin  artmasının  qarşısını  alan  qoruyucu  qurğuların  nasazlığı 
aşkar olunduqda; 
 təzyiq  altında  işləyən  qablarda  və  onun  hissələrində  hermetikliyin 
pozulması,  qabarıqların  olması,  kipləyicilərin  (araqatların) 
partlaması aşkar olunduqda; 
 manometr nasaz olduqda;  
 odla qızdırılan qablarda maye səviyyəsi yol verilə bilən səviyyədən 
aşağı düşdükdə; 
 maye səviyyə ölçənləri sıradan çıxdıqda; 
 qoruyucu bloklayıcı qurğuların nasazlığı zamanı; 
 təzyiq altında olan qaba bilavasitə təhlükə yarada bilən yanğın baş 
verdikdə. 
 Sənayedə təzyiq altında işləyən qabların, hidravlik sınağı və ya ildə 
bir  dəfə  olaraq  texniki  baxışdan  keçməlidir,  əks  halda  onların 
istismarı dərhal dayandırılmalıdır. 
9. Təzyiq altında işləyən balonların həcmi necə müəyyən edilir? 
Təzyiq  altında  işləyən  balonların  həcmi  onun  su  ilə  dolu  kütləsi  ilə  boş 
vəziyyətdəki kütləsi arasındakı fərqə görə və ya ölçü bakına görə müəyyən 
edilir. 

 
 
10. Təzyiq  altında  işləyən  balonların  şəhadətnaməsində  hansı 
məlumatlar və kim tərəfindən yazılır? 
Hazırlanmış  balonların  şəhadətləndirilməsinin  nəticələri  istehsalçının 
Texniki  nəzarət  şöbəsi  tərəfindən  aşağıdakı  məlumatları  əks  etdirən 
cədvələ yazılır: 
 balonun nömrəsi; 
 balonun hazırlanma və növbəti şəhadətləndirilmə tarixi (ay, il); 
 balonun kütləsi, kq; 
 balonun həcmi (tutumu), l; 
 işçi təzyiq, MPa (kqq/sm2); 
 sınaq təzyiqi MPa (kqq/sm2); 
 istehsalçının TNŞ-nin nümayəndəsinin imzası. 
11. Təzyiq altında işləyən qabların quraşdırılmasına harada və hansı 
şərtlərlə icazə verilir? 
Təzyiq altında işləyən qabların quraşdırılmasına aşağıdakı şərtlərlə icazə 
verilir: 
 binadan  əsaslı  divarla  ayrılması  şərti  ilə  istehsal  binalarına  bitişik 
örtülü yerlərdə (otaqlarda); 
 sahə üzrə təhlükəsizlik qaydalarında nəzərdə tutulduğu halda istehsal 
sahələrində; 
 armaturu  idarə  etmək  və  ona  baxış  keçirmək  üçün  daxil  olma 
imkanının  olması,  torpaq  və  azan  cərəyan  korroziyalarından  qabın 
divarlarının qorunması şərti ilə torpağa basdırmaqla. 
12. Təzyiq altında işləyən qablarda daxili təzyiq nədir? 
Təzyiq  altında  işləyən  qabın  divarının  daxili  səthinə  təsir  edən  təzyiqə 
daxili təzyiq deyilir. 
13. Balonda təzyiqi nə ilə ölçürlər və harada quraşdırılır? 
Hər bir qab və müxtəlif təzyiqləri olan müstəqil boşluqlar birbaşa ölçən 
manometrlərlə  təchiz  olunmalıdırlar.  Manometrlər  qabın  ştuseri  və  ya 
qabla bağlayıcı armatur arasında olan boru kəməri üzərində quraşdırılır. 
14. Manometrlər hansı dəqiqlik sinfinə aid olmalıdır? 
Manometrlər - qabın işçi təzyiqi 2,5 MPa (25kqq/sm
2
) –a qədər olduqda - 
2,5; qabın işçi təzyiqi 2,5 MPa (25kqq/sm
2
) -dan yuxarı olduqda - 1,5-dən 
az olmayan dəqiqlik sinfinə malik olmalıdırlar. 

 
 
15. Manometr necə quraşdırılmalıdır? 
Manometr elə quraşdırılmalıdır ki, onun göstəriciləri  xidməti personala 
aydın görünsün. 
16. Təzyiq  altında  işləyən  qablarla  məşğul  olanlar  harada 
attestasiyadan keçirilməlidir? 
Qabların layihələndirilməsi, hazırlanması, yenidən qurulması, quraşdırıl-
ması, sazlanması, təmiri, diaqnostikası və istismarı ilə məşğul olan rəhbər 
işçilər  və  mütəxəssislər  Azərbaycan  Respublikası  Fövqəladə  Hallar 
Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti 
Dövlət Agentliyində. 
17. Qabların saz saxlamasına kim cavabdehdir və nə etməlidir? 
Qabın sahibi qabın saz vəziyyətdə saxlanılmasını və təhlükəsiz istismarını 
təmin etməlidir, lazımi sayda öyrədilmiş və qablara xidmət etmək hüquq 
verən sertifikata malik xidmət edən personalı təyin etmək, eləcə də nizam 
– intizamın təmin olunması, qablara xidməti heyət vəzifələrini yerinə yeti-
rən diqqətlə baxış keçirməklə ona tapşırılan avadanlığa nəzarəti, armaturun 
işçi vəziyyətdə olmasının yoxlanmasını, qoruyucu və bloklayıcı qurğuların 
və qabların saz vəziyyətdə saxlanılmasına nəzarəti həyata keçirsin. 
18. Normal  iş  prosesi  zamanı  yaranan  maksimal  daxili  izafi  və  ya 
xaricdə yaranan təzyiq necə adlanır? 
Mütləq  təzyiqlə  barometrin  göstərdiyi  ətraf  mühitin  təzyiqi  arasındakı 
fərqə izafi təzyiq deyilir. 
19. Sisternlərdə quraşdırılan qoruyucu klapanlar necə olmalıdır? 
Sisterndə  quraşdırılan  qoruyucu  klapan  sisternin  qaz  fazası  ilə  əlaqəli 
olmalı  və  klapan  açılan  zaman  qazın  buraxılması  üçün  deşikli  qapağa 
malik  olmalıdır.  Qapaqdakı  deşiklərin  sahəsi  qoruyucu  klapanın  işçi 
kəsiyinin sahəsinin 1,5 mislindən kiçik olmamalıdır. 
20. Təzyiq altında işləyən qab və balonlara xarici və daxili baxış hansı 
məqsədlə keçirilir? 
İlkin  texniki  şəhadətləndirilmə  zamanı  qabın  mövcud  Qaydaların  və 
qeydiyyat  zamanı  təqdim  olunan  sənədlərin  tələblərinə  uyğun 
quraşdırılmasını və avadanlıqla təchiz olunmasını, eləcə də qabın və onun 
hissələrinin zədəsiz olmasını yoxlamaq üçün. 

 
 
21. Təzyiq  altında  işləyən  qabların  təmiri  nəyə  əsasən  yerinə 
yetirilməlidir? 
Təzyiq altında işləyən qabların və onun elementlərinin qaynaq (lehimlən-
mə) tətbiq olunmaqla təmiri, işlər yerinə yetirilməyə başlamazdan əvvəl 
istehsalçı,  konstruktor  və  ya  təmir  müəssisəsinin  işləyib  hazırladığı 
texnologiya üzrə yerinə yetirilməli, təmirin nəticələri isə qabın pasportuna 
yazılmalıdır. 
22. Azot, oksigen asitilen və yanar qaz balonları hansı rəngə boyanır? 
 Azot – qara 
 oksigen – mavi 
 asitilen – ağ 
 yanar qaz balonları – qırmızı. 
23. Mayeləşdirilmiş  qaz  üçün  sisternlərə  quraşdırılan  ventillərə 
qoyulan tələb? 
Mayeləşdirilmiş  qaz  üçün  sistern  və  çəlləklərin  hər  bir  doldurucu  və 
boşaldıcı ventilləri tıxacla təchiz olunmalıdır. 
24.  Stasionar qab nədir? 
Müəyyən  bir  yerdə  istismar  olunması  üçün  daimi  quraşdırılmış  qablara 
deyilir. 
25. Markası  olan,  lakin  pasportu  olmayan  armaturun  quraşdırıl-
masına nə vaxt icazə verilir? 
Markası  olan,  lakin  pasportu  olmayan  armaturun  yalnız  yoxlanıldıqdan, 
sınaqdan  keçirildikdən  və  materialının  markası  yoxlanıldıqdan  sonra 
tətbiqinə  icazə  verilir.  Bu  halda  armatura,  istehsal  edən  müəssisə 
tərəfindən pasport tərtib olunmalıdır. 
26. Balonların  şəhadətləndirilməsi  harada  keçirilir  və  havanın 
tempraturu nə qədər olmalıdır? 
Balonların şəhadətləndirilməsi ayrıca, xüsusi avadanlıqla təchiz olunmuş 
otaqda  keçirilməlidir.  Bu  otaqda  havanın  temperaturu  12
0
C-dən  aşağı 
olmamalıdır. 
27. Təzyiq altında işləyən qablar və sisternlər işə buraxılmazdan əvvəl 
harada qeydiyyatdan keçirilir? 
Qaydaların  tələblərinin  şamil  edildiyi  qablar  işə  buraxılmazdan  əvvəl 
FHN-nin müvafiq agentliyində qeydiyyatdan keçirilməlidirlər. 

 
 
28. Sisternlər  doldurulan  zaman  nə  tərtib  olunur  və  buraya  nə  qeyd 
olunur? 
Sisternlərin  doldurulmasını  həyata  keçirən  müəssisələr  və  doldurma 
stansiyaları müdiriyyətin müəyyən etdiyi formaya əsasən doldurma jurnalı 
tərtib etməli, bu jurnalda aşağıdakılar göstərilməlidir: 
 doldurulma tarixi; 
 sisternlərin və çəlləklərin istehsalçısının adı; 
 sisternlər  üçün  zavod  və  qeydiyyat  nömrəsi,  çəlləklər  üçün  zavod 
nömrəsi; 
 doldurma əməliyyatını yerinə yetirən şəxsin imzası. 
Doldurma stansiyasında sisternlər və çəlləklər doldurularkən hər qaz üzrə 
ayrıca jurnal tərtib olunmalıdır. 
29. Balonlar  üst-üstə  yığılarkən  onların  hündürlüyü  nə  qədər 
olmalıdır? 
Balonlar  nizamla  üst-üstə  yığılarkən  onların  hündürlüyü  1,5  m-dən  çox 
olmamalıdır. Balonların ventili bir tərəfə yönəldilməlidir. 
30. Asitilen  balonlarının  şəhadətləndirilməsi  neçə  ildən  bir,  kim 
tərəfindən keçirilir və nədən ibarətdir? 
Asetilen balonlarının şəhadətləndirilməsi 5 ildə bir dəfədən gec olmayaraq 
asetilen doldurma stansiyalarında həyata keçirilməlidir və aşağıdakılardan 
ibarətdir.  
 xarici səthə baxışın keçirilməsi; 
 məsaməli kütlənin yoxlanılması; 
 pnevmatik sınağın keçirilməsi. 
31. Balonların  daxilinə  baxış  keçirmək  üçün  hansı  cihazdan  istifadə 
olunur? 
Balonların  daxilinə  baxış  keçirmək  üçün,  gərginliyi  12V-dan  yüksək 
olmayan elektrik çıraqları tətbiq edilməlidir. 
32. Sıxılmış qaz şəklində oksigen nə ilə təmasda olduqda yanğın və ya  

Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin